Doqquzuncu: Nikah və talaq fəsli

Bu fəsil, özündə on bir bölümü əhatə edir.

Birinci bölüm:

Nikah barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Nikahın tərifi və icazəli olmasının dəlilləri:

1- Nikahın tərifi:

Nikah sözünün lüğəti mənası: qoşmaq, cəm etmək və qarışmaq — deməkdir. Deyilənə görə nikah sözünün mənası, «tənəkəhət əl-əşcəru» ağaclar bir-birinə sarmaşdı və ya «nəkəhəl-mataru əl-arda» yağış suyu torpağa qarışdı, ifadələrindən götürülmüşdür.

Nikah sözünün şəriət mənası: Şəriətin qoyduğu qaydada, iki evlənən tərəfin bir-biri ilə yaxınlıq etməsinə icazə verən evlilik əqdidir.

2- Nikahın icazəli olmasının dəlilləri:

Nikahın icazəli olmasının dəlillərinin əsli, Kitab, Sünnə və icmadır.

Nikahın icazəli olmasına dəlalət edən bir çox ayələr vardır. Belə ayələrdən biri də, Uca Allah bu kəlamıdır: «Sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin).»[1]

Uca Allah başqa ayədə buyurur:«(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.»[2]

Həmçinin bu barədə çoxlu hədislər vardır. Həmin hədislərdən biri də, İbn Məsudun -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdir. Belə ki, İbn Məsudun -Allah ondan razı olsun- rəvayətində, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Ey cavanlar! Sizdən kimin evlənməyə imkanı varsa qoy evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü qoruyan ən yaxşı səbəbdir. İmkanı olmayanlar isə, oruc tutsunlar. Çünki oruc insanın şəhvətinin qarşısını alandır»[3].

Məqal ibn Yəsar -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ərlərini çox sevən və çox uşaq doğan qadınlarla evlənin, çünki qiyamət günü sizin çoxluğunuzla ümmətlər qarşısında öyünəcəm»[4].

Müsəlmanlar da nikahın icazəli olması barədə həmrəydirlər.

İkinci məsələ: Nikahın icazəli olmasının hikməti:

Allah -Sübhənəhu və Təala- nikaha bir çox hikmətlərə görə icazə vermişdir. Bu hikmətlərdən qısaca olaraq aşağıdakıları saya bilərik:

1- İffətli olmaq və ya zinadan qorunmaq. Çünki uca Allah insanı xəlq etmiş və insanın vücudunda cinsi əlaqəyə, şəhvətə meyl qoymuşdur və elə bu səbəbdən də bu şəhvəti ödəmək və bu şəhvətə qapılmamaq üçün evlənməyə icazə vermişdir.

2- Ər-arvad arasında sakitçilik və ünsiyyətin hasil olması və onların dinc qərarlaşması üçün uca Allah buyurur:«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.»[5]

3- Nəsillərin qorunması və qohumluq bağlarının daha da möhkəmlənməsi.

4- Bəşər nəslinin yer üzündə qalması, müsəlmanların sayının çoxalması, bu çoxluq ilə kafirlərin qeyzə gətirilməsi və Allahın dininin yayılması.

5- İnsan əxlaqını zina uçurumuna yuvarlanmaqdan və şübhəli əlaqələrə sürüklənməkdən qorumaq.

Üçüncü məsələ: Nikahın hökmü və zövcənin seçilməsi:

1- Nikahın hökmü:

Nikahın hökmü şəxslərə görə fərqlidir:

Birinci: İnsan evlənməyə və ailəsini saxlamağa maddi imkana sahibdirsə və nəfsinə görə ziyana düşməkdən qorxursa bu zaman evlənməyin hökmü ona vacibdir. Çünki evlənmək insanı zinadan qorumaq və harama düşməmək üçün çıxış yoludur. Əgər bu halda evlənməyə maddi inkanı olmazsa, oruc tutmalı və Allah öz lütfü ilə ona var-dövlət verənə qədər iffətini qoruyub özünü zinadan saxlamalıdır.

İkinci: Nikaha həvəsləndirən ümumi ayə və hədislərə əsasən, əgər insanın evlənməyə həm şəhvəti və həm də ailəsinə baxmaq üçün maddi imkanı varsa və nəfsinə görə zinaya düşməkdən qorxmursa, bu halda onun evlənməsi bəyənilən və sünnə əməldir.

Üçüncü: Əgər insan qadınla cinsi əlaqədə ola bilmədiyi üçün və ya qoca yaxud da xəstə olduğuna görə şəhvəti olmadığı üçün evlənməyə ehtiyac duymursa bu halda evlənməsi məkruhdur.

  1. Zövcə seçmək və buna kömək edən amillər:

Dindar, iffətli, əsil nəcabəti təmiz bir nəslə mənsub olan və gözəl qadınla evlənmək sünnədir. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qadınla dörd şeyə görə evlənilir: Var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa əli boş qalarsan»[6].

İnsan zövcə seçdiyi zaman ən birinci, dindar zövcə axtarmağa həris olmalı və digərini deyil məhz onu öz seçimində əsas etməlidir. Həmçinin çox doğan qadını seçmək sünnədir. Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ərlərini çox sevən və çox uşaq doğan qadınlarla evlənin, çünki qiyamət günü sizin çoxluqunuzla ümmətlər qarşısında öyünəcəm»[7].

Həmçinin bakirə qadını seçmək sünnədir. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) (məndən) soruşdu: «Evlənmisənmi?» Dedim: “Bəli!” (Yenə) soruşdu: «Bakirə qızla, ya dul qadınla?» Dedim: “Dul qadınla”. Dedi: «Niyə bakirə qızla evlənmədin ki, bir-birinizi əzizləyəsiniz?»[8].

Əgər dul qadınla evlənmək daha məsləhətli olarsa bu zaman dul qadınla evlənilə bilər. Həmçinin gözəl qadın seçməlidir. Çünki qözəl qadın nəfsinin sükunət tapmasına, gözünü başqa qadınlara baxmaqdan qorumasına və aralarında sevği və məhəbbətin daha da qüvvətli olmasına səbəbdir.

Dördüncü məsələ: Nişanın bəzi əhkamları və ədəbləri:

Nişan sözünün mənası, müəyyən bir qadınla evlənmək istəyini izhar etmək və bunu qızın vəlisinə bildirməkdir.

Nişanın bəzi əhkamları və ədəbləri aşağıdakılardır:

1- İşarə ilə də olsa razılığı verilmiş müsəlman qardaşının nişanlısına, bunu bilərək elçi göndərmək haramdır. İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qardaşının nişan qoyduğu qıza, nişanlısı onunla evlənmədikcə yaxud da ondan imtina etmədikdə heç kəs nişan aparmasın»[9].

Çünki qardaşının nişanlısına elçi göndərməsi, qardaşının yeni qurulacaq ailə həyatının dağılmasına və insanlar arasında düşmənçilik yaranmasına səbəbdir.

2- Ərindən üç talaqdan sonra boşanmış, iddədə (gözləmə müddətində) olan qadına açıq-aydın evlənmək təklif etmək və ya elçi göndərmək haramdır. Çünki Uca Allah buyurur:«(Müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməkdən sizə heç bir günah gəlməz.»[10]

Müddəti gözləyən qadınlara, onlarla evlənmək istəyini işarə ilə bildirmək caizdir. Məsələn, Allah asanlaşdırsa saleh bir qadınla evlənmək istərdim yaxud da evlənmək niyyətim var və s. buna oxşar sözlər deyilə bilər. Uca Allah ayədə kişinin evlənmək istəyini boşanmış qadına işarə ilə bildirməsinin günah olmadığını xəbər verməsi, boşanmış qadına evlənmək təklifini açıq-aydın deməyin qadağan olmasına dəlalət edir. Çünki qadının evlənmək istəyi, onu yalandan iddə müddətinin bitdiyini xəbər verməsinə sövq edə bilər. Amma kişinin, qadını qaytarması mümkün olan talaqda (yəni, bir və ya iki dəfə verilən talaqda) iddə müddətinin bitməsini gözləyən qadına işarə ilə evlənmək istəyini bildirməsi haramdır, çünki bu qadının hökmü kişinin zövcəsi hökmündədir.

3- Əgər bir şəxs evlənmək istədiyi oğlan yaxud qız barədə başqa bir adamla məşvərət edərsə, həmin şəxsin oğlan və ya qız barədə bildiyi yaxşı və pis şeyləri xəbər verməsi vacibdir. Bu, qeybət deyil, əksinə şəriətin rəğbət göstərdiyi öyüd-nəsihətdir.

4- Sadəcə nişan aparmaq, qızı həmin oğlana ərə verməyə söz vermək və onların evlənməsinə razılıq vermək, heç də evlənmək sayılmır. Buna görə də oğlan və qız bir-birinə yad qalırlar.

Beşinci məsələ: Evlənmək istədiyi qıza baxmaq:

Kim bir qadınla evlənmək istəyərsə, qadının üzü, əlləri və qədəmləri (topuqdan aşağa) kimi adətən görünən əzalarına baxması sünnədir. Səhl ibn Səd -Allah ondan razı olsun- rəvayət edir ki, (bir dəfə) bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ya Rəsulullah, gəlmişəm ki, sənə özümü bağışlayım.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəzərini qaldırıb ona tərəf baxdı, sonra başını aşağı saldı[11].

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idim, elə bu zaman bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlidi və ona, ənsardan bir qadınla evləndiyini xəbər verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ondan, «Qadına baxdınmı?» — deyə soruşdu. Kişi, «Xeyr» — deyərək cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: «Ged qadına bax, çünki ənsarın gözlərində bir şey var»[12].

Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən biriniz bir qadınla nişanladıqda, evlənməyə səbəb olacaq qədər ona baxmağı bacararsa, qoy baxsın». Cabir deyir ki, bir qadınla nişanlandım. Onu görmək üçün gizlənirdim. Hətta onunla nikah bağlamağa səbəb olacaq qədər baxdım və evləndim[13].

Evlənməzdən əvvəl baxmağın hikməti: Evlənməzdən əvvəl baxmaq, həm qəlbin rahatlığına, həm də gələcəkdə onlar arasında bir-birilərinə qarşı ülfət, məhəbbət və daimi sevginin olmasına səbəbdir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) nişanlanmış Muğiyrə ibn Şöbəyə demişdir: «Qadına bax, çünki ona baxmaq, sizin aranızda sevğı və məhəbbətin olmasına səbəbdir»[14].

Altıncı məsələ: Nikahın şərtləri və ərkanları:

  1. Nikahın şərtləri:

Nikahın şərtləri aşağıdakılardır:

1- Oğlan və qızın hər birini müəyyən etmək:

Təyin olunmayan yaxud da bilinməyən bir qızla kəsilən nikah əqdi səhih deyil. Məsələn, bir neçə qızı olan kişinin: «Səni qızımla evləndirdim» — deməsi və ya qızın vəlisinin bir neçə oğlu olan kişiyə: «Qızımı sənin oğlunla evləndirdim» — deməsi bura daxildir. Mütləq nikah kəsilən zaman ad bildirərək məsələn Fatimə və Muhamməd deyərək və ya böyük qız yaxud kiçik qız kimi vəsflə bildirərək müəyyənləşdirmək lazımdır.

2- Oğlan və qızın hər birinin, bir-biri ilə evlənməyə razılığı:

Məcburi nikah səhih deyildir. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dul qadının fikrini öyrənməyincə, habelə bakirə qızın iznini almayınca onları ərə vermək olmaz»[15].

3- Nikahda vəlinin olması:

Qadının kəbini yalnız onun vəlisinin razılığı ilə kəsilə bilər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Vəlisiz nikah yoxdur»[16].

Vəlinin əqli qüsursuz, həddi- büluğa çatmış, azad və zahirən də olsa adil bir kişi olması şərtdir.

4- Nikah kəsilən zaman şahid tutmaq:

Həddi-büluğa çatmış, zahirən də olsa adil olan iki ədalətli müsəlman nikaha şahid olmayınca, kəbin səhih olmaz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Vəlisiz və iki adil şahidsiz nikah yoxdur. Bunlar olmazsa o, batildir.»[17]

İmam Tirmizi demişdir:Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrindən olan elm əhlinin, həmçinin onlardan sonra gələn tabinlərin və alimlərin sözüdür. Belə ki, onlar: «Şahidlərsiz nikah yoxdur…» — demişlər.

Nikahda şahidliyin şərt olması, inkar qorxusundan dolayı nəsil üçün ehtiyatdır.

5- Oğlan və qızın evliliklərinə maneə olan səbəblərdən uzaq olması:

Məsələn, nəsəb və ya süd əmmə, qohumluq yaxud da fərqli dinin nümayəndəsi olmaq kimi səbəblərdən, habelə onlardan birinin həcc yaxud ümrə ehramında olmasından, uzaq dayanmaq lazımdır.

  • Nikahın ərkanları:

Nikahın dayaqları sayılan və onu var edən ərkanlar aşağıdakılardır:

1- Evlənən iki şəxsin olması:

Bunlar yuxarıda işarə edildiyi kimi, bir-biri ilə evlənməyə əngəl olan bütün səbəblərdən uzaq oğlan və qızın olmasıdır.  Həmçinin evlənilməsi haram olan qadınlar fəslində də bu barədə bəhs ediləcək.

2- Təklif:

Bu, vəlinin yaxud onu əvəz edən vəkilin «nikahlanma» və ya «evlənmə» sözünü deməsidir.

3- Qəbul etmək:

Bu, oğlanın yaxuda da onu əvəz edən vəkilin nikahda, «qəbul etdim» yaxud «bu evliliyə razı oldum» sözünü deməsidir.

Nikah kəsildiyi zaman, təklifin qəbuldan öncə olması labüddür.

Yeddinci məsələ: Evlənilməsi haram olan qadınlar:

Evlənilməsi haram olan qadınlar iki qisimdir: Əbədi haram olan qadınlar və müvəqqəti haram olan qadınlar.

Birinci qisim: Əbədi haram olan qadınlar:

Evlənilməsin əbədi haram olan qadınlar, on dörd qisim qadınlardır. Bunlardan yeddisi nəsəbə və yeddisi isə səbəbə görə haramdır. Əbədi haram dedikdə, burada əbədiyyən və ya heç bir halda evlənilməsi icazəli olmayan qadınlar nəzərdə tutulur. Bu haramlığın üç səbəbi var: Qohumluq, nikah səbəbi ilə qohumluq və süd əmizdirmək.

Birinci: Qohumluq səbəbi ilə haram olan qadınlar:

1- Ana, ananın anası və atanın anası. Bunlara insanın əsli də deyilir.

2- Qız, qızın qızı və oğlun qızı. Bunlara insanın nəsil qolları deyilir.

3- Doğma bacı, atabir bacı və anabir bacı. Bunlara valideyinlərin nəsil qolları deyilir.

4- Doğma qardaşın qızı, atabir qardaşın qızı və anabir qardaşın qızı.

5- Doğma bacının qızı, atabir bacının qızı və anabir bacınız qızı.

6- Bibi. Bibi, atanın bacısıdır. Eyni ilə atanın bibisi və ananın bibisi də onun hökmündədir. Bunlara ata tərəfdən baba və nənənin nəsil qolları deyilir.

7- Xala. Xala, ananın bacısıdır. Eyni ilə ananın xalası və atanın xalası da onun hökmündədir. Bunlara ana tərəfdən baba və nənənin nəsil qolları deyilir.

Bu qadınlardan hər hansı ilə heç bir halda evlənmək olmaz. Çünki uca Allah buyurur:«Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları ilə evlənmək haram edildi.»[18]

İkinci: Nikah səbəbi ilə qohum olanlardan evlənilməsi haram sayılan qadınlar:

Bu qadınlar aşağıdakılardır:

1- Atanın zövcəsi. Eyni ilə ata tərəfdən babanın zövcəsi və ana tərəfdən babanın zövcəsi bu hökmdədir. Bunlara əsli-nəsəbin zövcələri deyirlər. Çünki uca Allah bu barədə buyurur:«Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!»[19]

2- Oğlun zövcəsi, oğlun oğlunun zövcəsi, həmçinin qızın oğlunun zövcəsi və beləliklə nəsil qollarının zövcələri.

