Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

Allah Təala əmrinə müxalifət olaraq qadağalarını edəmləri, icazə verilməyan şeyləri etməkdə həddi aşanları, haramları edənləri və onların başlarına gələn şeyləri bəyan etdikdən sonra keçmiş ümmətlərdən gözəl işlər görərək itaət edənlərə diqqət çəkdi və onlar üçün ən gözəl mükafat vardır dedi. Qiyamətə qədər də vəziyyət belədir. Kim ki, yazıb oxumağı bilməyən peyğəmbərə tabe olarsa onun üçün əbədi xoşbəxtlik vardır. Onlara gələcək üçün qorxu, keçmişi üçün dəqəm qüssə yoxdur. Necə ki, Allah Təala belə buyurmuşdur:Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyacəklər”(Yunis, 62).

Mələklər də can verənlərə belə deyarlər: Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olar. “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).

İbn Əbi Hatim belə demişdir, Bizə atam, o da İbn Əbi Ömər əl Ədənidən, o daSufyandan, o da Əbi Nəcihdən, o da Mucahiddən rəvayət edir ki,  Səlman radiyallahu anh demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)dən keçmiş dinimdə olanları soruşdum, onların namazları və ibadətləri haqqında danışdım. O zaman bu  haqda “İman gətirənlərdən müsəlmanlardan, yəhudi, xristian və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanan..”  ayəti endi. Suddi də belə demişdir:  “İman gətirənlər, yəhudi, xristian və sabiilər” ayəti Səlman Farisinin yoldaşları haqqında idi. O peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə söhbət edirdi. Səlman Farisi yoldaşları haqqında ona xəbərlər verdi. Onlar namaz qılarlar, oruc tutarlar, sənə iman edərdilər, sənin göndəriləcəyinə iman edərdilər, dedi. Səlman onları mədh edəndən sonra Allahın Nəbisi (salləllahu aleyhi və səlləm) ona: Ey Səlman onlar Cəhənnəmlikdir dedi. Bu Səlmanı çox kədərləndirdi. Allah Təala da bu ayəni endirdi.

Yəhudilərin imanı Tevrata və Musanın (aleyhi salam) sünnətinə tutunmaqdır. Bu da İsa əleyhissalam gələnə qədər davam edər. İsa gəldikdə kim hələ də Tövrata və Musa əleyhissalamin sünnətinə tabe olarsa onları tərk edib İsa əleyhissalama tabe olmazsa həlak olar. Xristiyanların da imanı belədir. Onlardan kim İncilə və İsa əleyhissalamın şəriətinə tabe olarsa məqbul bir mömin olar.  Bu da Muhamməd salləllahu aleyhi və və səlləm gələnə qədər davam edər. Onlardan kim Muhamməd salllahu aleyhi vəsəlləmə  tabe olmaz, İsanın sünnətinə və İncilə bağlı olduğu şeyləri tərk etməzsə, həlak olar.

