Əvfidən nəql olunur ki, İbn Abbas demişdir: “İnsanlar Rəsulullaha (salləllahu aleyhi və səlləm) yeni doğan aylar haqqında sual verdi, buna görə də:“Səndən yeni doğan aylar barəsində soruşurlar. De: ‘Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”ayəsi nazil oldu. Onlarla borclarının zamanı gəldiyini, qadınların iddətinin bitdiyini və həcc vaxtlarını bilirlər. Əbu Cəfər, Rabidən o da Əbu Aliyədən nəql edir ki, o belə demişdir: “Bizə çatdığına görə səhabələr: “ya RəsulAllah, yeni doğan aylar nə üçün yaradıldı?” — dedilər. Buna görə də Allah: “Səndən yeni doğan aylar barəsində soruşurlar. De: ‘Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”ayəsini nazil etdi. Deyilir ki, Allah onları müsəlmanların orucları, iftarları, qadınlarının iddəti və borclarının vədəsi üçün vaxt ölçüsü kimi təyin etdi. Əta, Dəhhak, Qatadə, Suddi və Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir.
Abdurrazzaq Abduləziz İbn əbu Rəvaddan o da Nafidən o da İbn Ömərdən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Allah bu yeni doğan ayları insanlar üçün vaxt ölçüləri kimi təyin etdi. Onu gördüyünüz zaman oruc tutun, gördüyünüz zaman da orucunuzu açın. Əgər hava buludlu olarsa Şabanı otuz günlə tamamlayın.» Bunu Hakim də “Mustədrək”ində İbn əbu Rəvaddan bu cür rəvayət etmiş və demişdir: O, etibarlı, abid, çalışqan və şərəfli bir nəsildən idi. Hədisin sənədi səhihdir, iki şeyx onu təxric etməmişlər.
Muhəmməd İbn Cabirdən o da Qeys İbn Talqdan o da atasından nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Allah yeni doğan ayları yaratdı. Hilalı gördüyünüz zaman oruc tutun və onu gördüyünüz zaman da iftar edin. Əgər hava buludlu olarsa onda günlərin sayını otuzla tamamlayın.» Əbu Hureyrənin nəql etdiyi hədisdə və eləcə də Əli İbn əbi Talibin sözü olaraq da (radıyAllahu anh) belə rəvayət edilmişdir.
“Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl (sahibi) Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun” Buxari demişdir: “Bizə Ubeydullah İbn Musa o da İsraildən o da Əbu İshaqdan o da Bəradan nəql edir ki, o demişdir: “Cahilliya dövründə insanlar ehrama girdikləri zaman evə arxasından girirdilər. Buna görə Allah: “Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl (sahibi) Allahdan qorxan şəxsdir.Evlərə qapılarından daxil olun”ayəsini nazil etdi.
Əbu Davud Tayələsi Şöbədən o da Əbu İshaqdan nəql etdi ki, Bəra belə demişdir: “Ənsarlar səfərdən gəldiklərizaman evlərinə qapı tərəfindən girməzdilər. Buna görə də bu ayə nazil oldu.”
Aməş, Əbu Sufyandan nəql etdi ki, Cabir belə demişir: “Qureyşə Humus deyilirdi. Onlar ehrama girdikdən sonra qapılarından girərdilər, ənsarlar və digər ərəblər isə ehramda olarkən qapılarından girməzdilər. Bir gün Rəsulullah (salləllahu aleyhi və səlləm) bir bağda idi. Qapısından çıxdı. Qutbə İbn Amir də onunla çıxdı. Onlar dedilər: Ey Allahın Rəsulu, Qutbə İbn Amir tacir bir adamdır. O da səninlə bərabər qapıdan çıxdı. O da ona: “Niyə belə etdin?” dedi. O da: “Sənin etdiyini gördüm. Mən də sənin kimi etdim” dedi. O da: “Mən Humusam” dedi. O da: “Mənim dinim də sənin dinindir” dedi. Allaha təala buna görə“Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl (sahibi) Allahdan qorxan şəxsdir.Evlərə qapılarından daxil olun”ayəsini nazil etdi. Bunu İbn əbi Hatim rəvayət etmişdir. Avfi də İbn Abbasdan bənzərini rəvayət etmişdir. Mucahid, Zuhri, Qatadə, İbrahim Nəxai, Suddi və Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir.
Həsən Bəsri demişdir: “Cahillikdə bəzi qövmlərdə biri səfər etmək istədiyi zaman evindən çıxdıqdan sonra səfərindən imtina edərdisə, onda evə qapısından girməz, divara dırmaşaraq arxasından daxil olardı. Allah təala da:“Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir”dedi. Muhəmməd İbn Kəb demişdir: “Kimsə etikafa girdiyi zaman evinə qapıdan girməzdi. Allah təala da bu ayəni nazil etdi.”
Ata İbn əbi Rəbah demişdir: “yasrib xalqı bayramlarından geri qayıtdıqları zaman evlərinə arxa tərəfdən girərlərdi. Bunu da yaxşılığa yaxın bir əməl hesab edərdilər. Allah təala da “evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir” dedi.
“Allahdan qorxun ki, bəlkə nicat tapasınız”yəni, Allahdan qorxun, sizə əmr etdiyini yerinə yetirin, çəkindirdiyini də tərk edin ki, “nicat tapasınız”. Sabah Onun hüzurunda durduğunuz zaman sizi tam və yetərincə mükafatlandırar.