Siz sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.

Allah Təala deyir ki, “Ümüd edirsiniz?” ey mömünlər “sizə inanmalarına?” yəni ataları bu qədər açıq aydın ayələr görən bu azğın yəhudi firqələrinin sizə itaət edəcəyinimi sanırsınız? Sonra bunun ardınca ürəkləri sərtləşdi.  “onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, onu təhrif edirdilər” yəni onu uyğunsuz bir şəkildə yozardılar. “Onu eşidib anladıqdan sonra” yəni açıq aydın başa düşdükdən sonra. Bununla birlikdə bilə bilə ona qarşı çıxırdılar. “Halbuki onlar bilirlər” dəyişdirmə və təvil etmədə xəta etdiklərini bilirlər, deməkdir. Həmin hissə bu ayələrə bənzəməkdədir. İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. (Maidə, 13).

Muhamməd İbn İshaq belə demişdir: Mənə Muhamməd İbn Əbi Muhamməd rəvayət etdi, o da İkrimə və yaxud Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas belə demişdir: Sonra Allah nəbisinə və yanındakı möminlərə (onlar haqqında) ümüdlərini üzmələri üçün belə demişdir: “Siz (yəhudilərin )sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidərdilər” Allahın sözünü eşidərlər demək Tövratı eşidərlər demək deyildir. Ancaq onlar Musadan Rəbblərini görmək istədikdə ildırım vuran insanlar idilər. Muhamməd İbn İshaq belə demişdir: Mənə bir elm əhlirəvayət etdi ki, Onlar Musaya: Ey Musa bir bir əngəl səbəbi ilə Rəbbimizi görə bilmirik, sən onunla daNisərkən bizə də kəlamını eşiddir, dedilər. Musa da bunu Rəbbindən istədi, o da : yaxşı, onlara deki, təmizlənsinlər, paltarlarını yusunlar, oruc tutsunlar, dedi. Sonra da onları Tura çıxartdı. Onları bulud bürüdükdə Musa onlara səcdəya qapanmağı əmr etdi.  Onlar da səcdəya qapandılar. Rəbbi Musa ilə danışdı. Onlar da kəlamını eşitdilər. Ona əmrlər və qadağalar təyin edirdi. Bunu yaxşıca qavradıqdan sonra Musa onları İsrailoğullarına gətirdi. Onlar gəldikdə, içərilərindən bir qrup Onun əmretdiyini dəyişdirdilər. Və Musa İsrailoğullarına Allah sizə bunu vəbunları əmredir dediyi zaman Allahın zikr etdiyi o qrup: Ancaq sizə bunu bunu əmr etdi, dedilər. Allahın Musaya dediklərinin tərsini söylədilər.

Suddi də:Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, onu təhrif edirdilər –kəlamı haqqında bu Tevratdır, onu dəyişdirdilər, demişdir. Suddinin bu izahı İbn Abbas ilə İbn İshaqın izahlarından daha genişdir. İbn Cerir isə hadisəya uyğun olaraq onu üstün rəy qəbul etdisə də, bu belədir. Çünki Allahın kəlamına eşitmək, Musa İbn İmranın eşitdiyi kimi eşitmək demək deyil. Allah Təala belə demişdir: “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin” (Tövbə, 6) yəni ona təbliğ edilən kəlamı, deməkdir.Buna görə də Qatadə “Sonra eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” kəlamı haqqında Onlar Allahın kəlamını dinləyən, sonra da onu anlayıb dərk etdikdən sonra dəyişdirən yəhudilərdir, demişdir. Mucahiddə belə demişdir: Təhrif edənlər və gizləyanlər onların alimləridir. Əbu Aliyə də belə demişdir: Allahın, kitablarında Muhammmədsalləllahualeyhi və səlləmin sifəti ilə əlaqədar olaraq endirdiyi vəsflərin yerlərini təhrif etdilər. Suddi də bilərək demək yəni günah etdiklərini bilərək , demişdir.

Vəhb İbn Münəbbih də, İbn Zeyddən Allahın Sözünü eşidib anladıqdan sonra, onu təhrif edirdilər kəlamı haqqında belə demişdir: Allahın endirdiyi Tövratdır, onu təhrif edərdilər, halalını haram, haramını halal, içindəki haqqı batil, batili də haqq edərdilər. Onlara haqlı biri rüşvət verirdisə ona Allahın kitabını göstərirdilər, Onlara haqsız biri rüşvət verirdisə o kitabla onu haqlı çıxarardılar. Onlara hər hansı bir nəfər gələrsə və haqlı olmazsa, rüşvət də verməzsə ona haqqı əmr edərdilər. Allah da onlara belə dedi: “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?”(Bəqərə 44).

Onlar möminlərlə rastlaşanda: ‘Biz iman gətirdik!’– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə”:  Muhamməd İbn ishaq bu kəlam belə demişdir: Bizə Muhamməd İbn Əbi Muhamməd, o da İkrimədən və ya Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas: Onlar möminlərlə rastlaşanda: ‘Biz iman gətirdik!’– deyir —  kəlamı haqqında yəni dostunuz Muhamməd (salləllahu aleyhi və səlləm)ə iman etdik, deyardilər. Bunu əsasən sizinlə rastlaşanda belə deyardilər. Bir biriləri ilə rastlaşdıqda isə: Ərəblərə bunu danışmayın, çünki siz bunu onlara bildirsəniz, bu onlar üçün bir dəlil olar. Buna görə də Allah Təala Onlar möminlərlə rastlaşanda: ‘Biz iman gətirdik!’– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər?  kəlamını endirdi. yəni onun peyğəmbər olduğunu iqrar edirsiniz. Bilirsiniz ki ona tabe olmaq mövzusunda sizdən möhkəm bir  söz alınmışdır. O (nəbi) isə özünün bizim gözlədiyimiz və kitabımızda olan peyğəmbər olduğunu xəbər verir. Buna görə də onu inkar edin iqrar etməyin.

