Dördüncü: Oruc fəsli

Bu fəsil özündə altı bölümü əhatə edir.

Birinci bölüm:

Oruc barəsində ilkin anlayış

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Orucun tərifi və ərkanları:

  1. Orucun tərifi: Orucun lüğəti mənası bir şeydən imtina etmək deməkdir.

Orucun dini mənası isə, niyyət edib, sübh namazının vaxt girdikdən günəş batana qədər yeməkdən, içməkdən və sairə orucu batil edən amillərdən imtina etməkdir.

  • Orucun ərkanları: Orucun dini tərifindən aydın olur ki, oruc əsas iki rükndan ibarətdir. Bunlar aşağıdakılardır:

Birinci rükn:

Sübh namazının vaxt girdikdən günəş batana qədər orucu batil edən amillərdən imtina etmək.

Bu rüknun dəlili, uca Allahın ayəsidir. O buyurur: «Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.»[1]

Ayədə deyilən, «ağ sap qara sapdan» kəlamı, gündüzün işığı və gecənin zülməti mənasındadır.

İkinci rükn:

Oruc tutmağa niyyət etmək: Belə ki, insan, izzət və cəlal sahibi olan Allah üçün, orucu batil edən amillərdən imtina etməsini niyyət etməlidir. Əməllərin ibadət məqsədi ilə olub olmaması, yaxud da ibadətlərin birinin digərindən ayırd edilməsi, niyyətlə bilinir. Çünki oruc tutanın niyyəti Ramazan və ya başqa bir oruc ola bilər.

Bu rüknun dəlili, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözüdür: «Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır»[2].

İkinci məsələ: Ramazan orucunun hökmü və dəlili:

İzzət və Cəlal sahib olan Allah, Ramazan ayının orucunu fərz buyurmuş və onu İslamın beş ərkanlarından biri etmişdir. Uca Allah bu barədə buyurur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!»[3]

Uca Allah buyurur: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar.»[4]

Abdullah ibn Ömər –Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və getməyə imkanı çatanın Allahın əl-Haram Evini həcc etmək»[5].

Talhə ibn Ubeydullah -Allah ondan razı olsun- rəvayət edir ki, Nəcd əhlindən olan, saçları dağınıq bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, yaxına gəldi və aydın oldu ki, İslam barəsində soruşur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Bir gün və bir gecə ərzində beş vaxt namaz qılmalısan». Kişi soruşdu: Mənə bundan başqası vacib buyrulubmu? (Peyğəmbər (sallallahu aleyhi və səlləm)): «Xeyr! Yalnız könüllü olaraq qıldığından başqa» – deyə cavab verdi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Ramazan orucunu da tutmalısan». Kişi soruşdu: «Mənə bundan başqası vacib buyrulubmu?» Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Xeyr! Yalnız könüllü olaraq tutduğundan başqa» – deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona zəkatın vacibliyini də bildirdi. Kişi soruşdu: «Mənə bundan başqası vacib buyrulubmu?» Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Xeyr! Yalnız könüllü olaraq verdiyindən başqa» – deyə cavab verdi. Kişi: «Vallahi ki, mən buna heç nə artırmayacağam və heç nə də əskiltməyəcəyəm» – dedi və dönüb getdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Əgər doğru deyirsə, nicat tapacaqdır»[6].

İslam ümməti, Ramazan orucunun vacibliyinə, dində bilinməsi zəruru olan İslamın ərkanlarından biri olmasına və orucu inkar edən kimsənin kafir və İslamdan xaric olduğuna icma ediblər.

Beləliklə, orucun fərz olması Quranda, Sünnədə və icmada öz təsdiqini tapmışdır. Həmçinin müsəlmanlar da orucun fərzliyini inkar edənin kafir olmasına icma edib.

Üçüncü məsələ: Orucun qisimləri:

Oruc iki qisimdən ibarətdir: Vacib və nafilə. Vacib oruc da üç qismə bölünür:

  1. Ramazan ayının orucu.
  2. Kəffarə orucu.
  3. Nəzir orucu.

Burada Ramazan və nafilə oruclar haqqında danışılacaq, digər oruclar barədə isə, inşə Allah növbəti səhifələrdə danışılacaq.

Dördüncü məsələ: Ramazan ayında tutulan orucun fəziləti və onun əmr edilməsinin hikməti:

1- Ramazan orucunun fəziləti: Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hər kəs Qədr gecəsində imanla və mükafatını (yalnız Allahdan) umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar». Əbu Hureyrənin -Allah ondan razı olsun- rəvayət etdiyi başqa bir hədisdə isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar»[7].

Yenə də Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Bir namaz o biri namaza qədər, bir cümə o biri cüməyə qədər, bir Ramazan o biri Ramazana qədər, onların arasında edilən günahların,  əgər böyük günahlardan çəkinilsə, kəffarəsidir»[8].

Bu hədislər, Ramazan orucunun fəziləti barədə rəvayət olunan hədislərin bir qismidir. Baxmayaraq ki, bu barədə çoxsaylı hədislər vardır.

2- Bu ayda oruc tutmağın əmr olunmasının hikməti: Orucun bir çox hikmətləri və faydaları var. Bunlardan:

  1. Oruc, insanın bədənində şeytanın hərəkət etdiyi yolları bağladığı üçün, insanın nəfsini pis əxladqan təmizləyib, pak edir.
  2.  Oruc insanı dünya və onun fani şəhvətlərdən çəkindirir, cənnətə və onun əbədi nemətlərinə rəğbətləndirir.
  3. Oruclu insan ac qaldığı üçün, bu onu fəqir və miskinlərin halını anlayıb onlara qarşı şəfqətli olmağa sövq edir.

Orucun və bu digər ali hikmətləri və çoxsaylı faydaları mövcüddur.

Beşinci məsələ: Ramazan orucunun vacib olma şərtləri:

Ramazan orucu aşağıda qeyd edilən şərtlər əsasında vacib sayılır:

1- İslam:Yəni, müsəlman olmaq. Kafirə oruc tutmaq vacib deyil, əgər oruc tutsa belə, bu ondan qəbul olunmaz. Çünki oruc ibadətdir, ibadət isə kafirdən məqbul deyil. Əgər İslamı qəbul edərsə, tutmadığı orucları qəza etməsi lazım deyil.

2- Həddi-büluğa çatmaq: Həddi-büluğa çatmayan insana oruc tumaq vacib deyil. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç insandan qaldırılmışdır»[9].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) o üç insanlardan birinin, həddi-büluğa çatmayan insan olduğunu xəbər vermişdir.

Həddi-büluğa çatmayıb, yaxşını pisdən ayıra bilən uşağın oruc tutması səhihdir. Valideyinləri, uşağın oruc tutmağa alışması üçün, ona uşaqlıqdan oruc tutmağı əmr etməlidirlər.

3- Əqli qüsursuz olmaq: Oruc, dəli kimsəyə vacib deyi. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç insandan qaldırılmışdır».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) o üç insandan birinin də, dəli olduğunu xəbər vermişdir. Əqli qüsuru düzələnə qədər dəliyə oruc tutmaq vacib deyil.

4- Sağlamlıq: Kim xəstəliyi səbəbindən oruc tuta bilmirsə, ona oruc vacib deyil. Əgər xəstə olduğu halda tutarsa, orucu səhihdir. Çünki uca Allah buyurur:“Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.”[10]

Xəstəlikdən sağaldıqdan sonra tutmadığı orucları qəza etməsi vacibdir.

5- Yerli adam olmaq: Yəni, müsafir olmamaq. Oruc, müsafir insana vacib deyil. Çünki uca Allah buyurur: “Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.”

Müsafir səfərdə olduğu müddətdə oruc tutarsa, orucu səhihdir. Əgər tutmasa, həmin günləri qəza etməsi vacibdir.

