Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. “Mən səni insanlara imam edəcəyəm!”– dedi. “Nəslimdən də!”– dedi. “Zalımlar Mənim əhdimə nail olmazlar!”– dedi.

Allah Təala İbrahim Xəlil əleyhissalamın şərəfini vurğulayəraq onu mükəlləf etdiyi əmr və qadağaları yerinə yetirdiyi zaman onu tövhiddə insanların tabe olacağı imam edəcəyini deyir. Buna görə də: “Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman” demişdir, yəni ey Muhəmməd, İbrahimin dinindən olduqlarını iddia edən, əslində belə olmayan müşriklərə və iki kitab əhlinəxatırlat deyir. Onun doğru yolunda olanlar ancaq sənsən və səninlə bərabər olan möminlərdir. Bunlara Allah Təalanın İbrahimi mükəlləf etdiyi əmr və qadağalarla sınamasını xatırlat. “O bunları tamamilə yerinə yetirdi” yəni hamısını yerinə yetirdi. Necə ki belə demişdir: “Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) (Nəcm, 37). Özünə həvalə olunan şeylərin hamısını yerinə yetirib onlara əməl etdi. Allahın salamı onun üzərinə olsun. Allah Təala belə demişdir: “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə vəhy etdik: ‘Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl, 120-123). Allah Təala belə demişdir: “De: ‘Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı” (Ənam, 161) Və belə demişdir: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır.” (Ali-İmran, 67-68).

“Bəzi kəlmələrlə” yəni şəriət hökmləri ilə, əmrlər və qadağalarla deməkdir.Bəzən kəlimə sözü deyilir, ondan qədərlə əlaqədar kəlmələr nəzərdə tutulur. Misal üçün Allah Təalanın Məryamdən bəhs edərkən: “O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu” (Təhrim, 12) sözü kimi. Bəzən də ondakı məna şəriət hökmlərini nəzərdə tutur. Misal üçün Allah Təalanın: ”Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır.” (Ənam, 115) sözü kimi şəri kəlmələr deməkdir. Bu da ya doğru xəbərdir ya da əmr və ya qadağa olmasına baxmayəraq ədalətin istənməsidir. Məhz “Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi” ayəsi də bunlardandır. yəni onları yerinə yetirdi deməkdir. “Mən səni insanlara imam edəcəyim” dedi, yəni etdiklərinə müqabil olaraq. Necə əmrləri yerinə yetirdi və qadağaları tərk etdisə Allah da onu insanlara başçı, tabe olacaqları imam və ibrət götürüləcək biri etdi.

İnsanlar İbrahim əleyhissalamın sınandığı bu kəlmələrinin təyinində ixtilaf etmişdilər. Bu xüsusda İbn Abbasdan rəvayətlər gəlmişdir. Abdurrəzzaq belə demişdir: Bizə Mamərdən o da Qatadədən nəql etdi ki, İbn Abbas: Allah onu həcc ayinləri ilə sınadı, demişdir. Əbu İshaq Subeyi Təmimdən o da İbn Abbasdan da belə rəvayət etmişdir. yenə Abdurrəzzaq belə demişdir: Bizə Mamər o da İbn Tavusdan o da atasından belə rəvayət etdi ki, İbn Abbas: Allah onu təmizliklə sınadı. Bunların beşı başda beşi də bədəndədir, dedi. Başda olanlar: biğları qısaltmaq, ağzı yaxalamaq, burna su çəkmək, misvak istifadə etmək və saçı iki hissəya ayırmaq. Bədəndə olanlar isə bunlardır: dırnaqları kəsmək, qasıqda olan tükləri qırxmaq, sünnət olmaq, qoltuq altındakı tükləri təmizləmək, böyük və kiçik bayıra çıxmada su ilə təmizlənmək. İbn Əbi Hatim belə demişdir: Səid İbn Müseyyib, Mucahid, Şəbi, Nəxai, Əbu Salih və Əbu Cələddən də belə rəvayət edilmişdir.

Mən də deyirəm ki: Bu Səhih Müslimdə Aişə radıyAllahu anhdan nəql edilən rəvayətə yaxındır: Dedi ki: Rəsulullah sallalhu aleyhi və səlləm: On şey fitrətdəndir, dedi. Bığları qısaltmaq, saqqal uzatmaq, misvaq istifadə etmək, burnuna su çəkmək, dırnaqları kəsmək, barmaq aralarını təmizləmək, qoltuqaltı tükləri yolmaq, qasıqdakı tükləri qırxmaq, su ilə təharətlənmək. (Musab adlı ravi demişdir) Onuncunu unutdum; o da ağzı su ilə yaxalamaq ola bilər, demişdir. Vəki də: Mətndə qey edilən su ilə təharət: İstincadır, demişdir.

İki Səhihdə Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “Fitrət beşdir: sünnət, qasıqda olan tükləri qırxmaq, bığları qısaltmaq, dırnaq kəsmək və qoltuq altındakı tükləri yolmaq.” Rəvayət Müslimə aitdir. İbn Əbi Hatim belə demişdir: Bizə yunus İbn Abdulalə oxuyaraq o da İbn Vəhbdən o da İbn Ləhiadan o da İbn Hubeyrədən o da İbn Həniş İbn Abdullah Sənanidən o da İbn Abbasdan nəql edir ki, o, bu ayənin təfsirində belə deyərdi: “Bu kəlmələr on dənədir: altısı insandadır, dördü də həcc ayinlərindədir. İnsanda olanlar: qasıqda olan tükləri qırxmaq, qoltuq altı tüklərin yolunması, sünnət olmaq. İbn Hubeyrə: Bu üçü birdir, deyərdi. Dırnaqları kəsmək, bığı qısaltmaq, misvaq istifadə etmək, cümə günü qusl etmək. Həccdə olan dörd: təvaf, səfa-mərvə arasında səy, şeytanları daşlamaq və ifadə təvafı.

Davud İbn Əbi Hinddən o da  İkrimədən rəvayət edir ki, İbn Abbas belə demişdir: İbrahimdən başqa bu dinlə sınanıb hamısını yerinə yetirən heç kim yoxdur. Allah Təala:” Rəbbi İbrahimi kəlmələrlə sınadığı zaman” demişdir. Mən də: “İbrahimin sınandığı və onları tamamladığı o kəlmələr nələrdir,” dedim. O da belə dedi: İslam otuz bölmədən ibarətdir. On ayəsi Bəraət sürəsindədir: ”Tövbə edənlər, ibadət edənlər..” On ayəsi “qad əfləhəl muminun” (Muminun, 1) və “səələ səilun biəzəbin vaqiin” (Məaric, 1) sürələrinin əvvəlindədir. On ayəsi Əhzabdadır: “Müsəlman kişilər və müsəlman qadınlar…” Məhz bunların hamısını tamamladı. Allah da ona bəraət yazdı. Allah dedi: “Vəfalı olan İbrahim” (Nəcm, 37).

Hakim, Əbu Cəfər İbn Cərir, Əbu Muhəmməd İbn əbu Hatim də Davud İbn əbu Hində qədər gedib çıxan öz isnadları ilə belə rəvayət etmişdirlər. Bu rəvayət İbn Əbi Hatimə aiddir. Muhəmməd İbn İshaq, o da Muhəmməd İbn Əbi Muhəmməddən o da Səiddən vəya İkrimədən nəql etdilər ki, İbn Abbas belə demişdir: Allahın İbrahimi imtahan etdiyi onun da yerinə yetirdiyi kəlmələr bunlardır: qövmündən Allah üçün ayrılması, bu da onlardan ayrılmasını əmr etdiyi zaman oldu. Nəmrudla Allah barəsində mübahisə etməsi, bu da onunla mübahisənin təhlükəli olduğunu bildirdiyi zaman oldu. Onun oda atılmasına səbr etməsi, bu da o qorxunc vəziyyətə dözməsi ilə oldu.  Bundan sonra Allah üçün vətənindən və ölkəsindən hicrət etməsi, bu da ordan çıxmasını əmr etməsi ilə oldu. Allahın ona əmr olunan ziyafətə canı və malı ilə səbr etməsiilə oldu. Oğlunu başını kəsməsiilə imtahan edilməsi, bu da onu kəsməsi ilə əmr edildiyi zaman oldu. Bütün bunları Allah üçün və ixlasla yerinə yetirincə Allah ona: “Rəbbi ona: ‘Təslim ol!’– dedikdə, o: ‘Aləmlərin Rəbbinə təslim oldum!’– demişdi.” (Bəqərə, 131). Bütün bunlarda insanlara qarşı çıxmağı və onlardan ayrılmağı gözə aldı.

İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Səid Əşəç o da İsmayıl İbn Uleyyadən o da Əbu Rəcadan nəql etdi ki, Həsən Bəsri: “İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi” sözündə belə demişdir: Onu ulduzlarla sınadı; ondan razı oldu. Onu ayla sınadı, ondan razı oldu. Onu günəşlə sınadı, ondan razı oldu. Onu hicrətlə sınadı, ondan razı oldu. Onu sünnətlə sınadı, ondan razı oldu. Onu oğlu ilə sınadı, ondan razı oldu.

İbn Cərir belə demişdir: Bizə Bişr İbn Muaz o da yəzid İbn Züraydan o da Səiddən o da Qatadədən belə rəvayət etdi ki, Həsən Bəsri belə deyərdi: Bəli, Allaha and içirəm ki, Allah onu bir şeylə sınadı, o da səbr etdi; onu ulduz, günəş və ayla sınadı. O da bütün bunlarda gözəl davrandı. Rəbbinin həmişə var olduğunu, ona zaval olmadığını bildi. Üzünü hənif olaraq göyləri və yeri yaradana çevirdi. Müşriklərdən olmadı. Sonra onu hicrətlə sınadı; o da yurdundan və qövmündən ayrıldı.Allaha hicrət etmək üçün Şama gəldi. Hicrətdən öncə də onu odla imtahan etdi, o da ona səbr etdi. Onu oğlunu qurban etməklə və sünnətlə imtahan etdi, buna da səbr etdi.

Abdurrəzzaq belə demişdir: Bizə Mamər o da Həsəndən belə dediyini eşitmiş: “İbrahimi kəlmələrlə sınadığı zaman”ayəsində belə demişdir: Allah onu oğlunu qurban etməklə,odla, ulduzla, ayla və günəşlə sınadı. Əbu Cəfər İbn Cərir belə demişdir: Bizə İbn Bəşşar o da Sələm İbn Quteybədən o da Əbu Hilaldan o da Həsəndən “İbrahimi kəlmələrlə sınadığı zaman”sözündə belə demişdir: Onu ulduzla, günəşlə və ayla sınadı, onu səbrli gördü. Əvfi də təfsirində İbn Abbasdan bu ayə haqqında belə dediyini rəvayət etmişdir: Onlardan biri də ona “səni insanlara imam edəcəm” deməsidir. Onlardan biri də “O zaman İbrahim və İsmail evin bünövrəsini qaldırarkən”..ayəsidir. Onlardan biri də həcc ibadətləri, İbrahim məqamı, Haramda oturanlara ruzinin verilməsi və Muhəmməd sAllahu aleyhi və səlləmin o ikisinin dini ilə göndərilməsidir.

İbn Əbi Hatim belə demişdir:Bizə Həsən İbn Muhəmməd İbn Sabahdan o da Şəbabədən o da Vərqadan o da İbn Əbi Nəcihdən rəvayət edir ki, Mucahid bu ayə haqqında belə demişdir : “Allah İbrahimə: Səni bir şeylə sınayəcam, o nədir?,” dedi. O da: “Məni insanlara imam edəcəksən, elə deyilmi?” Dedi. O da: “Bəli” dedi. O da: “Zürriyyatimdən də edərsənmi,” dedi. O da: “Sözüm zalımlara çatmaz” dedi. İbrahim: “Beytullahi insanlar üçün savab qazanılacaq yer edəcəksən?” dedi. O da: “Bəli” dedi. “Əmin-amanlı edəcəksən?” dedi. O da: “Bəli” dedi. “Bizi və zürriyyatimizi sənə təlim olan ümmət edəcəksən?” dedi. O da: “Bəli” dedi. “İnsanalardan Allaha iman edənlərə meyvələrdən ruzi edəcəksən?” dedi. O da: “Bəli” dedi.

İbn Əbi Nəcih belə demişdir: Bunu İkrimədən eşitdim, onu Mucahidə ərz elədim, o da rədd etmədi. İbn Cərir də bunu başqa bir yoldan İbn Əbi Nəcihdən o da Mucahiddən rəvayət etmişdir. Sufyan Sevri o da İbn Əbi Nəcihdən o da Mucahiddən nəql edir ki: “İbrahimi kəlmələrlə sınadığı zaman”sözü haqqında belə demişdir: Onu bundan sonra gələn “səni insanlara imam edəcəm” dedi. O da: “Zürriyyatimdən də” dedi. O da: “Sözüm zalımlara çatmaz” ayəsi ilə sınadı. Əbu Cəfər Rəbi İbn Ənəsdən nəql etmişdir ki: İbrahimi kəlmələrlə sınadığı zaman”sözündəki bu kəlmələr “səni insanlara imam edəcəm” və “Biz evi insanlar üçün savab yeri və əmin-amanlıq yeri etdik”,, ‘İbrahim məqamını namazgah edin!’ və “Biz İbrahim və İsmaili vəzifələndirdik”  və “O zaman İbrahim və İsmail evin bünövrəsini qaldırarkən” ayələridir. Bütün bunlar ibrahimin imtahan edildiyi şeylərə daxildir.

Suddi də belə demişdir: Rəbbinin İbrahimi imtahan etdiyi kəlmələr bunlardır: ‘Ey Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et”.  “Rəbbimiz onlardan bir Peyğəmbər göndər…”

Qurtubi belə demişdir: Muvattada və digərlərində yəhya İbn Səiddən rəvayət edilmişdir, o Səid İbn Museyyibdən belə dediyini eşitmişdir: İbrahim əleyhissalam ilk sünnət olandır. İlk müsafir qəbul edəndir, ilk dırnaq kəsəndir, ilk bığ qısaldandır, ilk saçı ağarandır. Saçı ağardığını gördükdə “Bu nədir?” dedi. O da: “Vüqardır” dedi. O da: “ya Rəbbim vüqarımı artır”dedi. İbn Əbi Şeybə Sad İbn İbrahimdən, o da atasından rəvayət etmişdir ki, Minbərdə ilk xütbə oxuyan İbrahim əleyhissalamdır. Başqa biri də belə demişdir: İlk namə göndərən, ilk qılınc vuran, ilk misvak istifadə edən, ilk su ilə təharət edən, ilk alt paltarı geyan odur. Muaz İbn Cəbəldən, rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Əgər mən minbər götürəsi olsam, deməli atam İbrahim də minbər götürmüşdür. Əgər əsa daşıyası olsam, deməli  atam İbrahim də daşımışdır.

Mən də deyirəm ki, Bu hədis sabit deyildir. Allah ən doğrusunu biləndir. Sonra Qurtubi bunlar haqqında şəri hökmlər verməya başladı.

Əbu Cəfər İbn Cərir belə demişdir: Onun (ayənin) xülasəsi belədir: Bu ayədəki “kəlmələr” sözündə qəsd yuxarıda qeyd  edilənlərin hamısı və ya bir qismi ola bilər. Heç biri haqqında bir hədis və ya icma olmadıqca qəti şəkildə danışmaq olmaz. Dedi ki, Bu haqda dəqiq məlumat verən  bir və ya daha çox insandan xəbərvarid olmamışdır ki, qəbul olunsun. Belə demişdir: Buna baxmayəraq, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) buna bənzər iki xəbər rəvayət nəql edilmişdir: Birincisi budur: Bizə Əbu Qureyb, o da Rişdin İbn Saddan, o da Əban İbn Faiddən, o da Səhl İbn Muaz İbn Ənəsdən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi vəsəlləm) belə deyərdi: Sizə Allah Təalanın Xəlili İbrahim üçün nədən “vəfalı” dediyini xəbər verimmi? Çünki o hər səhərəçıxanda və axşamlayənda  belə deyərdi: Allahı axşamlar zikr edərik, səhərlər zikr edərik. Göylərdə və yerdə həmd ona məxsusdur. Günorda vaxtı da zikr edərik. (Rum, 17).

İkinci xəbər: Bizə Əbu Qureyb, o da Həsəndən, o da Atiyyədən, o da İsraildən, o da Cəfər İbn Zübeyrdən, o da Qasımdan, o da Ümamədən xəbər verdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) “vəfalı olan İbrahim” (Nəcm, 37) ayəsi haqqında belə demişdir: “Nəyi ifadə etdiyini bilirsinizmi? Onlar da: Allah və Rəsulu daha yaxşı bilir, dedilər. O da belə dedi: Gündəlik əməlləri arasında gündüz dörd rəkat namaz qılardı”. Bunu Adəm də təfsirində Həmmad İbn Sələmədən rəvayət etmişdir: Abd İbn Hümeyd, yunis İbn Muhamməddən, o da  Həmmad İbn Sələmədən, o da Cəfər İbn Zübeyrdən belə rəvayət etmişdir. Sonra İbn Cərir bu iki hədisin zəif olduğundan danışmağa başladı. O da dediyi kimidir. Çünki onları zəif olduqlarını bildirmədən danışmaq icazəli deyildir. Zəiflikləri də bir neçə yöndəndir. Beləki, ikisinin də sənədlərində birdən çox zəif ravi vardır. Həmçinin hədisin mətninin də zəif olduğunu göstərən işarə vardır. Allah ən doğrusunu biləndir.

Sonra İbn Cərir belə dedi: Əgər bir nəfər: “Mucahid ,Əbu Saleh və Rəbi İbn Ənəsin bu barədə dedikləri başqalarının dediklərindən daha doğrudur”, desə bu bir rəy olar. Çünki “səni insanlara imam edəcəyam” sözü ilə  ‘Evimi təvaf edənlər, orada qalanlar (ibadət edənlər), rüku və səcdə edənlər üçün təmizləyin!’ ayələri ilə bənzər ayələr Allahın İbrahimi sınadığı kəlmələrin izahı kimidir.

