Bu, Allahdan müsəlmanlara verilən rüsxətdir və İslamın əvvəlində olan hökmü aradan qaldırmaqdır. Çünki o zamanlar onlaraiftardan sonra İşa namazına və yaxud ondan oncə yatana qədər yemək-içmək və yaxınlıq etmək halal idi. Nə vaxt yuxuya gedərdisə yaxud İşanı qılardısa, ertəsi günün axşamına qədər ona yemək-içmək və yaxınlıq etmək haram olurdu. Buna görə çox çətinlik çəkirdilər. Burada keçən “rafəs” kəlməsi cinsi əlaqə deməkdir. Bunu İbn Abbas, Əta, Mucahid, Səid İbn Cubeyr, Tavus, Səlim İbn Abdullah, Amr İbn Dinar, Həsən, Qatadə, Zuhri, Dəhhaq, İbrahim Nəxai, Suddi, Əta əl-Xorasani və Muqatil İbn Həyyan demişlər.
“Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız” İbn Abbas, Mucahid, Səid İbn Cubeyr, Həsən, Qatadə, Suddi və Muqatil İbn Həyyan demişlər: “yəni, onlar sizin üçün rahatlıq, siz də onlar üçün rahatlıqsız.”
Rabi İbn Ənəs də: “Onlar sizin örtüyünüz, sizdə onların örtüyüsünüz”- demişdi. Xülasə, kişi ilə qadın biri-birinə qarışar, təmasda olar, yan-yana yatarlar. Ramazan gecəsi onlara yaxınlıq etmək rüsxətinin verilməsi, çətinlik və sıxıntıdan qurtulmaqları üçün münasib idi. Şair demişdi:
yataq yoldaşı arvadının boynunu burduğu zaman,
O da cavab verib kişiya libas olur.
yuxarıda Muazın uzun hədisində keçən hadisə bu ayənin nazil olmasına səbəb olmuşdur. Abu İshaq, Bəra İbn Əzibdən bucür rəvayət etmişdir: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabələri orucu açmadan öncə yuxuya getdikdə, ertəsi günün axşamına qədər yeməzdilər. Qeys İbn Sırmah əl-Ənsari oruc idi. Həmin gün öz sahəsində işləyirdi. İftar vaxtı zövcəsinə: “yeməya nə isə var?” deya soruşdu.O: “yoxdur, amma gedib sənin üçün bir şey axtararam” dedi. Sırma fikrə getdi və yatdı. Zövcəsi gəlib onu yatmış gördükdə: “Hayıf səndən, yatdınmı?”- dedi. Günorta vaxtı Sırma özündən getdi. Bunu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdı. Bu səbəbdən “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Dan yeri söküləndə ağ sap qara sapdan seçilənə qədər yeyin-için” ayəsi nazil oldu. Buna çox sevindilər. BuxaridəAbu İshaq bucür rəvayət edir: Bəranın bucür dediyini eşitdim: Ramazan orucu əmr ediləndə, ay boyu qadınlara yaxınlaşmazdılar. Bəzi kişilər dözə bilməyib bunu gizlin edərdilər. Allah Təala: “Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı” ayəsini nazil etdi. Əli İbn AbuTalha, İbn Abbasın bucür dediyini rəvayət etmişdir: Müsəlmanlara Ramazan ayında İşa namazını qıldıqlarından sonra ertəsi günün axşamına qədər qadınlar və yemək haram idi. Sonra bəzi müsəlmanlar işa namazından sonra qadınlara yaxınlaşdılar və yemək yedilər. Ömər İbn Xəttabda onlardan idi. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. Bu səbəbdən Allah Təala: “Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın” ayəsini endirdi. Avfi İbn Abbasdan eynisini rəvayət etmişdi.
Musa İbn Uqbə,Kureybdəno da İbn Abbasdan onun bucür dediyini rəvayət etmişdi: İnsanlar orucun hökmləri enmədən öncə yeyar-içər qadınlarla yaxınlıq edərdilər. Biri yatdığı halda ertəsi günün axşamına qədər yeməz, içməz və arvadına yaxın durmazdı. Bizə çatdığına görə Ömər İbn Xəttab yatdıqdan sonra və oruc ona vacib olduqdan sonra zövcəsinə yaxınlaşdı. Sonra Peyğəmbərin (salləllahualeyhi və səlləm) yanına gəlib: “Etdiyim əmələ görə Allaha və sənə şikayət edirəm”- dedi. O dedi: “Nə etdin?” Ömər dedi: Nəfsim məni təhrik etdiyatdıqdan sonra zövcəmlə yaxınlıq etdim, orucda tutmaq istəyirəm. İddiayə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Sən belə şey etməzdin” demişdir. Buna görə “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi” ayəsi nazil oldu.
