Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən o da Əbu Aliyədən nəql etdi ki, o, “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun” ayəsi haqqında demişdir: “Bu ayə Mədinədə savaşla bağlı ilk nazil olan ayə idi. Bu ayə nazil olanda Rəsulullah (salləllahu aleyhi və səlləm) özü ilə savaşanlarla savaşdı, savaşmayənlarla isə bunu etmədi. Bu, “Bəraət” sürəsi nazil olana qədər belə davam etdi. Abdurrahmən İbn Zeyd İbn Əsləm də bu cür demişdir. Hətta o: “Bu ayə: “Müşriklərə harada rast gəlsəniz öldürün” (Tövbə, 5) ayəsi ilə nəsx edilmişdir.” – demişdir. Bunda şübhə var. Çünki “sizinlə vuruşanlar” demək, bütün düşüncələri İslam və müsəlmanlarla vuruşmaq olan düşmənlərə qarşı bir təhrikdir. yəni, necə sizinlə vuruşurlarsa siz də onlarla elə vuruşun deməkdir. Necə ki, buyurur: “Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun”(Tövbə 36). Buna görə də bu ayədə “harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın” deyilmişdir. yəni, qisas olsun deya, bütün düşüncəniz onlarla savaşmaq olsun, necə ki, onların da bütün düçüncəsi sizinlə savaşmaqdır və həmçinin sizi ölkənizdən çıxartdıqları kimi onları da ölkələrindən çıxarın. Əbu Bəkr Əs-Siddiqdən (radıyAllahu anh) hicrətdən sonra savaş haqqında ilk enən ayə “vuruşa başladığı insanlara, (o kafirlərlə) icazə verilmişdir.” (Həcc, 39) ayəsi olduğu rəvayət edilmişdir. Məşhur olan və haqqında hədis varid olan budur.
“…həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir” yəni, Allah yolunda savaşın. Bu xüsusda həddinizi aşmayın. Buna Həsən Bəsrinin də dediyi kimi, işgəncə vermək, yaramazlıq etmək, nə rəyləri, nə də döyüşləri olan qadınları, uşaqları, yaşlıları, din xadimlərini və ibadət üçün müəyyən məkana qapılanları öldürmək, gərəksiz yerə ağacları yandırmaq və heyvanları öldürmək kimi qadağalar daxildir. Necə ki, İbn Abbas, Ömər İbn Abduləziz, Muqatil İbn Həyyan və digərləri də belə demişlər. Buna görə də Səhih Muslimdə Bureydədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə deyərdi: “Allah yolunda vuruşun. Allahı inkar edənlərlə savaşın. Vuruşun amma yaramazlıq, qəddarlıq etməyin və işgəncə verməyin. Nə uşaqları, nə də ibadət üçün ayrılmış yerlərdə olanları öldürməyin.» Bunu İmam Əhməd də rəvayət etmişdir.
İbn Abbasdan deyilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) qoşun göndərdiyi zaman: «Allahın adı ilə çıxın, Allahı inkar edənlərlə Allah yolunda savaşın. yaramazlıq etməyin və işgəncə verməyin, nə az yaşlıları, nə də məbədlərdəkiləri öldürməyin» — deyərdi. Bunu İmam Əhməd rəvayət etmişdir.
Əbu Davudun da Ənəsdən mərfu olaraq buna bənzər bir rəvayəti vardır. İki Səhihdə İbn Ömər belə demişdir: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) apardığı döyüşlərdən birində öldürülmüş qadın tapıldı. Allah Elçisi (salləllahu aleyhi və səlləm) qadınların və uşaqların öldürülməsinə etiraz etdi.”
İmam Əhməd demişdir: “Bizə Musab İbn Salam o da Əclahdan o da Qeys İbn əbi Muslimdən o da Ribi İbn Hiraşdan onun belə dediyini nəql etdi: Mən, Huzeyfənin bu cür dediyini eşitdim: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə bir, üç, beş, yeddi, doqquz, on bir misal çəkdi. Onlardan birini söyləyib digərlərini tərk etdi. O dedi: “Bir qövm zəif və zavallı idi. Qəddar və kobud olanlar onlarla savaşdılar. Allah da zəifləri qəddarlar üzərində qalib etdi. Onlar da gedib düşmənlərini öz işlərində çalışdırdılar və başlarına rəhbər oldular. Beləliklə Allahla qarşılaşacaqları günə qədər Allahın onlara qəzəbi tutdu.” Bu, sənədi «həsən» bir hədisdir. Mənası da belədir: Zəif olanlar güclülərə qalib gəldikdə onlara qarşı həddi aşdılar, onları uyğun olmayan yerdə işlətdilər. Həddi aşdıqlarına görə Allahı qəzəbləndirdilər. Bu xüsusda çoxsaylı hədis və əsərlər vardır.
