• 1

    Əlif. Ləm. Mim.

    ALİ İMRAN SURƏSİ

    Mədinədə nazil olmuşdur, iki yüz ayədir.

    Bismilləhir-Rahmənir-Rahim.

    Mədinədə nazil olmuşdur, çünki ilk səksən üç ayəsi hicrətin doqquzuncu ilində gələn Nəcran heyəti haqqındadır. Necə ki, bunun izahı lənətləşmə ayəsinin təfsirində gələcək. Bizdə bunun Əl-Bəqərə surəsi ilə bərabər fəzilətindən Əl-Bəqərə surəsinin əvvəlini təfsir edərkən danışdıq.

    BismilləhiRahməni Rahim.

    1. Əlif, Ləm, Mim.
    2. Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur.
    3. Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı və İncili də O nazil etdi.
    4. Daha öncə insanlaradoğru yolu göstərmək üçün. Furqanı da nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə qarşı küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqamalandır.

    İsmi Azəmin “Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur” və “Əlif, Ləm, Mim. Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur” ayələrində olduğunu bildirən hədisi, kürsü ayəsinin təfsirində zikr etmişdik.

    Əlif, Ləm, Mim” haqqında da Əl-Bəqərə surəsinin əvvəlində təkrara ehtiyac olmadığı qədər danışmışıq. Həmçinin “Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumdur” kəlmələri haqqında kürsü ayəsinin təfsirində danışılmışdır.

    Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi.” yəni, ey Muhəmməd, Quranı sənə«haqq olaraq» yəni, içində şübhə və tərəddüd olmadan nazil etdi. Əksinə o, izzət və cəlal sahibi Allahındərgahından endirilmişdir. Onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Şahid olaraq Allah yetər. “özündən əvvəlkiləri təsdiq edən” yəni, Allahın ondan əvvəlki peyğəmbər qullarınasəmadan endirilən kitabların xəbər verdiklərini və keçmişdə olan müjdələri təsdiqləyər. O, onları təsdiq edər. Çünki onların xəbər verdikləri müjdələr Allahın Muhəmməd (salləllahu aleyhi və səlləm) və əzəmətli Quranla göndərdiyi müjdələrlə eynidir. “Tövratı… nazil etdi.” yəni, onu İmran oğlu Musaya endirdi, “…və İncili də O nazil etdi.» yəni, onu da Məryəm oğlu İsaya endirdi. Üzərilərinə Allahın salamı olsun. “Daha öncə…” yəni,bu Qurandan əvvəlki. “…insanlara doğru yolu göstərmək üçün.” yəni, onların zamanında olanlar üçün. “Furqanı da nazil etdi” Furqan hidayətlə sapqınlığı, haqla batili ayıran deməkdir. Çünki Allah onda sübut və bilgiləri, açıq və seçilən dəlilləri zikr etmişdir. Onları açıqlamış, izah etmiş, təfsir etmiş, bəyan etmiş, onlara irşad etmiş və diqqət çəkmişdir. Qatadə ilə Rəbi ibn Ənəs: «Burada Furqan Qurandır»– demişlər. İbn Cərir onun burada məsdər olduğunu tərcih etmişdir. Çünki daha əvvəl “Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi.” ayəsində deyildi ki, o Qurandır. İbn Əbu Hatimin Əbu Salihdən rəvayət etdiyi»Burada Furqan deyiləndə Tövrat qəsd edilir» sözlərinə gəlincə, bu da zəifdir. Çünki yuxarıda Tövratda qeyd edilmişdir. Allah daha biliklidir.

    Şübhəsiz ki, Allahın ayələrinə qarşı küfr edənlər üçün…” yəni, onları qəbul etməyənlər, onları inkar edənlər və batil dəlillərlə rədd edənlər üçün “şiddətli bir əzab vardır” yəni, Qiyamət günündə. “Allah Qüdrətlidir” yəni, hər tərəfdən güclüdür, hökmranlığıəzəmətlidir. “İntiqam alandır” ayələrini yalan sayıb hörmətli peyğəmbərlərinə və böyük nəbilərinə müxalif olanlardan, deməkdir.

  • 2

    Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumudur.

    1-ci ayənin təfsirinə bax.

  • 3

    O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi –

    1-ci ayənin təfsirinə bax.

  • 4

    daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

    1-ci ayənin təfsirinə bax.

  • 5

    Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

    Allah göyləri və yerin qeybini bildiyini, Ona bunlardan heç bir şeyin gizli qalmadığını bildirir. “Bətnlərdə sizə istədiyi kimi surət verən Odur” yəni, sizi bətnlərdə kişi yaxud qadın, gözəl yaxud çirkin, bədbəxt yaxud xoşbəxt olaraq O yaradır. “Ondan başqa ilah yoxdur, O Qüdrətlidir, Müdrikdir” yəni yaradan odur, ilahlığı haqq edən təkcə Odur və Onun şəriki yoxdur. O heç ağla belə gəlməyən bir izzətə, hikmətə və hökmlərə malikdir.

    Bu ayələrdə ərz edilir və hətta açıqlama verilir ki, Məryəm oğlu İsa, Allahın digər bəşərləri yaratdığı kimi yaradılan bir məxluqdur. Çünki Allah ona da bətndə istədiyi surəti vermişdi. Axı o, xristianların iddia etdikləri kimi, necə ilah ola bilər? Allahın onlara lənəti olsun. O, bətndə dolaşıb haldan hala keçmişdir. Necə ki, Allah başqa bir ayədə buyurur: “O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır” (Əz-Zumər, 6).

  • 6

    Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.

    5-ci ayənin təfsirinə bax.

  • 7

    Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

    Allah Təala Quranda möhkəm ayələr olduğunu, onların kitabın anası olduğunu yəni, açıq, dəlilləriaydın, onlarda heç bir insan üçün qarışıqlıq olmamasını və həmçinin ondakı bəzi ayələrin də bir çoxları və ya bəziləri üçünqarışıq gələcəyini xəbər verir. Kim mənası aydın olmayanımənası aydın olana qaytararsa və mütəşabihə möhkəmlə hökm verərsə, doğru yolu tapmış olar, etməyən də tapa bilməz. Bunun üçün Allah Təala: Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi möhkəm ayələrdir ki, bunlar da Kitabınanasıdır.” demişdir. Yəni, şübhə anında müraciət ediləcək təməllərdir.  “Digərləri isə mütəşabih ayələrdir.” yəni,möhkəm olana da, başqa bir şeyə də uyğun olma ehtimalı vardır. Ancaq bu, söz və quruluş etibarı ilə belədir, nəzərdə tutulan etibarı ilə deyil.

    Möhkəm və mütəşabih barəsində ixtilaf edilmişdir. Sələflərdən bir çox sözlər rəvayət edilmişdir. Məsələn, Əli ibn Əbi Talha, o da İbn Abbasdan: «Möhkəmlər onun nəsxedəni, halal və haramı, hüdudları, fərzləri və əmr edilənlərivə əməl edilənləridi»–dediyi rəvayət edilmişdir. İkrimə, Mucahid, Qatadə, Dahhak, Muqatil ibn Həyyan, Rabi ibn Ənəs və Suddidən də bu cür rəvayət edilmişdir. Onlar demişlər: «Möhkəm, əməl ediləndir.»

    Yenə İbn Abbasdan: «Möhkəmlər, Allah Təalanın: De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, …” (Əl-Ənam, 151) və ondan sonrakı iki ayə ilə, Allah Təalanın: Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdr»(Əl-İsra, 23) ayəsi və ondan sonrakı üç ayədir» söylədiyi də rəvayət edilmişdir. Bunu İbn Əbi Hatim rəvayət etmişdir. Onu Səid ibn Cubeyrdən də nəql etdikdən sonra demişdir: Bizəatam danışdı, bizə Suleyman ibn Hərb danışdı, bizə Həmmad ibn Zeyd danışdı, o da İshaq ibn Suvəyddən rəvayət etdi ki,Yahya ibn Yamər ilə Əbu Fəxitə“O Kitabın bir qismi möhkəm ayələrdir ki, bunlar da Kitabın anasıdır.” ayəsi haqda qarşılıqlı danışdılar. Əbu Faxitə: «Onlar surələrin əvvəlində olan birləşməyən hərflərdir» – dedi. Yahya ibn Yamər də: «Fərzlər, əmr, qadağa, halal və haramlardır» – dedi. İbn Ləhia, Əta ibn Dinardan, o da Səid ibn Cubeyrdən; «bunlar da Kitabın anasıdır.» Onun: «Kitabın əsasıdır. Onları belə adlandırmasına səbəb, bütün kitablarda yazılmalarıdır.» dediyini rəvayət etmişdir. Muqatil bin Həyyan da: “Çünki, nə qədər din mənsubu varsa, onlardan razıqalar”– demişdir.

    Mütəşabilər barəsində isə, belə deyilmişdir: «Onlar nəsx olunanlardı. Bəziləri əvvəl endirilmişlər, bəziləri daha sonra endirilmişlər.Misallar, andlar, iman edilsə dəonunla əməl edilməyən şeylər onlardandı.» Bunu Əli ibn Əbi Talha, o da İbn Abbasdan rəvayət etmişdir. Bunların surələrin əvvəlində olan birləşməyən hərflər olduğu da deyilmişdir. Bunu da Muqatil ibn Həyyan demişdir.

    Mucahiddən: Mütəşabihlər, bir-birini təsdiq edən ayələrdir, dediyi də rəvayət edilmişdir ki, bu da ancaqbir-birinə bənzəyən və təkrarlanan” (Əz-Zumər, 23) ayəsinin təfsiri üçün uyğun gəlir. Oradamütəşabihin, bir-birinə bənzəyən”eyni ahənglə qeyd edilən kəlam olduğu göstərilmişdir. və təkrarlanan”iki əks istiqamətli sözdür. Məsələn,cənnət və cəhənnəmin vəsfini, həmçinin yaxşıların hallarını qeyd etdikdən sonra pislərin hallarını zikr etmək kimidir. Amma burada mütəşabih möhkəmin qarşılığıdır.

    Bu barədə deyilənlərin ən uyğunu bizim dediyimizdir. Muhəmməd ibn İshaq ibn Yəsarda (rahmatullahi aleyh) bunu vurğulamış vədemişdir: “O Kitabın bir qismi möhkəm ayələrdirki, bunlar da Kitabın anasıdır.” Onlar, Rəbbin sübutları, qulların mühafizəsi, mübahisə və batili rədd edən ayələrdi. Heç kəs onları qoyulduğu məqsədidəyişdirə bilməz və nə də saxtalaşdıra bilməz. O demişdir: «Mütəşəbihlər doğruluqdadı. Onlar saxtalaşdırıla, təhrif edilə və yozula bilərlər. Allah qullarını halal və haramla imtahan etdiyi kimi, onlarla da imtahan etmişdir ki,onları batilə çevirməsinlər və haqqı təhrif etməsinlər.  Buna görə də Allah Təala “qəlblərində əyrilik olanlar” demişdir, yəni azğınlıq olanlar və haqdan batilə üz tutma həvəsi olanlar, deməkdir. “Onlar mütəşəbihin ardınca düşərlər”yəni, ancaq pis məqsədləri üçün təhrif edə biləcəkləri ayələri götürüb istifadə edərlər. Çünki sözləri onların demək istədiklərinə uyğun gəlir. Möhkəm olana gəlincə, onda elə bir qazancları yoxdur. Çünki onlara qarşı danılmaz dəlil və əleyhlərinə bir sübut olar. Buna görə də Allah təala: “fitnə-fəsadtörətmək” yəni,arxalarınca gedənləri azdırmaq vəbununla da öz bidətlərinə Qurandan dəlil gətirdiklərini göstərmək üçün deməkdir. Halbuki o, onların lehinə deyil, əleyhinə dəlildir.Məsələn, nəsranilər Quranın İsa haqqında, Allahın Ruhudur, Məryəmin bətninə qoyduğu kəliməsidir ayələrini götürüb; “O, yalnız və yalnız Bizim nemət verdiyimiz bir quldur.» (Zuxruf 59) və Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onutorpaqdanyaratdı, sonraisəona “Ol!”– dedi, o da oldu. “(Al-i Imran, 59) ayələrinitərk etdikləri kimidir. Buna bənzər bir çoxmöhkəm ayələr vardır ki, İsanın da Allahın bir məxluqu və elçilərindən biri olduğunu açıqca göstərir.

    …vəistədiklərikimiyozmaqməqsədilə…”yəni, onu istədikləri təhrifə  yönləndirməkdeməkdir. Muqatil ibn Həyyan ilə Suddi: «Gələcəkdə olacaq şeyləri və hadisələrin nəticələrini Qurandan öyrənmək istəyirlər»- demişlər.

    İmam Əhməd demişdir: Bizə İsmail danışdı, bizə Eyyub danışdı, o da Abdullah ibn Əbi Muləykədən rəvayət edtmişdir ki, Aişə demişdir: Rasulullah (salləllahu aleyhi və səlləm)»KitabısənənaziledənOdur. O Kitabınbirqismimöhkəm ayələrdirki, bunlar da Kitabınanasıdır. Digərləriisəmütəşabih ayələrdir. Qəlblərindəəyrilikolanlar…» ayəsini sonuna qədər oxudu və buyurdu: «Bu ayələr barəsində mübahisə edənləri gördüyünüz zaman bilin ki, onlar Allahın qəsd etdiyi kəslərdir, onlardan həzər edin.»Bu hədis, İmam Əhmədin (rahiməhullah) Müsnədində bu cürrəvayət olunmuşdur. İbn Əbu Muləykənin Aişədən(radiyallahu anha) etdiyi rəvayətdir. Onların ikisinin arasında başqa kimsə yoxdur.

    Bunu İbn Macə də, İsmail ibn Uləyyə, Abdulvahhab Əs-Səqafidən, ikisi də Əyyubdan, o da Abdullah ibn Ubeydullah ibn Əbi Muleykədən, o da Aişədən bu cür rəvayət etmişdir. Onu Muhamməd ibn Yəhya əl-Abdi də Musnədində Abdulvahhab əs-Səqafidən, o da Əyyubdan belə rəvayət etmişdir. Yenə Abdurrazzaq da Mamərdən, o da Əyyubdan bu cürrəvayət etmişdir. Bunu bir çoxları da Əyyubdan rəvayət etmişdir. Onu İbn Hibban da Səhihində Əyyubdan belə rəvayət etmişdir. Əyyuba, Əbu Amir və digərləri də İbn Əbi Muləykədən rəvayət etməklətabe olmuşlar. Onu Tirmizi Bundardan, o da Əbu Davud ət-Tayalisidən, o da Əbu Amir əl-Xazzəzdən rəvayət etmişdir. Onu Said ibn Mansur da Sunənində Həmmad ibn Yəhya əl-Əbahdan, o da Abdullah ibn Əbi Muləykədən, o da Aişədən rəvayət etmişdir.

    Bunu İbn Cərir də Ravh ibn Qasim ilə Nafi ibn Ömər əl–Cumahiydən, ikisi də İbn Əbi Muləykədən, o da Aişədən (radiyallahu anhə) belə rəvayət etmişlər. Nafi də,İbn Əbi Muləykədən olan rəvayətində demişdir: «Mənə Aişə danışdı.»Sonra rəvayətiqeyd etdi. Bu hədisi Buxaridə (rahiməhullah) həmin ayənin təfsirində, Muslimdə Səhih əsərinin Qədər kitabında, Əbu Davud daSünən əsərinin Sünnə kitabında, üçü də Əl-Qanəbidən, o da Yəzid ibn Ibrahim Tustəridən, o da İbn Əbi Muləykədən, o da Qasim ibn Muhamməddən, o da Aişədən(radıyallahu anhə) rəvayət etmişlər.Odemişdir: Rasulullah (səlləllahu aleyhi və səlləm)»KitabısənənaziledənOdur. O Kitabınbirqismimöhkəm ayələrdirki, bunlar da Kitabınanasıdır. Digərləriisəmütəşabih ayələrdir.» Ayəsini sona kimi oxudu. Aişə dedi: Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurdu: «Quranın mütəşabih olanına tabe olanları gördüyünüz zaman bilin ki, onlar Allahın adlarını çəkdiyi kimsələrdir, onlardan çəkinin.»Bu mətn Buxarinindir.

    Bunu Tirmizi də Bundardan, o da Əbu Davud Tayalisidən, o da Yəzid ibn İbrahimdən belə rəvayət etmiş və “Həsən sahihdir” demişdir. Yəzid ibn İbrahim Tustəri də bunu bu sənəddə təkbaşına rəvayət etmişdir. Bunu birçoxları da İbn Əbi Malikdən, o da  Aişədən (radiyallahu anhə) belə rəvayət etmiş, Qasımın adını qeyd etməmişdirlər. Bunu Əbubəkir ibn Münzir də təfsirində iki yolla, Numan ibn Muhamməd ibn Fəzl əs Sudusi yoluyla rəvayət etmişdir ki, ləqəbi Arimdir, o belə demişdir: Bizə Həmmad ibn Zeyd rəvayət etdi, bizə Əyyub rəvayət etdi, o da İbn Əbu Muleykədən, o da Aişədən (radiyallahu anhə) belə rəvayət etmişdir. Bunu İbni Əbi Hatim də rəvayət etmiş və belə demişdir: Bizə atam rəvayət etdi, bizə Əbu Valid Təvalisi rəvayət etdi, bizə Yəzid ibn İbrahim Tusteri ilə Həmmad ibn Sələmə rəvayət etdilər, onlar da Əbu Muleykədən, o da Qasım ibn Muhamməddən, o da  Aişədən (radiyallahu anhə) rəvayət edir ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Qəlblərində əyrilik olanlar mütəşabihin ardınca düşərlər.” ayəsi haqqında dedi: “Onun mütəşabihin ardınca düşənləri gördüyünüz zaman bilin ki, onlar Allah Təalanın adlarını çəkdiyi şəxslərdir, onlardan qorunun.”

    Ibni Cərir demişdir: Bizə Əli İbn Səhl rəvayət etdi, bizə Vəlid ibn Muslim, o da Həmmad ibn Sələmədən, o da Abdurrahman in Qasımdan, o da atasından rəvayət edir ki, Aişə (radiyallahu anhə) belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) “fitnə-fəsad törətmək məqsədilə mənası aydın olmayanın ardınca düşərlər” ayəsindən yeni bir məna çıxararaq dedi: “Allah sizi onlardan çəkindirmişdir, onları gördüyünüz zaman onlardan qaçın”. Bunu İbni Mərduveyh də başqa bir yoldan, o da Qasımdan, o da Aişədən (radiyallahu anhə) belə rəvayət etmişdir.

    İmam Əhməd də belə demişdir: Bizə Əbu Kamil rəvayət etdi, bizə Həmmad rəvayət etdi, o da Əbu Qalibdən, o da Əbu Ümamədən eşitmişdir ki,Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Qəlblərində əyrilik olanlar mütəşabihin ardınca düşərlər.” ayəsi haqqında “onlar xəvariclərdir” demişdir. “O gün (neçə-neçə) üzlər ağaracaq, (neçə-neçə) üzlər də qaralacaqdır.”(Əli imran 106) ayəsi haqqında da “onlar xəvariclərdir”, demişdir. Bunu İbni Mərduyə də bir çox yolla Əbu Qalibdən, o da Əbu Ümamədən mərfu olaraq rəvayət etmişdir. Bu hədisin bəzi hissələri ən azından səhabə sözüdür. Mənası isə səhihdir. Çünki İslamda ilk çıxan bidət xəvariclərin baş qaldırması olmuşdur. Səbəbi də dünya malı olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm): Hüneyn döyüşündə qənimətləri bölüşdürdüyü zaman fəsad düşüncələrinə onun adil bölüşdürmədiyi gəldi. Onlar arasından biri olan Zülhüvaysira – Allah onun böyrünü dəlsin- “Ədalətli ol, çünki sən ədalətli olmadın” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də ona: “Əgər ədalətli deyiləmsə ziyan və xəsarət çəkim. Mənə yer üzündə olanlar inanırlar, siz inanmırsınızmı?”, dedi. Həmin adam üzünü çevirib gedəndə Ömər ibn Xəttab, bir rəvayətdə isə Xalid ibn Vəlid, onu öldürmək üçün icazə istədi. O da: “Onu burax, onun tayfasından elə bir qövm çıxacaq ki, namazlarının yanında sizin namazınızı, oruclarının yanından sizin oruclarınızı, oxumalarının yanında sizin oxumalarınızı bəyənməyəcəklər. Ox necə hədəfi dəlib çıxırsa onlar da dindən belə çıxacaqlar. Onlara harada rast gəlsəniz onları öldürün. Çünki onları öldürənlərə savab vardır”, dedi.

    Sonra onlar Əli ibn Əbi Talib (radiyallahu anh) dövründə Nəhrəvanda ortaya çıxdılar. Onları qılıncdan keçirdi. Onlardan bir çox firqə, qəbilə, fikir, batil məzhəblər, dedi-qodular və bir çox inanclar şaxələndi. Sonra qədəriyyə, sonra mötəzilə, sonra cəhmiyyə və bir çox bidət əhli firqələr çıxdı. Çünki düzgün danışan və dinləyicilər tərəfindən təsdiq edilən Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “Bu ümmət yetmiş üç firqəyə ayrılacaqdır,  biri xaric hamısı cəhənnəmdədir”. “Onlar kimdir, ey Allahın Rəsulu?” dedilər. O da: “Mənim və əshabımın yolu ilə gedənlərdir”, dedi. Bunu bu əlavə ilə Hakim, Müstədrək əsərində təxric etmişdir.

    Hafiz Əbu Yəla belə demişdir: Bizə Əbu Musa rəvayət etdi, bizə Əmr ibn Asim rəvayət etdi, bizə Mutəmir o da atasından rəvayət etdi, o da Qatadədən, o da Həsən ibn Cündəb ibn Abdullahdan, o da Hüzeyfədən rəvayət edir ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) belə dediyi gəlib çatmışdır: Ümmətimdən bir qövm çıxacaq, Quranı oxuyarlar, onu adi xurma kimi ortaya sərərlər, onu ağılagəlməz şəkildə yozarlar. Bunu başqaları təxric etməmişdirlər.

    Davamı

    «Onun yozumunu isə, Allahdan başqa heç kəs bilməz.» Qarilər burada vəqf edilməsi haqqında ixtilaf etmişlər. Bəziləri: «Allah sözünün üzərində dayanmaq lazımdır» – demişlər. Necə ki, yuxarıda Abdullah ibn Abbasın belə dediyi qeyd edilmişdir: «Təfsir dörd cürdür: Bir təfsir var ki, onu başa düşməməkdə heç kim üzrlü sayılmaz, bir təfsir var ki, onu ərəblər ancaq öz dillərinə görə başa düşərlər,  bir təfsir var ki, onu ancaq dərin bilikləri olanlar başa düşə bilərlər, bir təfsir də vardır ki, onu ancaq Allah bilir. Bu rəy Aişə, Urvə, Əbuş-Şasa, Əbu Nəhik və digərlərindən də rəvayət edilmişdir.

    Hafiz Əbu Qasım «Əl-Mücəm əl-Kəbir» adlı əsərində demişdir: Bizə Haşim ibn Mərsəd danışdı, bizə Muhamməd ibn İsmayıl ibn Ayyaş danışdı, mənə atam danışdı, mənə Damdam ibn Zura danışdı, o da Şurayh ibn Ubeyddən, o da Əbu Malik əl-Əşaridən rəvayət etdi ki, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini eşitmişdir: «Ümmətim üçün ancaq üç şeydən qorxuram: Malları çoxaldıqdan sonra bir-birilərinə həsəd aparmaları və sonra da döyüşmələri; kitab onlara açıldıqdan sonra mömin onu götürüb yozum etmək istəyər, ”Onun yozumunu isə, Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik”; elmləri artdıqdan sonra onu zay edərlər və onu saymazlar.» Bu çox qərib hədisdir.

    Hafiz Əbubəkr ibn Mərdəveyh demişdir: Bizə Muhamməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Əhməd ibn Amr xəbər verdi, bizə Hişam ibn Ammar xəbər verdi, bizə İbn əbi Hatim xəbər verdi, o da atasından, o da Amr ibn Şueybdən, o da atasından, o da İbn Asdan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Quran, bir hissəsinin digər bir hissəsini yalanlaması üçün enmədi. Buna görə də ondan nəyi anlamısınızsa ona əməl edin. Ondan nə mütəşabih olarsa, ona da iman edin.»

    Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da İbn Tavusdan, o da atasından rəvayət edir ki, İbn Abbas belə oxuyardı: ”Onun yozumunu isə, Allahdan başqa heç kəs bilməz. Deyərlər elmdə qüvvətli olanlar: “Biz onlara iman gətirdik” Bunu İbn Cərir də, Ömər ibn Əbduləziz və Malik ibn Ənəsdən rəvayət etmişdir. Onlar: “onlar ona iman edərdilər, lakin yozumunu bilməzdilər” – deyərdi. İbn Cərir rəvayət etmişdir ki, İbn Məsudun qiraətində belə varid olmuşdur: ”Onun yozumu yalnız  Allah yanındadı. Elmdə qüvvətli olanlar: “Biz onlara iman gətirdik, deyərlər.” Ubey ibn Kabdan da bu şəkildə rəvayət edilmişdir. İbn Cərir bu rəyi daha üstün hesab etmişdir.

    Bəziləri də “Vərrasixunə fil ilm” «Elmdə qüvvətli olanlar» kəlamı üzərində dayanmışlar. Bir çox təfsirçi və üsulçular da onların ardınca gedərək: “Başa düşülməyən bir şeyin xitab edilməsi, uzaq bir rəydir” – demişdirlər.  İbn Əbi Nəcih, o da Mücahiddən, o da İbn Abbasdan rəvayət edərək: “Mən elmdə qüvvətli olanlardanam. Hansılar ki, onun yozumunu bilirlər.» – deyərdi. İbn Əbi Nəcihdən, o da Mücahiddən: “Elmdə qüvvətli olanlar onun yozumunu bilərlər və ona iman etdik deyərlər”, dediyi rəvayət edilir. Rəbi İbn Ənəs də bu cür demişdir.

    Muhamməd ibn İshaq dedi: Muhamməd ibn Cəfər ibn Zubeyrdən belə dediyi nəql edilir: “onun yozumunu” yəni, murad edən nə murad etmişdirsə “Allahdan başqa heç kəs bilməz.  Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik”. Sonra da mütəşabihlərin yozumunu möhkəmin, yəni bir tək yozumu olan möhkəmin yozumundan bildiklərinə həvalə edərlər, demişdir. Beləliklə sözləri Kitabla uyğun gələr və bir-birini təsdiq edər. Dəlil qüvvəyə minər, üzr bununla ortaya çıxar, batil yerindən tərpədilər, küfr isə dəf edilər.

    Hədisdə Rəsulullahın (salləllahu aleyhi və səlləm) İbn Abbasa dua edərək: “Allahım ona dində dərin bilik ver və ona Quranın yozumunu öyrət” dediyi varid olmuşdur.

    Bir çox alimlər də burada fərqləndirmə etmiş və: «Yozum deyiləndə, Quranda ondan iki məna başa düşülür» – demişlər. Birincisi, yozum bir şeyin həqiqəti və işin gedib çatacağı nöqtədir. Allah təalanın(Yusif) ata-anasını taxtın üstünə qaldırdı. Onlar hamısı onun qarşısında səcdəyə qapandılar. (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. » (Yusuf, 100) və “Onun yozumunu gözləyirlər, onun yozumu o gün ortaya çıxar.” (Əl-Əraf, 53) ayələri də belədir. Yəni, axirət günü ilə bağlı verilən xəbərin gerçəkliyi o gün ortaya çıxar. Əgər yozumdan bu qəsd edilirsə, Allah kəlməsinin üzərində dayanmaq lazımdır. Çünki hadisələrin həqiqətini və əsl mahiyyətini aydın olaraq ancaq əziz və cəlil olan Allah bilir. Bu halda “vərrasixunə fil-ilmi” « Elmdə qüvvətli olanlar” sözü mübtəda “yəqulunə əmənnə bihi” “Biz onlara iman gətirdik” sözü isə onun xəbəridir. Amma əgər yozum sözü ilə başqa məna yəni təfsir, ifadə etmə və bəyan başa düşülərsə, məsələn zindançının Yusufa “Bizə onun yozumunu xəbər ver” (Yusuf, 36) yəni, «onun təfsirini» dediyi kimi, bu məna başa düşülərsə  “vərrasixunə fil-ilmi”Elmdə qüvvətli olanlar” kəlamının üzərində dayanılmalıdır. Çünki onlar bu baxımdan özlərinə xitab ediləni bilər və başa düşərlər. Baxmayaraq ki, işlərin həqiqi mahiyyətini elmi cəhətdən tam əhatə edə bilmirlər. Bununla “yəqulunə əmənnə bihi” “Biz onlara iman gətirdik” kəlamı onların halını bildirir və bu icazəlidir. Bu zaman bağlayıcısı  olmayan bağlayıcı olur. Bu ayələrdə olduğu kimi: “lil-fuqarail-muhəcirinəl-ləzinə uxricu min diyərihim və əmvalihim”  (Əl-Həşr, 6) ilə “yəqulunə rabbənəğfirlənə və li-ixvaninə”(Əl-Həşr, 10) və “və cəə rabbukə vəl-mələku saffən saffən” (Əl-Fəcr, 22) Yəni, mələklər səf-səf gəlir deməkdir.

    Onlardan xəbər verərək deyir ki, “deyərlər: “Biz onlara iman gətirdik” yəni, mütəşabihə iman gətirdik, deyərlər.  “Hamısı bizim Rəbbimizdəndir” yəni, möhkəm və mütəşabihin hamısı haqdır və doğrudur. Hər biri digərini təsdiqləyər və ona şahidlik edər. Çünki hamısı Allahdandır. Allahdan olanlarda fərqli və bir-birinə zidd şeylər yoxdur. Bu ayədə olduğu kimi: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Ən-Nisə, 82) Buna görə də Allah təalə “Ancaq ağıl sahibləri öyüd-nəsihət alar.” buyurmuşdu. Yəni, mənaları doğru olaraq ancaq ağıl sahibləri və düzgün düşünənlər anlayar, başa düşər və dərin-dərin təfəkkür edərlər, deməkdir.

    İbn Əbi Hatim demişdir: Bizə Muhamməd ibn Avf əl-Hımsı danışdı, bizə Nuaym ibn Həmmad danışdı, bizə Fəyyad ər-Raqqiy danışdı, bizə Abdullah ibn  Yəzid danışıb – bu şəxs Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əsahabından Ənəsə, Əbu Umaməyə və Əbud-Dərdaya (Allah onlardan razı olsun) çatmışdı – dedi ki, bizə Əbud-Dərda rəvayət etdi ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Elmdə qüvvətli olanlar” haqqında soruşdular, o da: “Kim andını yerinə yetirərsə, doğru danışarsa, qəlbi dürüst olarsa və qarnı ilə övrəti günaha batmazsa, o, elmdə qüvvətli olanlardandı» – buyurdu.

    İmam Əhməd demişdir: Bizə Əbdurrəzzaq danışdı, bizə Mamər danışdı, o da Zuhridən, o da Ömər ibn Şueybdən, o da atasından, o da babasından rəvayət etdi ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəstə insanın mübahisə etdiyini eşidib dedi: “Sizdən əvvəlkilər yanız bu səbəbdən həlak oldular. Onlar Allahın ayələrini bir-biri ilə vurdular. Allah Kitabı ancaq ayələri bir-birini təsdiq etsin deyə endirildi. Onun bəzi ayələri ilə bəzilərini yalanlamayın. Anladığınızı deyin. Bilmədiyinizi də biləninə həvalə edin.” İbn Mərdəveyhin bu hədisi Hişam ibn Əmmar yolu ilə İbn əbi Həzimdən, o da atasından, o da Amr ibn Şüeybdən rəvayət etməsi yuxarıda qeyd edilmişdi.

    Hafiz Əbu Yələ Əhməd ibn Əli ibn əl-Musənnə əl-Məvsili öz «Müsnəd» əsərində demişdi: Bizə Zuheyr ibn Hərb danışdı, bizə Ənəs ibn İyad danışdı, o da Əbu Hazmdan, o da Əbu Sələmədən onun belə dediyini rəvayət etmişdir: Bu hədisi ancaq Əbu Hüreyrə yolu ilə bilirəm. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Quran yeddi hərf üzərində endi. Quran barəsində mübahisə etmək küfrdür – bunu üç dəfə təkrar etdi – ondan bildiyinizlə əməl edin, bilmədiyinizi də biləninə həvalə edin.» Bu səhih bir sənəddir. Ancaq onda rəvayətçinin “onu ancaq Əbu Hureyrə vasitəsi ilə bilirəm” deməsi səbəbindən qüsur vardır.

    İbn Munzir öz təfsirində demişdir: Bizə Muhamməd ibn Abdullah ibn Abdulhakim xəbər verdi, bizə İbn Vəhb xəbər verib dedi: Mənə Nafi ibn Yəzid xəbər verib dedi: Deyilir ki, «Elmdə qüvvətli olanlar” Allah üçün təvazökar olanlar, Onun rızası üçün itaətkar görünənlər, özlərindən yuxarıda olanlara qarşı dikbaşlıq etməyənlər, tabeçiliyində olanları da həqir görməyənlərdir. Bu səbəbdən də Allah təala:  “Bundan isə ancaq ağıl sahibləri öyüd-nəsihət alar” buyurdu. Yəni, mənaları ancaq doğru olaraq  səlist ağıl və həqiqi anlayış sahibləri başa düşər, anlayar və düşünər, deməkdir.

    Sonra Allah təala onlardan xəbər verdi, onların Rəbblərinə dua etdiklərini və “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma” dediklərini bildirdi. Yəni, qəlbimizi doğru üzərində dayandırdıqdan sonra onu haqdan meyl etdirmə, bizi qəlblərində əyrilik olub Quranın mütəşabihlərinə tutunanlar kimi etmə, bizi doğru yolunda və salamat dinində sabit et. “Bizə Öz dərgahından» yəni, Öz yanından «mərhəmət bəxş et” onunla qəlblərimiz sabit olsun, dağınıq halımızda bizi bir yerə toplasın, onunla iman və yəqinliyimiz artsın. “Həqiqətən, Sən Bəxşedənsən”.

    İbn Əbi Hatim demişdir: Bizə Amr ibn Abdullah əl-Əvdi danışdı – İbn Cərir dedi: Bizə Əbu Kureyb danışdı – onlar hamılıqla dedilər: Bizə Vəki danışdı, o da Abdulhəmid ibn Bəhramdan, o da Şəhr ibn Havşəbdən, o da Ümmi Sələmədən (Allah ondan razı olsun) rəvayət etdi ki, Peyğmbər (salləllahu aleyhi və səlləm): «Ey qəlbləri çevirən Rəbbim, qəlbimi dinində sabit et» – deyər, sonra da “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz dərgahından mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” ayəsini oxuyardı.

    Bunu İbn Mərdəveyh də Muhəmməd ibn Bəkkar yolundan rəvayət etmiş, o da Əbdul-Həmid ibn Bəhramdan, o da Şəhr ibn Həvşəbdən, o da Ummu Sələmədən – o, Əsma ibn Yəzid ibn Səkəndir – onun belə dediyini eşitmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dualarında: “Ey qəlbləri çevirən Allah, qəlbimi dində sabit et” sözlərini çox deyərdi. Mən də soruşardım: “Ey Allahın Rəsulu, qəlblər də çevrilər?” O dedi: «Bəli, Allahın Adəm övladlarından yaratdığı elə bir bəşər yoxdur ki, onun qəlbi əziz və cəlil olan Allahın iki barmağı arasında olmasın. İstəsə düz edər, istərsə əyər. Rəbbimiz olan Allahdan diləyirik ki, bizə rəhm etsin və hidayət etdikdən sonra qəlbimizi əyməsin. Həqiqətən O bəxş edəndir.» Bunu İbn Cərir də Əsəd ibn Musadan, o da Abdul-Həmid ibn Bəhramdan bənzər şəkildə rəvayət etmişdir. Bunu yenə əl-Musənnadan, o da Həccac ibn Minhaldan, o da Abdul-Həmid ibn Bəhramdan belə rəvayət etmiş və bunu əlavə edərək demişdir: «Allahım, Muhəmməd peyğəmbərin Rəbbi, mənə elə bir dua öyrət ki, onu nəfsim üçün edim.» O buyurdu: «Əlbəttə, de: «Ey Muhəmmədin Rəbbi olan Allahım, günahımı bağışla, qəlbimdəki nifrəti apar və məni azdıran fitnələrdən qoru.»

    Sonra İbn Mərdəveyh dedi: Bizə Süleyman ibn Əhməd danışdı, bizə Muhəmməd ibn Harun ibn Bəkkar əl-Diməşqi danışdı, bizə Abbas ibn Vəlid əl-Xalləl xəbər verdi, bizə Yəzid ibn Yəhya ibn Ubeydullah xəbər verdi, bizə Səid ibn Bəşir xəbər verdi, o da Qatadədən, o da Əbu Həssən əl-Ərəcdən, o da Aişədən demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bu duanı çoxlu edərdi: «Ey qəlbləri çevirən Allah, qəlbimi dində sabit et.» Mən dedim: “Ey Allahın elçisi, bu duanı niyə belə çox edirsən?“ O buyurdu: «Elə bir qəlb yoxdur ki, əziz və cəlil olan Allahın iki barmağı arasında olmasın. İstəsə düz edər, istərsə əyər. Allahın bu ayəsini eşitmədinmi? “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz dərgahından mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” Hədis bu yöndən qəribdir. Lakin əsli «İki Səhih» əsərində və digər kitablarda çoxsaylı yollarla varid olmuşdur. Amma onlarda bu kəramətli ayə əlavəsi yoxdur.

    Onu Əbu Davud, Nəsai və İbn Mərdəveyh də Əbu Əbdürrəhman əl-Muqridən rəvayət etmişdir. Nəsai ilə İbn Hibban Abdullah ibn Vəhbi əlavə etmişlər, hər ikisi Səid ibn əbu Əyyubdan deyir ki, mənə Abdullah ibn Vəlid əl-Tucibi danışdı, o da Səid ibn Musəyyəbdən, o da Aişədən (Allah ondan razı olsun) nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə oyandığı zaman deyərdi: “Səndən başqa ilah yoxdur, Sən paksan, Allahım səndən günahımı bağışlamanı istəyirəm. Səndən mərhəmət istəyirəm. Allahım elmimi artır. Mənə hidayət verdikdən sonra qəlbimi döndərmə. Mənə öz qatından mərhəmət ver. Həqiqətən Sən bəxş edənsən.” Mətni İbn Mərdəveyhə aiddir.

    Abdurrəzzaq demişdir: Malikdən, o da Süleyman ibn Abdul-Məlikin mövlası Əbu Ubeyddən, o da İbədəh ibn Nuseyyidən xəbər verdi ki, o, Qeys ibn Xarisin belə dediyini eşitmişdir: Mənə Əbu Abdullah əs-Sunabihi xəbər verdi ki, o Əbubəkr əs-Siddiqin arxasında məğrib namazı qıldı. Əbubəkr ilk iki rükətə Əl-Fatihə ilə iki qısa surə oxudu. Üçüncüdə də bir şey oxudu. Ona o qədər yaxınlaşdım ki, libaslarımız toxundu. Onun Əl-Fatihə ilə “Rabbənə lə tuziğ qulubənə bədə iz hədeytənə” “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz dərgahından mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” ayəsini oxuduğunu eşitdim.»

    Əbu Ubeyd demişdir: Mənə Ubadə ibn Nuseyyi xəbər verdi ki, o, Ömər ibn Əbdüləzizin xəlifəliyi zamanı onun yanında idi. Ömər Qeysə dedi: Əbu Abdullah əs-Sunabihidən necə xəbər verdin? O da ikinci dəfə Əbu Abdullahdan eşitdiklərini xəbər verdi. Ömər dedi: «Ondan eşitdiyimiz dövrdən bəri biz də bunu tərk etmədik. Baxmayaraq ki, əvvəl belə etmirdim.» Bir adam ona dedi: «Möminlərin əmiri daha öncə nə oxuyardı?» O dedi: “Qul huvəlllahu əhəd» (Əl-İxlas, 1) oxuyurdum”. Bu əsəri Valid ibn Muslim, o da Malik ilə Əvzaidən nəql etmişdir. İkisi də Əbu Ubeyddən bu cür rəvayət etmişdir. Valid bu rəvayəti həmçinin İbn Cabirdən, o da Yəhya ibn Yəhya əl-Ğəssanidən, o da Mahmud ibn Ləbiddən, o da Əs-Sunabihidən rəvayət etmişdir ki, o, Əbubəkrın arxasında məğrib namazını qıldı. İlk iki rükətdə Əl-Fatihə ilə qısa bir surə oxudu. Səsli oxuyurdu. Üçüncüyə qalxanda oxumağa başladı. Ona yaxınlaşdım.  Hətta libasım onun libasına dəyirdi. O, “Rabbənə lə tuziğ qulubənə bədə iz hədeytənə” ayəsini oxuyurdu.

    Ey Rəbbimiz! Həqiqətən, şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!” yəni, dualarında deyərlər: Ey Rəbbimiz, şübhəsiz ki, Sən Qiyamət günü məxluqatını toplayacaqsan. İxtilaf etdikləri şeydə aralarında hökm edəcəksən. Hər kəsə dünyada etdiyi xeyir və şər əməlinə görə əvəz verəcəksən.

  • 8

    Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

    7-ci ayənin təfsirinə bax.

  • 9

    Ey Rəbbimiz! Həqiqətən, şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!

    7-ci ayənin təfsirinə bax.

  • 10

    Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

    Allah təala kafirlərin cəhənnəmin yanacağı olduqlarını xəbər verir “O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (Ğafir, 52). Onlara verilən mallar və övladlar Allah qatında onlara fayda verməz və onları Allahın əzabından, ağrılı acılı cəzasından qurtarmaz. Necə ki, buyurur: “Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir” (Ət-Tövbə, 85) və buyurur: “Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!” (Ali İmran, 196-197). Burada da belə demişdir: “Həqiqətən kafirlərin” yəni Allahın ayələrini inkar edib peyğəmbərlərinə inanmayanların, kitabına riayət etməyib peyğəmbərlərə göndərilən vəhydən yararlanmayanların “nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar” yəni atəşi alovlandıracaq odundurlar. Necə ki, bu  ayədə buyurulur: “Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz ora girəcəksiniz” (Əl-Ənbiya, 98).

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə İbn Əbu Məryəm danışdı, bizə İbn Ləhiya xəbər verdi, mənə İbn Həd xəbər verdi, o da Hind bint Əl-Harisdən, o da Abdullah ibn Abbasın anası Ummul-Fadldan deyir: Biz Məkkədə olarkən Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə qalxdı və dedi: «Təbliğ etdimmi? Allahım, təbliğ etdimmi?…» Bunu üç dəfə təkrar etdi. Ömər ibn Xəttab qalxdı və dedi: “Bəli etdin”. Sonra səhərə yaxın Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allaha and olsun ki, İslam elə bir üstünlüyə malik olacaq ki, küfrü yatağına atacaq. İnsanlar İslamı yaymaq üçün dənizlər aşacaqlar. Elə bir zaman gələcək ki, insanlar Quranı öyrənəcəklər və onu oxuyacaqlar, sonra da deyəcəklər: “Oxuduq və öyrəndik, bizdən daha yaxşı kim ola bilər?» Onlarda bir xeyir yoxdur.» Dedilər: «Ey Allahın Rəsulu, onlar kimlərdir?» O buyurdu: «Onlar sizdəndir və onlar cəhənnəmin yanacağıdır.»

    Mən bu hədisi bu mətnlə gördüm, onu İbn Mərduyə də Yəzid ibn Abdullah ibn Haddan, o da Abdullah ibn Şəddadın zövcəsi Hind bint əl-Harisdən, o da  Ummul-Fadldan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkədə bir gecə qalxdı və: “Təbliğ etdimmi?” – dedi. Bunu üç dəfə təkrar etdi. Ömər ibn Xəttab – o daha həssas qəlbli idi —  qalxdı və dedi: «Allaha and olsun ki, canla başla çalışdın və nəsihət etdin, səbirli ol.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allaha and olsun ki, İman elə üstün olacaq ki, küfrü yatağına atacaq. İnsanlar İslamı yaymaq üçün dənizlər aşacaqlar. Elə bir zaman gələcək ki, insanlar Quranı oxuyacaqlar. Onu oxuyub öyrədəcəklər, sonra da deyəcəklər: “Oxuduq və öyrəndik, bizdən daha yaxşı kim ola bilər?” Onlarda bir xeyir yoxdur.» Soruşdular: «Ey Allahın Rəsulu, onlar kimlərdir?» O da dedi: «Onlar sizdəndir və onlar cəhənnəmin yanacağıdır.» Sonra onu Musa ibn Ubeyd yolundan, o da Muhammad ibn İbrahimdən, o da Hadın qızından, o da Abbas ibn Abdulmutallibdən bənzər şəkildə rəvayət etmişdir.

    Firon tərəfdarları və onlardan əvvəlkilərin halı kimi” Dəhhak demişdir: İbn Abbasdan belə nəql olunur: «Firon tərəfdarlarının etdiyi kimidir.» İkrimə, Mucahid, Əbu Malik, Dəhhak və digərlərindən də belə rəvayət edilmişdir. Bəziləri demişlər: Firon tərəfdarlarının adəti kimi, onların feli kimi, tərəfdarları kimi mənalar çox yaxındır. Ayədə keçən “əd-dəbu” sözü “nəhr” və “nəhər” sözləri kimi, sükunla da hərəkə ilə də deyilmişdir. O da iş, hal, durum, vəziyyət və adət mənasındadır. Adətim və adətin elə belədir, deyilir. Şair İmrul-Qeys demişdir:

    Dostlarım miniklərinin üstündə onun yanında durdular:

    Üzüntüdən özünü məhv etmə, sakit ol, dedilər.

    Onda əvvəl Ummulhuveyrisə və

    Məsəl bölgəsində qulluqçusu Ummurəbaba etdiyi kimi.

    Məna belədir: Ummulhuveyrisdə etdiyin kimi, özünü onun sevgisi ilə həlak etmiş, yurdunda və yurdunun xarabalıqlarında ağlamışdın.

    Ayədəki məna belədir: Kafirlərə malları və övladları fayda verməz, əksinə həlak olarlar və onlara əzab verilər, necə ki, daha əvvəl peyğəmbərlərin gətirdikləri möcüzə və dəlilləri yalan sayan Firon tərəfdarlarının və onlardan əvvəlkilərin başına gəlmişdir. “Allahın cəzası şiddətlidir” yəni, haqlaması şiddətli, cəzası ağırdır. Ona qarşı kimsə çıxa bilməz, əlindən kimsə qaçmaz. O istədiyini edər. Hər şeyə qalibdir. Hər şey Ona baş əymişdir. Ondan başqa ilah yoxdur, Ondan başqa Rəbb də yoxdur.

  • 11

    Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.

    10-cu ayənin təfsirinə bax.

  • 12

    Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”

    Allah Təala deyir ki, Ey Muhəmməd kafirlərə de: “Siz tezliklə məğlub olacaqsız” yəni dünyada deməkdir. “Cəhənnəmə toplanılacaqsınız!” yəni, qiyamət günündə deməkdir. “Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”

     Muhamməd ibn İshaq ibn Yəsar, Asim ibn Ömərdən rəvayət edir ki, Qatadə demişdir: Rəsulullah (Salləllahu aleyhi və səlləm) Bədrdə düşmənləri məğlub edərək, Mədinəyə qayıtdıqda, yəhudiləri Qaynuqa oğulları bazarının qarşısında bir yerə toplayıb dedi: «Ey yəhudi camaatı, Allahın Qureyşin başına gətirdiyini sizin də başınıza gətirmədən əvvəl müsəlman olun». Onlar da: «Ey Muhamməd Qureyşdən döyüş bilməyən bir neçə nəfəri öldürdün deyə özünü aldatma, Allaha and içirik ki, əgər bizimlə döyüşsən bizim əsl adam olduğumuzu görərsən. Sən hələ bizim kimisi ilə qarşı-qarşıya gəlməmisən.» Buna görə də Allah təala bu ayəni endirdi:   Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”

    Bunu İbn İshaq da, Muhamməd ibn əbi Muhamməddən, o da Səid və ya İkrimədən, o da İbn Abbasdan eyni şəkildə rəvayət etmişdir. Buna görə də Allah təala “Sizin üçün bir ibrət var idi” buyurmuşdu. Yəni, ey bu sözü deyən yəhudilər, sizin üçün bir ayə yəni, Allahın dinini güclü edəcəyinə, elçisinə kömək edəcəyinə, sözünü üstün tutacağına və əmrini yüksəldəcəyinə dəlalət vardır, deməkdir.

    “İki dəstədə” yəni, iki bölükdə, “Qarşı-qarşıya gələn” yəni, döyüşmək üçün. “Dəstələrdən biri Allah yolunda vuruşurdu” – onlar müsəlmanlar idi.  “Digəri isə kafirlər idi” — onlar da Bədr döyüşündəki Qureyş müşrikləri idi.

    «Onlar sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər.» İbn Cəririn nəqlinə görə bəzi alimlər, müşriklərin Bədr döyüşündə müsəlmanları başlarında olan gözləri ilə say baxımından iki qat görmüşdülər. Yəni, Allah bunu onlara qarşı İslamın zəfər qazanmasına bir səbəb etmişdi. Bunda bir qaranlıq məsələ yoxdur. Ancaq bir tərəf məsələ müstəsnadır. Belə ki, müşriklər o gün döyüşdən əvvəl Ömər ibn Sadı, müsəlmanların sayını təxmin etmək üçün göndərmişdilər. O da onlara müsəlmanların 300 nəfərdən bir az çox və ya az olduqlarını xəbər vermişdi. Vəziyyət də belə idi. Onlar 310-dan bir neçə nəfər çox idilər. Sonra döyüş başladıqda Allah onlara kömək olaraq seçilmiş və üstün mələklərdən min əsgər göndərdi.

    İkinci rəy: “öz gözləri ilə görürdülər” yəni, müsəlman qrup kafir qrupu özlərindən sayca ikiqat artıq olduqlarını görürdülər. Buna baxmayaraq Allah onları müzəffər etdi. Bunda da Avfinin İbn Abbasdan rəvayət etdiyinə görə bir qüsur yoxdur. Belə ki, müsəlmanlar Bədr döyüşündə 313 nəfər idilər. Müşrikər isə 626 nəfər idilər. Sanki bu rəy bu ayənin zahirinə görə verilmişdir.  Ancaq tarixçilərə, siyər və döyüş mütəxəssislərinə görə məşhur olan rəy belə deyildir. Əksərə görə müşriklər doqquz yüz ilə min arasında idilər. Necə ki, Muhamməd ibn İshaq, o da Yəzid ibn Rumandan, o da Urvə ibn Zubeyrdən belə rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Həccac oğullarının zənci bir köləsindən müşriklərin sayını soruşduğu zaman o: “Çoxdurlar” – dedi. O da: ”Günə neçə dəvə kəsirlər?” – dedi. O da: ”Bir gün doqquz, bir gün on” – dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: «Doqquz yüz  ilə min nəfər arasıdırlar» – buyurdu. Əbu İshaq əs-Səbii də Harisədən rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun): «Min nəfər idilər» – demişdir. İbn Məsud da belə demişdir. Məşhur olan rəy onların doqquz yüz ilə min arası olmalarıdır. Hər bir halda müsəlmanların üç qatı idilər. Buna görə də bu rəy qüsurlu sayılır. Allah daha biliklidir.

    Ancaq İbn Cərir bu rəyə münasibət bildirmiş və onu düzgün hesab etmişdir. Məsələn, yanımda min dirhəm vardır, iki qatına da ehtiyacım var, deyərsənsə bu, üç min dirhəmə möhtacam, deməkdir. Beləcə də demişdir. Buna görə də qaranlıq məsələ yoxdur.

    Ancaq başqa bir sual qalır və o, hər iki rəyə verilə bilər. Deyilər ki, bu ayə ilə Bədr döyüşünü təsvir edən “O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. (Bütün) işlər Allaha qayıdır” (Əl-Ənfal, 44) ayəsi arasında necə cəm edilə bilər?» Bunun cavabı belədir: Bu bir vəziyyət idi, o biri isə başqa bir vəziyyət idi. Necə ki, Suddinin Tayyibdən olan rəvayətində İbn Məsud “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi.” ayəsi haqqında: “Bu Bədr döyüşündə idi” – demişdir. Abdullah ibn Məsud demişdir: “Müşrikərə baxdıq onları ikiqat gördük. Sonra onlara bir də baxdıq, bu dəfə bizdən bir nəfər də artıq olmadıqlarını gördük”. Məhz Allah təalanın: “O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı” ayəsi budur.

    Əbu İshaq dedi: Əbu Ubeydədən, o da Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, “Gözümüzə az göründülər, hətta yanımda dayanan bir adama: “Onlar yetmiş nəfər var?” – dedim. O da:”Yüz olarlar” – dedi. Onlardan birini əsir aldıq və: “Neçə nəfər idiniz?” – dedik. O da: “Min” – dedi. Məhz iki dəstədən hər biri digərini gördüyü zaman, müsəlmanlar müşrikləri özlərinin iki misli, yəni bir qat artıq gördülər ki, izzət və cəlal sahibi Rəblərinə yönəlsinlər və ondan yardım istəsinlər. Müşriklər də  möminləri belə gördülər ki, qorxsunlar, təşvişə düşsünlər və əhval-ruhiyyələri pozulsun. Sonra səflər toqquşub iki dəstə bir-birinə qarışanda Allah onları digərlərinin gözündə az, bunları da o birilərinin gözündə az göstərdi ki, bir-birilərinə hücum etsinlər. “Allah olacaq işi yerinə yetirsin.” – yəni, haqq ilə batili bir-birindən ayırsın, iman kəlməsi küfr və azğınlığa qalib gəlsin. Möminlər əziz, kafirlər də xar olsunlar. Necə ki, Allah təala buyurur: “Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi”(Əli imran 123) Burada da “Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır” demişdir. Yəni, bunda bəsirəti və anlayışı olan üçün həqiqətən də ibrət vardır. Bununla da, Allahın hikmətini, etdiklərini və bu dünyada, həm də qiyamət günündə mömin qullarına yardım etdiyinə dair gerçək olan qədərini görsün.

  • 13

    Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.

    12-ci ayənin təfsirinə bax.

  • 14

    Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.

    Allah təala insanlar üçün bu dünyada bəzədilmiş, qadın və oğullardan ibarət müxtəlif növ zövqlərdən xəbər verir. Əvvəl qadınlardan başladı. Çünki ən şiddətli imtahan onlardan olacaq. Necəki, səhih olan hədisdə Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurur: “Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir sınaq qoyub getmədim”. Amma onlardan məqsəd iffətini qorumaq və çoxlu övlada sahib olmaqdırsa, bu istənilən və rəğbət edilən bir şeydir. Necəki, evlənməyi və nəsil çoxluğunu təşviq edən hədislər varid olmuşdur. “Şübhəsiz ki, bu ümmətin ən xeyirlisi, qadınları çox olandır. ”Rasulullah (səlləllahualeyhi və səlləm) buyurur: “Dünya əmtəədən ibarətdir, onun ən xeyirli əmtəəsi isə saleh bir qadındır, baxarsa onu sevindirər, əmr edərsə itaət edər, yanında olmayanda qadın özünü və malını qoruyar. Mənə qadınlar və ətirlər sevdirildi. Namaz da gözümün nuru edildi.”

    Aişə (radiyAllahuənhə) demişdir: “Rəsulullahın(salləllahualeyhi və səlləm) at xaric, qadınlardan daha çox sevdiyi bir şey yox idi”. Bir rəvayətdə də: “Qadınlar xaric, atdan daha çox sevdiyi bir şey yox idi” deyilmişdir.

    Oğul sevgisi də bəzən öyünmək və yaraşıq üçün olur ki, o da bura daxildir. Bəzən də nəsil artırmaq və Muhamməd(səlləllahualeyhi və səlləm) ümmətinin tək və ortağı olmayan Allaha ibadət edən qullarının sayını çoxaltmaq üçün olur ki, bu da təriflənən bir şeydir. Necəki, hədisdə sabit olmuşdur: “Ərlərini sevən və çoxlu övlad dünyaya gətirən qadınlarla evlənin. Çünki mən qiyamət günü sizinlə ümmətlərdən sayca çox olacam.”

    Mal sevgisi də bəzən təkəbbürlük, lovğalıq, zəiflərə yuxarıdan aşağı baxmaq və kasıblara qarşı yekəxanalıq üçün olur ki, bu da qınanmış bir şeydir. Bəzən də qohumlarının ehtiyacını təmin etmək, qohum ziyarəti və digər xeyir işləri yerinə yetirmək, xeyir və itaət yollarına sərf etmək üçün olur ki, bu da şəriət baxımından təriflənən və təşəkkür edilən bir haldır.

    Təfsirçilər “qantarın” miqdarında ixtilaf etmişdirlər. Qısacası onun  çoxlu miqdarda mal olmasıdır. Necəki, Dəhhak və digərləri belə demişlər.“Min dinardır” deyənlər vardır. “Min iki yüz dinardır” deyənlər vardır.  “On iki min” deyənlər vardır. “Qırx min” deyənlər vardır. “Altmış min” deyənlər vardır. “Yetmiş min” deyənlər vardır. “Səksən min” deyənlər vardır. Başqa miqdar deyənlər də vardır.

    İmam Əhməd demişdir: Bizə Abdussaməd danışdı, bizə  Hamməd danışdı, o da Asimdən, o da Əbu Salihdən, o da Əbu Hureyrədən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Qantar on iki min uqiyədir, hər uqiyə göylə yer arasında olandan daha xeyirlidir” – dedi. Bunu İbn Macə də, o da Əbubəkr ibn Əbi Şeybədən, o da Abdussaməd ibn Abdul-Varisdən, o da Həmmad ibn Sələmədən belə rəvayət etmişdir. Bunu İbn Cərir də Bundardan, o da İbn Məhdidən, o da Həmmad ibn Zeyddən, o da Asimdən – o, İbn Bəhdələdir – o da Əbu Salihdən, o da Əbu Hureyrədən məvquf rəvayət kimi danışmışdır. Bu, daha səhihdir. Bunu İbn Cərir də Muaz ibn Cəbəl ilə İbn Ömərdən rəvayət etmişdir. Bunu İbn Əbi Hatim də Əbu Hureyrə ilə Əbud-Dərdadan nəql etmişdir. Onlar demişlər: “Qantar min iki yüz uqiyədir”.

    Sonra İbn Cərir demişdir: Mənə Zəkəriyyə ibn Yəhya əd-Darir danışdı, bizə Şəbabə danışdı, bizə Məxləd ibn Abdulvahid danışdı, o da Əli ibn Zeyddən, o da Əta ibn Əbi Məymunədən, o da Zir ibn Hubeyşdən, o da Ubəy ibn Kəbdən rəvayət etdi ki, Rasulullah (səlləllahu aleyhi və səlləm): “Qantar min iki yüz uqiyyədir” – demişdir.

    Bu da həmçinin münkər bir hədisdir. Ən yaxşı ehtimala görə Ubəy ibn Kəbin və yaxud başqa bir səhabənin sözü olaraq məvquf olmasıdır. İbn Mərduvəyh, Musa ibn Ubəydə əz-Rabəzidən rəvayət etmişdir, o da Muhamməd ibn İbrahimdən, o da Yuhannəş Əbu Musadan, o da Ummud-Dərdadan, o da Əbu Dərdadan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim Qurandan yüz ayə oxuyarsa, qafillərdən yazılmaz. Kim yüz ilə min ayə arası oxuyarsa, sübh vaxtı Allah qatından bir qantar savab qazanar, hər qantar da böyük dağ kimidir.» Vəki də Musa ibn Ubeyddən bu məna ilə rəvayət etmişdir.

    Hakim də «Müstədrək» əsərində demişdir: Bizə Əbul-Abbas Muhamməd ibn Yəqub danışdı,  bizə Əhməd ibn İsa ibn Zeyd əl-Ləxmiy Tənnisdə danışdı, bizə Amr ibn Əbi Sələmə danışdı, bizə Zuheyr ibn Muhamməd danışdı, bizə Humeyd Ət-Tavil ilə birgə bir nəfər danışdı ki, Ənəs ibn Malik demişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) izzət və cəlal sahibi Allahın “qantar-qantar qızıl-gümüş” kəlamı haqqında soruşdular və o: ”qantar, iki min uqiyyədir” – dedi. Hədis iki şeyxin şərtlərinə uyğun olsa da təxric etməmişdirlər. Hakim də bu cür rəvayət etmişdir. Bunu İbn Əbi Hatim də başqa bir ifadə ilə rəvayət etmiş və demişdir: Bizə Əhməd ibn Əbdurrəhman əl Raqqi danışdı, bizə Amr ibn əbi Sələmə danışdı, bizə Zuheyr yəni, İbn Muhamməd danışdı, bizə Humeyd ət-Tavil ilə birgə başqa bir adam danışdı,, onun adının Yəzid ər-Rəqaşi olduğunu dedi, o da Ənəsdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): ”qantar, min dinardır” – buyurdu. Bunu İbn Mərduyə ilə Təbarani də Abdullah ibn Muhamməd ibn İbrahimdən, o da Amr ibn  Əbi Sələmədən oxşar sənədlə bu cür rəvayət  etmişdir. İbn Cərir də Həsən Bəsridən mürsəl və məvquf olaraq: “Qantar – min iki yüz dinardır” – dediyini rəvayət etmişdir. Əl-Avfinin İbn Abbasdan rəvayəti də belədir.

    Dəhhak demişdir: Ərəblərdən “Qantar min dinardır”, deyənlər vardır. Onlardan “on iki min dinar” deyənlər də vardır. İbn Əbi Hatim demişdir: Bizə atam danışdı, bizə Arim danışdı, o da Həmmaddan, o da Səid əl-Cureyridən, o da Əbu Nadrədən rəvayət etdi ki, Əbu Səid əl-Xudri demişdir: “Qantar öküz dərisi dolu qızıldır”. Əbu Muhamməd demişdir: Onu Muhamməd ibn Musa əl-Həraşi, o da Həmmad ibn Zeyddən mərfu olaraq rəvayət etmişdir.  Məvquf olması daha doğrudur.

    At sevgisi də üç qismə bölünür. Bəzən sahibləri onları Allah yolunda hazırlamış olar, onlara nə vaxt ehtiyac yaranarsa onların üstündə döyüşə çıxarlar. Bunlar savab qazanarlar. Bəzən də təkəbbür və qürur üçün, müsəlmanlara düşməncəsinə davranmaq üçün bəsləyərlər. Bu da sahibi üçün bəladır. Bəzən də istifadə etmək və ya bala əldə etmək üçün olur. Lakin öz boynunda olan, Allahın haqqını unutmazsa, bu da sahibi üçün örtük olar, ayıblarını örtər. Necə ki, “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın” (Əl-Ənfal, 60) ayəsinin təfsirində bununla əlaqədar olan hədis gələcəkdir.

    Ayədə işlədilən «əl-musəvvəməti» ifadəsi haqqında da İbn Abbasdan (radiyallahu anhumə): “Otlağa buraxılmş cins və gözəl atlardır” dediyi rəvayət edilmişdir. Mücahid, İkrimə, Səid ibn Cübeyr, Abdurrahman ibn Əbza, Suddi, Rabi ibn Ənəs, Əbu Sinən və digərlərindən də belə rəvayət edilmişdir. Məkhul da: “Əl-musəvvəməti» alnında ağ ləkəsi olan və çapılası atdır” – demişdir. Başqa cür deyənlər də olmuşdur.

    İmam Əhməd demişdir: Bizə Yəhya ibn Səid danışdı, o da Abdul-həmid ibn Cəfərdən, o da Yəzid ibn Əbi Həbibdən, o da Suveyd ibn Qeysdən, o da Muaviyə ibn Hudeyçdən, o da Əbu Zərdən (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (salləlllahu aleyhi və səlləm) demişdir: “Harda bir ərəb atı varsa, ona hər səhər iki dua etməyinə icazə verilir, o deyir: “Allahım, sən məni Adəm oğullarının xidmətinə vermisən, məni ona malından və ailəsindən daha çox sevdir, yaxud ailəsinin və malının ən sevdiyi et.”

    “Vəl-ənami” «mal-qaranın» deməkdir ki, dəvə, inək, qoyun qəsd edilir.
    “Əkin yerləri” yəni, ağac əkmək, əkinçiliklə məşğul olmaq üçün ayrılan yer, deməkdir.

    İmam Əhməd  demişdir: Bizə Ravh ibn Ubadə danışdı, bizə Əbu Nəamə əl-Adəviy danışdı, o da Müslim ibn Budeyldən, o da İyas ibn Zuheyrdən, o da Suveyd ibn Hubeyrədən rəvayət etdi ki,  Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Kişinin ən xeyirli malı doğurqan dayça və ya arıtlanmış xurmadı.»

    Sonra Allah təala buyurdu: “Bunlar, dünya həyatının keçici zövqüdür” yəni bunlar dünya həyatının parıltısı, müvəqqəti və sona çatacaq zinətidir.  “Gözəl qayıdış yeri isə Allah dərgahındadır” yəni ən gözəl yer və savab Allahın yanındadır, deməkdir.

    İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Cərir danışdı, o da Ətadan, o da Əbubəkr ibn Hafs ibn Ömər ibn Səddən rəvayət edir ki, Ömər ibn Xəttab (radiyallahu anhu) demişdir: “istək insanların gözünə gözəl göstərilmişdir” ayəsi  endikdə: “Ey Rəbbim, indiki vaxt bizim üçün bəzədiyin vaxtdırmı?” – dedim, sonra bu barədə “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi?” ayəsi endi.

    Buna görə də Allah təala De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi?”  demişdir. Yəni, ey Muhəmməd, insanlara de ki, sizə bu dünya həyatnın parıltısı, müvəqqəti və sona çatacaq nemətindən daha xeyirlisini xəbər verimmi? Sonra isə bundan xəbər verərək: «Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan Cənnət bağları vardır” buyurdu. Yəni, hər tərəfindən bal, süd, şərab, su və digər çayların axdığı arxlar deməkdir ki, onları gözlər görməmiş, qulaqlar eşitməmiş və heç kimin qəlbinə gəlməmişdir.

    İçində əbədi qalacaqları” Yəni orada sonsuza qədər qalacaq, oradan çıxmaq və yerdəyişmə etmək istəməyəcəklər.

    “Pak zövcələr vardır” yəni kirdən, natəmizlikdən narahat edəcək şeylərdən, heyzdən, nifasdan və qadınlarda qüsur olan digər şeylərdən təmiz qadınlar, deməkdir.

    və Allahın rizası vardır” yəni Allah onlardan razı olar, bir daha əbədiyyən onlara qəzəblənməz. Buna görə də Allah təala Bəraət surəsinin başqa bir yerində  “Allahın razılığı isə daha böyükdür” (Ət-Tövbə, 72) demişdir ki, onlara verdiyi kəsintisiz nemətlərdən daha böyükdür deməkdir. Sonra Allah təala belə dedi: “Allah qullarını görür”. Yəni hər kəsə haqq etdiyi ehsanı verir, deməkdir.

  • 15

    De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.

    14-cü ayənin təfsirinə bax.

  • 16

    O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər;

    Allah Təala bol miqdarda savab verəcəyini vəd etdiyi təqva sahibi qullarını vəsf edərək buyurur: “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, deyirlər” yəni Sənə, kitabına və peyğəmbərinə iman etdik, deyərlər. “Bizim günahlarımızı bağışla” yəni Sənə və bizə şəriət təyin etdiyin məsələlərə iman gətirməmizə görə  günahlarımızı və işlərimizdə yol verdiyimiz təqsirlərimizi əhv et, lütfün və rəhmətinlə bizi bağışla, deyərlər. “bizi Od əzabından qoru!”

    Sonra Allah Təala dedi: “Səbr edən” yəni mükəlləfiyyətləri yerinə yetirməkdə və haramları tərk etməkdə, deməkdir.  “Doğru danışan” imanlarına görə öhdəliyə götürdükləri çətin əməlləri yerinə yetirmə xəbərlərində doğru olanlar deməkdir.   “Müti olan”  buradakı qunut sözü itaət etmək və baş əyməkdir. “Xərcləyən” yəni mallarını əmr edildikləri hər cür əməllərə, qohumluq əlaqələri kəsməməyə və ibadətlərə, ehtiyacları ödəməyə və miskinlərə yardım etməyə xərcləyənlər deməkdir.  “Sübh çağına yaxın bağışlanma diləyən” bu da səhər vaxtlarında istiğfar etməyin fəzilətini göstərməkdədir.

    Deyilmişdir ki, Yaqub əleyhissalam oğullarına “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm” (Yusuf, 98) dediyi vaxt onlar üçün duasını səhər vaxtına ertələmişdi. İki səhihdə və digər müsnəd və sünənlərdə bir çox yolla bir qrup sahabədən rəvayət edildiyinə görə Rasulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah təbərakə və təala hər gecə, gecənin axır üçdə biri qaldıqda dünya səmasına enər və: ”İstəyən yoxdurmu, verim? Dua edən yoxdurmu, qəbul edim? İstiğfar edən yoxdurmu, bağışlayım?” – deyər.” Hafiz Əbul Həsən Daraqutni bu mövzuda xüsusi bir cüz hazırlamış və onu müxtəlif yollarla rəvayət etmişdir.

    İki səhihdə Aişə (Allah ondan razı olsun) demişdir: Rasulullah (salləllahu aleyhi və səlləm) gecənin bütün hissələrində – əvvəlində, ortasında və sonunda vitr qıldı. Nəhayət vitrini sübh çağına yaxın bitirdi. Abdullah ibn Ömər də gecə namaz qılardı. Sonra da: “Ey Nafi sübh çağına yaxınlaşdımı?” – deyərdi. O da: “Bəli” dedikdə səhər açılana qədər dua və istiğfara davam edərdi.” Bunu İbn Əbi Hatim rəvayət etmişdir.

    İbn Cərir demişdir: Bizə İbn Vəki danışdı, bizə atam danışdı, o da Hureys ibn əbi Matardan, o da İbrahim ibn Hatibdən, o da atasından rəvayət edib dedi ki, sübh çağına yaxın məscidin bir tərəfində bir adamdan: “Ey Rəbbim, əmr etdin mən də itaət etdim, bax sübh çağına yaxın vaxt da gəldi, məni bağışla” – dediyini eşitdim. Baxdım ki, o şəxs İbn Məsuddur.

    İbn Mərduyə, Ənəs ibn Malikdən bu cür rəvayət etdi: “Biz gecə namaz qıldığmız vaxt sübh çağına yaxın vaxtın sonunda yetmiş dəfə istiğfar etməklə əmr olunduq”.

  • 17

    Səbr edən, doğru danışan, müti olan, xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.

    16-cı ayənin təfsirinə bax.

  • 18

    Allah Özündən başqa ilah olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də. Ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.

    Allah şahidlik etdi, Onun şahidliyi kifayətdir. O şahidlərin ən düzgünü, ən ədalətlisi və danışanların ən doğru olanıdır ki, “Ondan başqa ilah yoxdur” yəni bütün məxluqatın tək məbududur, hamısı onun qulu və yaratdığıdır, Ona möhtacdır. Onun isə özündən başqasına ehtiyacı yoxdur. Necə ki, Allah Təala buyurur: “Lakin Allah sənə nazil etdiyi ilə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!” (Ən-Nisə, 166).

    Sonra mələklərin və elm sahiblərinin şahidliyini də Öz şahidliyi ilə birləşdirib “Allah Özündən başqa ilahın olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də” dedi. Bu, həmin məqamda alimlər üçün böyük bir üstünlükdür.

    “Qaimən bilqist” — (ədalətli olmaqdadır) – Bu, nasb şəklində haldır və o, bütün hallarda belə olur.

    Ondan başqa ilah yoxdur” Bu da əvvəl deyilənin təkidlə vurğulanmasıdır.

    Qüdrətlidir, Müdrikdir” – O elə güclüdür ki, böyüklük və ucalığında ona yaxın düşmək mümkün deyil. Sözlərində, işlərində, şəriətində və qədərində hikmət sahibidir.

    İmam Əhməd demişdir: Bizə Yəzid ibn Abdi Rabih danışdı, bizə Bəqiyyəh ibn Vəlid danışdı, mənə Cübeyr ibn Amr əl-Qurəşi danışdı, bizə Əbu Səid əl-Ənsari danışdı, o da Zubeyr ibn Avvam ailəsinin azad edimiş köləsi Əbu Yəhyadan, o da Zübeyr ibn Avvamdan rəvayət edir ki,  Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) Ərəfə günü bu: “Allah Özündən başqa ilahın olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də.  ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir” ayəsini oxuduğunu və: “Mən də buna şahidlərdənəm, ey Rəbbim” – dediyini eşitdim.

    Bunu İbni Əbi Hatim başqa bir yoldan da rəvayət etmiş və demişdir: Bizə Əli ibn Hüseyn danışdı, bizə Muhamməd ibn Mutəvəkkil əl-Əsqalani danışdı, bizə Ömər ibn Hafs ibn Sabit əbu Said əl-Ənsari danışdı, bizə Abdulməlik ibn Yəhya ibn Abbad ibn Abdullah ibn Zubeyrdən danışdı, o da atasından, o da babasından, o da Zübeyrdən rəvayət etmişdir ki, o demişdir: Eşitdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) həmin “Allah şahidlik etdi, mələklər də..” ayəsini oxuduğu zaman: “Ey Rəbbim, mən də şahidlik edirəm”  — dedi.

    Hafiz Əbul Qasım ət-Tabərani «Əl-Mucəmul Kəbir» əsərində demişdir: Bizə Abdən ibn Əhməd ilə Əli ibn Səid ər-Razi danışdı, onların ikisi də dedilər: bizə Əmmar ibn Ömər ibn Muxtar danışdı, mənə atam danışdı, mənə Qalib əl-Qattan danışıb dedi: “Ticarət üçün Kufəyə gəlmişdim. Aməşə yaxın bir yerdə dayandım. Gecə olduqda yuxarı mərtəbədən aşağı endim. Aməş qalxdı və gecənin bir vaxtı təhəccüt qıldı. Həmin — “Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər).” – ayəsinə gədikdə: ”Allahın şahidlik etdiyinə mən də şahidlik edirəm. Bu şəhadəti Allaha əmanət edirəm, o Allah qatında mənim əmanətimdir” — dedi.  “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!”  bunu da dəfələrlə təkrar etdi. “Hər halda bu haqda nəsə eşitmişdir” deyərək səhər açılanda yanına getdim. Sonra da: “Ey Muhammədin atası, bu ayəni təkrar etdiyini eşitdim” — dedim. O soruşdu: “Bu haqda sənə bir şey gəlib çatmayıb?” Mən də: “Bir aydır sənin yanındayam mənə bir hədis belə danışmamısan” — dedim. O da: “Vallahi bir il sənə hədis danışmaram” — dedi. Mən də bir il orada yaşadım, qapısında idim. İl gəlib keçdikdə: “Ey Muhammədin atası il geçdi” — dedim. O dedi: Mənə Əbu Vail danışdı, o da Abdullahdan rəvayət etdi ki, Rəsululah (salləllahu aleyhi və səlləm) buyurdu: “Qiyamət günü bu ayənin sahibi gətirilər və əziz və cəlil olan Allah: “Qulum mənə bir əhd verdi. Mən də əhdə vəfalı olmağa ən haqlı olanam. Qulumu cənnətə daxil edin” deyər.”

    “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!”   Bu da Allah Təalanın Öz dərgahında İslamdan başqa bir dini qəbul etməyəcəyindən xəbər verir. İslam bütün zamanlarda Allahın peyğəmbərlərə göndərdiyi şeylərə tabe olmaqdır. Peyğəmbərlik Muhamməd  (salləllahu aleyhi və səlləm) ilə sona çatdı. Bundan sonra kim, Muhamməd (salləllahu aleyhi və səlləm) bu dini gətirdikdən sonra Allah hüzuruna başqa bir dinlə çıxarsa, bu ondan qəbul olunmaz. Necə ki, Allah təala buyurur: «İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz.» (Ali İmran, 85). Bu ayədə də onun qatında qəbul olanan tək dinin İslam olduğunu xəbər verərək: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” dedi.  

    İbn Cərir rəvayət edir ki, İbn Abbas « Allah Özündən başqa ilahın olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də.. Ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir. Həqiqətən, Allah dərgahında  din, İslamdır!» ayəsində «ənnəhu» sözünü kəsrə ilə, “innəddinə” sözünü isə fəthə ilə oxudu. Yəni, O, mələklər və bəşər elm adamları, Allah qatında həqiqi dinin İslam olduğuna şahidlik etdilər, deməkdir. Cumhur isə onu xəbər olaraq “innəddinə” şəklində kəsrə ilə oxumuşdur. İkisi məna da doğrudur. Ancaq cumhurun oxuduğu şəkildə məna daha açıqdır. Allah ən doğrsunu biləndir.

    Sonra Allah Təala ilk dəfə kitab verilənlərin yalnız özlərinə peyğəmbərlər gəlməklə və onlara kitab enməklə hüccət qaldırıldıqdan sonra ixtilaf etdiklərini xəbər verdi və: “Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər.” – buyurdu. Yəni bir-birilərinə hücum etdilər, bir-birilərinə həsəd aparıb, nifrət etdikləri və arxa çevirdikləri üçün haqq mövzusunda ixtilaf etdilər. Qarşı tərəf haqlı olsa da onun bütün söz və işlərinə müxaliflik etdilər. Sonra Allah təala buyurdu: “Kim Allahın ayələrinə qarşı küfr edərsə,  Allah tez haqq-hesab çəkəndir.” Yəni, kim Allahın Kitabında endirdiyi ayələri inkar edərsə, Allah onu buna qarşı cəzalandırar və onu yalanına görə hesaba çəkər və Kitabına qarşı getdiyi üçün ona əzab edər, deməkdir.

    Sonra Allah təala dedi: “Əgər onlar səninlə mübahisə edərlərsə” yəni səninlə tövhid barəsində münaqişə etsələr, de ki,  “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” yəni de ki, mən ibadətimi bir tək, ortaqsız, bənzərsiz, övladsız, qadınsız olan Allaha xas etdim, ithaf etdim. “Ardımca gələnlərlə birlikdə” yəni, dinimə tabe olub mənim kimi deyənlərlə birlikdə. Necə ki, Allah təala buyurur: “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq.” (Yusuf, 108). Sonra Allah təala qulu və Rəsulu Muhammədə (salləllahu aleyhi və səlləm) iki millətdən olan iki əhli kitabı və yazıb oxumaq bilməyən müşrikləri öz yoluna və dininə və Allahın ona göndərdiklərinə daxil olmağa çağırmasını əmr edərək buyurdu: “Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Yəni onların hesabı yalnız Allaha aiddir. Dönüşləri və son mənzilləri də ancaq Onadır. O istədiyinə hidayət verər, istədiyini də azdırar. Üstün hikmət və təbliğ olunan dəlil Onundur. Buna görə də Allah təala “Allah qullarını görür” dedi. Yəni O, hidayət və azğınlığa layiq olanı çox yaxşı bilir. “(Allah) gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar.” (Ənbiya, 33). Bu da yalnız Onun hikməti və rəhmətindəndir.

    Bu ayə və bənzərləri Pyğəmbərin  (salləllahu aleyhi və səlləm) bütün insanlığa göndərilməsinin ən aydın dəlillərindəndir. Necə ki, onun dinində bu zəruri olaraq bilinən bir məsələdir. Kitab və sünnədən bir çox ayə və hədislər buna dəlalət edir. Onlardan bəziləri:

    Allah təalə buyurur: «(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm.» (əl-Əraf, 158). Uca Allah buyurur: «Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!» (Əl-Furqan, 1). İki Səhihdə və digərlərində mütəvatir olaraq sabit olan hədislərə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm), Allahın bu əmrinə tabe olaraq dünya hökmdarlarına və ərəb, əcəm, əhli kitab və savadsızlara məktublar göndərmişdir. Abdurrəzzaq Mamərdən, o da Həmmamdan, o da Əbu Hüreyrədən rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Ruhumu əlində tutan Allaha and içirəm ki, istər yəhudi olsun, istərsə də xristian olsun, bu ümmətdən kim mənim haqqımda eşidərsə və mənə endirilənə iman etmədən ölərsə, mütləq Cəhənnəm sakini olar.» Bunu Müslim rəvayət etmişdir.

    Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Mən ağlara da, qaralara da göndərildim.” O demişdir: “Əvvəllər bir peyğəmbər xüsusi olaraq öz qövmünə göndərilərdi, mən isə bütün insanlığa göndərilmişəm.”

    İmam Əhməd demişdir: Bizə Müəmmil danışdı, bizə Həmmad danışdı, bizə Sabit danışdı, o da Ənəsdən (radiyallahu anh) rəvayət etdi ki, o belə dedi: «Bir yəhudi gənci Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmaz suyunu gətirər və ayaqqabısını tutardı. O xəstələndikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara gəldi və yanına girdi. Atası baş tərəfində oturmuşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: “Ey filannkəs, lə iləhə illallah de” — buyurdu. O da atasına baxdı. Atası susdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir daha təkrar etdi. O yenə atasına baxdı. Atası: “Qasımın atasına itaət et” — dedi. Gənc də: “Əşhədu ən lə iləhə illallah və ənnəkə rəsulullah” — dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Allaha həmd olsun ki, onu mənim səbəbimlə oddan xilas etdi” deyərək çölə çıxdı.» Bunu Buxari də Səhih əsərində təxric etmişdir. Bunlardan əlavə hələ bir çox ayə və hədislər də vardır.

  • 19

    Həqiqətən, Allah dərgahında din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, Allah tez haqq-hesab çəkəndir.

    18-ci ayənin təfsirinə bax.

  • 20

    Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür.

    18-ci ayənin təfsirinə bax.

  • 21

    Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ.

    Bu, Allah təalanın Əhli kitab mənsublarını ayələri təkzib etmələrinə görə keçmişdə və indi etdikləri günahlara və haramlara görə qınamasıdır. Həmin ayələri məhz peyğəmbərlər onlara çatdırmışdır. Onlar da qürur və inadkarlıqlarından, haqqı tanımamalarından və ona tabe olmaq istəmədiklərinə görə belə etdilər. Bununla birlikdə özlərinə Allahın şəriətini təbliğ edən peyğəmbərlərdən bir çoxlarını səbəbsiz və günahsız yerə öldürdülər. Bunu yalnız onları haqqa çağırdıqları üçün etdilər. “Ədalətə çağıran insanları öldürənləri” bu da təkəbbürlüyün son mərhələsidir. Necə ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) “Təkəbbürlük haqqı tanımamaq və insanları kiçik görməkdir” demişdir.

    İbn Əbi Hatim demişdir: Bizə Məkkədə qonaq olan Əbuz-Zubeyr Həsən ibn Əli ibn Muslim ən-Neysəburi danışdı, mənə Əbu Hafs Ömər ibn Hafs yəni, İbn Sabit ibn Zürarə əl-Ənsari danışdı, bizə Muhəmməd ibn Həmzə danışdı, mənə Əsəd oğullarının müttəfiqi Əbul-Həsən danışdı, o da Məkhuldan, o da Qabisa ibn Zueyb əl-Xuzaidən, o da Əbu Ubəydə ibn Cərrahdan (radiyAllahu anhudan) dedi: Mən dedim: “Ey Allahın Elçisi, Qiyamət günündə əzabı ən çətin olacaq kəs kimdir?” O buyurdu: “Bir peyğəmbəri və ya yaxşılığı əmr edib pis işlərdən çəkindirəni öldürən.” Sonra da Rasulullah (səlləllahu aleyhi və səlləm) “Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ.“ ayəsindən « onların yardımçıları da olmayacaqdır.» qədər oxudu. Daha sonra Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurdu: «Ey Əbu Ubeydə, İsrail oğulları gündüzün əvvəlində bir saat içində qırx üç peyğəmbəri öldürdülər. Bu hadisədən sonra İsrail oğullarından yüz yetmiş nəfər qalxıb onları öldürənlərə yaxşılığı əmr edib pis işlərdən çəkindirmə vəzifələrini yerinə yetirməyə çalışdılar. Bu dəfə gündüzün sonunda onların da hamısını öldürdülər. Bax, Allah təalanın bəhs etdiyi kəslər bunlardır.» Bunu ibn Cərir də Əbu Ubeyd əl-Vassabi Muhəmməd ibn Hafsdan, o da ibn Humerdən, o da Əsəd oğullarının müttəfiqi Əbul-Həsəndən, o da Məkhuldan da bu cür rəvayət etmişdir.

    Abdullah ibn Məsud (radiallahu anhu) demişdir: «İsrail oğulları gündüzün əvvəlində üç yüz peyğəmbər öldürdülər, sonunda da tərəvəz bazarlarını qurdular.» Bunu İbn Əbi Hatim rəvayət etmişdir. Buna görə də, haqqı qəbul etməyib yaradılanları alçaltdıqda, Allah təala da onlara bərabər şəkildə dünyada xor görülmək və alçaqlıq, axirətdə də alçaldıcı əzabla qarşılıq verdi və “onları üzücü bir əzabla müjdələ” buyurdu. Yəni, əzabverici və alçaldıcı deməkdir. “Onların əməlləri dünyada da, axirətdə də puç olmuşdur. Onlar üçün köməkçilər da yoxdur”.

  • 22

    Onların əməlləri həm bu dünyada, həm də axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır.

    21-ci ayənin təfsirinə bax.

  • 23

    Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə üz çevirir­.

    Allah Təala əllərindəki iki kitaba əsaslandıqlarını iddia edən  yəhudi və xristianları rədd edərək belə buyurur. Bu kitablar da Tövrat ilə İncildir. Allaha itaət edərək, O kitablarla hökm edib Muhəmmədə (səlləllahu aleyhi və səlləm) tabe olmağa   dəvət edildikləri zaman, onlar üz döndərərək arxa çevirərlər. Bu da onları həddindən artıq şəkildə qınamaqdır, müxalifət etmələri və inadkarlıqlarına görə onları ifşa etməkdir. Sonra Allah Təala belə dedi: “Bunun səbəbi budur: Çünki onlar: atəş bizə ancaq bir neçə gün toxunar, dedilər” yəni Allaha qarşı yalan iddiaları onları haqqa müxalif olmağa sövq etmiş və sürükləmişdir. Onlar dünyadakı hər min ilə qarşılıq yeddi gün əzab görəcəklərini iddia edirdilər. Bunun təfsiri də Əl-Bəqərə surəsində keçmişdir.

