Allah Təala İsrail oğulları hökmdarı Talutdan və ona itaət edən İsrail oğullarından xəbər verərək buyurur. Suddinin rəvayətinə görə həmin gün onun əsgərlərinin sayı 80 min nəfər idi. Allah ən doğrusunu biləndir. “Allah sizi bir çayla imtahan edəcək.” dedi. İbn Abbas və başqaları: “O, İordaniyəda ilə Fələstin arasında məşhur Şəria çayıdır” — demişlər. “Kim ondan içsə, məndən deyildir.” yəni, bu istiqamətdə mənə qoşulmasın, deməkdir. “Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”, yəni o bir məsuliyyat daşımır. Allah Təala belə demişdir: “Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər.”
İbn Cureycdən rəvayət edilir ki, İbn Abbas demişdir: “Əli ilə ovuclayıb içən susuzluğunu yatızdırırdı. Ondan içməyansə yatızdırmırdı.” Suddi, Əbu Malik, İbn Abbas da belə demişdir. Qatadə ilə İbn Şəvzəb də belə demişlər.
Suddi demişdir: “Ordu səksən min nəfər idi. Ondan yetmiş altı mini içdi, yanında dörd mini qaldı.” Bu cür demişdir.
İbn Cərir, İsrail, Sufyan Səvri, Misar bin Kidam yolu ilə, o da Əbu İshaq əs-Səbiyidən, o da Bəra İbn Azibdən belə demişdir: “Biz, Muhammədin (salləllahu aleyhi və səlləm) Bədir döyüşündəki əshabının sayının, Talutla birlikdə çayı keçən əsgərlərin sayı qədər — üç yüz on üçə yaxın olması ətrafında danışardıq. Onunla ancaq mömin olanlar keçmişdi.” Bunu Buxari, Abdullah İbn Rəcadan, o da İsrail İbn yunusdan, o da Əbu İshaqdan, o da babasından rəvayət etmişdir ki, Bəra belə demişdir: Biz: “Muhammədin (salləllahu aleyhi və səlləm) Bədirdəki əshabının sayı, Talutla bərabər çayı keçənlərin sayı qədərdir” deyərdik. Onunla da bərabər ancaq üç yüz on ətrafında mömin keçmişdi.
Sonra bunu Sufyan Səvri, Zuheyr, Əbu İshaq, Bəra yolu ilə bənzər şəkildə rəvayət etmişdir. Buna görə də Allah Təala: (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayəcaq” demişdir. yəni, özlərini izdihamlı düşmən ordusunun qarşısında az görmüşdülər. Alimləri onları cəsarətli olmağa çağırdı. Onlar bilirdilər ki, Allahın vədi haqdır. Zəfər yalnız Allah qatındandır. Sayın və təchizatın çoxluğu ilə deyildir. Bu səbəbdən də “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbr edənlərlədir” — dedilər.