Ayədəki “səfehlər” sözündə Ərəb müşriklərinin nəzərdə tutulduğu söylənmişdir. Bunu Zəccac demişdir. “Səfehlər” yəhudi hahamlarıdır deyanlər də olmuşdur. Bunu da Mucahid, demişdir. “Münafiqlərdir” deyanlər də olmuşdur. Bunu da Suddi, demişdir. Ayə bunların hamısını əhatə etməklə ümumidir. Allah ən doğrusunu biləndir.
Buxari demişdir: Bizə Əbu Nuaym, o da Zuheyrdən eşidərək, o da Əbu İshaqdan, o da Bəradan radıyAllahu anhu rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Beytülmüqəddəsə tərəf on altı və ya on yeddi ay namaz qıldı. Qibləsinin Beytullah olması isə, onun xoşuna gəlirdi. Onun yeni qibləya tərəf dönərək qıldığı ilk namaz əsr namazı idi. Onunla birlikdə bir camaat da qıldı. Onunla namaz qılanlardan biri başqa bir məscidin yanından keçəndə, oradakılar rükuda idilər. Kişi dedi: «Allah şahiddir ki, Rəsulullahla salləllahu əleyhi və səlləm birgə Məkkəya tərəf namaz qıldım.» Onlar da hamısı birlikdə Beytullaha tərəf döndülər. Bəzi insanlar qiblə Beytullaha çevrilmədən əvvəl ölmüşdülər, onlar üçün nə deyacəyimizi bilmədik, bu haqda “Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.” ayəsinazil oldu. Hədisi bu yolla yalnız Buxari (4216) rəvayət etmişdir. Muslim də başqa bir yolla rəvayət etmişdir.
Muhəmməd İbn İshaq demişdir: Mənə İsmail İbn Əbi Xalid, o da Əbu İshaqdan Bəranın belə dediyini rəvayət etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Beytulmüqəddəsə tərəf namaz qılardı. Çox vaxt göyə baxar, Allahın əmrini gözləyardi, Allah da “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!” (Bəqərə: 144) ayəsini nazil etdi. Müsəlmanlardan biri: «Qiblə dəyişdirilmədən əvvəl ölənlərin vəziyyətini bilmək istərdik, Beytulmüqəddəsə tərəf qıldığımız namazlar necə olacaq?» – dedi. Allah Təala da: “Allah sizin imanınızı puç etməz” ayəsini nazil etdi. O vaxt səfeh insanlar, yəni, əhli kitab: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” — dedilər. Allah da “Səfeh adamlar deyacəklər” ayəsini nazil etdi.
İbn Əbu Hatim belə demişdir: Əbu Zura, o da Həsən İbn Atiyyədən, o da İsraildən, o da Əbu İshaqdan Bəranın belə dediyini rəvayət etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Beytulmuqəddəsə doğru on altı ve ya on yeddi ay namaz qılmışdı. O, Kəbəya tərəfə dönmək istəyirdi. Bunun qarşılığında Allah Təala: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!” (Bəqərə, 144) ayəsini nazil etdi. Bəra deyir ki, o da Kəbəya tərəfə döndü. Səfeh insanlar, yəni, yəhudilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” — dedilər. Allah da: “De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”ayəsini endirdi.
Əli İbn Əbi Talhadan rəvayət olunur ki, İbn Abbas demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə hicrət etdikdə, Allah ona Beytulmuqəddəsə tərəf namaz qılmasını əmr etdi. yəhudilər buna sevindilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) də on aydan bir neçə ay artıq bir müddətdə ora tərəf döndü. Rəsulullah (salləllahu aleyhi və səlləm) İbrahimin qibləsini sevərdi. Allaha dua edər və səmayə baxardı. Bunun qarşılığında əziz və cəlil olan Allah: “Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!” (Bəqərə: 144) yəni, onun istiqamətinə tərəf, ayəsini nazil etdi. yəhudilər bundan narahat oldular və: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” — dedilər. Bunun qarşılığında da Allah: “De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!” ayəsini nazil etdi.