6- Qadın heyz və nifasdan təmiz olmalıdır: Heyz və nifaslı qadınların oruc tutması vacib deyil. Əksinə bu halda onlara oruc haramdır. Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Məgər (qadın) heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?» Onlar: (qadınlar) Bəli! – deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Bu da, onun dininin naqisliyidir»[11].

Heyz və nifaslı qadınlaraoruc tutmadığı günləri qəza etmələri vacibdir: Çünki Aişə -Allah ondan razı olsun- demişdir: Biz heyz və nifas olurduq. Bizə namazı deyil, yalnız orucu qəza etmək əmr olunurdu[12].

Altıncı məsələ: Ramazan ayının başlamasının və bitməsinin təsdiqi:

Ramazan ayının başlaması, Ramazan ayının hilalını ya insanın özü ya da başqası tərəfindən görməklə yaxud da bu barədə xəbər almaqla təsdiqini tapır. Əgər adil bir müsəlman, Ramazan ayının hilalını gördüyünü xəbər verərsə, artıq Ramazan ayı başlamışdır. Çünki uca Allah buyurur: “Aya (ramazan ayına) yetişən şəxs (bu ayı) oruc tutmalıdır.[13]

Rəvayət edilir ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Hilalı gördüyünüz zaman oruc tutun»[14].

Rəvayət edilir ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Ramazan ayının hilanını gördüyümü xəbər verdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm) oruc tutdu və insanlara da oruc tutmağı əmr etdi[15].

Əgər Ramazan ayının hilalı görünməzsə yaxud da adil bir müsəlman Ramazan aynın hilalını gördüyünə şahidlik etməzsə, bu zaman Şaban ayındakı günlərin sayını otuza çatdırmaq vacibdir. Ramazan ayının başlaması yalnız iki şeylə bilinir: Ramazan ayının hilalını görünməsi və Şaban ayını günlərini otuz günlə tamamlamaq. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hilalı görsəniz oruc tutun. Hilalı görsəniz orucu açın. Göy üzü buludlu olduğundan hilalı görməsəniz, (Şaban ayındakı) günlərin sayını otuza çatdırın»[16].

Ramazan ayı, iki adil müsəlmanın Şəvval ayının hilalını görməsi yaxud da Ramazan ayının günlərinin sayını otuza çatdırmaqla sona çatır.

Yeddinci məsələ: Oruc üçün niyyət etməyin vaxtı və niyyətin hökmü:

Oruc tutmaq istəyən insanın, oruc tutmaq üçün niyyət etməsi vacibdir. Çünki niyyət orucun ərkanlarından biridir. Ömər ibn Xəttab -Allah ondan razı olsun- rəvayət edir ki, o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: «Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır»[17].

Ramazan, kəffarə, qəza və nəzir orucları kimi vacib oruclara gecədən yaxud da fəcr namazının vaxtı girməzdən bir dəqiqə olsa da, əvvəlcədən niyyət etmək vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim fəcrdən əvvəl oruca niyyət etmədən gecələyərsə, onun orucu yoxdur»[18].

Kim gündüz vaxtı oruc tutmasına niyyət edərsə, yemək yeməsə də, onun belə oruc tutması icazəli sayılmır. Bu yalnız nafilə oruclarda icazəlidir. Nafilə orucuna, heç bir şey yeyib içməyibsə, gündüz vaxtı niyyət edə bilər. Çünki Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir gün mənim yanıma gəldi və: «Sizdə yeməyə bir şey varmı?» — deyərək soruşdu. Mən: «Xeyr» — deyərək cavab verdim. Bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Elə isə mən orucam» — dedi»[19].

Amma vacib oruclar üçün gündüz vaxtı niyyət etmək onun səhih olması üçün kifayət etmir. Vacib oruclara mütləq gecədən niyyət etmək lazımdır.

Ramazan ayının əvvəlində, bu ayda bütün günləri oruc tutacağına niyyət edərsə kifayət edər. Hər gecə niyyətini təzələmək isə, müstəhəbdir.

İkinci bölüm:

Ramazan ayında oruc tutmamağa izacə verən üzrlər və orucu batil edən amillər

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Ramazan ayında oruc tutmamağa icazə verən üzrlər:

Ramazan ayında aşağıdakı üzrlərə görə oruc tutmamaq olar:

Birinci: Xəstəlik və qocalıq:

Əgər xəstə, sağalmasına ümid edilən xəstələrdəndirsə, belə xəstənin Ramazan ayında orucu açmasına icazə verilir. Lakin sağaldıqdan sonra tutmadığı orucları qəza etməlidirlər. Çünki uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.”[20]

Uca Allah buyurur: “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır).[21]

Ramazan ayında oruc tutmamasına rüsxət verilən xəstələrə gəlincə, belələri, oruc tutması səbəbi ilə xəstəliyi artan və halları daha da pisləşən xəstələrdir.

Sağalmasına ümüd edilməyən xəstələr yaxud da qocalıq kimi davam edən acizlik hallarında olan insanlar, Ramazan ayında oruc tutmur və tutmadığı günləri qəza etmir. Bunun əvəzinə fidyə verirlər. Yəni, tutmadığı hər günün orucunun əvəzinə bir miskinə yeyəcək verməlidir. Çünki uca Allah orucu ilk dəfə fərz etdiyi vaxt, orucu tutmaq ilə onu tutmayıb əvəzinə bir miskin yedizdirmə arasında seçim vermişdir. Elə buna görə də, fidyə, oruc tutmağa gücü çatmayan insan üçün üzrlü hallarda əvəz sayılır.

İmam əl-Buxari -Allah ona rəhmət etsin- demişdir: Qoça insanın oruc tutmağa taqəti çatmazsa, miskin yedizdirməlidir. Çünki Ənəs ibn Malik -Allah ondan razı olsun- yaşlaşdıqdan sonra bir yaxud iki il oruc tutmayıb hər tutmadığı günə görə miskin yedizdirdi. İbn Abbas -Allah ondan razı olsun- demişdir: əl-Bəqərə surəsinin 185- ci ayəsi nəsx olunmayıb (yəni, hökmü qüvvədən düşməyib), bu ayə oruc tutmağa taqəti olmayan yaşlı kişi və qadınlara aiddir. Bu insanlar tutmadıqları hər bir günün orucu üçün bir miskin yedizdirməlidirlər[22].

Sağalmasına ümüd edilməyən xəstə və oruc tutmağa taqəti olmayan yaşlı insan, Ramazan ayında tutmadığı orucların əvəzinə, hər gün üçün bir saa buğdadan, xurmadan, düyüdən yaxud da buna oxşar, yaşadığı yerdə adətən insanların yediyi ərzaq məhsullarından, bir miskin yedizdirməlidir.

Bir «saa» ölçüsü, təqribən 2,25 kq edir. Beləliklə də hər gün üçün 1,125 kq yuxarıda qeyd edilən qida məhsullrından yedizdirmək lazımdır.

Əgər insan xəstə halında oruc tutsarsa, orucu səhihdir.

İkinci: Səfər:

Ramazan ayında səfərdə olarkən orucu açmaq caizdir. Lakin həmin günləri mütləq qəza etməlidir. Çünki uca Allah buyurur:“Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.”[23]

Uca Allah buyurur: “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır).”[24]

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Aişə -Allah ondan razı olsun- rəvayət etmişdir ki, tez-tez oruc tutan Həmzə ibn Amr əl-Əsləmi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm): Səfərdə oruc tuta bilərəmmi?– deyə soruşmuş, o da ona: «İstəyirsən tut, istəyirsən tutma!»– deyə cavab vermişdir[25].

