Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət ver-mək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

Bu Əziz və Cəlil olan Allahın kişilərə bir əmridir. Bir nəfər qadını geri dönmə haqqı olan talaqla boşayərsa, iddə müddəti bitdikdə, lakin geri qayıdacaq qədər bir müddət qaldığı zaman ona yaxşılıq etməlidir; ya onu gözəlliklə saxlamalıdır, yəni ona geri dönməli və onu ailəsinə daxil etməlidir. Bu da ona geri döndükdə şahid tutmaq və onunla yaxşı keçinməya niyyat etməklə olur. yaxud boş buraxmaqla yəni, iddəsi bitənə qədər onu tərk etməklə olur. Bu zaman evindən xoşluqla çıxarar, onunla mübahisə etməz, məhkəməlik olmaz və pis danışmaz.

“Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın.” İbn Abbas, Mucahid, Məsruq, Həsən, Qatadə, Dəhhak, Rəbi, Muqatil İbn Həyyan, və bir çoxları belə demişdir: Bir nəfər arvadını boşayərdı, iddəsinin bitmə vaxtı yaxınlaşdıqda ona qayıdar və onu geri alardı. Bunu da başqasına getməsin deya ona zərər vermək üçün edərdi. Sonra onu boşayər, iddəsi bitməya yaxınlaşdığı zaman iddəsi uzansın deya bir daha boşayərdı. Allah onlara bunu qadağan etdi və onları təhdid edərək “ Kim bunu etsə, ancaq özünə zülm etmiş olar.” dedi. Allah Təalanın əmrinə qarşı gəlməklə özünə zülm etmiş olar.

“Allahın ayələrini ələ salmayın” : İbn Cərir bu ayənin təfsirində demişdir: Bizə Əbu Kureyb, bizə İshaq İbn Mənsur, o da Abdüssələm İbn Hərbdən, o da yəzid İbn Əbdurrəhmandan, o da Əbu əl-Əla əl-Əvdidən, o da Humeyd İbn Abdur-Rahməndən, o da Əbu Musadan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Əşarilərə qəzəbləndi. Əbu Musa onun yanına gəldi və: “Ey Allahın Rəsulu, Əşarilərə qəzəbləndin?” — dedi. O da dedi: “Boşadım, geri döndüm” deyirsiz, müsəlmanların talaqı belə deyildir. Qadınların iddələrini diqqətə alaraq boşayın.”

Sonra bunu İbn Cərir başqa bir yolla Əbu Xalid əd-Dələnidən rəvayət etmişdir. O, yəzid İbn Əbdurrəhmandır. Onun haqqında tənqidi danışmışlar. Məsruq demişdir: “Bu da arvadını vaxtsız tərk etməkdir. İddəsi uzansın deya arvadını boşayıb geri dönməklə ona zərər verir.”

Həsən, Qatadə, Əta əl-Xorasani, Rəbi, Muqatil İbn Həyyan demişdir: Bir adam arvadını boşayər və: “Mən əyləncə üçün edirdim” deyərdi. Bu hadisəya görə Allah Təala “Allahın ayələrini ələ salmayın” ayəsini endirdi və bu ayəni qadağanedici etdi.

İbn Mərdəveyh demişdir: Bizə İbrahim İbn Muhamməd rəvayət etdi, bizə Əbu Əhməd əs-Sayrafi rəvayət etdi, mənə Cəfər İbn Muhamməd əs-Simsar, o da İsmayıl İbn yəhyadan, o da Sufyandan, o da Leysdən, o da Mucahiddən rəvayət etdi ki, İbn Abbas dedi: Bir adam arvadını boşadı, əslində boşamaq istəmirdi lakin oyun oynayırdı. Allah Təala da “Allahın ayələrini ələ salmayın” buyurdu. Rəsulullah (salləllahu aleyhi və səlləm)  də onun talaqını qüvvəya minmiş hesab etdi.

İbn Əbi Hatim demişdir: Bizə İsam İbn Zəvvad rəvayət etdi, bizə Adəm, bizə Mubarək İbn Fadala, o da Həsən əl-Bəsridən rəvayət etdi ki, Bir adam boşayər və: “Oyun oynayıram” deyarək azad edər. yaxud: “Mən əyləncə üçün edirdim” — deyib evlənərdi. ya da: “Mən əylənirəm” — deyərdi. Bu hadisə haqda Allah Təala “Allahın ayələrini ələ salmayın” ayəsini nazil etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Kim  arvadını boşayər və ya qulunu azad edər və ya evlənər və ya evləndirərsə, ciddi də olsa, zarafatla da olsa qüvvəya minmişdir.”

Eyni rəvayəti İbn Cərir Zuhri yolundan, o da Süleyman İbn Ərqamdan, o da Həsəndən bu şəkildə danışmışdır. Bu da mürsəldi. Bunu İbn Mərdəveyh, Amr İbn Ubeyd yolu ilə, o da Həsəndən, o da Əbud-Dərdadan məvquf olaraq rəvayət etmişlər.

Əlavə olaraq demişdir: Bizə Əhməd İbn Həsən İbn Əyyub rəvayət etdi, bizə yaqub İbn əbi yaqub rəvayət etdi, bizə yəhya İbn Abdulhəmid rəvayət etdi, bizə Əbu Muaviya rəvayət etdi, o da İsmayıl İbn Sələmədən, o da Həsəndən rəvayət etdi ki,  Ubadə İbn Samit, “Allahın ayələrini ələ salmayın” ayəsi haqqında demişdir:

Bir adam Rəsulullah (salləllahu aleyhi və səlləm) zamanında başqa birisinə: “Sənə qızımı verdim” deyar və sonra da: “Mən səninlə oynayırdım” — deyərdi. Qulunu azad edər və: “Mən səninlə oynayırdım” — deyərdi. Buna görə Allah Təala “Allahın ayələrini ələ salmayın”  kəlamını endirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə dedi: “Üç şey var ki, kim onları zarafatla və ya ciddi olaraq desə, onlar onun adından qüvvəya minər və əsaslı sayılar: Boşanma, qul azad etmə və evlənmə.”

Bu haqda məşhur olan, Əbu Davud, Tirmizi və İbn Macənin, Əbdurrəhman İbn Həbib İbn Ərdəkdən, o da Ətadan, o da İbn Mahikdən, o da Əbu Hureyrədən rəvayət etdiyi hədisdir. Rəsulullah (salləllahu aleyhi və səlləm)  demişdir: Üç şeyin ciddisi də ciddidir, zarafatı da ciddidir: Evlənmə, boşanma və rici talaqında qadına geri qayıtma.” Tirmizi: “Həsən qəribdir” — demişdir.

Allahın sizə olan nemətlərini  yadınıza salın.” yəni, sizə hidayət və açıq dəlillərlə Peyğəmbər göndərməsini, deməkdir. “Nazil etdiyi Kitab və hikməti” yəni, sünnəti deməkdir. “öyüd-nəsihət vermək üçün” yəni, sizə əmr edir, sizə qadağan edir və sizi haram işləməklə bağlı xəbərdarlıq edir, deməkdir. “Allahdan qorxun” yəni, etdiyiniz və etmədiyiniz şeylərdə, deməkdir. “və bilin ki, Allah hər şeyi bilir” yəni, gizli və aşkar heç bir şeyiniz ona örtülü qalmaz, sizə onun əvəzini verəcəkdir.