Bu məsələ ilə bağlı bir çox hədislər gəlmişdir. Xülasəsi belədir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Beytulmuqəddəsdəki Saxrayə daşa tərəf dönməklə əmr olunmuşdu. Məkkədə olduğu vaxt iki rüknün arasında qılardı; beləcə Beytulmuqəddəsdəki Saxrayə (böyük daş, qayə) tərəf dönərkən Kəbə də qarşısında olardı. Mədinəyə hicrət etdikdən sonra bu ikisini birləşdirmək mümkün olmadı. Allah da ona Beytulmuqəddəsə tərəf dönməsini əmr etdi. Bunu İbn Abbas ilə cumhur alimlərdemişdilər. Sonra onlar bu əmrin Quranla enməsi və ya başqa cürgəlməsi haqqında ixtilafa düşdülər. Bu məsələdə də iki rəy vardır. Qurtubinin təfsirində İkrimə, Əbu-Aliyə və Həsəndən belə rəvayət olunur ki, Beytulmuqəddəsə dönmə Rəsulullahın (salləllahu aleyhi və səlləm) şəxsi içtihadı ilə olmuşdur. Bu rəydə qəsd olunan budur: Beytulmuqəddəsə dönmə hadisəsi onun Mədinəyə gəlməsindən sonra olmuşdur. Bu vəziyyət on aydan bir neçə ay artıq bir müddətdə davam etdi. O da İbrahimin (əleyhissalam) qibləsi olan Kəbəya dönmək üçün çox yalvarıb yaxarardı. Onun bu duası qəbul edildi və Beytulətiqə (Qədim evə, Kəbəya) dönməsi əmr edildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) xütbə oxuyaraq bunu insanlara xəbər verdi. Orayə üz tutaraq ilk qıldığı namaz əsr namazı idi. Necə ki, iki Səhihin Bəra rəvayəti ilə nəql etməsi yuxarıda qeyd olundu.
Nəsainin Əbu Səid İbn əl-Mualə rəvayətinə görə isə həmin namaz, zöhr namazıdır. Deyilir ki: Mən və dostum Kəbəya tərəf ilk namaz qılan insanlarıq. Bir çox təfsirçilər dədemişdilər: Qiblənin dəyişdirilməsi əmri nazil oldu, Rəsulullah (salləllahu aleyhi və səlləm) artıq zöhr namazının iki rükətini qılmışdı. Bu, Sələmə oğullarının məscidində baş vermişdi. Bu səbəbdən ora Məscidul Qibləteyn (iki qibləli məscid) deyildi. Nuvəylə bint Muslimin hədisində isə, belə rəvayət olunur: «Onlar zöhr namazında ikən bu xəbər gəldi. Nuveylə deyir ki, kişilər qadınların yerinə, qadınlar da kişilərin yerinə keçdilər.» Bunu da şeyx Əbu Ömər İbn Əbdülbərr ən-Nəmri rəvayət etmişdir. Quba camaatına isə, xəbər ikinci gün fəcr namazında çatdı. Necə ki, İki Səhihdə İbn Ömər belə demişdir: İnsanlar, Quba məscidində fəcr namazında ikən bir nəfər onların yanına gəlib: Gecə Rəsulullaha (salləllahu aleyhi və səlləm) Quran ayəsi nazil oldu, Kəbə tərəfə üz tutması əmr edildi, siz də oratərəf dönün, dedi. Onların üzləri Şama tərəf idi, Kəbə tərəfə döndülər. Burada dəlil vardır ki, nəsx edən əmrin hökmü əvvəlcədən nazil olmasına və təbliğ edilməsinə baxmayəraq yalnız onun barəsində bildikdən sonra qüvvəya minər. Çünki, onlara əsr, məğrib və işanın yenidən qılınması əmr olunmadı. Allah ən doğrusunu biləndir.
