Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz unudursunuz? Məgər anlamırsınız?

Allah Təala deyir ki, Ey əhli kitab sizə necə Yaraşa bilər ki, sizlər bütün xeyirin əsası olan Yaxşılığı əmr edərkən özünüzü unudursunuz, insanlara əmr etdiyiniz şeyi özünüz etmirsiniz. Və bununla Yanaşı kitabı da oxuyursunuz. Allahın əmrlərində  qüsur edənlərin başlarına nələr gələcəyini bilirsiniz. Özünüzə nə etdiyinizi düşünüb yuxunuzdan oYanmır və kor gözlərinizi açmırsınız. Abdurrazzaqdan Mamər rəvayətində Qatədədbelə deyir: İsrail oğulları insanlara Allaha itaət etmələrini, Ondan qorxmalarını və Yaxşılığı əmretməyi əmredərdilər. Buna da özləri rəayət etməzdilər. Allah Təala onları danladı. Suddi də belə demişdir. Ibn Cureycdə bu ayədə belə demişdir: Əhli Kitab və Münafiqlər insanlara namazı və orucu əmr edərlər, əmretdikəri şeya özləri əməl etməzdilər. Allah buna görə onları qınadı. Buna görə də kim xeyri əmr edirsə ona doğru  ən sürətli  qaçan da özü olsun. Muhamməd ibn İshaq, Muhamməddən  o da İkrimədən və Ya Səid ibn Cubeyrdən rəvayət etmişdir ki, Ibn Abbas : “Özünüzü unudursuznuz”sözündə yəni öz nəfslərinizi tərk edirsiniz demişdir.

Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz” Siz insanlara peyğəmbərlik və Tövratdakı əhdin inkarı ilə bağlı küfrü qadağan edir özünüz isə bunu edirsiniz. Yəni, əhdimə — Peyğəmbərin təsdiqinə, vədin pozulmamasına və kitabımdan bildiyiniz şeyləri inkar edilməməsinə qarşı çıxırsınız. Dəhhaqdan rəvayət edilir ki, Ibn Abbas bu ayədə belə demişdir: İnsanlara Muhammədin dininə girmə və namaz qılma kimi bu kimi şeylər əmretdiyiniz halda özünüzü unudursunuz.

İbn Cərir belə demişdir: mənə Əli ibn əl Həsən,  oda Muslim əl Cərmidən, o da Muhalləd ibn  əl Hüseyndən o da Əyyub SəhtiYənidən rəvayət edirki, Əbu Qilabə  “Siz insanlara Yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?” ayəsi barədə belə demişdir: Əbuddərda (radiyallahu anh) belə deyərdi: Bir adam tam düşüncə sahibi ola bilməz, o vaxta kimi ki, bütün insanlara Allah üçün nifrət etdiyi halda, öz nəfsində eyni günahı gördüyü zaman özünə daha çox nifrət etməsin.

Əbdurrəhman ibn Zeyd ibn Əsləm də bu ayə haqqında belə demişdir: Yəhudilər belə idilər: Onlara bir adam gələr, içərisində nə haqq nə rüşvət nə də bir başqa bir şey olmayan bir sual soruşarsa ona haqqı tövsiyə edərdilər. Buna görədə Allah Təala: Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?, dedi. Məqsəd budur: Allah onları bu etdiklərinə görə qınadı, və özləri haqqında Yanıldıqları üçün onları onlara xəbərdarlıq etdi. Çünki onlar xeyri əmr edər lakin özləri etməzdilər. Məqsəd Yaxşılığı tərk edərək Yaxşılığı əmr etməyə görə qınamaq deyildi. Onu tərk etmələrinə görə qınanmaqdır. Çünki “əmril bil maruf” özü yaxşılıqdır. O da alimə vacibdir. Ancaq alimə vacib və daha üstün olan, onu əmr etdikləri ilə birgə onu özü etməsidir,  və onlardan geri qalmamasıdır.

Necə ki, Şueyb əleyhissalam belə demişdir: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən Yalnız Ona təvəkkül edir və Yalnız Ona üz tuturam” (Hud, 88). Yaxşılığı əmr etməklə onu etmək ayrı ayrılıqda vacib əməllərdir. Biri digərini ixtisar etməz. Sələf və Xələf alimlərinin iki rəyindən ən doğrusu budur. Bəziləri də günah işləyən başqasına onu qadağan etməz, demişdilər ki, bu da zəif bir rəydir. Bundan daha zəifi də onların bu ayəyə istinad etmələridir. Çünki onda özləri üçün bir dəlil yoxdur. Doğrusu belədir: Alim özü etməsə də Yaxşılığı əmr edər, özü etsə də pislikdən çəkindirər. Malik, Rabiyadan belə demişdir: Səid ibn Cubeyrin belə dediyini eşitdim: Əgər bir kəs onda heç bir qüsursuzluğa çatmayana qədər Yaxşılığı əmr edib  pislikdən çəkindirməsəydi, heç kim bunu etməzdi. İmam Malik də belə demişdir: Bu şəxs doğru demişdir, çünki qüsursuz kim varki?