Çünkü Uca Allah buyurur:«Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək sizə haramdır.»[20]

3- Zövcənin anası. Eyni ilə zövcənin anasının anası kimi şəcərə üzrə yuxarı bütün qadınlar. Uca Allah buyurur:«Sizə arvadlarınızın anaları ilə evlənmək haram edildi.»[21]

Bu üç qisim qadınlar, sadəcə olaraq nikah kəsməklə kişiyə haram olur. İstər haram olan səbəblə daxil olsun, istərsə də daxil olmasın.

4- Zövcənin (başqa kişidən olan) qızı. Bu qıza rabibə deyilir. O, anasının ərinə haramdır. Çünki uca Allah buyurur:«Sizə yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi.»[22]

Rabinənin haram olması üçün heç də onun, anasının ərinin himayəsində böyüməsi şərt deyil. Çünki rabibə adətən, anasının ərinin himayəsində böyüdüyünə görə, elə bu baxımdanda ayədə rabibənin haram olması himayə qeydi ilə deyilmişdir.

Bunuda qeyd etmək lazımdır ki, rabibə kişiyə yalnız onun anasına yaxınlaşdıqda haram ola bilər. Əgər anasına yaxınlaşmazdan əvvəl anasını boşayarsa yaxud da yaxınlaşmazdan əvvəl vəfat edərsə, bu zaman rabibə ilə nikah bağlaya bilər.

Çünkü Uca Allah buyurur:«Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir.»[23]

5- Qadına, anasının əri ilə, qızının əri ilə, ərinin oğlu ilə və həmçinin ərinin atası ilə evlənmək haramdır.

Üçüncü: Süd əmizdirmə səbəbi ilə evlənilməsi haram olan qadınlar:

Süd əmizdirmə səbəbi ilə evlənilməsi haram olan qadınların sayı yeddidir. Qurani-Kərimdə bu qadınların ikisi, sünnədə isə beşi zikr edilmişdir.

  1. Qurani-Kərimdə süd əmizdirmə səbəbi ilə evlənməsi haram olan qadınlar:

1- Süd anası: Bu sənə süd verən qadındır və buna süd anasının anası, süd anasının anasının anası və süd anasının atasının anası da əlavə edilir.

2- Süd bacısı: Bu sənin anandan süd əmən qadındır yaxud sən onun anasından süd əmmisən və ya da sən və o, eyni bir qadından süd əmmisiniz yaxud da sən onun atasının zövcəsindən süd əmmisən yaxud da o, sənin atanın zövcəsindən süd əmən qadındır. Uca Allah buyurur:«Sizə süd analarınız və süd bacılarınız ilə evlənmək haram edildi.»[24]

  • Pak sünnədə süd əmizdirmə səbəbi ilə evlənməsi haram olan qadınlar:

1- Süd qardaşının qızı.

2- Süd bacısının qızı.

3- Süd bibisi. Bu, sənin atanla birgə bir qadından süd əmən qadındır.

4- Süd xalası. Bu, sənin ananla birgə bir qadından süd əmən qadındır.

5- Süd qızı. Bu, sənin zövcəndən süd əmən qadındır. Bu zaman kişi həmin qızın süd atası olur.

Sünnədən bu qadınların haram olmasına dəlil, Aişənin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdir. Belə ki, Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qan qohumlarına bir-biriləri ilə evlənmək haram buyurulduğu kimi süd qohumlarına da bu, haram buyrulmuşdur»[25].

İbn Abbas -Allah onların ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həmzənin- Allah ondan razı olsun- qızı barədə demişdir: «O mənə halal deyil, çünki o mənim süd qardaşımın qızıdır. Qan qohumlarına bir-biriləri ilə evlənmək haram buyurulduğu kimi süd qohumlarına da bu, haram buyrulmuşdur»[26].

İkinci qisim: Müvəqqəti haram olan qadınlar:

Evlənilməsi müvəqəti haram olan qadınlar bir neçə qadındır və bu qadınlar iki qismə bölünür:

Birinci növ: Cəm səbəbi ilə evlənilməsi haram olan qadın.

İkinci növ: Maneəyə görə evlənilməsi haram olan qadın.

Birinci növ: Cəm səbəbi ilə evlənilməsi haram olan qadın:

1- İki bacını cəm etmək. İki bacının doğma yaxud da süd bacıları olmaları fərq etməz. İstər onlarla eyni vaxtda, istərsə də ayrı-ayrı vaxtlarda nikah bağlasın. Uca Allah buyurur:«İki bacını birlikdə almaq sizə haramdır.»[27]

2- Qadının bibisi və ya xalasını, qadınla bir vaxtda cəm etmək yaxud qadınla onun bacısı qızını, qadınla onun qardaşı qızını, qadınla onun oğlunun qızını yaxud da qadınla onun qızının qızını bir vaxtda cəm etmək.

Burada belə bir qayda var: Əgər həmin cəm edilən iki qadından birinin kişi olduğunu fərz etsək, fərz etdiyimiz bu iki nəfərin bir-biri ilə evlənməsi icazəli deyil (Yəni, onlardan birini kişi fərz etdikdə onlar özlüyündə bir-birinə haramdır). Bunun dəlili Əbu Hureyrənin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdir. Belə ki, Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qadınla onun (yəni, həmin qadının) bibisi və qadınla onun (yəni, qadının) xalası bir vaxtda cəm edilmir»[28].

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayətində demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm), qadının üzərinə bibisi ilə evlənməyi, bibinin üzərinə qardaşı qızı ilə evlənməyi, qadının üzərinə xalası ilə evlənməyi, xalanın üzərinə bacısı qızı ilə evlənməyi, böyük bacının üzərinə balaca bacı ilə və balaca bacının üzərinədə böyük bacı ilə evlənməyi qadağan etmişdir»[29].

Necə ki, alimlər bunun haram olmasında icma ediblər.

İkinci növ: Maneəyə görə evlənilməsi haram olan qadın.

1- Başqa kişidən iddə müddətinin bitməsini gözləyən qadınla evlənmək haramdır. Çünki Uca Allah buyurur:«Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın!»[30]

2- Üç dəfə talaqı verilmiş qadın, düzgün şəkildə icra edilməklə nikaha girdiyi yeni əri ilə cinsi əlaqədə olmadıqca, onun keçmiş əri ilə evlənməsi haramdır.Çünki Uca Allah buyurur: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz.»[31]

3- Ehramda olan qadın ehramdan çıxanadək onunla evlənmək haramdır. Osman -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: İhramda olan adam başqası üçün, nə də başqası onun üçün nikah etmir və (evlənmək üçün qadınla) nişanlamır[32].

4- Kafir bir kişini, müsəlman bir qadınla evləndirmək haramdır. Çünki Uca Allah buyurur:«Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin.»[33]

5- Müsəlman bir kişinin, kitab əhlinin qadınlarından başqa kafir qadınla evlənməsi haramdır. Amma kitab əhlinin qadınları ilə evlənməsi isə caizdir. Çünki Uca Allah buyurur:«Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin.»[34]

Uca Allah buyurur:«Sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları sizə halaldır.»[35]

Yəni, kitab əhlinin qadınları sizə halaldır.

6- Azad müsəlman bir kişinin, müsəlman kölə qadınla evlənməsi haramdır. Yalnız nəfsinə görə zinaya düşməkdən qorxarsa və azad müsəlman qadınla evlənmək üçün mehir verməyə yaxud da kölə qadın almağa maddi imkanı olmazsa, müsəlman kölə qadınla evlənməsi caizdir. Çünki Uca Allah buyurur:«İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar.»[36]

Uca Allahın bu sözünə qədər:«Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür.»[37]

7- Müsəlman bir kölənin, xanımı ilə evlənməsi haramdır. Çünki eyni vaxtda bir kimsənin həm kölənin xanımı həm də əri olmasının mümkün deyil. Bu səbəbdən alimlər belə evliliyin haram olmasında icma ediblər.

8- Ağanın kənizi ilə evlənməsi haramdır. Çünki köləyə sahib olmaq əqdi, onunla nikah bağlamaq əqdindən daha qüvvətlidir.

Səkkizinci məsələ: Kitab əhlinin (yəhudilərin və xaçpərəstlərin) qadınları ilə evlənməyin hökmü:

İslam dini Kitab əhlindən azad (iffətli) qadınlarla evlənməyi halal etmişdir. Uca Allah buyurur:«Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz təqdirdə (evlənmək üçün) sizə halaldır.»[38]

Həmçinin alimlər Kitab əhlinin qadınları ilə,oğlanla qızın dövlətləri arasında hərbi vəziyyətin olmaması şərtini nəzərə alaraq, evlənməyin caiz olması barədə icma ediblər.

Evlənilməsi caiz olan Kitab əhlinin qadınları dedikdə burada Tövrat və İncil əhli qəsd olunur. Çünki Uca Allah buyurur: «(Biz bunu ona görə nazil etdik ki, siz): ‘Kitab yalnız bizdən əvvəlki iki tay-faya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik’– deməyəsiniz.»[39]

İkinci bölüm:

 Sadaq (mehr), evlilik haqları, vacibləri və toy barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Sadaqın tərifi, caiz olması və onun hökmü:

1- Sadaqın (mehr) tərifi:

Sadaq sözü lüğətən yalanın əksi olan sidq sözündən götürülmüşdür.

Sadaq sözünün şəriət mənası isə, evlənmək səbəbi ilə ərin zövcəsinə verməsi vacib olan maldır.

Oğlan evliliyi sadq ürəkdən istəməsini bildirmək üçün, malından könül xoşluğuyla qadına verdiyinə görə buna sadaq deyilir. Həmçinin sadaqa ərəb dilində: mehr, nihlə və uqr da deyirlər.

2- Sadaqın caiz olması:

Sadaqın caiz olmasında Kitab, Sünnə və icma əsas sayılır. Bu barədə, sadaqın hökmü haqqında danışdıqda ətraflı məlumat veriləcək.

3- Sadaqın hökmü:

Nikah kəsilib başa çatdıqdan sonra kişinin qadına mehr verməsi vacibdir. Mehri qadına verməkdən imtina etmək olmaz. Buna Uca Allahın ayəsi dəlildir:«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!»[40]

Uca Allah buyurur:«(Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin.»[41]

Uca Allah buyurur:«Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz.» [42]

Səhl ibn Səd -Allah ondan razı olsun- rəvayət edir ki, bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ya Rəsulullah, mən özümü Allah və Rəsuluna bağışladım”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Qadınlara ehtiyacım yoxdur» — buyurdu. Bir kişi dedi: “Ya Rəsulullah, məni onunla evləndir.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Ona bir paltar ver»[43].

Ənəs ibn Malik -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Abdurrahman ibn Ovfun üzərində zəfəran izləri görüb soruşdu: «Nə etmisən?» Abdurrahman bin Ovfun dedi: “Ey Allahın elçisi! Bir qadınla evləndim.”– dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) «Qadına nə mehr verdin?» deyə soruşdu. Dedi: “Çəyirdək ölçüsü qədər qızıl verdim”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Allah sənə bərəkət versin! Elə isə, bir qoyunla da olsa, ziyafət ver!»[44].

Həmçinin müsəlmanlar nikahda mehrin deyilməsinin caiz olmasına icma ediblər.

İkinci məsələ: Mehrin qədəri, hikməti və nikah kəsildiyi zaman mehri demək:

1- Mehrin qədəri:

Mehrin azı və çoxu yoxdur, qiymətli və dəyəri olan hər bir şeyin mehr verməsi səhihdir. Çünki Uca Allah buyurur:«Bunlardan başqaları ilə, öz malınızla, evlənməyiniz sizə halal edildi.»[45]

Uca Allah bu ayədə «öz malınızla» demiş, lakin bu malı müəyyən bir ölçü ilə bildirməmişdir. Səhl ibn Səd -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), özünü Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bağışlayan qadın barədə dedi:»Ona, heç olmasa dəmirdən bir üzük ver»[46].

Bu hədis, mal deyilən ən aşağı dəyəri olan hər bir şeyin mehr verilməsinin caiz olmasına dəlalət edir.

Amma mehirin çox verilməsinin caiz olduğunu bildirən dəlil isə, Uca Allahın bu ayəsidir. O buyurur:«Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!»[47]

Ayənin ərəbcəsində deyilən «Qintar» sözü, çoxlu mal mənasındadır.

2- Mehr verməyin hikməti:

Mehr verməyin hikməti, kişinin həqiqətən də zövcəsi ilə gözəl münasibətdə olaraq, onunla şərəfli ailə həyatı qurmaq istəyini bildirməsidir. Necə ki, qadına mehr vermək onu izzətləndirmək və ona hörmətlə yanaşmaq olduğu kimi, ona toya hazırlıq üçün özünün ehtiyacı olan paltarı alması və başqa məsrəflərə sərf etməsi üçün bir köməkdir.

3- Mehrin kişinin əlində olmasının hikməti:

İslam dini, qadının kişiyə mehir vermək üçün mal toplayıb hörmətini, şərəfini saxlamaq və onu qorumaq üçün mehri kişinin əlində etmişdir. Bu İslam əsaslarına müvafiqdir. Çünki kişi ailəsinə baxmaq və onların maddi ehtiyaclarını ödəməklə mükəlləfdir. Bütün bunlar isə, qadına vacib deyil.

4- Mehrin mülkiyyəti:

Mehr yalnız qadının şəxsi mülküdür və qadının vəlilərindən heç birinin mehrdən payı yoxdur. Baxmayaraq ki, onların mehri oğlandan almaq hüquqları var. Lakin bu, qadına çatdırılmasına görədir. Çünki Uca Allah buyurur:«Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!»[48]

Uca Allah buyurur: «Ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!»[49]

5- Nikah kəsildiyi zaman mehri demək:

Nikah kəsildiyi zaman mehri demək və onun qədərini bəyan etmək sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) daima nikahda mehri qeyd etmişdir. Həmçinin nikah əsnasında mehri demək və onun qədərini bəyan etmək gələcəkdə ər ilə arvad arasında mübahisənin yaranmasının qarşısını almaqdır.

6- Mehrin şərtləri, mehr olan və olmayan şeylər:

  1. Mehr qiymətli, mübah, sahib olunması və satılıb-alınması və istfadə edilməsi caiz olan bir mal olmalıdır. Mehr şərab, donuz və ya oğlan və qızın bildikləri halda zəbt olunmuş maldan verilməz.
  2. Mehr bilinən və aldanış olmayan maldan olmalıdır. Bilinməyən ev, minik və ya ağacda bitəcək meyvə yaxud da bu ilin meyvəsi  kimi dəqiq bilinməyib məchul bir şeyin mehr olması səhih deyildir.

Beləliklə də, qiyməti və dəyəri olan hər bir əşyanın, borcun yaxud da müəyyən bir mənfətin mehr olması səhihdir.

7- Mehri tezləşdirmək və gecikdirmək:

Yaşadığı yerdəki insanların adəti üzrə mehrin hamısını və ya bəzi hissəsini tezləşdirmək yaxud da gecikdirmək caizdir. Bu, gecikdirmə vaxtının məlum bir vaxta qədər olması və həmin vaxtın çox uzaq bir vaxt olmaması şərti ilə həyata keçirilir. Çünki belə olmadığı təqdirdə mehrin verməməsi ehtimalı böyüyür.

Üçüncü məsələ: Mehri həddən artıq qaldırmağın hökmü:

Aşağıda gələn dəlillərə əsasən mehrin qiymətini qaldırmamaq müstəhəbdir:

1- Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qadının öz (evlilik) işini asanlaşdırması və mehrini az etməsi onun bərəkətindəndir»[50].

2- Ömər -Allah ondan razı olsun- demişdir:»Qadınların mehrlərini qaldırmayın. Əgər bu etdiyiniz, dünyada yaxşı bir iş və Allah yanında təqva olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu edərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) nə zövcələrinin nə də ki, qızlarının mehrini on iki övqiyədən artıq etməmişdir. Bir kişi zövcəsinə o qədər mehr verir ki, hətta qəlbində zövcəsinə qarşı düşmənçilik yaranır və ona: «Sənə görə hər şeyə, hətta su tuluğunun ipinə də mükəlləf oldum» — deyir[51].

3- Əbu Sələmə rəvayət edir ki, Aişədən -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) mehr verməsi barədə soruşdum. O dedi: «On iki övqiyə və ən-nəşşu». Soruşdu: «Bilirsənmi ənnəşşu nədir?» Dedim: «Xeyr, bilmirəm». O: «Övqiyənin yarısıdır» — dedi[52].

