-
1
Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan onun cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin! Çəkinin bir-birinizdən onunla istədiyiniz Allahdan və qohumluq əlaqələrindən! Həqiqətən, Allah sizə Nəzarətçidir.
NİSƏ SURƏSİ.
Mədinədə nazil olmuşdur. 176 ayədir.
Bismilləhir-Rahmənir-Rahim.
Avfidən rəvayət edilir ki, İbn Abbas demişdir: Nisə surəsi Mədinədə nazil olmuşdur. İbn Mərduveyh də Abdullah ibn Zubeyr ilə Zeyd ibn Sabitdən bu cür rəvayət etmişdir. Abdullah ibn Lehiadan, o da qardaşı İsadan, o da İkrimədən, o da İbn Abbasdan belə rəvayət etmişdir ki, o demişdir: Nisə surəsi nazil olan zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: «Saxlanılmayacaq.»
Hakim Mustədrəkində demişdir: Bizə Əbul-Abbas Muhəmməd ibn Yaqub danışdı, bizə Əbul-BəxtariAbdullah ibn Muhəmməd ibn Şakir danışdı, bizə Muhəmməd ibn Bişr əl-Abdi danışdı, bizə Misar ibn Kidam danışdı, o da Man ibn Abdurrəhman ibn Abdullah ibn Məsuddan, o da atasından, o da Abdullah ibn Məsuddan (radiyallahu ənh) demişdir: Nisə surəsində beş ayə vardır ki, onları dünya və içindəkilərə dəyişmərəm: “Şübhəsiz, Allah zərrə qədər haqsızlıq etməz”, “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz”, “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa isə dilədiyi kimsəyə bağışlayar”, “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər”, “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər” (Nisə-40, 31, 48, 64, 110). Sonra dedi: Əgər Abdurrəhman atasından eşidibsə, bu sağlam bir isnaddır. Amma bu barədə ixtilaf edilmişdir.
Abdurrəzzaq demişdir: Mamərbizə bir adamdan xəbər verdi, o da İbn Məsuddan, dedi: Nisə surəsində beş ayə vardır ki, onlar mənim üçün bütün dünyadan daha sevimlidir: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz”, “Əgər yaxşı əməl olarsa, bunu artırar”, “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa isə dilədiyi kimsəyə bağışlayar”, “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər”, “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (Nisə-31, 40, 48, 110, 152).
Onu Təbəri rəvayət etmişdir: Sonra SalihMurri yolundan, o da Qatadədən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: Nisə surəsində səkkiz ayə nazil olmuşdur ki, onlar bu ümmət üçün üzərinə günəşin doğub batdığı şeylərdən daha xeyirlidir. Birincisi: “Allah sizə bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir”, ikincisi: “Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə yönəldərlər”, üçüncüsü: “Allah sizin üçün yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır”(Nisə, 26-28). Sonra İbn Məsudun dediyinin eynisini qeyd etdi. Yəni, qalan beşi barədə.
Hakim,ƏbuNuaym yolundan, o da Sufyan ibn Ueynədən, o da Ubeydullah ibn əbiYəziddən, o da İbn əbuMuleykədən demişdir: İbn Abbasın bu cür dediyini eşitdim: “Məndən Nisə surəsi barədə soruşun.Çünki Quranı uşaq vaxtımdan oxuyuram.” Sonra Hakim demişdir: Bu iki şeyxin şərtinə görə səhih hədisdir, onu təxricetməmişlər.
Bismilləhir-Rahmənir-Rahim.
- Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan onun cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin! Çəkinin bir-birinizdən onunla istədiyiniz Allahdan və qohumluq əlaqələrindən! Həqiqətən, Allah sizə Nəzarətçidir.
Allah təala məxluqatına Ondan çəkinməyi əmr edir, o da şəriki olmayan tək Allaha ibadət etməkdir. Onların diqqətini Öz qüdrətinə yönəldir. Hansı ki, o qüdrəti ilə onları tək bir candan yaratmışdır. O can da, Adəmdir (aleyhis-salam). “ondan onun cütünü yaradan” o da Həvvadır (aleyhəs-salam). O, Adəm yuxuda ikən, sol arxa qabırğasından yaradıldı. Oyanıb onu gördü. Çox xoşuna gəldi. Bir-birlərinə isinişdilər.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Muhəmməd ibn Muqatil danışdı, bizə Vəki danışdı, o da Əbu Hilaldan, o da Qatadədən, o da İbn Abbasdan dedi: Qadın kişidən yaradıldı, ona görə kişidən gözü doymaz. Kişini də torpaqdan yaratdı, onun da torpaqdan gözü doymaz. Buna görə qadınlarınızı sərbəst buraxmayın.
Səhih hədisdə deyilmişdir: “Qadın qabırğadan yaradıldı, qabırğanın da ən əyri tərəfi ortasıdır. Onu düzəltmək istəsən qırarsan. Ondan istifadə etmək istəsən əyri olaraq istifadə edərsən.”
“Onlardan da bir çox kişi və qadın yayan” yəni Adəm və Həvvadan çoxlu kişi və qadın meydana gətirdi. Onların nəsilləri, xüsusiyyətləri, rəng və dilləri fərqli olaraq dünyanın dörd tərəfinə yaydı. Sonra Ona dönəcəklər və hüzurunda dayanacaqlar.
“Çəkinin bir-birinizdən onunla istədiyiniz Allahdanvə qohumluq əlaqələrindən!” yəni, yalnız Allaha itaət edərək Ondançəkinin.
İbrahim, Mucahid və Həsən “bir-birinizdən onunla istədiyiniz” kəlməsi barəsində demişlər: Yəni, necə deyirlər: “Səndən Allah və qohumluq adı ilə istəyirəm.”Dəhhakdemişdir: “Çəkinin Allahdan, hansı ki, onunla biri-birinizlə əqd və əhd kəsirsiz. Qohumluq əlaqələrini pozmaqdan çəkinin. Qohumluq əlaqələrini qurun, onlarla əlaqə saxlayın.” Bunu İbn Abbas, İkrimə, Mucahid, Həsən, Dəhhak, Rəbi və bir çoxları demişlər.
Bəziləri “qohumluq əlaqələrini” kəlamını “bihi” də olan əvəzliyə aid edərək kəsrəli şəkildə “val-ərhami” oxumuşlar.Yəni, Allah üçünvə qohumluq əlaqələrixatirinə, deməkdir. Necə ki, Mucahid və bəziləri belə demişlər.
“Həqiqətən, Allah sizə Nəzarətçidir” yəni bütün hallarınız və əməlləriniz Onun nəzarəti altındadır. Necə ki, demişdir: “Allah hər şeyə şahiddir” (Buruc, 9). Səhih hədisdə deyilmişdir: “Allaha, sanki Onu gördüyün kimi ibadət et. Sən Onu görməsən də, O səni görür.” Bu da irşaddır, nəzarət edəndən qafil olmamaq üçün əmrdir. Buna görə Allah təala yaratmanın əslinin bir ata və anadan olduğunu zikr etmişdir ki, bir-birlərinə qayğı göstərsinlər və zəiflərinin halına acısınlar.
Səhih MuslimdəCərir ibn Abdullah əl-Bəcəli demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına Mudar qəbiləsindən bir neçə nəfər, xallı əbalarını ortasından deşib boyunlarına keçirmiş halda, yəni çılpaq və kasıb vəziyyətdə gələndə, o qalxıb zöhr namazından sonra xütbə dedi və xütbəsində bu cür buyurdu: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin!” və belə buyurdu: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” (Həşr, 18). Sonra onları sədəqəyə təşviq etdi. Rəvayətçi dedi: Kimi bir dinar, kimi bir dirhəm, kimi bir ölçü buğda, kimi də bir ölçü xurma gətirdi…” Sonra hədisi sonuna kimi danışdı. Bunu imam Əhməd ilə Sünən sahibləri də İbn Məsuddan nikah xütbəsində rəvayət etmişlər. Orada deyilir: Sonra bu üç ayəni oxudu. Onlardan biri də bu idi: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin!”
-
2
Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.
Allah Təala yetimlər tam olaraq həddi buluğa çatdığı zaman onların mallarını geri qaytarmağı əmr edir.Onu yeməyi və öz malına qatmağı qadağan edir. Buna görə buyurur: “Yaxşını pisə dəyişməyin”. SufyanSəvri, o da ƏbuSalihdənbelə dediyini nəql etmişdir: Sənin üçün halal ruzi gəlmədən əvvəl haram ruziyə tələsmə.
Səid ibn Cubeyr demişdir: Halal malınızı, başqalarının haram malına dəyişməyin. O deyir: Halal mallarınızıxərcələyib onların haram mallarını yeməyin.
Səid ibn Musəyyəb ilə Zuhri demişdir: Arığı verib kökü alma.
İbrahim Nəxai ilə Dəhhak demişdir: Saxtasını verib əslini alma.
Suddi demişdir: Bəziləri yetimin qoyunları arasından kökünü götürüb öz arıq qoyununu onun yerinə qoyardı. Sonra da deyərdi: «Qoyuna, qoyun.»Əsil dirhəmi götürüb yerinə saxtasını qoyub deyərdi: «Dirhəmə dirhəm.»
«Onların mallarını öz mallarınızla birlikdə yeməyin.»Mucahid, Səid ibn Cubeyr, İbn Sirin, Muqatil ibn Həyyan, Suddi və Sufyan ibn Huseyn demişlər: «Onları qarışdırıb birlikdə yeməyin.»
“Şübhəsiz ki, bu, böyük günahdır”. İbn Abbas demişdir: «Böyük və əzəmətli günahdır.» İbn Mərduveyh, Əbu Hureyrədən rəvayət etmişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm)“hubən kəbiran” kəlamı haqqında soruşdular, o da dedi: «Böyük günahdır.» Lakin hədisin sənədində Muhəmməd ibn Yunus əl-Kudeymi vardır ki, o zəifdir. Mucahid, İkrimə, Səid ibn Cubeyr, Həsən, İbn Sirin, Qatadə, Muqatil ibn Həyyan, Dəhhak, Əbu Malik, Zeyd ibn Əsləm və ƏbuSinanadan da, İbn Abbasdan rəvayət edilənin eynisi rəvayət edilmişdir.
Əbu Davudun Sünənində rəvayət edilən hədisdə: «iğfir lənə hubənə və xatayənə»yəni, “günahlarımızı və xətalarımızı bağışla» deyilmişdir.
İbn Mərduveyh,ƏbuUeynənin mövlası Vasilə çatan isnad ilə,o da Muhamməd ibn Sirindən, o da İbn Abbasdan rəvayət etmişdir ki, Əbu Əyyub arvadını boşadıqda, Rəsulullah (salləllahu aleyhi və səlləm)ona dedi: «Ey Əbu Əyyub, Əyyubun anasını boşamaq hubdur (günahdır).» İbn Sirin də demişdir: “Hub” günahdır.
Sonra İbn Mərduveyh demişdir: Bizə Abdulbaqi danışdı, bizə Bişr ibn Musa danışdı, bizə Həvzə ibn Xəlifə xəbər verdi, bizə Avf xəbər verdi, o da Ənəsdən:»Əbu Əyyub, yoldaşı Ummu Əyyubu boşamaq istədi və Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu barədə izin istədi.O dedi: «Əyyubun anasını boşamaq hubdur.» O da boşamadı.» Sonra İbn Mərduveyh və Hakim də Mustədrəkində Əli İbn Asimdən, o da Humeyd ət-Tavildən rəvayət edir ki,eşitdim ki, Ənəs ibn Malik belə deyir: «ƏbuTalha, yoldaşı UmmuSuleymi boşamaq istədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «UmmuSuleymi boşamaq həqiqətən hubdur.» O da çəkindi.» Ayənin mənası belədir: Yetimlərin mallarını öz mallarınızla birlikdə yemək, əzəmətli günah vəböyük xətadır, ondan uzaq durun.
“Yetimlərə qarşı ədalətli olmayacağınızdanqorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin”. Yəni, birinizin himayəsində yetim bir qız olsa, ona mehrinidigəri kimi verməyəcəyindən qorxarsa, ondan başqaqadınlarla evlənsin. Onlar çoxdur. Allah onu sıxıntıya salmadı.
Buxari demişdir: Bizə İbrahim ibn Musa danışdı, bizə Hişam danışdı, o da İbn Cureycdən, mənə Hişam ibn Urvə xəbər verdi, o da atasından, o da Aişədən onun belə dediyini rəvayət etmişdir: Bir adamın yanında yetim qız var idi. Həmin adam onunla evləndi.O yetimin xurma bağı var idi. Adam da ona baxardı, özünün isə heç nəyi yox idi. Onun haqqında “Yetimlərə qarşı ədalətli olmayacağınızdanqorxursunuzsa…” ayəsi nazil oldu. Guman edirəm ki, o yetim qız o xurmalıqda və adamın digər malında ona ortaq idi.
Sonra Buxari demişdir: Bizə Abduləziz ibn Abdullah danışdı, bizə İbrahim ibn Sad danışdı, o da Salih ibn Keysandan, o da İbn Şihabdan deyir ki, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, o, Aişədən “Yetimlərə qarşı ədalətli olmayacağınızdanqorxursunuzsa..” ayəsi barəsində soruşdu.O da dedi: Ey bacım oğlu, bu, himayəçisinin evindəböyüyən yetim qız uşağıdır, qız onun malına ortaqdır. Adam da qızın malını və gözəlliyini sevər. Himayəçisi onunla ədalətsiz bir mehirlə evlənmək istəyər. Ona digər qadınlara verdiyini vermək istəməz. Buna görə də onlarla ədalətli davranan və onlara ən yüksək mehir verənistisna olmaqla, evlənmək qadağan olundu. Bunu edə bilməsələr başqa qadınlarla evlənmələri ilə əmr olundu. Urvədedi: Aişə deyir ki, insanlar bu ayədən sonra Rəsulullahdan (salləllahu aleyhi və səlləm) hökm istədilər. Buna görə “səndən qadınlar barəsində hökm istəyirlər” (Nisə, 127) ayəsi nazil oldu.
Aişə deyir ki, Allahın bu ayəsindəki “onlarla evlənmək barəsində düşündüyünüz” (Nisə, 127) ayəsi belədir: Bir kimsə himayəsi altında olan yetim qızın malı və gözəlliyi az olduğu təqdirdə onunla evlənməzdi. Ona görə, yalnız mehirlə ədalətli davranana, malı və gözəlliyi olan yetim qızlarla evlənməsi əmr edildi.
“İkisi, üçü və dördü ilə” yəni, istədiyiniz digər qadınlardan istəsəz iki, üç yaxud dörd, deməkdir. Necə ki, Allah demişdir: “Allah mələkləri, iki, üç və dörd qanadlı etdi” (Fatir,1). Yəni onlardan iki, üç və dörd qanadlı olanlar vardır. Mələklərin belə olması onların daha çox qanadlı olmasına maneə deyil. Çünki bu haqda dəlil vardır. Amma kişilərin dörd qadınla sərhədlənmələri fərqlidir. İbn Abbas ilə cumhurun dediyi kimi bu ayə də elədir. Çünki burada say nemətin icazəli olmasına aiddir. Əgər dörddən artıq icazəli olsaydı, onu da mütləq deyərdi.
Şəfii demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) açıq-aydın sünnəsi onun özündən başqa heç kəsin dörddən artıq qadınla evlənməsinin icazəli olmadığını göstərir. Şəfiinin (rahuməhullah) bu sözündə alimlər icma etmişlər. Ancaq şiələrdən bir qrupu dörddən doqquza qədər icazəli görürlər. Bəziləri də: «Say yoxdur»– demişlər. Bəziləri də dörddən doqquza qədər evlənməyə Rəsulullahın (salləllahu aleyhi və səlləm) iki Səhihdə təsdiqini tapan evliliyini dəlil gətirmişlər. On bir rəvayəti də Buxarinin bəzi ləfzlərində vardır. Buxari onu qırıq sənədlə qeyd etmişdir. Ənəs bizə Rəsulullahın (salləllahu aleyhi və səlləm) on beş qadınla evləndiyini, on üçü ilə əlaqədə olduğunu, yanında on biri olduğunu, öldüyü zaman da doqquz zövcəsi olduğunu rəvayət etmişdir. Alimlərə görə bu, yalnız ona məxsusdur.Ümmətindən başqası üçün icazəli deyil. Dörd qadınla məhdudlaşma hədislərini az sonra qeyd edəcəyik. Onlardan bəziləri bunlardır:
İmam Əhməd demişdir: Bizə İsmayıl ilə Muhamməd ibn Cəfər danışdılar, ikisidə dedilər: Bizə Mamər danışdı, o da Zuhridən, İbn Cəfər hədisində belə demişdir: Bizə İbn Şihab xəbər verdi, o da Səlimdən, o da atasından:»Ğeylan ibn Sələmə əs-Səqafi on qadınla evli olduğu halda İslamı qəbul etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: «İçlərindən dördünü seç.» Ömərin dövründə qadınlarını boşadı və malını oğulları arasında bölüşdürdü. Bu da Ömərə çatdı.O dedi: «Guman edirəm şeytan göydən oğurladığı şeylərdən yaxınlarda öləcəyini pıçıldayıbdır. Bəlkə də çox keçməz öləcəksən. Allaha and olsun ki, ya qadınları geri alırsan, ya da ki, onları sənə mirasçı edərəm və ƏbuRuğal kimi sənin də qəbrini daşlamağı əmr edərəm.
Bunu Şəfii, Tirmizi, İbn Macə, Dəraqutni, Beyhəqi və digərləri İsmayıl ibn Uleyyə, Ğundər, Yəzid ibn Zuray, Səid ibn əbuArubə, SufyanSəvri, İsa ibn Yunus, Abdurrəhman ibn Muhəmməd əl-Muharibi, Fadl ibn Musa və digər hədis hafizlərindən, o da Mamərdən bənzər isnadla “onlardan dördünü seç” kəlməsinə qədər rəvayət etmişdir. Ömərlə bağlı qissə olan hədisin qalan hissəsi isə İmam Əhmədin tək başına rəvayət etdiklərindəndir. Bu da gözəl bir əlavədir. Lakin zəifdir. Çünki Buxari ondanaqislik görmüşdür. Bu hədis Tirmizinin ondan rəvayət etdiyi hədislərdəndir. Çünki onu rəvayət etdikdən sonra demişdir: Buxaridən onun belə dediyini eşitdim: Bu hədis məhfuzdeyildir.DoğrusuŞuayb və digərlərinin Zuhridən nəql etdiyi rəvayətdir. O da belə başlamışdır: Mənə Muhəmməd ibn Suveyd əs-Səqafinin danışdığına görəĞeylan ibn Sələmə demişdir…
Buxari demişdir: Zuhrinin hədisi belədir: Səlimdən,o da atasından: Saqifdən bir nəfər qadınlarını boşadı. Ömər də ona dedi: Ya qadınlarını geri qaytarırsan, ya da ƏbuRuğalın qəbri kimi sənin də qəbrini daşa tutaram.
Bu naqisliyin özündə əskiklik vardır. Allah ən doğrusunu biləndir. Bunu Abdurrəzzaq, o da Mamərdən, o da Zuhridənmürsəl olaraq rəvayət etmişdir. Bunu Malikdə, Zuhridən mürsəl olaraq rəvayət etmişdir. Əbu Zura:»Bu, daha səhihdir» –demişdir.
Beyhaqi demişdir: Bunu Aqil də, Zuhridən rəvayət edərək demişdir: Bizə Osman ibn Muhəmməd ibn ƏbuSuveyddən çatdı ki…
Əbu Hatim demişdir: Bu zəiflikdir. Doğrusu o, Zuhridir, o da Osman ibn Əbi Suveyddən demişdir: Bizə çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir…
Beyhaqi də demişdir: Bunu Yunus ilə İbn Ueynə, o da Zuhridən, o da Muhəmməd ibn əbiSuveyddən rəvayət etmişdir. Bu da Buxarinin qüsurlu hesab etdiyi kimidir. Bu isnad yuxarıda Əhməd ibn Hənbəldən qeyd etdiyimizdir. Rəvayətçiləri iki Səhihin şərtinə görə güvəniləndilər. Sonra Mamər, hətta Zuhri yolundan da rəvayət etmişdi.
Hafiz Əbubəkr əl-Beyhaqi demişdir: BizəƏbuAbdullah əl-Hafiz xəbər verdi, bizə Əbu Əli əl-Hafiz danışdı, bizə Əbu Əbdurrəhman Nəsai danışdı, bizə ƏbuBureydAmr ibn Yəzid əl-Cərmi danışdı, bizə Seyf ibn Ubeyddən xəbər verdi, bizə Sərrar ibn Mucəşşər danışdı, o da Əyyubdan, o da Nəfi ilə Səlimdən, o da İbn Ömərdən nəql etdi ki,Ğeylan ibn Sələmənin yanında on qadın var idi. Özü və qadınlarıİslamı qəbul etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona içlərindən dördünü seçməyi buyurdu. Bunu Nəsai də Sunənində bu cür rəvayət etmişdir. Əbu Əli ibn Səkən də demişdir: Onu tək başına Sərrar ibn Mucəşşər rəvayət etmişdir ki, o da güvəniləndir. Onu İbn Məin də guvənilən kimi tanımışdır.
Əbu Əli isə demişdir: Onu Semeyda ibn Vəhb də Sərrardan rəvayət etmişdir.
Beyhaqi demişdir: Bizə Qeys ibn Haris yaxud Haris ibn Qeys, Urvə ibn Məsud əs-Səqafi və Səfvan ibn Umeyyə hədisi, yəni Ğeylanibn Sələmə hədisi rəvayət edilmişdi.
Buradan çıxan hökm belədir: Əgər dörddən çox qadın almaq icazəli olsaydı,Rəsulullah (salləllahualeyhi və səlləm) ona digər qadınlarını da icazəli görərdi. Çünki onlar Ğeylanlabirlikdə müsəlman oldular. Dördünü saxlayıb digərlərindən ayrılmaq əmri, dörddən artığın heç bir halda icazəliolmadığınbildirir. Əgər bu, artıq evliliyi davam edənə deyilibsə, yeni ailə qurmaq istəyənə ilk növbədə və daha çox aidiyyəti var.Allahsubhanə və təalə ən doğrusunu biləndir.
Bu xüsusda başqa bir hədis:Əbu Davud ilə İbn MacəSünənlərində, Muhəmməd ibn Abdurrəhman ibn əbu Leyla yolundan rəvayət etmişlər, o da Humeyda ibn Şəmərdəldən – İbn Macədə:Şəmərdəlin qızından – rəvayət etmişdir. Əbu Davud da bəzilərinin Şəmərzəl dediyini nəql etmişdir, o da Qeys ibn Harisdən nəql etmişdir.Əbu Davuddakı başqa bir rəvayətdəisə, Haris ibn Qeys ibn Umeyrə əl-Əsədidən deyir: Müsəlman oldum, yanımda səkkiz qadın var idi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışdım.O dedi: Dördünü seç.
Bu “həsən” sənəddir. Yalnız bu ixtilaf zərər verməz.Çünki hədisin başqa şahidləri vardır.
Bu xüsusda başqa bir hədisdə imam Əbu Abdullah Muhəmməd ibn İdris əş-Şəfii (rahiməhullah) öz Müsnədindədemişdir: İbn Əbuz-Zənaddan eşidən biri mənə xəbər verdi ki, o deyir: Mənə Abdulməcid ibn Suheyl ibn Abdurrəhmanxəbər verdi, o da Avf ibn Harisdən, o da Novfəl ibn Muaviyyəəd-Deylidən (radiyallahuənh) dedi: Müsəlman oldum, yanımda beş qadın var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Onlardan istədiyin dördünü seç, qalanından ayrıl.” Mən də onlardan ən çox mənim yanımda olanına üz tutdum. Yaşlı və qısır olan bu qadın,artıq altmış il idi mənimlə birgə idi. Onu boşadım.
Bütün bunlar yuxarıda qeyd edilən Ğeylan hədisinin etibarlılığı üçün şahiddirlər. Necə ki, bunu hafiz Əbubəkr əl-Beyhaqi (rahiməhullah) demişdir.
“Əgər ədalətlə dolanmayacağınızdanqorxursunuzsa, onda biri ilə və yaxud sahib olduğunuz cariyələrlə” Yəni, əgər qadınların çox olmaları səbəbi ilə ədalətli ola bilməyəcəyinizdən qorxsanız, deməkdir. Necə ki, Allah Təala demişdir: “Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz” (Nisə, 129). Kim bundan qorxsa, bir zövcə ilə kifayətlənsin yaxud cariyə alsın. Çünki onların arasında növbə üsulu yoxdur, lakin müstəhəbdir. Kim edərsə gözəl olar. Etməyənə məcburiyyət yoxdur.
“Bu, haqsızlıq etməməyə daha yaxındır” Bəziləri demişlər: “Bu, ailənizin çox olmaması üçün daha yaxındır.” Bunu Zeyd ibn Əsləm, Sufyan ibn Ueynə və Şəfii (rahiməhumullah) demişlər. Bu da Allah təalanın bu ayəsi kimidir “Əgər möhtac olmaqdan qorxursunuzsa” yəni kasıblıqdan, “Allah istəsə, Öz lütfündən sizi varlandırar” (Tövbə, 28). Şair belə demişdir:
Fağır nə vaxt zəngin olacağını bilməz, Zəngin də nə zaman böyük ailəli olacağını bilməz.
Ərəblər: “Aləraculu, yuiluəylətən” deyərlər, bu da kasıb olmaqdır. Burada etiraz yeri vardır. Çünki azad qadınların sayı ilə ailə çoxluğu qorxusu, cariyələrinsayı ilə də eyni mahiyyətdədir. Doğrusu cumhurun dediyidir ki, “Bu, haqsızlıq etməməyə daha yaxındır” yəni haqsızlığa yol verməməyə, deməkdir. Deyilir: “Alə fil hukmi” yəni ədalətsizlik,zülm və haqsızlıq etdi. Əbu Talib məşhur şerində demişdir:
Doğru tərəzi ilə çəkilən tük belə qopmaz,Onunözündən şahidi var,haqsızlıq etməz.
