“Yoxsa siz elə güman edirdiniz ki, Cənnətə daxil olacaqsınız?” Sınaqdan və yoxlamadan keçmədən, imtahan edilmədən əvvəl. Necə ki, sizdən əvvəlki ümmətlərə eynisi edildi. Buna görə də “sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən” demişdi. Onlar xəstəliklər, ağrılar, müsibətlər və bəlalardır.
İbn Məsud, İbn Abbas, Əbu-Aliyə, Mucahid, Səid İbn Cubeyr, Mürrə əl Həmədani, Həsən, Qatadə, Dəhhak, Rəbi, Suddiy və Muqatil İbn Həyyan: “bəsa” kasıblıq, “darra” xəstəliklərdir — demişlər. “Sarsılmışdılar” yəni, düşmən qorxusundan şiddətlə sarsıldılar, böyük imtahana çəkildilər, deməkdir. Necə ki, səhih hədisdə Xabbəb İbn Ərat demişdir: Biz dedik: “Ey Rəsulullah, bizim üçün zəfər istəyacəksən? Bizim üçün Allaha dua etməyəcəksən?” O buyurdu: “Sizdən əvvəlkilərin birinin başına mişar qoyular, ayəqlarına qədər çəkilərdi, lakin bu onu dinindən döndərməzdi. Sümüyünün üstündən əti dəmir daraqlarla daranar, bu da onu dinindən döndərməzdi.” Sonra belə dedi: “Allaha and içirəm ki, Allah bu işi tamamlayəcaq. Belə ki, atlı Sənadan Hadramovta qədər gedəcək, amma Allahdan və ya qoyunlarına qarşı canavardan başqa heç bir şeydən qorxmayəcaq. Amma siz tələsən bir camaatsız.”
Allah Təala buyurur: “Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyacəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.” (Ənkəbut 1-3)
Bu deyilənlərin böyük bir hissəsi Əhzab döyüşündə səhabələrin başına gəldi. Allah onlardan razı olsun. Necə ki, Allah Təala buyurur: “O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəya çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir”– deyirdilər.” Əhzab (10-12).
Herakl, Əbu Sufyana: “Heç onunla döyüşdünüz?” sualını verəndə o: “Bəli” – dedi. Herakl dedi: “Aranızdakı döyüş necə keçir?” Əbu Sufyan cavabında: “Gah biz qalib gəlirik, gah o” – dedi. O da: “Peyğəmbərlər belə sınanar, sonda onlar qalib gələr” – dedi.”
“Sizdən əvvəlkilərin başına gələnlər” yəni, aqibətləri, deməkdir. Necə ki, Allah Təala belə demişdir: “Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.” (Züxruf 8).
“Elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər.” yəni, düşmənlərinə qarşı qələbə istədilər, sıxıntıların dəf olunmasını və dar vəziyyətdən çıxış istədilər. Allah Təala da: “Həqiqətən, Allahın köməyi yaxındır.” — dedi. Buna görə də: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir, Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.” — demişdir.(İnşirah 5) Nə qədər şiddət olarsa, onun misli qədər kömək gələr. Buna görə də: “Həqiqətən, Allahın köməyi yaxındır.” — demişdır. Əbu Rəzinin rəvayət etdiyi hədisdə deyilmişdir: “Rəbbin köməyinin yaxınlığına baxmayəraq qullarının ümidsizliya qapılmalarına təəccüb etdi. Onlara baxar, ümidləri kəsikdir, qurtuluşlarının isə yaxın olduğunu bildiyi üçün onlara gülər.”