İmam Əhməd demişdir: “Bizə Xələf İbn Valid o da İsraildən o da Əbu İshaqdan o da Əbu Məysərədən nəql etdi ki, Ömər (radıyAllahu anh) sərxoşedici (içki) qadağası nazil olan zaman: “Allahım bizə sərxoşedici (içki) məsələsini tam şəffaf şəkildə aydınlat.” – demişdir. Bu səbəblə də əl-Bəqərə surəsindəki “Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır” ayəsi nazil oldu. Ömər çağırıldı və ona bu ayə oxundu. O: “Allahım bizə sərxoşedici (içki) məsələsini tam şəffaf şəkildə aydınlat.” – dedi. Bu səbəblə ən-Nisə sürəsindəki “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayəna qədər ….namaza yaxınlaşmayın” (Nisə, 43) ayəsi endi. Rəsulullahın (saləllahu aleyhi və səlləm) carçısı namaz qılınan vaxt belə çağırardı: “Sərxoş namaza qətiyyan yaxınlaşmasın.” Ömər çağırıldı və ona bu ayə oxundu. O da: “Allahım bizə sərxoşedici (içki) məsələsini tam şəffaf şəkildə aydınlat.” – dedi. Bu səbəblə əl-Maidə surəsindəki ayə endi. Ömər çağırıldı və ona bu ayə oxundu. Oxuyan: “Siz son qoyacaqsınızmı?” (Maidə 91) hissəsinə gəldikdə, Ömər dedi: “Son qoyduq, son qoyduq.”
Bunu Əbu Davud, ət-Tirmizi və ən-Nəsai müxtəlif yollarla İsraildən, o da Əbu İshaqdan bu cür rəvayət etmişlər. Həmçinin İbn Əbu Hatim və İbn Mərdəveyhh də əs-Şəvridən, o da Əbu İshaqdan, o da Əbu Meysərədən (onun adı Amr İbn Şurahbil əl-Həmədani əl-Kufidir), o da Ömərdən nəql etmişdir. Onun Ömərdən nəql etdiyi bundan başqa rəvayəti yoxdur. Ancaq Əbu Zura: “Ondan hədis eşitməyib.” – demişdir. Allah ən doğrusunu biləndir. Əli İbn əl-Mədini demişdir: “Bu, saleh bir sənəddir.” Tirmizi də səhih olduğunu söyləmişdir. İbn əbi Hatim “Son qoyduq” sözündən sonra “O, (içki) malı da, ağlı da aparır” əlavəsini etmişdir. Bu hədis bir daha İmam Əhmədin, yenə də Əbu Hureyrədən olan rəvayəti ilə, əl-Maidə surəsinin “sərxoşedici də, qumar da, dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız” (Maidə, 90) ayəsində gələcək.
“Səndən sərxoşedici və qumar barəsində soruşurlar”. “əl-Xamr” sözünə gəlincə, o, möminlərin əmiri Ömər İbn əl-Xəttabın (radıyAllahu anh) dediyi kimidir: “O, ağlı örtən hər şeydir”. Necə ki, izahı əl-Maidə surəsində gələcək. Həmçinin “əl-Məysir” də qumardır.
De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır.” İkisinin də daşıdığı günah, dini tərəfdən, mənfəətlər isə, dünyavi baxımdan götürülür. Belə ki, onlarda bədənə fayda, yeməyin yaxşı həzm olunması, artıq maddələrin bədəndən çıxardılması, bəzi insanlarda zehnin açılması və özündə insanı coşduran bir zövqünün olması kimi xüsusiyyatlər vardır. Necə ki, Həssən İbn Sabit cahillik dövründə demişdir:
Onu içirik oluruq hər birimiz bir sultan,
Düşmənlə görüşməkdən çəkinməyan bir aslan.
Onun, satmaq və qazancından istifadə etmək kimi faydası da vardır. Bəziləri qumardan yığdıqları qazancı özünə və ailəsinə xərcləyar. Ancaq sadalanan faydalar, bu ikisinin daha üstün sayılan zərərləri ilə müqayisə edilə bilməzlər. Çünki bu məsələlər ağıla və dinə bağlıdır. Buna görə də Allah təala “Amma günahları mənfəətlərindən daha böyükdür” demişdir. Buna görə də bu ayə içkinin qəti şəkildə haram edilməsinə zəmin hazırlamışdır. Çünki açıq-aydın deyil, örtülü idi. Buna görə bu ayə Ömərə (radıyAllahu anh) oxunduğu zaman o demişdir: “Allahım bizə sərxoşedici (içki) məsələsini tam şəffaf şəkildə aydınlat.” Son olaraq içkinin haramlığını aydın şəkildə bildirən əl-Maidə surəsinin “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyar. Siz (buna) son qoyacaqsınızmı?” ayəsi nazil oldu. Bu xüsusda daha geniş izah, inşAllah əl-Maidə surəsinin təfsirində veriləcək. Allaha güvənirik.