Səid İbnəbuƏrubə, o da Qeys İbn Səddən, o da Əta İbn əbuRəbahdan, ƏbuHureyrənin “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Sonra gecəyadək orucunuzu tamamlayın” ayəsi barəsində bucür dediyini rəvayət etmişdi: Müsəlmanlara bu ayə nazil olmadan öncə, axır namaz olan İşanı qılan kimi, axşam iftara qədər yemək içmək və qadın haram idi. Ömər İbn Xəttabİşa namazından sonra zövcəsinə yaxınlaşdı.Sırma İbn Qeys əl-Ənsarinində məğribi qıldıqdan sonra yuxusu gəldi. O da yeməkdən doymadan yatdı. Oyananda Rəsululllah (salləllahu aleyhi və səlləm) artıq işanı qılmışdı. Qalxdı yedi və içdi. Səhər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib bu barədə xəbər verdi. Buna görə Allah Təala “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi-burada keçən “rəfəs” kəlməsi qadınlarla cinsi əlaqə deməkdir — Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz.– yəni, qadınlarla yaxınlıq edir və İşadan sonra yeyib-içirsiniz — Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün bəyandiyinə nail olmağa çalışın– yəni, övlad —Dan yeri söküləndə ağ sapqara sapdanseçilənə qədər yeyin-için. Sonra gecəyadək orucunuzu tamamlayın” ayəsini nazil etdi. Bu da Allahdan bağışlanma və rəhmətdir.
Hişam, o da Hüseyn İbn Əbdurrəhmandan, o da Əbdurrəhman İbn Əbueylədən demişdi: Ömər İbn Xəttab qalxıb dedi: Ey Rəsulullah, dünən gecə kişi zövcəsindən istədiyini məndə zövcəmdən istədim. O yatdığını söylədi. Mənə naz etdiyini sandım və onunla oldum. Ömər haqqında “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi” ayəsi nazil oldu.
Şubə, Amr İbn Mürrədən, o da İbn Əbueylədən rəvayət etmişdir.
Əbu Cəfər İbn Cərir demişdi: Mənə Əl-Musənnə, o da Suveyddən, o da İbn Mubarakdən, o da İbn Ləhiyadən, o da Sələmə oğullarının mövlası Musa İbn Cubeyrdən, o da Abdullah İbn Kəb İbn Malikdən, o da atasındanbelə rəvayət etmişdi: İnsanlara Ramazan ayında oruc tutub axşam yatdıqları halda, yemək içmək və qadınlar haram idi. Bu ertəsi günə qədər davam edirdi.Ömər İbn Xəttab bir gecə Rəsulullahın (salləlahu aleyhi və səlləm) yanından söhbətdən gəldi. Zövcəsini yatmış görüb onunla yaxınlıq etmək istədi. O: “Mən yatmışdım”- dedi. Ömər də: “Sən yatmamışdın” — dedi və onunla yaxınlıq etdi. Kəb İbn Məlik də eynisini etmişdi. Ömər İbn Xəttab səhər tezdən Rəsulullahın (salləlahu aleyhi və səlləm) yanına gedib bu haqda xəbər verdi. Buna görə Allah Təala: “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi” ayəsini nazil etdi.
Mucahid, Əta, İkrimə, Suddi, Qatadə və digərlərindən bucür rəvayət edilmişdi. Ömər İbn Xəttab, Sırma İbn Qeys və onlar kimi edənlər ayənin nazil olmağına səbəb oldular. Bununla rəhmət, rüsxət və yumşaqlıq olaraq bütün gecə yemək-içmək və cinsi əlaqə mübah edildi.
“Allahın sizin üçün yazdığına nail olmağa çalışın”: Əbu Hureyrə, İbn Abbas, Ənəs, QadiŞureyh, Mucahid, İkrimə, Səid İbn Cubeyr, Əta, Rəbi İbn Ənəs, Suddi, Zeyd İbn Əsləm, Həkəm İbn Utbə, Muqatil İbn Həyyan, Həsən Bəsri, Dəhhaq və digərləri:“Allahın yazdığı” uşaq demək – söyləmişlər.
Abdurrəhman İbn Zeyd İbn Əsləm: “Allahın yazdığına nail olmağa çalışın” cinsi əlaqədir demişdi.
Amr İbn Malik əl-Bəkri, Əbu Cəvzəidən o da İbn Abbasdan: “Allahın yazdığı”QədrGecəsidir – dediyini nəql etmişdir. Bunu İbn Əbu Hatim ilə İbn Cərir rəvayət etmişlər.
Əbdurəzzaq demişdi: Bizə Mamər, o da Qatadənin bucür dediyini rəvayət etmişdi: “Allahın sizə yazdığı rüsxətə nail olmağa çalışın.” Səid, Qatadədən belə rəvayət etmişdir: “Sizə halal etdiyini.”
yenə Əbdurəzzaq demişdi: Bizə İbn Uyeynə, o da Amr İbn Dinardan, Əta İbn ƏbuRabahınbelə dediyini rəvayət etmişdi: İbn Abbasdan soruşdum: Sən bu ayəni “vəbtəğu” oxuyursan yoxsa “vəttəbiu”? O dedi: “İkisindən hansını istəyirsən oxu.Amma birinci oxunuşu tövsiya edirəm.”
İbn Cərir də, ayənin ümumi olduğunu və bütün bunları özündə əhatə etdiyini seçmişdir.
