Buxari belə nəql etmişdir: “Bizə Muhəmməd, o da İbn Uyaynədən o da Amrdan rəvayət etdi ki, İbn Abbas demişdir: “Ukaz, Məcənnə və Zulməcaz cahilliya dövründə bazarlar idi. İnsanlar həcc mövsümündə ticarət etməkdən çəkinirdilər. Buna görə də “Rəbbinizdən lütf diləmək sizə günah deyildir” ayəsi nazil oldu. yəni, həcc mövsümlərində.
Abdurrazzaq, Səid İbn Mənsur və digərləri də, Sufyan İbn Uyaynədən bu cür rəvayət etmişlər. Bəzilərində: “İslam gələndən sonra bəzilərinin ticarət etməkdən çəkinmələrini gördükdə bu məsələni Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdular. Allah Təala da bu ayəni nazil etdi.” – kimi nəql edilmişdir. Onu həmçinin İbn Cureyc, o da Amr İbn Dinardan, o da İbn Abbasdan belə rəvayət etmişdir: “Cahiliyyadə insanların alış-veriş yerləri Ukaz, Məcənnə və Zulməcaz idi. İslam gəldikdən sonra sanki bu məsələni bəyanmədilər. Nəticədə bu ayə nazil oldu.”
Əbu Davud və bqşqaları yəzid İbn Əbi Ziyaddan o da Mucahiddən İbn Abbasın belə dediyini nəql etmişlər: “Onlar həcc mövsümündə və həcdə alış-veriş və ticarət etməkdən çəkinirdilər və: “Bunlar zikr günləri idi” – deyərdilər. Buna görə də Allah Təala : “Rəbbinizdən lütf diləmək sizə günah deyildir” ayəsini nazil etdi.”
İbn Cərir demişdir: “Mənə yaqub İbn İbrahim, o da Huşeymdən, o da Həccacdan, o da Ətadan rəvayət edir ki, İbn Abbas belə demişdir: “Həcc mövsümlərində Rəbbinizdən lütf diləmək sizə günah deyildir.”
Əli İbn əbi Talha demişdir: İbn Abbasdan bu ayə haqqında: “Sizə ehramdan əvvəl və sonra alış-verişdə bir çətinlik yoxdur.” Əvfi də İbn Abbasdan eynisini rəvayət etmişdir.
Vəki demişdir: “Bizə Talha İbn Amr əl-Hədrami o da Ətadan nəql etdi ki, İbn Abbas ayəni belə oxuyardı: “Həcc mövsümlərində Rəbbinizdən bir lütf diləməyinizdə sizə bir günah yoxdur”. Abdurrazzaq demişdir: Atası Uyeynədən, o da Ubeydullah İbn əbi yəziddən: İbn Zubeyrin belə dediyini eşitdim: “Həcc mövsümlərində Rəbbinizdən bir lütf diləməyinizdə sizə bir günah yoxdur”.
Abd İbn Humeyd də Muhəmməd İbn əl-Fadldan, o da Həmmad İbn Zeyddən, o da Ubeydullah İbn əbi yəziddən: “İbn Zubeyrin bu cür oxuduğunu eşitdim.” O, eynisini qeyd etdi. Bunu Mucahid, Səid İbn Cubeyr, İkrimə, Mansur İbn Mutəmir, Qatadə, İbrahim ən-Nəxai, Rəbi İbn Ənəs və digərləri də belə təfsir etmişdirlər.