Dördüncü məsələ: Evlilik haqları:

Əgər kişi ilə qadın arasında səhih nikah kəsilərsə, bu nikah səbəbi ilə kişi və qadın arasında çoxlu haqlar tərtib olunur. Bunlar aşağıdakılardır:

Birinci: Qadının haqları:

Qadının əri üzərində, mehr və məsrəflər kimi maddi və qadına qarşı adil olmaq, onunla gözəl ailə həyatı yaşamaq və gözəl ünsiyyətdə olmaq kimi mənəvi hüquqları var.

Bunun təfsilatı isə aşağıdakı kimidir:

1- Mehr: Mehr qadının əri üzərində haqqıdır. Uca Allah buyurur:«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!»[53]

Bundan əlavə yuxarıda qeyd etdiyimiz digər dəlillər də var.

2- Gündəlik məsrəflər, geyim və qalacağı yer: Qadını bunlarla təmin etmək kişiyə vacibdir. Uca Allah buyurur: «Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür.»[54]

Uca Allah buyurur:«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.»[55]

Həkim ibn Muaviyə əl-Quşeyri, atasından -Allah ondan razı olsun- rəvayət edərək demişdir: Mən soruşdum: «Ey Allahın elçisi qadının haqqı nədir?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi:»Yediyində onu yedizdirməyin, geyindiyində onu geyindirməyin»[56].

Cabir -Allah ondan razı olsun-, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xütbədə belə dediyini rəvayət etmişdir:»Qadınların yeməyi və geyimi imkanınız daxilində sizin üzərinizə vacibdir»[57].

3- Qadının şəhvani hislərini ödəmək və onu fitnədən qorumaq üçün bu haqqını təmin etmək: Uca Allah buyurur:«Onlar (heyizdən) təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın.»[58]

Uca Allah buyurur: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza yaxınlaşın!»[59]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sizdən birinin budusunda sədəqə vardır»[60].Budu yəni, cinsi əlaqə.

4- Həyat yoldaşı ilə xoş rəftar və gözəl müamilə etmək:

Allah təalə buyurur:«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin.»[61]

Kişi zövcəsi ilə gözəl əxlaqla rəftar etməli, onunla mülayim olmalı, onda xoşlamadığı şeylər gördükdə səbir etməli və ona qarşı yaxşı zəndə olmalıdır. Peygəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sizin xeyirliniz ailəsi üçün xeyirli olandır»[62].

5- Bir neçə zövcəsi olan kişi, zövcələri arasına gecələməkdə və məsrəflərdə adil olmalıdır. Çünki Uca Allah buyurur:«Əgər (onlarla) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadınla evlənin.»[63]

Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki,Peygəmbərin (sallallahu aleyhi və səlləm) doqquz zövcəsi var idi (Bunlar: Aişə, Hafsa, Sovdə, Zeynəb, Ummu Sələmə, Ummu Həbiybə, Meymunə, Cüveyriyyə və Safiyyə) və onların arasında gecələri böldükdə, birinci qadının yanında yalnız doqquz gecədən sonra gecələyərdi…»[64].

İkinci: Ərin haqqı:

Ərin zövcəsi üzərindəki haqqı, zövcənin əri üzərindəki haqdan daha əzəmətlidir. Çünki Allaha -Sübhənəhu- buyurur: «Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər.»[65]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Əgər bir kəsin başqasına səcdə etməyini əmr etsəydim, bu zaman qadına ərinə səcdə etməyini əmr edərdim. Qadın ərinin onun üzərində olan bütün haqlarını ödəmədikcə, Allahın onun üzərundə olun bütün haqlarını ödəmiş olmaz»[66].

Ərin zövcəsi üzərində olan bəzi hüquqları aşağıdakılardır:

1- Ərinin sirrini qorumaq və onun sirrini heç kimsə açmamaq. Uca Allah buyurur:«Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar.»[67]

2- Yaxşı işlərdə ərinə itaət etmək. Uca Allah buyurur:«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər).»[68]

3- Dini üzür yoxdursa, əri zövcəsini yatağa dəvət etdiyikdə ona cavab verib, ərinin ona yaxınlaşmasına imkan vermək. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kişi öz həyat yoldaşını yatağına çağırdığı zaman qadın (onun) yanına gəlməzsə və əri (bu səbəbdən) ona qəzəbi tutmuş halda yatsa, mələklər səhərə qədər o qadına lənət oxuyar»[69].

4- Ərinin evini, malını, övladlarını qorumaq və onlara gözəl tərbiyə vermək. İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişdi: «Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir… Qadın ərinin evinə nəzarət edəndir və o, öz nəzarətində olanlara cavabdehdir»[70].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:»Qadınlarınızın, sizin xoşlamadığınız bir kimsəyə evinizə girməyə izin verməməsi, sizin onlar üzərindəki haqqınızdır»[71].

5- Əri ilə (Allahın buyurduğu kimi) gözəl əxlaqla rəftar etmək və ona əziyyət verməmək. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Dinyada ikən ərinə əziyyət verən elə bir qadın yoxdur ki, hurilər ona: “Allah səni öldürsün! Ona əziyyət vermə. O, sənin yanında dəxildir. Səni tərk edib bizim yanımıza gəlməyinə az qalıb” — deyər»[72]. (Huri: Adəmin -Ona Allahın salamı olsun- nəslinə aidiyyəti olmayan, qeyri-adi gözəlliyə malik və xüsusilə seçilən iri qara gözlü Cənnət qadınlarına deyilir).

Hədisdə ərəb dilində deyilən «Dəxil» sözünün mənası, qonaq deməkdir.

Üçüncü: Ərlə arvad arasında müştərək hüquqlar:

Yuxarıda qeyd edilən haqların əksəriyyəti, ərlə qadın arasında müştərək olan haqlardır. Xüsusən də cinsi yaxınlıq və buna tabe olan haqlar bura aiddir. Həmçinin kişi və qadının bir-biri ilə gözəl əxlaqla rəftar etməsi, yoldaşında gördüyü xoşlamadığı şeylərə səbrlə yanaşması, haqqını gecikdirməməsi, yoldaşının haqqını könül xoşluğu ilə verməsi və haqqını verdiyi zaman heç bir minnət və əziyyət verməməsi də müştərək haqlardandır. Çünki Uca Allah buyurur:«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin.»[73]

Allah -Sübhənəhu va Təala-buyurur:«Qadınların da onlar (kişilər) üzərində şəriətə görə hüquqları vardır.»[74]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sizin xeyirliniz, ailəsi üçün xeyirli olandır.»[75]

Həmçinin ərin, hətta qadınından xoşlanmadığı halda onu saxlayıb boşamaması sünnədir. Çünki Uca Allah buyurur:«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.»[76]

Beşinci məsələ: Nikahı elan etmək:

Nikahı elan etmək, bildirmək, yaymaq və nikahda dəf (qaval) çalmaq sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Haramla halalın arasını ayıran, səs və nikahda dəf çalmaqdır»[77].

Nikahda dəf çalmaq kişilərə deyil, yalnız qadınlara aiddir. Lakin bu da xoşagəlməz sözlər və şəriətə müxalif olan şeylərin olmaması şərti ilə caizdir.

Altıncı məsələ: Nikahda toy, şadlıq etmək:

Toy: İnsanları dəvət edərək bir yerə toplamaq və bu münasibətlə yemək verməkdir.

Nikah üçün toy edib ziyafət vermək sünnədir. Rəvayət edilir ki, Abdur-Rəhman ibn Auf -Allah ondan razı olsun- evləndiyi zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona demişdir: «Elə isə, bir qoyunla da olsa, ziyafət ver!»[78].

Ənəs -Allah ondan razı olsun- rəvayər edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zeynəblə -Allah ondan razı olsun- evləndikdə çörək və ət ilə ziyafət vermişdir[79].

Səfiyyə bint Şeybə -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) zövcələrindən biri ilə evləndikdə, iki ovuc arpa ilə ziyafət vermişdir»[80].

Yeddinci məsələ: Çağırılan toy məclisinə getməyin hökmü:

Çağırılan toy məclisinə getməyin hökmü vacibdir. İbn Ömər -Allah onların ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sizdən biri toya dəvət edildiyi zaman qoy bu dəvəti qəbul etsin»[81].

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim dəvəti qəbul etməsə, artıq Allaha və Rəsuluna asi olmuşdur»[82].

Dəvət olunan toy məclisinə getməyin şərtləri:

1- Toyun birinci günü olmalıdır. Əgər toyu bir necə gün edərsə, ikinci gün toya getmək müstəhəb, üçüncü gün toya getmək isə məkruhdur. İbn Məsud -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «(Toyun) birinci gününün yeməyi haqdır, ikinci gününün yeməyi sünnədir və üçüncü gününün yeməyi isə, eşitdirməkdir (yəni, riyakarlıqdır), kim də (insanlara) eşitdirmək istəyərsə, Allah onu eşitdirər»[83].

2- Dəvət edən müsəlman olmalıdır. Kafirin dəvətini qəbul etmək vacib deyildir.

3- Dəvət edən, insanlar arasında aşkar asiliklər etməklə tanınan asi insan və ya zalım yaxud da haram mal sahibi olmasın.

4- Dəvət müəyyən insan üçün olmalıdır. Əgər ümumi insanları dəvət edərsə, dəvəti qəbul etmək vacib deyil.

5- Dəvətdə məqsəd sevği, məhəbbət, yaxınlıq olmalıdır. Əgər ondan qorxduğu üçün yaxud da vəzifə və ya məqamına görə dəvət edərsə, dəvəti qəbul etmək vacib deyil.

6- Toy məclisində şərab, musiqi, musiqi aləti və kişilərin qadınlara qarışması və s. buna oxşar münkər əməllər olmasın. Əgər toy məclisində bu şeylərdən hər hansı biri olarsa, dəvəti qəbul etmək vacib deyil. Çünki Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim Allaha və axirət gününə iman edirsə, qoy heç vaxt, şərab dövrə edən süfrə arxasında oturmasın»[84].

Əgər dəvət olunan toy məclisinə gedib orada olan münkər əməlləri dəyişməyə qadirdirsə, bu zaman dəvəti qəbul edib ora getməsi və orada olan münkəri dəyişməsi vacibdir. Çünki Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən kim bir münkər görərsə qoy onu əli ilə dəyişsin, əgər (əli ilə dəyişməyi) bacarmazsa qoy dili ilə dəyişsin, əgər (dili ilə dəyişməyi) bacarmazsa qoy qəlbi ilə ona nifrət etsin və bu ən zəif imandır»[85].

Üçüncü bölüm:

 Xulu (mal müqabilində zövcəni boşamaq) barədə

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Xulunun mənası və icazəli olmasının dəlilləri:

1- Xulunun tərifi:

Xulu sözünün lüğəti mənası, paltarı çıxarmaqdan götürülmüşdür. Çünki ər ilə qadın bir-birinin libasıdır.

Xulu sözünün şəriət mənası, qadın ərinə verdiyi mal müqabilində, kişinin xüsusi sözlər deməsi ilə, ərlə qadın arasında olan ayrılıqdır.

2- Xulunun caiz olması barədə dəlillər:

Xulu caizdir, çünki Uca Allah buyurur:«(Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur.»[86]

İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, (bir dəfə) Sabit ibn Qeysin zövcəsi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ya Rəsulullah, Sabit ibn Qeysin nə əxlaqına, nə də dindarlığına heç bir etirazım yoxdur, sadəcə olaraq (o mənim ürəyimə yatmır və mən) istəmirəm ki, müsəlman olduğum halda küfr edəm”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: «Onun (mehr olaraq) verdiyi bağı özünə qaytararsanmı?» Qadın: “Bəli!”– deyə cavab verdi. Onda (Sabitə) dedi: «Bağı götür və onun birinci talağını ver!»[87].

İkinci məsələ: Xulu ilə əlaqəli hökmlər və xulunun hikməti:

  1. Xulunun hökmləri:

Xülasə olaraq xulunun hökmləri aşağıdakılardır:

  1. Ər ilə qadın arasında münasibətlərin pisləşməsi xulunu icazəli edir. Xulu yalnız qadının ərinə verdiyi mal müqadilində olur.
  2. Xulu yalnız müstəqil düşünə bilən qadının tələbi ilə səhih sayılır. Çünki sərbəst düşünə bilməyən qadın, bacarıq naqisliklərinə görə təsərrüfat işlərinin öhdəsindən özbaşına gələ bilmir.
  3. Əgər kişi zövcəsinə xulu edərsə, qadın öz nəfsinə sahib olar və bundan sonra kişinin onun üzərində heç bir hökmüranlığı qalmaz və (birinci və ikinci talaqda olduğu kimi) kişi qadını yenidən öz ismətinə qaytara bilməz.
  4. Əri xulu etmiş qadın, iddə müddətinin bitməsini gözlədiyi zaman, kişinin ona talaq verməsi, zihar və iylə etməsi heç bir təsir etməz. Çünki əri ona mücərrəd xulu etmə səbəbi ilə yad bir qadın olur.
  5. Qadının heyzli və heyzdən təmizləndiyi vaxtında onunla cinsi yaxınlıq etdikdən sonra xulu etmək caizdir. Çünki bununla qadına bir zərər toxunmur. Belə ki, Uca Allah ümumi şəkildə buyurmuşdur. O, bəzi vaxtlarda xulu edib bəzi vaxtlarda etməmək üçün müəyyən bir vaxt təyin etməmişdir.
  6. Kişinin qadına əziyyət verməsi, hüquqlarına mane olması və bu yolla onu xulu tələb etmək zərurətinə çatdırması haramdır. Çünki Uca Allah buyurur:«(Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin.»[88]
  7. Ərinin zahiri görünüşündə bir eyib olması və bu halda qadının onunla yaşaya bilməməsi və ya ərinin pis əxlaqlı olması yaxud da onunla yaşadıqda Allahın hüdudlarını yerinə yetirə bilməyəcəyi qorxusu və digər bu kimi səbəblərin olmadığı halda qadının sadalananlardan uzaq olan ərindən xulu tələb etməsi məkruh və təhlükə bir əməldir.
  • Xuluun caiz olmasının hikməti:

Məlumdur ki, ailə həyatı kişi ilə qadın arasında bir bağlılıq və yaxşı davranış vasitəsidir. Uca Alla demişdir:«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.»[89]

Bu, ailə həyatının bəhrəsidir. Əgər ailə həyatında bu mənalar öz yerini tapmazsa, belə ki, hər iki tərəfdən yaxud da ər tərəfindən bu dostluq, sevgi və mərhəmət gerçəkləşməzsə, ailə həyatı korlanar. Əlac tapılmadıqda ərin öz zövcəsini gözəl bir şəkildə buraxması Allah tərəfindən ona əmr edilmişdir. Çünki Uca Allah buyurur:«(Qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir.»[90]

Əgər kişi qadını sevərsə, qadın isə kişinin əxlaqının və ya dininin naqisliyinə görə sevməzsə yaxud da ərinin haqlarını verə bilmədiyinə görə günaha batmasından qorxarsa, bu zaman qadın ərinə mal verib, ondan xulu tələb etməsi caizdir. Çünki Uca Allah buyurur:«(Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur.»[91]

Dördüncü bölüm:

Talaq barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Talaqın mənası, icazəli olmasının dəlilləri və hikməti:

1- Talaqın tərifi:

Talaqın lüğəti mənası, təxliyyə etməkdir. Deyirlər: «talaqat ən-nəqatu» yəni, dəvə istədiyi yerdə otladı.

Talaqın şəriət mənası: Nikah əqdinin hamısını yaxud da bəzisini pozmaq.

2- Talaq verməsi səhih olan kimsələr:

Talaqı ər, həddi-büluğa çatmış adam, əqli qüsuru olmayan, yaxşını pisdən ayıra bilən yaxud da ona vəkilik edən şəxs verərsə səhihdir. Talaqı ərdən başqa kimsə verərsə, bu sayılmır. Uşağın, dəlinin, sərxoşun, məcbur edilənin yaxud da dediyini anlamayacaq dərəcədə şiddətli qəzəblənənin verdiyi talaq səhih deyildir.

3- Talaqın caiz olması:

Ailədə ərlə arvad arasındaki evlilik həyatının davamiyyətli olması əsas amildir. Uca Allah bu evlilik həyatının davamiyyətli olması və qalmasının təmin olunması üçün çoxlu əhkamlar və ədəblər buyurmuşdur. Lakin təəsüflər olsun ki, bəzən bu ədəb-ərkanlara hər iki yaxud da bir tərəfdən riayət olunmur və bu səbəbdən də ər ilə arvad arasında bir-birilərinə qarşı islah olunmayacaq dərəcədə nifrət yaranır. Buna görə də tərəflərdən hər hansı birinin hüquqlarının tapdalanmaması üçün, belə ki, birgə yaşamaq səbəbləri artıq tükənmişdir, nikahı pozan hökmlərin olması zərurəti meydana çıxır.