    Sonra Allah Təala belə dedi: “Uydurduqları şeylər onları dinləri haqqında aldatmışdır” yəni etdikləri günahlara görə atəşin ancaq müəyyən günlərdə onlara toxunacağını güman edərək özlərini aldatmaları onları batil dinləri barədə əmin etmişdir. Bu böhtanı onlar özləri uydurdular, bu barədə Allah tərəfindən bir əsas gəlmədi. Allah Təala onlara xəbərdarlıq edərək dedi: Şübhə edilməyən bir gündə onları topladığımız zaman necə olacaq?”yəni Allaha iftira etmiş, elçilərini yalanlamış, peyğəmbərlərini və yaxşılığı əmr edən, pislikdən çəkindirən alimlərini öldürdükləri halda halları necə olacaqdır? Allah onlardan bütün bunlar barədə soruşacaq və onları bu səbəbdən cəzalandıracaqdır. Buna görədir ki, Allah Təala: “Şübhə edilməyən bir gündə onları topladığımız zaman necə olacaq?” demişdir, yəni onun olmasında  və həyata keçməsində şübhə olmayan deməkdir. “Hər kəsə qazandığının əvəzi ödəniləcək, özlərinə də heç bir haqsızlıq edilməyəcək”.

  • 24

    Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı.

    23-cü ayənin təfsirinə bax.

  • 25

    Şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?

    23-cü ayənin təfsirinə bax.

  • 26

    De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.

    Allah Təala deyir ki, Ey Muhamməd, Rəbbini ucaldaraq, Ona təvəkkül edərək, Ona şükr edərək və işini Ona həvalə edərək de ki, “Ey mülkün sahibi” yəni bütün mülk sənindir, deməkdir. “Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan.” Yəni verən sənsən, verməyən də sənsən. Sənin hər istədiyin olar istəmədiyin olmaz. Bu ayədə Allahın Rəsuluna və bu ümmətə verilən nemətlərə şükür edilməsinə diqqət və yönəltmə vardır. Çünki Allah Təala peyğəmbərliyi İsrail oğullarından alıb, ərəb, yazıb oxuması olmayan, Qureyşli və Məkkəli olan sonuncu Peyğəmbərə yönəltmişdi. O peyğəmbər ki, bütün insanlara və cinlərə göndərilmişdi. Allah ondan əvvəlki bütün gözəllikləri onda toplamışdı. Heç bir peyğəmbərə və heç bir rəsula vermədiyi, Allah və Onun şəriəti barədə elmi ona vermişdir. Onu keçmiş və gələcək qeyblərə bələd etmiş, axirət həqiqətlərini ona açmışdır. Ümmətini dünyanın şərqlərinə və qərblərinə yaymışdır. Dinini və şəriətini digər din və şəriətlərdən üstün etmişdir. Allahın salavat və salamı gecə və gündüz bir birini qovaladığı müddətdə qiyamətə qədər Onun üzərinə olsun.

    Buna görə də De: “Ey mülkün sahibi Allahım!” demişdir, yəni xəlq etdiklərini idarə edən Sənsən. İstədiyini edərsən. Necə ki, Allah Təala etdiyi işlərdə özünə hakimlik etməyə cəhd edənləri rədd edərək belə demişdir: “Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?” (Zuxruf, 32). Yəni, biz xəlq etdiklərimizi istədiyimiz kimi, heç kim tərəfindən mane olunmadan idarə edərik. Üstün hikmət və qarşı gəlinməz dəlil bizimdir. Beləcə peyğəmbərliyi də istədiyinə verər. Necə ki, Allah Təala  “Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir.” (Ənam, 124) demişdir. Həmçinin  demişdir:   “Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik.” (İsra, 21).

    Hafiz İbn Əsakir öz tarix əsərində İshaq ibn Əhmədin həyatını rəvayət edərkən xəlifə Məmnun haqqında bu cür rəvayət etmişdir: «O, Rum diyarında bir sarayda himyər yazısı ilə belə bir  tablo gördü, ona bu yazı tərcümə edildi, orada deyilirdi: Allahın adı ilə! Gecə ilə gündüz bir birinə qarışması ilə, Səma ulduzları kainatda dövrə vurması ilə, mülkiyyət səltənəti sona çatan bir kraldan digərinə keçər. Ərş sahibinin mülkü isə əbədidir. Fani də deyil, ortaq da deyil.

    “Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan” yəni bunun uzunluğundan kəsib o birinin qısalığına əlavə edirsən, bu zaman bərabər olurlar. Sonra bundan alıb digərinə verirsən, fəqli olurlar. İlin yaz, yay,payız, qış olmaqla dörd fəsli də beləcə davam edir. “Ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan” yəni məhsulu toxumdan, məhsuldan toxumu, xurmanı tumundan, xurmadan tumunu, mömini kafirdən, mömindən kafiri, toyuğu yumurtadan, toyuqdan yumurtanı çıxarırsan. Bu məcra ilə gedən digər şeylər də belədir. “Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. Yəni istədiyinə sayı hesabı olmayan mal verərsən. Digəri üçün isə hikmət, iradə, istəmə və ədalət çərçivəsində məhdudlaşdırarsan.

    Təbərani demişdir: Bizə Muamməd ibn Zəkəriyyə əl-Ğalləbi danışdı, bizə Cəfər ibn Cisr ibn Fərqad danışdı, bizə atam danışdı, o da Amr ibn Malikdən, o da Əbul Cəvzadan, o da İbn Abbasdan (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Onunla dua etdiyində duaların qəbul olunduğu ismi-azam Ali İmran surəsinin bu ayəsindədir: «De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.»

  • 27

    Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.

    27-ci ayənin təfsirinə bax.

  • 28

    Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsənin Allah ilə heç bir əlaqəsi yoxdur. Ancaq onlardan çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.

    Allah Təala mömin qullarını kafirlərlə dostluq qurmaqdan və möminləri buraxıb onları dost etməkdən çəkindirdi. Sonra da buna görə təhdid edərək buyurdu: “Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur” yəni, Allahın bu qadağasını saymazsa Allahdan uzaqlaşmış olar. Necə ki, Allah Təala demişdir: “Möminləri qoyub kafirləri (özünüzə) dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?” (Ən-Nisə, 144). Başqa bir ayədə buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” (Əl-Maidə, 51). O buyurur: “Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz)… Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar.” (Əl-Mumtəhinə, 1).

    Allah Təala muhacir, ənsar və ərəb möminləri qoyub, digərlərini dost tutmaqdan bəhs  etdikdən sonra dedi: “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Əl-Ənfal, 73).

    “Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır” Yəni, yalnız bəzi ərazilərdə və ya vaxtlarda onların şərindən qorxan kəs müstəsnadır. O, daxildən və niyyəti ilə deyil, xaricdən onlardan çəkinə bilər. Necə ki, Buxari Əbud-Dərdadan onun belə dediyini rəvayət etmişdir: “Biz elə kimsələrin üzlərinə gülərdik ki, qəlblərimiz onlara lənət edirdi”.

    Səvri demişdir: İbn Abbas (radiyAllahu anhu): “Təqiyyə əməl ilə olmaz, ancaq dil ilə olar” demişdir. Əvfinin rəvayətində də İbn Abbas: “Təqiyyə ancaq dillə olar” demişdir. Əbul Aliyə, Əbuşşasa, Dəhhak və Rəbi ibn Ənəs də belə demişlər. Onların dedikləri sözü bu ayə gücləndirir: “Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.” (Ən-Nəhl, 106).

    Buxari demişdir: “Həsən Basri: “Təqiyyə qiyamətə qədər davam edəcəkdir” — demişdir.

    Sonra Allah Təala “Allah sizi Özündən çəkindirir” dedi. Yəni özünə müxalif olanları qəzəbindən, düşmənlərini dost, dostlarını düşmən bilənləri də şiddət və əzabı ilə qorxudur deməkdir. Sonra belə dedi: “Dönüş də ancaq Allahadır”. Yəni hər kəsə onun öz əməlinin müqabilini vermək üçün dönüş və gediş yalnız Onadır.

    İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Suveyd ibn Səid danışdı, bizə Muslim ibn Xalid danışdı, o da İbn əbi Hüseyndən, o da Abdurrahmən ibn Sabitdən nəql etdi ki, Amr ibn Meymun dedi: “Muaz ibn Cəbəl aramızda idi. O ayağa qalxıb dedi: “Ey Əvd oğulları (yəmənlilər). Mən, Allah Rəsulunun sizə göndərdiyi elçiyəm. Bilirsiniz ki, həqiqətən dönüş ya cənnətə və ya  cəhənnəmədir”.

  • 29

    De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.

    Allah Təala qullarına xəbər verir ki, O, sirləri, gizlində və aşkarda olanları bilir. Onların heç bir işi Ona gizli qalmaz. Onun elmi bütün hallarda, zamanlarda, günlərdə və bütün vaxtlarda onları əhatə etmişdir. Bu, göylərdə və yerdə olanların hamısına aiddir. Yer üzündəki bütün ərazilərdə, dənizlərdə və dağlarda olan bir zərrə, hətta ondan balaca bir şey Ona gizli qalmaz.

    “Allah hər şeyə qadirdir” yəni Onun qüdrəti bütün bunlara nüfuz edir.

    Bu da qulları üçün Özündən qorxmağa və çəkinməyə bir xəbərdarlıqdır ki, qadağan etdiyi və Onu qəzəbinə gələn şeyləri etməsinlər. Çünki O, onların etdikləri hər bir işi biləndir. Onların cəzasını tez verməyə gücü çatır. Onlardan bəzisinə də möhlət verər. Sonra onları güclü birinin tutması kimi tutar. Ona görə də bundan sonra  “O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcək” demişdir. Yəni qiyamət günündə qulların etdikləri bütün xeyir və şəri hazır edir. Necə ki, buyurur: “O gün insana əvvəllər etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.” (Əl-Qiyamə, 13). Yaxşı əməllərini gördükdə sevinər və fərəhlənər, pisləri də görəndə məyus olub əsəbiləşər və çox istəyər ki, onlardan uzaqlaşsın və aralarında əbədi uzaqlıqda bir məsafə olsun. Necə ki, dünyada onun yanında olan və onu bu pis işlərə sövq edən şeytanına deyər: “Nəhayət, o, hüzurumuza gəldikdə deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı )uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” (Əz-Zuxruf, 38).

    Sonra Allah Təala təkid, təhdid və qorxudaraq “Allah sizi Özündən çəkindirir” buyurur. Yəni, sizi əzabı ilə qorxudur deməkdir. Sonra uca Allah, qullarını onun rəhmətindən ümidini kəsməmələri və lütfündən məyus olmamaları üçün ümidləndirərək “Allah qullarına Şəfqətlidir” dedi. Həsən Bəsri demişdir: “Onları Özündən çəkindirməsi onlara olan şəfqətindən sayılır.” Başqası belə demişdir: “Məxluquna qarşı çox mərhəmətlidir. Onun doğru yolunda və möhkəm dinində düzgün getmələrini və şərəfli elçisinə tabe olmalarını istəyir”.

  • 30

    O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.

    29-cu ayənin təfsirinə bax.

  • 31

    De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

    Bu ayə, Muhəmmədin (sallallahu aleyhi və səlləm) yolu ilə getməyib Allah sevgisini iddia edən hər kəsə hökm edir. Çünki o, Muhəmmədin (sallallahu aleyhi və səlləm) şəriətinə və peyğəmbər dininə bütün sözlərində və hallarında tabe olmayınca, öz hərəkətlərində yalançı sayılacaq. Necə ki, səhih hədisdə varid olmuşdur ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: “Kim bizim əmrimiz olmayan bir əməl edərsə, o rədd olunar”. Buna görə də “De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” demişdir. Yəni, onu sevmək istəyinizdən əlavə bir şey əldə edərsiniz ki, bu da Onun da sizi sevməsidir. Necə ki, hikmət sahibi olan alimlərdən biri buyurmuşdur: “Məsələ sevmək deyildir, əsl məsələ sevilməkdir”. Həsən Bəsri ilə digər sələf alimləri də belə demişdir: “Bəziləri Allahı sevdiklərini iddia etmişlər, Allah da onları bu “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” ayəsi ilə imtahan etmişdir.

    İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Əli ibn Muhəmməd ət-Tənəfəsi danışdı, bizə Ubeydullah ibn Musa o da Abdul-Əla ibn Ayən danışdı, o da Yəhya ibn əbi Kəsirdən, o da Urvədən nəql etdi ki, Aişə (radıyallahu anha) demişdir: “Din sevmək və nifrət etməkdən ibarət deyilmi? Allah Təala “De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” demişdir”. Əbu Zura: “Bu, Abdul Əla münkər hədisçidir” demişdir.

    Sonra Allah Təala buyurur: “və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” yəni, Rəsulullaha (sallallahu aleyhi və səlləm) tabe olmaqla onun elçilik bərəkəti ilə bütün bunları əldə etmiş olursunuz.

    Sonra Allah Təala ümumən və xüsusən hər kəsə əmr edərək buyurur: “De: “Allaha və (göndərdiyi )Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”. Bu, Onun yoluna müxalif olmanın küfrə səbəb olacağına dəlildir. Allah bu vəsfdə olanları sevməz. Hətta o, Allahı sevdiyini və Ona yaxın olmaq istədiyini iddia etsə və öz içində bunu düşünsə belə, ümumi olaraq bütün insan və cinlərə göndərilən son və yazıb oxumağı bilməyən peyğəmbərə tabe olmadıqca Allah onu sevməz. O elə bir peyğəmbərdir ki, əgər nəbilər, hətta rəsullar və hətta onlardan ulul-azım (yəni, böyük rəsullar) olanlar belə onun zamanında gəlsəydi, ona tabe olmaqdan, ona itaət etməkdən və şəriətini tətbiq etməkdən başqa çarələri olmazdı. Necə ki, bunun izahı “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış “ ayəsində gələcəkdir.

  • 32

    De: “Allaha və Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.

    31-ci ayənin təfsirinə bax.

  • 33

    Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.

    Allah Təala bu evləri yer üzünün digər bölgələrinə nisbətdə daha üstün etdiyini xəbər verir. Adəmi seçdi, onu Öz əlləri ilə yaratdı, ona Öz ruhundan üfürdü, mələkləri səcdə etdirdi, hər şeyin adlarını öyrətdi və cənnətinə yerləşdirdi. Sonra onu ordan hikmət ilə yerə endirdi.

    Nuhu da seçdi və onu yer üzünə göndərdiyi ilk rəsul etdi. Çünki insanlar bütlərə sitayiş edirdilər və Allahın dəlil endirmədiyi şeyləri Ona şərik qoşurdular. O da onlardan intiqamını aldı. Aradan uzun zaman keçdi, onları gecə-gündüz, gizli və açıq Allaha dəvət etdi. Bu da uzaqlaşmalarından başqa bir şeyi artırmadı. O da onlara bəd dua etdi. Allah da onların sonuncusuna qədər suda qərq etdi. Aralarından onunla göndərdiyi dininə tabe olanlardan başqa heç kimsə xilas olmadı.

    İbrahim ailəsini də seçdi. İnsanlığın baş tacı, mütləq olaraq peyğəmbərlərin sonuncusu Muhəmməd (sallallahu aleyhi və səlləm) də onun nəslindəndir. İmran ailəsinə gəldikdə bu İmrandan qəsd Məryəmin atası olandır. Məryəm də İmranın qızı, İsanın (əleyhissalam) anasıdır. Allahın salamı o ikisinin üzərinə olsun. Muhəmməd ibn İshaq ibn Yasar (rahmətullahi aleyh) demişdir: “O, İmran ibn Yaşim ibn Əmun ibn Mişa ibn Həzqiyə ibn Əhriq ibn Yusim ibn Əzariya ibn Əmyisa ibn Yavəş ibn Əcrihu ibn Yazəm ibn Yəhfəşat ibn İnşa ibn Əbyan ibn Raxian ibn Suleyman ibn Davuddur. Allahın salamı o ikisinin üzərinə olsun. Bu vəziyyətdə İsa (əleyhissalam) İbrahim nəslindən gəlmiş olur. Necə ki, bu da inşallah Əl-Ənam surəsində gələcəkdir. Güvənimiz Allahadır.

  • 34

    Onlar biri digərindən olan bir nəsil idilər. Allah Eşidəndir, Biləndir.

    33-cü ayənin təfsirinə bax.

  • 35

    Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

    İmranın bu zövcəsi, Məryəmin anasıdır. O, Hannəh binti Faquzdu. Muhamməd ibn İshaq demişdir. O, hamilə qalmayan bir qadın idi. Bir gün bir quşun öz balasını yemlədiyini gördü və ürəyi uşaq istədi. İzzət və cəlal sahibi Allaha ona bir övlad verməsi üçün dua etdi. Allah da onun duasını qəbul etdi. Əri onunla yatdı, o da ondan hamilə qaldı. Hamilələyi açıq-aydın bilindiyi zaman onun azad bir qul olmasını niyaz etdi. Yəni, ibadətə bağlı və Beytul müqəddəsin xidmətinə verilmiş ixlaslı biri olmasını nəzir etdi. “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən” dedi.  Yəni, duamı eşidən, niyyətimi bilənsən, dedi. Bətnindəkinin oğlan və ya qız olduğunu bilmirdi. “Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” — Allah onun nə doğduğunu daha yaxşı bilirdi”. ”doğduğunu” sözü birinci şəxsin təki formasında “vadatu” oxunmuşdur. Bu da qadının sözünün tamamıdır. “Vadaat” şəklində də Allahın sözü olaraq oxunmuşdur.

    “Axı oğlan qız kimi deyildir” yəni qüvvətdə, ibadətə dözümlülükdə və Məscidul Əqsaya xidmətdə, deməkdir. “Mən onun adını Məryəm qoydum” Burada uşağın anadan olan günü ona ad qoyulmasının icazəli olması haqqında  dəlil vardır. Necə ki, mətndən açıq-aydın başa düşülən də budur. Çünki o, bizdən əvvəlkilərin şəriətindən idi. Rəvayət  edilmiş və təsdiqlənmişdi.  Rəsulullahın (salləllahu aleyhi və səlləm) sünnəti də bu şəkildə sabit olmuşdur. Belə ki, o: ”Bu gecə bir oğlum oldu; ona atam İbrahimin adını verdim”, demişdir. Bunu Buxari ilə Müslim rəvayət  etmişdirlər.

    Bundan başqa həmin iki kitabda bu cür də rəvayət edilmişdir: “Ənəs ibn Malik yeni doğulmuş qardaşını Rəsulullaha (salləllahu aleyhi və səlləm) gətirdi. O da xurmanı ağzında əzib uşağın dodağına sürtdü və ona Abdullah adını qoydu.” Buxarinin Səhihində bir adam: “Ey Allahın Rəsulu, bu gecə bir oğlum oldu. Ona nə ad verim? dedi”, O da, “Uşağına Abdurrahman adını ver” – dedi.

    Habelə, “Səhih” əsərində gəlmişdir: Əbu Useyd, ağzına xurma şirnisi sürtmək üçün oğlunu gətirdikdə, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) başqa bir işlə məşğul idi. Atasına onu evə aparmağı əmr etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) məclisdə onu xatırladıqda, ona Munzir adını qoydu.” Qatadənin Həsəndən, onun da Səmurə ibn Cündəbdən rəvayət etdiyinə görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Hər oğlan uşağı əqiqinin girovudur. Yeddinci gün əqiqi kəsilər, adı qoyular və  başı qırxılar” hədisinə gəldikdə, onu İmam Əhməd ilə Sünən sahibləri rəvayət etmişdirlər. Tirmizi onun bu sözlərlə səhih olduğunu demişdir. “Qanı axıdılar” şəklində də rəvayət edilib və o, daha salamat və əzbəri daha qüvvətli bir rəvayətçinin nəqlidir. Allah çox bilir.

    Eyni şəkildə, Zubeyr ibn Bəkkar da “Ən-Nəsəb” kitabında rəvayət etmişdir. Orada deyilir: Rəsulullah (salləllahu aleyhi və səlləm) oğlu İbrahimə yeddinci gün əqiq qurbanı kəsdi və ona İbrahim adını qoydu.” Bunun sənədi salamat deyil və “Səhih” əsərindəki hədisə ziddir. Əgər doğru olduğu fərz edilsəydi belə, yeddinci gündə adını bəyan etdiyi kimi yozulardı. Allah çox bilir.

    Məryəmin anasının “onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm” sözü, onu və zürriyətini şeytanın şərrindən Allahın himayəsinə verdim, deməkdir. Zürriyəti də İsa əleyhissalamdır. Allah da onun duasını qəbul etdi. Necə ki, Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da İbn Museyyibdən, o da Əbu Hüreyrədən (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Hər doğulan uşağa doğulduğu zaman mütləq şeytan toxunar, o da onun toxunduğu üçün səs çıxardar. Ancaq Məryəm ilə oğlu bundan istisnadır.” Sonra Əbu Hüreyrə: “İstəsəniz “onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm” ayəsini oxuyun” – dedi. Buxari ilə Müslim də Abdurrəzzaqdan rəvayət etmişdir. Onu İbni Cərir də, Əhməd ibn Əl-Fərəcdən,  o da Baqiyyədən, o da Zubeydidən, o da  Zuhridən, o da  Əbu Sələmədən, o da Əbu Hüreyrədən o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) oxşar şəkildə rəvayət etmişdirlər. Qeysdən, o da Aməşdən, o da Əbu Salehdən, o da Əbu Hüreyrədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Doğulan hər uşağı şeytan mütləq bir və ya iki dəfə sıxar. Ancaq Məryəmin oğlu ilə Məryəm bura aid deyil.” Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm)  “onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm” ayəsini oxudu. Bunu Əladan, o da atasından, o da Əbu Hüreyrədən rəvayət etmişdir. Müslim də onu ƏbutTahirdən, o da İbn Vəhbdən, o da Amr ibn Hərisdən, o da Əbu Yunusdan, o da Əbu Hureyrədən rəvayət etmişdir. Onu İbni Vəhb də, İbni Əbu Zibdən, o da Muşmailin azad edilmiş qulu Aclandan, o da Əbu Hureyrədən rəvayət etmişdir. Onu Muhamməd ibn İshaq da, Yəzid ibn Abdullah ibn Qusaytdən, o da Əbu Hureyrədən,  o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) hədisin əsli ilə rəvayət etmişdir. Onu  bu şəkildə Zeyd ibn Sad da Cəfər ibn Rəbiədən, o da Abdurrahman ibn Hurmuz əl-Ərəcdən rəvayət edərək demişdir: Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Şeytan hər Adəm oğlu doğularkən onu yanından dürtmələyər, ancaq Məryəm oğlu İsa bundan xaricdir. Belə ki, onu da dürtmələməyə getdi, lakin pərdəni dürtmələdi.”

  • 36

    Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan Sənə həvalə edirəm”.

    35-ci ayənin təfsirinə bax.

  • 37

    Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”

    Rəbbimiz ona anasından bir nəzir olaraq qəbul etdiyini və onu “gözəl bir bitki kimi yetişdirdiyni”xəbər verir. Yəni, ona cəlbedici bir şəkil, qəlbə yatımlı surət verdiyni, ona qəbul etmənin səbəblərini nəsib etdiyini və onu yaxşılara yaxınlaşdırdığını xəbər verir. O, da onlardan elm, xeyir və din öyrəndi. Buna görə də “və kəfələhə Zəkəriyyə”, bir qiraətdə isə «fə» hərfi şəddəli olaraq “və kəffələhə Zəkəriyyə” oxunmuşdur. Zəkəriyyə  sözü məful sayılaraq nasb edilmişdir. Yəni, Zəkəriyyəni ona baxmağa mükəlləf etmişdir.

    İbn İshaq demişdir: Buna səbəb Məryəmin yetim olması idi. İsrail övladlarında bir il müddətində qıtlıq baş verdi. Zəkəriyyə də bu vəziyyətdə Məryəmə qulluğu öhdəsinə götürdü. İki görüş arasında uyğunzusluq yoxdur. Allah daha yaxşı bilir. Allah, ona baxması üçün Zəkəriyyəni mükəlləf etdi ki, o xoşbəxt olsun. Bununla da ondan çox faydalı bilik və saleh əməllər öyrənəcəkdi. O, Məryəmin xalasının əri idi. Necə ki, İbn İshaq, İbn Cərir və digərləri bu cür demişlər. Həmçinin, bacısının əridir də deyilmişdir. Necə ki, Buxari Səhihində “Bir də Yəhya və İsa ilə görüşdüm, onlar xala uşaqlarıdır” deyilmişdir. Bəzən də ümumi şəkildə İbn İshaqın dediyi kimi islənir. Buna əsasən xalasının himayəsinə verilmiş olur. Səhihdə belə sabit olmuşdur ki, Rasulullah (səlləllahu aleyhi və səlləm), Həmzənin qızı Umurəni xalasının himayəsinə vermişdi. O da Cəfər ibn Əbu Talibin zövcəsi idi. Rasulullah (səlləllahu aleyhi və səlləm): “Xala ana yerindədir” demişdir.

    Sonra Allah Təala, Məryəmin üstünlüyündən və ibadət yerindəki hörmətindən bəhs edib Zəkəriyya hər dəfə onun yanına mehraba  daxil olduqda, onun yanında ruzi olduğunu görərdi.buyurdu. Mücahid, İkrimə, Səid ibn Cubeyr, Əbuşşaşa, İbrahim Nəxai, Dahhak, Qatadə, Rəbi ibn Ənəs, Atiyyə əl-Avfi və Suddi demişdi: «Yəni, yanında qış vaxtı yay meyvəsi, yay vaxtı qış meyvəsi olurdu».

    Mücahid də …onun yanında ruzi olduğunu görərdi. barədə: «Elm tapırdı» –demişdi. Yaxud: «İçində elm qeyd olunan səhifələr tapırdı» – demişdi. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. Birincisi daha sağlam rəvayətdir. Burada övliyaların kəramətinə dəlalət vardır. Sünnətdə bunun çoxsaylı bənzərləri vardır. Zəkəriyyə onun yanında bunu gördükdə: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” yəni, haradan gəlir, dedi. (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.”

    Hafiz Əbu Yəla demişdir: Bizə Səhl ibn Zəncələ danışdı, bizə Abdullah ibn Salih danışdı, bizə Abdullah ibn Ləhia danışdı, o da Muhamməd ibn Munkədirdən, o da Cabirdən rəvayət etdi ki, Rasulullah (səllallahu aleyhi və səlləm) bir neçə gün bir şey yeməmişdi, çox çətin vəziyyətə düşmüşdü. Zövcələrinin otaqlarını gəzdi, heç birinin yanında bir şey tapmadı. Fatimənin yanına gəlib: “Ey qızım, yanında yeməyə nəsə varmı, mən acam» – dedi. O da: «Xeyr vallahi, atam-anam sənə fəda olsun» – dedi. Rasulullah (səllallahu aleyhi və səlləm) onun yanından çıxdıqda, bir qonşusu Fatiməyə iki lavaş çörəyi ilə bir parça ət göndərdi. Fatimə ondan aldı və onu bir kasaya qoydu və: “Vallahi, bununla Rasulullahı nəfsimdən və yanımdakılardan daha üstün tutacam» – dedi. Hamısı da qarınlarını doyduracaq bir şeyə möhtac idilər. Həsəni və ya Hüseyni Rasulullahın (səllallahu aleyhi və səlləm) yanına göndərdi. O, da qızının yanına qayıtdı. Fatimə ona: “Canım sənə fəda olsun, Allah bəzi şeylər göndərdi, mən də sənin üçün saxladım” – dedi. O, da: “Gətir, qızım” – dedi. Fatimə deyir: «Kasanı ona gətirdim. O açdıqda, ət və çorəklə dolu olduğunu gördü.» Fatimə də ona baxdıqda heyrət etdi və onun Allahdan gələn bir bərəkət olduğunu anladı. Allaha həmd, Nəbisinə salavat gətirdi və onu Rasulullaha (səllallahu aleyhi və səlləm) təqdim etdi. O da gördükdə Allaha həmd etdi və dedi: “Ey qızım, bu səndə haradandı?» O dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.” Sonra Allaha həmd etdi və dedi: «Səni, ey qızım! İsrail oğulları qadınlarının xanımı Məryəmə bənzədən Allaha həmd olsun. Allah ona bir ruzi verdikdə bu barədə soruşulurdu. O da deyirdi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.” Rasulullah (səllallahu aleyhi və səlləm) Əliyə də xəbər göndərdi. Sonra da Rasulullah (səllallahu aleyhi və səlləm), Əli, Fatimə, Həsən, Hüseyn, Rasulullahın (səlləllahu aleyhi və səlləm) bütün zövcələri və bütün əhli beyti doyana qədər yedilər. Fatimə deyir: «Kasa olduğu kimi qaldı. Qalanlarını bütün qonşulara payladım. Allah ona bərəkət və çoxlu xeyir vermişdi.»

  • 38

    Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.

    Zəkəriyyə aleyhissalam, Allahın Məryəmə qış meyvəsini yayda, yay meyvəsini də qışda verdiyini görəndə, o zaman uşağa həvəsləndi. Yaşlı bir adam idi. Sümükləri yumşalmış, saçları ağarmışdır. Üstəlik yoldaşı da yaşlı və sonsuz idi. Ancaq o bütün bunlara baxmayaraq Rəbbindən istədi və Ona gizli nida etdi və dedi: “Öz tərəfindən mənə bəxş et!” yəni, Öz yanından “pak bir nəsil” yəni, saleh bir oğul ver. “Şübhəsiz ki, Sən duaları Eşidənsən.” Allah da buyurdu: “O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar” yəni, mələklər ona şifahi xitab etdilər, o mehrabda, tənha olarkən, yalvarma və dua vəziyyətində, namaz qılarkən. Sonra Allah təala mələklərin ona müjdələdiyi barəsində xəbər verdi: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən Yəhya ilə müjdələyir”, yəni öz nəslindən Yəhya adlı bir uşaqla deməkdir. Qatadə və başqaları demişdir: Ona Yəhya deyilməsi, Allah təalanın ona iman ilə həyat verməsindəndir.

    Allah tərəfindən olan Kəlməni təsdiq edən”, Avfi və digərləri İbn Abbasdan rəvayət etmişlər; Həsən, Qatadə, İkrimə, Mucahid, Əbuşasa, Suddi, Rəbi ibn Ənəs, Dəhhak və digərləri bu ayə barəsində demişlər: “Allah tərəfindən olan Kəlməni təsdiq edən” yəni, Məryəm oğlu İsanı. Rabi ibn Ənəs demişdir: «O, Məryəm oğlu İsanı ilk təsdiq edəndir.» Qatadə demişdir: «Onun sünnələri (qayda-qanun və yolu) və mənhəcləri (üslub və metodları) üzərində idi.» İbn Cureyc dedi: İbn Abbas “Allah tərəfindən olan Kəlməni təsdiq edən” ayəsi barəsində demişdir: «Yəhya ilə İsa xala oğlu idilər. Yəhyanın anası Məryəmə deyərdi: «Mən qarnımdakını sənin qarnındakına səcdə etdiyini hiss edirəm.» Bu onun İsanı təsdiq etməsidir. Onu anasının qarnında ikən təsdiq etmişdir. O, İsanı ilk təsdiq edəndir. Allahın kəlməsi də İsadır. O, İsadan daha böyükdür.» Suddi də belə demişdir.

    Əbul Aliyə, Rəbi ibn Ənəs, Qatadə, Səid ibn Cubeyr və digərləri “Seyid” sözünün «Hikmət sahibi» olduğunu demişlər.  Qatadə demişdir: «Elmdə və ibadətdə seyid.» İbn Abbas, Səvri və Dəhhak demişlər: «Seyid – hikmət və təqva sahibidir.» Səid ibn Musəyyəb demişdir: «Fəqih və alimdir.» Atiyyə demişdir: «Yaradılış və dində seyid.» İkrimə demişdir: «O elə bir adamdır ki, qəzəb ona qalib gələ bilmir.» İbn Zeyd demişdir: «Şərəflidir.» Mucahid ilə bir başqası da demişlər: «Allah qatında qiymətlidir.»

    Nəfsinə hakim” İbn Məsud, İbn Abbas, Mucahid, İkrimə, Səid İbn Cubeyr, Əbuş-Şasa və Atiyyə əl-Avfidən belə dedikləri nəql olunur: «Qadınlara yaxınlaşmayan.» Əbul Aliyə və Rəbi ibn Ənəs demişlər: «Uşağı olmayan.» Dəhhak demişdir: «Uşağı olmayan və kişilik suyu da olmayan.»

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Yəhya ibn əl-Muğira danışdı, bizə Cərir xəbər verdi, o da Qabusdan, o da atasından, o da İbn Abbasdan onun “nəfsinə hakim”  sözü haqqında belə dediyini rəvayət etmişdir: «Bel suyu gəlməyəndir.» İbn Əbu Hatim bu mövzuda çox qəribə bir hədis rəvayət etmişdir: Bizə Əbu Cəfər Muhəmməd ibn Qalib əl-Bağdadi danışdı, mənə Səid ibn Süleyman danışdı, bizə Abbad ibn Əvvam danışdı, o da Yəhya ibn Səiddən, o da Səid ibn Musəyyəbdən, o da İbn Asdan – Abdullah və yaxud Amr olduğu bilinmir – o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “seyyidən və hasuran” kəlamı haqqında belə dediyini rəvayət etmişdir: «Yerdən bir şey götürdü, onun kişilik orqanı belə idi» – dedi.

    Sonra İbn Əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Yəhya ibn Səid əl-Qəttan danışdı, o da Yəhya ibn Səid əl-Ənsaridən, belə ki, o, Səid ibn Musəyyəbdən eşitdi, o da Abdullah ibn Amr əl-Asdan : «Allahın qullarından kimsə onun hüzuruna günahsız çıxa bilməz, yalnız Zəkəriyyə oğlu Yəhya istisnadır.» Sonra Səid “seyyidən və hasuran” kəlamını oxudu və yerdən bir şey götürüb dedi: «Hasur bunun kimi olan kişilik orqanıdır.» Yəhya ibn Səid əl-Qəttan da şəhadət barmağının ucuna işarə etmişdir. Bu hədisin məvquf isnadı mərfudan daha səhihdir. Hətta mərfunun səhihliyinə şübhə vardır. Allah ən doğrusunu biləndir.

    İbn Munzir təfsirində demişdir: Bizə Əhməd ibn Davus Simnani danışdı, bizə Suveyd ibn Səyid danışdı, bizə Əli ibn Mishər danışdı, o da Yəhya ibn Səiddən, o da Səid ibn Musəyyəbdən belə dedi: Abdullah ibn Amr ibn al-Asdan eşitdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Allahın hüzuruna çıxan hər bir qul mütləq günahla çıxacaq, ancaq Zəkəriyyənin oğlu Yəhyə istisnadır. Çünki Allah onun haqqında “seyyidən və hasuran” demişdir. Onun kişilik orqanı bu libasın saçağı kimidir, deyərək barmaqlarının ucu ilə işarə etdi.

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə İsa ibn Həmmad ilə Muhəmməd ibn Sələmə əl-Muradi danışdı, ikisi də bizə Həccac ibn Suleyman əl-Muqri danışdı, dedilər, o da Leys ibn Saddan, o da Muhəmməd ibn Əclandan, o da Qaqadan, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: «Allah, hüzuruna gələn bütün Adəm oğullarını günahlarına görə əzab verər yaxud mərhəmət edər, ancaq Zəkəriyyə oğlu Yəhya bundan istisnadır. Çünki o seyid və hasur idi, salehlərdən bir peyğəmbər idi, deyərək, palçıqlı bir yerə tərəf əyildi və onu götürdü. Sonra dedi: «Onun orqanı bu palçıq kimi idi.»

    Qazi İyad Şəfa kitabında demişdir: Bil ki, Allahın Yəhyanı “hasur” olaraq mədh etməsi, bəzilərinin dediyi kimi onun çənkingən olması və kişilik orqanının naqisliyindən deyildir. Belə ki, böyük təfsirçilər və tənqidçi alimlər bu görüşü qəbul etməmiş: «Bu bir əskiklik və qüsurdur, peyğəmbərlərə yaraşmaz» – demişlər. Bunu əsil mənası onun günahlardan məsum olmasıdır. Yəni, günahlar ona yaxınlaşmaz, o qorunmuşdur. Sanki o, günahlardan hasarlanmışdı. Bəziləri demişlər: Nəfsini şəhvətdən uzaq edərdi. O, qadınlara şəhvət hiss etməzdi də, deyilmişdir. Bundan başa düşülür ki, gücün yetməməsi bir əskiklikdir. Əsil fəzilət, qadir olduğu halda ona nəfsi ilə mübarizə edərək mane olmaqdır, məsələn, İsa kimi. Yaxud Allahın qoruması ilə mane olmaqdır, məsələn Yəhya kimi. Sonra o, şəhvətə gücü çatan və bunu  yerinə yetirən və Rəbbinin yanındakı yüksək dərəcəsinə mane olmayan haqqındadır. O, Peyğəmbərimizin  (salləllahu aleyhi və səlləm) dərəcəsidir. Qadınların çoxluğu onu Allaha ibadətdə geriyə salmadı. Hətta onları qoruması, onları idarə etməsi, onlar üçün çalışması və onlara doğru yolu göstərməsi onun dərəcəsini artırdı. Hətta qadınlar başqalarının dünya zövqləri olduğu halda, onun zövqlərindən olmadığı açıqlanır: “Dünyanızdan mənə sevdirildi”. Qadi İyadın sözləri belədir. Məqsəd Yəhyanın nəfsini qoruması ilə mədh edilməsidir, qadınlara yaxınlaşmaması ilə deyil. Bunun mənası onun və digərlərinin dediyi kimi, çirkin şeylərdən və pisliklərdən özünü qorumasıdır. Bu da onun halal qadınlarla evlənməsinə və onlara yaxınlaşmasına və uşaq sahibi olmasına maneə deyil. Buna görə Zəkəriyyanın “Ey Rəbbim! mənə pak bir nəsil bəxş et” dediyi duasından uşağı olduğu da başa düşülə bilər. Sanki atası: Mənə elə bir övlad ver ki, onun nəsli və yerini tutacaq uşaqları olsun, dediyi kimidir. Allah ən doğrusunu biləndir.

    Əməlisalehlərdən bir peyğəmbər” bu da Yəhyanın doğulacağı müjdəsindən sonra peyğəmbər olacağını xəbər verən ikinci müjdədir. Bu birincidən daha yüksəkdir. Necə ki, Musanın anasına da “Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik” deyilmişdir. (Qasas, 7). Zəkəriyyə (aleyhissalam) bu müjdəni haqq olaraq alınca yaşlı vaxtında uşağı olmasına çaşqınlığa düşdü və dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?”. Mələk dedi: “Allah beləcə istədiyini edər”. Yəni Allahın əmri o qədər böyükdür, heç bir şey onu aciz etməz və heç bir şey ona böyük gəlməz. O da dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”, yəni uşağımın olacağına dair bir işarə göstər. O da “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır”. Yəni sağlam olduğun halda danışmayacaqsan. Necə ki, başqa ayədə ”sağlam olduğun halda üç gün danışmayacaqsan” (Məryəm, 10) deyilmişdir. Sonra ona bu vəziyyətdə çox zikr etməsini, təkbir gətirməsini və təsbih etməsini əmr etdi: “Rəbbini çox yad et və səhər-axşam təriflər de!

    İnşəAllah, Məryəm surəsinin əvvəlində başqa mövzularda daha geniş açıqlama ediləcəkdir.

  • 39

    O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, ağası, məhdudlaşdırılmış və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.

    38-ci ayənin təfsirinə bax.

  • 40

    O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Dedi: “Allah beləcə istədiyini edər”.

    38-ci ayənin təfsirinə bax.

  • 41

    O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Rəbbini çox yad et və səhər-axşam təriflər de!”

    38-ci ayənin təfsirinə bax.

  • 42

    Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.

    Bu Allah təalanın əmri ilə mələklərin Məryəmə xitabı barəsində xəbərdir. Allah onu çox ibadət etməsinə, zahid olmasına, şərəfinə, pislik və vəsvəsələrdən paklığına görə seçmişdir. Böyüklüyü səbəbi ilə onu ikinci dəfə aləmlərdəki qadınlardan üstün etdiyini xəbər verir.

    Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən onun “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: Əbu Hureyrə rəvayət edirdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurardı: “Dəvəyə minən qadınların ən xeyirlisi Qureyş qadınlarıdır. Onlar uşağa körpəliyində çox şəfqət göstərən, ərinin malını çox qoruyan qadınlardır. İmran qızı Məryəm isə dəvəyə heç minməmişdi.” Bunu yalnız Muslim rəvayət etmişdir. Onu Muhəmməd ibn Rafi ilə Abd ibn Humeyd, ikisi Abdurrəzaqdan bu cür rəvayət etmişlər.

    Hişam ibn Urvə demişdir: Atasından, o da Abdullah ibn Cəfərdən, o da Əli ibn Əbu Talibdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Dünya qadınlarının ən xeyirlisi İmranın qızı Məryəmdir, dünya qadınlarının ən xeyirlisi Huveylidin qızı Xədicədir.” Bunu iki Səhihdə Hişamdan bu cür rəvayət etmişlər.

    Tirmizi demişdir: Bizə Əbubəkr ibn Zəncəveyh danışdı, bizə Abdurrəzzaq danışdı, bizə Mamər danışdı, o da Qatadədən, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Dünya qadınlarından bunlar sənə yetər: İmran qızı Məryəm, Huveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə və fironun yoldaşı Asiyə.” Bunu yalnız Tirmizi rəvayət etmiş və səhihdir demişdir.

    Abdullah ibn Əbu Cəfər ər-Razi atasından demişdir: Sabit əl Bunani, Ənəs ibn Malikdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edərdi: “Dünya qadınlarının ən xeyirlisi dörddür: İmran qızı Məryəm, fironun yoldaşı Asiyə, Huveylidin qızı Xədicə və Rəsulullahın qızı Fatimə.” Bunu İbn Mərduveyh rəvayət etmişdir. İbn Mərduveyh, Şubənin yolundan, o da Muaviyyə ibn Qurradan, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Kişilərdən çoxu kamilliyə çatdı. Qadınlardan isə yalnız üçü kamilliyə çatdı: İmran qızı Məryəm, firon yoldaşı Asiyə və Xuveylidin qızı Xədicə. Aişənin də qadınlardan üstünlüyü, “Sərid” adlı yeməyin digər yeməklərdən üstünlüyü kimidir.”

    İbn Cərir demişdir: Mənə əl-Musənna danışdı, bizə Adəm əl-Əsqəlani danışdı, bizə Şubə danışdı, bizə Amr ibn Murrə danışdı, Murrə əl-Həmədanidən eşitdim, o da Əbu Musa əl-Əşaridən danışırdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kişilərdən çoxu kamilliyə çatdı, qadınlardan isə yalnız İmranın qızı Məryəm və fironun yoldaşı Asiyə kamilliyə çatdı.”

    Bunu Əbu Davud istisna olmaqla hamı Şubənin yolu ilə rəvayət etmişdir. Buxarini mətni belədir: “Kişilərdən çoxu kamilliyə çatdı, qadınlardan isə yalnız  fironun yoldaşı Asiyə və İmranın qızı Məryəm kamilliyə çatdı. Aişənin də qadınlardan üstünlüyü, “Sərid” adlı yeməyin digər yeməklərdən üstünlüyü kimidir.”

    Mən də bu hədisi və mətnlərini “əl-Bidəyə və Nihəyə” kitabımızda Məryəm oğlu İsanın qissəsində geniş araşdırdım. Həmd və minnət Allahadır.

    Sonra Allah mələklərdən xəbər verdi: Onlar Məryəmə çoxlu ibadət etməsini, mütilik göstərməsini, rükü və səcdə etməsini və əməllərini davamlı etməsini əmr etdi. Çünki Allah ona elə bir şey iradə və təqdir etmişdir ki, ondan əziyyət çəkəcəkdir. Uca qüdrətini onda göstərdiyi üçün onu iki dünyada ucaldacaqdı. Necə ki, ondan atasız bir övlad meydana gətirəcəkdir. O buyurur: “Ey Məryəm! Rəbbinə qunut et, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!”. Ayədə keçən qunut, mütilik ilə ibadət etməkdir. Allah buyurur: “Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona mütiliklə ilə baş əyir.” (əl-Bəqərə, 116).

    İbn Əbu Hatim demişdir: Bizə Yunus ibn Abdulalə danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə Amr ibn əl-Haris xəbər verdi, o da Səmhin atası Dərracdan, o da Əbul Heysəmdən, o da Əbu Səiddən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu demişdir: “Quranda zikr olunan hər bir qunut itaətdir.” Bunu İbn Cərir də, İbn Ləhiyədən, o da Dərracdan rəvayət etmişdir. Onda zəiflik vardır.

    Mucahid demişdir: Məryəm qiyamda o qədər durardı ki, topuqları şişərdi. Qunut namazda uzun rükü etməkdir. Yəni, Allahın “Ey Məryəm! Rəbbinə qunut et” əmrinə boyun əyərək belə edərdi.

    Həsən də: yəni, Rəbbinə ibadət et, demişdir. “səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!” yəni onlardan ol, deməkdir. Əvzai demişdir: Məryəm mehrabında rüküda, səcdədə və qiyamda o qədər donub qaldı ki, ayaqlarından sarı su axdı. Allah ondan razı olsun.

    Hafiz ibn Əsakir də onun tərcümeyi-halını qeyd edərkən demişdir: Bizə Muhəmməd ibn Yunus əl-Kudeymi danışdı – onun haqqında bəzi şeylər söyləmişlər – bizə Əli ibn Bəhr ibn Bərri danışdı, bizə Valid ibn Muslim danışdı, o da Əvzaidən, o da Yəhya ibn Əbu Kəsirdən onun “Rəbbinə qunut et, səcdə et” ayəsi barəsində bu cür dediyini danışdı: Səcdədə o qədər qaldı ki, gözlərinə sarı su gəldi.

    İbn Əbiddünyə demişdir: Bizə Həsən ibn Əbduləziz danışdı, bizə Damrə danışdı, o da İbn Şəvzəbdən, o dedi: Məryəm hər gecə qüsl edərdi. Sonra Allah təala Peyğəmbərini vəziyyətdən açıq-aydın xəbərdar etdikdən sonra dedi: “Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik” yəni sənə danışdığımız bu şeylər. “Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin” Yəni, ey Muhəmməd, yanlarında deyildin ki, barəsində gördüyün kimi xəbər verəsən. Sən orada olmuş kimi və savab qazanmaq üçün Məryəmi kim himayə altına götürəcək deyə püşk atdıqları hadisəyə sanki şahid olduğun kimi Allah səni xəbərdar edir.

    İbn Cərir demişdir: Bizə Qasım danışdı, bizə Hüseyn danışdı, mənə Həccac danışdı, o da İbn Cüreycdən, o da Qasım ibn Əbu Bəzzədən, ona İkrimədən xəbər vermişdir – və Əbubəkr, o da İkrimədən –, demişdir: Sonra onunla yəni, Məryəmin anası Məryəmlə çıxdı. Onu qundağı içində Musanın qardaşı Harunun oğullarından olan Bəni əl-Kəhinə gətirdi. Həmin günlərdə Beytul-müqəddəsə onlar baxırdı, bu günkü Kəbəyə baxanların durumunda idilər. Onlara dedi: Bu ləyaqətli qız uşağını götürün, mən onu bura verəcəyimə and içmişəm. Kilsəyə heyzli qadın girə bilməzdi. Onu evimə qaytara bilmərəm, dedi. Onlar dedilər: “Bu, imamımızın və qurban kəsməyi öyrədənin qızıdı.” İmran onlara namazda imam dayanırdı. Zəkəriyya dedi: Onu mənə verin, onun xalası mənim yoldaşımdır. Onlar dedilər: Buna könlümüz razı olmaz, o imamımızın qızıdır. Tövratı yazdıqları qələmlərlə püşk atdılar. Püşk Zəkəriyyəyə düşdü, o da onun himayədarı oldu.” İkrimə, Suddi, Qatadə, Rəbi ibn Ənəs və digərləri – onların danışdıqları bir-birinə qarışıb – demişlər: Onlar İordan çayına gedib orada püşk atdılar. Kimi qələmi üzməyib yerində dayansa o qazanacaqdır. Qələmləri atdılar, onların qələmləri üzüb getdi. Zəkəriyyanın qələmi yerində qaldı. Onun suyun axarına qarşı getdiyi də söylənilir. Bununla bərabər o böyükləri, seyidləri, alimləri, imamları və peyğəmbərləri idi. Allahın salavatı və salamı onun və digər peyğəmbərlərin üzərinə olsun.

  • 43

    Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!”

    42-ci ayənin təfsirinə bax.

  • 44

    Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.

    42-ci ayənin təfsirinə bax.

  • 45

    O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və yaxınlaşdırılmışlardan olacaqdır.

    Bu mələklərdən Məryəmə (əleyhissalam) onun şan-şöhrətli olan bir oğlunun olacağına dair bir müjdədir. Allah Təala buyurur: «O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir.» Yəni, onun meydana çıxması Allahın kəliməsi ilə olacaqdı. Yəni, ona “ol” deyər, o da dərhal olar, deməkdir. Bu “Allah tərəfindən olan Kəlməni təsdiq edən…” (Ali İmran, 39) kəlamının təfsiridir. Necə ki, yuxarıda qeyd edildiyi kimi, cumhur belə demişdir. “Adı, Məryəm oğlu İsa Məsih olan”  Yəni, dünyada bu adla məşhur olacaq, möminlər onu bununla tanıyacaq.

    Ona Məsih deyilmişdir. Sələfdən biri: “Çox səyahət etdiyi üçün” demişdir. Ayaqları “düzdaban” yəni düz olub çuxuru olmadığı üçün, deyilmişdir. Belə də deyilmişdir: O xəstələri sığalladığı zaman Allahın izni ilə yaxşılaşırdılar.

    Məryəm oğlu İsa” atası olamadığı üçün anasına nisbət edilmişdir. “Bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan”  yəni ona şəriət vəhy edəcəyini və ona kitab endirəcəyini və daha başqa ikramlar edəcəyi üçün onun Allah qatında bir dəyəri və bir yeri olacaqdır. Axirətdə Allahın icazə verdiklərinə şəfaət edəcək, digər ülul-azm peyğəmbərlər kimi şəfaəti qəbul ediləcəkdir. Allahın salamı onun və onların hamısının üzərinə olsun.

    “O, beşikdə ikən və yetkin çağında insanlarla danışacaqdır” yəni onları kiçik ikən bir möcüzə və ayə olaraq, tək və şəriksiz Allaha ibadətə dəvət edir. Orta yaşda ona vəhy göndərildiyi zaman da dəvət edər. “Salehlərdən olacaqdır” yəni, sözündə və işində yaxşılardan olacaqdır. Onun sağlam elmi və yaxşı əməli olacaqdır, deməkdir.

    Muhamməd ibn İshaq demişdir: Yəzid ibn Abdullah ibn Quseyddən, o da Muhamməd ibn Şurahbildən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) demişdir: «Uşaq ikən, ancaq İsa və Rahib Cureycin yanındakı uşaq danışdı.»

    İbn Əbi Hatim demişdir: Bizə Əbussaqr Yəhya ibn Muhamməd ibn Qəza danışdı, bizə Huseyn əl Mərvəzi danışdı, bizə Cərir yəni, İbn Hazim danışdı, o da Muhamməddən, o da Əbu Hüreyrədən rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) demişdir: “Beşikdə ikən ancaq 3 uşaq danışmışdır. İsa, Cüreycin dövründə bir uşaq və başqa bir uşaq.”

    Məryəm mələklərin Allahdan gələn bu müjdəsini eşitdikdə, yalvarışında dedi: «Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Deyir ki, bir uşaq məndən necə ola bilər ki, mənim ərim yoxdur, evlənmək də istəmirəm. Allah qorusun, fahişə də deyiləm. Bir mələk ona Allah adından bu suala belə cavab verdi: “Allah beləcə istədiyini yaradır.”  Yəni bu əmr uca Allahdandır, heç bir şey onu aciz etməz, deməkdir.

    Burada açıq aydın, “Allah beləcə istədiyini yaradır” demiş “edər” deməmişdir. Necə ki, Zəkəriyya qissəsində də belə demişdir. Burada yaratmağı açıq aydın  tələffüz etmişdir ki, batilə yönəlmiş birinin şübhəsi olmasın. Bunu da belə möhkəmləndirdi:  “O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”  yəni bir an belə gecikməz, tam əksinə əmrin ardınca zaman keçmədən meydana gələr.  Necə ki, demişdir: “Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.” (Qəmər, 50)  yəni, sadəcə olaraq bir dəfə əmr edirik, o da göz qırpımı sürəti ilə olur.

     

  • 46

    O, beşikdə ikən, yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”.

    45-ci ayənin təfsirinə bax.

  • 47

    dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.

    45-ci ayənin təfsirinə bax.

  • 48

    Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

    Allah  Təala mələklərin Məryəmə tam müjdəsini xəbər verərək, Məryəm oğlu İsa barədə buyurur: “Allah ona kitabı, hikməti öyrədəcək.” Zahirən görünən budur ki, burada kitab sözü ilə məqsəd yazıdır. Hikmətin təfsiri də Bəqəra surəsində verilmişdi. “Tövratı və İncili” Tövrat, İmran oğlu Musaya endirilən kitabdır. İncil isə Məryəm oğlu İsaya endirilən kitabdır. Hər ikisinə Allahın salamı olsun. İsa əleyhissalam ikisini də əzbər bilirdi.

    İsrail oğullarına bir elçi edəcəkdir.” Yəni, onu İsrail oğullarına peyğəmbər edəcəkdir, deməkdir. Onlara belə deyəcək: ”Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quş formasında bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar.” Belə də edərdi. Palçıqdan quş formasında bir şey təsvir edər, sonra onu üfürər, o da Əziz və Cəlil olan Allahın izni ilə göz qarşısında uçardı. Allah bunu onu göndərdiyinə dəlil etmişdir. Allahın izni ilə anadangəlmə koru… dirildərəm.“ Burada keçən “əkməhə” kəlməsi haqqında “gündüzlər görən gecələr görməyən deməkdir”, deyilmişdir. Əksi də deyilmişdi. Gecə yaxşı görməyən gözə gecə korluğu da deyilmişdir. Anadangəlmə kor da deyilmişdir, ki, bu da ən uyğun gələnidir. Çünki bu daha böyük möcüzə olar və meydan oxumada daha təsirli olar. “Cüzam” isə aydındır.

    “Allahın izni ilə …ölüləri dirildərəm.” Alimlərdən çoxu demişlər: “Allah hər peyğəmbəri öz zamanına uyğun bir şeylə göndərmişdir. Musa əleyhissalam zamanında sehr və sehrbazlara hörmət geniş yayılmışdı. Bu səbəbdən onu gözləri bərəldən və bütün sehrbazları təəccübləndirəcək möcüzə ilə göndərdi. Sehrbazlar bunun uca Allah tərəfindən olduğuna yəqin inandıqda İslam dininə girdilər və Allahın yaxşı qullarından oldular.

    İsa əleyhissalama gəldikdə, o, təbiblər və təbiət alimləri zamanında göndərilmişdi. O da onlara ancaq din tərəfdən dəstəkləndiyi təqdirdə həyata keçən möcüzələrlə gəldi.  Bir təbib cansız bədəni necə dirildə bilərdi? Və yaxud anadan gəlmə koru və ya cüzam xəstəsini necə sağalda bilərdi. Qiyamətə qədər qəbrində girov olan ölünü necə dirildə bilərdi?

    Eyni zamanda   Muhamməd (salləllahi aleyhi və səlləm) də gözəl, əsaslı və düzgün danışanların, mahir şairlərin zamanında gəldi. Əziz və Cəlil olan Allah ona elə bir kitab verdi ki, bütün insanlar və cinlər onun bir bənzərini hətta on surəsinin bir bənzərini, hətta və hətta bir surəsinin bənzərini gətirməyə təşəbbüs etsələr və bu məqəsdlə güclərini birləşdirsələr də heç bir vaxt bunu edə bilməzdilər. Çünki Əziz və Cəlil olan Allahın kəlamı qul kəlamına əsla bənzəməzdi.

    Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Yəni, hər hansı birinizin indi yediyini və evində səhəri gün üçün nə saxladığını sizə xəbər verərəm.    “şübhəsiz ki, bunda” yəni, bütün bunlarda “sizin üçün dəlil vardır” yəni, sizə gətirdiyim şeylərdə doğruluğumu göstərən bir möcüzə vardır, deməkdir. “Əgər möminsinizsə.”

    Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi (göndərildim).” Yəni, onu doğruluğunu bildirmək üçün və onu sabit etmək üçün, deməkdir. “Sizə haram edilən bəzi şeyləri də halal etmək üçün”. Bunda İsa əleyhissalamın, Tövrat şəriətinin bəzi qisimlərini nəsx etdiyinə dair dəlillər vardır. İki rəydən doğru olan budur.

    Bəzi alimlər də: Ondan heç bir şeyi nəsx etməmiş, ancaq yanlışlıqla mübahisə etdikləri bəzi şeyləri onlara halal etmiş, qapalı şeyləri onlara açıqlamışdır, demişdirlər. Necə ki, başqa bir ayədə demişdir: “ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm).  (Zuxrif, 63) Allah ən doğrusunu biləndir.

    Sonra belə dedi: “Mən sizə Rəbbinizdən bir dəlil gətirdim.” Yəni, sizə dediyim şeylərdə doğru olduğumu göstərən bir əsas və dəlil gətirdim. “Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin!” Yəni, mən və siz ona qulluqda, Ona boyun əyib qarşısında diz çökməkdə bərabərik. “Bu, düz yoldur”.

  • 49

    İsrail oğullarına bir elçi edəcəkdir. “Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.

    48-ci ayənin təfsirinə bax.

  • 50

    Məndən əvvəl Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.

    48-ci ayənin təfsirinə bax.

  • 51

    Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Bu, düz yoldur”.

    48-ci ayənin təfsirinə bax.

  • 52

    İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!

    İsa hiss etdikdə” yəni onlardan küfrə qərar verdikləri və azğınlığa davam etmək istəklərini görüncə, “Allah yolunda kimlər mənə yardımçı olacaq” dedi. Mucahid: Allahın yoluna kim arxamca gələcək, demişdir. Sufyan əs-Səvri və başqası demişdir: “Allahla birgə köməkçim kimdir?” Mucahidin görüşü doğruya daha yaxındır. Zahirən görünən budur ki, Allahın yoluna dəvətdə köməkçilərim kimdir, demək istəyirdi. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) də hicrət etmədən öncə həcc mövsümündə demişdir: Rəbbimin kəlamını təbliğ etməyim üçün məni kim himayə edər? Çünki Qureyş Rəbbimin kəlamını təbliğ etməyə mane oldu. Sonra Ənsarları tapdı, ona dəstək oldular, yardım etdilər, o da onlara hicrət etdi. Ona malları ilə yardım etdilər, onu qara və ağ insanlardan qorudular. Allah onlardan razı olsun və onları razı etsin.

    Həmçinin, Məryəm oğlu İsaya İsrail oğullarından bir qrup insan özlərini həsr etdilər, ona iman etdilər, ona arxa çıxdılar və onunla bərabər nazil olan nura tabe oldular. Buna görə də Allah təala onlardan belə xəbər verir: “Həvarilər dedilər: Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq. Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”. Həvarilərin ağardıcı olduqları deyilmişdir. Libaslarının ağ olduğu üçün onlara belə deyildiyi də söylənmişdir. Ovçu olduqları da deyilmişdir. Doğrusu həvari köməkçi deməkdir. Necə ki, iki Səhihdə sabit olan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əhzab döyüşündə insanlara müraciət edərkən, Zubeyr özünü ortaya atdı. Bir daha müraciət etdi yenə Zubeyr irəli çıxdı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Hər Peyğəmbərin bir həvarisi vardır, mənim də həvarim Zubeyrdir.

    İbn əbu Hatim demişdir: Bizə Əbu Səid əl-Əsac danışdı, bizə Vəki danışdı, bizə İsrail danışdı, o da Simakdan, o da İkrimədən, o da İbn Abbasın “bizi də şahidlərlə bir yerdə yaz” sözləri barəsində belə dediyini rəvayət etmişdir: “Muhəmməd ümməti ilə yaz.” Bu yaxşı isnaddır.

    Sonra Allah təala İsrail oğullarından İsaya qarşı birləşmiş, onu öldürmək, pislik etmək və çarmıxa çəkmək istəyənlər barədə xəbər verdi. Onlar həmin dövrdə hökmdarlıq edən kafir krala İsa haqqında yalan məlumatlar verdilər. Ona: “Burada insanları azdıran, onları hakimə itaətsizliyə təşviq edən, milləti pozan, ata ilə oğulu ayıran biri var” – dedilər. Bu və digər iftiralar ataraq özlərini günaha batırdılar. Onu yalançılıqda ittiham etdilər. Kəbindən kənar övlad olduğunu söylədilər. Nəticədə hakimi qəzəbləndirə bildilər. Hakim də onu tutub çarmıxa çəkdirmək və bunun da aləmlərə ibrət olması üçün bir adam göndərdi. Evini mühasirəyə aldılar onu tutduqlarını zənn etdilər. Allah onu aralarından aldı, onu evin kiçik pəncərəsindən göyə qaldırdı. Allah o evdə olanlardan birini İsaya bənzətdi. İçəri daxil olanda qaranlıqda onun İsa olduğunu zənn etdilər. Onu tutdular və zülm edərək onu çarmıxa çəkdilər. Başına tikandan çələng qoydular. Bu da Allahın onlara hiyləsindən idi. O, peyğəmbərini xilas etdi, onu aralarından göyə qaldırdı. Onları isə azğınlıqları içində çapalayan şəkildə saxladı. Istədiklərini əldə etdiklərini zənn etdilər. Allah onların qəlblərinə daim daşıyacaqları daşlaşma və haqqa inad yerləşdirdi. Onlara qiyamət gününə qədər onlardan ayrılmayacaq bir zillət verdi. Allah buyurdu: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.”

  • 53

    Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”

    52-ci ayənin təfsirinə bax.

  • 54

    Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.

    52-ci ayənin təfsirinə bax.

  • 55

    O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.

    Təfsirçilər Allah təalanın: “Mən səni öldürəcəyəm və Özümə tərəf qaldıracağam” kəlməsi barəsində ixtilaf etmişlər. Qatadə və digərləri demişlər: Burada təqdir — nəzərdə tutulan məna  və təxir- bir sözün digərindən geri qalması vardır. Təqdiri belədir: “Səni yüksəldəcəm və öldürəcəyəm, yəni bundan sonra öldürəcəm.” Əli ibn əbu Talha, İbn Abbasdan: “inni mutəvəffikə” yəni, səni öldürəcəyəm – demişdir. Muhəmməd ibn İshaq, o da ittiham etmədiyi bir nəfərdən, o da Vəhb ibn Munəbbihdən rəvayət etmişdir: Allah onu yanına qaldırdığı zaman onu gündüzün əvvəlində üç saat öldürdü, demişdir. İbni İshaq demişdir: Nəsranilər Allahın onu yeddi saat öldürdüyünü və sonra diriltdiyini iddia edirlər. İshaq ibn Bişr, o da İdrisdən, o da İbn Vəhbdən: Allah onu üç gün öldürdü, sonra da diriltdi, sonra da göyə qaldırdı – demişdir. Matar əl-Varraq da: Səni dünyadan öldürəcəyəm, bu ölüm vəfatı deyil, demişdir. İbn Cərir də demişdir: Onun öldürülməsi qaldırılmasıdır. Çoxluq belə demişdir: burada ölümdə məqsəd yuxudur. Necə ki, Allah təala demişdir: “Sizi gecə öldürən Odur.” (Ənam, 60)

    Allah təala demişdir: “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır” (Zumər, 42).

    Rəsulullah (salləllahu aleyhi və səlləm) yuxudan qalxarkən deyərdi: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. Dönüş yalnız Onadır.” Bu, Buxarinin rəvayətidir. Allah demişdir: “Onlar küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər” (Nisə, 156-158). “Qablə movtihi” sözündəki əvəzlik İsaya aiddir. Yəni əhli kitabdan kim varsa İsanın ölümündən əvvəl ona iman edəcək. Bu da irəlidə izah edəcəyimiz kimi Qiyamət günündən öncə yerə enəcəyi zaman olacaq. O zaman bütün əhli kitab ona iman edəcək. Çünki o cizyəni ləğv edəcək, İslamdan başqasını qəbul etməyəcək.

    İbn əbu Hatim demişdir: Mənə atam danışdı, bizə Əhməd ibn Abdurrəhman danışdı, bizə Abdullah ibn əbi Cəfər danışdı, o da atasından, bizə Rəbi ibn Ənəs danışdı, o da Həsəndən dedi: “Allah təalanın “mən səni öldürəcəyəm” kəlməsində yəni yuxu ölümü ilə öldürdü, onu yuxuda ikən göyə qaldırdı.” Həsən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) yəhudilərə demişdir: İsa ölməyib, o Qiyamətdən əvvəl sizə qayıdacaqdır. “səni kafirlərdən təmizləyəcək” yəni səni göyə qaldırmaqla, deməkdir. “Sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” belə də olmuşdur. Çünki İsanın əshabı Allah onu göyə qaldırdığı zaman müxtəlif qruplara bölündülər. Kimsə onu Allahın qulu, Rəsulu və Məryəmin oğlu hesab edib Allahın ona göndərdiyinə iman etdi, kimsə də həddini aşıb onu Allahın oğlu saydı. Başqaları da dedilər: “O Allahdır.” Digərləri isə: “O üçlüyün üçüncüsüdür.” – söylədilər. Allah təala Quranda onların söylədiklərini danışdı. Beləliklə üç yüz ilə qədər buna davam etdilər. Sonra yunan hökmdarı Konstantin Xristianlığı qəbul etdi. Bəziləri: “Onu dağıtmaq üçün hiylə işlədib qəbul etdi. Çünki o fəlsəfəçi idi.” – demişlər. “Cahilliyindən girdi” deyənlər də vardır. Amma o İsanın dinini dəyişdi və təhrif etdi. Ona əlavələr və azaltmalar etdi. Onun üçün qanunlar və böyük əmanət qoyuldu. Hansı ki, həqir bir xəyanət idi. Öz vaxtında donuz ətini halal etdi. Şərqə dönərək onun üçün namaz qıldılar. Onun tapşırığı kilsələri rəsmlərlə doldurdular. İddialarına görə etdikləri günahlardan görə oruclarını on gün artırdılar. Beləcə İsanın dini Konstantinin dini oldu. Buna baxmayaraq onlar üçün sayı on iki mindən artıq kilsələr, məbədlər, rahib evləri və monastırlar ucaltdı. Öz adını daşıyacaq şəhər qurdu. Hökmdarlar ona tabe oldular. Onlar bununla bərabər yəhudiləri əzdilər. Allah onları yəhudilərin üzərində qalib etdi. Çünki onlar haqqa yəhudilərdən daha yaxın idilər. Baxmayaraq ki, hamısı kafirlər idi. Allah onlara lənət etsin.

    Allah Muhəmmədi (salləllahu aleyhi və səlləm) göndərdikdə ona iman gətirənlər, Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə həqiqi şəkildə iman etmiş oldular. Onlar yer üzündə bütün peyğəmbərlərə tabe olanlardır. Çünki yazıb oxumağı bilməyən ərəb bir peyğəmbəri təsdiq etdilər. O, peyğəmbərlərin sonuncusu və Adəm oğullarının seyididir. O bütün haqqı təsdiq etməyə çağırdı. Onlar hər peyğəmbərə onun yolu ilə getdiyini iddia edən ümmətindən daha yaxın idilər. Belə ümmətlər öz dinlərini təhrif edərək dəyişdirdilər. Sonra bunlardan heç biri olmasa belə, Allah bütün peyğəmbərlərin şəriətini Muhəmmədin (salləllahu aleyhi və səlləm) gətirdiyi ilə nəsx edib ortadan qaldırdı. Onun dini isə haqdır. Qiyamətə qədər təhrif edilməz və dəyişdirilməz. Dünyanın sonuna qədər hər dinin üstündə olacaqdır. Buna görə də səhabələr yer üzünün şərqini də qərbini də fəth etdilər. Bütün məmləkətləri keçdilər. Bütün dövlətlər onlara itaət etdi. Xosrovu dağıtdılar, Sezarı əzdilər, onların xəzinələrini əldə etdilər. O mallar Allah yolunda xərcləndi. Necə ki, Peyğəmbərləri Allahdan onlara bunu xəbər verdi: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur, 55).

    Onlar İsaya həqiqi iman gətirdiklərinə görə Xristianlardan Şamı aldılar. Onları Romaya atdılar. Onlar da şəhərləri Konstantinopola sığındılar. İslam və müsəlmanlar Qiyamət gününə qədər onlardan üstün olacaq. Hər zaman doğru danışan Peyğəmbər (salləllahu aleyhi və səlləm) ümmətinin belə ki, sonuncularının Konstantinopolu fəth edəcəklərini, oradakı malları qənimət olaraq alacaqlarını xəbər vermişdi. Onlar romalıları böyük bir döyüşdə qıracaqlar. O cür döyüş olacaq ki, nə ondan əvvəl nə də ondan sonra belə bir döyüş olmamışdır. Mən bu xüsusda ayrıca bir bölüm hazırladım. Buna görə Allah buyurur: “Sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm”. İsanı inkar edən yəhudilərə və onun haqqında həddini aşan nəsranilərə məhz belə etdi. Onlara dünyada ölüm, əsirlik, mallarını almaq və mülklərinin əllərindən çıxması ilə əzab verdi. Axirətdəki əzabları isə bundan daha çətin olacaqdır: “Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz” (Rad, 34). “İman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir” yəni dünya və axirətdə deməkdir. Dünyada yardım və qələbə ilə, axirətdə isə yüksək Cənnətlə. “Allah zalımları sevməz”.

    Sonra Allah təala buyurdu: “Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir” yəni, sənə İsanın halını, dünyaya gəlməsi və axırını izah edirik. Bunlar Allah təalanın sənə dediyi, vəhy etdiyi və Lövhul-Məhfuzdan endirdikləridir. Bunda şəkk və şübhə yoxdur. Necə ki, Məryəm surəsində buyurur: “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.” (Məryəm, 34-35). Burada da belə buyurur:

  • 56

    Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri də olmayacaqdır”.

    55-ci ayənin təfsirinə bax.

  • 57

    İman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevmir.

    55-ci ayənin təfsirinə bax.

  • 58

    Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir.

    55-ci ayənin təfsirinə bax.

  • 59

    Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.

    Allah təala deyir ki: “Həqiqətən, Allah yanında İsanın məsəli” Allahın onu atasız yaratmağa qüdrəti haqqında “Adəmin məsəli kimidir” çünki onu atasız hətta anasız yaratmışdır. Onu torpaqdan yaratdı. Sonra da ona “Ol” dedi, o da oldu. Adəmi atasız yaradan Allah, İsanı yaratmağa mütləq qadirdir. Əgər İsanın atasız yaradılışı Allahın oğlu olmasına zəmin yaradırsa, bunu Adəm üçün deyilməsi daha icazəlidir. Bu ittifaqla batildir. Bu minvalla Nəsranilərin iddiasının daha batil və xarab olduğu açıq aydın görsənir. Allah Adəmi kişisiz və qadınsız, Həvvanı qadınsız, İsanı isə kişisiz yaratdığı zaman məxluqatına öz qüdrətini göstərdi. Necə ki, digər qullarını kişi və qadından yaratdı. Buna görə Məryəm surəsində deyilir: “dedi: “Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik” (Məryəm, 21).

    Burada da: “Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma” demişdir. Yəni bu görüş İsa haqqındadır, ondan qaçılmaz və ondan başqa doğrusu yoxdur. Haqdan qeyrisi azğınlıqdan başqa bir şey deyildir. Sonra Rəsuluna bu qədər aydınlıqdan sonra kim haqqa inad edərsə onunla lənətləşməsini əmr edərək buyurur: “Sənə bilik gəldikdən sonra kim səninlə barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” yəni bizdən yaxud sizdən olan kimsəyə.

    Bu lənətləşmə ayəsinin və ondan əvvəl olan ayənin nazil olma səbəbi Nəcrandan gələn heyətdir. Nəsranilər gələn zaman İsa haqqında mübahisə etməyə başladılar. Onun Allahın oğlu və ilah olduğunu iddia etdilər. Allah da onlara rədd etmək üçün bu surələri nazil etdi. Necə ki, imam Muhəmməd ibn İshaq ibn Yasər və digərləri də bunu demişlər. İbn İshaq məşhur Sira kitabında və digərləri belə demişlər: Nəcran heyəti Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına altmış nəfərlik minikli ilə gəldilər. İçlərində on dörd nəfər din xadimi idi. İşləri həll edən onlar idi. Onlar da Aqib, onun adı Abdulməsihdir, Seyid, onun adı Eyhəmdir, Bəkr ibn Vailin qardaşı Əbu Harisə ibn Əlqamə, Uveys ibn əl-Haris, Zeyd, Qeys, Yezid, Nəbih, Xuveylid, Amr, Xalid, Abdullah, Yuhannasdır. Bunların ən böyükləri üç nəfər idi. Biri Aqibdir. Heyətin başçısı və qərar verəni o idi. Bir məsələ çıxan kimi ona müraciət edirdilər. Seyid də alimləri idi və heyətin məsul şəxsələrindən idi. Əbu Harisə ibn Əlqamə yepiskopları, imamları və mədrəsələrinin başçısı idi. O, Bəkir ibn Vail oğullarından olan ərəb idi. Lakin sonradan xristianlaşdı. Romalılar və hökmdarlar ona hörmət edir və şərəfli biri sayırdılar. Onun adına kilsələr salaraq ona xidmət etdirirdilər. Çünki dinində sərt olduğunu bilirdilər. Rəsulullahın (salləllahu aleyhi və səlləm) sifəti, halı haqqında köhnə kitablardan öyrənmişdi. Cahilliyindən xristianlığı tərk etmədi. Çünki o çox hörmətli adam idi.

    İbn İshaq demişdir: Mənə Muhəmməd ibn Cəfər ibn Zubeyr danışıb dedi: Bunlar Mədinədə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Məscidə girdilər. O vaxt Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əsr namazını qılırdı. Üstlərində keşiş geyimləri və Haris ibn Kəb oğullarının geyindiyi xətli libaslar vardır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən onları görənlər dedilər ki, bunlar kimi bir heyət görmədik. Vaxtı gələndə Rəsulullahın (salləllahu aleyhi və səlləm) məscidində namaza qalxdılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Onlara toxunmayın.” Onlar da şərqə dönərək namaz qıldılar. Onlardan Əbu Harisə ibn Əlqamə, Aqib Abdulməsih və Seyid Eyhəm, Rəsulullahla (salləllahu aleyhi və səlləm) danışdı. Bunlar hökmdarların itaət etdiyi xristianlığa itaət edirdilər. Fərqli fikirləri vardır. Bəziləri İsa Allahdır deyirdilər. Bəziləri İsa Allahın oğludur deyirdilər. Bəziləri də üçün üçüncüsüdür deyirdilər. Allah onların dediklərindən pak və uzaqdır. Xristianlar isə belə deyirlər. Onlar onun Allah olduğuna ölüləri diriltməsini, koru, cüzam xəstələrini sağaltmasını dəlil gətirirdilər. Qeybdən xəbər verməsini, palçıqdan quş düzəldib uçurtmasını da deyirdilər. Əslində bütün bunlar Allahın əmri ilə edilirdi ki, insanlara bir qüdrət nişanəsi olsun. Allahın oğlu olduğunu da atasız olmasını və beşikdə danışmasını dəlil gətirirdilər. Ondan əvvəl heç bir Adəm oğlu belə bir şey etmədi. Üçün üçüncüsü olduğuna isə Allah təalanın: biz etdik, biz yaratdıq, biz hökm verdik sözlərini dəlil gətirirdilər. Əgər tək olsa idi, mən etdim, mən əmr etdim, mən qərar verdim və mən yaratdım deyərdi, dedilər. Bununla O, İsa və Məryəm üçlüyü qəsd edilib deyərlər. Allah təala bu zalım və inkarçıların dediklərindən münəzzəhdir və müqəddəsdir.

    Bütün bu görüşlərə dair Quran ayəsi endi. İki keşiş onunla danışanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara dedi: “Müsəlman olun.” Onlar dedilər: Biz müsəlman olduq. O dedi: Siz müsəlman olmadız, müsəlman olun. Onlar dedilər: Xeyr, biz sizdən əvvəl müsəlman olduq. O dedi: Yalan dediz, sizin müsəlman olmağınıza xaça sitayiş etməyiniz, Allahın övladı var deməyiniz və donuz əti yeməyiniz mane olur. O iki nəfər dedi: Elədirsə, Ey Muhəmməd, o zaman İsanın atası kimdir? Rəsulullah (salləllahu aleyhi və səlləm) susdu, onlara cavab vermədi. Bunun üzərinə Allah təala onların görüşlərinə və vəziyyətlərinin qarışıqlığına cavab olaraq Ali-İmran surəsinin əvvəlindən səksəndən çox ayə nazil etdi. Sonra İbn İshaq bu ayələrin təfsiri haqqında danışdı və dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm) aralarında keçən şeylər haqqında hökm vermək və qəbul etmədikləri halda onları lənətləşməyə dəvət əmri barədə xəbər gəldi, o da onları dəvət etdi.

    Onlar da dedilər: “Ey Qasımın atası, bizi burax, düşünək, sonra sənin yanına geri dönərik. Səndə bizə nə istəsən edərsən.” deyib getdilər. Aqib ilə baş-başa qaldılar, o qərar verənlərdən idi. “Ey Abdulməsih, nə deyirsən?” – dedilər. O da dedi: Ey Xristianlar toplumu, Allaha and olsun ki, Muhəmmədin haqq Peyğəmbər olduğunu bilirsiz. Sizə sahibiniz İsa haqqında son sözü söylədi. Bilirsiz ki, hər hansı bir qövm Peyğəmbər ilə lənətləşibsə nə kiçiyi nə böyüyü qalmayıb. Belə bir şey etsəniz kökünüz kəsilər. Əgər dininizdə qalmaq istəsəniz bu adamla sözləşin və məmləkətinizə qayıdın. Onlar da Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər: Ey Qasımın atası, səninlə lənətləşməməyə qərar verdik. Bizi dinimizdə burax, ölkəmizə dinimizlə dönək, bizimlə bərabər bir səhabəni göndər, aramızda hökm etsin. Biz sizdən razıyıq, dedilər.

    Cəfər ibn Muhəmməd demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara dedi: Mənim yanıma axşam gəlin sizə güclü və etibarlı adam verim. Ömər ibn Xəttab deyir ki, o günə qədər əmirliyi o qədər istəməmişdim. Zöhr namazına tezdən getdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) zöhr namazını qıldı və salam verdi. Sonra sağına soluna baxdı. Məni görməsi üçün boynumu uzatdım. Gözləri kimisə axtarırdı. Əbu Ubeydə ibn Cərrahı gördü və dedi: Çıx onlarla get, razılığa gələ bilmədikləri məsələlərdə aralarında ədalətli qərar ver. Ömər deyir ki, Əbu Ubeydə ibn Cərrah onlarla getdi.

    İbn Mərduveyh, Muhəmməd ibn İshaqdan rəvayət etmişdir, o da Asim ibn Ömər ibn Qatadədən, o da Mahmud ibn Ləbiddən, o da Rafi ibn Hədicdən dedi: Nəcran heyəti Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi… Yalnız böyükləri barədə bunları əlavə etdi: “On iki nəfər idilər.” Qalan hissəsini daha uzun və artırmalarla danışdı.

    Buxari demişdir: Bizə Abbas ibn Huseyn danışdı, bizə Yəhya ibn Adəm danışdı, o da İsraildən, o da Əbu İshaqdan, o da Sila ibn Zufərdən, o da Hüzeyfədən onun belə dediyini rəvayət etmişdir: Nəcran heyətinin başçıları Aqib ilə Seyid, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Onunla lənətləşmək istəyirdilər. Biri digərinə dedi: Allaha and olsun ki, əgər o, peyğəmbərdirsə, biz də onunla lənətləşsək, bir daha nə biz, nə də bizdən sonrakılar firavan olmaz. Sonra ikisi birdən dedilər: Sənə istədiyini verəcəyik, bizimlə etibarlı adam göndər, etibar edilməyəcək birini göndərmə. O da dedi: Sizinlə əmin, həqiqətən əmin bir adam göndərərəm. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri boyunlarını uzatdılar, o da dedi: Qalx, ey Əbu Ubeydə ibn Cərrah. O qalxarkən, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bu ümmətin əmini budur.” Bunu Buxari, Muslim, Tirmizi, Nəsai və İbn Macə, Əbu İshaq əs-Subeyi, o da Siladan, o da Huzeyfədən bənzər şəkildə rəvayət etmişlər. Onu həmçinin Əhməd, Nəsai və İbn Macəh, İsraildən, o da Əbu İshaqdan, o da Siladan, o da İbn Məsuddan rəvayət etmişdir.

    Buxari demişdir: Bizə Əbul-Valid danışdı, Bizə Şubə danışdı, o da Xaliddən, o da Əbu Qilabədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini danışdı: Hər ümmətin bir əmini vardır, bu ümmətin əmini Əbu Ubeydə ibn Cərrahdır.

    İmam Əhməd demişdir: Bizə İsmayıl ibn Yəzid ər-Raqqi əbu Yəzid danışdı, bizə Furat danışdı, o da Abdul-Kərim ibn Malik əl-Cəzəridən, o da İkrimədən, o da İbn Abbasdan dedi: Əbu Cəhl, Allah ona lənət etsin, demişdir: “Əgər Muhəmmədi Kəbənin yanında namaz qılan görsəm, boynunu vuraram.” O dedi: “Əgər etsə idi mələklər onu göz görə görə götürərdilər. Əgər yəhudilər ölüm istəsəydilər, ölüb cəhənnəmdəki yerlərini görərdilər. Əgər Rəsulullahla (salləllahu aleyhi və səlləm) lənətləşmək istəyənlər bunu edib geri dönərdilərsə, qayıtdıqda nə mal, nə də ailələrini tapmazdılar. Bunu Buxari, Tirmizi və Nəsai, Abdurrəzaqdan, o da Mamərdən, o da Əbdülkərimdən rəvayət etmişdir. Tirmizi həsən səhihdir demişdir.

    Beyhaqi Dəlailu Nubuvvə əsərində Nəcran hadisəsini çox uzun açıqlamışdı. Həqiqətən onda çoxlu faydalar var. Onda qəriblik də vardır. Onda bu məqama uyğunluq da vardır.

    Beyhəqi demişdir: Bizə Əbu Abdullah əl-Hafiz ilə Əbu Səid Muhəmməd ibn Musa ibn Fadl danışdılar, hər ikisi dedilər ki, bizə Əbul-Abbas Muhəmməd ibn Yaqub danışdı, bizə Əhməd ibn Əbdulcabbar danışdı, bizə Yunus ibn Bukeyr danışdı, o da Sələmə ibn Abdi Yəsudan, o da atasından, o da babasından, Yunus – o, xristian idi, müsəlman oldu – deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) “Ta Sin, Suleyman” surəsi nazil olmamışdan öncə Nəcran xalqına məktub yazdı: İbrahimin, İshaqın və Yaqubun ilahının adı ilə, Allahın Rəsulu Muhəmməddən Nəcran Yepiskopuna və Nəcran xalqına: Əgər müsəlman olsanız, sizinlə bərabər İbrahimin, İshaqın və Yaqubun ilahına həmd edərəm. Sizi qullara ibadətdən Allaha ibadətə dəvət edirəm. Sizi qulların himayəsindən Allahın himayəsinə dəvət edirəm. Qəbul etməsəniz cizyə ödəyəcəksiniz. Onu da qəbul etməsəniz sizə müharibə elan edirəm. Vəssalam.

    Yepiskopa məktub çatan kimi onu oxudu və qorxuya düşdü. Nəcran xalqından Şurahbil ibn Vadəah adında bir nəfərə xəbər göndərdi. O Həmadanlı idi. Çətinliyə düşən kimi onu çağırırdılar, Eyhəmi, Aqibi və Seyidi çağırmazdılar. Yepiskop Rəsulullahın (salləllahu aleyhi və səlləm) məktubunu Şurahbilə verdi, o da oxudu. Yepiskop dedi: Ey Məryəmin atası fikrin nədir?

    Şurahbil dedi: — Allahın İsmayıl nəslindən bir Peyğəmbər göndərəcəyini İbrahimə vəd etdiyini bilirsən. Haradan bilək ki bu o deyil? Mənim Peyğəmbərlik haqqında fikrim yoxdur. Əgər dünyaya aid bir iş olsa idi, sənə fikrimi deyib əlimdən gələni edərdim. Yepiskop dedi: Bir tərəfə çəkil, otur. O bir tərəfə çəkilib küncdə oturdu. Yepiskop Nəcran xalqından bir nəfər də çağırdı, onun adı Abdullah ibn Şurahbil idi. O da Himyərin Zi Asbah nəslindən idi. Ona məktubu göstərdi, o da Şurahbil deyəni dedi.

    Yepiskop dedi: Sən də bir kənara çəkil, otur. Abdullah da bir küncdə oturdu. Yepiskop Nəcran xalqından Cabbar ibn Fəyzin yanına adam göndərdi. O da Hamas oğullarının Haris ibn Kab qolundan idi. Ona da məktubu göstərdi və fikrini soruşdu. O da Şurahbil və Abdullah kimi cavab verdi. Yepiskop ona da çəkilib bir kənarda oturmağını söylədi. Sonra kilsə zənglərini çalmağa qərar verdilər. Kilsə  zəngləri çalındı, alovlar yandırıldı, rahib libasları geyilib məbədlərə toplandılar. Gündüz bunu yalnız həyəcan zamanı edirdilər. Gecə olanda kilsə zəngləri çalıb atəşləri yandırırdılar. Kilsə zəngləri çalıb keşiş paltarlarını geyinib toplandılar. Vadinin üst və alt tərəfi inlədi. Vadinin uzunluğu sürətli at yürüşü ilə bir günlük yol idi. Orada yetmiş üç kənd və yüz iyirmi min döyüşçü var idi. Onlara Rəsulullahın (salləllahu aleyhi və səlləm) məktubunu oxudu, fikirlərini soruşdu. Hamısı Şurahbil ibn Cəda əl-Həmədani, Abdullah ibn Şurahbil əl-Əsbahi və Cabbar ibn Feyz əl-Harisini xəbər gətirmək üçün Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına göndərməyə qərar verdilər.

