Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

İmam Əhməd demişdir: Bizə Əbdürrəhman İbn Mehdi, o da Həmmad İbn Sələmədən, o da Sabitdən rəvayət edir ki, Ənəs demişdir: yəhudilər, qadınları heyz olduğu zaman evlərdə onlarla yemək yeməz və onlarla cinsi yaxınlıq etməzdilər.  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabı bunu ondan soruşdu. Allah Təala da bu haqda “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyat verici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin.” ayəsini sonuna kimi endirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Onlarla nikahdan başqa hər şey edin” — dedi. Bu söz yəhudilərə çatdıqda onlar: “Bu adam dinimizdə bizə müxalif olmayan heç nə saxlamayəcaq” — dedilər. Useyd İbn Hudayr ilə Abbad İbn Bişr gəlib: “Ey Rəsulullah, yəhudilər belə-belə sözlər deyirlər. Qadınlarımızla cinsi yaxınlıq edəkmi?” — dedilər. Rəsulullahın (salləllahu aleyhi və səlləm) çöhrəsi dəyişdi, onlara qəzəbləndiyini zənn  etdilər. Onun yanından çıxdılar. yolda Rəsulullaha süd hədiyya edildiyini gördülər. Rəsulullah (salləllahu aleyhi və səlləm) arxalarınca adam göndərdi, onlara süddən içirtdi. Başa düşdülər ki, O, onlara qəzəblənməyib.” Bunu Müslim, Həmmad İbn Sələmədən rəvayət etmişdir.

“Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun.” Qadının cinsiyyat orqanından, deməkdir. Çünki “Onlarla nikahdan başqa hər şey edin” demişdir. Bu səbəbdən də, bir çox alimlər və ya əksəriyyati, heyzli qadına cinsiyyat orqanı xaricində yaxınlaşmağı icazəli hesab etmişlər.

Əbu Davud demişdir: Bizə Musa İbn İsmayıl, o da Həmmaddan, o da Eyyubdan, o da İkrimədən rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qadınlarından biri belə demişdir: “O, heyzli zövcəsinə bir şey etmək istədikdə qadının orqanının üstünə örtük atardı.”

Bundan əlavə Əbu Davud demişdir: Bizə Qanəbi, o da Abdullahdan yəni, İbn Ömər İbn Ğanimdən, o da Abdurrəhmandan yəni, İbn Ziyaddan, o da Umarə İbn Ğurabdan rəvayət edir ki, onun bibisi, Aişədən (radiyAllahu anha) soruşmuşdu: “Birimiz heyz oluruq, onun və ərinin ancaq bir yatağı var.” O da belə dedi: “Sənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) nə etdiyini danışım: İçəri daxil olub məscidinə – Əbu Davud dedi: evindəki namaz qıldığı hissəni demək istəyir – getdi. O çıxana qədər mənim gözüm yol çəkdi. Soyuqdan əziyyat çəkmişdi. “Mənə yaxınlaş” — dedi. Mən də: “Mən heyzliyam” — dedim. O da “Dizini aç” — dedi. Mən də dizimi açdım, yanağını və sinəsini dizimin üstünə qoydu, mən də onun üstünə əyildim. O, isinərək yuxuya getdi.”

Əbu Cəfər İbn Cərir demişdir: Bizə İbn Bəşşar, o da Abdulvəhhabdan, o da Əyyubdan, o da Əbu Qilabənin kitabından rəvayət edir: Məsruq miniyinə minərək Aişənin (radiyAllahu anhə) yanına gəldi. “Peyğəmbərə və onun ailəsinə salam olsun”, dedi. Aişə də (radiyAllahu anhə): “Əbu Aişə! Salam olsun, salam olsun!” — dedi. Ona icazə verdilər, o da içəri girdi: “Səndən bir şey soruşmaq istəyirəm amma utanıram” — dedi. O da: “Mən sənin ananam, sən də mənim oğlumsan” — dedi. O da: “Bir kişi heyzli qadınına nə edə bilər?” — dedi. O da: ”Cinsi orqanı xaricində, hər şey” — dedi.

Bunu həmçinin Humeyd İbn Məsadə, o da yəzid İbn Züraydan, o da Uyeynə İbn Abdurrəhman İbn Cəvşəndən, o da  Mərvan əl-Əsfardan belə rəvayət etmişdir: Məsruq dedi: Aişəya (radiyAllahu anhə): “Bir kişi üçün heyzli qadınından nə halaldır?” — dedim. O da: ”Cinsi yaxınlıqdan başqa hər şey” — dedi.”

İbn Abbas, Mucahid, Həsən və İkrimə də bu rəydədirlər. Bundan əlavə İbn Cərir Əbu Qureybdən, o da İbn Əbu Zaidədən, o da Həccacdan, o da Meymun İbn Mihrandan rəvayət etmişdir ki, Aişə (radiyAllahu anhə): “İzarın (qurşaqdan aşağı hissəni örtmək üçün belə dolanan parça) üstündən” — demişdir.

Mən də deyirəm ki, Onunla yatmaq və yemək halaldır. Bunda bir ixtilaf yoxdur. Aişə (radiyAllahu anhə) demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə əmr edərdi, mən də heyz ikən onun başını yuyardım. Mən heyz ikən qucağıma söykənərək Quran oxuyardı.” Səhihdə demişdir: “Mən heyz ikən sümüklü ət gəvələyirdim, sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) verərdim, o da ağzını mənim ağzımı qoyduğum yerə qoyardı. Su içərdim. Sonra ona verərdim. O da ağzını mən içdiyim yerə qoyub içərdi.”

Əbu Davud demişdir: Bizə Müsəddəd, o da yəhyadan, o da Cabir İbn Sübhan rəvayət edir ki, Xilas əl-Həcəri demişdir: Aişənin (radiyAllahu anhə)  belə dediyini eşitdim: Mən və Rəsulullah (salləllahu aleyhi və səlləm) bir yorğanın altına girərdik, mən də heyzli olardım. Əgər məndən ona bir şey bulaşsa həmin yerini yuyardı, başqa yerə keçməzdi. Əgər paltarına bir şey bulaşarsa yalnız həmin yeri yuyardı, başqa yerə keçməzdi və onda namaz qılardı.” Əbu Davudun Səid İbn Abdulcəbbardan, o da Abdulaziz İbn Muhamməddən, o da Əbu yamənidən, o da Ummi Zərrədən, o da Aişədən (radiyAllahu anhə) rəvayət edilən: “Mən heyz olduğum zaman döşəkdən həsirə keçərdim. Təmizlənənə qədər ona yaxınlaşmazdıq” hədisi isə, uzaq dayənmağa və ehtiyata aid edilir.

Başqaları da belə demişdilər: Heyzliya toxunmaq ancaq izarın altındakı yerlərdən kənara olar. Necə ki, İki Səhihdə Məymun binti əl-Haris əl Hiləliyya demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) heyzli qadınlarından birinə toxunmaq istəyardisə, ona əmr edərdi, o da izara bürünərdi.” Bu ləfz Buxarinindir. Hər ikisinin Aişədən (radiyAllahu anhə) də oxşar rəvayəti vardır.