“Sübh çağında ağ sapqara sapdanseçilənə qədər yeyin-için. Sonra gecəyadək orucunuzu tamamlayın”: Allah Təala cinsi əlaqənin sərbəstliyi ilə bərabər bütün gecələri — səhərin aydınlığı gecənin qaranlığından ayrılıncayə qədər — yeməyi və içməyi mübah etdi. Bunu ağ sapı qara sapdan ayrıncayə qədər şəklində ifadə etdi. “Dan yeri” deməklə qarışıqlıq aradan qalxdı. Necə ki, imam AbuAbdullah Buxarinin rəvayət etdiyi hədisdə deyilmişdi: Mənə İbn əbu Məryam, o da Abu Ğassan Muhəmməd İbn Mutarrifdən, o da Abu Həzimdən, Səhl İbn Saadınbelə dediyini rəvayət etmişdi: “ağ sapqara sapdanseçilənə qədər yeyin-için” sözləri nazil olanda, “Dan yeri” ifadəsi enməmişdi. Bəziləri oruc tutarkən ayəqlarına ağ və qara sap bağlayərdılar. Onların ikisini də aydın görənə qədər yeyib içərdilər. Allah Təalasonra “Dan yeri”kəlamını nazil etdi və onlar bunun gecə ilə gündüz olduğunu bildilər.
İmam Əhməd demişdi: Bizə Huşeym, o da Hüseyndən, o da Şəbidən Ədiy İbn Hatimin belə dediyini rəvayət etmişdi: “ağ sapqara sapdanseçilənə qədər yeyin-için” ayəsi nazil olanda, biri ağ biri qara olmaqla(həm buxov həm də baş geyimi kimi istifadə edilən) iki çatı götürdüm və onlara əsaslandım. Onları yastığımın altına qoydum. Onlara baxırdım. Ağ qaradan seçilən kimi yemək içməyi saxladım. Səhər açılan kimi Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gedib etdiyimi ona danışdım. O dedi: “O zaman səni yastığın çox genişdir, o sadəcə gündüzün aydınlığı və gecənin qaranlığıdır.” Buxari ilə Muslim bunu “Səhih” əsərlərində Adiy yolu ilə başqasından da rəvayət etmişlər.
“O zaman sənin yastığın çox genişdir” sözünün mənası budur: Əgər yastığın genişliyi aşağıdakı izahdakı kimi gündüzün ağlığı və gecəni qaranlığı olan ağlıq və qaralığı sığacaq qədərdirsə, şərq və qərb arası qədər enli olmağı gərəkdir. Buxarinin rəvayətində bu şəkildə təfsir edilmişdi. Bizə Musa İbn İsmayıl, o da ƏbuƏvanədən, o da Hüseyndən Şabinibelə dediyini rəvayət etmişdi: Adiy bir ağ vəbir qara çatıgötürdü. Gecənin bir hissəsindən sonra baxdı, onları ayıra bilmədi. Səhər açılanda dedi: “Ey Rəsulullah, bunları yastığımın altına qoydum.”O buyurdu: “Əgər ağ və qara sap yastığının altındadırsa, həqiqətən bu halda sənin yastığın çox genişdi.” Bəzi rəvayətlərdə “boynun enlidir” şəklində gəlmiş və o, düşüncəsiz kimi təfsir edilmişdi ki, bu zəif bir ehtimaldır. Əksinə birinci izaha qayıtmaq lazımdır. Çünki yastığı enli olanın boynuda enli olur. Allah ən doğrusunu biləndir. Bunu bir daha Buxarinin rəvayəti izah edir: Bizə Quteybə, o da Cərirdən, o da Mutarrifdən, o da Şabidən rəvayət etmişdi ki, Adiy İbn Hatim demişdi: Ey Rəsulullah “ağ sapı qara sapdan” nə deməkdir? Bildiyimiz iki sapdır? Rəsulullah (salləlahu aleyhi və səlləm) dedi: “Həqiqətən bu iki sapa baxırsansa, boynun çox enlidir. Xeyr, əksinə o gecənin qaranlığı ilə gündüzün ağlığıdır.”
Allah Təalanın dan yeri sökülənə qədər yeməyi sərbəst etməsi,səhura qalxmağın mustəhəb olduğuna dəlildir. Çünki o rüsxət bölümündəndi və onu etmək bəyənilən bir əməldir. Bunun üçün səhura qalxmağa təşviq etmək Rəsulullahın (salləlahu aleyhi və səlləm) sünnətinə görə sabit olmuşdu.Çünki o, rüsxət bölümündəndi vəediləsi işdir. İki “Səhih”-də Ənəsdənbelə rəvayət edilmişdi: Rəsulullah (salləlahu aleyhi və səlləm) dedi: “Səhura qalxın, çünki səhurda bərəkət var.” Səhih Müslimdə Amr İbn Asdan Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdi: “Bizim orucumuzlaəhli kitabın orucu arasında olan fərq səhur yeməyidir.”
İmam Əhməd demişdi: Bizə İshaq İbn İsa İbn Tabba, o da Əbdurrəhman İbn Zeyddən, o da atasından, o da Ata İbn yasardan, o da Əbu Səiddən Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Səhuru yemək bərəkətdir, bir udum su ilə də olsa, onu buraxmayın. Çünki Allah və mələkləri səhura qalxanlara dua edərlər.”