Bu vəziyyətdə bəzi nifaq və şübhə əhli olan insanlarda və kafir yəhudilərdə tərəddüd, haqdan uzaqlaşma, çaxnaşma və şəkk etmə kimi hallar müşahidə edildi:“Onları üz tutduqları qiblədən döndərən nə oldu?” dedilər. yəni, bunlara nə oldu ki, gah o qibləya, gah da bu qibləya dönürlər, dedilər. Allah da: “De: “Məşriq də, məğrib də Allahındır.”ayəsi ilə onların cavablarını verdi, yəni bütün hökm, mülkiyyat və əmr Allaha məxsusdur. “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” (Bəqərə, 115). “yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha iman gətirən şəxslərdir.” (Bəqərə,177) yəni, məsələnin məğzi Allahın əmrinə möhkəm tutunmaqdır. O bizi hansı tərəfə çevirərsə, biz də orayə üz tutarıq. İtaət Onun əmrini yerinə yetirməkdir. Əgər bizi hər gün dəfələrlə müxtəlif istiqamətlərə çevirsə, biz onun qullarıyıq, Onun mülkiyyatindəyik. Onun xidmətçiləriyik. O bizi hansı tərəfə çevirərsə biz də orayə üz tutarıq. Allah Təalanın qulu və Rəsulu Muhəmmədə (salləllahu aleyhi və səlləm) də, onun ümmətinə də lütfü böyükdür. Çünki onları Rəhmanın xəlilinin qibləsinə tərəf çevirmişdir. Onları Kəbəya tərəf çevirmişdir. O Kəbə ki, tək olan və ortağı olmayan Allahın adına tikilmişdir. yer üzündəki evlərin ən şərəflisidir. Çünki o İbrahim Xəlilin (əleyhissəlam) inşa etdiyi evdir. Buna görə də Allah Təala belə demişdir: “De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”
İmam Əhməd, Əli İbn Asimdən, o da Hüseyn İbn Əbdurrahməndən, o da Əmr İbn Qeysdən, o da Muhamməd İbn Əşasdan, o da Aişə radiyAllahu anhədən rəvayət etmişdir,, Rəsulullah (salləllahu aleyhi və səlləm) kitab əhli haqqında demişdir: Onlar bizim cüməmizə həsəd etdikləri kimi heç bir şeydə bizə həsəd etmədilər. Allah bizi ona yönəltdi. Onlar isə, onu itirdi. Allahın bizi yönəltdiyi qibləya də belə həsəd aparırlar. Onlar onu itirdilər. Bir də imamın arxasında “Amin” deməyimizə həsəd aparardılar.
“Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun”. Uca Allah buyurur: Sizi ümmətlərin ən xeyirlisi etmək üçün İbrahimin qibləsinə yönəltdik, sizdə qiyamət günü ümmətlərə şahidlik edəsiniz. Çünki hamı sizin fəzilətinizi etiraf edir. Orta, burada xeyirli və ən yaxşısı mənasındadır. Necə ki, Qureyş ərəblərin nəsil və yurd baxımından ortasıdır, eləcə də bu onların ən xeyirlisidir deməkdir. Allahın Rəsulu salləllahu aleyhi və sallam də qövmünün ortası idi, yəni nəsil etibarı ilə ən şərəflisi idi, deməkdir. Namazlardan da ən xeyirlisi orta olan əsr namazıdır. Necə ki, səhih kitablarda və digərlərində qeyd olunmuşdur: Allah bu ümməti orta ümmət edincə, şəriətin ən mükəmməlini, mənhəcin ən doğrusunu və yolların ən açığını onlara məxsus etdi. Bu barədə Allah buyurmuşdur: “O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deya, Allah həm əvvəl, həm də bunda sizi müsəlman adlandırdı.” (Həcc, 78).
İmam Əhməd demişdir: bizə Vəki, o da Aməşdən, o da Əbu Salihdən, o da Əbu Səiddən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Qiyamət günü Nuh soruşulacaq: “Göndərdiyimizi təbliğ etdin mi?» O, cavab verəcək: “Bəli”. Qövmü soruşulacaq: “Nuh sizə təbliğ etdimi?” Onlar cavab verəcəklər: “Bizi xəbərdar edən gəlmədi, bizə heç kəs gəlmədi”. Nuha deyiləcək: “Sənə kim şahidlik edəcək?” O cavab verəcək: “Muhamməd və ümməti”. Allahın “Sizi orta bir ümmət etdik” kəlmələrinin mənası məhz bundadır. Orta — ədalət deməkdir. Siz çağırılıb onun təbliğ etdiyi barədə şahidlik edəcəksiniz. Sonrada mən sizə şahidlik edəcəm.» Bunu Buxari, Tirmizi, ən-Nəsai, İbn Macə bir çox yollarla Aməşdən rəvayət etmişdirlər.
