Əgər səfərdə olsanız və katib tapmasanız, saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.

Allah buyurur: “Əgər səfərdə olsanız” yəni, müsafir olduğunuz zaman müəyyən müddətə borc alıb “katib tapmasanız” — sizin üçün yazanı tapmasanız. İbn Abbas dedi: «yaxud da onu tapsanız, amma kağız, mürəkkəb yaxud qələm tapmasanız, onda saxlanılmış girov olsun.» yəni, haqq sahibinin əlində saxlanılmış girov, yazının əvəzinə olsun.

saxlanılmış girovlar olsun” sözünü sübut gətirərək, girovun yalnız saxlanılma şəklində lazım olduğu söylənilmişdi. Şəfii ilə cumhurun məzhəbi budur. Başqaları da bu ayəni girovun, mütləq girov alanın əlində olmasına dəlil gətirmişlər. Bu da İmam Əhməddən gələn rəvayətdir. Bir qrup da bununla razı olmuşlar.

Sələfdən bəziləri bu ayəni girovun yalnız səfərdə qüvvəya mindiyinə dəlil gətirmişlər. Bunu Mucahid ilə digərləri demişlər.

İki Səhihdə Ənəsdən rəvayət edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman, onun qalxanı bir yəhudidə otuz vasq[1] arpa müqabilində girovda idi. Onu ailəsinə ərzaq götürmək üçün girov qoymuşdu.

Bir rəvayətə görə isə: “Mədinə yəhudilərinin birində” – deyilmişdi. Şəfiinin rəvayətində: “yəhudi Əbuş-Şəhmin yanında” – deyilmişdi. Bu məsələlər «Əl-əhkamul- Kəbir» kitabında müzakirə edilmişdir. Həmd və minnət Allahadır. yardım yalnız ondan istənilir.

Əgər sizlərdən biri digərindən əmindirsə, qoy əmin olunan əmanəti qaytarsın” İbn Əbu Hatim yaxşı isnadla Əbu Səid əl-Xudridən bu ayənin əvvəl gələn ayəni nəsx etdiyini rəvayət etmişdir. Şəbi də demişdir: Əgər bir-birinizə güvənirsinizsə, yazmasanız yaxud şahid tutmasanız eyib etməz.

Rəbbi olan Allahdan qorxsun” yəni, əmanət edilən. Necə ki, İmam Əhməd ilə Sünən sahiblərinin, Qatadədən, o da Həsəndən, o da Səmuradan rəvayət etdiyi hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdi: «Əl, aldığı şeyi sahibinə ödəyincəya qədər cavabdehdi.»

Şahidliyi gizlətməyin” yəni, onu gizlətməyin, üzə çıxarmamaqla ona  xəyanət etməyin, deməkdir. İbn Abbas və digərləri demişlər: «yalançı şahidlik böyük günahların ən böyüklərindən biridir.» Şahidliyi gizlətmək də elədir. Buna görə Allah buyurur: “Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır”. Suddi bu barədə demişdi: «yəni, onun qəlbi yalançıdı.» Bu ayədəki kimi: “Allahın şahidliyini gizlətmərik, əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq.”(Əl-Maidə, 106). Allah təala demişdir: “Ey iman gətirənlər!  Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayəraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz danışsanız və ya boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.”(Ən-Nisə, 135). Burada da demişdir: “Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir”.

[1]Ölçü vahidi