Rəvayət edilir ki, İbn Abbas -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm), Ramazan ayında Məkkəyə yola düşdü və (müəyyən müddətədək) oruc tutdu. Nəhayət, Kədidə gəlib çatdıqda orucunu açdı və (onun yanında olan) insanlar da oruclarını açdılar[26].

Namazı qısa qılmağa icazə verilən uzun səfərdə oruc tutmamaq caizdir[27]. Uzun səfərin məsafəsi 84 milə yaxındır, bu da təxminən 80 kilometr edir.

Ramazan ayında səfərdə olarkən orucu açmağa icazə verən səfər, mubah olan səfərdir. Əgər səfər gühah üzərində qurulan səfəridirsə yaxud da oruc tutmaqdan boyun qaçırmaq üçün başqa bir diyara səfər edirsə, bu halda orucu açmaq caiz deyil.

Əgər müsafir oruc tutarsa orucu səhihdir. Ənəs bin Malik -Allah ondan razı olsun- rəvayət edir ki, Biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə səfərə çıxardıq və (aramızda) oruc tutanlar tutmayanları, tutmayanlar da tutanları qınamazdılar[28].

Lakin səfərdə oruc tutmağın insana məşəqqət törətməməsi şərtdir. Əgər səfərdə oruc tutmaq müsafir üçün çətindirsə yaxud da səhhətinə zərərdirsə bu zaman oruc tutmamaq daha əfzəldir. Rəvayət edilir ki, Cabir ibn Abdullah -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) səfərdə ikən güclü isti səbəbindən taqətdən düşmüş və kölgəyə gətirilmiş bir kişinin ətrafına toplanmış əshabələri görüb (onlardan): «Nə baş verib?»– deyə soruşdu. Onlar: Bu adam oruc tutub– deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Səfərdə oruc tutmaq yaxşı əməl deyildir»[29].

Üçüncü: Heyz və nifas:

Ramazan ayında heyz və nifas olan qadın mütləq orucu açmalıdır. Çünki bu halda oruc tutması haramdır. Əgər bu halda tutarsa, oruc qəbul olmaz. Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Məgər qadın heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?» Onlar (qadınlar): Bəli! – deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Bu da, onun dininin naqisliyidir»[30].

Heyz və nifaslı qadınların sonradan, tutmadıqları günləri qəza etmələri vacibdir: Çünki Aişə -Allah ondan razı olsun- demişdir: Biz heyz və nifas olurduq. Bizə orucu qəza etmək əmr olunurdu.Namazı isə qəza etmək əmr olunmurdu[31].

Dördüncü: Hamiləlik və süd əmizdirmə:

Hamilə və ya körpəsini əmizdirən qadın, oruc tutması səbəbi ilə ozünə yaxud körpəsinə görə qorxarsa, orucu açması caizdir. Çünki Ənəs bin Malik -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah müsafirə namazın yarısını və orucu, hamilə və körpəsini əmizdirən qadına isə orucu keçmişdir»[32].

Hamilə və süd verən qadın əgər oruc tutma səbəbi ilə öz səhhətinə görə qorxarsa, oruc tutmur və tutmadığı günləri qəza edir. Əgər həm öz səhhətinə görə həm də körpəsinə görə qorxarsa, tutmadığı günləri qəza edir və hər günə bir miskin yedizdirir. Çünki İbn Abbas -Allah ondan razı olsun- demişdir: Körpəsinə süd verən qadınlar və hamilə olanlar əgər körpələrinə görə qorxub orucu açarlarsa, tutmadıqları günləri qəza etməli və hər bir günün əvəzinə bir miskin yedizdirməlidirlər[33].

Yuxarda deyilənlərdən aydın olur ki, Ramazan ayında yalnız dörd səbəbə görə orucu açmaq icazəlidir. Bunlar, səfər, xəstəlik, heyz və nifas, hamilə və süd verən qadınlar kimi həlak olmaq qorxusudur.

İkinci məsələ: Orucu batil edən amillər:

Bunlar insanın orucunu batil edən amillərdi. Oruc tutan şəxs aşağıdakı bu amillərdən birini etməklə orucunu pozmuş olur:

Birinci: Qəsdən yemək və içmək:

Uca Allah buyurur: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.”[34]

Bu ayədən adın olur ki, oruc tutan insana, fəcr namazının vaxtı daxil olandan, günəş batana qədər yemək-içmək olmaz. Amma kim unutqanlıq üzündən yeyib-içərsə, orucu səhihdir və xatırlayan kimi özünü yemək-içməkdən saxlamalıdır. Çünki Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əgər kimsə unudub yeyərsə və ya içərsə, qoy orucuna davam etsin. Çünki (həmin vaxt) onu yedirdən də, içirdən də Allahdır»[35].

Ənfiyə (burunotu) və qidalandırıcı inyələr kimi insanın daxilinə nüfuz edən hər bir şey orucu batil edir.

İkinci: Cima (cinsi əlaqə):

Cima orucu batil edir. Kim oruclu olduğu halda cima edərsə, orucu batildir. Onun bu əməldən tövbə edib, Allahdan istiğfar etməsi, cima etdiyi günün orucunu qəza etməklə yanaşı kəffarəsini də verməsi lazımdır. Kəffarə bir qulu azad etməsidir. Əgər qul tapmasa, iki ay ardıcıl oruc tutmalıdır. Əgər iki ay oruc tutmağa taqəti çatmazsa, altımış miskin yedizdirməlidir. Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- demişdir: (Bir dəfə) biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında oturmuşduq. Birdən bir nəfər gəlib dedi: Ya Rəsulullah, həlak oldum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: «Nə olub sənə?» Dedi: (Ramazanda) oruclu ikən zövcəmlə cinsi əlaqəyə girmişəm. (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) soruşdu: «Kölə azad edə bilərsənmi?» O: Xeyr!– dedi. (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) soruşdu: «İki ay ardıcıl oruc tuta bilərsənmi?» O: Xeyr!– dedi. (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) soruşdu: «Altmış kasıbı yedirdə bilərsənmi?» O: Xeyr!– dedi. Bundan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir qədər susdu. Bu əsnada Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir zənbil xurma gətirdilər. (Peyğəmbər (sallallahu aleyhi və səlləm)) soruşdu: «Sual verən adam haradadır?» Adam: Mən (buradayam)– dedi. (Peyğəmbər (sallallahu aleyhi və səlləm) zənbili ona tərəf uzadıb) buyurdu: «Götür bunu, (öz adından) sədəqə ver!» Adam dedi: Məndən də kasıb olanamı sədəqə verim, ya Rəsulullah? Vallahi ki, Mədinənin bu iki daş-kəsəkli sahəsi arasında mənim ailəmdən daha kasıb ailə yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dişləri görünənədək güldü, sonra dedi: «Elə isə bunu ailənə yedirt!»[36].

Məninin insanın öz ixtiyarı ilə çıxması, cima mənasındadır. Əgər oruclu insan, zövcəsini öpmək və ya zövcəsinə toxunmaq yaxud da bədənindən mənini çıxarmaq və ya digər buna oxşar şeyləri öz ixtiyarı ilə edib mənini çıxararsa, orucu batil olar. Çünki bunlar oruca zidd olan şəhvət mənşəli əməllərdir. Bu insanlara kəffarə deyil, yalnız həmin günün orucunu qəza etmək vacibdir. Bu barədə xüsusi dəlil varid olduğu üçün, kəffarə yalnız cinsi əlaqəyə girdikdə vacib olur.

Yuxuda yaxud xəstəlik üzündən bədənindən şəhvət hissi keçirmədən məni çıxarsa, bu onun orucunu batil etməz. Çünki məni onun ixtiyarı olmadan çıxmışdır.