Hüşeym dedi:Əbu İshaqdan,o demişdir: Osman ibn Əfvan onun barəsində gileylənən Kufə sakinlərinə yazdı: “Mən haqsızlığa yol verməyən bir tərəzi deyiləm.” Bunu İbn Cərir rəvayət etmişdir. İbn əbu Hatim, İbn Mərduveyh və Əbu Hatim ibn Hibban öz Səhihində Abdurrəhman ibn İbrahim Duheym yolundan rəvayət etmişdir, bizə Muhəmməd ibn Şueyb danışdı, o da Ömər ibn Muhəmməd ibn Zeyddən, o da Abdullah ibn Ömərdən, o da Hişam ibn Urvədən, o da atasından, o da Aişədən,Rəsulullah (salləllahu aleyhi və səlləm) “Bu, haqsızlıq etməməyə daha yaxındır” ayəsi barəsində demişdir: “Haqsızlığa yol verməməyə.”
İbn əbu Hatim demişdir: Mənə atam: “Bu hədis səhvdir, doğrusu Aişədən məvquf olmasıdır” – demişdir.
İbn Əbu Hatim demişdir: İbn Abbas, Aişə, Mucahid, İkrimə, Həsən, Əbu Malik, ƏbuRəzin, Nəxai, Şəbi, Dəhhak, Əta əl-Xorasani, Qatadə, Suddi, Muqatil ibn Həyyan demişlər: “Meyl etməmənizə.” İkrimə (rahiməhullah), Əbu Talibin beytini dəlil gətirmişdir. Ancaq onun dediyi şer, Sirada rəvayət edilən kimi deyildir. Bunu İbn Cərir də rəvayət etmiş, sonra da şeri daha yaxşı söyləyərək bunu seçmişdir.
“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” Əli ibn əbu Talha, İbn Abbasdan demişdir: Ayədə keçən “nihlə” mehrdir.
Muhəmməd ibn İshaq dedi:Zuhridən, o da Urvədən, o da Aişədən: “nihlətən” yəni,“fərz olaraq.” Muqatil, Qatadə və İbn Cureyc də, “nihlətən” yəni fərz olaraq, demişlər. İbn Cureyc“bəlli bir fərz olaraq”sözünü əlavə etmişdir.
İbn Zeyddemişdir: “Nihlə” ərəb dilində vacib mənasındadır. Yəni, onu ancaq vacib bir şeylə nikahla, demək istəyir. Rəsulullahdan (salləllahu aleyhi və səlləm)sonra heç kim üçün vacib olan mehirdən başqa bir şeylə evlənməsi uyğun deyildir. Mehri yalandan, haqsız yerə kəsmək olmaz.
Onların dediyinin məzmunu budur: “Bir adam evlənəcəyi zaman qadına mütləq mehrini verməlidir. Bu da könül xoşluğu ilə olmalıdır. Necə ki, kiməsə yaxşılıq edəndə, yardım edəndə könül xoşluğu ilə edilir. Qadına da mehir o cür verilməlidir. Əgər qadın, mehir deyilib kəsildikdən sonra öz könül xoşluğu ilə kişiyə nə isə verərsə, yaxud mehrin müəyyən bir qismini bağışlayarsa, onu halal və nuşcanlıqla yesin. Buna görə Allah təala buyurur: “Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqlayeyin!”.
İbn əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, o da Sufyandan, o da Suddidən, o da Yaqub ibn Muğira ibn Şubədən, o da Əlidən deyir: Biriniz bir şeydən şikayət etdiyi zaman zövcəsindən üç dirhəm və ona yaxın bir şey istəsin, ona bal alsın, sonra onu yağmur suyu ilə qarışdırsın, ondan nuşcanlıqla və halallıqla yesin. Çünki o şəfalı və mübarəkdir.
Huşeymdən, o da Səyyardan, o da ƏbuSalihdən deyir: Bir adam qızını evləndirib mehrini alırdı, özünə verməzdi. Allah bunu qadağan etdi: “Qadınlara mehrlərini könül xoşluğu ilə verin!” ayəsi nazil oldu. Bunu İbn əbu Hatim ilə İbn Cərir rəvayət etmişlər.
İbn əbu Hatim demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl-Əhməsi danışdı, bizə Vəki danışdı, o da Sufyandan, o da Umeyr əl-Xasamidən, o da Abdulməlik ibn Muğira ət-Taifidən, o da Abdurrəhman ibn Malik əl-Bəyləmanidən, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Qadınlara mehirlərini könül xoşluğu ilə verin!” buyurdu. Onlar dedilər: “Ey Allahın Rəsulu,onlar arasında əlaqə nədir?” O da dedi: “Onların ailəsi ilə razılaşdığınız kimi.”
İbn Mərduveyh, Həccac ibn Ərtah yolundan rəvayət etmişdir, o da Abdulməlik ibn Muğiradan, o da Abdurrəhman ibn əl-Beyləmanidən, o da Ömər ibn Xəttabdan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə xütbə dedi və üç dəfə: “dulları evləndirin” dedi. Bir nəfər qalxıb dedi: “Ey Allahın Rəsulu, onlar arasında əlaqə nədir?” O da dedi: “Onların ailəsi ilə razılaşdığınız kimi.”Sənəddəki İbn əl-Beyləmanizəifdir.Həmçinin sənəddə qırıqlıq vardır.
-
3
Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda biri ilə və yaxud sahib olduğunuz cariyələrlə. Bu, haqsızlıq etməməyə daha yaxındır.
2-ci ayənin təfsirinə bax.
-
4
Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!
2-ci ayənin təfsirinə bax.
-
5
Allahın ayaq üstə durmağınız üçün sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onları o maldan ruziləndirin, geyindirin və onlara yaxşı sözlər deyin.
Allah təala ayaq üstə durmağınız üçün, yəni dolanışıq vasitəsi təyin etdiyi ticarət və sair malları, sərf etmək üçün ağılsızlara verməyi qadağan edir. Qarşısını almaq da buradan götürülür. Bunlar bir neçə hissədir. Bəzən uşaqlardan ötrü olur, çünki uşağın sərf etmə səlahiyyəti yoxdur. Bəzən də qarşısını alma dəlilər üçün olur. Bəzən də ağlı və ya dini əksik olduğu üçün davranış pozğunluğundan olur. Bəzən də iflasdan olur. Bu da borc içində olanın malının çatışmamazlığı deməkdir. Borc yiyəsi hakimdən onun sərf etməsinin qarşısının alınmasını istəyərlər, o da qarşısını alar.
Dəhhak “mallarınızı ağılsızlara verməyin” ayəsi barəsində İbn Abbasdan demişdir: Onlar oğullarınla, zövcələrindir.
İbn Məsud, Həkəm ibn Ueynə, Həsən və Dəhhak da belə demişlər: Onlar qadınlar və uşaqlardır.
Səid ibn Cubeyr demişdir: Onlar yetimlərdir. Mucahid, İkrimə, Qatadə demişlər: Onlar qadınlardır.
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Hişam ibn Ammar danışdı, bizə Sadaqa ibn Xalid danışdı, bizə Osman ibn Əli ibn əbu Aikə danışdı, o da Əli ibn Yəziddən, o da Qasımdan, o da Əbu Umamədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Qadınlar ağılsızdır, qəyyumuna itaət edənlər istisnadır. «Bunu İbn Mərduveyh də uzun olaraq rəvayət etmişdir.
İbn əbu Hatim demişdir: Muslim ibn İbrahimdən danışıldı, bizə Harb ibn Şureyh danışdı, o da Muaviyyə ibn Qurradan, o da Əbu Hureyrədən, onun “mallarınızı ağılsızlara verməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: Onlar xidmətçilərdir, onlar insanların şeytanlarıdır.
“Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı sözlər deyin”, Əli ibn əbu Talha demişdir: İbn Abbas dedi: Malını və Allahın sənə dolanışıq üçün vəsilə nəsib etdiklərini zövcələrinə və övladlarına verib əllərinə baxma. Əksinə malını saxla, onu işlət, onları geyindirən və yedirdən sən ol.
İbn Cərir demişdir: Bizə İbn Musənna danışdı, bizə Muhəməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Firasdan, o da Şabidən, o da ƏbuBurdədən, o da Əbu Musadan rəvayət etmişdir: Allah üç nəfərin duasını qəbul etməz: Əxlaqsız zövcəsi olub onu boşamayanın, malını ağılsıza əta edənin, çünki Allah “mallarınızı ağılsızlara verməyin” demişdir. Həmçinin bir kişiyə borc verib bu işinə şahid tutmayanın.
Mucahid “və onlara yaxşı sözlər deyin” yəni xeyirxahlıq və qohumluq xüsusunda.
Bu ayə, ailəni və qadağa altında olanları geyindirmək, yedirtmək, gözəl söz söyləmək və yaxşı davranmaq kimi xeyirxahlıqları əhatə edir.
“Yetimləri sınayın” İbn Abbas, Mucahid, Həsən, Suddi və Muqatil ibn Həyyan demişlər: «Onları imtahan edin.»
“Nikah çağına çatana qədər” Mucahid yetkinlik çağına demişdir. Cumhur alimlər uşağın həddi-buluğa çatması oğlan uşağının yuxuda azması ilə olur, o da yuxuda uşaq əmələ gələn suyun gəlməsinin görülməsi ilə olur. Əbu Davudun Sunənində möminlərin əmiri Əli ibn Əbu Talib demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi yadımdadır: «Yuxuda azdıqdan sonra yetimlik və gecəyə qədər danışmamaq yoxdur.» Aişədən və digər sahabədən rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Qələm üç nəfərdən qaldırıldı: Cünub olana qədər uşaqdan, oyanana qədər yatandan və ağılı başına gələnə qədər dəlidən.» Ya da on beş yaşı olmaqla. Bunu iki Səhihdə Abdullah ibn Ömərdən rəvayət edilən hədisdən götürmüşlər.O deyir: «Uhud döyüşündə məni Rəsulullaha (salləllahu aleyhi və səlləm) təqdim etdilər, on dörd yaşım var idi, qəbul etmədi. Xəndək döyüşündə göstərildim, on beş yaşım var idi, qəbul etdi.» Ömər ibn Əbduləzizə bu hədis çatanda demişdir: «Kiçik ilə böyük arasında fərq budur.»
Qasıqda bitən sərt tüklərin yetkinliyin göstəricisinə dair üç görüşlə ixtilaf vardır. Üçüncü görüşdə müsəlman uşaqlarda fərq görmüşlər, onlarda yetkinliyi göstərmədiyini bildirmişlər, çünki dərman istifadə etməklərinə ehtimal vardır. Zimmi uşaqlarda isə yetkinlik sayıla bilər, çünki onlar cizyə vergisinin vaxtını gecikdirmək üçün dərmandan istifadə etməzlər. Doğrusu odur ki, hər kəsin yetkinlik əlamətidir. Çünki bu təbii bir haldır, bunda bütün insanlar birdir. Dərman istifadəsi isə uzaq ehtimaldır. Sonra sünnədə bunun təsdiqi İmam Əhmədin Atiyyə əl-Qurazidən rəvayət etdiyi hədisdə göstərilmişdir: “Qureyz günündə Rəsulullaha (salləllahu aleyhi və səlləm) göstərildik. Tükləri bitənlərə baxmağı əmr etdi. Qılı bitən öldürüldü, bitməyən azad edildi. Mən də bitməyənlər sırasında idim azad buraxıldım.” Bunu dörd Sünən sahibləri bənzər şəkildə rəvayət etmişlər. Tirmizi, həsən,səhihdir, demişdir. Belə olmuşdu, çünki Sad ibn Muaz döyüşənlərin öldürülməsinə, uşaqların da həbs edilməsinə qərar vermişdir.
Əbu Ubeyd Qasım ibn Səllam “əl-Ğarib” kitabında demişdir: Bizə İbn Uleyyə danışdı, o da İsmayıl ibn Umeyyədən, o da Muhəmməd ibn Yəhya ibn Hibbandan, o da Ömərdən: Bir yeniyetmə şerində bir gənc qıza iftira atdı. Ömər (radiyallahu ənh) dedi: “Ona baxın.” Tükləri bitməmişdi deyə ona cəza kəsmədi. Əbu Ubeyd:“Hədisdə keçən “ibtəhərə”- iftira atmaqdır”–demişdir. İbtihar: Yəni bir şeyi etdim deyib yalan danışmaqdır. Əgər doğru deyirsə ona “ibtiyar” deyilir. Şair Kumeyt demişdir:
Mənim üçün gənc bir qızı səciyyələndirmək çirkinlikdir,
İstər ibtihar olsun istər ibtiyar.
“Əgər onların ağla-kamala çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın” Səid ibn Musəyyəb demişdir: “Yəni, dinlərində islah və mallarında qoruma olaraq.” İbn Abbas, Həsən Bəsri və bir çox imamlardan bu cür rəvayət edilmişdi. Fəqihlər də belə demişlər: Nə zaman yeniyetmə dinini və malını düzgün riayət əlamətləri göstərərsə, məhdudiyyət aradan qaldırılar. Vəlisinin əlində olan mal ona təhvil verilər.
“Onlar böyüyüb deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin” Allah təala zəruriyyət xaric, yəni həddi buluğa çatmamış, yetimin malını yeməyi qadağan edir.
“Varlı olan nəfsini saxlasın” kimin yetimin malına ehtiyacı yoxdursa ondan çəkinsin, yeməsin. Şabi demişdir: Mal onun üçün leş və qan kimidir.
“Yoxsul olan isə yaxşılıqla yesin”, İbn əbu Hatim demişdir: Bizə Əşac danışdı, bizə Abdullah ibn Suleyman danışdı, bizə Hişamdanışdı, o da atasından, o da Aişədən: “Varlı olan nəfsini saxlasın” ayəsi yetim malı haqqında nazil oldu.
Bizə Əşəc ilə Harun ibn İshaq danışdılar, dedilər ki, bizə Abdəh ibn Suleyman danışdı, o da Hişamdan, o da atasından, o da Aişədən: “Yoxsul olan isə yaxşılıqla yesin” ayəsi yetimə himayədarlıq edən və ehtiyaclarını ödəyən barəsində nazil oldu. Möhtacdırsa ondan yeyər.
Bizə atam danışdı, bizə Muhəmməd ibn Səid əl-İsfəhani danışdı, bizə Əli ibn Mishər danışdı, o da Hişamdan, o da atasından, o da Aişədən, o deyir: “Bu ayə yetimin vəlisi haqqındadır. “Varlı olan nəfsini saxlasın, yoxsul olan isə yaxşılıqla yesin” ona baxdığı qədər deməkdir.
Bunu Buxari də İshaqdan, o da Abdullah ibn Numeyrdən, o da Hişamdan rəvayət etmişdir.
Fəqihlər demişlər: Ondan, qəyyumluğun əvəzi yaxud ehtiyac miqdarından, hansı daha azdırsa o qədər ye. Zəngin olduğu zaman xərclədiyini qaytaracağı mövzusunda iki görüş ilə ixtilaf etmişlər. Birincisi odur ki, qaytarmaz. Çünki o əziyyətinin əvəzidir. Eyni zamanda kasıbdır. Şəfiilərə görə doğrusu olan budur. Çünki ayə əvəzsiz olaraq yeməyi mübah etmişdir. İmam Əhməd demişdir: Bizə Abdulvəhhab danışdı, bizə Hüseyn danışdı, o da Amr ibn Şuaybdən, o da atasından, o da babasından: Bir adam Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedi: “Mənim malım yoxdur, yetimim var.” O da dedi: “Yetimin malından israf etmədən, səpib dağıtmadan, malı mənimsəmədən və öz malını onun malı ilə qorumadan ye.”
İbn əbu Hatim demişdir: Bizə Əbu Səid əl-Əşəc danışdı, bizə Əbu Xalid əl-Əhmər danışdı, bizə Huseyn əl-Muktib danışdı, o da Amr ibn Şuaybdən, o da atasından, o da babasından deyir ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) bir nəfər gəlib dedi: “Yanımda bir yetim var, onun malı var, mənim isə heç nəyim yoxdur, onun malından yeyə bilərəm?” O da dedi: “Yaxşılıqla, israf etmədən ye.”
Bunu Əbu Davud, Nəsai və İbn Macə, Huseyn ibn Müəllim hədisindən belə rəvayət etmişdir. Əbu Hatim ibn Hibban da Səhihində, İbn Mərduveyh də təfsirində, Yalə ibn Mehdi hədisindən, o da Cəfər ibn Suleymandan, o da Əbu Amir əl-Xəzzazdan, o da Amr ibn Dinardan, o da Cabirdən rəvayət etmişdir ki, bir nəfər dedi: “Ey Allahın Rəsulu, himayəmdəki yetimi hansı səbəbə döyə bilərəm?” O da dedi: “Uşağını döydüyün səbəbə, malını onun malı ilə qorumadan və onun malını mənimsəmədən ye.”
İbn Cərir demişdir: Bizə Həsən ibn Yəhya danışdı, bizə Abdurrəzzaq xəbər verdi, bizə Səvri xəbər verdi, o da Yəhyə ibn Səiddən, o da Qasım ibn Muhəmməddən, o dedi: İbn Abbasın yanına bir bədəvi gəlib dedi: “Mənim qucağımda yetimlər var, onların dəvələri var, mənim də dəvələrim var. Mən dəvəmi borc verirəm, çətinliyə düşürəm, onların südündən mənə nə halaldır?” O da dedi: “Əgər sən onu itəndə axtarır, qoturuna qətran sürtür, hovuzunu doldurur, suyunu üzərində daşıyırsansa, onun nəslinə zərər vermədən südünü də bitirmədən iç.” Bunu Məlik Muvattasında Yəhya ibn Səiddən belə rəvayət etmişdir.
Əta ibn əbu Rəbah, İkrimə, Ibrahim Nəxai, Atiyyə əl-Avfi və Həsən Bəsri də: “Əvəzini ödəməz” – demişlər.
İkincisi: Bəli, əvəzini ödəməlidir. Çünki yetimin malı üzərində qadağa vardır, yalnız ehtiyac halında icazəlidir. Əbubəkr ibn Əbud-Dunyə demişdir: Bizə İbn Xeysəmə danışdı, bizə Vəki danışdı, o da Sufyan ilə İsraildən, o da Əbu İshaqdan, o da Haris ibn Mudarribdən, o dedi: Ömər (radiyallahuənhu) belə söylədi: “Mən özümü bu mala görə yetimin vəlisinin yerinə qoydum. İmkanım olsa çəkinərəm, möhtac olsam borc götürüb, imkan olan kimi qaytararam.
Başqa bir yoldan, Səid ibn Mənsur demişdir: Bizə Əbu əl-Əhvas danışdı, o da Əbu İshaqdan, o da Bəradan dedi: Ömər (radiyallahu anhu) mənə dedi: “Mən özümü Allahın malına nisbətdə yetimin vəlisi yerinə qoydum. Möhtac olsam ondan götürərəm, imkanım olan kimi də onu qaytararam. Ehtiyacım olmasa ondan çəkinərəm.”
İsnadı səhihdir. Beyhəqi də İbn Abbasdan bənzər şəkildə rəvayət etmişdir. İbn əbu Hatim də Əli ibn əbu Talha yolundan, o da İbn Abbasdan “yoxsul olan isə yaxşılıqla yesin” ayəsi barəsində, yəni borc götürsün, demişdir. Deyir ki, Əbu Ubeydə, Əbu əl-Aliyə, Əbu Vail, Səid ibn Cubeyr – rəvayətlərin birində – Mucahid, Dəhhak və Suddidən də bənzər şəkildə rəvayət edilmişdir. Suddi yolundan, o da İkrimədən, o da İbn Abbasdan “yaxşılıqla yesin” ayəsi barəsində, üç barmaqla yesin, dediyi rəvayət edilmişdir.
Sonra da demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə İbn Mehdi danışdı, o da Sufyandan, o da Hakəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan onun “yoxsul olan isə yaxşılıqla yesin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Öz malından qidalansın, yetimin malına ehtiyacı olmasın.”Deyir: Mucahid, Məymun ibn Mihrandan – rəvayətlərin birində – Hakəmdən, eyni şəkildə rəvayət etmişdir.
Amirəş-Şabi demişdir: “Ondan leşin məcburiyəti kimi, yalnız məcburiyyət qarşısında yeyər, ondan yesə əvəzini ödəyər.” Bunu ibn əbu Hatim rəvayət etmişdir.
İbn Vəhb demişdir: Mənə Nəfi ibn əbu Nuaym əl-Qari danışıb dedi: Yəhya ibn Səid əl-Ənsari ilə Rəbiədən, Allah təalanın “yoxsul olan isə yaxşılıqla yesin” ayəsi barəsində soruşdum, onlar dedilər: “Bu yetim haqqındadır. Əgər kasıbdırsa, ona kasıblığına görə kömək edər. Vəli üçün ondan heç nə yoxdur.” Bu rəyin mövzu ilə əlaqəsi yoxdur.
Allah təala buyurur “Varlı olan nəfsini saxlasın” yəni vəlilərdən zəngin olan çəkinsin. “Yoxsul olan isə” yəni onlardan “yaxşılıqla yesin” yəni ən gözəl şəkildə yaxınlaşsın. Necə ki, Allah təala digər ayədə buyurur: “Yetim həddi-buluğa çatana qədər, – daha yaxşısı istisna olmaqla, – onun malına yaxınlaşmayın!” (Ənam, 152). Yəni ona yalnız islah niyyəti ilə yaxınlaşın. Əgər ehtiyacınız olsa ondan yaxşılıqla yeyin.
“Mallarını özlərinə qaytardığınız zaman” yəni həddi buluğa çatanda və onlarda yetkinlik əlamətlərini görəndə, mallarını onlara təslim edin. Mallarını təslim edərkən “onlara şahidlər tutun”. Bu da Allah tərəfindən vəlilərə, yetimlərin mallarını təslim edərkən şahid tutmalarına dair əmrdir. Belə ki, bəziləri təslim etdiyi şeyləri inkar və imtina etməsin. Sonra da buyurdu: “Haqq-hesab çəkməyə Allah yetər” yəni vəlilər yetimlərə baxarkən onların malını tam təslim etdilər yoxsa əksik, hesabda fırıldaqlıq etdilər yaxud yalana əl atdılar deyə onları hesaba çəkib və onlara nəzarət etməyə gücü çatar. Allah bütün bunları bilir. Səhih Muslimdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Ey Əbu Zərr, səni zəif görürəm, nəfsim üçün istədiyimi sənin üçün də istəyirəm. İki nəfərin başına əmir olma və yetimin malına vəli olma.”
-
6
Yetimləri nikah çağına çatana qədər sınayın. Əgər onların ağla-kamala çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə yaxşılıqla yesin. Mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.
5-ci ayənin təfsirinə bax.
-
7
Valideynlərin və yaxın qohumların qoyub getdikləri kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri qadınlara da pay düşür. Bu istər az olsun, istərsə də çox, müəyyən edilmiş bir paydır.
Səid ibn Cubeyr ilə Qatadə demişlər: Müşriklər mallarını böyük kişilərə saxlayırdılar.Onlar nə qadınlara, nə də uşaqlara mirasdan heç bir şey verməzdilər. Buna görə Allah təala: “Valideynlərin və yaxın qohumların qoyub getdiklərindən kişilərə pay düşür” ayəsini nazil etdi. Yəni hamısı Allahın hökmündə bərabərdilər. Vərəsəliyin kökündə birdilər.Baxmayaraq ölüyə yaxınlıq, evlilik yaxud andlaşma kimi şeylərdə fərqli isə ola bilərlər. Son maddə olan andlaşma da evlilik kimi yaxınlıqdır.
İbn Mərduveyh, İbn Hirasə yolundan rəvayət etmişdir: O da SufyanSəvridən, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Cabirdən deyir: UmmuKuccə, Rəsulullahın (salləllahualeyhi və səlləm) yanına gəlib soruşdu: “Ey Rəsulullah, iki qızım var. Ataları öldü.Onların heç bir şeyləri yoxdur. Buna görə Allah təala “Valideynlərin və yaxın qohumların qoyub getdiklərindən kişilərə pay düşür”. Bu hədis, miras ayələrində başqa sözlərlə gələcəkdir. Allah ən doğrusunu biləndir.
“Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o bir şey verin, özlərinə də xoş söz deyin”. Məqsəd, miras paylanarkən mirasçı olmayan qohumlar, yetimlərvə miskinlər olsa, deməkdir. Mirasdan onlara da pay verilsin. Hərçənd bu İslamın əvvəlində vacib idi, bunun müstəhəb olduğu da deyilmişdir.
Bunu nəsx olub olmaması xüsusunda iki görüş ilə ixtilaf etmişlər. Buxari demişdir: Bizə Əhməd ibn Humeyd danışdı, bizə Ubeydullah əl-Əşcaixəbər verdi, o da Sufyandan, o da Şeybanidən, o da İkrimədən, o da İbn Abbasdan, onun “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə” ayəsi barəsində belə dediyi rəvayət edilmişdir: “Bu möhkəmdir, nəsx olunan deyildir.” Səid də ona qoşularaq, İbn Abbasdan demişdir.
İbn Cərir demişdir: Bizə Qasım danışdı, bizə Hüseyn danışdı, bizə Abbad ibn Avvam danışdı, o da Həccacdan, o da Həkəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan dedi: “Bu ayə qüvvədədir, onunla əməl edilir.”
