Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

Allah Təala İsrail oğullarını Allahın ayələrinivə ölüləri diriltməsini görmələrinə görə onları qınayəraq və hədələyarək deyir ki: “Sonra bunun ardınca qəlbləriniz daşlaşdı” bütün bunları gördükdən sonra. “İndi onlar daş kimidirlər” heç bir zaman yumşalmayən daş kimi. Bunun üçün də, Allah Təala möminləri belə davranışlardan çəkindirmiş və demişdir: “İman edənlərin Allahı anma və Ondan enən Quran səbəbi ilə qəlblərinin ürpərməsi zamanı daha gəlmədi mi? Onlar daha əvvəl özlərinə kitab verilənlər kimi olmasınlar. Onların üərindən uzun zaman keçdi və qəlbləri qatılaşdı. Onlardan bir çoxu yoldan çıxmış kimsələrdir” (Hədid, 16). Əvfi də təfsirində, İbn Abbasdan belə nəql etmişdir: Öldürülənə inəyin bir parçası ilə vurulunca heç bir zaman olamadığı kimi dirilib oturdu. Ona: “Səni kim öldürdü?” deyildi. O da: Məni qardaşımın uşaqları, dedi. Sonra ruhu götürüldü. Allah onun ruhunugötürüncə qardaşının uşaqları: Allaha and içirik ki, biz onu öldürmədik, dedilər və həqiqəti gördükdən sonra haqqı inkar etdilər. Allah da: “Sonra qəlbləriniz bunun ardından daşlaşdı” dedi. yəni qocanın qardaşı oğullarından sonra deməkdir. “İndi onlar daş kimidir yaxud da daha sərtdir” İsrail oğullarının qəlbləri aradan uzun zaman keçincə sərtləşdi, nəsiyyat alma vəziyyətindən uzaqlaşdı. Halbu ki, daha əvvəl bir sıra ayə və möcüzələr görmüşdülər. Artıq onlar daş kimi sərtdir. yumuşalması üçün çarə yoxdur. yaxud daşdan daha sərtdir. Çünki bəzi daşlardan bulaqlar fışqırır və çaylar axır. Bəzisi çatlayər, ondan su çıxar və toplanıb bir yerdə qalar. Bəzisi da Allah qorxusundan dağdan yuvarlanar. Onda özünə görə bir idrak və başa düşmə vardır. Necə ki, belə demişdir:

“yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayəndır”(İsra, 44). İbn Əbi Nəcih Mucahiddən belə deyirdi: İçindən su fışqıran, sudan çatlayən vəya Allah qorxusundan dağdan yuvarlanan hər daş Quranda yad edilmişdir. Muhəmməd İbn İshaq da belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən vəya Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas  bu ayə haqqında belə demişdir: Elə daşlar vardır ki sizin haqqa dəvət edilən qəlblərinizdən daha yumşaqdır. “Allah etdiklərinizdən qafil deyildir”: Əbu Ali Əl-Cubai təfsirində “elə daşlar vardır ki, Allah qorxusundan yuvarlanır” sözündə: O bulutdan dolunun düşməsidir, demişdir.  Qadi Baqilləni də: Bu uzaq bir təvildir, demiş, Razi də onunla razılaşmışdır. Vəziyyət Bəqillanin dediyi kimidir. Çünki bu, ləfzi dəlil olmadan mənasından çıxarmaqdır. Allah ən doğrusunu biləndir. İbn Əbi Hatim belə demişdir: Mənə atam o da Hişam İbn Ammardan o da Həkəm İbn Hişam Əs-Səqafidən o da  yəhya İbn Əbu Talibdən yəni yəhya İbn yaqubdan nəql etdi ki: “Elə daşlar vardır ki, ondan çaylar fışqırır” bu çox ağlamaqdır dedi. “Elə daşlar vardır ki, çatlayər və ondan su çıxar” bu da az ağlamaqdır. “Elə daşlar vardır ki Allah qorxusundan yuvarlanır” bu da qəlbin gözdən yaş tökülmədən ağlamasıdır, dedi. Bəziləri bunun məcaz növündən olduğunu iddia etmişdilər, o da qorxunun daşa isnad edilməsidir, necə ki “divar yıxılmaq istəyirdi” (Kəhf, 77) sözündə də divara istək nisbət edilmişdir. Razi, Qurtubi və digər imamlar: Buna gərək yoxdur, çünki Allah Təala onlarda bu sifəti yaradır, demişlər. Misal üçün, bu ayələrdə olduğu kimi: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir.”  (Əhzab, 72). “yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayəndır.”(İsra, 44). “Otlar da, ağaclar da səcdə edir.”(Rəhman, 6). “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir”(Nəhl, 48). “Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: ‘Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)’– dedi. Onlar: ‘Könüllü olaraq gəldik!’– dedilər”(Fussilət, 11). “Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr”(Həşr, 21).Onlar öz dərilərinə: ‘Nə üçün əleyhimizə şahidlik edirsiniz?’– deyacəklər. (Dəriləri) deyacək: ‘Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz (axırda) Ona qaytarılacaqsınız” Səhih hədisdə belə gəlmişdir: “Bu dağ bizi sevər, biz də onu sevərik”. Mütəvatir xəbərdə qeyd edilən, xurma kötüyünün ağlaması da belədir. Səhih Müslimdə belə deyilmişdir: Mən Məkədə bir daş bilirəm, mən Rəsulullah olaraq göndərilmədən əvvəl məni salamlayərdı. Onu indi də bilirəm. Qara daş üçün də belə deyilmişdir: O özünü salamlayəna qiyamət günündə haqq ilə şahidlik edər. Bu mənada daha da çox şey vardır.