Cihadda can almaq və adam öldürmək olduğuna görə Allah təala bununla bərabər onların Allahı inkar və Ona şərik qoşub insanları buna dəvət etmələrinin, adam öldürməkdən daha pis, daha şiddətli, daha böyük və daha bəlalı olduğuna diqqət çəkdi. Buna görə də “fitnə qətldən daha pisdir” buyurdu. Əbu Malik demişdir: yəni, sizin vəziyyətiniz adam öldürməkdən daha pisdir.
Əbu Aliyə, Mucahid, Səid İbn Cubeyr, İkrimə, Həsən, Qatadə, Dəhhaq və Rəbi İbn Ənəs “Fitnə qətldən daha pisdir” kəlamında: «Şirk qətldən daha şiddətlidir» — demişlər.
“Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın” : Necə ki, İki Səhihdə belə rəvayət olunmuşdur: “Allah göyləri və yeri yaratdığı gündə bu şəhəri haram etmişdir. Allah bunu qiyamət gününə qədər haram etmişdir. Ancaq gündüz vaxtı bir saatı mənə halal etmişdir ki, o da bu saatdır. O, Allahın haram etməsi ilə qiyamət gününə qədər haramdır. Ağacı kəsilməz, otu qoparılmaz. Əgər kimsə Rəsulullahın (salləllahu aleyhi və səlləm) savaşından özünə bir rüsxət çıxarmaq istəyirsə deyin ki, Allah Öz Rəsuluna icazə verdi, lakin sizə izn vermədi.» Rəsulullah (salləllahu aleyhi və səlləm) bu misalında Məkkənin fəthində Məkkəlilərlə savaşını qəsd edir. Çünki oranı savaşla fəth etdi. Xəndəmə dağının yanında bəzi adamlar öldürüldü. Oranı sülhlə fəth etdiyi də deyilmişdir. Çünki belə demişdir: “Qapısını bağlayən əminlikdədir. Haram məscidində olan əminlikdədir. Əbu Sufyanın evinə girən əminlikdədir.”
Qurtubi, Haram Məscdinin yanında savaş qadağasının mənsux olduğunu nəql etmişdir. Qatadə də: “onu “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəya alın və onlara hər yerdə pusqu qurun.” (Tövbə 5) ayəsi nəsx etmişdir” — demişdir. Muqatil İbn Həyyan demişdir: Onu “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəya alın və onlara hər yerdə pusqu qurun.” (Tövbə 5) ayəsi nəsx etmişdir.” Bunda şübhə var.
“Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.” Allah təala deyir ki, onlar özləri Məscidul-haramda sizinlə savaşa başlamadıqca savaşmayın. Əgər özləri başlayərlarsa, hücumu dayəndırmaq üçün onlarla savaşma və onları öldürmə haqqınız vardır. Necə ki, Hudeybiyya günü Qureyş qolları, Saqif, Kinanə və Huzaə kimi müttəfiqləri birləşdikdə əshabı Peyğəmbərə (salləllahu aleyhi və səlləm) ağac altında savaş beyati etdi. Sonra da Allah aralarında baş vermiş savaş məsələsini bitirdi və buyurdu: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur.” (Fəth 24). Digər ayədə dedi: «Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayən və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayən kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, (Allah ora zorla girməyinizə izin verərdi.) Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deya (buna izin vermədi.) Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik. (Fəth 25).
“Əgər onlar (günah işlərə) son qoysalar, əlbəttə ki, Allah Bağışlayəndır, Rəhmlidir!” yəni, əgər Haramda savaşı tərk edər, İslama və tövbəya geri dönərlərsə şübhəsiz ki, Allah hətta haramda müsəlmanları öldürsələr belə günahlarını bağışlayər. Çünki Onun üçün heç bir günah bağışlamayəcağı qədər böyük deyildir.
Sonra Allah təala kafirləri öldürməyi əmr etdi ki, “Fitnə aradan qalxana qədər” yəni, şirk. İbn Abbas, Əbu Aliyə, Mucahid, Həsən, Qatadə, Rəbi, Muqatil İbn Həyyan, Suddi və Zeyd İbn Əsləm belədemişdilər.
