Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah Əhatəedəndir, Biləndir”.

Yəni Peyğəmbərlərindən özlərinə bir hökmdar təyin etməsini istəyincə, o da Talutu bu işə vəzifələndirdi. O, onların hökmdar sülaləsindən deyil, əsgərlərindən biri idi. Çünki hökmdarlıq yahuda sülaləsində idi. Bu da o qəbilədən deyildi. Buna görə də: “O necə bizim üzərimizə mülk sahibi bilər ki?” — dedilər. yəni, bizə necə başçı olar deməkdir. “biz mülk sahibliyinə ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir” dedilər. yəni “o, bunlarla yanaşı həm də kasıbdır deya hökmdarlıq onun ola bilməz” dedilər. Bəziləri onun cuvar olduğunu demişdilər. Dabbaq idi deyanlər də olmuşdur. Beləcə Peyğəmbərlərinə etiraz və inad etdilər. Onlara yaraşan isə itaət etmək və gözəl söz söyləmək idi. Sonra Peyğəmbər onlara belə cavab verdi: “Allah sizin üzərinizə onu seçdi,” yəni aranızdan onu sizə tərcih etdi. Allah isə onu sizdən daha yaxşı bilir. Peyğəmbər deyirdi ki: “Onu təyin edən mən deyiləm. Siz məndən istəyincə Allah da onu seçməyimi mənə əmr etdi.” “elm və bədəncə onun gücünü artırdı” yəni o, bununla yanaşı sizdən daha bilikli, sizdən daha əsilli və sizdən daha gözəgəlimlidir. Müharibə zamanı daha qüvvətli və daha biliklidir. Onu sizdən daha yaxşı yerinə yetirir. Buradan bu məna hasil olur ki, hökmdar bilikli, gözəgəlimli, bədən və ruh baxımından güclü olmalıdır. Sonra belə dedi: “Allah Öz mülkünü istədiyi kəsə verir” yəni O, istədiyini edən hakimdir. Etdiyindən hesaba çəkilməz lakin insanlar isə hesaba çəkilərlər. Çünki Allah elm və hikmət sahibidir. Xalqına qarşı mərhəmətlidir. Buna görə də “Allah (hər şeyi) Əhatəedəndir, Biləndir” demişdir. yəni onun lütfü genişdir. Rəhmətini dilədiyinə bəxş edər. Hökmdarlığa layiq olub olmayanı çox yaxşı bilir.