İbn Abi Hatim, belə demişdir. Səid İbn Cubeyrdən də bənzəri rəvayət edilmişdir. Mən də deyirəm ki, bu rəvayət  Əli İbn Əbi Təlhanın İbn Abbasdan həmin ayət haqqında dediklərinə zidd deyyldir. İbn Abbas:  Allah bundan sonra”Kim islamdan başqa bir din axtararsa bu ondan qəbul olunmaz və o axirətdə ziyan edənlərdəndir” (Ali İmran, 85) ayəsini nazil edib, demişdir.  Çünki İbn Abbasın dediyi budur ki,Muhamməd salllahu aleyhi və səlləmin şəriətinə müvafiq olmayan hər hansı bir yol və ya əməl qəbul olunmayəcaq. yalnız Muhamməd (salləllahu aleyhi və səlləm) göndərildikdən sonra onun gətirdiklərinə uyğun olanlar qəbul olunur. Amma ondan öncəkilərdən kim öz zamanınındakı rəsula tabe olarsa o doğru yoldadır, qurtuluş yolundadır. Bu fikrə görə yəhudilər Musa aleyhissalama tabe olub öz zamanlarında Tövratı tətbiq edənlərdir. yahud kəliməsi həvadət sözündən gəlir ki bu da sevmək deməkdirvə ya təhəvvadsözündən gəlir ki, o da tövbədir. Məsələn Musa Əleyhissalamın “İnna hudna ileyk” (Araf, 156) sözü kimi, sənə tövbə etdik deməkdir. Onlara bu adın verilməsi tövbə etmələrindən və bir birilərini sevmələrindəndir. yaqub əleyhissalamın  böyük oğlu yahudayə da nisbətləndikləri üçün də belə deyilmişdir. Əbu Amr İbn Əla da belə demişdir: Çünki onlar tövrat oxuyarkən yırğalanardılar, buna görə də onlara yəhudi deyilmişdir. İsa əleyhissalam göndərildikdə İsrailoğullarının ona tabe olub ona itaət etmələri vacib oldu. Onun dostları və dinindən olanlar Xristiyanlardır (Nəsranilərdir). Onlara belə deyilməsi öz aralarında yardımlaşdıqlarına görədir. Onlara ənsar da deyilir, necə ki, İsa əleyhissalam “Allah yolunda kim mənim köməkçim olacaqdır?” — deya soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın köməkçiləri! (Ali İmran, 52). Onlar Nasıra adlı bir yerə endiklərinə görə də belə adlandırldıqları rəvayət edilmişdir.Bunu Qatadə və İbn Cureycdən nəql edilir həmçinin  İbn Abbasdan da rəvayət edilmişdir. Allah ən doğrusunu biləndir.

Nasara Nasranın cəm formasıdır. Necə ki, Nəşavanın Nəşvanın cəmi olduğu və Sükaranın Sekranın cəmi olduğu kimi. Qadına da Nəsranə deyilir. Şair belə demişdir:

Hənəfi deyildir o, Nəsranədir o qadın..

Allah Təala Muhamməd Salllahu aleyhi və səlləmi son peyğəmbər və bütün insanlar üçün elçi olaraq göndərdikdə , xəbər verdiyi şeylərdə onu təsddiqləmələri, əmr etdiyi şeylərdə ona itaət etmələri və qadağan etdiyi şeylərdən çəkinmələri onlara fərz oldu. Məhz bunlar həqiqi möminlərdir. Ümməti Muhəmmədə möminlər deyilməsi güclü iman etdiklərinə və yaqinliklərinin güclü olmasına görə idi. Həm də onlar bütün keçmiş peyğəmbərlərə və sonralar gələcək olan qeyblərə iman edərdilər.

Sabiilər haqqında isə ixtilaf edilmişdir. Sufyan sevri, Leys İbn Süleymdən rəvayət edilir ki, Mucahid belə demişdir. Sabiilər Məcusilər, yəhudilər və Xristianlar arasında bir qövm idi. Onların dini yox idi. Bunu İbn Əbu Naceh də ondan rəvayət etmişdir. Ata ilə Səid İbn Cubeyrdən də belə rəvayət edilmişdir. Əbu Aliyə, Rəbi İbn Ənəs, Suddi, Əbu Şaasa, Cabir İbn Zeyd, Dəhhaq və İshaq İbn Rahavəyh də: Sabiilər əhli kitabdan Zəbur oxuyan bir firqədir,demişdilər. Bunun üçündür ki, Əbu Hənifə ilə ishaq: Kəsdiklərini yeməkdə, qadınları ilə evlənməkdə bir maneə yoxdur,demişdilər. Hüşeymdən mütarrif belə demişdir: Biz Hakəm İbn Utbənin, yanında idik. Bəsrəli bir adam ona Həsəndən onlar haqqında: Sabiilər Məcusilər kimidir, dediyini rəvayət etdi. Hakəm də “sizə deməmişdim?”dedi. Əbdurrəhman İbn Mehdidən, Müaviya İbn əbdul Kərim, Həsəndən: Onlar mələklərə ibadət edən bir qövmdür dediyini eşitdim, demişdir. İbn Cərir belə demişdir. Bizə Muahmməd İbn Abdul ala, o da Mutəmir İbn Süleymandan rəvayət edir ki,  onun atası demişdir: Ziyad, Sabiilərin qibləya yönələrək beş vaxt namaz qıldıqlarını xəbər verdi. Deyirdi ki, Vali Ziyad onlardan cizyəni ləğv etmək istədi. Sonradan onların mələklərə ibadət etdikəri xəbərini aldı.