Mən də deyirəm ki, Onun daha əvvəl, “kəlmələr sözüzikr edilənləri hamısını ehtiva edir”, deya irəli sürdüyü fikir, Mucahid ilə digərlərinin üstün gördüyündən daha qüvvətlidir. Çünki ayənin ahəng onların dediyini verməməkdədir. Allah ən doğrusunu biləndir.

‘Nəslimdən də!’– dedi. Zalımlar Mənim əhdimə nail olmazlar!’– dedi. Allah Təala İbrahimi imam etdikdə, O özündən sonra nəslindən də imamlar etməsini istədi. Ona belə cavab verildi: Ona, nəslindən zalımlar olacağı, Allahın sözünün onlara çatmayəcağı və onların tabe olan imamlar olmayəcağı xəbər verildi. Onun İstəyinə cavab verildiyini göstərən dəlil də Ənkəbut surəsindəki “Peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, ” (Ənkəbut, 27) sözüdür. Allahın İbrahimdən sonra göndərdiyi hər Peyğəmbər və endirdiyi hər kitab onun nəslinə endirilmişdir. Allahın səlavatı və salamı onun üzərinə olsun.

Amma  ‘Zalımlar Mənim əhdimə nail olmazlar!’ayəsində ixtilaf edilmişdir. Husayf Mucahiddən, ‘ Zalımlar Mənim əhdimə nail olmazlar!’ ayəsi haqqında Sənin nəslində zalımlar olacaqdır, dediyi rəvayət edilmişdir. İbn Əbi Nəceh də Mucahiddən burada belə dediyini rəvayət etmişdir: Zalım mənim imamım ola bilməz. Bir rəvayətdə də “Zalımı arxasınca gedilən imam etmərəm.” dediyi rəvayət edilmişdir. Sufyan Mansurdan o da Mucahiddən ‘ Zalımlar Mənim əhdimə nail olmazlar!’ ayəsi haqqında: Zalım arxasınca gedilən imam ola bilməz, dediyi rəvayət edilmişdir.

İbn Əbu Hatim belə demişdir: Bizə atam, o da Malik İbn İsmayıldan, o da Şərikdən, o da Mansurdan, o da Mucahiddən xəbər verdi ki, “Nəslimdən də”sözü haqqında belə deyilmişdir: Kim düzgün olarsa onu, onuarxasınca gedilən imam edərəm. Amma kim də, zalım olarsa, ona bunu vermərəm. Səid İbn Cubeyr də ‘ Zalımlar Mənim əhdimə nail olmazlar!’ sözü haqqında belə demişdir. Bunda məqsəd müşrikdir ki, Ondan  zalım imam olmaz , deməkdir.  Deyir ki, (yəni) Müşrikdən imam olmaz. İbn Cərir Atadan, bu ayət haqqında belə dediyini rəvayət etmişdir: (İbrahimə,)“səni insanlara imam edəcəyam”buyuruldu, O da: ‘Nəslimdən də!’– dedi imamlar istədi, O da onun nəslindən zalımları imam etmək istəmədi. Atayə: Ona verilən əhd nədir? dedim. O da Əmrdir, dedi.

İbn Əbi Hatimbelə demişdir: Bizə Amr İbn Sevr əl Qeysəri mənə olan yazısıyla, o da Firyabidən, o da İsmaildən, o da Simak İbn Hərbdan, o da İkrimədən xəbər verdi ki, İbn Abbas belə demişdir: Allah İbrahimə  “səni insanlara imam edəcəyam” dedi. O da “nəslimdən də” dedi. Allah bunu etməyi qəbul etmədi, sonra ‘ Zalımlar Mənim əhdimə nail olmazlar! ‘dedi.  Muhamməd İbn İshaq, o da Muhamməd İbn Əbu Muhamməddən, o da Saibdən və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas: “nəslimdən də” dedi. O da “‘ Zalımlar Mənim əhdimə nail olmazlar!”  ayəsi ilə xəbər verir ki, onun nəslindən zalımlar olacaqdır. Əhdi də zalıma çatmayəcaqdır. yəni onu başçı təyin etmək düzgün olmaz, istəyir Xəlilin nəslindən olsun. Ama onun nəslindən muhsinlər(yaxşı əməl sahibləri), onun istədiklərini təbliğ edən insanlar da olacaqdır.

Əfvidən İbn Abbas ‘ Zalımlar Mənim əhdimə nail olmazlar! ‘ayəsində belə demişdir: Zalımın zülmünə itaət etmək üçün verilmiş bir əhdi yoxdur. İbn Cərir belə demişdir: Bizə Musənna, o da İshaqdan, o da Əbdurrəhman İbn Abdullahdan, o da İsraildən, o da Muslim Avərdən, o da Mucahiddən rəvayət etdi ki, İbn Abbas bu ayə haqqında: Zalım üçün verilmiş bir əhd yoxdur, əgər əhd versən də onu poz, demişdir. Mucahid, Ata və Mukatil İbn Xəyyandan da belə rəvayət edilmişdir. Sevri Harun İbn Antəra yolu ilə atasından nəql edir ki, o belə demişdir: Zalımın heçbir əhdi yoxdur. Əbdurrəzzaq dedi ki, Bizə Mamər xəbər vermişdir ki, o da Qatadədə bu ayə haqqında demişdir: Zalımlara axirətdə Allahın əhdinə nail ola bilməzlər, ama dünyada zalım ona nail olar; bunun sayəsində yeyib içib  əmin amanlıqda  yaşayə bilər. İbrahim Nəhai, Ata, Həsən və İkrimə də belədemişdilər. Rəbi İbn Ənəs belə demişdir: Allahın qullarına əhdi onun dinidir ki, dini zalımlara çatmaz. Baxın: Biz ona İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! (Saffat, 113). Bununla bildirir ki,  Ey İbrahim sənin bütün nəslin haq üzərində deyildir. Əbu Aliyə, Ata, Muqatildən də belə rəvayət edilmişdir. Cüveybir Dəhhaqdan rəvayət etmişdir: Mənə üsyan edən düşmənim itaətimə nail ola bilməz, mən onu ancaq mənə itaət edən vəli quluma nəsib edərəm.

Hafiz Əbubəkr İbn Mərduveyh belə demişdir: Bizə Əbdurrəhman İbn Muahmməd İbn Həmid, o da Əhməd İbn Abdullah İbn Səid əl Əsədidən, o da Süleym İbn Səid Dəməğanidən, o da Vəkidən, o da Aməşdən, o da Səid İbn Ubeydədən, o da Əbu Əbdurrəhman əsSüləmidən, o da Əli İbn Əbi Talibdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: ‘ Zalımlar Mənim əhdimə nail olmazlar! ‘bu ayə, itaət ancaq yaxşılıqdadır, deməkdir. Suddi də bu ayə haqqında əhdin Peyğəmbərlik olduğunu, demişdir.

İbn Cərir ilə İbn Əbu Hatim nəql etdiklərinə görə sələf təfsirçilərinin bu ayə haqqında dedikləri bunlardır. İbn Cərir bunu üstün rəy hesab etmişdir. Bu ayə hər nəqdər zahirənAllahın imamlıq əhdinin zalıma qismət olmayəcağını xəbər versə də bunda Xəlil İbrahim aleyhissalama bunu bildirirdi ki, onun zürriyyatindən də nəfsinə zülm edən zalım çıxacaq. Necə ki, bu fikir yuxarıda Mucahid və digərlərindən də gətirilmişdir. Allah ən doğrusunu biləndir. İbn Hüveyriz Məndəd əl Maliki belə demişdir. Zalımın nə xəlifə nə hakim nə də müfti nə şahid nə də ravi olması uyğun deyil.

Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. ‘İbrahim məqamını namazgah edin!’

Əhvidən, İbn Abbas belə demişdir: “Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik”. Bu ayə haqqında deyilir ki: Orada daimi qala bilməzlər; ora gələrlər sonra da ailələrinin yanına qayıdarlar, sonra bir daha qayıdarlar. Əli İbn Əbi Talhadan rəvayət edilir ki, İbn Abbas: Məsabətən linnas, savab qazanırlar, demişdir. Bu ikisini İbn Cərir nəqll etmişdir. İbn Əbi Hatim də belə demişdir: Bizə atam, o da  Abdullah İbn Rəcadan, o da İsraildən,.o da Müslimdən, o da Mucahiddən, o da İbnn Abbasdan rəvayət etdi ki, insanlar beytə gəlir sonra da ölkələrinə geri qayıdırlar, demişdir. Bu Əbu Aliyədən, bir rəvayətdə Səid İbn Cubeyrdən, Ata Mucahid, Həsən, Atiyyə, Rabi İbn Ənəs və Dahhaqdan da bu şəkildə rəvayət edilmişdir.

İbn Cərir belə demişdir: Mənə Abdülkərim İbn Əmr Umeyr rəvayət etdi ki, o da Vəlid İbn Müslimdən, o da Əbu Amrdan yəni  Əvzaidən, o da Abdə İbn Əbi Lübabədən, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. ayəsi haqqında belə dedi: Oradan geri qayıdanlar arzularının yerinə yetirilmiş olduğunu görərək ayrılarlar. Mənə yunis, İbn Vəhbdən rəvayət etdi ki, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. ayəsi haqqında bütün ölkələrdən oraya gələrlər, dedi. Qurtubinin irad etdiyi kimi şair də bu mənada nə gözəl demişdir:

O evi etmişdir, yığıncaq yeri,

Ora bizim üçün ziyarət yeri,

Oradan arzuya çatmamış heç kəs,

Heç zaman qayıtmaz və dönməz geri

Səid İbn Cubeyr əvvəlki rəvayətdə İkrimə Qatadə, Ata əl Xorasani “məsabətən linnəsi”yığıncaq yeridir, “Əmnən” sözü haqqında isə Dəhhaq, İbn Abbasdan: insanlar üçün əminamanlıq yeridir demişdir. Abdullah əbu Cəfər ərRazi belə demişdir. Bizə Rəbi İbn Ənəs Əbu Aliyədən rəvayət etdi ki, ora düşməndən və silah gəzdirməkdən əmin aman olunan bir yerdir. Cahilliyya dövründə insanlar öz düşmənlərindəora qaçırdılar, Orada özlərini əmin hiss edirdilər ki, əsir edilməyacəklər. Mucahid, Ata Suddi, Qatadə və Rəbi İbn Ənəsdən rəvayət edilmişdir ki, orayə daxil olan əmin amanlıqda olar.

Bu imamların bu ayəyə verdiyi təfsirlərinin xülasəsi belədir: Allah Təala Evinin şərəfini və ona şəri və qədəri olaraq veridyi vəsfləribildirir. O da onun insanlar üçün yığıncaq yeri olmasıdır. yəni oranı ruhların şövqlə istəyacəyi və darıxacağı bir yer etmişdir.

Orada bütün istəklərin bitməyacəyini, hər il orayə getsə də bir daha ora qayıtmaq arzusunun tükənməyacəyini bildirir bu da Allah Təalanın İbrahim aleyhissalamın duasının qəbul etməsinin nəticəsidir. Çünki “İnsanların bir qisminin qəlbini onlara meylli et” (İbrahim, 37) demişdir. Sonra da: “Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim, 40) demişdir. Allah Təala oranı daxil olan üçün,əvvəllər nə əməl etsə də, əmin amanlıq yeri etdiyini xəbər vermişdir. . O da ora daxil olaraq əmin amanlıqda olur. Abdurrahmən İbn Zeyd İbn Əsləm belə demişdir: Adam orada atasının və ya qardaşının qatili ilə qarşılaşardı amma ona əl qaldırmazdı. Necə ki, Maidə sürəsində “Allah Kəbəni – haram evi insanlarınsığınacağı  etdi.” (Maidə, 97) demişdir ki, onun əzəməti səbəbi ilə onlardan pislikləri dəf edir deməkdir. Necə ki, İbn Abbas belə demişdir: Əgər insanlar bu evə həcc etməsəydilər Allah göyü yerin üzərinə salardı. Bu da hər şeydən əvvəl oranı tikənin yəni Rəhmanın Xəlili olanın şərəfinədir. Necə ki, Allah Təala belə demişdir: “Bir zaman Biz İbrahimə evin yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”(Həcc, 26).

“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın Nisənələr – İbrahimin məqamı vardır. Orayə daxil olanın təhlükəsizliyi təmin olunar” (Əli İmran 96-97).

Bu ayədə yanında namaz qılmaqla İbrahim məqamına diqqət çəkilmiş və “İbrahim məqamını namaz qılınan yer edin” buyurmuşdur. Təfsirçilər İbrahim məqamından nəyin qəsd edildiyində fərqli rəylər bildirmişdilər. Bu mənada İbn Əbi Hatim belə demişdir: Bizə Əmr İbn Şeybə Numeyri, o da Əbu Xələfdən yəni Abdullah İbn İsadan o da Davud İbn Əbi Hinddən o da Mucahiddən nəql edir ki, İbn Abbas “İbrahim məqamını namazgah edin” sözündə belə demişdir: İbrahim məqamı bütün haram ərazisidir. Mucahid ilə Atadan eynisi rəvayət edilmişdir.

Yenə belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabbah o da Həccacdan o da İbn Cureycdən nəql olundu ki, Atadan“İbrahim məqamını namazgah edin” ayəsini soruşdum, o da belə dedi. Eşitdim ki, İbn Abbas demişdir ki, Burada zikr edilən İbrahim məqamı məsciddəki budur. Sonra da belə dedi: Çoxları İbrahim məqamı bütün həcc olduğunu  ifadə edirlər. Sonra Ata bunu mənə təfsir edərək: Ərafatda durmaq, Ərəfatda iki vaxtın namazını qılmaq, Məşar, Mina, şeytanları daşlamaq, Səfa və Mərva arasında səy kimi, dedi. Mən də “İbn Abbas belə mi təfsir etdi? Dedim. O da: Xeyr, ancaq İbrahim məqamı həccin hamısıdır, dedi. Mən də: “Hamısını bu mənada mı eşitdin?” dedim. O da: Bəli, ondan eşitdim, dedi.

Sufyan Sevri , Abdullah bin Muslimdən demişdir, o da Səid bin Cubeyrdən , ““İbrahim məqamını namazgah edin” sözü barəsində belə dedi: Həcər (Daş) Allahın Nəbisi İbrahimin Məqamıdır. Allah onu mərhəmət etdi. Onun üzərində dayənardı, İsmail də Ona daş uzadardı. Əgər başını yuduğu daş olsa idi ayəqları fərqli olardı. Suddi də belə demişdir: “Məqam İsmailin yoldaşının İbrahimin ayəğının altına qoyduğu daşdır, yoldaşı onun üzərində İbrahimin başını yuyardı”. Bunu Qurtubi bizə çatdırmış və zəif olduğunu söyləmişdir. Başqası da bunu üstün tutmuşdur. Bunu Razi də təfsirində Həsən Basri , Qatadə Reəbi bin Enesdən rəvayət etmişdir.

İbn Əbi Hatim belə demişdir: Bizə Həsən İbn Muhəmməd İbn Sabah, o da  Abdülvahhab bin Atadan, O da İbn Cureycdən , o da Cəfər İbn Muhamməddən, o da atasından, Peyğəmbər (salləllahu aleyhi və səlləm) həcci barədə daNisən Cabirdən eşitmiş, və rəvayət etmişdir ki: Peyğəmbər (salləllahu aleyhi və səlləm) təvaf edəndə  Ömər Ona: “Bu atamız İbrahimin Məqamıdırmı?”- dedi. O da: Bəli, dedi. Ömər: “Oranı namazgah edəkmi?”- dedi. Bundan sonra Allahu Təalə : “Məqami İbrahimi namazgah edin”. — ayəsini nazil etdi.

İbn Mərdəveyh belə deimişdir: Bizə Dəaləc bin Əhməd, o da Ğeylən bin Abdussaməddən, o da Məsruk bin Mərzəbən, o da Zəkəriya bin əbi- Zaidədən, o da Əbu İshaqdan, o daAmr bin Məymundan , o da Ömər bin Xattabdan xəbər verdi ki, o məqami İbrahimdən keçdi: “Ey Allahın Rəsulu, Rabbimizin dostunun məqaminda dayənmayəqm?.” – O da; Dayənaq, dedi. “Oranı namazgah etməyəkmi?”- dedi.Çox keçmədi ki, “Məqami İbrahimi namazgah edin “.  ayəsi nazil oldu .

İbn Mərdəveyh belə demişdir: Bizə Əli İbn Əhməd İbn Muhamməd Qəzvini, o da Əli İbn Hüseyndən, o da Cüneyddəno da, Hişam bin Xaliddən o da  Vəliddən, o da Malik bin Ənəsdən, o da Cəfər bin Muhamməddən, o da atasından rəvayət etdi ki, Cabir demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənifəth etdiyi gün Məqami İbrahimdə dayəndı, Ömər Ona “ Ey Allahın Rəsulu ,  bu, Allahu Təalənin “Məqami İbrahimi namazgah edin” -dediyi yerdirmi?” O da ; bəli , dedi. Vəlid  Malikdən soruşdu ki: “Sənə oranı namazgah edin” şəklində mi rəvayət etdi?”. – dedim. O da: Bəli, dedi. Bu rəvayətdə belə hadisə belə baş vermişdir, bu rəvayət qəribdir. Nəsəi də Vəlid bin Muslim hədisini bənzər şəkildə rəvayət etmişdir. Buxari də bu ayə haqqında belə demişdir. Burada keçən mesabətən yesubuna “dönərlər”mənasındadır, demişdir.

Bizə Müsəddəd, o da yəhyadan, o da Hümeyddən, o da Ənəs İbn Malikdən rəvayət etdi ki., Ömər İbn Xəttab belə demişdir: Üç yerdə Rəbbimə müvafiq oldum, və ya üç yerdə Rəbbim mənə müvafiq oldu. Ey Allahın Rəsulu Məqami İbrahimi namazgah etsəydin, dedim. Bu haqda “Məqami İbrahimi namazgah edin” ayəsi endi. Ey Allahın Rəsulu sənin yanına yaxşılar da pislər də gəlir, möminlərin analarına əmr etsəydin örtüya bürünərdilər, dedim. Bu haqda Allah Təala hicab ayəsini endirdi. Deyir ki, eşitdiyimə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm)in bəzi qadınları ilə sıxıntısı olmuşdu, qadınların yanına getdim: ya bu işə bir son qoyun ya da Allah ona sizin yerinizə daha yaxşılarını verər, dedim. Axırda bir qadın gəldi və : Ey Ömər, Rəasullullah öz qadınlarına öyüd vermədiyi halda sənmi verirsən?, dedi. Bu haqda Allah Təala “Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər” (Təhrim, 5) ayəsini endirdi.