Talaq Kitab, Sünnə və icma ilə caizdir.

Kitbdan dəlil, Uca Allah buyurur:«(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir.»[92]

İzzət və Cəlal sahibi olan Allah buyurur: «(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.»[93]

Sünnədən dəlil: İbn Ömər — Allah ondan razı olsun — rəvayət edir ki, o öz zövcəsini heyzli ikən boşamışdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ömərə dedi:»Qadını geri qaytarsın. Əgər o (heyzdən) təmizlənsə, istəsə boşasın»[94].

Ümmətin alimləri talaqın icazəli və şəriətə uyğun olması barədə yekdil rəydədirlər.

4- Talaqın hikməti:

Şəriət talaqa icazə vermişdir. Çünki ailə problemlərinin həlli zəruriyyəti meydana gəldikdə məhz onun vasitəsi ilə anlaşılmamazlıq aradan götürülür. Xüsusən də  ərlə arvad bir-birilərini başa düşmədikdə, Allahın hüdudlarını qoruya bilmədikdə və nəticədə ailə həyatının davam etməsi mümkün olmayacaq dərəcədə aralarında düşmənçilik yarandıqda talaqa icazə verilir.

İkinci məsələ: Talaqın hökmü və talaq kimin səlahiyyətindədir?

Talaqın əsli hökmü onun zəruri hallarda və ehtiyac duyulduqda icazəli və mübah olmasıdır. Məsələn, qadının əxlaqı pis olduqda və ya pis davranışlarında belə edilə bilər. Amma heç bir ehtiyac olmadan nəfsi zinadan qorumaq, nəsil artırmaq və s. bu kimi faydalarla bol olan ailə həyatını dağıltmaq və talaq vermək məkruhdur.

Bəzi hallarda isə, talaq vermək haram sayılır. Bu haqda bidət talaq növü barədə danışıldıqda daha ətraflı məlumat veriləcək. Bəzən də talaq vermək məsələn, zövcəsinin əxlaqsızlığını bildikdə və zina etməsi aydınlaşdıqda müəyyən şəxsin üzərinə vacib olur. Buna səbəb həmin adamın dəyyus olmaması və başqasından olan uşaqların ona nisbət edilməməsidir. Həmçinin qadın Allahın dininə əməl etmədikdə məsələn, namazı tərk etdikdə və ər də onu islah etməyi bacarmadıqda talaq vermək vacib sayılır.

Üçüncü məsələ: Talaqın sözləri:

Talaqın sözləri iki qisimə bölünür:

1- Açıq-aydın sözlər:

Bu sözlər başqa məna deyil, yalnız talaq mənasını bildirən sözlərdir. Bu, keçmiş zaman feli məsələn, «sənə talaq verdim (səni boşadım)» və ya isim fail məsələn, «sən talaqı verilmişsən (sən boşanmışsan)» yaxud da ismi məful məsələn, «sən talaq olunmusan (sən boşanmısan)» sözləridir. Bu sözlər, indiki zaman felinə, məsələn: «sən boşanırsan» yaxud da felin əmr formasına, məsələn: «boşan» sözlərinə ehtiyac olmadan, talaqın baş verməsinə dəlalət edir.

2- Kinayə sözlər:

Bu sözlər həm talaqa həm də, başqa mənaya dəlalət edən sözlərdir. Məsələn, kişinin arvadına: «sən təksən, sən uzaqsan, sən aralısan, ipin öz əlindədir, qayıt ailənin yanına və s. buna oxşar sözlər deməsidir.

Talaqın açıq-aydın və kinayə sözlərinin arasındakı fərq: Talaqın açıq-aydın sözləri ilə talaq verildikdə hətta niyyəti bu olmasa belə, kişinin ciddi və ya qeyri ciddi yaxud da zarafat ilə deməsindən asılı olmayaraq talaq baş verir və qadın boşanmış sayılır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Üç şey vardır ki, bunların ciddisi də ciddidir, qeyri ciddisi də ciddidir: Nikah, talaq, ricatu (qadını geri qaytarmaq)»[95].

Kinayəli sözlərlə deyilən talaqa gəldikdə, belə sözlərlə talaq verdikdə, talaqa niyyət etməyincə talaq sayılmaz. Çünki bu sözlər həm talaqa həm də başqa mənaya dəlalət edir. Elə buna görə də kinayəli söz ilə verilən talaq yalnız talaqa niyyət etdikdə talaq sayılır. Əgər kinayəli sözlə talaq verib sonra niyyətinin talaq olmadığını iddia edərsə, lakin dəlillər onun həqiqətən də talaq verdiyini bildirirsə, bu zaman onun sözü təsdiq olunmur və talaq sayılmış hesab olunur.

Dördüncü məsələ: Sünnə talaq və bunun hökmü:

  1. Sünnə talaq:

Sünnə talaq dedikdə məqsəd, şəriətin izin verdiyi talaqdır. Bu talaq tam İslam şərətinin göstərdiyi kimi olan talaqdır. Bu talaq iki yol ilə olur:

  1. Talaqın sayı.
  2. Talaq verilən hal.

Əgər ər zövcəsinə talaq vermək məcburiyyətində qalarsa sünnə budur ki, qadın heyzdən təmizləndikdən sonra onunla cinsi əlaqədə olmadığı halda bir talaq versin və iddə müddəti bitənə qədər ona yaxınlıq etməsin və həmin iddə müddətində bir daha yenidən talaq verməsin. Çünki Uca Alla buyurur:«(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.»[96]

Yəni, iddə müddətini gözlədikləri vaxtda, bu da heyzdən təmiz olduqları vaxtdır. Çünki heyz vaxtı iddə müddətindən hesab olunmur. İbn Ömər, İbn Abbas və bir toplum bu ayə barədə deyiblər: «(Heyzdən) Təmizlik, cinsi əlaqədə olmadan»[97].

2- Sünnə talaqın hökmü:

Alimlər, sünnə talaq ilə qadının boşanmasına icma ediblər. Uca Allah buyurur:«(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.»[98]

Yəni, qadının heyzdən təmiz olduğu zamanda.

Beşinci məsələ: Bidət talaq və hökmü:

1- Bidət talaq:

Bu talaq, kişinin şəriətin qadağan etdiyi, haram olan qaydada talaq verməsidir. Bu talaq iki yol ilə olur:

  1. Talaqın sayı.
  2. Talaq verilən hal.

Əgər kişi qadına bir sözlə üç dəfə, yaxud qadın heyzdən təmizləndikdən sonra üç dəfə ayrı-ayrı vaxtlarda, yaxud qadın heyzli və ya nifaslı olduğu vaxtda, yaxud heyzdən təmizləndikdən sonra cinsi əlaqədə olub, qadının hamilə qalıb-qalmaması bilinmədiyi vaxtda talaq verərsə, bu talaq bidət, haram və şəriətin qadağan etdiyi talaq sayılır və belə hallarda talaq verən insan günahkardır.

Bir məclisdə yaxud da ayrı-ayrı məclislərdə üç dəfə talaq verilən bidət talaqda, qadın başqa kişiyə ərə getmədikcə əvvəlki ərinə qayıtması haramdır. Çünki Uca Allah buyurur:«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz.»[99]

Yəni, üç dəfə. Bidət talaqında, qadının gözləmə müddətində onu qaytarmaq müstəhəbdir. Çünki İbn Ömər -Allah ondan razı olsun- zövcəsi heyzli ikən boşadığı zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona zövcəsini qaytarmağı əmr etmişdir[100].

Əgər qaytararsa, qadın heyzdən təmizlənənə qədər kişinin onu saxlaması vacibdir. Bundan sonra istəsə onu boşayar, istəsə də saxlayar.

2- Bidət talaqın hökmü:

Kişinin qadına bidət talaq verməsi haramdır. İstər bu, talaqın sayında olsun yaxud da talaqın verilmə vaxtında olsun. Çünki Uca Allah buyurur:«(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir.»[101]

Uca Allah buyurur:«(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın.»[102]

Yəni, cinsi əlaqədə olmaqan təmiz halda boşayın. Çünki İbn Ömər -Allah ondan razı olsun- zövcəsi heyzli ikən onu boşadıqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona zövcəsini qaytarmasını əmr etmişdir.

Bidət talaq da, sünnə talaq kimi talaq hesab olunur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) İbn Ömərə zövcəsini qaytarmasını əmr etmişdi. Qadını qaytarmaq isə, yalnız boşandıqdan sonra olur. Bu da bidət talaqın qadının talaqından hesab olunduğunu göstərir.

Altıncı məsələ: ər-Ricatu (talaq):

1- ər-Ricatu talaqın tərifi:

Bu talaqın lüğəti mənası «bir dəfə qayıtmaq» deməkdir. Şəriət mənası isə, kişinin öz zövcəsini, bəin talaqı olmayan talaqda, nikah kəsdirmədən talaqdan əvvəlki vəziyyətə qaytarmasıdır.

2- Rici talaqın caiz olması:

Rici talaqın caiz olmasına Kitab, Sünnə və icma dəlalət edir. Kitabdan dəlil Uca Allahın bu ayəsidir:«(Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.»[103]

Uca Allah buyurur:«Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın.»[104]Yəni, rici talaq ilə.

Sünnədən olan dəlil, yuxarıda qeyd edilən İbn Ömərin hədisidir. Belə ki, İbn Ömər -Allah ondan razı olsun- zövcəsi heyzli ikən boşadıqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ömərə -Allah ondan razı olsun-: «Ona əmr et zövcəsini qaytarsın» — demişdir.

Alimlər yekdil fikirlə bildirmişlər ki, kim üçdən az sayda talaq verərsə,zövcəsini iddə müddətində geri qaytara bilər.

3- ər-Ricatu talaqının hikməti:

Bu talaqın hikmətlərindən biri də, talaq verdiyinə görə peşman olub, ailə həyatını yenidən başlamaq istəyən kişiyə bir fürsət verilməsidir. Belə ki, kişi zövcəsini yenidən ismətinə qaytarmaq üçün qarşısında qapının açıq olduğunu görür. Bu, İzzət və Cəlal sahib olan Allahın qullarına mərhəməti və lütfüdür.

4- ər-Ricatu talaqının şərtləri:

Bu talaq aşağıdakı şərtlərlə səhihdir:

  1. Talaq, ərin malik olduğu saydan az olmalıdır. Bu, azad insan üçün üç talaq, kölə insan üçün isə, iki talaqdır. Əgər ər üç talaqın hamısını verərsə, qadın başqa kişiyə ərə gedib boşanmadıqca əvvəlki ərinə halal olmaz.
  2. Talaq verilən qadın, əri ona cinsi əlaqə ilə yaxınlaşmış qadın olmalıdır. Çünki rici talaq yalnız qadının iddə müddətində olur. Əgər əri qadına yaxınlaşmayıbsa, demək qadının heç bir iddəsi yoxdur. Çünk Uca Allah buyurur:«Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin. Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə bilərlər).»[105]
  3. Talaq heç bir qarşılıqsız olmalıdır. Çünki talaqa görə qarşılıq vermək, qadının kişidən canını qurtarmaq üçün fidyə verməsidir. Belə olan təqdirdə rici talaq mümkün deyil. Əgər qadına müəyyən muqabil qarşılığında talaq verərsə, yeni nikah və qadının razılığı olmadan qadın kişiyə halal olmaz.
  4. Nikah bütün şərtləri cəm olan səhih nikah olmalıdır. Fasid yə ya səhih olmayan nikahda rici talaq vermək yoxdur. Əgər nikah səhih deyilsə, talaq da səhih deyil. Çünki talaq nikahın şaxəsidir və əgər talaq səhih olmazsa, rici talaq da səhih olmaz.
  5. Rici talaq iddə müddətində olmalıdır: Uca Allah buyurur:«(Bu gözləmə müddəti içərisində) ərləri onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.»[106]Yəni, iddə müddətində.
  6. Rici talaq yerinə yetirilən bir halda olmalıdır. Bu talaqı məsələn, «əgər filan şey olsa səni qaytaracam» deyərək hansısa bir şərtə bağlamaq səhih deyil.

5- Rici talaq nə ilə olur?

1- ər-Ricatu talaq söz ilə olur. Məsələn «Zövcəmi geri qaytardım», «onu qaytardım», «onu saxladım» və s. buna oxşar sözlər.

2- Rici talaqı niyyət edərək, zövcəsi ilə cinsi əlaqədə olarsa, bu da onu geri qaytarmaq sayılır.

6- Rici talaqın bəzi hökmləri:

1- Rici talaq ilə boşanmış qadın, iddədə olduğu müddətcə kişinin zövcəsi sayılır. Kişi bu zövcəsinin də, digər zövcələri kimi yeməyini, geyimini və gündəlik məsrəflərini təmin etməlidir. Qadının bu müddətdə digər zövcələr kimi evindən bayıra çıxması caiz deyildir və bu müddət ərzində əri üçün bəzənə bilər, onunla tək qala bilər və yaxınlıq edə bilər. Əgər iddə müddətində ikisindən biri vəfat edərsə, biri digərinin mirasına varis olurlar.

2- Rici talaqı verilmiş qadının geri qayıtmasında onun və onun vəlisinin razılığı şərt deyil. Çünki Uca Allah buyurur:«(Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.»[107]

3- İddə müddətinin bitməsi ilə rici talaqın vaxtı bitir. Qadın üç heyz gözləməlidir, əgər üç heyz olub qurtardıqdan sonra əri onu öz ismətinə qaytarmazsa, qadın ondan «Beynunə suğra» (kiçik boşanma) ilə boşanmış olar və bundan sonra qadın həmin kişiyə yalnız yeni nikah, qadının vəlisi və iki ədalətli şahid olmayınca halal olmaz.

4- Rici və kiçik boşanma talaqından sonra kişi zövcəsini qaytararsa, kişinin, talaqın sayları şansından azalar.

5- Əgər kişi sahib olduğu talaqın hamısını qadına verib, üç dəfə boşayarsa, qadın ona haram olar və kişidən «Beynunə kubra» tam boşanma ilə boşanar və qadın səhih nikah ilə başqa kişiyə ərə gedib hətta ona cinsi yaxınlıq etmədikcə (və sonra boşanmadıqca) əvvəlki zövcəsinə halal olmaz.

Beşinci bölüm:

And içmək (İylə) barədə

1- And içməyin (İylə) tərifi:

İylə sözünün lüğəti mənası: İylə sözü, əliyyə sözündən götürülmüşdür ki, bu da and içmək mənasını bildirir. Ərəb dilində bir kəs and içdiyi zaman deyirlər: «Ələ fulən, yuli iyləən və əliyyətən».

Şəriət mənası: Bu, -cinsi əlaqəyə qadir olan- bir kişinin zövcəsi ilə əbədiyyən və ya dörd aydan çox müddətdə ön tərəfdən cinsi yaxınlıq etməyəcəyinə, Allaha yaxud da Allahın sifətlərindən birinə and içməsidir.

2- And içməyin dəlili:

Uca Allah buyurur:«Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir.Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir.»[108]

3- And içməyin şərtləri:

  1. And içməyi qadınla cinsi əlaqədə olmağa qadir olan ər etməlidir. Şəfa tapması umulmayan xəstənin, işlic və ya övrət yeri tam kəsilən insanın zövcəsinə yaxınlaşmayacağına and içməsi səhih deyildir.
  2. Yalnız Allaha və ya Allahın sifətlərindən birinə and içməlidir. Talaq verəcəyinə, qul azad edəcəyinə yaxud da nəzir verəcəyinə and içməsi səhih deyildir (və iylə hökmündən sayılmaz).
  3. Dörd aydan çox müddətcə qadını ilə cinsi əlaqədə olmayacağına and içməlidir.
  4. Ön tərəfdən cinsi əlaqədə olmayacağına and içməlidir. Əgər arxa tərəfdən əlaqədə olmayacağına and içərsə bu iylə hökmündən sayılmaz.
  5. Qadın, cinsi əlaqəyə girilməsi mümkün bir qadın olmalıdır. Amma övrətinin bağli olması və ya övrət yerində artıq, buynuza oxçar ətin olması və bu səbəbdən cinsi əlaqəyə girilməsi mümkün olmayan qadın olarsa, iylə səhih olmaz.