İmam Əhməd, Əbu Davud, Tirmizi və İbn Macə, Əla İbn əl-Hərisdən, o da Hizam İbn Həkimdən, o da əmisi Abdullah İbn Səd əl-Ənsaridən rəvayət etmişdir ki, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşmuşdu: “Heyzli qadınımdan mənə nə halaldır?” O dedi: “Nə izarın üstündədir.” yenə Əbu Davud, Muaz İbn Cəbəldən bunu rəvayət etmişdir: Mən, Rəsulullahdan ((salləllahu aleyhi və səlləm) ): “Heyzli qadınımdan mənə nə halaldır?” deya soruşdum. O dedi: “Nə izarın üstündədir. Qorunmaq daha yaxşıdır.” Bu, Aişə — daha əvvəl qeyd edildiyi kimi — , İbn Abbas, Səid İbn Musəyyab və Şüreyhdən də rəvayət edilmişdir.

Bu və buna bənzər hədislər, heyzli qadının ancaq izarın üstündən olan yerlərinin halal olacağını deyanlərə dəlildir. Şəfinin (rəhmətullahı aleyh) iki rəyindən biri də budur. Bir çox İraqlılar və digərləri də bu rəyi üstün hesab etmişdilər. Dəlilləri də həmin yerin — cinsi orqanın — qadağan olunmuş yer olmasıdır. O isə haramdır. Çünki ora yaxınlaşmaq Əziz və Cəlil olan Allahın haramına yaxınlaşmaq deməkdir ki, alimlər həmin yerin haram olmasında yekdil rəydə olmuşlar. Bu, cinsi orqandan yaxınlıq etməkdir. Bunu edən günahkar olar, Allaha tövbə və istiğfar edər. Bununla yanaşı kəffarə lazımdırmı və ya lazım deyil mövzusunda iki rəy vardır.

Birincisi: Bəli lazımdır. Çünki İmam Əhməd və Sünən kitablarının sahibləri İbn Abbasdan, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) heyzli qadınına yaxınlaşanların bir və yaxud yarım dinar sədəqə verəcəyini rəvayət etmişlər. Tirmizinin bir variantı da belədir: “Əgər qan qırmızıdırsa bir dinar, sarıdırsa yarım dinardır.” Bununla yanaşı İmam Əhmədin də ondan belə bir rəvayəti vardır: ““Rəsulullah (salləllahu aleyhi və səlləm) yaxınlıq edilən heyzli üçün bir dinar təyin etmişdir. Əgər ona yaxınlıq edilən zaman qan artıq çəkilibsə, lakin qüsl etməyibsə, yarım dinardır.”

İkinci rəy – bu daha doğrudur. Şəfinin yeni rəyi ilə cumhur da bu rəydədirlər ki, bunda bir şey yoxdur. Sadəcə olaraq Allaha tövbə və istiğfar edər. Onlara görə hədisin mərfu olması səhih deyildir. Çünki yuxarıda qeyd edildiyi kimi mərfu olaraq da məvquf olaraq da rəvayət edilmişdir. Məvquf olan hədis imamların çoxuna görə səhihdir.

“Pak olmayınca onlarla yaxınlıq etməyin.” Bu “Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun” kəlamının izahıdır. Qanama davam etdiyi müddətdə onlarla cinsi yaxınlıq etmək qadağan edilmişdir. Mənası da qan kəsildiyi zaman bunun halal olmasıdır. Sələfdən bir qrup belə demişdir. Qurtubi demişdir: Mucahid, İkrimə və Tavus demişlər: “Qanın kəsilməsi qadını ərinə halal edir. Lakin qadının dəstəmaz alması ilə.”

“Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın” Bu isə, qüsl aldıqlarından sonra onlarla yaxınlıq etməyin müstəhəb olduğunu göstərir. İbn Həzim isə, “Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın” ayəsi barəsində, hər heyzdən təmizləndikdən sonra onlarla yaxınlıq etməyin vacib olduğunu demişdir. Onun söykənəcəyi bir əsası yoxdur. Çünki bu, qadağadan sonra edilən əmrdir. Bu barədə üsuli-fiqh alimlərinin görüşləri vardır. Onlardan bəziləri ümumi olaraq vacib görmüşlər. Onların İbn Həzim kimi dəlilə ehtiyacları var. Bəziləri isə, əmrin icazə (mübah) üçün olduğunu bildirərək, ondan öncə olan qadağanın, əmrin vaciblik hökmünü dəyişdiyini demişlər. Bu isə, şübhə doğurur. Dəlil sayılacaq rəy isə, əmrin qadağadan əvvəlki vəziyyətə qaytarılması və əgər vacib olubsa vacib olmasıdır. Məsələn, bu ayədəki kimi “haram aylar çıxan kimi müşrikləri öldürün” (Tövbə, 5). yox əgər icazəli (mübah) olubsa, icazəli olmasıdır. Necə ki, Allah taəla bu ayələrdə buyurur: “ehramdan çıxdıqdan sonra ov edin” (Maidə, 5), “namazı bitirəndən sonra yer üzünə səpələnin” (Cümə, 10). Dəlillər bu görüş ətrafında cəmləşir. Əl-Qəzali və digərləri bunu nəql etmişlər. Sonrakı bəzi alimlər də bunu seçmişlər ki, doğrusu da budur.

Alimlər qadının heyzi bitdikdən sonra o su ilə və yaxud da təyammüm ilə təmizlənmədikcə halal olmaması barədə ittifaq etmişlər. Şübhəsiz ki,[1] bu özünəməxsus şərtlə onun üçün üzrlü sayılarsa belə edilər. yalnız Məlikilərdən yəhya İbn Bukeyr istisnadır. O, Buxarinin şeyxlərindən biridir. Onun rəyinə görə sadəcə qanın kəsilməsi, qadınla cinsi yaxınlığı icazəli edir. Bəziləri bu rəyi İbn Abdul-Həkəmdən də nəql edirlər. İrəlidə qeyd edildiyi kimi Qurtubi bunu Mucahid, İkrimə və Tavusdan rəvayət etmişdir.  Əbu Hənifə rahiməhullah demişdir: “Heyz uzun çəkərsə, — bu da ona görə on gündür – sadəcə qanın kəsilməsi ilə qadın halal olur və qüsl almağa ehtiyac yoxdur. Bu müddətdən daha az vaxtda qüsl almadan yaxınlaşmanın halal sayılması doğru deyil. Bu zaman bir namaz vaxtı keçdikdən sonra qadına yaxınlaşılar. yalnız zimmi qadınlar müstəsnadır. Onların yanına, sadəcə qankəsilməsi ilə yaxınlaşılar.” Allah ən doğrusunu biləndir.

İbn Abbas demişdir: “pak olmayınca” yəni qandan, “təmizləndikdən sonra” yəni su ilə. Mucahid, İkrimə, Həsən, Muqatil İbn Həyyan, Leys İbn Sad və digərləri də belə demişlər.

Allahın əmr etdiyi yerdən” yəni, qadının cinsiyyat orqanından. İbn Abbas, Mucahid və bir çoxları belə demişlər. Əli İbn əbu Talha da, İbn Abbasın “Allahın əmr etdiyi yerdən” ayəsi barəsində bu cür dediyini rəvayət etmişdir: “Cinsiyyat orqanından yaxınlaşın, kənara çıxmayın. Kim belə edərsə, kənara keçmiş olar.” İbn Abbas, Mucahid və İkrimə “Allahın əmr etdiyi yerdən” yəni, uzaq olun, demişlər. Burada anusdan cinsi əlaqənin qadağan olması barədə dəlil var. yaxında bu haqda qərar veriləcək.

