Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Allah Təala adəm oğullarına onları var etmədən öncə ali dərgahında  mələklərə ehsan etdiyini xəbər verib deyir ki, “Bir vaxtlar Rəbbin mələklərə demişdi” Yəni ey Muhamməd o vaxtı xatırla ki, Rəbbin mələklərə belə demişdi və bunu qövmünə danış. İbni Cərir bir Ərəb dili mütəxəssisinin iz ədatının burada artırma və bu kəlamın təqdirinin də: “Və qalə Rabbukə”olduğunu iddia ettiyini nəql etmişdir. Sözü gedən adam isə Əbu Ubeydədir. İbni Cərir bunu rədd etmişdir, Qurtubi isə belə demişdi: Bunu bütün təfsirçilər də rədd etmişdirlər. Hətta Zəccac bu Əbu Ubeydə üçün cürətdir (kobudluq), demişdir. “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm”   yəni əsr əsr, nəsil nəsil bir birinin yerinə keçən qövm yaradacağam demişdir. Necə ki, Allah Təala belə buyurur. “O ki, sizi yer üzündə xəlifələr təyin etdi”(Ənam 165) və “sizi yer üzünün xəlifələri edəcəkdir” (Nəml, 62) “Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq” (Zuxruf, 60) “Onlardan sonra bir xələf gəldi” (Məryəm, 59) Şaz qiraətdə : “İnni cailun fil ardı halikatən” (baxılsın) də oxunmuşdur. Bunu Zəməxşəri və digərləri də rəvayət etmişdir.

Qurtubi, Zeyd ibn Əlidən belə dediyini nəql etmişdir. Burada xəlifədən məqsəd yalnız Adəm (aleyhi ssalam) deyildir. Necə ki bir qrup təfsirçilər belə deyildilər. Qurtubi bunu ibni Abbas, İbni Məsud və bütün təvil əhlinə nisbət etmişdir. Bunda da ixtilaf yeri vardır.  Hətta bunda çox ixtilaf varıdır. Bunu Razi Təfsirində və digərləri nəql etmişlər. Açıq olan budur ki, bundan bir başa olaraq Adəm qəsd edilməmişdir. Çünki əgər belə olsaydı mələklərin “Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” sözləri xoş olmazdı. Çünki onlar bu cinsdən həmin hərəkətləri edəcək olanları qəsd etmişdirlər. Sanki onlar xüsusi bir bilik və ya insan təbiətindən anladıqları şeylə bunu bilmişdirlər. Çünki Allah onlara bu sinifi iylənmiş, saxsı kimi palçıqdan yaradacağını xəbər vermişdir. Yaxud da bunu insanlar arasında vaqe olan mübarizələri həll edəcək, onları haramlardan və günahlardan uzaqlaşdıracaq xəlifəni başa düşmüşdülər. Bunu da Qurtubi demişdir. Və yaxud bunu keçənlərə qiyas etmişdirlər. Necə ki, təfsirçilərin bu xüsusdakı fikirlərini tezliklər zikr edəcəyik.

Mələklərin belə deməsi Allaha etiraz məqsədli də deyildir. Adəmi qısqanmalarına görə də deyilidir. Necə ki, bəzi təfsirçilər belə düşünmüşdürlər. Allah Təala onları Allahın sözünün önünə keçməməklə vəsf etmişdir, yəni ki, onlar Allahdan icazə verilməyən bir şey soruşmazlar. Burada isə onlara yer üzündə bir xəlifə yaradacağını bildirmişdir.

Qatadə belə demişdir: Onların fəsad çıxardacaqları onlara əvvəlcədən bildirilmişdir. Onlar da :Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? demişdilər. Bu, öyrənmək və bu haqda hikməti bilmək üçün verilmiş bir sualdır. Belə demişdilər: Rəbbimizin bunları yaratmaqda hikmət nədir? Halbuki onlar yer üzərində fəsad törədib, qan salacaqlar. Əgər məqsədin sənə ibadətdirsə biz səni həmdinlə təsbeh edir və səni təqdis edirik, yəni sənin üçün namaz qılırıq (və ya dua edir, salavat deyirik). Necəki, sonra qeyd ediləcək. Yəni bizdən belə bir əməl hasil olmaz, bizimlə kifayətlənə bilərdin! Allah Təala da bu suallara cavab olaraq : “Mən sizin bilmədiklərinizi bilirəm!” dedi. Sizin zikr etdiyiniz fəsadlara müqabil olaraq mən daha artıq xeyir (islah, məsləhət) görürəm. Mən onlardan peyğəmbərlər çıxardacağam. Onlara elçilər göndərəcəyəm. Onlardan siddiqlar (doğrunu təsdiqləyənlər), şəhidlər, salehlər, abidlər, zahidlər, övliyalar, əbrar (xeyir sahibləri), Allaha yaxın olanlar, alimlər, elmi ilə əməl edənlər, Allahdan qorxanlar, Onu sevənlər, elçilərinə tabe olan insanlar çıxardacağam.