Diqqət: Ərəb dilçiləri “fəhiya kəlhicərəti əv əşəddu kəsvəh” sözündəki əv ədatının şübhə üçün olmadğında icma etdikdən sonra fərqli bir rəy bildirərək belə demişlər: Burada əv ədatı vav mənasındadır, təqdiri də: Fəhiya kəlhicarəti və əşəddu kəsvəh-dir. Bu ayələrdə olduğu kimi: “Vələ tuti minhum asimən əv kəfura”  — onlardan heç bir günahkara və ya nankora itaət etmə! (İnsan, 24).“Uzrən və nuzrən” -üzr diləmək və ya qorxutmaq üçün  (Mursələt 6). Şair Nabiğa da belə demişdir:

Qadın belə dedi bir ah çəkərək

Baxıb göz oxşayən göyərçinlərə

Bütün bunlar bizim olardı gərək

Və ya yarsı qarışaydı bizimkilərə

Burada qeyd edilən əv nisfəhu və nisfəhu’ mənasındadır. Şair Cərir İbn Atiyyə də belə demişdir:

Xilafətə nail oldu və ya qədər belə imiş

Necə Musa qədəriylə Rəbbinin yanına getmiş

İbn Cərir: Naləl xilafətə və kənət ləhu qədərə qəsd edilmişdir, demişdir. Qurtubi də əlavə bir rəy də nəql etmiş və bunun seçim olduğunu göstərmişdir. Məsələn istər bunu istərsə də bunu et kimidir, demişdir. Məsələn: İstər Həsən Bəsri ilə otur istərsə də İbn Sirinlə sözündə olduğu kimi. Razi də bunu təfsirində qeyd etmiş və belə bir rəy də əlavə etmişdir: Bu qarşı tərəflə əlaqədar məsələni üstü örtülü şəkildə saxlamaq üçündür. Məsələn bir kimsənin çörək yoxsa xurma yedin sözü kimi. O bu ikisindən hansını yediyini bilir. Başqa biri isə belə demişdir: O: şirin və ya turş ye, sözü kimidir ki, ikisindən biri mütləqdir, demişdir.  yəni qəlbləriniz daş kimi və ya daha sərt oldu. Bu ikisinin xaricində deyildir, deməkdir. Allah ən doğrusunu biləndir.