Əbu Razin, İkrimə, Dəhhak və digərləri “Allahın əmr etdiyi yerdən” yəni təmiz, heyzli olmadıqları halda yaxınlıq edin.  Buna görə də, Allah “şübhəsiz ki, Allah tövbə edənləri sevir” buyurmuşdu. yəni, günahlardan. Hətta bu işi bir neçə dəfə edib sonra günahdan tövbə edənləri də sevir. “təmizlənənləri də sevir” yəni, pisliklərdən və əziyyat verən şeylərdən. Onlar isə heyzlilərə yaxınlaşmaq və icazə olmadığı yerdən yaxınlaşmaq kimi şeylərdir.

Qadınlar sizin tarlanızdır” İbn Abbas demişdir: Tarla uşağın olduğu yerdir. “Tarlanıza istədiyiniz kimi yaxınlaşın” yəni, eyni yerdən istər öndən istər arxadan, istədiyiniz kimi, necə ki, hədislərdə sabit olmuşdu.

Buxari demişdir: Bizə Əbu Nuaym, o da Sufyandan, o da İbn Munkədirdən, onun da Cabirdən belə eşitdiyini rəvayət etmişdir: “yəhudilər: “Qadınla arxa tərəfdən cinsi əlaqəya girərsə, uşaq çəpgöz olar” — deyərdilər. Buna görə “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsi nazil oldu. Bunu Muslim və Əbu Davud da Sufyan əs-Səuridən bu cür rəvayət etmişdir.

İbn Əbu Hatim demişdir: Bizə yunus İbn Abdul-Alə, o da İbn Vəhbdən, o da Malik İbn Ənəsdən, İbn Cureycdən və Sufyan İbn Səid əs-Səuridən, onlar da  Muhəmməd İbn Munkədirdən, o da Cabir İbn Abdullahdan onun belə dediyini rəvayət etmişdir: “yəhudilər müsəlmanlara dedilər: “Qadın arxayə çevrilmiş vəziyyətdə onunla cinsi əlaqəya girərsə, uşaq çəpgöz olar” və izzət və cəlal sahibi Allah da bu ayəni nazil etdi: “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın”.

İbn Cureyc bu hədisdə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qadın arxayə çevrilməmiş və çevrilmiş vəziyyətdə (fərq etməz), əsas odur ki, cinsiyyat orqanından olsun.”

Bəhz İbn Həkim İbn Muaviyya İbn Həydə əl-Quşeyridən, o da atasından, o da babasından onun belə dediyini rəvayət etmişdir: “Ey Allahın Elçisi, qadınlarımıza nəyi edə bilərik və nəyi edə bilmərik?” O buyurdu: “Tarlandır, tarlana istədiyin kimi yaxınlaş. Ancaq üzündən vurma, eybəcər olduğunu demə, və evindən başqa yerdə tənha tərk etmə” Hədisi imam Əhməd və Sünən sahibləri rəvayət etmişlər.

Başqa bir hədisdə İbn Əbu Hatim demişdir: Bizə yunus, o da İbn Vəhbdən, o da İbn Ləhiyadən, o da yəzid İbn Əbu Həbibdən, o da Amir İbn yəhyadan, o da Hanəş İbn Abdullahdan, o da Abdullah İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına Himyar qəbiləsindən bir neçə nəfər gəlib, ona bəzi şeylər barəsində suallar verdilər. Bir kişi ondan soruşdu: “Mən qadınlara arxasını çevirdiyi vəziyyətdə yaxınlaşıram, buna necə baxırsan?” Allah Təala bu ayəni endirdi: “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın”.

Başqa bir hədis: Əbu Cəfər ət-Təhavi “Müşkilul hədis” kitabında demişdir: Bizə Əhməd İbn Davud İbn Musa, o da yaqub İbn Kəsibdən, o da Abdullah İbn Nəfidən, o da Hişam İbn Səddən, o da Zeyd İbn Əsləmdən, o da Əta İbn yasardan, o da Əbu Səid əl-Xudridən onun belə dediyini rəvayət etmişdi: “Bir adam zövcəsinə arxadan yaxınlaşdı, insanlar onun bu əməlinə etiraz etdilər. Allah da “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsini nazil etdi.” Bunu İbn Cərir də yunusdan, o da yaqubdan rəvayət etmişdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Affən, o da Vuheybdən, o da Abdullah İbn Osman İbn Xuseymdən, o da Abdur-Rahmən İbn Sabitdən nəql edir ki, o demişdir: Abdur-Rahmən İbn Əbubəkrin qızı Həfsənin yanına gedib dedim: “Sənə bir sual vermək istəyirəm, amma utanıram.” O dedi: “Utanma, ey qardaş oğlu.” O da dedi: “Qadınlara arxadan yaxınlaşmaq barəsində soruşurdum.” O da cavab verdi: Mənə Ummu Sələmə dedi ki, Ənsarlar qadınları arxayə çevrilmiş vəziyyətdə onlarla yaxınlıq etməzdilər. yəhudilər deyərdi ki, kim qadınına arxayə çevrilmiş vəziyyətdə yaxınlaşarsa, uşağı çəpgöz olar. Mühacirlər Mədinəyə gəlib Ənsar qadınlarla evləndilər, onlarla arxayə çevrilmiş vəziyyətdə yaxınlıq etdilər. Bir qadın ərinə qulaq asmadı və dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verməyanə qədər, etməyəcəksən.” Ummu Sələmənin yanına gəldi və vəziyyəti anlatdı. O da dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) gələnə qədər otur gözlə.” Rəsulullah (salləllahu aleyhi və səlləm) gələndə Ənsar qadın sual verməkdən utandı və çıxdı. Onun yerinə Ummu Sələmə soruşdu. O dedi: “Həmin Ənsar qadını çağır.” O da çağırdı və Rəsulullah (salləllahu aleyhi və səlləm) ona bu ayəni oxudu: “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın”, eyni yerdən yaxınlaşsaz fərq etməz.” Bunu Tirmizi, Bundərdən, o da İbn Mehdidən, o da Sufyandan, o da İbn Xuseymdən rəvayət etmiş və: “həsəndir” — demişdir.

Mən də deyirəm: Həmməd İbn əbu Hənifədən, o da atasından, o da İbn Xuseymdən, o da yusuf İbn Mahəkdən, o da möminlərin anası Həfsədən rəvayət edilmişdir ki, bir qadın onun yanına gəlib dedi: “Ərim məni çevirərək arxadan və uzadaraq önümdən əlaqədə olur.” Bu xəbər Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatdıqda, o dedi: “Eyni yerdən olduqda zərəri yoxdur.”

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Həsən, o da yaqubdan yəni, əl-Qamədən, o da Cəfərdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Ömər İbn Xəttab, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Rəsulullah, məhv oldum.” O soruşdu: “Səni nə məhv etdi?” O cavab verdi: “Keçən gecə yahərimi çevirdim!” O da ona heçnə demədi. Allah da Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsini vəhy etdi. O dedi: “İstər öndən, istər arxayə çevrilmiş vəziyyətdə yaxınlaş, bircə arxadan və heyzdən uzaq dur.” Bunu Tirmizi də Abd İbn Humeyddən, o da Həsən İbn Musa əl-Əşyabdən bu cür rəvayət etmiş və: “həsən qərib” — demişdir.