    Heyət yola çıxdı, Mədinəyə çatan kimi səfər libaslarını çıxardıb uzun ipək libaslar geyinib qızıl üzüklər taxdılar. Sonra Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Salam verdilər, salamlarını almadı. Gündüz boyu danışmağa cəhd etdilər, əyinlərində o paltarlar və qızıl üzüklər olana qədər onlarla danışmadı. Osman ibn Affan ilə Abdurrəhman ibn Avfu axtarmağa getdilər. Çünki onları tanıyırdılar. Onları bir məclisdə Ənsar və Mühacirlərin arasında tapdılar. “Ey Osman və ey Abdurrəhman Peyğəmbəriniz bizə bir məktub yazdı, biz də isabət edib gəldik. Ona salam verdik, salamımızı almadı, gündüz boyu danışmaq istədik, yorulduq, yenə də danışmadı. Siz nə deyirsiniz, geri dönək?” – dedilər. O iki nəfər camaatın arasında olan Əliyə dedilər: “Ey Həsənin atası sən nə deyirsən?” O da Osman ilə Əbdürrəhmana dedi: “Mən deyirəm ki, onlar bu paltarlarını və üzüklərini çıxardıb səfər geyimlərini geyinib yenidən onun yanına getsinlər.” Onlar o cür etdilər. Salam verdilər, salamlarını aldı. Məni haqq Peyğəmbər olaraq göndərən Allaha and olsun ki, siz ilk dəfə gələndə İblisdə sizinlə idi. Sonra onlara sual verdi, onlar da ona sual verdilər. Bu sorğu sual xeyli davam etdi, sonda dedilər: “İsa haqqında nə deyirsən? Biz Xristianlarıq, xalqımıza geri dönəcəyik, əgər Peyğəmbərsənsə onun haqqında nə deyəcəyini bilmək istərdik.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Bu gün sizə deyəcək bir sözüm yoxdur, qalın sizə Rəbbimin İsa haqqında nə dediyini xəbər verəcəm. Səhər oldu, Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir… sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” ayələri nazil odu. Onlar isə bunu qəbul etmək istəmədilər. Ertəsi gün Rəsulullah (salləllahu aleyhi və səlləm), Əli, Həsən və Huseyn bir şala bürüklü vəziyyətdə gəldilər. Fatimə də arxalarında idi. Lənətləşmək istəyirdilər. Həmin gün yanında bir neçə qadın var idi. Şurahbil dostuna dedi: “Yaxşı bilirsiz ki, Nəcran vadisi insanla dolduğu zaman mənim fikrimi dinləmədən səsləri çıxmaz. Mən ağır bir vəziyyəti görürəm. Allaha and olsun ki, əgər o göndərilmiş bir kimsədirsə, onun gözünə çöp atan və onu rədd edən ilk ərəblərdən olarıq. Artıq biz dağılmağa aparan bir fəlakətlə qarşılaşırıq. Biz ona ərəblərin ən yaxınıyıq. Əgər bu adam göndərilmiş bir Peyğəmbərdirsə, onunla lənətləşsək, yer üzündə həlak olmayan bir qoyun və dəvəmiz qalmaz.” İki dostu ona dedi: “Elədirsə, fikrin nədir ey Məryəmin atası?” O dedi: “Qərarı ona buraxmaq istəyirəm. Çünki onun haqsız bir qərar verəcəyini sanmıram.” Onlar dedilər: “Sən bilərsən.” Şurahbil Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) görüşdü və dedi: “Mən lənətləşmədən daha xeyirli bir yol gördüm.” O dedi: O nədir?” Şurahbil dedi: “Bu gün gecəyə qədər və yaxud gecədən səhərə qədər nə qərar versən bizim üçün keçərlidir.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Hər halda səni qınayanlar olacaq.” O dedi: “Dostlarımdan soruş.” Onlar dedilər: “Bu vadidə Şurahbil nə desə odur.” Rəsulullah (salləllahu aleyhi və səlləm) onlarla lənətləşmədən döndü. Ertəsi gün yanına gəldilər. O da onlara belə bir məktub yazdı: “Bismilləhi Rahməni Rahim, bu Allahın Rəsulu Muhəmmədin Nəcran xalqına yazdığı məktubdur: Bütün meyvə, qızıl, gümüş, kölə onlarda qalacaq. Bütün bunlar onlara veriləcək, onlar da bunun qarşılığında iki min hüllə verəcəklər; min dənəsini Rəcəb ayında, min dənəsini də Səfər ayında.” Sonra bütün şərtləri saydı, və rəvayətçi hədisi o birilər kimi danışdı.

    Məqsəd o heyətin doqquzuncu il gəlməsini göstərməkdir. Çünki Zuhri demişdir: Nəcran xalqı Rəsulullaha (salləllahu aleyhi və səlləm) ilk cizyə verənlərdir. Cizyə ayəsi isə fəthdən sonra idi. Allahın bu ayəsi onu göstərir: “Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun” (Tövbə, 29).

    Əbu Bəkr ibn Mərduveyh demişdir: Bizə Suleyman ibn Əhməd danışdı, bizə Əhməd ibn Davud əl-Məkki danışdı, bizə Bişr ibn Mihran danışdı, bizə Muhəmməd ibn Dinar danışdı, o da Davud ibn əbu Hinddən, o da Şəbidən, o da Cəbirdən deyir: Aqib ilə Tayyib Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər. Seyidimiz onları lənətləşməyə dəvət etdi. Onlarla səhərisi gün lənətləşmək üçün görüş təyin etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) tezdən Əli, Fatimə, Həsən və Hüseyn ilə əl ələ tutaraq gəldilər. Sonra onlara xəbər göndərdi. Onlar qəbul etmədilər və xarac verməyə razılaşdılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Məni haqq Peyğəmbər göndərən Allaha and olsun ki, əgər yox desəydilər, vadiləri atəşlə dolardı. Cabir deyir ki, “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” ayəsi onlar haqqında idi. Cabir deyir ki, “özümüzü və özünüzü” Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə Əli ibn Əbu Talib idi, “oğullarımız” Həsən və Hüseyndir, “qadınlarımız” da Fatimədir.

    Hakim də Mustədrək əsərində Əli ibn İsadan, o da Əhməd ibn Muhəmməd əl-Əzharidən, o da Əli ibn Həcərdən, o da Əli ibn Mishərdən, o da Davud ibn əbu Hinddən bu mənada rəvayət etmiş, sonra da Muslimin şərtinə görə səhihdir, iki Şeyx təxric etməmişdir, demişdir.

    Beləcə də demişdir. Baxmayaraq ki, onu Əbu Davud Təyalisi də Şubədən, o da Muğiradan, o da Şəbidən mürsəl olaraq rəvayət etmişdir. Bu daha səhihdir. İbn Abbas ilə Bəradan da bənzər şəkildə rəvayət edilmişdir.

    Sonra Allah təala buyurur: “Həqiqətən, bu, gerçək bir hekayətdir” , yəni Ey Muhəmməd, sənə İsa haqqında dediyimiz həqiqətdir, bundan qaçmaq mümkün deyil. “başqa ilah yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir, əgər onlar üz döndərsələr” yəni bundan başqasına üz çevirsələr “şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır” yəni haqdan batilə düşən fəsad törədəni bilir və buna görə ən ağır şəkildə cəzalandırır. O güclüdür, əlindən heç bir şey qaçmaz. Onu həmd ilə təsbih edirik. Qəzəbinə uğramaqdan Ona sığınırıq.

  • 60

    Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma.

    59-cu ayənin təfsirinə bax.

  • 61

    Sənə bilik gəldikdən sonra kim səninlə barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.

    59-cu ayənin təfsirinə bax.

  • 62

    Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ilah yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

    59-cu ayənin təfsirinə bax.

  • 63

    Əgər onlar üz döndərsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.

    59-cu ayənin təfsirinə bax.

  • 64

    De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

    Bu, Əhli Kitab sayılan yəhudi və xristianları və eləcə də, onların tutduğu yolla gedənləri əhatə edən bir xitabdır. “De: “Ey Kitab əhli! eyni bir kəlməyə gəlin” bəzən kəlimə deyərək cümlə başa düşülür, necə ki, burada da belədir. Sonra onu “Bizim və sizin aranızda olan eyni” sözləri ilə vəsf edir. Yəni, bizlərin və sizlərin aranızda ədalətli və insaflı bir kəlməyə. Sonra bunu “Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq” kəlamı ilə təfsir edir. Nə bütə, nə xaça, nə tağuta, nə atəşə nə də ki başqa şeylərə ibadət etməyək. Əksinə ibadəti ancaq tək və şəriksiz Allaha aid edək. Bu bütün Peyğəmbərlərin dəvətidir. Allah təala demişdir: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (Ənbiyə, 25); O, buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun!” (Nəhl, 36).

    Sonra demişdir: “Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”- İbn Cureyc bu ayə barəsində demişdir: “Allaha asilikdə bir birimizə itaət etməyək.” İkrimə demişdir: “Bir birimizə səcdə etməyək.”

    Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” Yəni, bu insaflı və ədalətli dəvətdən üz çevirsələr, sizin Allahın doğru göndərdiyi İslama dəvət etdiyinizə şahid tutun.

    Biz də bunu Buxarinin şərhində onun Zuhri yolu ilə Ubeydullah ibn Abdullah ibn Utbə İbn Məsuddan, o da İbn Abbasdan, o da Əbu Sufyandan İraklinin hüzurunda olduğu qissədə açıqlamışıq. İrakli ondan Rəsulullahın (salləllahu aleyhi və səlləm) sifətlərindən, necəliyindən və dəvəti barəsində soruşanda, ona bütün bunları açıqlamışdır. Halbuki, Əbu Sufyan o zaman müşrik idi. Bu da Məkkə fəthindən əvvəl və Hudeybiyyə sülhündən sonra idi. Necə ki, bi vəziyyət hədisdə açıqlanmışdır. İrakli sual verdi: Heç vədinə xilaf çıxdımı? Mən də dedim: “Xeyr, biz onlarla bir müddətdir ki, sülh halındayıq.” Bundan başqa əlavə etməyə fürsət vermədi. Məqsəd budur ki, o dedi: Sonra Rəsulullahın (salləllahu aleyhi və səlləm) məktubu gətirildi, onu oxudu:

    Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməddən Romalıların böyüyü İrakliyə. Doğru yolu gedənlərə salam olsun. Müsəlman ol, salamat qal. Müsəlman ol, Allah sənə iki dəfə əcr verər. Üz çevirsən, xalqının günahı sənin üzərindədir.

    De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi rəbb etməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”

    Muhəmməd ibn İshaq bir çoxlarından belə rəvayət etmişdir: Ali-İmran surəsinin səksəndən çox ayəsi Nəcran heyəti haqqında idi. Zuhri: “Onlar ilk cizyə verənlərdir.” – demişdir. Cizyə ayəsinin Fəthdən sonra nazil olmasında ixtilaf yoxdur. Bu ayənin Məkkə fəthindən öncə İrakliyə yazılması ilə Muhəmməd ibn İshaq ilə Zuhrinin dedikləri necə uyğunlaşdırılır? Bunun bir neçə cavabı vardır:

    Birincisi: Ehtimal var ki, ayə iki dəfə nazil olmuşdur; bir dəfə Hudeybiyyə səfərindən əvvəl və bir dəfə Məkkə fəthindən sonra.

    İkinci: Ehtimal var ki, Ali-İmran surəsinin əvvəlindən bu ayəyə qədər Nəcran heyəti haqqında nazil olmuşdur.. O zaman bu ayə bundan əvvəl enmiş olur. İbn İshaqın səksən ayəyə qədər nazil oldu deməsi sabit deyil, çünki Əbu Sufyanın hədisi ona ziddir.

    Üçüncü: Ehtimal var ki, Nəcran heyəti Hudeybiyyə səfərindən əvvəl gəlmişdir və verdikləri cizyə deyil lənətləşmənin qarşılığı idi. Hətta barışmaq üçün idi. O zaman cizyə ayəsinin bundan sonra nazil olması uyğundur. Necə ki, Abdullah ibn Cahşın yığdığı qənimətin beş yerə bölünüb, dörd hissəsi qazilərə, beşinci hissəsi Rəsulullaha (salləllahu aleyhi və səlləm) verilməsi də Bədr döyüşündən əvvəl idi.

    Dördüncü: Ehtimaldır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) İrakliyə bu məktubu yazmağı əmr etdiyi zaman bu ayə hələ enməmişdi, sonra Quran ona uyğun olaraq nazil olmuşdur. Necə ki, qadınların pərdə arxasına çəkilmələri, əsirlərin, münafiqlərin cənazə namazları qılınmaması Ömər ibn Xəttabın görüşünə uyğun gəlmişdir. Bunlar belə idi: “İbrahimin dayandığı yeri namazgah edin!”(Bəqərə, 125), “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr verə bilər” (Təhrim, 5).

  • 65

    Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?

    Allah təala yəhudi və xristianların İbrahim haqqında mübahisələrini və hər bir tayfanın ondan olduğunu rədd edir. Necə ki, Muhəmməd ibn İshaq ibn Yəsər demişdir: Mənə Zeyd ibn Sabitin azad etdiyi köləsi Muhəmməd ibn Əbu Muhəmməd danışdı, mənə Səid ibn Cubeyr yaxud İkrimə danışdı, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Nəcran xristianları ilə yəhudi ravvinləri Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında toplaşıb mübahisə etdilər. Ravvinlər dedilər: İbrahim yəhudi idi. Xristianlar dedilər: İbrahim xristian idi. Allah bu ayəni nazil etdi: “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz?” Yəni, ey yəhudilər onun yəhudi olduğunu necə iddia edirsiniz? “Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?” Sizdə ey xristianlar, onun xristian olduğunu necə iddia edirsiz, halbuki xristianlıq ondan xeyli müddət sonra meydana gəldi. Allah buyurur: “məgər anlamırsınız?” Sonra buyurur: “Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz?” Bu, biliyi olmadığı məsələ barəsində mübahisə edənə rəddir. Çünki yəhudi və xristianlar İbrahim barəsində bilikləri olmadan mübahisə etdilər. Əgər Muhəmməd (salləllahu aleyhi və səlləm) göndərilənə qədər özlərinə icazəli olan, dinlərinə aid və bildikləri məsələ barəsində mübahisə etsə idilər daha yaxşı olardı. Onlar isə yalnız bilmədikləri barəsində danışdılar. Allah da bunu danladı və onları bilmədikləri şeyi, işləri həqiqi və açıq olaraq bilən, gizli və aşkarı yaxşı görən Allaha həvalə etmələrini buyurdu. Allah buyurdu: “Allah bilir, siz bilmirsiniz”. Sonra buyurdu: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi” yəni şirki tərk edib imanı hədəf edənlərdən idi. “Müşriklərdən deyildi” Bu ayə Bəqərə surəsindəki kimidir: “Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi” (Bəqərə, 135).

    Sonra Allah buyurur: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır”. Allah buyurur ki, İbrahimə tabe olmağı haqq edənlər, onun dininə tabe olanlardır. Həmçinin bu Peyğəmbər, yəni Muhəmməd (salləllahu aleyhi və səlləm), onun mühacir və ənsar əshabı və onlardan sonra izləri ilə gedənlərdi.

    Səid ibn Mənsur demişdir: Bizə Əbul Əhvas danışdı, o da Səid ibn Məsruqdan, o da Əbudduhadan, o da Məsruqdan, o da İbn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Hər peyğəmbərin peyğəmbərlərdən olan yaxını vardır. Onların içində mənim yaxınım, mənim atam və əziz və cəlil Rəbbimin Xəlilidir. Sonra da bu ayəni oxudu: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlərdir”. Bunu Tirmizi ilə Bəzzaz, Əbu Əhməd Əs-Zubeyridən, o da Sufyan Səvridən, o da atasından belə rəvayət etmişdir. Sonra Bəzzar demişdir: Bunu Əbu Əhməddən başqası da, Sufyandan, o da atasından, o da Əbudduhadan, o da Abdullahdan rəvayət etmişdir. Məsruqu qeyd etməmişdir. Bunu Tirmizi də, Vəki və Sufyan yolundan rəvayət etmişdir: Bu daha səhihdir demişdir. Amma Vəki onu təfsirində rəvayət edərək demişdir: Bizə Sufyan danışdı, o da atasından, o da Əbu İshaqdan, o da Abdullah ibn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir… Sonra da bu ayəni oxudu: “Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı,….”. “Allah möminlərin Himayədarıdır” yəni, peyğəmbərlərinə iman edən möminlərin köməkçisidir.

     

  • 66

    Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!

    65-ci ayənin təfsirinə bax.

  • 67

    İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi.

    65-ci ayənin təfsirinə bax.

  • 68

    Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır.

    65-ci ayənin təfsirinə bax.

  • 69

    Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və hiss etmirlər.

    Allah Təala yəhudilərin möminləri qısqandıqlarını və onları yollarından azdırmaq istədiklərini xəbər verir. Bunun bədəlinin də tələyə düşdüklərini hiss etmədən özlərinə qayıdacağını xəbər verdi, sonra da onları rədd edərək   “Ey Kitab əhli! Şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?” dedi. Yəni onların doğru və həqiqət olduqlarını bildiyiniz halda, deməkdir.  “Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?” Yəni niyə öz kitablarınızda Muhammədin (salləllahu aleyhi və səlləm) əlamətlərini bildiyiniz və həqiqət olduğunu gördüyünüz halda gizlədirsiniz?  Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və sonunda inkar edin ki, bəlkə onlar dönələr. Bu zəif inananları dinlərindən döndərmək üçün etmək istədikləri bir hiylə idi. Onlar öz aralarında gündüzün əvvəlində iman etdiklərini göstərib müsəlmanlarla birlikdə sübh namazını qılmağı, gündüzün axırında isə öz dinlərinə geri dönməyi planladılar. Bu zaman cahil insanlar: “Bunlar hər halda müsəlmanların dinində bir qüsur və əskiklik gördülər ki, onu tərk etdilər”. Buna görə də “bəlkə onlar dönələr.” – dedilər.

    İbn-i Əbi Nəcehdən rəvayət edilir ki, Mücahid bu ayə haqqında belə demişdir: Yəhudilər Peyğəmbər (Salləllahu aleyhi və səlləm) ilə sübh namazını qıldılar, tələ qurmaq üçün gündüzün axırında dindən döndülər. İnsanlara girdikləri bu dinin batil olduğunu göstərmək istəyirdilər.

    Avfi İbn Abbasdan rəvayət edir ki, Əhli kitabdan bir dəstə belə dedi: “Muhammədin (salləllahu aleyhi və səlləm)  əshabı ilə qarşılaşdığınız zaman gündüzün əvvəlində iman edin, axırında da öz namazınızı qılın, bəlkə ” Əhli kitab bizdən daha yaxşı bilir” deyərlər”. Qatadə, Suddi, Rəbi və Əbu Malikdən də belə rəvayət edilmişdir.

    Yalnız sizin dininizin ardınca gələnlərə inanın” yəni dininizə tabe olanlardan başqasına güvənməyin, onlara sirr verməyin, əllərinizdə olanı müsəlmanlara bəyan etməyin. Sonra iman edib sizə qarşı istifadə edərlər, dedilər. Allah Təala da belə dedi: De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” yəni möminlərin qəlblərini, qulu və rəsulu Muhammədə (salləllahu aleyhi və səlləm)  endirdiyi açıq-aydın ayələr, qəti dəlillər və dəqiq sübutlarla kamil imana O hidayət edər. Ey yəhudilər, əllərinizdəki keçmiş peyğəmbərlərdən nəql etdiyiniz kitablarda Muhammədin (salləllahu aleyhi və səlləm) əlaməti ilə əlaqədar olan şeyləri gizlətsəniz də bu belə olacaqdır. “Kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud  Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. Onlar deyərlər: “Sizdəki bilikləri müsəlmanlara ötürməyin, sonra sizdən öyrənib sizinlə eyni olar və salamat imanlarına görə sizdən üstün olarlar. Ya da Allah qatında sizə qarşı istifadə edərlər” Yəni, onu əllərinizdəkinə qarşı dəlil olaraq istifadə edərlər. O zaman deyəcək bir sözünüz qalmaz. Dünya və axirətdə dəlil qarşısında susmaq məcburiyyətində qalarsınız. Allah Təala da belə dedi:  “De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir!” Yəni bütün işlər onun idarəsi altındadır. Verən də, verməyən də odur. İstədiyinə iman, elm və dolğun düşüncə verər. İsdədiyini də azdırar, gözünü və bəsirətini kor edər. Qəlbini və qulağını möhürləyər. Gözünə pərdə çəkər. Möhkəm dəlil və üstün hikmət Allahındır.

    Allah Əhatəedəndir, Biləndir.

    O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. Yəni ey möminlər, xüsusi ilə də sizə tərif və vəsf edilə bilinməyən lütf ehsan etmişdir. Belə ki, peyğəmbəriniz Muhammədi (salləllahu aleyhi və səlləm) digər peyğəmbərlərdən daha şərəfli etmiş və sizi şəriətlərin ən təqdirəlayiqinə yönəltmişdir.

  • 70

    Ey Kitab əhli! Şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?

    69-cu ayənin təfsirinə bax.

  • 71

    Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?

    69-cu ayənin təfsirinə bax.

  • 72

    Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və sonunda inkar edin ki, bəlkə onlar dönələr.

    69-cu ayənin təfsirinə bax.

  • 73

    Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah Əhatəedəndir, Biləndir”.

    69-cu ayənin təfsirinə bax.

  • 74

    O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir.

    69-cu ayənin təfsirinə bax.

  • 75

    Kitab əhlindən eləsi var ki, ona bir yığın əmanət etsən, onu sənə qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

    Allah Təala yəhudilərin içində xainlər olduğunu bildirir və möminləri onların yalanlarına aldanmamaları üçün xəbərdar edir. Çünki onlardan “eləsi var ki, ona bir yığın əmanət etsən, onu sənə qaytarar” daha az əmanət etsən rahat qaytarar deməkdir. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz” yəni haqqını almaq üçün qovalamadıqca, onu təqib etmədikcə və tələb etmədikcə, verməz deməkdir. Bir qızıl üçün bunu edərsə, bundan artığı üçün heç verməz. “Qantar”-ın nə qədər olması haqqında surənin əvvəlində qeyd olunmuşdu. Dinar isə, bəllidir.

    İbn Əbi Hatim demişdir: Bizə Səid ibn Amr əs-Sukuni danışdı, bizə Bəqiyyə danışdı, o da Ziyad ibn Heysəmdən, mənə Malik ibn Dinar danışıb dedi: Dinar belə adlanmışdı. Çünki o, din və nardır (yəni, oddur). Belə də deyilmişdir: Kim onu haqqı ilə alarsa onun dinidir, kim onu haqsız alarsa, onun odudur. Burada Buxarinin Səhihində qırıq sənədlərlə bir neçə yerdə bildirdiyi hədisi qeyd etmək məqsədəuyğun olardı. Onu ən yaxşı qeyd etdiyi yer “Kitabul Kəfalət” bölməsindədir. Orada demişdir: Leys dedi: Mənə Cəfər ibn Rəbia danışdı, o da Abdurrahman ibn Hürmüz əl-Ərəcdən , o da Əbu Hureyradan (radiallahu anhu) xəbər verdi ki, Rasulullah (səlləllahu aleyhi və səlləm) İsrail oğullarından bir nəfər haqqında danışdı. Onlardan biri digərindən borc pul istədi. O da: “Mənə şahidlər gətir, onları şahid tutum” – dedi. Borc istəyən: “Şahid olaraq Allah kifayətdir” – dedi. Borc verən: “Zamin duracaq birini gətir.” – dedi. O dedi: “Zamin olaraq Allah kifayətdir.” Borc verən: “Haqlısan” – dedi və pulu bəlli bir müddətə qədər borc olaraq verdi. O insan dənizə çıxdı. İşlərini həll etdikdən sonra pulu vədələşdiyi vaxtda çatdırmaq üçün geri gəlməyə bir gəmi axtardı, lakin tapa bilmədi. Bir taxta parçası götürüb içini ovdu. Min dinarı və borc sahibinə yazdığı məktubu ora qoydu. Sonra üstünü şüşə ilə bağladı. Dənizin sahilinə gəlib: “Allahım, sən bilirsən ki, mən filankəsdən min dinar borc aldım. O da məndən zamin duracaq birini istədi. Mən də: “Zamin olaraq Allah kifayətdir” – dedim. O da Sənin zaminliyinə razı oldu. Məndən şahid olacaq birini istədi. Mən də: “Şahid olaraq Allah kifayətdir” – dedim. O da Sənin şahidliyinə razı oldu. Mən pulunu göndərmək üçün bir gəmi tapmağa çalışdım, amma tapa bilmədim. İndi o pulu sənə əmanət edirəm” – dedi və onu dənizə atdı. Pul suyun içinə girdi. Sonra özü ölkəsinə geri dönmək üçün bir gəmi axtarmağa getdi. Borc verən adam da bəlkə bir gəmi pulumu gətirər deyə sahilə çıxdı. Baxdı ki, bir kötük var. Hansı ki, içinə pul qoyulmuşdu. Onu ailəsi üçün odun olaraq götürdü. Onu sındıranda pulu və məktubu tapdı. Sonra borc alan kişi gəldi və min dinarı verdi. O dedi: “Allaha and içirəm ki, bir gəmi tapmaq üçün çox çalışmışam. Bu gəldiyim gəmidən başqasını tapa bilmədim.” Borc sahibi də: “Sən mənə bir şey göndərdinmi?” – dedi. O: “Sənə bu gəldiyim gəmidən başqa bir gəmi tapa bilmədim, demədimmi?” –dedi. Kişi: “Allah, kötüyün içində göndərdiyinlə sənin borcunu ödədi. Min dinarı al, düz yolunla get.” – dedi.

    Buxari bunu bir yerdə qətilik formasında və qırıq sənədlə rəvayət etmişdir. Səhihin bir çox yerində onu Leysin katibi Abdullah ibn Salehdən sənədlə nəql etmişdir. Bunu İmam Əhməd Müsnədində bu şəkildə uzun olaraq Yunus ibn Muhəmməd əl-Muəddibdən, o da Leysdən rəvayət etmişdir. Onu Bəzzar da Müsnədində Həsən ibn Müdrikdən, o da Yəhya ibn Həmməddən, o da Əbu Avanədən, o da Ömər ibn Əbu Sələmədən, o da atasından, o da Əbu Hurəyrədən, o da Rasulullahdan (səlləllahu aleyhi və səlləm) oxşar şəkildə rəvayət etmiş, sonra da: “Rasulullahdan (səlləllahu aleyhi və səlləm) ancaq bu sənədlə bu şəkildə rəvayət edilmişdi” – demişdir. Belə də demişdir. Lakin yuxarıda qeyd edilənə görə bu, səhvdir.

    Bu, ona görədir ki, onlar:: “Avamlardan ötrü bizə günah olmaz!” dedilər. Yəni, haqqı inkar etməyə: Bizim dinimizdə avam ərəblərin malını yemədə bir günah yoxdur; Allah onu bizə halal etdi, demələrinə səbəb oldu. Allah Təala demişdir: bilə-bilə Allaha qarşı yalan söyləyirlər”, yəni bu sözü uydurmuşdular, bu azğınlığı icad etmişdilər. Halbuki Allah xalqın malını, yalnız haqqı çatdığı istisna edilməklə, yeməyi haram etmişdir. Onlar isə şərçi bir xalqdırlar.

    Əbdürrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Əbu İshaq Həmədanidən, o da Sasaa ibn Yəziddən, rəvayət edir ki, bir adam İbn Abbasa: “Biz müharibədə zimmilərin toyuq və qoyun kimi mallarını ələ keçiririk” dedi. İbn Abbas dedi: “Bəs bu barədə nə söyləyirsiz?”. O dedi: “Bunda bizim üçün heç bir günah yoxdur” – deyirik. O da: “Bu, Əhli kitabın Avamlardan ötrü bizə günah olmaz!” demələrinə bənzəyir. Onlar, cizyə verdikləri müddətcə, könül xoşluğu ilə verdikləri istisna olmaqla, malları sizə halal deyil” – dedi. Bunu Səvri də Əbu İshaqdan bənzər şəkildə rəvayət etmişdir.

    İbn Əbu Hatim demişdir: Bizə Məhəmməd ibn Yəhya danışdı, bizə Əburrəbi Zəhrani xəbər verdi, bizə Yaqub danışdı, bizə Cəfər danışdı, o da Səid ibn Cubəyrdən, o demişdi: Əhli-kitab: Avamlardan ötrü bizə günah olmaz!” dedikdə, Rasulullah (səlləllahu aleyhi və səlləm) belə dedi: “Allahın düşmənləri yalan danışdılar. Cahiliyyə dövründə nə varsa hamısı ayağımın altındadır. Yalnız əmanət bunun xaricindədir. Onun sahibi pis və ya yaxşı olsun, geri qaytarılacaq” – dedi.

    Sonra Allah Təala dedi: Xeyr! Kim əhdini yerinə yetirsə və (Allahdan) qorxsa” yəni, ey Əhli kitab, sizdən kim Allaha, Muhamməd (səlləllahu aleyhi və səlləm) göndərildiyi vaxt ona iman edəcəyinə dair verdiyi sözü yerinə yetirərsə, deməkdir. Necə ki, eyni sözü peyğəmbərlərdən və ümmətlərindən də almışdı. Kim bu vədi yerinə yetirərsə, Allahın qadağan etdiyi şeylərdən imtina edərsə, sonuncu peyğəmbərin və bəşəriyyətin seyidinin  göndərdiyi şəriətə tabe olarsa və Allaha itaət edərsə, “Allah müttəqiləri sevər”.

  • 76

    Xeyr! Kim əhdini yerinə yetirsə və qorxsa, şüb-həsiz ki, Allah müttəqiləri sevər.

    75-ci ayənin təfsirinə bax.

  • 77

    Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.

    Allah Təala deyir ki, Allah Muhammədə (salləllahu aleyhi və səlləm) tabe olacaqlarına, onun əlamətini insanlara xatırladacaqlarına, işlərini bəyan edəcəklərinə dair verdikləri sözü, yalan və günahkar andlarının əvəzində az bir qiymətə satanların – halbuki bu, müvəqqəti dünya malıdır – “axirətdə heç bir pay yoxdur”, yəni axirətdə onlara heç  bir nəsib, hissə yoxdur, deməkdir. “Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq” yəni onlara rəhmətlə baxmaz, onlarla yumşaq danışmaz və onlara rəhmət gözü ilə baxmaz, deməkdir. “Onları təmizə çıxarmayacaqdır”- yəni günahlardan və kirlərdən təmizləməz, əksinə onları cəhənnəmə göndərər, deməkdir. “Onlar üçün üzücü bir əzab vardır.“ Bu ayə ilə əlaqədar hədislər vardır ki, onlardan bir neçəsini rəvayət edək:

    Birinci hədis, İmam Əhməd demişdir: Bizə Əffan danışdı, bizə Şubə danışdı və dedi: mənə Əli ibn Müdrik xəbər verdi və dedi: Mən Əbu Züradan eşitdim, o da Xaraşə ibn Hürdən, o da Əbu Zərdən rəvayət etdi ki, Rəsulullah  (salləllahu aleyhi və səlləm) buyurdu: “Üç nəfər vardır ki, Allah onlarla danışmaz, qiymət günü üzlərinə baxmaz, onları təmizə çıxarmaz və onlar üçün üzücü bir əzab vardır.” Mən də: Ey Allahın Rəsulu, onlar kimlərdir ki, zərər və ziyan etdilər? – dedim. Rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu üç dəfə təkrar etdi və dedi: “Ətəyi yerlə sürünən, yalan andla malını satmağa çalışan və etdiyi yaxşılığı başa qaxan.” Bunu Müslüm ilə Sünən sahibləri Şubədən eyni ilə rəvayət etmişdirlər.

    Başqa bir   yolla, İmam Əhməd demişdir: Bizə İsmayıl danışdı, o da Hureridən,  o da Əbu Ala ibn Şixxirdən, o da Əbul Əhməsdən rəvayət edir ki, Əbu Zərlə qarşılaşdım. Ona: “Eşitdiyimə görə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir hədis danışırsan” – dedim. O da dedi: “Ondan eşitdikdən sonra Rəsulullaha yalan danışacağımı təxmin etməzsən yəqin ki, məndən eşitdiyin nədir?” Mən dedim: Mənə çatıb ki, sən: “Üç nəfər var, Allah onları sevər. Üç nəfər var Allah onlara qəzəblənər.” deyirsən. O belə dedi: “Mən bunu demişəm və eşitmişəm.” Mən dedim: “Allahın sevdiyi bu adamlar kimlərdi?” O dedi: “Bir adam bir qrup içərisində düşmənlə qarşılaşır, onlara köksünü sipər edər, ya öldürülər ya da dostlarına fəth nəsib olar. Bir qrup səfərə çıxar, gecə uzun müddət yeriyərlər, bir yerdə gecələmək istəyərlər  və ora düşərlər. Biri bir kənara çəkilər namaz qılar, yolçuluq vaxtı gələndə də onları oyandırar. Bir adamın yaramaz bir qonşusu olar, ölənə qədər və ya o oranı tərk edənə qədər ona səbir edər. Mən də: “Allahın qəzəb etdikləri kimlərdir?” – dedim. O da: “Çox and içən tacir və ya satıcı, təkəbbürlü kasıb və başa qaxan simic”, dedi.

    İkinci hədis, Imam  Əhməd demişdir: Bizə Yəhya ibn Said danışdı, o da Cərir ibn Həzmdən, o dedi: bizə Adiy ibn Adiy danışdı, mənə Rəca ibn Hayvə ilə Urs ibn Uməyrə xəbər verdi, o da atası Adiy ibn Ümeyrətə əl-Kindidən, o dedi: Kindəh qəbiləsindən İmruul-Qays ibn Abis adında bir adam, Hadramovt xalqından bir adamdan Rəsulullaha (salləllahu aleyhi və səlləm) bir ərazi üstündə mühakimə etmək üçün şikayət etdi. O da Hadramovtluya sübut gətirməsini, lakin onun sübutu yox idi, İmruul-Qaysa da and içməsini təklif etdi. Hadramovtlu: Ey Allahın Rəsulu, iş and içməyə qalarsa, Kəbənin Rəbbinə and olsun ki, mənim torpağım əldən getdi – dedi.  Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: “Kim yalan yerə and içərək bir kimsənin malını alarsa, Allahın hüzuruna çıxdığı zaman ona qəzəb edəcəyini görər” – dedi. Rəca rəvayət edir ki, Rəsulullah: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satanlar” ayəsini oxudu. Bundan sonra İmruul-Qays: “Ey Allahın Rəsulu, and içməyənə nə düşür?” dedi. O da: ”Cənnət” – dedi. Kişi: “Şahid ol, mən onun hamısı ona saxlayıram” – dedi. Bunu Nəsai də, Adiy ibn Adiydən belə rəvayət etmişdir.

    Üçüncü hədis, Əhməd demişdir: Bizə Əbu Muaviyə danışdı, bizə Aməş danışdı, o da Şaqiqdən, o da Abdullahdan rəvayət etdi ki, Rəsulullah  (salləllahu aleyhi və səlləm) belə demişdi: “Kim bir müsəlmanın malını almaq üçün yalan yerə and içərsə, Əziz və Cəlil olan Allahın hüzuruna çıxar, ona qəzəb etdiyini görər.” Əşas: Allaha and içirəm ki, bu hədis mənimlə bir yəhudi haqqında söylənmişdi. Yəhudi ərazimi inkar etmişdi. Onu Rəsulullaha (salləllahu aleyhi və səlləm) apardım. O da: “Sübutun varmı?” dedi. Mən də: ”Xeyir” dedim. Yəhudiyə: “And iç” dedi. Mən də: “Ey Allahın Rəsulu o and içər və malım gedər” dedim. Bu zaman Allah Təala bu ayəni endirdi. Bunu Buxari ilə Muslim, Aməşdən rəvayət etmişdirlər.

    Başqa bir yolla, İmam Əhməd demişdir: Bizə Yəhya ibn Adəm danışdı, bizə Əbubəkr ibn Əyyaş danışdı, o da Asim ibn Əbu Nücuddan, o da Şəqiq ibn Sələmədən, bizə Abdulla ibn Məsud danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim haqsız yerə bir müsəlmanın malını yeyərsə, Allahın hüzuruna çıxanda ona qəzəbləndiyini görər”. Əlavə edir ki, Əşas ibn Qeys gəlib dedi: “Abdurrəhmanın atası sizə nə danışır?” Biz də ona deyiləni danışdıq. Bu hədis mənim haqqımda varid oldu. Əmimin oğlu ilə bir quyu üstündə mübahisə etdik. Quyu mənə aid idi, amma o istifadə edirdi. Bunu inkar etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Quyunun sənə aid olduğuna dair sübut gətir, ya da  o and içsin” – dedi. Mən də: “Ey Allahın Rəsulu sübutum yoxdur, əgər ona and içdirərsənsə quyum gedər; mənim ittiham etdiyim şəxs pis insandır” dedim. Bu zaman Rəsulullah (salləllahu aleyhi və səlləm): “Kim haqsız yerə bir müsəlmanın malını alarsa, Allahın hüzuruna O qəzəbli ikən çıxar” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm)  həmin bu “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər..” ayəsini oxudu.

    Dördüncü hədis, İmam Əhməd demişdir: Bizə Yəhya ibn Ğeylan danışdı, bizə Rişdin danışdı, o da Zənnəddən, o da Səhl ibn Muaz ibn Ənəsdən, o da atasından rəvayət edir ki, Rəsulullah    (salləllahu aleyhi və səlləm) dedi: “Allahın elə qulları vardır ki, onlarla qiyamət günü danışmaz, onları təmizə çıxarmaz, onlara baxmaz.” Soruşuldu: “Onlar kimlərdir ey Allahın Rəsulu?” O dedi: “Ata-anasından imtina edən, övladından imtina edən və ona yaxşılıqlar edən camaatı inkar edib onlardan uzaqlaşan adam” – dedi.

    Beşinci hədis, İbn Əbi Hatim demişdir: Bizə Həsən ibn Arafə danışdı, bizə Hüşeym danışdı, bizə Avvam ibn Havşəb xəbər verdi, o da İbrahim ibn Abdurrahməndən yəni, Əs-Səksəkidən, o da Abdullah ibn Əbi Əvfadan belə rəvayət etdi: Bir adam bazara öz malını gətirmişdi. Bir qiymət verdilər. O, həmin qiymətə verməməyə and içdi. Müsəlmanları tələyə salmaq istəyirdi. Onun haqqında bu ayə endi  “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər..” . Bunu Buxari də bir neçə yoldan Əvvamdan rəvayət etmişdir.

    Altıncı hədis: İmam Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Aməş danışdı, o da Əbu Salehdən, o da Əbu Hüreyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir:  “Üç nəfər vardır ki, Allah onlarla danışmaz, qiyamət günü üzlərinə baxmaz, onları təmizə çıxarmaz və onlar üçün üzücü bir əzab vardır. Artıq suyu olduğu halda yolçuya su verməyən, malını əsrdən sonra yalan and içərək satmağa çalışan, dövlət başçısına beyət edən, lakin o ona nə isə versə beyətini yerinə yetirən, verməyəndə isə yerinə yetirməyən.” Bunu Əbu Davud ilə Tirmizi Vəkidən rəvayət etmişlər. Tirmizi: “Həsən, səhihdir” demişdir.

  • 78

    Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.

    Allah təala yəhudilərdən, onlara Allahın lənəti olsun, xəbər verir ki, onların bir qismi kəlmələrin yerləri dəyişərək (Tövratı) təhrif edirdilər. Onlar Allahın kəlamını dəyişdirərək onu muradından uzaq salırdılar. Cahillərə onun Allahın kitabından olduğunu hiss etdirmək və yalan olduğu halda onu Allaha nisbət etdirmək istəyirdilər. Bu, Allaha qarşı yalan idi. Onlar özləri də bilirdilər ki, bütün bunları yalan söyləyirlər və hamısı iftiradır. Buna görə Allah təala buyurur: “Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar”.

    Mucahid, Şəbi, Həsən, Qatadə və Rəbi ibn Ənəs “Kitabı oxuyarkən dillərini əyib bükürlər” ayəsi barəsində demişlər: “Onu təhrif edirlər.” Buxari də İbn Abbasdan: “Onlar təhrif edərlər, əlavə edərlər” – demişdir. Allahın məxluqatından heç kəs Allahın kitablarından olan bir kitabın kəlməsini silə bilməz. Ancaq onlar onu təhrif edib səhv yozum edərlər. Vəhb ibn Munəbbih demişdir: Tövrat və İncil Allahın nazil etdiyi kimi qalıbdı. O ikisindən bir hərf belə dəyişməyibdi. Ancaq onlar təhrif və yozum edərək insanları azdırırlar. Özləri kitab yazar “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir”. Lakin Allahın kitabları qorunmuşdur, dəyişdirilməz. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Əgər İbn Vəhb onların əlindəki kitabları qəsd edibsə, sübhə yoxdur ki, onlar dəyişilmiş, təhrif, artırma və azalmaya məruz qalmışlar. Həmçinin onların ərəbcə tərcümələrində böyük xətalar, əlavələr və qısaltmalar vardır. Çoxlarının, bir çoxlarının hətta hamısının mənaları pozulubdu. Amma əgər Allah qatından gələn kitabların əslini qəsd edirsə, onlar olduğu kimidir, qorunmuşdur və heç bir əlavələri yoxdur.

  • 79

    Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə: “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”

    Muhamməd ibn İshaq demişdir: Mənə Muhəmməd ibn Əbu Muhəmməd danışdı, o da İkrimədən və ya Səid ibn Cubeyrdən, o da İbn Abbasdan dedi: Əbu Rafi əl-Qurazi dedi: “Yəhudi ravvinləri və Nəcran bölgəsində yaşayan xristianlar Rəsulullahın (salləllahu aleyhi və səlləm) hüzurunda bir yerə yığışdılar. O, onları İslama dəvət etdi. Onlar dedilər: “Ey Muhəmməd, xristianlar Məryəm oğlu İsaya ibadət etdikləri kimi sən də bizi özünə ibadət etməyə dəvət edirsən?” Nəcran xristianlarından Rəis adlanan biri dedi: “Bizdən də buna oxşarını istəyirsən və buna dəvət edirsən?” yaxud buna bənzər bir şey söylədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allahdan başqasına ibadət etməkdən və ya Allahdan başqasına ibadət etdirməkdən Allaha sığınırıq. Məni bununla göndərmədi, mənə bunu əmr etmədi.” Yaxud buna bənzər bir şey buyurdu. Buna görə Allah bu ayəni nazil etdi: “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin”. Yəni Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi kimsəyə, Allah ilə bərabər mənə də ibadət edin, deməsi yaraşmaz. Bir peyğəmbərə və bir rəsula yaraşmazsa, başqa bir insana heç yaraşmaz. Buna görə Həsən Bəsri demişdir: Möminə insanları özünə ibadətə çağırması kimi bir iş yaraşmaz.” Niyə belə söyləmişdi? Çünki o qövm bir-birinə ibadət edirdilər. Yəni, Əhli kitab, ravvinlərinə və keşişlərinə ibadət edirdilər. Necə ki, Allah buyurur: “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı rəblər qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa ilah yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır” (Tövbə, 31). Musnəd ilə Tirmizidə, irəlidə qeyd ediləcək ki, Adiy ibn Hatim demişdir: “Ey Allahın Rəsulu onlar bunlara ibadət etmədilər.” O da dedi: “Bəli, onlar haramı halal etdilər, halalı da haram etdilər, onlar da arxalarına düşdülər. Məhz bu da onlara ibadətləri idi.”

    Cahil keşişlər, rahiblər və zəlalət şeyxləri də bu qınama və tənqidə daxildirlər. Peyğəmbərlər və onlara tabe olub əməl edən alimlər isə, bu cür deyillər. Çünki onlar Allahın əmr etdiyini və peyğəmbərlərin təbliğ etdiklərini əmr edərlər. Yalnız Allahın qadağa etdiyini və peyğəmbərlərin təbliğ etdiklərini qadağan edərlər. Bütün peyğəmbərlər, Allahın onların hamısına salavatı və salamı olsun, daşıdıqları risaləti yaymaqda və əmanəti təbliğ etməkdə Allah ilə qulları arasında elçidirlər. Onlar bunu haqqı ilə yerinə yetirdilər. İnsanlara nəsihət edib onlara haqqı təbliğ etdilər. “Əksinə: “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində Rabbani olun!” Yəni, elçi insanlara deyir: “Rabbani olun.” İbn Abbas, Əbu Razin və digərləri demişlər: “Yəni, hikmətlilər, alimlər və həlimlər olun.”

    Həsən Bəsri və digərləri demişlər: “Fəqihlər olun.” İbn Abbas, Səid ibn Cubeyr, Qatadə, Əta əl-Xorasani, Atiyyə əl-Avfi, Rəbi ibn Ənəs və həmçinin Həsən demişdir: “Yəni, ibadət və təqva əhli olun.”

    Dəhhaq da “Öyrətdiyiniz Kitabın və öyrəndiyiniz şeyin sayəsində Rabbani  olun!” ayə barəsində demişdir: “Quran öyrənənin fəqih olması haqq və vəzifə borcudur.” “Tələmun” mənası “tufəqqihun” yəni, başa düşdüyünüz deməkdir. “Tuallimun” şəklində də şəddə ilə oxunmuşdur ki, bu da təlim sözündən irəli gəlir. “Tədrusun” yəni, öyrəndiyiniz isə, kəlmələrini qorunmanız mənasını daşıyır. Sonra Allah təala dedi: “O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz”, yəni Allahdan başqa nə bir peyğəmbərə nə bir elçiyə, nə də ki, Allaha yaxın bir mələyə ibadət etməyə əmr etməz. “Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?” yəni, bunu yalnız Allahdan başqasına ibadəti əmr edən edə bilər. Kim Allahdan başqasına ibadəti əmr edərsə, küfrə dəvət etmiş olur.

    Peyğəmbərlər yalnız imana dəvət edərlər ki, o da yalnız tək və şəriki olmayan Allaha ibadət etməkdir. Necə ki, Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.” (Ənbiyə, 25). “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu!” (Nəhl, 36). “Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş; Biz Mərhəmətlidən başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (Zuxruf, 45). “O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və o Saatdan lərzəyə gəlirlər” (Ənbiyə, 29).

  • 80

    O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

    79-cu ayənin təfsirinə bax.

  • 81

    Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.

    Allah təala Adəmdən İsaya qədər bütün peyğəmbərlərdən, onlardan sonra kitab və hikmət veriləcək bir elçi gələrsə, ona mütləq şəkildə iman edəcəkləri barəsində, ondakı elm və peyğəmbərliyə mane olmayacaqları barəsində və ondan sonra onun yolu ilə gedib ona dəstək olacaqları barəsində söz aldığını xəbər verir. Buna görə Allah təala buyurur: “Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra” yəni, nə zaman kitab və hikmət versəm “özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksinizdeyə əhd almış. “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi”. İbn Abbas, Mucahid, Rəbi ibn Ənəs, Qatadə və Suddi burada keçən “isri” sözü “əhdimi” mənasındadır demişlər. Muhəmmədə ibn İshaq demişdir: “İsri” yəni, daşıdığınız əhdim ağır oldu. Yəni, şiddətli və israrlı vədimi.”

    Onlar: “Razıyıq!”– demişdilər. “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir. Bundan sonra üz döndərənlər…” yəni bu söz və razılaşmadan sonra deməkdir. “Məhz onlar fasiqlərdir

    Əli İbn Abu Talib ilə əmisi oğlu İbn Abbas, Allah onların hər ikisindən razı olsun,  belə demişlər: “Allah göndərdiyi hər peyğəmbərdən belə bir əhd almışdır: “Əgər o sağ olarkən Allah Muhəmmədi (salləllahu aleyhi və səlləm) göndərsə, mütləq ona iman gətirəcək və kömək edəcək. Ona əmr etdi ki, ümmətinə görə də əhd bağlasın: “Əgər Muhəmməd (salləllahu aleyhi və səlləm) göndərilən zaman ümməti sağ olarsa, onlar mütləq ona iman etməli və yardım etməlidirlər.”

    Tavus, Həsən Bəsri və Qatadə demişlər: “Allah peyğəmbərlərdən bir-birlərini təsdiq etmələri barəsində əhd almışdır.” Bu da Əli və İbn Abbasın dediyinə zidd deyil və inkar etmir. Əksinə onu lazımlı və tələbli edir. Abdurrəzzaq da Mamərdən, o da İbn Tavusdan, o da atasından Əli ilə ibn Abbasın dediyinin bənzərini rəvayət etmişdir.

    İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Sufyan xəbər verdi, o da Cabirdən, o da Şəbidən, o da Abdullah ibn Sabitin belə dediyini rəvayət etmişdir: Ömər, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, mən Qureyz qəbiləsindən yəhudi qardaşımın yanında keçirdim. Mənə Tövratdan geniş şeylər yazdı. Onları sənə ərz edə bilərəm?” Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzünün rəngi dəyişdi. Abdullah ibn Sabit dedi: “Görmürsən Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzünün rəngi dəyişdi?” Ömər dedi: Biz Allahdan Rəbb, İslamdan din və Muhəmməddən Rəsul olaraq razı qaldıq.” Peyğəmbərin (salləllahu aleyhi və səlləm) rəngi özünə gəldi və dedi: “Nəfsim əlində olan Allaha and olsun ki, səhər Musa aranızda olsa idi, sonra da ona tabe olub məni tərk etsəydiniz, azardınız. Siz ümmətlərdən mənim nəsibim, mən də peyğəmbərlərdən sizin nəsibinizəm.”

    Başqa bir hədis, Hafiz Əbu Yalə demişdir: Bizə İshaq danışdı, bizə Hammad danışdı, o da Muxaliddən, o da Şəbidən, o da Cabirdən onun belə dediyini rəvayət etdi:  Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: Əhli kitabdan heç nə soruşmayın, özləri azdıqları üçün sizə doğru yolu göstərməzlər. Siz də bir batili təsdiq etmiş yaxud bir haqqı inkar etmiş olarsız. Bu bir həqiqətdir ki, vallahi əgər Musa aranızda olsa idi yalnız mənə tabe olmasına icazə verilərdi.” Bəzi hədislərdə də belə deyilir: “Musa ilə İsa həyatda olduqları halda, mənə tabe olmaqdan başqa çarə tapmazdılar.”

    Həqiqətən Muhəmməd (salləllahu aleyhi və səlləm) peyğəmbərlərin axırıncısıdır. Allahın salatı və salamı Qiyamət gününə qədər daim onun üzərinə olsun. O ən böyük imamdır. Hər hansı bir əsrdə olsa idi, bütün peyğəmbərlərə ilk olaraq ona tabe olmaqları vacib olardı. Buna görə merac gecəsində Beytul-Muqəddəsdə toplandıqları zaman onlara imamlıq etmişdir. Eyni şəkildə Məhşərdə Allahın qulları arasında hökm verildiyi zaman şəfaətçi özü olacaqdır. Bu hal ondan başqasına layiq olmayan məqami-Mahmuddur. Böyük peyğəmbərlər və mürsəllər ondan yan keçəcək, sıra ona gəldiyi zaman o vəzifə ilə təxsis ediləcək. Allahın salatı və salamı onun üzərinə olsun.

  • 82

    Bundan sonra üz döndərənlər – məhz onlar fasiqlərdir.

    81-ci ayənin təfsirinə bax.

  • 83

    Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.

    Allah Təala, kitablarını nazil etdiyi, elçilərini göndərdiyi, tək və ortağı olmayan Allaha ibadətdən ibarət olan dinindən başqa din istəyənlərə etiraz edərək, deyir ki, “Göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuşdur” yəni, o ikisində kim varsa istər-istəməz ona təslim olmuşdur.  Necə ki, Allah Təala başqa bir yerdə belə demişdir: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir.” (Rad 15). O belə demişdir: “Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir. Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər.” (Nəhl 48-50) Habelə mömin, qəlbi və bədəni ilə Allaha təslim olan kəsdir. Kafir isə Allaha istəmədən təslim olur. Çünki, o, Allahın ram olmaq, tabeçilik göstərmək və əzəmətli hökmranlığına qarşı getməmək və əngəl olmamaq əmri altındadır.

    Bu ayənin təfsirində qəribə məna daşıyan bir hədis varid olmuşdur:

    Hafiz Əbul Qasım Təbərani demişdir: Bizə Əhməd ibn Nadr əl-Əskəri  danışdı, bizə Səid ibn Hafs ən-Nufeyli danışdı, bizə Muhamməd ibn Muhsin əl-Ukkaşi danışdı, bizə Əvzai danışdı, o da Ata ibn Əbi Rəbahdan rəvayət edir ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm), “Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar” ayəsi haqqında demişdir: “Göylərdə təslim olan mələklərdir. Yerdə olanlar isə İslam üzrə doğulanlardır. İstəməyərək təslim olanlar da ümmətlərin zəncirlər və buxovlar içində gətirilən əsirləridir. Onlar istəməyərək Cənnətə aparılarlar.”

    Səhihdə deyilmişdir: “Rəbbin zəncirlər içərisində Cənnətə sürüklənən bir qövmə təəccüb etdi.” Bu rəvayətin başqa şəkildə varid olmuş şahidi də gələcəkdir. Ancaq birinci məna ayə üçün daha qüvvətlidir.

    Vəki təfsirində demişdir: “Bizə Süfyan danışdı, o da Mənsurdan, o da Mücahiddən rəvayət etdi ki, “Göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuşdur” ayəsi bunun kimidir: “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər.” Bundan əlavə o demişdir: Bizə Süfyan danışdı, o da Aməşdən, o da Mücahiddən rəvayət edir ki,  İbni Abbas “Göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuşdur” ayəsi haqqında: “Bu onlardan əhd alınarkən olmuşdur” – demişdir.  “Ona da qaytarılacaqlar” yəni, qiyamətdə Ona qaytarılacaqlar, O da hər kəsi əməli ilə cəzalandırar, demişdir.

    Sonra Allah Təala buyurdu: “De: “Biz Allaha, bizə nazil edilənə iman gətirdik. Yəni, Qurana deməkdir. “İbrahimə, İsmailə, İshaqa, Yaquba” yəni səhifələrə və onlara gələn vəhylərə deməkdir. “və onun nəslinə” Onlar, İsrailin oğullarının on iki nəsil qoldur. İsrail isə, Yaqubdur. “Musaya, İsaya endirilənə” yəni, Tövrat ilə İncilə deməkdir. “Peyğəmbərlərə verilənlərə” bu da bütün peyğəmbərləri əhatə edir. “Biz onların heç birinin arasında fərq qoymuruq” Əksinə hamsına iman edərik, deməkdir. “Biz təkcə Ona təslim olanlarıq!” Bu ümmətin möminəri göndərilən bütün peyğəmbərlərə, endirilən bütün kitablara iman edərlər. Bunlardan heç birini inkar etməzlər. Əksinə Allah qatından endirilənləri və Allahın göndərdiyi bütün peyğəmbərləri təsdiq edərlər.

    Sonra Allah Təala belə dedi: “İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz” kim Allahın açdığı yoldan başqasına gedərsə, bu ondan əsla qəbul olunmaz. “O, axirətdə ziyana uğrayanlardan olar” Necə ki, Peyğəmbər (Saləllahu aleyhi və səlləm) Səhihdə demişdir: “Kim əmrimiz olmayan bir əməl edərsə, o rədd olunar.”

    İmam  Əhməd demişdir: Bizə Haşim oğullarının müttəfiqi Əbu Səid danışdı, bizə Abbad ibn Raşid danışdı, bizə Həsən danışdı, bizə Əbu Hureyrə danışdı, həmin vaxt biz Mədinədə idik, dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əməllər qiyamət günündə gələr. Namaz da gələr və deyər: “Ey Rəbbim, mən namazam.” O da: “Sən xeyir üzrəsən” deyər. Sədəqə gələr: “Ey, Rəbbim, mən sədəqəyəm” deyər. O da: “Şübhəsiz ki, sən də xeyir üzrəsən” deyər. Sonra oruc gələr və deyər: “Ey Rəbbim mən Orucam.” O da: “Sən də xeyir üzrəsən” deyər. Sonra bütün əməllər gələr. Allah Təala da hamısına: “Sən xeyir üzrəsən” deyər. Sonra İslam gələr: “Ey Rəbbim, “Sən Salamsan, mən də İslamam” deyər. Allah Təala da: “Şübhəsiz ki, sən xeyir üzrəsən. Bu gün səninlə alaram, səninlə verərəm” deyər.     Allah Təala kitabında “İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” demişdir.

  • 84

    De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz on-ların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!”

    83-cü ayənin təfsirinə bax.

  • 85

    İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.

    83-cü ayənin təfsirinə bax.

  • 86

    İman gətirdikdən, Peyğəmbərin həqiqi olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.

    Ibni Cərir demişdir: Bizə Muhamməd ibn Abdulla ibn Bəzi əl-Bəsri danışdı, bizə Yəzid ibn Zurey danışdı, bizə Davud ibn Əbi Hind danışdı, o da İkrimədən,  o da İbni Abbasdan rəvayət edir ki, ənsardan bir adam var idi. O, müsəlman oldu. Sonra dinindən döndü və müşriklərə qoşuldu. Sonra da peşman olub, qövmünə belə bir xəbər göndərdi: “Rəsullullaha soruşun görün mənim üçün tövbə var?” Bu haqda  “İman gətirdikdən, .. sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?.. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” ayəsini endirdi. Qövmü də ona bu xəbəri çatdırdı. O da müsəlman oldu.” Bunu Nəsai, Hakim və İbn Hibban da Davud ibn Əbi Hinddən eyni şəkildə rəvayət etmişlər. Hakim də: “Səhihdir, İki Səhihdə gətirilməmişdir” demişdir. Abdurrəzzaq demişdir: Bizə Cəfər ibn Süleyman xəbər verdi, bizə Hümeyd əl-Ərac danışdı, o da Mücahiddən rəvayət edir ki, Haris ibn Suveyd, Peyğəmbərin  (salləllahu aleyhi və səlləm) yanına gəlib müsəlman oldu. Sonra da inkar edib qövmünə geri qayıtdı. Bu haqda Allah Təala “İman gətirdikdən, .. sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? …Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” ayəsini endirdi. Qövmündən bir adam da bunu ona çatdırdı. Haris də: “Allaha and içirəm ki, bildiyimə görə sən doğru bir adamsan, Rəsulullah da (Salləllahu aleyhi və səlləm) səndən daha doğrudur. Allah da bu üçlüyün ən doğru olanıdır.” – dedi. Sonra Haris dönüb müsəlman oldu. Həm də gözəl müsəlman oldu.

    “İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər?” Yəni, Peyğəmbərin gətirdiyinin doğruluğu barədə hüccətlər və dəlillər onlara çatdıqdan sonra və iş onlara aydın olduqdan sonra, şirk zülmətinə qayıtdılar. Belələri hidayəti korluqla qarışdırdıqdan sonra necə haqq yola layiq ola bilərlər? Buna görə də “Allah zalım adamları doğru yola yönəltməz”  demişdir.

    Sonra dedi: “Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.” Yəni, onlara Allah da lənət edər, yaratdıqları da lənət edər. “Onlar həmişəlik gömüləcəklər” yəni, lənətdə deməkdir. “Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir” Yəni, onların əzabı azaldılmaz, bir saat da olsa yüngülləşdirilməz, deməkdir.

    Sonra da Allah Təala belə demişdir: “Bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” Bu da Onun lütfündən, yaxşılığından, rəhmətindən və yaratdıqlarına olan ehsanındandır ki, kim tövbə edərsə, Allah tövbəsini qəbul edər.

  • 87

    Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.

    86-cı ayənin təfsirinə bax.

  • 88

    Onlar həmişəlik gömüləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

    86-cı ayənin təfsirinə bax.

  • 89

    Bundan sonra tövbə edib islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

    86-cı ayənin təfsirinə bax.

  • 90

    Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.

    Allah Təala iman gətirdikdən sonra kafir olub, sonra da küfründə davam edənləri, yəni, ölənə qədər o əməli işləyənləri xəbərdarlıq edərək və ölüm halında tövbələrini qəbul etməyəcəyini bildirərək belə demişdir. Başqa yerlərdə də belə demişdir: Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.” (Nisə 18)  Buna görə də burada da belə demişdir, “o kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.” Yəni, onlar haqq yoldan azğınlıq yoluna çıxmış kəslərdir.

    Hafiz Əbu Bəkr əl-Bəzzar demişdir: Bizə Muhamməd ibn Abdullah ibn Bəzi danışdı, bizə Yəzid ibn Zurəy danışdı, bizə İbn Əbu Hind danışdı, o da İkrimədən, o da  İbn Abbasdan rəvayət etdi ki, bir qrup insan müsəlman oldu. Sonra dindən döndülər. Sonra yenidən müsəlman oldular. Sonra yenə dindən döndülər. Qövmlərinə xəbər göndərib onlardan soruşdular. Onlar da bunu Rəsulullaha (səlləllahu aleyhi və səlləm) çatdırdılar. Bu hadisəyə görə ayə nazil oldu: Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq”. Belə rəvayət etmişdir. Sənədi də yaxşıdır.

    Sonra Allah Təala buyurdu: Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır” yəni, kim küfr əməl üzərində ölərsə etdiyi xeyir əbədiyyən qəbul edilməyəcək. İstəyir öz fikrinə görə yaxın olmasını umaraq dünya dolusu qızıl xərcləsin. Necə ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Abdullah ibn Cudan barədə soruşub dedilər: “O, qonaqları o qəbul edər, çətinlikdə olana kömək edər və yemək verərdi. Ona bu əməlləri fayda verəcəkmi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Xeyr, çünki o, heç bir gün: “Rəbbim, din günündə günahımı bağışla” demədi.”

    Eyni şəkildə, yer dolusu qızıl fidyə versə də bu belədir. Necə ki, Allah Təala belə demişdir: heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək” (Əl-Bəqərə: 123) O buyurur: Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün“ (əl-Bəqərə: 254) Başqa ayədə buyurur: alış-verişin və dostluğun olmayacağı bir gün “ (İbrahim: 31). O demişdir: Əgər yer üzündə olan hər şey, üs-təlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün üzücü bir əzab hazırlanmışdır.” (Maidə: 36) Bu səbəbdən Allah Təala burada: Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır” demiş və “fidyə versə belə” cümləsini birinciyə bağlamışdır. Bu da hər ikisinin ayrı-ayrı şeylər olduğunu göstərməkdədir. Bizim dediyimiz, “vav” hərfinin artıq olduğunu deməkdən daha gözəldir. Allah daha yaxşı bilir. Bu ayəyə əsasən, istəyərsə yer dolusu qızıl xərcləsin, istəyərsə nəfsi üçün Allaha yer dolusu dağlarının, təpələrinin, torpağının, yaylasının, səhrasının, qurusunun və dənizinin ağırlığı qədər qızıl versin, bunlar onu Allahın əzabından xilas edə bilməyəcək.

    İmam Əhməd demişdir: Bizə Həccac danışdı, mənə Şubə danışdı, o da Əbu İmran əl-Cəvnidən, o da Ənəs ibn Malikdən rəvayət etdi ki, Rasulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günündə cəhənnəmliklərdən birinə: “Dünyadakı hər şey sənin olsa, onu fidyə olaraq verərdinmi?” deyilir. O da: “Bəli” deyir. Allah Təala da: Səndən bundan daha yüngülü istəndi. Səndən atan Adəmin belində olduğun vaxtı Mənə şərik qoşmamanı əhd aldım. Sən isə şərik qoşmaqdan başqa bir şey istəmədin” deyilir.” Bunu Buxari və Muslim bu şəkildə təxric etmişlər.

    Başqa bir yol: İmam Əhməd demişdir: Bizə Rəvh danışdı, bizə Həmməd danışdı, o da Sabitdən, o da Ənəsdən rəvayət etdi ki, Rasulullah (səlləllahu aleyhi və səlləm) demişdir: “Cənnətliklərdən biri gətirilər və ona: “Ey Adəm oğlu, yerin necədir?” deyilər. O da: “Ey Rəbbim, ən xeyirli yerdir” deyər. O da: “İstə və dilədiyini arzula” deyər. Adam: “Səndən məni dünyaya on dəfə göndərməni və öldürülməmi istəyirəm və diləyirəm” deyər. Ona görə ki, şəhidliyin fəzilətini görmüşdür. Cəhənnəmliklərdən də biri gətirilər və ona: “Ey Adəm oğlu, yerin necədir?” deyilər. O da: “Ey Rəbbim, ən şərli yerdir” deyər. Ona: “Dünya qədər qızıl fidyə etmək istərdinmi?” deyər. O da: “Bəli, ey Rəbbim” deyər. Allah ona: “Yalan danışdın, səndən bundan çox azını və daha yüngülünü istədim. Sən əməl etmədin” deyər və  oda qaytarılar.

    Buna görə də Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.” demişdir. Yəni, onları Allahın əzabından xilas edəcək və onun şiddətli cəzasından himayə edəcək heç kim yoxdur, deməkdir.

  • 91

    Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.

    91-ci ayənin təfsirinə bax.

  • 92

    Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.

    Vəki təfsirində Şərikdən, o da Əbu İshaqdan, o da Amr ibn Meymundan rəvayət etmişdir ki, o: “Ayədə keçən xeyir cənnətdir” demişdir. İmam Əhməd demişdir: Bizə Ravh danışdı, bizə Malik danışdı, o da İshaq ibn Abdullah ibn əbu Talhadan, o da Ənəs ibn Malikdən onun belə dediyini eşitmişdir: “Əbu Təlha Mədinədə malı ən çox olan ənsarlardan biri idi. Ən çox sevdiyi malı isə Beyraha xurmalığı idi. Bağ, məscidin qarşısında yerləşirdi. Peyğəmbər  (salləllahu aleyhi və səlləm) ora girər və içərisindəki şirin sudan içərdi. Ənəs rəvayət edir ki, “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız” ayəsi nazil olduqda Əbu Təlha: “Ey Allahın Rəsulu, Allah “Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız” buyurur, mənim də ən sevdiyim malım Beyraha baxçasıdır. O, Allah üçün sədəqədir. Allah təalə qatında onun xeyrini və azuqəliyini umuram. Ey Allahın  Rəsulu, onu Allahın sənə göstərdiyi yerə qoy” dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: “Bəh –bəh! Bu, qazanclı maldır. Bu, qazanclı maldır.” – dedi.” Belə eşitdim ki, “Onu qohumlarına verməyini məsləhət görürəm” dedi. Əbu Təlha da: “Belə edərəm, ey Allahın  Rəsulu” – dedi. Əbu Təlha onu qohumları və əmisi uşaqları arasında bölüşdürdü.” Bunu Buxari ilə Müslim təxric etmişlər.

    İki Səhihdə Ömər (radiyallahu anhu) demişdir: “Ey Allahın Rəsulu, Xeybərdəki payımdan daha gözəl malım yoxdur, bu haqda nə əmr edirsən?” O da: “Əsli səndə qalsın, gəlirini xeyriyyə et” dedi.

    Hafiz Əbu Bəkir əl-Bəzzar demişdir: Bizə Əbul Xattab Ziyad ibn Yəhya əl-Hassani danışdı, bizə Yəzid ibn Harun danışdı, bizə Muhamməd ibn Əmr danışdı, o da Abu Amr ibn Hamasdan, o da Həmzə ibn Abdullah ibn Ömərdən rəvayət edir ki, Abdullah demişdir: Bu, “Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız” ayəsi yadıma düşdü və Allahın mənə verdiklərini xatırladım. Rumlu kölə qızdan daha çox sevdiyim nəsə tapa bilmədim. Dedim: “O, Allahın üzü xətrinə azaddır!” Əgər əlimdən çıxan şeyi geri qaytarası olsaydım, onunla nikahlanardım. Yəni, evlənərdim.”

     

     

  • 93

    Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”

    İmam Əhməd demişdir: Bizə Hişam ibn Qasım danışdı, bizə Abdulhəmid danışdı, bizə Şəhr danışıb dedi: İbn Abbas dedi:  “Bir bölük yəhudi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və: “Bizə soruşacağımız şeylərin cavabını ver, bunları ancaq bir peyğəmbər bilə bilər” – dedi. O dedi: “İstədiyinizi soruşun, ancaq Allaha verdiyiniz və Yəqubun da oğullarından aldığı söz adına doğru deyin, əgər sizə bir şey desəm və onun doğru olduğunu bilsəniz, İslama girəcəyinizi vəd edin”.  Onlar da: “Sənə söz veririk”, dedilər. O da: “İstədiyinizi sorşun” dedi. Onlar da bizə dörd şey barədə: “Yəqubun özünə haram etdiyi yemək nə idi? Qadının və erkəyin suyu nədir, uşaq necə oğlan və qız olur? O yazıb-oxumağı bilməyən peyğəmbərin yuxusu necədir? Onun mələklərdən dostu kimdir?“ – xəbər ver dedilər. O da onlardan cavab verdiyi təqdirdə özünə tabe olacaqları barədə vəd aldı və dedi: “Musaya Tövratı endirən Allah üçün deyin, bilirsiniz Yaqub ağır xəstələndi və xəstəliyi uzandı? Allaha nəzir etdi ki, əgər şəfa verərsə ən sevdiyi yeməyi və içməyi haram edəcək. Onun da ən sevdiyi yemək dəvə əti, ən sevdiyi içki də dəvə südü idi”. Onlar da: “Vallahi belədir”, dedilər. O da: “Allahım onlara şahid ol”, dedi. O buyurdu: “Özündən başqa ilah olmayan və Musaya Tövratı endirən Allah adına deyin, bilirsiniz, kişinin suyu ağ və qatı, qadının suyu isə sarı və durudur. Onların ikisindən hansının suyu digərinə üstün gələrsə, Allahın izni ilə uşaq həmin cinsdə və oxşarlıqda olar. Əgər kişinin suyu üstələyərsə, oğlan olar. Əgər qadının suyu üstələyərsə, qız olar.” Onlar da “Bəli”, dedilər. O da “Allahım şahid ol” dedi. O dedi: “Musaya Tövratı endirən Allah adına deyin, bilirsiniz ki, o yazıb-oxumağı bilməyən Peyğəmbərin gözləri yatar qəlbi yatmaz?”. Onlar da: “Vallahi bəli”, dedilər.  O da “Allahım şahid ol” dedi. Onlar da:  “İndi de bizə, sənin mələklərdən olan dostun kimdir? O zaman səninlə ya birləşərik ya da ayrılarıq.” O da: “Mənim mələklərdən dostum Cəbrayıldır. Allah nə vaxt bir peyğəmbər göndərdisə onun dostu Cəbrayıl olmuşdur”, dedi. Onlar da: “Bax burada səndən ayrılırıq, əgər dostun başqası olsaydı, sənə tabe olardıq”, dedilər. O zaman Allah Təala “De: “Cəbrailə düşmən olan kəs….”  (əl-Bəqəra, 97)  ayəsini endirdi. Bunu İmam Əhməd də, Hüseyn ibn Muhamməddən, o da Abdulhəmiddən belə rəvayət etmişdir.

    Başqa bir yol: İmam Əhməd demişdir: Bizə Əbu Əhməd əz-Zubeyri danışdı, bizə Abdullah ibn Vəlid əl-İcli danışdı, o da Bukeyr ibni Şihabdan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət edir ki, yəhudilər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldilər və: “Ey Qasımın atası,  sənə beş şey haqda sual verəcəyik. Əgər bunlara cavab versən səni peyğəmbər olaraq tanıyar və sənə tabe olarıq” – dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlardan Yaqubun öz oğullarından aldığı “Allah söylədiklərimizə Vəkildir” (Yusuf, 66) sözünü  aldı və: “Verin”, dedi. Onlar da: “O peyğəmbərin əlaməti nədir?”dedilər. O da: “Onun gözləri yatar qəlbi yatmaz” dedi.   Onlar: “Bizə xəbər ver, uşaq necə qadın cinsi və ya kişi cinsi olur?” dedilər. O da dedi: “İki su birləşər, kişinin suyu qadının suyuna üstün gələrsə kişi cinsi, qadının suyu kişinin suyuna üstün gələrsə, qadın cinsi olar”, dedi. Onlar da: “İsrailin özünə haram etdiyi şey nə idi?” dedilər. O da: “O, bel ağrısından şikayət edirdi. Bu və bunun südündən daha yaxşı xeyir edənini tapa bilmədi – Əhməd deyir ki, bəziləri: ““dəvə” demək istəyir”, demişlər – o da ətlərini haram etdi.” Yəhudilər də “Doğru dedin” dedilər. Onlar: “Xəbər ver görək, bu göy gurultusu nədir?” dedilər. O da: “Allahın buludla vəzifəli olan mələklərindən bir mələkdir. Əlində – başqa bir rəvayətdə isə “əllərində” – alovdan toppuz var. Onunla buludu Allahın istədiyi tərəfə qovar,” dedi.  Onlar da: “Belədirsə onda eşitdiyimiz səs nədir?” dedilər. O da “Mələyin səsidir”, dedi. Onlar da: “Doğru dedin, amma biri qaldı. Onu da desən sənə tabe olarıq. Hər peyğəmbərin bir dənə xəbər gətirən mələyi var, bizə sənin mələlyinin kim olduğunu xəbər ver”, dedilər. O da: “Cəbrayıl aleyhissalamdır”, dedi. Onlar da: “Cəbrayıl mühairbə, döyüş və əzab gətirir. O bizim düşmənimizdir. Əgər rəhmət, bitki və yağış gətirən Mikayıldır desəydin, olardı,” dedilər. Bu haqda Allah Təala bunu endirdi: “De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) kimi sənin qəlbinə o nazil etmişdir”. “(əl-Bəqərə, 97) Bunu Timizi ilə Nəsai də Abdullah ibn Vəlid əl-İcli yolu ilə eyni şəkildə rəvayət etmişdir. Tirmizi: “Həsən qəribdir” demişdir.          

    İbn Cüreyc ilə əl-Avfidən rəvayət edilir ki, İbn Abbas demişdir: “İsrail – o, Yaqub aleyhissalamdır – gecələr bel siniri ağrısından əziyyət çəkirdi. Onu narahat edər, ona yuxuya getməyə imkan verməzdi. Gündüzlər isə ağrımazdı. Allaha nəzir dedi ki, əgər ona şəfa verərsə damarlı ət və bu qəbildən olan heyvanların balasını yeməyəcək.”

    Dəhhak ilə Suddi də belə demişlər. İbn Cərir də təfsirində bu cür nəql etmiş və “Oğulları da bu haramlıqda atalarının qanununa tabe oldular, onun yolu ilə getdilər”, demişdir.

    Tövrat nazil olmamışdan əvvəl” yəni, bunu Tövrat endirilməmişdən əvvəl özünə haram etmişdir.

    Mən də deyirəm ki, Bu rəvayət üçün qeyd edilənlərdən başqa iki münasib məsələ də var:

    Birincisi: Yaqub aleyhissalam özünə ən sevdiyi şeyləri haram etdi və onları Allah üçün tərk etdi. Bu da onların dinlərində icazəli idi. Bundan öncə gələn ”Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız.”(Ali-İmran, 92) ayəsi ilə əlaqəsi vardır. Bu bizə görə də məşhurdur. O da qulun sevdiyi və könlünü çəkdiyi şeyi Allaha itaətdə xərcləməsidir. Necə ki, Allah Təala demişdir: “Sevdiyi malı sərf edən” (əl-Bəqərə 177); “Onlar öz özləri yemək istədikləri halda  yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”. (İnsan, 8)

    İkinci münasib məsələ: Yuxarıda ötən ahəngə görə xristianlara və onların Məsih haqqında batil etiqadları rədd edildi. Bununla da getdikləri yolun saxtalığı ifşa olundu. İsa və anası haqqında  gerçək və qəti həqiqət aydın oldu. Allahın onu qüdrət və istəməsi ilə necə yaratması, onu Allaha ibadəti əmr etmək üçün İsrail oğullarına necə göndərməsi bildirildi. Bundan sonra isə, yəhudilərə rədd etməyə — Allah onları rəzil etsin — başladı. Onların baş verməsini və icazəli olmasını inkar etdikləri nəsxin baş verdiyini bəyan etdi. Çünki Allah Təala onların kitabı olan Tövratda buyurur ki, Nuh əleyhissalam gəmidən çıxanda Allah ona yer üzündə olan bütün heyvanları yeməsini icazəli etdi. Sonra da bunun ardından İsrail yəni, Yəqub dəvə ətini və südünü özünə haram etdi. Oğulları da bu mövzuda onun yolunu getdilər. Tövrat da bu haramlığı təsdiq etdi və bəzi başqa şeyləri də buna əlavə etdi. Allah, Adəmə qızları ilə oğlanlarını evləndirməyə icazə vermişdi. Onlardan sonra bunu haram etdi. Zövcənin üstünə cariyə almaq İbrahim aleyhissalamın şəriətində icazəli idi. Bunu bilavasitə İbrahim (əleyhissalam) da Saranın üstünə Həcəri gətirməklə tətbiq etmişdi. Amma bu kimi şeylər Tövratda onlara haram edildi. Həmçinin iki bacını eyni vaxtda almaq yayılmışdı. Yaqub əleyhissalam da bunu etmişdi. Sonra Tövratda onlara bu haram edildi. Bütün bunlar onlarda olan Tövratda açıq-aydın göstərilmişdi. Bu da nəsxin özüdür ki, var. Məsihin (əleyhissalam) Tövratda haram edilən bəzi şeyləri halal etməsi də belə olmalıydı. Allah ona bunu qanuni etmişdi. Niyə ona tabe olmadılar? Əksinə onu yalanla ittiham edib, ona müxaliflik etdilər. Allahın Muhamməd (salləlllahu aleyhi və səlləm) ilə göndərdiyi doğru dini, açıq yolu və atası İbrahimin dini də belə idi. Onlara nə olur ki, ona iman etmirlər?.

    Buna görə də Allah Təala dedi:  “Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi.” Yəni, Tövrat enmədən əvvəl Yaqubun özünə haram etdikləri xaricində bütün yeməklər İsrail oğullarına halal idi. Sonra Allah Təala dedi: “De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!” çünki o bu dediyimizi təsdiqləməkdədir.

    Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır.” Yəni, kim Allaha qarşı yalan deyərsə, Şənbə gününü və Tövrata sonsuza qədər bağlanmağı icazəli etdiyini və onlara bu qeyd etdiyimiz nəsxin icazəli olması və dediklərimizin həyata keçməsindən sonra özlərini dəlil və sübutlarla Allaha dəvət edəcək bir peyğəmbər göndərmədiyini iddia edərlərsə  – “məhz onlar zalımlardır.”

    De: “Allah doğru söylədi. Yəni, ey Muhamməd de: O, verdiyi xəbərdə və Quranda şəriət etdiyində doğru söylədi.

    Sonra Allah Təala dedi: Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”. Yəni, Allahın Quranda, Muhammədin (salləllahu aleyhi və səlləm) dili ilə təsdiq etdiyi İbrahimin dininə tabe olun. Çünki o haqdır və onda şəkk və şübhə yoxdur. O heç bir peyğəmbərin ondan daha mükəmməlini, açığını, aydınını və tamamlamışını gətirmədiyi bir yoldur. Necə ki, Allah Təala belə demişdir: “De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”. (Ənam 161) Allah Təala buyurdu: Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl 123)

  • 94

    Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır.

    93-cü ayənin təfsirinə bax.

  • 95

    De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”.

    93-cü ayənin təfsirinə bax.

  • 96

    Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.

                Allah təala insanlar üçün, yəni bütün insanların ibadət və həcləri üçün təvaf edəcəkləri, ona doğru namaz qılacaqları və yanında etikafa girəcəkləri ilk qurulan evdən xəbər verib onun “Bəkkədəki Evdir” olduğunu deyir. Yəni, o, xristian və yəhudi qruplarının onun dinindən və yolundan olduqlarını iddia etdikləri İbrahim Xəlilin (aleyhissalam) tikdiyi Kəbədir. Bununla bərabər Allahın əmri ilə ucaltdığı və insanları ona həcc etməyə dəvət etdiyi evi təvaf etməzlər. Buna görə “bərəkət” yəni bərəkətlə qurulmuşdur, “doğru yol göstərəndir” deyilmişdir.

    İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da Aməşdən, o da İbrahim Teymidən, o da atasından, o da Əbu Zərdən (Allah onda razı olsun) dedi: Mən, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: “Ey Rəsulullah, yer üzündə ilk qurulan məscid hansıdır?” O dedi: “Məscidul-Haram.” Sonra hansıdır? — dedim. O: “Məscidul Əqsadır” — dedi. “İkisinin arasında nə qədər məsafə var?” – dedim. O dedi – “Qırx il”. “Sonra hansıdır?” – dedim. O dedi: “Harada namaz vaxtına yetişsən, orada qıl. Yer üzü bütünlüklə məsciddir”. Bunu Buxari ilə Muslim, Aməşin hədisindən belə təxric etmişlər.

    İbn əbu Hatim demişdir: Bizə Həsən ibn Muhəmməd ibn Səbbah danışdı, bizə Səid ibn Suleyman danışdı, bizə Şərik danışdı, o da Mucahiddən, o da Şəbidən, o da Əlidən onun “insanlar üçün ilk qurulan ev Bəkkədədir” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Ondan öncə də evlər olub, lakin o, Allaha ibadət etmək üçün qurulan ilk evdir.”

    Bizə atam danışdı, bizə Həsən ibn Rəbi danışdı, bizə Əbu Əhvas danışdı, o da Simakdan, o da Xalid ibn Araradan dedi: “Bir adam qalxıb Əlidən soruşdu: “Mənə Ev haqqında danışa bilərsən? O, yer üzündə tikilən ilk evdir?” O da dedi: “Xeyr, lakin o, içində bərəkət olan ilk evdir. Onda İbrahim Məqamı vardır. Ora daxil olan əmin olur.” Əli, İbrahimin Kəbəni necə tikdiyini tam şəkildə danışdı. Biz də bu haqda Bəqərə surəsinin əvvəlində geniş danışdıq. Burada təkrarlamağa ehtiyac yoxdur.

    Suddi onun yer üzündə mütləq olaraq ilk qurulan ev olduğunu güman etmişdir. Doğrusu Əlinin (Allah ondan razı olsun) dediyidir. Beyhaqinin Kəbənin tikilməsi barədə “Dələilun-nubuvvəti” kitabında İbn Ləhiyədən, o da Yəzid ibn əbu Həbibdən, o da Əbu Xeyirdən, o da Abdullah ibn Amr ibn Asdan mərfu olaraq (yəni, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatan sənədlə) belə rəvayət etmişdir: “Allah, Cəbrayılı Adəm və Həvvanın yanına göndərdi və onlara Kəbəni tikməyi əmr etdi. Adəm də onu tikdi. Sonra onu təvaf etmələrini əmr etdi. Ona deyildi: “Sən ilk insansan, bu da insanlar üçün tikilən ilk evdir.” hədisinə gəlincə, bu hədis təkcə İbn Ləhiyanın rəvayət etdiyi hədislərdəndir və zəifdir. Oxşayır ki, bu, Abdullah ibn Amrdan məvquf (yəni, onun sözü) olaraq rəvayət edilibdi. Allah ən doğrusunu biləndir. Yərmuk döyüşündə Əhli kitabdan ələ keçirdiyi iki dəvə yükü kitablardan nəql etdiyi rəvayətlər kimidir.

    Bəkkədədir” Bəkkə, məşhur rəyə görə Məkkənin adlarındandır. Ona belə deyilməsi, zalımların və rəhmsizlərin boyunlarının qırılmasıdır. Yəni onlar orada zəlil olur və baş əyirlər. Belə də deyilmişdir: “Çünki insanlar orada izdiham edərlər.”

    Qatadə demişdir: Allah bütün insanları oraya yerləşdirdi, qadınlar kişilərin qarşısında namaz qılarlar. Bu başqa heç bir yerdə edilməz.

    Mucahid, İkrimə, Səid ibn Cubeyr, Amr ibn Şueyb və Muqatil ibn Həyyandan belə rəvayət edilmişdir. Həmmad ibn Sələmə, o da Əta ibn Saibdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan onun bu cür dediyini rəvayət etmişdir: “Məkkə əl-Fəc bölgəsindən ət-Tənimə qədərdir. Bəkkə isə Beytullahdan əl-Bathaya qədərdir.” Şubə, Muğiradan, o da İbrahimdən demişdir: “Bəkkə: Ev ilə məsciddir.” Zuhri də belə demişdir. Bir rəvayətdə İkrimə və Məymun ibn Mihran demişlər: “Evin olduğu yür və ətrafı Bəkkədir. Bundan o yan isə Məkkədir.”

    Əbu Saleh, İbrahim Nəxai, Atiyyə əl-Avfi və Muqatil ibn Heyyan demişlər: “Evin olduğu yer Bəkkədir. Bundan savayı isə, Məkkədir.”

    Məkkə üçün çoxlu adlar zikr edilmişdir: Məkkə, Bəkkə, Beytul atiq, Beytulharam, Bələdul-əmin, Məmun, Ummu-ruhm, Ummul-qura, Salah, Ərş – Bədr formasında oxunur –, Qadis — çünki günahlardan təmizləyər –, Muqəddəsə, ən-Nəssəh – “Nun” və həmçinin “bə” hərfi ilə yazır –, əl-Hatimə, ən-Nəssasə, ər-Ras, Kusə, əl-Bəldə, əl-Bəniyyə və Kəbə.

    Orada aydın nişanələr vardır” yəni onu İbrahimin tikdiyinə, Allahın ona əzəmət və şərəf verdiyinə dair açıq aydın işarələr vardır. Sonra da “İbrahim Məqamı” dedi. Yəni bina tikilən zaman, təməlini və divarlarını qaldırmaq üçün ondan istifadə etdi. Çünki üstündə dururdu və İsmayıl ona daşları verirdi. O, Evin divarına bitişik idi. Sonra Ömər ibn Xəttab (Allah ondan razı olsun) xilafəti zamanında təvaf mümkün olsun deyə və təvafdan sonra qarşısında namaz qılanların başı qarışmasın deyə onu şərqə tərəf çəkdi. Çünki Allah təala onun qarşısında namaz qılmağı əmr etdi: “İbrahim Məqamını namazgah edin” (Bəqərə, 125). Biz də, bu barədə hədisləri yuxarıda qeyd etdik. Onları təkrar etməyə ehtiyac yoxdur. Həmd və minnət Allahındır.