Səhura təşviq edən çoxlu hədislər varid olmuşdu. Su üçün yemək ifadəsi, yeyanlərə bənzətmək üçün istifadə olunub. Onu dan sökülənə qədər uzatmaq müstəhəbdir. İki “Səhih” əsərlərində Ənəs İbn Malik,Zeyd İbn Səbitdəndemişdi: Rəsulullah (salləlahualeyhi və səlləm) ilə birgə səhur etdik sonra namaza durduq. Mən Zeydə dedim: “Azanla səhur arasında nə qədər vaxt var idi?” O: “Əlli ayə oxunacaq qədər” – deya cavab verdi.
İmam Əhməd demişdi: Bizə Musa İbn Davud, o da İbn Ləhyadən, o da Səlim İbn Ğeylandan, o da Suleyman İbn əbu Osmandan, o da Adiy İbn Hatim əl-Himsiydən, o da Əbu Zərdən Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Ümmətim iftarı tələsdiribsəhuru gecikdirərsə, davamlı şəkildə xeyir içində olar.” Bir çox hədisdə Rəsulullah (salləlahu aleyhi və səlləm) səhura Mubarak qida demişdi. İmam Əhməd, ən-Nəsai və İbn Macənin,Həmməd İbn Sələmədən, o da Asim İbn Bəhdələdən, o da Zir İbn Hubeyşdən nəql etdikləri hədisdə Huzeyfəİbn yamən demişdi: “Rəsulullah (salləllahualeyhi və səlləm) ilə səhur etdik, gündüz yaxınlaşırdı, amma günəş hələ doğmamışdı.” Bu, Asim İbn Əbun-Nucudun tək başına rəvayət etdiyi hədisdir. Bunu ən-Nəsai demişdi və məqsəd gündüzünyaxınlaşmasını bildirmək idi. Necə ki, Allah Təala buyurur: “vaxtı bitdikdə onları müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın” (Talaq, 2) yəni,iddə dövrünün bitməsinə yaxınlaşdılar ya onları saxlayın yada onlardan ayrılın. Bu deyimi səhuretdiklərinə və danın sökülməsinin dəqiq bilməmələrinəaid etmək lazımdır. Hətta bəziləri sökülmüş kimi zənn edib, bəziləri isə dəqiq bilməyiblər. Bəzi sələflərdən şəfəq yaxınlaşdığı zaman səhur etdikləri barəsində rəvayətlər var. Eynisi Əbu Bəkr, Ömər, Əli, İbn Məsud, Huzeyfə, Əbu Hüreyrə, İbn Ömər, İbn Abbas və Zeyd İbn Sabitdən rəvayət edilmişdi. Bu bir çox tabiinlərdən də rəvayət edilmişdi. Onlardan, Muhammad İbn Əli İbn Hüseyni, ƏbuMicləzi, İbrahim Nəxaini, Əbud-Duhanı,ƏbuVaili və digərlərini qeyd etmək olar. Bunlar İbn Məsud, Ata, Həsən, Həkəm İbn Uyeynə, Mucahid, Ürvə İbn Zubeyr, ƏbuŞasai Cabir İbn Zeydintərəfdarlarıdır.Aməş və Mamər İbn Rəşid də eyni fikirdədir. Bizdə bunun sənədlərini xüsusi olaraq Oruc kitabında yazdıq. Allaha Həmd olsun.
Əbu Cəfər İbn Cərirtəfsirindəonlardan birindən: “Günəş batmaqla iftar edilirsə, günəş doğmaqla da imsak vacib olur”sözlərini dediyini rəvayət etmişdi.
Mən deyirəm: Heç bir elm adamının bunu qəbul edəcəyini və onunla gedəcəyini zənn etmirəm. Çünki Quranın “ağ sapqara sapdanseçilənə qədər yeyin-için” ayəsindəki əmrinə müxalifdir. İki “Səhih” əsərlərində Qasımın Aişədən rəvayət etdiyi hədisdə Rəsulullah (salləlahu aleyhi və səlləm) demişdi: “Bilalın azanı sizin səhurunuza mane olmasın. Çünki o gecə nida edir. Siz, İbn Ummu Məktumun azanını eşidənə qədər yeyin için. Çünki o dan sökülmədən oxumaz.” Sözlər Buxariya aiddir.
İmam Əhməd demişdi: Bizə Musa İbn Davud, o da Muhammad İbn Cabirdən, o da Qeys İbn Talqdan, o da atasından, Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Şəfəq üfüqdə dikinə yüksələn deyil, üfüqün eninə yayılan qırmızıdı.” Bunu Tirmizi rəvayət etmişdi. Sözləri budur: “yeyin için yuxarı doğru yüksələn ağartı sizi çaşdırmasın, üfüq qızarana qədər yeyin, için.”
İbn Cərir demişdi: Bizə Muhəmməd əl-Musənnə, o da Əbdurrəhman İbn Mehdidən, o da Şubədən, o da Quşeyroğullarından olan şeyxdən, o da Səmurə İbn Cundəbdən Rəsulullahın (salləlahu aleyhi və səlləm) dediyini rəvayət etmişdi:“Bilalın azanı və bu ağartı sizi aldatmasın. Şəfəq sökülüncəya qədər yeyin için.” Sonra bunu Şubə və digərlərindən, onlarda Savadəh İbn Hanzaladan, o da Səmurədən Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Nə Bilalın azanı, nə də dikinə yüksələn şəfəq sizi səhurdan etməsin, əsil şəfəq üfüqdə eninə yayılandır.”