Səvri dedi: İbn əbiNəcihdən, o da Mucahiddən bu ayə haqqında demişdir: “O, mirasçılara vacibdir.Könülləri istədikləri halda onu edərlər.” İbn Məsud, Əbu Musa, Abdurrəhman ibn Əbubəkr, Əbul Aliyə, Şəbi, Həsən, İbn Sirin, Səid ibn Cubeyr, Məkhul, İbrahim Nəxai, Əta ibn əbuRəbah, Zuhri, Yəhyə ibn Yamər: “O, vacibdir”– demişlər.
İbn əbu Hatim də, Əbu Səid əl-Əşəcdən rəvayət etmişdir, o da İsmayıl ibn Uleyyədən, o da Yunus ibn Ubeyddən, o da Muhamməd ibn Sirindən onun belə dediyini söyləmişdir: Ubeydə bir vəsiyyəti icra edirdi.Bir qoyunun gətirilməsi əmriniverdi. Qoyun kəsildi.O da bu ayədə qeyd edilən adamları yedirdib dedi: “Əgər bu ayə olmasa idi, onu öz malımdan edərdim.”
Məlik dətəfsirlə əlaqəli bölümündə Zuhridən belə rəvayət etmişdir: “Urvə,Musabın malını paylayarkən qeyd edilən adamlara verdi.” Zuhri demişdir: “Bu ayə möhkəmdir.” Məlik demişdi:Abdulkərimdən, o da Mucahiddən onun belə dediyini rəvayət etmişdir: “Bu, mirasçıların könlü xoş olana qədər vacib bir haqdır.”
Bunun onlar üçün bir vəsiyyət olduğunu deyənlər:
Abdurrəzzaq demişdir: Bizə İbn Cüreyc xəbər verdi, mənə İbn əbu Muleykə xəbər verdi ki, Əsma bint Abdurrəhman ibn Əbubəkr əs-Siddiq ilə Qasım ibn Muhəmməd ona xəbər verdilər ki, Abdullah ibn Abdurrəhman ibn Əbubəkr, atası Əbdurrəhmanın mirasını böldü. Aişə də hələ sağ idi. Hər ikisi dedilər: “Evdə olan hər bir kasıba və qohuma atasının mirasından verdi.” Yenə o ikisi dedilər ki, sonra “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə” ayəsini oxudu. Qasım deyir ki, Bunu İbn Abbasa danışdım və o dedi: “Doğru qərar verməmişdir.Bu onun üçün deyil. Bu, onlara vəsiyyətdir. Bu ayə yalnız ölünün vəsiyyət etmək istədiyi kimsələr haqqındadır.” Bunu İbn əbu Hatim rəvayət etmişdir.
Ayənin tam şəkildə nəsx olduğunu deyənlər: SufyanSəvri demişdir: Muhəmməd ibn Səib əl-Kəlbidən, o da ƏbuSalihdən, o da İbn Abbasdan, deyir ki, “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə” ayəsi nəsxolunubdur.
İsmayıl ibn Muslim əl-Məkki demişdir: Qatadədən, o da İkrimədən, o da İbn Abbasdan bu ayə haqqında deyir: “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə” ayəsindən sonra gələn“Allah övladlarınız haqqında sizə tövsiyə edər” ayəsi onu nəsx etdi.
Avfidən, o da İbn Abbasdanbu ayə barədə demişdir: “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə” ayəsi, mirasdakı fərz hissələr təyin edilmədən əvvəl idi. Allah ondan sonra fərz hissələri nazil etdi. Hər haqq sahibinə haqqını verdi. Sədəqə də ölünün təyin etdiyi kimsələrə verildi.” Bunları İbn Mərduveyh rəvayət etmişdir.
İbn əbu Hatim demişdir: Bizə Həsən ibn Muhəmməd ibn Sabbah danışdı, bizə Həccac danışdı, o da İbn Cureyc ilə Osman ibn Ətadan, onlar da Ətadan, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə”ayəsini, miras ayəsi nəsx etdi. Hər kəsə ata-ananın və qohumların az və ya çox saxladığı mirasdan pay hissəsi verildi.
Bizə Useyd ibn Asim danışdı, o da Səid ibn Amirdən, o da Həmmamdan, bizə Qatadə danışdı, o da Səid ibn Musəyyəbdən, o deyir: “Bu ayə nəsx edilibdir və o, fərz hissələri nazil olmadan əvvəlki halı izah edir. Bir adam mal qoyub vəfat edəndə, ondan bölgü zamanı iştirak edən qohumlara, yetimlərə və kasıblara verilirdi. Sonra miras ayələri ilə nəsx edildi. Allah hər haqq sahibinə haqqını verdi. Vəsiyyət də sərbəst qaldı. Ölən, istədiyinə vəsiyyət etdi.
Malik dedi: Zuhridən, o da Səid ibn Musəyyəbdən demişdir: “Bu nəsx edilibdir.Onu miras və vəsiyyət ayələri nəsx etdi.”İkriməƏbuş-Şasa, Qasım ibn Muhəmməd, ƏbuSalih, Əbu Malik, Zeyd ibn Əsləm, Dəhhak, Əta əl-Xorasani, Muqatil ibn Həyyan, Rəbi ibn əbu Əbdurrəhman: “Buna nəsxolunub” – demişlər.Cumhur fəqihlərin, dörd imamın və tərəfdarlarının görüşü budur.
İbn Cərir burada çox qərib bir fikir tərcih etmişdir. Xülasəsi budur ki,ona görə ayənin mənası belədir: “Əgər bölgü vaxtı orada …iştirak edərlərsə”yəni, vəsiyyət malının paylanmasında ölənin qohumları da iştirak etsə “onlara ondan bir şey verin, özlərinə də” yetim və yoxsullar əgər iştirak edərlərsə “xoş söz deyin”. Bu onun uzun ibarələrdən və təkrarlardan sonra gəldiyi nəticənin məzmunudur. Burada etiraz yeri vardır. Allah ən doğrusunu biləndir.
Avfi də, İbn Abbasdan “Əgər bölgü vaxtı” barəsində demişdir: «Bu, mirasın bölgüsüdür.» Çoxları da bu cür demişlər. Məna da,Əbu Cəfər İbn Cəririn (rahiməhullah) dediyiüzrə deyil,bunun üzərindədir. Deməli, məna belədir: “Mirasçı olmayan bu qohumlar, yetimlər və yoxsullarbol bir malın bölgüsündə iştirak etdikdə və gördükdə ki, bu götürdü, bu götürdü,bu götürdü, nəfsləri həmin şeylərdən nəyisə çəkə bilər. Onlar isə özlərinə bir şeyverilmədiyi üçün məyus halda tamaşa edirlər. Şəfqətli və mərhəmətli olan Allah, malın orta hissəsindən onlara da ayırmağı əmr etmişdir. Bununla da, onlara xeyirxahlıq etmiş, sədəqə çıxarmış, yaxşı davranmış və qəlblərini qazanmış olarlar. Necə ki, Allah təala buyurur: ”Meyvəsindən yeyin və biçim günü haqqını verin” (Ənam, 141). Malı möhtac və kasıblarıngörməsindən qorxaraq gizlicə daşıyanları da qınamışdır. Necə ki, bağça sahiblərindən belə xəbər vermişdir: “O zaman səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər” (Qələm, 17), yəni gecədən deməkdir. Davam edərək buyurur: “Onlar yollandılar,bir-birlərinəpıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”.(Qələm, 22-24) “Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir” (Muhəmməd, 10). Kim Allahın onun üzərindəki haqqını inkar edərsə, Allah da onu ən qiymətli mülkü ilə cəzalandırar.Buna görə də, hədisdə deyilmişdir: “Sədəqə hansı mala qarışarsa, onu mütləq pozar.” Yəni onu verməmək, o malın tamamən yox olmasına səbəb olur.
“Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər qorxsunlar” Əli ibn əbuTalha da, İbn Abbasdan demişdir: “Bu ölüm anında olan kimsənin haqqındadır. Bir adam onun,varislərin zərərinə olan vəsiyyətinieşidir. Allah o eşidənə, Ondan qorxmasını və həmin adama doğrunu göstərib istiqamət verməsini əmr etmişdir. Bununla da həmin adam vərəsələrinə diqqət yetirər. Necə ki, varislərinin ziyana düşməsindən qorxduqda, onlara qarşı necə davranılmasını istəyərdi. Mucahid və bir çoxları bu cür demişlər. İki Səhihdə sabit olmuşdur ki, Rəsulullah (salləllahualeyhi və səlləm) Sad ibn əbuVaqqası ziyarət edəndə, Sad dedi: «Ey Allahın Rəsulu, mən mal sahibiyəm və yalnız bir qız varisimolacaq.Malımın üçdə ikisini sədəqə edim?» O da:»Olmaz»– dedi. Sad dedi: «Yarısını edim?» Yenə: «Olmaz»– dedi. Sad dedi: «Üçdə birini?» O da dedi: «Üçdə bir, üçdə birdə, çoxdur.» Sonra Rəsulullah (salləllahualeyhi və səlləm) dedi: «Mirasçını imkanlı buraxmağın, insanlara möhtac halında buraxmaqdan daha xeyirlidir.»
Səhihdə İbn Abbas demişdir: «Kaş ki, insanlar o üçdə birinə göz yumub, dörddə birini baxsınlar.» Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm): «Üçdə bir, üçdə birdə çoxdur» – demişdir.
Fəqihlər demişlər: Ölünün mirasçıları varlılar olarsa, ölünün üçdə biri vəsiyyət etməsi müstəhəbdir. Yox əgər kasıblar olarsa, üçdə birin azaldılması müstəhəb sayılar.
Belə də deyilmişdir: “Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər qorxsunlar” ayəsində məqsəd, yetimlərin mallarına toxunmaqdan, deməkdir. “Onlar böyüyüb deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin” (Nisə, 6) Yəni, belə davranmasınlar. Bunu İbn Cərir, Avfi yolu ilə, o da İbn Abbasdan rəvayət etmişdir. Bu da gözəl bir görüşdür.Özündən sonra gələn yetimin malını haqsız yeyənləri qorxudan təhdid də onu təsdiq edir. Yəni, sən özündən sonra ailənlə necə davranılmasını istəsən, vəlisi olduğun zaman başqalarının da ailəsi ilə o cür davran.
Sonra haqsız yerə yetim malını yeyənlərin qarınlarına od doldurduqlarınıbildir. Buna görə də buyurur: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” yəni, yetimlərin mallarını səbəbsiz yerə yeyənlərin qiyamət günü qarınlarına alov doldurulacaqdır.
İki Səhihdə Suleyman ibn Bilalın hədisi ilə, o da Səvr ibn Zeyddən, o da Səlim əbu Ğaysdən, o da Əbu Hureyrədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Həlak edən yeddi günahdan çəkinin.» Onlar dedilər: «Ey Allahın Rəsulu onlar hansılardır?» O da dedi: «Allaha şərik qoşmaq, sehr etmək, Allahın haram etdiyi canı haqsız yerə ödürmək, faiz yemək, yetim malı yemək, döyüşdən qaçmaq, ləyaqətli mömin qadınlara iftira atmaq.»
İbn əbu Hatim demişdir: Mənə atam danışdı, mənə Ubeydə danışdı, bizə Əbu Əbdussəməd Əbduləziz ibn Abdussəməd əl-Ammi xəbər verdi, bizə ƏbuHarun əl-Abdi danışdı, o da Əbu Səid əl-Xudridən, onun belə söylədiyini nəql etdi: Biz dedik: «Ey Allahın Rəsulu meracda nə gördün?» O dedi: «Məni, Allahın xəlq etdiyi məxluqlar olan yerə apardılar. Çoxlu insanlar idi. Hər birinin dəvə dodağı kimi iki dodağı var idi. Onların çənələrini ayıran xüsusi adamlar var idi. Sonra alovdan bir qaya parçası gətirilib ağzına tıxayırdılar. O da ağzından girib arxasından çıxırdı. Boyürüb, bağırırdılar. Mən dedim: Ey Cəbrayıl, bunlar kimdi? O da dedi: Bunlar haqsız yerə yetim malı yeyənlərdir. Qarınlarına atəşdən başqa bir şey doldurmazlar və yandırıb-yaxan oda atılacaqlar.»
Suddi demişdir: Yetim malı yeyən qiyamət günündə qəbirdən qalxdığı zaman ağzından, qulaqlarından, burnundan və gözlərindən alov çıxar. Onu hər görən yetim malı yediyini bilir.
Əbubəkr ibn Mərduveyh demişdir: Bizə İshaq ibn İbrahim ibn Zeyd danışdı, bizə Əhməd ibn Amr danışdı, bizəUqbə ibn Mukrəm danışdı, bizə Yunus ibn Bukeyr danışdı, bizə Ziyad ibn əl-Munzir danışdı, o da Nəfi ibn əl-Harisdən, o da Əbu Bərzədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü bir toplum ağızlarından alovlar saçaraq çıxacaqlar.”Dedilər: “Ey Allahın Rəsulu, onlar kimlərdir?” O da dedi: “Allah təalanın “yetimlərin mallarını haqsızlıqla yeyənlər” dediyini görmədin?” İbn əbu Hatim bunu, Əbu Zuradan, o da Uqbə ibn Mukrəmdən rəvayət etmişdir. İbn Hibban onu öz Səhihində Əhməd ibn Əli ibn əl-Musənnadan, o da Uqbə ibn Mukrəmdən təxric etmişdir.
İbn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər danışdı, bizə Əhməd ibn İsam danışdı, bizə Əbu Amir əl-Abdi danışdı, bizə Abdullah ibn Cəfər əz-Zuhri danışdı, o da Osman ibn Muhəmməddən, o da Məqburidən, o da Əbu Hureyrədən onun belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahualeyhi və səlləm) buyurdu: “İki zəifin malını haram qılıram: Qadın və yetim.” Yəni, onların malından uzaq durmanızı tövsiyə edirəm.
Əl-Bəqərə surəsində Əta ibn Səib yolu ilə keçmişdi, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan (radiyallahu ənh) deyir: “yetimlərin mallarını haqsızlıqla yeyənlər” ayəsi nazil olanda, himayəsində yetim olan adam, gedib öz yeməyini onun yeməyindən, içməyini də onun içməyindən ayırdı. Sonra ən yaxşısını onun üçün saxladı. O da ya yeyərdi, ya da xarab edərdi. Bu da onlara çətin gəldi. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) izah etdilər. Buna görə də Allah “Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onlara qarışırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir” (Bəqərə, 220) ayəsini nazil etdi. O zaman onlar yemək içməkləri biri-birinə qarışdırdılar.
-
8
Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o bir şey verin, özlərinə də xoş söz deyin.
7-ci ayənin təfsirinə bax.
-
9
Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təq-dirdə onlardan ötrü qorxan kəslər qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər.
7-ci ayənin təfsirinə bax.
-
10
Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər.
7-ci ayənin təfsirinə bax.
-
11
Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür. Əgər ikidən artıq sayda qadındırlarsa, qoyub getdiyin üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, yarısı ona çatır. Əgər övladı varsa, onun valideyn-lərinin hər birinə qoyub getdiyi altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də valideynləridirsə, onun anasına üçdə bir hissəsi düşür. Əgər qardaşları varsa, onun ana-sına altıda bir hissəsi düşür. Ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra. Valideynləriniz-dən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
Bu,sonrakı və həmin surənin axırındakı ayələrFəraid(yəni, mirasla bağlı fərzlər) elminin ayələridir. O da bu üç ayədən və onların təfsiri olan hədislərdən çıxarılmışdır. Onlardan bu məsələ ilə əlaqəli olanları qeyd edəcəyik. Məsələnin izahı, ixtilaflar, dəlillər və imamlar arasında mübahisələr isə,“əl-Əhkam” kitabındadır. Yardım Allahdandır.
Fərzləriöyrənmək haqqında təşviqyönlü hədislər varid olmuşdur. Bu xüsusi fərzlər isə ən mühüm vaciblərdən sayılır. Əbu Davud ilə İbn Macə Abdurrəhman ibn Ziyad ibn Ənam əl-İfriqidən rəvayət etmişlər, o da Abdurrəhman ibn Rafi ət-Tənuxidən, o da Abdullah ibn Amrdan (radiyallahuənh) nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Elm üçdür.Bundan başqası isə, əlavədir: “Möhkəm ayə, riayət edilənsünnə, ədalətli miras.”
ƏbuHureyrədən nəql edilir ki, o demişdir:Rəsulullah (salləllahualeyhi və səlləm) demişdir: “Ey ƏbuHureyrə, Fəraizi öyrənin və onu öyrədin.Çünki o elmin yarısıdır. O unudulur. Ümmətimdən ilk alınacaq odur.” Bunu İbn Macə rəvayət etmişdir.İsnadında zəiflik vardır. Abdullah ibn Məsud və Əbu Səid hədisindən də rəvayət edilmişdir. İkisində də etiraz yeri vardır.
İbn Ueynə demişdir: Fəraizə elmin yarısı ona görə deyilmişdir ki,insanların hamısı onunla sınağa çəkiləcək.
Buxari bu ayənin təfsirində demişdir: Bizə İbrahim ibn Musa danışdı, bizə Hişam danışdı ki, onlara İbn Cureycxəbər verib dedi: Mənə İbn Munkədirxəbər verdi, o da Cabir ibn Abdullahdan nəql etdi ki,o dedi: Rəsulullah (salləllahualeyhi və səlləm) ilə Əbubəkr məni Sələmə qəbiləsində piyada ziyarət etdilər. Yuxulu idim, Rəsulullah (salləllahu aleyhi və səlləm) su istədi, dəstəmaz aldı, sonra üzərimə səpdi, mən də ayıldım və dedim: “Ey Allahın Rəsulu malıma nə etməyi əmr edərsən?” Allah bu ayəni nazil etdi: “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür”. Bunu Muslim ilə Nəsai də, Həccac ibn Muhəmməd əl-Avərdən, o da İbn Cureycdən bu cür rəvayət etmişdir. Bunu hamı Sufyan ibn Ueynədən, o da Muhəmməd ibn Munkədirdən, o da Cabirdən rəvayət etmişdir.
Ayənin nazil olma səbəbinə aid Cabirdən başqa bir hədis:İmam Əhməd demişdir: Bizə Zəkəriyyə ibn Adiy danışdı, bizə Ubeydullah– o, İbn Amr ər- Raqqidir – danışdı, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Cabirdən deyir: Sad ibn Rəbinin zövcəsi Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu bunlar Sad ibn Rəbinin iki qızıdır.Ataları Uhudda səninlə idi, şəhid oldu. Əmiləri mallarını alıb, onlara heç nə saxlamadı. Onlar isə malları olmadan evlənə bilməzlər.”Cabir dedi: O da dedi: “Allah bu məsələdə Öz hökmünü verəcəkdir.” Cabir dedi: “Sonra miras ayəsi nazil oldu. Rəsulullah (salləllahu aleyhi və səlləm) əmilərinə xəbər göndərib buyurdu: “Səidin qızlarına üçdə ikisini, analarına səkkizdə birini ver.Yerdə qalanı isə, sənindir.” Bunu Əbu Davud, Tirmizi və İbn Macəbir çox yollarla,Abdullah ibn Muhəmməd ibn Aqildən rəvayət etmişlər. Tirmizi demişdir: Yalnız onun hədisindən bilinir.
Görünür, Cabirin ilk hədisi, bu surənin sonundakı ayənin enməsi ilə əlaqəlidir. Necə ki, bu yaxınlarda gələcəkdir. Çünki onun o vaxtı bir neçə bacısı var idi, qızları yox idi. Kəlalə (qohumluqda ata, ana, uşaq zəncirini pozan) olaraq mirasçı olmuşdur. Biz Buxariyə (rəhmətullahialeyh) tabe olaraq hədisi burada zikr etdik. Çünki o da burada zikr etmişdir. Cabirin ikinci hədisi ayənin nazil olma səbəbinə daha yaxındır. Allah ən doğrusunu biləndir.
“Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” yəni, sizə onlar barəsində ədalətli olmanızı əmr edir. Çünki cahiliyyə dövründə bütün miras kişilərə verilirdi. Qadınlara isə heç nə düşmürdü. Allah təala onların hamısının mirasın əslində (yəni, haqqı çatma baxımından) eyni hüquqlu olmasını əmr etdi. İki sinif arasında fərqi göstərdi və kişiyə iki qadının payını verdi. Bu da kişinin dolanışıq, külfət, ticarətlə məşğul olma, qazanc, və çətininliklərə dözmək kimi ehtiyaclarına görədir. Bu səbəbdən də, qadının aldığının iki qatının kişiyə verilməsi münasib sayılır. Bəzi zəkalılar, Allah təalanın “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” kəlmələrindən Allahın məxluqatına, ananın uşağına olan mərhəmətindən daha çox mərhəmətli olduğunu çıxarmışlar. Çünki valideynlərə övladlarını vəsiyət etmişdir. Buradan da Allahın onlardan daha mərhəmətli olduğu anlaşılır. Səhih hədisdə deyildiyi kimi: O, əsirlər arasında dolaşan bir qadın gördü. Ana uşağından ayrı düşmüşdü. Onu əsirlər arasında tapıb bağrına basdı və əmizdirməyə başladı. Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrinə dedi: «Necə bilirsiz, bu qadının uşağını oda atmağa gücü çatarsa, onu atarmı?» Onlar dedilər: «Xeyr, Ey Allahın Rəsulu.» O da dedi: «Allaha and verirəm ki, Allah qullarına bu qadının uşağına olan mərhəmətindən daha mərhəmətlidir.»
Buxari burada demişdir: Bizə Muhəmməd ibn Yusuf danışdı, o da Vərqadan, o da İbn əbu Nəcihdən, o da Ətadan, o da İbn Abbasdan, onun belə dediyini söyləyir: Əvvəllər mal uşağın, vəsiyyət isə ata-ananın idi. Allah bundan istədiyini nəsx etdi. Kişiyə iki qadının payını, valideynlərin hər birinə isə altıda biri və üçdə biri verdi. Zövcəyə səkkizdə biri və dörddə biri verdi. Ərə isə, yarısını və dörddə birini verdi.
Avfi dedi: İbn Abbas “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” ayəsi barəsində demişdir: Allahın fərz etdiyi, kişi və qadın övladlar və valideynlər barəsində Fəraid ayələri nazil olanda, insanlar və ya bəziləri bunu bəyənmədilər və dedilər: «Qadına dörddə bir və ya səkkizdə bir, qıza yarısı, hətta kiçik uşağa da verilir. Bunlar döyüşənlər deyil. Qənimət gətirməzlər… Bu hədisi dilə gətirməyin, bəlkə Rəsulullah (salləllahu aleyhi və səlləm) onu unudar və yaxud ona deyərik dəyişdirər.» – dedilər. Bəziləri də dedilər: «Ey Allahın Rəsulu, qıza atasının tərk etdiyinin yarısını verirsən, axı o, ata minməz və düşmənlə döyüşməz. Uşağa miras veririk, o da heç nə qazandırmaz…» Onlar cahiliyə dövründə belə edərdilər, yalnız düşmənlə döyüşənə miras verilərdi. Sırası ilə böyüklərə verilərdi.» Bunu İbn əbu Hatim ilə İbn Cərir də rəvayət etmişlər.
“Əgər ikidən artıq sayda qadındırlarsa” bəzi insanlar burada keçən “fəuqə” kəlməsinin artıq olduğunu, təqdirinin də “fəin kunnə nisəən isnəteyni” olduğunu söyləmişlər. Necə ki, “fədribu fəuqəl-ənəqi” (əl-Ənfal, 12) ayəsində buyurulur. Bu söz, nə burada, nə də orada keçərli deyil. Belə ki, Quranda artıq və mənasız heç nə yoxdur. Bu mümkün deyil. Sonra “qoyub getdiyin üçdə iki hissəsi onlara çatır” ayəsində onlar dediyi düz olsa idi: “fələhumə sulusəə mə tərəkə” deyilərdi. İki qıza üçdə ikinin verilməsi son ayədəki iki bacı hökmündən çıxarılmışdır. Çünki Allah təala orada iki bacı üçün üçdə ikiyə hökm etmişdir. İki bacı üçdə iki alırsa, iki qızın üçdə ikisini alması daha məqsədə uyğundur. Cabirin yuxarıda qeyd olunan hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) Sad ibn Rabinin iki qızına üçdə ikisini hökm etmişdir. Beləcə Kitab və Sünnə bunu göstərir.
Ayrıca “Əgər təkcə bir qadındırsa, yarısı ona çatır” deyilmişdir. Əgər iki bacı üçün yarısı olsa idi, o da açıq bildirilərdi. Bir qıza tək olduğuna görə hökm verildiyi üçün, iki bacının da üç bacı hökmündə olduğu anlaşılır. Allah ən doğrusunu biləndir.
“Əgər övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi altıda bir hissəsi çatır” Ata-ananın mirasda üç halı vardır:
Birinci: Uşaqlara birləşmələridir. Bu halda ikisindən hər birinə altıda bir verilir. Əgər ölünün yalnız bir tək qızı varsa, o qız üçün yarısı verilir. Valideynin hər birinə altıda biri verilir. Ata o birisi altıda biri də əsabə olduğuna görə alır. Bu halda onun üçün həm fərz hə də əsabəlik birləşmiş olur.