4- And içmək (İylə) hökmü:

Belə and içmək (İylə) İslam dinində haramdır. Çünki o, vacib olan bir şeyi tərk etmək üçün and içməkdir. Əgər kişi əbədi yaxud da dörd aydan çox qadını ilə cinsi əladəqə olmayacağına and içərsə, həmin kişi qadınına iylə etmiş sayılar. Əgər dörd ay bitməzdən əvvəl qadını ilə cinsi əlaqədə olarsa, andından qayıtmış olar və andın kəffarəsini verməlidir və etdiyi əməli isə Allah bağışlayar. Əgər dörd ay bitdikdən sonra qadın onunla cinsi əlaqədə olmasını tələb edərsə, kişi isə onunla əlaqədə olmaqdan boyun qaşırarsa, bu zaman hakim (qazi) kişiyə iki şeyi əmr etməlidir:

1- Andından qayıdıb, zövcəsi ilə cinsi əlaqədə olmağı və andının kəffarəsini verməyi.

2- Əgər kişi zövcəsini belə halda saxlamaq istəyərsə, bu zaman hakim ona qadını boşamasını əmr etməlidir.

Əgər kişi yuxarıda deyilən iki şeyi etməzsə, bu zaman hakim qadının boşanma qərarını verməlidir. Çünki hakim, kişi imtina etdiyinə görə qadının vəlisini əvəz edir. Talaq kişinin əvəzindən verilir. Əgər iylə müddəti bitdikdən sonra ərdə yaxud da qadında cinsi əladədə olmağa mane olan üzr olarsa, bu zaman kişiyə dili ilə: «Nə vaxt cinsi əlaqəyə imkanım olsam səninlə yaxınlıq edəcəm» deməsi əmr edilir. Çünki bu anddan qayıtmaqda məqsəd, qəsd etdiyi zərəri aradan qaldırmaqdır. Həmçinin fəqihlər, cinsi əlaqəyə qadir olduğu halda, zövcəsinə zərər vermək üçün dörd aydan çox cinsi əlaqəni tərk edən kişini də bu bölümə aid ediblər.

5- And içməyin bəzi hökmləri:

— əl-Bəqərə surəsinin 226, 227 — ci ayələrinin ümümiliyinə görə and içmənin (İylə) hökmü müsəlman, kafir, azad, qul, qəzəbli yaxud da xəstə insan olmasından asılı olmayaraq talaq verməsi səhih olan hər bir ər tərəfindən gerçəkləşə bilər. Yaxınlıq etmədiyi zövcəsi də bura daxildir.

— Nöqsansız Allahın hikmətli şəriətdə, ərə zövcəsi ilə cinsi əlaqədə olmaq yaxud da ona talaq vermək barədə buyurduğu bu əmr, qadından zülm və zərəri uzaqlaşdırmaq və cahiliyyə dövründəki and içmə müddətinin uzadılması ənənəsini puç etmək mahiyyəti daşıyırdı.

— Dəli və özündən getmiş insanın, zövcəsinə yaxınlaşmamaq üçün and içməsinə niyyəti olmadığı və həmçinin dediyi sözü dərk etmədiyi üçün, onun and içməsi səhih sayılmaz.

Altıncı bölüm:

Zihar barədə

  1. Ziharın tərifi:

Zihar sözünün lüğəti mənası: Zihar sözü kürək sözündən götürülmüşdür.

Zihar sözünün şəriət mənası: Kişi zövcəsi ilə əlaqədə olmaqdan imtina etmək istədikdə, zövcəsinə: «sən mənim üçün anamın yaxud bacımın yaxud da bunlardan qeyrisinin kürəyi kimisən» — deyərək, zövcəsini özünə nəsəblə, süd əmizdirməklə və ya qadın tərəfdən ona məhrəm olan qohumluqla haram olan qadınlara yaxud da onların bəzi bədən üzvlərinə oxşatmasıdır. Nə vaxt bunu edərsə, artıq zövcəsinə zihar etmişdir.

2- Ziharın hökmü:

Zihar etmək haramdır, çünki Uca Allah buyurur:«Sizdən öz qadınları ilə zihar edənlər…» Hətta Uca Allahın bu ayəsinə qədər:«Onlar, əlbəttə, pis və yalan söz danışırlar.»[109]

Cahiliyyə dövründə zihar etmək talaq vermək hökmündə idi. İslam dini gəldikdə, Allah -Sübhənəh- qullarına rəhmət və yüngüllük olsun deyə ziharı qadağan etdi və o, kəffarəsi verilməsi vacib olan andlardan hesab olundu.

Zihar edən kişinin və zihar olunan qadının, ziharın kəffarəsini verməzdən öncə bir-birinə şəhvətlə toxunması -cinsi əlaqədə olmaq, öpmək və bu kimi cinsi əlaqəyə səbəb olacaq hər bir hərəkəti etmələri- haramdır. Çünki Uca Allah buyurur:«Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər.»[110]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) zövcəsinə zihar edən kişiyə demişdir:»Allahın sənə əmr etdiyini edənədək ona yaxınlaşma»[111].

3- Ziharın kəffarəsi:

Ziharın kəffarəsi aşağıdakı tərtib ilə olmalıdır:

  1. Eyibsiz mömin bir qul azad etmək.
  2. Əgər azad etməyə qul yaxud da qulu almaq üçün məbləğ tapmazsa, hicri təqvim ilə ardıcıl iki ay oruc tutmalıdır. Bu iki ayın günlərini ayırmaq olmaz. Yalnız Ramazan orucu kimi vacib orucun tutulması yaxud da bayram və təşriq günləri, xəstəlik və səfər kimi oruc tutulmasına icazə verilməyən vaxtlar müstəsnadır.
  3. Əgər oruc tutmağı bacarmazsa, bu zaman altmış kasıbı yedizdirməlidir. Belə ki, hər kasıba yaşadığı yerdəki qidaya münasib olaraq bir ovuc buğda yaxud da yarım saa başqa ərzaq verməlidir. Çünki Uca Allah buyurur:«Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər…» iki ayə. [112]

Hədisdə rəvayət edilir ki, Sələmə ibn Saxr əl-Bəyadi zövcəsini özünə anasının kürəyi kimi etdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona bir qul azad etməyi, əgər bacarmasa iki ay ardıcıl oruc tutmağı, bunu da bacarmasa kasıbı yedirtməsini əmr etdi[113].

Zihar edən kişi, ziharın kəffarəsini verməzdən əvvəl zövcəsi ilə yaxınlıq edərsə, günahkar və asi sayılar. Ona yalnız bir kəffarə vermək vacibdir. Kəffarə verilənə qədər onun boynunda qalar və bu zaman ərzində zövcəsi ona haram olar.

Yeddinci bölüm:

Lənətləşmək (əl-Lian) barədə

Bu bölümdə bir neçə məsələ vardır:

Birinci məsələ: Lənətləşməyin tərifi, dəlili, icazəli olması və bunun hikməti:

1- Lənətləşmək sözünün tərifi:

Lənətləşmək sözünün lüğəti mənası, «Ləanə» sözünün məsdər formasıdır. Bu sözün kökü «əl-Ləan» lənət etmək sözündən götürülmüşdür. Lənət etmək sözünün mənası isə, qovmaq və uzaqlaşdırmaqdır.

Lənətləşmək sözünün şəriət mənası: Ər tərəfindən lənətə, zövcə tərəfindən isə qəzəbə bağlı olan andlarla təkid olunmuş şəhadətlərdir. Lənətləşmək, ərə görə böhtan atmağın cəzası yerində, zövcəyə görə isə zinanın cəzası yerində dayanır. Kişi beşinci dəfə and içdikdə: «Əgər o yalan danışanlardandırsa, Allah ona lənət etsin» — dediyinə görə lənət etmək adlanmışdır. Şübhəsiz ki, onların ikisindən biri yalançıdır. Buna görə də onlardan biri lənətlənmiş olur.

2- Lənətləşməyin icazəli olmasının dəlili:

Lənətləşməyin icazəli olmasına bu ayə sübut gətirilir: Uca Allah buyurur:“Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi — Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir…”[114]

Səhl ibn Səd -Allah ondan razı olsun- rəvayət etmişdir ki, ənsarlardan bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Bir adam öz zövcəsini başqa bir kişi ilə zina edərkən tutsa, onu öldürsün? Yoxsa bunun başqa bir yolu var?” Allah bu kişiyə görə Quranda qeyd deyilən, lənətləşən ər-arvad haqqındakı ayəni nazil etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Artıq Allah sənin və zövcənin barəsində hökm verdi». Səhl ibn Səd dedi: Onlar məsciddə lənətləşdilər və mən də buna şahid oldum.

Səhl ibn Səd başqa rəvayətdə deyir: “Onlar lənətləşdilər. Mən insanlarla birgə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idim”[115].

3- Lənətləşməyin icazəli olmasının hikməti:

Ər üçün lənətləşməyin icazəli olmasının hikməti: Zövcəsinin zinasına görə ona eyib tutulmasın, nəsli qorunsun və başqasından olan uşaq ona nisbət etdirilməsin. O, əksər hallarda qadına qarşı açıq aydın sübut gətirə bilmir və qadın da öz günahını boynuna almır. Bu vəziyyətdə isə, kişinin sözü qəbul edilmir və onların çox şiddətli bir tərzdə and içməkdən başqa yolları qalmır. Elə bu baxımdan da lənətləşmək, ər-arvad arasında olan problemi həll etmək, sıxıntını aradan qaldırmaq və ərin üzərindən böhtan cəzasını götürmək üçün icazəli bir səbəbdir. Ərin  özündən başqa şahidi olmadığına görə, qadının da özünü zina cəzasından qoruduğu üçün, ona, ərinin andlarına etiraz olaraq onun kimi təkrar and içmə imkanı verilmişdir. Əks təqdirdə qadına zina cəzası vacib olur. Əgər ər (zövcəsini zinada ittiham etdikdən sonra) and içməkdən imtina edərsə, ərə böhtan cəzası tətbiq edilir. Əgər qadın əri and içdikdən sonra and içməkdən imtina edərsə, bu ərinin andlari ilə birgə (qadının zina etməsinə dəlalət edən) etiraz olunmayan güclü dəlildir və bu zaman qadına zina cəzası tətbiq edilir.

İkinci məsələ: Lənətləşməyin şərtləri və ərkanları:

  1. Lənətləşməyin səhihlik şərtləri:
  2. Lənətləşmə mükəlləf, həddi-büluğa çatan və əqli qüsursuz ər ilə qadın arasında olmalıdır. Çünki Uca Allah buyurur:“Arvadlarına zina isnad edib…”[116]
  3. Kişi zövcəsini: «Ey zinakar, səni zina edərkən gördüm yaxud da zina etmisən» bu kimi sözlər deməklə onu zina etməkdə ittiham etməlidir.
  4. Qadın kişinin bu böhtanını yalan saymalı və bu yalanlama, lənətləşmənin sonuna qədər davam etməlidir.
  5. Lənətləşmə hakimin hökmü ilə tamamlanmalıdır.
  • Lənətləşmənin keyfiyyəti və sifəti:

Lənətləşmənin sifəti: Ər, hakimin hüzurunda və insan toplumunun qarşısında: «Zövcəm filankəsi zinada ittiham etdiyimə görə, doğru danışanlardan olduğuma dair Allahı şahid gətirirəm» deməlidir. Bunu dörd dəfə təkrar etməli, əgər zövcəsi orada iştirak edirsə, onu işarə ilə göstərməli, əgər iştirak etmirsə onun bilinib-tanınan adını çəkməlidir. Sonra beşinci şəhadətdə -hakim ona Allahdan qorxmağı xatırladıb yalan danışmaqdan çəkindirdikdən sonra-: «Əgər yalan danışanlardanamsa, Allahın lənəti mənim üzərimə olsun» deməlidir.

Bundan sonra qadın dörd dəfə: «Məni zinada ittiham etdiyinə görə, (ərimin) yalan danışdığına dair Allahı şahid gətirirəm» deməli, sonra beşinci şəhadətdə artıraraq: «Əgər o (yəni, əri) doğru danışanlardandırsa, Allahın mənə (yəni, qadına) qəzəbi olsun!» deməlidir.

Çünkü Uca Allah buyurur:“Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir. Beşinci dəfə: «Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!» (deməlidir). Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: «Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lənət (qəzəb) eləsin!» (deməlidir).”[117]

Üçüncü məsələ: Lənətləşmə üzərində tərtib olan hökmlər:

Lənətləşmə tamam olarsa bunun üzərində aşağıdakı hökmlər tərtib olunur:

  1. Kişidən böhtan cəzası düşür.

2- Hətta hakim onların arasını ayırmasa da, artıq ər- arvad bir-birilərindən ayrılmış hesab olunur və onların əbədi olaraq bir-biri ilə evlənməsi haramdır.

3- Lənətləşmədən sonra dünyaya gələn uşaq kişinin nəslinə deyil, qadının nəslinə nisbət olunur. Bunun üçün kişidən lənətləşmə zamanı «Qadını zinada ittiham etdiyimə görə doğru danışanlardan olduğuma dair Allahı şahid gətirirəm və bu mənim övladım deyil» deyərək, uşağın, onun uşağı olduğunu inkar etməlidir. İbn Ömər -Allah onların ikisindən də razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir kişi ilə arvadından lənətləşməyi tələb etdi. (Buxarinin rəvayətində: “Kişi uşaqdan imtina etdi”) Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları ayırdı və uşağı qadına verdi[118].

  • Qadın lənətləşmədən imtina edərsə, zina cəzası ona vacib olur. Çünki kişinin and içdiyi halda qadının and işməkdən boyun qaçırması, ona zina cəzasını verməyi vacib edən güvvətli bir dəlildir.

Səkkizinci bölüm:

İddə və ihdəd (qadının gözləmə müddəti və zinəti tərk etməsi) barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: İddənin tərifi, icazəli olmasının dəlili və iddənin hikməti:

1- İddənin tərifi:

İddə sözünün lüğəti mənası: İddə sözü, məsdər isim olub ərəb dilində «addə, yauddu, addən» saydı, sayır, saymaq mənasını bildirir. Bu söz, özündə heyzi, heyzdən təmizlənməni və ayları əhatə etdiyi üçün sözün kökü ədəd və sayma sözündən götürülmüşdür.

İddə sözünün şəriət mənası: Qadının, İzzət və Cəlal sahibi olan Allaha ibadət məqsədi ilə və ya ərinin ölmə səbəbi ilə hüznlü olduğuna görə yaxud da ki, bətnində uşağın olub-olmadığına əmin olmaq üçün gözlədiyi müəyyən vaxtın adıdır.

İddə müddəti, talaq və vəfatın varlığına dəlalət edən haldır.

2- İddənin icazəli olmasının dəlili:

İddə müddətini gözlənməyin vacibliyi və onun şəriətə uyğun olması, Kitab, Sünnə və icmaya əsasəndir.

Kitabdan dəlil: Uca Allah buyurur:“Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər.”[119]

Uca Allah buyurur:“(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır.”[120]

Uca Allah buyurur:“Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər.”[121]

Amma Sünnədən olan dəlillərə gəldikdə isə, Misvar ibn Məxrəmə -Allah ondan razı olsun- rəvayətində deyir: “Subeyə əl-Əsləmiyyə -Allah ondan razı olsun- ərinin vəfatından az müddət sonra hamiləliyini bitirdi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib nikah bağlamaq üçün izn istədi. O da ona nikah bağlamaq üçün izn verdi və qadın nikah bağladı”[122].

Bundan başqa hədisləri də misal çəkmək olar.

3- İddə müddətini gözləməyin hikməti:

İddənin hikməti: Nəsillərin bir-birinə qarışmaması üçün qadının bətnini hamiləlikdən təmiz olduğunu bilmək və həmçinin raci talaqda kişiyə peşman olduğuna görə zövcəsini yenidən ismətinə qaytarmaq üçün imkan vermək və eləcə də qadın hamilə olaraq boşanıbsa bətindəki uşağın haqlarını qorumaq.

İkinci məsələ: İddənin növləri:

Qadının iddəsi iki qisimə bölünür:

  1. Əri ölən qadının iddəsi (gözləmə müddəti).

2- Ərindən boşanmış qadının iddəsi (gözləmə müddəti).

