Allah Təala qadınla evləndikdən sonra onunla yaxınlıq etmədən boşamağı mübah etmişdir. İbn Abbas, Tavus, İbrahim, Həsən Bəsri: “toxunma” sözü cinsi əlaqədir — demişlər. Əgər mehri təyin etməni ərinə həvalə edərsə, onunla əlaqəya girmədən və mehri təyin etmədən əvvəl boşamaq icazəlidir. Ondan qəlbi qırılsa da icazəlidir. Buna görə Allah, ərinin ona müvafiq qayda üzrə pay verməsini və itirdiyi evliliyin əri tərəfindən təzminat ödənməsini buyurmuşdur. Varlı ilə kasıb hallarına müvafiq tərzdə etsinlər.
Sufyan Səvri, o da İsmayıl İbn Uməyyadən, o da İkrimədən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: Talaq verilərkən müvafiq qayda üzrə pay verməyin ən yüksəyi xidmətçi, ondan aşağısı gümüş, ondan aşağısı isə paltardır.
Əli İbn Əbu Talha, İbn Abbasdan demişdir: Əgər varlıdırsa, bir xidmətçi və ya buna oxşar bir şeylə, əgər kasıbdırsa üç paltar verərək pay verir.
Şəbi də demişdir: “Orta budur: Don, baş örtüyü, üst örtüyü və cilbab[1]”. O dedi: Şureyh beş yüzlə müvafiq qaydada pay verərdi.” Abdurrəzzaq demişdir: Bizə Mamər, o da Əyyubdan, o da İbn Sirindən onun belə dediyini xəbər verdi: “O, xidmətçi və ya pul yaxud da paltar verməklə müvafiq qaydada pay verərdi.” O dedi: “Həsən İbn Əli on min verib müvafiq qaydada yaxşılıq pay verdi.” Rəvayət edilir ki, qadın demişdir:
Sevgilindən ayrılmaq üçün kiçik bir pay…
Əbu Hənifənin rahiməhullah məzhəbi də belədir: Ər və arvad müvafiq payın miqdarında razılığa gəlməsələr, qadına mehrin yarısı mislində verilməsi vacib olar. Şəfii də yeni görüşündə demişdir: Kişiya müəyyən miqdar yüklənməz, yalnız ən az pay sayılacaq bir şeyi vermək məcburiyyatindədir. Mənim ən çox sevdiyim isə, içində namaz qıla biləcək paltardır. Şəfiinin köhnə görüşü isə belədir: Mən yaxşılıqda bir miqdar bilmirəm, amma otuz dirhəmə yaxşı baxıram. Necə ki, İbn Ömərdən (radiyAllahu ənhumə) eynisi rəvayət edilmişdir.
Alimlər burada da ixtilaf etmişlər. Müvafiq qaydada pay bütün boşanan qadınlara vacibdir yoxsa yalnız cinsi əlaqədə olmayıb və mehri kəsilməyan qadınlara? Burada 3 rəy var:
Birinci: O, bütün boşananlara vacibdir. Çünki “Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. (Bu,) müttəqilər üçün bir borcdur.” (Bəqərə, 241) ayəsi ümumidir. Həmçinin Allah Təala buyurur: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi (dünya malıyla) məmnun edib gözəl tərzdə sərbəst buraxım.” (Əl-Əhzab, 28) Onların isə həm mehri, həm də cinsi əlaqəsi var idi. Bu, Səid İbn Cubeyr, Əbu Əliya və Həsən Bəsrinin görüşüdür. Şəfiinin iki görüşündən biri də belədir ki, bəziləri bunu onun yeni və doğru rəyi saymışlar. Allah ən doğrusunu biləndir.
İkinci rəy: Müvafiq qayda üzrə yaxşılıq, toxunulmadan boşanan qadına vacibdir, mehri verilmiş olsa da belədir. Çünki Allah Təala buyurur: “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara müvafiq qayda üzrə pay verin və gözəl tərzdə buraxın.” (əl-Əhzab, 49).
Şubə və digərləri, Qatadədən, o da Səid İbn Musəyyabdən onun belə dediyini rəvayət etmişdir: əl-Əhzab surəsindəki bu ayə, əl-Bəqərə surəsindəki ayəni nəsx etmişdir.
Buxari öz Səhihində, Səhl İbn Sad ilə Əbu Useyddən rəvayət etmişdir ki, onlar belə demişlər: Rəsulullah ((salləllahu aleyhi və səlləm) ), Umeymə bint Şurahbil ilə evləndi. O ona əlini uzaddı, o da istəməyan kimi davrandı. O da Əbu Useydə əmr etdi ki, onu hazırlasın və iki mavi paltar geyindirsin.
Üçüncü rəy: Müvafiq qayda üzrə pay yalnız toxunulmayən və mehri verilməyan qadına vacibdir. Əgər onunla mehri verilmədən əlaqədə olarsa ona mehri mislindəki vacib olar. Əgər mehri təyin edib və onu əlaqədən öncə boşasa qadına mehrin yarısı mislində vacib olar. Əgər əlaqədə olsa, hamısı qüvvəya minir. Bu da ona müvafiq payın əvəzi olar. Qeyd edilən haqqı itirən, mehri verilməyan və əlaqədə olmayan qadındır və ayə ona müvafiq vacib pay verməyin olduğunu göstərir. Bu, İbn Ömərin və Mucahidin görüşüdür. Alimlərdən bəziləri bunu bütün talaqı verilənlər üçün müstəhəb saymışlar. yalnız cinsi əlaqədə olmayıb boşanan istisna edilmişdi. Bu da yad bir fikir deyil. əl-Əhzab surəsindəki seçim vermə ayəsi buna ehtimaldır. Buna görə Allah Təala buyurur: “Onlara müvafiq qayda üzrə pay verin — varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində” (əl-Bəqərə, 236) və: “Boşanmış qadınlara müvafiq qayda üzrə pay vermək lazımdır. Bu müttəqilər üçün bir borcdur.” (Bəqərə, 241). Bəzi alimlər də hamıya müstəhəbdir demişlər. İbn Əbu Hatim demişdir: Bizə Kəsir İbn Şihab əl-Qəzvini xəbər verdi, bizə Muhəmməd İbn Səid İbn Sabiq xəbər verdi, bizə Amr yəni, İbn Əbu Qeys xəbər verdi, o da Əbu İshaqdan, o da Şəbidən nəql etdi ki, ondan müvafiq qayda üzrə pay barəsində soruşdular: “Ona görə həbs edilərmi?” O da: “varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində” ayəsini oxudu. Şəbi dedi: “Allaha and içirəm ki, ona görə həbs edilən görmədim. Əgər vacib olsaydı, qazilər ona görə həbs cəzası verərdilər.”
[1] Xalata bənzər uzun geyim növü