İbn Ömər, Şabi, Mucahid, Qatadə, Rəbi İbn Ənəs, Əbdurrəhman İbn Zeyd İbn Əsləm demişlər: Sərxoşedici (içki) haqqında ilk nazil olan “Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah vardır” ayəsidir. Sonra ən-Nisə surəsindəki ayə, sonra da əl-Maidə surəsindəki ayə nazil oldu və sərxoşedici (içki) haram edildi.
“Səndən (Allah yolunda) nə xərcləyacəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!”
“Və yasəlunəkə məzə yunfiqunə qulil əfvə” son kəlimə nasb (yəni sonu fəthə ilə təsirlik) və raf (yəni, sonu damma ilə adlıq) hal şəklində oxunmuşdur. İkisi də gözəldir və bir-birlərinə də yaxındır.
İbn əbi Hatim demişdir: “Bizə atam o da Musa İbn İsmayıldan o da Əbandan o da yəhyadan nəql etdi ki, ona çatdığına əsasən, Muaz İbn Cəbəl ilə Sələbə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər və dedilər: “Ey Rəsulullah, bizim öz mallarımızdan kölələrimiz və ailələrimiz var.” Buna görə də Alah təala: “Səndən (Allah yolunda) nə xərcləyacəklərini soruşurlar” ayəsini nazil etdi.”
Həkəm də Miqsəmdən nəql etdi ki, İbn Abbas “Səndən (Allah yolunda) nə xərcləyacəklərini soruşurlar” ayəsi haqqında demişdir: “Ailənin (ehtiyacından) artıq qalanı”. Eynisi İbn Ömər, Mucahid, Əta, İkrimə, Səid İbn Cubeyr, Muhəmməd İbn Kəb, Həsən, Qatadə, Qasım, Səlim, Əta əl-Xorasani, Rəbi İbn Ənəs və bir çoxlarından rəvayət edilmişdir. Onlar: “De: “(Ehtiyacınızdan) artıq qalanını!” kəlamı barəsində yəni, “artığını” – demişlər.
Tavus da: “Hər şeydən asan olanı” – demişdir. Rəbi də eyni şəkildə: “Malından artığını və ən təmizini” – demişdir. Bunların hamısı “artıq” sözü ilə əlaqəlidir.
Abd İbn Humeyd öz təfsirində demişdir: “Bizə Həvzəh İbn Xəlifə, o da Əvfdən nəql etdi ki, Həsən ”Səndən (Allah yolunda) nə xərcləyacəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” ayəsi haqqında demişdir: “Bunun mənası belədir, malını hamısını bitirəcək qədər xərcləmə ki, sonra da oturub insanlardan dilənəcək vəziyyətə düşəsən.”
İbn Cəririn rəvayəti də bunu göstərir: “Bizə Əli İbn Muslim o da Əbu Asımdan o da İbn Əclandan o da əl-Məqburidən nəql etdi ki, Əbu Hureyrə demişdir: “Bir adam: “Ey Rəsulullah, yanımda bir dinar vardır” – dedi. O da: “Onu özünə xərclə” – dedi. Həmin adam: “Bir dənə də varımdı” – dedi. O da: “Onu da ailənə xərclə” – buyurdu. Adam dedi: “Əlavə bir dənə də varımdı”. O da buyurdu: “Onu da uşağına xərclə”. Həmin adam: “Bir dənə də varımdı” – dedi. O da: “Artıq özün bilərsən” – buyurdu.“
Bunu Muslim öz “Səhih” adlı kitabında rəvayət etmişdir. Həmçinin Muslim onu Cabirdən də rəvayət etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir kişiya demişdir: “Özündən başlayıb elə özünə sədəqə et. Əgər bir şey artıq qalarsa, ailənə ver. Əgər ailənə verdikdən sonra bir şey artıq qalarsa, qohumlarına ver. Əgər qohumlarına verdikdən sonra bir şey artıq qalarsa, beləcə və beləcə”.
yenə Muslimdə, Əbu Hureyrə (radiyAllahu anh) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Sədəqənin xeyirlisi zənginlikdə veriləndir. yuxarı əl, aşağı əldən daha xeyirlidir. Öncə ailəndən başla.”
yenə bir hədisdə buyurulur: “Ey Adəm oğlu! Əgər artığını xərcləsən, bu sənin üçün xeyirlidir. Əgər onu tutub saxlasan, bu sənin üçün şərdir. yetərincə etdiyinə görə isə, qınanmazsan.”
Bunun zəkat ayəsi ilə nəsx edildiyi deyilmişdir. Necə ki, bunu Əli İbn əbi Talha ilə Əvfi, İbn Abbasdan rəvayət etmişlər. Bunu Əta əl-Xorasani ilə Suddi də demişlər. Zəkat ayəsi ilə izah edilmişdir də deyilmişdir. Bunu Mucahid və digərləri demişlər. Bu üstün baxışdır.
“Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz — dünya və axirət barəsində.” yəni, sizə bu hökmləri izah, bəyan etdiyi kimi, digər ayələrin də hökmlərini, onların daşıdıqları xoş müjdələri və qorxulu xəbərdarlıqları açıqlayır. Bəlkə siz dünya və axirət barəsində düşünəsiniz.
Əli İbn əbi Talha, o da İbn Abbasdan belə nəql etmişdi: “yəni, dünyanın zavalı və yox olması, axirətin də gəlişi və davamlılığı haqqında.”
İbn əbi Hatim demişdir: “Bizə atam, o da Əli İbn Muhəmməd ət-Tanəfisidən, o da Əbu Usamədən, o da Saaq ət-Təmimidən belə nəql etdi: “Mən, Həsəni gördüm. O, əl-Bəqərədəki “…bəlkə fikirləşəsiniz — dünya və axirət barəsində.” ayəsini oxudu və dedi: “Allaha and içirəm ki, o, dünyanın bəla yurdu, sonra da fəna yurdu olduğunu bilmək və axirətin də haqq-hesab yurdu, sonra qalacaq yurdu olduğunu bilmək üçün düşünən üçündür. Qatadə, İbn Cureyc və digərləri də belə demişlər.
Abdurrazzaqdan nəql olunur ki, o Mamərdən, o da Qatadədən demişdir: “Axirətin dünyadan üstün olduğunu bilməniz üçündür”. Qatadən başqa bir rəvayətdə o deyir: “Axirəti dünyadan üstün tutun.”
Ali-İmran surəsinin: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır” (Ali-İmran 190) ayəsində sələfdən düşünmək və ibrət almaq haqqında çox sözlər zikr etmişik.
“Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları (öz işinizə) qatırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı”.
İbn Cərir demişdir: “Bizə Sufyan İbn Vəki, o da Cərirdən, o da Əta İbn Səibdən, o da Səid İbn Cubeyrdən nəql etdi ki, İbn Abbas belə demişdir: “yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın!” (İsra 34) və “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyanlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər.” (Nisə 10) ayələri endiyi zaman yanında yetimi olan onun yeməyini öz yeməyindən, içdiyini öz içdiyindən ayırdı. Ona öz yeməyindən yemək ayırır və onun üçün onu saxlayərdı. Sonunda isə o ya yeyardi ya da yemək xarab olardı. Bu onlara ağır oldu. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) bildirdilər və Allah təala da “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları (öz işinizə) qatırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır” ayəsini nazil etdi. Onlar da yetimlərin yemək və içmək ərzaqlarını öz ərzaqları ilə qarışdırdılar.”
Bunu Əbu Davud, ən-Nəsəi, İbn Əbi Hatim, İbn Mərdəveyh, Hakim də “Müstədrək”ində müxtəlif yollarla Əta İbn Səibdən belə rəvayət etmişlər. Onu Əli İbn əbi Talha da İbn Abbasdan bu cür rəvayət etmişdir. Onu Suddi də Əbu Malikdən, o da Əbu Salihdən, o da İbn Abbasdan, başqa bir sənəddə Mürrədən, o da İbn Məsuddan eynisini rəvayət etmişlər. Bir çoxları ayənin nazil olma səbəbini belə zikr etmişlər. Mucahid, Əta, Şəbi, İbn əbi Leyla, Qatadə və digər sələf və xələflər bunlardandır.
Vəki İbn Cərrah demişdir: “Bizə Hişam əd-Dəstəvai, o da Həmmaddan, o da İbrahimdən, Aişənin (radıyAllahu anha) belə dediyini nəql etdi: “Mən yanımdakı yetimin malını, onun yeməyini öz yeməyimlə, içəcəyini də öz içəcəyim ilə qarışdırım deya ayırmağı xoşlamıram.”
De: “Onlara yaxşılıq etmək xeyirlidir” yəni, ayrı olaraq deməkdir. “Əgər onları (öz işinizə) qatırsınızsa, (bilin ki,) onlar sizin qardaşlarınızdır” yəni, yeməyinizi onların yeməyi ilə və içəcəyinizi onların içəcəyi ilə qarışdırsanız bunda sizin üçün bir qəbahət yoxdur. Çünki onlar sizin din qardaşlarınızdır. Buna görə də “Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir” demişdir. yəni, məqsəd niyyati pozmaq və yaxud islah etmək olanı bilir.
“Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir” yəni, Allah diləsəydi sizi sıxışdırar və sizə çətinlik verərdi. Ancaq O sizə genişlik və rahatlıq verdi. Onları qarışdırmağı sizə mübah qıldı ki, bu da gözəl olandır. Allah təala: “yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın!” (Ənam 152) dedi. Hətta fəqir üçün ondan normal şəkildə yeməyi də mübah qıldı. Bunu da ya mümkün olarsa əvəzini ödəməya zəmanət şərti ilə ya da əvəzsiz edəcəksiniz. Necə ki, izahı ən-Nisə surəsində gələcəkdir. İnşAllah. Güvəndiyimiz Allahdır.