Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

Allah Təala “Yoxsa onların mülkdən bir payımı var?!”  deyir. Bu inkar mahiyyətində olan sualdır, yəni onların mülkdən bir payı yoxdur deməkdir. Sonra onların xəsisliklərini bildirib “Əgər elə olsaydı, çərdəyin tumurcuğunu belə insanlara verməzdilər” dedi. Yəni əgər onların mülkdə və idarədə şəriklikləri olsa idi heç kimə, xüsusilə Muhammədə (sallallahu aleyhi və səlləm) çərdəyin tumurcuğu qədər bir şey verməzdilər. Bunu İbn Abbasla birgə əksəriyyət demişdir. Bu ayə buna bənzəyir “De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərcləməkdən qorxaraq xəsislik edərdiniz.” (İsra 100) Yəni əlinizdəki tükənər qorxusu ilə elə edərdiniz, deməkdir. Halbuki onun bitməsi təsəvvür belə edilə bilməz. Bu ancaq xəsislikdən qaynaqlanır. Buna görə də Allah Təala “İnsan çox xəsisdir” (İsra 100) demişdir.

Sonra belə dedi: Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Bunda Allahın Muhammədə (sallallahu aleyhi və səlləm) böyük peyğəmbərlik nəsib etməsi qəsd edilmişdir. Onu qısqanmaları da buna səbəb olmuşdur. Çünki O, ərəblərdən idi, İsrailoğullarından deyildi. Təbərani belə demişdir: “Bizə Muhamməd İbn Abdullah əl- Hadrami danışdı, bizə Yəhya əl-Himmani danışdı, bizə Qeys ibn Rəbi danışdı, o da Süddidən, o da Atadan, oda İbn Abbasdan “insanlara həsədmi aparırlar?” kəlamı haqqında: Ayədəki «insanlar» bizik, digər insanlar nəzərdə tutulmur, demişdir.

Allah Təala da belə dedi: “Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik” yəni biz İbrahim soyundan gələn İsrail oğulları tayfalarına peyğəmbərlik verdik və onlara kitablar endirdik. Onlar da sünnələrə görə hökm verdilər, bu isə hikmətdir. Onlardan hökmdarlar gətirdik. Bununla bərabər Onlardan bəzisi ona iman gətirdi bu verilənə və bu nemətə, deməkdir. Bəzisi də ondan üz çevirdi yəni ona küfr etdi, ona arxasını çevirdi və insanları ondan döndərməyə çalışdı.  Halbuki o da öz millətindən yəni İsrail oğullarından idi. Onda ixtilafa düşdülər. Elə isə ey Muhamməd sənin barəndə nə edərlər, halbuki, sən heç bəni İsraildən də deyilsən? Mücahid belə demişdir: “Onlardan bəzisi ona iman gətirdi” yəni Muhammədə (sallallahu aleyhi və səlləm) deməkdir. “Bəzisi də ondan üz çevirdi” — yəni Kafirlər onu daha şiddətli bir şəkildə yalanladılar, onun gətirdiyi hidayətdən və açıq aşkar olan haqdan daha çox uzaqlaşdılar. Buna görə də onları təhdid edərək “cəhənnəmin yandırıcı alovu kifayətdir” dedi. Yəni küfrlərinə, inadkarlıqlarına və Allahın kitab və elçilərinə müxalifliklərinə görə cəza olaraq cəhənnəm onlara kifayət edər, deməkdir.