İmam Əhməd həmçinin demişdir: Bizə Əbu Müaviyya, o da Aməşdən, o da Əbu Salihdən, o da Əbu Səid əl-Xudridən rəvayət etmişdir ki, Allahın Rəsulu demişdir: Qiyamət günü bir Peyğəmbər, yanında bir nəfərlə gəlir. Digəri yanında iki və daha çox adamla gəlir. Qövmündən soruşulur: “Bu sizə təbliğ etdimi?” Onlar: “Xeyr” — deyacəklər. Ondan soruşulacaq: “Sən qövmünə təbliğ etdinmi?” O, — “Bəli” — cavab verəcək. Ona: “Sənə kim şahidlik edəcək?” O, — “Muhəmməd və ümməti”, — cavab verəcək. Mühəmməd və ümməti çağırılıb soruşulacaq: “Bu, qövmünə təbliğ etdi mi?” Onlar: “Bəli”- cavab verəcək. “Haradan bilirsiz?”-soruşulacaqlar. Onlar: “Bizə Peyğəmbərimiz gəldi və Peyğəmbərlərin təbliğ etdikləri barəsində xəbər verdi.” Bu, Allahın “sizi orta bir ümmət etdik” kəlamıdır. Orta yəni, ədalət deməkdir ki, “insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.”
Imam Əhməd demişdir: Bizə Əbu Müaviyya, o da Aməşdən, o da Əbu Salihdən, oda Əbu Səid əl-Xudridən rəvayət etmişdir ki, Peyğəmbər “Sizi orta bir ümmət etdik” kəlməsinə “ədalətli ümmət” demişdir.
Hafiz Əbu Bəkir İbn Mərduvə ilə İbn Əbu Hatim, onlar Abdulvahid İbn Ziyaddan, o da Əbu Malik əl-Əşcaidən, o da İbn Muğira İbn Uteybə İbn Nəhhasdan, o da bir mükatib kölədən xəbər verdi, o da Cabir İbn Abdullahdan rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: Mən və ümmətim Qiyamət günü insanlara bir təpə üzərindən baxacağıq: İnsanlardan hər biri bizdən olmaq istəyar. Ümməti tərəfindən təkzib edilən Peyğəmbərlərə, izzət və calal sahibi olan Rəblərinin risalətini yaydıqları barəsində şahidlik edəcəyik.
Hakim “Mustədrək” əsərində və həmçinin İbn Merduveyh — hədisin sözləri sonuncuya aiddir –onlar da, Musab İbn Sabit, Muhəmməd İbn Kəb əl-Qurazidən, o da Cabir İbn Abdullahdan rəvayət etmişdilər ki: Allahın rəsulu, Səlimə oğullarından birinin cənazəsində idi. Mən də onun yanında idim. Bir nəfər dedi: Ey RəsulAllah, Allaha and olsun ki, bu gözəl adam və namuslu bir müsəlman idi. O birilər də ona tərif dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Sən dediyinə əminsən? Adam cavab verdi: Gizlində olanları Allah bilir, bizə zahirən görünənə görə o cür idi. Allahın Rəsulu: Vacib oldu, vacib oldu — dedi. Sonra Harisə oğullarından birinin cənazəsində iştirak etdi. Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında ikən, bir nəfər dedi: Ey RəsulAllah, nə pis adamdır, ağzına gələni danışardı, kobud idi. Onun barəsində (ətrafdakılar da) şərli sözlər dedilər. RəsulAllah (salləllahu aleyhi və səlləm) ona: — Dediyində əminsən? — soruşdu. Sirləri Allah bilir, bizə zahirən görünənə görə o cür idi. Allahın rəsulu (salləllahu aleyhi və səlləm) : Vacib oldu — dedi. Musab İbn Sabit dedi ki, bu anda Muhammad İbn Kəb dedi: «Rəsulullah doğru söylədi.» Sonra ayəni oxudu “Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.” Sonra Hakim dedi: İsnadı səhihdir, Buxari və Muslim təxric etməmişlər.
