Allah təbaraka və təala bu kəlamı ilə, kafirləri rədd edir. Çünki onlar uydurduqları vəicad etdikləri şirk əməllərlə, tövhid əhlinin imamı olan İbrahim xəlilin dininə müxalif olmuşdular.Çünki İbrahim, uca Rəbbini təkliyində başqalarından ayırmışdı.O, Allahla yanaşı başqa birinə dua etməmişdi. Ona bir göz qırpımı qədər də şərik qoşmamışdı. Ondan başqa bütün məbudlardan üz döndərmişdi. Bu mövzuda qövmünə qarşı çıxmış, hətta atasıyla belə əlaqəni kəsmişdi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam!” Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm” (Ənam, 78-79) demişdi. Digər bir ayədə Allah Təala belə buyurmuşdur: Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: ‘Mən sizin ibadət etdiklərinizdən uzağam. yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!’ (Züxruf, 26-27). Allah Təala başqa bir ayədə isə belə buyurmuşdu: “İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi” (Tövbə, 114). Habelə bu haqda Allah belə də demişdir: Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməli salehlərdəndir” (Nəhl, 120-122).
Bu və buna bənzər xüsusiyyatlərinə görə Allah Təala: “Kim İbrahimin dinindən üz çevirər?” demişdir. yəni kim onun yolundan və üsulubundan üz döndərərək ona müxalif çıxar? “Səfeh olanlardan başqa”: yəni, haqqı tərk edərək azğınlığa getməklə axmaqcasına hərəkət edib, pis hökm verərək özünə zülm edənlərdən başqa deməkdir. Çünki, o, gənc yaşından etibarən Allah tərəfindən Xəlil (dost) seçilənədək dünyada hidayət və doğruluq simvolu olan şəxsin yolunun əksinə getmişdir. İbrahim axirətdə xoşbəxt və yaxşı insanlardan idi. Kim onun yolunu, mənhəcini və dinini tərk edərək azğınlıq və zəlalət yolu ilə gedərsə bundan daha böyük səfehlik nə ola bilər? yaxud bundan daha böyük zülüm nə ola bilər? Necə ki, Allah Təala belə demişdir: Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!’ (Loğman, 13) Əbu Aliyə ilə Qatadə: “Bu ayə yəhudilər haqqında enmişdir” -demişdilər. Çünki onlar, Allah qatından olmayan bir yol uydurdular. Uydurduqları bu yolla İbrahimin dininə qarşı çıxdılar. Bu sözün doğruluğunu aşağıdakı ayə sübut edir: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır” (Əli İmran 67-68).
Rəbbi ona: ‘Təslim ol!’– dedikdə, o: ‘Aləmlərin Rəbbinə təslim oldum!’– demişdi.yəni, Allah ona,Rəbbinə ixlası, səmimiyyati və təslimiyyati əmr etdi. O da buna şəriətə və qədərə uyğun olaraq cavab verdi.
“İbrahim də, yaqub da bunu oğullarına vəziyyət etdilər” yəni, Allaha təslim olmağı əmredən İslamı vəziyyət etdilər. Başqa bir fikrə görə ayədəki “bu” əvəzliyi vəziyyətdəki gizli əvəzedici sözə, yəni ‘Aləmlərin Rəbbinə təslim oldum!’ sözünə qayıdır. Çünki onlar buna çox istəkli idilər və onu çox sevirdilər. Onu ölüm anına qədər qorudular. Özlərindən sonra da oğullarına vəziyyət etdilər. Necə ki, “O bunu öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi” (Züxruf 28) ayəsində belə buyurulmuşdur.