İbn Əbu Məryam belə demişdir: Bizə yəhya İbn Əyyub o da Hümeyddən belə dedi: Ənəsdən dedi ki,  Ömər radiyAllahu anhdan belə eşirtim. Allah ikisindən də razı olsun. Buxari burada bu şəkildə çatdırmışdır. İkinci yolu Şeyx İbn Əbi Məryam əl Misri deyilən Səid İbn Hakəmə əsaslanır. Kutubi Sittədən bunu yalnız Buxari təxric etmişdir, digərləri də digər yollarla ondan rəvayət etmişdirlər. Bu qırıq isnadla rəvayət edilməsində məqsəd, hədisin sənədinin muttasıl (yəni bütöv, bitişik, əlaqəli) olduğunu bəyan etməkdir. Onu qırıq gətirməsininsəbəbi budur: Çünki yəhya İbn Əyyub əl Ğafiki haqqında bəzi tənqidi məlumatlar var. Necə ki, Əhməd İbn Hənbəl onun haqqında: hafisəzi zəifdir, demişdir. Allah ən doğrusunu biləndir.

İmam Əhməd belə demişdir: Bizə Hüşeym o da Hümeyddən, o da Ənəsdən rəvayət etdi ki, Ömər radiyAllahu anh belə dedi: Üç şeydə əziz və cəlil olan Rəbbimə müvafiq oldum: ya Rəsullulah, məqamı İbrahimi namazgah edərdin, dedim. Bu haqda bu ayə endi. Ey Allahın Rəsulu, qadınların yanına yaxşı da girir pis də girir, onların örtünməsini əmretsəydin dedim. Bu haqda hicab ayəsi endi. Rəsulullah (salləllahu aleyhi və səlləm)in qadınları onu qısqandılar. Mən də onlara:Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər, dedim. Ayə də bu şəkildə endi. (Təhrim, 5).

Sonra Əhməd bunu yəhyadan, İbn əbi Adiydən, ikisi də Hümeyddən, Ənəsdən, Ömər radiyAllahu annhdan belə rəvayət etmişdir:Üç şeydə Rəbbimə müvafiq oldum, yaxud üç şeydə Rəbbim mənə müvafiq oldu, dedi və bunu rəvayət etdi. Bunu Buxari, Ömərdən və İbn Avnidən, Tirmizi də Əhməd İbn Mənidən, Nəsai də yaqub İbn İbrahim Dövraqidən, İbn Macə də Muhamməd İbn Sabahdan, hamısı da Hüşeym İbn Bəşirdən belə rəvayət etmişdirlər. Bunu yenə Tirmizi, Abd İbn Hümeyddən, Həccac İbn Minhaldan, Həmmad İbn Sələmədən; Nəsai isə Hənnaddan, o da yəhya İbn Əbi Zaidədən, ikisi də Hümeyddən ki, o İbn Tiraveyh ət Təvildir, belə rəvayət etmişdirlər. Tirmizi həsən səhihdir demişdir.

Bunu  Əli əl Mədini də Zeyd İbn Zureyddən o da Hümeyddən belə rəvayət etmiş və onun hədisi səhihdir, o Bəsrəlidir, demişdir. Bunu Müslim İbn Həcac da Səhihində başqa bir sənəd və başqa bir ləfzlə rəvayət etmiş və belə demişidir: Bizə Ukbə İbn Mükərrəm, o da Səid İbn Amrdan, o da Cuveyriya İbn Əsmadan, o da Nafidən, o da İbn Ömərdən rəvayət etdi ki, Ömər belə dedi: Üç şeydə Rəbbimlə müvafiq oldum: Hicabda, Bədir əsirlərində və Məqamı İbrahimdə.

Əbu Hatim ər-Razi belə demişdir: Bizə Muhamməd İbn Abdullah əl Ənsari, o da Hüməyyad ət Tavildən, o da Ənəs İbn Malikdən rəvayət etmişdir ki, Ömər İbn Xəttab belə demişdir: Üç şeydə Rəbbim mənə müvafiq oldu, və ya mən üç şeydə Rəbbimə müvafiq oldum. Ey Allahın Rəsulu Məqami İbrahimi namazgah etsəydin, dedim. Bu haqda “Məqami İbrahimi namazgah edin” ayəsi endi. Ey Allahın Rəsulu qadınlar hicaba bürünsünlər, dedim. Bu haqda hicab ayəsi endi. Üçüncüsü də Abdullah İbn Übey öldüyü zaman, Rəsulullah (salləllahu aleyhi və səlləm) onun namazını qılmağa gəldi: Ey Allahın Rəsulu bu kafir münafiqin namazını qılmağa gəlirsən?, dedim. O da: Sus ey Xəttabın oğlu, dedi. Bu haqda da: “Heç vaxt onlardan ölmüş bir kəsin namazını qılma, qəbrinin başında da durma” (Tövbə, 84) ayəsi nazil oldu.Bu sənəd də səhihdir. Bununla onun arasında ziddiyat yoxdur. Əksinə hamısı doğrudur. Say ilə ləfz uyğun gəlmədikdə ləfz üstün tutulur. Allah ən doğrusunu biləndir.

İbn Cureyc belə demişdir: Mənə Cəfər İbn Muhamməd, o da atasından, o da Cabirdən: Rəsulullah (salləllahu aleyhi və səlləm) təvafın üç dövrəsində iti addımlarla, dördündə adi yerişlə yeridi. Bitirdiyi zaman Məqamı İbrahimə keçərək arxasında iki rəkat namaz qıldı. Sonra da“Məqamı İbrahimi namazgah edin” ayəsini oxudu.

İbn Cərir belə demişdir: Bizə yusif İbn Salman, o da Hatim İbn İsmayıldan, O da Cəfər İbn Muhamməddən, o da atasından xəbər verdi ki, Cabir dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) rüknü salamladı, üç dövrədəiti addımlarla, dördündə adi yerişlə yeridi. Sonra da Məqamı ibrahimə keçdi “Məqami İbrahimi namazgah edin” ayəsini oxudu. Məqamı özü ilə Beytin arasında tutaraq iki rəkat namaz qıldı. Bu müslimin Səhihində Hatim İbn İsmayıldan rəvayət etdiyi uzun hədisdən bir hissədir.

Buxari də öz sənədi ilə Amr İbn Dinardan rəvayət edərək, deyir ki, İbn Ömərdən onun belə dediyini eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) gəldi, Beytullahı yeddi dövrə tavaf etdi. Məqamın arxasında iki rəkat namaz qıldı.

Bütün bunlar bildirir ki, Məqamı İbrahim dedikdə İbrahim Əleyhissalamın Kəbəni inşa edərkən üzərinə çıxdığı daş nəzərdə tutulur. Bina yüksəldiyi zaman İsmayıl Ona üzərinə çıxmaq üçün, və özünün də ona daş uzatmağı üçün bu daşı gətirdi. Bir tərəfi bitirdiyi zaman o biri tərəfə keçərək Kəbənin ətrafına fırlanırdı. Bu zaman O  daşın üstündə olardı. Bir tərəfi bitirdikləri zaman o biri tərəfə keçərdilər. Beləcə Kəbənin divarları tamamlandı. Necə ki, bunun daha geniş izahı, İbrahimlə İsmayılın Beyti inşa etmələri qissəsində gələcək. Bu da Buxari tərəfindən İbn Abbasdan rəvayət edilmişdir. Ayəq izləri daşın üstündə açıq aydın görünürdü. Bu bilinən bir şeydir. Ərəblər bunu cahilliyyadən bəri bilirdilər. Buna görə də Əbu Talib məşhur “əl-ləmiyya” qəsidəsində belə demişdir:

Ayəq izi İbrahimin  qayəda təp tazə qalar

Ayəq üstündə durar, ayəqları yalın durar.

Müsəlmanlar da buna şahid oldular. Necə ki, Abdullah İbn Vəhb belə demişdir: Mənə yunis İbn yezid, o da İbn Şihabdan rəvayət etdi ki, onlara Ənəs İbn Malik belə rəvayət etdi: Məqamı gördüm, üstündə İbrahim Əleyhissalamın barmaqları və ayəq çuxurunun izləri var idi. Ancaq insanların əllərini sürtməkləri səbəbi ilə vaxt keçdikcə yox oldu. İbn Cərir belə demişdir: Bizə Bişr İbn Muaz, o da yəzid İbn Züraydan, o da Səidən,  xəbər verdi ki, “Məqami İbrahimi namazgah edin” ayəsi haqqında Qatadə belə dedi: Orada yalnız namaz qılmaqla əmr edildilər, əllərini sürtməklə deyil. Bu ümmət əvvəlki ümmətlərin zorakılıqla etdikləri şeyləri təqlid etdilər. Topuğunun və barmaqlarının izini görənlər bizə xəbər verdilər. Təəssüf ki, Bu ümmət əllərini sürtməkdən əl çəkmədi, nəticədə izlər silinib getdi.

Mən də deirəm ki, bu məqam əvvəlcə Kəbə divarına bitişik idi. yeri də bu günə qədər daş tərəfində qapının yanında bilinir. İçəri girənin sağına düşür. Orada ayrı bir yeri var idi. Xəlil əleyhissalam Evin inşasını bitirəndə onu Kəbə divarının yanına qoydu yaxud bina onun yanında bitdi. O da bunun üçün onu orada saxladı. Allah ən doğrusunu biləndir. Təvafı bitirdikdə orada namaz qılmaq əmr edildi. İbrahimin məqamında olması da münasib oldu, çünki Kəbə də orda bitmişdi. Onu Kəbə divarından möminlərin əmiri Ömər İbn Xəttab geriya çəkdi. Ömər radıyAllahu anhu tabeolmağımız  əmr edilən, hidayət öndəri,raşidi xəlifələrdən biridir. O Rəsulullahın (salləllahu aleyhi və səlləm): “Məndən sonra iki nəfərə tabe olun: Əbu Bəkrlə Ömərə” dediyi iki nəfərdən biridir. Quran orada namaz qılma mövzusunda onun rəyinə uyğun olaraq nazil olmuşdur. Bunun üçündür ki, səhabələrdən heç kimsə ona qarşı çıxmadı. Allah onların hamısından razı olsun.

Abdurrazzaq,o da İbn Cureycdən, o da  Atadan və başqa bir dostumuzdan nəql etdi ki: Onu yerindən ilk dəfə yerindən tərpədən Ömər İbn Xəttab radıyAllahu anhdır. yenə Abdurrazzaq Mamərdən o da Humeyd Əl-Ərəcdən o da Mucahiddən nəql etdi ki: Məqamı yerindən ilk dəfə tərpədərək indiki yerinə çəkən Ömər İbn Xəttab radıyAllahu anhdır. Hafiz Əbu Bəkr Əhməd İbn Əli İbn Hüseyn Beyhəqi belə demişdir: Bizə Əbu Hüseyn İbn Fadl Qattan o da Qadi Əbu Bəkr Əhməd İbn Kamildən o da Əbu İsmayıl Muhəmməd İbn İsmayılƏs-Süləmidən o da Əbu Səbitdən o da Dəravardidən, o da Hişam İbn Urvədən o da atasından o da Aişə radıyAllahu anhadan nəql etdi ki: Məqam Rəsulullah (salləllahu aleyhi və səlləm) və Əbubəkr (radiyAllahu anh) zamanında Allahın evinə bitişik idi. Sonra Ömər İbn Xəttab (radıyAllahu anh) onu geri çəkdi. Bu da yuxarıda qeyd edilənlə bərabər sağlam bir sənəddir.

İbn Əbi Hatim belə demişdir: Bizə atam o da İbn Əbi Ömər Əl-Ədənidən o da zamanında məkkəlilərin imamı olan Sufyan İbn Uyaynədən rəvayət etdi ki: Məqam Beytullahın bir tərəfində idi. Ömər Peyğəmbər sAllahu aleyhi və səlləmdən və “İbrahim məqamını namazgah edin” ayəsindən sonra onun yerini dəyişdirdi. Dedi ki, Ömər onun yerini dəyişdirdikdən sonra onu sel apardı. Ömər də onu orayə yenidən gətirdi. Sufyan belə dedi: yeri dəyişdirilmədən əvvəl Kəbə ilə arasında nə qədər məsafə var idi bilmirəm, bitişik idi yoxsa ayrı, onu da bilmirəm, dedi. Bu rəvayətlər izah etdiyimiz kimi bir birini dəstəkləyici mahiyyatindədir. Allah ən doğrusunu biləndir.

Hafiz Əbu Bəkr İbn Mərduveyh belə demişdir: Bizə Əbu Amr o da Muhəmməd İbn Abdulvahhab o da Adəm İbn əbi İyas təfsirindən o da Şərikdən o da İbrahim İbn Muhacirdən o da Mucahiddən rəvayət edir ki: “Ömər İbn Xəttab: Ey Allahın Rəsulu kaş ki, məqamın arxasında namaz qılsan” dedi. Buna müvafiq olaraq Allah Təala “İbrahim məqamını namazgah edin” ayəsini nazil etdi. Məqam əvvəldə Evin yanında idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu indiki yerinə gətirdi. Mucahid belə demişdir: Ömər bir rəy irəli sürərdi Quran da ona müvafiq olaraq enərdi. Bu Mucahiddən gələn mürsəl bir xəbərdir. yuxarıda qeyd edilən: Məqamın yerindən ilk tərpədən  Ömər İbn Xəttab radıyAllahu anhdır rəvayətinə müxalifdir. Bu yuxarıdakı ilə dəstəklənmə ilə yanaşı İbn Mərduveyh yolundan edilən rəvayətdən daha sağlamdır. Allah ən doğrusunu biləndir.

Həsən Bəsri Allah Təalanın “Biz İbrahimlə və İsmaillə:………….. təmizləyin!’– deya əhdləşdik” bu ayəsində belə demişdir: Allah onlara evini əziyyat verici vəmurdar şeylərdən təmizləmələrini və ona bu kimi şeylərin toxunmamasını əmr etdi. İbn Cureyc deyir ki: Atayə: “Ayədə qeyd edilən əhd nədir?” dedim. O da: əmrdir, dedi. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də əmirdir demişdir. Belə görsənir ki, bu kəlamınərəbcə “ilə” sözü ilə qeyd edilməsi təqdim və vəhy etdik mənasında olmasındandır. Səid İbn Cubeyr nəql etdi ki, İbn Abbas‘Evimi təvaf edənlər üçün…..təmizləyin!’ ayəsi haqqındabelə demişdir:: yəni bütlərdən. Mucahid və Səid İbn Cubeyr ‘Evimi təvaf edənlər üçün…..təmizləyin!’ ayəsi haqqında  demişlər: yəni bütlərdən, söyüşdən, yalan sözdən və murdar şeylərdən deməkdir. İbn Əbi Hatim belə demişdir: Ubeyd İbn Umeyr, Əbu Aliyə, Səid İbn Cubeyr, Mucahid, Ata və Qatadədən nəql edilir ki, onlar demişlər:“evimi təmizləyin”ayəsi, Lə iləhə İllAllah deyarək şirkdən təmizləyin deməkdir.

“Təvaf edənlər üçün”: Beytullahı təvaf etmək bilinən bir şeydir. Səid İbn Cubeyr“təvaf edənlər üçün” ayəsin haqqında, yəni ona qürbətdən gələnlər üçün deməkdir, demişdir.Ərəbcə “əl-Akifin”sözü də orada yaşayənlar deməkdir, demişdir. Qatadə ilə Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir. Onlar bunu orada yaşayən yerlilərlə təfsir etmişdirlər. Necə ki, Səid İbn Cubeyr də belə demişdir. yəhya İbn Qattan Abdulməlik İbn Əbi Suleymandan o da Ata “əl-akifin” şəhərlərdən orayə gəlib orada qalanlardır, dedi. O  bizə belə dedi: Biz qonağıq siz isə yerlisiniz. Vəki Əbu Bəkr Əl-Huzəlidən o da Atadan nəql etdi ki, İbn Abbas belə demişdir: Orada oturanlar əl-akifin-dəndir.

İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Musa İbn İsmayıldan o da Həmmad İbn Sələmədən o da Səbitdən nəql etdi ki, Abdullah İbn Ubeyd İbn Umeyrə: Mən Əmirin vəzifələndirdiyi adamam, məndən Məscidi Haramda yatanlara mane olmağım istənilir, çünki onlar cünub olurlar, dəstəmazları pozulur, dedim. O da: Etmə, çünki İbn Ömərə də eyni sualı soruşdular: Onlar oradakıəl akifindir, dedi. Bunu Abd İbn Humeyd Suleyman İbn Hərbdən o da Həmmad İbn Sələmədən belə rəvayət etmişdir.

Mən də deyirəm ki: Səhihdə sabit olduğuna görə İbn Ömər subay ikən Rəsulullah (salləllahu aleyhi və səlləm)in məscidində yatardı.

“Rüku və səcdə edənlər üçün” Vəki Əbu Bəkr Əl-Huzəlidən o da Atadan nəql edir ki, İbn Abbas: Rüku və səcdə edənlər ayəsində belə demişdir: Əgər namaz qılandırsa o kimsə rüku və səcdə edənlərdəndir. Ata ilə Qatadə də belədemişdilər. İbn Cərir rahimahullah belə demişdir: Ayənin mənası belədir: Biz İbrahim ilə İsmayıla Evimi təvaf edənlər üçün təmiz saxlamalarını əmr etdik. Bizə Evi üçün əmr etdiyi təmizlik, onun bütlərdən, orada bütlərə ibadət etdməkdən və şirkdən təmizlənməsidir. Sonra da İbn Cərir : Əgər desələr ki  “İbrahimin inşasından əvvəl orada bir şey var idimi ki, onu təmizləməsi əmr edildi?” dedi. Bu  suala iki cür cavab verdi:

Birincisi, Evin yanında Nuh zamanından ibadət edilən hər cür bütlərdən təmizləmələrini əmr etdi ki, özlərindən sonrakılar üçün sünnə (yol, adət, ənənə) olsun. Çünki, Allah Təala İbrahimi özünə tabe edilən bir imam təyin etdi. Necə ki, Əbdurrəhman İbn Zeyd belə demişdir: “Evimi təmizləyin” : Müşriklərin təzim edərək ibadət etdikləri bütlərdən təmizləyin.

