Muqatil İbn Həyyan: “Bu ayə, könüllü şəkildə verilənlər haqqındadır” – demişdir. Suddi də: “Onu zəkat ayəsi qüvvədən salmışdır” – demişdir ki, bu da şübhə doğurur. Ayənin mənası belədir: “Səndən necə xərcləmək barədə soruşurlar?” Bunu İbn Abbas ilə Mucahid demişdir. Allah Təala da bunu onlar üçün açıqlayıb buyurdu: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbayə, yetimlərə, kasıblara və müsafirlərə aiddir.” yəni, onu bu istiqamətlərə sərf edin. Necə ki, hədisdə deyilmişdir: “Anana, atana, bacına, qardaşına sonra isə ardıcıllıqla digər yaxınlarına.” Məymun İbn Mihran bu ayəni oxudu və sonra dedi: “Bunlar nəfəqənin ünvanlarıdır. Bunların içində nə nağaranı, nə zurnanı, nə ağac heykəllərini, nə də divar pərdələrinin adını çəkmədi.”
Sonra Allah Təala buyurdu: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. yəni, sizdən nə kimi bir yaxşılıq hasil olarsa, şübhə yoxdur ki, Allah onu bilir və sizə ona görə daha artıq mükafat verəcək. Çünki, O heç kimə zərrə qədər zülm etməz.