Mən də deyirəm ki, bununla birgə o insan itaəti tərk etdiyi və günah etdiyi üçün qınanar. Çünki onu bilmək, görə — görə ona qarşı gəlməkdir. Çünki bilməyən bilən kimi deyildir. Buna görə də bu xüsusda çox təhdid edici hədislər gəlmişdir. Beləki,  İmam Əbu Qasım Təbərani  Əl Mücəm əl Kəbirində belə demişdir: Bizə Əhməd İbn Mualla əd- Dəməşqi ilə Həsən ibn Əli əl Maməri , onlar da Hişam ibn Ammardan, o da Əli ibn Suleyman əl Kəlbidən, o da Aməşdən, o da Əbu Təmimə əl Hüceymidən, o da Cündəb ibn Abdullahdan (radiyallahu anh) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İnsanlara xeyri öyrətdiyi halda özü əməl etməyən alim, insanları işıqlandırdığı halda özü yandıran çırağa bənzəyir. Bu hədis bu sənədlə qəribdir. Başqa bir hədis: İmam Əhməd Müsnədində belə demişdir: Bizə Vəki o da Həmmad ibn Sələmə, o da Əli ibn Zeyd yəni ibn Cəddandan, o da Ənəs İbn Malikdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişlər: Merac gecəsində bir qövmə baş çəkdim, dodaqları atəşdən qayçılarla kəsilirdi. “Bunlar kimdir?” dedim, Bunlar ümmətin dünyada ikən xətibləridir. Onlar insanlara Yaxşılığı əmr edər, özləri kitab oxuduqları halda, nəfslərini unudardılar, düşünməzdilər, dedilər. Bunu Abd ibn Humeyyid də Müsnədində və təfsirində Həsən ibn Musadan o da Abbad ibn Sələmədən bu sənədlə rəvayət etmişdir. Onu ibn Mərdəveyh də təfsirində Yunis ibn Muhamməd əl Müəddib ilə əl Həccac ibn Minhaldən rəvayət etmişdirlər. İkisi də Həmmad ibn Sələmədən bu şəkildə rəvayət etmişdilər. Onu Yəzid ibn Harun, Həmmad ibn Sələmədən də belə rəvayət etmişdir.

Sonra ibn Mərdəveyh belə demişdir: Bizə Muhamməd ibn Abdullah ibn İbrahim, o da Musa ibn Harundan, o da İshaq ibn İbrahim ət Tüstəridən, o da Məkki ibn İbrahimdən, o da Ömər ibn Qeysdən, o da Ali ibn Zeyddən, o da Sümamədən, o da Ənəs ibn Malikdən deyir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə dediyi eşitdim: Merac gecəsi bəzi insanların yanından keçdim. Dodaqları və dilləri oddan qayçılarla kəsilirdi. Bunlar kimdir ey Cəbrayıl? dedim. O da: Bunlar ümmətin xətibləridir. İnsanlara yaxşılığı əmr edər, öz nəfslərini isə unudardılar, dedi. Bunu ibn Hibban öz səhihində təxric etmişdir.

Bundan əlavə İbn Mərdəveyh də Hişam Dəstəvaidən, o da Malik ibn Dinarın kürəkəni ibn Həbibdən, o da Malik ibn Dinardan rəvayət edir ki, Ənəs İbn Malik belə demişdir: Rəsulullah salləllahu Aleyhi vəsəlləm meraca cıxdığı zaman dodaqları kəsilmiş bir qövmün Yanından ötdü. Ey Cəbrayıl bunlar kimdir? Dedi. O da : bunlar Ümmətin Xətibləridir. İnsanlara Yaxşılığı əmr edər, heç düşünmədən özlərini unudardılar, dedi.