Üçüncü: Qəsdən qusmaq:

Yəni, yeyib-içdiyini qəsdən mədəsindən xaric etmək. Amma qeyri-ixtiyari qusarsa, bu onun orucunu batil etməz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim qeyri-ixtiyari qusarsa, həmin günün orucunu qəza etməsin. Kim qəsdən qusarsa, qəza etsin»[37].

Dördüncü: Həcəmət (ərəbcə, əl-hicəmə):

Yəni, damardan deyil, dərinin altından müalicə mədsədi ilə qan almaq. Oruclu nə zaman bədənindən qan aldırarsa, orucu batil olar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qan alan da, aldıran da orucunu açmışdır»[38].

Hədisdən aydın olduğu kimi, qan alan kimsənin də orucu batildir. Əgər qanı xüsusi cihazla, qanı ağzı ilə sovurmadan alarsa, orucu batil olmaz. Düzünü Allah bilir.

Damardan qan çıxarmaq yaxud da damardan qan alıb başqasına vermək, həcəmət ilə eyni hökmdədir.

Amma bədənin hər hansı bir yerinin kəsilməsi və ya dişin çıxarılması yaxud da burunun qanaması nəticəsində gələn qan, oruca zərər gətirmir. Çünki bunlar nə həcəmət, nə də onun mənasında olanlar deyil.

Beşinci: Heyz və nifas qanının gəlməsi:

Qadın oruclu olduğu vaxt, heyz yaxud da nifas qanı gələrsə,  orucu açılmış sayılar. O, həmin günləri qəza etməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Məgər (qadın) heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?»[39].

Altıncı: Orucu açmağa niyyət etmək:

Kim oruclu olduğu halda, iftardan qabaq orucu açmağa niyyət edərsə, orucu batildir. Hətta heç bir şey yeyib-içməsə də belədir. Çünki niyyət orucun iki rüknundan biridir. Kim oruclu olduğu halda qəsdən bu niyyətə xələl gətirərsə, orucu batil olar.

Yeddinci: Dindən çıxmaq:

Belə ki, bu, ibadətlə bir yerdə ola bilməz. Uca Allah buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!”[40]

Üçüncü bölüm:

Orucun müstəhəbləri və məkruhları

Bu bölümdə iki məsələ vardır:

Birinci məsələ: Orucun müstəhəbləri:

Oruclu insanın  oruc vaxtı aşağıda qeyd edilənlərə əməl etməsi müstəhəbdir:

1- Suhur:(səhur, fəcrdən əvvəl yeyilən və içilən qidanın özünə, suhur isə, qida qəbul edənin həmin vaxda etdiyi əmələ deyilir) Ənəs ibn Malik -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var»[41].

Az və ya çox yeməyindən asılı olmayaraq hətta bir içim su içsə də, suhur etmiş sayılır. Suhurun vaxtı gecə yarısından fəcrin başladığı vaxta qədərdir.

2- Suhuru gecikdirmək: Rəvayət edilir ki, Zeyd ibn Sabit -Allah ondan razı olsun- demişdir: Biz, Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə səhuru yedik. (Yeməkdən) sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaza durdu. (Ənəs) soruşdu: Azanla suhur arasında nə qədər vaxt var idi? (Zeyd) dedi: Əlli ayə oxumaq olardı[42].

3- İftarı tezləşdirmək: Günəşin batdığına əmin olduqdan sonra, oruc açmağı tezləşdirmək müstəhəbdir. Səhl ibn Səd -Allah ondan olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İnsanlar oruclarını erkən açacaqları müddət ərzində xeyir içində olacaqlar»[43].

4- Orucu tək sayda yaş xurma ilə açmaq: Əgər yaş xurma tapmasa, quru xurma ilə açmaq, quru xurma da tapmasa, bu zaman orucu bir neçə qurtum su ilə açmaq. Ənəs -Allah ondan olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) məğrib namazını qılmazdan öncə yaş xurma ilə iftar edərdi. Əgər yaş xurma olmasaydı, quru xurma ilə iftar edərdi, quru xurma olmasaydı, bir neç qurtdum su ilə orucu açardı»[44].

Əgər orucu açmağa heç bir şey tapmazsa, bu zaman qəlbi ilə orucu açmağa niyyət etməlidir.

5- İftar vaxtı və oruc əsnasında dua etmək: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Üç kimsə var ki, duaları rədd olunmaz: Oruclu iftar edənə qədər, adil imam və məzlum (zülmə məruz qalmış insan)»[45].

6- Çoxlu sədəqə vermək, Quran oxumaq, oruclulara iftar süfrəsi açmaq və çoxlu saleh əməllər etmək: İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir: «Allahın elçisi (sallallahu aleyhi və səlləm) insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail, Ramazan ayının hər gecəsində Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın elçisi (sallallahu aleyhi və səlləm) xeyirxah işlər görməkdə, sərbəst əsən küləkdən daha comərd olardı»[46].

7- Gecə namazlarını, xüsusən də Ramazan ayının axırıncı on günlərində qılmağa çalışmaq: Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- demişdir: «(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belbağını bərk-bərk bağlayar və gecələri oyaq qalaraq ibadət edərdi. O, ailəsini də yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər)»[47].

Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Ramazan gecələrində imanla, mükafatını (yalnız Allahdan) umaraq nafilə namazları qılsa, keçmiş günahları bağışlanar»[48].

8- Ümrə etmək: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ramazan ayında ümrə etmək, həcc etməyə bərabərdir»[49].

9- Təhqir edənə: «Mən oruc tutmuşam» — demək: Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy: «Mən oruc tutmuşam» — desin»[50].

İkinci məsələ: Orucun məkruhları:

Elə əməllər var ki, orucun kamil savabına xələl gətirə biləcəyi üçün onları oruclu olduqda, etmək məkruhdur. Bu əməllər aşağıdakılardır:

1- Dəstəmaz aldıqda ağıza və buruna suyu çox çəkmək: Çünki suyun daxilə düşmə qorxusu var. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Oruclu olmadığın vaxtlar, burnuna suyu çox çək»[51].

2- Nəfsini cilovlaya bilməyən və şəhvəti oyanan insanın, zövcəsini öpməsi: Oruclu insanın zövcəsini və qadın köləsini öpməsi məkruhdur. Çünki, bu, şəhvətin ona qalib gəlməsi ilə, nəticələnə bilər. Sonda, cinsi əlaqə və ya bədənindən məni çıxma səbəbi ilə orucunu batil edə bilər. Əgər orucunu batil etməyəcəyinə görə özünə əmindirsə, bu zaman zövcəsini və qadın köləsini öpməsi qəbahət deyil. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) oruclu ikən öpərdi. Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm), nəfsini saxlamaqda ən möhkəm iradəsi olanınız idi»[52].

Həmçinin şəhvətinin qalib gələcəyi və ya oyanacağı hər bir işdən, məsələn, uzun müddət zövcəsinə və ya qadın köləsinə baxmaqdan və ya cinsi əlaqə haqqında düşünməkdən uzaq olmalıdır. Çünki bu şeylər onu cinsi əlaqəyə yaxud da bədənindən mənini xaric etməyə sövq edə bilər.

3- Bəlğəmi udmaq: Çünki bu insanın daxilinə gedir və insanı qüvvətləndirir. Həmçinin bu çirkin və zərərli bir şeydir.

4- Ehtiyac olmadan yeməyin dadına baxmaq: Əgər aşbaz olduğuna görə yeməyin duzuna və digər oxşar tamlarına baxmaq məcburiyyətində qalarsa, məkruh olmaz. Lakin yenə də yeməyin boğazına getməsindən qorumalıdır.