İmam Əhməd demişdir: Bizə yunus İbn Muhamməd, o da Davud İbn Əbu Furatdan, o da Abdullah İbn Bureydədən, o da Əbu-əsvəddən onun belə dediyini rəvayət etmişdir: Mədinəyə xəstəlik yayılan vaxtı gəldim. İnsanlar tez-tez vəfat edirdilər. Ömər İbn Xəttabın yanına gəlib oturdum. Bir cənazə keçirdi. Vəfat etmiş adam haqqında xeyir sözlər söylədilər. O dedi: «Vacib oldu.» Sonra başqası keçdi, onun haqqında pis sözlər söylədilər. Ömər: “Vacib oldu” — dedi. Əbu-əsvəd soruşdu: «Ey möminlərin əmiri, nə vacib oldu?» O da dedi: Mən, RəsulAllah (salləllahu aleyhi və səlləm) kimi söylədim, o belə demişdir: «Bir müsəlmanın yaxşılığına dörd nəfər şahidlik edərsə, Allah onu cənnətə daxil edər.» Biz, “üç nəfər olsa?”, soruşduq. O: «Üç olsa da» — dedi. Biz, “iki nəfər olsa?”, soruşduq. O: «İki olsa da» — cavab verdi. Biz, bir nəfər haqqında ondan soruşmadıq.
Buxari, Tirmizi və ən-NəSəidə, Davud İbn Əbu Furat hədisi eyni şəkildə rəvayət edilmışdir.
İbn Mərduveyh demişdir: Bizə Əhməd İbn Osman İbn yəhya, o da Əbu Qiləbə ər-Raqqaşidən, o da Əbuvəliddən, o da Nəfi İbn Ömərdən, o da Uməyya İbn Səfvandan, o da Əbu Bəkr İbn Əbu Zuheyr Əssəqafidən, o da atasından onun belə dediyini rəvayət etmişdir: Rəsulullahın ən-Nəbəvahda belə dediyini eşitdim: «Sizin yaxşılarınızı pislərinizdən ayıra bilməyinizə az qalıb. “Nə ilə ey RəsulAllah?” soruşdular. O: «Gözəl tərif və alçaldıcı ifadələrlə. Siz yer üzündə Allahın şahidlərisiz.» – dedi. «Bunu həmçinin İbn Məcə, Əbu Bəkr İbn Əbu Şeybədən o da yəzid İbn Harundan rəvayət etmişdir. İmam Əhməd isə, yəzid İbn Harun ilə Abdulməlik İbn Ömərdən, o da Şureyhdən, o da Nəfidən, o da İbn Ömərdən bu cür rəvayət etmişdir.
“Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi.” Allahu Təalə buyurur ki, ey Muhamməd, səni Beytulmüqəddəsdən Kəbəya çevirdik ki, sənə tabe və itaətdə olanlar üzə çıxsın. Sən döndüyün tərəfə səninlə bərabər dönsünlər. İki dabanına dönən yəni, dinindən dönən meydana çıxsın. «Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi.» Bu hadisə, yəni qiblənin Beytülmüqəddəsdən Kəbəya dəyişməsi, nə qədər də qəlblərə təsirli bir hadisə olsa belə, yalnız Allah tərəfdən qəlbləri doğru yola hidayət olunan və Rəsulullahın, (salləllahu aleyhi və səlləm), gətirdiyi hər şeyi təsdiqləyarək yaqinləşən kəslər müstəsna olaraq bunu olduğu kimi qəbul etdilər. Onun gətirdiyinin hamısı haqdır. Bunda heç bir şəkk yoxdur. Allah istədiyini edər və istədiyi hökmü verər. İstədiyini qullarına mükəlləf etməyin və istədiyini də nəsx etməyin haqqı yalnız Ondadır. Bütün bu işlərdə mükəmməl hikmət və etiraz edilməz dəlil Ona məxsusdur. Qəlblərində xəstəlik olanlar istisnadır. Hər dəfə yeni bir əmr, onlarda şübhə oyadır. Əksinə, iman edənlərdə yaqin inanc və təsdiqi üzə çıxarır. Bu xüsusda Allah buyurur: “Bir surə nazil edildiyi zaman onlardan: ‘Bu, hansınızın imanını artırdı?’– deyanlər də var. İman gətirənlərə gəldikdə isə, onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər.” (Tövbə,124-125). Və Allahu Təalə buyurur: “Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: ‘Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? yad dil və ərəb (Peyğəmbər)?!’ De: ‘O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır’. İman gətirməyanlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar uzaq bir yerdən çağırılırlar.” (Fussilət, 44) Allah təalə buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik. zalımların ancaq ziyanını artırır.” (İsra, 82) Allah rəsulunun təsdiqindən sonra ona qətiyyatlə tabe olmaq və Allahın əmr etdiyi tərəfə şəkk sübhəsiz dönmək – səhabələrin böyüklüyündən idi. Bəziləri, iki qibləya namaz qılanların, ilk muhacir və ənsarlar olduğunu demişlər.