Mən də deyirəm ki, bu cavab İbrahim aleyhissalamdan əvvəl orada bütə ibadət etdiklərinə görə verilmişdir. Bu da günahdan məsum olan Muhəmməddən (salləllahu aleyhi və səlləm) gələn bir dəlilə əsaslanmalıdır.

İkinci cavab, onlara binanı inşa edərkən ixlaslı olub bir tək Allaha ibadət etmələrini əmr etmişdir. Onlar da onu şirk və şübhədən təmiz olaraq etdilər. Necə ki, belə demişdir: “Allah elçilərini toplayəcağı gün deyacəkdir: ‘Sizə nə cavab verildi?’ Onlar isə: ‘Bizim elmimiz yoxdur. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyacəklər. (Maidə, 109) “İbrahim ilə İsmayıla Evimi təmizləyin deya əhdləşdik”ayəsi də belədir ki, onu mənə şirkdən və şübhədən azad olaraq inşa edin, deməkdir. Necə ki, Suddi “Evimi təmizləyin” ayəsində: Evimi təvaf edənlər üçün inşa edin, demişdir.

Bu cavabın mənası budur: Allah Təala İbrahim ilə İsmayıl aleyhimussalama Kəbəni yalnız Şəriksiz Allahın adına tikmələrini əmr etdi. yəni oranı Təvaf edənlərə, orada qalanlara, rüku və səcdə edərək namaz qılanlaratikməyi əmr etdi. Necə ki, Allah Təala belə demişdir: “Bir zaman Biz İbrahimə evin yerini Nisən verib: ‘Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!’ (Həcc, 26-27).

Fəqihlər Beytullahın yanında namaz qılmaq mı yoxsa onu təvaf etmək mi daha fəzilətlidir deya ixtilaf etmişdirlər. Malik rahimahullah: Ətraf şəhərlərdən gələnlər üçün təvaf daha fəzilətəlidir, demişdir. Cumhur da: Mütləq olaraq namaz daha fəzilətlidir, demişdir. Hər iki rəyin dəlilləri Əhkam kitablarında izah edilmişdir. Bundan məqsəd, müşrikləri Kəbənin yanında tayı və bərabəri olmayan Allaha şirk qoşmaqdan və möminləri oradan çəkindirməkdən imtina etdirməkdir. Necə ki, Allah Təala belə demişdir: “Kafir olanlara, (insanları) həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə dönmək istəyanlərə üzücü bir əzab daddıracağıq” (Həcc, 25).

Sonra Allah Təala beytin şəriki olmayan bir tək Allaha ibadət üçün qurulduğunu zikr etdi. Bu ibadət də ya təvafla və yaxud namazla ola bilər. Həcc sürəsində bunun üç hisəsini zikr etdi: qiyam rüku və səcdə. Orada qalanları (əl akifin) zikr etmədi, çünki daha öncə “orada yerli ilə gəlmə birdir” (Həcc, 25) demişdir. Bu ayədə isə həm təvaf edənləri həm də orada oturanları (əl akifini) zikr etdi. Rüku və səcdəni zikr edərək qiyamdan bəhs etmədi. Çünki, bilinən odur ki, rüku və səcdə ancaq qiyamdan sonra olur. Bunda eyni zamanda həcc etməyən yəhudi və xaçpərəst əhli-kitab üçün də rəddiya vardır. Çünki onlar İbrahim ilə İsmayılın fəzilətini qəbul edirlər, bu Evi həcc, ümrə, etiqaf və namaz üçün tikdiyini bilirlər, amma buna baxmayəraq sadalananlardan heç birini etmirlər. O zaman Allahın İbrahim Xəlilə qanun etdiyi şeyləri özləri etmədikləri halda onanecə tabe olmuş olurlar? İmran oğlu Musa və digər Peyğəmbərlər həcc etmişdirlər. Necə ki, özündən danışmayən “Bu, ona təlqin edilən bir vəhydir” (Nəcm,  4) olan məsum Peyğəmbər bunu xəbər vermişdir.

Bu vəziyyətdə sözün təqdiri (gizli mənası) belə olur “İbrahimin yanına gəldik” yəni daha əvvəl İbrahim ilə İsmayıla vəhy etdik: “’Evimi təvaf edənlər, orada qalanlar, rüku və səcdə edənlər üçün təmizləyin!’– deya” yəni onu şirk və şübhədən təmizləyin. İkiniz onu sırf Allah üçün inşa edin ki, orada təvaf etsinlər, orada qalsınlar (akifin), rükü və səcdə edsinlər. Məhz məscidlərin təmizlənməsi bu ayədən və “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Nur, 36) ayəsindən və xüsusi olaraq məscidlərin təmizlənməsini buyuran bir çox hədislərdən götürülmüşdür.

Sünnədə çox saylı hədislər vardır ki, orada məscidlərin təmizlənməsi gözəlləşdirilməsi və başqa işlər əmr olunmuşdur. Həmin işlər arasında oranın çirkin, murdar və bu kimi şeylərdən qorunması göstərilmişdir.

Bunun üçündür ki, Peyğəmbərimiz salləllahu aleyhi və sələm: Bu məscidlər nə üçün inşa edilmişdirsə onun üçün də inşa edilmişdir, demişdir. Mən də bunun üçün xüsusi bir hissə hazırladım. Həmd və minnət Allaha məxsusdur.

İnsanlar Kəbəni ilk dəfə kimin inşa etdiyində ixtilaf etmişdirlər. Adəmdən əvvəl mələklər inşa etdilər deyilmişdir. Bu da Əbu Cəfər Əl-Bakir Muhəmməd İbn Əli İbn Hüseyndən rəvayət edilmişdir. Bunu Qurtubi də bu ləfzlə qeyd etmişdir ki, bu da qəribdir. Adəm əleyhissalam etdi deyilmişdir. Bunu Abdurrəzzaq İbn Cureycdən, o da Atadan, Səid İbn Museyyibdən və digərlərindən rəvayət etmişdir. Adəm onu beş dağdan gətirdiyi daşlarla inşa etmişdir: Hira, Turi Sina, Zeytun (Qüdsdə dağ), Livan (İdris ) və Cudidən. Bu da qəribdir. İbn Abbas KƏbu-Əhbar, Qatadə və Vəhb İbn Münəbbihdən: Onu ilk inşa edən Şis əleyhissalamdır, dedikləri rəvayət edilmişdir. Bunları rəvayət edənlərin çoxu onu əhli-kitabdan götürür. Bunlar nə təsdiq edilməz nə də yalanlanmazlar. Ümumi olaraq etimad edilməz amma bu haqda səhih bir hədis olarsa başımız və gözümüz üstə yeri var.

Necə ki, İbrahim: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” demişdir.  İmam Əbu Cəfər İbn Cərir belə demişdir: Bizə İbn Bəşşar o da Abdurrahmən İbn Mehdidən o da Sufyandan o da Əbu Zübeyrdən o da Cabir İbn Abdullahdan nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Beytullahı haram (toxunulmaz) və əmin etdi, mən də Mədinəni iki dağın arasında haram etdim; belə ki ovu ovlanmaz, ağacları kəsilməz. Nəsai də bunu Muhamməd İbn Bəşşar o da Bündardan belə rəvayət etmişdir. Onu Muslim də Əbu Bəkir İbn Əbi Şeybə ilə Amr İbn Nakiddən, ikisi də Əbu Əhməd Əz-Zubeyrdən o da Sufyandan belə rəvayət etmişdir.  yenə İbn Cərir belə demişdir: Bizə Əbu Kureyb ilə Əbussaib o da İbn İdrisdən; bizə Əbu Kureyb o da Abdurrahim Razidən -hər iki yoldan: Əşasdan eşitdik, dedilər, o da Nafidən o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Allahın qulu və Xəlili idi. Mən də Allahın qulu və Rəsuluyam. İbrahim Məkkəni haram etdi, mən də Mədinəni iki dağın arasında haram edirəm, ağaclarını və ovunu. Orada hərb üçün silah daşınmaz, ağac kəsilməz, ancaq dəvə yemi olaraq istifadə edilər. Bu sənəd qəribdir, Kutubi Sittədə heç yoxdur. Hədisin əsli Səhih Muslimdə başqa bir yoldan Əbu Hureyrə radıyAllahu anhdan rəvayət edilmişdir: İnsanlar nübar meyvə gördükləri zaman onu Rəsulullah (salləllahu aleyhi və səlləm)ə gətirirdilər. O da aldığı zaman: “Allahım meyvəmizə bərəkət ver, Mədinəmizə bərəkət ver. Ölçümüzə və çəkimizə bərəkət ver. Allahım İbrahim qulun, Xəlilin və Peyğəmbərindir. O sənə, Məkkə üçün dua etdi,mən də sənə onun Məkkə üçün duası kimi Mədinə üçün dua edirəm, həm də bir misli daha çox” deyar sonra ən kiçik uşağı çağırar və o meyvəni ona verərdi. Bir ləfzdə də “bərəkətinə bərəkət qat” deyar sonra meyvəni yanındakı uşaqların ən kiçiyinə verərdi. Muslimin ləfzi belədir.

Sonra İbn Cərir belə dedi: Bizə Əbu Qureyb o da Quteybə İbn Səiddən o da Bəkr İbn Mudardan o da İbn Əl-Həddən o da Əbu Bəkr İbn Muhəmməddən o da Abdullah İbn Amr İbn Osmandan o da Rəfi İbn Hədiçdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Məkkəni haram etdi, mən də iki dağın arasını1 (Mədinəni) haram edirəm. Bunu ancaq Muslim rəvayət etmişdir2(Kutibi sittədə). Onu Quteybədən o da Bəkr İbn Mudardan belə rəvayət etmişdir. Ləfzləri eynidir. İki Səhihdə Ənəs İbn Malikdən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Əbu Talhayə: Mənə uşaqlarınızdan xidmətçilik edə biləcək bir nəfər tap, dedi. Əbu Talha çıxdı, məni tərkinə mindirdi, məndə hər dayəndığı yerdə Rəsulullah (salləllahu aleyhi və səlləm)ə xidmət edərdim.  Sonra yoluna davam etdi, Uhudu gördükdə: Bu dağ bizi sevir, biz də onu sevirik, dedi. Sonra yüksəkllikdən Mədinəni gördükdə dedi: Allahım, mən onun iki dağ arasındakı hissəsini haram edirəm, necə ki, İbrahimin Məkkəni haram etdiyi kimi. Allahım onların ölçü və çəkisinə bərəkət ver. Bir ləfzdə də belə demişdir: Allahım onların ölçülərinə bərəkət ver, “saa”larına bərəkət ver, “mud” larına  bərəkət ver. Buxari: Mədinə əhalisini qəsd etdi, demişdir. Bir daha iki səhihdə Ənəsdən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Allahım Məkkəya verdiyin bərəkətin iki qatını Mədinəyə ver. Abdullah İbn Asim radiyAllahu anhdan rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İbrahim Məkkəni haram etdi və ona dua etdi. Mən də İbrahim Məkkəni haram etdiyi kimi Mədinəni haram edirəm. İbrahim Məkkə üçün dua etdiyi kimi mən də onun“mud”duna və “saa”sı üçün dua edirəm. Bunu Buxari rəvayət etmişdir, ləfz onundur. Müslimin ləfzi isə belədir: İbrahim Məkkəni haram etdi və sakinləri üçün dua etdi. Məndə Mədinəni haram etdim və İbrahimin Məkkəni haram etməsi kimi. İbrahim Məkkə sakinləri üçün dua etdiyi kimi mən də Mədinə sakinləri üçün, saa və muddu üçün dua etdim.

Əbu Səid radiyAllahu anhdan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişidir: Allahım İbrahim Məkkəni haram etdi onu haram qıldı. Mən də Mədinəni haram edirəm: Oranın iki dağı arasında qan tökülməz, döyüş üçün silah daşınmaz, yem xaricində ağac kəsilməz. Allahım Mədinəmizə bərəkət ver, Allahım saamıza bərəkət ver, Allahım muddumuza bərəkət ver. Allahım bərəkətinə iki bərəkət ver. Bunu Müslim rəvayət etmişdir. Mədinənin haramlığına dair hədislər çoxdur. Biz onlardan Məkkənin haramlığı ilə əlaqəli olanlarını seçdik. Çünki bunda Quran ayəsinə uyğunluq vardır. Məkkənin İbrahim əleyhissalamın dili ilə haram qılındığını söyləyanlər bu dəlillərə əsaslanmışdırlar. Dünya yaradıldığından bəri haramdır deyanlər də vardır ki, o daha aydın və daha qüvvətlidir. Allah ən doğrusunu biləndir.

Allah Təalanın Məkkəni göyləri və yeri yaratmadan əvvəl haram etdiyinə dair başqa hədislər vardır. Necə ki, iki səhihdə Abdullah İbn Abbsadan belə rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi vəs səlləm) Məkkənin fəthində belə dedi: Bu şəhəri Allah göyləri və yeri yaratdığı gün haram qıldı.O Allahın haram qılması ilə qiyamət gününə qədər haramdır. Məndən öncə heç kimə orada döyüşmək halal qılınmadı. Mənə də ancaq gündüz bir saat halal qılındı. O Allahın haram qılması ilə qiyamət gününə qədər haramdır; tikanı kəsilməz, ovu hürdütülməz, itəni götürülməz, ancaq taniyən götürə bilər. Otu qopardılmaz. Bu zaman Abbas: Ey Allahın Rəsulu izhiri istisna et çünki onu dəmirçilər və ev tikmək üçün istifadə edirlər. O da: izhir istisnadır dedi. Bu Müslimin ləfzidir. O ikisinin Əbu Hureyrədən də bənzər rəvayətləri vardır. Sonra Buxari bunun ardınca belə demişdir: Bizə Əban İbn Saleh, o da Həsən İbn Müslimdən rəvayət etdi ki, Safiya binti Şeybə demişdir: Rəsulullah sallllahu aleyhi vəsəlləmin belə dediyi eşitdim. Buxarinin müalləq rəvayət etdiyi bu hədisi, İmam Əbu Abdullah İbn Macə, Muhamməd İbn Abdullah İbn Numeyrdən, o da  yunis İbn Bukeyrdən, o da Muhamməd İbn İshaqdan, o da Əban İbn Salehdən, o da Həsən İbn Müslim yannakdan rəvayət etmişdir ki, Safiya İbn əbi Şeybə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dən Məkkənin fəthində belə dediyi eşitdim: Ey insanlar Allah Məkkəni göyləri və yerləri yaratdığı gündə haram etdi. Artıq o qiyamət gününə qədər haramdır; ağacı kəsilməz, ovu hürkütülməz, axtaran xaricində itəni götürülməz. İbn Abbas:  izhiri istisna et, o evlər və qəbirlər üçündür, dedi. O da izhir müstəsnadır, dedi.

Əbu Şüreyh Əl-Ədəvi Amr İbn Səidə, O Məkkəya bir dəstə göndərərkən, belə dedi:Ey Əmir, mənə icazə ver sənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) Məkkəni fəth etdiyi günün səhəri dediyi sözləri söyləyim, onu iki qulağım eşitdi, qəlbim əzbərlədi, danışarkən gözlərim gördü. O Allaha həmd səna etdikdən sonra belə dedi: Məkkəni Allah haram etdi. Onu insanlar haram etmədi.  Allaha və axirət gününə inanan kimsə üçün orada qan tökməsi və ağacını kəsməsi halal deyildir. Əgər bir kimsə Rəsulullahı (salləllahu aleyhi və səlləm) örnək göstərərək özünə rüxsət çıxarmaq istəyarsə ona belə deyin: Allah, Rəsuluna icazə verdi, sizə vermədi. “Mənə də ancaq gündüz bir saat icazə verdi. Sonra dünənki haramlığına qayıtdı. Burada olanlar olmayanlara çatdırsınlar.” Əbu Şureyhə: “Amr sənə nə dedi?” dedilər. O da: Ey Şureyh, mən bunu səndən daha yaxşı bilirəm, Əl-haram nə asini, nə əli-qanlı qaçanı, nə də fəsad edərək qaçanı himayə etməz, dedi. Bu ləfz Muslimindir.

Bu bilindikdə Allahın Məkkəni göyləri və yeri yaratdığı gündə haram etdiyini göstərən hədislərlə onu İbrahim əleyhissalamın haram etdiyini göstərən hədislərin arasında ziddiyyat yoxdur. Çünki İbrahim əleyhissalam Allahın ondakı hökmünü və onu haram etdiyini çatdırmışdır. O, İbrahim əleyhissalam onu tikmədən əvvəl də Allah qatında haram idi. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) də Allah qatında son Peyğəmbər olaraq yazılı idi, Adəm hələ palçığın içində idi. Bununla bərabər İbrahim əleyhissalam “Rəbbimiz, onların içindən onlara bir Peyğəmbər göndər” (Bəqərə, 129) demişdir. Allah da öz elmi və təqdiri sayəsindəonun duasına cavab vermişdir. Buna görə də hədisdə belə gəlmişdir: “Səhabələr: Ey Allahın Rəsulu, bizə işinin başlanğıcını xəbər ver, dedilər. O da, belə dedi: mən atam İbrahimin, əleyhissalam, duası, Məryam oğlu İsanın müjdəsiyam. Anam özündən nur  çıxdığını və Şamın saraylarını aydınlatdığını gördü.”yəni bizə işinin necə zühur etdiyini xəbər ver, dedilər. Necə ki irəlidə gələcəkdir.

O ki qaldı, Məkkənin Mədinədən üstün olduğu- necə ki, cumhur bu rəydədir, vəya Mədinənin Məkkədən üstün olduğu necə ki, Malik və dostları da bu rəydədir, məsələsinə gəldikdə, bu da dəlilləri ilə bərabər başqa bir yerdə zikr ediləcəkdir, inşəAllah. Etimadımız Allahadır.