Dördüncü bölüm:

Qəza, müstəhəb, məkruh və haram olan oruclar barəsində

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Orucun qəzası:

Əgər müsəlman Ramazan ayında heç bir üzr olmadan orucunu açarsa, Allaha tövbə edib bağışlanma diləməsi vacibdir. Çünki bu əməl böyük günah və çox pis bir işdir. Allaha tövbə edib bağışlanma diləməsi ilə yanaşı, orucunu açdığı günləri Ramazandan sonra qəza etməsi vacibdir. Alimlərin müxtəlif sözləri arasından seçilmiş daha doğru rəyə əsasən, boynunda qalan qəza oruclarını ilk növbədə gecikdirmədən tutmalıdır. Çünki şəriət tərəfindən ona orucunu açmağa rüsxət verilməmişdir. Əslə görə isə, o, həmin günü öz vaxtında tutmali idi.

Əgər Ramazan ayında heyz, nifas, xəstəlik, səfər və digər bu kimi orucu açmağa icazə verən üzrlü səbəblərə görə orucunu açarsa, bu orucları  qəza edə bilər. Lakin bu qəzaları ilk növbədə gecikdirmədən tutmaq ona vacib deyil. Əksinə, gələn Ramazana qədər tuta bilər. Bununla yanaşı, qəzanı gecikdirməmək və qəza etməyə mane olan xəstəlik və başqa üzrlər çıxmazdan əvvəl bu orucları tez tutmaq ehtiyat baxımından daha yaxşıdır. Əgər üzrlü səbəbdən bu qəzaları gələn Ramazana kimi tutma bilməzsə, bu qəzaları ikinci Ramazandan sonra qəza etməidir.

Amma qəzaları üzrsüz səbəbdən ikinci Ramazana qədər gecikdirərsə, qəza etməklə yanaşı hər günün orucu üçün bir miskin yedizdirməlidir.

Ramazan oruclarını qəza etmək üçün qəzaları ardıcıl tutmaq şərt deyil, əksinə bu qəzaları ardıcıl və ya ayrı-ayrılıqda tuta bilər. Çünki Uca Allah buyurur: “Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.”[53]

Allah Sübhənəhu tutmadığı orucları qəza etmək üçün ardıcıl tutmağı şərt qoymadı. Əgər qəza oruclarını ardıcıl tutmaq şərt olsaydı, Allah Sübhənəhu va Təala bunu bəyan edərdi.

İkinci məsələ: Müstəhəb oruclar:

İzzət və calal sahibi Allahın, Öz qulları üçün fərz ibadətlərinə oxşar nafilə ibadətləri etməsi Onun hikmətindən və onlara olan mərhəmətindəndir. Bu, mükafatın və savabın artırılması ilə fərzlərdə etdiyi naqislikləri doldurmaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi nafilə ibadətlər qiyamət günü fərzlərdə olan naqislikləri dolduracaq. Amma müstəhəb oruclara gəldikdə isə bunlar aşağıdakılardır:

1- Şəvval ayında altı gün oruc tutmaq: Əbu Əyyub əl-Ənsari -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Kim Ramazan ayını oruc tutub sonra Şəvval ayından altı gün oruc tutarsa, elə bil bütün ili oruc tutmuş kimi savab qazanar»[54].

2- Həcc mərasimində olmayan kimsənin Ərafa günündə oruc tutması: Əbu Qatədə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Arafa günü orucunun, bir il keçmiş və bir il gələcək günahların kəffarəsi olmasını Allahdan umuram»[55].

Həcc mərasimində olan kimsənin bu orucu tutması sünnə deyil, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ərafa günü insanların qözü qarşısında iftar etmişdir. Çünki həcdə olan insanın həmin gün ibadət və çoxlu dua etməsi üçün oruc tutmaması daha uyğundur.

3- Aşura günündə oruc tutmaq: Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) aşura gününün orucu barədə soruşulduqda demişdir:»Aşura günü orucunun, bir il keçmiş günahlara kəffarə olmasını Allahdan diləyirəm»[56].

Aşura günü orucundan bir gün əvvəl və ya bir gün sonra oruç tutmaq müstəhəbir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əgər gələn ilə sağ qalsam mütləq doqquzu da oruc tutacam»[57].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:(Ərafa orucu ilə yanaşı) Ərafa günündən bir gün əvvəl və ya bir gün sonra da oruc tutun, yəhudilərə müxalif olun»[58].

4- Hər həftənin birinci və dördüncü günlər oruc tutmaq: Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- belə demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) birinci və dördüncü günlər oruc tutardı[59].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:»Əməllər birinci və dördüncü günlər Allaha ərz olunur. Mən də əməllərimin oruclu olduğum halda Allaha ərz olunmasını istərdim»[60].

5- Hər ayda üç gün oruc tutmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Abdullah ibn Amra demişdir:»Hər aydan üç gün oruc tut, çünki yaxşı əməlin əvəzi on qat veriləcəkdir, bu bütün ili oruc tutmaq kimidir»[61].

Əbu Hureyra -Allah ondan razı olsun- demişdir:»Dostum (sallallahu aleyhi və səlləm) mənə üç şeyi, hər ayda üç gün oruc tutmağı, duha namazının iki rükətini və yatmazdan əvvəl vitr namazını qılmağı vəsiyyət etdi»[62].

Bu üç günün oruclarının ayın orta günlərində olması müstəhəbdir. Onlar, ayın on üçü, on dördü və on beşidir. Əbu Zər -Allah ondan razı olsun- rəvayət edir ki,»Sizdən kim ayın müəyyən günlərində oruc tutmaq istəyirsə, qoy ayın ortasından üç gün oruc tutsun»[63].

6- Bir gün oruc tutub bir gün iftar etmək: Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As- Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə belə buyurdu:»Ən əfzəl oruc, Davudun -Ona Allahın salamı olsun- tutduğu orucdur. O, bir gün tutub, bir gün iftar edərdi»[64].

Bu nafilə orucların ən əfzəlidir.

7- Məhərrəm ayında oruc tutmaq: Əbu Hureyrə -Allah ondan razı olsun- Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Ramazan ayından sonra ən əfzəl oruc, Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl namaz, gecə namazıdır»[65].

8- Zül-hiccə ayında doqquz gün oruc tutmaq: Yəni, Zül-hiccə ayının ilk günündən başlayıb doqquzuncu günü qurtarmaq. Həmin gün, Ərafa günüdür. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayda saleh əməllər etməyin fəziləti haqqında demişdir: «Zül-hiccə ayının ilk on günündə edilən saleh əməl, Allaha ən xoş gedən əməldir»[66].

Oruc da saleh əməldən sayılır.

Üçüncü məsələ: Məkruh və haram olan oruclar:

1- Ayların içində yalnız Rəcəb ayında oruc tutmaq: Bu cahiliyyə dövrünün şüarlarındandır. Çünki cahillər bu ayı çox hörmətlə qarşılayardılar. Əgər Rəcəb ayı ilə başqa bir ayı oruc tutarsa,məkruh sayılmaz. Çünki bu tək Rəcəb ayını orucla xüsusiləşdirmək deyil. Əhməd ibn Xurşəh ibn əl-Har demişdir: Ömər ibn Xəttabı tək Rəcəb ayında oruc tutanların orucu açana qədər əllərinə vurduğunu gördüm. Ömər onlara deyirdi:»Yeyin, bu ayı yalnız cahillər əzəmətləndirirdilər»[67].

2- Tək cümə günü oruc tutmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Cümə günü oruc tutmayın, ya cümə gününün orucu ilə ondan bir gün qabaq ya da bir gün sonra oruc tutun»[68].

Cümə gününün orucunu dördüncü yaxud da altıncı gün ilə birgə tutmaq, az öncə qeyd edilən hədisə əsasən, məkruh deyildir.