İkinci: Ata-ananın mirasda tək olmasıdır. Bu zaman anaya üçdə biri düşür, ata da qalanını sırf əsabəliklə alır. Həmin halda ananın aldığının iki qatını alır ki, o da üçdə ikidir. Əgər bu halda yanlarında ər və ya arvad olsa, ər yarısını, arvad da dörddə birini alır. Sonra alimlər ər və arvad öz hissələrini aldıqdan sonra, ananın nə alacağı mövzusunda üç görüşlə ixtilaf etmişlər:
Birinci: O iki məsələdə də ana, qalanın üçdə birini alır. Çünki qalan, sanki o ikisinə nisbətdə bütöv miras kimidir. Allah da ataya ayırdığının yarısını anaya vermişdir. O zaman qalanın üçdə birini alır, ata da üçdə ikisini alır. Bu, Ömər ilə Osmanın görşləridir. İki rəvayətdən ən səhihində isə Əlinin görüşüdür. İbn Məsud ilə Zeyd ibn Sabit də belə demişlər. Yeddi fəqihin, dörd imamın və cumhur alimlərin (Allah onlara rəhmət etsin) görüşləri də belədir.
İkincisi: O bütün malın üçdə birini alır, çünki “Əgər onun övladı yoxdursa, varisi də valideynləridirsə, onun anasına üçdə bir hissəsi düşür” hökmü ümumidir. Bu ayə, onun yanında ər və arvadın olub olmaması baxımından daha ümumidir. Bu da İbn Abbasın görüşüdür. Əli ilə Muaz ibn Cəbəldən də belə rəvayət edilmişdir. Şureyh ilə Davud əs-Zahiri də belə demişlər. Əbu Huseyn Muhəmməd ibn Abdullah ibn Ləbban əl-Bəsri də “Əl-icaz fi ilmil-fəraid” kitabında bunu seçmişdir.
Bunda etiraz vardır. Bu hətta zəifdir. Çünki ayənin zahiri onun tək başına tərk olunanın tamamını alması halı ilə əlaqəlidir. Amma burada ər yaxud arvad fərz hissəsini alır. Qalanı da sanki tərk olunanın hamısı kimi qalır və ana yuxarıda keçdiyi kimi üçdə birini alır.
Üçüncü görüş: Ana, zövcə məsələsində bütün malın üçdə birini alır. Necə ki, o da dörddə birini alır. Bu, on ikinin üçüdür. Ana da üçdə bir alır ki, o da dörddür. Geriyə ata üçün beş qalır. Ər məsələsində isə qalanın üçdə birini alır. Belə ki, malın üçdə birini aldığı təqdirdə atadan çox almasın. O zaman məsələ altıdan gəlir: Ər üçün yarım vardır ki, o da üçdür. Ana üçün qalanın üçdə bir vardır ki, o da bir paydır. Ata üçün də bundan sonra qalandır ki, o da iki paydır. Bu görüş İbn Sirindən (rahiməhullah) nəql edilmişdir. Bu da ilk iki görüşdən çıxan bir görüşdür. Hər ikisi də bir şəkildədir. Bu da həmçinin zəifdir. Doğrusu birincisidir. Allah ən doğrusunu biləndir.
Valideynin üçüncü halı: Bu da qardaşlara birləşmələridir. İstər eyni ata-anadan olsunlar, istər ata bir və yaxud ana bir olsunlar. Çünki onların heç biri ata ilə varsa, miras almazlar. Amma onlar bununla bərabər ananı üçdə birdən altıda birə salırlar. Bu zaman onlar olduğu üçün anaya altıda biri verilir. Əgər ondan və atadan başqa mirasçı olmasa, ata qalanını alır.
Bu izah etdiyimizdə iki qardaşın hökmü, cumhura görə daha çox saylı qardaşların hökmü ilə eynidir.
Beyhaqi, İbn Abbasın mövlası Şubədən, o da İbn Abbasdan rəvayət etmişdir ki, o, Osmanın yanına gedib dedi: «İki qardaş ananı üçdə birdən geriyə salmazlar. Allah təala “əgər onun qardaşları varsa” buyurur. Bu durumda iki qardaş sənin qövmünün dilinə görə daha çox saylı qardaşlar mənasına gələ bilməz.» Osman dedi: «Mən özümdən əvvəlki halı dəyişə bilmərəm. Bu hökm böyük şəhərlərə getmişdir və insanlar da mirası belə bölürlər.» Bu rəvayətin doğruluğunda şübhə vardır. Çünki bu Şubə haqqında Məlik ibn Ənəs tənqidi danışmışdır. Əgər İbn Abbasdan belə bir şey səhih olsa idi, alim dostları bunu bilərdilər. Onlardan isə tam əksi nəql edilir.
Abdurrəhman ibn əbuZənaddan, o da Xaricə ibn Zeyddən, o da atasından belə dediyini rəvayət edilmişdir: «İki qardaşa da “ixvə” (yəni, ikidən çox saylı qardaş da) deyilir.» Mən bu məsələyə dair müstəqil bir cüz ayırdım.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Abduləziz ibn Muğira danışdı, bizə Yəzid ibn Zuray danışdı, o da Səiddən, o da Qatadədən, onun “Əgər qardaşları (bacıları) varsa, onun anasına altıda bir hissəsi düşür” ayəsi barəsində belə dediyini söyləmişdi: Anaya zərər verdilər. Onu mirasçı etmirlər. Onu tək qardaş, üçdə birdən salmaz. Onu yalnız bu saydan yuxarı olanlar sala bilər. Elm adamları hesab edirlər ki, onların anaları üçdə birdən salmaları, atalarının onları evləndirməsi və nəfəqələrinin anaları deyil, ataları tərəfindən təmin edilməsindən dolayıdır.
Bu da gözəl bir sözdür. Amma İbn Abbasdan səhih isnadla: «Analarının payından saldıqları altıda bir, onların özlərinin olur.» – dediyi rəvayət edilmişdir ki, bu da şaz (yəni təklənmiş) rəydir. Bunu İbn Cərir təfsirində rəvayət etmiş və demişdir: Bizə Həsən ibn Yəhya danışdı, bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Tavusdan, o da atasından, o da İbn Abbasdan demişdir: Qardaşlar analarını altıda bir paydan saldılar ki, atalarının deyil, özlərinin olsun.
Sonra İbn Cərir demişdir: Bu rəy bütün ümmətə müxalifdir. Mənə Yunus danışdı, bizə Sufyan xəbər verdi, bizə Amr xəbər verdi, o da Həsən ibn Muhəmməddən, o da İbn Abbasdan, onun belə dediyini söyləmişdir: Kəlalə nə uşağı nə də atası olmayandır.
“Ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra”. Sələf və xələf alimləri borcun vəsiyyətdən əvvəl olduğunda icma etmişlər. Bu da yaxşı baxıldığı zaman ayənin mənasından bilinir.
Əhməd, Tirmizi, İbn Macə və təfsir sahibləri belə rəvayət etmişlər: Əbu İshaq hədisindən, o da Haris ibn Abdullah əl-Avərdən, o da Əli ibn əbuTalibdən onun bu cür dediyini rəvayət etmişdir: «Sizlər “Ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra” oxuyursuz, Rəsulullah (salləllahu aleyhi və səlləm) isə borcu vəsiyyətdən əvvələ salmışdır. Ana bir qardaşlar bir-birinə mirasçı olurlar, anaları ayrılar isə, olmazlar. Bir adam ana-ata bir qardaşına mirasçı olar, ata bir qardaşına isə, olmaz.» Sonra Tirmizi demişdir: Bunu yalnız Haris əl-Avər hədisindən bilirik. Elm adamları onun haqqında tənqidi danışmışlar.
Mən də deyirəm ki, o, Fəraid elmini əzbərdən bilirdi. Ona və hesaba çox diqqət ayırırdı. Allah ən doğrusunu biləndir.
“Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz” yəni, atalara və oğullara bunları fərz etdik və hamısını mirasçı etməklə vərəsəçiliyin əslində bərabər etdik. Halbuki, cahiliyə dövründə belə deyildi. İslamın əvvəlində də mal uşağın, vəsiyyət də valideynin idi. Necə ki, yuxarıda İbn Abbasdan rəvayət etdik. Allah bütün bunları nəsx etdi və hazırkı hala gətirdi. Hər tərəfə lazımi qədər fərz etdi. Çünki hərdən insana dünya yaxud axirət yaxud da hər ikisinin xeyiri oğlundan gəlmədiyi qədər atasından gəlir. Bəzən də tərsi olur. Buna görə də “Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz” buyurmuşdur. Yəni bundan gəlməsi gözlənən xeyir o birisindən də gələ bilər. Buna görə ona və buna bunları fərz etdik. Hamısını mirasın əslində (yəni, vərəsəlik hüququ baxımından payların müxtəlif olmasından asılı olmayaraq) bərabər etdik. Allah ən doğrusunu biləndir.
“Allah tərəfindən buyurulmuş fərz əməllərdir” yəni bu izah etdiyimiz mirasın açıqlanması və bəzi mirasçılara bəzisindən daha çox verilməsi kimi şeylər, Allahdan bir fərzdir. O, bunu hökm etmiş və belə əmr vermişdir. Allah elm və hikmət sahibidir, hər şeyi yerli yerinə qoyar və bu səbəbdən hər kəsə haqq etdiyi şeyi verər. Buna görə Allah təala buyurur: “Həqiqətən, Allah Biləndir, Müdrikdir”.
-
12
Əgər zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz səkkizdə bir hissəsi onlara çatır. Əgər kişinin və ya qadının valideyni və övladı yoxdursa, bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə altıda bir hissəsi düşür. Əgər onlar bundan artıq olsalar, üçdə birinə şərikdirlər. Vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra. Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.
Allah təala deyir ki: Ey kişilər, “Əgər zövcələrinizin” dünyalarını dəyişdikdən sonra“övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, miraslarının yarısı sizindir. Yox əgər onların övladı varsa, miraslarının dörddə bir hissəsi sizindir.” Borcun vəsiyyətdən əvvəl olduğu yuxarıda qeyd edilmişdir. Ondan sonra vəsiyyət sonra da miras gəlir. Bu da alimlər arasında icma edilən bir şeydir. Nəvələr nə qədər aşağı ensələr də öz övladınız hökmündədir.
Sonra buyurur: “Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, mirasınızın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, mirasınızın səkkizdə bir hissəsi onlara çatır.” Bir, iki, üç, dörd zövcə dörddə birdə və ya səkkizdə birdə eynidir, ortaqdırlar. “Vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra” bu barədə yuxarıda danışdıq.
“Əgər kişi yaxud qadın kəlalə olaraq miras qoyarsa”, “kəlalə” sözü “iklil” kəlməsindən törəmədir. O da başı hər tərəfdən sarıyan çələngin dairəsidir. Burada məqsəd üsuldan və ikinci dərəcəlilərdən deyil, kənardan olan varislər qəsd edilmişdi. Necə ki, Şəbi rəvayət etmişdir: «Əbu Bəkr əs-Siddiqdən kəlalənin nə olduğunu soruşdular, o da dedi: Mən öz fikrimi deyəcəm, əgər doğru olsa Allahdandır, səhv olsa özümdən və şeytandandır. Allah və Rəsulu ondan uzaqdırlar.»O dedi: «Kəlalə uşağı və atası olmayandır.» Sonra Ömər xəlifəliyi zaman demişdir: «Əbubəkrin bəyan etdiyi fikrə müxalif olmağa utanıram və mən də həmin rəydəyəm.» Bunu İbn Cərir və digərləri rəvayət etmişdir.
İbn Əbu Hatim rahiməhullah öz təfsirində demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Yəzid danışdı,bizə Sufyandanışdı, o da Suleyman əl-Əhvəldən, o da Tavusdan, o dedi: Abdullah ibn Abbasdan belə dediyini eşitdim: Öməri ən son görən mən idim, onun bu cür dediyini eşitdim: «Söz mənim dediyimdir, mənim dediyimdir, mənim dediyimdir.»O dedi: «Kəlalə uşağı və atası olmayandır.» Əli ibn əbu Talib ilə ibn Məsud da bu cür demişlər. Müxtəlif yollarla Abdullah ibn Abbasdan və Zeyd ibn Sabitdən öz təsdiqini tapmışdır. Şəbi, Həsən əl-Bəsri, Nəxai, Qatadə, Cabir ibn Zeyd və Həkəm də belə demişlər. Mədinə, Kufə və Bəsrə camaatı da bu cür demişlər. Yeddi fəqihlərin, dörd imamın, sələf və xələf cumhurunun, hətta hamısının fikri belədir. Bir çoxları da bunda icma olduğunu nəql etmişlər. Bu xüsusda mərfu hədis vardır.
Əbu Hüseyn ibn Ləbban demişdir: İbn Abbasdan buna müxalif görüş nəql edilmişdir ki, o da: «Kəlalə uşağı olmayandır.» – sözüdür. Doğrusu onun ilk görüşüdür. Bəlkə də rəvayətçi onun nə demək istədiyini anlamayıbdı.
“və onun bir qardaşı yaxud bir bacısı varsa” yəni anadan deməkdir. Necə ki, sələfdən bəzilərinin qiraətində belədir. Sad ibn əbu Vaqqas da onlardandır. Onu Əbubəkr əs-Siddiqdə,Qatadənin ondan etdiyi rəvayətdə bu cür təfsir etmişdir.
“onda o iki nəfərin hər birinə altıda bir hissə düşür. Əgər onlar bundan artıq olsalar, vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra zərər vurmadan üçdə birinə şərikdirlər.” Ana bir qardaşlar bir çox yöndən digər varislərdən fərqlənir:
Birincisi: Onlar mənsub olduqları ilə yəni, anaları ilə də varis olurlar.
İkincisi: Onların kişiləri və qadınları mirasda eynidir.
Üçüncüsü: Onlar yalnız kəlalə olaraq miras qoyan ölülərinə varis olurlar. Nə ata, nə baba, nə uşaq, nə də nəvə ilə mirasa sahib olmazlar.
Dördüncü: Onlar kişi və qadın sayı baxımından nə qədər çoxalsalar da,yenə üçdə birindən çox almazlar.
İbn əbu Hatim demişdir: Bizə Yunus danışdı, bizə İbn Vəhb danışdı, bizə Yunusxəbər verdi, o da Zuhridən, o dedi: Ömər (radiyallahuanhu) belə hökm verdi: “Ana bir qardaşlara qalan mirasöz arasında bölünür. Kişiyə qadının payı qədər verilir.”Muhamməd ibn ŞihabZuhri demişdir: Düşünürəm ki, Ömərin belə bir hökm verməsinə səbəb,Rəsulullahdan (salləllahualeyhi və səlləm) olan bilgisivə Allah təalanın bu ayəsidir: “Əgər onlar bundan artıq olsalar, üçdə birinə şərikdirlər”.
Alimlər şəriklik məsələsində ixtilaf etmişlər: Ər, ana, nənə, ananın iki uşağı, valideynin uşaqlarından bir və daha çoxu. Cumhura görə ər üçün yarısı, ana və nənə üçün altıda biri, ananın uşağı üçün üçdə biri verilir. Ananın və ya atanın uşağı ortaq miqdara qatılırlar ki, onlar da ananın qardaşlarıdır.
Bu məsələ möminlərin əmiri Ömər ibn Xəttabın zamanında baş verdi. O, ərə yarısını, anaya altıda birini, ananın uşaqlarına da üçdə birini verdi. Ata-ananın uşaqları ona dedilər: “Ey möminlərin əmiri, tutaq ki, atamız eşşək idi, məgər biz bir anadan deyilik?” O da onları ortaq etdi.
Ortaqlıq məsələsi Ömərdən və Osmandan səhih şəkildə gerçəkləşmişdir. İbn Məsuddan olan iki rəvayətin birində, Zeyd ibn Sabitdən və İbn Abbasdan bu cür rəvayət edilmişdir. Allah onlardan razı olsun. Səid ibn Musəyyəb, Şureyh əl-Qadi, Məsruq, Tavus, Muhəmməd ibn Sirin, İbrahim Nəxai, Ömər ibn Əbduləziz, Səvri və Şərik də bu cür demişlər. Məlik, Şəfii, İshaq ibn Rahaveyh məzhəbləri də eynidir.
Əli ibn əbu Talib isə onları ortaq etməzdi. O, üçdə biri ananın uşaqlarına verərdi. Valideynin uşaqlarına heç nə verməzdi. Çünki onlar bu halda əsabədirlər.
Vəki ibn əl-Cərrah demişdir: Ondan bu xüsusda ixtilaf rəvayət edilməmişdir. Ubey ibn Kəb və Əbu Musa əl-Əşarinin də fikirləri belədir. İbn Abbasdan məşhur olan da budur. Şəbi, İbn əbu Leyla, Əbu Hənifə, Əbu Yusuf, Muhəmməd ibn Sirin, Həsən ibn Ziyad, Zufər ibn Huzeyl, İmam Əhməd ibn Hənbəl, Yəhya ibn Adəm, Nuaym ibn Həmmad, Əbu Səvr və Davud ibn Əli əz-zahirinin məzhəbləri də belədir. Əbu Hüseyn ibn Ləbban əl-Fəradi də, «əl-İcaz» kitabında bunu tərcih etmişdir.
“vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra zərər vurmadan” yəni, vəsiyyəti ədalətli olsun, zərərli, haqsız və insafsız olmasın. Bəzi varisləri məhrum etməsin və ya haqqını əksik verməsin və yaxud Allahın ona yazdığı fərz hissəsindən artıq olmasın. Kim bunu etsə Allahın hikmətində və bölgüsündə Ona qarşı çıxmış olar. Buna görə İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Abunnadr əd-Diməşqi əl-Fəradisi danışdı, bizə Ömər ibn Muğira danışdı, o da Davud ibn əbu Hinddən, o da İkrimədən, o da İbn Abbasdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Vəsiyyətdə zərər vermək böyük günahlardandır.» Bunu İbn Cərir də Ömər ibn Muğira yolunda rəvayət etmişdir. O, əl-Missisada yaşayan Əbu Həfs Bəsridir. Əbu Qasım ibn Əsakir demişdir: O, miskinlərin müftisi olaraq tanınır. Ondan bir çox imamlar rəvayət etmişdir. Əbu Hatim ər-Razi onun haqqında demişdir: «O, şeyxdir.» Əli ibn Mədini demişdir: «O, naməlumdur, onu tanımıram.»
Amma bunu Nəsai «Sünən» əsərində Əli ibn Hucrdan, o da Əli ibn Mushirdən, o da Davud ibn əbu Hinddən, o da İkrimədən, o da İbn Abbasdan məvquf olaraq “Vəsiyyətdə zərər vermək böyük gunahdır” şəklində rəvayət etmişdir. Bunu İbn Əbu Hatim də Əbu Səid əl-Əşacdan, o da Aiz ibn Həbibdən, o da Davud ibn Əbu Hinddən rəvayət etmişdir. Bunu İbn Cərir də bir neçə hafizdən, onlar da Davuddan, o da İkrimədən, o da İbn Abbasdan məvquf olaraq rəvayət etmişdir. Bəzisində İbn Abbas “ğayru mudarrin” oxumuşdur.
İbn Cərir demişdir: Doğrusu məvquf olmasıdır. Buna görə də imamlar varisə iqrarla bildirmək keçərlidir yoxsa deyil mövzusunda ixtilaf etmişlər. Burada iki görüş vardır:
Birincisi: Keçərli deyil, çünki iqrar ilə vəsiyyət etməsi zənn altındadır. Səhih hədisdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Allah hər haqq sahibinə haqqını vermişdir, ona görə varisə vəsiyyət yoxdur.» Malik, Əhməd ibn Hənbəl, Əbu Hənifə və keçmiş rəyində Şəfiinin də məzhəbi budur. Allah onlara rəhmət etsin. Şəfii yeni rəyində, iqrarın icazəli olduğuna qərar vermişdir. Tavus, Əta, Həsən və Ömər ibn Əbdüləzizin də məzhəbləri belədir. Əbu Abdullah Buxarinin Səhihindəki tərcihi də budur. O, bunu dəlil gətirmişdir: «Rafi ibn Xadic zövcəsi əl-Fəzariyənin bağladığı qapını açmamağı vəsiyyət etmişdir. O deyir: Bəzi insanlar demişlər: Varis haqqında pis zənnə qapılmağa səbəb olacağından iqrar etməsi icazəli deyil. Rəsulullah da (salləllahu aleyhi və səlləm) demişdir: «Zəndən uzaq durun, çünki zənn, ən yalan sözdür.» Allah təala buyurur: “Həqiqətə Allah sizə əmanətləri sahibinə təslim etməyi əmr edər” (Nisə, 58). Burada varis ilə qeyrisini ayırmadı.» Buxarinin izahı burada bitdi.
Nə vaxt iqrar səhih və gerçəyə uyğun olarsa, o zaman bu ixtilaf baş verər. Nə zaman da iqrar, bəzi varislərin o birilərdən çox yaxud az almaları üçün hiylə və vəsilə olarsa, icmaya və bu ayənin “Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir” tələbinə görə haram sayılar.
-
13
Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, onu altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.
Yəni, bunlar Allahın varislər üçün təyin etdiyi fərzlər və bölgülərdi. Bunlar da onların ölüyə yaxınlıqları, ehtiyacları, onun olmadığı zaman itkiləri ilə əlaqəlidir. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın, onları keçməyin, deməkdir.
Bu səbəbdən də buyurur: “Kim Allaha və Onun Elçisinə itaət edərsə” yəni, miras məsələsində; Belə ki, bəzi varislərin payını yalan və hiylə ilə nə artırar, nə də əksildər. Əksinə onları Allahın hökmünə, fərzinə və bölgüsünə həvalə edərsə “onu altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, onu içində əbədi qalacağı oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” Yəni, Allahın hökmünü dəyişdirdiyi və Allahın hökmünə qarşı çıxdığı üçün, deməkdir. Bu da Allahın bölgü və hökmünə razılıq göstərmədiyi zaman baş verir. Buna görə onu şiddətli və əbədi əzab ilə alçaldılmaqla cəzalandırar.
İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Əyyubdan, o da Əşas ibn Abdullahdan, o da Şəhr ibn Havşəbdən, o da Əbu Hureyrədən, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Bir adam yetmiş il xeyir əməl sahiblərinin əməlini edər, vəsiyyət etdiyi zaman vəsiyyətində haqsızlıq edər və nəticədə son nəfəsini pis əməllə başa vurub atəşə daxil olar. Bir adam da yetmiş il pis əməl sahiblərinin əməlini edər, vəsiyyət etdiyi zaman ədalətli olar və nəticədə son nəfəsini xeyirli əməl ilə başa vurub Cənnətə daxil olar.» Rəvayətçi deyir: Sonra da Əbu Hureyrə dedi: İstəsəniz bu ayəni oxuyun “Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, onu altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, onu içində əbədi qalacağı oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır”.
Əbu Davud da Sunənində vəsiyyətdə zərər vermə xüsusunda demişdir: Bizə Abdə ibn Abdullah danışdı, bizə Abdussaməd xəbər verdi, bizə Nasr ibn Əli əl-Huddani danışdı, bizə Əşas ibn Abdullah ibn Cabir əl-Huddani danışdı, mənə Çəhr ibn Həvşəb danışdı, ona da Əbu Hureyrə danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Bir kişi və ya qadın altmış il Allaha itaət edər, sonra da ölüm onları haqlayar. Onlar da vəsiyyətdə zərər vurarlar. Bu səbəbdən də o ikisinə cəhənnəmə girmək vacib olar.» Rəvayətçi dedi: Əli və Əbu Hureyrə burada “Vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra… Bu, böyük uğurdur” ayələrini oxudular.»
Tirmizi ilə İbn Macə də, İbn Abdullah ibn Cabir əl-Huddanidən bu cür rəvayət etmişlər. Tirmizi: «Həsən, qəribdir» – demişdir. İmam Əhmədin rəvayəti daha tam və mükəmməldir.
-
14
Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, onu içində əbədi qalacağı oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.
13-cü ayənin təfsirinə bax.
-
15
Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.
İslamın əvvəlində hökm belə idi: Qadının zinası ədalətli açıqlama ilə təsdiqlənərdisə, evində həbs edilirdi və ölənə qədər evdən çıxmasına izn verilmirdi. Buna görə Allah təala buyurur “fahişəlik edən” yəni, zina edənlər ”qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın”. Allahın göstərdiyi yol bunu nəsx edəndir. İbn Abbas demişdir: «Hökm əvvəllər belə idi. Sonra Allah təala Nur surəsini nazil etdi və onu şallaq yaxud daşqalaq ilə əvəz etdi. İkrimə, Səid ibn Cubeyr, Həsən, Əta əl-Xorasani, Əbu Salih, Qatadə, Zeyd ibn Əsləm və Dəhhakdan da belə rəvayət edilmişdir ki, o, nəsx edilmişdir. Bu da ittifaq edilən bir məsələdir.
İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Səid danışdı, o da Qatadədən, o da Həsəndən, o da Hittan ibn Abdullah ər-Raqqaşidən, o da Ubadə ibn Samitdən, o deyir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəhy gəldiyi zaman ona təsir edirdi. Bu, ona çox ağır gəlirdi. Üzü ağ-apağ ağarırdı. Bir gün Əziz və Cəlil olan Allah vəhy endirdi. Vəhyin təsiri çəkildikdə o dedi: «Məndən götürün. Allah onlara bir yol göstərdi: Evli evli ilə, subay subay ilə, evliyə yüz şallaq vurulur və daşqalaq olunur. Subaya da yüz qamçı vurulur, sonra bir illik sürgün edilir.» Bunu Muslim ilə Sünən sahibləri müxtəlif yollarla Qatadədən, o da Həsəndən, o da Hittandan, o da Ubadə ibn Samitdən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Onun mətni belədir: «Məndən götürün, məndən götürün. Allah o qadınlara yol göstərdi: Subay subay ilə zina edərsə, yüz şallaq və bir il sürgün edilər. Evli evli ilə zina edərsə, yüz şallaq və daşqalaq edilər.»
