Onların məsəli od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də bilməyəcəkləri zülmətlər içərisində buraxar.

Məsəl, misl və məsil ərəb dilində eyni mənalı sözlərdir. Cəm halda əmsal deyilir. Allah təala belə buyurmuşdur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (Ənkəbut, 43). Bu misalın izahı belədir: Allah Təala onların zəlaləti hidayət qarşılığında satın almalarını və bəsirətdən sonra kora çevirləməlrini od qalayan insana bənzətmişdir. Alov ətrafını aydınlaşdırmış, o da bundan istifadə edərək sağ və solundakı şeyləri görüb onlardan faydalanıb onlara öyrəşən insana bənzətmişdir. O, bu halda kən  alovu birdən sönər və o da qaranlıqda qalar. Görə bilməz, yolunu tapmaz. Bundan əlavə o kardır eşitməz; laldır danışmaz; kordur, işıq da olsa görə bilməz. Buna görə də əvvəlki halına qayıda bilməz. Və bu münafiqlər də hidayət əvəzində zəlaləti əvəz götürmələri və düz yolun əvəzinə əyriliyi üstün tutmaları da belədir. Bu misalda onların iman edib sonra da kafir olduqlarına dəlil vardır. Necə ki Allah Təala bu vəziyyəti başqa yerlərdə xəbər vermişdir. Allah daha yaxşı bilir.

Bu deyiləni Razi, təfsirində Suddidən nəql etmişdir. Sonra da belə demişdir: Buradakı bənzətmə olduqca doğrudur. Çünki onlar əvvəlcə iman qazanmış sonra isə münafiq olmaqla onu ləğv etmişlər. Beləliklə böyük bir çaşqınlığa düşmüşdürlər. Belə ki, dində olan çaşqınlıqdan daha böyük bir çaşqınlıq yoxdur.

İbn Cərir belə zənn etmişdir ki, burada haqlarında misal verilən kimsələr heç bir zaman iman etməmişdilər. Dəlili də “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq»– deyirlər” (Bəqərə, 8) ayəsidir. Doğru olan budur ki, burada onların nifaq və küfr hallarından xəbər verilir. Lakin onların daha əvvəl iman edib sonra imanlarından dönmələrini və qəlblərinin möhürlənməsini inkar etmir. İbn Cərir bu ayəni:  “Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar” (Münafiqun, 3) nəzərə almamışdır. Buna görə də, bu ayəni belə yozmuşdur: Onlar iman kəlməsini açıq aşkar dediklərinə görə dünyada işıqlandılar. Sonra da qiyamət günündə qaranlıqlarda qaldılar.

Belə demişdir: Bir nəfəri camaata  bənzətməklə misal çəkmək doğrudur, məsələn bu ayədə olduğu kimi: “Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən” (Əhzab, 19). Yəni ölmək üzrə olan insanın iki gözünün dönməsi kimi, deməkdir. Və belə demişdir: “Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir.” (Loğman 28) və belə demişdir: “Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər” (Cümə, 5). Bəziləri  belə demişdir: Onların hekayələrinin misalı ocaq qalayanların hekayəsi kimidir. Bəziləri isə   belə demişdir: Alov yandıran camaatdan bir nəfərdir. Başqaları isə belə demişdir: Əlləzi əlləzinə mənasındadır. Belə ki, şair belə demişdir:

İflic vadisində ölümləri gələnlər, ey Ümmü Mabəd,

Cəmiyyətdir, cəmiyyətin hamısıdır, bil əlbət.