Başqa bir hədis: Imam Əhməd belə demişdir: Bizə Yala ibn Ubeyd, o da Aməşdən, o da əbu Vaildən rəvayət edir ki, Usaməyə belə deyildi: bu vaxt məndə onun tərkində idim — Osmanla danışmayəcaqsan? O da belə dedi. Onunla danışmadığımı görürsünüz, mən ancaq sizə qulaq asıram. O bir mövzu açmasa onunla danışmıram. Bu mövzunu da mən açmaq istəmirəm. Allaha and içirəm ki, bir insan əmir-ul-möminin də olsa, Rəsulullah (salləllahu aleyhi və səlləm)dən belə dediyini eşitdikdən sonra “sən insanların ən Yaxşısısan” demərəm. Rəsulullahdan nə eşitmisən? dedilər. O da belə dedi: Qiyamət günündə bir adam gətirdilər. Oda atılar, bağırsaqları çıxar. Onu dəyirman eşşəyi kimi fırladarlar. Cəhənnəmdəkilər başına yığışar. “Ey Filankəs bu nə haldır, sən bizə yaxşılığı əmr edər, pisliyi isə qadağan etməzdinmi?” deyarlər. O da belə deyər: Mən sizə yaxşılığı əmr edər amma onu özüm etməzdim. Sizi pislikdən çəkindirər amma onu özüm edərdim. Bunu Buxari, Müslim, Süleyman ibn Mehrandan Əl Aməşdən eyni sənədlə rəvayət etmişdir.

İmam Əhməd belə demişdir: Bizə Səyyar ibn Hatim , o da Cəfər ibn Süleymandan, o da Sabitdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Allah qiyamət günü alimlərə bağışlamadığını savadsızlara bağışlayacaq. Bəzi rəvayətlərdə isə belə deyilmişdir: Cahil yetmiş dəfə bağışlanır alim isə bir dəfə. Bilən bilməyən kimi deyildir. Allah Təala  “Bilənlə bilməyən eyni olar mi? Həqiqətən ağıl sahibləri bundan öyüd alar”  demişdir. (Zümər, 9). Ibn Əsakir, Vəlid ibn Ukbədən rəvayət etmişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Cənnətliklərin bəziləri Cəhənnəmliklərin bəzilərinə baxaraq, oda niyə girdiniz deya soruşarlar. Allaha and olsun ki, biz ancaq sizdən öyrəndiklərimizlə cənnətə girdik.  Onlar da “biz danışardıq, amma özümüz etməzdik” deyərlər.

Bunu ibn Cərir Təbəri, Əhməd ibn Yəhya əl Habbaz ər Rəmlidən, o da Zuheyr ibn Abbad ər Rüvasidən, o da ƏbuBəkir əd Dahiri o da Abdullah ibn Hakimdən, o da İsmail ibn Əbi Xaliddən, o da Şabidən, o da Vəlid ibn Ukbədən, rəvayət etmişdir. Dəhhaq ibn Abbasdan rəvayət edir ki,: Bir adam gəldi: “Ey ibn Abbas, mən Yaxşılığı əmretmək və pisliyi qadağan etmək istəyirəm” dedi. O da: Sən o dərəcəya çatdınmı?dedi. O da Ümüd edirəmki, dedi. O da: Əgər Allahın Kitabındakı bu üç ayəylə biabır olmağından qorxmursansa onda et,dedi. Onlar nədir? dedi. Onlar bu ayələrdir dedi: “Siz insanlara Yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?” Bunun hökmünü tətbiq etdinmi? Soruşdu. O da xeyir dedi. Bəs ikinci ayə? deya soruşdu. O dedi: “Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır”(Saf- 2,3). Bunun hökmünü tətbiq etdinmi? Soruşdu. O da xeyir dedi. Bəs üçüncü ayə? deya soruşdu.O da dedi. Allahın saleh qulu Şueyb aleyhissalamın bu sözüdür: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm” (Hud 88). Bunun hökmünü tətbiq etdinmi? Soruşdu. O da xeyir dedi. Ibn Abbas dedi: əgər belədirsə, onda ilk əvvəl özündən başla. Bunu İbn Mərdəveyh təfsirində rəvayət etmişdir. Təbərani də belə demişdir: Bizə Adnan ibn Əhməd, o da Zeyd ibn Hüreyşdən, o da Abdullah ibn Xiraşdan, o da Avvam ibn Havşəbdən, oda Səid ibn Müsəyyab ibn Rafidən, o da Ibn Ömərdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Kim insanları biz sözə və Ya bir işə dəvət edərək özü onu etməzsə, eləmədiyi işi danışmaqdan imtina edənə qədər və Ya dəvət etdiyi şeya əməl edənə qədər Allahın qəzəbinə məruz qalar. Hədisin sənədində zəiflik vardır.

İbrahim Nahai belə demişdir: Mən üç ayəya görə möizə etmək istəmirəm: “Siz insanlara Yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?  (Bəqəra 44), “Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır” (Saf-2,3). Şueybdən (aleyhi salam) xəbər verən bu ayə: “Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən Yalnız Ona təvəkkül edir və Yalnız Ona üz tuturam” (Hud, 88).