İmam Əhməd demişdir: Bizə yəhya İbn Ğaylan, o da Rişdindən, o da Həsən İbn Səvbandan, o da Amir İbn yəhya əl-Muafiridən, o da Hanəşdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Bu ayə “Qadınlar sizin tarlanızdır…”, bəzi ənsarlar barəsində nazil olmuşdu. Onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib ona sual verdilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Uşaq olan yerdən olacaqsa, zövcənə hər vəziyyətdə yaxınlaşa bilərsən.”

Hafiz Əbu yalə demişdir: Bizə Haris İbn Sureyc, o da Abdullah İbn Nəfidən, o da Hişam İbn Saddan, o da Zeyd İbn Əsləmdən, o da Əta İbn yasardan, o da Əbu Səiddən onun belə dediyini rəvayət etmişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) vaxtında bir adam zövcəsi ilə arxadan yaxınlıq etdi. İnsanlar dedilər: Filankəs qadınına arxadan yaxınlaşdı. Buna görə Allah Təala bu ayəni nazil etdi: ”Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın”.

Əbu Davud demişdir: Əbdüləziz İbn yəhya Əbu-Əsbağ dedi: Bizə Muhəmməd -yəni, İbn Sələmə -, o da Muhəmməd İbn İshaqdan, o da Əban İbn Salihdən, Mucahiddən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: İbn Ömər — Allah onu bağışlasın — xəta etdi, bu qəbilə Ənsarlardan idi. Onlar bütpərəst idilər, yəhudilərlə bərabər yaşayərdılar. Onlar isə, Əhli kitab idilər. Özlərinin elmdə onlardan üstün hesab edirdilər. Onlar da bir çox işlərdə onların etdiyi kimi edərdilər. Əhli kitabın da bir işi qadınlarla yalnız bir formada olmaqları idi. Bu da qadının daha qapalı olduğu hal idi. Ənsardan olan bu qəbilə, həmin adəti onlardan götürmüşdü. Qureyşdən olan bu qəbilə isə, qadınlarla biabırçı tərzdə yaxınlıqlar edirdilər. Öndən, arxadan və kürəyi üstə uzanmış halda yaxınlıq edib həzz alırdılar. Mühacirlər Mədinəyə gələndə onlardan biri Ənsar qadınla evləndi. Ona bu hərəkəti etmək istədi, o qəbul etmədi və dedi: “Bizə yalnız bir qaydada yaxınlaşmaq olar, onu et, ya da məndən uzaq dur.” Bu xəbər yayıldı və Rəsulullaha (salləllahu aleyhi və səlləm) da gəlib çatdı. Allah buna görə “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsini nazil etdi. yəni, öndən, arxadan və kürəyi üstə uzanmış halda yaxınlıq etmək olar deməkdir. Burada uşaq olan yeri qəsd etdi.” Bunu yalnız Əbu Davud rəvayət etmişdir. Səhihliyinə də yuxarıda qeyd edilən hədislər, xüsusi ilə də Ummu Sələmənin rəvayət etdiyi hədis şahidlik edir. Çünki ifadə tərzləri bənzərdir.

Bu hədisi Hafiz Əbu Qasım ət-Təbərani də Muhamməd İbn İshaq, o da Əban İbn Salih, o da Mucahid yolu ilə rəvayət etmişdir. Mucahid demişdir: “Mən Quranı İbn Abbasa başdan axıra qədər oxudum. Onu hər ayədə dayəndırıb sual verirdim. Nəhayət “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsinə gəldim, İbn Abbas dedi: “Bu Qureyşdən bir qəbilədir. Məkkədə qadınlarla istədikləri tərzdə əlaqədə olar və bundan zövq alardılar…” dedi. İbn Abbas hadisəni tam şəkildə danışdı.

İbn Abbasın “Allah İbn Öməri bağışlasın, o xəta etdi,” sözləri Buxarinin bu rəvayətinə işarədir: Bizə İshaq danışdı, o da Nadir İbn Şumeyldən, o da İbn Avndan, o da Nafidən dedi: “İbn Ömər Quranı oxuyub bitirincəya qədər danışmazdı. Bir gün ondan dərs alırdım, əl-Bəqərə surəsini oxudu və bir ayəyə çatanda dedi: “Kimin haqqında nazil olub bilirsənmi?” Mən də: “Xeyr” — dedim. O da: “Filan hadisə haqqında” — dedi. Sonra davam etdi.” Abdussaməd deyir ki, mənə atam, o da Əyyubdan, o da Nafidən, İbn Ömərin “tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Zövcəsinə hər cür yaxınlaşır.” Bu şəkildə bunu yalnız Buxari rəvayət etmişdir. Bu yöndən də ondan olan rəvayəti ilə təkləşmiş sayılır.

İbn Cərir demişdi: Mənə yaqub İbn İbrahim, o da İbn Uleyyadən, o da İbn Avndan, o da Nafinin belə dediyini rəvayət etmişdir: “Bir gün “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsini oxudum. İbn Ömər soruşdu: “Nəyə görə nazil olduğunu bilirsənmi?” Mən: “Xeyr” — dedim. O da dedi: “Qadınlara arxalarından yaxınlaşmaq barəsində endi.”

Mənə Əbu Qilabə, o da Abdussaməd İbn Abdul-Varisdən, o da atasından, o da Eyyubdan, o da Nafidən, İbn Ömərin “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “yəni, arxadan.” Malikin Nəfidən, onun da İbn Ömərdən olan rəvayəti var, lakin səhih deyil.

Nəsai də Muhamməd İbn Abdullah İbn Abdul-Həkəmdən, o da Əbubəkr İbn Əbu Uveysdən, o da Suleyman İbn Bilaldan, o da Zeyd İbn Əsləmdən, o da İbn Ömərdən onun belə dediyini rəvayət etmişdir: “Bir kişi qadını ilə arxasından əlaqədə oldu. Bu hərəkətinə görə özünü pis şəkildə qınadı. Allah da bu ayəni nazil etdi: “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın”.

Əbu Hatim ər-Razi demişdi: “Əgər bu, Zeyd İbn Əsləmdə, İbn Ömərdən olsaydı, insanlar Nəfiya bu qədər maraq göstərməzdi.” Bu da onun hədisdəki qüsuru bildirməsidir. Bunu Abdullah İbn Nəfidən, o da Davud İbn Qeysdən, o da Zeyd İbn Əsləmdən, o da Əta İbn yasərdən, o da İbn Ömərdən rəvayət etmişdir. Sonra rəvayəti qeyd etdi.

