Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin bilmirsənmi? O demişdi: “Allah bu kəndiölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!”  Dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.

Daha əvvəl keçən “Allahın verdiyi səltənət görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi?” kəlamı “İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin mislində birini gördünmü?” cümləsi ilə bir qüvvədədir. Bu səbəbdən də “Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi?” kəlamını ona bağlamışdır. Kəndin yanından keçən bu şəxs barəsində ixtilaf edilmişdi. İbn Əbi Hatim, İsam İbn Rəvvaddan o da Adəm İbn Əbi İyasdan, o da İsraildən, o da Əbu İshaqdan, o da Naciya İbn Kəbdən rəvayət etmişdir ki, Əli İbn Əbu Talib: ”O şəxs Üzeyirdir” — demişdir. Bunu İbn Cərir şəxsən Naciyadən rəvayət etmişdir. Bunu İbn Cərir ilə İbn Əbi Hatim, İbn Abbas, Həsən, Qatadə, Suddi və Suleyman İbn Bureyrədən nəql etmişdir. Məşhur olan da bu rəydir. Vəhb İbn Münəbbih və Abdullah İbn Ubeyd İbn Umeyr demişlər: “O, Ərmiya İbn Halqiyadir.” Muhəmməd İbn İshaq demişdir; o da ittiham olunmayən birindən, o da Vəhb İbn Münəbbihdən demişdir: O, Xızırın (əleyhissalam) adıdır.

İbn Əbi Hatim demişdir: Bizə atam rəvayət etdi, Car xalqından Süleyman İbn Muhamməd əl-yasariy əl-Caridən – o, Mutarrifin əmisi oğludur — eşitdim ki, o dedi: Şam xalqından bir kişi: “Allahın yüz il öldürüb sonra diriltdiyi şəxs Hıziqil İbn Buradır.” — demişdir. Mucahid İbn  Cəbr də: “O, İsrail oğullarından bir adamdır” — demişdir. Başqaları isə demişlər: “O ölən adam qırx yaşında idi. Allah onu o vəziyyətdə diriltdi. Onun da bir oğlu var idi. yüz iyirmi yaşına çatmışdı. Oğlunun oğlu da doxsan yaşına çatmışdı. Baba gənc idi, oğlu və oğlunun oğlu isə yaşlı qocalar idilər.” Bir nəfər mənə bu mənada belə bir şeir oxudu:

Gəncin saçları oğlunun saçından əvvəl ağardı,

Oğlunun da oğlu ondan daha yaşlı idi

Onun əsayə söykənib yeridiyini gördülər

Saqqalı qara, başı tüklü idi.

Oğlunun gücü qüvvəti yox idi

Qalxıb yeriyandə uşaq kimi yıxıldı qalxdı

Oğlu qırx yaşına gəldi

Oğlunun oğlu da doxsana nərdivan dayədı.

Həmin şəhər məşhur rəvayətə görə Beytul müqəddəsdir. Buxtənassar tərəfindən xarabalığa çevrildikdən və əhalisi də öldürüldükdən sonra oradan keçirdi. “xarabalığa çevrilmiş” yəni, orada heç kim yox idi. Deyilir: xavat əd-dər, təxvi xavəən və xuviya. “Uçulub” yəni, damları və divarları torpağının üstünə dağılmışdı. Bu qədər əzəmətli tikililəri olan kəndin halını gördükdə düşünərək dayəndı və: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” — dedi. Çünki çürüdüyünü və bərbad bir şəkildə xarabayə çevrildiyini gördükdə, yenidən əvvəlki halına gələcəyini güman etmədi. Allah Təala da: “Allah onu öldürüb yüz il saxladı, sonra da dirilti” — buyurdu. Kənd onun ölümündən yetmiş il sonra bərpa edildi. Əhali doldu. İsrail oğulları ora geri qayıtdılar. İzzət və cəlal sahibi Allah onu ölümündən sonra diriltdikdə, ilk canlandırdığı gözləri oldu ki, Allahın etdiyini, onun bədənini necə dirildiyini görsün. Dikəlib ayəğa qaxdıqda Allah ona mələk vasitəsi ilə:  “Nə qədər qaldın” buyurdu. O da: “Bir gün yaxud bir gündən də az qaldım!” — dedi. Çünki günün əvvəlində öldü, sonra da Allah onu günün sonunda diriltdi. Günəşin batmadığını gördükdə həmin gün olduğunu zənn etdi. ”yaxud bir gündən də az” — dedi. Allah da “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyinə bax, hələ də xarab olmayıb” buyurdu. Çünki rəvayətə görə onun yanında yaş üzüm, əncir və üzüm suyu var idi. Onun yuxarıda qeyd edildiyi kimi xarab olmadığını gördü. Nə üzüm suyu dəyişmişdi, nə əncir turşumuş və xarab olmuşdu, nə də üzüm qıcqırmışdı. “Uzunqulağına da bax!” yəni, izzət və cəlal sahibi Allahın onu necə diriltdiyinə bax, deməkdir. “Biz səni insanlar üçün bir dəlil etdik.” yəni, axirət üçün dəlil etmək istəyirik, deməkdir. “Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir” yəni, ayəğa qaldırırıq, bir-birinin üstünə yerləşdiririk.

Hakim “Müstədrək” əsərində Nafi İbn Əbi Nuaymdan, o da İsmayıl İbn əbu Hakəmdən, o da Xaricə İbn Zeyd İbn Sabitdən, o da atasından belə rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) “keyfə nünşizuha” şəklində “zəy” ilə oxudu.” Sonra da: “Sənədi səhihdir, iki şeyx onu təxric etməmişdi” — dedi.

“Nünşiruha” şəklində də oxunmuşdur ki, “necə dirildirik” deməkdir. Bunu Mucahid demişdir.

Sonra da onların üstünü ətlə örtürük”. Suddi və digərləri demişlər: “Uzunqulağının sümükləri sağa və sola dağılmışdı. Onlara baxdı. Bəyazlığından parıldayırdılar. Allah ona bir külək göndərdi və onu o bölgədən bir yerə yığdı. Sonra hər sümüyü aid olduğu yerə qoydu. Sonra sümüklərdən düzəldilmiş bir uzunqulaq oldu. Üstündə ət yox idi. Sonra Allah onlara ət, sinir, damarlar və dəri geyindirdi. Daha sonra Allah bir mələk göndərdi. O da uzunqulağın bütün dəliklərinə ruh üflədi. İzzət və cəlal sahibi Allahın izni ilə o, anqıraraq ayəğa qalxdı. Bütün bunlar Üzeyirin gözü önündə olurdu. Bütün bunlar ona aydın olduğu zaman “Mən artıq bilirəm ki, Allah hər şeya qadirdir!” – dedi.”  yəni, mən bunu bilirəm, bunu öz gözlərimlə görmüşəm. Bu barədə zəmanəmin ən yaxşı biləni mənəm. Digərləri isə bunu əmr formasında “bil ki” oxumuşlar.