Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.

Allah Təala Yəhudiləri haqqı batilə qarışdırmağı, və onu şişirtməyi,  haqqı gizlədib batili bəYan etməyi qadağan edərək : “Siz bilə-bilə haqqı batilə qarışdırmayın, haqqı gizlətməyin” buyurur. Onlara iki şeyi birdən qadağan edir,  haqqı bəyan etməyi və onu izah etməyi isə əmr edir. Buna görə də Dəhhaqdan olan rəvayətdə İbn Abbas: Haqqı batilə doğrunu yalana dolaşdırmayın demişdir. Əbu Aliyə də “haqqı batilə qarışdırmayın” ayəsi haqında : Haqqı batilə dolaşdırmayın. Muhəmməd ümməti olan Allahın qullarına qarşı səmimi və sədaqətli olun, demişdir. Səid ibn Cubeyr ilə Rəbi ibn Ənəsdən də belə dedikləri rəvayət olunmuşdur. Qatadə də : yəhudiliyi və xristianlığı islamla qarışdırmayın. Bilirsiniz ki Allahın dini islamdır. Yəhudilik və xristianlıq bidətdir, Allahdan deyildir, demişdir. Həsən Bəsridən də belə rəvayət edilmişdir. Muhamməd ibn o da Muhamməd ibn əbu Muhamməd, o da İkrimədən və Ya Səid ibn  Cubeyrdən rəvayət etdi ki, Ibn Abbas “Siz bilə-bilə haqqı batilə qarışdırmayın” ayəsində belə demişdir: Yəni Rəsulum və onun  gətirdiyi şeylər haqqındakı məlumatları gizlətməyin. Siz əllərinizdəki kitablarda onun Yazılı olduğunu görürsünüz. Əbu Aliyədən də eynisi rəvayət edilmişdir. Mucahid, Suddi, Qatadə və Rəbi ibn Ənəs “haqqı gizlətməyin” sözündəki haqqın Muhamməd (salləllahu aleyhi və səlləm) olduğunu söyləmişdilər.

Mən də deyirəm ki, “Və təktumu” sözü məczum ola bilər, mənsub da ola bilər, bununla onu bir tutmayın, deməkdir. “Lə tekulli semeke ve teşrebel leben” sözü kimi. Zəməxşəri də ibn Məsudun Mushafında “və təktumunəl haqqa” Yazılmışdır — Haqqı gizlərdərək , demişdir. Və əntum təaləmun sözü də haldır. Mənası da haqqı bildiyiniz halda deməkdir. Mənanın belə olması da icazəlidir: Bunda xalqı böyük zərərə uğradma olduğunuzu bildiyiniz halda. O zərər də onları doğru yoldan döndərmək, atəşə (oda) aparmaqdır. Əgər onlar sizin səhv yönləndirmənizlə haqq kimi göstərdiyiniz batıl yola gedərlərsə nəticə mütləq eyni olacaqdır. Bəyan: izah etmək deməkdir. Ayədə qeyd edilən isə bunun əksi olan  gizlətməkdir. Haqqı batilə qatmaqdır.