Deyir ki, mənə yaqub İbn İbrahim, o da İbn Uleyyadən, o da Abdullah İbn Səvadəh əl-Quşəyridən, o da atasından, o da Səmurə İbn Cundəbdən, Rəsulullahın (salləlahu aleyhi və səlləm) dediyini rəvayət etmişdi: “Sizi nə Bilalın azanı, nə də ki səhərin dikinə işıq saçması aldatmasın, şəfəq yayılan qızıllıqdır.” Bunu Muslim “Səhih” əsərində Zuheyr İbn Hərbdən, o da İsmayıl İbn İbrahimdən yəni, İbn Uləyyadən eyni şəkildə rəvayət etmişdi.
İbn Cərir demişdi: Bizə İbn Humeyd, o da İbn Mubarakdən, o da Suleyman ət-Teymidən, o da Əbu Osman ən-Nəhdidən, o da İbn Məsuddan Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Bilalın azanı sizlərdən birinin səhuruna qətiyyan mane olmasın – və ya Bilalın nidası dedi – çünki Bilal gecə azan oxuyur – və ya sizlərdən yatanları oyatmaq, ayəq üstə olanları isə geri qayıtmaları üçün nida edir. Bu cür və bu cür demək və hətta bu cür demək fəcrdən deyil.” Bunu başqa bir yolla da ət-Teymidən rəvayət etmişdi.
Mənə Həsən İbn Zubriqan ən-Nəxai, o da Əbu Umasədən, o da Muhəmməd İbn əbu Zibdən, o da Haris İbn Əbdurrəhmandan, o da Muhəmməd İbn Əbdurrəhman İbn Səvbandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: «İki fəcr var. Canavarın quyruğu kimi dik olan – heç nəyi haram etməz. Əsil şəfəq üfüqdə yayılandı, o namazı halal, yeyib-içməyi isə haram edər.» Bu mürsəl ceyyid hədisdir.
Əbdurrəzzaq demişdi: Bizə İbn Cureyc, o da Atadan, o da İbn Abbasın belə dediyini rəvayət etmişdi: «Onlar iki fəcrdir: Göyə döğru yüksələn, o nə bir şeyi nə halal edər nə də haram edər. Amma dağların başında parlayən fəcr, məhz o, su içməyi haram edər.» Əta demişdir: «Göyə dikinə qalxırsa, onun qalxması göydə uzununa getməsidir, həqiqətən də o, nə oruc üçün su içməyi, nə namazı haram etməz. Onunla həcc də fövt edilməz. Amma dağların başına yayılırsa, oruc üçün içməyi haram edər, həcc də fövt edilər.» Bu, İbn Abbas ilə Ətayə çatan sağlam bir sənəddir. Bir çox sələflərdən də bu cür rəvayət edilmişdi. Allah onlara rəhmət etsin.
Məsələ: Allah təalanın, oruc tutmaq istəyanə mübah etdiyi cinsi əlaqəni, yeməyi və içməyi fəcrlə sona çatdırmasıdır. Buradan dəlil götürülür ki, cənabət halında səhərə çıxan qüsl alır və orucunu tamamlayır. Bunda onun üçün heç bir sıxıntı yoxdur. Bu, dörd məzhəb ilə sələf və xələfin cumhur alimlərin fikridir. Çünki Buxari və Muslim Aişə və Ummu Sələmədən rəvayət etmişlər ki, onlar ikisi belə demişlər: «Rəsulullah (salləllahu aleyhi və səlləm) yuxuda deyil, cinsi əlaqədən cənabət halında səhərə çıxardı, sonra qüsl alıb oruc tutardı.» Bu iki hədisçiya görə Ummu Sələmədən olan hədisdə: «Sonra orucunu pozmazdı, qəzada etməzdi» — deyilmişdi.
Səhih Müslimdə Aişə demişdi: «Bir nəfər Rəsulullaha (salləlahu aleyhi və səlləm) dedi: Ey Allahın Rəsulu, namazın vaxtı çatır mən isə cunubluyam , oruc tuta bilərəm? O cavab verdi: Mənə də namazın vaxtı çatarkən cunublu oluram, mən oruc tuturam. Adam dedi: Sən bizim kimi deyilsən. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Allaha and olsun ki, mən Allahdan ən çox qorxanınız və çəkindiyim şeyləri ən çox biləniniz olmağı umuram.»