Buxari bu ayənin təfsirində demişdir: Bizə Musəddəd, o da yəhyadan, o da Sufyandan, o da Abdullah İbn Dinardan, o da İbn Ömərdən onun belə dediyini rəvayət etmişdir: İnsanlar, Quba məscidində Sübh namazını qılarkən bir nəfər gəlib dedi: “Peyğəmbərə Quran endirildi, Kəbəya yönəlməsi əmr edildi, siz də yönəlin.” Onlar da Kəbəya döndülər.»
Muslim bunu İbn Ömərdən başqa bir yolla rəvayət etmişdir. Tirmizi isə, Sufyan Səvridən rəvayət etmişdir. Onun hədisinə əsasən, onlar rükuda idilər və rükü halında Kəbəya döndülər. Muslim də eyni sözlərlə Həmməd İbn Sələmədən, o da Sabitdən, o da Ənəsdən rəvayət etmişdir. Bu onların Allaha və Onun Rəsuna mükəmməl şəkildə itaət etmələrinə və Allahın əmrlərinə tam olaraq boyun əymələrinə dəlalət edir. Allah onların hamısından razı olsun.
“Allah sizin imanınızı puç etməz.”yəni, bundan öncə Beytülmüqəddəsə qıldıqlarınız namazları puç etməz. Onların savabı Allah dərgahındadır. Səhihdə Əbu İshaq əs-Səbii, Bəranın belə dediyini rəvayət etmişdir: Beytülmüqəddəsə namaz qılanların bəziləri vəfat etdi. İnsanlar: “Onların aqibəti necə olacaq?” — deya soruşdular. Allah da: “Allah sizin imanınızı puç etməz.” ayəsini endirdi. Bunu Tirmizi İbn Abbasdan rəvayət etmiş və səhih olduğunu demişdir.
İbn İshaq demişdir: Mənə Muhamməd İbn Əbu Muhamməd, o da İkrimə və ya Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Allah sizin imanınızı puç etməz” yəni, ilk qibləya yönəlmənizi və Peyğəmbərinizi təsdiq edib digər qibləya yönəlməkdə ona tabe olmağınızı Allah puç etməz demişdir. yəni, sizlərə hər ikisinin əcrini verəcək. “Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir”.Həsən Bəsri demişdir: “Allah sizin imanınızı puç etməz” yəni Allah, Muhammədi və onunla bərabər döndüyü yerə dönməyinizi zay etməz “Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.” Səhihdə rəvayət olunur: Rəsulullah əsirlərin içində uşağından ayrılan bir qadını gördü. Qadın, hər dəfə bir əsir uşaq gördüyündə onu tutub qucaqlayəraq bağrına basırdı. O, uşağını gəzirdi. Onu tapan kimi bağrına basdı və döşünü verdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Necə düşünürsüz, bu, övladını oda atmamağa gücü yetsəydi, onu oda atardımı? Onlar: «Xeyr, ey RəsulAllah» — dedilər. O dedi: Allaha and olsun ki, həqiqətən Allah qullarına, bu qadının öz uşağına etdiyi mərhəmətdən, daha mərhəmətlidir.»