Allah Təala Xəlilindən xəbər verərək belə demişdir: “Rəbbim, buranı əmin bir şəhər et” yəni qorxudan əmin et, əhalisi qorxmasın. Allah da bunu həm şəriətlə həm də qədərlə etdi. Necə ki belə demişdir: “Orayə kim girərsə əmin olar” (Əli İmran, 97).“Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?(Ənkəbut, 67). Bundan başqa ayələr də vardır. Orada savaşın haram olduğuna dair hədislər də yuxarıda qeyd edilmişdir. Səhih Muslimdə Cabir, Rəsulullahsalləllahualeyhi və səlləmdən belə dediyini eşitdim, demişdir: Bir kimsənin Məkkədə silah daşıması halal deyildir. Bu surədə də “Rəbbim bu şəhəri əmin et” demişdir, yəni bu yeri əmin et, deməkdir. Belə deməsi münasib olmuşdur ki, bu da Kəbənin tikilməsindən əvvəl idi. Allah Təala İbrahim sürəsində də:Necə ki ibrahim, Rəbbim buranı əmin bir şəhər et demişdir, buyurmuşdur. Bu da burada münasibdir. Çünki Alah bilir, bu sanki beyt inşa edildikdən və əhalisi orayə yerləşdikdən sonra ikinci dəfə dua kimi olmuşdur. Və bu İshaqın doğulmasından sonra deyilmişdir ki, oda İsmayıldan on üç yaş kiçik idi. Buna görə də duanın sonunda “Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.” (İbrahim, 39) demişdir.

“Əhalisindən Allaha və axirət gününə iman edənlərə məhsullardan ruzi ver, demişdir. Allah da: ‘Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”: Əbu Cəfər Ər-Razi belə demişdir: Bizə Rəbi İbn Ənəs o da Əbu Aliyədən o da Übey İbn Kabdab nəql edir ki: “kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” ayəsində belə demişdir: Bu Allah Təalanın sözüdür. Bunu da Mucahid ilə İkrimədemişdilər. İbn Cərir də bunu doğru hesab etmiş və başqaları da “kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” oxumuş, bunu İbrahimin duasından hesab etmişdirlər, demişdir. Necə ki, onu Əbu Cəfərdən o da Əbu Aliyədən rəvayət etmiş və belə demişdir: İbn Abbas: Bu, İbrahimin sözüdür, deyərdi. Rəbbindən kafirlərin azacıq zövqalmasını istəyardi. Əbu Cəfər Leys İbn Əbu Suleymdən o da Mucahiddən “kafir olanlara bir qədər zövq almağa izn verərəm”: ayəsi haqqında deyir ki: Ona da həmçinin ruzi verərəm. “Sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”: Muhəmməd İbn İshaq deyir ki: İbrahim Allahın dostluğunu kəsən  zalımları hətta onun zürriyatindən olsalar belə duadan istisna etdi. Çünki, soyundan da olsa əmrinə qarşı çıxanlardan ayrılmaq istəyirdi. Allah Təala da: Kim kafir olarsa mən yaxşını da pisi də ruziləndirir və onu qısa bir zaman üçün zövq almağa izn verərəm, dedi.

Xatim İbn İsmayıl Humeyd Əl-Xarratdan o da Əmmar əz Zuhənidən o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas bu ayə haqqında belə demişdir: İbrahim bunu bütün insanlar üçün deyil, yalnız möminlərə həsr edincə Allah da: Kim kafir olarsa onu da möminlər kimi ruziləndirərəm. Bir məxluq yaradıb ona ruzi vermərəmmi? Onları qısa bir zaman zövq almağa izn verər, sonra da onu cəhənnəm əzabına düçar edərəm. Ora isə nə pis yerdir, dedi. Sonra İbn Abbas bu ayəni oxudu: “Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti  qadağan deyildir” (İsra, 20). Bunu İbn Mərduveyh rəvayət etmişdir. İkrimə ilə İbn Mucahiddən də eynisini rəvayət edilmişdir. Bu ayə də elədir: “De: ‘Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. Dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq” (Yunus, 69-70). Bu ayə  belədir “Kafirin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir. Biz onlara (dünyada olan) nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba məcbur edəcəyik.” (Loğman 23-24). “Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə olmasaydı, Mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan )qorxanlar üçündür.” (Zuxruf, 33-35).

“Sonra onu cəhənnəm əzabına düçar edərəm, ora nə pis yerdir”: yəni onu dünyada faydalandırdıqdan və onu kölgəsindən istifadə etdirdikdən sonra Cəhənnəm əzabına vasil edərəm, ora necə də pis yerdir.

Mənası belədir: Allah Təala onlara baxar, öz başına buraxar, möhlət verər, sonra da onları güclü bir şəkildə haqlıyar. Misal üçün bu ayə kimi: “Neçə-neçə şəhərlərə, (əhalisi) zülm edərkən möhlət verdim, sonra onları yaxaladım. Dönüş də ancaq Mənədir!” (Həcc, 48). İki Səhihdə belə deyilmişdir: Heç kim eşitdiyi narahat edici sözə görə Allahdan daha səbrli deyildir. Onlar ona övlad nisbət eləyirlər, O isə onlara ruzi və salamtçılıq verər. yenə Səhihdə belə deyilmişdir: Allah zalıma möhlət verər, axırda yaxalayənda isə onu buraxmaz. Sonra bunu oxudu: “Rəbbin, zülm edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir.” (Hud, 102). Bəziləri də “və mən kəfəra uməttiuhu qalilən” şəklində oxumuş və onu İbrahimin duasından saymışdırlar ki, bu da şaz bir qiraətdir, yeddi qiraətə və sözün axışına muxalifdir.  Allah ən doğrusunu biləndir.Çünki “qalə”dəki əvəzlik cumhurun oxuyuşuna görə Allahn Təalayə aiddir. Sözün axışı da bunu vacib edir. Bu şaz qiraətə görə əvəzlik İbrahimə ait olmuş olur. Bu da kəlamın nəzminə zidddir. Nöqsanlardan uzaq olan Allah ən doğrusunu biləndir.

“O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): ‘Ey Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”

Burada qeyd edilən qavaid kəliməsi qaidənin cəmidir, dirək vəya təməl deməkdir. Allah Təala deyir ki: ya Muhəmməd, qövmünə İbrahim ilə İsmayılın Beyti inşa etmələrini və təməllərini yüksəltmələrini xatırlat. Onlar “Rəbbimiz, bizdən qəbul et. Şübhəsiz sən hər şeyi bilən və eşidənsən” deyərdilər. Qurtubi və digərləri Ubey ilə İbn Məsuddan ayəni belə oxuduqlarını nəql etmişdirlər: “Və iz yarfəu İbrahimul qavaidə minəl beyti və İsmayılu və yaquləni Rabbəna təqabbəl minnə innəkə əntəs səmiul alim”

Mən də deyirəm ki: sonradan gələn bu qism də bunu göstərir: “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et”: O ikisi saleh əməldədirlər, Allah Təaladan həmin əməlin qəbul etməsini istəyirlər. Necə ki, İbn Əbi Hatim Muhəmməd İbn yəzid İbn Huneys Əl-Məkkidən nəql edir ki, Vuheyb İbn Vərd: “O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): ‘Ey Rəbbimiz! (bunu )bizdən qəbul et!” ayəsini oxudu, sonra da ağladı və: Ey Rəhman,  Xəlilin Sənin Evinin təməllərini yüksəldir, yenə də səndən qəbul olunmaz deya qorxur, dedi. Bu Allah Təalanın ixlaslı möminlərinin halını anlatmasına bənzəyir. “Onlar ki, verdiklərini verirlər, sədəqə nəfəqə və yaxılıq umulan şeyləri verirlər, qəlbləri də qorxar” yəniqorxar ki ondan qəbul olunmaz” (Muminun, 60). Necə ki səhih hədisdə Aişə Rəsulullahdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. İrəlidə gələcəkdir.

Bəzi təfsirçilər: Təməlləri yüksəldən İbrahim, dua edən də İsmayıl idi demişdilər. Doğrusu ikisi də yüksəldir və belə dua edirdilər, necə ki izahı gələcəkdir. Buxari burada bir hədis rəvayət etmişdir, biz də onu gətirəcək sonra da bununla bağlı rəvayətləri verəcəyik. Buxari (rahmətullahi aleyh) belə demişdir: Bizə Abdullah İbn Muhəmməd o da Abdurrazzaqdan o da Mamərdən o da Əyyub Sahtiyənidən o da Kəsir İbn Kəsir İbn Abdulmutallib İbn Əbi Vədadan (biri digərindən daha çox rəvayət edir) o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: Qadınlardan ilk kəmər istifadə edən İsmayılın anasıdır. Sarayə görə hamiləiyini gizlətmək üçün kəmər taxdı. Sonra İbrahim onu və süd əmməkdə olan oğlu İsmayılı gətirdi, onları Evin yanında böyük ağacın həndəvərində Zəmzəmin üst tərəfində məscidin yuxarısına yerləşdirdi. O vaxt Məkkədə heç kim yox idi. Orada su da yox idi. O ikisini orada qoydu. yanlarına içində xurma olan bir torba və içində su olan bir qab qoydu. Sonra İbrahim geri qayıtdı. İsmayılın anası onun arxasına düşdü: “Ey İbrahim, hara gedirsən, bizi kimsəsiz vadidəmi qoyursan?” dedi. Bunu bir neçə dəfətəkrarladı. İbrahim ona cavab vermirdi. Qadın: “Bunu sənə Allahmı əmr etdi? dedi. O da “Bəli” dedi. Qadın da: “Elədirsə O bizi naümid çarəsiz hədər etməz” dedi, sonra da geri qayıtdı.

İbrahim getdi, onların görə bilmədikləri təpəya gəldikdə, üzünü Beytullaha çevirdi, əllərini qaldırd, sonra da bu dualları etdi: “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim.” (İbrahim, 37). Hətta oxuya oxuya ayənin bu hissəsinə çatdı “onlar şükr etsinlər”. İsmayılın anası İsmayılı əmizdirməya və o sudan içməya başladı. Sonunda qabdakı su bitdi, oğlu susadı. Qadın onun qıvranmasına baxdı, görməmək üçün aralandı. Ən yaxın dağ olaraq Səfanı gördü. Üstünə çıxdı, sonra kimisə görmək ümidi ilə vadiya geri qayıtdı. Heç kimi görmədi. Səfadan endi, vadiya çatanda ətəyinin ucunu qaldırdı, sonra yetişkin bir insan kimi qaçdı və vadini keçdi. Sonra Mərvayə gəldi və üstünə çıxdı. Kimisə görmək ümidi ilə baxdı amma heç kimi görmədi. Bunu yeddi dəfə etdi.

Abdullah İbn Abbasdan nəql olunur ki, Rəsulullah salləllahu aleyhi vəssallam belə demişdir: “Məhz insanlar bu iki təpə arasında səyi bu səbəblə edirlər. Həcər Mərvanin üzərinə çıxınca bir səs eşitdi, özü özünə sus dedi. Sonra dincəldi, yenə eşitdi: Səsini eşitdirdin, əgər bir köməyin varsa et, dedi. Zəmzəmin yanında bir mələklə qarşılaşdı. Mələk qanadı və dırnağı ilə yeri eşdi. Su çıxdı. Həcər suyun ətrafını düzəltməya başladı. Ovuc-ovuc alıb qabına doldurmağa başladı. Su isə qaynayıb çıxmağa davam edirdi.

İbn abbasdan rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi. Allah İsmayılin anasına mərhəmət etsin. Əgər Zəmzəmə müdaxilə etməsə və ovuclamasa idi, Zəmzəm axan bir bulaq olardı. Deyilir ki, Həcər sudan içdi və uşağını əmizdirdi. Mələk ona: Qorxma naümid, olmayəcaqsan, burada bu uşağın və atasının tikəcəyi bir ev vardır, Allah oranın əhalisini ziyana uğratmaz. Beytullahın yeri təpə kimi yüksək idi. Sel gəldikdə sağından və solundan aparardı. Bu belə davam edərkən Cürhüm qəbiləsindən bir neçə nəfər və ya bir neçə ailə keçib gedirdilər, onlar Keda tərəfdən gəlirdilər. Məkkənin aşağı qismində köç saldılar. Göydə fırlanan bir quş gördülər. Bu quş suyun üstündə fırlanır, biz uzun müddətdir ki, buralarda su görməmişik dedilər. Bir və ya iki adam göndərdilər. Onlar su ilə qarşılaşdıqda geri qayıdıb bu haqda xəbər verdilər. Onlar gəldilər. İsmayılın anası suyun başında idi. Ona: yanında yurd salmağa icazə verərsənmi, dedilər. O da bəli, ancaq suda haqqınız yoxdur dedi. Onlar da, oldu , dedilər. İbn Abbas deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): İsmayılın anası ünsiyyat quracaq insanlar arzulayırdı, dedi. Onlar köç saldılar, ailələrinə xəbəretdilər onlarda ora gəlib yerləşdilər.

Bir neçə ailə də gəldi, uşaq böyüdü və onlardan ərəb dili öyrəndi. Uşaq böyüdükdə gözə gəlimli bir yeniyetmə oldu. Həddi büluğa çatdıqda isə onu bir qadınla evləndirdilər. İsmayılın anası vəfat etdi. İsmayıl evləndikdən sonra İbrahim qoyub getdiyi ailəsini görmək üçün gəldi. İsmayılı tapmadı. Zövcəsindən İsmayılı soruşdu. Bizə nəsə tapıb gətirmək üçün çıxıb, dedi. Ona dolanışıqları haqqında soruşdu. Qadın da çox pis, ehtiyac və sıxıntı içindəyik dedi, və halından şikayət etdi. O da Ərin gələndə məndən salam de, deki, qapısının kandarını dəyişdirsin. İsmayıl gəldikdə nəsə hiss etdi. Kimsə gəlib? Deyə soruşdu. Qadın da, bəli dedi.  Bir qoca gəlmişdi. Səni soruşdu mən də  danışdım.  Dolanışığımı soruşdu mən də pis olduğunu dedim, dedi. Sənə bir şey vəziyyət etdimi? Dedi. Bəli sənə salam söyləməmi və qapının kandarını dəyişməyi tövsiyya etdi, dedi. O da:O atam idi, səndən ayırlmağımı istəyib, sən ailənin yanına get, dedi və onu boşadı. Başqa bir qadınla evləndi. Bir müddət sonra İbrahim bir daha gəldi və onu evdə tapa bilmədi. Zövcəsinin yanına getdi və ondan İsmayılı soruşdu. O da: bizə nəsə tapmağa gedib, dedi. İbrahim: Necəsiniz, dedi və hal və dolanışıqlarını soruşdu. O da yaxşıyıq bolluq içərisindəyik, dedi və Allaha həmd və səna etdi. yediyiniz nədir dedi? O da ət dedi. İçdiyiniz nədi dedi, o da Su, dedi. O da Allahım, ətə və suya bərəkət ver dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): O zamanlar dənli bitkilər yox idi, olsa idi ona da dua edərdi.Məkkə xaricində də bu ikisi ilə dolanmaq olar, lakin bu Məkkədəki kimi olmayəcaq, dedi. İbrahim: Ərin gəldikdə məndən salam de, qapısının kandarını dəyişdirməsin, dedi. İsmayıl gəldikdə: Gələn gedən olubmu?, soruşdu. O da bəli, yaşlı bir qoca gəlmişdi dedi və onu mədh etdi. Səni soruşdu mən də danışdım. Dolanışığımızı soruşdu mən də yaxşı olduğunu dedim. Sənə hər hansı bir tövsiyya etdimi? O da: Bəli, sənə salam söylədi və qapının kandarını dəyişdirməsin dedi. O atam idi, kandar da sənsən, səni saxlamağımı əmretmişdir, dedi.

Sonra İbrahim bir müddət görünmədi, sonra bir daha gəldi. İsmayıl Zəmzəmə yaxın bir ağacın altında ox yonurdu. Onu gördükdə qalxdı və ata oğul qucaqlaşdılar. Sonra ey İsmayıl Allah mənə bir əmr verib dedi. O da Rəbinin sənə əmretdiyini  et dedi. O da mənə yardım edərsən mi? Dedi. O da edərəm dedi. O da Allah mənə burada bir ev tikməmi əmr edib, dedi və yaxınlıqdakı yüksək təpəni göstərdi. O zaman hər ikisi birlikdə beytin təməllərini yüksəltdilər. İsmayıl daş gətirər, İbrahim isə tikərdi. Bina yüksəldikdə bu daşı gətirdi, o daşın üstünə çıxdı İsmayıl da daş verirdi. İkisi sə: Rəbbimiz bizdən qəbul et, Şübhəsiz ki, sən hər şeyi eşidən və bilənsən deyirdilər. Binanı tikməya başladılar. Beytin ətrafına fırlanır, Rəbbimiz bizdən qəbul et, Şübhəsiz ki, sən eşidən və bilənsən, deyirdilər. Bunu Abd İbn Hümeyd Abdurrazzakdan bu şəkildə uzun olaraq rəvayət etmişdir. Bunu İbn Əbi Hatim də, Əbu Abdullah İbn Həmmad ətTəbəranidən, İbn Cərir də Əhməd İbn Sabit ər Razidən, ikisi də Abdurrazzakdan qısaca rəvayət etmişdirlər.

Əbubəkr İbn Mərduveyh belə demişdir. Bizə İsmayıl İbn Əli İbn İsmayıl , o da Bişr İbn Musadan, o da Əhməd İbn Muhamməd əl-Əzrakidən, o da Müslim İbn Xalid əz Zəncidən,  o da AbdulMalik İbn Cureycdən, o da Kəsir İbn Kəsirdən rəvayət edir: Mən Osman İbn Əbi Süleyman və Abdullah İbn Əbdurrəhman İbn Əbu Hüseynləvə bir qrupla birlikdə Səid İbn Cubeyrin yanında idik. Məscdin yuxarı hissəsində yığışmışdıq. Səid İbn Cubeyr Məni görə bilməyacəyiniz gündən əvvəl məndən sual soruşun, dedi. Ona məqam haqqında soruşdular. O da onlara İbn Abbasdan hədisi uzun olaraq rəvayət etməyə başladı.