Mən də deyirəm ki, Alov ətrafını işıqlandırdığı zaman Allah işıqlarını söndürər və onları qaranlıqlar içərisində tərk edər; onlar artıq görməzlər. Onlar karlar, lallar və korlardır: artıq dönməzlər” Bu, kəlam etibarı ilə daha düzgün və nəzm etibarı ilə daha bəlağətlidir. “Allah onların nurunu aparar” yəni onlara fayda verən şeyi aparar deməkdir ki, bu da nurdur. Onlara zərər verən şeyi isə saxlayar bu isə yandırmaq və tüstüdür. “Özlərini zülmətlər içərisində buraxar” sözü  isə içlərindəki şübhə , küfr və nifaqdır. “heç bir şey görməzlər” sözü isə xeyir yolunu tapa bilməzlər onu tanıya bilməzlər deməkdir. Onlar bununla yanaşı kardırlar, xeyri eşitməzlər, laldırlar — özlərinə fayda verəcək şeyi deyə bilməzlər. “Kordurlar” azmışlıq və bəsirət korluğu içindədirlər. Çünki Allah Təala belə buyurmuşdur: Əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur.(Həcc 46) demişdir. Buna görə də zəlalətə əvəz olaraq satdıqları hidayətə bir daha dönə bilməzlər.

Sələfdən olan təfsirçilərin bizim dediklərimizə bənzər söylədikləri belədir:

Suddi təfsirində Əbu Malikdən, o da Əbu Salehdən, o da ibn Abbasdan, həmçinin Mürrə əl Həmədani də ibn Məsuddan və bir qrup sahabədən “alov ətrafını işıqlandırdığı zaman” sözündə belə demişdir: İddiaya görə Peyğəmbər (salləllahu aleyhi və səlləm), Mədinəyə gəlmədən əvvəl bəziləri islamı qəbul etdilər. Sonra da münafiq oldular. Onların halı qaranlıqda ocaq qalayanın halı kimidir. Alov ətrafındakı murdar və narahat edən şeyləri göstərdi, o da onları gördü, nəhayət qorunmalı olduğu şeyləri tanıdı. Elə bu vaxt alov birdən söndü. O da narahat edən şeylərdən necə qorunacağı haqda çaşıb qaldı. Münafiq də belədir; o şirkin qaranlığında idi. Müsəlman olduqdan sonra halal və haramı, xeyir və şəri tanıdı. Tam bu vəziyyətdə birdən kafir oldu. Halal və haramı, xeyir və şəri tanımaz oldu.

Mücahid belə demişdir: “alov ətrafını işıqlandırdığı zaman” sözündəkialovun ətrafını işıqlandırması onların möminlərə və hidayətə dönmələridir. Ata əl Xorasani də “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” ayəsində belə demişdir: Bu münafiqlik halıdır; o bəzən görər, bəzən tanıyar, sonra isə qəlb korluğuna yoluxar.

ibn Əbi Hatim belə demişdir: İkrimə, Həsən, Suddi, Rəbi ibn Ənəsdən də Ata əl Xorasaninin yuxarıdakı dediklərinə oxşar sözlər rəvayət edilmişdir.

Abdurrahman ibn Zeyd: “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər”  ayəsində belə demişdir: Bu münafiqlərin halıdır. Onlar iman etmişdilər və iman isə qəlblərini aydınlatmışdır, necə ki alov ətrafını işıqlandırdığı kimi. Sonra bu ocağı qalayanlar kafir oldular; Allah da nurlarını apardı yəni onlardan çəkib aldı.  Eynilə alovun işığının sönməsi kimi oldu. Onları zülmətlər içində kor qoydu.