Tirmizi demişdir: «Bu həsən, səhih bir hədisdir.» Bunu Əbu Davud Təyalisi də, Mubarək ibn Fədalədən, o da Həsəndən, o da Hittan ibn Abdullah ər-Raqqaşidən, o da Ubadədən rəvayət etmişdir ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəhy gələndə onun üzündən bilinirdi. “Yaxud Allah onlar üçün bir yol açanadək” ayəsi nazil olanda və vəhyin təsiri aradan qalxan kimi Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Götürün, götürün. Allah onlara bir yol göstərdi: Subay subay ilə zina edərsə, yüz şallaq vurulur və bir il sürgün edilir. Evli evli ilə zina edrəsə, yüz şallaq vurulur və daşqalaq edilir.»
İmam Əhməd bu hədisi Vəki ibn Cərrahdan rəvayət etmiş və demişdir: Bizə Fadl ibn Dəlhəm danışdı, o da Həsəndən, o da Qabisa ibn Hureysdən, o da Sələmə ibn Muhəbbəqdan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Məndən götürün, məndən götürün, Allah onlara bir yol göstərdi: Subay subay ilə zina edrəsə, yüz şallaq vurulur və bir il sürgünə göndərilir. Evli evli ilə zina edərsə, yüz şallaq vurulur və daşqalaq edilir.» Bunu Əbu Davud da, uzun olaraq Fədl ibn Dəlhəmdən rəvayət etmiş, sonra demişdir: O, hədis hafizi deyildi, Vasitdə qəssab idi.
Başqa bir hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Abbas ibn Həmdən danışdı, bizə Əhməd ibn Davud danışdı, bizə Amr ibn Abdulğaffar danışdı, bizə İsmayıl ibn Əbu Xalid danışdı, o da Şabidən, o da Məsruqdan, o da Ubey ibn Kəbdən, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «İki subay zina edərsə, şallaqlanar və sürgün edilər, iki evli zina edərsə şallaqlanar və daşqalaq edilər. İki yaşlı isə daşqalaq edilər.» Bu yoldan qərib hədisdir.
Təbarani də, İbn Ləhiyadan rəvayət etmişdir, o da qardaşı İsa ibn Ləhiyadan, o da İkrimədən, o da İbn Abbas bu cür demişdir: Nisə surəsi nazil olan zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Nisə surəsindən sonra həbs yoxdur.» İmam Əhməd ibn Hənbəl bu hədisin tələbinə əsasən söylənilən sözü götürmüş və evli ikən zina edənlərə həm şallaq vurulacağını, həm də daşqalaq ediləcəklərini deyərək ikisini bir yerə cəm etmişdir. Cumhur isə zina edən evlinin şallaqlanmadan ancaq daşqalaq ediləcəyinə qərar vermişdir. Onlar demişlər: «Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) Maizi, Ğadimiyyəni və iki yəhudini daşqalaq etdi. Onları bundan əvvəl şallaqlamadı.» Bu da şallağın vacib olmadığını, hətta onların rəyinə görə nəsx olduğunu göstərir. Allah ən doğrusunu biləndir.
“Aranızda belə iş tutanların hər ikisinə əziyyət verin” yəni fahişəlik edənlərə əziyyət verin. İbn Abbas (radiyallahu ənh), Səid ibn Cubeyr və digərləri demişlər: Söyməklə, ayıblamaqla və başmaqlarla döyməklə demişdir. O zamanın hökmü elə idi. Sonra Allah bunu şallaq və daşqalaqla əvəz etdi.
İkrimə, Əta, Həsən və Abdullah ibn Kəsir demişlər: Bu ayə zina edən kişi və qadın haqqında nazil oldu.
Suddi demişdir: Hələ evlənməmiş iki gəncin haqqında nazil edildi.
Mucahid: Adı dilə gətirilməyən bir iş tutmuş iki kişi haqqında nazil edildi. Sanki lut qövmünün əməlini demək istəyir. Allah ən doğrusunu biləndir.
Sünən sahibləri Amr ibn əbu Amrdan rəvayət etmişlər, o da İkrimədən, o da İbn Abbasdan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kimi Lut qövmünün hərəkətini edərkən görsəniz, aktivi də, passivi də öldürün.»
“Əgər tövbə edib islah etsələr” yəni, o işi tərk etsələr, hər ikisinin də əməlləri düzəlib yaxşılaşsa “onlardan əl çəkin” yəni, bundan sonra onlara pis söz deməyin. Çünki günahına tövbə edən günah etməyən kimidir.
“Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir” İki Səhihdə belə sabit olmuşdur: «Birinizin cariyəsi zina etsə onu hədd cəzası olaraq şallaqlasın və onu ayıblamasın.» Yəni, hədd cəzasını verəndən sonra onu qınamasın. Çünki həmin hədd cəzası etdiyi əməlin kəffarəsidir.
-
16
Aranızda belə iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
15-ci ayənin təfsirinə bax.
-
17
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
Allah Subhanə və Təalə buyurur: Allah tövbəni yalnız, pisliyi cahillik üzündən edib, sonra tövbə edəndən qəbul edir. İstər mələk onu, ruhunu almazdan öncə müşahidə etsin. Yetər ki, xırıldayıb can vermədən əvvəl olsun. Mucahid və bir çoxları demişlər: Bilmədən yaxud qəsdən Allaha asilik edən hər kəs, o günahı tərk etməyənə qədər cahildir.
Qatadədən o da Əbu Aliyədən: O danışırdı ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri belə deyirdilər: «Qulun hər etdiyi günah cəhalətdir.» Bunu İbn Cərir rəvayət etmişdir.
Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Qatadən, o demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri toplanıb bu görüşü bəyan etdilər: Allaha asilik edilən hər bir şey, istər qəsdən olsun yaxud başqa bir şəkildə, hamısı cəhalətdir.
İbn Cureyc demişdir: Mənə Abdullah ibn Kəsir xəbər verdi, o da Mucahiddən, o deyir: «Allaha asilik edən hər kəs, o asiliyi edən anda cahildir.» İbn Cureyc demişdir: Mənə Əta ibn Rəbah da eynisini söylədi.
Əbu Salih də, İbn Abbasdan demişdir: Cəhalətindən dolayı pislik etdi.
Əli ibn Əbu Talha da, İbn Abbasın “tezliklə tövbə edirlər” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Bu ölüm mələyini görənə qədər keçərlidir.»
Dəhhak dedi: Ölümdən bərisi yaxındır.
Qatadə ilə Suddi: «Sağlam olduğu vaxtda» – demişlər. Bu, İbn Abbasdan da rəvayət edilmişdir.
Həsən Bəsri “tezliklə tövbə edirlər” ayəsi barəsində demişdir: Can vermədən öncə.
İkrimə demişdir: Dünyanın hamısı yaxındır.
Bu xüsusda varid olan hədislər: İmam Əhməd demişdir: Bizə Əli ibn Əyyaş ilə İsam ibn Xalid danışdılar, ikisi də, bizə İbn Səvban danışdı, dedilər, o da atasından, o da Məkhuldan, o da Cubeyr ibn Nufeyrdən, o da İbn Ömərdən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: «Qul xırıldayıb canını verən hala gəlməyibcə, Allah onun tövbəsini qəbul edər.» Bunu Tirmizi ilə İbn Macə Abdurrəhman ibn Sabit ibn Səvbandan bu cür rəvayət etmişlər. Tirmizi: «Həsən, qəribdir» – demişdir. İbn Macənin Sunənində, Abdullah ibn Amr şəklində deyilmişdir ki, bu da şübhəlidir. Doğrusu Abdullah ibn Ömər ibn Xəttabdır.
İbn Ömərdən rəvayət edilən başqa bir hədisdə İbn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Mamər danışdı, bizə Abdullah ibn Huseyn əl-Xorasani danışdı, bizə Yəhya ibn Abdullah əl-Babəlti danışdı, bizə Əyyub ibn Nəhik əl-Hələbi danışıb dedi: Əta ibn əbu Rəbahdan eşitdim ki, o dedi: Abdullah ibn Ömərdən eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir qul ölümündən bir ay əvvəl tövbə edərsə, Allah ondan qəbul edər. Bundan daha yaxını da qəbul edər. Ölümündən bir gün və bir saat əvvəl də tövbə edərsə, Allah onun tövbə və ixlasını bilərək qəbul edər.”
Başqa bir hədisdə Əbu Davud ət-Təyalisi demişdir: Bizə Şubə danışdı, bizə İbrahim ibn Məymun xəbər verdi, mənə Məlhan qəbiləsindən Əyyub adında bir adam xəbər verdi və dedi: Abdullah ibn Ömərin belə dediyini eşitdim: Kim ölümündən bir il əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar. Kim ölümündən bir ay əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar. Kim ölümündən bir cümə əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar. Kim ölümündən bir saat əvvəl tövbə edərsə, tövbəsi qəbul olunar.” Mən dedim: Allah sadəcə buyurur: “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar cahillikləri üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər”. O da dedi: “Mən sənə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyimi deyirəm.” Bunu Əbu Davud ət-Təyalisi, Əbu Ömər əl-Həvzi və Əbu Amir əl-Əqdi, Şubədən rəvayət etmişlər.
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Hüseyn ibn Muhəmməd danışdı, bizə Muhəmməd ibn Muttarif danışdı, o da Zeyd ibn Əsləmdən, o da Abdurrəhman ibn Beyləmanidən, o dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən dördü toplandı. Onlardan biri dedi: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Allah qulun ölmədən bir gün əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim. O birisi dedi: “Sən bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdin?” O da: “Bəli” – dedi. O da dedi: Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah qulun ölmədən yarım gün əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim. Üçüncü dedi: “Sən Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə eşitdin?” O da: Bəli, dedi. O dedi: Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah qulun ölmədən bir səhər əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim. Dördüncü dedi: “Sən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə eşitdin?” O da: Bəli, dedi. O dedi: Mən də Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah qulun canını vermədən əvvəl etdiyi tövbəni qəbul edər” dediyini eşitdim.” Bunu Səid ibn Mənsur da, Dəravardidən, o da Zeyd ibn Əsləmdən, o da Abdurrəhman ibn Beyləmanidən rəvayət etmiş və buna yaxın ifadələrdən istifadə etmişdir.
Başqa bir hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə İshaq ibn İbrahim ibn Zeyd danışdı, bizə İmran ibn Abdurrahim danışdı, bizə Osman ibn əl-Heysəm danışdı, bizə Avf danışdı, o da Muhəmməd ibn Sirindən, o da Əbu Hureyrədən dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) buyurdu: “Şübhəsiz ki, Allah qulun canını vermədən əvvəl etdiyi tövbəni qəbul edər.”
Bu xüsusda rəvayət edilən mürsəl hədislər: İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Bəşşər danışdı, bizə İbn əbu Adiy danışdı, o da Avfdan, o da Həsəndən, o deyir: Mənə çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Allah qulun canını verməmişdən öncə etdiyi tövbəsini qəbul edər.” Bu, Həsən Bəsridən (rahiməhullah) gələn həsən bir mürsəl hədisdir.
Yenə İbn Cərir (rahiməhullah) demişdir: Bizə İbn Bəşşar danışdı, bizə Muaz ibn Hişam danışdı, bizə atam danışdı, o da Qatadədən, o da Alə ibn Ziyaddan, o da Əbu Əyyub Bəşir ibn Kəbdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah qulun tövbəsini xırıldayaraq can vermədən əvvəl qəbul edər.”
Bizə İbn Bəşşar danışdı, bizə Abdul-Alə danışdı, o da Səiddən, o da Qatadədən, o da Ubadə ibn Samitdən dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir… Eynisini danışdı.
Başqa bir rəvayətdə İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə Əbu Davud danışdı, bizə İmran danışdı, o da Qatadədən, o demişdir: Biz, Ənəs ibn Məlikin yanında idik. Əbu Qilabə də orada idi. Əbu Qilabə bir hədis danışıb dedi: Allah İblisə lənət edəndə, o Allahdan möhlət istədi və dedi: “İzzət və Cəlalına and olsun ki, nə qədər ki, Adəm oğlunun ruhu bədənindədir, onun qəlbindən çıxmaram.” Əziz və Cəlil olan Allah dedi: “Mən də İzzət və Cəlalıma and içirəm ki, nə qədər ki, içində ruhu var, onun tövbəsinə mane olmaram.”
Bu mənada mərfu bir hədis varid olmuşdur. İmam Əhməd Musnədində demişdir: Amr ibn əbi Amr ilə Əbu Heysəm əl-Utvaridən rəvayət edilmişdi, ikisi də Əbu Səiddən rəvayət etmişlər, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu demişdir: İblis dedi: Ey Rəbbim, İzzət və Cəlalına and olsun ki, bədənlərində ruhları olana qədər onları azdırmağa davam edəcəyəm. Əziz və Cəlil olan Allah buyurdu: Mən də İzzət və Cəlalıma and içirəm ki, onlar məndən bağışlanma diləyənə qədər onları bağışlamaqda davam edəcəyəm.
Bu hədislər onu göstərir ki, kim yaşamaq ümidi olduğu müddətdə tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Buna görə demişdir: “Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. Amma həyatdan ümidi kəsilib ölüm mələyini görsə, can boğaza gələr, köksü daralar və nəfəsi qırtlaq qapağında tıxanarsa, o zaman edilən tövbə qəbul deyildir. O zaman ediləcək bir şey yoxdur. Buna görə Allah təala buyurur: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də”. Bu ayələr də belədir: “Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik.” (Ənam, 158). “Kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir” yəni kafir də küfr üzərində ölərsə nə peşmanlıq nə tövbə ona fayda verməz. Yer dolusu fidyə versə belə ondan qəbul olunmaz. İbn Abbas, Əbu Aliyə və Rəbi ibn Ənəs “kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir” ayəsi bərəsində demişlər: Şirk əhli haqqında nazil edilib.
İmam Əhməd demişdir: Bizə Suleyman ibn Davud danışdı, bizə Abdurrəhman ibn Sabit ibn Səvban danışdı, mənə atam danışdı, o da Məkhuldan: Ömər ibn Nuaym ona Usamə ibn Salmandan danışdı ki, Əbu Zərr onlara belə danışdı: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Allah, pərdə enmədən, qulunun tövbəsini qəbul edər yaxud onu bağışlayar.” Onlar: “Pərdənin enməsi nədir?” – dedilər. O dedi: “Canın şərik qoşaraq çıxmasıdır.” Buna görə Allah buyurur: “Onun üçün alçaldıcı bir əzab vardır”. Yəni, canı yandıran, şiddətli və davamlı deməkdir.
-
18
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.
17-ci ayənin təfsirinə bax.
-
19
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.
Buxari demişdir: Bizə Muhəmməd ibn Muqatil danışdı, bizə Əsbat ibn Muhəmməd danışdı, bizə Şeybani danışdı, o da İkrimədən, o da İbn Abbasdan – Şeybani dedi: Bunu Əbul-Həsən əs-Suvai danışdı, düşünürəm ki, onu yalnız İbn Abbasdan danışdı – “ Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi barəsində demişdir: “Bir adam ölən zaman onun qohumları, həmin kişinin zövcəsinə sahib olmağa daha çox haqları çatırdı. Onlardan kim istəsə onunla evlənərdi. İstəsələr də başqasına ərə verər və ya verməzdilər. Onların qadına onun öz ailəsindən daha çox haqqı çatırdı. Buna görə həmin ayə nazil oldu.” Bunu bu şəkildə Buxari, Əbu Davud, Nəsai, İbn Mərduveyh və İbn əbu Hatim, Əbu İshaq Şeybanidən rəvayət etmişlər. Onun adı Suleyman ibn əbu Suleymandır, o da İkrimədən, o da Əbul-Həsən əs-Suvaidən rəvayət etmişdir. Onun adı Ətadır. O, Kufəlidir və kordur. İkisi də yuxarıda keçdiyi kimi İbn Abbasdan rəvayət etmişlər.
Əbu Davud demişdir: Bizə Əhməd ibn Muhəmməd ibn Sabit əl-Mərvazi danışdı, mənə Əli ibn Hüseyn danışdı, o da atasından, o da Yəzid ən-Nəvhidən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir Açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” ayəsi buna görə nazil oldu: Bir adama qohumunun zövcəsi miras qalırdı. O da qadını ölənə qədər sıxışdırar və ya mehrini ondan alardı. Allah təala bu barədə hökm verdi. Yəni, bunu qadağan etdi.
Bunu yalnız Əbu Davud rəvayət etmişdir. Bir çoxları da İbn Abbasdan oxşarını rəvayət etmişdir. Vəki demişdir: Sufyandan, o da Əli ibn Buzeymədən, o da Miqsəmdən, o da İbn Abbasdan, o deyir: Cahilliyə zamanı qadının halı belə idi ki, onun əri öləndə, qohumu gəlib qadının üstünə bir örtük atardı. Bununla da ona ən çox haqqı çatan olurdu. Bunun üzərinə “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayə nazil oldu.
Əli ibn əbu Talha da, İbn Abbasın “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi haqqında belə dediyini rəvayət etmişdir: Bir kişi öləndə, yaxını onun cariyəsinin üzərinə bir örtük atıb insanlara onu qadağan edərdi. Gözəl olsa idi, onunla evlənərdi. Çirkin olsa idi, onu ölənə qədər həbs edər və mirasına sahib çıxardı.
Əl-Avfi də ondan bu cür rəvayət etmişdir: Mədinə camaatından birinin yaxın bir dostu öləndə, zövcəsinin üzərinə bir örtük atardı və onun nikahına varis sayılardı. Ondan başqası həmin qadınla evlənə bilməzdi. Fidyə verənə qədər onu yanında həbs edərdi. Bu səbəbdən Allah təala “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsini nazil etdi.
Zeyd ibn Əsləm bu ayə barəsində demişdir: “Cahilliyə dövründə, Yəsribdə (Mədinədə) bir adam öləndə, malına varis olan onun zövcəsinə də mirasçı olurdu. Onun mirasını alana qədər evlənməsinə mane olardı yaxud istədiyi biri ilə evləndirərdi. Tihamə xalqı qadınla pis rəftar edərdilər, onu boşanmağa məcbur edərdilər. İstədikləri biri ilə evlənməsini yaxud verdiyi mehrin bir qismindən imtina etməsini şərt qoyardılar. Allah möminlərə bunu qadağan etdi.” Bunu İbn əbu Hatim rəvayət etmişdir.
Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Musa ibn İshaq danışdı, bizə Əli ibn Munzir danışdı, bizə Muhəmməd ibn Fudeyl danışdı, o da Yəhya ibn Səiddən, o da Muhəmməd ibn əbu Umamə ibn Səhl ibn Huneyfdən, o da atasından rəvayət edir: “Əbu Qeys ibn Əslət öləndə oğlu zövcəsi ilə evlənmək istədi. Cahilliyədə belə edərdilər. Bu səbəbdən Allah “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsini nazil etdi.” Bunu İbn Cərir Muhəmməd ibn Fudeyldən rəvayət etmişdir. Sonra İbn Cureyc yolunda rəvayət edərək demişdir: Mənə Əta xəbər verdi ki, cahilliyə zamanı bir adam öləndən sonra zövcəsi qalırdısa, kişinin ailəsi onu özlərində saxlamaq üçün bir oğlan uşağının adına həbs edərdilər. Buna görə “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” ayəsi nazil oldu.
İbn Cureyc demişdi: Mucahid dedi: Adam öləndə, zövcəsi ilə evlənməyə ən çox haqqı olan oğlu olurdu. Əgər qadının oğlu olmasa idi, istəsə onunla evlənərdi yaxud qardaşı və qardaşı oğlu ilə evləndirərdi.
İbn Cureyc demişdir: İkrimə dedi: Bu ayə, Əvs qəbiləsindən olan Kubeyşə bint Man ibn Asim ibn Əvs haqqında endi. Əbu Qeys ibn Əslət adlı əri öldü və kişinin oğlu onu almaq istədi. Qadın Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu mən nə ərimə varis oldum, nə də evlənmək üçün tərk edildim. (Məni) evləndir.” Allah təala bu ayəni nazil etdi.
Suddi demişdir: Əbu Malikdən: Cahilliyə zamanı qadının əri öləndə, vəlisi gəlib üstünə bir örtük atardı. Əgər kiçik oğlu yaxud qardaşı varsa, o yetkinliyə çatana qədər qadını həbs edərdi. Qadın (bu müddətə qədər) vəfat edərdisə, ona varis olardı. Əgər qadın qaçıb ailəsinə qayıdar və üstünə örtük atılmazsa, qurtulardı. Buna görə Allah təala bu ayəni nazil etdi “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir”.
Mucahid də bu ayə haqqında demişdir: “Adamın evində yetim bir qız var idi, ona baxardı. Zövcəsi ölüb onunla evlənənə qədər və yaxud onu oğlu ilə evləndirəcəyinə qədər onu gözlədirdi.” Bunu İbn əbu Hatim rəvayət etmiş, sonra demişdir: Şəbi, Əta ibn əbu Rəbah, Əbu Micləs, Dəhhak, Zuhri, Əta əl-Xorasani və Muqatil ibn Həyyandan da bu cür rəvayət edilmişdi.
Mən də deyirəm ki, ayə, cahilliyə camaatının etdiklərinin hamısını, Mucahid və ona qatılanların dediklərini və o mənada olan bütün məsələləri əhatə edir. Allah ən doğrusunu biləndir.
“Onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” yəni ailə həyatında onlara zərər verməyin. Ona verdiyin mehri yaxud bir qismini yaxud səndəki haqlardan birini və yaxud buna bənzər bir şeyi tərk etməsi üçün onlara təzyiq göstərməyin, deməkdir. Əli ibn əbu Talha demişdir: İbn Abbas “onları sıxışdırmayın” ayəsi barəsində demişdir: Yəni, onları vadar etməyin. “Onlara verdiklərinizin bir hissəsini geri almaq üçün” yəni, bir adamın zövcəsi olar, onunla yaşamaq istəməz, qadının da onda mehri olardı; kişi də mehrini bağışlamaq üçün ona təzyiq edərdi. Dəhhak ilə Qatadə belə demişlər, İbn Cərir də bunu tərcih etmişdir.
İbn Mubarək ilə Abdurrəzzaq demişlər: Bizə Mamər xəbər verib dedi: Mənə Simak ibn Fadl xəbər verdi, o da Beyləmanidən, o deyir: Bu iki ayədən biri cahilliyə ilə əlaqəli, digəri İslam ilə əlaqəli nazil edildi.
Abdullah ibn Mubarək demişdir: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir” cahilliyə haqqında, “onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” isə İslam haqqında nazil edildi.
“Açıq-aşkar yaramaz bir iş görməyincə”, İbn Məsud, İbn Abbas, Səid ibn Musəyyəb, Şəbi, Həsən Bəsri, Muhəmməd ibn Sirin, Səid ibn Cubeyr, Mucahid, İkrimə, Əta əl-Xorasani, Dəhhak, Əbu Qilabə, Əbu Salih, Suddi, Zeyd ibn Əsləm və Səid ibn Hilal: “Bu, zinadır” – demişlər. Yəni, qadın zina edərsə, ona verdiyin mehri geri ala bilərsən, onu sənə verməsi üçün onu narahat edə bilərsən və əvəzində onunla ayrıla bilərsən. Allah təala əl-Bəqərə surəsində dediyi kimi: “Boşanma iki dəfədir. Bundan sonra müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur.” (Bəqərə, 229). İbn Abbas, İkrimə və Dəhhak demişlər: “Açıq-aydın fahişəlik, özbaşınalıq və asilikdir.” İbn Cərir də bütün bunların hamısını: Zinanı, asiliyi, özbaşınalıq hərəkətlərini, pis danışığı və digərlərini əhatə etməsini tərcih etmişdir.
Yəni, bütün bunlar onu sıxışdırmağı, haqqından və ya haqqının bir hissəsindən kəsməyi və ondan ayrılmağı icazəli edir. Bu gözəl bir görüşdür. Allah ən doğrusunu biləndir.
Əbu Davudun, Yəzid ən-Nəhvi yolundan, o da İkrimədən, onun da İbn Abbasdan “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar yaramaz bir iş görməyincə onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” ayəsi barəsində yuxarıda belə dediyi qeyd edilmişdir: “Bir adama qohumunun zövcəsi miras qalardı, o da qadını, ölənə qədər yaxud mehrini alana qədər sıxışdırardı. Allah da bunu qadağan etdi.
İkrimə və Həsən Bəsri demişlər: “Bu, cahilliyədə olanlara aid olsa da, müsəlmanlara İslamda belə bir iş etmələri qadağan edildi.” Abdurrəhman ibn Zeyd demişdir: Sıxışdırma, Məkkədə yaşayan Qureyşlilərdə idi. Bir kişi əsli-nəcabətli bir qadınla evlənərdi. Bəlkə də qadının ona uyğun olmadığı üçün, “icazəm olmadan evlənmə” şərtini qoyub ondan ayrılardı. Sonra şahidlər gətirib bunu yazdırardı, onlar da şahidlik edərdilər. Bir nəfər ona elçi düşdüyü zaman, onu razı salmadan evlənməsinə icazə vermirdi. Əks halda qadını sıxışdırırdı. Allah təalanın ” onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” dediyi budur.
Mucahid “onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın” ayəsi barəsində demişdir: Bu, əl-Bəqərə surəsindəki sıxışdırma kimidir.