    Avfidən, o da İbn Abbasdan “Orada aydın nişanələr – İbrahimin məqamı vardır” ayəsi barəsində demişdir: “Yəni, İbrahim Məqamı və Məhşər də onlardandır.” Mucahid demişdir: “Onun məqamdakı ayaq izləri açıq əlamətdir.” Ömər ibn Əbduləziz, Həsən, Qatadə, Suddi, Muqatil ibn Həyyan və digərlərindən də belə rəvayət edilmişdir. Əbu Talib də məşhur Ləm qəsidəsində demişdir:

    İbrahimin daş üzərindəki ayaq izi,

    Ayaqyalın ayaqqabısız durmaqdadır.

                İbn Əbu Hatim demişdir: Bizə Əbu Səid və Əmr əl Əvdi danışıb dedilər, bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da İbn Cureycdən, o da Ətadan, o da İbn Abbasdan onun “İbrahim Məqamı” haqqında bu cür dediyini rəvayət etmişdir: “Əl-Haram ərazisi bütünlüklə İbrahim Məqamıdır.” Amrın mətnində isə deyilir: “Hicr bütünlüklə İbrahim Məqamıdır.”

    Səid ibn Cubeyrdən onun bu sözləri nəql edilmişdi: “Həcc, İbrahim məqamıdır.” Mən bir nüsxədə belə gördüm. Ola bilər “Hicr bütünlüklə İbrahim məqamıdır.” variantıdır. Mucahid də bunu açıq-aydın ifadə etmişdir.

    Oraya daxil olan əmin olar” yəni, Məkkə haramına daxil olan deməkdir. Oraya qorxu ilə daxil olan, bütün pisliklərdən əmin olar. Cahilliyə dövründə də belə idi. Necə ki, Həsən Bəsri və digərləri demişlər: “Bir adam birini öldürər, sonra boynuna bir parça yun qoyub əl-Harama girərdi. Öldürülənin oğlu ilə qarşılaşardı. O da ordan çıxana qədər ona toxunmazdı.”

    İbn Əbu Hatim demişdir: Bizə Əbu Səid əl-Əşac danışdı, bizə Əbu Yəhya ət-Teymi danışdı, o da Ətadan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan “Oraya daxil olan əmin olar” ayəsi barəsində onun bu cür dediyini rəvayət etmişdir: “Kim Evə sığınsa, Ev onu qoruyar. Lakin ona sığınacaq, yemək və içmək verilməzdi. Çıxdığı zaman əməlinə görə sorumlu olardı.”

    Allah təala demişdir: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (Ənkəbut, 67). Allah buyurur: “Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Onlara aclıqda yemək verdi və qorxuda əmin-amanlıq bəxş etdi” (Qureyş, 3,4). Hətta orada ov etmək, ovu yuvasından çıxartmaq, ağacını qırmaq, meyvəsini dərmək və otunu yolmaq kimi qadağalar onun haramlığına daxildir. Necə ki, bir qrup səhabədən mərfu və məvquf olaraq bu barədə bir neçə hədis rəvayət edilmişdi.

    İki Səhihdə, sözləri Muslimdədir, İbn Abbas demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Hicrət yoxdur. Lakin cihad və niyyətdir. Əsgərliyə çağrıldığınız zaman gedin.” O, Fəth günü Məkkənin fəthində demişdir: “Allah bu şəhəri göyləri və yeri yaratdığı gün haram etdi. O, Allahın haram etməsi ilə Qiyamət gününə qədər haramdır. Orada döyüşmək məndən əvvəl heç kimə halal qılınmadı. Mənə də yalnız gündüzün bir saatı halal qılındı. O, Allahın haram etməsi ilə Qiyamət gününə qədər haramdır. Tikanı qoparılmaz, ovu qorxudulmaz, itəni götürülməz, yalnız elan etmək üçün götürülə bilər, otu yolunmaz.” Bu arada Abbas dedi: “Ey Rəsulullah, ayrıq (izxir) otunu istisna et. Çünki onu ölüləri və evləri üçün istifadə edirlər.” O da dedi: “Ayrıq müstəsnadır.”

    Buxari və Muslimin də Əbu Hureyrədən bənzər rəvayətləri vardır. Muslimin bir mətnində Əbu Şureyh əl-Ədəvi, Məkkəyə əsgərləri göndərən Amr ibn Səidə dedi: Ey əmir, mənə icazə ver, sənə bir hədis danışım: Onu Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü səhər açıldıqda qalxıb dedi. Bu sözləri danışdığı zaman onu öz qulaqlarım eşitdi, qəlbim anladı, gözlərim gördü. O, Allaha həmd və səna etdi, sonra isə dedi: “Məkkəni insanlar yox, Allah haram etdi. Buna görə Allaha və axirət gününə iman edənin orada qan tökməsi, ağac kəsməsi halal deyildir. Əgər kimsə Rəsulullahın (salləllahu aleyhi və səlləm) orada savaş etməsini məsəl gətirərsə, ona deyin: Allah Öz Rəsuluna icazə verdi, sizə vermədi. Mənə də yalnız gündüzün bir saatı icazə verildi. Dünənki haramlığı bu gün geri döndü. Burada olanlar olmayanlara çatdırsınlar.” Əbu Şureyhə dedilər: “Amr sənə qarşılığında nə dedi?” O da dedi: “Mən onu səndən yaxşı bilirəm, ey Əbu Şureyh! əl-Haram nə asi olanı, nə yaralı olub qaçanı, nə də üzləri qızardan əməlinə görə qaçanı himayəsinə almaz.”

    Cabir demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini eşitdim: “Heç birinizə Məkkədə silah gəzdirmək halal deyil.” Bunu Muslim rəvayət etmişdir. Abdullah ibn Adiy ibn əl-Hamra əz-Zuhri, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Məkkə bazarı Həzvərədə olarkən, belə dediyini eşitmişdir: “Allaha and olsun ki, sən Allahın ən xeyirli ərazisisən və Allahın ən çox sevdiyi ərazisən. Səndən çıxarılmasaydım, çıxmazdım.” Bunu İmam Əhməd rəvayət etmişdir. Mətni də oradadır. Həmçinin Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Tirmizi: “Həsən səhihdir” – demişdir. Bənzər şəkildə rəvayət olunan İbn Abbasın hədisinin də səhih olduğunu söyləmişdir. Əhməd də Əbu Hureyrədən də oxşarını rəvayət etmişdir.

    İbn Əbu Hatim demişdir: Mənə atam danışdı, bizə Bişr ibn Adəm ibn Bint Əzhər əs-Səmman danışdı, bizə Əbu Asim danışdı, o da Məxzum oğullarının müttəfiqi Zureyq ibn Muslim əl-Əmadan, mənə Ziyad ibn Əbu Əyyaş danışdı, o da Yəhya ibn Cadə ibn Hubeyrədən dedi ki, o, “Oraya daxil olan əmin olar” ayəsi barəsində demişdir: “Cəhənnəmdən əmin olar.”

    Bu mənada Beyhaqinin rəvayət etdiyi bir hədis vardır. Bizə Əbu Həsən Əli ibn Əhməd ibn Abdən xəbər verdi, bizə Əhməd ibn Ubeyd xəbər verdi, bizə Muhəmməd ibn Suleyman əl-Vasiti danışdı, bizə Səid ibn Suleyman danışdı, bizə İbn Muəmmil danışdı, o da İbn Muheysindən, o da Ətadan, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Kim Allahın evinə girərsə bir yaxşılıqla girər, bir pislikdən çıxar və bağışlanmış olaraq çıxar.” Sonra Beyhaqi demişdir: “Bunu yalnız Abdullah ibn Muəmmil rəvayət etmişdir. O, qüvvətli rəvayətçi deyil.”

    Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”, bu ayə cumhura görə həccin fərz olduğuna dəlildir. Bəziləri isə, dəlilin “həcci və ümrəni tamamlayın” (Bəqərə, 196) ayəsi olduğunu demişlər. Birincisi daha açıqdır.

    Bir çox hədisə görə o, İslamın təməllərindən, dayaqlarından və dirəklərindən biridir. Müsəlmanlar bunda zəruri yekdillik bildirmişlər. O, bacarana ömründə yalnız bir dəfə fərzdir və bu da Quran, Sünnə və icma ilə sabitdir.

    İmam Əhməd demişdir: Bizə Yəzid ibn Harun danışdı, bizə Rəbi ibn Muslim əl-Quraşi xəbər verdi, o da Muhəmməd ibn Ziyaddan, o da Əbu Hureyrədən onun bu cür dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə xütbə verərək dedi: “Ey İnsanlar Allah sizə Həcci fərz etdi. Həcc edin.” Bir nəfər soruşdu: “Hər il edək, ey Allahın Rəsulu?” O da susdu. Adam üç dəfə sualını təkrar etdi. O dedi: “Əgər bəli desəm, vacib olar. Buna isə gücünüz çatmaz.” Sonra dedi: “Mən sizi tərk edəndə siz də tərk edin. Sizdən əvvəlkiləri çox sual vermələri və peyğəmbərlərinə görə çox mübahisə etmələri həlak etdi. Sizə bir şeyi əmr etdiyim zaman onu gücünüz çatana qədər edin. Sizi nədənsə çəkindirdiyim zaman onu tərk edin.” Bunu Muslim də Zuheyr ibn Hərbdən, o da Yəzid ibn Harundan bənzər şəkildə rəvayət etmişdir.

    Sufyan ibn Huseyn, Suleyman ibn Kəsir, Abdulcəlil ibn Humeyd və Muhəmməd ibn Əbu Hafsa rəvayət edirlər Zuhridən, o da Əbu Sinan ət-Duəlidən – onun adı Yəzid ibn Umeyyədir –, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə xütbə verərək dedi: “Ey insanlar, Allah həcc etməyi fərz etdi.” Aqra ibn Habis qalxıb dedi: “Ey Rəsulullah, hər il edək?” O da dedi: “Əgər desəydim, vacib olardı. Vacib olsaydı onu etməyəcəkdiniz və etməyə gücünüz də çatmazdı. Həcc bir dəfədir. Kim artıq edərsə, nafilədir.” Bunu Zuhri yolu ilə Əhməd, Əbu Davud, Nəsai, İbn Macə və Hakim rəvayət etmişlər. Onu Şərik də Simakdan, o da İkrimədən, o da İbn Abbasdan bənzər şəkildə rəvayət etmişdir. Usamə ibn Yəzid hədisindən də rəvayət edilmişdir.

    İmam Əhməd demişdir: Bizə Mansur ibn Vərdan danışdı, o da Əli İbn Abdulalədən, o da atasından, o da Əbu Baxtəridən, o da Əlidən onun belə dediyini rəvayət etmişdir: “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur” ayəsi nazil olanda sual verdilər: “Ey Rəsulullah, hər il edək?” O da susdu. “Ey Rəsulullah, hər il edək?” deyə təkrar etdilər. O da dedi: “Xeyr, əgər bəli desəm, vacib olardı.” Buna görə Allah bu ayəni nazil etdi: “Ey iman edənlər sizə izah olunan zaman sizi üzəcək şeylər barəsində sormayın” (Maidə, 101).

    Bunu Tirmizi, İbn Macə və Hakim də Mənsur ibn Vərdan hədisindən rəvayət etmişlər. Sonra Tirmizi: “Həsən qəribdir” – demişdir. Onun bu dediyində etiraz yeri vardır. Çünki Buxari demişdir: “Əbu Bəxtəri Əlidən hədis eşitməyibdir.”

    İbn Macə demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Numeyr danışdı, bizə Muhəmməd ibn Əbu Ubeydə danışdı, o da atasından, o da Aməşdən, o da Əbu Sufyandan, o da Ənəs ibn Məlikdən dedi: “Ey Rəsulullah, həcc hər ildir?” deyə soruşdular. O dedi: “Əgər bəli desəm, vacib olardı. Vacib olsaydı, yerinə yetirməzdiniz. Onu yerinə yetirməsəniz sizə əzab verilər.”

    İki Səhihdə İbn Cureycdən, o da Ətadan, o da Cabirdən, o da Suraqə ibn Malikdən dedi: “Ey Rəsulullah, bu təməttu həccimiz bu ilə aiddir, yoxsa həmişəlikdir?” O dedi: “Xeyr, həmişəlikdi.” – dedi. Bir rəvayətdə isə: “Sonsuza qədərdi.” – demişdir.

    İmam Əhmədin Musnədində və Əbu Davudun Sünənində, Vaqid ibn Əbu Vaqid Əl-Leysidən, o da atasından rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) həcc etdiyi zaman qadınlarına: “Bu qədərdir. Bir daha həsirlərin üzərindən qalxmayın” yəni evlərinizdən çıxmayın dedi.

    Gücü çatması məsələsinə gəlincə bu bir neçə hissədir. Bəzən insanın öz gücü ilə olur, bəzən də başqasının verdiyi imkan ilə həyata keçir. Bunlar da Əhkam kitablarında izah edilmişdir.

    Əbu İsa Tirmizi demişdir. Bizə Abd ibn Humeyd danışdı, bizə Abdurrəzzaq xəbər verdi, bizə İbrahim ibn Yəzid xəbər verib dedi: Muhəmməd ibn Abbad ibn Cəfərdən eşitdim ki, İbn Ömərdən belə danışır: “Bir adam qalxdı və Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Rəsulullah, hacı kimdir?” O dedi: Saçı başı dağınıq, üstü başı toz torpaq olandır.” Başqası qalxdı və dedi: “Hansı həcc daha fəzilətlidir?” O dedi: “Çox səs çıxarılan və yağmur kimi yağan.” Digəri qalxdı və dedi: “Ey Rəsulullah, yol nədir?” O da dedi: “Azuqə və minikdir.” Bunu İbn Macə də İbrahim ibn Yəzid əl-Xuzi hədisindən rəvayət etmişdir. Tirmizi demişdir: “Onu yalnız bu hədisindən tanıyırıq. Bəziləri də onun haqqında hafizəsi baxımından tənqidi danışmışlar.” Burda belə demişdir. Həcc kitabında isə demişdir: “Bu, həsən hədisdir.”

    Bu sənədin Əl-Xuzidən başqa olan rəvayətçilərinin etibarlı olmasında şübhə yoxdur. Onun haqqında da bu hədisdən dolayı tənqidi danışmışlar. Ancaq onu dəstəkləyən başqa rəvayətlər vardır.

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbdüləziz ibn Abdullah əl-Amiri danışdı, bizə Muhəmməd ibn Abdullah ibn Ubeyd ibn Umeyr əl-Leysi danışdı, o da Muhəmməd ibn Abbad ibn Cəfərdən dedi: Abdullah ibn Ömərin yanında oturmuşdum. O dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir adam gəldi və soruşdu: “Yol nədir?” O da dedi: “Azuqə və minikdir.” Bunu İbn Mərduyə də Muhəmməd ibn Abdullah ibn Ubeyd ibn Umeyrdən bu şəkildə rəvayət etmişdir.

    Sonra İbn Əbu Hatim demişdir: İbn Abbas, Ənəs, Həsən, Mucahid, Əta, Səid ibn Cubeyr, Rəbi ibn Ənəs və Qatadədən belə rəvayət edilmişdir. Bu hədis başqa yollardan da Ənəs, Abdullah ibn Abbas, İbn Məsud və Aişənin yolları ilə rəvayət edilmişdi ki, hamısı mərfudur. Ancaq sənədləri barəsində bəzi tənqidi şeylər deyilmişdir. Bunlar əhkam kitablarında izah edilmişdir. Allah ən doğrusunu biləndir.

    Hafiz Əbubəkr ibn Mərduyə bu hədisin bütün yollarını toplamağa cəhd etmişdir. Onu Hakim də Qatadədən, o da Hammad ibn Sələmədən, o da Ənəsdən rəvayət etmişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur” ayə barəsində soruşdular və: “Yol nədir?” dedilər. O da dedi: “Azuqə və minikdir.” Sonra (Hakim) dedi: “Muslimin şərtinə görə səhihdir, iki Şeyx təxric etməmişlər.”

    İbn Cərir demişdir: Mənə Yaqub danışdı, bizə İbn Uləyyə danışdı, o da Yunusdan, o da Həsəndən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur” ayəsini oxudu. Ondan “yol nədir?” soruşdular. O da dedi: “Azuqə və minikdir.” Bunu Vəki də təfsirində Sufyandan, o da Yunusdan belə rəvayət etmişdir.

    İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Səvri xəbər verdi, o da İsmayıldan – o Əbu İsrail əl-Mulaidir –, o da Fudeyldən yəni, İbn Amrdan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Həcci etməyə tələsin, çünki başınıza nə gələcəyini sizlərdən heç kim bilmir.”

    İmam Əhməd demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Həsən ibn Amr əl-Fuqeymi danışdı, o da Mihran ibn Əbu Safvandan, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Həcc etmək istəyən tələssin.” Bunu Əbu Davud da Musəddəddən, o da Əbu Muaviyə əd-Darirdən bu cürə rəvayət etmişdir.

    İbn Cubeyr də İbn Abbasdan “yoluna gücü çatan” ayəsi barəsində demişdir: “Kim üç yüz dirhəmə sahib olarsa, yola gücü çatmışdır.” Onun mövlası İkrimə demişdir: “Yol, sağlamlıqdır”

    Vəki ibn Cərrah da, Əbu Cənabdan yəni əl-Kəlbidən, o da Dəhhak ibn Muzahimdən, o da İbn Abbasdan “yoluna gücü çatan” ayəsi barəsində demişdir: “Azuqə ilə dəvədir.”

    Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur”, İbn Abbas, Mucahi və bir çoxları demişlər: “Yəni, kim həccin fərz olduğunu inkar edərsə, küfr etmiş olar. Allahın ona ehtiyacı yoxdur.”

    Səid ibn Mansur demişdir: Sufyandan, o da İbn Əbu Nəcihdən, o da İkrimədən, deyir: “İslamdan başqa bir din axtaran şəxsdən, o heç vaxt qəbul olunmaz” (Ali İmran, 85) ayəsi nazil olanda yəhudilər dedilər: “Biz də müsəlmanıq.” Allah buyurdu: “Onlarla mübahisə et, onlara dəlil gətir.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara dedi: “Allah, Evi həcc etməyi, gücü çatan müsəlmanlara fərz etdi”. Onlar dedilər: “Bizə fərz edilmədi.” Onlar həcc etməkdən imtina etdilər. Allah da buyurdu: “Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur”. İbn Əbu Nəcih də, Mucahiddən belə rəvayət etmişdir.

    Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər danışdı, bizə İsmayıl ibn Abdullah ibn Məsud xəbər verdi, bizə Muslim ibn İbrahim ilə Şaz ibn Fəyyaz xəbər verib dedilər: Bizə Hilal Əbu Haşim əl-Xorasani xəbər verdi, bizə Əbu İshaq əl-Həmədani xəbər verdi, o da Harisdən, o da Əlidən (Allah ondan razı olsun) dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Kim azuqə və miniyə sahib olub Allahın evinə həcc etməzsə, yəhudi yaxud xristian olaraq ölməsi ona zərər verməz. Çünki Allah təala buyurur: “Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur”.

    Bunu İbn Cərir də, Muslim ibn İbrahimin hədisindən rəvayət etmişdir. Bunu İbn Əbu Hatim də, Əbu Zuradan bu şəkildə rəvayət etmişdir: Bizə Hilal ibn Fəyyaz danışdı, bizə Hilal Əbu Haşim əl-Xorasani danışdı. Sonra bənzər bir sənədlə rəvayət etdi. Bunu Tirmizi də, Muhəmməd ibn Yəhya əl-Qutaidən, o da Muslim ibn İbrahimdən, o da Hilal ibn Abdullah mövla Rabia ibn Amr ibn Muslim əl-Bahilidən bu cür rəvayət etmiş və demişdir: “Qərib hədisdir, bunu yalnız bu yoldan bilirik. Sənədi barədə bəzi tənqidi şeylər deyilmişdir. Hilal naməlumdur. Haris isə hədisdə zəif sayılır. Buxari demişdir: Bu Hilalın hədisi munkərdir. İbn Adiy də demişdir: “Bu hədis qorunmuş deyil.”

    Əbubəkr əl-İsmaili əl-Hafiz də, bunu Abu Amr əl-Əvzainin danışdığı yolla rəvayət edib demişdir: Mənə İsmayıl ibn Ubeydullah ibn Əbu Mühacir danışdı, mənə Abdurrəhman ibn Qanəm danışdı ki, o, Ömər ibn Xəttabın belə dediyini eşitmişdir: “Kim gücü çatdığı halda həcc etməzsə, istər yəhudi olaraq ölsün istərsə xristian olaraq ölsün, birdir.” Ömər ibn Xəttaba (Allah ondan razı olsun) çatan bu sənəd səhihdir. Səid ibn Mənsur Sünənində Həsən Bəsridən rəvayət etmişdir ki, Ömər ibn Xəttab belə demişdir: “Çox istərdim ki, şəhərlərə baxmağa adamlar göndərim. Onlar da, imkanı olub həccə getməyən hər bir kəsə cizyə tətbiq etsinlər. Çünki onlar müsəlman deyil, onlar müsəlman deyil.”

     

     

  • 97

    Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim inkar edərsə, Allahın aləmlərə ehtiyacı yoxdur.

    96-cı ayənin təfsirinə bax.

  • 98

    De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz Allahın ayələrini inkar edirsiniz?”

    Bu, Allah təalanın Əhli kitab kafirlərini tənbeh etməsidir. Səbəb onların haqqa qarşı inadkarlıq göstərmələri, Allahın ayələrini inkar etmələri və Əhli imandan olanların şəxsi iradəsi və səyi ilə Allah yoluna yönəlmək istəyənləri bu yoldan döndərmələridir. Onlar peyğəmbərin gətirdiklərinin haqq olduğunu bilirdilər. Çünki bu mövzuda əvvəlki peyğəmbərlərdən və böyük rəsullardan gələn məlumatlar var idi. Allahın salavatı və salamı onların üzərinə olsun.

    Bundan əlavə onlara ümmi, Haşimi, ərəb, Məkkəli, Adəm oğullarının ən hörmətlisi, peyğəmbərlərin sonuncusu, yerin və göyün Rəbbinin elçisi Muhammədin (salləllahu aleyhi və səlləm) müjdəsi verilmişdi. Allah da onları bütün bunlara görə təhdid etdi. Əllərində olan peyğəmbərliklə əlaqədar məlumatlara müxaliflik etməkləri və müjdələnən peyğəmbəri yalanla ittiham etmələri, inkar etmələri və ona qarşı inadkarlıq etmələri kimi davranışlarına şahid olduğunu xəbər verdi. Onların etdiklərindən xəbərsiz olmadığını və onları “nə malın nə övladların fayda verməyəcəyi gündə” buna görə cəzalandıracağını xəbər verdi.

  • 99

    De: “Ey Kitab əhli! Siz şahid olduğunuz halda, nə üçün əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolundan sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

    98-ci ayənin təfsirinə bax.

  • 100

    Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra döndərib kafir edərlər.

    Allah Təala mömin qullarını Allahın onlara verdiyi lütfə və onlara Rəsulunu göndərmə ikramına görə qısqanan Əhli kitaba itaət etməyi qadağan edir. Necə ki, buyurur: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər.”(Bəqəra 109) Burda da belə demişdir:“Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra döndərib kafir edərlər”. Sonra da Allah Təala buyurur: “Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz?”  Yəni, küfr sizdən uzaqdır, uzaq olsun sizdən. Çünki Allahın ayələri gecə gündüz Rəsuluna endirilir. Onları sizə oxuyur və sizə çatdırır. Bu isə aşağıdakı ayə kimidir: “Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, artıq O, sizdən əhd almışdır.” (Hədid 8) Hədisdə də varid olduğu kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir gün əshabına: “İmanını ən çox bəyəndiyiniz möminlər kimlərdir?” – deyə soruşdu.  Onlar da: “Mələklərdir” – dedilər. O da: “Necə iman etməsinlər, axı Rəblərinin yanındadırlar” – dedi. Onlar: “Peyğəmbərlərdir” – dedilər. O da: “Necə iman etməsinlər axı, onlara vəhy enməkdədir” – dedi. Onlar: “Bizik” – dedilər. O da: “Siz necə iman etməzsiniz axı, mən sizin aranızdayam.” – dedi. Onlar da: “Elə isə insanların iman etmək baxımından ən çox bəyəniləni kimlərdir?” – dedilər . O da: “Sizdən sonra gələcək insanlardır ki, yazılı səhifələri taparlar və içərisindəkilərə iman edərlər.” – dedi.» Mən də bu hədisin sənədini və onun haqqında deyilənləri Buxarinin şərhinin əvvəlində gətirdim. Həmd  Allaha məxsusdur.

    Sonra Allah Təala buyurdu: “Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.” Yəni, bununla birlikdə Allaha möhkəm bağlanmaq, Ona təvəkkül etmək hidayət üçün əsasdır, azqınlıqdan uzaq qalmaq üçün hazırlıqdır. Doğru yola və əsas istiqamətə getməyə və murada çatmağa ən böyük vasitədir.

  • 101

    Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.

    100-cü ayənin təfsirinə bax.

  • 102

    Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!

    İbn Əbi Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Əbdurrəhman danışdı, o da Süfyan ilə Şubədən, o da Zəbid əş-Şamidən, o da Mürrədən, o da Abdullahdan – o, İbn Məsuddur – rəvayət edir ki, “Allahdan Ona layiq olan tərzdə qorxun” kəlamı haqqında: “O, itaət edib asilik etməmək, zikr edib  unudulmamaq və şükür edib nankor olmamaqdır.” Bu səhih məvquf sənəddir. Murraya bu yöndən Amr ibn Məymun, o da İbn Məsuddan qoşulmuşdur.

    Onu İbn Mərduyə də, Yunis ibn Abdul Aladan, o da İbn Vəhbdən, o da Süfyan Səvridən, o da Zəbiddən, o da Mürrədən, o da Abdullahdan rəvayət etmişdir ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) “Allahdan Ona layiq olan tərzdə qorxun” kəlamı haqqında: “İtaət edilib asilik etməmək, şükür edib nankorluq etməmək, zikr edib unudulmamaqdır.” demişdir.

    Bunu Hakim də Müstədrəkində Misardan, o da Zəbiddən, o da Mürrədən, o da Məsuddan mərfu olaraq rəvayət etmiş və sonra da: «İki şeyxin şərtinə uyğundur, təxric edilməmişdir» – demişdir. Belə desə də ən doğru olan onun məvquf olmasıdır. Allah daha yaxşı bilir.

    Sonra İbn Əbi Hatim  demişdir: “Bunun bənzəri də Mürrə əl Həmədanidən, Rəbi ibn Huseyndən, Amr ibn Meymundan, İbrahim Nəxaidən, Tavusdan, Həsəndən, Qatadədən, Əbu Sinandan və Suddidən rəvayət edilmişdir”. Ənəsdən onun belə dediyi rəvayət edilmişdir: “Qul dilini saxlamadıqca Allahdan lazımınca qorxmuş olmaz”. Səid ibn Cubeyr, Əbul Aliyə, Rəbi ibn Ənəs, Qatadə, Muqatil ibn Həyyan, Zeyd ibn Əsləm, Suddi və digərləri də bu ayənin Allah Təalanın “Nə qədər bacarırsınızsa Allahdan qorxun.” (Təğabun 16) ayəsi ilə nəsx edildiyini demişlər. Əli ibn əbu Təlhadan rəvayət edilir ki, İbn Abbas demişdir: “Allahdan Ona layiq olan tərzdə qorxun” kəliməsi nəsx edilmədi. Ancaq Ondan layiqincə qorxmaq, Onun yolunda layiqincə cihad etməkdir. Bu mövzuda heç kimin qınağından qorxmamaqdır. Özünün, atalarının və oğullarının əleyhinə olsa da ədaləti icra etməkdir.”

    “Ancaq müsəlman olduğunuz halda ölün!” Yəni sağlığınız və sağlamlığınız zamanı İslamı mühafizə edin ki, onun üzrə öləsiniz. Çünkü Kərəm sahibi Allah belə bir qanunauyğunluq qoymuşdur: «Kim nə üzrə yaşarsa, o üzrədə ölər. Kimdə nə üzrə ölərsə, o üzrə də dirilər.» Buna müxalif olmaqdan Allaha sığınıq.

    İmam Əhməd demişdir: Bizə Ravh danışdı, bizə Şubə danışıb dedi: Süleymandan eşitdim, o da Mücahiddən belə dedi: “İnsanlar Beytullahı təvaf edirdilər, İbn Abbas da oturmuşdu, yanında bir əsa var idi. Rəsulullah (saləllahu aleyhi və səlləm) belə buyurdu: “Ey iman gətirınlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” Əgər zəqqumdan dünyaya bir damcı damcıladılsaydı, dünya əhalisinin dolanışığı zəhər olardı. Elə isə, yeməyə zəqqumdan başqa bir şeyi olmayanın halını düşünün.” Bunu Tirmizi, Nəsai, İbn Macə, İbn Hibban öz Səhihində, Hakim Müstədrəkində müxtəlif yollarla Şubədən eyniylə rəvayət etmişdirlər. Tirmizi: “həsən səhihdir” — demişdir. Hakim də: “İki şeyxin şərtinə uyğundur, lakin təxric etməmişlər” – demişdir.

    İmam Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Aməş danışdı, o da Zeyd ibn Vahbdan, o da AbdurRahmən ibn Rabbil-kəbədən, o da Abdullah ibn Amrdan rəvayət etmişdir ki, Rəsulullah (saləllahu aleyhi və səlləm) demişdir: “Kim oddan uzaqlaşdırılıb cənnətə girmək istəyirsə, ölüm ona Allaha və axirət gününə iman etdiyi halda gəlsin və özü üçün istədiyini insanlar üçün də istəsin”.

    İmam Əhməd demişdir: “Bizə Əbu Müaviyə danışdı, bizə Aməş danışdı, o da Əbu Süfyandan rəvayət etdi ki, Cabir demişdir: “Rəsulullahdan (saləllahu aleyhi və səlləm) ölümündən üç gün əvvəl belə dediyini eşitdim: “Heç biriniz Əziz və Cəlil olan Allah haqqında yaxşı zəndə olmadan ölməsin”. Bunu Müslim də Aməş vasitəsi ilə eyni şəkildə rəvayət etmişdir.

    İmam Əhməd demişdir: Bizə Həsən ibn Musa danışdı, bizə İbn Ləhiya danışdı, bizə Əbu Yunus danışdı, o da Əbu Hüreyrədən, o da Rəsulullahdan (saləllahu aleyhi və səlləm) rəvayət etdi ki, Allah Təala buyurdu: “Mən qulumun barəmdəki zənni yanındayam. Əgər Mənim barəmdə yaxşı zəndə olarsa, bu onadır, pis zəndə olarsa, bu onadır”. Hədisin əsli İki Səhihdə başqa bir formada Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsululah (saləllahu aleyhi və səlləm) demişdir: Allah: “Mən qulumun haqqımdakı zənni yanındayam” – deyər.

    Hafiz Əbubəkr əl-Bəzzar demişdir: Bizə Muhamməd ibn Abdul Məlik əl-Qurəşi danışdı, bizə Cəfər ibn Süleyman danışdı, o da Sabitdən, o da zənnimcə Ənəsdən rəvayət etdi ki, o demişdi: Ənsarlardan bir kişi xəstə idi. Peyğəmbər  (salləllahu aleyhi və səlləm) onu ziyarətə gəldi. Ona bazarda rast gəldi. Salam verib dedi: “Necəsən ey filankəs?” O da: «Yaxşıyam, ey Allahın Rəsulu, Allahdan umuram, günahlarımdan qorxuram” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da dedi: ”Əgər bu ikisi bu vəziyyətdə qulun qəlbində birləşərsə, Allah ona umduğunu verər və onu qorxduğundan əmin edər.” Sonra əl-Bəzzar  dedi: Bunu Cəfər ibn Süleymandan başqasının Sabitdən rəvayət etdiyini bilmirik. Bunu Tirmizi, Nəsai və ibn Macə də onun hədisindən rəvayət etmişdirlər. Sonra Tirmizi: Qəribdir, demişdir. Bunu başqa biri də Sabitdən mürsəl olaraq rəvayət etmişdir.

    İmam Əhməd demişdir: Bizə Muhamməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Əbu Bişrdən, o da Yusuf ibn Mahikdən, o da Hakim ibn Hizamdan rəvayət etdi ki, o demişdir: «Rəsulullaha (salləllahu aleyhi və səlləm) ancaq ayaq üstə səcdə etməyimə beyət etdim.» Bunu Nəsai də Sunnənində İsmayıl ibn Məsuddan, o da Xalid ibn əl Harisdən, o da Şubədən eyni şəkildə rəvayət etmiş və “Səcdə necə edilir?” başlığını qoymuşdur. Sonra da onun kimi rəvayət etmişdir. Bunun mənası: “Ancaq müsəlman olaraq ölməkdir” də deyilmişdir. Belə də deyilmişdir: “Mən düşmənə tərəf çevrilərək öldürüləcəyəm, arxamı çevirərək deyil.” Bu da birinci kimidir.

    “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” Allahın ipi, Allahın əhdidir, deyilmişdir. Necə ki, ardınca gələn ayədə deyilmişdir: “Onlar harada olursa olsunlar, Allahın ipi və insanların ipi ilə olması istisna olmaqla onlara  zəlillik qismət olar. “ Yəni əhd və himayə ilə deməkdir. “Allahın ipi” Qurandır da deyilmişdir. Necə ki, Haris əl-Avərin Əlidən mərfu olaraq rəvayət etdiyi Quranın vəsfi ilə bağlı hədisdə: ”Quran, Allahın möhkəm ipidir və doğru yoludur” deyilmişdir.

    Bu mənada xüsusi bir hədis də varid olmuşdur: İmam hafiz Əbu Cəfər Təbəri demişdir: Bizə Səid ibn Yəhya əl-Əməvi danışdı, bizə Əsbat ibn Muhamməd danışdı, o da Abdulmalik ibn əbi Süleyman əl-Arzamidən, o da Atiyyədən, o da Əbu Səiddən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın Kitabı, Allahın göydən yerə uzanan ipidir”.

    İbn Mərduyə də, İbrahim ibn Muslim əl-Həcəri vasitəsi ilə Əbul Ahvasdan, o da Abdullahdan (radiyallahu anh) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Bu Quran, Allahın möhkəm ipidir, aydın nurudur, yararlı şəfadır, ondan yapışan üçün mühafizəçidir və tabe olan üçün qurtuluşdur.” Hüzeyfə və Zeyd ibn Ərqamın nəql etdiyi hədisdə də bənzər şəkildə rəvayət edilmişdi.

    Vəki demişdir: Bizə Aməş, o da ƏbuVaildən rəvayət edir ki, Abdullah demişdir: “Bu yolda şeytanlar hazır dayanır. Ey Abdullah bu yoldur, yola gəl. Allahın ipinə tutun. Çünki Allahın ipi Qurandır.”

    “Parçalanmayın!” onlara camaat olmağı əmr edir və onlara parçalanmağı qadağan edir. Təfriqəçiliyi qadağan edən, camaat olmağı və birliyi əmr edən çoxsaylı hədislər varid olmuşdur. Necə ki, Səhih Müslimdə Suheyl ibn Əbu Saleh hədisində, o atasından, o da Əbu Hüreyrədən, Rəsulullahın (salləlllahu aleyhi və səlləm) belə rəvayət etdiyini demişdir: “Allah sizin üçün üç şeyə razı olar, üçünə isə qəzəblənər. Sizin üçün razı qalır: Ona ibadət edib heç bir şeyi şərik qoşmayasınız, birlikdə Allahın ipindən yapışıb parçalanmayasınız və Allahın üzərinizə rəhbər etdiyi ilə dürüst davranasınız. Üç şeyinizə də qəzəblənər: Dedi-qodu etməkdən, çox sual verməkdən və malı hədər etməkdən”. Göründüyü kimi, birləşdikləri zaman xətadan qorumağa zəmanət vermişdir. Necə ki, bu mövzuda çoxsaylı hədislər varid olmuşdu. Onlara üçün təfriqəçilik və ixtilafa düşməkdən qorxulmuşdu. Bu da bu ümmətdə olmuşdur. Onlar yetmiş üç firqəyə ayrılmışlar. Biri qurtularaq Cənnətə gedəcək və od əzabından əmin-amanlığa çıxacaqdır. Onlar da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və onun sahabələrinin yolu ilə gedənlərdi.

    “Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz” Bu ahəng, Əvs və Xəzrəc qəbilələri haqqında enmişdir. Çünki cahiliyyədə onlar arasında çox döyüşlər, şiddətli düşmənçilik, kin, həsəd və küsülülük olmuşdur. Bu səbəbdən döyüşlər və hadisələr uzanmışdır. Allah, İslamı gətirdiyi zaman, ona daxil olanlar  bir-birini sevən qardaşlar oldular. Allah üçün bir-birinə baş çəkdilər, yaxşılıq və təqva üzərində bir-birinə kömək etdilər. Allah Təala buyurur: “Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.Allah) onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi.” (Ənfal 62-63) Onlar küfrləri səbəbindən od çuxurunun kənarında idilər. Allah onları imana yönəldərək uçurumdan uzaqlaşdırdı. Rəsululah (salləllahu aleyhi və səlləm) Hüneydə döyüş qənimətlərini bölüşdürərkən onlara bunu xatırlatdı. Aralarından bəziləri başqalarına daha çox qənimət verildi deyə narazılıq etdikdə onların qarşısında çıxış edərək dedi: “Ey ənsarlar, sizi zəlalətdə tapandan sonra, Allah mənim vasitəmlə sizi doğru yola gətirmədimi? Sizlər parçalanmışdınız, Allah mənim vasitəmlə sizləri birləşdirdi. Kasıb idiniz, Allah mənim vasitəmlə sizi zəngin etmədimi?” Nə dedisə: “Allah və Rəsulu daha əmindir!” dedilər.

    Muhamməd ibn İshaq ibn Yəsar və digərləri demişlər: “Bu ayə Əvs və Xəzrəc haqqında idi. Belə ki, yəhudilərdən biri, Əvs və Xəzrəc qəbiləsindən olan bir dəstə adamın yanından keçdi. Onların bir-birinə qaynayıb qarışması və birləşmələri onu məyus etdi. Yanındakı adamı onların yanına göndərdi. Aralarında oturaq onlara Buas döyüşü və bənzər döyüşlər barəsində söhbət açıb (köhnə ədavəti) xatırlatmağı tapşırdı. O da belə etdi. Bunu davamlı şəkildə təkrarladı. Sonda camaat qızışdı və bir-birilərinə qəzəblənib hücum etdilər. Şüarlarını bağıraraq silahlarının verilməsini tələb etdilər. Bir-birlərini hədələməyə başladılar. Bu xəbər Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatdı. O gələrək onları sakitləşməyə çağırdı və: “Mən aranızda ikən cahiliyyə şüarlarını dilə gətirirsiniz” dedi və onlara bu ayəni oxudu. Onlar da etdikləri işə peşman oldular. Barışaraq boyun-boyuna qucaqlaşdılar. Silahları yerə atılar. Allah onlardan razı olsun.” İkrimə bu ayənin Aişəyə (radiyallahu anha) iftira hadisəsi ilə əlaqədar endiyini demişdir. Allah daha yaxşı bilir.

  • 103

    Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.

    102-ci ayənin təfsirinə bax.

  • 104

    Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.

    Allah Təala: “Sizdən bir camaat çıxsın” deyir. Allahın xeyrə dəvət etmək, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək əmrinin icrası üçün təyin edilmiş bir camaat olsun. “Məhz onlar nicata qovuşanlardır.” Dahhak deyir ki: “Onlar məxsusi səhabələr və rəvayətçilərdi. Yəni, mücahidlər və alimlərdir.”

    Əbu Cəfər əl-Baqir demişdir: “Rasulullah (salləllahu aleyhi və səlləm) “içərinizdən xeyrə çağıran bir camaat çıxsın” ayəsini oxudu, sonra da: “Xeyir, Qurana və sünnəmə tabe olmaqdır, dedi.” Bunu İbn Mərduveyh rəvayət etmişdir.

    Bu ayənin məqsədi bu ümmətdən bu işlə məşğul olan bir qrup insanın olmasıdır. Əslində bu, ümmətin hər fərdi üçün də şəxsi vəziyyətinə görə vacibdir. Səhih Muslimdə Əbu Hüreyrədən rəvayət olunmuşdu ki, Rasulullah (salləllahu aleyhi və səlləm) demişdi: “Sizdən kim bir pislik görsə, onu əli ilə dəyişsin. Əgər gücü çatmasa dili ilə, buna da gücü çatmasa qəlbi ilə onu dəyişsin. Bu, ən zəif imandır”. Bir rəvayətdə də: “Bunun xaricində imandan xardal dənəsi qədər yoxdur”, deyilmişdir.

    İmam Əhməd demişdir: “Bizə Süleyman əl-Haşimi danışdı, bizə İsmail ibn Cəfər xəbər verdi, o da Amr ibn Əbi Amrdan xəbər verdi, o da Abdullah ibn Abdurrahman əl-Əşhəlidən, o da Huzeyfə ibn əl-Yəməndən rəvayət etdi ki, Rasulullah (salləllahu aleyhi və səlləm) demişdi: “Ruhumu əlində tutan Allaha and içirəm ki, ya yaxşılığa əmr edib pislikdən də çəkindirəcəksiniz ya da Allah öz qatından tezliklə sizə əzabını göndərəcək. Sonra da mütləq ona dua edəcəksiniz, amma O, duanızı qəbul etməyəcək.” Bunu Tirmizi ilə İbn Macə də Amr ibn Əbi Amrdan bu şəkildə rəvayət etmişlər. Tirmizi: “Həsəndir” demişdir. Bu mövzuda olan ayələrlə yanaşı, hədislər də çoxdur. Necə ki, yeri gəldikcə onların təfsiri gələcək.

    Sonra Allah Təala buyurdu: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın.” Allah Təala bu ümmətə, keçmiş ümmətlər kimi parçalanmağı, ixtilaf etməyi, yaxşılığı əmr edib pislikdən çəkindirməni tərk etməyi qadağan edir. Bununla da onlara hüccət qaldırır (bəhanələrini kəsəcək sübutları çatdırır).

    İmam Əhməd demişdir: “Bizə Əbul-Muğirə danışdı, bizə Safvan danışdı, o da Əzhər ibn Abdullah əl-Həvzənidən, o da Əbu Amir Abdullah ibn Luheydən belə rəvayət etdi: Muaviyə ibn Əbu Sufyanın rəhbərliyi altında həcc etdik. Məkkəyə gəldiyimizdə zöhr namazını qıldığımız vaxt ayağa qalxdı və dedi: “Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurdu: “İki kitab əhli olan yəhudilərlə nəsranilər yetmiş iki firqəyə ayrıldılar. Bu ümmət də, yetmiş üç firqəyə – yəni nəfslərinə uyanlara –ayrılacaqdır. Biri xaric, hamısı cəhənnəmdədir. O da camaat olandı. Mənim ümmətimin içində yanları ilə bu zəlalətlər qaçan dəstələr çıxacaq. Necə ki, bir it öz sahibinin yanında qaçar. Belə ki, bu zəlalətin girmədiyi damar və oynaqları qalmayacaq. Ey Ərəblər, Allaha and içirəm ki, əgər Peyğəmbərinizin (salləllahu aleyhi və səlləm) gətirdiyini siz yerinə yetirməsəniz, başqaları heç yerinə yetirməyəcək.” Bunu Əbu Davud da, Əhməd ibn Hənbəl ilə Muhəmməd ibn Yəhyadan bu şəkildə rəvayət etmişdir. Hər ikisi də Əbul-Muğirədən – onun adı Abdulquddus ibn Həccac əş-Şamidir – rəvayət etmişlər. Bu hədis bir çox yollarla varid olmuşdur.

    “O gün üzlər ağaracaq” yəni, qiyamət günündə deməkdir. O vaxt Əhli sünnə vəl camaatın üzü ağ olar, əhli bidət və yolunu azmış firqələrin üzləri isə qapqara olar. Bunu İbn Abbas (radiy Allahu anhumə) demişdir.

    “Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?” deyiləcək. Həsən Bəsri: “Bunlar münafıqlərdir” – demişdir.

    “Elə isə, küfrünüzə görə dadın əzabı!.” Bu sifət bütün kafirlərə aid edilir.

    “Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq­ və orada əbədi qalacaqlar.” Yəni, cənnətdə əbədi olaraq qalacaqlar, oradan ayrılmaq istəməyəcəklər. Əbu İsa Tirmizi bu ayənin təfsirində demişdir: “Bizə Əbu Kurəyb danışdı, bizə Vaki danışdı, o da Rəbidən – o, İbn Subayhdir – ilə Həmməd ibn Sələmədən, onlar da Əbu Ğalibdən rəvayət etdi ki, o demişdi: “Əbu Umamə Dəməşq məscidi gedən yolda sancılmış başlar gördü. Əbu Umamə: “Cəhənnəmin itləridir. Göy qübbəsinin altında öldürülənlərin ən pisləridir. Öldürdükləri isə ən xeyirlilərdir.” – dedi. Sonra da: “O gün (neçə-neçə) üzlər ağaracaq,” ayəsini sonuna qədər oxudu. Mən, Əbu Umaməyə: “Bunu Rasulullahdan (salləllahu aleyhi və səlləm) eşitdin?” – dedim. O da: “Əgər bir dəfə və ya iki dəfə və ya üç dəfə və yaxud dörd dəfə – hətta yeddiyə qədər saydı – dediyini eşitməsəydim, sizə danışmazdım” – dedi. Tirmizi sonra da: “Həsən hədisdir” – dedi. Bunu İbn Macə də Sufyan ibn Uyəynədən, o da Əbu Ğalibdən rəvayət etmişdir. Bunu Əhməd də Musnədində Abdurrazzaqdan, o da Mamərdən, o da Əbu Ğalibdən bənzər şəkildə rəvayət etmişdir.

    İbn Mərduvəyh bu ayənin təfsirində Əbu Zərdən uzun və çox qəribə bir hədis rəvayət etmişdir.

    Sonra Allah Təala buyurdu: “Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq“, yəni bunlar Allahın ayələri, dəlilləri və bəyanıdır, ey Muhəmməd, bunları sənə oxuyuruq, “həqiqət olaraq” yəni dünya və axirətdə həqiqi vəziyyəti açıqlayırıq, deməkdir.

    Allah aləmlərə haqsızlıq etmək istəmir” yəni, zalım deyildir. Əksinə, hökm Ona aiddir. Adildir, haqsızlıq etməz. Çünki Onun hər şeyə gücü çatar, hər şeyi bilir. Bunun üçün yaratdıqlarından heç kimsəyə zülm etməyə ehtiyacı yoxdur.

    Bundan ötrüdür ki, Allah Təala: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur” dedi. Yəni, hər şey Onun mülkü və quludur. “axırda işlər Allaha qaytarılacaqdır” yəni, O dünya və axirətdə hökm edən tək hakimdir, deməkdir.

     

  • 105

    Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.

    104-cü ayənin təfsirinə bax.

  • 106

    O gün üzlər ağaracaq, üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”.

    104-cü ayənin təfsirinə bax.

  • 107

    Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq­ və orada əbədi qalacaqlar.

    104-cü ayənin təfsirinə bax.

  • 108

    Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə haqsızlıq etmək istəmir.

    104-cü ayənin təfsirinə bax.

  • 109

    Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda (bütün) işlər Allaha qaytarılacaqdır.

    104-cü ayənin təfsirinə bax.

  • 110

    Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə azmış fasiqlərdir.

    Allah təala bu ümməti-Muhəmmədin, ümmətlərin ən xeyirlisi olduğunu xəbər verib deyir: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz”. Buxari demişdir: Bizə Muhəmməd ibn Yusuf danışdı, o da Sufyandan, o da Meysərədən, o da Əbu Həzmdən, o da ƏbuHureyrədən dedi ki, o, “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” ayəsi barəsində belə deyir: “İnsanlar üçün insanların ən xeyirlisi olduz, onları boyunlarındakı zəncirlərlə gətirirsiniz, onlar da İslama girərlər.” İbn Abbas, Mucahid, Atiyyə əl-Avfi, İkrimə, Əta və Rəbi ibn Ənəs də bu cür demişlər.

    Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” yəni insanlar üçün insanların ən xeyirlisi oldunuz. Məna belədir: Onlar ümmətlərin ən xeyirlisi və insanlar üçün insanların ən yararlısıdırlar. Buna görə də belə buyurur: “Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”.

    İmam Əhməd demişdir: Bizə Əhməd ibn Abdulməlik danışdı, bizə Şərik danışdı, o da Simakdan, o da Abdullah ibn Umeyrədən, o da ƏbuLəhəbin qızı Dürrənin ərindən, o da ƏbuLəhəbin qızı Dürrədən, dedi: Peyğəmbər (salləllahu aleyhi və səlləm) minbərdə ikən bir nəfər qalxdı və dedi: “Ey Rəsulullah, insanların ən xeyirlisi kimdir?” O da dedi: “İnsanların ən xeyirlisi Quranı ən yaxşı oxuyanlar, Allahdan ən çox qorxanlar, yaxşılığı əmr edənlər, pislikdən çəkindirənlər və qohumluq əlaqələrini saxlayanlardır”. Bunu Əhməd Musnədində, NəsaiSünənində, Hakim MustədrəkindəSimakın hədisindən rəvayət etmişlər.

    Səid ibn Cubeyrdən, o da İbn Abbasdan “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” ayəsi barəsində demişdir: “Onlar Rəsulullah (salləllahualeyhi və səlləm) ilə birgə Məkkədən Mədinəyə hicrət edənlərdi.”

    Doğru budur ki, bu ayəbütün ümməti əhatə edir. Hər əsr də özünəməxsus şəkildədir. Onların ən xeyirliləri isə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) göndərildiyi əsrdə olan insanlardır. Sonra onlardan sonra gələnlərdi. Daha sonra onlardan sonra gələnlərdi. Necə ki, başqa bir ayədə deyilmişdir: “Beləcə sizi orta bir ümmət etdik ki,” (Bəqərə, 143).“orta” yəni, seçilmiş“insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.”

    İmam Əhmədin “Musnəd”, Tirmizinin“Cəmi”, İbn Macənin“Sünən”, Hakimin “Mustədrək” əsərində Hakim ibn Muaviyyə ibn Haydədən, o da atasından demişdi: Peyğəmbər (salləllahualeyhi və səlləm) belə buyurmuşdu: “Sizlər yetmiş ümmətə bölünəcəksiniz, onların ən xeyirlisi siz olacaqsınız. Allah yanında ən qiymətlisizsiniz.” Bu məşhur bir hədisdir. Tirmizionun “həsən”olduğunu bildirmişdi. Muaz ibn Cəbəl ilə Əbu Səiddən bənzəri rəvayət edilmişdir.

    Bu ümmət digər ümmətləri xeyir işlərdə,peyğəmbərləri Muhəmmədin (salləllahu aleyhi və səlləm) sayəsində keçmişdi. Çünki o, Allahın yaratdıqlarından ən şərəflisi, rəsulların içində Allahın nəzərində ən qiymətlisidir. Allah onu elə mükəmməl və elə böyük bir şəriət ilə göndərmişdir ki, ondan öncə nə bir nəbiyə və nə də bir rəsula verilməmişdir. Onun metodu və yolu ilə edilən az bir əməl, başqalarının etdiyi çoxsaylı əməllərintutmadığı məqamda dayanır. Necə ki, İmam Əhməd demişdir: Bizə Əbdürrəhman danışdı, bizə İbn Zuheyr danışdı, o da Abdullahdan yəni, İbn Muhəmməd ibn Aqildən, o da Muhəmməd ibn Əlidən – o, İbn Hənəfiyyədir –eşitmişdir ki, Əli ibn əbu Talib (Allah ondan razı olsun)demişdir: Rəsulullah (salləllahualeyhi və səlləm) buyurdu: “Mənə heç bir peyğəmbərə verilməyən şeylər verildi.” Biz dedik: “Onlar nədir, ey Rəsulullah?” O da dedi: “Mənə düşmənləri qorxudmaqla dəstək verildi, mənə dünyanın açarları verildi, mənə Əhməd adı verildi, torpaq mənim üçün təmizlik vasitəsi oldu və ümmətim ümmətlərin xeyirlisi oldu.” Bunu bu yolla yalnız İmam Əhməd rəvayət etmişdir. Sənədi yaxşıdır.

    Yenə İmam Əhməd demişdir: Bizə Əbul Alə əl-Həsən ibn Səvvar danışdı, bizə Leys danışdı, o da Muaviyyədən, o da İbn əbuHuleysYəzid ibn Meysərədən dedi: UmmuDərdadan(Allah ondan razı olsun) eşitdim ki o deyir: ƏbuDərdadan eşitdim ki, deyir: Əbul-Qasımdan (salləllahualeyhi və səlləm) eşitdim ki – nə öncə nə də sonra,onu bu cür kunyə ilə çağırdığını eşitməmişdim – o dedi: “Allah təalabuyurur: “Ey İsa, səndən sonra bir ümmət göndərəcəm ki, başlarına sevdikləri bir şey gələndə həmd və şükür edərlər, sevmədikləri bir şey gələrsə,həlimsiz və elmsiz şəkildə savabını Allahdan gözləyərlər və səbir edərlər.” O da dedi: “Ey Rəbbim, həlimsiz və elmsiz şəkildə bu onlara necə verilər?” Allah buyurdu: “Onlara Öz həlimliyimdən və elmimdən verərəm.”

    Burada zikr olunası bir çox hədis varid olmuşdur:

    İmam Əhməd demişdir: Bizə Haşim ibn Qasım danışdı, bizə Məsudi danışdı, bizəBukeyr ibn Əxnəs danışdı, o da bir adamdan, o da Əbubəkr əs-Siddiqdən (Allah ondan razı olsun)Rəsulullahın (salləllahualeyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mənə yetmiş min verildi. Bunlar cənnətə haqq-hesab olunmadan daxil olarlar. Üzləri ayın on dördüncü gecədə olduğu kimidir. Qəlbləri bir tək adamın qəlbi kimidir. Mən də əziz və cəlil olan Allahdan artırmasını istədim, O da hər biri ilə bərabər yetmiş min kişi artırdı.” Əbubəkr (Allah ondan razı olsun) dedi: “Bunların kəndli və çölün ətrafında yaşayanlar olduğunu sanıram.”

    Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Abdullah ibn Bukeyr əs-Səhmi danışdı, bizə Hişam ibn Həssən danışdı, o da Qasım ibn Mihrandan, o da Musa ibn Ubeyddən, o da Meymun ibn Mihrandan, o daAbdurrəhman ibn Əbubəkrdən rəvayət etdi ki,Rəsulullah (salləllahualeyhi və səlləm) demişdir: “Rəbbim mənə yetmiş min nəfər verdi, bunlar cənnətə haqq-hesab olunmadan daxil olacaqlar.” Ömər dedi: “Ey Rəsulullah, daha artığını istə.” O dedi: “İstədim, mənə hər adamla birlikdə yetmiş min nəfər daha verildi.” Ömər dedi: “Daha artığını istəyə bilərsən?” O da dedi: “İstədim, mənə bu qədər verildi.” Abdullah ibn Bəkr əllərini açaraq işarə etdi. Abdullah dedi: “Qollarını qolaclayıb açdı.”Abdullahda qollarını yana açdı. Hişam dedi: “Bunun Allahdadır. Nə qədər olduğu bilinməz.”

    Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Əbul-Yəmən danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Damdam ibn Zuradan dedi: Şureyh ibn Ubeyd dedi: Səvban, Himsdə xəstələndi. Orada vəli Abdullah ibn Qurt əl-Əzdi idi. Onu ziyarət etmədi. Səvbanın yanına Kulailərdən bir kişi ziyarət üçün gəldi. Səvban ona dedi: “Yazı yaza bilərsən?” O da: “Bəli”– dedi. O da dedi: “Yaz.” Kişi, əmir Abdullah ibn Qurta belə yazdı: “Rəsulullahın (salləllahualeyhi və səlləm) xidmətçisiSəvbandan. Sonra isə: Yanında Musa və İsanın(aleyhis-salam) xidmətçisi olsa idi, onu ziyarət edərdin.” Sonra yazılı kağızı qatladı və dedi: “Bunu onun şəxsən özünə çatdıra bilərsən?” O da: “Bəli” – dedi. Adam məktubu İbn Qurta çatdırdı. İçindəkini görəndə, təlaşla qalxdı. İnsanlar dedilər: “Ona nə olub, nə isə baş verib?”O, Səvbanın yanına gəldi. Onu ziyarət edib yanında bir saat oturdu. Sonra qalxdı. Səvban ətəyindən tutdu və dedi: “Otur, sənə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bir hədisi danışacağam. O buyurmuşdu: “Cənnətə ümmətimdən yetmiş min kişi hesabsız və əzabsız girəcəkdir. Hər mini ilə, yetmiş min kişi girəcəkdir.” Bunu bu yoldan yalnız İmam Əhməd rəvayət etmişdir. Bunun rəvayətçiləri etibarlıdır. Hamısı Şamlı və Himslidirlər. Bu səhih hədisdir. Həmd və minnət Allaha məxsusdur.

    Başqa bir yol, Təbərani demişdir: Bizə Amr ibn İshaq ibn Zurayq əl-Himsi danışdı, bizə Muhəmməd ibn İsmayıl yəni, İbn Əyyaş danışdı, bizə atam danışdı, o da Damdam ibn Zuradan, o da Şureyh ibn Ubeyddən, o da ƏbuƏsma ər-Rahabidən, o da Səvbandan dedi: Rəsulullahdan (salləllahualeyhi və səlləm) belə dediyini eşitdim: “Əziz və cəlil olan Rəbbim mənə ümmətimdən  yetmiş min insanın hesabsız Cənnətə girəcəyinə və hər minə, yetmiş min daha olacağını buyurdu.” Belə ki, Şureyhlə Səvban arasında ƏbuƏsma ər-Rahabinin adı ilə məhfuz olan rəvayət budur. Allah ən doğrusunu biləndir.

    Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Qatadədən, o da Həsəndən, o da İmran ibn Hüseyndən, o da İbn Məsuddan dedi: “Bir gecə Rəsulullahın (salləllahualeyhi və səlləm) yanında çox danışdıq. Sonra səhər tezdən yanına getdik. O dedi: “Bu gecə mənə peyğəmbərlər ümmətləri ilə göstərildi. Bir peyğəmbər keçirdi, yanında üç nəfər var idi. Bir peyğəmbərlə isə, bir camaat var idi. Bir peyğəmbərlə də bir neçə adam var idi. Elə peyğəmbər də var idi ki, yanında kimsə yox idi. Sonda Musa yanımdan keçdi. Yanında İsrail oğullarından bir toplum var idi. Xoşuma gəldi. Bunlar kimdir? – deyə soruşdum. Mənə: “Bu, qardaşın Musadır, yanındakılar da İsrail oğullarıdır” – deyildi. Mən dedim: “Mənim ümmətim haradadır?” Mənə deyildi: “Sağına bax”. Baxdım bir topa insan. Üzləri ilə sədd çəkilmişdi. Sonra mənə deyildi: “Sol tərəfinə bax.” Mən sol tərəfimə baxanda gördüm ki, insanların üzü ilə üfüqə sədd çəkilib. Mənə deyildi: “Razı qaldınmı?” Mən dedim: “Razı oldum ey Rəbbim, razı oldum ey Rəbbim.”O dedi: “Mənə deyildi: “Bunlarla bərabər yetmiş min daha vardır, cənnətə hesabsız girəcəklər.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Anam atam sizə fəda olsun, əgər o yetmiş min kişidən ola bilsəniz, olun. Bundan geri qalsanız, otopadan olun. Bundan da geri qalsanız, üfüqdəki insanlardan olun. Çünki mən bəzi adamların səksəndiyini gördüm.” Ukkaşə ibn Mihsanqalxıb dedi: “Ey Rəsulullah dua et Allaha, məni də onlardan, yəni yetmiş mindən etsin.” Ona dua etdi. Bir adam da qalxdı və dedi: “Ey Rəsulullah, dua et Allaha, məni də onlardan etsin.” O da dedi: “Ukkaşə səni qabaqladı.”

    Rəvayətçi deyir ki, sonra bu yetmiş min kimlər olduğu barədə danışdıq. Bunlar İslamda doğulub ölənə qədər Allaha şərik qoşmayanlardır, dedik. Bu, Peyğəmbərə (salləllahualeyhi və səlləm) çatdı və o dedi: “Onlar ovsunetdirməyən, yaralarını dağlamayan, uğursuzluq gətirən şeylərə inanmayan və Rəblərinə təvəkkül edən insanlardı.” Bunu İmam Əhməd bu sənədlə rəvayət etmişdir. Yenə bunu Əbdusaməddən, o da Hişamdan, o da Qatadədən bənzər bir sənədlə rəvayət etmiş və: “Razı oldum ey Rəbbim, razı oldum ey Rəbbim” sözlərindən sonra bunu əlavə etmişdir: Dedi: “Razı oldunmu?” Dedim: “Bəli.” Dedi: “Soluna bax”. Baxdım, üfüqün kişi üzləri ilə əhatə olunmasını gördüm. “Razı oldunmu? – dedi. Mən də:“Razı oldum” – dedim.” Bu sənəd səhihdir, onu yalnız imam Əhməd rəvayət etmişdir, digərləri təxric etməmişlər.

    Başqa bir hədis, Əhməd ibn Məni dedi: Bizə Abdulməlik ibn Əbduləziz danışdı, bizə Hammad danışdı, o da Asimdən, o da Zirdən, o da İbn Məsuddan dedi: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Mənə həcc mövsümlərində ümmətlər göstərildi. Mənim ümmətim gecikdi. Sonra onları gördüm, çoxluqları və görünüşləri xoşuma gəldi. Düzənlikləri və yaylaları doldurmuşdular. Mənə: “Ey Muhəmməd, razı oldunmu?” dedi. Mən də dedim: “Bəli.”Dedi: “Bunlarla bərabər yetmiş min daha vardır. Onlar cənnətə hesabsız girəcəklər. Onlar ovsun etdirməz, dağlanmaz, uğursuzluq gətirən şeylərə inanmazlar, yalnız Rəbblərinə təvəkkül edərlər.” Ukkaşə ibn Mihsan qalxdı və dedi:“Ey Rəsulullah dua et Allaha, məni də onlardan etsin.” O da dedi: “Sən onlardansan.” Başqa birisi qalxdı və dedi: “Ey Rəsulullah, dua et Allaha, məni də onlardan etsin.” O da dedi: “Ukkaşə səni qabaqladı.” Bunu HafizDiya əl Maqdisi rəvayət etmiş və demişdir: “Məncə bu Muslimin şərtinə uyğundur.”

    Başqa bir hədis, Təbərani demişdir: Bizə Muhəmməd ibnMuhamməd əl-Cuzui əl-Qadi danışdı, bizə Uqbə ibn Mukrim danışdı, bizə Muhəmməd ibn əbu Adiy danışdı, o da Hişam ibn Hassandan, o da Muhəmməd ibn Sirindən, o da İmran ibn Hüseyndən, dedi: Rəsulullah (salləllahualeyhi və səlləm) dedi: “Ümmətimdən yetmiş min kişi Cənnətə sorğusuz və əzabsız daxil olacaq.”Ondan: “Onlar kimdir?” – deyə soruşdular. O da dedi: “Onlar dağ basmayan, ovsunetdirməyən, uğursuzluq gətirən şeylərə inanmayan və Rəblərinə təvəkkül edənlərdi.” Bunu Muslimdə Hişam ibn Hassandan rəvayət etmişdir. O, Ukkaşəni də zikr etmişdir.

    Başqa bir hədis, iki Səhihdə Zuhrinin rəvayətindən, o da Səid ibn Musəyyəbdən,o da ƏbuHureyrənin ona belə dediyini danışmışdı: Rəsulullahın (salləllahualeyhi və səlləm) bu sözlərini eşitdim: “Ümmətimdən Cənnətə yetmiş min nəfər girəcəkdir. Üzləri bədirlənmiş gecədə olan ayın parıltısı kimidir.”ƏbuHureyrə dedi:“Ukkaşəibn Mihsan əl-Əsədi ətəyini çəkərək qalxdı və dedi: “Ey Rəsulullah, mənim üçün dua et, məni də onlardan etsin.” O da dedi: “Allahım, Ukkaşəni də onlardan et.” Ənsardan bir adam qalxıb eynisini dedi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) dedi: “Ukkaşə səni bu işdə qabaqladı.”

    Başqa bir hədis, Əbu Qasım Təbarani demişdir: Bizə Yəhya ibn Osman danışdı, bizə Səid ibn əbu Məryəm danışdı, bizə ƏbuĞassan danışdı, o da Əbu Həzimdən, o da Səhl ibn Saddanrəvayət etdi ki, Peyğəmbər (salləllahualeyhi və səlləm) dedi: “Ümmətimdən yetmiş min və ya yeddi yüz min əl-ələ tutaraq Cənnətə girəcəklər. Əvvəlincisi və axırıncısı Cənnətə girəcək. Üzləri ayın on dördüncü günü kimi bədirlənmiş ay kimi olacaq.” Bunu Buxari ilə MuslimQuteybədən, o da Abdulaziz ibn əbuHazimdən, o da atasından, o da Səhldən belə rəvayət etmişlər.

    Başqa bir hədis, Muslim ibn Həccac öz Səhihində demişdir: Bizə Səid ibn Mənsur danışdı, bizə Huşeym danışdı, bizə Hüseyn ibn Abdurrəhmanxəbər verib dedi: Mən Səid ibn Cubeyrin yanında otururdum. O dedi: “İçinizdən dünən gecə düşən ulduzu kim gördü?” Dedim: “Mən.”Sonra dedim: “Amma namazda deyildim, məni əqrəb sancmışdı”. O dedi: “Nə etdin?” Mən dedim: “Ovsun etdirdim”. Dedi: “Niyə belə etdin?” Dedim: “Şəbinin bizə danışdığı hədisə görə”. O dedi: “Şəbi sizə nə danışdı?” Mən də dedim: “Bizə Bureydə ibn əl-Huseb əl-Əsləmidən danışdı ki, o deyib: “Ovsunyoxdur. Yalnız göz dəymə və əqrəbin çalması istisnadır”. O da dedi: “Eşitdiyinə əməl edən, yaxşı iş görür. Amma İbn Abbas bizə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ümmətlər mənə göstərildi. Peyğəmbər gördüm yanında bir qrup insan var idi. Peyğəmbər gördüm yanında bir iki adam var idi. Peyğəmbər gördüm yanında kimsə yox idi. Sonra mənə böyük bir qaraltı göstərildi, onun ümmətin olduğunu zənn etdim. Mənə deyildi: “O Musa və ümmətidir. Amma üfüqə bax.” Mən də baxıb böyük bir qaraltı gördüm. Mənə deyildi: “O biri üfüqə bax.” Baxdım, böyük bir qaraltı gördüm. Mənə deyildi: “Bu sənin ümmətindir, onlarla bərabər yetmiş mində hesabsız və əzabsız Cənnətə daxil olacaq insanlar var.”

    Rəvayətçi deyir: Sonra Peyğəmbər (salləllahualeyhi və səlləm) qalxdı və evinə girdi. İnsanlar hesabsız və əzabsız Cənnətə girənlər haqqında çəkişməyə başladılar. Bəziləri dedilər: “Onlar Rəsulullahın (salləllahualeyhi və səlləm) səhabələridir.” Bəziləri də: “Bəlkə onlar İslamda anadan olub, heç bir şeyi Allaha şərik qoşmayanlardır” – dedilər. Başqa şeylər də zikr edildi. Rəsulullah (salləllahualeyhi və səlləm) evindən çıxıb onların yanına gəldi və dedi: “Omübahisə etdiyiniz məsələ nədir?” Ona xəbər verildikdə, o dedi: “Onlar ovsun etməyən və etdirməyənlərdir, yaranı dağlamayanlardır, uğursuzluq gətirən şeylərəinanmayanlardır və Rəbblərinə təvəkkül edənlərdir. O zaman Ukkaşə ibn Mihsan qalxdı və dedi: “Ey Rəsulullah, Allaha dua et, məni də onlardan etsin.” O dedi: “Sən onlardansan.” Sonra başqa birisi qalxdı və dedi: “Ey Rəsulullah, mənim üçün dua et, məni də onlardan etsin.” O da dedi: “Ukkaşə səni keçdi.” Bunu Buxari də Useyd ibn Zeyddən, o da Huşeymdən rəvayət etmişdir. Onun rəvayətində “ovsun etməzlər” qeydi yoxdur.

    Başqa bir hədis, Əhməd demişdir: Bizə Ravhibn Ubadədanışdı, bizə İbn Cureyc danışdı, mənə Əbuzzubeyrxəbər verdi ki, o, Cabir ibn Abdullahdanbelə eşitmişdi:“Mən, Rəsulullahdan (salləllahualeyhi və səlləm) eşitdim”Sonra hədisi danışdı: “İlk zümrə qurtulur, üzləri bədirlənmiş ay kimidir,sayları yetmiş min olaraq Cənnətə hesabsız girəcəklər. Sonra onlardan sonrakılar üzləri göydəki ulduz kimi Cənnətə girərlər. Sonra da qalanları beləcə girərlər.”Davamını danışdı. Bunu Muslim də Ravh hədisindən rəvayət etmişdir. Ancaq Peyğəmbəri (salləllahu aleyhi və səlləm) zikr etməmişdir.

    Başqa bir hədis, Hafiz Əbubəkr ibn əbu Asim“Sunən” kitabında demişdir: Bizə Əbubəkr ibn əbu Şeybə danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Muhəmməd ibn Ziyaddan, Əbu Umamə əl-Bəhlidən eşitdim ki, o deyir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Rəbbim mənə ümmətimdən yetmiş min nəfəri Cənnətə daxil edəcəyini, hər min nəfərin yanında ayrıca yetmiş min olacağını, onların hesabsız və əzabsız girəcəyini vəd etdi. Rəbbimin üç ovuc səpələməsi ilə üç səpələmə də var.» Bunu Təbərani də Hişam ibn Ammar yolu ilə, o da İsmayıl ibn Əyyaşdan belə rəvayət etmişdir. Bu yaxşı isnaddır.

    Əbu Umamədən başqa bir yol, İbn Əbu Asim demişdir: Bizə Duheym danışdı, bizə Valid ibn Muslim danışdı, bizə Safvan ibn Amr danışdı, o da Suleym ibn Amirdən, o da Əbu Yəmən əl-Həvzənidən – onun adı Amir ibn Abdullah ibn Luheydir –, o da Əbu Umamədən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Allah mənə ümmətimdən yetmiş min kişinin Cənnətə hesabsız girəcəyinə vəd verdi.» Yəzid ibn Əxnəs dedi: «Vallahi ey Rəsulullah, bunlar sənin ümmətinin içində milçəklər arasında qırmızı milçək qalan kimi qalır.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Allah mənə yetmiş min vəd etdi, hər minə bərabər yetmiş min daha vardır. Üç ovuc səpməni də mənim üçün əlavə etdi.» Bunun da isnadı yaxşıdır.

    Başqa bir hədis, Əbu Qasım Təbərani demişdir: Bizə Əhməd ibn Xuleyd danışdı, bizə Əbu Tövbə danışdı, bizə Muaviyyə ibn Səlləm danışdı, o da Zeyd ibn Səlləmdən dedi ki, o, Əbu Səlləmin belə dediyini eşitmişdir: «Mənə Amir ibn Zeyd əl-Bukəli danışdı ki, o, Utbə ibn Abdus-Suləmidən (Allah ondan razı olsun) eşitmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Əziz və cəlil olan Rəbbim mənə ümmətimdən yetmiş min kişinin Cənnətə hesabsız girəcəyinə vəd verdi. Sonra da hər min nəfər yetmiş minə şəfaət edəcəkdir. Sonra əziz və cəlil olan Rəbbim Öz ovucları ilə üç ovuc səpələyəcək.» Bu zaman Ömər təkbir etdi və dedi: «İlk yetmiş atalarına, oğullarına və qohum-əqrabasına Allah hüzurunda şəfaət edərlər. Məni də son səpələmələrdən birində etməsini Allahdan diləyirəm.» Hafiz Diya Əbu Abdullah əl-Maqdisi «Sifətul-Cənnət» adlı kitabında: Bu isnadda bir nöqsan bilmirəm. Allah ən doğrusunu biləndir.

    Başqa bir hədis: İmam Əhməd demişdir: Mənə Yəhya ibn Səid danışdı, bizə Hişam yəni, Dəstivai danışdı, bizə Yəhya ibn əbu Kəsir danışdı, o da Hilal ibn əbu Məymunədən, bizə Əta ibn Yasər danışdı ki, ona Rifaəh əl-Cuhəni danışıb dedi: Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) gəlib Kudeydə çatdıq – və ya Qudeydə dedi – sonra hədisi danışdı. Hədisdə deyilirdi: «Əziz və cəlil olan Rəbbim mənə ümmətimdən yetmiş min kişinin Cənnətə hesabsız girəcəyinə vəd verdi. Mən də siz və saleh zövcələriniz və zürriyyətiniz cənnət yurdlarına yerləşməyənə qədər onları salmayacağına ümid edirəm.» Diya Maqdisi dedi: Məncə bu, Muslimin şərtinə uyğundur.

    Başqa bir hədis, Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Qatadədən, o da Nadr ibn Ənəsdən, o da Ənəsdən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Allah mənə ümmətimdən dörd yüz minini Cənnətə daxil edəcəyinə vəd verdi.» Əbubəkr dedi: «Bizi artır, ey Allahın Rəsulu.» O da dedi: «Vallahi bu qədərdi.» – dedi. Ömər dedi: «Sənə yetər ey Əbubəkr.» Əbubəkr da cavab verdi: «Məni burax, Allah hamımızı cənnətə daxil etsə, sənə nə olar?» Ömər də dedi: «İnşəAllah Allah məxluqatı bir ovcu ilə Cənnətə salar.» Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: «Ömər düz söylədi.» Bu hədisi bu isnadla Abdurrəzzaq tək rəvayət etmişdir. Bunu Diya əl-Maqdisi demişdir. Bunu hafiz Əbu Nuaym əl-İsfahani də rəvayət edərək demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn Maxləd danışdı, bizə İbrahim ibn Heysəm əl-Bələdi danışdı, bizə Suleyman ibn Harb danışdı, bizə Əbu Hilal danışdı, o da Qatadədən, o da Ənəsdən, Peyğəmbərin belə dediyini rəvayət etmişdir: «Rəbbim mənə ümmətimdən yüz mini cənnətə daxil edəcəyinə vəd verdi.» Əbubəkr dedi: «Artır, ey Rəsulullah.» O da dedi: «Belə buyurdu» – Suleyman ibn Harb əli ilə bu cür işarə etdi – Mən də dedim: «Ey Rəsulullah bizi artır.» Ömər də dedi: «Allah bir ovucla insanları Cənnətə daxil etməyə qadirdir.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Ömər doğru deyir.» Hədis bu yöndən qəribdir. Əbu Hilalın adı Muhəmməd ibn Suleym ər-Rasibi əl-Bəsridir.

    Ənəsdən başqa bir yol: Hafiz Əbu Yalə demişdir: Bizə Muhəmməd ibn Əbubəkr danışdı, bizə Abdulqahir ibn Suriy əs-Suləmi danışdı, bizə Humeyd danışdı, o da Ənəsdən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) onun belə dediyini rəvayət etmişdir: «Ümmətimdən yetmiş min nəfər Cənnətə girəcəkdir.» Onlar dedilər: «Bizi artır ey Rəsulullah.» O da dedi: «Hər adamın yanında yetmiş min nəfər də olacaq.» Onlar da: «Bizi artır» – dedilər – o, təpənin üzərində idi – buyurdu: «Bunun qədər» Əli ilə bir ovuc səpələdidi. Dedilər: «Ey Rəsulullah, bundan sonra Cəhənnəmə girəni Allah uzaq etsin.» Bu yaxşı isnaddır. Abdulqahir ibn Suriy istisna olmaqla, bütün rəvayətçiləri etibarlıdır. Onun barəsində Yəhya ibn Məindən soruşduqda o demişdir: «Yararlıdır.»

    Başqa bir hədis: Təbərani rəvayət etmişdir: Qatadə yolu ilə, o da Əbubəkr ibn Ənəsdən, o da Əbubəkr ibn Umeyrdən, o da atasından nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Allah mənə ümmətimdən üç yüz minini cənnətə daxil edəcəyi barədə vəd verdi.» Umeyr dedi: «Bizi artır, ey Rəsulullah.» O da dedi: «Bu qədər» və əli ilə işarə etdi. Umeyr dedi: «Bizi artır ey Rəsulullah.» Ömər dedi: «Yetər sənə. Əgər Allah istəsə bir ovuc – yaxud ovuc səpələməsi – ilə insanları Cənnətə salar.» Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: «Ömər doğru deyir.»

    Başqa bir hədis: Təbərani demişdir: Bizə Əhməd ibn Xuleyd danışdı, bizə Əbu Tövbə danışdı, bizə Muaviyyə ibn Səlləm danışdı, o da Zeyd ibn Səlləmdən, o da Əbu Səlləmdən onun bu cür dediyini eşitdi: Mənə Abdullah ibn Amir danışdı ki, ona Qeys əl-Kindi danışdı, ona da Əbu Səid əl-Ənmari danışıb dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: «Əziz və cəlil olan Rəbbim mənə ümmətimdən yetmiş mininin Cənnətə hesabsız girəcəyinə və hər minin də yetmiş minə şəfaət edəcəyinə söz verdi. Sonra Rəbbim iki ovucu ilə üç ovuc səpələdi.» Qeys belə dedi. Əbu Səidə dedim: «Sən bunu Rəsulullahdan eşitdin?» O da dedi: «Bəli iki qulağımla eşitdim, qəlbimə də yerləşdirdim.» Əbu Səid dedi: O – yəni, Peyğəmbər (salləllahu aleyhi və səlləm) –buyurdu: «Bu, inşəAllah ümmətimin muhacirlərini bütövlüklə əhatə edir. Qalanını da Allah bədəvilərimizdən tamamlayar.» Bu hədisi Muhəmməd ibn Səhl ibn Əskər, o da Əbu Tövbə Rəbi ibn Nafidən də eyni şəkildə rəvayət etmiş və bunu əlavə etmişdir: Əbu Səid dedi: Bu Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında hesablandı, dörd yüz doxsan milyona çatdı.

    Başqa bir hədis, Əbu Qasım Təbərani demişdir: Bizə Haşim ibn Mərsəd ət-Təbərani danışdı, bizə Muhəmməd ibn İsmayıl ibn Əyyaş danışdı, mənə atam danışdı, mənə Damdam ibn Zura danışdı, o da Şureyh ibn Ubeyddən, o da Əbu Malikdən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Muhammədin canı əlində olan Allaha and olsun ki, sizdən qiyamət günü Cənnətə gecənin qaranlığı kimi bir qaraltı göndəriləcəkdir. Hamısı da səndələyəcək. Mələklər deyəcəklər: «Nəyə görə Muhəmmədlə başqa peyğəmbərlərdən daha artığı gətirdi?» Bu yaxşı bir sənəddir.

    Başqa bir hədis, bu ümmətin fəzilətini, Allah qatında şərəf və qiymətini, onun dünya və axirətdə ümmətlərin ən xeyirli olduğunu göstərir. İmam Əhməd demişdir: Bizə Yəhya ibn Səid danışdı, bizə İbn Cureyc danışdı, mənə Əbu Zubeyr xəbər verdi, o da Cabirdən nəql etdi ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: «Mən qiyamət günü arxama düşən ümmətimin cənnət əhlinin dörddə biri olacağını ümid edirəm.» Cabir deyir: «Buna təkbir gətirdik.» Sonra dedi: «İnsanların üçdə biri olacağınızı ümid edirəm.» Bizdə təkbir gətirdik. Sonra da dedi: «Yarısı olacağınızı ümid edirəm.» Bunu Ravhdan, o da İbn Cureycdən də bu şəkildə rəvayət etmişdir. Muslimin şərtinə uyğundur.

    İki Səhihdə Əbu İshaq əs-Subeyyidən rəvayət edilmişdir, o da Amr ibn Məymundan, o da Abdullah ibn Məsuddan onun belə dediyini nəql etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Cənnət əhlinin dörddə biri olmağa razı deyilsiz?” Bizdə Allahu Əkbər deyərək, təkbir etdik. Sonra dedi: “Cənnət əhlinin üçdə biri olmağa razı deyilsiz?” Bizdə təkbir gətirdik. Sonra da dedi: «Cənnət əhlinin yarısı olmağınızı ümid edirəm.»

    İbn Məsuddan başqa bir yol: Təbərani demişdir: Bizə Əhməd ibn Qasım ibn Musavir danışdı, bizə Əffan ibn Muslim danışdı, bizə Abdulvahid ibn Ziyad danışdı, mənə Haris ibn Hasirah danışdı, mənə Qasım ibn Əbdürrəhman danışdı, o da atasından, o da Abdullah ibn Məsuddan dedi: Rəsulullah buyurdu: “Cənnətin dörddə biri sizin qalanı digər insanların olmasını istəməzsiniz?” Onlar dedilər: «Allah və Onun Rəsulu ən doğrusunu biləndir.» O: “Onların üçdə biri olmağa nə deyərsiz?”- dedi. Onlar dedilər: «Bu daha çoxdur.» O: “Yarısı olmağa nə deyərsiz?” – dedi. Onlar dedilər: «Bu daha çoxdur.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Cənnət əhli yüz iyirmi səf olacaq, səksən səfini siz təşkil edəcəksiniz.» Təbərani demişdir: Bunu yalnız Haris ibn Hasirah danışdı.

    Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Abdussaməd danışdı, bizə Əbduləziz ibn Muslim danışdı, bizə Dirar ibn Murrə əbu Sinan əş-Şeybani danışdı, o da Muharib ibn Disardan, o da İbn Bureydədən, o da atasından, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Cənnət əhli yüz iyirmi səf olacaq, bu ümmət də onun səksən səfini təşkil edəcək.» Bunu Əffandan, o da Əbdüləzizdən bu cür rəvayət etmişdir. Onu Tirmizi də Əbu Sinan hədisindən bu cür təxric etmiş və demişdir: «Bu, həsən hədisdir.» İbn Macə də Sufyan Səvridən, o da Əlqamə ibn Mərsəddən, o da Suleyman ibn Bureyddən, o da atasından rəvayət etmişdir.

    Başqa bir hədis: Təbərani onu Suleyman ibn Abdurrəhman ət-Diməşqinin nəql etdiyi hədisdən rəvayət etmiş və demişdir: Bizə Xalid ibn Yəzid əl-Bəcəli danışdı, bizə Suleyman ibn Əli ibn Abdullah ibn Abbas danışdı, o da atasından, o da babasından, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Cənnət əhli yüz iyirmi səfdir, səksəni mənim ümmətimdəndir.» Bunu yalnız Xalid ibn Yəzid əl-Bəcəli rəvayət etmişdir. İbn Adiy onun haqqında tənqidi danışmışdır.

    Başqa bir hədis: Təbərani demişdir: Bizə Abdullah Əhməd ibn Hənbəl danışdı, bizə Musa ibn Ğeylan danışdı, bizə Haşim ibn Maxləd danışdı, bizə Abdullah ibn Mubarək danışdı, o da Sufyandan, o da Əbu Amrdan, o da atasından, o da Əbu Hureyrədən dedi: “Onların çoxu əvvəlki nəsillərdən, bir qismi də axırıncılardandır” (Vaqiə, 39-40) ayəsi nazil olanda Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Sizlər cənnət əhlinin dörddə birisiz, sizlər cənnət əhlinin üçdə birisiz, sizlər cənnət əhlinin yarısısız, sizlər cənnət əhlinin üçdə ikisisiz.»

    Əbdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da İbn Tavusdan, o da atasından, o da Əbu Hureyrədən (Allah ondan razı olsun), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Bizlər axırıncılarıq, qiyamət günündə isə, birincilərik. Bizlər insanların cənnətə ilk girənləriyik. Amma onlara kitab bizdən əvvəl verilmişdir, bizə onlardan sonra verilmişdir. İxtilaf etdikləri məsələlərdə Allah bizə haqqı göstərdi. Bu gün onların ixtilaf etdikləri gündür. İnsanlar arxamızdan gəlirlər, sabah yəhudilər, ertəsi gün isə xristianlar.» Bunu Buxari ilə Muslim, Abdullah ibn Tavusdan, o da atasından, o da Əbu Hureyrədən (Allah ondan razı olsun), o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) mərfu olaraq bənzər şəkildə rəvayət etmişlər. Onu Muslim də Aməşin yolu ilə, o da Abu Salihdən, o da Əbu Hureyrədən onun belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: » Bizlər axırıncılarıq, qiyamət günündə isə, birincilərik. Biz Cənnətə birinci girəcəyik.» Sonra hədisin davamını danışdı.

    Başqa bir hədis: Daraqutni «əl-Əfrad» əsərində rəvayət edir: Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən, o da Ömər ibn Xəttabdan, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: «Cənnət mən girənə qədər bütün peyğəmbərlərə haram edilmişdir. Ümmətim girincəyə qədər də, bütün ümmətlərə haram edilmişdir.» Sonra Daraqutni demişdir: Bunu yalnız İbn Aqil, o da Zuhridən rəvayət etmişdir. Başqası ondan rəvayət etməmişdir. Bunu Zuheyr ibn Muhəmməd də yalnız İbn Aqildən rəvayət etmişdir. Həmçinin Amr ibn əbu Sələmə də yalnız Zuheyrdən rəvayət etmişdir.

    Bunu Əbu Əhməd ibn Adiy əl-Hafiz də rəvayət etmiş və demişdir: Bizə Əhməd ibn Huseyn ibn İshaq danışdı, bizə Əbubəkr əl-Ayən Muhəmməd ibn əbu Attab danışdı, bizə Əbu Hafs ət-Tinnisi yəni, Amr ibn Əbu Sələmə danışdı, bizə Sədəqə əd-Diməşqi danışdı, o da Zuheyr ibn Muhəmməddən, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Zuhridən rəvayət etmişdir.