Birinci: Əri ölən qadının iddəsi:

Bu iddə müddətini əri ölən qadının gözləməsi vacibdir: Qadının burada iki halı var:

— Qadın ya hamilə olmalıdır.

— Yaxud hamilə olmalı deyil.

Əgər qadın hamilədirsə: Qadının iddə müddəti əri vəfat etdiyi vaxtdan hətta bir saatdan sonra hamiləliyi bitərsə, artıq iddə müddəti sona çatmışdır. Çünki Uca Allah buyurur:“Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır.”[123]

Misvar ibn Məxrəmə -Allah ondan razı olsun- rəvayətində deyir: “Subeyə əl-Əsləmiyyə -Allah ondan razı olsun- ərinin vəfatından az müddət sonra hamiləliyini bitirdi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib nikah bağlamaq üçün izn istədi. O da ona nikah bağlamaq üçün izn verdi və qadın nikah bağladı”[124].

Əgər qadın hamilə deyilsə: İddə müddəti dörd ay on gündür. Bu qadın, ərinin ona yaxınlıq edib etməməsindən asılı olmayaraq ümumiyyətlə iddə müddətini gözləməlidir. Çünki Uca Allah buyurur:“Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!”[125]

Bu ayəni xüsusiləşdirən heç bir dəlil varid olmayıbdı.

İkinci: Ərindən boşanmış qadının iddəsi (gözləmə müddəti).

Bu iddə müddətini, fəsxlə və ya talaqla yaxud da əri ilə yaxınlıq etdikdən sonra xulu etməklə boşanan qadının gözləməsi vacibdir: Qadının burada bəzi halları var:

— Hamilə qadın.

— Hamilə olmayan qadın.

— Yaşı müsaid olmadığı üçün hələ heyz görməmiş yaxud da yaşa dolmaqla heyzdən kəsilmiş qadınlar.

Əgər qadın hamilədirsə: İddə müddəti hamiləliyinin bitməsi ilə sona çatır. Çünki Uca Allah buyurur:“Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır.”[126]

Əgər qadın hamilə deyilsə, amma heyz olan qadınlardandırsa: İddə müddəti ərində ayrıldıqdan sonra, üç dəfə heyzdən təmizlənməsidir. Çünki Uca Allah buyurur: “Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz.”[127]

Əgər qadın yaşı müsaid olmadığı üçün hələ heyz görməmiş yaxud da yaşa dolmaqla heyzdən kəsilmiş qadındırsa, belə qadınların iddə müddəti ərlərindən ayrıldıqdan sonra üç ayın bitməsi ilə tamam olur. Çünki Uca Allah buyurur:“(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər).”[128]

Əri ona yaxınlaşmazdan əvvəl talaq verilən qadının hökmü:

Əgər ər zövcəsinə yaxınlaşmazdan əvvəl onu fəsx yaxud da talaq ilə boşayarsa, qadın iddə gözləmir. Çünki Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin. Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl tərzdə sərbəst buraxın!”[129]

Elm əhlinin yekdil rəyinə əsasən, bu hökmdə mömin və kitab əhlindən olan zövcələr arasında heç bir fərq yoxdur. Ayədə mömin qadınların deyilməsi, adətən mömin kişilərin mömin qadınlarla evləndiyinə görədir.

Üçüncü məsələ: İddənin öhdəlikləri və bu öhdəliklərin üzərində tərtib olan hökmlər:

  1. Talaq iddəsi:

Əgər qadın ərindən boşandıqdan sonra talaq iddəsinin bitməsini gözləyirsə, qadının burada iki halı var:

— Talaqı raci talaq olan qadın.

— Talaqı bəyin talaq olan qadın.

Birinci: Raci talaqdan iddə müddətinin bitməsini gözləyən qadın:

Raci talaqdan iddə müddətinin bitməsini gözləyən qadın üçün aşağıda qeyd olunan hökmlər vacib olur:

1- Əgər heç bir dini maneə yoxdursa, qadının əri ilə birgə bir evdə qalmasının vacibliyi.

2- Kişiyə imkanı daxilində qadının gündəlik məsrəflərini, geyimini və s. ehtiyaclarını ödəməsinin vacibliyi.

3- (İddə müddəti ərzində) qadının evində qalması vacibdir və o yalnız zəruru hallarda evini tərk edə bilər. Çünki Uca Allah buyurur:“Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin…”[130]

Uca Allah buyurur: “Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar.”[131]

4- Qadın raci talaqda həm ərinin zövcəsi hökmündə, həm də ərinin yanında dustaq olduğuna görə, evlənmək üçün özünü kişilərə ərz etməsi haramdır. Uca Allah buyurur: “(Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.”[132]

İkinci: Əgər qadın bəin talaqdan iddə müddətinin bitməsini gözləyirsə:

Burada iki halı var:

— Qadın ya hamilə olmalıdır.

— Ya da hamilə olmamalıdır.

Birinci: Əgər qadın hamilədirsə:

Əgər qadın hamilədirsə aşağıda qeyd olunanlar onun üçün tərtib edilir:

1- Qalacaq yeri təmin etmək ərin üzərinə vacibdir. Çünki Uca Allah buyurur:“(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar.”[133]

2- Gündəlik məsrəflər: Çünki Uca Allah buyurur:“Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin.”[134]

3- İddə müddətinin bitməsini gözlədiyi evdə qalmalı, oradan yalnız ehtiyac olduqda çıxmalıdır. Çünki Uca Allah buyurur:“Onları (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar.”[135]

Qadının ehtiyac olduqda iddə müddətinin bitməsini gözlədiyi evdən çıxmasına Sünnədən dəlil: Cabir -Allah ondan razı olsun- belə rəvayət edir: «Xalam boşanıldı (Əbu Davudun rəvayətində: «Xalam üçüncü dəfə boşanmışdı)». O xurma ağacının bəhrəsini dərmək üçün çıxmaq istədikdə bir kişi onu çıxmaqdan çəkindirdi. O da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gələrək bu haqda soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə buyurdu:»Əlbəttə ki, çıx xurma ağacının bəhrəsini dər. Bəlkə sən sədəqə verər və ya xeyirli bir iş tutmuş olarsan»[136].

İkinci: Əgər qadın hamilə deyilsə:

Əgər qadın hamilə deyilsə gündəlik məsrəflər və ona tabe olan geyim və s. bu kimi şeylərdən başqa hamilə qadın üçün kişiyə vacib olan şeylər bu qadın üçün də vacibdir. Rəvayət edilir ki, Fatimə bint Qeysin -Allah ondan razı olsun- əri, ona qalan talaqından üçüncü dəfə talaq verdikdən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: «Hamilə olduğun vaxtdan başqa, sənin üçün heç bir məsrəf yoxdur»[137].

2- Əri ölən qadının iddə müddəti:

Ərinin öldüyünə görə iddə müddətinin bitməsini gözləyən qadının aşağıdakı hökmlərə əməl etməsi vacibdir:

1- Qadının, evin icarə olub-olmamasından asılı olmayaraq, yaşadığı və əri öldüyü evdə iddə müddətinin bitməsini gözləməsi vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) əl-Fureyatə bint Malikə demişdir:»Gözləmə vaxtları bitincəyə qədər evində gözlə»[138].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir:»Ərinin ölüm xəbəri gəldiyi evində gözlə…».

Qadının üzr olmadan evini tərk edib başqa bir evdə iddə müddətinin bitməsini gözləməsi caiz deyil. Lakin həmin evdə qalmaqla özünə görə qorxarsa yaxud da o evdən məcburi başqa bir evə köçürülərsə və sairə buna oxşar hallar olarsa, bu zaman zərurət olduğuna görə istədiyi yerdə iddə müddətinin bitməsini gözləməsi caizdir.

2- İddə müddətinin bitməsini gözlədiyi evdə qalıb, oradan yalnız ehtiyac olduqda çıxmaq. Qadının həmin evindən gecə vaxtı deyil, yalnız gündüz vaxtı zəruru ehtiyacları üçün çıxması caizdir. Çünkü gecə fitnə-fəsadın çox olduğu vaxtdır. Elə buna görə də gecə evindən yalnız zəruri hallarda çıxa bilər. Amma gündüz vaxtı isə ehtiyacların ödənilən vaxtıdır.

3- Qadın iddə müddətində zövcəsi üçün ihdəd etməsi vacibdir. İrəlidə ihdəd barədə daha ətraflı məlumat veriləcək.

4- Ərinin ölmə səbəbi ilə evlilik həyatının bitdiyi üçün qadına gündəlik məsrəf vermək yoxdur.

Dördüncü məsələ: İhdəd (zinəti tərk etmək) barədə:

İhdədin tərifi və caiz olmasının dəlili:

  1. İhdədin tərifi:

İhdəd sözünün lüğəti mənası: İmtina etmək mənasını bildirir. Ərəb dilində, qadın zinət əşyalarını və ətiri tərk etdiyi zaman «həddun va muhiddun» deyilir.

İhdəd sözünün şəriət mənası: İhdəd, qadının zinət əşyalarını, ətiri və bundan başqa ona meyl etməyə səbəb olan və onunla əlaqədə olmağa həvəsləndirən hər bir şey tərk etməsidir.

  • İhdədin icazəli olmasının dəlili:

Əri vəfat etmiş qadının İhdəd etməsi (zinəti tərk etməsi) vacibdir. Ummu Həbibə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allaha və Axirət gününə iman gətirmiş qadına ölmüş bir kimsə üçün üç gündən artıq yas saxlamaq halal deyildir. Yalnız əri üçün dörd ay on gün (yas saxlaya bilər)»[139].

Ummu Ətiyyə əl-Ənsari -Allah ondan razı olsun- belə rəvayət edir: «Ölüyə üç gündən artıq yas saxlamaq bizə qadağan edilərdi. Yalnız ər üçün dörd ay on gün yas saxlamaq müstəsna idi. (Bu müddət ərzində) biz nə sürmə çəkər, nə ətirlənər, nə də rəngli paltarlar geyinərdik. Ancaq asbdan (Yəmən bürüncəyindən) başqa…»[140].

İhdəd müddətində olan qadının aşağıdakılara əməl etməsi vacibdir:

1- Zinət əşyaları və ətir istifadə etməməli, parlaq rəngli paltarlar geyinməməli, sürmə sürtməməli, qızıl-gümüş və digər zinət əşyaları taxmamalı və makyajdan istifadə etməməlidir. Ummu Sələmə -Allah ondan razı olsun- rəvayər edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əri vəfat etmiş qadın, sarı və qırmızı rəngli paltar geyinməməli, zinət əşyaları taxmamalı, xına və sürmə sürtməməlidir»[141].

Həmçinin burada, az öncə yuxarıda qeyd edilən Ummu Ətiyyə əl-Ənsarinin rəvayət etdiyi hədisi də dəlil gətirmək mümkündür.

2- İhdəd müddətinin bitməsini gözlədiyi evdə qalıması vacibdir. Oradan yalnız ehtiyac olduqda çıxmalıdır. Yuxarıda qeyd edilən əl-Fureyatə bint Malikin rəvayət etdiyi hədisə əsasən belə etməlidir.

Doqquzuncu bölüm:

 Süd vermək (ər-Rada) barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Süd verməyin (ər-Rada) tərifi, icazəli olmasının dəlili və hikməti:

1- Süd verməyin (ər-Rada) tərifi:

Ərəb dilində «ər-Rada» sözünün lüğəti mənası: «Ra» hərfinin hərəkəsi fəthəli və kəsrəli ola bilər. Mənası, döşdən süd əmmək yaxud da içməkdir.

Süd vermə sözünün şəriət mənası: Süd vermə, iki yaşından aşağı olan uşağın hamiləlik səbəbi ilə gələn südü əmməsi, içməsi və digər buna oxşar yollarla qidalanmasıdır.

2- Süd verməyin (ər-Rada) icazəli olmasının dəlili:

Süd vermə caizdir, çünki Uca Allah buyurur: “Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər.”[142]

Uca Allah buyurur:“Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, sizə günah sayılmaz.”[143]

3- Süd verməyin hökmü:

Süd verməyin hökmü, nikahın haram olmasında, məhrəmliyin isbat olmasında, tək qalmaqda və baxmaqda nəsəbin hökmü ilə eynidir. Süd vermə, müəyyən şərtlər əsasında, evlənməni haram edən qohumluq əlaqələrinin yaranmasını vacib edir.

Süd vermə səbəbi ilə haramlığın dəlili Kitab, Sünnə və icmadır.

Kitabdan dəlil: Uca Allah buyurur:“Sizə süd analarınız və süd bacılarınız ilə evlənmək haram edildi.”[144]

Süd anası və bacısı ilə evlənməyin haramlığı, evlənilməsi haram olan qadınlar bəyan edilərkən zikr edilmişdir.

Sünnədən dəlillər: Aişə -Allah ondan razı olsun- Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Qan qohumlarına haram buyrulan şeylər süd qohumlarına da haram buyrulmuşdur»[145].

İbn Abbas-Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Həmzənin qızı barədə demişdir:»O mənə halal deyildir. O mənim süd qardaşımın qızıdır. Qan qohumlarına haram buyrulan şeylər süd qohumlarına da haram buyrulmuşdur»[146].

Amma icmadan dəlilə gəldikdə isə, ümmət alimləri süd əmizdirməklə evlənmənin haram olması barəqə yekdil rəydədirlər.

İkinci məsələ: Haram edən süd əmizdirmənin şərtləri və süd əmizdirmə səbəbi ilə qohumluq əlaqələrinin hökmü:

  1. Haram edən süd əmizdirmənin şərtləri:

Süd əmizdirmənin, qohumluq əlaqələrini vacib etməsi və evlənməyi qadağan etməsi üçün, mütləq iki şərtin olması zəruridir. Bu iki şərt aşağıdakılardır:

  1. Süd əmizdirmə, körpənin ilk iki ili ərzində olmalıdır. İki yaşından sonra əmizdirmənin heç bir təsiri yoxdur. Çünki Uca Allah buyurur:“Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər.”[147]Uca Allah digər ayədə buyurur:“(Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur.”[148]Ummu Sələmə -Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:»Yalnız iki yaşdan əvvəl, döşdən gəlib bağırsaqları açan südü əmizdirmək (evliliyi) haram edir.»[149]Hədisdə keşən «Bağırsaqları açan» sözünün mənası, bağırsaqlara çatıb oranı südlə genişləndirən deməkdir. Haram edən əmizdirmə, körpəlikdə ikən qidanı əvəz edən əmizdirməkdir ki, bu da uşaq körpə olarkən süd onun aclığını aparıb, onu ətə-cana gətirən süddür.
  2. Qadın körpəni beş və daha çox dəfə doyana qədər əmizdirməlidir. Aişə -Allah ondan razı olsun- rəvayət edir: «İlk olaraq, Quranda nazil olan on dəfə əmizdirmək haram edərdi. Sonra bu hökm, beş dəfə ilə nəsx (əğv) olundu. Hətta Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdiyində, bu ayələr Qurandan oxunurdu»[150].

Bu, tilavəti nəsx olunub hökmü qalan əhkamlardandır.

Əgər süd, burnundan damcı ilə tökmək yaxud qabdan içmək yaxud da buna oxşar vasitələrlə döşdən süd əmməyərək, uşağın qarnına çatarsa, bunun hökmü elə süd əmizdirməyin hökmü kimidir. Lakin bunun da beş dəfə olması şərtdir.

2- Süd əmizdirmə səbəbi ilə qohumluq əlaqələrinin hökmü:

Süd əmizdirmə səbəbi ilə yaranan qohumluq əlaqələrinin iki hökmü var:

  1. Haramlıqla bağlı hökm.
  2. Halallıqla bağlı hökm.

Haramlıqla bağlı hökm: Həqiqətən də süd əmizdirmək, nikahı haram etməkdə qohumluq əlaqələrinin təsiri kimi təsirə malikdir. Sənin süd anan, hətta nə qədər şəcərə yuxarı olsa belə, süd qızın hətta nə qədər şəcərə aşağı olsa belə və sənin doğma bacın yaxud da ögey bacın əmizdirmək yolu ilə gələn qohumluq əlaqələri səbəbi ilə sənə haramdır.