Əvfi, bu ayədə ibn Abbasdan belə dediyini rəvayət etmişdir: Nur onların söylədikləri imandır. Qaranlıq onların zəlalətləri və küfrləridir ki, onlar bunu söyləyərdilər. Onlar doğru yolda idilər sonra isə bu onlardan çəkilib alındı. Bundan sonra tamamilə azğınlaşdılar. İbn Cəririn fikri, bu mövzuda Əbu Talhanın ibn Abbasdan “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” ayəsində dediyi fikirlərə bənzəyir: Bu Allah Təalanın münafiqlərə gətirdiyi bir misaldır. Onlar islamla izzətlənmişdilər. Müsəlmanlarla qız alıb verir, onlara mirasçı olur və qənimətdən pay alırdılar. Öldükləri zaman isə Allah onlardan bu izzəti dartıb aldı, sanki ocağın sönməsiylə işığının getməsi kimi. Əbu Cəfər ər Razi, Rəbidən o da Əbul Aliyənin “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər”  sözündə belə dediyini rəvayət edir: Ocaq yandığı müddətcə işıq verər. Söndüyü zaman işığı gedər. Münafiq də belədir: o da La ilahə illallah kəlməsini ixlasla dediyi müddətcə işığını alar. Şübhə etdiyi zaman da qaranlığa düşər. Dahhaq da “Allah onların nurunu aparar” ayəsində belə demişdir: Onların nurları söylədikləri iman kəlməsidir. Abdurrəzzaq da Mamərdən rəvayət edir ki, Qatadə belə demişdir: “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər Alov onun ətrafındakıları işıqlandırdığı zaman” ayəsindəki işıqla ilahə İllallahdır. Onun sayəsində yedilər, içdilər, dünyada əmin-amanlıq içərisində oldular, müsəlmanların qadınları ilə evləndilər və qanlarının axıdılmasından qorundular. Öldükləri zaman Allah nurlarını apardı, onları qaranlıqlar içərisində kor etdi. Said də bu ayədə Qatadənin belə dediyini rəvayət etmişdir: Məna belədir: Münafiq La ilahə illallah kəlməsini dediyi müddətcə dünyada onun nurundan istifadə edər. Müsəlmanlara qız alıb qız verir. Onlarla döyüşlərə qatılar, onlara mirasçı olar, qanlarını və mallarını qorumuş olurlar. Ölüm gəldiyi zaman isə bütün bunlar münafiqdən çəkilib alınar. Çünki iman qəlbinə kök salmamış və əməlinə təsir etməmişdir.

“Özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar” Əli ibn əbu Talhadan rəvayət edilir ki, ibn Abbas demişdir: Öldükləri zaman əzabda tərk etdi, demişdir. Muhəmməd ibn İshaq, Muhəmməd ibn əbu Məhəmməddən o da İkrimədən və ya Said ibn Cübeyrdən rəvayət edir ki ibn Abbas “ zülmətlər içərisində buraxar” sözündə: Onlar haqqı görər və onu deyərdilər. Nə zaman ki, zülmün qaranlığından çıxdılar, onu küfr və nifaqları ilə söndürdülər. O da onları küfrün qaranlıqlarında tərk etdi. Artıq doğru yolu görməzlər, haqq üzərində düz dayanmazlar. Suddi təfsirində sənədi ilə belə demişdir “zülmətlər içərisində buraxar” zülmət onların münafiqliyidir. Həsən Bəsri də belə demişdir: Onları qaranlıqlarında tərk etdi; artıq görməzlər, Bu da münafiq öldüyü zaman baş verir ki, pis əməli onun üçün qaranlığa çevrilər. O da La iləhə ilalllahı təsdiq edəcək xeyirli bir əməl tapa bilməz.

Suddi onlar laldırlar kardırlar, kordurlar ayəsində də sənədi ilə: lal, kardırlar, kordurlar demişdir. Əli ibn əbu Talha rəvayətində ibn Abbas  laldırlar, kardırlar, kordurlar ayəsində: “Hidayəti eşitməzlər, onu görməzlər, və onu dərk etməzlər, demişdir. Əbul Aliyə və Qatadə ibn Diamə rəvayətində də ibn Abbas   “artıq onlar qayıtmazlar” ayəsi haqqında: Yəni hidayətə qayıtmazlar demişdir. Rəbi ibn Ənəs də belə demişdir. Suddi, sənədiylə  “Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar” ayəsində İslama dönməzlər demişdir. Qatadə də “artıq onlar qayıtmazlar” ayəsi haqqında : tövbə də etməzlər, ibrət də almazlar demişdir.