İmam Əhmədin rəvayət etdiyi hədisə gəlincə: Bizə Əbdurəzzaq, o da Mamərdən, o da Həmmamdan, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdi: «Sübh namazının azanı oxunarkən biriniz cənabət halında olsa, o gün oruc tutmasın.» Bu, sənədi ceyyid hədisdir. Görüldüyü kimi «İki Səhih» əsərin şərtinə də uyğundu. O, «İki Səhih” əsərində Əbu Hureyrədən, o da Fadl İbn Abbasdan, o da Peyğəmbərdən (salləlahu aleyhi və səlləm) rəvayət edilmişdi. Ən-Nəsainin “Sunən” əsərində ondan, o da Usamə İbn Zeyddən, o da Fadl İbn Abbasdan mərfu olmayəraq rəvayət edilmişdi. Bəzi alimlər buna görə hədisi qüsurlu hesab etmişlər. Bəziləri də hədisi qəbul edib, onu Əbu Hureyrə, Səlim, Ata, Hişam İbn Ürvə və Həsən Bəsridən nəql etmişlər. Bəziləri də fərq qoyaraq: «Aişə və Ummu Sələmədən nəql olunan hədisə əsasasən yuxuda cunub olanın üzərində heç nə yoxdur, lakin bilərəkdən cunub halında səhərə çıxanın Əbu Hureyrənin hədisinə görə orucu yoxdur» — demişlər. Bu, Urvə, Tavus və Həsəndən rəvayət edilmişdir. Bəziləri fərzlə nafilə orucunu fərqləndirərək: «Fərzləri tamamlayər və qəza edər, nafilədə isə zərər yoxdur.» – demişlər. Bunu Səuri Mansurdan o da İbrahim Nəxaidən rəvayət etmişdi. Həsən Bəsridən də bu şəkildə rəvayət edilmişdi. Bəziləri Əbu Hureyrənin hədisinin Aişə və Ummu Sələmə hədisi ilə nəsx olunduğunu iddia etmişlər. Amma bunun tarixi bəlli deyil. İbn Həzm də onun bu ayə ilə mənsux olduğunu iddia etmişdi. Bu isə həmçinin uzaq bir görüşdü. Hətta çox uzaqdı. Çünki tarixi məlum deyil, əksinə tarixdən bəlli olan bunun ziddinə dəlalət edir. Digərləri də, Əbu Hureyrənin hədisindəki «orucu yoxdur» sözlərini, orucu kamil deyil, mənasında yozmuşlar. Çünki Aişə və Ummu Sələmənin hədisi bunun icazəli olduğunu göstərir. Bu məslək, bütün fikirlərin içində ən yaxın və ən geniş olanıdır. Allah ən doğrusunu biləndir.
“Sonra gecəyadək orucunuzu tamamlayın”: Bu da şəriət hökmü olaraq günəş batarkən iftarı tələb edir. Necə ki, iki “Səhih” əsərlərində möminlərin əmiri Ömər İbn Xəttabdan Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdi: «Əgər gecə bu tərəfdən gəlsə və gündüz də bu tərəfdən getsə, oruclu iftar etmişdi.»
Səhl İbn Sad əs-Səidi, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: «İnsanlar iftarı tələsdirdikcə davamlı şəkildə xeyir içində olarlar.»
İmam Əhməd demişdi: Bizə Valid İbn Muslim, o da Əuzaidən, o da Qurra İbn Əbdurrəhmandan, o da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: «Əziz və Cəlil olan Allah buyurur: Ən sevdiyim qullarım iftarı tələsdirənlərdir.» Bunu Tirmizi başqa bir yolla Əuzaidən eyni şəkildə rəvayət etmiş və həsən qərib hədisdir, demişdi.
İmam Əhməd demişdi: Bizə Affan, o da Ubeydullah İbn İyaddan, o da İyad İbn Ləqitdən, o da Bəşir İbn Xasasiyyənin zövcəsi Leylanın belə dediyini rəvayət etmişdi: İki gün iftar etmədən ardıcıl oruc tutmaq istədim. Bəşir mənə mane oldu və Rəsulullahın (salləllahu aleyhi və səlləm) bunu qadağan etdiyini söylədi. O dedi: «Bunu xristianlar edər. Siz isə Allahın əmr etdiyi kimi tutun və “Sonra gecəyadək orucunuzu tamamlayın.” Elə ki, gecə oldu iftar edin.»
Hafiz İbn Asakir rəvayət etmişdi: Bizə Bəkr İbn Səhl, o da Abdullah İbn yusufdan, o da yəhya İbn Həmzədən, o da Səvr İbn yəziddən, o da Əli İbn Əbu Talhadan, o da Abdulməlik İbn əbu Zərdən rəvayət etmişdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) iki gündüz bir gecə ara vermədən oruc tutdu. Onun yanına Cəbrayil gəldi: Allah bu fasiləsiz orucu qəbul etdi, səndən sonra heç kəsdən qəbul etməyəcək. Çünki Allah Təala “Sonra gecəyədək orucunuzu tamamlayın” buyurdu. Bu səbəbdən gecədən sonra oruc yoxdu. Mənə fəcrdən əvvəl vitr namazını əmr etdi.» Bu, eyibsiz bir sənəddir. Bunu tarix kitabında, Abdulməlik İbn Əbu Zərin tərcümeyi-halından daNisərkən varid etmişdir.
Buna görə səhih hədislərdə visal orucu qadağan edilmişdi. O da bir günün orucunu növbəti günə birləşdirərək tutulan və arasında heç bir şey yeyilməyan orucdur.
