Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.

Allah Təala tək ilah olduğunu, ortağı və bənzəri olmadığını bəyan edir. O əl-Vahiddir, əl-Əhəddir, əl-Fərddir və əs-Saməddir. Ondan başqa İlah yoxdur. O, ər-Rəhman və ər-Rəhimdir. Bu iki adın təfsiri Fatihə surəsinin əvvəlində keçmişdir.

Hədisdə deyilmişdir: Bizə Şəhr İbn Həvşəb, o da Əsma bint yəzid İbn Səkəndən rəvayət etmişdir ki, Rəsulullah (salləlahu aleyhi və səlləm) demişdir: Allahın əzəmətli adı, bu iki ayədədir “Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir” və “Əlif, Ləm, Mim. Allah, Ondan başqa ilah yoxdur. yaşayəndır, Qəyyumudur.”(Ali İmran, 1-2)

Sonra tək ilah olduğunun dəlilini, göyləri, yeri, bu ikisinin içində və bu ikisinin arasında olan məxluqları tək yaratması ilə xatırladır. Bunlar Onun təkliyini göstərir.