Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!”

Bu iki ayənin fəzilətinə dair hədislər. Allah bizi onlardan yararlandırsın.

Birinci hədis: Buxari demişdir:  Bizə Muhəmməd İbn Kəsir danışdı, bizə Şubə danışdı, o da Süleymandan, o da İbrahimdən, o da Əbdurrəhmandan, o da Əbu Məsuddan, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət edir ki, o demişdir: “Kim bu iki ayəni oxusa”, bizə Əbu Nuaym danışdı, bizə Sufyan danışdı, o da Mansurdan, o da İbrahimdən, o da Əbdurrəhman İbn yəziddən, o da Əbu Məsuddan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Kim bir gecədə Əl-Bəqərə surəsinin sonundakı bu iki ayəni oxusa, o ikisi ona kifayət edər.” Bunu camaatın qalanı da Süleyman İbn Mihran Aməş yolu ilə sənədli şəkildə rəvayət etmişdir. O, İki Səhihdə Səvri yolu ilə Mənsurdan, o da  İbrahimdən, o da Əbdurrəhmandan, ondan bu şəkildə rəvayət edilmişdi. O yenə İki Səhihdə Əbdurrəhmandan, o da Alqamədən, o da Əbu Məsuddan rəvayət edilmişdi. Əbdurrəhman demişdir: Sonra Əbu Məsud ilə görüşdüm, mənə o şəkildə danışdı.

Əhməd İbn Hənbəl də bu cür rəvayət etmiş və demişdir: Bizə yəhya İbn Adəm danışdı, bizə Şərik danışdı, o da Asimdən, o da Musəyyab İbn Rafidən, o da  Alqamədən, o da Əbu Məsuddan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim Əl-Bəqərə surəsinin sonundakı bu iki ayəni bir gecədə oxusa ona kifayət edər.”

İkinci hədis, İmam Əhməd demişdir: Bizə Huseyn danışdı, bizə Şeyban danışdı, o da Mənsurdan,  o da Ribidən, o da Harəşə İbn əl-Hurdan, o da  Mərur İbn Suveyddən, o da  Əbu Zərdən, onun belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əl-Bəqərə surəsinin sonundakı ayələr mənə Ərşin altındakı bir xəzinədən verildi. Onlar məndən əvvəl heç bir Peyğəmbərə verilmədi.” Bunu İbn Mərdəveyh də əl-Əşcaidən,  o da Səvridən, o da Mənsurdan, o da Ribidən, o da Zeyd İbn Zibyandən, o da Əbu Zərdən rəvayət etmişdir. O demişdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əl-Bəqərə surəsinin sonundakı ayələr mənə Ərşin altındakı bir xəzinədən verildi.”

Üçüncü hədis, Müslim demişdir: Bizə Əbubəkr İbn Əbu Şeybə danışdı, bizə Əbu Usamə danışdı, bizə Malik İbn Miğvəl danışdı; başqa sənədlə bizə İbn Numeyr ilə Zuheyr İbn Hərb danışdı, ikisi birlikdə Abdullah İbn Numeyrdən danışdılar – sözləri bir-birinə yaxın idi – İbn Numeyr dedi: Bizə atam danışdı, bizə Malik İbn Miğvəl danışdı, o da Zubeyr İbn Adiyydən, o da Talhadan, o da  Murrədən rəvayət etdi ki, Abdullah dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Meracda Sidrətul-Muntəhayə aparıldı. O altıncı qat səmadadır. yerdən yuxarı qalxan orayə çatar, oradan götürülər, yuxarıdan enən də orayə çatar, oradan götürülər. Dedi ki, “o zaman Sidr ağacını bürüyan bürümüşdü” (Ən-Nəcm, 16). O dedi: Onlar qızıl kəpənəklər idi. O dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) üç şey verildi: Beş vaxt namaz və Əl-Bəqərə surəsinin sonundakı ayələr verildi. Ümmətindən heç bir şeyi Allaha şərik qoşmayən şəxsin digər böyük günahları bağışlanar.”