İmam Əhməd demişdi: Bizə Abdurrəzzaq, o da Mamərdən, o da Zuhridən, o da Abu Sələmədən Abu Hureyrənin belə dediyini rəvayət etmişdi ki, Rəsulullah ((salləllahu aleyhi və səlləm) ): «Visal orucunu tutmayın» – buyurmuşdu. Onlar dedilər: Ey Rəsulullah, sən ki, bunu edirsən. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Mən sizin kimi deyiləm, mən gecələyirəm, Rəbbim məni yedirdir və içirdir.» yenə visal orucunu tərk etmədilər, o da onlarla birgə iki gün iki gecə visal orucu tutdu sonra hilalı gördülər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Əgər hilal geciksəydi sizin üçün artırardım.» Sanki onlara gözdağı vermək istəyirdi. Bunu Buxari ilə Muslim “Səhih” əsərlərində Zuhridən rəvayət etmişlər. yenə ikisi visal orucunun qadağasını Ənəs, İbn Ömər və Aişədən nəql olunan hədislərdən təxric etmişlər. Aişə deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara mərhəmət olaraq visal orucunu qadağan etdi. Onlar: Sən tutursan dedilər. O isə dedi: «Mən sizin kimi deyiləm, Rəbbim məni yedirdib içirdir.» Qadağa bir neçə yolla ondan sabit olmuşdu. Visal orucunun Peyğəmbərə (salləllahu aleyhi və səlləm) məxsus olması da öz təsdiqini tapmışdır. Buna görə ona qüvvət verilir və kömək göstərilirdi. Görünən budur ki, onun yeyib içməsi hissi deyil, mənəvi idi. yoxsa yediyi halda visal orucu tuta bilməzdi. Şair deyir:
O qadın məhz səni yad etdi deya
Nə su içə bildin, nə yemək yeya
Amma kim günəş batandan sonra səhərə qədər heç nə yemək istəməsə, bu onun şəxsi işidir. Necə ki, Əbu Səid əl-Xudridən nəql olunan hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdi: «Visal etməyin, etsəniz də səhərə qədər edin.» Onlar: Ey Rəsulullah sən ki, edirsən — dedilər. O da: «Mən sizin kimi deyiləm. Mənim yedirdənim var məni yedirdir, mənim içirdənim var məni içirdir.» Bunu iki şeyx “Səhih” əsərlərində təxric etmişlər.
İbn Cərir demişdi: bizə Əbu Kureyb, o da Əbu Nueymdən, o da Əbu İsrail əl-Əbsidən, o da Əbu Bəkr İbn Həfsdən, o da Hatib İbn əbu Bəltənin oğlunun anasından rəvayət etmişdi ki, o, Rəsulullah (salləllahu aleyhi və səlləm) səhur edərkən onun yanından keçirdi. Onu yeməya çağırdı. O da: Mən orucam — dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) soruşdu: «Necə oruc tutursan?» O, Rəsulullaha (salləllahu aleyhi və səlləm) xatırlatdı. O buyurdu: «Muhamməd ailəsinin tutduğu visal hara, sənin tutduğun hara, səhurdan səhura.»
İmam Əhməd demişdi: Bizə Əbdurrəzzaq, o da İsraildən, o da Abdul Alədən, o da Muhammad İbn Əlidən, o da Əlidən rəvayət etmişdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhurdan səhura visal edərdi.
İbn Cərir, Abdullah İbn Zubeyr və digər sələflərdən bir neçə gün visal etdiklərini rəvayət etmiş və onların bunu ibadət üçün deyil, pəhriz üçün etdikləri yozumunu vermişdi. Allah ən doğrusunu biləndir. Bu qadağanın şəfqət babından olan yönəltmə kimi anlamaları ehtimalı da vardır. Necə ki, Aişəninrəvayət etdiyi hədisdə: «onlara mərhəmət olaraq»- deyilmişdir.
İbn Zubeyr, oğlu Amir və onların yolu ilə gedənlər bunu çətinliklə edərdilər. Çünki özlərində bunu edəcək qüvvət görürdülər. İlk dəfə oruc açarkən mədələri deşilməsin deya iftarı ərinmiş yağ və əzvayla açmaqları bildirilmişdi. Rəvayətə görə İbn Zubeyr yeddi gün iftar etmədən oruc tutardı, yeddinci gündə olduqca gümrah və sağlam olurdu.
Əbu Aliyə də demişdi: Allah Təala orucu gündüz fərz etmişdi, gecə vaxtı istəyan yeyar istəməyan yeməzdi.
“Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin”: Əli İbn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdi: Bu, Ramazan və qeyri Ramazan vaxtı məsciddə etikaf edənlərin haqqında nazil olmuşdur. Allah etikafdan çıxana qədər gecə və gündüz qadınlarla yaxınlıq etməyi haram etmişdi.
Dəhhaq demişdi: Adam etikaf zamanı məsciddən çıxır və istəsə yaxınlıq edirdi. Allah da: “Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin” buyurdu. yəni, başqa yerdə deyil, məsciddə olduğunuzda etikaf zamanı qadınlarla yaxınlıq etməyin. Mucahid, Qatadə və digərləri də belə demişlər. Onlar bu ayə nazil olmazdan öncə bunu edərdilər. İbn əbu Hatim demişdi: İbn Məsud, Muhammad İbn Kəb, Mucahid, Əta, Həsən, Qatadə, Dəhhak, Suddi, Rəbi İbn Ənəs və Muqatil: «Etikafda qadınlara yaxınlaşmaz» — demişlər. Onlardan nəql etdiyi bu məsələdə alimlər ittifaq etmişlər. Belə ki, etikafa çəkilənə məsciddə etikaf etdiyi zaman qadınlar haram olur. Əgər bir ehtiyac üçün evə gedərsə, orada yalnız ayəqyoluna getmək yaxud yemək kimi ehtiyaclarını ödəyanə kimi qala bilər. Zövcəsini öpüb qucaqlayə bilməz. Etikafdan başqa heç nə ilə məşğul ola bilməz. Nə də xəstəni ziyarət edə bilməz. yalnız yol boyu onun barəsində soruşa bilər.