Halallığın təsirinə bağlı hökmə gəldikdə isə: Nəsəbdən sayılan məsələn, ana və bacı kimi, səninlə qohumlarının arasını halallaşdıran (yəni, sənə məhrəm sayılan) hər bir kəs, səninlə südünü əmdiyin qadının arasında olan hər bir kəsi də məhrəm edir. Onların bir-birilərinə baxmasını və bir yerdə tək qalmalarını halallaşdırır. (Yəni, sənə süd verən qadından süd əmən hər bir qız sənin süd bacın sayılır və bu süd əmmə səbəbi ilə sən ona məhrəm olursan). Çünki Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Qan qohumlarına haram buyrulan şeylər süd qohumlarına da haram buyrulmuşdur»[151].

Üçüncü məsələ: Əmizdirməyin təsdiqlənməsi:

Əmizdirmək, insanların onun dinindən, əxlaqından razı qaldıqları və onlar arasında doğru danışmaqla tanınan tək bir qadının, istər özü-özünə, istərsə də başqasına şahidlik edərək, bir uşağı iki il ərzində beş dəfə əmizdirdiyinə şahidlik etməsi ilə təsdiqlənir. Rəvayət edilir ki, Uqbə ibn əl-Haris -Allah ondan razı olsun- demişdir: “Mən bir qadınla evləndim. Bir dəfə bir qadın gəlib dedi: “Mən sizin ikinizi də əmizdirmişəm”. Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına getdim. O (sallallahu aleyhi və səlləm) buyurdu: «Artıq deyilib, necə olsun? O qadını tərk et». Yaxud da buna oxşar söz dedi. Şahidliyin bu növü gizli olduğu üçün (yəni, qadının süd verməsinə tək-tək qadınların şahid olduğu üçün), necə ki, doğuş məsələsində olur, burada da tək-tək qadınların kişilər üçün etdiyi şahidlik qəbul edilir[152].

Onuncu bölüm:

 Dayəlik və onun hökmləri barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Dayəliyin tərifi, hökmləri və dayəlik kimlər üçün olur?

1- Dayəliyin tərifi:

Dayəlik sözünün lüğəti mənası, körpə və ya az yaşlı uşağa tərbiyə vermək, onu qorumaq və himayə etməkdir. Dayəlik sözünün əsli ərəb dilində, «əl-Hidn» sözündən ğötürülüb və mənası «yan» deməkdir. Çünki tərbiyə və himayə edən şəxs, körpə və ya az yaşlı uşağı yanında saxlayır.

Kişi və qadın dayə, körpə və az yaşlı uşağa tərbiyə verməyə, onu qorumağa və himayə etməyə müvəkkil olan insanlardır.

Dayəlik sözünün şəriət mənası: Dayəlik, yaxşını pisdən ayıra bilməyən və özünü idarə etməyə qadir olmayan kimsəni qorumaq, onu fiziki və mənəvi fayda verən şeylərlə tərbiyələndirmək və ona zərər verən şeylərdən qorumaqdır.

2- Dayəliyin hökmü:

Körpə və az yaşlı uşağa baxmağa dayədən başqa bir kimsə yoxdursa, yaxud da varsa, lakin uşaq ondan başqasını qəbul etmirzsə, bu zaman dayənin uşağa baxması vacibdir. Çünki dayəlik etməsə körpə yə ya az yaşlı uşaq həlak ola bilər yaxud da uşağı baxımsız tərk etməklə ona zərər gələ bilər. Belə halda körpəni həlak olmaqdan qorumaq vacibdir. Əgər körpəyə dayəlik edənlər çoxdursa bu zaman dayəlik etməyin hökmü vacib kifayədir (yəni, onlardan biri dayəlik etsə yerdə qalanlara vacib deyildir).

3- Kimlər dayəlik edə bilər?

Dayəliyi bu işə layiq olan kişi və qadınlar edə bilər. Amma qadınlar uşaqlara kişilərdən daha şəfqətli və daha mülayim olduqları üçün, qadınlar dayəlikdə kişilərdən önə çəkilir. Əgər qadınlardan dayəlik etməyə haqlı olan qadın olmazsa, bu zaman dayəlik kişilərə verilir. Çünki kişilər uşaqları qorumaqda, qayğısına qalmaqda və onları faydalı işlərə yönəltməkdə daha bacarıqlıdırlar.

Əgər ərlə arvadın nikahı pozulmayıbsa, uşağa dayəlik etmək uşağın valideyinlərinə aiddir. Əgər boşanarlarsa, ana başqa kişiyə ərə getmədikcə, dayəlik anaya aiddir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), uşağını geri almaq istəyən ərindən boşanmış qadına demişdir: «Sən evlənmədikcə uşağa daha haqlısan»[153].

4- Dayəliyin tələbləri: Uşağı qorumaq, ona zərər verən şeylərdən onu çəkindirmək, böyüyüb boya-başa çatana qədər onun tərbiyəsi ilə məşğul olmaq və onun yeməyi, içməyi, çimməyi, zahiri və daxili (qəlbi) təmizliyi, yatması, durması və digər lazimi ehtiyaclarının və tələblərinin hamısını yerinə yetirmək.

İkinci məsələ: Dayəliyin şərtləri və dayəlik etməyə mane olan səbəblər barədə:

1- İslam: Kafirin müsəlmana dayəlik etməyə haqqı yoxdur. Çünki kafirin müsəlmanı dinində fitnəyə salması, onu İslamdan çıxarıb küfrə salması qorxusu var. Bu səbəbdən kafir müsəlman üzərində heç bir himayəçilik səlahiyyəti yoxdur.

2- Həddi-büluğa çatmaq və əqli qüsursuz olmaq: Uşaq, dəli və əqli qüsurlu insan dayəlik edə bilməz. Çünki onlar öz işlərini idarə etməkdə acizdirlər. Belə ki, onların özləri kiminsə onlara dayəlik etməsinə ehtiyaclıdırlar.

3- Dinində əmin və iffətli insan olmalıdır. Xain və fasiqin dayəlik etməyə haqları yoxdur. Çünki bu kimsələr etibarlı kimsələr deyil və uşağın bu kimi insanların himayəsində qalması onun özünə və malına zərərlidir.

4- Fiziki və maddi baxımdan uşağa dayəlik etməyə qadir insan olmalıdır. Yaşlı, lal və kar kimi nöqsanlı insanların və ya həddən artıq fəqir yaxud da uşağa dayəlik edə bilməyəcək dərəcədə həddən artıq məşğul bir insanın dayəlik etməyə haqqı yoxdur.

5- Dayəlik edən insan, cüzəm və buna oxşar yoluxucu xəstəliklərin daşıyıcısı olmamalıdır.

6- Dürüst insan olmalıdır. Səfeh və israfçılıq edən bir insanın dayəlik etməyə haqqı yoxdur. Buna səbəb uşağın malının qorunmasıdır.

7- Dayəlik edən, azad insan olmalıdır: Kölənin dayəlik etməyə haqqı yoxdur. Çünki dayəlik etmək, himayə və ağalıq etməkdir. Kölə isə himayə və ağalıq əhlindən deyil.

Bu şərtlər kişi və qadınlar üçün ümumidir. Bura qadın üçün bir şərt də əlavə edilir. Həmin şərt, qadının, uşağa ögey (ata) sayılacaq bir kişi ilə evlənməməsidir. Çünki qadın ərinə xidmət etməklə məşğul olacaq. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sən evlənmədikcə uşağa daha haqlısan»[154].

Dayəlik haqqı, qeyd edilən maneələrdən birinin olması ilə yaxud da dayəlik etməyə haqq qazandıran şərtlərdən birinin pozulması ilə qüvvədən düşür.

Üçüncü məsələ: Dayəlik ilə əlaqəli bəzi hökmlər:

  • Əgər uşağın valideyinlərindən biri, uşağa zərər vermək məqsədi olmadan, uzaq bir səfərə gedərsə və səfər etdikləri yol əmin-aman yol olarsa bu zaman dayəlik etməyə, səfərə getməsindən və ya qalmasından asılı olmayaraq ata daha haqlıdır. Çünki uşağın tərbiyəsi ilə məşğul olan, onu qoruyan və müdafə edən atadır. Əgər ata uşaqdan uzaq olsa, uşaq zay olar.
  • Əgər səfər, namazları qısa qılınmayan yaxın bir yerədirsə, bu zaman dayəlik etmək, səfərə getməsindən və ya qalmasından asılı olmayaraq, anaya aiddir. Çünki ananın uşağa olan şəfqəti daha kamildir və həmçinin bu halda atanın uşağa nəzarət etməsi və ondan hal-əhval tutması da mümkündür.

Amma səfər ehtiyaca görə uzaq bir yerədirsə və yol da əmin-aman deyilsə, bu zaman dayəlik, ata və ya anadan səfər etməyənə verilir.

  • Dayəlik, uşağın yeddi yaşa çatması ilə başa çatır və bundan sonra oğlan uşağına ata və ana arasında seçim ixtiyarı verilir. O, onlardan seçdiyinin yanında qalır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Ey oğlan! Bu sənin atan, bu isə anandır. Hansını istəyirsənsə onun əlindən tut».Uşaq anasının əlindən tutdu və qadın da uşaqla getdi[155]. Ömər və Əli -Allah onların ikisindən də razi olsun- uşağa ata və ana arasında seçim ixtiyarı verərək hökm etmişlər. Uşağa seçim ixtiyarı yalnız onun ağıllı olması və valideynlərinin də ona dayəlik etməyə layiq olması halında icazəli olur.Uşağa ata-anası arasında seçim etmə ixtiyarının yeddi yaşda verilməsi, həmin yaşında ona namaz qılması əmr edildiyinə görədir. Əgər uşaq atası ilə qalmağı seçərsə, ona əbəd-ərkanı öyrətmək üçün gecə-gündüz atasının yanında qalmalı və anasının onu ziyarət etməsinə mane edilməməlidir. Əgər uşaq anası ilə qalmağı seçərsə, gecələr anasının yanında, gündüzlər isə ona əbəd-ərkan öyrətmək üçün atasının yanında qalmalıdır. Çünki gündüz həm ehtiyaclar ödənilən və həm də sənət öyrənilən vaxtdır.

Qız uşağı yeddi yaşına çatdıqda, atası ilə qalmaqıdır. Çünki qızın ərə getmək yaşının yaxınlaşdığı üçün ata onu qorumağa və himayə etməyə başqasından daha haqlıdır. Ata qızın vəlisidir, qızını yalnız o nişanlamağa haqlıdır və qızı üçün gələn elçilərdən, qızına hansının daha laliq olduğunu o bilir. Qızının əxlaqının korlanması qorxusunun və buna oxşar digər fəsadların olmadığı təqdirdə ata, qızına anasını ziyarət etməyə mane olmalı deyil. Əgər ata, məşğul, yaşlı, xəstə yaxud da dində zəif olduğuna görə qızını qorumağa və ya himayə etməyə aciz olarsa və ana qızını himayə etməyə başqasından daha layiqli və bacarıqlı olarsa, bu zaman dayəlik anaya verilir.

Həmçinin ata evlənib, qızını ona əziyyət verib haqqını verməyən zövcəsinin yanında qoyarsa və ya saxlayarsa, bu zaman qızın doğma anası, qızına dayəlik etməyə atadan daha haqlı sayılır.

  • Dayənin, uşağın anası və ya qeyrisi olmasından asılı olmayaraq- dayəliyin müqabili, əgər uşağın malı varsa, onun malından verilməlidir. Əgər malı yoxdursa, uşağın məsrəfləri ona vacib olan vəlisinin malından verilməlidir.

On birinci bölüm:

(Nəfəqələr) Xərclər barədə

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Xərclərin tərifi və növləri:

1- Xərclərin tərifi:

Nəfəqə sözünün lüğəti mənası, «İnfaq» xərcləmək sözündən götürülmüşdür. Bu sözün kökü, çıxarmaq və qurtarmaq mənasını bildirir. İnfaq sözü yalnız xeyirli işlər üçün istifadə olunur.

Nəfəqə sözünün şəriət mənası: Ehtiyaclı olan insanı imkan daxilində yemək-içmək, geyim, qalacağı yer və bunlara bağlı şeylərlə təmin etməkdir.

2- Xərclərin növləri:

  1. İnsanın xərcləri öz üzərinə düşür.
  2. Övladların xərcləri valideyinlərinin üzərinə düşür.
  3. Valideyinlərin xərcləri övladların üzərinə düşür.
  4.  Zövcənin xərcləri ərin üzərinə düşür.

Birinci: İnsanın xərcləri öz üzərinə düşür:

Əgər insan özünə baxmağa və ya özü üçün pul xərcləməyə qadirdirsə, bu zaman birinci özündən başlaması vacibdir. Çünki Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, bir kişi (başqa bir rəvayətdə onun ənsarlardan olan Əbu Məzkur adlı birinin olduğu qeyd olunur) Bəni Uzara qəbiləsindən olan qulunun (kişinin) ölümündən sonra azad edildiyini bildirdi. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bu xəbər çatdıqda belə buyurdu: «Sənin ondan başqa malın var?» Kişi: «Xeyr» deyə cavab verdikdə, O buyurdu: «Onu məndən kim alar?» Onu Nueym ibn Abdullah səkkiz yüz dirhəmə alaraq, pulu gətirib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) təslim etdi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Əvvəlcə nəfsindən başla, ona sərf et! Sonra bir şey qalsa əhlinə, əhlindən sonra nəsə qalsa, qohumların üçün sərf et. Qohumlarından sonra nəsə qalsa, belə və belə sərf et və önündəki, sağındakı və solundakılara (kasıblara) ver!» deyə buyurdu»[156].

İkinci: Övladların xərcləri:

Ataya, şəcərə yuxarı olsa da, aşağı olsa da övladlarına mal xərcləməsi vacibdir. Çünki Uca Allah buyurur: “Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür.”[157]

Uca Allah bu ayədə uşağın süd xərclərini ödəməyi ataya vacib etdi. Aişə -Allah ondan razı olsun- rəvayət etmişdir ki, (bir dəfə) Hind bint Utbə dedi:“Ey Allahın Rəsulu! Əbu Süfyan xəsis adamdır. O mənə və oğluna kifayət edəcək qədər xərc vermir. Amma mən onun malından gizlincə götürürəm.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «(Onun malından) Sənə və oğluna bəs edəcək qədər götür»[158].

Üçüncü: Valideyinlərin xərcləri:

Valideyinlərin xərcləri, onların övladlarının üzərinə vacibdir. Uca Allah buyurur:“(Qalan) dünya işlərində onlarla (ata-ananla) gözəl keçin (onlara itaət et).”[159]

Uca Allah buyurur:“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”[160]

Valideyinlərə edilən yaxşılıqlardan biri də, övladın onlara öz malından xərcləməsidir. Valideyinlərə mal xərcləmək onlara olan yaxşılıqların ən əzəmətlisidir.

Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:»Kişinin ən yaxşı yediyi yemək, öz əlinin zəhməti ilə qazandığı yeməkdir və kişinin övladı da onun qazancındandır»[161].

Amr bin As -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sən və sənin malın atanındır. Həqiqətən də övladlarınız sizin ən yaxşı qazancınızdandır. Övladlarınızın qazancından yeyin»[162].

Dördüncü: Zövcənin xərcləri:

Zövcənin xərclərini, ərinə vacibdir. Çünki Uca Allah buyurur:“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir.”[163]

Cabir -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həcc xütbəsində belə dediyini rəvayət etmişdir:»Qadınların yeməyi və geyimi imkan dairəsində sizin üzərinizə vacibdir»[164].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Cabirin rəvayət etdiyi  yuxarıdakı hədisdə demişdir:»Sonra bir şey qalsa əhlinə».

Həmçinin, Aişənin -Allah ondan razı olsun- yuxarıda rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hind bint Utbəyə demişdir:»(Onun malından) Sənə və oğluna bəs edəcək qədər götür».

Ərə, zövcəsinin halına münasib, yemək-içmək, qalacaq yer və geyim ilə təmin etmək vacibdir.

Bu məsrəf, ərin himayəsində olan və həmçinin raci talaqda olub, iddə müddətinin bitməsini gözləyən zövcə üçün vacibdir. Amma bəyin talaqda isə qadın üçün gündəlik xərclər və qalacaq yer yoxdur. Yalnız qadın bəyin talaqında hamilə olarsa, bu zaman kişi qadının gündəlik xəcrlərini verməlidir. Çünki Uca Allah buyurur:“Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin.”[165]

İkinci məsələ: Kölələrin və heyvanların xərcləri:

Birinci: Kölələrin xərcləri:

— Kölələrə mal xərcləməyin hökmü: Ağaya, imkan daxilində köləsinin yemək-içməyini, geyimini və qalacağı yeri təmin etməsi vacibdir. Çünki Uca Allah buyurur:“Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik.”[166]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Kölənin yeməyini və geyimini vermək, ağanın üzərində vacib haqdır»[167].