Dördüncü hədis, Əhməd demişdir: Bizə İshaq İbn İbrahim ər-Razi danışdı, bizə Sələmə İbn Fadl danışdı, mənə Muhamməd İbn İshaq danışdı, o da yəzid İbn Əbi Həbibdən, o da Mərsəd İbn Abdullah əl-yazniydən, o da Uqbə İbn Amir əl-Cuhənidən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Əl-Bəqərə surəsinin sonundakı iki ayəni oxu, onlar mənə Ərşin altından verildi.” Bu “həsən” dərəcəli isnaddır, lakin hədisçilər onu kitablarında rəvayət etməyib.

Beşinci hədis, İbn Mərdəveyh demişdir: Bizə Əhməd İbn Kamil danışdı, bizə İbrahim İbn İshaq əl-Hərbi danışdı, bizə Mərvan xəbər verdi, bizə İbn Avanə xəbər verdi, o da Əbu Malikdən, o da Ribidən, o da Huzeyfədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Biz üç şeylə digər insanlardan üstün olduq: Mənə Əl-Bəqərə surəsinin sonundakı ayələr Ərşin altındakı bir xəzinə evindən verildi ki, məndən əvvəl heç kimsəya verilmədi və məndən sonra da heç kimə verilməyacək.” Sonra bunu Nuaym İbn Əbi Hinddən,  o da Ribidən, o da  Huzeyfədən bənzər şəkildə rəvayət etmişdir.

Altıncı hədis, İbn Mərdəveyh demişdir: Bizə Abdulbaqi İbn Nafi danışdı, bizə İsmail İbn Fadl xəbər verdi, bizə Muhəmməd İbn Hatim İbn Buzey xəbər verdi, bizə Cəfər İbn Avn xəbər verdi, o da Malik İbn Miğvəldən,  o da Əbu İshaqdan, o da Harisdən rəvayət edir ki, Əli dedi: “İslamı başa düşən bir kimsənin Əl-Bəqərənin sonundakı ayələri oxumadan yatacağını sanmıram. Çünki onlar sizin Peyğəmbərinizə (salləllahu aleyhi və səlləm) Ərşin altından verilmişdi.”

Bunu Vaki də təfsirində İsraildən, o da Əbu İshaqdan, o da Umeyr İbn Amr əl-Muharikidən, o da Əlidən onun belə dediyini söyləmişdi: “İslam çatan ağıllı bir kimsənin ayətəl kursi ilə, Əl-Bəqərə surəsinin sonlarını oxumadan yatacağını sanmıram. Çünki onlar Ərşın altından verilmişdi.”

yeddinci hədis, Əbu İsa Tirmizi demişdir: Bizə Bundar danışdı, bizə Əbdurrəhman İbn Mehdi danışdı, bizə Həmməd İbn Sələmə danışdı, o da Əşas İbn Əbdurrəhman əl-Cərmidən,  o da Əbu Qiləbədən, o da Əbu-Əşas əs-Sananidən, o da  Numan İbn Bəşirdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah göyləri və yeri yaratmazdan iki min il əvvəl bir kitab yazdı, ondan da iki ayə endirib Əl-Bəqərə surəsini onlarla bitirdi. Onlar hansı evdə üç gecə oxunarsa, o evə şeytan yaxınlaşmaz.” Sonra Tirmizi dedi: Bu qərib hədisdir. Bunu Hakim də “Müstədrək” əsərində Həmmad İbn Sələmədən belə rəvayət etmişdir və: “Səhihdir, Müslimin şərtinə uyğundur, iki şeyx onu təxric etməyib.” — demişdir.

Səkkizinci hədis, İbn Mərdəveyh demişdir: Bizə Əbdurrəhman İbn Muhamməd İbn Mədyan danışdı, bizə Həsən İbn Cəhm xəbər verdi, bizə İsmayıl İbn Amr xəbər verdi, bizə İbn əbi Məryam xəbər verdi, mənə yusuf İbn Əbil-Həccac danışdı, o da Səiddən, o da İbn Abbasdan dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Əl-Bəqərə surəsini və Ayətul-kürsünü oxuduğu zaman gülər və: “Bu ikisi, Ər-Rəhmanın Ərşinin altındakı xəzinədəndir” — deyərdi. “Pislik edən kəs, onun cəzasını alacaq.” (Ən-Nisə, 123) və
“İnsan can atdığı şeya nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!” (Ən-Nəcm, 39-41) ayələrini oxuduğu zaman isə, “innə lilləhi va innə ileyhi raciun” deyar və qəhərlənərdi.