    Bunu Sələbi də rəvayət etmiş və demişdir: Bizə Əbu Abbas əl-Məxlədi danışdı, bizə Əbu Nuaym Əbdulmalik ibn Muhəmməd xəbər verdi, bizə Əhməd ibn İsa ət-Tinnisi danışdı, bizə Amr ibn əbu Sələmə danışdı, bizə Sədəqə ibn Abdullah danışdı, o da Zuheyr ibn Muhəmməddən, o da İbn Uqeyldən bu cür danışdı.

    Bu hədislər Allah təalanın “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz” ayəsinin mənasındadır. Bu ümmətdən kim bu sifətləri daşıyarsa, bu mədh və tərif onlarla birgə ona da aid olar. Necə ki, Qatadə demişdir: Bizə çatdığına görə Ömər ibn Xəttab bir həccində insanları tez-tələsik hərəkət etdiklərini gördü və bu ayəni oxudu ”Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz” sonra da dedi: «Kim o ümmətdən olmaq istəyirsə, Allahın qoyduğu şərtləri yerinə yetirsin.» Bunu İbn Cərir rəvayət etmişdir.

    Kim bu sifətləri daşımasa, Allah təalanın bu ayədə qınadığı Əhli kitaba oxşayar: “Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (Maidə, 79). Buna görə Allah təala bu ümməti bu sifətlərdən dolayı mədh etmişdir.

    Sonra əhli kitabı qınamağa və danlamağa başlayıb dedi: “Kitab əhli də iman gətirsəydi” yəni, Muhəmmədə (salləllahu aleyhi və səlləm) endirilənə iman gətirsəydi, “əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə azmış fasiqlərdir” yəni, Allaha, sizə endirilənə və onlara endirilənə iman edənləri azdır. Çoxları azğınlıq, küfr, fasiqlik və asilik üzərindədir.

    Sonra Allah təala mömin qullarına xəbər və müjdə verərək, Allahsız və kafir Əhli kitab üzərində qələbə və zəfərin onlara verildiyini buyurdu: “Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz”. Elə də oldu. Çünki Xeybərdə Allah onları rüsvay etdi və burunlarını yerə sürtdü. Onlardan öncə də Mədinə yəhudilərindən Qaynuqa oğullarını və Qurayza oğullarını Allah zəlil etdi. Şamdakı xristianları sahabələr bir çox yerdə qırdılar. Şamı sonsuza qədər əllərindən aldılar. Məryəm oğlu İsa nazil olana qədər bir qrup müsəlman Şamda davam edəcək. İsa (əleyhissalam) o zaman İslam dini və Muhəmmədin (salləllahu aleyhi və səlləm) şəriəti ilə hökm verəcək. Xaçı qıracaq, donuzu öldürəcək və cizyəni qaldıracaqdır. İslamdan başqa bir şey qəbul etməyəcək.

    Sonra Allah təala dedi: “Onlar harada olursa olsunlar, Allahın ipindən və insanların ipindən yapışanlar istisna olmaqla onlara zəlillik qismət olar” yəni, onları harada olurlar olsunlar zəlilliyə və kiçikliyə məhkum etdi, əmin olmazlar. “Allahın ipindən yapışanlar istisna olmaqla” yəni, Allahın tərəfindən olan himayə deməkdir ki, bu da onlara verilən qeyri-müsəlman statusudur. Bu da üzərlərinə cizyə təyin edilməsi və İslam dininin hökmlərindən sorumlu olmalıdırlar. “Və insanların ipindən yapışanlar istisna olmaqla” yəni, onlara insanlar tərəsindən aman verməsi, deməkdir. Necə ki, barışlarda, sazişlərdə və əsir almaqda durum belədir. Qadın da olsa bir müsəlman onlara aman versə, toxunulmaz. İki rəydən birinə görə kölənin də aman verməsi belədir.

    İbn Abbas “Allahın ipi və insanların ipi” ayəsində, Allahın əhdi və insanların əhdi demişdir. Mucahid, İkrimə, Əta, Dəhhak, Həsən, Qatadə, Suddi və Rəbi ibn Ənəs belə demişlər.

    Onlar Allahın qəzəbinə düçar olmuş” qəzəbə düçar oldular, Allahın qəzəbi yaxalarını buraxmadı, buna layiq oldular, deməkdir. “Və onlara mənəvi yoxsulluq üz vermişdir” yəni, qədər və din baxımından onlardan ayrılmaz, deməkdir. Buna görə Allah buyurur: “Bu ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və peyğəmbərləri haqsız yerə öldürmüşlər”. Yəni, onları buna təkəbbürlük və həsəd sürüklədi, ardınca onlara rüsvayçılıq, kiçiklik və zillət damğası vuruldu. Bu da axirətdəki zillət damğası ilə birləşdi. Sonra dedi: “Bu ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar” yəni, onlar Allahın ayələrini inkara və peyğəmbərlərini öldürməyə sövq etmələri, onların Allaha çox asilik etmələri, günahlara gözlərinin bağlı qalmağı və Allahın şəriət hüdudlarını aşmalarıdır. Bütün bunlardan Allaha sığınırıq. Yardım istəniləcək yalnız əziz və cəlil olan Allahdır.

    İbn Əbu Hatim demişdir: Bizə Yunus ibn Həbib danışdı, bizə Əbu Davud Təyalisi danışdı, bizə Şubə danışdı, o da Suleyman əl-Aməşdən, o da İbrahimdən, o da Əbu Mamər əl-Əzdidən, o da Abdullah ibn Məsuddan (Allah ondan razı olsun), onun bu sözləri dediyini nəql etdi: İsrail oğulları bir gündə üç yüz peyğəmbər öldürüb, axşama yaxın da tərəvəz bazarı qurardılar.

  • 111

    Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.

    110-cu ayənin təfsirinə bax.

  • 112

    Onlar harada olursa olsunlar, Allahın ipindən və insanların ipindən yapışanlar istisna olmaqla onlara zəlillik qismət olar. Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu ona görədir ki, onlar asi olmuş və həddi aşmışlar.

    110-cu ayənin təfsirinə bax.

  • 113

    Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.

    İbn Əbi Nəcih demişdir: Həsən ibn Yəzid əl-İcli bildirmişdir ki, İbn Məsud, Allah Təalanın: “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar” kəlamı barədə: “əhli kitab ilə Muhəmməd ümməti bir deyildir” demişdir.

    Suddi də belə demişdir. Bu rəyi İmam Əhməd ibn Hənbəlin “Müsnəd” əsərində rəvayət etdiyi bir hədis dəstəkləyir: Bizə Əbu Nadır ilə Həsən ibn Musa danışdılar, ikisi də dedilər: bizə Şeyban danışdı, o da Asimdən, o da Zirdən, o da İbn Məsuddan dedi: “Rəsulullah (sallalahu aleyhi və səlləm) işa namazını gecikdirdi və sonra da məscidə getdi. İnsanların namazı gözlədiklərini gördü və dedi: “Bunu bilin ki, bu dinlərə tutunanların içində sizlərdən başqa heç kim bu saatda Allahı zikr etmir.” O dedi: Buna görə “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməli salehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır.” ayələri endi.

    Təfsir sahiblərinin çoxunda məhşur budur – necə ki, Muhamməd ibn İshaq və digərləri qeyd etmiş, əl-Əvfi də İbn Abbasdan belə rəvayət etmişdir – ki, bu ayələr Əhli kitabdan iman edən hahamlar haqqında enmişdir. Bunlar Abdullah ibn Salam, Əsəd ibn Ubeyd, Sələbə ibn Sayə, Useyd ibn Sayə və digərləridir. Yəni, daha əvvəl qınanmış olaraq qeyd edilən Əhli kitabla, müsəlman olan bunlar bir deyildir deməkdir. Buna görə də Allah Təala “Onların hamısı eyni deyil” demişdir. Yəni, hamısı eyni şəkildə bərabər deyildir. Əksinə aralarından mömin və günah sahibləri də vardır deməkdir. Buna görə də Allah Təala: “Kitab əhli içərisində düzgün bir camaat vardır” demişdir. Yəni, Allahın əmrini yerinə yetirən, şəriətinə itaət edən, Allahın elçisinə tabe olaraq doğru yolda olan kimsələrdir deməkdir.

    “onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar” yəni, gecə qiyama durarlar, gecə namazı çox qılarlar və namazlarında da Quran oxuyarlar.

    “Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməli salehlərdəndirlər“ Bunlar sürənin sonunda bu şəkildə zikr edilən kimsələrdir “ Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir” (Ali İmran, 199). Buna görə də Allah Təala burada “Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır” demişdir. Yəni, Allah qatında zay olmaz. Onları bol-bol mükafatlandırar deməkdir.

    Allah müttəqiləri tanıyır” yəni, heç bir əməl edənin əməli Ona gizli qalmaz, Onun qatında gözəl əməl edənin əməli zay olmaz deməkdir.

    Sonra Allah Təala müşrik kafirlər haqqında xəbər verərək buyurur: “Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz” yəni, onlara əzab etmək istədyi zaman bu sadalananlar onlardan Allahın əzabını dəf edə bilməz. “Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”.

    Sonra Allah Təala kafirlərin bu dünya yurdunda xərclədiklərinə bir misal gətirdi. Bunu Mücahid, Həsən və Suddi demişdirlər. Allah təalə buyurur: “Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir”.  Burada qeyd edilən «sırrun» sözü şiddətli soyuq mənasındadır. Bunu İbn Abbas, İkrimə, Səid ibn Cubeyr, Həsən, Qatadə, Dəhhak, Rəbi ibn Ənəs və digərləri də demişlər. Əta da: “Soyuq və don” demişdir. Yenə İbn Abbas ilə Mücahid də “sırrun» atəşdir demişlər ki, bu da birinci mənaya qayıtmaqdır. Çünki şiddətli soyuq, xüsusi ilə də don, əkinləri və meyvələri atəşin alovlandırdığı kimidir ki, bu da eyni şeyi yerinə yetirər. “Özünə zülm edən bir qövmün əkinin vurdu” yəni, onu yandırdı. Yəni, əkinin biçim vəya yığım zamanı gəldiyində bu soyuq onu həlak edər və ondakı meyvə və ya əkini yox edər. Onu silər və zay edər. Sahibi ona ən möhtac olduğu zamanda itirər. Məhz kafirlər də belədirlər. Allah onların bu dünyadakı əməllərinin savab və nəticələrini məhv edər. Eynilə o əkinin gəlirini sahibinin günahlarına görə həlak etdiyi kimi olar. Bunlar da əməllərini əsilsiz və təməlsiz etmişdirlər.

    Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”.

  • 114

    Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.

    113-cü ayənin təfsirinə bax.

  • 115

    Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır.

    113-cü ayənin təfsirinə bax.

  • 116

    Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

    113-cü ayənin təfsirinə bax.

  • 117

    Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

    113-cü ayənin təfsirinə bax.

  • 118

    Ey iman gətirənlər! Siz-lərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından bəllidir. Kökslərində gizlətdikləri isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.

    Allah təala mömin qullarını münafiqləri sirdaş tutmaqdan, yəni onlarla sirlərini və düşmənlərinə qarşı içlərində gizlətdiklərini bölüşməyi qadağan edir. Münafiqlər bütün cəhdlərini və səylərini sərf edərək möminlərə “qarşı fəsad törətməkdən əl çəkməzlər.” Yəni,  onlara qarşı əllərindən gələni edərlər, onlara zərər vuracaq bütün mümkün variantlara can atarlar, bacardıqları hiylə və məkri həyata keçirərlər. Möminləri çətinliyə salan, onları incidən və onlara ağır gələn şeyləri sevərlər.

    Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın” yəni, sizdən başqa din mənsublarını, deməkdir. “bitanətur-raculi” sözü, insanın daxili işlərini bilən məxsusi ailə üzvləridir.

    Buxari, Nəsai və digərləri bir camaatdan: Yunus, Yəhya ibn Səid, Musa ibn Uqbə, İbn əbu Atiq həmin camaatdan idilər, onlar da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Səiddən belə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah bir peyğəmbər yaxud xəlifə seçən zaman ona həmişə iki sirdaş verər: Biri yaxşılığı əmr edib ona təşviq edər, digəri isə pisliyi əmr edib ona təşviq edər. Qorunmuş, Allahın qoruduğudur.” Bunu Əvzai və Muaviyyə ibn Səlləm, onlar da Zuhridən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən mərfu olaraq bənzər şəkildə rəvayət etmişdir. Ehtimal edilir ki, Zuhruyə görə bu rəvayət, Əbu Sələmədəndir.  Onu Nəsai yenə Zuhridən təxric etmişdir. Onu Buxari də Səhihində müəlləq qeyd edərək demişdir: Ubeydullah ibn əbu Cəfər dedi, o da Səfvan ibn Suleymdən, o da Əbu Sələmədən, o da Əbu Əyyub əl-Ənsaridən… Sonra rəvayəti danışdı. Ehtimal edilir ki, Əbu Sələmə həmin rəvayəti üç səhabədən nəql edibdi.

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Əyyub Muhəmməd ibn Vəzzan danışdı, bizə İsa ibn Yunus danışdı, o da Əbu Həyyan ət-Teymidən, o da Əbuz-zənbadan, o da İbn əbu Dihqanədən deyir: Ömər ibn Xəttaba (radiyallahu ənh) dedilər: Burada Hiyrə tayfasından bir cavan oğlan var. Əzbəri və yazısı yaxşıdır. Onu özünə katib götürə bilərsən? O dedi: “Onda möminlərdən başqasını sirdaş etmiş olaram.” Bu rəvayətə, ayə ilə birgə əsaslandıqda, o, zimmilərin yazı işlərində istifadə edilməsinin icazəli olmadığına dəlalət edir. Çünki müsəlmanlar barəsində xəbərdar olurlar, iç işlərini öyrənirlər və düşmənlərə çatdırırlar. Buna görə Allah təala buyurur: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər”.

    Hafiz əbu Yalə demişdir: Bizə İshaq ibn İsrail danışdı, bizə Huşeym danışdı, bizə Avvam danışdı, o da Əzhar ibn Raşiddən dedi ki: İnsanlar Ənəsin yanına gələrdilər. Əgər onlara mənasını başa düşmədikləri bir hədis danışsaydı, Həsənin – yəni, Bəsrinin – yanına gedərdilər. O da onlara izah edərdi. Bir gün onlara Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) “Müşriklərin atəşi ilə işıqlanmayın, üzüklərinizə ərəbcə söz yazmayın” hədisini danışdı. Onun nə məna daşıdığını başa düşməyib, Həsənin yanına gəldilər. Ona dedilər: Ənəs bizə, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) “Müşriklərin atəşi ilə işıqlanmayın, üzüklərinizə ərəbcə söz yazmayın” hədisini danışdı. O da belə açıqladı: “üzüklərinizə ərəbcə sözlər söz yazmayın” yəni, “Muhəmməd yazmayın” deməkdir. “Şirk atəşi ilə işıqlanmayın” yəni, işləriniz barəsində müşriklərlə məşvərət etməyin. Sonra Həsən dedi: “Bunun Allahın Kitabından təsdiqi “Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın” ayəsidir.”

    Bunu Hafiz Əbu Yalə (rəhmətullahi aleyh) bu cür rəvayət etmişdir. Bunu Nəsai də Mucahid ibn Musadan, o da Huşeymdən rəvayət etmişdir. Bunu İmam Əhməd də, Həsən Bəsrinin təfsirini qeyd etmədən, Huşeymdən bənzər şəkildə rəvayət etmişdir.

    Bu təfsirdə mülahizəyə yer vardır. Onun mənası aydındır “üzüklərinizə ərəbcə söz yazmayın” yəni, ərəb hərfləri ilə yazmayın, deməkdir. Çünki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) üzüyünə bənzəyə bilər. Onun möhüründə “Muhəmmədun Rəsulullah” yazısı var idi. Səhih hədisdə o cür yazdırmağı qadağan etmişdir. “Müşriklərin atəşindən işıqlanmayın” cümləsinin mənası da, evləriniz onların evinin yanında olmasın, yurdlarında qalmayın, onlardan uzaqlaşın və ölkələrindən hicrət edin, deməkdir. Bu mənada Əbu Davud “iki atəş biri-birini görməsin” hədisini rəvayət etmişdir. Digər hədisdə “kim müşriklə bir yerdə olur yaxud onunla birgə otursa onun kimidir” demişdir. Buna görə hədisi Həsən Bəsrinin (rahiməhullah) anladığı mənaya aid etmək və ayəni ona dəlil gətirmək şübhə doğurur. Allah ən doğrusunu biləndir.

    Sonra Allah təala dedi: “Düşmənçilikləri onların ağızlarından bəllidir. Kökslərində gizlətdikləri isə daha böyükdür” yəni, düşmənçiliklərindən içləri üzlərinə çıxmış və dillərindən qaçırmışlar. Qəlbləri də İslama və müsəlmanlara qarşı nifrətlə doludur. Belə şeylər ağıl sahiblərinin nəzərindən qaçmaz. Allah buyurur: “Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”.

    Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər” yəni, ey möminlər, siz münafiqləri göstərdikləri imana görə sevirsiniz, onlar isə nə zahirdən nə batindən sizi sevməzlər. “Siz kitabların hamısına inanırsınız” yəni, bu xüsusda şəkk şübhəniz yoxdur. Onlarda isə şəkk şübhə və çaşqınlıq vardır.

    Muhəmməd ibn İshaq demişdir: Mənə Muhəmməd ibn əbu Muhamməd danışdı, o da İkrimədən və ya Səid ibn Cubeyrdən, o da İbn Abbasdan onun “Siz kitabların hamısına inanırsınız” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Öz kitabınıza, onların kitabına və onlardan öncə gələn kitablara inanırsınız. Onlar isə sizin kitablara inanmazlar. Onların sizə nifrət etməsinə baxmayaraq, sizin onlara nifrət etməyə daha çox haqqınız var.” Bunu İbn Cərir rəvayət etmişdir.

    Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər” ayədə keçən “ənamil” barmaqların uclarıdır. Bunu Qatadə demişdir. Şair də belə demişdir:

     

    Səni sevəcəyəm tüpürcəyim boğazımı islatdığı müddətcə,

    Əllərimdə on barmaq uclarımın olduğu müddətcə.

     

    İbn Məsud, Suddu və Rəbi ibn Ənəs demişlər: “Ənamil” barmaqlardır.

    Münafiqlərin halı belədir. Onlar üzdə möminlərə iman və sevgi göstərir, içlərində isə bunun tam əksini gizlədirlər. Necə ki, Allah təala demişdir: “təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər”. Bu da şiddətli qəzəb və kinə görədir.

    Allah təala demişdir: “De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir” yəni, buna görə möminlərə nə qədər həsəd aparsanız da və onlara verilənlər qəzəbinizə səbəb olsa da, bilin ki, Allah mömin qullarına nemətini tamamlayacaq, dinini tamamlayacaq, kəlməsini yüksəldəcək və İslamı (bütün dinlərdən) üstün edəcək. Artıq siz də qəzəbinizdən ölün. “Şübhəsiz ki, Allah kökslərdə olanları bilir” yəni, O, daxilinizdə gizlənən və sirr saxladığınız möminlərə olan kin, həsəd və nifrəti bilir. Buna görə də umduğunuz şeylərin əksini göstərməklə sizə bu dünyada cəza verir. Axirətdə isə, içində əbədi qalacağınız və heç bir yerə qaça bilməyəcəyiniz şiddətli bir əzabla cəza verəcək.

    Sonra da Allah təala dedi: “Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər” Bu onların möminlərə şiddətli düşmənçilik bəslədiklərini göstərir. Çünki möminlərə bolluq, zəfər və dəstək gəlir. Onlar çoxalırlar. Köməkçiləri möhkəmlənir. Bu isə, münafiqləri üzür. Müsəlmanlara qıtlıq gələndə və Allahın hikməti ilə düşmənlərə məğlub olanda — məsələn, Uhud döyüşündəki kimi — münafiqlər buna sevinirlər. Allah təala möminlərə xitab edərək dedi: “Əgər səbr etsəniz və qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz” Allah təala səbri, təqvanı və Allaha təvəkkülü tətbiq etdikləri halda, onları pislərin şərindən və fasiqlərin hiyləsindən xilas edəcəyini xəbər verir. Allah düşmənləri əhatə etmişdir. Ondan başqa güc və qüvvət sahibi yoxdur, Onun istədiyi olar, istəmədiyi olmaz. Varlıq aləmində nə meydana gəlsə, onun təqdir və iradəsi ilə olur. Kim Ona təvəkkül etsə, Allah ona yetər.

    Sonra Allah təala Uhud döyüşünü və onda mömin qullarını yoxlamasını, möminlərlə münafiqləri ayırmasını və səbir edənlərin səbrini izah etməyə başladı və buyurdu:

  • 119

    Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz kitabların hamısına inanır-sınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.

    118-ci ayənin təfsirinə bax.

  • 120

    Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.

    118-ci ayənin təfsirinə bax.

  • 121

    O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!

    Cumhura görə bu hadisə Uhud döyüşüdür. Bunu İbn Abbas, Həsən, Qatadə, Suddi və bir çoxları demişdir. Həsən Bəsridən də, bundan murad edilən Əhzab savaşıdır, dediyi rəvayət edilmişdi. Bunu İbn Cərir rəvayət etmişdir. Onun dediyi qəribədir və önəmli deyil.

    Uhud döyüşü hicrətin üçüncü ilində, Şəvval ayında, şənbə günü olmuşdur. Qatadə demişdir: “Şəvval ayının on bir gecəsi keçmişdi.” İkrimə: “Şəvval ayının ortası şənbə günü olmuşdu” demişdir. Allah ən doğrusunu biləndir.

    Səbəbi bu idi ki, müşriklər Bədr döyüşündə zadəganlarının bəzilərini itirdikdə və Əbu Sufyanın başçılıq etdiyi karvan yükü ilə bərabər qurtulub Məkkəyə döndükdə, ölənlərin övladları və qalan başçılar ona dedilər: “Karvanın gəlirini götür və Muhəmməd ilə döyüşə xərclə. Onlar bu işə vəsait qoyub qoşun topladılar. Qureyşli və həbəşi döyüşçülər yığdılar. Üç min nəfərlə Mədinəyə doğru yola çıxdılar. Mədinənin qarşısında Uhud adında bir yerdə dayandılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) cümə namazını qıldı. Sonra Nəccar oğullarından Malik ibn Amr deyilən bir nəfərin cənazəsini qıldı. “Onların qarşısına çıxsın, yoxsa Mədinədə qalsın” deyə insanlarla məşvərət etdi. Abdullah ibn Ubey Mədinədə qalmağı təklif etdi. Əgər düşmənlər olduqları yerdə qalsa pis vəziyyətdə qalarlar. Şəhərə girsələr kişilər qarşılarına çıxar, qadınlar və uşaqlar da üstlərinə daş atar. Geri dönsələr əlləri boş dönərlər. Bədrdə olmayan səhabələr də döyüşə çıxmağı irəli sürdülər. Rəsulullah (salləllahu aleyhi və səlləm) içəri girdi, silahını götürüb çıxdı. Bəziləri peşman oldu və dedilər: “Bəlkə Allahın Rəsulunu (salləllahu aleyhi və səlləm) məcbur etdik.” Sonra dedilər: “Ey Allahın Rəsulu istəsən şəhərdə qala bilərik” O da cavab verdi: “Silahını geyinən bir peyğəmbərə, Allah hökm etməyincə, geri dönməsi yaraşmaz.” Min səhabə ilə getdi. Şavt bölgəsinə çatanda Abdullah ibn Ubey, sözünə qulaq asılmadığı üçün açıqlanıb ordunun üçdə biri ilə geri döndü. O və dostları dedilər: “Bu gün döyüş olacağını bilsəydik sizə qoşulardıq, lakin bu gün döyüşməyəcəyinizi hesab edirik.”

    Rəsulullah (salləllahu aleyhi və səlləm) yürüşünü davam etdi, vadinin kənarında bir dağ yoluna endi. Kürəyini və döyüşçüləri Uhuda dirədi və dedi: “Biz savaşın deməsək heç kim döyüşməsin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) yeddi yüz səhabə ilə döyüşə hazırlaşdı. Ox atanların başına Amr ibn Avf oğullarından Abdullah ibn Cubeyri təyin etdi. Ox atanlar o gün əlli nəfər idilər. Onlara dedi: “Bizi atlılardan qoruyun bizə siz tərəfdən gəlmələrinə əngəl olun. Biz qalib gəlsək də məğlub olsaq da yerinizdən tərpənməyin. Bizi quşların qapdığını görsəniz belə yerinizdən tərpənməyin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) üst üstə iki zireh geyindi. Bayrağı Abdüddar oğullarından Musab ibn Umeyrə verdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) o gün bəzi gənclərə döyüşməyə icazə verdi, bəzilərinə də vermədi. Onlara da təqribi iki ildən sonra Xəndək döyüşündə icazə verdi. Qureyş üç minlik ordusunu hərəkətə gətirdi. Yanlarında iki yüz atlı var idi, onları kənara çəkmişdilər. Sağdakı atlı dəstəsinə Xalid ibn Valid, soldakı atlılara isə, İkrimə ibn Əbu Cəhili başçı qoydular. Bayrağı Abduddər qəbiləsinə verdilər. Sonra iki bölük arasında yeri gəldikcə izah edəcəyimiz hadisələr baş verdi. Buna görə Allah buyurur: “O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin”. Onları mövqelərdə yerləşdirir, sağ və sol cinahlara ayırır və əmr etdiyi məntəqələrdə yerləşdirirdi. “O, Eşidəndir, Biləndir!” yəni dediklərinizi eşidir, qəlbinizdəki bilir.

    İbn Cərir burada xülasəsi bu olan bir sual verir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Uhuda cümə günü namazdan sonra çıxdığını deyirsiz?” Halbuki Allah təala buyurur: “O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin” deyirsiniz. Sonra da özü cavab verir ki, onun döyüşçülərini mövqelərə yerləşdirməsi şənbə günü tezdən olmuşdur.

    O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər” Buxari demişdir: Bizə Əli ibn Abdullah danışdı, bizə Sufyan danışıb dedi: Amr demişdir: Cabir ibn Abdullahdan “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər” bu ayənin bizlər barəsində nazil olduğunu eşitdim. Biz iki zümrə, Harisə oğulları ilə Sələmə oğulları idik. Onun nazil olması bizim üçün çox sevimli idi – Sufyan bir dəfə dedi: Məni çox sevindirdi – çünki ardı ilə Allah buyurdu “Allah isə onların yardımçısı oldu”. Muslim də Sufyan ibn Ueynənin hədisindən bu cür rəvayət etmişdir. Sələfdən bir çoxları da demişlər: “Onlar Harisə oğulları və Sələmə oğullarıdır.”

    Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi” yəni, Bədr döyüşündə. O da hicrətin ikinci ilində, Ramazan ayının on yeddisi cümə günü idi. O, ayırma günü idi. Allah onda İslamı və müsəlmanları qüvvətli etdi, şirki darmadağın edib məskənini xarabalığa çevirdi. Üstəlik o gün müsəlmanların sayı daha az idi. Çünki onlar üç yüz on üç nəfər idilər. İçlərində iki atlı, yetmiş dəvəli var idi. Qalanları piyada idilər. Yanlarında gərəkli azuqələri yox idi. Düşmən isə yeddi yüz ilə min arasında idi. Bol zirehləri və başlarında dəbilqələri vardır. Təchizatları tam idi. Bəzəkli atları var idi. Allah Rəsulunu qüvvətli etdi, vəhy və nazil etdiyini həyata keçirdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin üzünü ağ etdi. Şeytanı və ordusunu rəzil etdi. Mömin qullarına və təqva sahiblərinə nemətini xatırladaraq buyurur: “Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi”. Yəni sayınız az idi. Zəfər say və təchizatın çoxluğu ilə deyil, Allahın yardımı ilə olduğunu bilməklərini istəyirdi. Buna görə də o birisi ayələrdə Allah buyurdu: “Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir” (Tövbə, 25-27).

    İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Simakdan dedi: İyad əl-Əşaridən eşitdim ki, o demişdir: Yərmuk döyüşündə idim, beş rəhbərimiz var idi: Əbu Ubeydə, Yəzid ibn əbu Sufyan, İbn Həsənə, Xalid ibn Valid və İyad – Bu İyad, Simakdan hədis dinləyən İyad deyil.  Davam edib dedi, Ömər (radiyallahu anhu) dedi: “Əgər döyüş olsa başçınız Əbu Ubeydədir.” Deyir biz də ona yazdıq ki, ölüm ətrafımızda gəzir. Ondan kömək istədik. O da bizə cavab yazdı: Məktubunuz mənə çatdı, məndən kömək istəyirsiz. Sizə məndən daha güclüsünü, məndən daha yaxşı yardım edənini və döyüşçüləri məndən daha yaxşı qoruyanını məsləhət verim: Əziz və cəlil olan Allahdan kömək istəyin. Çünki Muhəmmədə (salləllahu aleyhi və səlləm) Bədr döyüşündə sizdən az ikən zəfər verilmişdi. Məktubum sizə çatdığı zaman onlarla döyüşün mənə müraciət etməyin.” Deyir ki, bizdə onlarla döyüşdük və dörd fərsax məsafəsində məğlubiyyətə uğratdıq. Mallarını ələ keçirdik. Məşvərət etdik. İyad bizə hər adam qarşılığında on dirhəm verilməsini təklif etdi. Deyir ki, Əbu Ubeydə dedi: “Mənimlə kim yarışır?” Bir gənc dedi: “Əgər əsəbləşməsən, mən.” Deyir ki, onu keçdi. Mən, Əbu Ubeydənin saçlarının çılpaq atın arxasında tullandığını gördüm.” Bu isnad səhihdir. Bunu İbn Hibban öz Səhihində Bundardan, o da Ğundərdən, bənzər şəkildə rəvayət etmişdir. Bunu Hafiz Ziya Maqdisi də kitabında tərcih etmişdir.

    Bədr, Məkkə ilə Mədinə arasında quyusu ilə tanınan bir yerdir. Quyunu qazanın adını daşıyır. Ona Bədr ibn Nareyn deyirdilər. Şəbi də belə demişdir: Bədr bir quyudur. Bədr adamın adı ilə adlanır.

    Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz” yəni itaət əmrini yerinə yetirin.

  • 122

    O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idi-lər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər.

    121-ci ayənin təfsirinə bax.

  • 123

    Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.

    121-ci ayənin təfsirinə bax.

  • 124

    O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi?”

    Təfsirçilər bu vədin Bədirdə yaxud Uhudda olmasına dair ixtilaf etmişlər. Birincisi: “O vaxt sən möminlərə demişdin” cümləsinin “Allah, Bədirdə sizə yardım etdi.” (Ali İmran, 123) cümləsinə bağlıdır. Həsən Bəsri, Amir Şabi, Rəbi ibn Ənəs və digərlərindən də belə rəvayət edilmişdir. İbni Cərir də bunu üstün rəy hesab etmişdir.

    Abbad ibn Mansur isə, Həsəndən rəvayət edərək “O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” kəlamı barədə: “Bu, Bədir günüdür.” – demişdir. Bunu İbni əbi Hatim də rəvayət edərək demişdir: Bizə atam danışdı, bizə Musa ibn İsmayıl danışdı, bizə Vuheyb danışdı, o da Davuddan, o da Amirdən – yəni, Şabidən – rəvayət etdi ki, müsəlmanlar Bədir döyüşündə Kurz ibn Cabirin müşriklərə kömək edəcəyini eşidirlər. Buna görə Allah Təala da: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” ayəsini endirdi. Rəvayət edir ki, Kurzə müşriklərin məğlubiyyətə düçar olduqları xəbəri çatdı və o, müşriklərə kömək etmədi. Allah da müsəlmanlara beş min mələklə yardım etmədi.

    Rəbi ibn Ənəs demişdir: Allah müsəlmanlara min mələklə kömək etdi, sonra üç min oldular, sonra da beş min oldular.

    Əgər bu rəyə görə, bu ayə ilə Bədir hadisəsi haqqında enmiş “O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.”  (Ənfal 9,10) ayəsi necə uzlaşdırılır deyilsə, cavab belədir: Burada minə vurğu edilməsi, üç minə və daha yuxarı olmasına mane deyildir. Çünki ard-arda deyilmişdir. Bunun mənası odur ki, bunlar gedər ardınca onlar kimi digər minlər gələr, deməkdir. Bu hadisə Ali İmran surəsindəki həmin hadisəyə bənzəməkdədir. Bunun da zahirən göründüyü kimi Bədir günü olduğu aydın olur. Çünki mələklər ancaq Bədir döyüşündə döyüşə qatılmışdılar. Allah daha yaxşı bilir. Səid ibn əbu Arubə demişdi: Qatadədən: Allah Bədir günü müsəlmanlara beş min ilə kömək etdi.

    İkinci rəy: Bu vəd, Allah Təalanın “O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin.” kəlamı ilə bağlıdır. Bu da Uhud döyüşündə idi. Mücahid, İkrimə, Dəhhak, Zuhri, Musa ibn Uqbə və digərləri belə demişdirlər. Ancaq onlar beş min mələklə köməyin həyata keçmədiyini demişdirlər. Çünki müsəlmanlar o gün qaçmışdılar. İkrimə: “Üç min mələklə də olmamışdır” cümləsini əlavə etmişdir. Çünki Allah Təala “Əlbəttə, siz səbr etsəniz, (Allahdan) qorxsanız” demişdir ki, onlar səbr etmədilər, əksinə qaçdılar;  bu səbəbdən bir mələklə belə kömək olunmadılar.

    “Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız” – yəni, düşmənlərə qarşı dayanıqlıq göstərsəniz, məndən qorxsanız və əmrimə itaət etsəniz, deməkdir.

    Onlar bu saat sizin üstünüzə hücuma keçsələr” – burada keçən “min fəvrihim” kəlamı haqqında Həsən, Qatadə, Rəbi və Suddi: “Bu istiqamətdən” demişdirlər. Mücahid, İkrimə və Əbu Saleh də “Bu qəzəblərindən” demişdirlər. Dəhhak da: “Qəzəblərindən və üzlərindən” demişdirlər. Əvfi də İbn Abbasdan: “Bu səfərlərindən” dediyini rəvayət etmişdir. “Bu qəzəblərindən” də deyilmişdir.

    Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.” “Musəvvimin” — nişanlı, işarəli deməkdir.

    Əbu İshaq əs-Subeyi demişdir: Harisə ibn Midrabdan, o da Əli ibn Əbu Talibdən (radiyallahu anh): Bədirdə mələklərin işarəsi ağ yun idi, demişdir. Bu eyni zamanda atlarının alınlarında da var idi.

    Bunu İbni Əbiu Hatim rəvayət etmiş və sonra belə demişdir: Bizə Əbu Zura danışdı, bizə Hudbə ibn Xalid danışdı, bizə Həmmad ibn Sələmə danışdı, o da Muhamməd ibn Amr ibn Alqamədən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən (radiyallahu anh) bu ayədə barədə “nişanlanmış mələklər” qırmızı yunla nişanlı, demişdir. Mücahid də “nişanlanmış” yalmanları kəsilmiş, alınları ağ yunla nişanlanaraq atların quyruğunda demişdir.

    Avfi demişdir: İbn Abbas radiyallahu anh belə demişdir: Mələklər Muhammədə (salləllahu aleyhi və səlləm) yunla nişanlanmış halda gəldilər. Muhamməd və əshabı da özlərini və atlarını onlar kimi yunla nişanladılar.

    Qatadə ilə İkrimə də  “nişanlanmış” yəni, döyüş işarəsi ilə demişdirlər. Məkhul da “Əmmamələr ilə” demişdir.

    İbn Mərdeveyh, Abdul Quddus ibn Həbibdən, o da Əta ibn Əbi Rəbahdan, o da İbni Abbasdan, o da   Rəsulullahdan  (salləllahu aleyhi və səlləm) rəvayət edir ki, o: Musəvvimin” kəlamı barədə: “nişanəli” demişdir. Mələklərin Bədirdəki işarələri qara əmmamələr, Hüneyndə də qırmızı əmmamələr idi.

    Husayn ibn Muxariqdən, o da Səiddən, o da Hakəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət edir: Mələklər Bədirdən başqa heç bir yerdə döyüşmədilər.

    İbn Ishaq demişdir: “İttiham etmədiyim bir nəfər mənə rəvayət etdi, o da Miqsəmdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etdi: Bədirdə mələklərin işarəsi ağ əmmamələr idi. Uclarını kürəklərinə sallamışdılar. Hüneyndə də qırmızı əmmamələr idi. Mələklər Bədir döyüşündən savayı qılıınc çalmamışdılar. Digər döyüşlərdə hazırlıq və ehtiyat qüvvələr idilər, amma qılınc çalmırdılar.” Sonra bunu Həsən ibn Umarədən, o da  Hakimdən, o da Miqsəmdən, o da İbni Abbasdan oxşar şəkildə rəvayət etmişdir.

    İbn Əbi Hatim demişdir: Bizə əl-Əhməsi danışdı, bizə Vəki danışdı, bizə Hişam ibn Urvə danışdı, o da Yəhya ibn Abbaddan rəvayət edir: “Zübeyrin (radiyallahu anh) başında Bədirdə sarı bir əmmamə var idi, onunla üzünü örtmüşdü. Mələklər də sarı əmmamələrdə endilər.” Bunu İbni Mərduveyh, Hişam ibn Urvə yolu ilə, o da atasından, o da Abdullah ibn Zubeyrdən rəvayət etmiş və bu cür qeyd etmişdır.

    “Allah bunu sırf sizə müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə etdi” yəni, mələkləri endirməsi və onları endirməsini sizə bildiməsi, sırf müjdə üçün, qəlblərinizi xoş etmək və arxayın etmək üçündür. Yoxsa zəfər ancaq Allah qatındandır, istəyərsə siz olmadan və onlarla döyüşmənizə ehtiyac olmadan da düşmənlərdən intiqam alar. Necə ki, Allah Təala möminlərə döyüş əmrindən sonra belə demişdir: ”Bax belə! Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. (Allah) onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq. və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.” (Muhamməd 4-6). Buna görə də burada belə demişdir: “Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.”  yəni, o yanına yaxınlaşılmayacaq qədər güclüdür, qədər və hökmlərdə hikmət sahibidir.

    “(Bu ona görə idi ki, Allah bununla) kafirlərin bir hissəsini kəssin” yəni, sizə cihadı və sərtliyi əmr etməsi bütün bunlarda hikmət olmasına görədir. Buna görə də, döyüşən kafirlərdə mümkün olan cəhətlərin hamısını zikr edib dedi: ”kafirlərin bir hissəsini kəsmək üçün” yəni, kafirlərin bir bölüyünü məhv etmək üçün, deməkdir. “Və ya onları darmadağın etsin” yəni, darmadağın edib qəzəbləri ilə birlikdə geri oturtmaq üçündür, çünki sizdən umduqlarını əldə edə bilmədilər. “Məyus halda geri dönsünlər” yəni umduqlarını əldə edə bilmədən geri dönsünlər.

    Sonra dünya və axirətdə hökmün bir tək Allaha məxsus olduğuna dəlalət edən cümlə ilə  “bu işin sənə aidiyyəti yoxdur” buyurdu. Yəni, bütün işlər mənə qayıdar. Necə ki,  “Sənin öhdənə düşən ancaq təbliğ etməkdir” demişdir. Həmçinin buyurmuşdur: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir.” (Bəqərə 272)  O demişdir: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.” (Qəssas 56)

    Muhamməd ibn İshaq “Bu işin sənə aidiyyəti yoxdur” kəlamı haqqında belə demişdir: “Qullarım üzərində Mənim sənə onlar barədə əmr etdiyimdən başqa heç bir hökmün yoxdur.” Sonra qalan hissələri zikr edib dedi: “(Allah) ya onların tövbəsini qəbul edər” yəni, içərisində olduqları küfürdən tövbə edib zəlalətdən sonra onları hidayətə yönəldər. “Ya da onlara əzab verər” yəni, küfür və günahlarına görə dünya və axirətdə onlara əzab edər. Buna görədir ki, “Çünki onlar zalımdırlar” demişdir, yəni buna layiqdirlər, demişdirlər.

    Buxari demişdir: “Bizə Hibban ibn Musa danışdı, bizə Abdullah xəbər verdi, bizə Mamər xəbər verdi, o da Zühridən, mənə Səlim danışdı, o da atasından, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) sübh namazının ikinci rükətində başını rükudan qaldırıb “Səmi Allahu Limən Həmidəh, Rabbənə və Ləkəl Həmd” dedikdən sonra “Allahım, filankəsə və filankəsə lənət et” dediyini eşitdi. Buna görə Allah Təala: “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi. Bunu Nəsai də Abdullah ibn Mübarək ilə Abdurrəzzaqdan rəvayət etmişdir, ikisi də Mamərdən belə rəvayət etmişlərdir.

    İmam Əhməd demişdir: Bizə Əbu Nadr danışdı, bizə Əbu Aqil danışdı, — Əhməd dedi: O, Abdullah ibn Aqildir, hədisi yaxşıdır, güvəniləndir — bizə Ömər ibn Həmzə danışdı, o da Səlimdən, o da atasından rəvayət edir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm): “Allahım filana və filana lənət et. Allahım Haris ibn Hişama lənət et, Allahım, Suheyl ibn Amra lənət et. Allahım Safvan ibn Umeyyəyə lənət et” – dediyini eşitdim. Bu haqda ” Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.” ayəsi endirildi. Hamısnın da tövbəsini qəbul etdi.

    İmam Əhməd demişdir: Bizə Əbu Muaviyə əl Ğalabi danışdı,  bizə Xalid ibn Haris danışdı, bizə Muhamməd ibn Aclan danışdı, o da Nafidən, o da Abdullahdan rəvayət edir ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm) dörd nəfərə bəd dua edərdi. Allah Təala “Bu işin sənə aidiyyəti yoxdur.” ayəsini endirdi. Əlavə edir ki, Allah onları İslama hidayət etdi.

    Buxari demişdir: Bizə Muhamməd ibn Aclan rəvayət etdi, o da Nafidən, o da İbni Ömərdən (radiyallahu anhum) Rəsulullah (salləllahu aleyhi və səlləm) müşriklərdən bəzilərinə adlarını çəkərək bəddua edərdi. Sonda Allah Təala “Bu işin sənə aidiyyəti yoxdur.” ayəsini endirdi.

    Buxari yenə demişdir: Bizə Musa ibn İsmayıl danışdı, bizə İbrahim ibn Sad danışdı, o da İbn Şihabdan, o da Səid ibn Museyyəb ilə Əbu Sələmə ibn Abdurrahmandan, onlar da Əbu Hureyrə radiyallahu anhdan rəvayət edir ki, Rəsulullah   (salləllahu aleyhi və səlləm) bir kəsə bəddua və ya dua etmək istədikdə rukudan sonra qunut oxuyar və çox vaxt “səmiAllahu limən hamidəh, Rabbəna vələkəl həmd, Allahım Vəlid ibn Vəlidi, Sələmə ibn Hişamı, Ayyaş ibn Əbi Rəbiyanı, gücsüz möminləri xilas et. Allahım Mudara təzyiqi artır, onlara Yusufun qıtlığı kimi qıtlıq ver” deyər və bunu hündür səslə edərdi. Bəzi vaxtlarda sübh namazlarında: “Allahım filana və filana lənət elə” deyərdi. Bəzi Ərəb qəbilələrinin adını anardı. Sonda Allah “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi.

    Buxari demişdir: Humeyd ilə Sabit dedi: Ənəs ibn Malikdən onun bu cür dediyi rəvayət edilir: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Uhud döyüşündə başı yarıldı, “Peyğəmbərlərinin başını yaran qövm necə nicat tapar?” dedi. Bu haqda “Bu işin sənə aidiyyəti yoxdur” ayəsi endi. Buxarinin Səhihində sənədsiz nəql etdiyi bu hədis sənədlə rəvayət edilmişdi.

    Buxari Uhud döyüşünü rəvayət edərkən demişdir: Bizə Yəhya ibn Abdullah əs Suləmi danışdı, bizə Abdullah danışdı, bizə Mamər xəbər verdi, o da Zühridən, mənə Salim ibn Abdullah danışdı, o da atasından rəvayət edərək demişdir: Rəsulullah   (salləllahu aleyhi və səlləm) sübh namazının son rəkatında başını rükudan qaldırıb   “səmiallahu limən hamidəh, Rabbəna vələkəl həmd” dedikdən sonra “Allahım filankəsə, filankəsə, filankəsə lənət et” deyərdi. Allah “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi.

    Hanzala ibn Əbi Süfyandan rəvayət edilir ki, Salim ibn Abdullahdan onun belə dediyini eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm), Safvan ibn Umeyyə, Suhel ibn Amr və Haris ibn Hişama bəddua edərdi. Bu haqda Allah: “Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.” ayəsini endirdi. Bu əlavəni Buxari sənədi qırıq və mürsəl olaraq zikr etmişdir. Əhmədin Müsnədindəki bütöv sənədi isə az əvvəl keçmişdi.

    İmam Əhməd demişdir: Bizə Hüşeym danışdı, bizə Humeyd danışdı, o da Ənəsdən (radiyallahu anh) rəvayət edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Uhudda kəsici dişi qırıldı, alnı yarıldı, üzünə qan axdı və o: “Rəblərinə dəvət edən peyğəmbərinə belə edən cəmiyyət necə nicat tapa bilər?” dedi. Bu haqda Allah Təala Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.” ayəsini endirdi. Bunu Müslim tək olaraq rəvayət etmişdir. Onu Qanəbidən, o da Həmmad ibn Sələmədən, o da Sabitdən, o da Ənəsdən rəvayət etmiş və bu cür zikr etmişdir.

    İbni Cərir də demişdir: Bizə İbn Humeyd danışdı, bizə Yəhya ibn Vadih danışdı, bizə Huseyn ibn Vaqid danışdı, o da  Matardan rəvayət etdi ki, Qatadə demişdir: Uhudda Peyğəmbər (salləllahu aleyhi və səlləm) yaralandı, dişi qırıldı, qaşı yarıldı, yıxıldı. Üzərində iki zireh var idi, qan axırdı. Ona Əbu Hüzeyfənin azad edilmiş köləsi Salim rast gəldi, onu otuzdurdu, üzünü sildi. O özünə gəldikdə: “Onları Əziz və Cəlil olan Allaha  dəvət edən peyğəmbərinə belə edən bir qövm necə olar?” dedi. Allah Təala da   “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi. Bunu Abdurrəzzaq, o da Mamərdən, o da Qatadədən oxşar formada rəvayət etmiş, “özünə gəldikdə” sözünü deməmişdi.

    Sonra Allah Təala belə dedi: “Göylərdə və yerdə nə varsa, Allahındır.” yəni mülkün hamısı Onundur, o ikisindəkilər də Onun hüzurunda duran qullarıdır, deməkdir. “O, istədiyini bağışlayar, istədiyinə də əzab verər” yəni hökm verən odur, heç kim onun hökmünə etiraz edə bilməz. Etdiklərindən sorğu sual olunmaz, onlar etdiklərindən sorğu sual olunarlar. Allah Bağışlayandır, Rəhmlidir.

  • 125

    Əlbəttə, siz səbr etsəniz, qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.

    124-cü ayənin təfsirinə bax.

  • 126

    Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.

    124-cü ayənin təfsirinə bax.

  • 127

    kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyus halda geri dönsünlər.

    124-cü ayənin təfsirinə bax.

  • 128

    Bu işin sənə aidiyyəti yoxdur. Ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.

    124-cü ayənin təfsirinə bax.

  • 129

    Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir.

    124-cü ayənin təfsirinə bax.

  • 130

    Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.

    Allah təala mömin qullarını sələm alıb verməkdən və onu qat-qat yeməkdən çəkindirir. Onlar cahilliyə dövründə borcun vaxtı gələndə deyərdilər: Ya borcu qaytar yaxud faizin ödə. Ödəsə ödəyərdi. Ödəməsə, müddəti artırardı.Başqa biri məbləği artırardı. Hər il belə edərdilər. Çox vaxt az bir borc şişib çox böyüyərdi.

    Allah təala dünyada və axirətdə xilas olmaq üçün qullarına təqvanı əmr etdi. Sonra da onları atəşlə qorxudub ondan çəkindirdi və buyurdu: “Kafirlər üçün hazırlanmış Oddan çəkinin.Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun”.

    Sonra onları xeyir işlər etməyə və Allaha yaxınlaşdıran şeyləri əldə etmək üçün tələsməyə çağırdı və buyurdu:“Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin”. Yəni, necə ki, cəhənnəm kafirlər üçün hazırlanıbdı. Demişlər: “Genişliyi göylər və yer qədər” ifadəsi, onun uzunluğuna diqqət çəkmək üçündür. Məsələn, Cənnətin döşəkləri vəsf edilərkən “Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər” (Ər-Rahmən, 54) deyilmişdir.Yəni, indi düşün üzləri necədir. Onun eni ilə uzunluğu eynidir, çünki o ərşin altında qübbə halındadır. Qübbəli bir şeyin eni və uzunu eyni olur. Səhihdəki bu hədisdə onu göstərir: “Allahdan Cənnət istədiyiniz zaman Firdovsu istəyin, çünki o, Cənnətin ən yüksəyidir və ortasıdır. Cənnətinçayları oradan çıxır. Damı Rəhmanın Ərşidir.” Bu ayə Hədid surəsindəki ayə kimidir: “genişliyi göyün və yerin genişliyi qədər olan Cənnətə tələsin”.

    İmam Əhməd Musnədində rəvayət etmişdir: İrakli Peyğəmbərə (salləllahu aleyhi və səlləm) yazmışdı: “Məni «müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə» dəvət edirsən. Hansının ki, eni yer və göylər qədərdir. Onda cəhənnəm haradadır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Subhən Allah gündüz gələn zaman gecə haradadır?” Bunu İbn Cərir də rəvayət etmiş və demişdir: Mənə Yunus danışdı, mənə İbn Vəhb xəbər verdi, mənə Muslim ibn Xalid xəbər verdi, o da Əbu Xuseymdən, o da Səid ibn Əbu Rəşiddən, o da Yalə ibn Murrədən, deyir ki, İraklinin Rəsulullaha (salləllahu aleyhi və səlləm) elçi olaraq göndərdiyi Tənnuhi ilə qoca olarkən Humusda görüşdüm. Artıq xarab olmuşdu, o belə dedi: İraklinin məktubunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) gətirdim, kağızı solundakı bir nəfərə uzatdı. Mən dedim: Oxuyacaq dostunuz varmı? Onlar Muaviyyəni dedilər. Kralın yazısı belə idi: məni eni göylərlə yer qədər olan və təqva sahibləri üçün hazırlanan Cənnətə dəvət edirsən. O zaman Cəhənnəm haradadır? Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Subhən Allah, gündüz gələn zaman gecə haradadır?”

    Aməş, Sufyan Səvri və Şubə dedi: Qeys ibn Muslimdən, o da Tariq ibn Sihabdan nəql etdi ki, yəhudilərdən bir neçə nəfər Ömər ibn Xəttabdan “genişliyi göylər və yer qədər olan Cənnətdən” ayəsi haqqında soruşdular və: «Cəhənnəm haradadır?» – dedilər. Ömər dedi: «Deyin görüm, gündüz gəldiyi zaman gecə harada olur və gecə gəldiyi zaman gündüz harada olur?» Onlar dedilər: «Sanki Tövratdan söylədin.» Bunu İbn Cərir üç yoldan rəvayət etmişdir və sonra demişdir: Bizə Əhməd ibn Həzim danışdı, bizə Əbu Nuaym danışdı, bizə Cəfər ibn Burqan danışdı, bizə Yəzid ibn Asam xəbər verdi ki, Əhli kitabdan bir nəfər dedi: “genişliyi göylər və yer qədər olan Cənnətdən” deyirlər? Bu halda Cəhənnəm haradadır?” İbn Abbas (radiyallahu ənh) dedi: Gündüz gəldiyi zaman gecə harada olur və gecə gəldiyi zaman gündüz harada olur?

    Bu mərfu olaraq da rəvayət edilmişdir. Bəzzar demişdir: Bizə Muhəmməd ibn Mamər danışdı, bizə Muğira ibn Sələmə əbu Hişam danışdı, bizə Abdulvahid ibn Ziyad danışdı, o da Ubeydullah ibn Abdullah ibn Asamdan, o da əmisi Yəzid ibn Asamdan, o da Əbu Hureyrədən onun belə dediyini söylədi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəlib dedi: Mənə Allah təalanın “genişliyi göylər və yer qədər olan Cənnətdən” xəbər ver, Cəhənnəm haradadır? O da dedi: Gecə gəlib hər yeri əhatə etdiyi zaman gündüz haradadır? O da dedi: «Allahın istədiyi yerdə.» Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: «Cəhənnəm də elədir, izzət və cəlal sahibi Allahın istədiyi yerdədir.»

    Bu iki məna daşıyır:

    Birinci məna: Bizim gündüz gəldiyi zaman gecəni görə bilməməyimiz, biz bunu bilməsək belə, onun hər hansı bir məkanda olmaması demək deyil. Cəhənnəm də elədir. O, əziz və cəlil olan Allahın istədiyi yerdədir. Bu da Bəzzarın Əbu Hureyrədən rəvayət etdiyi hədisdəki açıq mənadır.

    İkinci məna: Gündüz bu tərəfdən dünyanı əhatə etdiyi zaman gecə o birisi tərəfdə olur. Cənnət də göylərin üstündə olan ən uca qatlarda Ərşin altındadır. Genişliyi də əziz və cəlil olan Allahın dediyi kimi “göylə yerin genişliyi qədər olan” (Hədid, 21). Cəhənnəm də ən aşağıdadır. Cənnətin göylə yerin genişliyi qədər olması ilə cəhənnəmin var olması arasında ziddiyyət yoxdur. Allah ən doğrusunu biləndir.

    Sonra Allah Cənnət əhlinin sifətini açıqlayır: “bolluq zamanı da, qıtlıq zamanı da xərcləyirlər”. Yəni çətinlikdə və asanlıqda, sevinc və kədərdə, sağlamlıq və xəstəlikdə, hər hallarda xərcləyərlər deməkdir. Necə ki, deyilmişdir: “onlar mallarını gecə və gündüz gizli və açıq Allah yolunda xərcləyər”(Bəqərə, 274). Məna belədir: Onları heç bir şey Allaha itaət etməkdən və mallarını Onun razı olacağı yerlərə xərcləməkdən, istər qohumları olsun istərsə də digərləri olsun, Onun məxluqatına çeşidli yaxşılıq etməkdən saxlamaz.

    qəzəblərini boğur və insanları bağışlayırlar” yəni, qəzəbləri coşduqda onu boğarlar. Yəni, gizlədərlər, tətbiq etməzlər. Bununla bərabər onlara pislik edənləri bağışlayarlar. Bir rəvayətdə belə deyilmişdir: Allah təalə buyurur: “Ey Adəm oğlu, qəzəbləndiyin zaman məni xatırla, mən də qəzəbləndiyim zaman səni xatırlayım və həlak etdiklərimlə səni də həlak etməyim.” Bunu İbn Əbu Hatim rəvayət etmişdir.

    Əbu Yalə Musnədində rəvayət etmişdir: Bizə Əbu Musa əz-Zəmin danışdı, bizə İsa ibn Şuayb əd-Darir əbu Fadl danışdı, bizə Rəbi ibn Suleyman əl-Cizi danışdı, o da Əbu Amr ibn Ənəs ibn Malikdən, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim qəzəbini boğarsa, Allah da ondan əzabını uzaqlaşdırar. Kim dilini saxlasa, Allah da onun eybini örtər. Kim Allahdan üzr diləsə, Allah da onun üzrünü qəbul edər.” Bu hədis qəribdir. İsnadında etiraz yeri vardır.

    İmam Əhməd demişdir: Bizə Əbdurrəhman danışdı, bizə Malik danışdı, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Güclü, başqalarına güləşməkdə qalib gələn deyil. Əsil güclü qəzəb anında qəzəbinə hakim olandır.” Bunu iki şeyx Malikin hədisindən rəvayət etmişlər.

    İmam Əhməd demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da İbrahim Teymidən, o da Haris ibn Suveyddən, o da Abdullahdan o, İbn Məsuddur (radiyallahu ənh), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Hansınıza mirasçının malı öz malınızdan daha sevimlidir? Onlar dedilər: Ey Allahın Rəsulu içimizdən heç kim mirasçının malını öz malından daha çox sevməz. O da dedi: Bilin ki, içinizdən elə biri yoxdur ki, mirasçının malı ona öz malından daha sevimli olmasın. Sənin malın yalnız qarşından göndərdiyindir. Mirasçının da malı geridə buraxdığındır. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Siz kimi pəhləvan sayırsız? Biz dedik: İnsanların məğlub edə bilmədiyi kimsəni. O da dedi: Xeyr, əsil pəhləvan, qəzəb halında nəfsinə hakim olandır. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: Siz kimi raqub sayırsız? Onlar da dedilər: Uşağı olmayanı. O dedi: Xeyr, əsl raqub özü yaşadığı halda övladı ölməyəndir. Buxari bu hədisin birinci hissəsini rəvayət etmişdir. Muslim də bu hədisin əslini Aməşin rəvayətindən təxric etmişdir.

    Başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı ki, Urvə ibn Abdullah əl-Cufidən eşitdim, o da Əbu Həsbədən və yaxud İbn Həsbədən, o da Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) xütbəsində olan bir adamdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Raqubun nə olduğunu bilirsiz?” Biz dedik: “Övladı olmayandı.” O dedi: “Tam raqub, övladı olan və övladının öldüyü üçün onu həyatda qabaqlaya bilməyəndir.” Sonra dedi: “Yoxsul nədir?” Onlar dedilər: “Malı olmayan.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Tam fəqir, ölərkən axirətə heç nə aparmayandı.” Sonra dedi: “Sizcə pəhləvan kimdir?” Onlar dedilər: “Hamını yerə yıxan, özü isə heç vaxt məğlub olmayandı.” O dedi: “Əsil pəhləvan qəzəblənib üzü qıp-qırmızı olub, dərisi ürpənən zaman qəzəbini boğandı.”

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə İbn Numeyr danışdı, bizə Hişam – o, İbn Urvədir – danışdı, o da atasından, o da Ahnəs ibn Qeysdən, o da Cariyə ibn Qudamə əs-Sədi adlı əmisindən nəql etdi ki, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Rəsulu mənə elə bir söz öyrət ki, mənə xeyir versin və anlamağım üçün rahat olsun.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Qəzəblənmə.” Bunu bir neçə dəfə təkrar etdi. O hər dəfə “qəzəblənmə” deyirdi.” Bunu eyni şəkildə Əbu Muaviyyədən, o da Hişamdan rəvayət etmişdir. Yenə onu Yəhya ibn Səid əl-Qəttandan, o da Hişamdan bu cür rəvayət etmişdir: “Bir adam dedi: Ey Allahın Rəsulu mənə bir söz söylə, amma yadda saxlamaq üçün qısa olsun. O da dedi: Qəzəblənmə.” Bunu yalnız Əhməd rəvayət etmişdir.

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Humeyd ibn Abdurrəhmandan, o da Peyğəmbərin bir səhabəsindən dedi: “Bir nəfər dedi: “Ey Allahın Rəsulu, mənə vəsiyyət et.” O da: “Qəzəblənmə” – dedi. Adam dedi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu deyəndə düşündüm; çünki qəzəb bütün şəri içində toplayırdı.” Bunu da yalnız Əhməd rəvayət etmişdir.

    Başqa bir hədis: Bizə Əbu Muaviyə danışdı, bizə Davud ibn əbu Hind danışdı, o da İbn əbu Hərb ibn əbu Əsvəddən, o da Əbu Əsvəddən, o da Əbu Zərdən dedi ki, o, hovuzun yanında bağçasını sulayırdı. Bir dəstə insan gəlib dedi: “Bərəkət ummaq üçün kim gedib Əbu Zərrin saç-saqqalından bir neçə tük gətirər?” Bir nəfər dedi: “Mən gedərəm” O, Əbu Zərrin bağçasının qapısını döydü. Əbu Zərr ayaq üstə idi. Sonra uzandı. Ondan soruşdular: “Ey Əbu Zərr niyə oturdun sonra isə uzandın?” O da cavab verdi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə demişdir: Biriniz qəzəbləndiyiniz zaman oturun. Qəzəbiniz keçib getsə nə yaxşı, əks halda uzansın.” Bunu Əbu Davud Əhməd ibn Hənbəldən eyni isnadla rəvayət etmişdir. Ancaq onun rəvayətində Əbu Hərbdən, o da Əbu Zərdən deyilmişdir. Doğrusu Abdullah ibn Əhmədin atasından rəvayət etdiyi kimidir: İbn əbu Hərbdən, o da atasından, o da Əbu Zərdən.

    Başqa bir hədis, imam Əhməd demişdir: Bizə İbrahim ibn Xalid danışdı, bizə Əbu Vail əs-Sənani danışıb dedi: Biz, Urvə ibn Muhəmmədin yanında oturmuşduq, yanına bir adam gəldi ona nəsə dedi, onu qəzəbləndirdi. Qəzəbləndiyini görəndə ayağa qalxıb getdi. Sonra yanımıza qayıtdı. Dəstəmaz almışdı. O dedi: “Mənə atam danışdı, o da babam Atiyyə ibn Sad əs-Səididən, onun Rəsulullah (salləllahu aleyhi və səlləm)  ilə söhbəti zamanı, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qəzəb şeytandandır, şeytan da oddan yaradılıb. Od isə yalnız su ilə söndürülür. Buna görə qəzəbləndiyiniz zaman dəstəmaz alın.” Bunu Əbu Davud da İbrahim ibn Xalid əs-Sənanidən, o da Əbu Vail əl-Qadi əl-Muradi əs-Sənanidən rəvayət etmişdir. Əbu Davud demişdir: Onun Abdullah ibn Buheyr olduğunu güman edirəm.

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Abdullah ibn Yəzid danışdı, bizə Nuh ibn Cavanə əs-Suləmi danışdı, o da Muqatil ibn Həyyandan, o da Ətadan, o da İbn Abbasdan (radiyallahu ənh), Rəsulullahın belə dediyini rəvayət etmişdir: “Kim əli darda olan borcluya vədə verərsə və ya borcunu silərsə, Allah da onu cəhənnəmin düzündən qoruyar. Bilin ki, cənnət əməli çətin və dikdir, bunu üç dəfə təkrar etdi. Bilin ki, cəhənnəm əməli düz və rahatdır. Xoşbəxt fitnələrdən qorunandır. Allahın ən sevdiyi udum qulun qəzəbini udmasıdır. Bir qul Allah üçün qəzəbinə hakim olsa, Allah onun qəlbini imanla doldurar.” Bunu yalnız Əhməd rəvayət etmişdir. İsnadı yaxşıdır. Rəvayətçilərdən tənqid olunan yoxdur. Mətni də gözəldir.

    Bu mənada başqa bir hədis: Əbu Davud demişdir: Bizə Uqbə ibn Mukrim danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, o da Bişr ibn Mənsurdan, o da Muhəmməd ibn Əclandan, o da Suveyb ibn Vəhbdən, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən birinin övladından, o da atasından, Rəsulullahın belə dediyini rəvayət etmişdir: “Kim yerinə yetirməyə gücü çatdığı qədər qəzəbinə hakim olarsa, Allah onun qəlbini əminlik və imanla doldurar. Kim gücü çatdığı halda gözəl libas geyinməyi tərk edərsə – Bişr demişdir ki, düşünürəm bunu təvazökarlıqdan demişdir – Allah da ona hörmət libası geydirər. Kim Allah üçün evləndirsə, Allah ona mülk tacını geydirər.”

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Abdullah ibn Yəzid danışdı, bizə Səid danışdı, mənə Əbu Mərhum danışdı, o da Səhl ibn Muaz ibn Ənəsdən, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim gücü çatdığı qədər qəzəbinə hakim olsa, Allah onu məxluqatın gözü önündə çağırar, onu istədiyi huriyə sahib olmaqda sərbəst buraxar.” Bunu Əbu Davud, Tirmizi və İbn Macə də Səid ibn əbu Əyyub hədisindən rəvayət etmişlər. Tirmizi, həsən qəribdir, demişdir.

    Başqa bir hədisdə Abdurrəzzaq demişdir: Bizə Davud ibn Qeys xəbər verdi, o da Zeyd ibn Əsləmdən, o da Abdulcəlil adında Şamlı bir adamdan, o da əmisindən, o da Əbu Hureyrədən (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) “qəzəblərini boğarlar” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Kim bacardığı qədər qəzəbinə hakim olarsa, Allah onun qəlbini əminlik və imanla doldurar.” Bunu İbn Cərir rəvayət etmişdir.

    Başqa bir hədisdə İbn Mərduveyh demişdir: Bizə Əhməd ibn Muhəmməd ibn Ziyad danışdı, bizə Yəhya ibn Əbu Talib xəbər verdi, bizə Əli ibn Asim xəbər verdi, mənə Yunus ibn Ubeyd xəbər verdi, o da Həsəndən, o da İbn Ömərdən (radiyallahu ənh), Rəsulullahın salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahın üzünü istəyərək qulun qəzəbini udmasından üstün başqa bir udum yoxdur.” Bunu İbn Macə, Bişr ibn Ömərdən, o da Hammad ibn Sələmədən, o da Yunus ibn Ubeyddən belə rəvayət etmişdir.

    Qəzəblərini boğanlar” yəni, qəzəblərini insanlara tuşlamayn, onları öz şərlərinə qatmayan, bununla da Allah qatında savab umanlar deməkdir.

    Sonra Allah təala “insanları bağışlayırlar” demişdir. Yəni, insanlara pislik etməməklə bərabər, onların özlərinə zülm edənləri içlərində bağışlayarlar, insanlara kin saxlamazlar. Bu da halların ən mükəmməlidir. Buna görə Allah demişdir “Allah yaxşı iş görənləri sevir”. Bu da ehsan məqamlarındandı.

    Hədisdə deyilmişdir: “Üç şeyə görə and içirəm: Mal, sədəqə verməklə azalmaz, Allah əfvlə qulun şərəfini artırar, kim Allah üçün təvazökarlıq edirsə, Allah onu ucaldır.” Hakim Mustədrəkində Musa ibn Uqbədən rəvayət etmişdir, o da İshaq ibn Yəhya ibn Talha əl-Qureyşidən, o da Ubadə ibn Samitdən, o da Ubey ibn Kəbdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim binasının yüksəlməsini və dərəcəsinin artmasını istəyirsə, ona zülm edəni bağışlasın, onu məhrum edənə versin, onunla əlaqəsini kəsənlə əlaqə saxlasın.” Sonra Hakim dedi: İki şeyxin şərtinə uyğundur, təxric etməmişlər. Bunu İbn Mərduveyh Əlidən, Kəb ibn Ucrədən, Əbu Hureyrədən və Ummu Sələmədən bənzər şəkildə rəvayət etmişdir. Dəhhak da, İbn Abbasın (radiyallahu ənh) yolu ilə rəvayət etmişdir ki, orada Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü bir carçı belə səslənər: “İnsanları bağışlayanlar haradadır. Rəbbinizə tərəf gəlin mükafatlarınızı alın. Bağışlayan bir müsəlmanın haqqıdır ki, Cənnətə girsin.”

    O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər” yəni, onlar bir günah etdikdə həmən tövbə və istiğfar diləyərlər.

    İmam Əhməd demişdir: Bizə Yəzid danışdı, bizə Həmmam ibn Yəhya danışdı, o da İshaq ibn Abdullah ibn Əbu Talhadan, o da Abdurrəhman ibn əbu Əmrədən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir adam bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – deyər. Əziz və cəlil olan Allah buyurar: “Qulum bir günah etdi, günahı bağışlayan və onu bu günaha görə cavabdeh edən Rəbbinin olduğunu bildi. Mən də o qulumu bağışladım. Sonra o qul başqa bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – dedi. Uca Allah buyurdu: “Qulum günahı bağışlayan və onu bu günaha görə cavabdeh edən Rəbbinin olduğunu bildi. Mən də o qulumu bağışladım.” Sonra o qul başqa bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – dedi. Uca Allah buyurdu: “Qulum günahı bağışlayan və onu bu günaha görə cavabdeh edən Rəbbinin olduğunu bildi. Mən də o qulumu bağışladım.” Sonra o qul daha bir günah etdi və: “Rəbbim mən günah etdim, məni bağışla” – dedi. Əziz və cəlil olan Allah dedi: “Qulum günahı bağışlayan və onu bu günaha görə sorğu sual edən bir Rəbbinin olduğunu bildi. Sizi şahid tuturam ki, Mən qulumu bağışladım. Artıq nə istəyirsə etsin.” Bunu Səhihdə İshaq ibn Əbu Talha hədisindən bənzər şəkildə təxric etmişdir.

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Əbunnadr ilə Əbu Amr danışıb dedilər: Bizə Zuheyr danışdı, bizə Sad ət-Tai danışdı, bizə möminlərin anasının mövlası Əbu Mudillə danışdı ki, o, Əbu Hureyrədən belə eşitmişdir: Biz dedik: “Ey Allahın Rəsulu səninlə olduğumuz zaman qəlblərimiz yumşalır, özümüzü axirət əhlindən hiss edirik. Səndən ayrılan kimi dünya bizə xoş gəlir, qadınları və uşaqları oxşayırıq.” O da dedi: “Hər zaman mənim yanımdakı kimi olsanız, mələklər sizinlə əl ilə görüşər və sizi evlərinizdə ziyarət edərlər. Əgər günah etməsəniz Allah sizi götürüb yerinizə bağışlamaq üçün günah edəcək bir qövm gətirər.” Biz də dedik: “Ey Allahın Rəsulu bizə cənnət haqqında danış. Evləri necədir?” O dedi: “Bir kərpici qızıldan biri gümüşdəndir. Suvağı kəskin qoxulu müşkdür. Çınqılı inci və yaqutdur. Torpağı zəfərandır. Ora girən rahat olar, bir daha çətinlik görməz. Əbədi yaşayar, ölməz. Libası köhnəlməz, gəncliyi əldən getməz. Bu üç nəfərin duası geri qayıtmaz: Ədalətli dövlət başçısının, iftara qədər oruclunun və buludların üstündə daşınan və göyün qapılarını açan məzlumun bəd duası. Allah buyurur: Gücümə and olsun ki, bir müddət sonra olsa da, sənə kömək edəcəm.” Bunu Tirmizi ilə İbn Macə də Sad hədisindən başqa cür rəvayət etmişlər.

    Tövbə edərkən dəstəmaz alıb iki rükət namaz qılmaq təkid edilən sünnələrdəndi. Çünki imam Əhməd ibn Hənbəl demişdir: Bizə Vəki danışdı, bizə Misar ilə Sufyan Səvri danışdı, onlar da Osman ibn Muğira əs-Səqafidən, o da Əli ibn Rabiadan, o da Əsma ibn Həkəm əl-Fəzaridən, o da Əlidən (radiyallahu ənh) dedi: “Mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir hədis eşidəndə, Allah məni ondan dilədiyi şəkildə faydalandırardı. Mənə ondan başqa biri hədis danışardısa, ona and içdirərdim, and içdiyi zaman onu təsdiq edərdim. Əbubəkr (radiyallahu ənh) mənə bir hədis danışdı. Əbubəkr doğru dedi ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Bir adam günah edib sonra gözəl şəkildə dəstəmaz alıb – Misar dedi: “namaz qılar”, Sufyan isə: “iki rükət namaz qılar” dedi – Allahdan bağışlanma istəsə, Allah onu bağışlayar.” Bunu Əli ibn Mədini, Humeydi, Əbubəkr ibn Əbu Şeybə, Sünən sahibləri, İbn Hibban Səhihində, Bəzzar və Dərəqutni, Osman ibn Muğira yolundan rəvayət etmişlər. Tirmizi: “Həsən hədisdir” – demişdir. Biz də Əbu Bəkr əs-Siddiqin(radiyallahu ənh) Musnədində onun yollarını göstərdik və barəsində ətraflı danışdıq. Bir sözlə o, “həsən” hədisdir. O, möminlərin əmiri Əli ibn Əbu Talibdən, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xəlifəsi Əbubəkr əs-Siddiqdən (radiyallahu ənhum) rəvayət edilmişdi. Bu hədisin səhihliyinə Muslimin səhihində Ömər ibn Xəttabdan (radiyallahu ənh) rəvayət edilən bu hədis də şahidlik edir; Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “İçinizdən kim gözəl dəstəmaz alarsa və sonra, Əşhədu əllə iləhə illəllahu, vahdəhu lə şərikələh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluhu, deyərsə, ona cənnətin səkkiz qapısı açılar, istədiyindən içəri girər.

    İki Səhihdə möminlərin əmiri Osman ibn Əfvandan (radiyallahu ənh) bu cür rəvayət edilmişdi: O, Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi dəstəmaz aldı, sonra dedi: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim mənim bu dəstəmazım kimi dəstəmaz alsa, sonra da vəsvəsə olmadan iki rükət namaz qılsa, günahları bağışlanar.”

    Beləcə bu hədis dörd Rəşidi Xəlifədən gəlmiş və bütün insanların seyyidi və aləmlərin Rəbbinin elçisindən rəvayət edildiyi sabit olmuşdur. Necə ki, açıq-aydın mənaları olan Quranda günahdan istiğfar etməyin asilərə fayda verməsi barədə dəlillər vardır.

    Abdurrəzzaq demişdir: Bizə Cəfər ibn Suleyman xəbər verdi, o da Sabitdən, o da Ənəs ibn Məlikin (radiyallahu ənh) bu cür dediyini rəvayət etmişdir: Mənə çatdığına görə “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər” ayəsi nazil olanda İblis ağlamışdır.

    • Hafiz Əbu Yalə demişdir: Bizə Mahrəz ibn Avn danışdı, bizə Osman ibn Matar danışdı, bizə Abdulğafur danışdı, o da Əbu Nusayradan, o da Əbu Rəcadan, o da Əbubəkrdən (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Lə iləhə illəllah və istiğfara davam edin. Bunları çox söyləyin, çünki İblis dedi: Mən insanları günahlarla həlak etdim, onlar da məni lə iləhə illəllah ilə və istiğfarla həlak etdilər. Bunu görəndə onları nəfslərinə uymaqla həlak etdim, onlar da doğru yolda olduqlarına inanırlar.” Osman ibn Matar ilə şeyxi zəifdirlər.

    İmam Əhməd Musnədində Amr ibn əbu Amr və Əbulheysəm əl-Ətvaridən, o da Əbu Səiddən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: İblis dedi: Ey Rəbbim, qullarının ruhları bədənlərində olduğu müddətcə onları azdırmağa davam edəcəm. Allah da buyurdu: İzzət və Cəlalıma and olsun ki, onlar istiğfar diləyənə qədər onları bağışlayacam.

    Hafiz Əbubəkr əl-Bəzzar demişdir: Bizə Muhəmməd ibn əl-Musənna danışdı, bizə Ömər ibn əbu Xəlifə danışdı ki, Əbu Bədrdən eşitdim, o da Sabitdən, o da Ənəsin belə dediyini rəvayət etmişdir: “Bir adam gəlib dedi: Ey Allahın Rəsulu, bir günah etmişəm. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Günah etdiyin zaman Rəbbindən bağışlanma dilə. Adam dedi: Mən bağışlanma diləyib sonra günahıma dönürəm. O da dedi: Sən günaha döndüyün zaman Rəbbinə dön bağışlanma dilə. Dördüncüdə dedi: Rəbbindən bağışlanma dilə ki, üzülən şeytan olsun.” Bu yöndən qərib hədisdir.

    günahları Allahdan başqa kim bağışlaya bilər?” yəni, Ondan başqa heç kim bağışlamaz. Necə ki imam Əhməd demişdir: Bizə Muhamməd ibn Musab danışdı, bizə Səlləm ibn Miskin və Mübarək danışdı, onlar da Həsəndən, o da Əsvad ibn Səridən nəql etdi ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) hüzuruna bir əsir gətirdilər. O dedi: “Allahım mən Muhammədə yox, Sənə tövbə edirəm.” Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Haqqın əhlinə aidliyini bildi.”

    Onlar bilərək etdiklərinə görə israr etməzlər” yəni, günahlardan tövbə edərlər, tez bir zamanda Allaha dönərlər. Günahın üzərində davam etməzlər, peşmançılıq çəkərək onun üzərində israr etməzlər. Əgər təkrar günah etsələr tövbə edərlər. Necə ki, hafiz Əbu Yalə əl-Mövsili (rahiməhullah) Musnədində demişdir: Bizə İshaq ibn əbu İsrail və digərləri danışıb dedilər: Bizə Əbu Yəhya Abdulhamid əl-Himmani danışdı, o da Osman ibn Vaqiddən, o da Əbu Nuseyradan, o da Əbubəkrin mövlasından, o da Əbubəkrdən (radiyallahu ənh) Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bağışlanma diləyən gündə yetmiş dəfə dönsə belə, israr etmiş olmaz.” Bunu Əbu Davud, Tirmizi, Bəzzar da Müsnədində Osman ibn Vaqidin hədisindən rəvayət etmişdir. Onu Yəhya ibn Məin də etibarlı hesab etmişdir. Şeyxi Əbu Nuseyra əl-Vasitinin adı Muslim ibn Ubeyddir. Onu imam Əhməd ilə İbn Hibban etibarlı hesab etmişlər. Əli ibn Mədininin və Tirmizinin: “Bu hədisin sənədi yaxşı deyil” deməsi, elə başa düşülür ki, Əbubəkrin mövlasının adı bəlli olmadığı üçün deyilmişdir. Amma onun kimilərin bəlli olmaması zərər deyil. Çünki o böyük bir təbiindir. Onun Əbubəkr əs-siddiqə nisbət etdirilməsi kifayətdi. O, həsən hədisdir. Allah ən doğrusunu biləndir.

    Onlar bilərək” Mucahid ilə Abdullah ibn Ubeyd ibn Umeyr demişlər: Yəni, kim tövbə edərsə, Allahın onun tövbəsini qəbul etdiyini bilirlər. Buna bənzər bəzi ayələr vardır: “Bilmirlər ki, Allah qullarının tövbəsini qəbul edər?” (Tövbə, 104). “Kim bir pislik edib və ya nəfsinə zülm edərsə, sonra da Allaha istiğfar edərsə, Allahın çox bağışlayan və çox mərhəmət edən olduğunu görər”. (Nisə, 110). Buna bənzər ayələr çoxdur.

    İmam Əhməd demişdir: Bizə Yəzid danışdı, bizə Cərir xəbər verdi, bizə Hibban ibn Zeyd əş-Şərəbi danışdı, o da Abdullah ibn Amrdan, o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) minbərdən belə dediyini rəvayət etmişdir: “Rəhm edin ki, rəhm ediləsiniz, bağışlayın ki, bağışlanasınız. Söz hünülərinə vay olsun. Bilərəkdən etdiklərinə israr edənlərə vay olsun.” Bunu yalnız Əhməd rəvayət etmişdir.

    Sonra Allah təala onları bu sifətlərlə vəsf etdikdən sonra buyurdu: “Onların mükafatı Rəbblərindəndir” yəni bu sifətlərinə qarşılıq olaraq mükafatları “Bağışlanma və altından çaylar axan Cənnət bağlarıdır” çeşidli içkilər çaylarıdı “Orada əbədi qalacaqlar” yəni orada məskunlaşacaqlar. “Əməl sahiblərinin mükafatı necə də gözəldir!” Allah təala Cənnəti tərifləyir.

     

  • 131

    Kafirlər üçün hazırlanmış Oddan çəkinin.

    130-cu ayənin təfsirinə bax.

  • 132

    Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun.

    130-cu ayənin təfsirinə bax.

  • 133

    Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.

    130-cu ayənin təfsirinə bax.

  • 134

    O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.

    130-cu ayənin təfsirinə bax.

  • 135

    O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.

    130-cu ayənin təfsirinə bax.

  • 136

    Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. «əməl sahiblərinin mükafatı necə də gözəldir!

    130-cu ayənin təfsirinə bax.

  • 137

    Sizdən öncə də neçə-neçə qanunlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə olmuşdur.

    Allah Təala Uhud döyüşündə isabət alan və aralarından yetmiş nəfər öldürülən qullarına xitab edərək deyir ki: “Sizdən öncə də neçə-neçə qanunlar olub keçmişdi” yəni bunun bənzərləri sizdən əvvəlki peyğəmbərlərin ümmətlərinin başına gəlmişdir. Sonra da xeyirli aqibət onların olmuşdur, kafirlərin üzərinə isə fəlakət baş vermişdir. Ona görə də “Odur ki, yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə olmuşdur”.

    Sonra Allah Təala: “Bu, insanlar üçün bir açıqlamadır”  deyir. Yəni, Quranda işlər açıq olaraq ortaya qoyulur və əvvəlki ümmətlərin düşmənləri ilə hallarının necə olduğunu göstərir.

    “Doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir” yəni, Quranda sizlərdən əvvəlkilərin xəbəri vardır deməkdir. “Doğru yol göstərmə” qəlblərinizin üçün hidayət deməkdir.

    “Öyüd-nəsihətdir” yəni, onları haramlardan və günahlardan çəkindirən bir öyüddür deməkdir.

    Sonra möminlərə təsəlli verərək buyurur: “Acizlik göstərməyin” yəni, baş verən şeylər üçün zəifləməyin. “Möminsinizsə, üstün olacaqsınız” yəni, ey möminlər aqibət və zəfər sizindir deməkdir.

    “Əgər siz yara almışsınızsa, o qövm də bu cür yara almışdı” yəni, sizdən yaralananlar oldu və bir dəstə də öldürüldü, amma düşmənlərinizə də buna yaxın öldürülmə və yaralanma kimi şeylər toxundu.

    “Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk” yəni, bəzən düşmənlərə zəfər nəsib edirik, amma sonda qalib gələn siz olursunuz. Bunda da bir hikmət vardır. Buna görə də Allah Təala “Allah iman gətirənləri üzə çıxarsın”  demişdir. İbn Abbas: “Bu kimi hallarda görək ki, düşmənlərlə toqquşmalara kim səbir göstərir” demişdir.

    “Aranızdan şəhidlər seçsin” yəni, Onun yolunda öldürülür və Onun rizası üçün əllərindən gələn əzmkarlığı göstərirlər deməkdir.

    “Allah zalımları sevmir. ki, Allah möminləri təmizə çıxarsın” yəni, əgər günahları varsa onları bağışlaması, əgər günahları yoxdursa başlarına gələndən ötrü dərəcələrinin yüksəldilməsi üçündür.

    “Kafirləri məhv etsin”. Çünki onlar zəfər qazanarlarsa hədlərini aşar və təkəbbür içində olarlar. Bu da onların darmadağın olmalarına, həlaklarına, əzilmələrinə və yox olmalarına səbəb olur.

    Sonra Allah Təala belə davam edir: “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?”. Yəni, savaş və çətinliklərlə imtahan olunmadan cənnətə girəcəyinizimi düşündünüz deməkdir. Necə ki, Allah Təala Bəqərə sürəsində belə demişdir: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır” (Bəqərə, 214). Allah Təala belə də demişdir: “Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.” (Ənkəbut, 1-3). Buna görə də burada da “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?” dedi. Yəni, sınağa çəkilmədən, Allah öz yolunda cihad edənləri və düşmənlərə müqavimətdə səbir edənləri görənə qədər cənnətə girə bilməyəcəksiniz deməkdir.

    “Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz”. Yəni, ey möminlər siz bu gündən əvvəl düşmənlə qarşılaşmağı arzulayır və buna görə yanıb yaxılırsınız. Onlarla savaşmaq və onlara müqavimət göstərmək istəyirdiniz. Məhz bu arzu və istəyiniz gerçəkləşdi. Buyurun savaşın və onlara qarşı səbir göstərin.

    İki Səhihdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Düşmənlə qarşılaşmağı arzu etməyin, Allahdan afiyət istəyin. Onlarla qarşılaşanda da səbir edin. Bilin ki, cənnət qılıncların kölgəsi altındadır.”

    Buna görə də Allah Təala “İndi isə siz onu öz gözlərinizlə gördünüz” demişdir. Yəni, qılınclar parıldayarkən, mizraqlar havada uçuçarkən, savaş üçün kişilər səf tutarkən bunu müşahidə etmiş olursunuz.

    Kəlam əhli buna, xəyal deyirlər. O da hiss edilməyən bir şeyin hiss edilməsidir. Məsələn, qoçun sədaqətini və qurdun xainliyini qoyunun təxəyyül etməsi.

  • 138

    Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.

    137-ci ayənin təfsirinə bax.

  • 139

    Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.

    137-ci ayənin təfsirinə bax.

  • 140

    Əgər siz yara almışsınızsa, o qövm də bu cür yara almışdı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.

    137-ci ayənin təfsirinə bax.

  • 141

    ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin.

    137-ci ayənin təfsirinə bax.

  • 142

    Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?

    137-ci ayənin təfsirinə bax.

  • 143

    Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz.

    137-ci ayənin təfsirinə bax.

  • 144

    Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.

    Uhud  döyüşündə məğlub olan müsəlmanlar öldürüldükdə, İblis: “Muhəmməd (salləllahu aleyhi və səlləm) öldürüldü” – deyə səsləndi. İbn Qamiə də müşriklərə tərəf dönərək onlara dedi: “Mən Muhəmmədi öldürdüm”. Əslində o, Rasulullahı (salləllahu aleyhi və səlləm) vurmuş və başını yarmışdı. Bir çox insan da, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) öldürüldüyünü düşündü. Onun barəsində bunun mümkünlüyünü icazəli hesab etdilər. Necə ki, Allah Təala bir çox peyğəmbərlərdən barədə belə bir şeyi bildirmişdir. Bu səbəblə bir boşluq və zəiflik meydana gəldi və onlar müharibədən çəkildilər. Bunun qarşılığında Allah Təala öz Rəsuluna (salləllahu aleyhi və səlləm) “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər.” ayəsini endirdi. Yəni, risalə ilə göndərilməsi və ölümünün mümkünlüyü ilə onlardan bir nümunə götürmüşdür.

    İbn Əbu Nəcih atasından belə rəvayət etmişdir: Mühacirlərdən biri ənsardan birinə rast gəldi. O, qana bələnmişdi və: “Ey filankəs, Muhəmmədin öldürüldüyünü bilirsənmi?” dedi. Ənsar da: “Əgər Muhəmməd öldürüldüsə də, o vəzifəsini yerinə yetirmişdir, buna görə öz dininiz üçün vuruşun” – dedi. Bunun qarşılığında da “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər.” ayəsi nazil oldu. Hafiz Əbubəkr əl-Beyhəqi bunu “Dəlailun-Nübüvvə” əsərində rəvayət etmişdir.