3- Tək altıncı günü oruc tutmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Fərz olan oruclar müstəsna edilməklə, altıncı gün oruc tutmayın»[69].

Altıncı günü oruc tutmağın qadağan olunmasında məqsəd, həftə içərisində tək altıncı günü oruc tutmaqdır. Amma beşinci və altıncı yaxud da altıncı və bazar günləri oruc tutmaq qadağan deyildir. Cuveyriyə bint əl-Haris -Allah ondan razı olsun- rəvayət etmişdir ki, cümə günü o, oruc tutmuşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun evinə gəlib (ondan): «Dünən oruc tutmusanmı?»– deyə soruşmuş, o da: Xeyr! – deyə cavab vermişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) (ondan): «Sabah oruc tutmaq istəyirsənmi?»– deyə soruşmuş, o da: Xeyr! – deyə cavab vermişdir. Bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Elə isə orucunu aç!» – deyə buyurmuşdur[70].

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ondan: «Sabah oruc tutmaq istəyirsənmi?»– deyə soruşması, altıncı günü başqa günlər ilə birləşdirərək oruc tutmağın icazəli olduğuna dəlalət edir. İmam Tirmizi -Allah ona rəhmət etsin- bu hədisi rəvayət etdikdən sonra demişdir: Altıncı gün oruc tutmağın məkruh olmasının mənası, yəni, tək altıncı günü xüsusiləşdirib oruc tutmaqdır. Belə ki, altıncı gün yəhudilərin hörmət etdikləri gün idi.

4- Şəkk günü oruc tutmaq haramdır: Əgər Şaban ayının otuzuncu günü səmanın buludlu olduğu üçün ay görünməzsə, bu şəkk günü sayılar. Həmin gün oruc tutmaq haramdır. Əgər səma açıqdırsa, o gün şəkk günü sayılmaz.

Buna dəlil, Ammarın -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim şəkk günü oruc tutarsa, artıq Əbul Qasimə (sallallahu aleyhi və səlləm) asi olmuşdur»[71].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Sizlərdən heç kəs Ramazandan bir gün və ya iki gün əvvəl oruc tutmasın. Yalnız davamlı oruc tutan adam həmin gün oruc tuta bilər»[72].

Hədisin mənası budur ki, heç kəs ehtiyat üçün Ramazandan bir və ya iki gün qabaq oruc tutub, bu orucu Ramazan ayından saymasın. Çünki şəriət Ramazan ayının orucunu ayın görünməsinə bağlamışdır. Buna görə də insanın özünü məşəqqətə atmasına heç bir ehtiyac yoxdur. Amma daima oruc tutduğu üçün həmin orucu Ramazan ayından bir və ya iki gün qabağa təsadüf edərsə, bu hədisdə varid olan qadağana daxil olmaz. Qəza və nəzir oruclarını tutmaq vacib olduğu üçün bu hədisdən istisna edilər.

5- İki bayram günü oruc tutmaq: Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Fitr və Qurban bayramı günləri oruc tutmağı qadağan etmişdir[73].

Rəvayət edilir ki, Ömər ibn Xəttab -Allah ondan razı olsun- Qurban bayramında xütbədən qabaq namaz qıldı, sonra (camaata) xitab edib dedi: «Ey insanlar! Həqiqətən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) sizə bu iki bayramda oruc tutmağı qadağan etmişdir. Bunlardan biri orucunuzu tamamladığınız günün səhəri, digəri isə kəsdiyiniz qurbandan yediyiniz gündür»[74].

6- Təşriq günləri oruc tutmaq məkruhdur: Təşriq günləri, Qurban bayramından sonrakı üç gündür. Onlar on biri, on ikisi və on üçüdür. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «(Təşriq günləri) Yemək-içmək və İzzət və Cəlal sahibi olan Allahı zikir etmək günləridir»[75].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Ərafa, Qurban bayramı və təşriq günləri bizim, İslam əhlinin bayramıdır. Bu günlər yemək-içmək günləridir»[76].

Təşriq günlərində oruc tutmağa yalnız, həccin təməttu və ya qiran növünü edib, qurban kəsməyə imkanı olmayanlar üçün rüsxət verilmişdir.

Rəvayət edilir ki, Aişə və ibn Ömər -Allah ondan razı olsun- demişlər: «Təşriq günlərində heç kəsə oruc tutmağa rüsxət verilməmişdir. Yalnız kəsməyə qurbanlıq heyvanı olmayan kimsələr müstəsna idilər»[77].

Beşinci bölüm:

Etikaf barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Etikafın tərifi və onun hökmü:

  1. Tərifi: Etikafın lüğəti mənası, bir şeyə davamiyyətgöstərməyi və ona bağlanaraq özünü həbs etməyi bildirir.

Etikafın şəriət mənası, yaxşını pisdən ayıra bilən müsəlman bir kimsənin, İzzət və Cəlal sahibi olan Allaha itaət olaraq, məsciddə davamiyyətli qalmasıdır.

2- Etikafın hökmü: Etikaf emək, sünnədir. Həmçinin insanı uca Allaha yaxınlaşdıran bir ibadətdir. Allahu təala buyurur: “Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik.”[78]

Bu ayə etikafın hətta bizdən əvvəlki ümmətlərdə də icazəli olmasına dəlildir. Uca Allah buyurur:«Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin.»[79]

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Aişə -Allah ondan razı olsun- rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat edənədək (hər) Ramazan ayının son on gününü etikafda keçirərdi. Onun vəfatından sonra onun zövcələri etikaf etməyə davam etdilər[80].

İslam alimləri etikafın hökmünün sünnə olmasına və yalnız etikafı nəzir etdikdə vacib olduğuna icma ediblər.

Beləliklə etifakafın sünnə olması Kitab, Sünnə və İcma ilə sabitdir.

İkinci məsələ: Etikafın şərtləri:

Etikaf ibadətdir və bu ibadətin şərtləri var. Əgər bu şərtlər olmasa etikaf səhih deyil. Onlar aşağıdakılardır:

1- Etikaf edən, müsəlman, yaxşını pisdən ayıra bilən və əqli qüsursuz insan olmalıdır: Kafirin, dəlinin və yaxşını pisdən ayıra bilməyən uşağın etikaf etməsi səhih deyil. Etikaf etmək üçün həddi-büluğa çatmaq və həmçinin etikaf edənin kişi olması şərt deyil. Qadının və yaxşını pisdən ayıra bilənamma həddi-büluğa çatmayan uşağın etikaf etməsi səhihdir.

2- Niyyət etmək: Ömər ibn Xəttab -Allah ondan razı olsun- rəvayət edir ki, o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: «Əməllər ancaq niyyətlərə görədir»[81].

Belə ki, etikaf edən insan, Allaha yaxınlaşmaq və ibadət etmək üçün etikafa girdiyi yerdə qalmasına niyyət etməlidir.

3- Etikaf məsciddə olmalıdır: Uca Allah buyurur:  “Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin.”[82]

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) yalnız məsciddə etikaf edərdi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məsciddən qeyri yerdə etikaf etməsi varid olmamışdır.

4- Etikaf edilən məscid, camaat namazları qılınan məscid olmalıdır: Buna səbəb, fərz namazların etikaf müddətinin arasına düşməsi və etikaf edənin də üzərinə camaatla namaz qılması vacib sayılan şəxs olmasıdır. Çünki insan camaat namazları qılınmayan məsciddə etikad edərsə, fərz namazlarını camaatla qılmağı tərk etmiş olar. Namazları camaatla qılmaq isə vacibdir. Yaxud da etikaf etdiyi yerdən tez-tez çıxmağa məcbur qalır ki, bütün bunların hamısı etikafın məqsədinə ziddir. Amma qadın hansı məsciddə istəsə etikaf edə bilər, istər camaat namazı qılınsın, istərsə də qılınmasın. Bu deyilənlər, qadının məsciddə etikaf etməsində bir fitnə olmadığı hala aiddir. Əgər fitnə varsa, qadının məsciddə qalıb etikaf etməsinə izin vermək olmaz. Cümə namazı qılınan məsciddə etikaf etmək daha əfzəldir. Lakin bu etikafın səhih olması üçün şərt deyil.