Doqquzuncu hədis: İbn Mərdəveyh demişdir: Bizə Abdullah İbn Muhamməd İbn Kufi danışdı, bizə Əhməd İbn yəhya İbn Həmzə danışdı, bizə Muhamməd İbn Bəkr danışdı, bizə Məkki İbn İbrahim danışdı, bizə Abdullah İbn Əbi Əhməd danışdı, o da Əbu Muleyhdən, o da Maqil İbn yasardan dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Mənə Kitabı açan – (Əl-Fatihə) surəsi və Əl-Bəqəra surəsinin son ayələri Ərşin altından verildi. Müfəssəl surələr isə əlavə olaraq verildi.”

Onuncu hədis: Əl-Fatihə surəsinin fəziləti barədə yuxarıda Abdullah İbn İsa İbn Əbdurrəhman İbn Əbi Leyladan, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan belə nəql etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) oturmuşdu. Cəbrayıl onun yanında idi. yuxarıdan bir səs eşitdi. Cəbrayıl gözünü göyə qaldırdı və ona: “Bu göydən açılan bir qapıdır, indiya kimi açılmayıb” — dedi. Oradan bir mələk endi və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib: “Müjdən olsun! Sənə iki nur verildi ki, onlar səndən əvvəl heç bir Peyğəmbərə verilmədi: Kitabı açan ilə Əl-Bəqərə surəsinin sonları. Bu ikisindən bir hərf oxusan o sənə verilər” — dedi. Bunu Müslim ilə Nəsai rəvayət etmişdir. Sözləri sonuncuya aiddir.

On birinci hədis: Əbu Muhamməd Abdullah İbn Əbdurrəhman əd-Darimi “Müsnəd” əsərində demişdir: Bizə Əbu Muğirə danışdı, bizə Safvan danışdı, bizə Eyfa İbn Abdullah əl-Kulai rəvayət etdi ki, bir şəxs: “Ey Allahın Rəsulu, Allahın Kitabında ən böyük ayə hansıdır?” — dedi. O buyurdu: Ayətəl-Kursi “Allahu lə iləhə illə huvəl-hayyul-qayyum.” Kişi dedi: “Allahın Kitabında səncə hansı ayənin sənə və ümmətinə düşməsini arzu edərsən?” O da: “Əl-Bəqərə surəsinin sonu; Dünya və axirətdə nə qədər xeyir varsa hamısını  ehtiva etmişdir ” — buyurdu.

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi” Burada Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) xəbər verilir. İbn Cərir demişdir: Bizə Bişr danışdı, bizə yezid danışdı, bizə Səid danışdı, o da Qatadədən dedi: Bizə rəvayət edilənə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayə endiyi zaman buyurdu: “İman etməsi onun üçün haqqdır.”

Hakim də “Müstədrək” əsərində demişdir: Bizə Əbun-Nadr əl-Fəqih danışdı, bizə Muaz İbn Nəcdə əl-Quraşi danışdı, bizə Xalləd İbn yəhya danışdı, bizə Əbu Əqil danışdı, o da yəhya İbn Əbu Kəsirdən, o da Ənəs İbn Malikdən dedi: Peyğəmbərə (salləllahu aleyhi və səlləm) “Amənərrəsuli bimə unzilə ileyhi min rabbihi” ayəsi endikdə o: “İman etməsi onun üçün haqqdır.” – buyurdu. Sonra Hakim: “Sənədi səhihdir, iki şeyx onu təxric etməmişdi” — dedi.

“Möminlər də” Bu, “Peyğəmbər” sözünə bağlanmışdı. Sonra isə hamısından xəbər verərək “Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. “Biz Onun elçiləri arasında fərq qoymuruq!” buyurdu. Möminlər Allahın bir və Əhəd, tək və Saməd olduğuna, Ondan başqa ilah olmadığına və ondan başqa Rəbb olmadığına iman edərlər. Onlar bütün nəbi və rəsulları, Allahın Peyğəmbərlərinə səmadan nazil olan kitabları təsdiq edirlər. Peyğəmbərlərdən heç birinin arasında ayrı seçkilik etməzlər; bəzisinə inanıb bəzisini inkar etməzlər. Onlara görə hamısı doğrudur, yaxşı insanlardı, düz yoldadır, hidayətdə olanlardı və xeyirli yollara yönəldəndi. Baxmayəraq ki, bəziləri digərlərinin şəriətini Allahın icazəsi ilə nəsx etmişdir. Son Peyğəmbər Muhammədin (salləllahu aleyhi və səlləm) şəriəti də bütün Peyğəmbərlərin şəriətini nəsx etmişdir. Qiyamət onun şəriəti zamanında qopacaqdır. Ümmətindən bir qrup açıq aşkar haqq üzrə gedəcək.