    Sonra Allah Təala, zəiflik göstərənləri qəsd edərək, “Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz?” dedi. Yəni, geriyə qayıdacaqsınız?

    Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar. dedi. Yəni, ona itaət edib dini uğrunda vuruşanları, həyatda və öldükdən sonra Rəsuluna (salləllahu aleyhi və səlləm) tabe olanları mükafatlandıracaqdır deməkdir.

    Səhihlərdə, Musnədlərdə, Sunən və digər İslam kitablarında da yəqinlik verəcək şəkildə çoxsaylı sənədlərlə belə sabit olmuşdur. Mən də bunu iki şeyxin, Əbubəkr və Ömərin (radiyallahu anhumə) müsnədlərində zikr etdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat etdiyi vaxt Əbubəkr əs-Siddiq bu ayəni oxumuşdur.

    Buxari demişdir: Bizə Yəhya ibn Bukəyr danışdı, bizə Leys danışdı, o da Aqildən, o da İbn Şihabdan, mənə Əbu Sələmə xəbər verdi ki, ona da Aişə (radiyallahu ənhə) belə xəbər vermişdi: Əbubəkr (radiyallahu anh) atına minərək Sunhdakı evindən gəldi. Atından enərək məscidə girdi. Aişənin yanına gəlincəyə qədər heç kimlə danışmadı. Birbaşa Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdi. Bədəni, üzərində cizgilər olan Yəmən parçası ilə örtülmüşdü. Üzünü açdı, üstünə çökdü, onu öpdü və ağladı. Sonra da: “Anam, atam sənə fəda olsun, Allaha and içirəm ki, Allah səni iki dəfə öldürməyəcək. Sənə yazılan ölümə gəldikdə o yerini tapmışdır” – dedi.

    Zuhri demişdir: Mənə Əbu Sələmə danışdı, o da İbn Abbasdan rəvayət etdi ki, Əbubəkr çölə çıxdı, Ömərin insanlarla danışdığını görüb: “Otur, ey Ömər” – dedi. Ömər oturmaq istəmədi. İnsanlar ona tərəf döndülər, Ömərdən isə, ayrıldılar. Əbubəkr dedi: “İndi kim Muhəmmədə ibadət edirsə, bunu yaxşı bilsin ki, Muhəmməd vəfat etmişdir. Kim Allaha ibadət edirsə bilsin ki, Allah diridir, ölməzdir.”

    Allah Təala dedi: “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Allah şükür edənləri mükafatlandırar.” İbn Abbas rəvayət edir: Allaha and içirəm ki, Əbubəkr bu ayəni oxuyana qədər, insanlar bu ayənin endiyini bilmirmiş kimi görünürdülər. İnsanlar onu xatırladılar, eşidən hər kəs təkrarladı.

    Səid ibn Musəyyəb mənə xəbər verdi ki, Ömər (radiyallahu anh) dedi: Allaha and içirəm ki, Əbubəkrin bu ayəni oxuduğunu eşidincə, dizlərim tutuldu. Ayaqlarım gövdəmi daşıya bilmədi, yerə çökdüm.

    Abul-Qasim Təbərani demişdir: Bizə Əli ibn Əbdüləziz danışdı, bizə Amr ibn Həmməd ibn Talha al-Qannad danışdı, bizə Əsbat ibn Nasr danışdı, o da Simak ibn Hərbdən, o da İkrimdən, o da İbn Abbasdan rəvayət etdi ki, Əli (radiyallahu anh)  Rəsulullah (salləllahu aleyhi və səlləm) həyatında: Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz?” ayəni oxuyar və belə deyərdi: “Allaha and içirəm ki, Allah bizi hidayət etdikdən sonra geri qayıtmarıq. Allaha and içirəm ki, əgər vəfat etsə və ya öldürülsə, onun döyüşdüyü yol uğrunda ölüncəyə qədər vuruşacam. Allaha and içirəm ki, mən onun qardaşı, qəyyumu, əmisi oğlu və varisiyəm. Ona məndən daha çox haqqı çatan varmı?”

    Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür.” Yəni, hər kəs Allahın təyin etdiyi qədərlə dünyasını dəyişir. Allahın təyin etdiyi müddəti doldurmadan ölməz. Buna görə də əzəldən müəyyən edilmiş bir vaxtda” demişdir. Necə ki, Uzun ömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır.”(Fatir 11). Həmçinin buyurur: Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün də )bəlli bir əcəl vardır.” (Ənam 2)

    Bu ayədə qorxaqlar üçün cəsarətləndirmə və müharibədə iştirak etmək üçün həvəsləndirmə və təşviq etmə vardır. Çünki irəli atılmaq və geri çəkilmək, ömrü nə qısaldar nə də uzadar. Necə ki, İbn Əbu Hatim demişdir:  Bizə Abbas ibn Yəzid əl-Abdi danışıb dedi: Əbu Muaviyyədən eşitdim, o da Aməşdən, o da Hubəyb ibn Şuheybdən rəvayət etdi ki, müsəlmanlardan bir kişi – o, Hucr ibn Adiydir – dedi: “Digər tərəfdəki düşmənin üzərinə keçib getməyinizə nə maneə olur? Bu çay –yəni, Dəclə – ? Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür.” Sonra atını Dəcləyə sürdü. Ardınca digərləri də keçdilər. Düşmənlər onları gördükdə: “Bunlar nəhəngdirlər” – dedilər və qaçdılar.

    Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik.” Yəni, kimin əməli yalnız dünya üçün olarsa, ona Allahın onun üçün təyin etdiyi çatar. Onun üçün axirətdə heç bir pay yoxdur. Kim də əməli ilə axirət yurdunu istərsə, Allah da ona dünyada qismət etdiyi ilə yanaşı pay verər. Necə ki, Allah Təala demişdir: Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.” (Şura, 20) Allah Təala demişdir: “Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən )qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.” (İsra, 18). Burada da bu cür demişdir: Biz şükür edənləri mütləq mükafatlandıracağıq.” Yəni, onlara lütfümüzdən və mərhəmətimizdən dünya və axirətdə şükürləri və əməlləri qədər verəcəyik.

    Sonra Allah Təala, Uhud günü möminləri qəlblərindən keçən şeylərdən ötrü təsəlli edərək Neçə-neçə peyğəmbər bir çox dindarlarla birlikdə vuruşmuşlar.” dedi. Bunun mənasının bu cür olduğu deyilmişdir: “Bir çox peyğəmbərlər vardır ki, həm özləri öldürülmüş, həm də onlarla bərabər səhabələri öldürülmüşdür.” İbn Cərir bu görüşü qəbul etmiş və demişdir: Kimlər “qutilə məəhu ribbiyyun kəsir” oxuyursa, bunu qəsd etmişlər: “Peyğəmbər və yanındakılardan hamısı yox, bəzi dindarlar öldürülmüşdür. Ruh düşgünlüyünü və zəifliyi, yerdə qalan öldürülməmiş dindarlar barəsində inkar etmişdir.

    O demişdir: Kim “qaatələ” oxuyarsa, bunu seçmişdir. Çünki o demişdir: Əgər öldürülsəydilər “ruhdan düşmədilər” sözünün bəlli bir istiqaməti olmazdı. Belə ki, onların öldürüldükdən sonra ruhdan düşmədilər və zəifləmədilər kimi vəsf olunmaları qeyri mümkündür.

    Sonra “qutilə məəhu ribbiyyun kəsir” qiraətini seçmişdir. Çünki Allah Təala bu və ondan əvvəlki ayələri ilə Uhudda məğlub olub döyüşü tərk edənləri qınamışdır. Çünki, Muhəmməd öldürüldü, deyə bağıran birinin səsini eşitdikdə Allah onlar qaçdıqlarına və döyüşü tərk etdiklərinə görə tənbeh etmişdir. Onlara “ölərsə və ya öldürülərsə” dedi, yəni, ey möminlər dininizdən gerimi dönəcəksiniz? “gerimi dönəcəksiniz?” dedi.

    Belə də deyilmişdir. Neçə-neçə peyğəmbərlər vardır ki, önündə səhabələrindən bir çoxu öldürülmüşdür.

    İbn İshaqın “Əs-Sira” kitabındakı qeyd etdiyində başqa bir görüş də var. O demişdir: Neçə-neçə peyğəmbərlər vardır ki, öldürüldü, yanında da camaatı vardı; onlar peyğəmbərlərdən sonra ruhdan düşmədilər və düşmənlərinə qarşı zəiflik göstərmədilər. Allah və dini üçün cihad edərkən başlarına gələn şeylərdən ötrü boyun əymədilər. Elə bu da səbirdir. “Allah səbr edənləri sevir.”

    Bununla da “məəhu ribbiyunə kəsir” cümləsini hal etmiş olur. Suheyli də bu görüşü müdafiə edərək daha da qüvvətləndirmişdir. Bunun “başlarına gələnlərə görə nə ruhdan düşmüş” cümləsi ilə də oxşarlığı vardır. Əl-Uməvi də “Mağazi” əsərində Muhəmməd ibn İbrahimin kitabından bu görüşü qeyd etmişdir. Başqası isə bunu deməmişdir.

    Bəziləri də “qatələ məəhu ribbiyunə kəsir” oxuyublar. Sufyan Səvri demişdir: Asimdən, o da Zirdən, o da İbn Məsudun “ribbiyunə kəsir” kəlamı haqqında  “minlərcə” dediyini nəql etmişdir.

    İbn Abbas, Mücahid, Səid ibn Cubeyr, İkrimə, Həsən, Qatadə, Suddi, Rəbi və Əta əl-Xorasani də: “Çoxlu toplum” – demişlər.

    Abdurrazzaq demişdir: Mamərdən, o da Həsəndən demişdir: “Çoxlu alimlər.” Yenə ondan: “Səbirli, yaxşı və təqvalı alimlər” dediyi rəvayət edilmişdi.

    İbn Cərir də, Bəsrəli bəzi qrammatika alimlərinin: “Onlar əziz və cəlil olan Rəbbə ibadət edənlərdir” – dediklərini bildirmişdir. O demişdir: Bəziləri də bunu rədd etmiş və: “Əgər elə olsaydı “ra” hərfi fəthə ilə, “Rabbiyyun” deyilərdi” söyləmişdi.

    İbn Zeyd də “Rabbiyyun” tabe olanlar, xalqdır. “Rababiyyun” da idarəçilərdir demişdir.

    “Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də boyun əymişlər.” Qatadə ilə Rəbi ibn Ənəs peyğəmbərlərin öldürülməsi ilə “zəiflik göstərmədilər”, “boyun əymədilər”, nə onlara köməksizlikdən, nə də dinlərindən dönmədilər, Allahın nəbisinin yolunda döyüşdülər, Allaha qovuşdular demişlər. İbn Abbas da “boyun əymədilər” boyun bükmədilər demişdir. Suddi ilə İbn Zeyd də belə demişlər: Yəni, Peyğəmbərləri öldürüldükdə bu onlar bu vəziyyətə düşmədilər.

    “Allah səbir edənləri sevir.”

    “Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.” yəni, pıçıltıları həmişə bu olub, deməkdir.

    Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir.” yəni, kömək, qələbə və rahatlıq verdi. “gözəl axirət mükafatını” yəni, onlar üçün bununla yanaşı onu da topladı. “Allah yaxşı iş görənləri sevir.”

     

     

     

     

     

  • 145

    Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.

    144-cü ayənin təfsirinə bax.

  • 146

    Neçə-neçə peyğəmbər  bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevir.

    144-cü ayənin təfsirinə bax.

  • 147

    Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.

    144-cü ayənin təfsirinə bax.

  • 148

    Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir.

    144-cü ayənin təfsirinə bax.

  • 149

    Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdarsınız.

    Allah təala mömin qullarını kafirlərə və munafiqlərə itaət etməkdən çəkindirir. Çünki onlara itaət etmək dünya və axirətdə həlak gətirir. Buna görə Allah təala buyurur: “Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdarsınız”. Sonra onlara Özünə itaət etmələrini, kömək istəmələrini və təvəkkül etmələriniəmr edib buyurdu: “Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır”. Sonra onlaramüjdə verdi ki, düşmənlərinin qəlbinə onlara qarşı qorxu salacaq və küfr və şirklərinəgörə qarşılarında rüsvay edəcək. Bununla yanaşı axirətdə onlara əzab və cəza verəcəyini bildirib buyurdu: “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!”.

    İki Səhihdə Cabir ibn Abdullahdan sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Mənə beş şey verildi ki, əvvəlki peyğəmbərlərə verilməmişdir: Bir aylıq yoldan düşmənlərimi qorxu bürüməsi ilə kömək edildim. Yer üzü mənə məscid və təmizləyici qılındı. Mənə qənimətlər halal edildi. Mənə şəfayət verildi. Əvvəlki peyğəmbərlər ancaq öz qövmlərinə göndərildi, mən isə bütün insanlara göndərildim”.

    İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn əbu Adiy danışdı, o da SüleymanTeymidən, o da Səyyardan, o da ƏbuUmamədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Rəbbim məni peyğəmbərlərdən-başqa rəvayətdə ümmətlərdən-dörd şeydə üstün etdi: Mən bütün insanlara göndərildim. Bütün yer üzü mənə və ümmətimə məscid və təmizləyici etdi. Ümmətimdən bir adama namazı nə vaxt gəlsə məscidi və təmizləyicisi yanındadır. Bir aylıq yoldan düşmənlərimin qəlblərinə qorxu bürüməsi ilə kömək edildim və qənimətlər mənə halal edildi”. Bunu Tirmizi,SüleymanTeyminin hədisindən, o da Səyyar əl-Qureyşi əl-Əməvi o, onların müttəfiqidir– Bəsrədə yaşayan Şamlıdır –, o da ƏbuUmaməUbey ibn Əclandan (radiyallahu ənh) belə rəvayət etmişdir və:“həsən səhihdir” – demişdir.

    Səid ibn Mənsur demişdir: Bizə İbn Vəhb xəbər verdi, mənə Amr ibn əl-Haris xəbər verdi, ona ƏbuYunusdanışdı, o da ƏbuHureyrədən, Rəsulullahın (salləllahualeyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Düşmənlərimin qəlbinə qorxu salınmaqla mənə kömək edildi”. Bunu Muslim İbn Vəhbin hədisindən rəvayət etmişdir.

    İmam Əhməd demişdir: Bizə Hüseyn ibn Muhəmməd danışdı, bizə İsrail danışdı o da Əbu İshaqdan, o da ƏbuBurdədən, o da atası Əbu Musadan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mənə beş şey verildi: Mən ağ və qaraya göndərildim, yer üzü mənə məscid və təmizləyici olaraq təyin edildi. Qənimətlər mənə halal edildi, məndən əvvəlkilərə halal edilməmişdir. Bir aylıq yoldan düşmənlərimin qəlbinə qorxu salınmaqla kömək edildim. Mənə şəfayət verildi. Elə bir peyğəmbər yoxdur ki, öz şəfayətini istəməsin. Mən isə şəfayətimigizlətdim. Onu Allaha şərik qoşmadan ölənlər üçün saxladım”. Bunu yalnız Əhməd rəvayət etmişdir.

    Əl-Avfi“kafirlərin qəlblərinə qorxu salacağıq” ayəsi barəsində İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Allah Əbu Sufyanın qəlbinə qorxu saldı, o da Məkkəyə qayıtdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: ƏbuSufyan sizin bir hissənizi ələ keçirmişdir. O, geri qayıtdı. Allah onun qəlbinə qorxu saldı”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir.

    Allah sizə verdiyi vədini yerinə yetirdi, Onun izni iləonlara üstün gəldiyiniz zaman”. İbn Abbas demişdir: “Allah onlara qələbəni vəd etmişdir”.

    Bu ayə, ötən iki rəydən birinə dəlil göstərilə bilər. Həmin rəylər “O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” Əlbəttə, siz səbir etsəniz, qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər” (Ali İmran, 124-125) ayəsinin təfsirində keçmişdir. Belə ki, bunun Uhud günü olduğu deyilirdi.  Çünki düşmənlər üç min nəfər döyüşçü idilər. Onlar ilə qarşı qarşıya gələndə gündüzün əvvəlində qələbə və müvəffəqiyyət İslamın oldu. Sonra isə bilindiyi kimi oxatanların asiliyi və bəzi döyüşənlərin səriştəsizliyi səbəb oldu ki, sabitlik və itaətə bağlı olan vəd geridə qaldı. Buna görə Allah buyurur: “Allah sizə verdiyi vədini yerinə yetirdi”. Yəni, gündüzün ilk saatında. “onlara üstün gəldiyiniz zaman” yəni, siz onlarla döyüşüb qətlə yetirdiniz, deməkdir. “Onun izni ilə” yəni, siz onlara hökmran oldunuz. “Həttə izə fəşiltum” “Nəhayət …ruhdan düşdünüz…” barəsində İbn Cureycdən, o da İbn Abbasdan demişdir: “fəşəl” qorxaqlıqdır. “Əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz” oxatanların etdiyi kimi. “Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra” o da düşmənə qarşı qələbədir. “Sizlərdən kimisə dünyanı istədi” düşmənin əzildiyini gördüyü vaxt qənimətə həvəsləndilər. “Kimisə axirəti. Sonra sizi sınamaq üçün onlardan uzaqlaşdırdı” sizi yoxlamaq və imtahan etmək üçün qələbəni onlara verdi. “O, artıq sizi bağışladı” yəni bu etdiyinizi bağışladı. Bu da, Allah ən doğrusunu biləndir, düşmənlərin sayı və silah sursatların çoxluğundan, müsəlmanların isə sayı və təchizatlarının azlığından idi. İbn Cureyc “O, artıq sizi bağışladı” kəlməsi barəsində demişdir: “Kökünüzü kəsmədi”. Muhəmməd ibn İshaq da belə demişdir. Bu ikisini, İbn Cərir rəvayət etmişdir.

    Allah möminlərə qarşı lütfkardır

    İmam Əhməd demişdir: Bizə Süleyman ibn Davud danışdı, bizə Əbdurrəhman ibn Əbuzzənadxəbər verdi, o da atasından, o da Ubeydullahdan, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Allah, Peyğəmbərə (salləllahualeyhi və səlləm) Uhud döyüşündəki qələbəni heç bir yerdə verməmişdir”. Ubeydullah dedi: “Bunu anlamadıq”. İbn Abbas da belə bir izah verdi: “Qəbul etmədiyiniz bu məsələyə Allahın Kitabını şahid gətirəcəm, çünki Allah təala Uhud haqqında belə buyurdu: “Allah sizə verdiyi vədini yerinə yetirdi, Onun izni iləonlaraüstün gəldiyiniz zaman”. İbn Abbas burada keçən “təhussunə” kəlməsinə “öldürmək” mənasındadır, demişdi. “Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. Sizlərdən kimisə dünyanı istədi, kimisə axirəti” bu da oxatanlar barəsində idi. Bu belə baş vermişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları bir mövqedə yerləşdirdi və dedi: “Arxa tərəfimizi qoruyun, öldürüldüyümüzü görsəniz belə köməyə gəlməyin, qənimət topladığımızı görsəniz belə, bizə qatılmayın”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) qənimət alıb müşriklərin mallarını sərbəst buraxdığı zaman, oxatanlar əsgərlərə qarışıb qarətə başladılar. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri biri birinə qarışdılar (barmaqlarını biri birinə keçirdi) və döyüş şiddətləndi. Oxatanlar boşaltdığı mövqedən atlılar səhabələrin üzərinə yürüdü. Onlar bir-birilərini vurdular vəbir-birinə qarışdılar. Müsəlmanlardan çoxlu adam öldürüldü. Rəsulullahın (salləllahualeyhi və səlləm) səhərin ilk vaxtındakı qələbə durumu tərsinə döndü. Müşriklərinbayraqdarlarından yeddi vəya doqquz nəfər öldü. Müsəlmanlar dağa doğru çəkildilər. Mağara dedikləri yerə çatmadılar. Onlar Mihras adlanan yerin yanında idilər. Şeytan, Muhəmməd öldürüldü, deyərək səsləndi. Bunun doğru olduğuna şübhə etmədilər, bizdə şübhə etmədik. Sonra Rəsulullah (salləllahualeyhi və səlləm) iki tikanlığın arasından çıxdı. Onu gəzişindən tanıdıq. Heç bir şey olmamış kimi sevindik. Bizə doğru gələrək dedi: “Rəsulullahın üzünü qanadan qövmə Allahın qəzəbi şiddətləndi”. Daha sonra dedi: “Allahım, onlar bizi üstələməsin.” Sonra bizə çatıb bir saat gözlədi. Birdən Əbu Sufyan dağın ətəyindən qışqırdı: “Hubəl ucalsın!”. Öz ilahlarını qəsd edirdi. Bunu iki dəfə təkrarladı. O dedi: “İbn ƏbuKəbşə haradadır, İbn ƏbuKuhafə haradadır, İbn Xəttab haradadır?” Ömər dedi: “Ey Allahın Rəsulu ona cavab verim?” O da, bəli, dedi. Əbu Sufyan hubəl ucalsın deyərkən Ömər dedi: “Allah daha uca və uludur.” Əbu Sufyan “Hubəlin gözü aydın oldu”, dedi və getdi. Əbu Sufyan təkrar etdi: “İbn Əbu Kəbşə haradadır, İbn Əbu Kuhafə haradadır, İbn Xəttab haradadır?” Ömər cavab verdi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) burada, Əbubəkr burada, mən Ömər də buradayam”. Əbu Sufyan dedi: “Bu Bədrin qisasıdır, qələbə sıra ilədir, hərbin biri sizə, biri bizədir”. Ömər dedi: “Biz eyni deyilik, bizim ölülər Cənnətdə, sizin ölülər Cəhənnəmdə”. Əbu Sufyan dedi: “Siz o cür zənn edirsiniz, o cür olsa biz ziyana uğrayanlardan olarıq. Ölülərinizin üzərində işgəncə izi görəcəksiniz, bunu böyüklərimiz istəmirdi”. Sonra cahilliyətəəssübkeşliyi edərək dedi: “Amma belə oldusa, biz bunu pis də qarşılamırıq”. Bu hədis qəribdir, yolu da əcaibdir. Bu, İbn Abbasın sözlərindəndir, çünki nə o, nə də atası Uhuddaiştirak etməmişdi.

    Bunu Hakim də “Mustədrək” əsərində Əbunnadr əl-Faqihdən, o da Osman ibn Səiddən, o da Salman ibn Davud ibn Əli ibn Abdullah ibn Abbasdan bu cür rəvayət etmişdir. Həmçinin İbn Əbu Hatim və “Dəlailun-Nübüvvə” əsərində Beyhaqi də, Süleyman ibn Davud əl-Haşimidən belə rəvayət etmişdir. Bəzi hissələrinin Səhihlərdə və digərlərində şahidləri vardır.

    İmam Əhməd demişdir: Bizə Affvan danışdı, bizə Hammad danışdı, bizəƏta ibn Səibdanışdı, o da Şəbidən, İbn Məsudun belə dediyini rəvayət etmişdir: “Qadınlar Uhud döyüşündə müsəlmanların arxasında müşrik yaralıları öldürürdülər. Əgər həmin gün and içəsi olsaydım, istərdim bəraətimi bildirim ki, içimizdən bir nəfər belə dünyanı istəmirdi. Amma Allah təala “Sizlərdən kimisə dünyanı istədi, kimisə axirəti. Sonra sizi sınamaq üçün onlardan uzaqlaşdırdı” ayəsini nazil etdi. Rəsulullahın (salləllahualeyhi və səlləm) səhabələri müxaliflik edib əmrə qarşı çıxdıqda, Peyğəmbərin (salləllahualeyhi və səlləm) yanında Ənsardan yeddi, Qureyşdən də iki nəfər olmaqla doqquz nəfər qalmışdı. Onuncuları özü idi. Onu düşmən sıxan zaman dedi: “Bunları bizdən çevirən kişiyə Allah rəhmət etsin”. Ənsardan bir nəfər bir saat vuruşdu, sonda öldürüldü. Onu yenə sıxışdıranda dedi: “Onları bizdən çevirən kişiyə Allah rəhmət etsin”. Bunu yeddi nəfər üçün də dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) iki yoldaşına dedi: “Yoldaşlarımızla insaflı davranmadıq”. Əbu Sufyan gəlib dedi: “Hubəl ucalsın!”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Siz də belə deyin: Allah daha uca və daha uludur”.Onlar dedilər: “Allah daha uca və daha uludur!” Əbu Sufyan dedi: “Bizim Uzzamız var, sizin Uzzanız yoxdur”. Rəsulullah (salləllahualeyhi və səlləm) dedi: Siz deyin: “Bizim mövlamız Allahdır, kafirlərin mövlası yoxdur”. Əbu Sufyan dedi: “Bu Bədrin qisasıdır:

    Bir gün əleyhimizə, bir gün lehimizə

    Bir gün üzülərik, bir gün sevinərik.

    Hanzala, Hanzalanın qarşılığında, filan filana, filan da filana qarşılıqdır”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Eyni deyillər, bizim ölülərimiz diridir, ruzilənirlər; sizin ölüləriniz isə atəşdədir, əzab görürlər”. Əbu Sufyan dedi: “Adamlarınızda işgəncə izi görəcəksiniz, əgər elə şey olsa, böyüklərimizdən deyil. Mən əmr etmədim, qadağan da etmədim. Nə istədim, nədə istəmədim. Məni üzmədi də, sevindirmədi də”. Baxdılar ki Həmzənin qarnı yarılıbdı. Hint onun qara ciyərini götürüb çeynədi, uda bilmədi. Rəsulullah (salləllahualeyhi və səlləm) dedi: “Ondan nə isə yedi?” Onlar, xeyr, dedilər. O dedi: “Allah Həmzənin heç bir yerini Cəhənnəmə salmaz”. Rəsulullah (salləllahu aleyhi və səlləm) Həmzənin cənazəsini qıldı. Ənsardan bir nəfəri gətirdilər, Həmzənin yanına qoydular, onun da cənazəsini qıldı. Ənsarı qaldırdılar Həmzə qaldı. Beləcə o gün ona yetmiş dəfə cənazə namazı qıldırdı.” Bunu təkcə İmam Əhməd rəvayət etmişdir.

    Buxari demişdir: Bizə Ubeydullah ibn Musa danışdı, o da İsraildən, o da Əbu İshaqdan, o da Bəradan dedi: “O gün müşriklərlə qarşı qarşıya gəldik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) oxatanları bir mövqedə yerləşdirdi və başlarına Abdullah ibn Cubeyri təyin edərək dedi: “Bizim qalib gəldiyimizi görsəniz yerinizdən tərpənməyin, bizim məğlub olduğumuzu görsəniz köməyimizə gəlməyin”. Onlarla qarşılaşan kimi qaçdılar. Hətta qadınların ayaq bilərzikləri göründüyü halda dağa çıxdıqlarını gördüm”. Onlar da dedilər: “Qənimətə qaçın, qənimətə qaçın”.

    Abdullah ibn Cubeyr dedi: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) yerinizdən ayrılmayın deməyinə baxmayaraq, qulaq asmadılar. Qulaq asmadılar və Allah üzlərini qələbədən çevirdi. Yetmiş nəfər itki verdilər. Əbu Sufyan bir təpəyə çıxıb dedi: “Muhəmməd sağdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: ”Ona cavab verməyin”. O dedi: “İbn ƏbuKuhafə sağdır?”. Peyğəmbər (salləllahualeyhi və səlləm): “Ona da cavab verməyin, dedi”. ƏbuSufyan dedi: “Xəttabın oğlu sağdır?”Sonra dedi: “Bunlar öldürülüblər, diri olsaydılar cavab gələrdi.” Ömər özünü saxlaya bilməyib dedi: “Yalan danışırsan ey Allahın düşməni, Allah səni üzmək üçün onları həyatda saxladı”. Əbu Sufyan dedi: “Hubəl ucalsın”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ona cavab verin”. Onlar: “Nə deyək?”- dedilər. O da dedi: Deyin: “Allah daha uca və daha uludur!”. Əbu Sufyan dedi: “Bizim Uzzamız var sizin Uzzanız yoxdur”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ona cavab verin”. “Nə deyək?”- dedilər. O da dedi: “Allah bizim mövlamızdır, sizin mövlanız yoxdur.” Əbu Sufyan dedi: “Bu, Bədrin qisasıdır, aramızdakı savaş növbələşir. Ölülərinizin üzərində işgəncə izləri görsəniz, onu mən əmr etmədim və o məni üzmədi.” Bunu bu yoldan yalnız Buxari rəvayət etmişdir. Sonra onu Amr ibn Xaliddən, o da Zuheyr ibn Muaviyyədən, o da Əbu İshaqdan, o da Bəradan bənzər şəkildə rəvayət etmişdir. Bundan daha genişiirəlidə gələcəkdir.

    Yenə Buxari demişdir: Bizə Ubeydullah ibn Səid danışdı, bizə ƏbuUsamə danışdı, o da Hişam ibn Urvədən, o da atasından, Aişənin (radiyallahuənhə) belə dediyini rəvayət etmişdir: “Uhud döyüşü başlayan kimi kafirlər məğlub oldular”. İblis dedi: “Ey Allahın qulları geriyə dönün”. Öndəkilər geri döndü, onlar və arxadakılar igidlik göstərdi. Huzeyfə atası Yəmanı gördü və dedi: “Ey Allahın qulları, atam, atam.” Aişə deyir ki: “Allaha and olsun çəkilmədilər, onu öldürdülər”. Huzeyfə dedi: “Allah sizi bağışlasın”.Urvə demişdir: “Allaha and olsun ki, Huzeyfə Rəbbinə qovuşana qədər, onda xeyir qaldı”.

    Muhəmməd ibn İshaq demişdir: Mənə Yəhya ibn Abbad ibn Abdullah ibn Zubeyr danışdı, o da atasından, o da babasından, o da Zubeyr ibn Əvvamdan demişdir: “Allaha and olsun ki, Hindin qadın xidmətçiləri və dostları ilə ətəklərini qaldırıb aza çoxa baxmadan qaçdıqlarını gördüm. Oxatanlar döyüşçülərə dirəndilər, çünki biz oranı hücum üçün açıq saxlamışdıq. Atlılar da oradan hücum edərək arxamızdan gəldilər. Bir nəfər car çəkdi: “Eşidin, Muhəmməd öldürüldü”. Bizdə geri çəkildik, müşriklərinbayrağdarlarıöldürülmüşkən dostlarımız da geriyə çəkildilər. Bayrağa heç kəs yaxınlaşmadı.”

    Muhəmməd ibn İshaq deyir ki, “müşriklərin bayrağı yerdə qaldı, nəhayət onu Amrah bintƏlqamə əl-Harisiyyə qaldırıb Qureyşə təhvil verdi. Onlar da ona sarıldılar”.

    Suddidedi: Abdixeyr dedi: Abdullah ibn Məsud dedi: “Mən Uhud günü bu ayə “Sizlərdən kimisə dünyanı istədi, kimisə axirəti” nazil olana qədər, Muhəmmədin (salləllahualeyhi və səlləm) səhabələrindən dünyanı istəyən olacağını təxmin etməzdim”. Bu bir neçə yöndən İbn Məsuddan rəvayət edilmişdir. Eyni şəkildə Abdurrəhman ibn Avf ilə Əbu Talhadan da belə rəvayət edilmişdir. Bunları İbn Mərduveyh təfsirində rəvayət etmişdir.

    Sonra sizi sınamaq üçün onlardan uzaqlaşdırdı”, İbn İshaq demişdir: Mənə Adiy ibn ƏbuNəccaroğullarından Qasım ibn Abdurrəhman ibn Rafi danışıb dedi: “Ənəs ibn Məlikin əmisi Ənəs ibn Nadr, muhacir və ənsardan bir neçə nəfər arasında Ömər ibn XəttablaTalha ibn Ubeydullahın yanına gəldi. Əllərindəki silahları atmışdılar. Onlara dedi: “Silahlarınızı niyə atdız?” Onlar cavab verdilər: “Rəsulullah (salləllahu aleyhi və səlləm) öldürüldü”. O dedi: “Onun ölümündən sonra necə yaşayacaqsınız, qalxın onun öldüyü şeyin uğrunda ölün”. Sonra kafirlərin önünə keçdi və ölənə qədər döyüşdü. Allah ondan razı olsun”.

    Buxari demişdir: Bizə Hassan ibn Hassan danışdı, bizə Muhəmməd ibn Talha danışdı, bizə Humeyd danışdı, o da Ənəs ibn Malikdən nəql etdi ki, onun əmisi yəni,Ənəs ibn Nadr,Bədr döyüşündə olmamışdı. O dedi: “Peyğəmbərin (salləllahualeyhi və səlləm) ilk döyüşündə görsənmədim. Allaha and olsun ki, əgər Allah mənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında bir döyüş nəsib edərsə, fədakarlığımı görəcəkdir”. Uhud döyüşü oldu, insanlar ağır məğlubiyyətə uğradılar, o dedi: “Allahım bunların – yəni, müsəlmanların – etdiklərinə görə səndən üzr diləyirəm və müşriklərinetdiklərindənuzaq dayanıram.” Qılıncı ilə irəli getdi.Saad ibn Muazla rastlaşdı və dedi: “Ey Saad hara?Uhud tərəfdən Cənnətin iyini duyuram”. İrəli getdi və öldürüldü. Tanınmaz hala düşdü. Nəhayət onu bacısı barmağındakı xaldan tanıdı. Üzərində səksəndən artıq nizə, qılınc və ox yarası var idi.” Bu Buxarinin ifadəsidir. Bunu Muslim də Sabit hədisindən, o daƏnəsdən bənzər şəkildə rəvayət etmişdir.

    Yenə Buxari demişdir: Bizə Abdan danışdı, bizəƏbu Həmzə xəbər verdi, o da Osman ibn Məvhibdən dedi: “Kəbəni həcc etmiş bir kişi gəldi.Oturmuş bir dəstə insan gördü.O: “Bu oturanlar kimdi?”– deyə soruşdu”.Onlar: “Bunlar Qureyşdəndir”, dedilər. O dedi: “Yaşlı olan kimdi?” Onlar dedilər: “İbn Ömərdir”. Ona yaxınlaşdı və dedi: “Səndən bir şey soruşacam, mənə izah et”. O da: ”Soruş”– dedi. “Bu Kəbə evinin hörmətinə de, Osman ibn ƏffanınUhud döyüşündə qaçdığını bilirsənmi?” O da: “Bəli”– dedi. Kişi dedi: “Bədr döyüşündə görünmədiyinidə bilirsənmi?” O da: “Bəli”– dedi. Kişi dedi: “Ridvanbeyətində geri qaldığını, ona qatılmadığını bilirsənmi?” O da: “Bəli”– dedi. Adam: “Allahu Əkbər”– deyərək təkbir gətirdi. İbn Ömər dedi: “Yaxın gəl,mənə verdiyin suallara cavab verim və onları izah edim. Uhud döyüşündə qaçmasına gəldikdə, Allaha and olsun ki, Allah onu bağışladı. Bədrdəgörünməməsinə gəldikdə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) qızı ilə evli idi. Qızı da xəstə idi. Rəsulullah, Osmana dedi: “Sən ona bax, sənin üçün Bədrdə döyüşənlərin savabı və payı vardır”. Ridvanbeyyətindəgörünməməsinə gəldikdə, əgər Məkkə vadisində Osmandan daha etibarlı biri olsa idi, Qureyşə onu göndərərdi. O isə Osmanı göndərdi. Ridvanbeyəti isə Osman Məkkəyə getdikdən sonra oldu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sağ əlini göstərdi və öz əlinin üstünə qoyaraq dedi: “Bu, Osmanın əlidir”. İbn Ömər adama dedi: “İndi isə bu məlumatla get”. Sonra bunu Buxari başqa bir yoldan, ƏbuAvanədən, o da Osman ibn Abdullah ibn Məvhibdən rəvayət etmişdir.

    O zaman heç kimə əhəmiyyət vermədən qalxırdınız” yəni sizi onlardan çevirdi, “qalxırdınız” yəni, dağa, düşməndən qaçaraq.

    Həsən ilə Qatadə “iz təsədunə”oxumuşdular ki, bu da dağa qalxmaq deməkdir. “Heç kimə əhəmiyyət vermədən” yəni dəhşətdən, qorxu və təlaşdan heç kimə əhəmiyyət vermədiniz. “Peyğəmbər arxanızdan sizi çağırdığı halda” yəni onu arxanızda qoydunuz, sizi düşməndən qaçmamağa, geri dönüb yenidən hücum etməyə çağırırdı. Suddi demişdir: “MüşriklərUhudda müsəlmanlara hücum edib məğlub etdiyi zaman, onlardan bəziləri Mədinəyə girdilər. Bəziləri də dağda bir qayalığa çıxıb üzərində durdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanlara: “Ey Allahın qulları yanıma gəlin, Ey Allahın qulları yanıma gəlin”– deyə səslənirdi. Buna görə Allah onların dağa çıxdıqlarını zikr etdi.

    Sonra da Rəsulullahın (salləllahu aleyhi və səlləm) onları çağırmasını zikr edib buyurdu: “O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən qaçırdınız”. İbn Abbas, Qatadə, Rəbi ibn Ənəsvə İbn Zeydbelə demişlər. Abdullah ibn Zəbara – o, müşrik idi və İslamı sonra da qəbul etmədi –Uhud döyüşündə müsəlmanların məğlub olduğunu zikr etmiş və söylədiyi şerin əvvəlində belə demişdir:

    Ey qaraqarğa, səsini eşitdirdin, söylə

    Sən olmuş bir şeyi danışırsan.

    Həqiqitən xeyrin də şərində bir mənzili vardır,

    Hər ikisinin də üzü və arxası vardır.

    Kaş ki Bədrdəki yaşlılar, Xəzrəclilərin

    Nizə yaralarındançəkdiklərini görərdilər.

    Kökslərinin bol enli üstlüyə sürtündüyünü

    Və Abduləşəl oğullarının şiddətlə qırıldığını .

    Sonra sürətli rəqs edərək

    Dağ keçiləri kimi dağa çıxdıqlarını.

    Biz böyüklərindən bir qatını öldürdük.

    Bədrdəki tərəzini tarazladıq.

                Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələri ilə on iki nəfər qalmışdı. Necə ki, Əhməd ibn Hənbəl demişdir: Bizə Həsən ibn Musa danışdı, bizə Zuheyr danışdı, bizə Əbu İshaq danışdı, o da Bəra ibn Əzibdən (radiyallahuənh) dedi: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Uhud günü oxatanların üstünə -onlar əlli nəfər idi – Abdullah ibn Cubeyri təyin etdi. Onları bir mövqedə yerləşdirib dedi: “Bizi quşların qapdığını görsəniz belə, xəbərsiz yerinizdən tərpənməyin”. Düşməni məğlub edib əzdiyimizi belə görsəniz, xəbərsiz yerinizi tərk etməyin”. Onlar məğlub etdilər. Deyir: “Dəqiq deyə bilərəm ki, qadınların ətəklərini qaldırıb ayaq bilərzikləri göründüyü halda dağa çıxdıqlarını gördüm”. Abdullahın dostları dedilər: “Qənimətə tələsin, dostlarınız qalib gəldi, nəyi gözləyirsiz?”Abdullah ibn Cubeyr dedi: “Rəsulullahın dediyini unutdunuz?” Onlar dedilər: “Vallahi insanların yanına gedib qənimətləri alacayıq”. Onlara çatanda, Allah üzlərini zəfərdən çevirdi, onlarda məğlub olaraq qaçdılar. Peyğəmbərin (salləllahualeyhi və səlləm) onları arxalarından çağırması məhz elə budur. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə yalnız on iki nəfər qaldı. Bizdən yetmiş nəfər öldürüldü. Rəsulullah (salləllahualeyhi və səlləm) ilə səhabələriBədrdəmüşriklərdən yetmiş əsir və yetmiş ölü ələ keçirmişdilər. ƏbuSufyan dedi: “Muhəmmədaranızdadır?”, bunu üç dəfə təkrarladı. Rəsulullah (salləllahu aleyhi və səlləm) onlara cavab verməyə icazə vermədi. Sonra Əbu Sufyan dedi: “Əbubəkr aralarında varmı, Əbubəkr aralarında varmı? İbn Xəttab aralarında varmı? İbn Xəttabaralarında varmı?” Dostlarına dönüb dedi: “Bunlar öldürülüblər, bunların öhdələrindəngəlmisiz”. Ömər özünü saxlaya bilməyib dedi: “Yalan danışırsan ey Allahın düşməni, Allah səni üzmək üçün onları həyatda saxladı”. Əbu Sufyan dedi: “Bu, Bədrin qisasıdır, aramızdakı savaş növbələşir. Ölülərinizin üzərində işgəncə izləri görsəniz, onu mən əmr etmədim və o məni üzmədi.” Sonra rəcəz vəzni ilə bir şer dedi: “Hubəl ucalsın, Hubəl ucalsın”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ona cavab verməyəcəksiniz?”. Səhabələr: “Nə deyək, ey Allahın Rəsulu?”- dedilər. O da dedi: “Deyin: Allah daha uca və daha uludur!”. Əbu Sufyan dedi: “Bizim Uzzamız var sizin Uzzanız yoxdur”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Ona cavab verməyəcəksiniz?”. “Nə deyək?”- dedilər. O da dedi: “Deyin: Allah bizim mövlamızdır, sizin mövlanız yoxdur.”

    Bunu Buxari də Zuheyr ibn Muaviyyə hədisindən qısaca rəvayət etmişdir. Bunu İsrail hədisindən, o da Əbu İshaqdan, yuxarıda keçdiyindən daha geniş rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.

    Beyhəqi “Dəlailun-Nübüvvə” də Umarə ibn Ğuzeyyədən rəvayət edir, o da ƏbuZubeyrdən, o da Cabirdən demişdir: Uhudda insanlar məğlub olub Rəsulullahın (salləllahu aleyhi və səlləm) ətrafına səpələndilər, yanında ənsarlardan on bir nəfər qaldı. Talha ibn Ubeydullahda dağa dırmaşırdı. Müşriklərə rast gəldilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Bunların qarşısına çıxan varmı?” Talha dedi: “Mən, Ey Allahın Rəsulu”. O dedi: “Sən yerində qal, ey Talha”. Ənsardan biri, “Mən, Ey Allahın Rəsulu”, dedi. Onun yolunda döyüşdü. Rəsulullah (salləllahu aleyhi və səlləm) qalanlarla dağa dırmaşdı. Sonra Ənsar öldürüldü. Müşrikləronlara çatdılar. Peyğəmbər (salləllahualeyhi və səlləm) dedi: “Bunları saxlayan olacaqmı?” Talha eyni şeyi söylədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də eyni sözünü dedi. Ənsardan biri, “Mən, Ey Allahın Rəsulu”, dedi. O da onun yolunda döyüşdü. Səhabələr yuxarı qalxdılar. Sonra o da öldürüldü.Müşriklər gəlib çatdılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də ilk dediyi kimi deməkdə davam etdi. Talha deyirdi: “Mən, Ey Allahın Rəsulu”. Peyğəmbər (salləllahualeyhi və səlləm) onu saxlayırdı. Ənsardan bir nəfər döyüşmək üçün icazə alırdı. O da ona icazə verirdi. O da özündən əvvəlki kimi döyüşürdü. Nəhayət Talha ilə ikisi qaldılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Bunların qarşısına çıxan varmı?” Talha dedi: “Mən, Ey Allahın Rəsulu”. O, özündən əvvəlkiləri kimi döyüşdü, barmaqları doğrandı. O dedi:“Hiss et.”Peyğəmbər (salləllahualeyhi və səlləm) dedi: Əgər bismilləh deyib Allahın adını zikr etsəydin, mələklər səni insanların gözü qabağında göyə çıxarardı.” Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrin yanına çıxdı. Onlar bir yerə yığışmışdı.

    Buxari, Əbubəkr ibn Əbu Şeybədən rəvayət etmişdir, o da Vəkidən, o da İsmayıldan, o da Qeys ibn əbi Həzimdən deyir: «Talhanın iflic olan əlini gördüm. O, bu əli ilə Uhud günü Peyğəmbəri (salləllahu aleyhi və səlləm) qorumuşdu.»

    İki Səhihdə Mutəmir ibn Süleymandan rəvayət edilmişdir, o da atasından, o da Əbu Osman ən-Nəhdidən deyir: «Rəsulullahın (salləllahu aleyhi və səlləm) döyüşdüyü bəzi günlərdə yanında yalnız Talha ibn Udeydullah və Sad qalmışdır.» Onların hər iksinin hədisindəndir.

    Həsən ibn Ərəfə demişdir: Bizə İbn Mərvan ibn Muaviyyə danışdı, o da Haşim ibn Haşim əs-Zuhridən dedi: Səid ibn Musəyyəbdən eşitdim ki, o dedi: Sad ibn əbuVaqqasın belə dediyini eşitdim: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Uhudda ox qoburunu qarşıma qoydu və dedi: “At, ey Sad, anam atam sənə fəda olsun”.

    Bunu Buxari, Abdullah ibn Muhəmməddən, o da Mərvan ibn Muaviyyədən rəvayət etmişdir.

    Muhəmməd ibn İshaq demişdir: Mənə Salih ibn Keysan danışdı, o da Sad ailəsindən bir nəfərdən, o da Sad ibn əbuVaqqasdan dedi ki, o, Uhud döyüşündə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında ox atdı. Sad dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) mənə ox uzatdığını gördüm. O dedi: “At, anam atam sənə fəda olsun”. O mənə yaysız ox uzadırdı mən də atırdım.”

    İki Səhihdə İbrahim ibn Saddan, o da atasından, o da babasından, o da Sad ibn əbu Vaqqasdan rəvayət etmişdir: “Uhud döyüşündə Rəsulullahın (salləllahu aleyhi və səlləm) sağında və solunda iki nəfər gördüm. Əyinlərində ağ libas var idi. Onu çox möhkəm qoruyurdular. Nə həmin gün, nə də əvvəllər onları görməmişdim.» O, Cəbrayıl ilə Mikayılı aleyhiməssalam deyirdi.

    Həmməd ibn Sələmədən o da Əli ibn Zeyd ilə Sabitdən, onlar da Ənəs ibn Məlikdən: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Uhud döyüşündə Ənsardan yeddi, Qureyşdən isə iki nəfərlə qaldı”. Müşriklər onu sıxışdıranda dedi: “Bunları bizdən kim döndərsə, ona Cənnət vardır, yaxud Cənnətdə dostumdur. Ənsarlarda bir nəfər döyüşə atıldı. Döyüşdü və öldürüldü. Sonra onu yenə sıxışdırdılar, o dedi: “Bunları bizdən kim döndərsə, ona Cənnət vardır”. Ənsarlarda bir nəfər döyüşə atıldı və ölənə qədər döyüşdü. Belə davam etdi, nəticədə yeddi nəfər öldü. Rəsulullah (salləllahu aleyhi və səlləm) iki dostuna dedi: “Yoldaşlarımızla insafla davranmadık”.” Bunu Muslim də Hudbə ibn Xaliddən, Hammad ibn Sələmədən bənzər şəkildə rəvayət etmişdir.

    ƏbulƏsvəd dedi: Urvə ibn Zubeyrdən, o deyir ki, Cuməh oğullarının qardaşı Ubey ibn Xələf Məkkədə Rəsulullahı (salləllahu aleyhi və səlləm) öldürəcəyinə and içmişdi. Andı Rəsulullaha (salləllahualeyhi və səlləm) çatanda o dedi: “Əslində mən onu öldürəcəm, İnşəAllah”. Uhud döyüşü başlayanda Ubey zirehlənmiş üzü örtülü halda üzə çıxıb dedi: “Əgər Muhəmməd qurtulsa, mən qurtulmaram, deyərək Rəsulullaha (salləllahu aleyhi və səlləm) hücum etdi. Onu öldürmək istəyirdi. Abduddar oğullarının qardaşı Musab ibn Umeyr onu qarşıladı. O, Rəsulullahı (salləllahu aleyhi və səlləm) canı bahasına qorumaq istəyirdi. Musab ibn Umeyr öldürüldü. Rəsulullah (salləllahu aleyhi və səlləm) zirehinin və dəbilqəsinin arasında Ubey ibn Xələfin körpücük sümüyünü gördü. Oraya nizəsi ilə vurdu. Ubey atından yerə düşdü, yarasından qan çıxmadı. Dostları onu apardılar, o isə öküz kimi böyürürdü. Ona dedilər: «Nə sızlayırsan, yalnız bir siyirti var.» O da onlara Rəsulullahın (salləllahu aleyhi və səlləm): «Mən Ubeyi öldürəcəyəm.» – sözlərini xatırlatdı. Sonra dedi: “Ruhumu əlində tutan Allaha and olsun ki, məndəki yara Zülməcaz bazarındakı insanlarda olsa idi, hamısı gəbərərlər”. Bunu dedi və gəbərib cəhənnəmə getdi. “Qızmar atəş sahibləri Allahın rəhmətindən uzaq olsunlar!” (Mülk, 11)”. Bunu Musa ibn Uqbə də“əl-Mağazi” əsərində Zuhridən, o da Səid ibn Musəyyəbdən bənzər şəkildə rəvayət etmişdir.

    Muhəmməd ibn İshaq demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dağ yolunda sıxışdırılanda, Ubey ibn Xələf demişdir: “Əgər sən xilas olsan, mən qurtulmaram”. Yanındakılar dedilər: “Ey Allahın Rəsulu, bizlərdən birimiz ona qarşı çıxsın”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Buraxın onu”. Yaxınlaşanda Rəsulullah (salləllahu aleyhi və səlləm) Haris ibn Sammədən onun nizəsini aldı. Mənə dediklərinə görə, Rəsulullah (salləllahu aleyhi və səlləm) nizəni alar almaz yerindən atıldı, ətrafından səksənən dəvənin belindəki tüklər kimi qıvrıldıq. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) onun qarşısına keçib nizəni boynuna soxdu. Ubey atından yıxılıb bir neçə dəfə yumarlandı”. Əl-Vaqidi, Yunus ibn Bukeyrdən nəql etmişdir, o da Muhəmməd ibn İshaqdan, o da Asim ibn Amr ibn Qatadədən, o da Abdullah ibn Kəb ibn Məlikdən, o da atasından bənzər şəkildə rəvayət etmişdir.

    Əl-Vaqidi demişdir: İbn Ömər deyərdi: “Ubey ibn Xələf, Bətni-Rabiğdə öldü. Mən gecənin bir qismi keçdikdən sonra oradan keçirdim. Birdən alovun qalxdığını gördüm, qorxdum. Baxdım bir nəfər zəncirlərini sürüyərək oradan çıxır. Çox susamışdı. Bir nəfər dedi: “Ona su vermə, o Rəsulullahın (salləllahu aleyhi və səlləm) öldürdüyü adamdır, o Ubey ibn Xələfdir.”

    İki Səhihdə sabit olduğuna görə Abdurrəzzaq yolu ilə Mamərdən, o da Hamməm ibn Munəbbihdən, o da ƏbuHureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahın şiddətli əzabı Rəsulullahın dişlərini qıranlara, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Allah yolunda öldürdüyünün üzərinədir”. Bunu yenə Buxari, İbn Cureycdən, o da Amr ibn Dinardan, o da İkrimədən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Allahın ən şiddətli qəzəbi, Rəsulunun Allah yolunda öz əli ilə öldürdüyü kimsənin və Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzünü yarıb qanadanların üzərinədir”.

    İbn İshaq demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) dişləri qırıldı, yanağı yarıldı, dodağı şişdi. Onu vuran Utbə ibn ƏbuVaqqas idi.

    Mənə Salih ibn Keysan danışdı, o da ona danışandan, o da Sad ibn əbuVaqqasdan onun belə dediyini rəvayət etmişdir: “Utbə ibn ƏbuVaqqasa qədər heç kəsi belə öldürmək istəmirdim. Baxmayaraq ki, onu öz qövmu içində pis əxlaqlı və istənməyən biri kimi tanımırdım. Rəsulullahın (salləllahu aleyhi və səlləm) onun haqqında belə deməsi mənə kifayət etdi. O dedi: “Allahın ən şiddətli qəzəbi, Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzünü qanadanların üzərinədir”.

    Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Osman əl- Cəzaridən, o da Miqsəmdən demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Uhud döyüşündə onun dişini qırıb və üzünü qanadan Utbə ibn əbuVaqqasa bəd dua edərək dedi: “Allahım bir il keçmədən onu kafir olaraq öldür.» Bir il keçmədi ki, o kafir olaraq öldü və cəhənnəmə getdi”.

    Əl-Vaqidi demişdir: İbn əbu Səbrədən, o da İshaq ibn Abdullah ibn Əbu Fərvədən, o da Əbu Huveyrisdən, o da Nəfi ibn Cubeyrdən deyir ki, muhacirlərdən birindən belə dediyini eşitdim: “Uhuda gəldim, oxlara baxdım, hər tərəfdən gəlirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da ortasında idi. Bütün oxlar ondan yan keçirdi. Abdullah ibn Şihab əs-Zuhrini gördüm. Həmin gün o deyirdi: “Mənə Muhəmmədi göstərin, əgər o xilas olsa mən qurtulmaram”. Rəsulullah (salləllahu aleyhi və səlləm) onun yanında idi. Ətrafında heç kəs yox idi. Sonra onu keçdi. Safvan buna görə onu qınadı. O da dedi: “Allaha and olsun ki, onu görmədim. O, bizdən qorunur. Dörd nəfər sözləşdik, onu öldürməyə qərar verdik, amma istəyimizə çata bilmədik”. Əl-Vaqidi demişdir: “Bizə görə sabit olan budur ki, Rəsulullahın yanağını qanadan İbn Qamiədir. Onun dodağını partladan və dişini qıran da Utbə ibn ƏbuVaqqasdır.”

    Əbu Davud Təyalisi demişdir: Bizə İbn Mubarək danışdı, o da İshaq ibn Yəhya ibn Talha ibn Ubeydullahdan, mənə İsa ibn Talha xəbər verdi, o da möminlərin anası Aişədən (radiyallahu ənhə) dedi ki, Əbubəkr Uhuddan bəhs etdiyi zaman: “O gün bütövlüklə Talhanın idi” deyərək danışardı. Sonra belə söyləyərdi: “Uhudda ilk dönən mən idim. Bir adam gördüm Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında döyüşürdü. Güman edirəm ki, onu qoruyurdu.» Mən dedim, “Əbu Talha ol”. Çünki qaçırtdığımı qaçırtmışdım. Öz qövmümdən olması mənim üçün daha yaxşı idi. Mənimlə müşriklərin arasında tanımadığım bir adam var idi. Mən, Rəsulullaha (salləllahu aleyhi və səlləm) ondan daha yaxın idim. O qədər cəld hərəkət edirdi ki, mən o cür edə bilməzdim. Baxdım ki, Əbu Ubeydə ibn Cərrahdır. İkimiz də Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatdıq. Dişləri qırılmış alnı çapıq idi. Dəbilqənin iki halqası yanağına batmışdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) Talhanı qəsd edərək dedi: “Qardaşınıza baxın”. Qan itirirdi. Sözünü eşitmədik. Üzündəkini çıxartmaq üçün ona yaxınlaşdım. ƏbuUbeydə dedi: “And içirəm, haqqımı sənə halal etmərəm, mənə izn ver”. Mən də verdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) ağrı hiss etməsin deyə əli ilə çıxartmaq istəmədi. Ağzı ilə tutdu və halqalardan birini çıxartdı. Halqa ilə bərabər ön dişlərindən biri düşdü. Onun etdiyini mən etmək istədim. O dedi: “And içirəm, haqqımı sənə halal etmərəm, mənə izn ver”. Birinci dəfə etdiyi kimi etdi. Bu dəfə halqa ilə bərabər digər ön dişi düşdü. Ön dişləri olmadan ƏbuUbeydə çox gözəl görsənirdi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) vəziyyətini düzəltdikdən sonra bir çuxurda uzanan Talhaya yaxınlaşdıq. Baxdıq ki, üzərində yetmişdən çox nizə, ox və qılınc yarası var idi. Bir barmağı da kəsilmişdi. Onun da halını biraz düzəltdik.

    Bunu Heysəm ibn Kuleyb ilə Təbərani, İshaq ibn Yəhyadan belə rəvayət etmişdir. Heysəmin rəvayətində Əbu Ubeydə demişdir: “Ey Əbubəkr, Allah rizası üçün mənə izn ver”. Əbu Ubeydə də oxu ağzı ilə çıxartdı. Rəsulullaha (salləllahu aleyhi və səlləm) əziyyət verməmək üçün onu dili ilə çıxarmaq istədi. Sonra da oxu ağzı ilə çəkdi. Nəticədə ƏbuUbeydə iki dişindən oldu.

    Sonra da hədisi tamamladı. Hafiz Ziya Maqdisi də kitabında bunu tərcih etmişdir. Əli ibn Mədini bu hədisi İshaq ibn Yəhyadan dolayı zəif görmüşdür. Çünki onun haqqında Yəhya ibn Səid əl-Qəttan, İmam Əhməd, Yəhya ibn Məin, Buxari, ƏbuZura, Əbu Hatim, Muhəmməd ibn Sad, Nəsai və digərləri tənqidi danışmışlar.

    İbn Vəhb demişdir: Mənə Amr ibn Haris xəbər verdi, ona da Ömər ibn Səib danışdı ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Uhudda yaralananda Əbu Səid əl Xudrinin atası Məlik, yaranı təmizlənənə qədər sovurdu. Yara ağappaq parıldadı. Ona dedilər: “Tüpür.” O da dedi: “Vallahi onu tüpürmərəm”, sonra da döyüşməyə başladı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Kim Cənnətlik birini görmək isətəsə, ona baxsın”. Sonra da şəhid oldu.”

    İki Səhihdə Əbduləziz ibn Əbu Hatimdən rəvayət edilmişdir, o da atasından, o da Səhl ibn Saddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yaralanması haqqında soruşdular, o dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzü yaralandı, dişləri qırıldı. Dəbilqə başına batdı. Rəsulullahın (salləllahu aleyhi və səlləm) qızı Fatimə qanı yuyurdu. Əli də su tökürdü. Fatimə su ilə qanın artmasını görəndə, bir parça həsir kəsib külünü yaranın üzərinə basdı, qan dayandı.”

    Sizi kədəriniz üstünə kədər qoymaqla cəzalandırdı” ərəblər bu halda “bə” ədatını da istifadə edirlər, məsələn: “Nəzəltu bibəni fulənin” deyərlər; “alə” ədatını da isitifadə edərlər “və nəzəltu alə bəni fulənin” deyərlər. İbn Cərir də bu ayə də belədir demişdir: «fi cuzuinnəxli» (Taha, 71) yəni, “aləcuzuinnəxli”.

    İbn Abbas demişdir: “Məğlubiyyət və Muhəmmədin ölümü xəbəri, birinci kədərdir. İkincisi də müşriklərin dağa çıxmasıdır”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allahım, üstümüzə çıxmasınlar”. Abdurrəhman ibn Avf demişdir: Birinci kədər məğlubiyyətdir, ikincisi Muhəmmədin öldürüldüyü xəbərdir. Bu onlar üçün daha çətin və məğlubiyyətdən daha ağır idi.

    Bu ikisini İbn Mərduveyh rəvayət etmişdir. Ömər ibn Xəttabdan da eynisi rəvayət edilmişdir. İbn Əbu Hatim də Qatadədən eynisini rəvayət etmişdir. Suddi demişdir: Birinci kədər qənimətin və qələbənin itirilməsi, ikincisi isə düşmənlərin onlardan yuxarı çıxmasıdır.

    Muhəmməd ibn İshaq “Sizi kədəriniz üstünə kədər qoymaqla cəzalandırdı” ayəsi barəsində demişdir: Kədər üstünə kədər, qardaşlarınızın bəzilərinin öldürülməsi, düşmənlərinizin sizdən yuxarı çıxması, «Peyğəmbəriniz öldürüldü» deyənin bir şübhəsi sizin qəlbinizə düşməsi. Bütün bunlar arxa arxaya gəldi deyə qəm-qüssə üstünə qəm-qüssə oldu.

    Mucahid ilə Qatadə də belə demişdilər: Birinci kədər Muhəmmədin öldürüldüyü xəbərdir. İkincisi öldürülüb yaralanmalarıdır. Qatadə ilə Rəbi İbn Ənəsdən də bunun tərsi rəvayət edilmişdir.

    Suddi demişdir: Birincisi qaçırdıqları zəfər ilə qənimətdir, ikincisi də düşmənlərin daha yuxarı mövqe tutmasıdır. Bu söz yuxarıda Suddidən keçmişdi.

    İbn Cərir demişdir: Bu fikirlərin ən doğrusu belədir: “Sizi kədəriniz üstünə kədər qoymaqla cəzalandırdı” yəni, ey möminlər, Allah sizi müşriklərin qənimətindən, onları məğlub etməkdən, onlara qarşı qələbə qazanmaqdan məhrum etməsi ilə sizi kədəriniz üstünə kədər qoymaqla cəzalandırdı. O gün sevdiyiniz zəfəri sizə göstərdikdən sonra, Rəbbinizin əmrinə müxalif olmanız, Peyğəmbərinizin tapşırığına qarşı çıxmağınız səbəbindən öldürüldüz və yaralandınız. Peyğəmbərinizin ölüm xəbəri və düşmənlərinizin hücum etməyi sizə kədər üstünə kədər gətirdi.

    əlinizdən çıxan şeylərə” yəni qaçırdığınız qənimətə və zəfərə görə üzülməyin. “Və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz” bu da yaralanma və öldürülmədir. Bunu İbn Abbas, Abdurrəhman ibn Avf, Həsən, Qatadə və Suddi demişlər. Allah nə etdiklərinizdən xəbərdardır”. Onu həmd ilə təsbih edirik, ondan başqa ilah yoxdur, ulu və ucadır.

     

     

  • 150

    Xeyr! Allah sizin Himayədarınızdır. O, kömək edənlərin ən yaxşısıdır.

    149-cu ayənin təfsirinə bax.

  • 151

    Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!

    149-cu ayənin təfsirinə bax.

  • 152

    Allah sizə verdiyi vədini yerinə yetirdi, Onun izni ilə onları məhv etdiyiniz zaman. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır.

    149-cu ayənin təfsirinə bax.

  • 153

    O zaman Peyğəmbər arxanızdan sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən qaçırdınız. Sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır.

    149-cu ayənin təfsirinə bax.

  • 154

    Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün. Allah kökslərdə olanları bilir”.

    Allah Təala qullarına təskinlik və güvən nazil etməklə onlara olan lütfü barədə buyurur. Bu, onları bürüyən mürgüdür. Onlar çətin və qəmli hallarında silaha sarılmışdılar. Həmin vaxt mürgü arxayınçılığa bir dəlil idi. Necə ki, Allah təalə əl-Ənfal surəsindəki Bədr hadisəsi barədə buyurur: “O zaman Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin” (Ənfəl, 11).

    Əbu Muhəmməd Abdur-Rəhman ibn əbi Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşəc danışdı, bizə Əbu Nuaym ilə Vəki danışdılar, onlar da Süfyandan, o da Asimdən, o da Əbu Rəzindən nəql etdi ki, Abdullah ibn Məsud demişdir: “Savaşda mürgü Allahdan, namazda isə şeytandandır”. Buxari demişdir: “Mənə Xəlifə dedi, bizə Yəzid ibn Zuray danışdı, bizə Səid danışdı o da Qatadədən, o da Ənəsdən, o da Əbu Talhadan (radiyAllahu anhu) dedi: “Mən, Uhudda mürgüləyənlərdən idim. Hətta qılıncım əlimdən dəfələrlə düşdü. Düşürdü qaldırırdım, düşürdü qaldırırdım.” Bunu “əl-Məğazi” əsərində muəlləq olaraq rəvayət etmişdir. Onu “Təfsir” fəslində sənədli şəkildə rəvayət etmişdir. Belə ki, Şeybandan, o da Qatadədən, o da Ənəsdən, o da Əbu Talhadan demişdi: “Uhudda bizi səfdə dayandığımız halda yuxu tutdu.” O dedi: “Qılıncım əlimdən düşürdü, mən isə onu qaldırırdım. Düşürdü yenə qaldırırdım.” Bunu Tirmizi, Nəsəi və Hakim də Həmmad ibn Sələmədən, o da Sabitdən, o da Ənəsdən, o da Əbu Talhadan rəvayət etmişdir. Əbu Talha deyir: “Uhudda başımı qaldırıb baxdım. Mürgüdən qalxanının altına əyilməmiş heç kimi görə bilmədim.” Mətni, Tirmiziyə aiddir və o: “həsən, səhihdir” demişdir. Bunu yenə Nəsəi də, Muhəmməd ibn əl-Müsənnədən, o da Xalid ibn Harisdən, o da Əbu Quteybədən, o da İbn əbi Adiydən, ikisi də Humeyddən, o da Ənəsdən rəvayət etmişdir. O demişdir: Əbu Talha demişdir: “Mən də üzərilərinə mürgü səpilən şəxslərdən idim.” Zubeyr ilə Abdurrahman ibn Avfdan da belə rəvayət edilmişdir.

    Beyhəqi demişdir: “Bizə Əbu Abdullah əl-Hafiz xəbər verdi, mənə Əbul Hüseyn Muhəmməd ibn Yaqub xəbər verdi, bizə Muhəmməd ibn İshaq əs-Səqafi xəbər verdi, bizə Muhəmməd ibn Abdullah ibn Mubarək əl-Məxzumi danışdı, bizə Yunus ibn Muhəmməd danışdı, bizə Şeyban danışdı, o da Qatadədən, bizə Ənəs ibn Malik danışdı ki, Əbu Talha demişdir: “Bizi mürgü tutdu, biz də Uhudda səfdə idik. Qılıncım əlimdən düşürdü, mən isə onu qaldırırdım. Düşürdü qaldırırdım.” O dedi: “Digər tərəf münafiqlər idi. Onların düşüncələrində yalnız özləri idi. Çox qorxaq, təşvişə düşən və haqqı tanımayan kimsələr idi.”

    Allah barəsində haqsız olaraq, cahiliyyə düşüncələrə qapıldılar.” Yəni, onlar yalançıdırlar. Əziz və Cəlil olan Allah haqqında şəkk və şübhə edən kimsələrdi. Bunu bu əlavə ilə belə rəvayət etmişdir. Sanki Qatadənin (Allah ona rəhmət eləsin) sözüdür. O da onun dediyi kimidir. Çünki Allah Təala “sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi” deyir. Yəni, o dəstə iman, yəqinlik, səbat və doğru təvəkkül sahibləridir. Onlar Allahın Öz Rəsuluna yardım edəcəyinə və onu umduğuna qovuşduracağına qəti şəkildə inanırlar. Buna görə də “O biri qisminiz isə öz canlarının hayına qaldı” demişdir. Yəni onları təlaş, təşviş və qorxudan xilas edən mürgü bürümüşdür. “Allah barəsində haqsız olaraq, cahiliyyə düşüncələrə qapıldılar” Necə ki, başqa bir ayədə bu cür buyurmuşdur: “Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar…” (Fəth, 12). Bunlar da belədir. Etiqad etdilər ki, müşriklər o saatda qalib gəlincə artıq iş bitmişdir, İslam və müsəlmanlar artıq yox oldular. Şübhə və şəkk edən kimsələrin halı belədir. Belə bir qeyri-müəyyən vəziyyət olan kimi pis zənə qapılırlar.

    Sonra Allah Təala onlardan xəbər verdi ki, onlar: “deyirlər” yəni, o vəziyyətdə deyirlər: “Bu işdə bizim üçün bir xeyir varmı?”. Allah Təala da: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir” deyir. Sonra içərilərində gizlətdikləri şeyi bu kəlamı ilə izah etdi: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər”. Yəni, bu sözü Rəsulullahdan (salləllahu aleyhi və səlləm) gizlədirlər.

    Muhəmməd ibn İshaq ibn Yəsər demişdir: “Mənə Yəhya ibn Abbad ibn Abdullah ibn Zubeyr danışdı, o da atasından, o da Abdullah ibn Zubeyrdən nəql edir ki, Zubeyr dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə bərabər idik. Qorxu artdığı zaman Allah üzərimizə yuxu göndərdi. İçimizdən çənəsi köksünün üzərinə düşməyən yox idi. Allaha and içirəm ki, Mutəb ibn Quşeyrin: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” dediyini yuxudakı kimi xatırlayıram. Onu yadımda saxladım. O xüsusda Allah Təala : “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər” ayəsini nazil etdi.” Bunu İbn əbi Hatim rəvayət etmişdir.

    De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər” yəni bu, əziz və cəlil olan Allahın təqdiridir, qəti qərarıdır, ondan qaçmaq yoxdur.

    “kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün” yəni sizi bu hadisə ilə imtahan edir ki, yaxşını pisdən ayırsın. Mömin və münafiqin sözləri və işləri ortaya çıxsın. “Allah kökslərdə olanları bilir” yəni, qəlblərdən keçən sirr və gizli olan şeyləri xırdalığına qədər bilir.

    Sonra Allah Təala buyurdu: “iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi” yəni keçmiş bəzi günahları ilə deməkdir. Necə ki, sələfdən biri belə demişdir: “Yaxşılığın bir savabı ardından bir yaxşılığın gəlməsi, pisliyin bir cəzası da ardından bir pisliyin gəlməsidir.

    Sonra Allah Təala: “Allah artıq onları bağışladı” demişdir. Yəni döyüş sahəsindən qaçmağınıza görədir. “Həqiqətən, Allah Bağışlayandır, Həlimdir” yəni günahı bağışlayar, öz yaratdığı ilə həlim davranar. Osman və onun Uhuddakı qaçışı, Allah Təalanın da onu bağışlaması barədə İbn Ömərin hədisi, yuxarıda “and olsun ki, Allah sizi bağışlamışdır” (Ali –İmaran, 152) ayəsində qeyd olunmuşdu. Onu burada zikr etmək də münasib olacaqdır:

    İmam Əhməd demişdir: “Bizə Muaviyə ibn Amr danışdı, bizə Zaidə danışdı, o da Asımdan, o da Şəqiqdən nəql edib dedi: Abdurrahman ibn Avf bir dəfə Vəlid ibn Uqbəyə rast gəldi. Vəlid ona: “Nəyə görə möminlərin əmiri Osmana qarşı kobudluq edirsən?” –dedi. Abdurrahman da dedi: “Ona çatdır ki, mən Huneyndə qaçmadım – Asım da dedi: “Uhudda dedi: – mən Bədirdən geri qalmadım və Ömərin sünnətini də tərk etmədim”. O dedi: “Vəlid getdi və bunu Osmana danışdı. Osman da belə cavab verdi: “Onun “Mən Huneyn savaşından qaçmadım” sözünə gəlincə, Allahın əfv etdiyi bir şeydən ötrü məni necə qınaya bilər? Allah Təala demişdir: “Şübhəsiz iki ordu qarşılaşdığı gün sizdən geri dönənləri qazandıqları bəzi şeydən dolayı şeytan ancaq onları azdırmaq istəmişdir. Allah onları əfv etmişdir”. Bədirdən geri qalmağıma gəlincə, mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) xəstə qızı Ruqeyyəyə baxırdım ki, o da sonunda vəfat etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə bir qənimətdən pay böldü. Rəsulullah (salləllahu aleyhi və səlləm) kimə pay böldüsə, o da savaşda iştirak etmişdir. Ömərin sünnətini tərk etməyimə gəlincə, ona nə mənim gücüm yetər nə də onun. Get və bunu ona izah et.”

  • 155

    İki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir.

    154-cü ayənin təfsirinə bax.

  • 156

    Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.

    Allah Təala mömin qullarını pis etiqadda kafirlərə bənzəməkdən çəkindirir. Həmin pis etiqadlarını da səfərlərdə və ya döyüşlərdə ölən qardaşlarına “Əgər bu işi tərk etsəydilər, bunlar başlarına gəlməzdi” sözləri göstərir. Allah Təala dedi: “Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşlarına” yəni, qardaşları barəsində “deyən kafirlər kimi olmayın!” Sonra buyurur: “Səfərə çıxmış” yəni ticarət və başqa işlər üçün səfərə çıxdıqları zaman deməkdir. “müharibəyə getmiş” yəni müharibədə olduqları vaxt, deməkdir. “Əgər onlar bizim yanımızda olsaydılar” yəni yaşadıqları yerlərdə qalsaydılar “nə ölər, nə də öldürülərdilər”. Yəni səfərdə ölməz ya da döyüşdə öldürülməzdilər. “Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə (belə) etdi.” Yəni qəlblərində bu etiqadı yaratdı ki, ölən və öldürülən adamlarına qəm-qüssələri daha da artsın. Sonra Allah Təala onları rədd edərək dedi: «Dirildən də, öldürən də Allahdır.» Yəni yaratmaq onun əlindədir və bütün işlər ona qayıdar. Onun istəyi və qədəri olmadan heç kim dirilməz və ölməz. Yalnız Onun qəzavü-qədəri ilə kiminsə ömrü uzanar və ya qısalar. “Allah nə etdiklərinizi görür” yəni, Onun elmi və görməsi bütün yaratdıqları üçün qüvvədədir. İşlərindən heç bir şey Ona gizli qalmaz.

    «Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, (bilin ki,) Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi (kafirlərin) yığdıqları şeylərdən daha xeyirlidir.» Bu ayə zəmanət verir ki, Allah yolunda öldürülmək və ölmək, Allahın rəhmət, əfv və rızasına qovuşmaq üçün vəsilədir. Bu da dünyada qalmaqdan, onun müvəqqəti mal-dövlətini yığmaqdan daha xeyirlidir.

    Sonra Allah Təala hər ölən və öldürülənin ona qayıdacağını, onu xeyirsə xeyirlə, şərsə şərlə cəzalandıracağını xəbər vermiş və “Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın dərgahına gətirilib cəm olunacaqsınız” demişdir.

  • 157

    Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi yığdıqları şeylərdən daha xeyirlidir.

    156-cı ayənin təfsirinə bax.

  • 158

    Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın dərgahına gətirilib cəm olunacaqsınız.

    156-cı ayənin təfsirinə bax.

  • 159

    Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.

    Allah Təala Rəsuluna xitab edərək möminlərlə xeyirxah davrandığını bildirir. Çünki əmrinə tabe olan və qadağasını tərk edən ümmətinə, onun mülayim rəftar etməsini və onlarla xoş danışmasını Allah lütf etmişdir. O, Rəsulunun sözlərini  onlara xoş etmişdir. “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin” yəni, səni onlara qarşı mülayim edən hər bir şey Allahın sənə və onlara olan mərhəmətidir.

    Qatadə demişdir: “fəbimə rahmətin min Allahi lintə ləhum” “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin” bu kəlam “fəbi rahmətin min Allahi lintə ləhum” deməkdir. Ayədəki “mə” ədatı bağlayıcıdır. Ərəblər gah onu müəyyənlikdə olan ismə bağlayırlar, məsələn “fəbimə naqdihim misaqahum” (Nisə, 155) ayəsində olduğu kimi, gah da qeyri-müəyyənlikdə olan ismə bağlayarlar, məsələn “Əmmə qalilin” (Muminun, 40). Burada da “fəbimə rahmətin min Allahi lintə ləhum” demişdir, yəni “birahmətin min Allah” deməkdir. Həsən Bəsri: «Bu, Muhammədin (səlləllahu aleyhi və səlləm) əxlaqıdır. Allah Təala onu bununla göndərmişdir.» – demişdir. Bu ayə, «Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (Tövbə, 128) ayəsinə bənzəməkdədir.

    İmam Əhməd demişdir: Bizə Hayvəh danışdı, bizə Baqiyyə danışdı, bizə Muhamməd ibn Ziyad danışdı, mənə Əbu Rəşid əl-Hubrani danışıb dedi: Əbu Ümamə əl-Bəhili əlimdən tutub dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) əlimdən tutdu və: «Ey Əbu Ümamə, möminlərdən elələri var ki, qəlbi mənə qarşı yumşalır» – dedi.» Bunu ancaq Əhməd rəvayət etmişdir.

    Sonra Allah Təala dedi: «Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.» Burada keçən “fazzan” kəliməsi kobud deməkdir. Bundan məqsəd kobud danışıqlı olmaqdır. Çünki Allah Təala bunun ardınca “daş qəlbli” demişdir. Yəni, sən onlarla kobud danışaydın və onlara qarşı daş qəlbli olsaydın, onlar ətrafından dağılışar və səni tərk edərdilər. Ancaq Allah Təala onları sənin başına yığdı və səni yumşaq davrandırdı ki, qəlblərini birləşdirəsən. Necə ki, Abdullah ibn Amr demişdir: «Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) sifətini keçmiş kitablarda belə görürdüm: O, kobud sözlü və daş qəlbli deyildi. Bazarlarda qışqırıb-bağırmaz, pisliyi pisliklə qarşılamaz, ancaq əfv edər və bağışlayardı.

    Əbu İsmayıl Muhamməd ibn İsmayıl Tirmizi demişdir: Bişr ibn Ubeyd əd-Darimi rəvayət etdi, bizə Ammar ibn Abdurrahman danışdı, o da əl-Məsudidən, o da İbn Əbi Muleykədən, o da Aişədən (radiyallahu anhə) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Allah mənə fərzləri yerinə yetirməyi əmr etdiyi kimi, insanları yola verməyimi də əmr etdi.» Bu, qərib bir hədisdir.

    Bu səbəbdən Allah Təala “Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş”. – demişdir. Buna görə də Rəsulullah (salləllahu aleyhi və səlləm) bir hadisə baş verdikdə əshabı ilə məşvərət edərdi. Onların qəlblərini xoş etmək istəyərdi ki, etdikləri işlərdə daha fəal olsunlar. Necə ki, Bədir döyüşündə karvana hücum etmək barəsində onlarla məşvərət etdi. Onlar da: «Ey Allahın Rəsulu, əgər bizə dənizə girin  desən, hamımız sənin ardınca dənizə baş vurarıq. Əgər bizə Bərkul-Ğamada qədər gedin desən, hamımız səninlə birlikdə gedərdik. Sənə Musa qövmünün Musaya: “Sən və Rəbbin gedin vuruşun, biz burda qalacağıq” dediyi kimi demərik. Əksinə “Sən get, biz də səninləyik, önündəyik, arxandayıq, sağındayıq, solundayıq, döyüşərik” – dedilər.

    Onlarla harada köç salacaqlarını da məşvərət etdi. Hətta əl-Muniq Liyəmutə ləqəbli Munzir ibn Amr, ölmək üçün əsgərlərin qabağında getməyi təklif etdi. Həmçinin onlarla Uhudda şəhərdə qalmaq yaxud düşmənə tərəf səfərə çıxmaq barədə də məşvərət etdi. Çoxluq çıxmağı təklif etdi. O da çıxdı. Eyni ilə Xəndək döyüşündə də həmin il Mədinə xurmalarının 3-də birini verərək sülh imzalamaq barədə məsləhətləşdi. Sad ibn Muaz ilə Sad ibn Ubadə bunu qəbul etmədiyi üçün bu fikrindən daşındı. Onlarla Hudeybiyə səfərində də müşriklərin uşaqlarına  hücum etməyi məşvərət etdi. Əbubəkr əs-Siddiq (radiyallahu anh): «Biz heç kimlə döyüşməyə gəlmədik, biz ancaq ümrə etmək üçün gəldik» – dedi. O da buna uyğun qərar verdi. İftira qissəsində də: “Ey müsəlmanlar, ailəmə iftira atan insanlar barədə mənə fikirlərinizi deyin. Allaha and içirəm ki, mən ailəmdən də, günahlandırdıqları adamdan da bir pislik görmədim. Allah and içirəm ki, ondan həmişə yaxşılıq görmüşəm» – dedi.

    Aişədən (radiyallahuanhə) ayrılma haqqında Əli (radiyallahu anh) və Usamə ilə məşvərət etdi.

    Döyüş və buna bənzər vəziyyətlərdə də onlarla məşvərət edərdi. Fəqihlər bu, onun üçün vacib idimi, yaxud müstəhəblik babından qəlblərini xoş etmək üçün edərdi – deyə iki rəy bildirərək ixtilaf etmişlər.

    Hakim, Müstədrəkində demişdir: Bizə Əbu Cəfər Muhamməd ibn Muhamməd əl-Bağdadi xəbər verdi, bizə Yəhya ibn Eyyub əl-Allaf Misirdə danışdı, bizə Said ibn Əbi Məryəm danışdı, bizə Süfyan ibn Uyeynə xəbər verdi, o da Amr ibn Dinardan, o da İbn Abbasdan “işlər barədə onlarla məsləhətləş” kəlamı haqqında demişdir: «Onlar Əbubəkr ilə Ömərdir (radiyallahuanhum)» – demişdir. Sonra Hakim: «Səhihdir, iki şeyxin şərtlərinə uyğundur, təxric etməmişlər» – demişdir. Əl-Kəlbi də Əbu Salehdən, o da İbn Abbasdan demişdir: “Bu ayə, Əbubəkr ilə Ömər haqqında endi. O iki nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) həvariləri, vəzirləri və müsəlmanların ataları idilər.»

    İmam Əhməd rəvayət etmişdir: Bizə Vəki danışdı, bizə Abdulhamid danışdı, o da Şəhr ibn Havşəbdən, o da Abdurrahman ibn Ğanəmdən rəvayət edir ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm), Əbubəkr ilə Ömərə: “Əgər bir məşvərətdə sizinlə bir yerdə olsaydım, sizə müxalif olmazdım” – demişdir.

    İbn Mərduveyh də Əli ibn Əbu Talibdən (radiyallahuanh) onun belə dediyini rəvayət etmişdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Qərar nədir” – deyə soruşdular. O da dedi: “Müşavirlərlə məşvərət edib onlara tabe olmaqdır.”

    İbn Macə demişdir: Bizə Əbubəkr ibn əbi Şeybə danışdı, bizə Yəhya ibn əbi Bukeyr danışdı, o da Şeybandan, o da Abdulməlik ibn Umeyrdən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Müşavir etibarlı olmalıdır” – demişdir. Bunu Əbu Davud ilə Tirmizi də rəvayət etmişdirlər. Tirmizi: “Həsəndir” – demişdir. Nəsai də Abdulməlik ibn Umeyrdən daha ətraflı şəkildə rəvayət etmişdir.

    Sonra İbn Macə demişdir: Bizə Əbubəkr ibn Əbi Şeybə danışdı, bizə Əsvəd ibn Amir danışdı, o da Şərikdən, o da Aməşdən, o da Əbu Amr əş-Şeybənidən, o da İbn Məsuddan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Müşavir əmin insan olmalıdır” – demişdir. Bunu yalnız İbn Macə rəvayət etmişdir.

    O yenə demişdir: Bizə Əbubəkr danışdı, bizə Yəhya ibn Zəkəriyya ibn Əbi Zaidə ilə Əli ibn Haşim danışdı, onlar da İbn Əbi Leyladan, o da Əbuz-Zubeyrdən, o da Cabirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Biri sizdən məsləhət istədiyi zaman ona məsləhət verin.” Bunu da yalnız İbn Macə rəvayət etmişdir.

    Qəti qərara gəldikdə isə Allaha təvəkkül et” yəni bir iş barəsində onlarla məsləhətləşib qərar verdiyin zaman Allaha təvəkkül et. “Həqiqətən, Allah təvəkkül edənləri sevir”.

    Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər”. Bu da yuxarıda qeyd edilən bu ayə kimidir: “Qələbə yalnız əziz və hakim olan Allahın qatındadır” (Ali-İmran, 126). Sonra Ona təvəkkül etmələrini buyurub dedi: “Qoy möminlər Allaha təvəkkül etsinlər”.

    Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”. İbn Abbas, Mucahid, Həsən və digərləri demişlər: “Peyğəmbərə xainlik etmək yaraşmaz.” İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Musəyyəb ibn Vadih danışdı, bizə Əbu İshaq əl-Fəzari danışdı, o da Sufyan ibn Xusifdən, o da İkrimədən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Bədr döyüşündə bir məxmər itirmişdilər. Onlar dedilər: “Bəlkə bunu Rəsulullah (salləllahu aleyhi və səlləm) götürüb?” Allah bu ayəni nazil etdi “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”.

    İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Abdulməlik ibn Əbuş-Şəvarib danışdı, bizə Abdulvahid ibn Ziyad danışdı, bizə Xasif danışdı, bizə Miqsəm danışdı, mənə İbn Abbas danışdı ki, “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” ayəsi Bədr döyüşündə itən bir qırmızı məxmərə görə nazil olmuşdur. Bəziləri: “Bəlkə onu Rəsulullah (salləllahu aleyhi və səlləm) götürüb” – deyərək bunu çox müzakirə etdilər. Buna görə Allah təala bu ayəni nazil etdi: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr”.

    Əbu Davud (rahiməhullah) ilə Tirmizi, ikisi də Quteybədən, o da Abdulvahid ibn Ziyaddan bu cür rəvayət etmişlər. Tirmizi: “həsən qəribdir” – demişdir. Bəziləri isə onu Xasifdən, o da Miqsəmdən, mürsəl olaraq rəvayət etmişlər.

    İbn Mərduveyh də Əbu Amr ibn Alə yolundan, o da Mucahiddən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Munafiqlər Rəsulullahı (salləllahu aleyhi və səlləm) itmiş bir şeyə görə ittiham etdilər. Allah da bu ayəni nazil etdi “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”.

    İbn Abbasdan da bir çox yoldan yuxarıda keçdiyi kimi rəvayət edilmişdi. Bu, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üçün əmanəti çatdırmaqda, qəniməti bölməkdə və sairə bu kimi işlərdə hər növ xəyanətlərdən bir bəraətdir.

    Avfi də İbn Abbasdan “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” ayəsi barəsində belə demişdir: “Yəni, bölüklərin bəzisinə pay verib, bəzisinə verməmək.” Dəhhak da bu cür demişdir. Muhəmməd ibn İshaq isə demişdir: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” yəni, nazil olanın bir qismini saxlayıb ümmətinə təbliğ etməməsi mümkün deyil.

    Həsən Bəsri, Tavus, Mucahid və Dəhhak “va mə kənə linəbiyyin ən yəğullə” ayəsindəki “yəğullə” sözünü “yə” hərfi damməli şəkildə “yuğallə” kimi oxumuşlar ki, bu da “bir peyğəmbərə xəyanət edilməz” deməkdir.