Sələfdən bəzi qarilər “yaqubə” sözünü “Bənihi” sözünə qoşaraq təsirlik (nəsb) halında oxumuşdurlar. Sanki İbrahim öz oğulları ilə yanaşı oğlu İshaqın həmin dövrdə artıq həyatda olan oğlu yaquba da vəziyyət etmişdir. Qurtubinin nəqlinə əsasən, əl-Quşeyri, yaqubun İbrahimin vəfatından sonra dünyayə gəldiyini iddia etmişdir. Bu kimi məsələlər səhih dəlilə əsaslanmalıdır. Doğru olan budur ki, Allah ən doğrusunu biləndir, İshaqın oğlu yaqub, İbrahim ilə Sara həyatda ikən dünyayə gəlmişdir. Çünki Allah: “ Biz onu İshaqla, (İshaqın) ardınca da yaqubla müjdələdik” (Hud, 71) — demişdir. Bəzən hərfi cərin düşməsi ilə yaqubə şəklində mənsub olaraq da oxunmuşdur. Əgər onların hər ikisi həyatda olmadıqları zaman yaqub olsaydı, onun İshaqın zürriyyati içərisində zikredilməsinin o qədər də faydası olmazdı.
Bundan əlavə Allah Təala Ənkəbut surəsində belə demişdir: “Biz ona İshaqı və yaqubu bağışladıq. Onun nəslinə Peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!” (Ənkəbut, 27). Başqa bir ayədə isə belə demişdir: “Biz ona İshaqı, üstəlik yaqubu da bəxş etdik” (Ənbiya, 72). Bu da onun İbrahim həyatda olarkən var olduğunu göstərir. Necə ki, qədim kitablarda yazıldığı kimi o, Beytulmüqəddəsin qurucusudur. İki “Səhih”də Əbu Zərdən belə rəvayət edilir: “Ey Allahın Rəsulu, yer üzündə qurulan ilk məscid hansıdır?” dedim. O da: “Məscidul Haramdır”, dedi. “Sonra hansıdır?” soruşdum. O da “Beytül Məqdis”, dedi. “Aralarında nə qədər fərq var?” soruşdum. O da: “Qırx il” dedi. İbn Hibban Beytül Məqdisin banisi qəbul etdiyi Süleyman əleyhissalam ilə, İbrahim əleyhissalam arasında qırx il fərq olduğunu iddia etmişdir. Halbuki, o, dağılandan sonra onu təmir etmiş və bəzəmişdir. Bu da İbn Hibbana etiraza səbəb olmuşdur. Çünki onlar arasındakı müddət minlərlə ildir. Allah ən doğrusunu biləndir. Bundan əlavə yaqubun oğullarına vəziyyəti bir az sonra qeyd ediləcəkdir ki, bu da yaqubunbu ayədəkivəziyyət edənlər arasında olduğunu göstərir.
‘Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!’ yəni dünyada gözəl işlər görün, bundan əl çəkməyin ki, Allah da sizə buna uyğun gözəl ölüm nəsib etsin. Çünki insan əksər hallarda yaşadığına uyğun ölür, öldüyünə uyğun dirilir. Bu, Kərəm Sahibi Allahın adətidir. Kim xeyirə niyyat edərsə ona müvəffəq olar, o da ona qismət olur. Kim də yaxşılığa niyyat edərsə, bu yolda sabit qalar. Bu, aşağıdakı səhih hədislə ziddətli deyildir: “Bir adam cənnətliklərin əməlini edər, belə ki, onunla cənnət arasında bir qulac və ya bir arşın məsafə qalar, sonra yazısı hökmünü icra edər, o da cəhənnəmliklərin əməlini edər və cəhənnəmə gedər. Bir adam da cəhənnəmliklərin əməlini edər, belə ki, onunla cəhənnəm arasında bir qulac və ya bir arşın məsafə qalar, sonra yazısı hökmünü icra edər, o da cənnətdəkilərin əməlini edərək cənnətə gedər.” Çünki bəzi rəvayətlərdə bu hədis: “insanlar elə hesab edərlər ki, cənnətiklərin və insanlar elə hesab edərlər ki, cəhənnəmliklərin əməlini edər” şəklində gəlmişdir. Allah Təala da belə demişdir: “Kim (haqqını) verir və (Allahdan) qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyacəyik” (Leyl, 5-10).