“Onlar dedilər: “Eşitdik və itaət etdik!” yəni, ey Rəbbimiz, sənin sözlərini eşitdik, başa düşdük və onu yerinə yetirdik. Lazımi qaydada əməl etdik, deməkdir.

“Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik” bu bağışlanma rəhmət və şəfqət istəyidir. İbn Əbi Hatim demişdir: Bizə Əli İbn Harb əl-Movsuli danışdı, bizə İbn Fudeyl danışdı, o da Əta İbn Saibdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan dedi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də!…… Səndən bağışlanma diləyirik” ayəsi haqqında, Allah: “Sizi bağışladım, buyurdu” — demişdir. “Dönüş Sənədir!” yəni, sorğu-sual günü dönüş və qovuşma ancaq Sənədir, deməkdir.

İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Cərir danışdı, o da Bəyandan, o da Həkimdən, o da Cabirdən dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. : “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş Sənədir!” ayəsi endikdə Cəbrayıl: “Allah səni və ümmətini mədh etdi, istə sənə veriləcək” — dedi. O da istədi. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.” ayəsini sona kimi nazil etdi.

“Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər.”  yəni, Allah heç kimdən gücünün çatmadığını istəməz. Bu da Allahın qullarına olan lütfü, şəfqəti və ehsanındandır. Bu ayə əshabələri narahat edən “ Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək.”  (Əl-Bəqərə, 284)  ayəsini nəsx etdi. yəni, O, hesaba, sorğuya çəksə də ancaq insanın dəf etmə imkanı olan şeya görə əzab edər. Amma dəf etmə imkanı olmadığı – ürəyindən keçirdiyi duyğu və vəsvəsə kimi şeylərdən insanı məsul etməz. Pis vəsvəsədən xoşlanmamaq imandandır.

Hər kəsin qazandığı onun özünədir” yəni, qazandığı xeyir lehinədir, deməkdir.

Qazandığı öz əleyhinədir.” yəni, qazandığı şər də əleyhinədir, deməkdir. Bu da mükəlləfiyyat altına girən əməllərə aiddir. Sonra Allah Təala qullarını Ondan istəməya təşviq edərək belə demələrini buyurdu — onsuz da daha əvvəllər bildirdiyi kimi dualarını qəbul edəcəyinə zəmanət vermişdir — “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” yəni əgər bir fərzi unudaraq tərk etsək, yaxud bu şəkildə bir haramı etsək, “və ya xəta etsək bizi cəzalandırma!” yəni, dini cəhətdən doğru olanı bilməyarək bir xəta etsək, bizi cavabdeh etmə, deməkdir.

Səhih Müslimdə Əbu Hureyrədən bu hədis rəvayət edilir: “Allah bu dilək qarşısında: ”yaxşı” – demişdir.” İbn Abbas nəql etdiyi hədisdə: “Etdim” — demişdir.

İbn Macə “Sünən” kitabında, İbn Hibban da “Səhih” əsərində Əbu Amr Əl-Əvzaidən, o da  Ətadan; İbn Macənin rəvayətində demişdir: “İbn Abbasdan”; Təbarani və İbn Hibban demişlər: Ətadan, o da Ubeyd İbn Umeyrdən, o da İbn  Abbasdan dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah ümmətimə xətanı, unutmağı və məcburiyyat qarşısında etdiklərini bağışladı.” Hədis başqa bir yolla da rəvayət edilmişdi ki, Əhməd ilə Əbi Hatim onu qüsurlu hesab etmişlər. Allah ən doğrusunu biləndir.