Bu hədis yuxarıda göstərilən kimi uşaq olan yerə arxadan yaxınlaşmağa aiddir. Çünki bunu Nəsai də, Əli İbn Osman ən-Nufeylidən, o da Səid İbn İsadan, o da Fadl İbn Fədalədən, o da Abdullah İbn Suleyman ət-Tavildən, o da Kəb İbn Əlqamədən, o da Əbu Nadrdan danışır ki, o, İbn Ömərin azad etdiyi Nəfiya demişdi: “İnsanlar sənin əleyhinə danışırlar ki, sən İbn Ömərin adından deyirsən ki, o, qadınlara arxadan yaxınlaşmaq üçün fitva verib.” O dedi: “Mənim barəmdə yalan danışıblar. Ancaq mən sənə hadisənin necə olduğunu söyləyacəyam. Bir gün İbn Ömər Mushafı vərəqləyirdi, mən də yanında idim. “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsinə gəlib çatdıqda dedi: “Ey Nəfi, bu ayə barəsində bir şey bilirsənmi?” Mən: “Xeyr” — dedim. O isə dedi: “Biz Qureyşlilər qadınlarla onları arxayə çevirərək əlaqədə olurduq. Mədinəyə gəlib Ənsar qadınlarla evlənib onlarla istədiyimizi etmək istədik. Onlar buna etiraz etdilər və söz-söhbət böyüdü. Ənsar qadınları yəhudiləri örnək götürərək yalnız arxaları üstə uzanıb əlaqəya girərdilər. Buna görə Allah Təala “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın” ayəsini nazil etdi.” Bunun isnadı səhihdir. Onu İbn Mərdəveyh, o da Təbəranidən, o da Hüseyn İbn İshaqdan, o da Ömərin katibi Zəkəriyya İbn yəhyadan, o da Mufaddəl İbn Fədalədən, o da Abdullah İbn Ayyaşdan, o da Kəb İbn Əlqamədən rəvayət etmişdir. Biz isə İbn Ömərdən bunun açıq-aşkar tərsini rəvayət edirik. O, az sonra gələcəyi kimi, bunu mübah və halal görməmişdir. Bu söz Mədinə fəqihlərinə və qeyrilərinə nisbət olunsa da, bəziləri bunu əs-Sir kitabında imam Məlikə aid etmişlər. Əksəriyyat bunun imam Məlikə aid olmasını düzgün saymır. Allah ona rəhmət etsin.

Müxtəlif yollarla rəvayət edilən hədislər, bunu etməyin qadağan olduğunu və yolverilməzliyini bildirilir. Həsən İbn Ərafa demişdir: Bizə İsmayıl İbn Ayyaş, o da Səhl İbn əbu Salihdən, o da Muhəmməd İbn əl-Munkədirdən, o da Cabirdən onun belə dediyini rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Utanın, Allah haqdan utanmaz. Qadınlara arxalarından əlaqəya girmək halal deyil.”

İmam Əhməd demişdir: Bizə Abdurrəhman, o da Sufyandan, o da Abdullah İbn Şəddaddan, o da bir kişidən, o da Xuzeymə İbn Sabitdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) kişinin zövcəsinin arxa yolundan cinsi əlaqəya girməyi qadağan etdi.

Başqa bir yol: İmam Əhməd demişdir: Bizə yaqub, o da atasından, o da yəzid İbn Abdullah İbn Usamə İbn əl-Hədidən, o da Ubeydullah İbn əl-Huseyn əl-Valibidən, o da Həramiy İbn Abdullah əl-Vaqifidən, o da Huzeymə İbn Sabit əl-Xatmidən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah haqdan utanmaz (3 dəfə təkrar etdi). Qadınlarla arxadan əlaqədə olmayın. Bunu Nəsai ilə İbn Macə müxtəlif yollarla Xuzeymə İbn Sabitdən rəvayət etmişlər. Sənədində çoxlu ixtilaflar var.

Başqa bir hədis: Əbu İsa Tirmizi ilə Nəsai demişlər: Bizə Əbu Səid əl-Əşəc, o da Əbu Xalid əl-Əhmərdən, o da Dəhhak İbn Osmandan, o da Məxrəmə İbn Suleymandan, o da Kureybdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah kişinin və ya qadının arxa yolundan əlaqədə olan kişinin üzünə baxmaz.” Sonra Tirmizi demişdir: “Bu, hədis həsən qəribdir.” Bunu İbn Hibban da “Səhih” əsərində rəvayət etmişdir. İbn Həzim də səhih olduğunu bildirmişdir. Ancaq Nəsai onu Hənnaddan, o da Vəkidən, o da Dəhhakdan məvquf olaraq rəvayət etmişdir.

Abd demişdir: Bizə Abdurrəzzaq, o da Məmərdən, o da İbn Tavusdan, o da atasından nəql etmişdir ki, bir nəfər İbn Abbasdan qadınlara arxalarından yaxınlaşmaq barəsində sual verdi. O belə cavab verdi: “Məndən küfr barəsində soruşursan?” İsnadı səhihdir.

Nəsai də İbn Mubarakdən, o da Mamərdən oxşarını rəvayət etmişdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Abdussaməd, o da Huməmdən, o da Qatadədən, o da Amr İbn Şueybdən, o da atasından, o da babasından, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Zövcəsinə arxa yolundan yaxınlaşmaq kiçik homoseksuallıqdır (əl-Lutiyyatus-suğra).”

Abdullah İbn Əhməd demişdir: Mənə Hudbə, o da Huməmdən danışdı ki, Qatadədən qadınlara arxa yolundan yaxınlıq edən barəsində soruşdular. O dedi: Bizə Amr İbn Şueyb, o da atasından, o da babasından, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “O, kiçik homoseksuallıqdır.”

Qatadə demişdir: Mənə Uqbə İbn Vəssac, o da Əbu Dərdadan onun belə dediyini rəvayət etmişdir: “Bunu kafirdən başqası edərmi?” Bu hədis yəhya İbn Səid əl-Qəttandan, o da Səid İbn əbu Ərubədən, o da Qatadədən, o da Əbu Əyyubdan, o da Abdullah İbn Amr İbn Asdan onun sözü olaraq rəvayət edilmişdir. Bu daha sağlamdır. Allah ən doğrusunu biləndir.

Eyni şəkildə bunu Abd İbn Humeyd, o da yəzid İbn Harundan, o da Humeyd əl-Əracdan, o da Amr İbn Şueybdən, o da atasından, o da Abdullah İbn Amrdan onun sözü kimi məvquf olaraq rəvayət etmişdir.

Başqa bir yolla: Cəfər əl-Firyabi demişdir: Bizə Quteybə, o da İbn Ləhiyadən, o da Abdurrəhman İbn Ziyad İbn əl-Əmdən, o da Əbu Əbdurrəhman əl-Hublidən, o da Abdullah İbn Amrdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah qiyamət günü 7 nəfərə baxmaz, onları təmizə çıxarmaz, onlara atəşə girənlərlə bərabər “sizdə girin” deyar: aktiv və passiv homoseksual, əli ilə məni çıxardan, heyvanla yaxınlıq edən, qadına arxa yolundan yaxınlıq edən, qadın və onun qızı ilə birlikdə evlənən, qonşusunun zövcəsi ilə zina edən və lənət oxunacaq səviyyadə qonşusuna əziyyat verən.” İbn Ləhiya ilə şeyxi zəifdirlər.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq, o da Sufyandan, o da Asimdən, o da İsa İbn Hattandan, o da Muslim İbn Salamdan, o da Əli İbn Talqdan onun belə dediyini rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınlara arxalarından yaxınlıq etməyi qadağan etdi. Allah haqdan utanmaz.”

yenə də Əhməd bunu Əbu Muaviyadən, həmçinin Əbu İsa Tirmizi də Əbu Muaviyənin yolu ilə rəvayət etmişdir. Orada əlavə var idi. Tirmizi demişdir: “O, həsən hədisdir.”