Səhih hədisdə belə gəlmişdir: Mələklər Uca Rəbbə qulların əməlllərini qaldırdıqları vaxt, Allah çox yaxşı bildiyi halda onlardan soruşar: Qullarımı necə qoyub gəldiniz? Onlarda : Onların yanına gələndə namaz qılırdılar, onlardan ayrıldıq yenə namaz qılırdılar, deyərlər. Çünki onlar bizləri izləyərlər, fəcr və əsr namazlarında yığışarlar. Bunlar qalar digərləri əməlləri göyə çıxardar. Necə ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: “Ona gecə əməli gündüzdən əvvəl, gündüz əməli isə gecədən əvvəl çatdırılır” Onların gəldik namaz qılırdılar, qoyub gedəndə də yenə namaz qılırdılar” sözləri Mən sizin bilmədiklərinizi bilirəm!” sözlərinin təfsirindəndir. Belə deyilmişdir: Onlara cavab olaraq “Mən sizin bilmədiklərinizi bilirəm!” sözünün mənası belədir: Onları yaratmağımdakı hikmətim açıq aydındır, sizin dediklərinizdən belə çıxır ki, siz onu bilmirsiniz. Bunun “səni təsbih edirik və səni təqdis edirik” sözünün cavabı olduğu da deyilmişdir. O da Mən sizin bilmədiklərinizi bilirəm!” demişdir. Yəni iblisin sizin aranızda olmasından bilirəm, məsələ sizin dediyiniz kimi deyil.  Belə deyilmişdir: Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” Biz isə sənə həmd edər səni təsbih edir və səni təqdis edirik sözü onların Adəm oğullarının yerinə yer üzünə enmələrini istəmələrinə cavabı da özündə daşıyır. Buna görə də Allah Təala “Mən sizin bilmədiklərinizi bilirəm!” dedi. Yəni göydə qalmağınız sizin üçün daha yaxşıdır və halınıza daha uyğundur. Bunu Razi digər cavablarla bir yerdə zikr etmişdir. Allah daha yaxşı bilir.

Bu qeyd edilənlər haqqında təfsirçilərin genişlədilmiş fikriləri :

İbni Cərir belə demişdir: Mənə Qasım ibni Həsən, ona da Hüseyn, ona da  Həccac, ona da Cərir ibn Həzimi və Mübarək, onlara da Həsən, ona da Əbu Bəkr və Qatadə rəvayət ediblər ki, Allah Təala mələklərə “Mən yer üzündə bir xəlifə yaradacağam”, dedi. Onlara bunu edəcəyəm dedi. Bunun mənası vəziyyəti onlara xəbər verməkdir. Suddi belə demişdir: Adəmin yaradılmasında onlarla məşvərət etdi. Qatadədən də bənzər rəvayət vardır. Bu cümlənin içərisində xəbər vermə mənası yoxdursa deməli bunda diqqətsizlik vardır.(məqsəddən uzaqlaşmışdır) İbn Cəririn rəvayətində Həsən ilə Qatadənin fikirləri daha gözəldir. Allah daha yaxşı bilir.

“Yer üzündə” sözünə İbni Əbi Hatim belə demişdir: bizə atam, ona da Əbu Sələmə,  ona da Həmmad, ona da Ata ibn əs Saib ona da Abdurrahman ibn Sabit rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)  belə demişdir: Yer Məkkədən döşəndi və Beytullahı ilk təvaf edənlər Mələklərdir. Allah: “Mən bu yerdə, yəni Məkkədə xəlifə yaradacağam” dedi. Bu mürsəldir. Sənədində zəiflik vardır. Onda müdrəc də vardır. O da Məkkə torpağıdır.  Allah daha yaxşı bilir.

