Səbr etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, itaət edənlərdən başqalarına ağır gəlir.

Allah Taəala qullarına dünya və axirət xeyri ilə əlaqəli olaraq umduqları şeylərdə səbir və namazla kömək istəməyi əmr edir. Necə ki Mukatil ibn Həyyan bu ayənin təfsirində belə demişdir:  Axirəti axtarmağa fərzlərə və namazlara səbr edərək kömək istəyin. Səbrə gəlincə isə onun oruc olduğunu demişdir. Mucahid də bunu açıq aydın ifadə etmişdir.

Qurtubu ilə digərləri də belədemişdilər: Buna görədir ki, Ramazan ayına hədisdə ifadə edildiyi kimi səbr ayı deyilir. Süfyan Sevri əbu İshaqdan , o da Cəriy ibn Kuleybdən, o da Süleym oğullarından bir adamdan rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm):  Oruc səbrin yarsıdıdr, demişdir. Belə də deyilmişdir: Səbrdən məqsəd günahlardan əl çəkməkdir. Buna görə də onu ibadətləri əda etməklə bərabər zikretmişdirlər. İbadətlərin ən üstünü də namazdır. İbn Əbu Hatim belə demişdir: Bizə Atam, oda Ubeydullah ibn Həmzə ibn İsmayıldan, oda İshaq ibn Suleymandan,o da əbu Sinandan rəvayət edir ki, Ömər ibn Xəttab radiyallahu anh belə demişdir: Səbir ikidir: Müsibətə səbr gözəldir. Ondan daha gözəli isə Allahın haramlarına səbrdir.  Deyilir ki, Həsəndəndə Ömər ibn Xəttabın sözü kimi bir rəvayət  vardır.

İbn Mubarak Ləhiadan, o da Malik ibn Dinardan rəvayət edir ki, Səid İbn Cubeyr belə demişdir: Səbr – Qulun başına gələn müsibəti qƏbu edib, bunun əvəzini gözləyarək Allah qatından savab ummaqdır. Bəzi adamlar təlaş etdiyi zaman, özünü yığışdıraraq səbirdən başqa bir şey göstərməz.  Əbu Aliyə səbrlə namazla kömək diləyin,  sözü haqqında belə demişdir: Allahın razı olacağı şeya səbr edin, bilin ki o Allaha itaət cümləsindəndir.

Namaz: Namaz da bu işə dözümlülük göstərmək üçün köməkliyin ən böyüklərindəndir. Necə ki, Allah Təala belə demişdir: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir” (Ənkəbut, 45). İmam Əhməd belə demişdir(22788): Bizə Xələf ibn Vəlid, o da yəhya ibn Zəkəriyyə ibn Zaidədən, o da İkrimə ibn Əmmardan, o da Muhamməd ibn Abdullah əd-Duəlidən rəvayət etdi ki, Huzeyfə ibn yamanın qardaşı Əbdüləziz Huzeyfədən belə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) ciddi bir işlə qarşılaşdığı zaman namaz qılardı. Bunu Əbu Davud(1319) Muhamməd ibn İsadan, o da yəhya ibn Zəkəriyyadan, o da İkrimə ibn Əmmardan rəvayət etmişdir. Necə ki, bir az sonra qeyd ediləcəkdir. Bunu ibn Cərir (1/260) İbn Cureycdən, o da İkrimə ibn Əmmardan, o da Muhamməd ibn Ubeyd ibn Əbu Kudamədən, o da Əbdüləziz ibn yaməndən rəvayət edir ki, Huzeyfə dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bir çətinliya düşdüyü zaman namaza qaçardı. Bəziləri də bunu Huzeyfənin qardaşı Əbdüləzizdən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) mürsəl olaraq rəvayət etmişdir. Muhamməd ibn Nasr ər Mərvəzi, Namaz kitabında belə demişdir: Bizə Səhl ibn Osman əl Əskəri, o da yəhya ibn Zəkəriya ibn Əbi Zəidədən, o da İkrimədən, o da Muhamməd ibn Abdullah əd-Dualidən, rəvayət etdi ki, Huzeyfə deyir ki: Əhzab döyüşündə bir gecə Rəsulullah (salləllahu aleyhi və səlləm)ə tərəf çevrildim, örtüyünə bürünüb namaz qılırdı. Çətin bir vəziyyətlə qarşılaşdığı zaman namaz qılardı. Bizə Abdullah ibn Muaz, o da atasından, o da Şöbədən, o da Əbu İshaqdan, o da Hərisə ibn Müdərribdən rəvayət edir ki, Əli radiyallahu anhın belə dediyini eşitdim: Bədir döyüşünün gecəsində kimə baxdımsa yatırdı, Amma Rəaulullah (salləllahu aleyhi və səlləm) namaz qılır, dua edirdi. Bu səhərə qədər davam etdi.