5- Cənabət qüslu olmalıdır: Cünublu, heyz və nifaslı qadınların etikaf etməsi səhih deyildir. Çünki, belə insanların məsciddə qalması əslən, icazəli deyil.

Etikaf etmək üçün, oruc tutmaq şərt deyildir. İbn Ömər -Allah onların ikisindən də razı olsun- rəvayət etmişdir ki, (bir dəfə) Ömər -Allah ondan razı olsun- (özündə narahatçılıq doğuran bir məsələ barəsində) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşub dedi: Mən cahiliyyət dövründə Məscidülhəramda bir gecə etikaf edəcəyimə dair nəzir etmişəm. Peyğəmbər (sallallahu aleyhi və səlləm) (ona): «Elə isə, nəzirini yerinə yetir!»– deyə buyurdu[83].

Əgər etikaf etmək üçün oruc tutmaq şərt olsaydı, gecə oruc tutulmadığına görə bu zaman Ömərin -Allah ondan razı olsun- gecə etikaf etməsi səhih olmazdı. Çünki etikaf və oruc ikisi də bir-birindən ayrı-ayrı ibadətlərdir. Etikaf etmək üçün oruc, oruc tutmaq üçün isə etikaf etmək şərt deyildir.

Üçüncü məsələ: Etikafın vaxtı, etikafın müstəhəbləri və etikafda olarkən icazə verilən işlər:

1- Etikafın vaxtı: Etikaf edərkən bir middət məsciddə qalmaq, etikafın rüknudur. Əgər məsciddə qala bilməsə, etikafı səhih olmaz. Etikafın ən az müddəti barədə elm əhli arasında olan fikir ayrılığının mövcudluğuna baxmayaraq, inşallah daha düzgünü budur ki, etikaf etmək üçün ən az müddətin həddi yoxdur. Az bir müddət etikaf etsə də, artıq etikaf etmiş sayılır. Lakin əfzəl budur ki, etikaf bir gündən və ya bir gecədən az olmasın. Çünki bu müddətdən az etikaf etmək nə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) və nə də səhabələrdən varid olmamışdır.

Etikafın ən əfzəl vaxtı Ramazan ayının axırıncı on günüdür. Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Aişə -Allah ondan razı olsun- rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat edənədək (hər) Ramazan ayının son on gününü etikafda keçirərdi. Onun vəfatından sonra onun zövcələri etikaf etməyə davam etmişdilər[84].

Əgər Ramazan ayının axırıncı on günündən başqa vaxtlarda etikaf edərsə, etikafı səhih olsa da, əfzəl olmaz.

Kim Ramazan ayının axırıncı on günləri etikafda keçirmək istəyərsə, Ramazan ayının iyirmi birinci gününün səhəri sühb namazını etikaf etmək istədiyi məsciddə qılıb, sonra etikafa niyyət edib etikafa girməlidi. Ramazan ayının axırıncı gününün günəşi batmaqla, etikafın vaxtı sona çatmış sayılır.

2- Etikafın müstəhəbləri: Etikaf, qulun öz Xaliqi ilə tək qalıb, Ondan savayıları ilə əlaqələrini kəsdiyi bir ibadət növüdür. Məhz buna görə də etikafda olan kimsənin ibadət üçün ayrılıb, çoxlu namaz qılması, zikr və dua etməsi, Quran oxuması, tövbə və istiğfar etməsi və sairə Allaha yaxınlaşdıran itaətləri çoxaltması müstəhəbdir.

3- Etikafda olarkən edilməsi icazəli olan işlər: Etikafda olarkən yemək-içmək, xüsusən də, ona yemək gətirən yoxdursa, ayaqyoluna getmək, dəstəmaz və qüsl almaq kimi zəruri ehtiyacları ödəmək üçün məsciddən çıxmaq caizdir.

Etikafda olan kimsənin, insanlar ilə faydalı söhbət edib onların halını soruşması icazəlidir. Amma zərəri olmayan faydasız söhbətlər etmək isə, etikafın məqsədlərinə ziddir. Həmçinin etikafda olduğu müddətdə yaxınlarının onu ziyarət etməsi, onunla söhbətləşməsi və etikaf etdiyi yerdən çıxıb onları ötürməsi caizdir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Səfiyyə -Allah ondan razı olsun- belə rəvayət etmişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm), Ramazanın axır on günündə məsciddə etikaf edərkən mən ona baş çəkdim. Onunla bir müddət söhbət etdikdən sonra çıxıb evimə getmək istədim. Bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayağa qalxıb məni qapıyadək ötürdü…[85].

Hədisdə deyilən «Liyəqlibəni» sözünün mənası, «evimə getmək istədikdə» mənasını bildirir.

Etikafda olan, məsciddə təmizliyə riayət etmək şərti ilə məsciddə yeyib-içə və yata bilər.

Dördüncü məsələ: Etikafı batil edən amillər:

Aşağıda qeyd edilən amillər etikafı batil edir. Bunlar:

1- Ehtiyac olmadan, qəsdən, hətta qısa bir müddətdə olsa belə məsciddən çıxmaq: Rəvayət edilir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcəsi Aişə -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) məsciddə (etikaf edərkən) başını mənim hücrəmə daxil edər və mən onun saçlarını darayardım. O, etikaf edərkən zəruri bir ehtiyacı olmadığı təqdirdə, əsla evə gəlməzdi»[86].

Çünki məsciddən çıxıb başqa yerə getməklə, məsciddə qalıb orada Allaha ibadət etmək imkanını əldən vermiş olur. Məsciddə qalmaq və oradan yalnız ehtiyac olduqda çıxmaq isə, etikafın rüknudur.

2- Cima etmək (cinsi əlaqədə olmaq): Hətta gecə yaxud da məscidin xaricində olsa da zövcəsi ilə yaxınlıq etməsi etikafını batil edir: Uca Allah buyurur: «Məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin.»[87]

Həmçinin etikafda olduğu müddətdə bədənindən mənini şəhvətlə çıxarması və əlaqədə olmadan zövcəsinə yaxınlaşması ilə mənini ifraz etməsi də etikafını batil edir.

3- Ağlın getməsi: İnsanın dəli və sərxoş olması etikafını batil edir. Çünki insan dəli və sərxoş olduğu müddətdə ibadət etməsi məqbul deyildir.

4- Heyz və nifas: Çünki heyzli və nifaslı qadınların məsciddə oturması caiz deyil.

5- Dindən çıxmaq: Dındən çıxan kimsədən ibadət qəbul olmaz, Çünki Uca Allah buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!”[88]


[1]əl-Bəqərə surəsi, ayə: (187).

[2]Buxari: 1, Müslim: 1907.

[3]əl-Bəqərə surəsi, ayə: (183).

[4]əl-Bəqərə surəsi, ayə: (185).

[5]Buxari: 8, Müslim: 16.

[6]Buxari: 46, Müslim: 11.

[7]Buxari: 1901, Müslim: 760.

[8]Müslim: 233.

[9]Əhməd: 6/100, Əbu Davud: 4/558. Albani, İrva əl-Ğalil: 2/4 də hədisin “səhih” olduğunu bildirmişdir.

[10]əl-Bəqərə surəsi, ayə: (185).

[11]Buxari: 304.

[12]Müslim: 335.

[13]əl-Bəqərə surəsi, ayə: (185).