“Xəlifə” sözü haqqında Suddi təfsirində belə demişdir: Mənə Əbu Malik, o da Əbu Salehdən, oda İbni Abbasdan, o da Mürrədən, o da İbni Məsuddan və bir bölük sahabədən belə demişdir. Allah Təala “Mən yer üzündə bir xəlifə yaradacağam” dedi. Onlar da: Onun zürriyyəti olacaq, yer üzündə fəsad çıxaracaqlar, həsəd aparacaqlar və  bir birilərini öldürəcəklər, dedilər.

İbn Cərir belə demişdir: Buna görə ayənin təfsiri belədir: Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm”  cümləsi xəlq etdiklərimin arasında ədalətlə hökm etmək üçün mənim yerimi tutacaqdır. O xəlifə də Adəm və Allaha itaətdə onun yerinə keçəcək olanlardır. O ki qaldı fəsad çıxartmaq və haqsız yerə qanlar axıtmaq, bunları xəlifə olmayanlar edəcəkdir. İbn Cərir belə demişdir: Allah Təalanın zikr etdiyi xilafətin  mənası, əsrlər boyu bir birinin yerinə keçməkdir. Deyir ki, əl xəlifə kəlməsi əl faiiilətu vəznindədir. Xaləfə fulanun fi həzəl əmri deyiləndə bir işdə olan bir nəfərdən sonra onun yerinı keçmək başa düşülür. Necə ki, Allah Təala belə buyurmuşdur. “Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.”(Yunis 14)

Buna görə də böyük Sultana xəlifə deyilmişdir. Çünki özündən əvvəlkinin yerinə keçər. Sanki onun xələfi kimi olur. Deyir ki, Muhamməd ibn İshaq bu ayətdə belə demişdir: Dünyada məskunlaşacaq, onu tikib quracaq və sizdən biri olmayaraq qərar tutacaq kimsələr yaradacam. Bizə Əbu Qurayb, o da Osman İbni Saiddən, oda Bişr ibn Umarədən o da Əbu Ravkdan, o da Dahhakdan, o da İbni Abbasdan belə demişdir: Dünyada ilk məskunlaşan cinlərdir. Orada fəsad çıxardaraq qanlar tökdülər, bir birilərini öldürdülər. Allah onların üzərinə İblisi göndərdi. İblis və yanındakılar onları öldürdü. Qalanları dəniz adalarına və dağların uclarına sürgün edildilər. Sonra Allah Adəmi yaradıb orada yerləşdirdi. Məhz: “Yer üzündə bir xəlifə yaradacağam.” Dediyi budur.

Süfyan Sevri Ata İbn Səibdən nəql edir ki, İbn Sabit : “Yer üzündə bir xəlifə yaradacam” sözündə: Bunda adəm oğulları qəsd edilmişdir, demişdir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir: Allah mələklərə: Mən yer üzündə  bir məxluqlar yaratmaq və orada xəlifə bərqərar etmək istəyirəm, dedi. Əziz və Cəlil olan Allahın da mələklərdən başqa məxluqatı yoxdur. Yerdə də heç bir məxluqat yoxdur. Onlar: Orada fəsad çıxaracaq birilərini mi yaradacaqsan, dedilər? Yuxarıda qeyd olunan rəvayətləri Suddi İbn Abbas, İbn Məsud və digər səhabələrdən belə rəvayət etmişdir: Allah mələklərə adəm oğullarının nə edəcəyini bildirdi. Mələklər də belə dedilər.

Az öncə qeyd olunan Dahhak rəvayətində İbn Abbas belə demişdir: Cinlər Adəm oğullarından öncə yer üzündə fəsad törətdilər. Buna görə də mələklər də belə dedilər. Bunları onlarla qiyas etdilər.

İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Əli İbn Muhəmməd Ət-Tənəfisidən o da (Əbu?) Muaviyədən o da, (Aməşdən,?) o da Bəkr İbn Əxnəsdən o da Mücahiddən nəql etdi ki, Abdullah İbn Amr belə demişdir: Canoğulları qəbiləsindən olan cinlər Adəm yaradılmadan iki min il əvvəl yer üzündə idilər. Orada fəsad törətdilər, qanlar axıtdılar. Allah onların üzərinə mələklərdən bir ordu göndərdi. Onları vurdular, onları dəniz adalarına sıxışdırdılar. Buna görə Allah mələklərə : “Mən yer üzündə bir xəlifə yaradacam” dedi. Onlar da “Orada fəsad törədəcək və qanlar tökəcək kimsələrimi yaradacaqsanmı?” dedilər. O da: “Mən sizin bilmədiyinizi bilirəm” dedi (Bəqərə 30-33).

Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən, o da Əbul Aliyədən “mən yer üzündə bir xəlifə yaradacam…. Mən sizin bilmədiyinizi bilirəm (Bəqərə, 30-33) ayəsində belə demişdir: Allah mələkləri Çərşənbə günü yaratdı. Cinləri Cümə axşamı günü yaratdı. Adəmi Cümə günü yaratdı. Cinlərdən bir qövm kafir oldular. Mələklər də yerə enər bu təcavüzlərinə görə  onlarla döyüşərdilər. Yer üzünü fəsad bürümüşdü. Buna görə : “Orada cinlər kimi fəsad edəcək və onlar kimi qan tökəcək kimsələrimi yaradacaqsan?” dedilər. İbn Əbi Hatim belə dedi: “Bizə Həsən İbn Muhəmməd İbn Sabah o da Səid İbn Süleymandan o da Mübarək İbn Fədalədən nəql etdi ki, Həsən demişdir : Allah mələklərə “Mən bir xəlifə yaradacam” dedi. Bunu edəcəm dedi. Onlar rəbblərinin bu sözünə iman gətirdilər. Allah onlara elmin bir hissəsini öyrətdi, digər hissəsini də gizlətdi. Onlar da onu bilmədilər. Bildikləri biliklə : “Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan?” dedilər. O da : “Mən sizin bilmədiyinizi bilirəm”, dedi. Həsən belə demişdir: Cinlər yer üzündə fəsad çıxarır və qanlar tökürldülər. Ancaq Allah qəlblərinə bunun baş verəcəyini qoydu. Onlar da Allahın öyrətdiyi şeylə belə dedilər. Abdurrazaq Mamərdən nəql edir ki, Qatadə bu ayə haqqında belə demişdir : “Allah onlara yer üzündə məxluqat olduğu zaman fəsad edəcək və qan axıdacaqlarını bildirmişdi. Məhz o zaman Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan? Dedilər. İbn Əbi Hatim belə demişdir: “Bizə atam o da Hişam Ər-Razidən o da İbn Mübarəkdən o da Mərufdan yəni İbn Harabuz Əl-Məkkidən o da Əbu Cəfər Muhəmməd İbn Əlidən eşidəndən kəsdən rəvayət edir : Səcil bir mələkdir. Harutla Marut onun köməkçiləridir. O hər gün Lövhü Məhfuza üç dəfə baxardı. Bir dəfə icazəsiz baxışla baxdı, orada Adəmin yaradılışını və bəzi şeyləri gördü. Bunu Harutla Maruta gizlicə dedi. O ikisi onun köməkçi katib mələkləri idi. Allah Təala belə dedi “Mən yer üzündə bir xəlifə yaradacam” onlar da “Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan?”. Bunu mələklərə qarşı etiraz olaraq dedi. Bu nəql qəribdir.

Bu, Əbu Cəfər Muhəmməd İbn Əli İbn Hüseyn Əl Baqirdən gələn səhih rəvayət olsa belə, onu əhli kitabdan nəql etmişdir. Burada rədd edilməsini vacib edəcək münkərlik vardır. Allah daha yaxşı bilir. Bundan, bunu deyənlərin sadəcə o ikisi olduğu ortaya çıxar. Bu da üsluba ziddir. Ondan daha qəribi də İbn Əbi Hatimin bu rəvayətidir: “Bizə atam, o da Hişam İbn Ubeydullahdan o da Abdullah İbn Yəhya İbn Əbi Kəsirdən nəql etdi ki, Atamdan belə dediyini eşitdim: “Orada fəsad edəcək və qan tökəcək kimsələrimi yaradacaqsan? Biz səni təsbih və təqdis edirik” deyən mələklər on min idilər. Allah tərəfindən bir alov çıxdı onları yandırdı. Bu da bundan əvvəlki kimi İsrailiyyatdır, qəbul edilməz. Allah daha yaxşı bilir.

İbn Cureyc belə demişdir: “Onlar Allahın onlara Adəmin yaradılacağı haqqında verdiyi elmlə danışdılar və belə dedilər.