Ibn Cərir belə demişdir: Rəvayətə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm), əbu Hüreyrəya baş çəkdi: O qarnı üstündə yatmışdı. Qarnın mı ağrıyır dedi? O da “bəli” deyandə, qalx namaz qıl çünki, namaz şəfadır, dedi.

Ibn Cərir belə demişdir: Bizə Muhamməd ibn Ala ilə yaqub ibn İbrahim, onlar da İbn Uleyyeden, o da Uyeyye ibn Əbdurrəhman ona da atasi rəvayət etdi ki, Ibn Abbasa qardaşı Kusəmin ölüm xəbəri gəldi, bu zaman o yolçuluq əsnaslnda idi. İnna Lillah,dedi, sonra yoldan uzaqlaşdı, dəvəsini oturtdu. İki rəkat namaz qıldı. Bu namazda uzun surələr oxudu. Sonra miniyinə tərəf yeridi, bu sözləri deyirdi ”Vestaiinu bissabri  vəs salah”, ”Səbr etmək və namaz qılmaqla kömək diləyin”. Bu ikisi Allahın rəhməti üçün köməkdir dedi.

İnnəhə lə Kəbiratun” ayəsindəki əvəzlik namaza qayıdır. Bunu Mucahid açıq aydın ifadə etmişdir, Ibn Cərir də bu rəyi üstün görmüşdür. Sözdən çıxan mənayə yəni tövsiyyayə də qayıtması mümkündür. Məsələn bu ayələrdə olduğu kimi, “Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbr edənlər nail olarlar” (Qasas. 80), “yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət-34, 35). yəni bu vəziyyət edilən şey yalnız səbir edənlərə verilir, deməkdir. “Və mə yulakkaha” bu şey verilməz, ancaq böyük qismət sahiblərinə verilər, deməkdir. Hər halda “Və innəhə ləkəbiratun” O ağırdır, ancaq xuşulu olanlar müstəsna, deməkdir. Ibn Əbi Təlha rəvayət edir ki, Ibn Abbas: “yəni Allahın endirdiyini təsdiq edənlərə”  demişdir. Mucahid də: “həqiqi möminlərə demişdir.” Əbu Aliyə də: “Qorxanlara” demişdir.

Muqatil İbn Xəyyan belə demişdir: Ancaq xuşuluolanlar, yəni təvazökarlıq göstərənlər deməkdir. Dəhhak da : Namaz ağırdır, ancaq itaətində baş əyanlərə, qəzəbindən qorxanlara, vəd və xəbərdaqlığını təsdiq edənlərə deyil, demişdir. Bu, hədisdə qeyd olunana bənzəyir: “Sən böyük bir iş soruşdun, bu ancaq Allahın yüngülləşdirdiyi şəxsə asandır.

İbn Cərir: Ayənin mənası belədir demişdir: Ey əhli kitab hahamları, özünüzü Allahın itaətinə verərək, çirkin və pis şeylərə mane olan, Allahın rizasına yaxınlaşdıran, ağır gələn namazı qılaraq yardım istəyin. Ancaq namaz huşu edənlərə, yəni Allaha təvazö göstərənlərə, ona itaət üçün miskin kimi davrananlara, Onun qorxusundan zillətə bürünənlərə ağır deyildir. Və belə demişdir: Açıq aydın görünür ki, xitab nə qədər də İsrail oğullarına xəbərdarlıq etmək mövzusunda olsa da, yalnız onlar qəsd edilmiş deyildir. Bu onlar və başqaları üçün ümumi xitabdır. Allah ən doğrusunu biləndir.