    Qatadə ilə Rəbi ibn Ənəs demişlər: “Bu ayə, Bədrdə nazil oldu. Səhabələrdən bəziləri xəyanət etmişdi”. Bunu o ikisindən İbn Cərir rəvayət etmişdir. Sonra da bəzilərindən bu qiraəti, xəyanətdə ittiham edilmək mənasında oxuduğunu nəql etmişdir.

    Sonra Allah təala buyur: “Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir”. Bu da şiddətli bir hədələmə və qüvvətli bir xəbərdarlıqdı. Bunun qadağan olduğu çoxlu hədislərdə varid olmuşdur. İmam Əhməd demişdir: Bizə Abdulməlik danışdı, bizə Zuheyr yəni, İbn Muhəmməd danışdı, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Əta ibn Yasərdən, o da Əbu Malik əl-Əşcaidən (radiyallahu anhu), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah qatında xəyanətin ən böyüyü bir arşın torpaq xəyanətidir. İki adamın bir ərazidə və ya bir evdə qonşu olduğunu görürsünüz, biri digərinin torpağından bir arşın oğurlayar. Onu oğurladığı halda Qiyamətə kimi yeddi qat yerin dibinə qədər kəmər kimi boynuna taxılar.”

    İki Səhihdə Səid ibn Zeyd demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim bir qarış torpaq qədər zülm edərsə, Qiyamət günü yeddi qat yer boynuna kəmər kimi taxılar.”

    Başqa bir hədisdə İmam Əhməd demişdir: “Bizə Musa ibn Davud danışdı, bizə İbn Ləhiya danışdı, o da Əbu Hubeyrədən, o da Haris ibn Zeyddən, o da Abdurrəhman ibn Cubeyrdən deyir: Mustəvrid ibn Şəddaddan eşitdim ki, o deyir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim bizim bir işimizi üzərinə götürsə evi olmasa bir ev götürsün, zövcəsi yoxdursa evlənsin, xidmətçisi yoxdursa xidmətçi götürsün, miniyi yoxdursa bir minik götürsün. Bunlardan başqa nə götürsə quldurluq etmiş olar”. İmam Əhməd bu cür rəvayət etmişdir. Bunu Əbu Davud da başqa isnad və mətnlə rəvayət edərək demişdir: Bizə Musa ibn Mərvan ər-Raqqi danışdı, bizə əl-Muafa danışdı, bizə Əvzai danışdı, o da Haris ibn Yəziddən, o da Cubeyr ibn Nufeyrdən, o da Mustəvrid ibn Şəddaddan dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim bizim üçün bir iş görərsə, zövcə götürsün. Əgər xidmətçisi yoxdursa, xidmətçi götürsün. Evi yoxdursa ev götürsün”. Əbubəkr dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi barəsində mənə xəbər verildi: “Kim bunlardan başqasını götürsə, o quldur və ya oğrudur”. Şeyximiz Hafiz əl-Mizzi demişdi: Bunu Cəfər ibn Muhəmməd əl-Firyabi, o da Musa ibn Mərvandan rəvayət edib: Cubeyr ibn Nufeyl yerinə Abdurrəhman ibn Cubeyr – demişdir. Bu doğruya daha çox oxşayır.

    Başqa bir hədisdə İbn Cərir demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Hafs ibn Bişr danışdı, bizə Yaqub əl-Qummi danışdı, bizə Hafs ibn Humeyd danışdı, o da İkrimədən, o da İbn Abbasdan dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdi: “Biriniz, dəqiq bilirəm, qiyamət günü mələyən bir qoyun daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim. Biriniz, dəqiq bilirəm, qiyamət günü nərildəyən bir dəvəni daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Biriniz, dəqiq bilirəm, qiyamət günü kişnəyən bir atı daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Biriniz, dəqiq bilirəm, qiyamət günü bir parça dərini daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Bunu altı kitabdan heç biri rəvayət etməmişdi.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da Zuhridən, o Ürvədən eşitmişdir ki, deyir: Bizə Əbu Umeyd əl-Səidi xəbər verdi və dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Əzd qəbiləsindən İbn Lutbiyyə adı ilə tanınan bir adamı zəkatda çalışmaq üçün işə götürdü. O gəlib dedi: “Bu sizindir, bu da mənə hədiyyə edildi.” Rəsulullah (salləllahu aleyhi və səlləm) minbərə çıxıb dedi: “Göndərdiyimiz məmura nə olub ki, “Bu sizindir, bu da mənə hədiyyə edildi” deyir. Atasının anasının yanında evində oturduğu halda ona hədiyyə edilərdi, edilməzdi? Muhəmmədin ruhunu əlində tutan Allaha and olsun ki, biriniz zəkatdan götürsəniz, qiyamət günü mütləq onu boynunda daşıyaraq gələcəksiz. İstər nərildəyən bir dəvə olsun, istər böyürən bir inək olsun, istər mələyən bir qoyun olsun.” Sonra əllərini göyə qaldırdı. Hətta biz onun qoltuq altının ağartısını gördük. Sonra da üç dəfə təkrar etdi: “Allahım, təbliğ etdimmi?”

    Hişam ibn Ürvə bunu əlavə etmişdir: Əbu Humeyd dedi: “Bunu mən gözümlə gördüm, qulağımla eşitdim. İstəsəniz Zeyd ibn Sabitdən soruşun”. İki Şeyx bunu Sufyan ibn Ueynədən təxric etmişlər. Buxaridə bu şəkildədir: “Zeyd ibn Sabitdən soruşun.” Başqa yollarla da Zuhridən rəvayət edilmişdi. Bir yoldan da Hişam ibn Urvədən, ikisi də Urvədən bu cür rəvayət etmişdir.

    Başqa bir hədisdə, İmam Əhməd demişdir: Bizə İshaq ibn İsa danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Yəhya ibn Səiddən, o da Urvə ibn Zubeyrdən, o da Əbu Humeyddən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Məmurların hədiyyəsi talandır.” Bu hədis imam Əhmədin tək olaraq rəvayət etdiyi hədislərdən sayılır. Sənədi zəifdir. Sanki əvvəlkindən ixtisar edilibdi. Allah ən doğrusunu biləndir.

    Başqa bir hədisdə, Əbu İsa Tirmizi “Əl-Əhkam” kitabında demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Əbu Usamə danışdı, o da Davud ibn Yəzid əl-Əvdidən, o da Muğira ibn Şibldən, o da Qeys ibn Əbu Həzimdən, o da Muaz ibn Cəbəlin belə dediyini rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) məni Yəmənə göndərdi. Gedən kimi dalınca adam göndərdi. Mən də qayıtdım. O dedi: “Sənin dalınca niyə adam göndərdiyimi bilirsən? Mənim icazəm olmadan heç nə alma, çünki o talandır. Kim də talançılıq etsə talan etdiyini qiyamət günü gətirər. Səni buna görə çağırdım, indi isə işinə qayıt”. Bu hədis həsən qəribdir. Bunu yalnız bu isnadla bilirik. Bu mövzuda Adiy ibn Umeyrə, Bureydə, Mustəvrid ibn Şəddad, Əbu Humeyd və İbn Ömərdən hədislər vardır.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə İsmayıl ibn Uleyyə danışdı, bizə Əbu Həyyan Yəhya ibn Səid ət-Teymi danışdı, o da Əbu Zura ibn Ömər ibn Cərirdən, o da Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gün qalxıb bizə talandan bəhs etdi. Onu çox böyütdü və durumunu qabartdı. Sonra da dedi: “Birinizi qiyamət günü boynunda nərildəyən bir dəvə ilə mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Birinizi qiyamət günü çiynində kişnəyən bir atla mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Birinizi qiyamət günü çiynindən sallanan bir parça dəri ilə mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Birinizi qiyamət günü çiynində qızıl və gümüş torbası ilə mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Bunu iki Şeyx Əbu Həyyandan bu cür rəvayət etmişdir.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Yəhya ibn Səid danışdı, o da İsmayıl ibn Əbu Xaliddən, mənə Qeys danışdı, o da Adiy ibn Umeyrə əl-Kindidən dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ey insanlar, içərinizdən kim bizə bir iş gördüyü halda bizdən bir iynə və ya daha sadə bir şey gizlədərsə, o talançıdır. Onu qiyamət günü gətirər.” Ənsardan qara dərili bir adam ayağa durdu – Mücalid dedi: O, Said ibn Ubadə idi. Hələ də gözümün qabağındadır – və dedi: “Ey Allahın Rəsulu, məni vəzifəmdən azad et.” O da: ”Nə olub?” – dedi. Kişi: “Sənin belə-belə dediyini eşitdim” — dedi. O da: “Mən indi də deyirəm; kimi bir işə cəlb etdiksə azı da, çoxu da bizə gətirsin. Ondan özünə veriləni götürər, verilməyəni də götürməz” –dedi.” Müslim ilə Əbu Davud da İsmayıl ibn Əbi Xaliddən belə rəvayət etmişdir.

    Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Əbu Müaviyə danışdı, bizə Əbu İshaq əl-Fəzari danışdı, o da İbn Cüreycdən, mənə Əbu Rafi ailəsindən olan Mənbuz rəvayət etdi, o da Fadl ibn Ubeydullah ibn Əbi Rafidən, o da Əbu Rafidən rəvayət edərək dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) əsr namazını qıldıqdan sonra bəzən Abdul-Əhşəl oğullarının yanına gedər, məğrib yaxınlaşana qədər onlarla danışardı. Əbu Rafi deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) sürətlə məğrib namazına qayıdarkən, Bəqi qəbiristanlığının yanından keçərkən iki dəfə dedi: “Uf sənə, uf sənə.” Mənə tərəf təkbir aldı, mən də geri çəkildim, məni qəsd etdiyini düşündüm. Sonra dedi: “Nə olub sənə?.. Yeri.” Mən də: “Ey Allahın Rəsulu, nə isə bir hadisə baş verib?” – dedim. O da: “Bu nə deməkdir?” – dedi. Mən də: “Mənə uf dedin” – söylədim. O da: “Xeyr. Bu filankəsin qəbridir. Onu filan qəbiləyə zəkat məmuru olaraq göndərmişdim. O da cızıqlı bir əba oğurladı. İndi oğurladığı qədər alovdan köynək geyindirildi”- dedi.

    Başqa bir hədis, İmam Əhmədin oğlu Abdullah demişdir: Bizə Abdullah ibn Səlim əl-Kufi əl-Məfluc Məkkədə danışdı, bizə Ubeydə ibn Əsvəd danışdı, o da Qasım ibn Vəliddən, o da Əbu Sadiqdən, o da Rabia ibn Nəciddən, o da Ubadə ibn Samitdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) qənimət dəvəsinin yanından bir təzək götürdü və sonra dedi: “Mənim nəzərimdə bu, sizlərdən birinin nəzərindəki ilə eynidir.” Əli-əyrilikdən çəkinin. Çünki əli-əyrilik qiyamət günü insan üçün bir rüsvayçılıqdı. Sap, iynədən tutmuş daha kiçik nə varsa hamısını təhvil verin. Allah yolunda yaxınla, uzaqla, yaşadığınız yerdə və səfərdə cihad edin. Çünki cihad cənnət qapılarında bir qapıdır. Bu bir həqiqətdir ki, Allah onunla insanı qəm və kədərdən xilas edir. Allahın hədlərini yaxına və uzağa tətbiq edin. Bu xüsusda qınayanın qınağından qorxmayın.” İbn Macə də bir qismini Məfluçdan eyni ilə rəvayət etmişdir.

    Başqa bir hədis, Amr ibn Şuaybdan, o da atasından, o da babasından rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)  demişdir: “İynədən ipliyə hər şeyi təhvil verin. Çünki əli-əyrilik qiyamət günündə sahibi üçün ardır, alovdur və alçaqlıqdır.”

    Başqa bir hədis, Əbu Davud demişdi: Bizə Osman ibn Əbu Şeybə danışdı, bizə Cərir danışdı, o da Mutarrifdən, o da Əbul-Cəhmdən, o da Əbu Məsud əl-Ənsaridən demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) məni zəkat toplamağa göndərdi, sonra da dedi: “Get, ey Əbu Məsud, qiyamət günündə səni zəkat dəvələrindən oğurlayıb nərildəyən bir dəvəni kürəyində daşıyan görməyim” – dedi. Mən də: ”Elə isə getməyim” – dedim. O da: “Sən bilərsən, səni məcbur etmirəm” – dedi. Bunu yalnız Əbu Davud rəvayət etmişdir.

    Başqa bir hədis, Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhamməd ibn Əhməd ibn İbrahim rəvayət etdi, bizə Muhamməd ibn Osman ibn Əbi Şeybə rəvayət etdi, bizə Abdulhamid ibn Saleh rəvayət etdi, bizə Əhməd ibn Əban rəvayət etdi, o da Alqamə ibn Mərsəddən, o da İbn Bureyrədən, o da atasından rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Cəhənnəmə bir daş atılar, 70 il düşər amma dibinə çatmaz, oğurlanmış mal da gətirilər, onu da Cəhənnəmə atarlar, sonra onu oğurlayana: “Onu gətir” deyilər. Məhz Allah Təalanın  “Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr” deməsi budur.

    Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Haşim ibn Qasım danışdı, bizə İkrimə ibn Ammar danışdı, mənə Simak əl-Hənəfi Əbu Zəmil danışdı, mənə Abdullah ibn Abbas danışdı, mənə Ömər ibn Xəttab danışıb dedi ki, Xeybər döyüşü bitəndə Rəsulullahın  (salləllahu aleyhi və səlləm) bəzi əshabı: “Filankəs şəhiddir”, “filankəs şəhiddir” dedilər. Sonda: “Filankəs də şəhiddir?” – dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Xeyr, mən onu oğurladığı bir arxalığa, bir rəvayətdə isə əbaya görə Cəhənnəmdə gördüm” – dedi. Sonra Rəsulullah  (salləllahu aleyhi və səlləm): “Ey Xəttabın oğlu, get insanlara “Cənnətə ancaq möminlər girər” deyə elan et” – dedi. O da dedi: “Çıxıb: “Cənnətə ancaq möminlər girər !” – deyə səsləndim”. Müslim ilə Tirmizi də İkrimə ibn Ammar hədisindən eyni cür rəvayət etmişlər. Tirmizi: ”Həsən, səhihdir” – demişdir.

    Ömərdən (radiyallhuanh) başqa bir hədis: İbn Cərir demişdir: “Mənə Əhməd ibn Abdurrahman ibn Vəhb danışdı, mənə Abdullah ibn Vəhb danışdı, mənə Amr ibn Haris xəbər verdi ki, ona Musa ibn Cübeyr danışdı ki, Abdullah ibn Abdurrahman ibn Habbab əl-Ənsari, ona da Abdullah ibn Uneys danışdı ki, o və Ömər ibn Xəttab bir gün zəkat haqqında danışırdılar. Ömər ibn Xəttab: “Rəsullahın (salləllahu aleyhi və səlləm) zəkatdan oğurlama haqqında: ”Kim bir dəvə və ya qoyun oğurlayarsa, qiyamət günü onu yüklənərək gələr” – dediyini eşitmədinmi?” – dedi. Abdullah ibn Üneys də: “Bəli” – dedi.” Bunu İbn Macə də Amr ibn Səvbandan, o da Abdullah ibn Vəhbdən eyni ilə rəvayət etmişdi.

    Başqa bir hədisdə İbn Cərir demişdir: Bizə Səid ibn Yəhya əl-Əməvi danışdı, bizə atam danışdı, bizə Yəhya ibn Said danışdı, o da Nafidən, o da İbn Ömərdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Sad ibn Ubadəni zəkat məmuru olaraq göndərdi və dedi: “Ey Sad, nə badə, qiyamət günündə belində nərildəyən bir dəvə daşıyaraq gələsən”. O da: “Nə bu vəzifəni alaram, nə də onunla gələrəm” – dedi və istefa verdi. Peyğəmbərimiz də istefasını qəbul etdi.” Sonra bunu İbn Cərir, Ubeydullah Nafi vasitəsi ilə də eyni cür rəvayət etmişdir.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Əbu Said danışdı, bizə Abduləziz ibn Muhamməd danışdı, bizə Saleh ibn Muhamməd ibn Zaidə danışdı, o da Salim ibn Abdullahdan nəql etdi ki, o Məsləmə ibn Abdulməlik ilə birlikdə Rum torpağında idi. Bir adamın əşyaları arasında oğurluq bir mal tapıldı. O dedi: Bu haqda Salim ibn Abdullahdan soruşdu, o da: “Mənə atam Abdullah danışdı, o da Ömər ibn Xəttabdan (radiyallahu anh) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kimin əşyaları arasında oğurluq mal tapsanız onu yandırın”. Bir rəvayətdə isə, səhv etmirəmsə: “Onu döyün” – demişdir. Həmin adamın əşyasını bazara çıxartdı. Arasında bir mushaf tapdı. Salimdən soruşdu, o da: “Onu sat və pulunu sədəqə ver” – dedi. Bunu Əli ibn Mədini, Əbu Davud və Trimizi də Abdulaziz ibn Muhamməd əd-Dəraverdinin hədisindən rəvayət etmişdir. Əbu Davud ilə Əbu İshaq əl-Fəzari bunu əlavə etmişlər, ikisi də Əbu Vaqid əl-Leysi əs-Sağir Salih ibn Muhamməd ibn Zaidədən eynisini rəvayət etmişlər.

    Əli ibn Mədini, Buxari və digərləri də demişlər: “Bu Əbu Vaqidin rəvayəti olaraq münkər bir hədisdir.” Daraqutni: “Doğru olan bunun Salimin fətvası olmasıdır” – demişdir. İmam Əhməd ibn Hənbəl ilə onun ardınca gedənlər bu hədisin tələbinə uyğun əməl edilməsi rəyində olmuşlar. Bunu Əl-Əməvi Muviyədən, o da Əbu İshaqdan, o da Yunis ibn Ubeydədən, o da Həsəndən rəvayət etmişdir. Həsən: “Çırpışdıranın yükü çıxardılar, içindəkilərlə birlikdə yandırılar” – demişdir. Sonra Muaviyədən, o da Əbu İshaqdan, o da  Osman ibn Atadan,  o da atasından, o da Əlidən (radiyallahu anh) onun belə dediyini rəvayət etmişdir: “Oğurlayanın yükü bir yerə yığılar, yandırılar, özü isə kölədən bir az daha yüngül şəkildə kötəklənir, payına düşən də verilməz.” Əbu Hənifə, Malik, Şafii və cumhur bunun əksini iddia etmiş və: “Oğurlayanın malı yandırılmaz, hər bir kəs kimi cəzalandırılar” — demişdir. Buxari demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) qənimətdən oğurluq edənin namazını qılmaq istəmədi, əşyalarını da yandırmadı.” Allah ən doğrusunu biləndir.

    İmam Əhməd demişdir: Bizə Əsvəd ibn Amr danışdı, bizə İsrail rəvayət etdi, o da Əbu  İshaqdan, o da Cubeyr ibn Malikdən rəvayət edib dedi: “(Oğurlanmış) Mushafların qaralanması əmr edildi.” Davam edib deyir ki, İbn Məsud demişdir: “Aranızdan kim, mushaf oğurlaya bilirsə oğurlasın, çünki qiyamət günü oğurladığı şeylə gələr.” Sonra dedi: “Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) ağzından yetmiş surə eşidib oxudum, Rəsulullahın (salləllahu aleyhi və səlləm) ağzından eşitdiyimi tərk edərəmmi?”

    Vəki təfsirində Şərikdən, o da İbrahim ibn Muhacirdən, o da İbrahimdən rəvayət edir ki, Mushafların yandırılması əmr edildikdə, Abdullah ibn Məsud dedi: ”Ey insanlar, mushaflları oğurlayın, çünki insan qiyamət günü oğurladığı şeylə gələr. Birinizin qiymət günü oğurladığı mushafla gəlməsi nə gözəldir.” Əbu Davud demişdir: Səmurə ibn Cündəbdən, o belə demişdir: ”Rəsulullah (salləllahu aleyhi və səlləm) bir qənimət əldə etdiyi zaman Bilala əmr edərdi ki, insanlara çar çəksin. Sonra qənimətlərini gətirərdilər. Onu beş yerə bölər və paylayardı. Bir adam elandan sonra bir nazik yüyən gətirdi və: “Ey Allahın Rəsulu, bu qənimətdən əldə etdiyim bir şeydir” – dedi. O da: ”Bilalın üç dəfə car çəkdiyini eşitdinmi?” – dedi. Kişi: “Bəli” – dedi. O da: “Nə üçün o zaman gətirmədin?” – dedi. Adam üzr istədi. O da: “Xeyr, onu qiyamət günü gətirəcəksən. Mən bunu səndən qəbul etmərəm.” – dedi.

    Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!” Yəni, Allahın halal etdiyi şeylərdə rızasını axtarıb, razılığını və bol savabını haqq edən və ağır əzabından qurtulanla, Allahın qəzəbinin haqq edən, ondan heç cürə xilas ola bilməyən birdirmi? Onu yeri qiyamət günü Cəhənnəmdir, ora nə pis qayıdış yeridir! Qurani Kərimdə bu ayənin bir çox bənzərləri vardır; “Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? ” (Rad, 19). ” Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü gətiriləcək kimsə ilə eyni ola bilərmi?”(Qasas, 61).

    “Onlar Allah dərgahında dərəcələrdə olacaqlar”. Həsən Bəsri ilə Muhaməd ibn İshaq demişlər: “Yəni xeyir əhli ilə şər əhli dərəcə dərəcədirlər.” Əbu Ubeydə ilə Kisai də demişlər: Mənzilləri yəni, qaldıqları yerlərdə, cənnətdəki dərəcələrdə və cəhənnəmdəki qatlarda fərqlidirlər.” Bu ayədə də belədir: “Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir.”(Ənam, 132). Buna görədir ki, “Allah onların nə etdiklərini görür!” demişdir. Yəni, onlara bunun əvəzini ödəyəcək; onlara nə zülm olaraq xeyirlərini azaldar, nə də şərlərini artırmaz; Əksinə hər əməl edənə əməlinin əvəzini verər.

    Allah möminlərə, öz aralarından bir Elçi göndərməklə mərhəmət göstərmişdir.” Yəni, öz cinslərindən deməkdir. Bu zaman onunla bir yerdə danışa, sual soruşa,  oturub dura və faydalana bilərlər. Necə ki, belə demişdir: ”Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması da Onun dəlillərindəndir.” (Rum, 21).Yəni cinsinizdən deməkdir. Allah Təala belə demişdir: De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur” (Kəhf, 110).Yenə Allah Təala belə buyurmuşdur:  “Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar” (Furqan, 20).“Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik”(Yusif, 109) və belə buyurmuşdur: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən elçilər gəlmədimi?” (Ənam, 130). Onlara göndərilən elçilərin öz cinslərindən olması onlar üçün daha böyük nemətdir.  Çünki o zaman onunla danışa bilər, onunla qarşı-qarşıya söhbət edə bilərlər. Bunun üçün də Allah Təala demişdir: “onlara ayələrini oxuyan” yəni, Quranı oxuyar. “onları təmizləyən” yəni, onlara yaxşı işləri əmr edər və pis işləri qadağan edər ki, onların nəfslərini təmizləsin. Onları şirk və cahiliyyə hallarında yoluxduqları piş və murdar işlərdən pak etsin. “onlara Kitabı və Hikməti öyrədən” – yəni, Quranı və Sünnəni deməkdir. “Halbuki əvvəllər onlar” yəni, bu elçidən əvvəl “açıq-aydın azğınlıqda idilər.”  Yəni, aydın görünən azğınlıq və cəhalət içində deməkdir ki, bu da hər kəs üçün bəllidir.

     

  • 160

    Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!

    159-cu ayənin təfsirinə bax.

  • 161

    Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.

    159-cu ayənin təfsirinə bax.

  • 162

    Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!

    159-cu ayənin təfsirinə bax.

  • 163

    Onlar Allah dərgahında dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!

    159-cu ayənin təfsirinə bax.

  • 164

    Allah möminlərə, öz aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.

    159-cu ayənin təfsirinə bax.

  • 165

    Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.

    “Başınıza bir müsibət gəldiyi zaman,” bu Uhudda onlardan yetmiş nəfərin öldürülməsidir. “Siz ikiqat müsibət gətirmiş olduğunuz halda”, yəni Bədir döyüşündə, çünki onlar müşriklərdən yetmiş kişi öldürdülər və yetmiş kişi əsir götürdülər. “Bu, haradan gəldi?”– söylədiniz” yəni, bu haradan gəldi başımıza. “De ki: “Bu, sizin özünüzdəndir!”

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbubəkr ibn Əbu Şeybə xəbər verdi, bizə Qurad əbu Nuh danışdı, bizə İkrimə ibn Əmmar danışdı, bizə Simak əl-Hənəfi əbu Zumeyl danışdı, mənə İbn Abbas danışdı, mənə Ömər ibn Xəttab danışdı, o dedi: Növbəti il Uhud döyüşü başlayanda, Bədir döyüşündə fidyə aldıqlarına görə cəzaya uğradılar. Onlardan yetmiş kişi öldürüldü. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri onu qoyub qaçdılar. Kəsici dişləri qırıldı, başındakı dəbilqə parçalandı və qan üzünə axdı. Allah təala bu ayəni nazil etdi: “Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Yəni fidyə almanızdandır.

    İmam Əhməd də Əbdurrəhman ibn Ğəzvandan, o, Qurad əbu Nuhdur, sənədlə rəvayət etmişdir. Ancaq bundan daha uzundur. Həsən Bəsri də belə demişdir.

    İbn Cərir demişdir: Bizə Qaşım danışdı, bizə Hüseyn danışdı, bizə İsmayıl ibn Uleyyə danışdı, o da İbn Avndan, o da Muhəmməddən, o da Ubeyddən; başqa sənədlə Suneyd – o, Hüseyndir – dedi: Mənə Həccac danışdı, o da Cərirdən, o da Muhəmməddən, o da Ubeydədən, o da Əlidən (radiyallahu ənh), o dedi: “Cəbrayıl Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Muhəmməd, qövmünün əsir alması Allaha xoş getmədi. Sənə onları iki şey arasında sərbəst buraxmağı əmr etdi: Ya önə çıxacaqlar, boyunları vurulacaq, ya da onların sayları qədər öldürülmək şərti ilə fidyə alacaqlar.” Deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) insanları çağırdı və vəziyyəti onlara izah etdi. Onlar dedilər: “Ey Rəsulullah, onlar bizim tayfamız və qardaşlarımızdır, fidyələrini alıb düşmənlə döyüşməyə güc qazansaq və içimizdən onların sayı qədər şəhid versək, xoşumuza gəlməyən bir şey baş verməz.” Beləcə onlardan Uhudda Bədirdəki əsirlərin sayı qədər adam öldürüldü.” Bunu Nəsai ilə Tirmizi, Əbu Davud əl-Hafridən, o da Yəhya ibn Zəkəriyyə ibn Əbu Zəiddən, o da Sufyan ibn Səiddən, o da Hişam ibn Həssəndən, o da Muhəmməd ibn Sirindən bu cür rəvayət etmişdir. Sonra Tirmizi demişdir: “Həsən qəribdir. Bunu yalnız İbn Əbu Zaidə hədisindən bilirik. Əbu Usamə də Hişamdan bənzərini rəvayət etmişdir. İbn Sirindən, o da Ubeydədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) mürsəl olaraq rəvayət etmişdir.”

    Muhəmməd ibn İshaq, İbn Cureyc, Rəbi ibn Ənəs və Suddi demişlər: “De ki: “Bu, sizin özünüzdəndir!” yəni, Rəsulullah (salləllahu aleyhi və səlləm) sizə “yerlərinizdən tərpənməyin” əmrini verdikdə ona asi olmanız səbəbindən baş verdi. Burada qəsd olunanlar, oxatanlardı. “Həqiqətən, Allah hər şeyə qadirdir” yəni, dediyini edər, istədiyi şeyə hökm edər, onun qərarını dəyişdirən olmaz.

    Sonra Allah təala buyurdu: “İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu” yəni düşməninizin qarşısından qaçmağınız, içinizdən bəzilərinizin öldürülüb bəzilərinin yaralanması, Allahın qəza və qədəri ilədir. Bunda Onun bir hikməti vardır. “Möminləri aşkara çıxartsın” yəni, səbir edənləri, sabit olanları və sarsılmayan möminləri.

    Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün,!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər” Burada Abdullah ibn Ubey ibn Səlulun adamları nəzərdə tutulur. Hansılar ki, onunla birgə yoldan geriyə qayıtdılar. Möminlərdən bəziləri arxalarına düşüb onları geri qayıtmağa və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) yardım etməyə çağırdılar. Buna görə “yaxud müdafiədə durun” deyilmişdir. İbn Abbas, İkrimə, Səid ibn Cubeyr, Dəhhak, Əbu Salih, Həsən və Suddi demişlər: “Yəni, müsəlmanların qaraltı şəkilini çoxaldın.” Həsən ibn Salih demişdir: “Dua ilə qorunun.” Başqası da demişdir: “Keşik çəkin.”

    Deyənlər səbəb gətirərək: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər” Mucahid demişdir: Yəni, döyüşəcəyinizi bilsək sizə qatılarıq, amma döyüşməyəcəksiniz.

    Muhəmməd ibn İshaq demişdir: Mənə Muhamməd ibn Muslim ibn Şihab əz-Zuhri, Muhəmməd ibn Yəhya ibn Hibban, Asim ibn Ömər ibn Qatadə, Hüseyn ibn Əbdurrəhman ibn Amr ibn Sad ibn Muaz və digər alimlərimiz hamılıqla danışıb dedilər: Rəsulullah (salləllahu aleyhi və səlləm) min səhabəsi ilə Uhud döyüşünə çıxanda, Uhud ilə Mədinə arasında Səvt bölgəsinə çatanda, Abdullah ibn Ubey ibn Səlul insanların üçdə biri ilə geri döndü və dedi: “Muhəmməd onları dinlədi çıxdı, məni dinləmədi. Allaha and olsun ki, ey insanlar, burada özümüzü nə üçün ölümə atdığımızı bilmirəm.” Ona qoşulan munafiq və şübhə içində olanlar ilə birgə geri qayıtdılar. Sələmə oğullarının qardaşı Abdullah ibn Amr ibn Haram da onların arxasınca düşüb dedi: “Ey qövmüm, sizə Allahı xatırladıram.  Peyğəmbərinizi və qövmünüzü qarşıdakı düşmənlə baş-başa köməksiz qoymayın”. Onlar dedilər: “Əgər biz savaşacağınızı bilsəydik, sizi tərk etməzdik, amma döyüşün olacağını görmürük. Asilik edib geri dönməkdə davam etdikdə, o dedi: “Allah sizin kimi Allah düşmənlərini rəhmətindən uzaq etsin, inşəAllah sizə möhtac olmarıq.” Rəsulullah (salləllahu aleyhi və səlləm) yoluna davam etdi.”

    Əziz və cəlil olan Allah demişdir: “Onlar o gün imandan çox küfrə yaxın idilər”. Alimlər buradan bu hökmü çıxartdılar: Bir insan haldan hala keçə bilər, bəzən küfrə yaxın olur, bəzən də imana. Çünki Allah təala buyurur: “Onlar o gün imandan çox küfrə yaxın idilər”.

    Sonra Allah təala buyurur: “Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər”, yəni, onlar bir söz deyirlər, lakin doğru olduğuna inanmırlar. Bunlardan biri də:  “Əgər biz savaşacağınızı bilsə idik, sizə tabe olardıq” sözüdür. Çünki onlar müşriklərin uzaq diyarlardan gəldiklərini, Bədirdə başçılarını itirdiklərinə görə müsəlmanlarla döyüşməyə can atdıqlarını bilirdilər. Üstəlik müsəlmanlardan bir qədər artıq idilər. Buna görə döyüşün mütləq olacağını bilirdilər. Buna görə Allah buyurur: “Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir”.

    Sonra buyurdu: “Oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər” yəni, evdə oturub savaşa çıxmamaq barəsində tövsiyəmizi dinləsəydilər, ölənlərin içində olmazdılar. Allah təala: de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!” yəni, əgər evdə oturmaq insanı ölümdən və öldürülməkdən qurtarırsa, o zaman sizin ölməməniz lazımdır. Lakin möhkəm qalalarda olsanız belə ölüm sizə gələcəkdir. Əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın. Mucahid, Cabir ibn Abdullahdan demişdir: Bu ayə, Abdullah ibn Ubey ibn Səlul ilə adamları haqqında nazil edilmişdir.

  • 166

    İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın

    165-ci ayənin təfsirinə bax.

  • 167

    və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.

    165-ci ayənin təfsirinə bax.

  • 168

    Oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”

    165-ci ayənin təfsirinə bax.

  • 169

    Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.

    Allah təala şəhidlərdən xəbər verir; onlar bu yurdda öldürülsələr də ruhlarının qərar yurdunda diri olduğunu bildirir. Muhəmməd ibn Cərir demişdir: Bizə Muhəmməd ibn Mərzuq danışdı, bizə Amr ibn Yunus danışdı, o da İkrimədən, bizə İbn İshaq ibn əbu Talha danışdı, mənə Ənəs ibn Məlik, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Məuna quyusuna sahib camaatın üstünə göndərdiyi əshabələri haqqında belə dedi: “Bilmirəm qırx yoxsa yetmiş nəfər idilər. Suyun başında da Amir ibn Tufeyl əl-Cəfəri var idi. Səhabələr çıxdılar və suyun üzərindəki bir mağaraya çatdılar. Orada dayandılar və bir-birinə dedilər: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) sözünü hansınız bu suyun sahiblərinə elan edəcək?” Guman edirəm İbn Milhan əl-Ənsari: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) sözünü mən elan edərəm” – deyib çıxdı. Qəbilələrdən birinə yaxınlaşıb, evlərin qarşısında gizləndi. Sonra dedi: “Ey Məuna quyusunun camaatı, mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) sizə olan elçisiyəm, şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Muhəmməd onun qulu və elçisidir. Allaha və Rəsuluna iman edin”. Evin tinindən bir adam çıxıb nizə ilə onun böyüründən elə vurdu ki, nizə digər tərəfindən çıxdı. O dedi: “Kəbənin Rəbbinə and olsun ki, mən qazandım”. İzinə düşüb yoldaşları olduğu mağaraya gəldilər. Amr ibn Tufeyl hamısını öldürdü.

    İbn İshaq demişdir: Mənə Ənəs ibn Məlik danışdı ki, Allah onların haqqında bu ayəni nazil etdi: “Bizdən qövmümüzə çatdırın ki, biz Rəbbimizə qovuşduq. O bizdən razı oldu, biz də Ondan razı olduq”. Sonra bu ayə müəyyən bir vaxt Quran olaraq oxunduqdan sonra  nəsx edildi. Allah bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”.

    Muslim Səhih əsərində demişdir: Bizə Muhamməd ibn Abdullah ibn Numeyr danışdı, bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Abdullah ibn Murrədən, o da Məsruqdan deyir ki, Abdullahdan “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” ayəsi barəsində soruşduq. O dedi: Biz də bunu  Rəsulullahdan soruşduq, o belə dedi: “Onların ruhları yaşıl quşların qursağındadır. Onlar üçün Ərşdən asılan qəndillər vardır. Cənnətin istədiyi yerində dolaşıb sonra o qəndillərdə məskunlaşırlar. Rəbbləri onlara dedi: “Könlünüz nə istəyir?” Onlar dedilər: “Nə istəyəcəyik? Biz cənnətin istədiyimiz yerində gəzirik”. O bunu üç dəfə soruşdu. Sualın bitməyəcəyini anlayanda onlar dedilər: “Ey Rəbbimiz, səndən ruhlarımızı yenidən cəsədlərimizə qaytarmağını və Sənin yolunda bir daha öldürülməyimizi istəyirik”. O da başqa ehtiyacları olmadığını gördükdə, onları buraxdı.” Bunun bənzəri Ənəs və Əbu Səid hədisindən rəvayət edilmişdir.

    Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Abdussaməd danışdı, bizə Hamməd danışdı, bizə Sabit danışdı, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ölüb, Allah qatında xeyir içində olan heç bir nəfs dünyaya qayıtmaq istəməz, şəhidlər istisnadır. O dünyaya qayıdıb bir daha öldürülmək istəyir, çünki şəhidliyin fəzilətini görmüşdür.” Bunu yalnız Hammad yolu ilə Muslim rəvayət etmişdir.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Əli ibn Abdullah əl-Mədini danışdı, bizə Sufyan danışdı, o da Muhamməd ibn Əli ibn Rabia əs-Suləmidən, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Cabirdən dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Allahın atanı diriltdiyi mənə bildirildi. Ona deyildi: “Məndən istə.” O da dedi: “Dünyaya göndərilmək və bir daha öldürülmək.” Allah buyurdu: “Onların bir daha qayıtmayacaqlarına hökm verdim”. Bunu bu yöndən yalnız Əhməd rəvayət etmişdir.

    İki Səhihdə və digərlərində belə nəql edilmişdir: Cabirin atası, Abdullah ibn Amr ibn Haram əl-Ənsari (radiyallahu ənh) idi. Uhudda şəhid oldu.

    Buxari demişdir: Əbu Valid dedi: Şubədən, o da İbn Munkədirdən: Cabirdən belə eşitdim: Atam ölən zaman ağlamağa və üzündəki örtüyü açmağa başladım. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri bunu mənə qadağan etməyə başladılar, Rəsulullah (salləllahu aleyhi və səlləm) isə qadağan etmədi və dedi: “Onun üçün ağlama, mələklər onu göyə qaldırana qədər qanadları ilə kölgələndirdilər.” Buxari, Muslim və Nəsai bunu başqa yolla Şubədən, o da Muhəmməd ibn Munkədirdən, o da Cabirdən sənədlə rəvayət etmişlər. Cabir demişdir: “Atam Uhudda öldürüləndə onun üzünü açıb ağlamağa başladım.” Hədisin sonu yuxarıdakı kimi tamamlanmışdır.

    Başqa bir hədisdə, İmam Əhməd demişdir: Bizə Yaqub danışdı, bizə atam danışdı, o da İbn İshaqdan, bizə İsmayıl ibn Uməyyə ibn Amr ibn Səid danışdı, o da Əbuzzubeyr əl-Məkkidən, o da İbn  Abbasın belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Uhudda qardaşlarınızın başına gələnlərdən sonra Allah onların ruhlarını yaşıl quşların içinə qoydu. Onlar cənnət çaylarına girər, meyvələrindən yeyər və Ərşin altındakı qızıl qəndillərdə məskunlaşarlar. Gözəl yemək, içmək və gəzmək yeri görüb deyərlər: “Kaş ki, qardaşlarımız Allahın bizə verdiyini bilib cihada xor baxmazlar, savaşdan üz çevirməzlər.” Əziz və Cəlil olan Allah buyurdu: “Sizin yerinizə Mən çatdıraram.” Sonra Allah bu ayələri nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” və növbəti ayələr.

    İmam Əhməd bu cür rəvayət etmişdir. Onu İbn Cərir də rəvayət etmişdir: Yunusdan, o da İbn Vəhbdən, o da İsmayıl ibn Əyyaşdan, o da Muhəmməd ibn İshaqdan bu isnadla rəvayət etmişdir. Onu Əbu Davud və Hakim “Mustədrək” əsərində Abdullah ibn İdrisdən, o da Muhəmməd ibn İshaqdan, o da İsmayıl ibn Umeyyədən, o da Əbuzzubeyrdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan (radiyallahu ənh) rəvayət etmişdir. Sonra onu zikr etdi. Bu daha sabitdir. Bunu həmçinin Sufyan Səvri də, Səlim əl-Əftasdan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir.

    Hakim də Mustədrəkində, Əbu İshaq əl-Fəzari hədisindən, o da Sufyandan, o da İsmayıl ibn Əbu Xaliddən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, o demişdir: Bu ayə Həmzə və qardaşları haqqında nazil edildi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. Sonra Hakim dedi: İki Səhihin şərtinı uyğundur, onlar təxric etməmişlər. Qatadə, Rəbi və Dəhhak demişlər: Uhud şəhidləri haqqında nazil edilmişdir.

    Başqa bir hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər danışdı, bizə Harun ibn Süleyman danışdı, bizə Əli ibn Abdullah əl-Mədini xəbər verdi, bizə Musa ibn İbrahim ibn Kəsir ibn Bəşir ibn Fəkih əl-Ənsari xəbər verdi, Talha ibn Xiraş ibn Əbdürrəhman ibn Xiraş ibn Simməh əl-Ənsaridən eşitdim, o dedi: Cabir ibn Abdullahdan belə dediyini eşitdim: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gün mənə baxıb dedi: “Niyə üzülürsən?” Mən də dedim: “Ey Allahın Rəsulu atam şəhid oldu, mənə borc və böyük ailə saxladı.” O dedi: “Sənə xəbər verim ki, Allah hamı ilə pərdə arxasından danışdı, sənin atan ilə isə üz-üzə danışdı və dedi: Məndən istə sənə verim.” O dedi: “Səndən dünyaya qayıdıb sənin yolunda ikinci dəfə öldürülməyimi istəyirəm.” Əziz və cəlil olan Allah dedi: “Mənim “Onlar qayıtmayacaq” sözüm keçmişdir.” O da dedi: “Ey Rəbbim, arxamdakılara bunu çatdır.” Allah təala da bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir”. Sonra bunu başqa yoldan Muhəmməd ibn Süleyman ibn Subet əl-Ənsaridən, o da atasından, o da Cabirdən bənzər şəkildə rəvayət etmişdir.

    Bunu Beyhaqi də “Dəlailun-Nübüvvə” əsərində Əli ibn əl-Mədini yolundan bu cür rəvayət etmişdir. Bunu yenə Beyhaqi, Əbu Ubadə əl-Ənsaridən – o, İsa ibn Əbdürrəhmandır, inşəAllah – o da Zuhridən, o da Urvədən rəvayət etmişdir, o da Aişədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ey Cabir sənə müjdə verim?” O da dedi: “Bəli, Allah da sənə xeyir müjdəsi versin.” O dedi: “Allahın sənin atanı dirildib, ona belə dediyini bilirəm: Ey qulum, məndən nə istəsən, sənə verəcəm.” O da dedi: “Ey Rəbbim, mən sənə haqqı ilə ibadət edə bilmədim, səndən məni dünyaya qaytarmağını, Peyğəmbər ilə bərabər savaşmağımı və sənin yolunda yenidən öldürülməyimi istəyirəm.” Allah buyurdu: “Dünyaya qaytarılmayacaqlar” barəsində mənim sözüm keçmişdi”.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Yaqub danışdı, bizə atam danışdı, o da İbn İshaqdan, bizə Haris ibn Fudeyl əl-Ənsari danışdı, o da Mahmud ibn Ləbiddən, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Şəhidlər cənnətin qapısında axan çayın başında yaşıl bir qübbə içindədirlər. Ruziləri səhər axşam Cənnətdən çıxar.” Bunu yalnız Əhməd rəvayət etmişdir.

    Bunu İbn Cərir də Əbu Kureybdən rəvayət edərək demişdir: Bizə Abdurrəhim ibn Suleyman ilə Ubeydə danışdılar, onlar da Muhəmməd ibn İshaqdan bu cür danışdılar. Bu yaxşı bir isnaddır.

    Sanki şəhidlər qisim qisimdir, bəzilərinin ruhları Cənnətdə dolaşır, bəzilərinin ruhları isə, Cənnət qapısındakı çayda. Bəlkə hamısının gəzintisi bu çaylarda sona yetir, orada toplanırlar. Ruziləri səhər axşam orada verilir. Allah ən doğrusunu biləndir.

    İmam Əhmədin Musnədindəki rəvayətə görə bu müjdə bütün möminlərə verilmişdi. Hamısının ruhları cənnətdə olacaq və orada gəzəcək. Meyvələrindən yeyəcək, oradakı sevinci dadacaqlar, Allahın onlar üçün hazırladığı nemətləri gözləri ilə görəcəklər. Bu da sağlam və möhtəşəm bir isnadla rəvayət edilmişdir. Tabe olunan dörd məzhəb imamlarından üçü bir yerdə həmin sənəddədir. Çünki İmam Əhməd (rəhmətulahi aleyh) onu Muhəmməd ibn İdris əş-Şəfiidən (rəhmətulahi aleyh), o da Malik ibn Ənəs əl-Əsbahidən (rəhmətulahi aleyh), o da Zuhridən, o da Əbdürrəhman ibn Kəb ibn Məlikdən, o da atasından (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Möminin ruhu bir quşdur, Cənnətin ağacından yeyər, Allah onu cəsədinə döndərəcəyi günə qədər belə davam edər.” Hədisdə keçən “yəluqu” sözü, “yeyər” deməkdir. Hədisdə belə deyilmişdir: “Möminin ruhu Cənnətdə quş şəklindədir.”

    Şəhidlərin ruhlarına gəldikdə, yuxarıda keçdiyi kimi, yaşıl quşların qursaqlarındadır. Onlar digər möminlərin ruhlarına görə ulduzlar kimidir. Çünki onlar özbaşına uçarlar. Kərəm sahibi Allahdan bizi imanla öldürməsini diləyirik.

    Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir”. Yəni Allah yolunda öldürülən şəhidlər Rəbbləri qatında diridirlər. İçindəki olduqları nemətlərə sevinirlər. Özlərindən sonra Allah yolunda öldürülən möminlərin yanlarına gələcəklərindən ötürü sevinc hissi duyarlar. Gələnlər qarşılarındakı şeylərdən qorxmazlar, arxalarındakı saxladıqları şeylərdən dolayı da üzülməzlər. Allahdan Cənnəti istəyirik.

    İbn İshaq demişdir: “Sevinirlər” yəni, arxalarından gələn mücahid qardaşlarının onlara qatılıb Allahın onlara verdiyi savabdan yararlanmaqlarına sevinirlər. Suddi demişdir: Şəhidə kitab verilir içində yazılır: “Filankəs sənin yanına bu gündə gələcək, filankəs də bu gündə gələcəkdir.” O da bundan dünyadakı insanın çoxdan görmədiyi adamlarının gəldiyi vaxt sevindiyi kimi sevinir.

    Səid ibn Cubeyr demişdir: Onlar cənnətə girib şəhidlərə verilənləri görəndə deyərlər: Kaş ki, dünyadakı qardaşlarımız bu nemətlər haqqında bilərdilər. O zaman savaşın içinə qatılıb şəhid olarlar. Bizə nəsib olan xeyirdən onlar da istifadə edərlər. Rəsulullah (salləllahu aleyhi və səlləm) durumlarını və onlara verilən nemətləri barəsində xəbər verdi. Yəni, Rəbbi ona durumlarını bildirən ayəni nazil etdi. Onlar da buna sevindilər. Allahın dediyi “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir” məhz elə budur. İki Səhihdə Ənəsdən (radiyallahu ənh) Maunə quyusunda öldürülənlər haqqında belə dediyi sabit olmuşdur: Onlar yetmiş ənsar idilər. Bir səhər hamısı birdən öldürüldü. Rəsulullah (salləllahu aleyhi və səlləm) qunut tutaraq onları öldürənlərə bəd dua və lənət etdi. Ənəs deyir ki, onların haqqında bir ayə nazil oldu, onu uzun müddət oxuduq, sonra qaldırıldı “Bizdən qövmümüzə çatdırın, biz Rəbbimizə qovuşduq. O bizdən razı oldu, bizdə ondan razı olduq”.

    Sonra Allah təala dedi: “Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər” Muhəmməd ibn İshaq demişdir: Vəd edilənlərin və bol savabın yerinə yetirilməsini görəndə sevinirlər. Əbdürrəhman ibn Zeyd ibn Əsləm demişdir: Bu ayə şəhid olsun və digərləri olsun bütün möminləri əhatə edir. Allah təala harada peyğəmbərlərdən və onlara verdiyi lütfdən bəhs edibsə dərhal eynisini möminlərə verdiyini zikr etmişdir. Bunun istisnası yoxdur.

    Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər” Bu, Hamra əl Əsəd səfərində olmuşdur, müşriklər müsəlmanlara zərər yetirib şəhərlərinə qayıtdılar. Bir zaman keçdikdən sonra Mədinəni nə üçün dağıtmadıqlarını və son nöqtəni qoymadıqlarına görə peşman oldular. Bu, Rəsulullaha (salləllahu aleyhi və səlləm) agah olan kimi, müsəlmanları onları qorxutmaq üçün və ayaqda olduqlarını göstərmək üçün arxalarınca göndərdi. Cabir ibn Abdullahdan başqa, Uhudda döyüşməyənlərə qatılmağa icazə vermədi. Cabirin halını irəlidə izah edəcəyik. Müsəlmanların yaralı olmasına və ağır vəziyyətinə baxmayaraq Allah və Rəsuluna itaət etmək üçün tapşırığı yerinə yetirdilər.

    İbn Əbu Hatim demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Yəzid danışdı, bizə Sufyan ibn Ueynə danışdı, o da Amrdan, o da İkrimənin belə dediyini rəvayət etmişdir: Müşriklər Uhuddan qayıdanda dedilər: “Nə Muhəmmədi öldürdüz, nə də gənc qızları tərkinizdə gətirdiz, nə pis etdiniz, geri dönün.” Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu eşitdi. Müsəlmanlara tapşırıq verdi. Onlar Hamra əl Əsəd yaxud Biri Əbu Ueynəyə – tərəddüd Sufyandandır – çatdılar. Müşriklər dedilər: “Gələn il qayıdarıq.” Rəsulullah (salləllahu aleyhi və səlləm) də Mədinəyə qayıtdı. Bu da bir yürüş sayıldı. Buna görə Allah təala bu ayəni nazil etdi: “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və qorxanlar üçün böyük bir mükafat vardır”.

    Bunu İbn Mərduveyh də Muhəmməd ibn Mansurdan, o da Sufyan ibn Ueynədən, o da Amrdan, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir. Sonra hədisi zikr etdi.

    Muhəmməd ibn İshaq demişdir: Uhud döyüşü altıncı gün Şəvval ayının on beşinə təsadüf etdi. Bazar günü Rəsulullahın (salləllahu aleyhi və səlləm) carçısı düşməni təqib etməyə təşviq etdi. O dedi: Yalnız dünən savaşa qatılanlar gəlsin. Cabir ibn Abdullah ibn Amr ibn Haram dedi: “Ey Allahın Elçisi, atam məni yeddi bacımın başında saxlayaraq dedi: Oğlum, bu qadınları başsız qoymaq bizə yaraşmaz. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə döyüşə səni buraxmaram, bacılarınla qal. Məndə qaldım.” Rəsulullah (salləllahu aleyhi və səlləm) da ona icazə verdi. O da çıxdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) düşməni qorxutmaq, güclü olduğunu göstərmək və düşmənlərdən çəkinmədiklərini bildirmək üçün çıxdı.

    Muhəmməd ibn İshaq demişdir: Mənə Abdullah ibn Haricə ibn Zeyd ibn Sabit danışdı, o da Aişə bint Osmanın mövlası Əbu Saibin belə dediyini rəvayət etmişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən olan, Uhudda iştirak etmiş Əbdul-Əşhəl oğullarından bir nəfər dedi: Mən və qardaşım Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə Uhudda iştirak etdik. İkimiz də yaralandıq. Rəsulullahın (salləllahu aleyhi və səlləm) carçısı düşməni təqib etməyi əmr edəndə, mən qardaşıma yaxud o mənə:  “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yürüşünü qaçıracayıq? Vallahi minəcək heyvanımız yoxdur, ikimizdə yaralıyıq” – deyərək, Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə çıxdıq. Mənim yaram daha yüngül idi. Yıxıldığı vaxt onu belimə alırdım, bir zaman da piyada gedirdi. Nəticədə müsəlmanların dediyi yerə çatdıq”.

    Buxari demişdir: Bizə Muhəmməd ibn Salam danışdı, bizə Əbu Muaviyyə danışdı, o da Hişamdan, o da atasından, o da Aişənin (radiyallahu ənh) “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər” ayəsi barəsində Ürvəyə belə dediyini rəvayət etmişdir: “Ey bacım oğlu, sənin ataların Zubeyr ilə Əbubəkr (radiyallahu ənhumə) onlardan idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə müsəlmanlar Uhudda müşriklərin çəkildiyini görüb, o geri dönmələrindən qorxdu və dedi: “Arxalarınca kim gedəcək?” İçlərindən Əbubəkr ilə Zubeyr (radiyallahu ənhumə) daxil olmaqla yetmiş nəfəri hazır oldular.” Bunu Buxari bu yolla tək başına rəvayət etmişdir. Bunu Hakim Mustədrəkində Asəmdən, o da Abbas ət-Duridən, o da Əbunnadrdan, o da Əbu Səid əl-Muəddibdən, o da Hişam ibn Urvədən bu cür rəvayət etmiş, sonra demişdir: İsnadı səhihdir, təxric etməmişlər.

    Bunu İbn Macə də Hişam ibn Ammardan, Hudbə ibn Abdulvəhhabdan, o da Sufyan ibn Ueynədən, o da Hişam ibn Urvədən bu cür rəvayət etmişdir. Bunu Səid ibn Mənsur və Əbubəkr əl-Humeydi Musnədində Sufyandan belə rəvayət etmişdir.

    Bunu yenə Hakim, İsmayıl ibn Əbu Xaliddən, o da əl-Bəhiydən, o da Urvənin belə dediyini rəvayət etmişdir: Mənə Aişə demişdir: “Ey oğlum, atan yaralı ikən, Allah və Rəsulunun çağırışına cavab verən adamlardan biridir.” Sonra Hakim dedi: Səhihdir, iki şeyxin şərtinə uyğundur, təxric etməmişlər.

    Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər əsas kitabından danışdı, bizə Səmməveyh xəbər verdi, bizə Abdullah ibn Zubeyr xəbər verdi, bizə Sufyan xəbər verdi, bizə Hişam xəbər verdi, o da atasından Aişənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Sənin ataların, Əbubəkr ilə Zubeyr (radiyallahu ənhumə), yaralı ikən Allah və Rəsulunun çağırışına cavab verən adamlardan sayılırlar.” Bu hədisi sənədinə əsasən mərfu saymaq böyük xətadır. Çünki öncə qeyd etdiyimiz kimi güvənilən ravilər onu Aişənin sözü kimi nəql etmişlər. Məna baxımından Zubeyr Aişənin atası deyil. Aişənin Urvə ibn Zubeyrə belə deməsi, onun bacısı oğlu olmasına görədir. Yəni, Əbubəkrin qızı Əsmanın oğludur. Allah hamısından razı olsun.

    İbn Cərir demişdir: Mənə Muhəmməd ibn Sad danışdı, mənə əmim danışdı, mənə atam danışdı, o da öz atasından, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Allah, Uhud döyüşündə yaşananlar yaşandıqdan sonra Əbu Sufyanın qəlbinə qorxu saldı və o, Məkkəyə qayıtdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əbu Sufyan bir tərəfinizi kəsib geri qayıtdı. Allah onun qəlbinə qorxu saldı.” Uhud döyüşü Şəvval ayında olmuşdu. Tacirlər də Mədinəyə Zilqadə ayında gələrək hər il kiçik Bədr deyilən yerdə bir dəfə məskunlaşardı. Onlar Uhuddan sonra gəldilər. Möminlər yaralı idi. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. Başlarına gələnlər onlara ağır gəlmişdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) yanında getmələrini və müşrikləri təqib etmələri üçün onları çağıraraq dedi: “Onlar geri qayıdacaqlar, həccə gələcəklər. Bir ilə qədər eyni şeyi etməzlər.” Şeytan gəldi, dostlarını qorxudaraq dedi: “İnsanlar sizin üçün ordu topladılar.” İnsanlar da Əbu Sufyanı təqib etmək istəmədilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) təşviq etmək üçün dedi: “Kim getməsə də mən gedirəm. Əbubəkr, Ömər, Osman, Əli, Zubeyr, Sad, Talha, Abdurrəhman ibn Avf, Abdullah ibn Məsud, Huzeyfə ibn əl-Yəmən və Əbu Ubeydə ibn Cərrah yetmiş nəfərlə əmrə tabe olaraq Əbu Sufyanı təqib etmək üçün çıxdılar. Onu qovaraq Safra bölgəsinə gəldilər. Allah təala bu ayəni nazil etdi: “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər”.

    Sonra İbn İshaq demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) çıxdı və Hamra əl Əsədə çatdı. Təqribi Mədinədən səkkiz mil aralıda idi.

    İbn Hişam demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinədə yerinə İbn ummu Məktumu saxladı. Özü birinci, ikinci və üçüncü günləri orada keçirtdi. Sonra Mədinəyə qayıtdı. Daha əvvəl Abdullah ibn Əbubəkrin mənə dediyi kimi, ona Mabəd ibn Əbu Mabəd əl-Xuzai çatdı. Xuzailərin müşrikləri və müsəlmanları Rəsulullaha (salləllahu aleyhi və səlləm) qarşı çox səmimi idilər. Onunla təmas halında idilər. Ondan heç nəyi gizlətməzdilər. Mabəd o gün üçün müşrik idi, o dedi: Ey Muhəmməd, Allaha and olsun ki, səhabələrin başına gələn bizi çox üzdü. Allah rahatlıq versin, keçmiş olsun. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) Hamra əl Əsədə tərəf çıxdı. Rəvha bölgəsində Əbu Sufyan ibn Hərb və onun yanındakılarla rastlaşdı. Rəsulullaha (salləllahu aleyhi və səlləm) təkrar hücum etməyə qərar vermişdilər. Onlar dedilər: “Səhabələrin başçılarının və şərəfli olanların yaraladıq, indi də köklərini kəsməyə gedirik. Təkrar hücum edib köklərini kəsəcəyik.” Əbu Sufyan Məbədi görüb dedi: “Ey Mabəd arxada nə gördün?” O da dedi: “Muhəmməd və səhabələri sizi elə böyük bir ordu ilə axtarırlar ki, bundan öncə onlar kimisini görmədim. Sizi öldürmək üçün yanıb yaxılırlar. Uhudda olmayanlar ona qoşulub və əməllərindən peşman olublar. Sizə qarşı görünməyən bir kin bəsləyirlər.” O da dedi: Məhv olasan, sən nə danışırsan? O da dedi: Allaha and olsun ki, buradan ayrılmadan atların yəhərini görəcəksən. Əbu Sufyan dedi: Vallahi onların köklərini kəsmək üçün qayıtmağa qərar verdik. O da dedi: Bunu etməməyini tövsiyə edirəm. Allaha and olsun ki, onları görəndə bir neçə beyt şer söylədim. O da dedi: Nə dedin? O da: Belə dedim:

    Miniyim səslərdən devriləcək

    Yer hissə hissə çılpaq atlara axarkən,

    Dırnaqlarından alov çıxırdı, bellərində də uzun boylu aslanlar vardır,

    Döyüşdən qaçmazlar, silahlılar, boyun əyməzlər,

    Mən də qaçmağa başladım, yerin ayağımın altından getdiyini zənn etdim,

    Əzəmətli başçılarını görəndə bu duyğulara qapıldım.

    Əgər Əbu Sufyan ibn Harb sizinlə qarşı qarşıya gəlsə  vay olsun ona,

    Dərə atlarla dolunca xilas olmayacaq.

    Mən sizin kimi, cəsur, ağıllı məntiqli insanları quşluq vaxtı xəbərdar edirəm,

    Muhəmmədin ordusundan onlar bayağı və kiçik deyillər.

    Mənim xəbərdarlığım dedi-qodu deyil, doğrudur.

                Dedi: Bu, Əbu Sufyanı və yanındakıları çevirdi. Ona Abdulqeys oğullarından bir karvan rast gəldi, “Hara gedirsiz”, dedi. Onlar da: “Mədinəyə getmək istəyirik” dedilər. O da dedi: Nə üçün gedirsiniz. Onlar dedilər: Qida məhsulları almaq üçün. O da dedi: Məndən Muhammədə bir məktub apara bilərsiz? Bu çuvaldakı quru üzümü sizin üçün Ukazda saxlayaram. Onlar dedilər: “Bəli.” Əbu Sufyan dedi: “Onlara çatdığınız zaman bizim yürüş etmək və səhabələrin kökünü kəsmək istəyimizi çatdırın.” Karvan Hamra əl Əsəddə Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) rastlaşdı. Əbu Sufyan və dostlarının dediklərini çatdırdılar. Olar da dedilər: Allah bizə yetər, o nə gözəl vəkildir.

    Bunu İbn Hişam, Əbu Ubeydədən zikr edərək demişdir: Onların geri dönmələri Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatanda o dedi: “Nəfsim əlində olana and olsun ki, onlar üçün daşlar işarələndi, əgər səhər bura gəlsələr, dünənki kimi yox olarlar.” Həsən Bəsri də “Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər” bu ayə barəsində demişdir: Əbu Sufyan və tərəfdarları müsəlmanlara zərər vuraraq geri döndülər, bu zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əbu Sufyan geri qayıtdı, Allah onun qəlbinə qorxu saldı, onu kim təqib edəcək?” Rəsulullah (salləllahu aleyhi və səlləm), Əbubəkr, Ömər, Osman, Əli və səhabələrdən bir çoxu qalxıb onu təqib etdilər. Rəsulullahın (salləllahu aleyhi və səlləm) təqibə çıxması xəbəri, Əbu Sufyana çatarkən, o, bir ticarət karvanına rast gəldi. Onlara dedi: Muhəmmədi geri qaytarın sizə bu qədər mal verərəm və onlara mənim geri qayıdıb onlara qarşı çoxlu adam yığdığımı bildirim. Tacirlər gəldi, bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allah bizə yetər, O nə gözəl vəkildir.” Allah da bu ayəni endirdi.

    İkrimə və çoxları demişlər: Bu ifadə, Hamra əl Əsəd hadisəsi haqqında idi. Bunun Bədr haqqında nazil olduğu da deyilmişdir. Birinci doğrudur.

    Adamlar onlara: “Camaat sizə qarşı toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı” yəni insanlar onları izdihamla hədələdilər və düşmənlərin çoxluğu ilə qorxutdular, onlar isə buna varmayaraq, əksinə Allaha təvəkkül edib ondan kömək diləyərək dedilər: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”

    Buxari demişdir: Bizə Əhməd ibn Yunus danışdı, güman edirəm o dedi: bizə Əbubəkr danışdı, o da Əbu Husayndan, o da Əbud-duhadan, o da İbn Abbasdan demişdir: İbrahim (aleyhi ssalam) oda atılan zaman demişdir: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” Rəsulullah (salləllahu aleyhi və səlləm) da onu, belə deyildiyi zaman söylədi: ”Adamlar onlara: “Camaat sizə qarşı toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər.” Bunu Nəsai də Muhəmməd ibn İsmayıl ibn İbrahim ilə Harun ibn Abdullahdan, ikisi də Yəhya ibn əbu Bukeyrdən, o da Əbubəkr ibn Əyyaşdan belə rəvayət etmişdir. Qəribədir ki, Əbu Abdullah Hakim onu Əhməd ibn Yunusdan bu cür rəvayət etmiş və demişdir: İsnadı səhihdir, iki şeyxin şərtinə uyğundur, təxric etməmişlər.

    Sonra da Buxari onu Əbu Gassan Malik ibn İsmayıldan, o da İsraildən, o da Əbu Huseyndən, o da Əbu Duhadan, o da İbn Abbasdan rəvayət etmişdir. O demişdir: İbrahimin (aleyhis-salam) alova atıldığı zaman dediyi son sözlər belə olub: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”

    Abdurrəzzaq demişdir: İbn Ueynə dedi, mənə Zəkəriyyə xəbər verdi, o da Şəbidən, o da Abdullah ibn Amrdan belə dedi: “Bu, İbrahimin (aleyhis-salam) tikiliyə atıldığı zaman dediyi kəlmədir.” Bunu İbn Cərir rəvayət etmişdir.

    Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Muammər danışdı, bizə İbrahim ibn Musa əs-Səvri danışdı, bizə Əbdur-Rahim ibn Muhəmməd ibn Ziyad əs-Sukkəri xəbər verdi, bizə Əbubəkr ibn Əyyaş xəbər verdi, o da Humeyd ət-Tavildən, o da Ənəs ibn Məlikdən dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm) Uhud döyüşündə dedilər: İnsanlar sizin üçün döyüşçü topladılar, onlardan qorxun, Allah da bu ayəni nazil etdi.

    Yenə onun isnadı ilə Muhəmməd ibn Ubeydullah ər-Rafidən, o da atasından, o da babası Əbu ər-Rafidən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Əlini (radiyallahu ənh) bir neçə döyüşçü ilə Əbu Sufyanı təqib etməyə göndərdi. Qarşılarına Xuza qəbiləsindən bir bədəvi çıxdı və dedi: “Qureyş sizin üçün adamlar topladı.” Onlar da dedilər: Allah bizə yetər. O nə gözəl Qoruyandır! sonra onlar barədə bu ayə endi.

    Sonra İbn Mərduvey dedi: Bizə Daləc ibn Əhməd danışdı, bizə Həsən ibn Sufyan xəbər verdi, bizə Xeysəmə Musab ibn Səid xəbər verdi, bizə Musa ibn Ayən xəbər verdi, o da Aməşdən, o da Əbu Salihdən, o da Əbu Hureyrədən (radiyAllah anhu), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Böyük bir işlə qarşılaşdığınız zaman: “Allah bizə yetər, O necə gözəl Qoruyandır!” – deyin.” Bu hədis bu yoldan qəribdir.

    İmam Əhməd demişdir: Bizə Hayvə ibn Şureyh ilə İbrahim ibn əbu Abbas danışdı, o ikisi də dedilər: Bizə Baqiyyə danışdı, bizə Bukeyr ibn Sad danışdı, o da Xalid ibn Mədəndən, o da Seyfdən, o da Avf ibn Məlikdən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) iki adam arasında hökm kəsdi. Əleyhinə hökm oxunan şəxs çevrilib gedərkən dedi: “Allah mənə yetər, O necə gözəl Qoruyandır!” Rəsulullah (salləllahu aleyhi və səlləm): “Onu geri çağırın” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: “Sən nə dedin?” O da dedi: “Allah mənə yetər, O necə gözəl Qoruyandır!” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Həqiqətən də, Allah acizliyi qınayır. Lakin sən ağıllı olmağa çalış. Bir iş sənə üstün gələrsə: “Allah mənə yetər, O necə gözəl Qoruyandır!” – de.” Bunu Əbu Davud ilə Nəsai də Baqiyyədən, o da Buheyrdən, o da Xaliddən, o da Seyfdən – o, Şamlıdır, lakin nisbət edilməyib – o da Avf ibn Məlikdən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) buna bənzər şəkildə rəvayət etmişdir.

    İmam Əhməd demişdir: Bizə Əsbat danışdı, bizə Muttarif danışdı, o da Atiyyədən, o da İbn Abbasdan “sura üfürüldüyü zaman” (Müdəssir, 8) ayəsi barəsində demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Yediyimin dadını necə alım, axı İsrafil Suru artıq üfürübdü. O, başını yüngül əyərək çağırış vəziyyətinə duraraq, Suru üfürməsinə dair əmri gözləyir.” Buna eşidən səhabələr soruşdular: “Nə deyək?” O da dedi: “Allah bizə yetər, O necə gözəl Qoruyandır! Yalnız Allaha bel bağladıq” deyin.” Bu başqa yollardan da rəvayət edilmişdir. Yaxşı bir hədisdir.

    Bizə möminlərin anaları Aişə ilə Zeynəbdən (radiyallahu ənhumə) rəvayət edilmişdi ki, o ikisi bir-birinə qarşı öyündülər. Zeynəb dedi: Məni Allah evləndirdi, sizi isə ailəniz. Aişə dedi: Mənim təmiz olmağım Quranda göydən nazil edildi. Zeynəb bunu qəbul etdi. Sonra da soruşdu: Safvan ibn Muattalın dəvəsinə mindiyin zaman nə dedin? O da dedi: Allah mənə yetər, O necə gözəl Qoruyandır! Zeynəb də dedi: Möminlərin kəlməsini dedin.” Buna görə Allah təala buyurur: “Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər” düşmənlərinin gizlətdikləri pislik toxunmadan deməkdir. “Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir”.

    Beyhaqi demişdir: Bizə Əbu Abdullah Hafiz xəbər verdi, bizə Əbubəkr ibn Davud əs-Zahid danışdı, bizə Muhəmməd ibn Nuaym danışdı, bizə Bişr ibn Hakim danışdı, bizə Mubəşşir ibn Abdullah ibn Razin danışdı, bizə Sufyan ibn Huseyn danışdı, o da Yalə ibn Muslimdən, o da İkrimədən, o da İbn Abbasdan “Allahın neməti və mərhəməti sayəsində geri döndülər” ayəsi barəsində demişdir: Nemət, sağ-salamat qayıtmalarıdı. Lütf isə budur: Onlara bir karvan rast gəldi, həcc mövsümü idi, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu aldı. Oradan mal qazandı. Onu da dostları ilə böldü.

    İbn Əbu Nəcih “Camaat sizə qarşı toplayıbdır” ayəsi barəsində demişdir: “O, Əbu Sufyan idi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedi: Səninlə, Bədirdə dostlarımızı öldürdüyünüz yerdə, görüşək. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Ola bilər” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) təyin olunan yerə getdi və Bədirə endi. Orada bir bazara rast gəldi. Alış-veriş etdilər. Allahın dediyi “Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər” məhz elə budur. Deyir ki, o kiçik Bədr döyüşüdür.” Bunu İbn Cərir rəvayət etmişdir.

    Yenə Qasımdan, o da Hüseyndən, o da Həccacdan, o da İbn Cureycdən rəvayət edib demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Əbu Sufyan ilə görüşmə ərəfəsində müşriklərlə qarşılaşdı, onlardan Qureyşi soruşdu. Onlar da dedilər: Sizin üçün döyüşçü yığırlar, sizə hiylə qururlar. Onları qorxutmaq istədilər. Möminlər dedilər: Allah bizə yetər, O necə gözəl Qoruyandır! Nəhayət Bədrə gəldilər. Bazarları sakit gəzdilər, kimsə onlara toxunmadı. Deyir ki, müşriklərdən bir nəfər gəldi, Məkkəlilərə Muhəmmədin atlıları barəsində xəbər verdi, bu xüsusda belə dedi:

    Gənc dəvəm Muhəmmədin atlılarından qorxdu,

    Xurmalar quru üzüm kimi ətrafa dağılmışdı.

    Qudeyd suyunu görüş yeri kimi təyin etdilər.

    İbn Cərir demişdir: Qasım bizə belə oxusa da, bu yanlışdır, doğrusu belədir:

    Gənc dəvəm Muhəmmədin atlılarından qorxdu,

    Yəsrib xurmaları quru üzüm kimi ətrafa dağılmışdı.

    Onlar atalarının köhnə dininə sarılmışdılar,

    Qudeyd suyunu görüş yeri kimi təyin etdilər,

    Dəcnan suyunu da ertəsi quşluq.

    Sonra Allah təala buyurdu: “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur” Yəni sizi dostları ilə qorxudur, ağılınıza onların çətin və yenilməz olduğunu gətirir. Allah təala demişdir: “Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”. Yəni şeytan sizə bir şeyi bəzəyərsə sizi vəsvəsəyə salarsa, Mənə təvəkkül edin, Mənə sığının. Çünki Mən sizə yetərəm və sizə yardım edərəm. Necə ki, Allah təala buyurur: “Allah quluna yetməz mi? Səni ondan başqası ilə qorxudurlar… De ki, Allah mənə yetər, güvənənlər yalnız ona güvənsinlər” (Zumər, 38). Allah demişdir: “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisə, 76); “Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır” (Mucadələ, 19); “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir” (Mucadələ, 21); “Allah Ona yardım edənlərə, mütləq yardım edər” (Həcc, 40); “Ey iman gətirənlər! Əgər siz Allaha kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər” (Muhəməəd, 7); “Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (Ğafir, 51, 52).

  • 170

    Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.

    169-cu ayənin təfsirinə bax.

  • 171

    Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mü-kafatını heçə çıxarmayacağına sevinirlər.

    169-cu ayənin təfsirinə bax.

  • 172

    Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və qorxanlar üçün böyük bir mükafat vardır.

    169-cu ayənin təfsirinə bax.

  • 173

    Adamlar onlara: “Camaat sizə qarşı toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər.

    169-cu ayənin təfsirinə bax.

  • 174

    Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir.

    169-cu ayənin təfsirinə bax.

  • 175

    O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!

    169-cu ayənin təfsirinə bax.

  • 176

    Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.

    Sonra Allah təala dedi: “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır”. Necə ki, uca Allah buyurur: “Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar” (Muminun, 55, 56). O həmçinin buyurur: “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən sürükləyirik” (Qələm, 44). O buyurur: “Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir” (Tövbə, 55).

    Sonra Allah təala dedi: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir” yəni, onları sınaq etmək üçün bir səbəb yaradacaqdır. O zaman dostu meydana çıxar, düşməni isə rəzil olar. Bununla da səbirli möminlə həyasız munafiq tanınar. Burada Allahın möminləri imtahan etdiyi Bədir günü qəsd edilir. O səbəblə imanları, səbirləri, igidlikləri, sabitlikləri, Allaha və Rəsuluna itaətləri üzə çıxmışdı. Bu yolla münafiqlərin üzündəki pərdələri yırtdı. Beləcə, müxalif olmaqları, cihaddan dönmələri, Allah və Rəsuluna xəyanətləri göz önünə çıxdı. Buna görə Allah təala buyurdu: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir”.

    Mucahid demişdir: «Onları Uhudda ayırdı.» Qatadə demişdir: «Onları Cihad və hicrətlə ayırdı.» Suddi demişdir: Onlar dedilər: Əgər Muhəmməd doğrudursa bizə aramızdan iman edənlərlə kafir olanları bildirsin. Bunun üzərinə Allah təala bu ayəni nazil etdi: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir”. Yəni mömini kafirdən çıxarana qədər. Bütün bunları İbn Cərir rəvayət etmişdir. Sonra Allah təala dedi: “Allah sizə qeybi bildirən deyildir” yəni əgər bunu üzə çıxaran səbəblər olmasaydı, sizin üçün möminləri münafiqlərdən ayırana qədər Allahın məxluqatı xüsusunda iradə etdiyi qeybi bilməzsiniz. Sonra Allah təala dedi: “Lakin, Allah Öz elçilərindən istədiyini seçər”. Bu da bu ayə kimidir: “O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur”. (Cin, 26-27). Sonra da buyurdu: “Odur ki, Allaha və Onun elçilərinə iman gətirin!” yəni Allah və Rəsuluna itaət edin, gətirdiyi şəriətə tabe  olun. “Əgər iman gətirib qorxsanız, sizə böyük bir mükafat verilər”.

    Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir” yəni xəsis adam yığdığı malın ona fayda verəcəyinə zənn etməsin. Əksinə dininə zərər verəcəkdir, bəzən də dünyasına zərər verəcəkdir. Sonra qiyamət günü mal-mülklə bağlı işin hara çatacağını xəbər verib dedi: “Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”.

    Buxari demişdir: Bizə Abdullah ibn Munir danışdı, o da Əbunnadrdan eşitdi, bizə Əbdurrəhman ibn Abdullah ibn Dinar danışdı, o da atasından, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Allah kimə mal versə, o da zəkatını verməsə, Qiyamət günü malı gözünün qarşısında iki nöqtəsi olan keçəl ilana dönüb ona sarılar. Ovurdundan tutub deyər: «Mən sənin malınam, mən sənin xəzinənəm.» Sonra bu ayəni oxudu: «Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir.» Hədisi bu yöndən Muslim deyil, yalnız Buxari rəvayət etmişdir. Bunu İbn Hibban da öz Səhihində Leys ibn Saddan, o da Muhəmməd ibn Əclandan, o da Qaqa ibn Hakimdən, o da Əbu Salihdən belə rəvayət etmişdir.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Huceyn ibn əl-Musənna danışdı, bizə Əbduləziz ibn Abdullah ibn Əbu Sələmə danışdı, o da Abdullah ibn Dinardan, o da İbn Ömərdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Malın zəkatını verməyənin malı Qiyamət günü iki nöqtəli keçəl bir ilana çevrilir, sonra boynuna kəmər kimi sarılır və: “Mən sənin xəzinənəm, mən sənin xəzinənəm” – deyir.” Nəsai də Fadl ibn Səhldən, o da Əbun-nadr Haşim ibn Qasımdan, o da Abduləziz ibn Abdullah ibn əbi Sələmədən bu cür rəvayət etmişdir. Sonra da Nəsai demişdir: Abduləzizin, Abdullah ibn Dinardan, onun da İbn Ömərdən olan rəvayəti, Əbdurrəhmanın, atası Abdullah ibn Dinardan, onun da Əbu Salihdən, onun da Əbu Hureyrədən olan rəvayətdən daha sabitdir.

    Mən də deyirəm ki, iki rəvayət arasında ziddiyyət yoxdur, Abdullah ibn Dinar onu iki yoldan rəvayət etmiş ola bilər. Allah ən doğrusunu biləndir. Bunu Hafiz Əbubəkr ibn Mərduveyh də bir neçə yoldan: Əbu Salihdən, o da Əbu Hureyrədən; Muhəmməd ibn Əbu Humeyddən, o da Ziyad əl-Xatmidən, o da Əbu Hureyrədən bu cür rəvayət etmişdir.

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da Camiidən, o da Əbu Vaildən, o da Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir qul malının zəkatını verməsə, o keçəl ilana dönüb onu qovar. O qaçar, o isə onu qovar və deyər: “Mən sənin yığdığın xəzinəyəm.” Sonra Abdullah bunun Allahın Kitabındakı təsdiqini oxudu: “Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”. Tirmizi, Nəsai və İbn Macə də Sufyan ibn Ueynədən, o da Cami ibn Əbu Raşiddən bu cür rəvayət etmişdir. Tirmizi bunu əlavə etmişdir: “Abdulməlik ibn Ayən, ikisi də Əbu Vail Şaqiq ibn Sələmədən, o da Abdullah ibn Məsuddan belə rəvayət etmişdir.” Sonra Tirmizi: “Həsən səhihdir” – demişdir. Hakim də bunu Mustədrək əsərində, Əbubəkr ibn Əyyaş ilə Sufyan Səvridən, ikisi də Əbu İshaq əs-Subeyyidən, o da Əbu Vaildən, o da İbn Məsuddan bu cür rəvayət etmişdir. Bunu İbn Cərir də bunu bir neçə yoldan İbn Məsuddan məvquf (yəni, onun öz sözü olaraq) rəvayət etmişdir.

    Başqa bir hədisdə Hafiz ibn Yalə demişdir: Bizə Umeyyə ibn Bistam danışdı, bizə Yəzid ibn Zurey danışdı, bizə Səid danışdı, o da Qatadədən, o da Səlim ibn əbi Caddən, o da Mədən ibn Əbu Talhadan, o da Səvbandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim arxasında xəzinə saxlayarsa qiyamət günü iki ləkəli keçəl bir ilana çevrilər və ona deyər: “Sən kimsən, vay sənin halına?” O da deyər: “Mən sənin saxladığın xəzinəyəm.” Onu qovmağa davam edər. Sonunda əlini ağzına soxar, o da onu gəmirər. Sonra da bədəninin qalan hissəsini gəmirər.” Hədisin isnadı yaxşı və güclüdür. Digərləri bunu təxric etməmişlər.

    Bunu Təbərani də Cərir ibn Abdullah əl-Bəcəlidən rəvayət etmişdir. Onu İbn Cərir ilə İbn Mərduveyh də Bəhz ibn Hakimdən, o da atasından, o da babasından, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir adam qohum-qonşusunun yanına gəlib ondan malının artığından bir şey istəsə, o da verməsə, o mal qiyamət günü keçəl bir ilan olaraq çağırılar. O da vermədiyi o artığını yalayıb udar.” Mətn, İbn Cərirə aiddir. İbn Cərir demişdir: Bizə İbn əl-Musənna danışdı, bizə Abdul-Alə danışdı, bizə Davud danışdı, o da Əbu Qazaədən, o da bir adamdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir nəfər qohumunun yanına gəlib ondan Allahın ona artıq olaraq verdiyindən istəsə, o da xəsislik etsə, onun üçün cəhənnəmdə bir ilan çıxarılar, o da yalam-yalam edib sonra boynuna dolanar.” Sonra bunu başqa bir yoldan Əbu Qazaədən – onun adı Huceyr ibn Bəyandır – , o da Əbu Malik əl-Abdidən məvquf olaraq rəvayət etmişdir. Bunu başqa bir yoldan da Əbu Qazaədən mürsəl olaraq rəvayət etmişdir.

    Avfi, İbn Abbasdan demişdir: “Bu ayə, özlərinə endirilən kitablardakı məlumatları başqalarına açıqlamaqda xəsislik edən əhli-kitab haqqında nazil edilibdi.” Bunu İbn Cərir rəvayət etmişdir. Doğrusu birinci olandır. Həqiqətdə bu da o mənaya daxildir. Hətta deyilə bilər ki, daxil olmağa daha haqlıdır. Allah ən doğrusunu biləndir.

    Göylərin və yerin mirası Allaha məxsusdur” yəni “Sizin ixtiyarınıza verdiyi maldan sərf edin!” (Hədid, 7) deməkdir. Çünki bütün işlər əziz və cəlil olan Allaha dönəcəkdir. Elə isə sizdə qiyamət günündə sizə xeyir verəcək mallarınızdan əvvəlcədən göndərin.“

    Allah nə etdiklərinizdən xəbərdardır” yəni niyyətinizdən və qəlblərinizdə olanlardan, deməkdir.

  • 177

    Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları üzücü bir əzab gözləyir.

    176-cı ayənin təfsirinə bax.

  • 178

    Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.

    176-cı ayənin təfsirinə bax.

  • 179

    Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib qorxsanız, sizə böyük bir mükafat verilər.

    176-cı ayənin təfsirinə bax.

  • 180

    Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.

    176-cı ayənin təfsirinə bax.

  • 181

    “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!

    Səid ibn Cubeyr, İbn Abbasdan nəql edərək demişdir: Allah təalanın “Kim Allaha gözəl bir borc versə, Allah onu dəfələrlə artırar” (Bəqərə, 245) ayəsi nazil olanda yəhudilər dedilər: “Ey Muhəmməd, Rəbbin kasıbladı ki, qullarlından borc istəyir?” Allah da bu ayəni nazil etdi: “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi”. Bunu İbn Mərduveyh ilə İbn Əbu Hatim rəvayət etmişlər.

    Muhəmməd ibn İshaq demişdir: Mənə Muhəmməd ibn əbu Muhəmməd danışdı, o da İkrimədən, o da İbn Abbasdan (radiyallahu ənh), o deyir ki, Əbubəkr əs-Siddiq (radiyallahu ənh) yəhudilərin tədris evi Beytəl-midrasa daxil oldu. Orada çoxlu yəhudi var idi. Aralarında alim və ravvin kimi tanınan Finhas adında birisinin başına yığışmışdılar. Yanında Əşyaə deyilən bir ravvin də var idi. Əbubəkr dedi: “Ey Finhas, sənə yazığım gəlir, Allahdan qorx və müsəlman ol. Allaha and içirəm ki, Muhəmmədin Allahın Rəsulu və Onun qatından gətirdiyi şeylərin haqq olduğunu bilirsən. Onu yanınızdakı Tövrat və İncildə görürsünüz.” Finhas dedi: “Ey Əbubəkr, vallahi, bizim Allaha ehtiyacımız yoxdur. Onun bizə yalvardığı qədər biz ona yalvarmarıq. Biz ondan daha zənginik. Əgər o bizdən zəngin olsa idi, dostunuz dediyi kimi sizdən borc istəməzdi. Allah sizə faizi qadağan edir, lakin bizə verir. Əgər zəngin olsa idi bizə də faiz verməzdi.” Əbubəkr (radiyallahu ənh) qəzəbləndi. Finhasın üzünə şiddətli bir sillə vurdu və dedi: “Ruhumu əlində tutan Allaha and olsun ki, ey Allahın düşməni, əgər aramızda razılaşma olmasa idi, sənin boynunu vurardım. Əgər doğru deyirsizsə, bacardığınız qədər bizi yalanda ittiham edin. Finhas Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdi və dedi: “Ey Muhəmməd, dostunun mənə nə etdiyinə bax!” Rəsulullah (salləllahu aleyhi və səlləm) Əbubəkrə dedi: “Niyə belə etdin ey Əbubəkr?” O da dedi: “Ey Allahın Rəsulu, Allahın düşməni böyük söz danışdı. Allahın fəqir, özlərinin isə Ondan zəngin olduqlarını dedi. Bunu deyəndə, Allah üçün qəzəbləndim və ona bir sillə vurdum. Finhas bunu inkar etdi və dedi: “Mən belə bir şey demədim.” Bunun üzərinə Allah təala Finhası rədd edib Əbubəkri təmizə çıxartmaq üçün bu ayəni nazil etdi: “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir.

    “Biz onların dediklərini… yazacaq…” təhdid və xəbərdarlıq olaraq. Buna görə ardı ilə belə buyurdu: “haqsız olaraq peyğəmbərləri öldürmələrini”. Yəni, Allah haqqında dedikləri budur və Allahın Peyğəmbərlərinə etdikləri müamilə budur. Allah bundan ötrü onları ən ağır şəkildə cəzalandıracaqdır. Buna görə Allah buyurdu: “Dadın yandırıb-yaxan Odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. Yəni onları danlamaq, qınamaq, onları təhqir etmək və onları alçaltmaq üçün belə demişdir.

    Onlar dedilər: “Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq” Allah təala kitablarında belə bir möcüzə gətirməyən peyğəmbərə inanmayın dediyini iddia edən yəhudiləri yalançı çıxartmaq üçün bu cür dedi. İddialarına görə onun ümmətindən biri bir sədəqə verər, o qəbul olunsa, göydən bir alov enib onu yandırardı. Bunu İbn Abbas, Həsən və digərləri demişlər.

    Əziz və Cəlil olan Allah buyurdu: “De: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə” yəni dəlillər və sübutlar gətirdilər, deməkdir. “Və dediyinizlə gəlmişdilər” yəni qəbul olunan qurbanları yandıran alov möcüzəsini də gətirdilər. “onda nə üçün onları öldürürdünüz?” yəni onları niyə yalanda ittiham edib, müxalif olaraq inadkarlıqla qətlə yetirdiniz? “Əgər doğru danışanlarsınızsa” haqqı tabe oluruq və peyğəmbərlərin ardınca gedirik sözünüzdə.