İbn Cərir belə demişdir: Biriləri belə xəbər vermişdir: Mələklərin belə demələri bunu öyrəndikdən sonra Allahın sual soruşmağa izn verməsi səbəbi ilədir. Mələklər bunu təəccüblənərək dedilər : “Ya Rəbbi, sənə necə asilik edərlər. Sən ki onların Xaliqisən?” dedilər. Allah da onlara : “Mən sizin bilmədiyinizi bilirəm” dedi. Yəni siz bilməsəniz də, bəzilərinin mənə itaət etdiyini görsəniz də bu olacaqdır. Bəziləri də, mələklər bunu bilmədikləri şeyi öyrənmək niyyəti ilə soruşdular, demişdilər. Sanki onlar rədd mahiyyətində deyil öyrənmək mahiyyətində : Ya Rəbbi, bizə bunu xəbər ver, demişdilər. İbn Cərir bunu bəyənmişdir. Səid  Qatadən bu ayə haqqında belə nəql edir ki: “Mələklər Adəmin yaradılması haqqında məşvərət etdilər: Orada fəsad edəcək və qan tökəcək birilərini yaradacaqsan dedilər. Mələklər Allah qatında qan tökməkdən və yer üzündə fəsad çıxarmaqdan daha pis bir şey olmadığını bilirdilər. Allah isə o xəlifədən peyğəmbərlər, rəsullar, yaxşı kimsələr və cənnətliklər olacağını bilirdi. Belə demişdir: Bizə izah edildiyinə görə İbn Abbas belə demişdir: Adəm yaradılmağa başlayanda mələklər: Allah bizdən daha dəyərli və bizdən daha bilikli bir məxluq yaratmaz, dedilər. Buna görə sıxıntıya mübtəla oldular. Bütün yaradılanlar da imtahana çəkilir, necə ki, göylərlə yer də itaət etməklə sınağa çəkilmişlər . Allah Təala : “İstəyərək və ya istəməyərək gəlin deyəndə: İstəyərək gəldik demişdilər” (Fussilət, 11).

“Səni həmd edərək tənzih və təqdis edərik” ayəsinə gəlincə Abdurrazzaq Mamərdən nəql edir ki, Qatadə belə demişdir: “Təsbih və təqdis namazdır. Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan həmçinin Mürrədən o da İbn Məsud və bir sıra səhabədən : Sənin üçün namaz qılarıq, demişdilər. Mücahid də, Sənə əzəmətləndirərik, təkbir edərik demişdir. Dahhak da belə demişdir: Təqdis: təmizləmədir. Muhamməd İbn İshaq da: Səni təsbih edərik və səni təqdis edərik sözündə: Sənə asilik etmərik və istəmədiyin heç bir şeyi etmərik, demişdir. İbn Cərir də : Təqdis təzim etmək və təmizlənməkdir demişdir.

Subbuhun quddusun sözü də belədir, subbuh : Onu tənzih etmək, quddus da təmizlik və ona təzim etməkdir. Ərd müqaddas da müqəddəs torpaq deməkdir. Mələklərin “səni həmd ilə təsbih edərik” sözlərinin mənası, səni müşrüklərin sənə nisbət etdikləri şeylərdən tənzih edər və səni uzaq tutarıq, deməkdir. “Səni təqdis edərik” də : Səni kirlərdən və kafirlərin sənə nisbət etdikləri şeylərdən təmiz tutarıq, deməkdir.

Səhih Müslümdə Əbu Zərdən rəvayət edilmişdir ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Ən fəzilətli söz hansıdır?” dedilər. O da : “Allahın mələklər üçün seçdiyi sübhanallah vəbihəmdihi sözüdür”dedi. Beyhaki Abdurrahmən İbn Kurtdan rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)  merac gecəsində mələklərin yüksək göylərdə, “Sübhanəl aliyyil alə, subhanəhu və Təala”, deyərək təsbih etdiklərini eşitdi.

“Mən sizin bilmədiyinizi bilirəm” ayəsinə gəlincə: Qatədə belə demişdir: Allah o yaratdığın nəsildən peyğəmbərlər, rəsullar, yaxşı kimsələr və cənnətliklər gələcəyini bilirdi. İrəlidə İbn Məsud, İbn Abbas və bir çox sahabə və tabiindən: “Mən sizin bilmədiyinizi bilirəm” sözünün nə hikmətlə deyildiyi haqqında açıqlamalar gələcəkdir.

Qurtubi və digələri bu ayəni insanların ixtilaf etdikləri şeylərdə hökm vermək, mübahisələrini sona çatdırmaq, məzlumun haqqını zalımdan almaq, hədləri tətbiq etmək, pis və fahiş şeylərin və ancaq xəlifənin həll edəcəyi digər önəmli məsələlərin həlli üçün xəlifə təyin etmənin vacib olduğunu dəlil gətirmişlər. Necə ki, vacibin tamamlanmasını təmin edən şey də vacibdir.

