Allah Təala kafirləri Muhammad (salləllahu aleyhi və səlləm) ilə hədələyarək deyir: “yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun?” yəni, qiyamət günündə ilk və sonuncu qulları arasında hökm verməsi üçün gəlməsini gözləyirlər? O zaman hər birinin əməlinin qarşılığını verər, xeyirdirsə xeyir, şərdirsə şər olar. Buna görə Allah Təala “iş bitirilmişdir, işlər yalnız qaytarılacaq”. Xeyr! Eləki yer lərzəya gəlib parça-parça olacaq, sənin Rəbbin və səf-səf mələklər gələcək, və o gün Cəhənnəm gətiriləcək. O gün insan xatırlayəcaqdır. Lakin xatırlamanın ona nə faydası? (Fəcr, 21-23) “yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər?” (Ənam, 158).
İmam Əbu Cəfər İbn Cərir burada baş verəcəklər barədə olan hədisi uzun olması ilə yanaşı əvvəlindən qeyd etmişdir. Belə ki, Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) nəql etmişdir. O, məşhur bir hədisdir. Onu müsnəd sahibləri və digərləri müxtəlif yollarla rəvayət etmişlər. Orada bu cür deyilir: “İnsanlar arasat meydanında sıxılıb şəfaət üçün təkrar Adəmə və digər Peyğəmbərlərə bir-bir müraciət edərlər. Hamısı bundan boyun qaçırırlar. Sonda Muhəmmədə (salləllahu aleyhi və səlləm) gəlib çatırlar. Onun yanına gəldikdə, buyurar: “Mən bu iş üçünəm. Mən bu iş üçünəm.” O gedib Ərşin altında Allaha səcdəya qapanar. Allah qatında şəfaət diləyar ki, O gəlib qulları arasında hökm kəssin. Allah da şəfaətini qəbul edər. Allah dünya səması parçalandıqdan sonra buludların kölgələrində gələr. Oradakı mələklər də enər. Sonra ikinci, üçüncü, daha sonra da yeddinci qatdakılar gələr. Ərşi daşıyanlar və kərubiyyun mələkləri də enər. İzzət və cəlal sahibi əl-Cəbbar Allah, mələklərlə birgə buludların içində enər. Mələklər səslənərək bu cür təsbih edərlər: “Mülk və mələkut sahibini təsbih edirik, Ərşin Rəbbini və əzəmət sahibini təsbih edirik, ölməyan dirini təsbih edirik, özü ölməyan məxluqatı öldürəni təsbih edirik. Mələklərin və Ruhun Rəbbi mükəmməl və müqəddəsdir. Müqəddəsdir. Müqəddəsdir. Ən uca Rəbbimiz nöqsansızdır. Səltənət və əzəmət Rəbbi nöqsansızdır. O, əbədi olaraq, əbədi olaraq Pakdır.”
Hafiz Əbubəkr İbn Mərdəveyh burada başqa hədislər də gətirmişdi ki, onlarda qəriblik var. Allah ən doğrusunu biləndir.
Bunlardan biri budur: Minhal İbn Amrdan, o da Abu Ubeydə İbn Abdullah İbn Məsuddan, o da Məsruqdan, o da İbn Məsuddan, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah bəlli günün bəlli vaxtında öncəkiləri və sonrakıları toplayəcaq. Gözləri bərəlmiş göyə baxarlar. Hökmün verilməsin gözləyarlər. Allah buludların kölgəsində Ərşdən kürsüya enər.”
İbn Əbu Hatim demişdir: Bizə Əbu Zura, o da Əbubəkr İbn Əta İbn Muqaddəmdən, o da Mutəmir İbn Süleymandan, o da Abdulcəlil əl-Qaysidən, o da Abdullah İbn Amrın “yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun?” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Allah endiyi zaman, Onunla məxluqatı arasında 70 min pərdə olur. Bunlardan: Nur, qaranlıq və sudur. O qaranlıqda su elə bir səs edər ki, ürəklər parçalanar.”
O dedi: Bizə atam, o da Muhəmməd İbn əl-Vəzir əd-Diməşqidən, o da Vəliddən rəvayət edir ki, Zuheyr İbn Muhəmməddən: “yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun?” ayəsi barəsində soruşdum. Buludların kölgələri, yaqutdan düzülüb, qiymətli daşlardan və zəbərcətdən[1] əklil qoyulub.
İbn əbu Nəcih, o da Mucahiddən belə demişdi: O bulud deyil. Ancaq Tih çölündə azdıqları zaman İsrail oğullarına gəlmişdir.
Əbu Cəfər ər-Razi, o da Rəbi İbn Ənəsdən, Əbu Aliyənin “yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin…” ayəsi barədə belə dediyini rəvayət etmişdir: “Mələklər buludun kölgəsində gələrlər. Allah təalə də dilədiyinin içində gələr.” Bəzi qiraətlərdə bu cür gəlmişdir: “yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah gəlsin və mələklər bulud kölgəsində gəlsin…” Necə ki, digər ayə də belədir: ”O gün göy buludlarla yarılır və mələklər endirildikçə endirilir”. (əl-Furqan, 25).
[1] Qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli daş.