İbn Cərir demişdir: “Bizə Həsən İbn Ərəfə, o da Şəbəbə İbn Səvvardan, o da Şubədən nəql etdi ki, Əbu Uməymə belə eşitdiyini dedi: “İbn Ömərə ticarət edən bir kimsənin həcc etməsi haqqında sual verildi. İbn Ömər də “Rəbbinizdən lütf diləmək sizə günah deyildir” ayəsini oxudu.” Bu rəvayət məvqufdur, lakin çox qüvvətlidir. O, mərfu isnadla da rəvayət edilmişdir. Əhməd belə demişdir: “Bizə Əhməd İbn Əsbat, o da Həsən İbn Amr əl-Fuqəymidən nəql etmişdir ki, Əbu Umamə ət-Teymi belə demişdir: “İbn Ömərə: “Heyvan kirə edirik deya bizim həccimiz səhihdirmi?” — dedilər. O da: “Məgər Evi təvaf etmirsiz, bilinənə (Ərafat) getmirsiz, daş atmırsız və saçlarınızı qırxdırmırsız?” — dedi. Biz də: “Bəli” — dedik. İbn Ömər də: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir adam gəldi və sizin mənə verdiyiniz sualı ona verdi. Ona cavab vermədi. Sonra Cəbrayıl ona “Rəbbinizdən lütf diləmək sizə günah deyildir” ayəsini gətirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu çağırıb: “Siz hacılarsız” – dedi.”
Əbdurəzzaq demişdir: “Bizə Səvri, o da əl-Əla İbn Museyyibdən nəql etdi ki, Təmim oğullarından bir adam Abdullah İbn Ömərin yanına gəldi və: “Ey Əbdurrəhmanın atası, biz kirayə ilə işləyan bir toplumuq. Bizim həccimizin səhih olmadığını iddia edirlər” — dedi. O da: “Siz onlar kimi ehrama girirsinizmi, onlar kimi təvaf edirsinizmi və onlar kimi daş atırsınızmı?” dedi. O da: “Bəli” — dedi. O da: “Sən hacısan” — dedi. Sonra İbn Ömər dedi: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına bir adam gəldi və ona məndən soruşduğunu soruşdu. Buna görə də bu ayə “Rəbbinizdən lütf diləmək sizə günah deyildir” nazil oldu.” Bunu Abd İbn Humeyd təfsirində Abdurrazzaqdan bu şəkildə rəvayət etmişdir. Bu hədisi İbn Huzeyfə də Səvridən mərfu olaraq rəvayət etmişdir. Bundan başqa yollarla da mərfu olaraq rəvayət edilmişdir.
İbn əbi Hatim demişdi: “Bizə Həsən İbn Arəfədən, o da Abbad İbn əl-Avvamdan, o da əl-Əla İbn Museyyibdən, o da Əbu Umamə ət-Teymidən nəql edir ki, İbn Ömərə dedim: “Biz bu istiqamətdə Məkkəya kirayə ilə gedirik, bəzi insanlar bizim həccimizin olmadığını iddia edirlər. Sən bizim həccimizi səhih sayırsanmı?” O da: “Siz ehrama girmirsinizmi, Beyti təvaf etmirsinizmi və həcc ibadətlərini yerinə yetirmirsinizmi?” — dedi. Mən də: “Bəli” — dedim. O da: “Siz hacısınız” — dedi. Sonra dedi: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına bir adam gəldi və ondan sənin soruşduğun eyni sualları soruşdu. Nə deyacəyini bilmədi, yaxud bir şey demədi. Sonda “Rəbbinizdən lütf diləmək sizə günah deyildir” ayəsi nazil oldu. Adamı çağırdı və bu ayəni ona oxuyaraq: “Sizlər hacısınız” – buyurdu.
Məsud İbn Sad, Abdulvahid İbn Ziyad və Şərik əl-Qadı də, əl-Əla İbn Museyyibdən bunu mərfu olaraq rəvayət etmişlər.
İbn Cərir demişdir: “Bizə Tuleyq İbn Muhəmməd əl-Vasiti, o da Əsbat İbn Muhəmməddən, o da Həsən İbn Amr əl Fuqeymidən, o da Əbu Umamə ət Təymidən nəql etdi ki, o, İbn Ömərə: “Biz kirayə işi görən toplumuq. Bizim həccimiz varmıdır?” — dedim. O da: “Siz beyti təvaf etmirsinizmi, bilinənə gəlmirsinizmi, daş atmırsınızmı və saçlarınızı qırxmırsınızmı?” — dedi. Biz də: “Bəli” — dedik. O da Peyğəmbərin (salalahu aleyhi və səlləm) yanına bir adam gəldi və sənin mənə yönəltdiyin sualları soruşdu. Ona nə deyacəyini bilmədi. Sonda Cəbrayıl (əleyhissalam) bu, “Rəbbinizdən lütf diləmək sizə günah deyildir…” ayəsi ilə endi. Ayə sonuna kimi idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: “Sizlər hacısınız” – buyurdu.”