Bəziləri bu hədisi Əli İbn Əbu Talibə nisbət edərək onun rəvayətləri arasında qeyd edirlər. Necə ki, imam Əhməd İbn Hənbəlin Musnəd əsərində bu cürdür. Doğrusu budur ki, o, Əli İbn Talqdır.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq, o da Mamərdən, o da Suheyl İbn əbu Salihdən, o da Haris İbn Muxalləddən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Zövcəsinə arxa yolundan yaxınlaşana Allah baxmaz.”

Bizə Affan, o da Vuheybdən, o da Suheyldən, o da Haris İbn Muxalləddən, o da Əbu Hureyrədən mərfu olaraq, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah, zövcəsinə arxadan yaxınlaşanın üzünə baxmaz.”

Bunu İbn Macə də Suheylin yolu ilə rəvayət etmişdir.

Bizə Vəki, o da Suheyl İbn əbu Salihdən, o da Haris İbn Muxalləddən, o da Əbu Hureyrədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Zövcəsinə arxadan yaxınlaşan lənətlənmişdir.” Əbu Davud və Nəsai də Vəkinin yolu ilə bu cür rəvayət etmişlər.

Başqa bir yolla: Hafiz Əbu Nueym əl-İsfahani demişdir: Bizə Əhməd İbn Qasım İbn Rəyyan, o da Əbu Abdurrəhman NəSəidən, o da Hənnad ilə Muhəmməd İbn İsmayıldan — ləfzi ikincisinə aiddir — bizə Vəki, o da Sufyandan, o da Suheyl İbn əbu Salihdən,  o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Zövcəsinə arxadan yaxınlaşan lənətlənmişdir.” Bu hədis Nəsainin Sünən əsərində bu cür deyil. Orada yuxarıdakı kimidir, Suheyldən, o da Haris İbn Muxalləddən.

Şeyximiz Hafiz Əbu Abdullah əz-Zəhəbi demişdir: Əhməd İbn Qasım İbn Rəyyanın bu hədisi bu sənədlə rəvayət etməsi onun səhvidir. Onun özünü də zəif hesab etmişlər.

Başqa bir yolla: Bunu Muslim İbn Xalid Əz-Zənci, Alə İbn Abdurrəhmandan, o da atasından, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qadınlara arxadan yaxınlaşan lənətlənmişdir.” Muslim İbn Xalid barəsində çoxlu söz-söhbət var. Allah ən doğrusunu biləndir.

Başqa bir yolla: Bunu İmam Əhməd ilə Sünən əsərlərinin sahibləri Həmmad İbn Sələmədən, o da Hakim əl-Əsrəmdən, o da Əbu Təmimə əl-Huceymidən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim heyzli qadınla yaxınlıq edərsə və yaxud bir qadınla arxadan əlaqədə olarsa və yaxud bir kahinin yanına gedib dediklərini təsdiqləyarsə, Muhəmmədə endiriləni inkar etmiş olar.” Tirmizi demişdir: Buxari bu hədisin zəif olduğunu bildirmişdir. Həkim əl-Əsrəmdən, onun da Əbu  Təmimdən olan hədisi haqqında Buxarinin dediyi budur: “Ona hədisində tabe olunmaz.”

Başqa bir yolla: Nəsai demişdir: Bizə Osman İbn Abdullah, ona da Suleyman İbn Abdurrəhman öz kitabından, o da Abdulmalik İbn Muhəmməd Sənanidən, o da Səid İbn Əbdüləzizdən, o da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahdan haqqı ilə həya edin, qadınlarla arxadan yaxınlıq etməyin.” Bunu bu yolla yalnız Nəsai rəvayət etmişdir.

Hafiz Həmzə İbn Muhəmməd əl-Kinani demişdir: “Bu hədis munkər və batildir. O, Zuhrinin hədisindən, Əbu Sələmənin hədisindən və Səidin hədisindən rəvayət edilmişdir. Abdulmalik Səiddən bu hədisi dinləmiş olsa belə, bu onun yaddaşı qarışandan sonra baş vermişdi. Zuhri bunu Əbu Sələmədən rəvayət etmişdir. O bunu qadağan edərdi. Amma Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) olan hədis şəklində rəvayət etməzdi.” Onun sözü bitdi.

Gözəl söylədi və yerində tənqid etdi. Ancaq Abdulmalik İbn Muhəmməd Sənaninin yaddaşının qarışdığı bəlli deyil. Bunu da Həmzə əl-Kinanidən başqası qeyd etməmişdir. O isə etibar ediləndir. Ancaq Duheym, Əbu Hatim və İbn Hibban onun haqqında tənqidi danışmışlar. O demişdir: “Onu dəlil gətirmək icazəli deyil.” Allah ən doğrusunu biləndir.

Zeyd İbn yəhya İbn Ubeyd, o da Səid İbn Əbdüləziz yolu ilə ona qoşulmuşlar. Əbu Sələmədən başqa iki yolla rəvayət edilmişdir. Heç biri səhih deyil.

Başqa bir yolla: Nəsai demişdir: Bizə İshaq İbn Mənsur, bizə Abdurrəhman İbn Mehdi, o da Sufyan əs-Səuridən, o da Leys İbn Əbu Suleymdən, o da Mucahiddən, o da Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: “Kişilərin qadınlarla arxadan yaxınlıq etməsi küfrdür.”  Sonra bunu Bundardan, o da Abdurrəhmandan bu cür rəvayət etmişdir: “Kim zövcəsi ilə arxasından yaxınlıq edərsə, küfrə yiyalənər.”  Nəsai bunu Səvri, o da Leys, o da Mucahid, o da Əbu Hureyrə yolu ilə məvquf olaraq rəvayət etmişdir. Bunu beləcə də Əli İbn Bəzimədən, o da Mucahiddən, o da Əbu Hureyrədən məvquf olaraq rəvayət etmişdir. Bunu Bəkr İbn Xuneys, o da Leysdən, o da Mucahiddən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim kişi və yaxud qadınların arxalarından yaxınlıq edərsə, küfr edər.” Məvquf rəvayət daha səhihdir. Bəkr İbn Xuneysi imamlardan çoxu zəif saymış, digərləri isə tərk etmişlər.

Başqa bir hədis: Muhamməd İbn Əban əl-Bəlxiy demişdir: Bizə Vəki, o da Zəma İbn Salihdən, o da İbn Tavusdan, o da atasından, o da Amr İbn Dinar ilə Abdullah İbn yəzid İbn əl-Hədidən, ikisi də Ömər İbn Xəttabdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişlər: “Allah haqdan utanmaz, qadınlarınıza arxadan yaxınlaşmayın.”

Bunu Nəsai də rəvayət edərək demişdir: Bizə Səid İbn yaqub əl-Talaqani, o da Osman İbn yaməndən, o da Zəma İbn Salihdən, o da İbn Tavusdan, o da atasından, o da İbn əl-Hadidən, o da Ömərin belə dediyini rəvayət etmişdir: “Qadınlarla arxalarından yaxınlıq etməyin.”