Başqaları da belədemişdilər əv ədatı burada bəl (xeyir, hətta, əksinə) mənasındadır, təqdiri də əksinə daha sərtdirdemişdilər. Bu ayələrdə olduğu kimi, “İzə fəriqun minhum yaxşavnən nasə kəlxaşyatilləhi əv əşəddu xaşya”, — “Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular” (Nisə 77).  “Və ərsəlnəhu ilə miətun əlfin əv yəzidun” — Biz onu yüz minə vəya daha çox adama (peyğəmbər) göndərdik. (Saffət 147).  Fə kənə qabə qavseyni əv ədnə- O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. (Nəcm 9)

Başqaları isə belə demişdilər. Bunun mənası sizə görə “daş kimi və ya daha sərttir”, deməkdir. Bunu da İbn Cərir nəql etmişdir. Başqaları da belədemişdilər: Burda nəzərdə tutulan, qarşı tərəfə üstü örtülü saxlamaqdır, necə ki Əbu Əsvəd belə demişdir:

Məhəmmədi çox sevirəm

Abbası da,  Həmzəni də

Qəyyum seçiləni də

Bu sevgilər doğrudursa, demək  düzgün eləmişəm

Əgər doğru deyildirsə, mən  xəta da etməmişəm.

İbn Cərir belə demişdir: Heç şübhə yoxdur ki, Əbu Əsvəd bu adlarını verdiyi insanları sevməkdə şübhəli deyildir. Ancaq o qarşı tərəfə bunu şübhəli təqdim etmişdir. Deyirlər ki, rəvayətə görə Əbu Əsvəd bu beytləri söylədiyi zaman ona : “Şübhə etdin?” deyilmiş, o da “xeyir Vallahi” demiş və “Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir’. –(Səbə 24) ayəsini misal gətirmiş və bunu xəbər verən o ikisindən kim doğru yolda və ya azğın yolda olması haqqında şübhə içində idi?, demişdir. Bəziləri də belədemişdilər: Bunun mənası belədir: Qəlbləriniz bu ikisinin xaricində deyildir. ya daş kimidir və ya daha sərtdir. İbn Cərir belə demişdir: Buna görə ayənin mənası belədir: Qəlblərinin bəzisi daş kimidir “və” bəzisi də daşdan daha sərtdir. İbn Cərir başqa rəyi şərh etməklə bərabər bunu da üstün rəy hesab etmişdir.

Mən isə deyirəm ki, bu son rəy Allah Təalanın bu ayələrinə bənzəyir: Onların məsəli (zülmət gecədə) od qalayən kimsənin məsəlinə bənzər. (Bəqərə 17), yaxud onların (məsəli) zülmət içində göy gurultusu və şimşəklə yağan leysana (düşənlərin məsəlinə) bənzəyir -(Bəqərə 19), Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir (Nur 39) yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir (Nur 40) yəni onlardan bəziləri belə bəziləri də belədir, deməkdir. Allah ən doğrusunu biləndir.

Hafiz Əbu Bəkr İbn Mərdəveyh belə demişdir: Bizə Muhamməd İbn Əhməd İbn İbrahim, o da Muhamməd İbn Əyyubdan, o da Muhamməd İbn Abdullah İbn Əbissəlcdən, o da Əli İbn Həfsdən, o da İbrahim İbn Abdullah İbn Xətibdən, o da Abdullah İbn Dinardan, o da İbn Ömərdən rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səlləm belə demişdir: Allahın zikri xaricində çox söz danışmayın. Çünki Allahın zikri xaricində çox söz danışmaq qəlbi daşlaşdırır. Allahdan ən uzaq insan da qəlbi daş olandır. Bunu Tirmizi  Əl-Cami əsərində, Kitabus Zühd fəslində, İmam Əhmədin dostu Muhamməd İbn Abdullah İbn Ebissəlcdən rəvayət etmişdir. Başqa bir yolla da İbrahim İbn Abdulharis İbn Hatibdan belə rəvayət etmiş və qəribdir, onu ancaq İbrahim hədisindən bilirik, demişdir.

Bəzzar isə Ənəsdən bunu birbaşa olaraq rəvayət etmişdir: Dörd şey bədbəxtlik əlamətidir: Gözün ağlamayən olması, qəlbin daşlaşmış olması, uzun xəyallara dalmaq, dünyayə hərislik göstərmək.