Əbu Cəfər ər Razi belə demişdir: Mənə çatan məlumata görə Sabiilər mələklərə ibadət edən, Zəbur oxuyan və qibləya yönələrək namaz qıılan bir qövmdür. Səid İbn Əbu Arubə də Qatadədən belə rəvayət etmişdir. İbn Əbi Hatim belə demişdir: Bizə yunis İbn Abdulala, o da İbn Vəhbdən, o da İbn Əbizzinaddan rəvayət etmişdir ki, atası belə demişdir: Sabiilər İraq tərəfdə Kusa bölgəsində yaşayən bir qövmdür. Onlar bütün peyğəmbərlərə inanar və ildə otuz gün oruc tutarlar. yamənə tərəf yönələrək gündə beş vaxt namaz qılarlar. Vəhb İbn Münəbbehdən Sabiinlər haqqında soruşdular o da belə dedi: Onlar Allahı bir qəbul edərlər. Əməl etdikəri bir şəriətləri yoxdur, kafir də sayılmazlar. Abdullah İbn Vəhbdən rəvayət edilir ki, Əbdurrəhman İbn Zeyd belə demişdir: Sabiilik dinlərdən bir dindir. Onlar mosul yarımadasında idilər. Ləiləhə illallah deyardilər. Nə əməllləri nə də kitabları nə də peyğəmbərləri var idi. Ancaq Lə iləhə illallah deyardilər. Hər hansı bir peyğəmbərə iman etməzdilər. Buna görə də müşrüklər peyğəmbər (salləllahu aleyhi və səlləm) və əshabını onlara bənzədərək Sabii deyardilər və bununla Ləiləhə illallah deməklərini qəsd edərdilər. Xəlil də belə demişdir. Onlar dinləri xristiyan dininə bənzəyan bir qövmdür. Ancaq qiblələri Cənub küləklərinin əsdiyi tərəfdir. Özlərinin Nuhun dinindən olduqlarını iddia edərdilər. Qurtubi, Mucahid, Həsən və İbn Əbi Nacehdən rəvayət etmişdir ki, onların dinləri yəhudiliklə Məcusilik arasında idi. Kəsdikləri yeyilməzdi. İbn Abbas qadınları ilə evlənmək olmaz, demişdir.  Qurtubi belə demişdir: Bəzi alimlərin dediyinə görə onlar Allahın təkliyini qəbul edir və eyni zamanda ulduzların təsirinə inanarlar. Bunun üçündür ki, Əbu Səid əl İstaxri bir sualın cavabında onların kafir olduqları fətvasını vermişdir. Razi də onların ulduzlara ibadət etdiklərini üstün rəy hesab etmişdir. yəni ibadət və dua üçün ulduzları qiblə etdiklərini və ya Allah aləmin idarəsini ulduzlara həvalə etdiyinə, inanardılar. İbrahim aleyhi səlamın mübahisə etdiyi və inanclarını qəbul etmədiyi Kəldanilər də bu rəydə idilər. Allah ən doğrusunu biləndir, rəylərin ən açıq aydını Mucahid ilə tərəfdarları Vəhb İbn Münəbbehin bu fikridir: Onlar yəhudilik, Xristiyanlıq, Məcusilik və müşriklik kimi bir din üzərində deyildirlər. Onlar öz fitrətlərini qoruyurdular. Tabe olduaları oturaqlaşmış bir din yox idi. Buna görə də Müşriklər müsəlman olanlara sabiilər deyardilər. yəni o gün üçün geniş qəbul edilən bir dindən olmayanlar deməkdir. Bəzi alimlər də Sabiilər o kəslərdir ki, onlara hər hansı bir peyğımbərin dəvəti çatmayıb,demişdilər. Allah ən doğrusunu biləndir.