Bizə İshaq İbn İbrahim, o da yəzid İbn əbu Hakimdən, o da Zəma İbn Salihdən, o da Amr İbn Dinardan, o da Tavusdan, o da Abdullah İbn əl-Hədi əl-Leysidən, Ömərin (radiyAllahu ənh) belə dediyini rəvayət etmişdir: “Allahdan utanın, Allah haqdan utanmaz, qadınlara arxadan yaxınlıq etməyin.” Məvquf, daha səhihdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Ğundər və Muaz İbn Muaz, ikisi də Şubədən, o da Asim əl-Əhvəldən, o da İsa İbn Hattandan, o da Muslim İbn Salamdan, o da Talq İbn yəziddən yaxud yəzid İbn Talqdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah haqdan utanmaz, Qadınlara arxalarından yaxınlaşmayın.” Bir çoxları da Şubədən bu cür rəvayət etmişlər. Bunu Abdurrəzzaq Mamərdən, o da Asim əl-Əhvəldən, o da İsa İbn Hattandan, o da Muslim İbn Salamdan, o da Talq İbn Əlidən rəvayət etmişdir. Ola bilər ki, yuxarıda qeyd olunan Əli İbn Talqdır. Allah ən doğrusunu biləndir.

Başqa bir hədis: Əbubəkr əl-Əsrəm Sünən əsərində demişdir: Bizə Əbu Muslim əl-Harami, o da Uneys İbn İbrahimin qardaşından, o da atası İbrahim İbn Abdurrəhman İbn əl-Qaqadan, o da atası Əbu-Qaqadan, o da İbn Məsuddan (radiyAllahu ənh), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qadınların arxası haramdır.” Bunu İsmayıl İbn Uləyya, Sufyan əs-Səuri, Şubə və qeyriləri Əbu Abdullah əl-Şəqridən, onun adı Sələmə İbn Təməmdir və etibarlı rəvayətçidir, o da Əbu əl-Qaqadan, o da İbn Məsuddan məvquf olaraq rəvayət etmişlər. Bu daha səhihdir.

Başqa bir yolla: İbn Ədiy demişdir: Bizə Abu Abdullah əl-Muhamili, bizə Səid İbn yəhya əl-Əməvi, bizə Muhəmməd İbn Həmzə, o da Zeyd İbn Rufeydən, o da Abu Ubeydədən, o da Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qadınlara arxalarından yaxınlaşmayın.” Muhəmməd İbn Həmzə, əl-Cəzəridir. O və şeyxi barəsində söz-söhbət var.

Hədis, Ubey İbn Kəb, Bəra İbn Əzib, Uqbə İbn Amr, Əbu Zərr və digərlərindən də rəvayət edilmişdir. Hər biri haqqında tənqidi söz söylənmişdir və bu halda hədis səhih olmaz. Allah ən doğrusunu biləndir.

Səuri, o da Salt İbn Bəhramdan, o da Əbu-Mutamirdən, o da Əbu Cuveyriyadən deyir: “Bir kişi Əlidən qadınlarla arxadan əlaqəya girmək barəsində soruşdu. Əli dedi: “Alçaqlıqdır, Allah səni alçaltsın. İzzət və cəlal sahibi Allahın dediyini eşitmədinmi “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?” (Əraf, 80)”

İbn Məsud, Əbu Dərda, Əbu Hureyrənin, İbn Abbas və Abdullah İbn Amrın bu xüsusda haramdır dedikləri yuxarıda qeyd olunmuşdur. Buna şübhəsiz ki, Abdullah İbn Ömər də radiyAllahu anhumə qəti olaraq haram demişdir.

Əbu Muhəmməd Abdurrəhman İbn Abdullah İbn Darimi “Müsnəd” əsərində demişdir: Bizə Abdullah İbn Salih, o da Leysdən, o da Haris İbn yaqubdan, o da Səid İbn yasər Əbu Əl-Hubəbdən nəql etmişdir ki, o demişdir: “Mən, İbn Ömərdən soruşdum: “Cariyalər üçün nə deyirsən, bir azda dadımızı dəyişək?” O dedi: “Dad nədir?” O da arxasından bəhs etdi. İbn Ömər dedi: “Bunu müsəlmanlardan kimsə edirmi?”

Bunu İbn Vəhb ilə Quteybə, Leysdən bu cür rəvayət etmişlər. Bu səhih sənəddir. Bunu haram saymasına açıq-aşkar dəlildir. Ondan müxtəlif ehtimallarla rəvayət edilənlər bu hökmə qayıdır.

İbn Cərir demişdir: Mənə Abdurrəhman İbn Abdullah İbn Həkəm, o da Əbu Zeyd Abdurrəhman İbn Əhməd İbn Əbu Əl-Ğamrdan, o da Abdurrəhman İbn Qasımdan, o da Məlik İbn Ənəsdən nəql edir ki, ona dedilər: “Ey Abdullahın atası, insanlar belə hesab edirlər ki, Səlim İbn Abdullah: “Bu qul və ya dəlisov Əbu Abdullahın adına yalan danışıb” – deyir. Malik dedi: “yəzid İbn Rumanın mənə dediyinə şahidlik edirəm, o da Səlim İbn Abdullahdan, o da İbn Ömərdən, Nəfinin dediyi kimi xəbər verdi.” Ona dedilər: “Haris İbn yaqub, Əbu əl-Həbbab Səid İbn yasərdən rəvayət edir ki, o, İbn Ömərdən soruşdu: “Ey Əbdürrəhmanın atası, biz cariya alırıq, biraz dadımızı dəyişək?” O soruşdu: “Dad nədir?” O da arxalarından bəhs etdi. Buna görə İbn Ömər dedi: “Vay vay! Bunu bir mömin — yaxud da dedi — bir müsəlman edərmi?” Məlik dedi: “Rəbinin mənə xəbər verdiyinə şahidlik edirəm, o da Əbu əl-Həbbabdan, o da İbn Ömərdən Nəfinin dediyi kimi xəbər verdi.“

Nəsai də Rəbi İbn Süleymandan, o da Əsbuğ İbn əl-Fərəc əl-Fəqihdən, o da Abdurrəhman İbn Qasımdan nəql edir ki, o demişdir: Mən, Məlikə dedim: “Bizdə Misirdə Leys İbn Sad var. O da Haris İbn yaqubdan, o da Səid İbn yasərdən rəvayət edir ki, o deyir: “Mən, İbn Ömərdən soruşdum: “Biz cariyalər alırıq, dadlarına baxa bilərik?” O da dedi: “Dadına baxmaq, nədir?” Mən də dedim: “Arxalarından yaxınlıq etmək.” O dedi: “Vay vay! Müsəlman bunu edərmi?” Məlik mənə dedi: “Mən Rəbiyənin mənə dediyinə şahidlik edirəm ki, Səid İbn yasər, İbn Ömərdən soruşdu və o da: “Bunda bir zərər yoxdur.” – dedi.

Nəsai yenə yəzid İbn Ruman yolu ilə, Ubeydullah İbn Abdullah İbn Ömərdən rəvayət etmişdir ki, İbn Ömər bir adamın qadının arxasından yaxınlaşmasında bir eyib görmürdü.