İbn Cərir demişdir: “Mənə Əhməd İbn İshaq, o da Əbu Əhməddən, o da Məndəldən, o da Əbdurrəhman İbn Muhacirdən rəvayət etdi ki, Ömərin azad etdiyi köləsi Əbu Salih demişdir: Mən dedim: “Ey möminlərin əmiri, sizlər həcdə ticarət edirsiniz?” O da: “Onların dolanışığı elə həcdən deyilmi?” — dedi.
“Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın!” Ayədə qeyd edilən Ərafat kəlməsinin qadın cinsi üçün işlədilən xüsusi isim olmasına baxmayəraq son hərəkəsi dəyişən (ərəbcə munsarif) olması, əslində “muslimət” və “muminət” kimi cəm şəklində olmasındandır. Onunla bəlli bir yer adlandırılmışdır. Bu səbəbə görə əslinə diqqət edilərək hərəkəsi dəyişmişdir. İbn Cərir bunu üstün rəy hesab etmişdir. Ərafat həcdə dayənılacaq yerdir.
O, həcc əməllərinin əsasıdır.
Buna görə də İmam Əhməd və Sünən sahibləri Səvriya gedib çıxan səhih sənədlə rəvayət edirlər ki, Səvri, Bukeyr İbn Ətadan, o da Əbdurrəhman İbn yamər əl-Deylidən Rəsulullahın (salləllahu aleyhi və səlləm) üç dəfə belə dediyini eşitmişdir: “Həcc, Ərafatdan ibarətdir. Kim dan yeri ağarmadan qabaq Ərafata çatarsa (həccə) çatmışdır. Mina günləri üçdür. Kim iki gündən sonra tələsərsə, ona günah yoxdur. Kim sonrayə saxlayərsa, ona da günah yoxdur.»
Vəqfənin (yəni, Ərafədə dayənmanın) vaxtı Ərəfə günü günəşin zenitə qalxmasından etibarən qurban günü ikinci dan yeri ağarmasına qədərdir. Çünki Peyğəmbər (səllAllahu aleyhi və səlləm) vida həccində günorta namazını qıldıqdan sonra günəş batana qədər vəqfə etmiş və: “həcc ibadətlərinizi mütləq məndən götürün” demişdir.
Bu hədisdə belə demişdir: “Kim dan yeri ağarmadan Ərəfata çatarasa (həccə) çatmışdır.” Bu, Malik, Əbu Hənifə və Şafiinin məzhəbidir. Allah onlara rəhmət etsin. İmam Əhməd isə vəqfə vaxtının Ərəfə gününün əvvəlindən başladığını demişdir. Onlar Şəbinin hədisini dəlil gətirmişlər. Şəbi, Urva İbn Mudarris İbn Harisə İbn Lamin ət-Taidən belə rəvayət etmişdir: «Müzdəlifədə namaza çıxdığı vaxt Rəsulullahın yanına (sallalalhu aleyhi və səlləm) gəldim və: “Ey Rəsulullah, Tay dağından gəldim, miniyimi yordum, özüm də əldən düşdüm. Allaha and içirəm ki, nə qədər dağa rast gəldimsə onun üzərində vəqfə etdim. Mənim həccim varmı?” — dedim. Rəsulullah (sallalalhu aleyhi və səlləm) də: “Kim bu namazımızda olarsa bizimlə birlikdə hərəkət anına qədər vəqfə edərsə bundan əvvəl də Ərafatda gecə və ya gündüz dayənarsa həcci tamdır. Daha kirlərini təmizləsin (ehramdan çıxsın).» Bunu İmam Əhməd ilə Sünən sahibləri rəvayət etmiş, Tirmizi: «Səhihdir» — demişdir.