[14]Buxari: 1900, Müslim: (1080) – 8.

[15]Əbu Davud: 2342, Hakim, Müstədrak: 1/423. Hakim hədisə “səhih” hökmü vermişdir.

[16]Buxari: 1909, Müslim: 1081.

[17]Buxari: 1, Müslim: 1907.

[18]Tirmizi: 733, Nəsai: 4/196, İbn Maca: 1700. Hədisin ləfzi Nəsaiyə aiddir. Albani, Səhin Sünən ət-Tirmizi: 583 də hədisin “səhih” olduğunu bildirmişdir.

[19]Müslim: (1154) – 170.

[20]əl-Bəqərə surəsi, ayə: (184).

[21]əl-Bəqərə surəsi, ayə: (185).

[22]Buxari: 4505. Kitab əs-Siyam.

[23]əl-Bəqərə surəsi, ayə: (184).

[24]əl-Bəqərə surəsi, ayə: (185).

[25]Buxari: 1943.

[26]Buxari: 1944.

[27]Bax: Muğni: 3/34.

[28]Buxari: 1947.

[29]Buxari: 1946.

[30]Buxari: 304.

[31]Müslim: 335.

[32]Tirmizi: 715, Nəsai: 2/103, İbn Maca: 1668. Tirmizi hədisə “həsən hökmü vermişdir. Albani, Səhih Sünən ən-Nəsai: 2145 də hədisin “həsən” olduğunu bildirmişdir.

[33]Əbu Davud: 2317, 2318. Albani, İrva əl-Ğalil: 4/18, 25 də hədisin “səhih” olduğunu bildirmişdir. İbn Ömərdən də buna bənzər bir rəvayət nəql edilmişdir.

      (Bəzi elm əhlinin rəyinə əsasən hamilə və süd verən qadın öz səhhətinə görə yaxud körpəsinə görə qorxub, orucu açarsa, bu zaman yalnız tutmadığı günləri qəza etməlidir, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah müsafirə namazın yarısını və orucu, hamilə və körpəsini əmizdirən qadına isə orucu keçmişdir». Çünki burada hamilə və süd verən qadın müsafir və xəstə insana müqayisə edilir. Bax: Şərh əl-Mumti: 6/350, Şərh Umdətu əl-Fiqh, li Abdullah əl-Cibriyn: 1/576.)

[34]əl-Bəqərə surəsi, ayə: (187).

[35]Buxari: 1933, Müslim: 1155.

[36]Buxari: 1936, Müslim: 1111.

[37]Əbu Davud: 2380, Tirmizi: 720, İbn Maca: 1676. Albani, Səhih Sünən İbn Maca: 1368 də hədisin “səhih” olduğunu bildirmişdir.

[38]Əbu Davud: 2367, İbn Xuzeymə: 1983. Albani, ət-Təaliq alə İbn Xuzeymə: 3/236 da sənədinin “səhih olduğunu bildirmişdir.

[39]Buxari: 304.

[40]əz-Zumər surəsi, ayə: (65).

[41]Buxari: 1923, Müslim: 1095.

[42]Buxari: 575, Müslim: 1097. Hədisin ləfzi Müslimə aiddir.

[43]Buxari: 1957, Müslim: 1098.

[44]Əbu Davud: 2356, Tirmizi: 696. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Bəğavi, Şərh əs-Sünnə: 6/266 da hədisin “həsən” olduğunu demişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 560 da hədisin “səhih” olduğunu bildirmişdir. əl-Arnavut, Şərh əs-Sünnə adlı kitabda apardığı araşdırmalarda bu hədisin sənədinin “güclü” olduğunu demişdir.

[45]Tirmizi: 2526. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Beyhəqi: 3/345 və başqaları Ənəs dən “mərfu” olaraq bu ləfzlə rəvayət etmişdilər.»Üç dua geri qayıtmaz: Atanın duası, oruclunun duası, müsafirin duası». Albani, Silsiləh əl-Əhədis əs-Sahihə: 1797 də hədisin səhih olduğunu bildirmişdir. 

[46]Buxari: 6, Müslim: 2308.

[47]Buxari: 2024, Müslim: 1174.

[48]Müslim: 759.

[49]Buxari: 1782, Müslim: 1256.

[50]Buxari: 1904, Müslim: 1101. Hədisin ləfzi Buxariyə aiddir.

[51]Tirmizi: 788. Tirmizi hədisə “səhih” hökmü vermişdir. Nəsai: 1/66, İbn Maca: 407. Albani, Səhih Sünən ən-Nəsai: 85 də hədisin “səhih” olduğunu bildirmişdir.

[52]Buxari: 1927, Müslim: (1106) – 64.

[53]əl-Bəqərə surəsi, ayə: (184).

[54]Müslim: 1164.

[55]Müslim: 1162.

[56]Müslim: 1162. Bu, üzün hədisin bir hissəsidir.

[57]Müslim: (1133) – 134.

[58]Əhməd: 1/241, İbn Xuzeymə: 2095. Hədisin sənədində zəyiflik vardır, amma İbn Abbasdan buna yaxın bir rəvayət öz sözü mövquf olaraq səhih bir rəvayətlə nəql edilmişdir.

[59]Əhməd: 1/201, Tirmizi: 745. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, ət-Təaliq Alə İbn Xuzeymə: 2116 da hədisin “səhih” olduğunu bildirmişdir.

[60]Əbu Davud: 2436, Tirmizi: 751, Nəsai: 1/322. Tirmizi hədisə “həsən” = hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 596 da hədisin “səhih” olduğunu bildirmişdir.

[61]Buxari: 1976.

[62]Buxari: 1981.

[63]Əhməd: 5/152, Nəsai: 4/222. Hədisin ləfzi Əhmədə aiddir. Albani, Səhih Sünən ən-Nəsai: 2277, 2281 də hədisin “həsən” olduğunu bildirmişdir.

[64]Buxari: 1976.

[65]Müslim: 1163.

[66]Buxari: 969.

[67]Albani, İrva əl-Ğalil: 4/113 də İbn Şeybə tərəfindən rəvayət edildiyini bildirərək “səhih” olduğunu demişdir.

[68]Buxari: 1985, Müslim: 1144.

[69]Əbu Davud: 2421, Tirmizi: 744, İbn Maca: 1726, Hakim: 1/435. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Hakim, “Buxarinin şərtinə əsasən səhih” olduğunu bildirmişdir, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünən ət-Tirmizi: 594 də hədisin “səhih” olduğunu bildirmişdir.

[70]Buxari: 1986.

[71]Buxari, Səhih əsərində bunu cəzm ifaəsi ilə müalləq oaraq rəvayət etmişdir, Fəth əl-Bəri: 4/143. Tirmizi: 689 də və başqaları da movsul olaraq rəvayət etmişdilər. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 553 də hədisin “səhih” olduğunu bildirmişdir.

[72]Buxari: 1914.

[73]Buxari: 1991.

[74]Buxari: 1990.

[75]Müslim: 1141.

[76]Tirmizi: 777. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 620 də hədisin “səhih” olduğunu bildirmişdir.

[77]Buxari: 1998, 1998.

[78]əl-Bəqərə surəsi, ayə: (125).

[79]əl-Bəqərə surəsi, ayə: (187).

[80]Buxari: 2020, Müslim: 1172.

[81]Buxari: 1, Müslim: 1907.

[82]əl-Bəqərə surəsi, ayə: (187).

[83]Buxari: 2032, Müslim: 1656.

[84]Buxari: 2020, Müslim: 1172.

[85]Buxari: 2035, Müslim: 2175.

[86]Buxari: 2029.

[87]əl-Bəqərə surəsi, ayə: (187).

[88]əz-Zumər surəsi, ayə: (65).