Sonra Buxari belə dedi: Bizə Abdullah İbn Muhamməd, o da Əbu Əmir abdul-Məlik İbn Əmirdən, o da İbrahim İbn Nafidən, o da Kəsir İbn Kəsirdən o da Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas (radiyAllahu anh) belə demişdir: İbrahim ilə ailəsi arasında baş verəndənlərdən sonra İsmayıl ilə İsmayılın anasını oradan çıxartdı. yanlarında da içındə su olan qab var idi. İsmayılın anası qabdan içdikcə, südü uşağın üstünə fışqırırdı. Sonda Məkkəya gəldi, onları bir ağacın altına qoyub getdi. Sonra İbrahim ailəsinə qayıtdı. İsmayılın anası Kəda deyilən yerə qədər  İbrahimin arxasınca düşərək: “Ey İbrahim, bizi kimə qoyub gedirsən?” dedi.  O da: “Allaha” dedi. Qadın da: Mən Allaha təslim oldum, dedi. Sonra dedi ki: Qadın qabdan içməya başladıqda  südü uşağın üstünə fışqırırdı. Sonunda su bitdi. Gedib baxsam bəlkə  kimisə görərəm, deyib Səfa təpəsinə çıxdı. Kimisə görərəmmi deya baxdı amma heç kimi görmədi. Vadiya çatanda qaçaraq Mərvəya tərəf getdi. Bunu yeddi dəfə etdi. Sonra: Gedim uşağa baxım görüm nə edir, dedi. Getdi baxdı ki, olduğu kimi dayənıb, huşunu itirəcək haldadı. Kimisə görərəmmi deya baxdı amma heç kimi görmədi. Bunu yeddi dəfə etdi. Sonra: “Gedim uşağa baxım görüm neynəyir” dedi. Birdən bir səs eşitdi: Əgər yanında bir xeyir varsa onu et, dedi. Gördü ki, bu Cəbrayıl əleyhissalamdır. Dabanı ilə yerə vurdu və oradan su fışqırdı. İsmayılın anası dəhşət əgəldi. Çuxur qazmağa başladı. Əbu-Qasım (salləllahu aleyhi və səlləm) dedi ki: Əgər suyu buraxsaydı o axar su olardı. Həcər sudan içməya başladıqda südü  fışqıraraq uşağın üstünə tökülürdü.

Cürhüm qəbiləsindən bir neçə nəfər oradan keçirdilər. Bir quş gördülər və fikirləşdilər ki, bu quş ancaq suyun başında olur. Adamlarını göndərdilər. O da baxdı və suyu gördü. Onlara gəlib xəbər verdi. Onlar da qadının yanına gəldilər: “Ey İsmayılın anası, səninlə burada  qalıb məskunlaşmağa icazə verərsənmi?” dedilər. Oğlu böyüdü, onlardan bir qadınla nigahlandı. İbn Abbas davam edərək: Sonra İbrahim qərara gəldi və ailəsinə dedi: Mən o qoyduqlarımı görmək istəyirəm. Ora Gəldi və salam verdi. “İsmayıl hardadır?” dedi. Xanımı: Ova getdi, dedi. Ona salam de, gəldiyi zaman qapının kandarını dəyişdirsin, dedi. Qadın bunu xəbər verindikdə İsmayıl: O sənsən. Öz ailənə qayıt, dedi.

Daha sonra İbrahim bir daha: Qoyduqlarımı görmək istəyirəm, dedi. Ora Gəldi və dedi: “İsmayıl hardadır?” . Xanımı da: ova getdi, dedi. Xanımı: “Bəlkə oturub nəsə  yeyib içmək istəyasiniz?” dedi. O da: “yemək və içməyiniz nədir” soruşdu. Xanımı da: “yeməyimiz ət, içməyimiz də sudur” dedi. O da: “Allahım, yemək və içməklərinə bərəkət ver” dedi. Əbu Qasım (salləllahu aleyhi və səlləm) dedi ki: Bir müddət sonra İbrahim yenə ailəsinə: mən buraxdıqlarımı görmək istəyirəm, dedi. Ora gəldikdəİsmayıla Zəmzəmin arxasında rastl gəldi. O orada oxunu düzəldirdi.  Ey İsmayıl, əziz və cəlil olan Rəbbin mənə onun üçün bir ev inşa etməyimi əmr etdi, dedi. İsmayıl da: Əziz və cəlil olan Rəbbinin əmrinə itaət et, dedi. İbrahim: Sənin mənə kömək etməyini əmr etdi. O da: Elədirsə edərəm və ya buna bənzər bir söz söylədi. İbn Abbas davam edib deyir ki: İbrahim hörməya İsmayıl isə  ona daş verməya başladı. Nəhayət bina yüksəldi ibrahim qoca olduğuna görə daşı qaldıra bilmədi.O məqam daşının üstünə çıxdı, İsmayıl isə ona daş verirdi. Onların ikisi də birlikdə Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!, deyirdilər. Buxari bunu Ənbiya kitabında beləcədə hər iki şəkildə rəvayət etmişdir.

Maraqlıdır ki, Əbu Abdullah Hakim bunu Müstədrək kitabında Əbu Abbas Əl-Əsamdan o da Muhəmməd İbn Sinan Əl-Qəzzazdan o da Əbu Əli Ubeydullah İbn Əbdulməcid Əl-Hənəfidən o da İbrahim İbn Nəfidən belə rəvayət etmiş və iki şeyxin şərtlərinə görə bu səhihdir, lakin onlarbu rəvayəti gətirməmişdirlər, demişdir. Buxari isə onu göründüyü kimi İbrahim İbn Nəfidən bir az qısa formada rəvayət etmişdir. Orada oğlunu qurban kəsməkdən bəhs etməmişdir. Səhihdə də belə gəlmişdir: Qoçun iki buynuzu Kəbəya bağlı idi. Hədisdə isə belə gəlmişdir: İbrahim aleyhissalam ailəsinin yanına Buraqla sürətli şəkildə gələr və onları ziyarət edərdi. Sonra müqəddəs bölgədəki ailəsinin yanına geri qayıdardı. Allah ən yaxşısını bilir. Habelə, Burada mərfu məqamlar var, bunu İbn Abbasın Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) açıq aşkar şəkildə nəql etmişdir.

Möminlərin əmiri Əli İbn Əbi Talibdən bu mövzuda buna müxalif şeylər gəlmişdir. Necə ki, İbn Cərir belə demişdir: Bizə Muhəmməd İbn Bəşşar ilə Muhəmməd İbn Musənna onlar da Muəmməldən o da Sufyandan  o da Harisə İbn Mudarabdan nəql etdilər ki, Əli İbn Əbi Talib belə demişdir: İbrahimə Evi inşa etməsi əmr edildikdə, İsmayıl və Həcərlə birlikdə yola çıxdı. Deyir ki: Məkkəya gəldikdə başının üstündə Evin yerində bulud kimi bir şey gördü. Buludun İçində baş kimi bir şey var idi. Əli radiyAllahu anh deyir ki, onunla danışdı: Ey İbrahim, kölgəmin düşdüyü yerə və ya  onun olçüsündə bir Ev inşa et. Artıq və əskik olmasın, dedi. O da inşa edərək, İsmayıl ilə Həcəri orada qoyub getdi. Həcər: “Ey İbrahim, bizi kimə qoyub gedirsən?” dedi. O da: “Allaha” dedi. Qadın: Get. Allah bizi peşman etməz, dedi. Əli radiyAllahu anh deyir ki, İsmayıl çox susadı. Həcər Səfa təpəsinə çıxdı. Baxdı amma bir şey görmədi. Sonunda Mərvəya gəldi amma yenə bir şey görmədi. Sonra Səfayə geri qayıtdı amma yenə də bir şey görmədi. Bunu yeddi dəfə etdi və belə dedi: “Ey İsmayıl, öl ki, səni görməyim”. Uşağının yanına gəldi, uşaq susuzluğundan ayəğını yerə vururdu. Cəbrayıl Həcərə: “Sən kimsən” deya səsləndi. O da: “Həcər. İbrahiminin övladının anası” dedi. O da: “O Sizi kimə həvalə edib getdi?” dedi. O da: “Allaha həvalə etdi” dedi. O da: “Sizi gücü hər şeya yetən birinə həvalə etdi” dedi. Əli radiyAllahu anh deyir ki: Uşaq barmağı ilə yeri eşələdi oradan Zəmzəm fışqırdı. Həcər suyu tutmağa çalışdı. Cəbrayıl da: Burax onu, o təzə sudur. Dedi.

Bu rəvayətdə Beyti Həcərdən ayrılmamışdan əvvəl inşa etmişdir. Belə olması ehtimal olunur: Onun yeri müəyyən idi, ətrafına divar hörülmüş və daş qoyulmuşdur, lakin onu axıra qədər inşa etməmişdir. Sonda İsmayıl böyüdükdən sonra onu birlikdə tikdilər. Necə ki, Allah da belə buyurmudur.

Sonra İbn Cərir belə belə dedi: Bizə Hənnad İbn Səriy o da Əbu Əhvasdan, o da Simakdan rəvayət edir ki  Xalid İbn Ararə rəvayət edir ki, bir adam Əli radiyAllahu anha: Bizə beyt haqqında danış, o yer üzündə ilk tikilən evdirmi?, dedi. Xeyir, ancaq o, içərisinə ilk bərəkət verilən ev – Məqamı İbrahimdir. Ora daxil olan əminamanlıqda olar. İsteyirsənsə sənə onun necə tikildiyini xəbər verim: Allah İbrahimə mənə yerüzündə bir ev tik, deya vəhy etdi. İbrahimə bu tapşırığı yerinə yetirmək ağır gəldi. Allah ona arxayınlıq verdi. O burulğan küləyi kimi idi. Onun iki başı var idi, biri o birnin ardınca düşdü və Məkkəya qədər gəldi. Beytin yerinə qalxan kimi yığıldı. İbrahimə arxayənlıq verildiyi yerdə tikməyi əmr etdi. İbrahim də tikdi, bir daş qalmışdı. Gənc, bir şey axtarmağa getmişdi. İbrahim : Mənə istədiyim kimi bir daş gətir dedi. Dedi ki, Gənc ona bir daş axtarmağa getdi. Onu gətirdi və gördü ki, atası həcəru-əsvədi artıq yerinə qoyub. “Atacan bu daşı sənə kim gətirdi?” dedi. O da sənin tikməyinə etibar etməyən, dedi. Onu Cəbrayıləleyhissalam  göydən gətirdi. Onlar da beytin tikintisini bitirdiləlr.

İbn Əbi Hatim belə demişdir: Abdullah İbn yəzid əl Mukri, o da Sufyandan, o da Bişr İbn Asimdən, o da Səid İbn Müseyyabdən rəvayət edir ki KƏbu-Əhbər: Beyt Allah yeri yaratmadan qırx il əvvəl suyun üstündə selik formasında idi. yer ordan başlayəraq tumurcuq kimi açıldı. Səid İbn Museyyab belə demişdir: Bizə Əli İbn Əbu Talib (radiyAllahu anh): İbtrahim erməniyeden gəldi, onda arxayınlıq var idi. Ona beytin yerini hazırlayırdı, sanki hörümçək tor hazırlayırdı. Dedi ki, külək elə daşlar çıxardı ki, onu ancaq oyuz adam qaldıra bilərdi. Mən də Ey Məhəmmədin atası, Allah : Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman, buyurur, dedim. O da: O daha sonra idi, dedi.

Suddi də belə demişdir: Əziz və Cəlil olan Allah İbrahimə və İsmailə beyti tikmyi əmr etmişdi: Beyti tavaf edənlər, orada oturanlar, ruku və səcdə edənlər üçün tikin demişdi. İbrahim gedib, Məkkəya çatdıqda, o və İsmayıl əllərinə külüng götürdülər lakin beytin harda olacağını bilmirdilər. Allah burulğan deyilən bir külək göndərdi. Onun iki qanadı var idi, ilan kimi bir başı var idi. O onlar üçün kəbənin ətrafında ilk təməl yerlərini qazdı. Onlarda külünglərlə işləyib, beləcə təməli atdılar. Məhz Allah Təalanın: “Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: ‘Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!‘ (Həcc, 26) dediyi budur. Təməlləri ataraq künclərə çatdıqda İbrahim İsmayıla: Oğlum, mənə gözəl bir daş axtar, bura qoyum, dedi. O da Atacan mən yorulub, əldən düşdüm, dedi. O da: Onu gətir, dedi. İsmayıl daş axtarmağa getdi. Bir daş gətirdi, atası bəyanmədi. Mənə bundan daha gözəl daş gətir dedi. O da bir daha daş axtarmağa getdi. Cəbrayıl Hacərul Əsvadı Hindistandan gətirdi. Ağ yovşan kimi ağappaq bir daş idi. Adəm onu Cənnətdən gətirmişdi, insanların xətası üzündən qaralmışdı. İsmayıl bir daş gətirdikdə Hacərul Əsvədi yerinə qoyulmuş gördü. Atacan bunu kim gətirdi, dedi. Səndən daha cəld biri, dedi. Onlar Kəbəni tikdilər və İbrahimin imtahan edildiyi o kəlmələrlə dua etdilər: Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!, dedilər.

Bu rəvayətdə beytin təməllərinin daha əvvəl atılmış olduğu, sadəcə olaraq İbrahimə göstərildiyi və ona hazırlandığı bildirilir. Bəziləri bunu qəbul etmişdir. Necə ki, İmam Aburrəzzaq belə demişdir: Bizə Mamer o da Eyyubdan o da Səid inb Cubeyrdən O da İbn Abbasdan nəql edir ki, “O zaman İbrahim və İsmail evin bünövrəsini qaldırarkən: “Ey Rəbbimiz! bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” ayəsi barədə demişdir ki, beytin təməlləri öncədən var idi. Abdurrazzaq demişdir  Hişam İbn Həsən, o da Ətanın kürəkənindən rəvayət etmişdir ki, Ata İbn Əbu Rəbah belə dedi: Allah Adəmi cənnətdən endirdikdə ayəqları yerdə başı göydə idi. Göy əhlinin söhbətlərini və dualarını eşidərdi. Onlarla təsəlli tapardı. Mələklər bundan qorxdular dualarında və namazlarında Allaha şikayət etdilər. Allah da onu yerə alçaltdı. Adəm eşitdiyi şeyləri itirdikdə səksəndi, o da bunu dua və namazlarında Allaha şikayət etdi. Adəm Məkkəya yönləndirildi. Ayəqlarını basdığı yerlər kənd, addım araları səhra oldu. Axırda Məkkəya gəlib çatdı. Allah cənnətdən bir yaqut endirdi.O beytin indiki yerində idi. Allah tufan qoparana qədər Adəm oranı təvaf etdi və o yaqut göyə qaldırıldı. Ta o zamana qədər ki, Allah İbrahimi göndərdi, O da onu tikdi. :Məhz Allah Təalanın “Bir zaman Biz İbrahimə evin yerini nişan verib” (Həcc, 26) dediyi budur.

Abdurrəzzaq belə demişdir: Bizə İbn Cureyc rəvayət edir ki, Ata belə demişdir: Adəm, mən mələklərin səsini eşitmirəm dedi. O da Sənin xətana görədir, amma sən yerə en, mənim üçün bir ev tik, sonra mələklərin göydəki evimi təvaf etdikləri kimi sən də onu təvaf et, dedi. İnsanlar onu beş dağdan gətirilən daşlarla tikdiyini iddia edirdilər. Hira, Turi Sin, Zeytun, Livan dağı, Cudi dağı. Hiradan gətirilən daşlar altdan döşənmişdi . Adəmin tikdiyi ev bu idi. Sonradan İbrahim onu yenidən inşa etdi.  Bu Atayə gedib çatan səhih bir isnad olsa da, içərisində bəzi qəbul edilməyacək məqamlar vardır. Allah ən doğrusunu biləndir.

Abdurrəzzakdan bir daha rəvayət edilir ki, Bizə Mamər rəvayət edir ki,  Qatadə belə demişdir: Allah, evin yerini Adəmin enməsi ilə bir vaxta qoydu. Adəm Hindistana endirildi. Başı göydə ayəqları yerdə idi. Mələklər ondan çəkinərdilər, buna görə boyu 60 arşına qədər endirildi.Adəm mələklərin səs və zikrlərini eşitmədikdə kədərləndi. Bu barədə Allaha şikayət etdi. Allah dedi, Ey Adəm Ərşimin ətrafında mələklərin təvaf ettiyi kimi, sənin də təvaf edəcəyin bir evi sənin üçün yer üzünə endirdim. Ərşimin yanında namaz qılındığı kimi sən də evin yanında namaz qılarsan. Adəm ona tərəf getdiyi zaman addımlarını uzatdı. İki addımın arası səhrayə çevrildi. Səhralar olduğu kimi hələ də qalmaqdadır. Nəhayət Adəm evə gəldi və onu tavaf etdi. Ondan sonra gələn Peyğəmbərlərdə onu təvaf etdilər.

İbn Cərir belə demişdir: Bizə İbn Humeyd o da Yaqub Əl-Qummidən o da Həfs İbn Humeyddən o da İkrimədən rəvayət edir ki, İbn Abbas belə demişdir: Allah Evini dörd su təməlinin üzərində qurdu və bunu da dünyanı yaratmadan iki min il əvvəl etdi. Sonra yer üzü Evin altından başlayəraq yuvarlandı. Muhamməd İbn İshaq belə demişdir: mənə Abdullah İbn Əbi Nəcih o da Mucahiddən və digər elm adamlarındanrəvayət etdi ki: Allah İbrahim üçün Evin yerini hazırladıqdan sonra İbrahim Şamdan çıxdı və yaxud İbrahim yanında İsmayıl və onu anası Həcərlə birlikdə Şamdan çıxdı. İsmayıl da südəmər balaca bir uşaq idi. Mənə xəbər verildiyinə görə Cəbrayılla birlikdə Buraqa mindilər. Cəbrayıl ona Evin yerini və Haramın ibadət yerlərini göstərirdi. Sonra Cəbrayılla birlikdəyola çıxdılar. yolda nə vaxt hər hansı bir kəndə rast gəlsələr belə deyərdi: “Burayə məskunlaşmaqlamı əmr olunmuşam, ey Cəbrayıl?”. Cəbrayıl da: Davam et deyərdi. Nəhayət onu Məkkəya gətirdi. Məkkə o zaman kolluq, sələm və səmurə ağacları olan bir yer idi. Orada əməlik adlandırılan yerli insanlar var idi. Onlar Məkkənin xaricində və ətrafında yaşayərdılar. Ev o zaman qırmızı rəngli  bir təpə halında idi. İbrahim Cəbrayıla: “Bu ikisini burada tərk etməklə mi əmr olundum?” dedi. O da: Bəli dedi. Onları Hicrin (aypara) yanına düşürtdü. İbrahim İsmayılın anası Həcərə bir çardaq düzəltməyi əmr etdi. Məhz “Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim….. Bəlkə onlar Şükr edələr” (İbrahim, 37) dediyi budur.