Sonra belə deyilmişdir: Ona, aşağıdakı rəvayətə görə Ərafat deyilmişdir: Əbdurrəzzaq, İbn Cureycdən, o da İbn Museyyabdən rəvayət etmişdir ki, Əli İbn Əbutalib demişdir: Allah Cəbrayılı (əleyhissalam) İbrahimin yanına (əleyhissalam) göndərdi. Ona həcc etdirdi. Ərəfəta gəldiyi zaman: “Ərəftə?” (tanıdınmı?) dedi. O, ora daha əvvəl də gəlmişdi. Buna görə də Ərəfat deyilmişdir.
İbn Mubarak, o da Abdul-Məlik İbn əbi Süleymandan rəvayət edir ki, Əta demişdir: “Ərafat deyilməsi bundandır: Cəbrayıl İbrahimə həcc ibadət yerlərini göstərir və o da: “Ərəftu, Ərəftu” — deyirdi. Buna görə də Ərafat deyilmişdir.” Bir oxşar rəvayət də İbn Abbas, İbn Ömər və Əbu Micləzdən gəlmişdir. Allah ən doğrusunu biləndir.
Ərafata Məşarilharam, Məşariləqsa hilal vəznində İlal da deyilir. Ortasındakı dağa da Cəbəlur-Rahmə deyilir. Əbu Talib özünün məşhur qəsidəsində demişdir:
Məşariləqsada rizası üçün Ona yönəldikləri,
İlalə — o üzbəüz dərin dərələrə yönəldikləri zaman
İbn Əbi Hatim demişdir: Bizə Həmmad İbn Həsən İbn Anbəsə, o da Əbu Amir, o da Zəma İbn Salehdən, o da Sələmə İbn Vəhramdan rəvayət edir ki, İbn Abbas demişdir: “Cahiliyya əhli Ərafatda vəqfə edərdilər. Günəş dağların başında kişilərin başındakı əmmamələr kimi olduğu zaman hərəkət edərdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) Ərəfatdan hərəkətə başlamanı günəşin batmasına qədər təxirə saldı.” Bunu İbn Mərdəveyh, Zəma İbn Salehdən rəvayət etmiş və bunları əlavə etmişdir: “Sonra Müzdəlifədə vəqfəya dayəndı, sübh namazını ala-qaranlıqda qıldı. Ətraf işıqlanıb hər şey aydınlandıqda və başqa bir vaxtda olduqda hərəkət etdi.” Bu yaxşı bir sənəddir. İbn Cureyc, Muhamməd İbn Qeysdən rəvayət etmişdir ki, Misvər İbn Məxrəmə demişdir: Rəsulullah (səllAllahu aleyhi və səlləm) bizə Ərəfatda xütbə oxudu. Allaha həmd səna etdikdən sonra: “Sonra isə” dedi. Xütbə oxuduğu zaman belə deyərdi: “Sonra isə, həqiqətən də bu gün ən böyük həcc günüdür. Bilin ki, müşriklər və bütpərəstlər bu gündə günəş batmazdan əvvəl, günəş dağların başında kişilərin üzlərindəki əmmamələr kimi dayəndığı zaman hərəkət edərdilər. Biz isə günəş batdıqdan sonra hərəkət edirik. Onlar Məşarilharamdan, günəş doğduqdan, dağların başında kişilərin üzlərindəki əmmamələr kimi olduqdan sonra hərəkət edərdilər. Biz də yolumuzun şirk əhlinin yoluna müxalif olduğu üçün günəş doğmazdan əvvəl hərəkət edəcəyik.” İbn Mərdəveyh belə rəvayət etmişdir. Bu söz ona aiddir. Hakim də Müstədrəkində, hər ikisi Əbdurrahman İbn Mubarak əl-Ayşidən, o da Abdul Varis İbn Səiddən, o da İbn Cureycdən rəvayət etmişdir.
