Allah Təala, İsmayıl oğullarından olan Ərəb müşriklərinə və İsraildənyəni,İbrahim oğlu İshaq oğlu yaquboğullarındankafir olanlara etiraz edərək deyir: yaqub ölərkən oğullarına şəriki olmayan bir tək Allaha ibadət etmələrini vəziyyət etdi və:“Məndən sonra nəyə ibadət edəcəksiniz?”— dedi. Onlar da: “Sənin ilahına, atalarının – İbrahimin, İsmayılın və İshaqın ilahı olan Tək ilaha ibadət edəcəyik”— dedilər. Baxmayəraq ki, İsmayıl yaqubun əmisidir burada məsələ ümumi olaraq götürülmüşdür. Nəhhas bu barədə demişdir: Ərəblər əmiya ata deyirlər. Bunu Qurtub nəql etmişdir. Babanı ata sayəraq mirasdan onun qardaşlarına pay verməyanlər bu ayəni dəlil gətirmişdirlər. Necə ki, Əbu Bəkr Əs-Siddiq də belə demişdir. Bunu Buxari, İbn Abbas və İbn Zubeyr yolu ilə rəvayət etmiş, sonra isə sözünə belə davam etmişdir: Ona da etiraz edən olmadı. Möminlərin anası Aişə də radiyAllahu anha, buna razı olmuşdur. Həsən əl-Bəsri, Tavus, Əta da belədemişdilər. Əbu Hənifə ilə birçox sələf və xələf alimləri bu rəydə olmuşlar. Malik, Şafi və məşhur rəvayətə görə Əhməd, onun qardaşlar arasında bölüşdürüləcəyini söyləmişdirlər. Bu rəy Ömər, Osman, Əli, İbn Məsud, Zeyd İbn Sabit və digər sələf və xələfdən olan bəzilərindən Məlik tərəfindən rəvayət edilmişdir. Əbu Hənifənin iki dostu qazi Əbu yusuf ilə Muhəmməd İbn Həsən də bunu üstün rəy hesab etmişlər. Bu haqda başqa yerdə izah verilmişdir.
“Tək İlaha” yəni, Onun ilahlığını təkləşdirər və Ona başqa heç bir şeyi şərik qoşmarıq. “Biz yalnız Ona təslim olanlarıq” yəni, itaət edib boyun əyarik. Necə ki, Allah təala belə demişdir: “yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar” (Əli İmran, 83). İslam, bütün Peyğəmbərlərin dinidir, şəriətləri və üslubları fərqli olsa da, bu belədir. Necə ki, Allah Təala belə demişdir: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: ‘Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!’– deya vəhy etməyək.” (Ənbiya, 25). Bu mövzuya aid bir çox ayə və hədislər vardır ki, növbəti hədis də bu qəbildəndir: “Biz Peyğəmbərlər ata bir qardaşlarıq və dinimiz də birdir”.
“Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir.” yəni, Peyğəmbərlərdən və yaxşı insanlardan olan əsli-nəcabətə mənsub olmağınızın, xeyir bir əməl etmədikcə, sizə heç bir faydası yoxdur. Çünki onların əməlləri onlara, sizin əməllər isə, sizə aiddir. “Siz onların etdikləri barədə sorğu-suala tutulmayəcaqsınız”. Əbu Aliyə, Rabi və Qatadə belədemişdilər: “Onlar bir ümmət idi ki, gəlib getdilər” ayəsindəki məqsəd İbrahim, İsmayıl, İshaq, Yaqub və əsbat deyilən nəvələrdir. Buna görə də bir əsərdə belə nəql edilmişdir: Kimin əməli onu geri çəkirsə, nəsil-nəcabəti onu irəli aparmaz.