Abdurrazzaq belə demişdir: Bizə Hişam İbn Həsən o da Humeyddən o da Mucahiddən nəql edir ki: Allah bu Evin yerini heç bir şey yaratmadan iki min il əvvəl yaratmışdı. Təməlləri yerin yeddi qat dərinliyində idi. Leys İbn Əbi Suleyimin rəvayətində də: Mucahid: Təməllər yeddi qat yerin altındadır, demişdir.  İbn Əbi Hatim belə demişdir: Mənə atam o da Amr İbn Rafidən o da Abdulvahhab İbn Muaviyadən o da Abdulmumin İbn Xaliddən o da Uliya İbn Əhmərdən nəql edir ki: Zülqarneyn Məkkəya gəldikdə İbrahim ilə İsmayılın Kəbənin təməllərini beş dağdan gətirdikləri ilə doldurduqlarını gördü və “mənim torpağımda nə işiniz var?” dedi. Onlar da: Biz əmr edilmiş iki quluq. Bu Kəbəni inşa etməklə əmr olunduq, dedilər. O da: Bu iddianızı isbat edin, dedi. Beş qoç şahidlik edirək belə dedilər: İbrahim ilə İsmayıl ikisi də əmr quludurlar və bu Kəbəni inşa etməklə əmr olunmuşdurlar. O da: Qəbul etdim və təslim oldum (etdim), deyarək çıxıb getdi. Əzraqi “Məkkə tarixi” kitabında belə demişdir: Zülqarneyn İbrahimlə bərabər təvaf etdi. Bu da Zülqarneynin çox qədimdə yaşamasını göstərir. Allah ən doğrusunu biləndir.

Buxari belə demişdir: “Və iz yarfəu İbrahimul qavaidə minəl beyt və İsmayıl”. Qəvaid-təməl deməkdir. Tək forması – qaidədir. Heyzz və nifasdan kəsilən qadınlara da qəvaid deyilir ki, onun da tək forması qaidədir. Bizə İsmayıl o da Malikdən o da İbn Şihabdan o da Səlim İbn Abdullahdan o da Abdullah İbn Muhamməd İbn Əbu Bəkrdən, o da Abdullah İbn Ömərdən o da Peyğəmbər (salləllahu aleyhi və səlləm)in xanımı Aişə radıyAllahu anhadan nəql edir ki, rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Ey Aişə, görmürsənmi sənin qövmün Qureyş Evi tikəndə İbrahimin qoyduğu təməli qısaltdılar?. Mən də: Ey Allahın Rəsulu onu İbrahimin təməlləri üzərində qaytarmayəcaqsan mı? O da: Kaşki sənin qövmün küfürdən yenicə çıxmış olmasaydı, dedi. Abdullah İbn Ömər belə demişdir: Əgər Aişə bunu Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdibsə, demək ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) hicrin yanındakı iki küncə salam verməyi tərk etməsinin səbəbi, Evin İbrahim aleyhissalamın qoyduğu təməllərin üzərində tam inşa edilməmiş olmasındandır. Bunu Həcc fəslində Qanəbidən rəvayət etmişdir. “Əhədisul ənbiya”da da Abdullah İbn yusif Muslimdən o da yəhya İbn yəhyadan İbn Vəhbin hədisi olaraq rəvayət etmişdir. Nəsai də Əbdurrəhman İbn Qasımın hədisi kimi rəvayət etmişdir. Hamısı Malikdən belə rəvayət etmişdirlər. Bunu Muslim də Nafinin hədisindən rəvayət edir. Nəfi belə demişdir, Mən Abdullah İbn Əbu Bəkr İbn Əbu Kuxafədən o da Abdullah İbn Ömərdən o da Aişədən o da  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət etmişdir: Əgər sənin qövmün cahiliyyadən vəya küfrdən yenicə çıxmış olmasaydı, Kəbənin xəzinəsini Allah yolunda xərcləyar, qapısını yerdən qoyar və İsmayılın hicrini (ayparasını) ona qatardım.

Buxari belə demişdir: Bizə Ubeydullah İbn Musa o da İsraildən o da Əbu İshaqdan nəql edir ki: Əsvəd belə demişdir: Mənə İbn Zubeyr belə dedi: “Aişə sənə gizlicə çox hədis söyləyardi. Kəbə haqqında nə söylədi?” deya soruşdu. Mən də: Peyğəmbər (salləllahu aleyhi və səlləm): Ey Aişə əgər sənin qövmün yeni olmasaydı-İbn Zubeyrin — küfürdən yeni çıxmlş olmasaydılar Kəbəni yıxıb ona iki qapı açardım ki, onlardan birindən insanlar girər digərindən isə çıxardılar, demişdir. İbn Zubeyr də bunu həyata keçirdi. Bunu yalnız Buxari rəayət etmişdir. Onu “Səhih”inin Elm fəslində bu cür rəvayət etmişdir.

Muslim də “Səhih”ində belə demişdir: Bizə yəhya İbn yəhya o da Əbu Muaviyadən o da Hişam İbn Urvədən o da atasından nəql eti ki, Aişə radıyAllahu anha belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Əgər sənin qövmün küfründən yeni çıxmış olmasaydı Kəbəni yıxıb onu İbrahimin təməlləri üzərində yenidən tikərdim. Çünki Qureyşlilər Kəbəni inşa etdikləri vaxt qısaltdılar. Ona arxa tərəfdən bir qapı da açardım.

Davam edərək deyir ki: Bizə Əbu Bəkr İbn Əbi Şeybə ilə  Əbu Qureyb onlar da İbn Numeyrdən o da Hişamdan rəvayət eyni isnadla rəvayət etmişdir. Bu sənədlə ancaq Muslim rəvayət etmiş və belə demişdir:Mənə Muhamməd İbn Hatim o da Muhamməd İbn Mehdidən o da Suleym İbn Həyyandan o da Səid İbn Minadan nəql etdi ki, Abdullah İbn Zubeyrin belə dediyini eşitdim: Mənə xalam Aişə radıyAllahu anha nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir: Ey Aişə, əgər sənin qövmün şirkdən yeni çıxmış olmasaydı Kəbəni söküb yerlə bir edərdim və ona biri qərbdən digəri də şərqdən olmaqla iki qapı açardım. Ona hicr tərəfdən altı arşın əlavə edərdim. Çünki Qureyş Kabəni inşa etdiyi zaman onu qısaltdı. yenə bunu Muslim tək başına rəvayət etmişdir.

Qüreyşin ibrahimdən uzun müddət sonra lakin peyğəmbərin (salləllahu aleyhi və səlləm), göndərilməsindən beş il əvvəl kəbəni inşa etməsi

Rəsulullah (salləllahu aleyhi və səlləm) qüreyşlilərlə birlikdə daş daşımışdı, o vaxtlar onun otuz beş yaşı var idi. Allahın salavatı və salamı qiyamət gününə qədər onu üzərinə olsun. Muhamməd İbn İshaq İbn yasar Sirada (Peyğəmbərin həyat tarixçəsi) belə demişdir: Rəsulullahsalləllahualeyhi və səlləm otuzbeş yaşına çatdıqda, Qüreyş qəbiləsi Kəbəni inşa etmək üçün yığışdı. Onun dağılmasından ehtiyat etdikləri üçün bu məsələya çox əhəmiyyat verirdilər və  ona dam vurmaq istəyirdilər. O bir adam hündürlüyündə ağ rəngli daşlardan tikilmişdi. Onu hündürləşdirərək üstünə dam vurmaq istəyirdilər. Çünki bir oğru qrupu Kəbənin xəzinəsini talamışdı. Xəzinə Kəbənin içində bir quyuda idi. Həmin xəzinə Huzaa qəbiləsindən Müleyh İbn Amr oğullarının müttəfiqi Düveykin yanında tapıldı. Qüreyş onun əlini kəsdi. İnsanlar isə iddia edirdilər ki, talan edənlər onu gətirib Düveykin yanında qoyub. Həmin günlərdə Qırmızı dənizdə bir Bizans gəmisi Ciddə yaxınlığında sayə oturmuş, gəmi parçalanmışdı. Onun taxtalarını götürərək Kəbənin damında istifadə etmək istədilər. Məkkədə qipti millətindən olan bir dülgər var idi. O bunun üçün bir az hazırlıq işləri gördü. Kəbənin hədiyya atılıan quyusundan çıxaraq hər gün divarlarında gəzişən bir ilan var idi. Onlar bu ilandan qorxardılar. Kim ona yaxınlaşarsa şahə qalxar, fısıldayər və ağzını açardı. Onlar da bundan qorxardılar. İlan bir gün yenə həmişəki kimi, Kəbənin divarında özünü günə verərkən Allahın göndərdiyi bir quş onu qapıb qaçdı. Qüreyş: Bəlkə də Allah etdiyimizdən razı qalmışdır, yaxşı bir ustamız və taxtamız var. İlandan da xilas olduq. Onu uçurdub yenidən inşa etməyə qərar verdikdə, Əbu Vəhb İbn Aiz İbn Abd İbn İmran İbn Mahzum gəlib Kəbədən bir daş götürdü. Daş əlindən tullanaraq əvvəlki yerinə qayltdı. O da ey Qüreyş camaatı onun tikintisinə qazancınızdan yalnız halal olan sərf edildsin, bura fahişə qazancı, faiz pulu, haqsız qazanc daxil edilməsin, dedi.

İbn İshaq belə demişdir: İnsanlar bu sözü Vəlid İbn Müğirə İbn Abdullah İbn Amr İbn Mahzuma aid edərdilər. Davam edərək qeyd edir ki, Sonra Qüreyş Kəbəni böldü, qapı hissəsi Abdi Mənaf və Zöhrə oğullarına, Hacəri Əsvəd küncü ilə Rüknil yamani arasında olan hissə isə Mahzum oğullarına və Qüreyşdən onlara qoşulan qəbilələrə düşdü. Kəbənin dam hissəsi  isə Cəmh və Səhm oğullarına verildi. Hicr hissəsi Abduddar İbn Kusay oğullarına, Əsəd İbn Əbuuzza İbn Kusayoğullarına və Adiy İbn  Kab İbn Luey oğullarına düşdü, bu hissə də Hatim adlanırdı.  Sonra insanlar onu uçurtmaqdan qorxub çəkindilər. Vəlid İbn Muğirə onu uçurtmağa mən başlayəcağam dedi, külüngü götürərək onun yanında dayəndı: Allahım məni qoru biz xeyirdən başqa bir şey istəmirik, dedi. Sonra iki küncünarasını uçurtdu. İnsanlar o gecə narahatlıqla gözləyarək, belə dedilər: Görək onun başına bir iş gəlsə Kəbəni uçurtmarıq və uçmuş hissəsini əvvəlki vəziyyətinə gətirərik. Əgər bir iş gəlməsə, Allah etdiklərimizdən razı olmuşdur deyarik. Vəlid ertəsi günü işinə qayıtdı və uçurtmağa başladı, insanlar da onunla birgə uçurtdular. Sökmə işini bitirərək təmələ yəni İbrahim Əleyhissalamın qoyduğu təmələ gəlib çıxdıqda nizə kimi iti, bir birinə keçmiş yam-yaşıl daşlar gördülər. Davam edərək qeyd edir ki, hədisi rəvayət edənlərdən biri mənə belə dedi: Qüreyşdən söküntü işində çalışan bir adam təməldən olan iki daşın arasına bir dəmir parçası taxaraq onlardan birini sökmək istədi. Daş tərpənən kimi bütün Məkkə silkələndi. Buna görə də onlar bu təməlin sökülməsi fikrindən daşındılar.

İbn İshaq deyir ki, Sonra Qüreyşli qəbilələr onu inşa etmək üçün daş yığmağa başladılar. Hər qəbilə ayrı ayrılıqda daş yığırdı. Sonra onu inşa etdilər. Rüknə yəni Həcəri Əsvədin yerinə gəldikdə qəbilələr arasında mübahisə başladı. Hər bir qəbilə özü o daşı yerinə qoymaq istəyirdi. Buna görə də qarşı qarşıya gəldilər, çəkişərək döyüşə hazırlaşmağa başladılar. Abdüddar oğulları qan dolu kasa gətirərək  Adiy İbn Kab İbn Luey oğulları ilə birlikdə ölüm andı içdilər. Əllərini o kasayə batırdılar. Buna görə də sonralar onlara “qan yalayənlar” deyilirdi. Qüreyş bu vəziyyətdə 4  və ya 5 gecə gözlədi. Sonra məsciddə yığışaraq məşvərət edərək insafla qərar verdilər. Bəzi rəvayətçilər belədemişdilər: Əbu Ümeyya İbn Muğirə İbn Abdullah İbn Amr İbn Mahzum, o günlərdə Qüreyşin ən yaşlısı idi. O : Ey Qüreyş bunu qəbul edin: Bu məscidin qapısından kim ilk daxil olarsa onu hakim təyin edin,dedi. Onlarda belə etdilər. İlk daxil olan Rasululllah (salləllahu aleyhi və səlləm) oldu. Onu gördükdə bu Muhamməd əmindir, onun hakimliyinə razıyıq dedilər. Ona vəziyyəti danışdılar. O da mənə  bir paltar gətirin dedi. Gətirdilər. O da Hacəri Əsvədi götürüb o paltarın içinə qoydu. Sonra da: Hər qəbilə o paltarın bir ucundan tutaraq birlikdə qaldırsınlar, dedi. Onlar da belə etdilər. yerinə çatanda onu öz əlləri ilə götürərək ora qoydu. Sonra da həmin yeri hördü. Qüreyşlilər Rəsulullah (salləllahu aleyhi və səlləm)ə vəhy gəlməmişdən əvvəl ona Əl-Əmin deyərdilər. Tikintini bitirərək onu istədikləri kimi inşa etdikdən sonra Zübeyr İbn Abdulmuttalib Kəbədə gösənən Qüreyşin qorxduğu ilan haqqında bu şeiri dedi:

Təccübləndim ilanı hədəf alan qartala, 

Hücum edən o ilan, fısıldayə qıvrıla

Onu qovmaqdan belə qorxu keçirəndə biz

Qartal önünə çıxdı izlədik onu səssiz

Apardı qartal onu, ev oldu təhlükəsiz.

Girdik o binayə damı olmayan

Nə torpağı vardı, nə də təməli

Onun divarını ucaldan zaman

Paltarsızlar etdi həmin əməli

Allah şərəf verdiBəni Lüeyil

Gördü ki, təməli sökülən deyil

Bəni Adiy, Mürrə, Kilab da gəldi

Bu işi onlar da şərəfli bildi

Bütün bu işlərin var tək cavabı

Allah qatındadır işin savabı

İbn İshaq demişdir: Peyğəmbərin((salləllahu aleyhi və səlləm)) zamanında Kəbə 18 arşın idi. Ona Misir kətanı örtülürdü. Sonra isə cızıqlı parça ilə örtüldü. Kəbəya ilk dəfə ipək parça örtən, Həccac İbn yusif olmuşdur.

Mən də deyirəm: Qureyşin bu inşası uzun müddət davam etdi və sonunda Abdullah İbn Zubeyrin əmirliyinin ilk illərində yəni, 60-cı ildən sonra  və yəzid İbn Muaviyənin xilafətinin sonunda yandırıldı. İbn Zubeyri mühasirəya aldıqları zaman o, Kəbəni yerə qədər sökdü və onu İbrahimin(əleyhis-salam) təməlləri üzərində inşa etdi.Həmçinin Hicr hissəsini ona qatdı. Ona, möminlərin anası olan xalası Aişənin Rəsulullahdan(salləllahu aleyhi vəsəlləm) eşitdyi kimi, qərb və şərq tərəflərindən iki ədəd yer səviyyasində qapı açdı. Onun əmirliyi müddətində beləcə davam etdi. Sonra Həccac onu öldürdü və bundan sonra Abdulməlik İbn Mərvanın əmri ilə onu köhnə halına qaytardı. Belə ki, Muslim İbn Həccacöz “Səhih” adlı əsərində belə demişdir: Hənnad İbn əs-Səriy bizə rəvayət etmişdir ki, İbn Əbi Zaidəh, o da İbn Əbi Suleymandan, o da Ətadan nəql edir ki, o belə demişdir: yəzid İbn Muaviyəninbaşçılığı zamanı Şam əhalisinin hücumu nəticəsində Kəbə yandı. Olanlardan sonra İbn Zubeyr onu, insanların Həcc mövsümünə gəlməsinə qədər tərk etdi. İbn Zubeyr Kəbənin düşdüyü vəziyyəti göstərməklə müsəlmanları öz tərəfinə çəkmək və ya onları Şam əhalisinə qarşı qaldırmaq istəyirdi. İnsanlar gəlib çatdıqdao dedi: “Ey insanlar, mənə Kəbə haqqındakı fikrinizi söyləyin. Onu söküb sonra yenidən inşa edimmi, yoxsa köhnəlmiş yerlərini təmir edim? İbn Abbas dedi: Mənim ağlıma belə bir şey gəldi; onun köhnəlmiş yerlərini təmir et, insanların müsəlman olarkən gördükləri Evi və insanların müsəlman olarkən və Peyğəmbər (sAllahu aleyhi vəsəlləm) göndərilərkən gördükləri daşları saxla. İbn Zubeyr dedi: “Birinizin evi yansa, onu bərpa etməyincə rahat olmaz. İzzət və cəlal sahibi olan Rəbbinizin Evi üçün niyə belə düşünmürsünüz? Mən üç dəfə Rəbbiməistixarə edəcəm, sonra da qərarımı verəcəm”- dedi. Üç istixarə edəndən sonra onu sökməya qərar verdi. İnsanlar: “Birdən ona toxunan kimsənin başına səmadan bir şey gələr”- deya ondan uzaqlaşdılar. Sonunda Beytin üstünə bir adam çıxaraq ondan bir daş atdı. İnsanlar ona bir şey olmadığını görüncə bir-bir gəlib Kəbəni sökməya başladılar. Nəhayət ki, onu yerlə bir etdilər. İbn Zubeyr də dirəklər basdıraraq üzərilərinə örtük örtdü. Onlar Ev yüksələnə qədər qaldı.