“Onlarla xoş rəftar edin” yəni, qadınlara xoş söz söyləyin, yaxşı əməllər edin, görünüşünüzü bacardığınız qədər gözəl edin. Necə ki, sən onun belə olmasını istəyirsən. Elə isə, sən də onunla bu cür davran. Necə ki, Allah təala buyurur: “Qadınlar üzərində müvafiq haqları olduğu kimi onların da haqları vardır” (əl-Bəqərə, 228). Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Ən xeyirliniz ailəsinə xeyirli olandır, məndə ailəmə ən xeyirli olanam.” Rəsulullahın (salləllahu aleyhi və səlləm) əxlaqından idi ki, o, ailəsi ilə gözəl rəftar edərdi, onlara həmişə gülər üz olardı, onlarla zarafatlaşardı, lütfkarlıq edər və hamısına xərclik ayırardı. Qadınları ilə gülərdi. Hətta möminlərin anası Aişənin sevgisini qazanmaq üçün onunla yarışardı. Aişə deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənimlə yarışdı, mən onu keçdim. O zaman kök deyildim. Kökəldikdən sonra onunla bir daha yarışdım, o məni keçdi və dedi: “Bu, məğlubiyyətin əvəzi idi.” Qadınları növbəsi olanın evində yığışardılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) axşam yeməyini bəzən onlarla bərabər yeyərdi, sonra da hər biri öz mənzilinə gedərdi. Xanımı ilə alt paltarı ilə yatağa girərdi, üstünü soyunardı. Alt paltarı ilə yatardı. İşanı qıldıqdan sonra evinə gedərdi, yatmazdan əvvəl ailəsi ilə söhbət edərdi. Beləcə onlarla ünsiyyət qurardı. Allah təala buyurur: “And olsun ki, Allahın Rəsulunda sizin üçün gözəl bir örnək vardır” (Əhzab, 21). Qadınlarla münasibət və bununla əlaqəli məsələlər əhkam kitablarında yazılmışdır. Həmd Allaha məxsusdur.
“Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun” yəni, onlardan xoşunuz gəlməsə də qadınları nikahda saxlayıb səbr etməniz sizin üçün dünya və axirətdə çox xeyir gətirə bilər. Necə ki, İbn Abbas bu ayə barəsində demişdir: “Bu, ona bağlanandan sonra ondan uşağın olmasıdır. Həmin uşaqda da çoxlu xeyir vardır.” Səhih hədisdə deyilmişdir: “Mömin kişi mömin qadına (zövcəsinə) nifrət etməsin, bir hərəkətinə qəzəblənərsə, digərindən məmnun olar.”
“Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə bir qantar vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız” yəni, biriniz zövcəsindən ayrıldığı zaman onun yerinə başqa birisini almaq istəsə, ona bir qantar mal vermiş olsa belə, ilk verdiyi mehrdən heç nə istəməsin. Ali İmran surəsində qantar barəsində yetəri qədər danışmışıq.
Bu ayədə çoxlu miqdarda mehr verməyin icazəli olduğuna dəlil vardır. Ömər ibn Xəttab çoxlu mehr verməyi qadağan etmişdi. Sonra bundan dönmüşdü. Necə ki, İmam Əhməd demişdir: Bizə İsmayıl danışdı, bizə Sələmə ibn Əlqamə danışdı, o da Muhəmməd ibn Sirindən rəvayət edir ki: “Mənə bildirdiyinə görə Əbul-Əcfa əs-Suləmi demişdir: Ömər ibn Xəttabdan belə dediyini eşitdim: Qadınlara mehr verməkdə ifrata varmayın, əgər bu, dünyada etibar yaxud Allah qatında təqva olsa idi, ona ən layiqiniz Rəsulullah (salləllahu aleyhi və səlləm) olardı. O da nə qadınlarına nə də qızlarına on iki uqiyyədən artıq mehr verib almamışdır. Adam zövcəsinə verdiyi mehrə görə ona qəlbində nifrət bəsləyər və deyər: Sənin üçün hər şeyə, hətta su tuluğunun asılqanına qədər getdim.” Sonra bunu İmam Əhməd ilə Sünən sahibləri müxtəlif yollarla Muhəmməd ibn Sirindən, o da Əbul-Əcfadan rəvayət etmişdir. Əbul-Əcfanın adı Hərim ibn Musəyyəb əl-Bəsridir. Tirmizi: “Həsən səhih hədisdir” – demişdir.
Ömərdən başqa bir yoldan, hafiz Əbu Yalə demişdir: Bizə Əbu Xeysəmə danışdı, bizə Yaqub ibn İbrahim danışdı, bizə atam danışdı, o da İbn İshaqdan, mənə Muhəmməd ibn Əbdurrəhman danışdı, o da Mucalid ibn Səiddən, o da Şəbidən, o da Məsruqdan rəvayət edir ki: “Ömər ibn Xəttab, Rəsulullahın (salləllahu aleyhi və səlləm) minbərinə oturdu, sonra da dedi: Ey insanlar niyə bu qədər çox mehr verirsiz? Rəsulullah (salləllahu aleyhi və səlləm) və səhabələri öz aralarında yalnız dörd yüz dirhəm və daha az verərdilər. Əgər çox vermək Allah qatında təqva və hörmət olsa idi, onlar bunu tərk etməzdilər. Bir kişinin qadına dörd yüz dirhəmdən daha artıq mehr verdiyini görməyim.” Rəvayətçi deyir: Sonra düşdü, qarşısına Qureyşdən bir qadın çıxdı və dedi: “Ey möminlərin əmiri, sən insanları qadınlara dörd yüz dirhəmdən artıq verməyi qadağan etdin?” O da: “Bəli” –dedi. Qadın ona dedi: “Allah təalanın Quranda nə nazil etdiyini eşitmədin?” O dedi: “O hansıdır?” Qadın dedi: Məgər Allahın “bir qantar mal vermiş olsanız belə” buyurduğunu eşitmədin?” O da dedi: “Allahım, məni bağışla, hər kəs Ömərdən daha yaxşı anlayır.” Sonra qayıtdı minbərə çıxdı və dedi: “Mən sizə qadınlara dörd yüz dirhəmdən daha artıq mehr verməyinizi qadağan etmişdim. Bundan sonra istəyən öz malından dilədiyi qədər versin.” Əbu Yalə deyir ki, hətta deyəsən belə dedi: “Kimin könlündən nə keçirsə, onu versin.” Hədisin sənədi yaxşı və güclüdür.
Başqa bir yoldan İbn Munzir demişdir: Bizə İshaq ibn İbrahim danışdı, o da Abdurrəzzaqdan, o da Qeys ibn Rəbidən, o da Əbu Hüseyndən, o da Əbu Abdurrəhman əs-Suləmidən rəvayət edir ki: “Ömər ibn Xəttab, qadınların mehrində ifrata varmayın” dedi. Bir qadın dedi: “Buna haqqın yoxdur, ey Ömər. Çünki Allah təala buyurur: “bir qantar mal vermiş olsanız belə”. Necə ki, Abdullah ibn Məsudun da qiraəti belədir: “Ondan nə isə bir şeyi götürməniz sizə halal deyil”. Ömər dedi: “Bir qadın Ömərə qarşı çıxdı və qalib gəldi.”
Ömərdən gələn sənədi kəsik bir rəvayətdə, Zubeyr ibn Bəkkar demişdir: Mənə əmim Musab ibn Abdullah danışdı, o da babamdan, Ömərin belə dediyini danışdı: “Qadınların mehrini, hətta Zul-Ğussanın yəni, Yəzid ibn Hüseyn əl-Harisinin qızı olsa belə artırmayın. Kim artırarsa, artırdığını dövlət xəzinəsinə qoyaram.” Qadınlar tərəfdən uzun boylu, burnu basıq bir qadın dedi: “Buna haqqın yoxdur.” O da dedi: “Nəyə görə?” Qadın da dedi: “Çünki Allah təala buyurur: “bir qantar mal vermiş olsanız belə”. Ömər dedi: “Qadın isabət etdi, Ömər xəta etdi.”
Buna görə Allah təala etiraz edərək buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə qarışmısınız”. Yəni, mehri qadından necə alırsan? Axı o sənə, sən də ona qarışmışsınız. İbn Abbas, Mucahid və bir çoxları: “Burada cinsi əlaqə qəsd edilir” –demişlər.
İki Səhihdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) lənətləşən ər arvadın işləri bitəndən sonra üç dəfə dedi: “Allah, ikinizdən birinin yalançı olduğunu bilir, tövbə edən varmı?” Kişi dedi: “Ey Allahın Rəsulu malım nə olacaq?” Yəni, mehrini qəsd edirdi. O da dedi: “Sənin malın yoxdur, ona verdiyin mehr, onunla yaxınlıq etdiyinin əvəzidir. Əgər ona qarşı yalan söylədinsə, heç haqqın yoxdur.”
Əbu Davudun Sünənində və digərlərində Bəsrə ibn Əktəmdən rəvayət edilmişdi ki, o, evdən çıxmayan bakirə bir qızla evləndi. Onun zinadan hamilə olduğu bilindi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəziyyəti izah etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mehrin qadına qalmasına, onunla ayrılmasına qərar verdi. Qadını isə, şallaqlamağı əmr etdi və (kişiyə) dedi: “Uşaq sənin köləndir.”
Mehr yaxınlığın əvəzidir. Buna görə Allah təala buyurur: “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə qarışmısınız”.
“Onlar da sizdən möhkəm əhd-peyman almışdılar” İbn Abbas, Mucahid və Səid ibn Cubeyr: “Burada məqsəd nikah əhdidir” – demişlər. Sufyan Səvri demişdir: “Həbib ibn əbu Sabitdən, o da İbn Abbasdan “Onlar da sizdən möhkəm əhd-peyman almışdılar” ayəsi barəsində demişdir: Yaxşılıqla saxlamaq və ya gözəl sərbəst buraxmaq deməkdir.” İbn əbu Hatim demişdir: “İkrimə, Mucahid, Əbu Aliyə, Həsən, Qatadə, Yəhya ibn əbu Kəsir, Dəhhak və Suddidən də eynisi rəvayət edilmişdir.
Əbu Cəfər ər-Razi, bu ayə barəsində Rəbi ibn Ənəsdən belə demişdir: “Bu onları Allahın əmanəti olaraq almaq, namuslarını Allahın kəlamı ilə halal saymaqdır. Çünki Allahın kəlməsi xütbədəki şəhadət kəlməsidir. Merac gecəsində Rəsulullaha (salləllahu aleyhi və səlləm) verilənlərdən biri də ona bu sözlərin deyilməsi idi: Ümmətinə bunu şərt etdim: Sənin, qulum və Rəsulum olduğunu demədikləri xütbələri etibarsızdır.” Bunu İbn əbu Hatim rəvayət etmişdir.
Səhih Muslimdə Cabirdən rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) vida Həccinin xütbəsində demişdir: “Qadınlarla yaxşı davranmanızı tövsiyə edirəm. Çünki onları Allahın əmanəti olaraq aldınız. Namuslarını Allahın kəlamı ilə halal saydınız.”
“Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” Allah təala atalarının zövcələri ilə evlənməyi, özündən sonra onlara qayğı, hörmət və ehtiram göstərmək üçün almalarını haram etdi. Onlarla sadəcə əqdin bağlanması oğullarına haramlığı bildirir. Bu da icma edilən bir haldır.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Malik ibn İsmayıl danışdı, bizə Qeys ibn Rəbi danışdı, o da Əşas ibn Səvvardan, o da Adiy ibn Sabitdən, o da ənsarlardan birindən rəvayət edir ki: “Əbu Qeys – yəni, İbn Əslət – vəfat edəndə, o da ənsarların yaxşılarından idi, oğlu Qeys, atasının zövcəsinə elçi düşmək istədi. Qadın dedi: “Mən səni övladım sayıram, sən tayfandakı yaxşılardan birisən. Amma bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışaq.” Sonra qadın, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Əbu Qeys vəfat etdi.” O dedi: “Xeyirlisi.” Qadın davam etdi: “Oğlu Qeys mənimlə evlənmək istəyir, o tayfasındakı yaxşılardan biridir. Lakin mən onu oğlum yerində görürəm, sən nə buyurursan?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Sən evinə qayıt.” Buna görə “Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” ayəsi nazil oldu.
İbn Cərir demişdir: Bizə Qasım danışdı, bizə Hüseyn danışdı, bizə Həccac danışdı, o da İbn Cureycdən, o da İkrimənin “Olub keçənlər istisna olmaqla Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Bu, Əbu Qeys ibn Əslət haqqında idi. O, Ummu Ubeydullah bint Saxraya miras yolu ilə sahib oldu. Həmin qadın, atası Əslətin zövcəsi idi. Həmçinin Əsvəd ibn Xələf haqqında nazil oldu. O da Əbu Talha ibn Abduluzza ibn Osman ibn Abuddarın qızına miras yolu ilə sahib olmuşdu. Qadın onun atası Xələfin zövcəsi idi. Həmçinin Faxitə bint Əsvəd ibn Mutallib ibn Əsəd haqqında nazil oldu. Bu qadın Umeyyə ibn Xələfin zövcəsi idi. Safvan ibn Umeyyə miras yolu ilə ona sahib olmuşdu.”
Suheyli, ataların zövcələri ilə evlənməyə cahilliyə dövründə əməl edilməsi iddiasını irəli sürmüşdür. Buna görə Allah təala “Olub keçənlər istisna olmaqla” buyurur. Necə ki, demişdir: “Olub keçənlər istisna olmaqla, iki bacı ilə evlənməyiniz sizə haram edildi” (Nisə, 23). Deyir ki, bunu Kinanə ibn Xuzeymə etmişdir. O, atasının zövcəsi ilə evlənmişdir. Ondan da oğlu Nadr ibn Kinanə olmuşdu. O deyirdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Mən (yəni, Nadr) zinadan deyil, nikahdan doğuldum” – demişdir. Bu da həmin əməlin onların arasında icazəli olduğunu göstərir. Əgər Suheyl bunun onlarda olduğunu qəsd edirsə, onlar bunu öz aralarında nikah sayırdılar.
İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Abdullah əl-Məxarrami danışdı, bizə Qurad danışdı, bizə İbn Ueynə danışdı, o da Ömərdən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət edir ki: “Cahilliyə camaatı atanın zövcəsi və iki bacı ilə evlənməkdən başqa, Allahın haram etdiyini haram sayırdılar. Buna görə Allah təala bu ayələri nazil etdi: “Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin”, “iki bacını bir yerdə almayın” (Nisə, 23). Əta ilə Qatadə də bu cür demişlər. Amma Suheylin danışdığında şübhə yeri vardır. Allah ən doğrusunu biləndir. Hər bir halda, o bu ümmətdə haramdır. Qayəsi iyrəncdir. Buna görə Allah buyurur: “Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur”. “Fahiş işlərin açığına da gizlisinə də yaxınlaşmayın” (Ənam, 151) və “zinaya yaxınlaşmayın çünki o çirkin və pis bir yoldur”, burada da “qəzəb doğuran” qeydini əlavə etmişdir. Yəni o böyük bir məsələdir, oğlun zövcə ilə evlənməsi atasına qəzəblənməsinə səbəb ola bilər. Çünki, ümumi olaraq, qadınla evlənən onun birinci ərinə qəzəblənər. Buna görə də möminlərin anaları ümmətə haram edilmişdir. Çünki onlar Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcələridir. O da ataları kimidir. Hətta onun haqqı ataların haqqından daha böyükdür və bu icma ilə belədir. Ona olan sevgi öz canlarına olan sevgidən önə çəkilmişdi. Allahın salavat və salamı onun üzərinə olsun.
Əta ibn əbi Rəbah “qəzəb doğuran” kəlməsi barəsində demişdir: “Allah buna qəzəblənər.” “Murdar bir yoldur” yəni insanlardan bu yolu tutanlar üçün nə pis yoldur! Kim bundan sonra belə bir yola düşərsə, dinindən dönmüş olar, öldürülər, malı-dövləti xəzinəyə verilər. Necə ki, İmam Əhməd ilə Sünən sahibləri bir çox yollardan, Bəra ibn Əzibdən, o da dayısı Əbu Burdədən – bir rəvayətdə: İbn Ömərdən, bir rəvayətdə əmisindən – nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu atasının zövcəsi ilə evlənən bir adamı öldürüb malını müsadirə etmək üçün göndərdi.
İmam Əhməd demişdir: Bizə Huşeym danışdı, bizə Əşas danışdı, o da Adiy ibn Sabitdən, o da Bəra ibn Əzibdən rəvayət edir: “Əmim Haris ibn Amr gəldi. Yanında bir bayraq var idi. Onu Rəsulullah (salləllahu aleyhi və səlləm) vermişdi. Ona dedim: “Ey əmi, Rəsulullah (salləllahu aleyhi və səlləm) səni hara göndərdi?” O da dedi: “Atasının zövcəsi ilə evlənənin yanına göndərdi, boynunu vurmağa əmr etdi.”
Məsələ: Alimlər, atanın evləndiyi, cariyəlik yaxud şübhə ilə əlaqədə olduğu ilə evlənməyin haramlığında icma etmişlər. Yaxınlıq etmədən şəhvətlə toxunan yaxud yad qadın olsa belə halal olmayan yerinə baxan barədə isə ixtilaf etmişlər. İmam Əhməddən rahiməhullah həmin qadının da bununla haram olduğu rəvayət edilmişdir.
Hafiz İbn Əsakir də Muaviyyənin mövlası Xudeyc əl-Hisninin həyatından bəhs edərkən demişdir: “Muaviyyə üçün bəyaz və gözəl cariyə aldı. Yanına çılpaq olaraq göndərdi. Muaviyyənin əlində çubuq var idi, qadının malına işarə edərək dedi: Nə gözəl mal, kaş ki, onun malı olardı, onu Yəzid ibn Muaviyyənin yanına apar.” Sonra dedi: “Xeyr, Rabia ibn Amr əl-Curayşini mənim yanıma çağır. – O fəqih idi – Yanına gəldi, Muaviyyə ona dedi: “Bu cariyə mənə çılpaq olaraq gətirildi, məndə ona baxıb Yəzidə göndərmək istədim.” O da dedi: “Etmə, ey möminlərin əmiri, bu qadın ona yararlı deyil.” Muaviyyə dedi: “Fikrin gözəldir.” Sonra dedi: “Abdullah ibn Məsadə əl-Fəzarini yanıma çağırın.” Onu çağırdım. O çox qara dərili bir adam idi. Ona dedi: “Bunu götür, uşaqların ağarsın.” Hədic əl-Himsi deyir ki: “Bu Abdullah ibn Məsədəni, Rəsulullah (salləllahu aleyhi və səlləm) qızı Fatiməyə bağışlamışdı. O da onu böyüdüb, sonra da azad etmişdi. Daha sonra Muaviyyə ilə birlikdə olan insanlarla Əliyə (radiyallahu ənh) qarşı çıxdı.
-
20
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?
19-cu ayənin təfsirinə bax.
-
21
Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar?
19-cu ayənin təfsirinə bax.
-
22
Olub keçənlər istisna olmaqla atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur.
19-cu ayənin təfsirinə bax.
-
23
Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almağınız. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bu ayə nəsəb yolu və ona hökmcə tabe olan əmizdirmə və qadın tərəfdən qohumluq əlaqələri ilə haram olanları bildirən ayədir. Necə ki, İbn əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, o da Sufyan ibn Həbibdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan, o demişdir: “Yeddi qadın sizə nəsəb yolu, yeddisi də zövcə tərəfdən qohumluq ilə haram edildi.” Sonra da bu ayəni oxudu “Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız…”.
Bizə Əbu Səid ibn Yəhya ibn Səid danışdı, bizə Əbu Əhməd danışdı, bizə Sufyan danışdı, o da Aməşdən, o da İsmayıl ibn Rəcadan, o da İbn Abbasın mövlası Umeyrdən, o da İbn Abbasdan, o demişdir: “Nəsəbdən yeddi və zövcə tərəfdən olan qohumlardan da yeddi qadın haram edildi”. Sonra “Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları…”. oxudu və dedi: “Bunlar nəsəb yolu ilə haram olanlardır.”
Cumhur alimlər “qızlarınız” kəlməsinin ümumiliyini dəlil götürərək, zinadan doğulan qızın da haram olduğunu söyləmişlər. Çünki o da qızdır və ayənin ümumi anlamına daxildir. Necə ki, Əbu Hənifə, Məlik və Əhməd ibn Hənbəlin məzhəbləri də belədir.
Şəfiidən isə mübah olduğu nəql edilmişdir. Çünki o şəriətlə qız deyildir. Eyni zamanda “Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər düşür” (ən-Nisə, 11) ayəsinin hökmünə də daxil deyil. Çünki o icma ilə varis sayılmır. Eyni şəkildə bu ayənin hökmünə də daxil deyil. Allah ən doğrusunu biləndir.
“Sizi əmizdirən süd analarınız, süd bacılarınız” yəni, səni doğan ana sənə haram olduğu kimi, əmizdirən də sənə haramdır. Buna görə Buxari və Muslim, iki Səhihdə Malik ibn Ənəsdən, o da Abdullah ibn Əbubəkr ibn Muhəmməd ibn Amr ibn Həzmdən, o da Əmrə bint Əbdurrəhmandan, o da möminlərin anası Aişədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: “Həqiqətən də əmizdirmək, doğuşdan haram olanları haram edir.” Muslimin mətni isə belədir: “Nəsəbdən nə haram sayılır, əmizdirmədən də haram sayılır.”
Bəzi fəqihlər demişlər: “Nəsəb baxımından haram olanların hamısı əmizdirmə ilə də haram olar, yalnız dörd məsələ istisnadır.” Bəziləri altı məsələnin istisna olduğunu demişlər ki, bu da fiqh kitablarında qeyd edilmişdir. Doğrusu budur ki, bunun heç bir istisnası yoxdur. Çünki onların bəziləri kimisi nəsəbdə var. Bəziləri də, yalnız zövcə tərəfdən qohumluğa görə haram olur. Əlbəttə ki, hədisə əlavə ediləcək heç bir şey əslən yoxdur. Həmd Allaha məxsusdur.
Sonra alimlər haram edən əmizdirmənin sayında da ixtilaf etmişlər. Bəziləri ayənin ümumi mənasına baxaraq sırf əmizdirmə ilə haram olduğunu demişlər. Bu da İmam Məlikin görüşüdür. İbn Ömərdən də bu cür rəvayət edilmişdi. Səid ibn Musəyyəb, Urvə ibn Zubeyr və Zuhri də bu görüşdə idilər.
Digərləri isə üç əmizdirmədən az olanın haram etmədiyini demişlər. Çünki Səhih Muslimdə, Hişam ibn Urvə yolundan, o da atasından, o da Aişədən rəvayət etdiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir-iki əmmə haram etməz.”
Qatadə demişdir: Əbu Xəlildən, o da Abdullah ibn Harisdən, o da Ummu Fadldan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm): “Bir-iki əmizdirmə, bir-iki dəfə sormaq haram etməz.” – demişdir. Başqa bir mətndə isə: “Bir-iki dəfə sormaq haram etməz” – demişdir. Bunu Muslim rəvayət etmişdir. Bu görüşdə olanlar: İmam Əhməd ibn Hənbəl, İshaq ibn Rahaveyh, Əbu Ubeyd və Əbu Səvrdir. Bu görüş, Əli, Aişə, Ummu Fadl, İbn Zubeyr, Süleyman ibn Yasər və Səid ibn Cubeyrdən rəvayət edilmişdir. Allah onlara rəhmət etsin.
Digərləri də: Beş əmməkdən azı haram etməz, demişlər. Çünki Səhih Muslimdə sabit olduğuna görə, Malikdən, o da Abdullah ibn Əbubəkrdən, o da Amrədən, o da Aişədən (radiyallahu ənhə), o demişdir: “Qurandan nazil olanlar arasında “on məlum əmmək haram edər” kəlməsi vardı. Sonra “beş məlum əmmək haram edər” ayəsi ilə nəsx edildi. Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat etdiyi zaman bunlar Qurandan oxunurdu.
Abdurrəzzaq isə Mamərdən, o da Zuhridən, o da Urvədən, o da Aişədən oxşarını rəvayət etmişdir. Səhlə bint Suheylin hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) ona Əbu Huzeyfənin mövlası Səlimi beş dəfə əmizdirməyi buyurmuşdur. Aişə də yanına gəlmək istəyənin beş dəfə əmizdirilməsini əmr edərdi. Şəfii rahiməhullah ilə dostları bunu demişlər.
Sonra məlum olsun ki, əmizdirmənin kiçik yaşlarda olması labüddür. Belə ki, iki ildən daha az olmalıdır. Cumhurun görüşü də budur. əl-Bəqərə surəsinin: “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər” (əl-Bəqərə, 233) ayəsində bu barədə danışdıq.
Sonra da kişinin zövcəsinin əmizdirdiyi südün kişinin qohumlarını haram etməsi mövzusunda ixtilaf etdilər. Cumhura, dörd imama və digərlərinə görə haram edər. Bəzi sələflərə görə də, əmizdirmə anaya xas bir haldır, ata tərəfə keçməz. Bütün bunlar “əl-Əhkəmul-Kəbir” kitabında qeyd edilmişdi.
“Arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir” Cinsi əlaqədə olub olmamasından asılı olmayaraq, qadın ilə nikah müqaviləsi bağlamaq onun anasının haram olmasına kifayət edir. Amma ögey qızın yəni, qadının öz qızının haram sayılması üçün, onun anası ilə nikah müqaviləsi bağlamaq kifayət etmir. Gərək ögey qızın anası ilə yaxınlıq edilsin. Əgər kişi həmin qadını cinsi əlaqədə olmadan boşayarsa, onun qızı ilə evlənməsi icazəlidir. Buna görə buyurur: “yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir”. Yəni, onlarla evlənmək günah deyil. Bu da yalnız ögey qızlara aiddir. Bəziləri əvəzliyin həm analara həm də ögey qızlara aid olduğunu düşünərək demişlər: “Cinsi əlaqə olmayınca, yalnız nikah müqaviləsinin olması ilə nə ana, nə də qız haram hesab edilə bilməz. Çünki “yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu sizə günah deyildir” deyilmişdir.
İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə İbn Əbi Adiy ilə Abdul-Alə danışdı, onlar da Səiddən, o da Qatadədən, o da Xilas ibn Amrdan, o da Əlidən (radiyallahu ənh), onun “Bir adam qadınla evlənib onunla əlaqədə olmadan boşanarsa, onun anası ilə evlənə bilər?” sualına belə cavab verdiyini rəvayət etmişdir: “O, ögey qız hökmündədir.”