Hakim: “Səhihdir, iki şeyxin şərtinə uyğundur. Buna baxmayəraq təxric etməmişdirlər” — demişdir. Bu danışdığımıza görə Misvər İbn Məxrəmənin Rəsulullahdan (səllAllahu aleyhi və səlləm) hədis eşitdiyi səhih və sabitdir. Bəzi dostlarımızın zənn etdiyi kimi, Rəsulullahı (səllAllahu aleyhi və səlləm) eşitmədən onun yanında olmuş deyildir.
Vəki, o da Şubədən, o da İsmayıl İbn Rəca əz-Zubeydidən rəvayət edir ki, Mərur İbn Süveyd demişdir: Öməri (radiayəllahu anh) Ərəfatdan köç etdikdən sonra gördüm, hələ də bir dəvənin üzərində qaça-qaça: “İfada- qaçmaq və tələsməkdir” — dediyi qulaqlarımdan getməmişdir. Səhih Müslimdəki Cabir İbn Abdullahın uzun hədisində belə deyilmişdir: Günəş batana qədər Ərafatda vəqfəya davam etdi. Üfüqdə azacıq sarılıq göründü və günəşin qursu qeyb oldu. Üsaməni tərkinə aldı, Rəsulullah (səllAllahu aleyhi və səlləm) hərəkət etdi. Dəvəsi – Qəsvanın yüyənini çəkirdi. Belə ki, başı yahərin ayəq qoyulan yerinə toxunmaqda idi. Sağ əli ilə: “İnsanlar sakit olun, sakit olun” — deyirdi. Dağlardan birinə gəldiyi zaman dəvənin yüyənini yüngülcə boşaltdı və yuxarı dırmandı. Sonda Müzdəlifəya gəlib çatdı. Orada məğriblə işanı bir əzan və iki iqamə ilə qıldı. Aralarında heç bir zikr etmədi. Sonra dan yerinə qədər uzandı və sübh namazını qıldı. Ətraf işıqlandı. Bir əzan və bir iqaməylə qıldı. Sonra Qəsvayə minib Məşarilharama gəldi. Qibləya üz tutub Allaha dua etdi, təkbir gətirdi, təhlil etdi və Onun birliyini dilə gətirdi. Ətraf yaxşıca ağarana qədər vəqfəya davam etdi. Günəş doğmadan əvvəl hərəkət etdi.
İki Səhihdə deyilir: Üsamə İbn Zeydə: ”Rəsulullah (səllAllahu aleyhi və səlləm) hərəkət etdiyi zaman necə gedərdi?” — deya soruşulduqda o : “Bir az iti gedərdi və fürsət tapan kimi çapardı” — dedi.
İbn Əbu Hatim demişdir: Bizə Şafinin qızından olan nəvəsi Əbu Muhamməd, o da atasından və ya əmisindən mənə yazdığında bildirir ki, Sufyan İbn Üyeynə: “Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın!” kəlamı haqqında “O, iki namazı birlikdə qılmaqdır” — demişdir.
Əbu İshaq Əs-Səbiyidən rəvayət edilir ki, Amr İbn Məymun demişdir: “Abdullah İbn Amrdan Məşarilharam haqqında soruşdum, susdu. Dəvələrimizin ayəqları Müzdəlifə torpaqlarına dəydiyi zaman: “Məşaril-haramı soruşan haradadır? Bax, Məşaril-haram buradır” — dedi.” Əbdürrəzzaq demişdir: “Bizə Mamər, o da Zuhridən, o da Salimdən, o da İbn Ömərdən belə rəvayət etmişdir: “Məşarilharam bütün Müzdəlifədir.” Hüşeym, o da Həccacdan rəvayət edir ki, İbn Ömərdən: “Məşərulharamda Allahı yada salın!” kəlamı haqqında soruşuldu. O da: “Bu, dağ və ətrafıdır” — dedi. Əbdurrəzzaq, o da Mamərdən, o da Muğirədən rəvayət edir ki, İbrahim belə dedi: İbn Ömər insanların Quzah dağında izdihamını gördü. “Bunlar niyə belə toplanıblar?” deya soruşdu və: “Buranın hər yeri Məşardır” — dedi. İbn Abbas, Səid İbn Cubeyr, İkrimə, Mucahid, Suddi, Rəbi İbn Ənəs, Həsən və Qatadədən də rəvayət edilir ki, onlar: “ O iki dağın arasıdır” — demişlər. İbn Cureyc də demişdir: Ətadan “Müzdəlifə haradır? ” soruşdum. O da: Ərafatın iki dağ yolundan Muhassirə tərəf enilən zaman oradır — dedi. Əlavə etdi ki, iki dağ yolu Ərafatdan Müzdəlifəya enənlər yox, xalqın axın etdiyi yerlərdir. İkisinin arasında istədiyin yerdə vəqfə et. Mən, insanların yolu səbəbi ilə Quzah dağından aralı dayənmağını tərcih edirəm.