İbn Əbi Hatim demişdir: Bizə atam danışdı, bizə Müslim İbn İbrahim danışdı, bizə Əbubəkr əl-Hüzəli danışdı, o da Şəhrdən, o da Ümmu-Dərdadan, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu söylədi: “Allah ümmətimin üç halını bağışladı: Xətasını, unutmasını və məcburiyyat qarşısında qalmasını”. Əbubəkr dedi: Bunu Həsənə danışdım, o da: “Bəli belədir, bunun Quranda “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” şəklində oxumadınmı?” — dedi.

Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!”

yəni, bizi tab gətirsək də ağır əməllərlə mükəlləf etmə, necə ki, bizdən əvvəlki ümmətlərə ağır yüklər vermişdin. Sonra rəhmət Peyğəmbəri Muhammədi (salləllahu aleyhi və səlləm) dost doğru, asan və xoşməramlı dinlə göndərdin, o da bunları ortadan qaldırdı.

Səhih Müslimdə Əbu Hüreyrənin rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah Təala bu dilək qarşısında: “yaxşı” — dedi.”

İbn Abbasdan, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) onun belə buyurduğun dedi: “Allah: “Belə etdim” — buyurdu. Müxtəlif yollarla nəql edilən hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) : “Mən doğru və asan bir dinlə göndərildim” — demişdir.

“Ey Rəbbimiz, gücümüz çatmayən şeyi daşımağa bizi vadar etmə!” yəni apara bilmədiyimiz mükəlləfiyyati, bəlaları və müsibətləri bizə yükləyarək bizi sınağa çəkmə deməkdir.

Məkhul “Ey Rəbbimiz, gücümüz çatmayən şeyi daşımağa bizi vadar etmə!” kəlamı haqqında: “O subaylıq və dəliqanlılıqdır” — demişdir. İbn Əbi Hatim də: “Allah: “Bəli” — buyurdu” — demişdir. Başqa hədisdə də: “Belə etdim” — buyurdu.

“Bizi əfv et” yəni, Səninlə bizim aramızda olub keçən bildiyin qüsurlarımızı və xətalarımızı, deməkdir. “Bizi bağışla” yəni, bizimlə qullarının arasında yaşanan münasibətlərimizi bağışla, onlara pisliklərimizi və çirkin əməllərimizi göstərmə, deməkdir. “Bizə rəhm et!”  yəni, gələcəkdə mərhəmət edərək, bizi başqa günahlara düşürtmə, deməkdir. Buna görə də belə demişlər: “Günah işləyan üç şeya möhtacdır: Allahın onu təklikdə əfvinə, bunu qullarından gizlədib onu biabır etməməsinə və oxşar günaha bir də düşməkdən qorumasına.” yuxarıdakı hədisdə belə qeyd edilmişdi: “Allah da bu istək qarşısında: “yaxşı” dedi. Başqa hədisdə də: “Belə etdim” — buyurdu.”

“Sən bizim Himayədarımızsan!” yəni sahibimizsən, kömək edənimizsən. yalnız Sənə təvəkkül etdik. Kömək ancaq Səndən istənilər, ancaq sənə güvənilər. Sənsiz bizim heç bir qüvvət və qüdrətimiz yoxdur. “Kafirləri məğlub etməkdə bizə yardım et!” yəni dinini inkar edən, Sənin təkliyini və Peyğəmbərinin elçiliyini tanımayən, Səndən başqasına ibadət edib, qullarını sənə şərik qoşanlardan deməkdir. Onlara qarşı bizə köməklik et. Dünya və axirətdə aqibətimizi xeyr et. Allah da: yaxşı — buyurdu.”  Müslimin İbn Abbasdan rəvayət etdiyi hədisdə də: “Belə etdim” — dedi.

İbn Cərir demişdir: Mənə Musənna İbn İbrahim danışdı, bizə Əbu Nuaym danışdı, bizə Sufyan danışdı, o da Əbu İshaqdan, o da Muazdan (radiyAllahu anh) rəvayət etdi ki, o, bu surəni bitirib “Fənsurna aləl qavmul kafirin” dediyi zaman: “Amin” — deyərdi.

Bunu Vəki də Sufyandan, o da Əbu İshaqdan, o da bir adamdan, o da Muaz İbn Cəbəldən dedi ki, o: “Əl-Bəqərəni xətm etdiyi zaman: “Amin” — deyərdi”.