Bizə İbn Bəşşar danışdı, bizə Yəhya ibn Səid danışdı, o da Qatadədən, o da Səid ibn Musəyyəbdən, o da Zeyd ibn Sabitdən, o deyir: “Bir adam zövcəsini onunla əlaqədə olmadan boşasa, onun anası ilə evlənməkdə günah yoxdur.”
Bir rəvayətdə deyilmişdir: Qatadədən, o da Səiddən, o da Zeyd ibn Sabitdən, o belə deyərdi: Əgər qadın kişinin yanında ölsə və kişi onun mirasını götürsə, anasını alması məkruhdur. Cinsi əlaqədə olmadan boşasa, istəsə bunu edə bilər.
İbn Munzir demişdir: Bizə İshaq danışdı, o da Abdurrəzzaqdan, o da İbn Cureycdən, o deyir: Mənə Əbubəkr ibn Hafz xəbər verdi, o da Muslim ibn Uveymir əl-Əcdadan, ona Bəkr ibn Kinanənin belə xəbər verdiyini dedi: Atası onu Taifdə bir qadınla evləndirdi. O deyir: “Mən onunla əlaqəyə girməmiş, qadının anasını almış əmim öldü. Qadının anası da malı çox olan biri idi. Atam dedi: “Onun anası ilə evlənmək istəyirsən?” Mən də bunu İbn Abbasdan soruşdum və ona bu haqda xəbər verdim. İbn Abbas: “Anası ilə evlən” – dedi. İbn Ömərdən soruşdum o: “Onunla evlənmə” – dedi. Mən də İbn Abbasın və İbn Ömərin dediyini atama danışdım. O da Muaviyyəyə məktub yazdı. Ona İbn Ömər ilə İbn Abbasın dediyi sözləri xəbər verdi. Muaviyyə belə cavab yazdı: “Mən, Allahın haram etdiyini halal etmərəm, halal etdiyini də haram etmərəm. Sən və o, bilirsiniz ki, həmin qadından başqa qadınlar çoxdur.” Mənə nə qadağan etdi, nə də icazə verdi. Atam da həmin qadının anasından üz çevirərək, məni onunla evləndirmədi.
Abdurrəzzaq dedi: Bizə Mamər xəbər verdi, o da Simak ibn Fadldan, o da Abdullah ibn Zubeyrdən, o deyir: “Ögey qız, ana ilə eynidir. Qadınla əlaqədə olmayıbsa, eyib etməz.” Bunun isnadında adı bəlli olmayan kişi vardır.
İbn Cureyc demişdir: Mənə İkrimə ibn Xalid xəbər verdi ki, Mucahid ona belə demişdir: “arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları” burada ikisi üçün də cinsi əlaqə istənmişdi.” Gördüyün kimi bu söz Əlidən, Zeyd ibn Sabitdən, Abdullah ibn Zubeyrdən, Mucahiddən, Səid ibn Cubeyrdən və İbn Abbasdan rəvayət edilmişdir. Muaviyyə isə bu məsələdə dayanmışdır. Şəfiilərdən Əbu Həsən Əhməd ibn Muhəmməd əs-Sabuni də bu görüşü dəstəkləmişdi. Necə ki, bu, Rafiinin Abaddan olan nəqlində bildirilir. Sələf və xələfdən olan cumhur (əksər) alimlər buna müxalif olmuşlar. Onlar ögey qızın anası ilə nikah müqaviləsini bağlamaq onun haramlığına kifayət etmir rəyini söyləmiş və ögey qız, yalnız onun anası ilə yaxınlıq edildikdə haram sayılır demişlər. Anada isə belə deyil. Onun haram olması üçün, ögey qız ilə kəbin kəsilməsi kifayət edir.
İbn Məsuddan da belə nəql edilmişdir, sonra ondan dönmüşdür.
Təbərani belə demişdir: Bizə İshaq ibn İbrahim əd-Dəbəri danışdı, bizə Abdurrəzzaq danışdı, o da Səvridən, əbu-Fərvədən, Əbu Amr əş-Şeybanidən, İbn Məsudun belə dediyini rəvayət etmişdir: Fəzarənin Şəmh oğullarından bir adam bir qadınla evləndi. Anasını gördü, çox bəyəndi. İbn Məsuddan fətvasını soruşdu. O da ondan ayrılmasını, sonra da anası ilə evlənməsini söylədi. O da onunla evləndi, uşaqları oldu. Sonra İbn Məsud Mədinəyə gəldi, ona sual verildi, bunun halal olmadığını söylədi. Kufəyə qayıdanda isə o adama dedi: O qadın sənə haramdır, ondan ayrıl.
İbn əbu Hatim demişdir: Bizə Cəfər ibn Muhəmməd ibn Harun ibn Əzrə danışdı, bizə Əbdulvəhhab danışdı, o da Səiddən, o da Qatadədən, o da İkrimədən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Bir adam bir qadınla əlaqədə olmadan onu boşasa, yaxud qadın ölərsə, qadının anası ona halal olmaz.” O demişdir: “O, naməlumdur.” Bununla da bəyənməmişdi.
Sonra demişdir: İbn Məsud, İmran ibn Hüseyn, Məsruq, Tavus, İkrimə, Əta, Həsən, Məkhul, İbn Sirin, Qatadə və Zuhridən də eynisi rəvayət edilmişdir. Dörd məzhəb imamının, yeddi fiqh aliminin və əksər köhnə və yeni fəqihlərin də fikri belədir. Həmd və minnət Allaha məxsusdur.
İbn Cərir demişdir: “Doğru söz, “Ana naməlum olanlardandı” deyənlərin sözüdür. Çünki Allah təala onlarda cinsi əlaqəni şərt etməmişdir. Necə ki, bunun ögey qızların analarında şərt etmişdir. Üstəlik bunda icma da vardır ki, ittifaqla edilən icmaya müxalif olmaq icazəli deyildir. Bu barədə eyni zamanda Rəsulullahdan (salləllahu aleyhi və səlləm) da xəbər rəvayət edilmişdi. Lakin sənədində şübhə vardır. O da budur: Mənə Musənna danışdı, bizə Hibban ibn Musa danışdı, bizə İbn Mubarək danışdı, bizə əl-Musənna ibn Sabbah xəbər verdi, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir adam bir qadınla evlənərsə, anası ilə evlənməyi icazəli deyildir. İstər qızı ilə cinsi əlaqədə olsun, istərsə də olmasın. Ana ilə evlənib onunla əlaqədə olmadan boşanarsa, istəsə qızı ilə evlənə bilər.” Sonra dedi: “Bu xəbərin isnadında hər nə qədər şübhə olsa da, onun doğruluğuna dair icma edilməsi, səhihliyi üçün başqa bir dəlil axtarmağı gərək etmir.”
“Himayənizdə olan ögey qızları”: Cumhur bu fikirdədir: “Ögey qız istər himayə altında olsun, istər olmasın, eynidir.” Bu xitab əksər hallarda baş verəni ifadə edir. Onun məfhumu yoxdur. Bu ayədə olduğu kimi: “Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin.” (ən-Nur, 33). İki Səhihdə bildirilir ki, Ummu Həbibə belə demişdir: “Ey Allahın Rəsulu, bacım, Əbu Sufyanın qızı- Müslimin mətnində belədir: Əbu Sufyanın qızı Əzzəh – ilə evlən.” O da dedi: “Bunu çox istəyirsən?” O da dedi: “Bəli, tək deyiləm, xeyirdə mənə şərik olanın bacımın olmasını istəyirəm.” O da dedi: “Bu mənim üçün halal deyildir.” O da dedi: “Biz sənin Əbu Sələmin qızı ilə evlənəcəyini eşitmişik.” O da dedi: “Ummu Sələmənin qızı ilə?” O da: “Bəli” – dedi. O da dedi: “Əgər o mənim himayəm altında böyüyən ögey qızım olmasa idi, yenə mənə halal olmazdı. Çünki o mənim süd qardaşımın qızıdır. Məni də Əbu Sələməni də Suveybə əmizdirib. Artıq mənə nə qızlarınızı nə də bacılarınızı təklif etməyin.”
Buxarinin rəvayəti isə belədir: Mən, Ummu Sələmə ilə evli olmasam belə, mənə halal deyildir.” Burada haramlığın səbəbini yalnız Ummu Sələmə ilə evli olduğunu göstərmişdir və buna görə haram hökmünü vermişdir. Bu da dörd imamın, yeddi fəqihin, xələf və sələfin cumhurunun görüşüdür.
Belə də deyilmişdir: Ögey qız yalnız kişinin himayəsi altında haram olar. Belə deyilsə, haram deyil.
İbn əbu Hatim demişdir: Bizə əbu Zura danışdı, bizə İbrahim ibn Musa danışdı, bizə Hişam yəni, İbn Yusuf danışdı, o da İbn Cureycdən, mənə İbrahim ibn Ubeyd ibn Rifaa danışdı, mənə Malik ibn Əvs ibn Hədəsən xəbər verib dedi: “Bir qadınım vardı. O, vəfat etdi. Mənə uşaq doğurdu. Mən də üzüldüm. Əli ibn Əbu Talib ilə qarşılaşdım, o dedi: “Sənə nə olub?” Mən də dedim: “O qadın öldü.” Əli dedi: “Qızı varmı?” Mən dedim: “Bəli, Taifdədir.” O dedi: “Sənin himayəndə idi?” Mən dedim: “Xeyr, o, Taifdədir.” O da dedi: “Onunla evlən.” Mən dedim: “sizə haram edildi himayənizdə olan ögey qızları” ayəsi necə olsun?” O da dedi: “O sənin himayəndə deyildi, himayəndə olsa idi haram olardı.” Bu isnad qüvvətli və sabitdir. Əli ibn Əbu Talibə söykənir. Muslimin şərtinə uyğundur. Bu görüş olduqca qəribədir. Davud ibn Əli əz-Zahiri ilə dostları bu fikirdədirlər. Bunu Əbu Qaşım ər-Rafi də Məlikdən rahiməhullah rəvayət etmişdir. Bunu İbn Həzm də tərcih etmişdir. Şeyximiz Əbu Abdullah Zəhəbi mənə danışdı ki, o bunu şeyx, imam, təqiyyuddin İbn Teymiyyəyə (rəhmətullahi aleyh) ərz etmiş, o da bunu müşkül saymış və məsələdə dayanmışdır. Allah ən doğrusunu biləndir.
İbn Munzir demişdir: Bizə Əli ibn Əbduləziz danışdı, bizə Əsrəm danışdı, o da Əbu Ubeydədən, o, “himayənizdə olan ögey qızları” ayəsi barəsində belə demişdir: “Yəni, evlərinizdə olanlar.”
Cariyə olan ögey qıza gəldikdə, imam Məlik ibn Ənəs demişdi: İbn Şihabdan rəvayət edilir ki, Ömər ibn Xəttaba cariyə qadın və qızı barəsində, onların birindən sonra o biri ilə yaxınlıq etmək olar deyə sual verildi. Ömər dedi: “İkisini birdən yoxlamağı xoşlamıram.” O, “kənizim olduqlarında ikisi ilə birdən yaxınlıq etməyi” qəsd edir. Bu isnadda qopuqluq vardır.
Suneyd ibn Davud təfsirində demişdir: Bizə Əbu Əhvas danışdı, o da Tariq ibn Əbdurrəhmandan, o da Qeysdən, o dedi: İbn Abbasdan soruşdum: “Bir adam köləsi olan bir qadın və qızı ilə yaxınlıq edər?” O dedi: “O ikisini bir ayə halal etdi, bir ayə də haram etdi. Mən olsam etmərəm.”
Şeyx Əbu Ömər ibn Əbdülbər (rahiməhullah) demişdir: “Alimlər arasında, cariyə qadın və onun qızı ilə yatmağın hər kəsə haram olması barədə ixtilaf yoxdur. Çünki Allah təala bunu nikahda haram etmiş və demişdir: “Sizə haram edildi arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları”. Cariyəlik onlara görə nikah hökmünə tabedir. Ömər ilə İbn Abbasdan gələn rəvayətlər istisnadır. Nə fitva imamlarından nə də onlara tabe olanlardan heç kim bu görüşdə deyil. Hişam da Qatadədən belə rəvayət etmişdir: “Ögey qızının qızı və qızının qızı çox qarın aşağı ensə də yenə yararlı (icazəli) deyil.” Qatadə də Əbul-Aliyədən bu cür rəvayət etmişdir.
“Yaxınlıq etdiyiniz” kəlməsinin mənası, evləndiyiniz, deməkdir. Bunu İbn Abbas və bir çoxları demişdir.
İbn Cureyc isə, Ətanın belə dediyini rəvayət etmişdir: “O, kişiyə gəlin olaraq gətirilir, çadrasını çıxarır, baxış keçirir və yaxınlıq edir.” Mən də dedim: “Bunu qadının ailəsinin evində etsə necə?” O da dedi: “İkisi də eynidir. Bu kifayətdir ki, qızını ona haram etsin.”
İbn Cərir demişdir: “Bütün alimlərin icma etdiyi odur ki, əgər bir adam qadını ilə xəlvətdə qalsa, ona toxunmadan, əl dəymədən, övrət yerinə şəhvətlə baxmadan boşayarsa, qızı ona haram olmaz. Bu da mənanın qadınla cinsi əlaqəyə girmək olduğunu göstərir.
“Öz belinizdən gələn oğullarınızın arvadları” yəni, öz bellərinizdən gələn oğullarınızın arvadları da sizə haram edildi. Bu da cahilliyədə olan övladlıq iddiasını kənara qoymaq üçündür. Allah təala buyurur: “Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman möminlərə heç bir sıxıntı olmasın”. (əl-Əhzab, 37).
İbn Cureyc demişdir: Ətadan “Öz belinizdən gələn oğullarınızın arvadları” barəsində soruşdum və o dedi: “Allah ən doğrusunu biləndir, biz belə danışırdıq: Rəsulullah (salləllahu aleyhi və səlləm), Zeydin zövcəsi ilə evləndikdə, müşriklər Məkkədə dedi-qodu yaydılar. Buna görə Allah təala bu ayələri nazil etdi: “Öz belinizdən gələn oğullarınızın arvadları” və “Allah özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir” (əl-Əhzab, 4), “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir” (əl-Əhzab, 40).
İbn əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə Muhəmməd ibn Əbubəkr əl-Muqaddimi danışdı, bizə Curh ibn əl-Haris danışdı, o da Əşasdan, o da Həsən ibn Muhəmməddən, o demişdir: Bu “oğullarınızın arvadları” və “qadınlarınızın anaları” ayələri qapalıdır. Sonra İbn əbu Hatim demişdir: Tavus, İbrahim, Zuhri və Məkhuldan da bənzəri rəvayət edilmişdir.
Mən də deyirəm: Qapalıdır sözü, cinsi əlaqədə olub-olmadığı haqqında ümumi məna daşıyır. Buna görə sırf əqd ilə haram olur. Bu da üzərində ittifaq edilən bir haldır. Əgər deyilsə ki, süd oğlunun zövcəsi haradan haram olur? Necə ki, bu, cumhurun rəyidir. Bəzi insanlar icmadan bəhs edir, halbuki, o belindən deyildir? Cavab belədir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qohumluqla haram olanlar əmizdirməkdən də haram olur.”
“Və iki bacını birlikdə almağınız. Olub-keçənlər isə artıq keçmişdir” Yəni, iki bacını cəm edərək birlikdə almanız sizə haram edildi. Cariyə olmaları halı da eynidir. Cahilliyə vaxtında olanlar istisnadır. Onu əfv etdik və sizə bağışladıq. Bu da bunun gələcəkdə təkrarının, keçmişdə də istisnasının olmadığını bildirir. Necə ki, buyurur: “orada ilk ölüm xaric, ölüm dadmazlar” (əd-Duxan, 56). Bu da ölümü heç bir zaman dadmayacaqlarını göstərir. Səhabə və tabiinlər, keçmiş və indiki imamlar, iki bacını nikahda birləşdirməyin haram olduğu üzərində icma etmişlər. Kim iki bacıya sahib ikən İslamı qəbul edərsə, ona ikisindən birini boşaması barədə seçimi verilər.
İmam Əhməd ibn Hənbəl demişdir: Bizə Musa ibn Davud danışdı, bizə İbn Lehya danışdı, o da Əbu Vəhb əl-Ceyşanidən, o da Dəhhak ibn Feyruzdan, o da atasından, o deyir: “Müsəlman olduğum zaman, iki bacı ilə evli idim. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə ikisindən birini boşamağı əmr etdi.” Sonra bunu İmam Əhməd, Tirmizi və İbn Macə də İbn Ləhyədən rəvayət etmişlər. Bunu Əbu Davud ilə Tirmizi də, Yəzid ibn əbu Həbibdən, ikisi də Əbu Vəhb əl-Ceyşanidən rəvayət etmişlər. Tirmizi demişdir: “Onun adı, Deyləm ibn Həvşədir.” Dəhhak ibn Firuz əd-Deyləmidən, o da atasından bu cür rəvayət etmişdir. Tirmizinin bir mətni də belədir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “İkisindən istədiyini seç.” Sonra Tirmizi: “Həsən, səhihdir” – demişdir.
Bunu İbn Macə başqa isnadla rəvayət etmişdir və demişdir: Bizə Əbubəkr ibn əbu Şeybə danışdı, bizə Abdussəlam ibn Harb danışdı, o da İshaq ibn Abdullah ibn əbu Fərvədən, o da Əbu Vəhb əl-Ceyşanidən, o da Əbu Xiraş ər-Ruaynidən, o da Deyləmidən, o dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldim, yanımda iki bacı var idi. Onlarla cahilliyə zamanı evlənmişdim. O dedi: “Geri döndüyün zaman birini boşa.”
Mən də deyirəm ki, bu Əbu Xiraşın elə Dəhhak ibn Firuz olma ehtimalı vardır. Başqası olma ehtimalı da vardır. O zaman Əbu Vəhb bunu iki kişidən, Firuz əd-Deyləmidən rəvayət etmiş olur. Allah ən doğrusunu biləndir.
İbn Mərduveyh demişdir: Bizə Abdullah ibn Yəhya ibn Muhamməd ibn Yəhya danışdı, bizə Əhməd ibn Yəhya əl-Xəvlani danışdı, bizə Heysəm ibn Xaricəh danışdı, bizə Yəhya ibn İshaq danışdı, o da İshaq ibn Abdullah ibn əbu Fərvədən, o da Zurayq ibn Həkimdən, o da Kəsir ibn Murrədən, o da Deyləmidən, o deyir: Mən dedim: “Ey Allahın Rəsulu nikahımda iki bacı vardır.” O da dedi: “Hansını istəyirsən boşa.” Öncə qeyd olunan Deyləmi, Dəhhak ibn Firuz Deyləmidir radiyallahu anhu. Əbu Zura Diməşqi demişdir: O, Abdulməlik ibn Mərvana yaxın olanlardan idi. İkincisi Əbu Firuz Deyləmidir radiyallahu anhu. O da yalançı peyğəmbər və məlun, Əsvəd əl-Ənsiy əl-Mutənəbbini öldürmək tapşırığını alan Yəməndəki ordu başçılarından biri idi.
Cariyə olaraq iki bacını birlikdə almaq, bu ayənin ümumi hökmünə görə haramdır. İbn əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə Musa ibn İsmayıl danışdı, bizə Hammad ibn Sələmə danışdı, o da Qatadədən, o da Abdullah ibn əbu İnəbədən – yaxud Utbədən – o da İbn Məsuddan, ona iki bacını birlikdə alan adam haqqında sual verdilər. O bunu bəyənmədi. Sonra kişi – yəni sual verən – ona dedi: Axı Allah buyurur ki, “Yalnız sağ əllərinizin sahib olduğu istisnadır”. İbn Məsud (radiyallahu ənh) dedi: “Dəvən də sağ əlinin sahib olduğudur.” Cumhurdan və dörd imamdan və digərlərindən məşhur olan rəy budur. Baxmayaraq ki, bəzi sələflər bu məsələdə dayanmışlar. İmam Məlik demişdir: İbn Şihabdan, o da Qabisa ibn Zueybdən nəql etdi ki, bir nəfər Osmandan cariyə olan iki bacı ilə birlikdə evlənmək barəsində soruşdu. Osman dedi: “Onları bir ayə halal etdi, bir ayə haram etdi, mən olsam etmərəm.” O da Osmanın yanından çıxdı. Yolda Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən birinə rast gəldi və ondan da soruşdu. O da belə dedi: “Əgər mənim səlahiyyətim olsa idi və belə bir iş tutan adam əlimə düşsəydi, onu aləmlərə ibrət edərdim.” Malik dedi: İbn Şihəb dedi: “Düşünürəm o adam Əli ibn Əbu Talib idi.” O dedi: Zubeyr ibn Əvvamdan da buna oxşarı mənə çatmışdı.”
Şeyx Əbu Ömər ibn Əbdülbər ən-Nəmri rahiməhullah “Əl-İztiskar” əsərində deyir: “Qabisa ibn Zueybin Əli ibn əbu Talibin adını anmamaq istəməsi, onun Abdulməlik ibn Mərvan ilə dostluğuna görə idi. Onlar Əli ibn əbu Talibin (radiyallahu ənh) adını anmaq istəməzdilər.”
Sonra Əbu Ömər rahiməhullah demişdir: Mənə Xələf ibn Əhməd rahiməhullah dəftərindən oxuyaraq danışdı ki, onlara Xələf ibn Muttarif danışdı, bizə Əyyub ibn Suleyman, Səid ibn Suleyman və Muhəmməd ibn Ömər ibn Lubabə danışdılar və dedilər: “Bizə Əbu Zeyd Abdurrəhman ibn İbrahim danışdı, bizə Əbu Abdurrəhman əl-Muqri danışdı, o da Musa ibn Əyyub əl-Ğafiqidən, mənə əmim İyas ibn Amir danışdı, o dedi: Əli ibn əbu Talibə sual verdim: “İki bacı cariyəm var. Biri mənə uşaqlar doğdu. Sonra digərinə meylimi saldım. Nə edim?” Əli radiyallahu anhu dedi: “Əlaqədə olduğunu azad et, sonra digəri ilə əlaqədə olarsan.” Mən dedim: “İnsanlar mənə dedilər: “Onunla evlən, sonra digəri ilə əlaqədə ol.” Əli dedi: “De görüm əri onu boşasa yaxud ölsə, sənə qayıtmayacaq? Elə isə onu azad etməyin sənin üçün ən doğru olandır.” Sonra Əli əlimdən tutdu və dedi: “Allahın Kitabında azad qadınlardan nə haramdırsa, cariyələrdən də eynisi haramdır, yalnız say – və ya dedi: dörd – xaricdir. Sənə Allahın Kitabında qan qohumluğundan nə haramdırsa, əmizdirmədən də eynisi haramdır.”
Sonra Əbu Ömər dedi: “Bu hədis üçün səfər etməyə dəyər. Bir adam uzaq şərqdən yaxud uzaq qərbdən Məkkəyə yola düşsə, bundan başqa bir hədis tapa bilməsə belə dəyər.”
Mən deyirəm: “Osmandan rəvayət edilənin bənzəri Əlidən də rəvayət edilmişdir.”
Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Muhəmməd ibn Abbas danışdı, mənə Muhəmməd ibn Abdullah ibn Mubarək əl-Muxarrimi danışdı, bizə Abdurrəhman ibn Ğəzvan danışdı, bizə Sufyan danışdı, o da Amr ibn Dinardan, o da İkrimədən, o da İbn Abbasdan, o dedi: Əli ibn əbu Talib mənə belə dedi: “Onları, yəni iki bacını, bir ayə haram etdi, bir ayə də halal etdi.” İbn Abbas demişdir: “Onları, yəni cariyələri, bir-birlərinə qohumluq deyil, mənim onlara qohum olmağım haram edər. Cahiliyyədə, sizin haram saydıqlarınız haram sayılırdı. Yalnız atanın zövcəsi və iki bacını birlikdə almaq müstəsna idi. İslam gələndə, Allah təala bu iki ayələri nazil etdi: “Olub keçənlər istisna olmaqla atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin” (ən-Nisə, 22) ilə “Və iki bacını birlikdə almağınız. Olub-keçənlər isə artıq keçmişdir” ayələri. Yəni, evlilikdə.
Əbu Ömər demişdir: İmam Əhməd ibn Hənbəl belə rəvayət etmişdir: Bizə Muhəmməd ibn Sələmə danışdı, o da Hişamdan, o da İbn Sirindən, o da İbn Məsuddan, o deyir: “Azad qadın barəsindəki haramlar, cariyədə də haramdı. Yalnız say xaricdir.” İbn Sirin ilə Şəbidən eynisini rəvayət edilmişdir.
Əbu Ömər rahiməhullah demişdir: Osmanın görüşünün bənzəri digər sələflərdən də rəvayət edilmişdi. İbn Abbas da onlardan biridir. Amma onlara etiraz edilmişdir. Ölkələrin, Hicazın, nə İraqın, nə onun arxasındakı şərqin, nə Şamın, nə məğribin fəqihləri buna önəm verməmişlər. Yalnız zahirinə tabe olub, qiyası qəbul etməməklə onların camaatından ayrılan tək-tük insanlar müstəsnadır. Bunu edənlər bizim icma etdiyimiz şeyi tərk etmişlər. Fəqihlərin toplusu nikahla iki bacını birlikdə almağın haram sayıldığı kimi, cariyə iki bacını da birlikdə alaraq yaxınlıq etməyin haram olduğunda ittifaq etmişlər. Müsəlmanlar “Sizə haram edildi analarınız, qızlarınız, bacılarınız” ayəsindəki “haram edildi” kəlməsinin nikah və köləlikdə eyni məna daşımasında ittifaq etmişlər. İki bacını birləşdirməyə ictihad və qiyas anlamı ilə baxsaq, qadınların analarını və ögey qızları da birləşdirmək haramdır. Cumhura görə də belədir. Onlar muxaliflərinə və özlərinə qarşı çıxan azlığa qarşı dəlildirlər.