Mən də deyirəm ki, Məşair, görünən işarələrdir. Müzdəlifəya Məşarilharam deyilməsi, haramın içərisində olmasındandır. Orda vəqfə etmək həccin rükunlarındandırmı? Həc yalnız onunla səhih olurmu? Necə ki, sələfdən bir qrup ilə Şəfinin bəzi dostları bu fikirdədir. Qaffal ilə İbn Xuzeymə də bunlardandır. Dəlilləri də Urva İbn Mudarris hədisidir. yoxsa vacibdirmi? Necə ki, Şəfinin iki rəyindən biri belədir. Heyvan kəsməyi tələb edir. yaxud müstəhəbdir onu tərk etdikdə nəsə etmək lazım deyil. Necə ki, bu da başqa bir rəydir. Bu haqda alimlərin üç rəyi var. Bunların izah yeri isə burada deyil, başqa kitablardadır. Allah daha yaxşı bilir.
Abdullah İbn Mubarak demişdir: Sufyan Səvri, Zeyd İbn Əsləmdən Rəsulullahın (səllAllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Ərafatın hər yeri vəqfə yeridir. Urənədən hərəkət edin. Cəm yerinin hamısı vəqfə ərazisidir. Ancaq Muhassir vadisi istisna olmaqla.” Bu mürsəl bir hədisdir. İmam Əhməd demişdir: Bizə Əbu Muğirə, o da Səid İbn Əbdul-Əzizdən, o da Süleyman İbn Musadan, o da Cubeyr İbn Mutimdən rəvayət edir ki, Peyğəmbər (səllAllahu aleyhi və səlləm): “Ərafatın hər yeri vəqfə ərazisidir, Urənədən sürətlə ayrılın, Müzdəlifənin hər yeri vəqfə yeridir, Muhassirdən sürətlə ayrılın. Məkkənin bütün dağ keçidləri qurban kəsmə yerləridir. Bütün təşrik günləri heyvan kəsmə vaxtıdır.” Bu hədis də münqati hədisdir. Çünki ravilərdən Süleyman İbn Musa — əl Əşdaq kimi də tanınır – Cubeyr İbn Mutimə çatmamışdır. Ancaq bunu Vəlid İbn Muslim ilə Suveyd İbn Abduləziz, Səid İbn Əbduləzizdən o isə Süleymandan rəvayət etmişdir. Vəlid: “İbn Cubeyr İbn Mutimdən, o da atasından” — demişdir. Suveyd isə: “Nəfi İbn Cubeyr İbn Mutimdən o da atasından, o da Peyğəmbərdən (səllAllahu aleyhi və səlləm)…” — demişdir. Allah ən doğrusunu biləndir.
“Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin” Burada Allahın onlara hidayət, izahat və həcc mərasimlərini İbrahim xəlilin (əleyhisslam) zamanındakı şəklə qaytarma kimi nemətinə diqqət çəkilmişdir. Buna görə də “Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz” demişdir. “Bu hidayətdən əvvəl”, “Qurandan əvvəl” və “Peyğəmbərdən əvvəl” deyanlər də olmuşdur. Hamısı bir-birinə yaxın, bir birinə bağlı və doğrudur.