Allah Təala deyi ki, Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir? Dəhhaqdan rəvayətdə İbn Abbas deyir ki, burada yəhudimünafiqlər qəsd edilmişdir. Onlar Muhamməd (salləllahu aleyhi və səlləm)ın əshabı ilə qarşılaşdıqları zaman, biz də iman etdik deyardilər. Suddi də belə demişdir. Bunlar yəhudilərdən bəziləridir. İman etdilər, sonra da münafiq oldular. Rəbi İbn Ənəs, Qatadə, sələf və xələfdən bir çoxları da belə demişdir. Hətta Əbdurrəhman İbn Zeyd İbn Əsləm, İbn Vəhb rəvayətində belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinə qəsəbəsinə mömin olmayə girməsin, dedi. Buna görə də Kafir və münafiqlərin başçıları gedin iman etdik deyin. Geri qayıdanda inkar etdik deyarsiniz. Onlar mədinəyə tezdəndən gələr ərsdən sonra qayıdardılar. İbn Vəhb bu ayəni oxumuşdur: Kitab əhlindən bir zümrə dedi: ‘Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və (günün) sonunda inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr. – Ali İmran 72 dedilər. Onlar Mədinəyə girdikləri zaman Rəsulullahdan əldə etmək üçün, Biz müsəlmanlarıq deyardilər. Geri qayıtdıqda isə inkar edərdilər. Allah bunu peyğəmbərinə xəbər verdikdən sonra bu vəziyyətlərinə son qoyuldu. Artıq şəhərə girə bilmədilər. Möminlər də onların iman etdilkərini zənn edirdilər. Möminlər: Allah bu bu ayələri endirmədimi? Deyardilər. Onlar da Bəli deyardilər. Qövmlərinə yəni başçılarının yanına geri qayıtdıqda isə “‘Allahın sizə bildirdiyini onlara danışırsınız?” deyardilər. Əbu Aliyə ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? kəlamı haqqında belə demişdir: Kitabınızda Allahın Muhammədin (salləllahu aleyhi və səlləm) vəsfləri haqqında endirdiyini onlara xəbər verəcəksiniz?

Abdurrəzzaq Mamərdən rəvayət edir ki, Qatadə: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? kəlamı haqqında belə demişdir: Onlar bir peyğəmbər çıxacaq deyardilər, Birbiriləri ilə xəlvətdə qalanda isə ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? deyardilər. Bu təfsir haqqında başqa bir rəy də vardır: İbn Cureyc belə demişdir: Mənə Qasım İbn əbi Bəzzə rəvayət etdi ki, Mucahid ‘Allahın sizə bildirdiyini onlara danışırsınız  kəlamında belə demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurayza hadisəsində onların qalarının yanında dayəndı. Ey meymunların və donuzların qardaşları, tağuta sitayiş edənlər, dedi. Onlar da: Bunları Muhammədə kim xəbər verdi? dedilər. Bu söz ancaq sizin özünüzdəndən çıxdı, deyarək cavab verdilər. ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? — Əleyhizniə dəlil olsun deya Allahın fəth hökmünü danışırsınız.(burada fətəhallahu sözündə — iki mənanin birlikdə təfsiri verilib) İbn Cureyc Mucahiddən: Bu da onlara Əli radiyallahu anhı göndərdiyi zaman baş vermişdi. Muhamməd (salləllahu aleyhi və səlləm)ə əziyyat etdilər. Suddi də belə demişdir: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? Bunlar yəhudilərdən bəzi kimsələr idi, iman etdilər sonra münafiq oldular. Mömin ərəblərə əzablarından bəhs edərdilər. Bir birilərinə Allahın sizə bildirdiyindənmi bəhs edirsiniz. yəni sizə etdiyi əzabdan deməkdir. O zaman möminlər:Allah bizi sizdən daha çox sevir və biz Allah qatında sizdən daha dəyarliyik, deyardilər.

Ata əl Xorasani belə demişdir: ‘Allahın sizə bildirdiyini onlara danışırsınız? yəni lehinizdə və əleyhinizdə verdiyi hökmləri, deməkdir. Həsən Bəsri belə demişdir: Bu yəhudilər iman edənlərlə rastlaşdıqları zaman, biz də iman etdik deyardilər. Bir biriləri ilə baş başa qaldıqları zaman da Allahın sizə kitabınızda bildirdiyi şeyləri Muhammədin əshabına deməyin sonra Rəbbinizin yanında sizin əleyhinizə istifadə edər, sizə düşmən kəsilərlər, deyardilər.

Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir? Əbu Aliyə belə demişdir:Muhamməd (salləllahu aleyhi və səlləm)iinkar və yalanlama haqqında gizlədiklərini deməkdir.Bu dəlillər kitablarında (var idi) tapardılar. Qatadə belə demişdir. Həsən Bəsri dədemişdirki, Allah onların gizli saxladıqlarını bilir- kəlamı- Allah onların gizlədiklərini bilir,deməkdir əlavə edir ki,gizlədikəri budur: Onlar Muhammədsalləllahualeyhi və səlləmin əshabına arxalarını çevirdikdən sonra, bir biriləri ilə baş başa qadıqları zaman Allahın kitablarında onlara bildirdiklərini danışmaqdan bir birilərini çəkindirərdilər. Muhammədin əshabı Allah qatında bunları istifadə etməsindən qorxardılar.  Aşkara çıxartdıqlarını bilir, o da Muhamməd (salləllahu aleyhi və səlləm) əshabına: Biz də iman ettik demələridir. Əbu Aliyə, Rəbi və Qatadə də belə demişdir.