    Sonra Allah təalə elçisinə (salləllahu aleyhi və səlləm) təsəlli edərək dedi: “Əgər onlar səni yalançı hesab etsələr, səndən əvvəl açıq-aydın dəlillər, zuburlar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər”. Yəni bunların sənə yalançı deməyi səni sarsıtmasın. Səndən əvvəl neçə möcüzələr gətirən və yalanda ittiham edilən peyğəmbərlər sənin üçün bir örnəkdir. “Zubur” bunlar göydən nazil olan kitablardır, məsələn mürsəl peyğəmbərlərə nazil edilən səhifələr kimi. “Nur saçan Kitabla” bu da açıq, vazeh və parlaq deməkdir.

  • 182

    Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”.

    181-ci ayənin təfsirinə bax.

  • 183

    Onlar dedilər: “Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq”. De: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz gəlmişdilər. Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz?”

    181-ci ayənin təfsirinə bax.

  • 184

    Əgər onlar səni yalançı hesab etsələr, səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər.

    181-ci ayənin təfsirinə bax.

  • 185

    Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.

    Allah təala bütün yaratdıqlarını qəsd edərək hər nəfsin ölüm dadacağını xəbər verir. Bu ayədə belədir: “üzündə olan hər kəs ölümə məhkumdur,Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (Ər-Rahmən, 26-27). Təkcə Allah təala (əbədi) diridir və O, ölməzdir. Cinlər və insanlar isə ölürlər. Mələklər və Ərşi daşıyanlar da ölürlər. Bəqa və davamlılıq yalnız Vahid, Əhəd, Qahhara məxsusdur. O əvvəl olduğu kimi, son olacaq.

    Bu ayədə bütün insanlar üçün təsəlli vardır, çünki yer üzündə ölməyəcək kimsə qalmayacaq. Vaxtı gələndə Allahın Adəmin belindən yaratdıqları bitəndən sonra, Allah qiyaməti qoparar və məxluqatı önəmli və önəmsiz, çox və az əməllərinə görə cəzalandırar. Heç kəsə zərrə qədər haqsızlıq edilməz: “Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir”.

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbduləziz Uveysi danışdı, bizə Əli ibn əbu Əli əl-Lihbiy danışdı, o da Cəfər ibn Muhəmməd ibn Əli ibn Huseyndən, o da atasından, o da Əli ibn Əbu Talibdən (radiyallahu ənh), o deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat edib təziyə başlayanda, bir nəfər gəldi. Onun səsi eşidilirdi, özü görsənmirdi. O dedi: “Ey əhli beyt, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun “Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir”. Bunda hər müsibətə düçar olan üçün bir təziyə, hər ölən üçün xələf, hər itki üçün bir təsəllisi vardır. Siz də Allaha güvənin yalnız Ona ümid edin. Çünki əsil müsibət savabdan məhrum olmaqdır. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

    Cəfər ibn Muhəmməd demişdir: Mənə atam xəbər verdi ki, Əli İbn əbu Talib demişdir: “Onun kim olduğunu bilirsiz? Bu Xızırdır (aleyhi salam).

    Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar” yəni kim atəşdən uzaqlaşdırılıb, cənnətə daxil olarsa, əsil mənada xilas olar.

    İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Muhəmməd ibn Abdullah əl-Ənsari danışdı, bizə Muhəmməd ibn Amr ibn Əlqamə danışdı, o da Əbu Sələmədən, Əbu Hureyrədən (radiyallahu ənh), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Cənnətdə bir qırmanc qədər yer, dünya və içindəkilərdən daha xeyirlidir. İstəsəniz bu ayəni oxuyun ”Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar”.

    Bu iki Səhihdə başqa yoldan bu əlavə olmadan sabit olmuşdur. Bunu bu əlavə olmadan Əbu Hatim, İbn Hibban da səhihində və Hakim Mustədrəkində Muhəmməd ibn Amr hədisindən rəvayət etmişdir. Bunu İbn Mərduveyhdə başqa bir yoldan rəvayət etmiş və demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Muhəmməd ibn Yəhya danışdı, bizə Humeyd ibn Məsadə danışdı, bizə Amr ibn Əli danışdı, o da Əbu Həzimdən, Səhl ibn Saddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Cənnətdə qırmancınız qədər yer dünya və içindəkilərdən daha xeyirlidir, sonra bu ayəni oxudu ”Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar”.

    Yalnız müsəlman olaraq ölün” (Ali-İmran, 102) ayəsində bu hədis keçmişdir: İmam Əhməd demişdir: Vəki ibn Cərrahdan, o da Aməşdən, o da Zeyd ibn Vəhbdən, o da Əbdurrahmən ibn Əbdurabbilkəbədən, o da Abdullah Amr ibn Asdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Kim cəhənnəmdən uzaqlaşıb cənnətə girmək istəsə, Allaha və axirətə iman gətirərək ölsün və özünə istədiyi şeyi insanlara da istəsin.

    Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”: Bu dünyanı kiçiltmək və onu gözdən salmaqdır. O adi, fani, azdır və keçicidir. Allah təala buyurduğu kimi: “Xeyir, siz dünya həyatını seçirsiz, axirət isə daha xeyirli və sürəklidir” (Alə, 16-17). Və buyurur: “Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür” (Rad, 26); “Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır” (Nəhl, 96); “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir” (Qasas, 60). Hədisdə deyilmişdir: “Allaha and olsun ki, axirət nisbətində dünya, birinizin barmağını dənizə batırdığı zaman barmağına bulaşan su qədərdir. Bax gör ona nə ilə qayıdırsan.”

    Qatadə “Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” ayəsi barəsində demişdir: O bir ləzzətdir, o bir ləzzətdir, tərk edilibdir. Allaha and olsun ki, o tez bir zamanda sahiblərinin əlindən silinib gedəcək. Gücünüz çatdığı qədər bu ləzzətdən Allaha itaət olanını alın. Güc də yalnız Allah ilədir.

    Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz” kəlmələri bu ayələr kimidir: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər” (Bəqərə, 155, 156). Yəni mömin mütləq malından, canından və ya ailəsindən sınanacaq. Mömin də dini qədər imtahan ediləcək. Əgər dinində möhkəm olsa sınağı artırılar.

    Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz” Allah Mədinəyə gələn möminlərə Bədir döyüşündən əvvəl əhli-kitab və müşriklərdən çəkdikləri əziyyətlərə qarşı təsəlli verərək və Allah aydınlığa çıxarana qədər bağışlayıb səbr etmələrini buyuraraq deyir: “Əgər səbr edib qorxsanız, bu, əzmkar əməllərdəndir”.

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbul-Yəmən danışdı, bizə Şuəyb ibn əbu Həmzə danışdı, o da Zuhridən, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, Usamə ibn Zeyd ona xəbər verib dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri müşrik və əhli-kitabı bağışlayar, əziyyətlərinə də səbir edərdilər. Allah təala buyurdu: “Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz.” O dedi: “Allahın onlar barədə izni gələnə qədər Rəsulullah (salləllahu aleyhi və səlləm), Allah ona nə əmr verərdisə, əfv xüsusunda yozardı.” İbn Əbu Hatim bunu qısa rəvayət etmişdir. Buxari də bunu bu ayənin təfsirində uzun olaraq rəvayət etmiş və demişdir: Bizə Əbul-Yəmən nəql etdi, bizə Şuəyb xəbər verdi, o da Zuhridən, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, Usamə ibn Zeyd ona belə xəbər verdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Bədirdən əvvəl Fədək məxməri ilə örtülmüş uzunqulağa minərək Usamə ibn Zeydi arxasına otuzdurdu. Haris ibn Xəzrəc oğullarından xəstə olan Sad ibn Ubadəni ziyarət etmək üçün getdi. Bu, Bədirdən əvvəl olmuşdu. O dedi: Abdullah ibn Ubey ibn Səlulun olduğu məclisin yanından keçdi. Bu, Abdullah ibn Ubeyin müsəlman olmadığı zaman baş vermişdir. Məclisdə qarışıq vəziyyətdə müsəlmanlar və müşriklər var idi. Onlar bütlərə ibadət edənlər, yəhudilər və müsəlmanlar idilər. Məclisdə Abdullah ibn Rəvaha da var idi. Uzunqulağın tozu məclisi bürüyəndə Abdullah ibn Ubey burnunu tutub dedi: “Toz etməyin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) salam verib dayandı. Minikdən endi, onları əziz və cəlil olan Allaha dəvət etdi, onlara Quran oxudu. Abdullah ibn Ubey dedi: “Ay kişi, şübhəsiz ki, dediyin daha yaxşı bir şey deyil. Əgər haqdırsa, bizi məclisimizdə narahat etmə. Evinə qayıt. Kim yanına gələrsə, ona danış.” Abdullah ibn Rəvaha dedi: “Xeyr, ey Rəsulullah, sən həmişə məclisimizə gəl, bu bizə xoşdur.” Müsəlmanlar, müşriklər və yəhudilər bir-biri ilə pis danışdılar. Az qala bir-birinin üstünə cumsunlar. Rəsulullah (salləllahu aleyhi və səlləm) durmadan onları sakitləşdirdi, nəticədə susdular. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) heyvanına mindi və getdi. Sad ibn Ubadənin yanına girdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Ey Sad, Əbu Hubabın — Abdullah ibn Ubeyi qəsd edirdi – dediyini eşitdinmi? Mənə belə dedi.” Sad dedi: “Ey Rəsulullah onu əfv et və bağışla. Sənə Kitabı nazil edən Allaha and olsun ki, Allahın sənə nazil etdiyi haqdır. Bu kiçik xalq[1] səndən əvvəl ona taclarını və libaslarını geyindirməyə razı idi. Allah haqqı sənə verməklə bunu istəmədikdə, boğazında qaldı. Gördüyün kimi o, buna görə belə etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də onu bağışladı.

    Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə səhabələri Allahın əmr etdiyi kimi müşrikləri və əhli kitabı əfv edərdilər və verdikləri əziyyətlərə dözərdilər. Allah buyurdu: “Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz”. Və buyurdu: “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər bağışlayın və baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir” (Bəqərə, 109). Rəsulullah (salləllahu aleyhi və səlləm) Allah icazə verənə qədər əfv xüsusunda yumşaq davranırdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) Bədir yürüşünü edib, Allah onun vasitəsilə Qureyşin irəlidə gedən kafirlərini öldürəndə Abdullah ibn Ubey və yanındakı müşriklər və bütpərəstlər: “Bu artıq vacib oldu” – deyərək Rəsulullaha (salləllahu aleyhi və səlləm) beyət etdilər. Müsəlman oldular.

    Buna görə haqqı tutan və yaxşılığı əmr edən yaxud pisliyi qadağan edən hər kəs mütləq əziyyət çəkəcək. Bunun tək əlacı Allah üçün səbir etməkdir. Allahdan kömək istəyib, əziz və Cəlil olan Allaha dönməkdir.

    [1] Mədinə şəhəri nəzərdə tutulur.

  • 186

    Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib qorxsanız, bu, əzmkar əməllərdəndir.

    185-ci ayənin təfsirinə bax.

  • 187

    O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir!

    Bu, Allahdan əhli-kitaba danlama və hədələmədir. Allah onlardan peyğəmbərlərinin dili ilə Muhəmmədə (salləllahu aleyhi və səlləm) iman edəcəklərinə və insanlar arasında şanını ucaldacağına vəd almışdı. Ta ki, onun işinə qarşı hazırlıqlı olsunlar. Onlar isə bunu gizlətdilər, dünya və axirətdə onlara edilən vəddən üz çevirdilər. Onun yerinə bəsit şeyə alçaldılar, keçici dünya ilə qane oldular. Ticarətləri çox pis idi, alış verişləri necə də pis idi. Burada onların yolu ilə gedən alimlər üçün də xəbərdarlıq vardır. Sonra onların başına gələn özlərinin də başına gəlir. Onlar da onların yolu ilə getdilər. Buna görə də alimlər faydalı və yaxşı əmələ aparan elmi insanlara öyrətməli, ondan heç bir şey gizlətməli deyillər. Bir çox yollardan rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Kimdən bir elm soruşulsa və o onu gizlədərsə qiyamət günü ağzında alovdan gəm vurular.

    Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır” burada, verilmədiklərini çoxaldan riyakarlar nəzərdə tutulur. Necə ki, iki Səhihdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim malını çoxaltmaq üçün olmayanı iddia edərsə, Allah onun yalnız azaldar.” Yenə iki Səhihdə deyilmişdir: “Ona verilməyən ilə tox olduğunu göstərməyə çalışan, iki yalan libasını geymiş olur.”

    İmam Əhməd demişdir: Bizə Həccac danışdı, o da İbn Cureycdən, mənə İbn Əbu Muleykə xəbər verdi ki, Humeyd ibn Abdurrəhman ibn Avf ona xəbər verdi ki, Mərvan qapıdakı gözətçisinə dedi: Ey Rəfi, İbn Abbasın yanına get və de: “Əgər aramızda hər kəs etdiyi ilə sevinib və etmədiyi ilə də lovğalandığına görə əzaba düçar olacaqsa, hamımız əzab görəcəyik?” İbn Abbas dedi: Bundan sizə nə, bu yalnız əhli-kitaba aiddir dedi və bu ayəni oxudu: “O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz onu mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə”.

    İbn Abbas dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) onlardan bir şey barəsində soruşdu, onlar gizlədib başqa bir şey dedilər. Çıxdılar, soruşduğu haqqında cavab verdikləri kimi davranaraq lovğalanmaq istədilər. Ondan gizlətdiklərindən dolayı sevindilər.” Buxari təfsir bölümündə, Muslim, Tirmizi və Nəsai də təfsir bölümündə bu cür rəvayət etmişlər. İbn əbi Hatm, İbn Cərir, Hakim Mustədrəkində və İbn Mərduveyh, hamısı Abdulməlik ibn Cureycdən bənzər şəkildə rəvayət etmişlər. Buxari də İbn Cureycdən, o da İbn əbu Muleykədən, o da Əlqamə ibn Vaqqasdan belə rəvayət etmişdir: “Mərvan qapıçısına dedi: Ey Rafi, İbn Abbasın yanına get…”

    Buxari demişdir: Bizə Səid ibn əbi Məryəm danışdı, bizə Muhəmməd ibn Cəfər xəbər verdi, mənə Zeyd ibn Əsləm danışdı, o da Ata ibn Yasərdən, o da Əbu Səid əl Xudridən (radiyallahu ənh) nəql etdi ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) vaxtında bəzi münafiq kişilər Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə yürüşə çıxanda geriyə qalardılar, ona müxaliflik edib dayanmaqdan həzz alardılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dönən zaman ondan üzr diləyib and içərdilər. Etmədikləri şeydən ötrü təriflənmələrini istəyirdilər. Buna görə bu ayə nazil oldu: “Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə”. Bunu Muslim də İbn əbi Məryəmdən oxşar şəkildə rəvayət etmişdir. Onu İbn Mərduvey öz təfsirində Leys ibn Saddan, o da Hişam ibn Saddan, o da Zeyd ibn Əsləmdən rəvayət edərək demişdir: Əbu Səid, Rafi ibn Xadic və Zeyd ibn Sabit, Mərvanın yanında idilər. Mərvan dedi: “Ey Əbu Səid “Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə” ayəsini görürsən? Hamımız etdiklərimizə sevinirik və etmədiyimizdən ötrü təriflənmək istəyirik.” Əbu Səid dedi: “Bu ondan deyil, bu belədir: Münafiqlər Rəsulullahın (salləllahu aleyhi və səlləm) göndərdiyi döyüşçülərin başına bir pislik gələndə sevinirdilər. Əgər onlara Allahdan qələbə və kömək gəlirdisə, möminləri razı salmaq və zəfər və yardıma sevindiklərinə görə təriflənmək istəyirdilər.” Mərvan dedi: “Bu harada, o harada?” Əbu Səid dedi: “Bu da onu bilir.” Mərvan dedi: “Doğrudur, ey Zeyd?” O da dedi: “Bəli, Əbu Səid doğru dedi.” Sonra Əbu Səid dedi: “Bu da onu bilir – Rafi ibn Xadici qəsd edirdi – , amma sənə xəbər versə, qorxur ki, gənc dəvələrini zəkatda əlindən alacaqsan. Çölə çıxanda Zeyd, Əbu Səidə dedi: “Lehinə şahidlik etdiyim üçün məni tərif etməyəcəksən?” Əbu Səid dedi: “Sən haqqa şahidlik etdin.” Zeyd dedi: “Haqqa şahidlik etdiyim üçün məni tərif etməyəcəksən?” Sonra onu Məlikdən, o da Zeyd ibn Əsləmdən, o da Rafi ibn Hədicdən rəvayət edərək dedi ki, o və Zeyd ibn Sabit, Mərvan ibn Həkəmin yanında idilər. Mərvan o zaman Mədinənin əmiri idi. Mərvan dedi: “Ey Rafi, bu ayə nə üçün nazil oldu?” O da, Əbu Səid əl-Xudridən keçdiyi kimi danışdı. Mərvan, yuxarıda keçdiyi kimi hadisədən sonra İbn Abbasın yanına adam göndərdi və soruşdu. O da danışdığımız kimi dedi. İbn Abbasın dediyi ilə bunların dediyi arasında ziddiyyət yoxdur. Çünki ayə hamısını əhatə edəcək qədər ümumidir. Allah ən doğrusunu biləndir.

    Bunu İbn Mərduveyh də Muhəmməd ibn Əbu Atiq ilə Musa ibn Uqbədən, onlar da Zuhridən, o da Muhəmməd ibn Sabit əl-Ənsaridən rəvayət etmişdir ki, Sabit ibn Qeys əl-Ənsari dedi: “Ey Allahın Rəsulu həlak olmaqdan qorxdum.” O da dedi: “Nə üçün?” Dedi: “Allah təala insana etmədiyi şeylə öyünməyə qadağan etdi, mən isə öyünməyi sevirəm. Allah təkəbbürlüyü qadağan etdi, mən isə gözəlliyi sevirəm. Allah səsimizi sənin səsin üzərinə qaldırmağı qadağan etdi, mənim isə səsim gurdur.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Təriflənərək yaşamaq, şəhid olmaq və Cənnətə girmək istəmirsən?” O dedi: “İstəyirəm, Ey Allahın Rəsulu.” O təriflənərək yaşadı və Museyləmə əl-Kəzzəb ilə döyüşdə şəhid oldu.

    Əzabdan qurtulacaqlarını əsla güman etmə” İkinci şəxsin təki olaraq “tə” hərfi ilə (fələ təhsəbənnəhum) və həmçinin “yə” ilə onlar barədə xəbər olaraq oxunmuşdur. Yəni, onlar əzabdan qurtulacaqlarına zənn etməsinlər, bu mütləq olacaqdır, deməkdir. Buna görə Allah təala buyurur: “Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır”.

    Sonra buyurur: “Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir”. Yəni O, hər şeyin sahibidir. Hər şeyə qadirdir. Heç bir şey onu aciz etməz, Ondan qorxun, Ona müxalif olmayın. Qəzəbindən və intiqamından çəkinin. Çünki O, əzəmətlidir, Ondan böyüyü yoxdur. O, güclüdür, Ondan güclü yoxdur.

  • 188

    Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.

    187-ci ayənin təfsirinə bax.

  • 189

    Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.

    187-ci ayənin təfsirinə bax.

  • 190

    Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.

    Təbərani demişdir: Bizə Həsən ibn İshaq Tüştəri danışdı, bizə Yəhya əl-Hammani danışdı, bizə Yaqub əl-Qummi danışdı, o da Cəfər ibn Əbu Muğiradan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan dedi: Qureyşlilər yəhudilərin yanına gəlib dedilər: «Musa sizə nə ilə gəldi?» Onlar dedi: «Onun əsası və görənlər üçün ağ əli var idi.» Xristianlara dedilər: «İsa necə idi?» Onlar dedilər: «Korları və alaca xəstələrini müalicə edərdi, ölüləri dirildərdi.» Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedilər: «Bizim üçün Səfa təpəsini qızıla döndərsin deyə, Rəbbinə dua et.» O da Rəbbinə dua etdi və Allah bu ayəni nazil etdi: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır”. Bunların üzərində düşünün.

    Burada bir ziddiyyət var. Belə ki, bu ayə Mədinə ayəsidir. Onların Səfa qızıla dönsün istəyi isə Məkkədə baş vermişdir. Allah ən doğrusunu biləndir.

    Ayənin mənası belədir ki, Allah təalə buyurur: “Doğrusu, göylərin və yerin xəlq edilməsində” yəni, bunların yüksəklik və genişliyində, bunların enişində, sıxlıq və çökəkliyində; ikisində də planetlər, sabit ulduzlar, dənizlər, dağlar, çöllər, ağaclar, bitkilər, əkinlər, meyvələr, heyvanlar, mədənlər, müxtəlif növ rəngə, dada, iyə və xüsusiyyətlərə malik faydalı qazıntılar; “gecə ilə gündüzün bir-birini əvəz etməsində” yəni, biri birinin ardınca gəlməsi, uzunluq və qısalıqlarının kəsişməsində; bir dəfə birinin uzanıb digərinin qısalmasında, sonra tarazlanmasında, sonra qısa olanın uzanmasında və uzun olanın qısalmasında ibrətlər vardır. Bütün bunlar əziz, hikmətli və bilən Allahın təqdiri ilədir. Buna görə də belə buyurdu: “Ağıllı adamlar üçün dəlillər vardır” yəni, əşyaları olduğu şəkildə açıq-aydın dərk edən tam və iti zəkaya malik ağıl sahibləri üçün, deməkdir. Bunlar ağıllarını çalışdırmayan kar və korlar kimi deyil. Onların haqqında Allah demişdir: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 105-106). Sonra Allah ağıl sahiblərini vəsf edərək buyurur: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir”.

    Necə ki, Səhih Buxaridə, İmran ibn Huseyndən (radiyAllahu anhu) belə dediyi sabit olmuşdur: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Namazı ayaq üstə qıl, əgər gücün çatmasa oturaraq, əgər buna da gücün çatmasa uzanaraq qıl.» Yəni, onlar bütün hallarında içlərindən, könüllərindən və ağızlarından Allahın zikrini kəsməzlər. “Göylərin və yerin yaradılması haqqında düşünür” yəni, onlarda, Xaliqin əzəmət, qüdrət, elm, hikmət, seçim və rəhmətini anlayarlar.

    Seyx Əbu Suleyman əd-Dərani demişdir: «Mən evimdən çıxaram, gözümə nə çarparsa onda Allahın mənim üzərimdə bir nemət və ibrəti olduğunu görərəm.» Bunu İbn Əbu Dünyə “ət-Təfəkkur vəl-İtibar” kıtabında rəvayət etmişdir.

    Həsən Bəsri demişdir: Bir saat təfəkkür, gecəni namazla keçirməkdən daha xeyirlidir.

    Fudeyl demişdir: Həsən belə dedi: Fikirləşmək güzgüdür. Sənə yaxşılıqlarını və pisliklərini göstərir.

    Sufyan ibn Ueynə demişdir: «Düşüncə qəlbinə girən bir nurdur.» Bəzən o, örnək olaraq bu beyti oxuyardı:

    Əgər kişinin düşüncəsi varsa,  Hər şeydə onun üçün bir ibrət olar.

    İsadan (aleyhis-salam) rəvayətə görə o, demişdir: Xoşbəxtdir o kəs ki, sözü zikr, susması fikir və baxışı ibrətdir.

    Müdrik Loğman demişdir: Uzun müddət tək qalmaq təfəkkür etmək üçün ilham verir. Uzun müddət təfəkkür də Cənnət qapısı döyməyə aparır.

    Vəhb ibn Munəbbih də demişdir: Bir kimsə uzun müddət düşünərsə mütləq anlayar, anlayarsa da mütləq bilər, bilərsə də mütləq əməl edər.

    Ömər ibn Əbduləziz demişdir: Allahın zikrini danışmaq gözəldir, Allahın nemətlərini təfəkkür etmək isə ibadətin ən fəzilətlisidir.

    Muğis əl-Əsvəd demişdir: «Qəbirləri hər gün ziyarət edin. Bu sizin təfəkkürünüzü genişləndirər. Məhşəri qəlbinizlə muşahidə edin. İki dəstə halında cənnətə və yaxud cəhənnəmə ayrılacağınızı gözünüzlə görün. Cəhənnəmi, toppuzlarını və zindanlarını xatırlamağı qəlblərinizə və bədənlərinizə hiss etdirin.» O bunu deyib ağlayardı. Hətta dostları ilə olduğu məclisdən özündən getmiş vəziyyətdə çıxarılardı. Onun huşu başından çıxardı.

    Abdullah ibn Mubarək demişdir: Bir adam məzarlığın və zibilliyin yanında bir rahibə rast gəldi və onu haraylayıb dedi: Ey Rahib, yanında dünya xəzinələrindən iki xəzinə var. Onlarda sənin üçün ibrət vardır: Adamların xəzinəsi və mal-dövlətin xəzinəsi.

    İbn Ömər qəlbi ilə danışmaq istəyəndə xarabalığa gedərdi və həzin bir səslə deyərdi: «Əhlin haradadır?» Sonra da özünə gəlib bu sözləri deyərdi: “Onun Üzündən başqa hər şey həlak olacaqdır” (Qasas, 88).

    İbn Abbas da demişdir: Təfəkkürlə qılınan qənaətli iki rükət namaz, qəflət qəlblə qılınan bir gecəlik namazdan daha xeyirlidir.

    Həsən Bəsri demişdir: Ey Adəm oğlu, mədənin üçdə biri qədər ye, üçdə biri qədər su iç və qalan üçdə birini təfəkkür etmək üçün nəfəsə saxla.

    Müdriklərdən biri demişdir: Kim dünyaya ibrət almadan baxsa, onun qəlbi həmin qəflət qədər kütləşər.

    Bişr ibn Haris əl-Hafi demişdir: Əgər insanlar Allahın əzəmətini düşünsələr, ona asi olmazlar.

    Həsən demişdir: Amir ibn Qeys demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrinin biri, ikisi, üçü və daha çoxundan belə dediklərini eşitdim: İmanın ziyası və ya nuru təfəkkürdür.

    İsadan (aleyhis-salam) belə dediyi rəvayət edilmişdir: Ey zəif Adəm oğlu, harada olursan ol, Allahdan qorx, dünyada qonaq kimi ol, məscidləri ev et, gözlərinizə ağlamağı, bədəninə səbri və qəlbinə təfəkkürü öyrət. Sabahın ruzisi üçün qəm yemə.

    Möminlərin əmiri Ömər ibn Əbduləziz (radiyallahu ənh) bir gün dostlarının yanında ağladı, səbəbini soruşanda belə dedi: Dünya zövqləri və şəhvətləri haqqında düşündüm, onlardan ibrət aldım, şəhvəti bitmədən acısı onu bulandırır. Əgər ibrət alan ondan ibrət ala bilməsə, onda, düşünən üçün öyüdlər vardır.

    İbn Əbu Dünya demişdir: Hüseyn ibn Abdurrahmən mənə bu şeri oxudu:

    Möminin əyləncəsi düşüncədir   Möminin ləzzəti ibrətdir.

    Həmd edirik tək Allaha              Təhlükə var hamımıza

    Ömrü bitmiş, çatıb başa            Qəflətdəndir dərk eləmir.

    Nə cür zövqlü həyat vardır       Düşüncədən parlaq idi

    Bulaqların şırıltısı, ağacların kölgəsi də     Onların altından keçdi.

    Bitkilərin, meyvələrin               Sevinci içində keçdi.

    Dəyişdirdi onu və ailəsini         Zamanın surəti başqa etdi   

    Tək Allaha həmd edək ki,         Bunda böyük ibrət vardır       

    Ağıl sahibi olaq ki,                  İbrət alsa, ibrət vardır.

    Allah təala zatına, sifətlərinə, şəriətinə, qədərinə və ayələrinə dəlalət edən məxluqatından ibrət almayanları danlayaraq buyurur: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 105-106). Mömin qullarını isə tərifləmişdir: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­  “Ey Rəbbimiz! Sən bunu batil olaraq xəlq etməmisəndeyirlər” yəni, bunları əbəs yerə yaratmadın, əksinə pislik edənləri etdikləri ilə cəzalandırmaq və yaxşılıq edənləri də gözəlliklə mükafatlandırmaq üçün yaratdı.

    Sonra onu boş şeylərdən və batili yaratmaqdan tənzih edib dedilər: “Sən pak və müqəddəssən” yəni, batil bir şey yaratmaqdan. “Bizi Odun əzabından qoru” yəni: Ey məxluqatı haqq və ədalət üzərində yaradan, ey nöqsanlardan, qüsurlardan və əbəsdən uzaq olan, bizi atəşin əzabından qoru, Öz gücün və qüvvətinlə. Bizi bizdən razı qalacağın əməllərə yönəlt. Bizi nemət cənnətlərinə aparacaq saleh əməllərə müvəffəq et, bununla da bizi acılı əzabdan qoru.

    Sonra da dedilər: “Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən” yəni onun rüsvay olduğunu bütün məxluqatına göstərərsən. “Zalımların köməkçiləri olmaz” yəni Qiyamət günü onları himayə edən olmaz. Sənin onlara istədiyindən qaça bilməzlər.

    Ey Rəbbimiz! Həqiqətən, biz imana çağıran bir kimsənin çağırışını eşidib” yəni imana çağırana, o da Rəsulundur (salləllahu aleyhi və səlləm). “Rəbbinizə iman gətirin!”– deyə, bizdə iman gətirdik” yəni dəvətini qəbul edib ona tabe olduq. “Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla” yəni Rəsuluna iman ediyimizə və tabe olduğumuza görə günahlarımızı bağışla, onları ört. “Təqsirlərimizdən keç” yəni Səninlə bizim aramızda olanlardan. “və canımızı itaətkarlarla bir yerdə al” yəni salehlərlə birgə et. “Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver” mənasının «Rəsullarına iman etdiyimizə görə» olduğu deyilmişdir. Həmçinin «Rəsullarının dili ilə» mənasını daşıdığı da söylənilmişdir. Bu daha açıqdır.

    İmam Əhməd demişdir: Bizə Əbu Yəmən danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Amr ibn Muhəmməddən, o da Əbu İqaldan, o da Ənəs ibn Məlikdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Əsqalan iki gəlindən biridir. Qiyamət günü Allah oradan sorğu sual etmədən yetmiş min nəfər dirildəcək. Oradan əlli min şəhid də dirildəcək ki, onlar Allahın hüzuruna gələcəklər. Orada səf-səf şəhidlər olacaq, başları kəsilib, əllərindədir. Boyunlarından qanları fışqırır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” Allah da deyər: Qulum doğru söylədi. Onları ağ çayda yuyun. Çaydan ağappaq təmizlənmiş çıxarlar. Cənnətin istədiyi yerində azad gəzərlər.» Bu hədis Musnədin qəriblərindən sayılır. Onu uydurma sayanlar vardır. Allah ən doğrusunu biləndir.

    “Qiyamət günü bizi rüsvay etmə!” yəni, məxluqatın gözü qabağında. “Şübhəsiz ki, Sən vədindən dönməzsən!” yəni, qayıdışın olması mütləqdir. Necə ki, bu barədə rəsullarına xəbər verdin. Bu, Qiyamət günü Sənin qarşında dayanmaqdır.

    Hafiz Əbu Yalə demişdir: Bizə Haris ibn Şureyh danışdı, bizə Mutəmir danışdı, bizə Fadl ibn İsa danışdı, bizə Muhəmməd ibn Munkədir danışdı, ona Cabir ibn Abdullah danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Qiyamət günü Adəm oğlu Allahın hüzürunda o qədər utanar və rəzil olar ki, Cəhənnəmə göndərilməyə belə razı olar.» Hədis gəribdir.

    Belə sabit olmuşdur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə namazına qalxdığı zaman Ali-İmran surəsinin son on ayəsini oxuyardı. Buxari demişdir: Bizə Səid ibn əbi Məryəm danışdı, bizə Muhəmməd ibn Cəfər danışdı, mənə Şərik ibn Abdullah ibn Əbu Nəmir xəbər verdi, o da Kureybdən, o da İbn Abbasdan, o demişdir: Mən xalam Məymunənin evində gecələdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) ailəsi ilə bir müddət danışdı sonra yatdı. Gecənin son üçdə birində dikəlib oturdu və göyə baxdı. Sonra bu ayələri oxudu: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır…”. Sonra da qalxıb dəstəmaz aldı və misvaklandı. On bir rükət namaz qıldı. Sonra Bilal sübh azanını oxudu. İki rükət qıldı, sonra çıxıb insanlara fəcr namazını qıldırdı.

    Muslim də beləcə onu Əbubəkr ibn əbu İshaq əs-Sananidən, o da İbn əbu Məryəmdən bu cür rəvayət etmişdir. Sonra onu Buxari bir neçə yolla Malikdən, o da Maxraməh ibn Suleymandan, o da Kureybdən, o da İbn Abbasdan xəbər vermişdir ki, o, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcəsi Məymunəgildə gecələdi. Məymunə, İbn Abbasın xalası idi. O dedi: «Mən yatağın eninə başımı qoydum. Rəsulullah (salləllahu aleyhi və səlləm) ailəsi ilə uzununa qoydular. Rəsulullah (salləllahu aleyhi və səlləm) yatdı. Gecə yarı – və ya bir az əvvəl yaxud bir az sonra – Rəsulullah (salləllahu aleyhi və səlləm) oyandı, əli ilə üzünü ovuşduraraq yuxusunu qaçırmağa çalışdı. Sonra Ali-İmranın sonundan on ayəni oxudu. Sonra asılı bir tuluğa doğru gedib ondan dəstəmaz aldı. Dəstəmazını gözəl aldı. Sonra namaza qalxdı. İbn Abbas deyir: Mən də qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib yanında durdum. Rəsulullah (salləllahu aleyhi və səlləm) sağ əlini başımın üstünə qoydu, sağ qulağımı bükdü. İki rükət namaz qıldı. Sonra daha iki rükət, sonra daha iki rükət, sonra daha iki rükət, sonra daha iki rükət, sonra daha bir rükət qıldı. Sonra uzandı, müəzzini Bilal gəldi, qalxdı yüngül iki rükətdə qıldı. Sonra çıxıb fəcr namazını qıldı.» Beləcə bunu camaatın qalanı da Məlikdən belə rəvayət etmişlər. Bunu Muslim ilə Əbu Davud müxtəlif yollardan Maxraməh ibn Suleymandan bu cür rəvayət etmişdir.

    İbn Abbasdan (radiyallahu ənh) olan bu hədisin başqa bir yolu:

    Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn Muhəmməd ibn Əli danışdı, bizə Əbu Yəhya ibn Məsərrə xəbər verdi, bizə Xallad ibn Yəhya xəbər verdi, bizə Yunus ibn əbu İshaq xəbər verdi, o da Minhal ibn Amrdan, o da Əli ibn Abdullah ibn Abbasdan, o da Abdullah ibn Abbasdan dedi: Atam Abbas mənə Rəsulullahın (salləllahu aleyhi və səlləm) evində gecələyib namazını öyrənməmi əmr etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) insanlara işa namazını qıldırdı. Məsciddə özündən başqa kimsə qalmadıqda qalxdı. Yanımdan keçdikdə soruşdu: «Bu kimdir? Abdullahdır?» Mən də: «Bəli» – dedim. O dedi: «Nə olub?» Mən dedim: «Atam Abbas bu axşam sizdə gecələməyimi əmr etdi.» O dedi: «Gəl dalımca, gəl dalımca.» Evə girdikdə dedi: «Abdullahın yerini sərin.» Sərt parçadan bir yataq gətirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) yatdı, hətta xorultusunu eşitdim. Sonra yatağının üstündə dik oturdu. Başını göyə qaldırdı və üç dəfə: “Subhanəl-Məlikil-quddusi” – dedi. Sonra Ali-İmran surəsinin bu son ayələrini bitirənə qədər oxudu.» Muslim, Əbu Davud və Nəsai də, Əli ibn Abdullah ibn Abbasdan bu barədə hədis rəvayət etmişlər.

    Başqa bir yol, bunu da İbn Mərduveyh, o da Asim ibn Bəhdələdən, o da dostlarından birindən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəfə gecədən bir xeyli keçmiş çıxdı. Göyə baxıb bu ayələri oxudu: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır..” Surənin sonuna kimi oxuyub dedi: «Allahım qəlbimə nur ver, qulağıma nur ver, gözümə nur ver, sağıma nur ver, soluma nur ver, önümə nur ver, arxama nur ver, üstümə nur ver, altıma nur ver, qiyamət günündə nurumu qüvvətləndir.» Bu dua, Səhihin bəzi rəvayətlərində Kureybdən, o da İbn Abbasdan sabit olmuşdur.

    Sonra İbn Mərduveyh ilə İbn Əbu Hatim belə rəvayət etmişlər: Cəfər ibn Əbu Muğiradan, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Qureyşlilər yəhudilərin yanına gəlib dedilər: «Musa sizə hansı ayətlərlə gəldi?» Onlar dedilər: «Əsa ilə baxanlar üçün bəyaz əl ilə.» Xristianların yanına gəlib dedilər: «İsa sizin aranızda necə idi?» Onlar dedilər: «Kor və cüzam xəstələrini sağaldardı, ölüləri dirildərdi.» Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedilər: «Rəbbinə bizə görə dua et ki, Səfa təpəsini bizim üçün qızıla döndərsin.» O da Rəbbinə dua etdi və bu ayələr nazil oldu: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır..”. Dedi ki, bunların üzərində düşünsünlər.» Mətn ibn Mərduveyhindir.

    Bu hədis ayənin əvvəlində Təbəraninin rəvayətində keçmişdi. Buna görə bu ayənin Məkkə ayəsi olması gərəkdir. Məşhur olan onun Mədinə ayəsi olmasıdır. Dəlili digər hədisdir.           Ibn Mərduveyh demişdir: Bizə İsmayıl ibn Əli ibn İsmayıl danışdı, bizə Əhməd ibn Əli əl-Hərrani xəbər verdi, bizə Şucə ibn Əşrəs danışdı, bizə Haşrəc ibn Nəbatə əl-Vasiti əbu Mukrəm danışdı, o da Kəlbi əbu Hubabdan, o da Ətadan deyir: Mən, İbn Ömər və Ubeyd ibn Umeyr, Aişənin (radiyallahu ənhə) yanına getdik. Yanına girdik, aramızda pərdə var idi. Aişə dedi: «Ey Ubeyd nə üçün gəlmisiz?» O da şairin sözü ilə dedi: «Seyrək ziyarət et, sevgin artar.» İbn Ömər dedi: «Sən buna fikir vermə, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) gördüyün ən qeyri-adi şeyi danış.» O da ağladı və dedi: «Onun hər şeyi qeyri-adi idi, yanıma mənim gecəmdə gəldi, dərisi dərimə toxundu, sonra dedi: «Məni burax əziz və cəlil olan Allahıma ibadət edim.» Mən də dedim: «Allaha and olsun ki, sənə yaxın olmağı sevirəm, Rəbbinə ibadət etməni də sevirəm.» Qalxdı, tuluqa yaxınlaşdı, dəstəmaz aldı, suyu çox tökmədi. Sonra qalxıb namaz qıldı. Elə ağladı ki, saqqalı islandı. Sonra səcdə etdi və ağladı. Hətta səcdə yeri islandı. Sonra uzandı və ağladı. Bilal fəcr azanı vermək üçün gəldi və dedi: “Ey Allahın Rəsulu niyə ağlayırsan, Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb”. O dedi: «Vay halına, ey Bilal, necə ağlamayım, mənə bu gecə “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır..” ayələr nazil oldu. Onu oxuyub düşünməyənlərin vay halına.»

    Bunu Abd ibn Humeyd də təfsirində Cəfər ibn Avndan, o da Əbu Cənab əl-Kəlbidən, o da Ətadan bundan daha uzun və ətraflı şəkildə rəvayət etmişdir.

    Bunu Əbu Hatim İbn Hibban da öz Səhihində İmran ibn Musadan, o da Osman ibn əbu Şeybədən, o da Yəhya ibn Zəkəriyyadan, o da İbrahim ibn Suveyd ən-Nəxaidən, o da Abdulməlik ibn əbi Suleymandan, o da Ətadan rəvayət etmişdir. O belə demişdir: «Mən və Ubeyd ibn Umeyr, Aişənin yanına getdik…» Sonra oxşarını danışdı.

    Bunu Abdullah ibn Muhəmməd ibn əbid-dunya “ət-Təfəkkur vəl-itibar” kitabında Şuca ibn Əşrəsdən bu cür rəvayət etmişdir. Sonra demişdir: Mənə Həsən ibn Əbduləziz danışdı, Suneyddən eşitdim, o da Sufyan Səvridən, mərfu olaraq belə demişdir: “Kim Ali-İmran surəsinin sonunu oxuyub düşünməsə, vay onun halına. On ayəni barmaqları ilə saymışdır”. Həsən ibn Əbduləziz demişdir: Mənə Ubeyd ibn Səib, Əvzaiyə belə dediyini xəbər verdi: «Bunların üzərində ən gözəl düşüncə necə olur?» O da dedi: «Onları başa düşərək oxu.»

    İbn Əbu Dunyə demişdir: Mənə Qasım ibn Hasim danışdı, bizə Əli ibn Əyyaş danışdı, bizə Abdurrəhman ibn Suleyman danışıb dedi: Əvzaiyə sual verdim ki, bu ayədə ən azından necə düşünülür və bu lənətdən necə xilas olunur. Bir an başını əydi və cavab verdi: Bunları başa düşərək oxu.

    Başqa qərib hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Abdurrəhman ibn Bəşir ibn Numeyr xəbər verdi, bizə İshaq ibn İbrahim əl-Busti danışdı; digər sənədlə bizə İshaq ibn İbrahim ibn Zeyd xəbər verdi, bizə Əhməd ibn Amr danışdı, bizə Hişam ibn Ammar xəbər verdi, bizə Suleyman ibn Musa əz-Zuhru xəbər verdi, bizə Muzahir ibn Əsləm əl-Maxzumi xəbər verdi, bizə Səid ibn əbu Səid əl-Məqburi xəbər verdi, o da Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: «Rəsulullah (salləllahu aleyhi və səlləm) hər gecə Ali-İmran surəsinin son on ayəsini oxuyardı.» Muzahir ibn Əsləm zəif rəvayətçidir.

  • 191

    O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür­  “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

    190-cı ayənin təfsirinə bax.

  • 192

    Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.

    190-cı ayənin təfsirinə bax.

  • 193

    Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!

    190-cı ayənin təfsirinə bax.

  • 194

    Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

    190-cı ayənin təfsirinə bax.

  • 195

    Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kə-sin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”.

    Rəbbi onlara belə cavab verdi” yəni, Rəbbləri cavab verdi. Necə ki, şair deyir:

    Bir nəfər: Ey çağrıya cavab verən deyə səsləndi,

    Halbuki, başqası belə cavab verməz

    Səid ibn Mənsur demişdir: Bizə Sufyan danışdı, o da Amr ibn Dinardan, o da Ummu Sələmə ailəsindən olan Sələmə adlı bir kişidən deyir ki, Ummu Sələmə Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedi: «Ey Allahın Rəsulu, Allahın qadınların hicrətindən bəhs etdiyini eşitmirik.» Allah təala bu ayələri nazil etdi: “Rəbbləri onlara belə cavab verdi: “Mən, sizlərdən işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm”. Ayə sonuna kimi. Ənsarlarda biri dedi: Kəcavə içində bizə gələn ilk qadın odur.

    Bunu Hakim də Mustədrəkində Sufyan ibn Ueynədən rəvayət etmişdir. Sonra demişdir: Buxarinin şərtinə görə səhihdir. İkisi də təxric etməmişlər.

    İbn əbi Nəcih isə, Mucahiddən, o da Ummu Sələmədən onun belə dediyini rəvayət etmişdir: Son nazil olan ayə budur: “Rəbbləri onlara belə cavab verdi: “Mən, sizlərdən işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm”. Bunu İbn Mərduveyh rəvayət etmişdir.

    Ayənin mənası belədir: Ağıl sahibləri möminlər yuxarıda keçdiyi kimi Rəbblərindən istədiyi şeyləri istəyərkən, Rəbbləri də buna dərhal cavab vermişdir. Bu ayədəki kimi: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (Bəqərə, 186).

    “Mən, sizlərdən işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm” bu cavab verməyi təfsir etməkdir, yəni onlara cavab verərək dedi: Əməl edənin əməlini zay etməyəcəyini, kişi olsun qadın olsun əməl edənin əməlini ona əskiksiz ödəyəcəyini bildirdi. “Siz bir-birinizdənsiniz” yəni hamınız savabımda eynisiz. “Hicrət edənlərin” yəni şirk diyarını tərk edib iman diyarına gələnlər, sevimlilərini, dostlarını, qardaşlarını və qonşularını tərk edənlər, deməkdir. “Yurdlarından çıxarılanlar” yəni müşriklərin təzyiqindən məcburiyyət qarşısında qaçanlar, deməkdir. Buna görə “Mənim yolumda əziyyətə düçar olanların” demişdir. Yəni, insanlara qarşı günahları tək Allaha iman etmələri idi. Necə ki, Allah təala buyurur: “Peyğəmbərləri və sizləri Rəbbinizə iman etdiniz deyə qovurlar” (Mumtəhinə, 1). O buyurur: “onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar” (Buruc, 8).

    Vuruşanların və öldürülənlərin” bu da Allah yolundakı məqamların ən ucasıdır, atının ayağlarını doğrayar, üzünü torpağa qana bulayar. İki Səhihdə belə sabit olmuşdur: Bir adam Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: «Ey Allahın Rəsulu, Allah yolunda səbir edərək, savabını Ondan umaraq, irəli atılıb, geriyə dönməyib öldürülsəm, Allah günahlarımı bağışlayar?» O da: «Bəli» – dedi. Sonra dedi: «Necə dedin?» O da dediyini təkrar etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Bəli, borc istisna olmaqla. Bunu mənə az öncə Cəbrayıl söylədi.» Buna görə Allah təala buyurur: “əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm”. Yəni arasından süd, bal, şərab, şirin su və daha gözlərin görmədiyi, qulaqların eşitmədiyi və necəliyi bir insanın qəlbinə gəlməyən çayların axdığı Cənnətlərə, deməkdir.

    Allah tərəfindən bir mükafatdır” savabı Özünə izafət etməsi və nisbət etməsi onun böyüklüyünü göstərmək üçündür. Çünki kərəm sahibi ancaq bol və çox verir. Şair dediyi kimi:

    Əgər əzab versə, can alar

    Əgər verirsə çox verər, heçnə azaltmaz.

    Gözəl mükafat məhz Allahın dərgahındadır” yəni yaxşı əməl edənə veriləcək gözəl mükafat Onun yanındadır.

    İbn Əbu Hatim demişdir: Duheym ibn İbrahimdən rəvayət edilmişdir: bizə Vəlid ibn Muslim danışdı, mənə Hariz ibn Osman xəbər verdi ki, Şəddad ibn Əvs belə deyərdi: Ey insanlar, Allahı verdiyi hökmdə ittiham etməyin, çünki O, möminə haqsızlıq etməz. Birinizə sevdiyi bir şey gəlsə, Allaha həmd etsin. Sevmədiyi bir şey gəlsə, ona səbir etsin və savabını Allahdan gözləsin. Çünki savabın ən gözəli Allah qatındadır.

  • 196

    Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın!

    Allah Təala deyir ki, nemət, kef və sevinc içində yaşayan kafirlərə baxmayın. Onların hamısı tezliklə yox olacaq, pis əməlləri ilə baş başa qalacaqlar. Biz onlara bu nemətləri şərlərinə görə veririk. Onların əllərindəki hər şey “Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!”. Bu ayə Allahın digər ayədə buyurduğu kimidir: “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın” (Ğafir, 4). Allah təala buyurur: “De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.Dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq” (Yunus, 69-70); “Biz onlara nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba məcbur edəcəyik” (Loğman, 24). “Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver” (Tariq, 17). “Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü gətiriləcək kimsə ilə eyni ola bilərmi?” (Qasas, 61).

    Kafirlərin dünyadakı hallarını və atəşə dönəcəklərini zikr etdikdən sonra buyurdu: “Öz Rəbbindən qorxanları  altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Allahdan bir ziyafətdir. Allahın dərgahında olan möminlər üçün daha xeyirlidir”.

    İbn Mərduveyh demişdir: Bizə Əhməd ibn Nasr danışdı, bizə Əbu Tahir Səhl ibn Abdullah xəbər verdi, bizə Hişam ibn Ammar xəbər verdi, bizə Səid ibn Yəhya xəbər verdi, bizə Ubeydullah ibn Vəlid əl-Vəssafi xəbər verdi, o da Muharib ibn Disardan, o da Abdullah ibn Amr ibn Asdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Onlara “yaxşılar” deyilməsi, atalarına və oğullarına yaxşılıq etmələrinə görədir. Necə ki, ata-ananın sənin üzərində haqqı var. Həmçinin övladının da sənin üzərində haqqı var.»

    İbn Mərduveyh bunu Abdullah ibn Amr ibn Asdan mərfu olaraq da rəvayət etmişdir. İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əhməd ibn Cənab danışdı, bizə İsa ibn Yunus danışdı, o da Ubeydullah ibn Vəlid əl-Vassafidən, o da Muharib ibn Disardan, o da İbn Ömərdən demişdir: Allah onları atalarına və oğullarına yaxşılıq etdiklərinə görə “yaxşılar” adlandırır. Necə ki, valideyinlərin sənin üzərində haqqı var. Həmçinin övladınında sənin üzərində haqqı var.» Bu rəvayət doğruya daha yaxındır.

    Sonra İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Muslim ibn İbrahim danışdı, bizə Hişam Dəstəvai danışdı, o da bir adamdan, o da Həsəndən dedi: “yaxşılar” qarışqanı belə incitməyənlərdir.

    Yenə İbn Əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Əbu Muaviyyə danışdı, o da Aməşdən, o da Xeysəmdən, o da Əsvəddən dedi ki, Abdullah ibn Məsud demişdir: Yaxşı olsun, pis olsun, ölüm hər kəsə xeyirlidir. Əgər yaxşıdırsa “Allahın dərgahında olan yaxşılar üçün daha xeyirlidir” demişdir.

    Bunu Abdurrəzzaq da Aməşdən, o da Səvridən belə rəvayət etmiş və bu ayəni oxumuşdur: “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır” (Ali-İmran, 178).

    İbn Cərir demişdir: Mənə Musənna danışdı, bizə İshaq danışdı, bizə İbn əbu Cəfər danışdı, o da Fərəc ibn Fədalədən, o da Loğmandan, o da Əbud-dərdadan belə demişdir: Elə bir mömin yoxdur ki, ölüm onun üçün xeyirli olmasın. Elə bir kafir yoxdur ki, ölüm onun üçün xeyirli olmasın. Kim məni təsdiq etməsə, Allah təala buyurur: “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır” (Ali-İmran, 178).

  • 197

    Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!

    196-cı ayənin təfsirinə bax.

  • 198

    Öz Rəbbindən qorxanları  altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Allahdan bir ziyafətdir. Allahın dərgahında olan möminlər üçün daha xeyirlidir.

    196-cı ayənin təfsirinə bax.

  • 199

    Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.

    Allah təala Ona haqqı ilə iman gətirən bir qrup kitab əhlindən bəhs edir. Qədim kitablara iman edərək Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil edilənə də iman etdilər. Onlar Allaha qarşı müti olarlar, yəni ona itaət edərlər, hüzurunda baş əyərlər. “Allahın ayələrini ucuz qiymətə satmırlar”, yəni kitablarında Muhəmmədin (salləllahu aleyhi və səlləm) sifəti, təsvirini, göndərilməsini və ümmətin halı ilə əlaqəli şeyləri gizlətməzdilər. Onlar istər yəhudi, istərsə də xristian olsunlar, əhli kitabın xeyirliləri və seçilənləridir. Allah təala Qasas surəsində buyurur: “əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.Onlara oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər” (Qasas, 52-54). “Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır”(Bəqərə, 121). “Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə (insanları) doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər” (Əraf, 159). “Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar” (Ali-İmran, 113). “De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və onların itaətini artırır” (İsra, 107-109).

    Bu sifətlər yəhudilərdə az görünür. Məsələn, Abdullah ibn Salam və onun kimi iman gətirən ravvinlər. Bunların sayı on nəfərə çatmaz. Xristianlara gəldikdə onların çoxu doğru yolda olanlar və haqqı tanıyanlardı. Necə ki, Allah buyurur: “Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə daxil edəcəyinə ümid edirik.Belə dediklərinə görə də Allah onları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur” (Maidə, 82-85). Burada isə belə buyurdu: » Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.»

    Hədisdə sabit olduğuna görə Cəfər ibn Əbu Talib (radiyallahu ənh) Həbəş kralı Nəcaşinin hüzurunda «kəf, hə, yə, əyn, sad» surəsini oxuduğu zaman, kral və yanındakı patriarxlar və yepiskoplar elə ağladılar ki, saqqalları islandı.

    İki Səhihdə sabit olduğuna görə Nəcaşi öləndə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun ölüm xəbərini onlara çatdırdı və dedi: «Həbəşistandakı qardaşınız öldü, onun namazını qılın. Çölə çıxdı, səf qurdular, namazını qıldırdı.»

    İbn əbu Hatim ilə hafiz Əbubəkr İbn Mərduveyh, Hammad ibn Sələmədən rəvayət etmişlər, o da Sabitdən, o da Ənəs ibn Məlikin belə dediyini rəvayət etmişdir: Nəcaşi öləndə, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Qardaşınız üçün bağışlanma diləyin. Bəziləri, Həbəşistanda ölən kafir üçün bağışlanma diləməyimizi istəyir, dedilər. Bunun üzərinə bu ayə nazil oldu: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir”.

    Bunu Abd ibn Humeyd ilə İbn Əbu Hatim başqa bir yolla Hammad ibn Sələmədən, o da Sabitdən, o da Həsəndən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Sonra onu İbn Mərduveyh fərqli yollardan, Humeyddən, o da Ənəs ibn Məlikdən yuxarıda keçdiyi kimi rəvayət etmişdir.

    İbn Cərir isə onu Əbubəkr əl-Huzəlidən, o da Qatadədən, o da Səid ibn Musəyyəbdən, o da Cabirdən rəvayət etmişdir. Cabir demişdir: Nəcaşi öləndə Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə dedi: «Əshəmə qardaşınız öldü.» O çıxdı və cənazələrə qıldığı kimi ona da cənazə qıldı. Dörd təkbir aldı. Münafiqlər dedilər: «Həbəş torpağında ölən bir kafirin namazını qıldırır.» Buna görə Allah bu ayəni nazil etdi: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir”.

    Əbu Davud demişdir: Bizə Muhəmməd ibn Amr ər-Razi danışdı, bizə Sələmə ibn Fadl danışdı, o da Muhəmməd ibn İshaqdan, mənə Yəzid ibn Ruman danışdı, o da Ürvədən, o da Aişənin (radiyAllahu anhə) belə dediyini rəvayət etmişdir: Nəcaşi öldüyü vaxt biz onun qəbrində davamlı nur görüldüyünü danışırdıq.

    Hafiz Əbu Abdullah əl-Hakim öz Mustədrəkində demişdir: Bizə Əbu Abbas əs-Səyyari Mərvdə xəbər verdi, bizə Abdullah ibn Əli əl-Ğazzal danışdı, bizə Əli ibn Həsən ibn Şəqiq danışdı, bizə İbn Mubarək danışdı, bizə Musab ibn Sabit xəbər verdi, o da Amir ibn Abdullah ibn Zubeyrdən, o da atasından dedi: Nəcaşinin torpağına düşmən hücum etdi. Muhacirlər ona dedilər: «Onlara qarşı döyüşmək üçün səninlə birgə çıxmaq istəyirik. O zaman bizim cəsarətimizi görərsən və bizə etdiyinin əvəzini ödəmiş olarıq.» O da dedi: «Xeyr. Əziz və cəlil olan Allahın köməyi ilə gələn dava-dərman, insanların köməyi ilə gələn dava dərmandan daha xeyirlidir.» O dedi: Onun haqqında bu ayə endi “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir”. O demişdir: Bu səhih sənədli hədisidir. İki şeyx təxric etməyiblər.

    İbn əbi Nəcih demişdir: Mucahid dedi: “Həqiqətən, Kitab əhlindən…» Burada əhli kitabın müsəlmanları qəsd edilmişdir.

    Abbad ibn Mənsur demişdir: Həsən Bəsridən “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq, həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir” ayəsi barəsində soruşdum. O dedi: «Onlar Rəsulullahdan (salləllahu aleyhi və səlləm) əvvəl olan əhli kitabdır. Ona tabe olub islamı tanıdılar. Allah da onlara iki əcr verdi: Muhəmməddən əvvəlki imanlarının və Muhəmmədə (salləllahu aleyhi və səlləm) imanlarının mükafatını.» Bu ikisini İbn Əbu Hatim də rəvayət etmişdir.

    İki Səhihdə Əbu Musadan belə dediyi rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Üç nəfərə əcri iki dəfə verilir.» Sonra onlardan birinin «Əhli kitabdan öz peyğəmbərinə və mənə iman edən» olduğunu qeyd etdi.

    Allahın ayələrini ucuz qiymətə satmırlar” yəni əllərindəki elmi gizlətməzlər. Necə ki, onlardan şərəfsiz bir toplum belə etmişlər, hətta bunu havayı edərlər. Buna görə Allah təala buyurur: “Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.

    Mucahid demişdir: «tez haqq-hesab çəkəndir» Yəni, tez hesablayar.

    Bunu İbn əbu Hatim və digərləri rəvayət etmişdir.

    Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, mövqe tutun”, Həsən Bəsri (rahiməhullah) demişdir: Onlara Allahın razı olduğu dinləri üzərində səbir etmələri əmr edildi ki, o da İslamdır. Onu bolluqda, darlıqda, şiddət və rahatlıqda tərk etməmələri istənmişdir ki, müsəlman olaraq ölsünlər. Dinlərini gizlədən düşmənlərə qarşı dözümlü olmaları əmr edildi. Sələf alimlərindən bir çoxu belə demişdir.

    Mövqe tutmaq isə ibadət yerində və sabit dayanmaqda davamiyyət göstərməkdir. Namazdan sonra namazı gözləmək deyənlər də olmuşdur. Bunu İbn Abbas, Səhl ibn Huneyf, Muhəmməd ibn Kəb Kurazi və digərləri demişdir.

    İbn Əbu Hatim burada Muslim ilə Nəsainin Məlik ibn Ənəsdən, o da Alə ibn Abdurrəhman ibn Yaqubdan – Haraqanın mövlasıdır –, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Sizə Allahın nə ilə xətaları sildiyi və dərəcələri artırdığı haqqında xəbər verim? Çətinlik zamanı dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlamaq və bir namazdan sonra digər namazı gözləməkdir. Bu mövqe tutmaqdır, bu mövqe tutmaqdır, bu mövqe tutmaqdır.»

    İbn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd danışdı, bizə Musa ibn İshaq danışdı, bizə Əbu Cuhayfə Əli ibn Yəzid əl-Kufi danışdı, bizə İbn əbu Kərimə xəbər verdi, o da Muhəmməd ibn Yəziddən, o da Əbu Sələmə ibn Əbdurrəhmandan, deyir ki, bir gün Əbu Hureyrə gəldi və dedi: «Ey qardaşım oğlu, “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun” ayəsinin kimin barəsində nazil olduğunu bilirsənmi?» Mən: «Xeyr» – dedim. O da dedi: «Bil ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında (bu ayə nazil olan vaxt) mövqe tutulacaq döyüş yox idi. Ancaq o ayə, məscidləri təmir edən, namazları vaxtında qılan, sonra da orada Allahı zikr edənlər barəsində endi. Onlara “səbir edin” deyildi, yəni beş vaxt namaza, deməkdir. “dözümlü olun” nəfslərinizə və istəklərinizə qarşı, “mövqe tutun” məscidlərinizdə, “Allahdan qorxun” əleyhinizə olan şeylərdə, “Bəlkə nicat tapasınız”.

    Hakim də Mustədrəkində, Səid ibn Mənsur ibn Mubarəkdən, o da Musab ibn Sabitdən, o da Davud ibn Salihdən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən bənzər şəkildə rəvayət etmişdir.

    İbn Cərir demişdir: Mənə Əbus-Səib danışdı, mənə İbn Fudeyl danışdı, o da Abdullah ibn Səib əl-Məqburidən, o da babasından, o da Şurahbildən, o da Əlidən (radiyallahu ənh) dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdu: «Sizə günahlara və xətalara kəffarə olanı göstərimmi? Çətinliklərdə dəstəmazı tam almaq, namazdan sonra namazı gözləmək, mövqe tutmaq məhz elə budur.»

    Yenə İbn Cərir demişdir: Bizə Musa ibn Səhl ər-Ramli danışdı, mənə Yəhya ibn Vadih danışdı, bizə Muhəmməd ibn Muhacir danışdı, mənə Yəhya ibn Zeyd danışdı, o da Zeyd ibn əbu Uneysədən, o da Şurahbildən, o da Cabir ibn Abdullahdan dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Allahın nə ilə xətaları sildiyini və günahları örtdüyünü sizə bildirimmi?» Biz də: «Bəli» – dedik. O da dedi: «Dəstəmaz əzalarını tam yumaq, məscidlərə çox addımlamaq və namazdan sonra namazı gözləmək. Mövqe tutmaq məhz elə budur.»

    İbn Mərduveyh demişdir: Mənə Muhəmməd ibn Əli danışdı, bizə Muhəmməd ibn Abdullah ibn Səlam əl-Beyruti xəbər verdi, bizə Muhəmməd ibn Ğalib əl-Əntaki xəbər verdi, bizə Osman ibn Abdurrəhman xəbər verdi, bizə Vazi ibn Nafi xəbər verdi, o da Əbu Sələmə ibn Abdurrəhmandan, o da Əbu Əyyubdan (radiyallahu ənh), deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bizim başımızın üzərində dayanıb dedi: «Allahın nə ilə xətaları sildiyini və əcri böyütdüyünü sizə bildirimmi?» Biz dedik: «Bəli, ey Rəsulullah, o nədir?» O da dedi: «Çətin vaxtlarda dəstəmazı tam almaq, məscidlərə çox addımlamaq və namazdan sonra namazı gözləməkdir.» O dedi: Allah təalanın ayədə “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” dediyi məhz elə budur. Bu da məscidlərdə mövqe tutmaqdır.» Bu hədis bu yoldan qəribdir.

    Abdullah ibn Mubarək demişdir: Musab ibn Sabit ibn Abdullah ibn Zubeyrdən, mənə Davud ibn Salih danışdı və dedi: mənə Əbu Sələmə ibn Abdurrəhman dedi: «Ey qardaşım oğlu, “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun” ayəsinin kimin haqqında nazil olduğunu bilirsənmi?» Mən: «Bilmirəm» – dedim. O da dedi: «Ey qardaşımın oğlu, bu bir həqiqətdir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında mövqe tutulan döyüş yox idi. Bu, namazdan sonra namazı gözləmək idi.» Bunu İbn Cərir rəvayət etmişdir. Bunun Əbu Hureyrənin (radiyallahu ənh) sözü olması yuxarıda İbn Mərduveyhin rəvayətində ötdü. Allah ən doğrusunu biləndir.

    Deyilmişdir ki, burada mövqe tutmaqdan məqsəd düşmən qarşısında döyüş keşiyi çəkmək, İslam sərhədlərini mühafizə etmək və düşmənlərin müsəlmanlar yaşayan bölgələrə girməsindən qorumaqdır. Bu xüsusda onun çoxlu savabından bəhs edən və təşviq məzmunu daşıyan xəbərlər nəql edilmişdir. Buxari Səhihində Səhl ibn Sad əs-Səididən rəvayət etmişdir ki, Rəsulullah (salləllahualeyhi və səlləm) belə buyurmuşdu: «Allah yolunda bir gün döyüş keçiyi çəkmək, dünya və onun üzərindəkilərdən daha xeyirlidir.»

    Başqa bir hədisdə Muslim, Salman Farisidən (radiyallahuənh), o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini rəvayət etmişdir: «Bir gün bir gecə döyüş keşiyi çəkmək bir ay oruc tutmaqdan və namazda durmaqdan daha xeyirlidir. Əgər ölsə etdiyi əməl davam edər. Ruzi ona gətirilər və fitnədən əmin olar.»

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə İshaq ibn İbrahim danışdı, bizə İbn Mubarək danışdı, o da Hayvə ibn Şureyhdən, mənə Əbu Hani əl-Xəvlani xəbər verdi, ona Amr ibn Məlik əl-Cənbi xəbər verdi ki, o, Fədalə ibn Ubeyddən eşitdi ki, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: «Hər ölənin əməl dəftəri bağlanır, yalnız Allah yolunda döyüş keçiyi çəkən istisnadır. Çünki onun əməli qiyamət gününə qədər artar və o, qəbir əzabından əminlikdə olar.» Bunu Əbu Davud ilə Tirmizi də Əbu Hani əl-Xavlanidən rəvayət etmişdir. Tirmizi: «Həsən, səhihdir» – demişdir. Bunu İbn Hibban da Səhihində rəvayət etmişdir.

    Başqa bir hədisdə, İmam Əhməd demişdir: Yəhya ibn İshaq, Həsən ibn Musa və Əbu Səiddən, onlar dedilər: bizə İbn Lehiya danışdı, bizə Muşrah ibn Haən danışdı, mən Ukbə ibn Amirdən eşitdim ki, o deyir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Hər ölənin əməl dəftəri bağlanır, yalnız Allah yolunda döyüş keşiyi çəkən istisnadır. Onun əməli dirilənə qədər yazılır və o, fitnədən əminlikdə olar.» Haris ibn Muhəmməd ibn əbu Usamə də öz Musnədində Məqburidən o, Abdullah ibn Yəziddir, “təkrar dirilənə qədər” cümləsinə kimi olan hissəni rəvayət etmiş, lakin fitnədən bəhs etməmişdir. Əgər İbn Ləhiyə, «danışdı» deyərsə, o zaman hədis həsəndir. Xüsusən də yuxarıda qeyd olunan şahidlər də vardır.

    Başqa bir hədisdə Abu Abdullah Muhəmməd ibn Yəzid ibn Macə öz Sünənində demişdir: Bizə Yunus ibn Abdulalə danışdı, bizə Abdullah ibn Vəhb danışdı, mənə Leys xəbər verdi, o da Zuhra ibn Mabəddən, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Kim Allah yolunda döyüş keşiyi çəkərkən ölsə, etdiyi yaxşı əməl davamlı olar. Ruzisi də gətirilir, fitnədən də əmin olar və Allah onu qiyamət günündə ən böyük qorxudan əmin olaraq dirildər.»

    Başqa bir yoldan, İmam Əhməd demişdir: Bizə Musa danışdı, bizə İbn Lehiya xəbər verdi, o da Musa ibn Vərdandan, o da Əbu Hureyrədən (radiy Allahu anhu), Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim döyüş keşiyi çəkərək ölsə, qəbir əzabından qorunar, ən böyük qorxudan əminlikdə olar və ruzi ona hər səhər və axşam cənnətdən gətirilir. Qiyamət gününə qədər döyüş keşiyində dayanmışın savabı yazılar.»

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə İshaq ibn İsa danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Muhəmməd ibn Amr ibn Halhalə əd-Duəlidən, o da İshaq ibn Abdullahdan, o da Ummud-Dərdadan, o da hədisi Rəsulullaha (salləllahu aleyhi və səlləm) nisbət etdirərək dedi: «Kim müsəlmanların sərhədlərində üç gün döyüş keşiyi çəkərsə, bir illik döyüş keşiyində dayanmış kimi sayılar.»

    Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Kəhməs danışdı, bizə Musab ibn Sabit ibn Abdullah ibn Zubeyr danışdı və dedi: Osman (radiyallahu ənh) minbərdən xütbə oxuyarkən belə dedi: Sizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bir hədis danışacam. Bu günə qədər susmağımın səbəbi, ayrılığınıza xəsislikdən başqa bir şey deyildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdi: «Allah yolunda bir gecə keşiş çəkmək, min gecəni namazda durmaqdan və gündüzü orucla keçirməkdən əfzəldir.»

    Bunu Əhməd, Ravhdan, o da Kəhməsdən, o da Musab ibn Sabitdən, o da Osmandan bu cür rəvayət etmişdir. Bunu İbn Macə də, Hişam ibn Ammardan, o da Abdurrəhman ibn Zeyd ibn Əsləmdən, o da atasından, o da Musab ibn Sabitdən, o da Abdullah ibn Zubeyrdən rəvayət etmişdir. O demişdir: Osman ibn Əfvan insanlara xutbə oxuyub dedi: Ey insanlar mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bir hədis eşitdim. Məni indiyə qədər bu hədisi danışmaqdan saxlayan, sizin və dostlarınızın digərlərindən ayrılığınıza xəsislikdən başqa bir şey deyildi. Artıq istəyən özü üçün götürsün, istəməyən buraxsın. Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Kim Allah yolunda bir gecə döyüş keşiyində dayanarsa, min gecəni oruc tutmuş və namazda dayanmış kimi olar.»

    Başqa bir yolla da Osmandan (radiyallahu ənh) rəvayət edilmişdir. Tirmizi demişdir: Bizə Həsən ibn Əli Xalləl danışdı, bizə Hişam ibn Addulməlik danışdı, bizə Leys ibn Sad danışdı, bizə Abu Aqil Zuhrəh ibn Mabəd danışdı, o da Osman ibn Əfvanın mövlası Əbu Salihdən deyir: Osmanın minbərdən belə dediyini eşitdim: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bu hədisi, məndən ayrılacağınızdan qorxduğuma görə sizə danışmadım. Sonra fikrimi dəyişdim və sizə danışmağa qərar verdim. Bununla da hər kəs istəyinə uyğun sərbəst seçim etsin. Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Allah yolunda bir günlük döyüş keşiyi çəkmək, digər yerlərdəki min gündən daha xeyirlidir.» Sonra Tirmizi demişdir: «Hədis bu yoldan həsən qəribdir. Muhəmməd, yəni Buxari demişdir: Osmanın mövlası Əbu Salihin adı, Burkandır.» Tirmizidən başqası da, adının Haris olduğunu demişdir. Allah ən doğrusunu biləndir.

    Bunu İmam Əhməd də, Leys ibn Sad ilə Abdullah ibn Lehiyadan rəvayət etmişdir. Onun hədisinin axırında belə bir əlavə vardır: «Osman nitqinin sonunda belə demişdir: Artıq kim özü necə istəsə döyüş keşiyi çəksin. Təbliğ etdimmi?» Onlar dedilər: «Bəli.» O da dedi: «Allahım, şahid ol.»

    Başqa bir hədisdə Əbu İsa Tirmizi demişdir: Bizə İbn əbu Ömər danışdı, bizə Sufyan danışdı, bizə Muhəmməd ibn Munkədir danışdı və dedi: Salman Farisi, Şurahbil ibn Səmtin yanından keçirdi, o isə döyüş keşiyi çəkdiyi yerdə idi. Ona və dostlarına çətin gəlirdi. Salman dedi: «Ey İbn Səmt, sənə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyim bir hədisi danışım?» O da dedi: «Bəli.» Salman dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Allah yolunda bir gün döyüş keşiyi çəkən bir ay namazda durmaqdan və oruc tutmaqdan daha fəzilətlidir – yaxud dedi: daha xeyirlidir – . Kim orada ölsə qəbir əzabından qorunar, əməli qiyamət gününə qədər artar.» Bunu bu yoldan yalnız Tirmizi rəvayət etmişdir və demişdir: «Həsən hədisdir.» Bəzi nüsxələrdə əlavə vardır. Sənədində qırıqlıq var. İbn Munkədir isə, Salmana çatmayıbdı.

    Mən də deyirəm ki, görsənən odur ki, Muhəmməd ibn Munkədir bunu Şurahbil ibn Səmtdən eşitmişdir. Bunu Muslim ilə Nəsai də, Məkhul ilə Əbu Ubeydə ibn Uqbədən, ikisi də Şurahbil ibn Səmtdən rəvayət etmişlər. Onun Salman ilə dostluğu var idi. O, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə demişdir: «Bir gün və bir gecə döyüş keşiyində dayanmaq bir ay oruc tutub namazda durmaqdan daha xeyirlidir. Ölsə, etdiyi əməl davam edər, ruzisi kəsilməz və qəbir əzabından əminlikdə olar.» Muslimin tək başına rəvayəti isə yuxarıda keçmişdir.

    Başqa bir hədisdə İbn Macə demişdir: Bizə Muhəmməd ibn İsmayıl ibn Səmurə danışdı, bizə Muhəmməd ibn Yalə əs-Suləmi danışdı, bizə Ömər ibn Subeyh danışdı, o da Abdurrəhman ibn Amrdan, o da Məkhuldan, o da Ubey ibn Kəbdən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Ramazan ayı istisna olmaqla, Allah yolunda savabını Ondan umaraq müsəlmanların qorunmayan ərazilərində keşikdə durmağın, yüz il ibadətdən, orucdan və namazda durmaqdan daha əzəmətli əcri vardır. Ramazan ayında bir gün, Allah yolunda savabını Ondan umaraq müsəlmanların qorunmayan ərazilərində keşikdə durmaq, min il ibadətdən, orucdan və namazda durmaqdan Allah qatında daha əfzəldir və daha əzəmətli əcri vardır. Əgər Allah onu sağ-salamat ailəsinə qaytarsa, ona min il günah yazılmaz, ona savablar yazılar. Qiyamətə qədər də döyüş keşiyində dayananın əcri yazılar.» Hədis qəribdir. Hətta bu yöndən münkərdir. Ömər ibn Subeyh hədis uydurmaqda ittiham edilmişdir.

    Başqa bir hədisdə İbn Macə demişdir: Bizə İsa ibn Yunus ər-Ramli danışdı, bizə Muhəmməd ibn Şueyb ibn Şabur danışdı, o da Səid ibn Xalid ibn ƏbuTavildən, Ənəs ibn Məlikdən belə dediyini eşitdim: Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini eşitdim: «Allah yolunda bir gecə keşik çəkmək, kişinin ailəsinin yanında min gecəsini oruc tutub namazda durmasından daha əfzəldir. İl, üç yüz altmış gündür, bir gün də min il kimidir.» Bu da qərib bir hədisdir. Əbu Zura və bir çox imamlar, Səid ibn Xalidi zəif saymışlar. əl-Uqeyli demişdir: «Hədisi şahid göstərilməz.» İbn Hibban demişdir: «Hədisi dəlil göstərilməz.» Hakim də belə demişdir: «Ənəsdən uydurma hədislər rəvayət etmişdir.»

    Başqa bir hədisdə İbn Macə demişdir: Bizə Muhəmməd ibn Sabbah danışdı, bizə Abduləziz ibn Muhəmməd xəbər verdi, o da Salih ibn Muhəmməd ibn Zaidədən, o da Ömər ibn Əbduləzizdən, o da Uqbə ibn Amir əl-Cuhənidən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Allah rəhmət etsin keşikçilərin keşiyini çəkənlərə.» Bu isnadda Ömər ibn Əbduləziz ilə Uqbə ibn Amir arasında qırıqlıq var. Çünki ona çatmamışdır. Allah ən doğrusunu biləndir.

    Başqa bir hədisdə Əbu Davud demişdir: Bizə Əbu Tövbə danışdı, bizə Muaviyyə yəni İbn Səlləm danışdı, o da Zeyddən yəni, İbn Səlləmdən, onun Əbu Səlləmdən belə eşitdiyini dedi: Mənə əs-Səluli danışdı ki, ona Səhl ibn Hanzaliyyə danışdı; onlar Huneyn səfərində Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə üzün müddət yol getdilər. Axşam oldu, Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə namaz qılası oldular. Bir atlı gəlib dedi: «Ey Rəsulullah, mən irəliyə getdim, filan dağa çıxdım, Həvazinlilər kəcavəli dəvələrlə, mal-qara və qoyunlarla Huneyndə toplanmışlar.» Rəsulullah (salləllahu aleyhi və səlləm) gülümsədi və dedi: «O, inşəAllah sabah müsəlmanların qənimətidir.» Sonra dedi: «Bu gecə keşiyimizi kim çəkəcək?» Ənəs ibn əbu Mərsəd dedi: «Mən, ey Rəsulullah.» O da dedi: «Elə isə, min.» O da atına mindi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: «Bu dağa doğru get, zirvəsinə çıx, qətiyyən gecə aldanma.» Səhər açılanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) namaz qılacağı yerə çıxıb iki rükət namaz qıldı və dedi: «Atlınızı hiss etdinizmi?» Bir nəfər dedi: «Ey Allahın Rəsulu hiss etmədik.» Namaz üçün çar çəkildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) namazı qılarkən dağa tərəf baxdı, namazı bitirib dedi: «Müjdə olsun sizə, atlınız gəlir.» Biz də dağ yolunda ağacların arasına baxdıq. Birdən o, peyda olub Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: «Mən getdim və əmr etdiyin yerdə durdum. Səhərə qədər hər iki yola nəzarət etdim. Baxdım heç kəsi görmədim.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Bu gecə aşağı endinmi?» O da dedi: «Xeyr. Yalnız namaz və təbii ehtiyaclar üçün.» Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Vacib etdin. Artıq əməl etməsən də olar.»

    Bunu Nəsai də, Muhəmməd ibn Yəhya ibn Muhəmməd ibn Kəsir əl-Harranidən, o da Rəbi ibn Nəfi əbu Tövbədən rəvayət etmişdir.

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Zeyd ibn Hubab danışdı, bizə Abdurrəhman ibn Şureyh danışdı, Muhəmməd ibn Şumeyr ər-Ruaynidən eşitdim ki, deyir: Əbu Amir ət-Tuceybidən eşitdim.

    İmam Əhməd dedi: Zeyddən başqası dedi: Əbu Əli əl-Cənbi deyirdi: Əbu Reyhanədən eşitdim ki, o deyir: «Biz bir yürüşdə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Bir gecə bir təpəyə çatdıq, üstündə gecələdik. Hava o qədər soyuq idi ki, bəzilərinin yeri qazıb qalxanlarını üstlərinə örtdüklərini gördüm. Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu gördü və dedi: «Bu gecə keşiyimizi kim çəkəcək, ona bir dua edim ki, fəzilətini görsün.» Ənsardan bir nəfər dedi: «Mən, ey Allahın Rəsulu.» O da dedi: «Yaxınlaş.» Kişi yaxınlaşdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Sən kimsən?» Ənsar da adını dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dua etməyə başladı və çoxlu dua etdi. Əbu Reyhanə demişdir: «Rəsulullahın (salləllahu aleyhi və səlləm) nə dua etdiyini görəndə, növbəti keşik çəkən kişi mən olacam» – dedim. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Yaxınlaş.» Mən də yaxınlaşdım. O dedi: «Sən kimsən?» Kişi dedi: «Dedim: Mən, Əbu Reyhanəyəm.» Mənə, ənsara etmədiyi dua ilə dua etdi. Sonra da dedi: «Alov, Allah qorxusundan yaşaran – yaxud ağlayan – gözə haram edildi. Alov, Allah yolunda keşik çəkən gözə haram edildi.» Nəsai bu hədisi «Alov… haram edildi…» sözlərindən sonuna kimi, İsməh ibn Fadldan, o da Zeyd ibn Hubabdan da bu cür rəvayət etmişdir. Haris ibn Miskindən, o da İbn Vəhbdən, o da Abdurrəhman ibn Şureyhdən də belə rəvayət etmiş və tamamlamışdır. Hər iki rəvayətdə isə demişdir: «Əbu Əli əl-Cənəbidən.»

    Başqa bir hədisdə Tirmizi demişdir: Bizə Nasr ibn Əli Əl-Cəhdami danışdı, bizə Bişr ibn Ömər danışdı, bizə Şueyb ibn Ruzeyq əbu Şeybə danışdı, bizə Əta əl-Xorasani danışdı, o da Əta ibn əbu Rəbahdan, o da İbn Abbasdan dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «İki göz vardır ki, onlara atəş toxunmaz: Allah qorxusundan ağlayan göz ilə, Allah yolunda keşik çəkib gecəni oyanıq qalan göz.» Sonra Tirmizi demişdir: «Həsən, qəribdir, onu yalnız Şuayb ibn Ruzeyq hədisindən bilirik.» O dedi: «Bu bölümdə Osmandan və Əbu Reyhanədən də hədislər vardır.» Mən də deyirəm ki, ikisi də yuxarıda keçmişdir. Allaha həmd olsun.

    Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Yəhya ibn Ğeylan danışdı, bizə Rişdin danışdı, o da Zəbbandan, o da Səhl ibn Muazdan, o da atası Muaz ibn Ənəsdən (radiyAllahu anhu), o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə demişdir: «Kim hökmdarın verdiyi maaşla deyil, könüllü olaraq müsəlmanların keşiyini çəkərsə, gözləri ilə atəşi görməz, yalnız andın həyata keçməsi qədər istisnadı. Çünki Allah buyurur: “İçinizdən hər kəs oraya varid olacaqdır” (Məryəm, 71).» Bunu ancaq Əhməd rəvayət etmişdir. Allah ona rəhmət etsin.

    Başqa bir hədis; Buxari Səhihində Əbu Hureyrədən (radiyallahu ənh) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Bədbəxt olsun, dinarın qulu, dirhəmin qulu və paltarın qulu; verilsə məmnun olar, verilməsə əsəbləşər. Bədbəxt olsun və xəstəliyi qayıtsın, tikan batanda çıxardanı olmasın. Xoşbəxt olsun o qul ki, saçları dağınıq, ayaqları toz-torpaq içində, Allah yolunda atını yüyənləyir. Qorumaqdırsa qoruyacaq, arxa cəbhədirsə arxa cəbhədir. İzin istəsə izin verilməz, şəfaət etsə, şəfaəti qəbul olunmaz.»

    Bu məqama uyğun olaraq təqdim etdiyimiz son hədis budur. Bol nemətdən dolayı Allaha, illər və günlər bir-birini qovaladıqca, həmd olsun.

    İbn Cərir demişdir: Mənə əl-Musənna danışdı, bizə Muttarif ibn Abdullah əl-Mədəni danışdı, bizə Məlik danışdı, o da Zeyd ibn Əsləmdən dedi: Əbu Ubeydə, Ömər ibn Xəttaba məktub yazdı və romalıların yığıldığını, onların qorxunc olduğunu bildirdi. Ömər də ona yazdı: «Amma sonra: Mömin bir qulun başına nə qədər çətin bir iş gələrsə, Allah mütləq ondan sonra bir asanlıq verər. Bir çətinlik iki asanlığa qalib gəlməz. Allah təala Kitabında buyurur: “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, mövqe tutun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!

    Hafiz İbn Əsakir, Abdullah ibn Mubarəkin həyatından bəhs edərkən, Muhəmməd ibn İbrahim ibn əbu Səkinə yolundan belə rəvayət etmişdir: Abdullah ibn Mubarək Tarsusda mənə bu beytləri yazdırdı. Mən də çıxmaq üçün onunla vidalaşdım. Mənimlə bərabər bunları Fudeyl ibn İyada da yazdırdı. Bu da hicrətin 170-ci ilində idi. Bir rəvayətdə isə 177-ci ilində idi:

    Ey iki haramın abidi, əgər bizi görsəydin,

                Özünün ibadətdə oynadığını bilərdin.

                Kim yanağını göz yaşları ilə boyasa,

                Biz də sinəmizi qanımızla örtürük.

                Atını batil şeylər üçün yorur?

                Bizim atlarımız izə səhr düşmənə hücum etməkdən yorulur.

                Sizin gözəl iyiniz ətirdir, bizimki isə,

                Atların dırnaqlarından saçan qığılcımlar və təmiz torpaqdır.

                Bizə Peyğəmbərin belə dediyi çatdı,

                Doğru deyəndir, əsla yalan söyləməz,

                Savaş atlarının çıxartdığı tozla,

    Cəhənnəm odunun alovlanan tüstüsü,

    Bir kişinin burnunda birləşməz,

                Aramızda Allahın Kitabı danışır,

                O yalan söyləməz, şəhid ölü deyildir.

    Deyir ki, Fudeylə məktubu Məscidul-Haramda verdim. Onu oxudu gözləri yaşardı və dedi: «Abdurrəhman doğru deyir, mənə öyüd-nəsihət verir.» Sonra dedi: «Sən hədis yazırsan, doğrudur?» Mən dedim: «Bəli.» O: «Bu hədisi ƏbuAbdurrəhmanın məktubunu gətirmə haqqı kimi qəbul et» – dedi. Sonra Fudeyl ibn İyad mənə bunu yazdırdı: Bizə Mənsur ibn Mutəmir danışdı, o da Əbu Salihdən, o da Əbu Hureyrədən deyir ki, bir adam Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedi: «Ey Rəsulullah, mənə elə bir əməl öyrət ki, onunla Allah yolunda cihad edənlərin savabına nail olum.» O da dedi: «Sən yorulmadan namaz qıla və iftar etmədən oruc tuta bilirsənmi?» O da dedi: «Ey Allahın Rəsulu, mən bunu edə bilməyəcək qədər zəifəm.» Sonra dedi: «Ruhumu əlində tutan Allaha and olsun ki, buna gücün çatsa belə Allah yolunda cihad edənin savabına çata bilməzsən. Bilmirsən ki, at zəncirlənmiş halda gedib gəlirkən sahibi üçün savablar yazılır.»

    Allahdan qorxun” yəni bütün işlərinizdə və bütün hallarınızda, deməkdir. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Muazı Yəmənə göndərəndə belə dedi: «Harada olursan ol, Allahdan qorx. Pisliyin arxasından yaxşılıq et ki onu silsin. İnsanlarla gözəl əxlaqla davran.»

    Bəlkə nicat tapasınız” yəni dünya və axirətdə, deməkdir.

    İbn Cərir demişdir: Mənə Yunus danışdı, mənə İbn Vəhb xəbər verdi, bizə Əbu Saxr xəbər verdi, o da Muhəmməd ibn Kəb əl-Qurazidən, o “Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” ayəsi barəsində deyərdi: «Mənimlə sizin aranızda keçən şeylərdə Allahdan qorxun, bəlkə sabah mənə qovuşanda nicata çatarsınız.»

  • 200

    Ey iman gətirənlər! Səbr edin, dözümlü olun və mövqe tutun, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!

    199-cu ayənin təfsirinə bax.