Kölələr ilə xoş davranmaq və onlara taqətləri çatan işləri tapşırmaq vacibdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Onları gücləri çatmayan bir işlə yükləməyin. Hərgah, onları gücləri çatmayan bir işlə yükləsəniz, onda onlara yardım edin»[168].

— Köləni evləndirmək: Əgər kölə ağasından onu evləndirməyi tələb edərsə, bu zaman ağa köləsini evləndirməlidir. Çünki Uca Allah buyurur:“(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.”[169]

Çünki ağası onu evləndirməsə, kölənin zinaya düşmək qorxusu olur. Əgər qadın kölə ağasından onu evləndirməyi tələb edərsə, ağa ona üç şey arasında seçim verməlidir: Ya özü onunla cinsi əlaqədə olmalı, ya onu başqası ilə evləndirməli ya da cinsi əlaqədə olmadığına görə ona zərər gəlməsin deyə onu satmalıdır.

İkinci: Heyvanların xərcləri:

Heyvan sahibinin, heyvanın otunu, suyunu verməsi, onun qayğısına qalması və onu otarması vacibdir. Çünki Abdullah İbn Ömər -Allah onların hər ikisindən razı olsun-, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:»Bir qadın bağlı saxladığı pişiyə görə cəhənnəmə daxil oldu. Onu zəifləyib ölənə qədər həbs etdi. Nə özü onu yedizdirdi, nə də yer üzünün həşaratlarından yeməyə buraxmadı»[170].

Bu hədis, mülkiyyətində olan heyvanın otunu, suyunu vaxtı-vaxtında verməyin və onun qayğısına qalmağın vacibliyinə dəlalət edir. Çünki qadının cəhənnəmə daxil olmasının səbəbi, pişiyi baxımsız tərk etməsi idi. Sahibi olan başqa heyvanlar da bununla eyni hökmdədir.

Əgər heyvanın sahibi, heyvana xidmət etməkdə aciz olarsa, bu zaman heyvan sahibini ya heyvanı satmağa, ya icarəyə verməyə ya da əti yeyilən heyvandırsa, kəsməyə məcbur etmək lazımdır. Çünki heyvana xərc çəkmədən onu mülkündə saxlaması zülmdür. Zülmü isə mütləq aradan qaldırmaq lazımdır.


[1]ən-Nisa surəsi, ayə: (3).

[2]ən-Nur surəsi, ayə: (32).

[3]Buxari: 5066, Müslim: 1400.

[4]Əbu Davud: 2035, Nəsai: 6516. Albani, Səhih Sünən ən-Nəsai: 3026 da hədisin “səhih” olduğunu bildirmişdir.

[5]ər-Rum surəsi, ayə: (21).

[6]Buxari: 5090, Müslim: 1466.

[7]Əbu Davud: 2035, Nəsai: 6516. Albani, Səhih Sünən ən-Nəsai: 3026 da hədisin “səhih” olduğunu bildirmişdir.

[8]Buxari: 5079, Müslim: 715.

[9]Buxari: 1544.

[10]əl-Bəqərə surəsi, ayə: (235).

[11]Buxari: 5087, Müslim: 1425.

[12]Müslim: 1424.“Çünki ənsarın gözlərində bir şey var” Yəni, göylük və ya = kiçiklik.

[13]Əhməd: 3/334, Əbu Davud: 2082, Hakim, Müstədrak: 2/165. Hakim hədisin Müslimin şərtinə görə “səhih” olduğunu söyləmiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Silsilə əl-Əhədis əs-Sahiyhə: 99 da “səhih” olduğunu bildirmişdir.

[14]Tirmizi: 1087, İbn Maca: 1865. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 868 da hədisin “səhih” olduğunu bildirmişdir.

[15]Buxari: 5136, Müslim: 1419.

[16]Əbu Davud: 2085, Tirmizi: 1101, İbn Maca: 1907, 1908. Albani, Səhih Sünən İbn Maca: 1537, 1538 də hədisin “səhih” olduğunu bildirmişdir.

[17]İbn Hibban, Səhih İbn Hibban: 4075, İbn Həzim, əl-Muhəllə: 9/3465 də “səhih” olduğunu bildirmişdir.

[18]ən-Nisa surəsi, ayə: (23).

[19]ən-Nisa surəsi, ayə: (22).

[20]ən-Nisa surəsi, ayə: (23).

[21]ən-Nisa surəsi, ayə: (23).

[22]ən-Nisa surəsi, ayə: (23).

[23]ən-Nisa surəsi, ayə: (23).

[24]ən-Nisa surəsi, ayə: (23).

[25]Buxari: 5099, Müslim: 1444.

[26]Buxari: 5100, Müslim: 1447.

[27]ən-Nisa surəsi, ayə: (23).

[28]Buxari: 5109, Müslim: 1408.

[29]Əbu Davud: 2065, Tirmizi: 1126, Nəsai: 6/96. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 6/290 da hədisin “səhih” = olduğunu bildirmişdir.

[30]əl-Bəqərə surəsi, ayə: (235).

[31]əl-Bəqərə surəsi, ayə: (230).

[32]Müslim: 1409.

[33]əl-Bəqərə surəsi, ayə: (221).

[34]əl-Bəqərə surəsi, ayə: (221).

[35]əl-Maidə surəsi, ayə: (6).

[36]ən-Nisa surəsi, ayə: (25).

[37]ən-Nisa surəsi, ayə: (25).

[38]əl-Maidə surəsi, ayə: (6).

[39]əl-Ənam surəsi, ayə: (156).

[40]ən-Nisa surəsi, ayə: (4).

[41]ən-Nisa surəsi, ayə: (24).

[42]əl-Bəqərə surəsi, ayə: (236).

[43]Buxari: 5149, Müslim: 1425.

[44]Buxari: 5153, Müslim: 1427.

[45]ən-Nisa surəsi, ayə: (24).

[46]Buxari: 5149, Müslim: 1425.

[47]ən-Nisa surəsi, ayə: (20).

[48]ən-Nisa surəsi, ayə: (4).

[49]ən-Nisa surəsi, ayə: (20).

[50]İbn Hibban: 4095, Hakim: 2/181. Hakim hədisə Müslimin şərtinə görə “səhih” hökmü vermişdir. Albani isə hədisin “həsən” olduğunu bildirmişdir. Bax: Silsilə əl-Əhədis əd-Daifə: 3/244.

[51]Əhməd: 1/40, Əbu Davud: 2106, Tirmizi: 1114, İbn Maca: 1887. Albani, Səhih Sünən ət-Tirmizi 1532 də hədisin “həsən səhih” olduğunu bildirmişdir. 

[52]Müslim: 1426. 

[53]ən-Nisa surəsi, ayə: (4).

[54]əl-Bəqərə surəsi, ayə: (233).

[55]ən-Nisa surəsi, ayə: (34).

[56]Əhməd: 4/447, Əbu Davud: 2142, Hakim: 2/187. Hakim hədisə “səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 7/98 də hədisin “səhih” olduğunu bildirmişdir.

[57]Müslim: 1218.

[58]əl-Bəqərə surəsi, ayə: (222).

[59]əl-Bəqərə surəsi, ayə: (223).

[60]Müslim: 1006.Budu yəni, cinsi əlaqə.

[61]ən-Nisa surəsi, ayə: (19).

[62]Əhməd: 2/472, Əbu Davud: 4682. Albani, Silsilə əl-Əhədis əd-Daifə: 2/242 də hədisin “səhih” olduğunu bildirmişdir.

[63]ən-Nisa surəsi, ayə: (3).

[64]Müslim: 1462.

[65]əl-Bəqərə surəsi, ayə: (228).

[66]İbn Maca: 1852, Beyhəqi: 7/292. Albani, Silsilə əl-Əhədis əs-Sahihə: 3/202 də hədisin isnadını Müslimin şərtinə görə “səhih” olduğunu = bildirmişdir.

[67]ən-Nisa surəsi, ayə: (34).

[68]ən-Nisa surəsi, ayə: (34).

[69]Buxari: 5193, 5194, Müslim: (1436) – 122.

[70]Buxari: 893, Müslim: 1829.

[71]Müslim: 1218.

[72]Əhməd: 5/242, İbn Maca: 2014. Albani, Silsilə əl-Əhədis əs-Sahihə: 173 də hədisin “səhih” olduğunu bildirmişdir.

[73]ən-Nisa surəsi, ayə: (19).

[74]əl-Bəqərə surəsi, ayə: (228).

[75]Əhməd: 2/472, Əbu Davud: 4682. Albani, Silsilə əl-Əhədis əd-Daifə: 2/242 də hədisin “səhih” olduğunu bildirmişdir.

[76]ən-Nisa surəsi, ayə: (19).

[77]Əhməd: 3/418, Tirmizi: 1088, Nəsai: 2/91. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 7/50 də hədisin “həsən” olduğunu bildirmişdir.

[78]Buxari: 5168, Müslim: 1428.

[79]Buxari: 5154, Müslim: (1428) – 90.

[80]Buxari: 5172.

[81]Buxari: 5173, Müslim: 1429.

[82]Müslim: 1432.

[83]İmam Əhməd: 5/28, Tirmizi: 1097. Albani, İrva əl-Ğalil: 7/9 da hədisin “zəif” olduğunu bildirmişdir. Hafiz Bin Həcərin rəyinə əsasən bu mənada varid olan hədislərin hamısı zəif olsada bütün bunlar bu hədisin bir əsli olduğuna dəlalət edir. Bax: Fəth əl-Bəri: 9/15.

[84]Əhməd: 1/20. Albani, İrva əl-Ğalil: 7/6 da hədisin “səhih” olduğunu bildirmişdir.

[85]Müslim: 49.

[86]əl-Bəqərə surəsi, ayə: (229).

[87]Buxari: 5273.

[88]ən-Nisa surəsi, ayə: (19).

[89]ər-Rum surəsi, ayə: (21).

[90]əl-Bəqərə surəsi, ayə: (229).

[91]əl-Bəqərə surəsi, ayə: (229).

[92]əl-Bəqərə surəsi, ayə: (229).

[93]ət-Talaq surəsi, ayə: (1).

[94]Buxari: 5252, Müslim: (1471) – 10.

[95]Əbu Davud: 2194, Tirmizi: 1184, İbn Maca: 2039. Albani, Səhih Sünən İbn Maca: 1671 də hədisin “həsən” olduğunu bildirmişdir.

[96]ət-Talaq surəsi, ayə: (1).

[97]Bax: Təfsir İbn Kəsir: 8/169.

[98]ət-Talaq surəsi, ayə: (1).

[99]əl-Bəqərə surəsi, ayə: (230).

[100]Buxari: 5332, Müslim: 1471.

[101]əl-Bəqərə surəsi, ayə: (229).

[102]ət-Talaq surəsi, ayə: (1).

[103]əl-Bəqərə surəsi, ayə: (228).

[104]əl-Bəqərə surəsi, ayə: (231).

[105]əl-Əhzab surəsi, ayə: (49).

[106]əl-Bəqərə surəsi, ayə: )228(.

[107]əl-Bəqərə surəsi, ayə: (228).

[108]əl-Bəqərə surəsi, ayə: (226, 227).

[109]əl-Mucadilə surəsi, ayə: (2).

[110]əl-Mucadilə surəsi, ayə: (3).

[111]Tirmizi: 1199, İbn Maca: 2095. Albani, İrva əl-Ğalil: 7/179 da hədisin “həsən” olduğunu bildirmişdir.

[112]əl-Mucadilə surəsi, ayə: (3, 4).

[113]Əbu Davud: 2213, Tirmizi: 1200, İbn Maca: 2092. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 7/176 da hədisin “səhih” olduğunu bildirmişdir.

[114]ən-Nur surəsi, ayə: (6-10) cu ayələr.

[115]Buxari: 5308, Müslim: 1492.

[116]ən-Nur surəsi, ayə: (6).

[117]ən-Nur surəsi, ayə: (6, 9).

[118]Buxari: 5315, Müslim: 1494.

[119]əl-Bəqərə surəsi, ayə: (228).

[120]ət-Talaq surəsi, ayə: (4).

[121]əl-Bəqərə surəsi, ayə: (234).

[122]Buxari: 5320.

[123]ət-Talaq surəsi, ayə: (4).

[124]Buxari: 5320.

[125]əl-Bəqərə surəsi, ayə: (234).

[126]ət-Talaq surəsi, ayə: (4).

[127]əl-Bəqərə surəsi, ayə: (228).

[128]ət-Talaq surəsi, ayə: (4).

[129]əl-Əhzab surəsi, ayə: (49).

[130]ət-Talaq surəsi, ayə: (6).

[131]ət-Talaq surəsi, ayə: (1).

[132]əl-Bəqərə surəsi, ayə: (228).

[133]ət-Talaq surəsi, ayə: (1).

[134]ət-Talaq surəsi, ayə: (6).

[135]ət-Talaq surəsi, ayə: (1).

[136]Müslim: 1483.

[137]Əbu Davud: 2286, Nəsai: 6/210, Müslim: 1480 də bu hədisə yaxın bir mənada rəvayət etmişdir. Albani, Səhih Sünən ən-Nəsai: 3324 də hədisin “səhih” olduğunu bildirmişdir.

[138]Tirmizi: 1224. Tirmizi hədisə “səhih” hökmü vermişdir. İbn Maca: 2031. Albani, Səhih Sünən İbn Maca: 1651 də hədisin “səhih” olduğunu bildirmişdir.

[139]Buxari: 5334, Müslim: 1486.

[140]Buxari: 5341, Müslim: 938.

[141]Əbu Davud: 2304, Nəsai: 3535. Albani, İrva əl-Ğalil: 7/205 də hədisin “səhih” olduğunu bildirmişdir.

[142]ət-Talaq surəsi, ayə: (6).

[143]əl-Bəqərə surəsi, ayə: (233).

[144]ən-Nisa surəsi, ayə: (23).

[145]Buxari: 2646, Müslim: 1444.

[146]Buxari: 5100, Müslim: 1447. Hədisin ləfzi Müslimə aiddir.

[147]əl-Bəqərə surəsi, ayə: (233).

[148]Loğman surəsi, ayə: (14).

[149]Tirmizi: 2131. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 7/221 də hədisin “səhih” olduğunu bildirmişdir.

[150]Müslim: 1452.

[151]Buxari: 5100, Müslim: 1447. Hədisin ləfzi Müslimə aiddir.

[152]Buxari: 2660.

[153]Əhməd: 2/182, Əbu Davud: 2276, Hakim: 2/207. Hakim hədisə “səhih” hökmü vermişdir, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, İrva əl-Ğalil: 7/244 də hədisə “həsən” hökmü vermişdir. 

[154]Əhməd: 2/182, Əbu Davud: 2276, Hakim: 2/207. Hakim hədisə “səhih” hökmü vermişdir, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, İrva əl-Ğalil: 7/244 də hədisə “həsən” hökmü vermişdir. 

[155]Əhməd: 2/246, Əbu Davud: 2277, Tirmizi: 1375. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Hakim: 4/97. Hakim hədisin “səhih” olduğunu demişdir, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, İrva əl-Ğalil: 7/250 də hədisə “həsən” hökmü vermişdir. 

[156]Müslim: 997.

[157]əl-Bəqərə surəsi, ayə: (233).

[158]Buxari: 2211, Müslim: 1714.

[159]Loğman surəsi, ayə: (15).

[160]əl-İsra surəsi, ayə: (23).

[161]Əbu Davud: 3528, Tirmizi: 1358, Nəsai: 7/241, İbn Maca: 2137. Albani, Səhih Sünən ət-Tirmizi: 4144 də hədisin “səhih” olduğunu bildirmişdir.

[162]Əbu Davud: 3530. Albani, İrva əl-Ğalil: 3/325 də hədisin “səhih” olduğunu bildirmişdir.

[163]ən-Nisa surəsi, ayə: (34).

[164]Müslim: 1218.

[165]ət-Talaq surəsi, ayə: (6).

[166]əl-Əhzab surəsi, ayə: (50).

[167]Müslim: 1662.

[168]Müslim: 1661.

[169]ən-Nur surəsi, ayə: (32).

[170]Müslim: 2619.