“və din ancaq Allaha məxsus edilənədək” yəni, Allahın dini digər dinlərə qalib gəlsin. Necə ki, İki Səhihdə Əbu Musa əl-Əşari belə demişdir: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) igidlik, təəssübkeşlik və riyakarlıq üçün savaşan haqqında sual verdilər. «Bunlardan hansısı Allah yolundadır?» — dedilər. O da: “Kim Allahın kəlməsi üstün olsun deya savaşırsa, o, Allah yolundadır” — dedi.” İki Səhihdə deyilmişdir: “İnsanlar «Lə iləhə illəllah» deyanə qədər onlarla savaşmaqla əmr olundum. Bunu dedikləri zaman məndən qanlarını və mallarını qorumuş olarlar. Ancaq onun haqqı müstəsna haldır və haqq-hesabları da Allahın üzərindədir.»
“Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.” Allah təala deyir ki, əgər malik olduqları şirki və möminlərlə savaşı dayəndırsalar siz də dayənın. Bundan sonra onlarla savaşan zalımdır. Zalımlardan başqasına düşmənçilik yoxdur. Bu, Mucahidin: «Ancaq savaşanlarla savaşılar» sözünün mənasıdır.yaxud da nəzərdə tutulan bu cür olar: «Əgər son qoysalar zülmdən xilas olarlar ki, o da şirkdir. Bundan sonra onlarla düşmənçilik yoxdur.» Burada düşmənçilikdə məqsəd cəza və döyüşdür. Necə ki, Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin (Bəqərə 194), “pisliyin cəzası misli qədər pislikdir” (əş-Şura 40), «sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin.» (Nəhl 126) ayələrində buyurulur. Buna görə də İkrimə ilə Qatadə: “Zalım «Lə iləhə illəllah» deməkdən imtina edəndir” demişlər.
Buxari də: “Fitnə aradan qalxana qədər… onlarla savaşın” sözü haqqında belə demişdir (4515): Bizə Muhəmməd İbn Bəşşardan o da Abdulvahhabdan o da Ubeydullahdan nəql etdi ki, Nəfi belə demişdir: “İbn Zubeyr fitnəsində İbn Ömərin yanına iki adam gəldi. “İnsanlar bax gör nələr edirlər. Sən ki, Ömərin oğlu və Rəsulullahın (salləllahualeyhi və səlləm) səhabəsisən. Bəs nə üçün çıxmırsan?” dedilər. O da “Allahın din qardaşımın qanının haram etməsi məni çıxmağa qoymur” dedi. Onlar da: “Allah “fitnə aradan qalxana qədər…onlarla savaşın” demirmi?” dedilər. O da: “Biz fitnə aradan qalxana qədər və din Allahın olana qədər savaşdıq. Siz isə fitnə çıxsın və din də Allahdan başqasının olsun deya savaşırsınız” dedi.” Osman İbn Salih bunu əlavə etdi: “Bizə İbn Vəhbdən o da filankəs ilə Həyva İbn Şureyhdən o da Bəkr İbn Amr əl-Muafiridən o da Bukeyr İbn Abdullahdan nəql edir ki, Nəfi belə demişdir: “İbn Ömərin yanına bir adam gəldi və: “Ey Əbu Əbdurrəhman, səni bir il həcc edib, bir il də iqamə edib, Allah yolunda cihadı tərk etməyə nə vadar etdi? Allahın cihada nə qədər əhəmiyyatlə təşviq etdiyini bilmirsənmi? dedi. O da: “Qardaş oğlu, İslam beş şey üzərində qurulub: Allah və Rəsuluna iman etmək, beş vaxt namaz qılmaq, Ramazan orucunu tutmaq, zəkat vermək və Allahın evini həcc etmək” dedi. Kişi dedi: “Ey Əbu Əbdurrəhman, Allah təalanın Kitabında belə dediyini eşitmirsənmi? “Əgər möminlərdən iki dəstə savaşırsa, aralarını düzəldin. Əgər biri digərinə təcavüz edərsə təcavüz edən Allahın əmrinə qayıdana qədər onunla savaşın”(Hucurat 7) və “fitnə aradan qalxana qədər.. onlarla savaşın” O da: “Biz Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında bunu etdik. O zaman müsəlman az idi. Adam dininə görə fitnəyə düşürdü. ya öldürülür ya da ona əzab edirdilər. Sonda müsəlmanlar çoxaldı və fitnə qalmadı” dedi. Kişi: “Əli ilə Osman haqqında nə deyirsən?” dedi. O da: “Osmanı Allah əfv etdi, amma siz onu əfv etmək istəmirsiniz. Əli isə Rəsulullahın (salləllahu aleyhi və səlləm) əmisi oğlu və kürəkənidir və əli ilə işarə edərək: gördüyünüz kimi evi də budur” dedi.”