Mənu İbn İsa, o da Məlikdən bunun haram olduğunu rəvayət etmişdir.

Əbubəkr İbn Ziyad ən-Neysəburi demişdir: Mənə İsmayıl İbn Huseyn, o da İsrail İbn Ruhdan nəql etdi ki, o demişdir: Mən, Məlik İbn Ənəsdən soruşdum: “Qadınların arxasından yaxınlıq etməyə nə deyirsən?” O dedi: “Siz ərəb xalqı deyilsiz? Heç əkin tarlanın kənarında olarmı? Cinsiyyat orqanından kənara çıxma.” Mən dedim: “Ey Abdullahın atası, onlar deyirlər ki, sən belə deyirsən?” O dedi: “Mənim adımdan yalan danışırlar.”

Bu ondan təsdiqini tapmış xəbərdir. Həmçinin Əbu Hənifə, Şəfii, Əhməd İbn Hənbəl və onların bütün əshablarının da görüşləridir. Səid İbn Musəyyab, Əbu Sələmə, İkrimə, Tavus, Əta, Səid İbn Cubeyr, Urvə İbn Zubeyr, Mucahid İbn Cəbr, Həsən və digər sələf alimləri də bunu demişlər. Onlar belə əmələ çox şiddətli şəkildə etiraz etmişlər. Onlardan bəziləri bunu edənin küfr etdiyini demişlər. Bu, cumhurun (əksər) alimlərin görüşüdür.

Bu xüsusda bəzi Mədinə fəqihlərindən nəsə nəql edilmişdir. Hətta bunu İmam Məlikdən də nəql etmişlər. Lakin ondan rəvayət edilənin səhihliyi şübhə doğurur. İbn Cərir “Nikah” kitabında rəvayət etmiş və yunus İbn Abdul-Əhvas İbn Vahbın onu icazəli hesab etdiyini bildirmişdir.

Təhavi demişdir: Asbuğ İbn Fərəcdən, o da Əbdurrəhman İbn Qasımdən, onun belə dediyini nəql etmişdir: “Dinimdə nümunə götürdüklərimdən heç birinin onun halal ola bilməsi barədə şübhə etməsini görmədim.” yəni, qadına arxasından yaxınlıq etməyin. Sonra ayəni oxudu: “Qadınlar sizin tarlanızdır, tarlanıza istədiyiniz kimi yaxınlaşın”. Daha sonra dedi: “Bundan açıq-aydın nə ola bilər?” Bu, Təhavinin rəvayətidir.

Hakim, Daraqutni və Xatib Bağdadi də İmam Məlikdən müxtəlif yollarla bunun mübah olduğunu rəvayət etmişlər. İsnadları çox zəifdir. Bunları şeyximiz Hafiz Əbu Abdullah Zəhəbi məxsusi olaraq topladığı bir bölümdə geniş şəkildə izah etmişdir. Allah ən doğrusunu biləndir.

Təhavi demişdir: Bizə Muhəmməd İbn Abdullah İbn Həkəm, o da Şəfinin belə dediyini eşitmişdir: “Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bunun halal və haram olduğuna dair səhih məlumat gəlməmişdi. Qiyasa görə halaldır.” Bunu Əbubəkr əl-Xatib rəvayət etmişdir Əbu Səid Səyrafidən, o da Əbu Abbas əl-Əsamdan, Muhəmməd İbn Abdullah İbn Abdulhakimdən eşitdim, o da Şəfidən eşidim ki, o deyir…” yuxarıda qeyd olunanı söylədi.

Əbu Nasr əs-Sabbağ deyərdi: “Rəbiə, Özündən başqa ibadətə layiq ilah olmayan Allaha and içər və deyərdi: “Bu barədə Şəfinin adına yalan danışır – yəni, İbn Abdul-Hakəm.” Çünki Şəfi altı kitabında bunun haram olduğunu açıq-aydın bəyan etmişdir. Allah ən doğrusunu biləndir.

Qurtubi öz təfsirində demişdir: Bu sözü yəni, qadına arxadan yaxınlaşmağın mübahlığını söylədiyi deyilən şəxslərdən biri də, Səid İbn Museyyib, Nafi, İbn Ömər, Muhəmməd İbn Kəb əl-Qurazi və Abdul_məlik İbn əl-Məcişundur. Bu söz əl-Utbiyyadədir. Bunu Məlikdən də onun əs-Sir adlandırdığı kitabında nəql etmişlər. Məlikin mütəxəssis olan davamçıları və şeyxləri bu kitabı inkar edirlər. Məlik əs-Sir adlı kitabı yazmaqdan daha yüksəkdə idi. Bu söz də əl-Utbiyyadədir. İbn əl-Arabi qeyd etmişdir ki, İbn Şaban bu sözü səhabə və tabeinlərin bir çoxuna aid etmişdir. Həmçinin çoxsaylı rəvayətlərlə Məlikə də aid etmişdir. O bunu Ciməun-Nisvan və ƏhkamulQuran adlı kitabda demişdir. Dediyi sözlər belədir: “əl-Bəkə əl-Hərrasi ət-Təbəri, o da Muhəmməd İbn Kəb əl-Qurazidən nəql edir ki, o bunu “Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!” (əş-Şuəra, 165, 166) ayəsini dəlil gətirməklə icazəli sayırdı.”

yəni, belə bir mübahı. Sonra ona rədd edərək bildirdi ki, Allahın onlar üçün yaratdıqlarından məqsəd qadınların arxa deyil, ön cinsiyyat orqanıdır. Mən deyirəm: Bu doğru rəydir. Əgər əl-Qurazi həqiqətən də ona nisbət edilən sözü deyibsə, bu xatadır. İnsanlar bu barədə kitablar yazmışlar. Onlardan biri də Əbu-Abbas əl-Qurtubidir. O öz kitabını “İzharu idbəri mən əcəzəl-vatə fil-ədbəri” adlandırmışdır.

Özünüz üçün qabaqcadan hazırlayın” yəni, itaətləri etməklə. Bununla yanaşı sizə qadağan olan haramları da tərk edin. Buna görə “Allahdan qorxun, bilin ki ona qovuşacaqsınız” demişdir, yəni siz bütün əməllərinizə görə hesaba çəkiləcəksiniz.

Möminləri müjdələ” yəni, Allahın onlara əmr etdiklərində Ona itaət edənləri və onlara qadağan etdiklərini də tərk edənləri.

İbn Cərir demişdir: Bizə Qasım, o da Hüseyndən, o da Muhəmməd İbn Kəsirdən, o da Abdullah İbn Vəqiddən, o da Ətadan, İbn Abbasın “Özünüz üçün qabaqcadan hazırlayın” ayəsi barəsində demişdir: “Cinsi əlaqədən öncə “Bismilləh” deyin.” Səhih Buxaridə də İbn Abbasdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyi sabit olmuşdur: “Əgər biriniz əhliniz ilə yaxınlıq etmək istəyarkən: “Bismilləh, Allahım bizi şeytandan, şeytanı da bizə nəsib edəcəyin uşaqdan uzaqlaşdır” — desə, əgər uşaq olarsa, şeytan ona əbədiyyan zərər verə bilməz.”

 

[1] Cim nüsxəsində “və ya”