Etikaf fəsillərində onun təfsilatlı hökmləri vardır. Bunlardan bəzilərində alimlər icma bəzilərində isə ixtilaf etmişlər. Biz də bunlardan məsləhət bilinən hissəsinə oruc kitabının axırında izah verdik. Həmd və minnət Allaha məxsusdur.
Buna görə də fəqihlər yazdıqları kitablarda Qurana əsaslanaraq etikaf mövzusunu oruc kitabının sonunda açırlar. Çünki Allah etikafı orucdan sonra zikr etmişdi. Allah Təalanın etikafı orucdan sonra zikr etməsində, etikafın Ramazan ayının sonunda edilməsinə bir işarə vardır. Necə ki, sünnəyə görə sabitdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) ölənə qədər Ramazan ayının son on gününü məsciddə etikafda keçirirdi. Sonra onun ardınca həyat yoldaşları etikaf etmişlər. Bunu iki şeyx möminlərin anası Aişədən təxric etmişdir.
İki “Səhih” əsərində deyilir ki, Safiyya bint Huyey məsciddə etikaf edən Peyğəmbəri (salləllahu aleyhi və səlləm) ziyarət edərdi. Onunla azacıq söhbət edib evinə getmək üçün qalxardı. Ziyarətlərin biri gecəya təsadüf etdi, Peyğəmbər (salləllahu aleyhi və səlləm) onu evinə ötürmək üçün onunla birgə getdi. Evi, Mədinənin kənarında Usamə İbn Zeydin məhəlləsində idi. yolda ənsarlardan iki nəfərə rast gəldi, onlar Rəsulullahı (salləllahu aleyhi və səlləm) gördükdə tələsdilər. Bir rəvayətə görə gizləndilər, yəni Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) utandılar. Çünki ailəsi ilə idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara dedi: «Sakitləşin, bu Huyeyin qızı Safiyyadir.» yəni, tələsməyin, bilin ki, o Safiyya bint Huyeydir, mənim həyat yoldaşımdır. Onlar: «SübhənAllah, ey Allahın elçisi» — dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Şeytan Adəm oğlunun qan damarlarında dolaşır, qorxdum qəlbinizə bir şey – və ya dedi: şər — atar.»
Şafii, Allah ona rəhmət etsin demişdi: Peyğəmbər (salləllahu aleyhi və səlləm) tənqiddən uzaqlaşmağın vacibliyini göstərmək və o iki nəfərin suizənnə düşməməsini istəmişdir. O iki nəfər Peyğəmbər (salləllahu aleyhi və səlləm) haqqında bir şey zənn etməyəcəyi qədər Allahdan qorxan kimsələr idi. Allah ən doğrusunu biləndir.
Sonra qadına yaxınlaşmağın məqsədi cinsi əlaqədir, öpüb qucaqlama isə ona aparır. Amma nəyi isə alıb verməkdə maneə yoxdur. İki “Səhih” əsərində Aişə demişdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) başını mənə uzadardı mən də onu darayərdım, heyzli idim. yalnız insani ehtiyaclar üçün evə gələrdi, demişdi. Aişə deyir ki, evdə xəstə olurdu ona sual verməzdim, ancaq yoldan keçərkən onun barəsində soruşardım.
“Bunlar Allahın sərhədləridir” yəni, bu oruc və hökmlərindən açıqladığımız, fərz etdiyimiz və sərhədlərini təyin etdiyimiz şeylərdir. Mübah və haram etdiyimiz qayələrini, rüsxət və əzəmətlərini anlatdığımız şeylərdir. Allahın sərhədləridir, yəni Allahın şəriət etdiyi və açıqladığı şeylərdir. «Onlara yaxınlaşmayın» onları aşmayın. Dəhhaq ilə Muqatil “Bunlar Allahın sərhədləridir”ayəsinə, etikafda qadınlara yaxınlaşmaqdır, demişlər.
Əbdurrəhman İbn Zeyd İbn Əsləm demişdir: «yəni, bu dörd sərhədi.» Sonra o, “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi….Sonra gecəyadək orucunuzu tamamlayın” ayəsini oxuyurdu. Deyirdi ki, atam və digər şeyxlər bunu deyərdi və bizə bunu oxuyardılar.
“Allah Öz ayələrini insanlara belə bəyan edir ki” yəni orucu, hökmlərini, maddələrini və təfsilatını açıqladığı kimi, digər hökmləri də qulu və Rəsulu Muhəmmədin (salləllahu aleyhi və səlləm) dili ilə açıqlayır.
“Bəlkəqorxalar” yəni, necə hidayət olacaqlarını və necə itaət edəcəklərini anlayərlar. Necə ki, Allah Təala buyurur: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.”(əl-Hədid, 9).