İbn Zubeyr demişdir: Aişədən (radıyAllahu anhə) belə dediyini eşitdim: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər insanlar küfrdən yeni çıxmış olmasaydılar və onu inşa edəcək qədər pulum olsaydı, Hicr tərəfindən beş arşın ona qatar və ona iki qapı açardım; insanlar birindən girər, digərindən isə çıxardılar.” İbn Zubeyr dedi: “Mənim isə buna sərf olunacaq pulum var və insanlardan da qorxmuram.” Ravi deyir:“İbn Zubeyr ona Hicr tərəfindən beş arşın əlavə etdi. Ona yeni bir təməl atdı. İnsanlar da ona baxdıar, o da binanı həmin təməlin üzərində tikdi.” Kəbənin uzunluğu on səkkiz arşın idi. Ona əlavə edincə onu az gördü və uzunluğuna on arşın əlavə etdi. Ona birindən girmək və digərindən çıxmaq olmaqla iki qapı açdı. İbn Zubeyr öldürüldükdə Həccac, xəlifə Abdulməlikə məktub yazaraq ona baş verənləri xəbər verdi. O, İbn Zubeyrin Kəbəya yeni təməl atdığını, Məkkə xalqından da adil olanların bunu gördüklərini bildirdi. Abdulməlik də ona: “İbn Zubeyrin çirkli işlərinəbizim ehtiyacımız yoxdur.”- deya cavab verdi. Hündürlüyü tərəfindən əlavə etdiyinə toxunmadı. Hicr tərəfindən etdiyi əlavəya gəldikdə, onu binayə qaytardı. Açdığı qapını bağladı və onu yıxaraq binayə qaytardı. Bunu Nəsai “Sünən” əsərində Hənnaddan rəvayət etmişdir ki, o da yəhya İbn Əbi Zəiddən, o da Abdulməlik İbn Əbi Suleymandan, o da Ətadan, o da İbn Zubeyrdən, o da Aişədən mərfu olaraq danışmış, lakin hadisəni xatırlatmamışdır.

Sünnəyə uyğun olan, Abdullah İbn Zubeyrin(radıyAllahu anhu) etdiyidir. Çünki məhz o, Rəsulullahın (salləllahu aleyhi vəsələm) istədiyi idi. Ancaq Allah Elçisi (salləllahu aleyhi və səlləm) bəzi insanların yeni müsəlman olmaları və küfrdən təzəayrılmaları səbəbindənbunaqəlbən etiraz etməsindən qorxmuşdur. Fəqət bu sünnə, Abdulməlik İbn Mərvana gizli qalmışdır. Buna görə də Aişənin(radıyAllahu anha) Rəsulullahdan (salləllahu aleyhi vəsəlləm) belə rəvayət etdiyini öyrəndikdə: “Onu və boynuna götürdüyü şeyi tərk etmək istərdik”- dedi. Necə ki, Muslim demişdir: Mənə Muhəmməd İbn Hatim, o da Muhəmməd İbn Bəkrdən, o da İbn Cureycdən, o da Abdullah İbn Ubeyd İbn Umeyr ilə Vəlid İbn Ətadan, onlar da Haris İbn Abdullah İbn əbi Rəbiədən nəql etdilər ki, Abdullah İbn Ubeyd belə dedi: Abdulməlikİbn Mərvanın xəlifəliyi dövründə Haris İbn Abdullah bir heyatlə onun yanına gəldi. Abdulməlik dedi: Əbu Xubeybin yəni, İbn Zubeyrin iddia etdiyi hədisi Aişədən eşitdiyini zənn etmirəm. Haris: “Xeyr, mən də Aişədən eşitdim”- dedi. O da: “Sən onun nə dediyini eşitdin?” — dedi. Haris dedi: Aişə rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi vəsəlləm) demişdir: “Sənin qövmün Kəbənin binasından qısaltdılar. Əgər şirkdən yeni çıxmış olmasaydılar,ondan tərk etdikləri şeyi yerinəqaytarardım. Əgər qövmün məndən sonra Kəbəni tikmək istəsə, gəl sənə tərk etdikləri yeri göstərim”- dedi və ona yeddi arşına yaxın yer göstərdi.

Bu, Abdullah İbn Ubeyd İbn Umeyrin hədisidir. Vəlid İbn Əta ona bunları əlavə etmişdir: Peyğəmbər (salləllahu aleyhi vəsəlləm) demişdir: “Mütləq ona şərq və qərb tərəfindən yerlə bir səviyyadə olan iki qapı açardım. Qövmünün qapını nə üçün yüksəkdə etdiklərini bilirsənmi?” — dedi. Aişə: “Mən də: Xeyr –söylədim” — dedi. O da: Lovğalıq olaraq ki, yalnız onların istədiyi adam girə bilsin. Bir adam girmək istədiyi zaman onu buraxardılar ki, yuxarı çıxsın. Girməsinə az qalmış onu itələyarək düşürürdülər.” Abdulməlik dedi: Harisə: “Sən, Aişənin belə dediyini eşitdin?” — dedim. O da: “Bəli”- dedi. Abdulməlik bir müddət əsası ilə yerə vurdu, sonra da: “Onu da və üzərinə götürdüyünü də tərk etməyimi istədim”- dedi.
Muslim demişdir: Bizə Muhəmməd İbn Amr İbn Cəbələh, o da Əbu Asımdan, o da Abd İbn Humeyddən, o da Abdurrazzaqdan, ikisi də İbn Cureycdən bu sənədlə İbn Bəkrin hədisi kimi nəql etdilər.

O demişdir: Bizə Muhəmməd İbn Hatim, o da Abdullah İbn Bəkr Əs-Səhmiydən, o da Hatim İbn Əbi Sağirədən, o da Əbu Qazaədən nəql etdi ki, Abdulməlik İbn Mərvan, Beytullahı təvaf edərkən birdən: “Allah, İbn Zubeyri öldürsün, o, möminlərin anası Aişənin adından yalan danışır. Deyir ki, mən Aişənin belə söylədiyini eşitdim: “Rəsulullah (salləllahu aleyhi vəsəlləm) demişdir: Ey Aişə, əgər qövmün küfrdən yeni çıxmış olmasaydı, Kəbəni söküb Hicrdən ona əlavə edərdim. Çünki sənin qövmün binanın ölçüsünü qısaltmışdılar.” Haris İbn Abdullah İbn Əbi Rəbia da: “Ey möminlərin əmiri, belə demə. Mən, möminlərin anasından belə dediyini eşitdim”- dedi. O da: “Əgər bunu Evi sökməzdən əvvəl eşitsəydim, onu İbn Zubeyrin inşa etdiyi kimi saxlayərdım”- dedi.

Bu hədisin, möminlərin anası Aişədən (radiyAllahu anha) olduğu dəqiq görünür. Çünki müxtəlif səhih yollarla məhz ondan rəvayət edilmişdir. Bütün bu yollardan rəvayət edilən hədislər isə, ortaq olaraq Əsvəd İbn yəzid, Haris İbn Abdullah İbn Əbi Rəbia, Abdullah İbn Zübeyr, Abdullah İbn Muhamməd İbn Əbu Bəkr əs-Siddiq və Urvə İbn Zübeyr xətti ilə gəlmişdir. Bu da İbn Zübeyrin etdiyinin düzgün olduğunu göstərməkdədir. Əgər elə saxlanılsaydı daha yaxşı olardı. Ancaq iş bu hala gəldikdən sonra bəzi alimlər, dəyişdirilməyibəyanməmişlər. Necə ki, möminlərin əmiri Harun ər-Rəşiddən və ya onun atası Mehdidən belə rəvayət edilmişdir ki, o, İmam Məlikdən Kəbəni söküb İbn Zübeyrin tikdiyi hala gətirmək barədə soruşdu. İmam Məlik də ona:“Ey Möminlərin əmiri,Allahın Kəbəsini məliklərin oyuncağı etməyin.Kim istəsə, istədiyi zaman onu söksün”- dedi. Harun Rəşid də onu beləcə saxladı. Bunu Qazi İyad və Nəvəvi nəqletmişdirlər. Allah bilir, axır zamana qədər belə davam edəcəkdir. Sonda isə, Həbəşli Zus-suveyqateyn onu uçurdub dağıdacaqdır. Necə ki, iki “Səhih” əsərdə Əbu Hureyrədən belə rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kəbəni Həbəşlilərdən Zus-suveyqateyn deyilən bir nəfər uçurdub dağıdacaqdır.” Bunu hər ikisi rəvayət etmişdir. Abdullah İbn Abbasın (radiyAllahu anh) rəvayətində isə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sanki o zənci gözümün önündədir. Onu daş daş sökməkdədir.” Bunu Buxari rəvayət etmişdir. İmam Əhməd İbn Hənbəl“Müsnəd” əsərində demişdir: Bizə Əhməd İbn Abdulməlik əl Hərrani, o da  Muhamməd İbn Sələmədən, o da İbn İshaqdan, o da İbn Əbi Nəcihdən, o da Mucahiddən xəbər verdi ki, Abdullah İbn Amr İbn əl As (radiyAllahu anhumə) rəvayət edir ki, Rəsulullahın((salləllahu aleyhi və səlləm)) belə dediyini eşitdim: “Kəbəni Həbəşilərdən Zus-suveyqateyn deyilən biri uçurdacaq. Onun xəzinəsini soyacaq, örtüsünü isə üstündən çıxardacaq. İndi o keçəl başlı və əyri ayəqlı adamın, beli və külüngü ilə onu sökməsi gözümün qarşısına gəlir.”

Bu, Allah bilir, yacüc və Məcucun çıxmasından sonra olacaq. Çünki Səhih Buxaridə Əbu Səid əl-Xudridən(radiyAllahu anhu) rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Allahın evinə yacuc və Məcuc cıxdıqdan sonra da mütləq həcc və ümrə olunacaq.”

Allah təalə İbrahim və İsmayılın (əleyhimə ssələm) dua etmələrini hekayət edərək buyurur: “Ey Rəbbimiz! İkimizi də müsəlman et, nəslimizi dəmüsəlman ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”. İbn Cərir bu ayə haqqında demişdir: Onlar bununla: “Bizi əmrinə təslim olan, itaətinə boyun əyan insanlardan et. Sənə itaət və ibadət edərkən Səndən başqasını Sənə şərik qoşmayəq.” – demək istəmişdilər. İbn Əbi Hatim bu ayə haqqında demişdir: Bizə atam, o da İsmail İbn Rəca İbn Həyyan əl Hısni əl-Quraşiydən, o da Maqil İbn Ubeydullahdan rəvayət edir ki, Abdulkərim,“ikimizi də müsəlman et” kəlamını: “Sənə ixlasla qulluq göstərən”- deya təfsir etmişdir. “nəslimizi dəmüsəlman ümmət et” kəlamı haqqında isə: “ixlaslı”- demişdir. O həmçinin söyləmişdir: Bizə Əli İbn əl-Hüseyn, o da əl-Muqəddəmidən, o da Səid İbn Amirdən rəvayət edir ki, Səllam İbn Əbi Muti,“ikimizi də müsəlman et” ayəsi haqqında demişdir:Onsuz da müsəlman idilər, lakin ondan sabitlik istəmişdilər. İkrimə demişdir:“İkimizi də müsəlman et” — dedikdə, Allah təala: “Etdim”- dedi. “Nəslimizi də müsəlman ümmət et” dedikdə, Allah: “Onu da etdim”- dedi. Suddi də belə demişdir: ”nəslimizi də müsəlman ümmət et”kəlamında,onlar ərəbləri qəsd etmişdilər. İbn Cərir demişdir: Düzgünü budur ki, bu söz ərəbi də, digərlərini də ehtiva edir. Çünki İsrailoğulları da İbrahimin soyundandı. Allah təala demişdir:”Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (Əraf, 159).

Mən də deyirəm ki, İbn Cəririn bu sözləri, Suddinin dediyinə zidd deyildir. Çünki ərəblərin xüsusiləşdirilməsi digərlərini inkar etməz. Ahəng ərəblər haqqındadır. Buna görə də, ardınca:”Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları təmizləsin! (Bəqərə, 129) — demişdir. Bu ayədə nəzərdə tutulan Muhamməddir (salləllahu aleyhi və səlləm). O da onların içərisindən göndərilmişdir. Necə ki, Allah Təala:“(Əksəriyyati yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən Peyğəmbər göndərən Odur.” (Cumə, 2) — buyurmuşdur. Bununla yanaşı onun zənciya də, ağ dəriliya də göndərilməsi inkar edilmir. Çünki Allah təala belə demişdir: “De: ‘Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş Peyğəmbəriyam”. (Əraf, 158).  Bunun kimi güclü dəlillər çoxdur.

Bu dua, İbrahim və İsmayıl (əleyhiməssalam) tərəfindən edilmişdir. Necə ki, Allah təala təqva sahibi olan mömin qulları haqqında belə xəbər vermişdir: ‘Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!’ (Fürqan74) Bu şəriətə uyğun olaraq istəniləndir. Çünki bir insanın, nəslindən bir və tək olan Allaha ibadət edən, Ona şərik qoşmayən nəsillər istəməsi, Allaha ibadəti mükəmməl sevməyindən irəli gəlir. Buna görə də Allah təala İbrahimə (əleyhissalam):“Səni insanlara imam edəcəm” — dedikdə, o:“nəslimdən də”— dedi. “O da sözüm zalımlara çatmaz” buyurdu. Bu isə:Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.  (İbrahim, 35)- deməkdir.

Müslimin “Səhih” adlı əsərində öz təsdiqini tapmışdır ki, Əbu Hüreyrə (radiyAllahu anhu), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini nəql etmişdir: “Adəm oğlu öldükdə əməli kəsilər. yalnız bu üç şey xaricində: Davam edən sədəqə, faydalı elm və onun üçün dua edən saleh övlad.

Bizə ibadət qaydalarını göstər” ayəsi haqqında  İbn Cureyc rəvayət edir ki, Əta bu ayə haqqında:“Bizə ibadət qaydalarını göstər”yəni, onları bizim üçün çıxart və bizə öyrət- demişdir. Mucahid isə, qurban kəsəcəyimiz yerləri göstər demişdir. Əta ilə Qatadədən də belədedikləri rəvayət edilmişdir. Səid İbn Mənsur demişdir: Bizə Attab İbn Bəşir, o da Xuseyfdən, o da Mucahiddənbelə dediyini rəvayət edir: “İbrahim:“Bizə ibadət qaydalarını göstər” — dedikdə, Cəbrayıl gəlib onu Beytullaha apardı və ona: “Evin təməllərini yüksəlt”- dedi. O da həmin təməlləri yüksəldərək tikintini tamamladı. Sonra əlindən tutaraq onu Səfa təpəsinə apardı və:“Bu,Allahınmərasimlərindəndir”- dedi. Daha sonra onunla Mərva təpəsinə getdi və: “Bu da, Allahın mərasimlərindəndir” — dedi. Bundan sonra onu Mina tərəfə apardı. Əqabəya çatdıqda, İblis gəlib ağacın yanında dayəndı. Cəbrayıl: “Təkbir et və onu daşla” – dedi. İbrahim də təkbir gətirərək onu daşladı. İblis gedib Camaratul-Vustada dayəndı. Cəbrayıl və İbrahim onun bərabərindən geçdikdə, Cəbrayıl İbrahimə: “Təkbir et və onu daşla” – dedi. O da təkbir gətirərək onu daşladı. İblis çıxıb getdi. O xəbis, həccə nəsə qarışdırmaq istəyirdi, amma bunu edə bilmədi. Cəbrayıl İbrahimin əlindən tutub onu Məşarul-Harama gətirdi və:“Bu, Məşarul-Haramdır”- dedi. Sonra İbrahimin əlindən tutub onu Ərafayə gətirdi və: “Sənə göstərdiklərimi tanıdınmı?”- dedi. Bunu üç dəfə soruşdu. O da:“Bəli”- dedi.”

Əbu Micləz ilə Qatadədən də buna oxşar rəvayət nəql edilmişdir.

Əbu Davud ət-Tayəlisi demişdir: Bizə Həmmad İbn Sələmə, o da Əbu Asim əl-Ğanəvidən, o da Əbut-Tufeyldən o da İbn Abbasdan, onun belə dediyini rəvayət etmişdir: “İbrahimə həccin əmr olunan ayinləri göstərildikdə, səy edilən yerdə şeytan onun gözünə göründü. İbrahim onu keçdi. Sonra Cəbrayıl onu Minayə apardı və:“Bura insanların dayənacaq yeridi” — dedi. O,Camaratul-Akabəya çatdıqda, şeytan ona göründi. İbrahim ona yeddi daş atdı. Şeytan da çıxıb getdi. Sonra Cəbrayıl onu Camaratul-Vustayə apardı. Şeytan ona göründi. İbrahim ona yeddi daş atdı. Şeytan da çıxıb getdi. Sonra Cəbrayıl onu Camaratul-Qusvayə apardı. Şeytan ona göründi. İbrahim ona yeddi daş atdı. Şeytan da çıxıb getdi. Axırda onu yığıncaq yerinə apardı və:“Bu, Məşardır”- dedi. Sonra onu Ərafayə apardı və:“Bu da, Ərafadır”- dedi. Cəbrayıl ona: “Tanıdınmı? — dedi.