İmamət ancaq nasla əldə edilir,necə ki, bir qrup əhli sünnət, Əbu Bəkr də belə olmuşdur, demişdilər. Ya da ona işarətlə olur, necə ki, bəziləri də belə demişdilər. Yaxud xəlifəni başqa birini öz yerinə keçirməsi ilə olur, necə ki, Əbu Bəkr Əs-Siddiq Ömərə belə eləmişdir. Və yaxud da şuranın üzərinə həvalə etməsi ilə olur, necə ki Ömər eləmişdir. Və yaxud da məsul heyətin (alim və məsul şəxslər) içlərindən birini seçib ona beyət etmələri ilə olur. Cumhura görə buna itaət etmək vacibdir. İki haramın imamı bu xüsusda icma olduğunu nəql etmişdir. Allah daha yaxşı bilir. Yaxud da birinin iqtidarı zorla ələ keçirməsi ilə olur. İxtilaf və fitnə çıxmaması üçün buna da itaət vacibdir.

İmam Şəfii bunu açıq olaraq ifadə etmişdir. İmamətin həyata keçməsi üçün şahid vacibdirmi? (təyinat) Bunda da ixtilaf vardır. Bəziləri : Şərt deyildir, demişdir. Bəziləri də : Xeyir, iki şahid yetər, demişdir. Cübai də : Dörd nəfər lazımdır: iki şahid, əqd katibi və seçilən. Necə ki, Ömər (radıyallahu anh) işi altı nəfərlik bir şuraya həvalə etmişdir. Təyinat əqd katibi Abdurrahman İbn Avf ilə seçilən Osman üzərində qalmışdır. Dörd şahidin vacib olması da yerdə qalan dörd nəfərdən çıxarılmışdır ki, bu da o qədər də doğru deyildir. Allah daha yaxşı bilir.

Xəlifənin kişi, azad, yetkinlik yaşına çatmış, ağıllı, müsəlman, ədalətli, müctəhid, bəsirətli, əzaları sağlam, müharibədən başı çıxan, fikir sahibi və səhih rəyə görə Qureyşdən olması lazımdır. Haşimi olması və xətadan məsum olması şərt deyildir. Həddi aşmış Rafizilər isə bunu şərt qoşarlar. Bir imam fasiq olsa, vəzifəsi əlindən alınar mi, alınmaz mı? Bunda ixtilaf vardır. Doğru olan odur ki, alınmaz. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm)  : Əgər açıq aşkar şəkildə küfrə gedərsə, və bu haqda sizdə Allahdan açıq aydın dəlil varsa, bu istisnadır demişdir. Özünü azad edə bilər mi? Bunda da ixtilaf vardır.

Həsən İbn Əli (radıyallahu ənh) özünü azad etdi və xilafət işini Muaviyəyə təslim etdi. Ancaq bu bir üzrlü səbəb üçündür. Buna görə də təriflənmişdir. Yer üzündə iki və ya çox imam təyin etmək isə caiz deyildir. Çünki peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) “Birliyiniz bərqərar olduqdan sonra sizə biri gələr və aranızı pozmaq istəsə, onu kim olursa olsun öldürün, demişdir. Cumhurun rəyi belədir.

Bu haqda icma olduğunu nəql edənlər vardır, onlardan biri də İki Haramın imamıdır. Kərramiyyə firqəsi də belə demişdir: İki və daha çox imam caizdir, necə ki, Əli və Muaviyə (radiyAllahu anhum) itaət edilməsi vacib imamlar idilər. Belə demişdirlər: Bir zamanda iki və daha çox peyğəmbər göndərildiyinə görə imamlıq da caizdir. Çünki peyğəmbərlik imamlıqdan daha üstündür. Bunda da ixtilaf yoxdur.

İki haramın imamı, ustad Əbul İshaqdan ölkələr bir birlərindən uzaq olub iqlimləri də geniş olunca iki və daha çox imam təyin etməyi caiz gördüyünü nəql etmişdir. Mən də deyirəm ki, bu, İraqdakı Abbasi oğulları ilə Misir və Məğribdəki Fatimilərin vəziyyətinə oxşayır. Biz də bu mövzunu “Əhkam” kitabında araşdıracayıq inşəAllah.