“Sahib olduğunuz cariyələr istisna olmaqla iffətli qadınları almaq da” yəni, yad qadınlar da sizə haram edildi. Onlar ərləri olan qadınlardır. “Sahib olduğunuz cariyələr istisna olmaqla” yəni, əsir götürülərək sahib olduğunuz xaricdir. Onların gözləmə vaxtları bitdikdən sonra onlarla yaxınlıq sizə halal edildi. Həmin ayə bu xüsusda nazil olmuşdur.
İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Sufyan Səvri xəbər verdi, o da Osman əl-Bəttidən, o da Əbu Səid əl-Xudridən, o dedi: “Əvtas döyüşündə ərləri olan qadınları əsir aldıq. Ərləri olduğu halda onlarla əlaqəyə girməkdən çəkindik. Bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduq. Bu səbəbdən “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da” ayəsi nazil edildi. Biz də onları özümüzə halal etdik.
Tirmizi də Əhməd ibn Mənidən, o da Huşeymdən bu cür rəvayət etmişdir. Bunu Nəsai də, Sufyan Səvridən, Şubə ibn Həccacdan, üçü də Osman əl-Bəttidən rəvayət etmişlər. Bunu İbn Cərir də, Əşas ibn Səvvaridən, o da Osman əl-Bəttidən rəvayət etmişdir. Bunu Muslim də öz Səhihində Şubədən, o da Qatadədən, ikisi də Əbu Xəlil Salih ibn əbu Məryəmdən, o da Əbu Səid əl-Xudridən rəvayət etmişdir. Bunu Abdurrəzzaq da Mamərdən, o da Qatadədən, o da Əbu Xəlildən, o da Əbu Səid əl-Xudridən bu cür rəvayət etmişdir.
Başqa bir yöndən isə, Əbu Xəlildən, o da Əbu Əlqamə əl-Haşimidən, o da Əbu Səid əl-Xudridən rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə İbn əbu Adiy danışdı, o da Səiddən, o da Qatadədən, o da Əbu Xəlildən, o da Əbu Əlqamədən, o da Əbu Səid əl-Xudridən nəql edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri Əvtas döyüşü günü əsir götürdülər. Qadınların ərləri müşrik idi. Səhabələrdən bəziləri onlarla yaxınlığı günah saydılar.” O dedi: “Bu səbəbdən “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da” ayəsi nazil oldu.” Bunu Səid ibn əbu Ərubə yolu ilə Muslim, Əbu Davud və Nəsai rəvayət etmişlər. Muslim: “və Şubə” sözünü əlavə etmişdir. Bunu Tirmizi də Həmmam ibn Yəhyadan, üçü də Qatadədən, bənzər isnadla rəvayət etmişlər. Tirmizi demişdir: “Bu həsən hədisdir. Bu hədisdə Əbu Əlqaməni zikr edən birini tanımıram. Yalnız Hammamın Qatadədən olan rəvayəti istisnadır.” O, belə demişdir. Səid ilə Şubə də ona qatılmışlar. Allah ən doğrusunu biləndir.
Təbərani isə, Dəhhak yolu ilə, o da İbn Abbasdan belə rəvayət etmişdir: “Bu ayə Xeybər əsirləri haqqında idi.” Sonra Əbu Səiddən gələn hədisin eynisini qeyd etdi. Sələfdən bir qrupun rəyinə görə, cariyənin satılması onun ərindən boşanması sayılır. Bunu da bu ayənin ümumi mənasından almışdılar.
İbn Cərir demişdir: Bizə İbn Musənnə danışdı, bizə Muhəmməd ibn Cəfər danışdı, o da Şubədən, o da Muğiradan, o da İbrahimdən nəql etdi ki, ondan, əri olan cariyənin satılması haqqında soruşuldu. O da belə cavab verdi: Abdullah ibn Məsud: “Onun satılması — boşanmasıdır” – deyərdi və bu ayəni oxuyardı: “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da”.
Bunu Sufyan da Mənsur, Muğira və Aməşdən, onlar da İbrahimdən, o da İbn Məsuddan rəvayət etmişdir. O demişdir: “Onun satışı boşanması sayılır.” Bu sənəd kəsikdir.
Sufyan əs-Səvri dedi: Xaliddən, o da Əbu Qiləbədən, o da İbn Məsuddan dedi: “Əri olan cariyə satılırsa, onunla yaxınlıq etməyə ən çox haqqı çatan sahibidir.”
Bunu Səid də, Qatadədən rəvayət etmiş və demişdir: Ubey ibn Kəb, Cabir ibn Abdullah və İbn Abbas demişlər: “Onu satmaq boşamaqdır.”
İbn Cərir demişdir: Mənə Yaqub ibn Uleyyə danışdı, o da Xaliddən, o da İkrimədən, o da İbn Abbasdan, o dedi: “Cariyənin altı növ boşanması var: Satmaq boşamadır, azad etmə boşamadır, bağışlamaq boşamadır, ərindən əlaqəsi kəsilməsi boşamaqdır, ərinin boşaması boşamaqdır.”
Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Zuhridən, o da İbn Musəyyəbdən, o, “evli qadınlar” kəlamı haqqında demişdir: “Onlar ərləri olan qadınlardır ki, Allah onlarla evlənməni haram etdi. Yalnız cariyə istisnadır. Onu satmaq boşamaqdır.” Mamər demişdir: “Həsən də bu cür dedi.”
Bunu Səid ibn əbu Ərubə də eyni cür rəvayət etmişdir: Qatadədən, o da Həsəndən, o, “Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da” ayəsi barəsində demişdir: “Əri varsa, onu satmaq boşamaqdır.”
Avfi də Həsənin belə dediyini rəvayət etmişdir: “Cariyəni satmaq boşamaqdır, sahibinin satması da boşamaqdır.”
Bu, sələfin (rahiməhumullah) sözüdür. Cumhur isə köhnədən də, indi də onlara müxalif olmuşdur. Onlar cariyəni satmağın boşama olmadığı fikrindədirlər. Çünki müştəri satıcının vəkilidir. Satıcı da bu mənfəəti öz mülkündən çıxarıb, cariyəni onsuz satmışdır. Bu xüsusda iki Səhihdə və digərlərində rəvayət edilən Bərirə hədisini dəlil gətirmişdilər. Belə ki, möminlərin anası Aişə, onu satın alaraq azad olmasını təmin etmişdir. Nikahı isə əri Muğisdən pozulmamışdır. Belə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu nikahı buraxıb əri ilə qalması arasında öz ixtiyarına buraxmışdı. O da nikahı pozmağı seçmişdir. Onun hekayəsi məşhurdur. Əgər onların dediyi kimi, cariyəni satmaq boşama olsa idi, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu öz ixtiyarına buraxmazdı. Seçim verməsi nikahın davam etməsini göstərir. Həmçinin ayədə məqsəd yalnız əsir qadınlardır. Allah ən doğrusunu biləndir.
Belə də deyilmişdir: “əlmuhsənətu minən nisəi” Yəni, iffətli qadınlar da sizə haram edilmişdir; nikahla, şahidlərlə, mehrlə və vəli ilə onlara sahib olana qədər belədir. İstər bir, iki, üç yaxud dörd olsunlar. İbn Cərir bunu Əbu Əliyədən, Tavus və digərlərindən nəql etmişdir. Ömər ilə Əbu Ubeydə “iffətli qadınları almaq da” ayəsi barəsində demişlər: “Dörddən artığı sizə haram edildi, yalnız cariyələr istisnadır.”
“Allahın sizə buyurduğu hökmü belədir” yəni, bu haramlıq, Allahın sizə yazdığı bir yazıdır, Onun yazısına sarılın, Onun hüdudundan çıxmayın, şəriətinə və fərzinə tutunun.
Ubeydə, Əta və Suddi “Allahın sizə buyurduğu hökmü belədir” ayəsi barəsində demişlər: “Yəni, dörd yazısı.”
İbrahim də “Allahın sizə buyurduğu hökmü belədir” ayəsi barəsində demişdir: “Yəni, sizə haram qıldığı şeylərdə.”
“Bunlardan başqaları sizə halal edildi” yəni, zikr edilən haramlardan başqası sizə halaldır. Bunu Əta və digərləri demişlər. Ubeydə ilə Suddi “Bunlardan başqaları sizə halal edildi” ayəsi barəsində: “Dörddən az olandır” – demişlər ki, bu da uzaq bir ehtimaldır. Doğrusu yuxarıda qeyd edilən Ətanın dediyidir.
Qatadə “Bunlardan başqaları sizə halal edildi” ayəsi barəsində demişdir: “Yəni sahib olduğunuz cariyələr.”
Bu ayə iki bacının bir yerdə almağın halal olduğunu sayanların və onları bir ayə halal etdi və bir ayə haram etdi deyənlərin dəlilidir.
“Namuslu və zinakarlığa yol vermədən, öz malınızla axtarmağınız” yəni, malınızla dördə qədər evlənə bilər yaxud istədiyiniz qədər şəriət yolu ilə cariyə əldə edə bilərsiniz. Buna görə “Namuslu və zinakarlığa yol vermədən” deyilmişdir.
“Qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş əvəzlərini verin” yəni, istifadə etdiyiniz qadınlara bunun qarşılığında mehrlərini verin. Necə ki, Allah təala buyurur: “Onu necə geri ala bilərsiz ki, siz bir birinizə qarışmısınız” (ən-Nisə, 21) və “Qadınlara mehrlərini könül xoşluğu ilə verin” (ən-Nisə, 4) və “Onlara verdiyinizdən bir hissəsini geri almaq sizə halal deyildir” (əl-Bəqərə, 229). Bu ayələrin ümumi mənası mutə nikahına dəlil gətirilmişdir. Şübhə yoxdur ki, bu İslamın əvvəlində icazəli idi. Sonra nəsx edildi. Şəfii ilə bir qrup alimlər bunun iki dəfə mübah və iki dəfə də haram olduğunu bildirmişlər. Başqaları demişlər: “İki dəfədən artıq mübah edilib sonra nəsx edilmişdir.” Başqaları da belə demişlər: “Bir dəfə mübah qılındı, sonra bir dəfəlik nəsx edildi və bir daha mübah qılınmadı.” İbn Abbas ilə qrup səhabədən bunun zəruri halda mübah qılındığı rəvayət edilmişdir. Bu da İmam Əhməddən rəvayət edilmişdir. İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Suddi “Qadınlardan bir qədər zövq aldığınıza görə onlara, vacib buyurulmuş əvəzlərini verin” şəklində oxumuşlar.
Mucahid demişdir: “Bu ayə mutə nikahı haqqında nazil oldu.” Cumhur isə bu qənaətdə deyil. Dayandıqları dəlil iki Səhihdə möminlərin əmiri Əli ibn əbu Talibdən rəvayət edilən bu hədisdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Xeybər döyüşündə mutə nikahını və əhilləşdirilən eşşəklərin ətlərini haram etdi.
Bu hədisin “Əl-Əhkam” kitabında müxtəlif cür rəvayət edilmişləri vardır. Səhih Muslimdə Rəbi ibn Səbrə ibn Mabəd əl-Cuhənidən, o da atasından rəvayət etmişdir ki, o, Məkkənin fəthində Rəsulullah ilə (salləllahu aleyhi və səlləm) döyüşə çıxdı. O buyurdu: “Ey insanlar, mən sizə mutə nikahına icazə vermişdim, Allah onu Qiyamət gününə qədər haram etdi. Kimin yanında belə bir şey varsa, onu tərk etsin. Ona verdiyini də geri almasın.” Muslimin rəvayətində bu, Vida Həccində olmuşdur. Hədisin bir neçə variantı var. Onlar “Əl-Əhkam” kitabındadır.
“Vacib buyrulmuşdan sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz” Kim bu ayəni bəlli bir zamana qədər davam edən mutə nikahı mənasında anlamışdırsa, o, belə demişdir: “Vaxt bitdiyi zaman bunu və əvəzini artırmanızda günah yoxdur.”
Suddi demişdir: İstərsə qadını ilk vacib buyurulmadan – yəni, zövq aldığına görə qadına verdiyi əvəzdən – sonra, vaxt bitmədən əvvəl razı edər və deyər: “Mən səndən bu və bu şəkildə istifadə edəcəyəm.” Müddət başa çatan zaman, yeni dönəm başlamadan vaxtı uzadarlar. Allahın dediyi “Vacib buyurulmuşdan sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz” məhz elə budur.
Suddi demişdir: Əgər müddət bitərsə kişinin qadın üzərində səlahiyyəti yoxdur. Qadın ondan uzaqdır. O, öz bətnindəkindən təmizlənməlidir. Onlar arasında miras yoxdur. Biri digərinə varis olmur. Kim birinci rəyi söyləmişsə, onun mənasını “Qadınlara mehrlərini könül xoşluğu ilə verin” (ən-Nisə, 4) kimi etmişdir. Yəni, qadına mehr təyin etdinsə, səni ondan və ya bir hissəsindən uzaq edər. Bunda nə sənə, nə də ona bir günah yoxdur.
İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Abdul-Alə danışdı, bizə Mutəmir ibn Suleyman danışdı, o da atasından, o dedi: “Hadrami belə bir iddia etmişdir: “Kişilər mehri təyin edərdilər, sonra da onlardan biri çətinliyə düşərdi. Allah belə buyurdu: “Vacib buyurulmuşdan sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz”, yəni əgər qadın sənin üçün endirim edərsə, bu sənə icazəlidir. İbn Cərir də bu görüşü seçmişdir.
Əli ibn əbu Talha demişdir: İbn Abbas “Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz” ayəsi barəsində belə demişdir: “Razılaşma qadına mehri tam olaraq verdikdən sonra onu qalıb yaxud ayrılmaqda sərbəst buraxmaqdır.”
“Həqiqətən, Allah Biləndir, Müdrikdir” bu haramlardan sonra bu iki sifəti zikr etmək yerinə düşmüşdür.
-
24
Yalnız sağ əllərinizin sahib olduğu istisna olmaqla iffətli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqalarıyla isə, namusla və zinakarlığa yol vermədən, öz malınızla axtarmağınız sizə halal edildi. Qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş paylarını verin. Bu, müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
23-cü ayənin təfsirinə bax.
-
25
Sizlərdən kimsə maddi imkanı olmadığına görə namuslu mömin qadınlarla evlənə bilmirsə, onda sağ əllərinizin sahib olduğu mömin cariyələrinizdən alsın. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz. Namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini yaxşı şəkildə verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Bu, sizin sıxıntıya düşməkdən qorxanlarınız üçündür. Amma səbirli olsanız, bu sizin üçün daha xeyirli olar. Allah Bağışlayandır, Rəhmlidir.
Allah təala buyurur: “Sizlərdən kimsə imkanı olmadığına görə” yəni, imkanı və taqəti olmasa “namuslu mömin qadınlarla evlənə bilmirsə” yəni, azad və iffətli mömin qadınlarla deməkdir. İbn Vəhb demişdir: Mənə Abdul-Cəbbar xəbər verdi, o da Rabiədən, o dedi: «Bu ayədə keçən “tavlən” kəlməsi istək mənasındadır. Yəni, əgər cariyəyə istəyi olarsa onunla evlənə bilər.» Bunu İbn Cərir ilə İbn əbu Hatim rəvayət etmişdir.
Sonra Allah bu kəlamını cavablandıraraq buyurur. “Onda sağ əlləri sahib olduğu mömin kənizlərdən alsın” yəni, möminlərin sahib olduğu imanlı cariyələrlə evlənin, deməkdir. Buna görə də “mömin cariyələrinizdən” demişdir.
İbn Abbas və başqaları demişlər: «Möminlərin cariyələri ilə evlənsin.» Suddi ilə Muqatil ibn Həyyan da bu cür demişlər.
Sonra Allah təala: “Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz” deyə etiraz etdi. Yəni, O, işlərin gerçəyini və sirlərini bilir. Bu minvalla ey insanlar, siz yalnız işlərin görünən qisminə cavabdehsiniz, deməkdir. Sonra buyurdu: “onlarla sahiblərinin icazəsi ilə evlənin.” Bu da onu göstərir ki, sahibi cariyənin vəlisidir, yalnız onun izni ilə evlənər. O eyni zamanda köləsinin də vəlisidir. Onun izni olmadan evlənməz. Hədisdə deyildiyi kimi: «Sahibinin izni olmadan evlənən kölə zina etmiş olar». Əgər cariyənin sahibi qadın olarsa, onu qadını evləndirən evləndirər. Çünki hədisdə deyilir: «Qadın nə qadını, nə də özü-özünü evləndirə bilməz. Özü başına evlənən qadın zinakardır.»
“Mehrlərini yaxşı şəkildə verin” yəni, onlara mehrlərini könül xoşluğu ilə verin. Kölə qismindən olduqlarına görə onları aşağı görərək mehrlərindən kəsməyin.
“Muhsanatin” bu da zinadan uzaq olan və belə bir əməli etməyən iffətli qadınlar, mənasındadır. Buna görə “zina etməyən” demişdir. «Musəfihət» zina istəyənə mane olmayan qadınlardır.
“Aşna saxlamayan” kəlamı barədə İbn Abbas demişdir: «Açıq-aydın zina etməyənlərdir, o qadınlar özləri ilə zina etmək istəyənlərə mane olmazlar».
“Muttəxizatu əxdəni” dostlar mənasındadır. Əbu Hureyrə, Mucahid, Şəbi, Dəhhak, Əta əl-Xorasani, Yəhyə ibn əbi Kəsir, Muqatil ibn Həyyan və Suddi demişlər: «Əxdən» dostlar mənasındadır. Həsən Bəsri: Yəni dost, demişdir. Dəhhak demişdir: «Tək dostu olan və onu qəbul edən», Allah bunu qadağan etmişdir. Yəni, o halda onunla evlənməyi qadağan etmişdir.
“Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər”. Qarilər “uhsinnə” kəlməsinin oxunuşunda ixtilaf etmişlər. Bəziləri həmzəni dammə və “sad” hərfini kəsrə ilə faili bildirilməyən fel formasında oxumuşlar. Yəni “uhsinnə”. Bəziləri də həmzəni və “sad” hərfini fəthi ilə “lazım fel” olaraq oxumuşlar. Sonra iki qiraətin mənasının eyni olduğu deyilmişdir. Burada da iki ixtilaf vardır:
Birinci: Burada “ihsan” sözü ilə məqsəd İslamdır. Bu, Abdullah ibn Məsud, İbn Ömər, Ənəs, Əsvəd ibn Yəzid, Zir ibn Hubeyş, Səid ibn Cubeyr, Əta, İbrahim Nəxai, Şəbi və Suddidən rəvayət edilmişdir. Zuhri də eynisini Ömər ibn Xəttabdan rəvayət etmişdir. Sənədində qırıqlıq var. Rəbinin rəvayətində Şafii (rahiməhullah) bunu gətirmiş və demişdir: “Bunu, Sünnəyə və bir çox elm adamlarının icmasına əsaslanaraq söylədik”.
İbn əbu Hatim bu xüsusda mərfu bir hədis rəvayət edərək demişdir: Bizə Əli ibn Hüseyn ibn Cuneyd danışdı, bizə Əhməd ibn Əbdurrəhman ibn Abdullah əd-Diməşqi danışdı, bizə atam danışdı, o da atasından, o da Əbu Həmzədən, o da Cabirdən, o da bir adamdan, o da Əbu Abdurrəhmandan, o da Əlidən, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ayədə keçən “fə izə uhsinnə” sözü barədə buyurdu: “Onun “ihsanı” onun İslamı və iffətidir”.
O: “Burada həmin sözlə “evlənmək” nəzərdə tutulur” – demişdir. O demişdir: Əli dedi: “Onlara qamçı vurun.” Sonra İbn əbu Hatim demişdir: “Bu munkər bir hədisdir”.
Mən də deyirəm: “Sənədində zəiflik var. Rəvayətçilərdən birinin adı çəkilməyib. Belə hədis dəlil sayıla bilməz”.
Qasım ilə Səlim demişlər: “Onun ihsanı İslamı və iffətidir”.
Burada məqsəd “evlilikdi” deyənlər də olmuşdur. Bu da İbn Abbas, Mucahid, İkrimə, Tavus, Səid ibn Cubeyr, Həsən, Qatadə və digərlərinin görüşüdür. Bunu Əbu Əli ət-Təbəri də “əl-İdah” kitabında Şəfiidən nəql etmişdir. Bunu da Əbu Həkəm ibn Abdulhəkəm ondan rəvayət etmişdir. Leys ibn Əbu Suleym də, Mucahidin belə dediyini rəvayət etmişdir: “Kənizin ihsanı, onu azad bir kişinin almasıdır. Kölənin ihsanı, onun azad qadınla evlənməsidi.” İbn əbu Talha da, İbn Abbasdan bu cür rəvayət etmişdir. Hər iki rəvayəti İbn Cərir öz təfsirində nəql etmişdir. İbn əbu Hatim də bunu Şəbidən və Nəxaidən qeyd etmişdir.
İki qiraətin mənası fərqlidir, deyənlər də vardır. Məsələn, kim onu damməli həmzə ilə oxusa, yəni “uhsinnə”, məqsəd evlilikdi. Kim də onu fəthə ilə “əhsannə” oxumuşsa, məqsəd İslamdır. Əbu Cəfər Təbəri öz təfsirində sonuncunu seçərək buna qərar vermiş və dəstəkləmişdi.
Görünən budur ki, Allah doğrusunu bilir, burada ihsan sözü ilə qəsd edilən evlilikdi. Çünki ayənin ahəngi onu göstərir. Pak və uca Allah buyurur: “namuslu mömin qadınlarla evlənə bilmirsə onda sağ əlləri sahib olduğu mömin kənizlərdən alsın”. Allah ən doğrusunu biləndir. Ayənin bütün məzmunu imanlı cariyələr haqqındadır. Buradan da ihsan sözünün evlilik mənasını daşıması meydana çıxır. Necə ki, İbn Abbas və ona tabe olanlar bu cür təfsir etmişlər.
Cumhurun rəyinə görə hər iki görüşdə ziddiyyətlər vardır. Çünki onlar demişlər: “Cariyə zina etdiyi zaman, onun müsəlman, kafir, evli və ya bakirə olması nəzərə alınmayaraq əlli qamçı vurulur. Üstəlik ayənin mənası tələb edir ki, evli olmayan cariyələr zina etdikdə onlara hədd cəzası verilməsin. Buna verdikləri cavablar fərqlidir. Cumhur demişdir: “Şübhə yoxdur ki, ifadə edilən söz fəhmdən öndədir. Cariyələrə cəzanın tətbiq edilməsi barəsində ümumi hədislər varid olmuşdur. Biz də bunları ayənin məfhumundan önə çəkdik. Belə hədislərdən bəziləri:
Səhih Muslimdə Əlidən (radiyallahu ənh) xütbə zamanı belə dediyi rəvayət edilmişdir: “Ey insanlar kölələrinizdən evli olana da, olmayana da hədd cəzası verin. Çünki Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir cariyəsi zina etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da onu şallaqlamağı mənə əmr etdi. O təzə doğmuşdu. Qorxdum ki, şallaqlasam öldürərəm. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdim. O dedi: “Düz etdin, ayağa qalxana qədər ona dəymə”. Abdullah ibn Əhmədin atasından deyil, başqasından olan rəvayəti isə belədir: “Nifasından qalxan kimi ona əlli şallaq vur.”
Əbu Hureyrə isə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Birinizin cariyəsi zina edərsə və aşkara çıxarsa, onu hədd cəzası olaraq şallaq vursun, onu biabır etməsin. İkinci dəfə zina etsə onu hədd cəzası olaraq şallaqlasın və biabır etməsin. Sonra üçüncü dəfə zina etsə və bu aşkara çıxsa, onu tükdən hörülmüş ipə (dəyişməli olsa) belə, satsın.” Muslimin bir rəvayəti belədir: “Üç dəfə zina etsə, dördüncüdə onu satsın”.
Məlik dedi: Yəhya ibn Səiddən, o da Suleyman ibn Yasərdən, o da Abdullah ibn Əyyaş ibn əl-Rabiə əl-Maxzumidən, o dedi: “Ömər ibn Xəttab mənə Qureyşin zina edən kölələri barəsində əmr verdi. Biz də zinaya görə kənizlərin uşaqlarına əlli qamçı vurduq”.
İkinci cavab: Bu da: “Cariyə evli olmadığı halda zina edərsə, ona cəza yoxdur. Yalnız tərbiyə üçün çubuq vurulur” – rəyində olanların cavabıdır. Bu da Abdullah ibn Abbasdan (radiyallahu ənh) rəvayət edilmişdir. Tavus, Səid ibn Cubeyr, Əbu Ubeyd Qasım ibn Səlləm, Davud ibn Əli əz-Zahiri də bir rəvayətində belə demişdir. Əsasları da, ayənin məfhumudur. Bu da şərtin bildirdiyi məfhumlardan biridir. Onların əksərinə görə bu, dəlil sayılır. Onlara görə bu, ümumi mənadan öndədir.
Əbu Hureyrə ilə Zeyd ibn Xaliddən (radiyallahu ənhumə) bu cür rəvayət edilmişdi: Rəsulullahdan (salləllahu aleyhi və səlləm): “Evli olmayan cariyə zina edərsə, nə edilir?” – deyə soruşduqda, o dedi: “Əgər zina edərsə, onu cəzalandırın. Sonra yenə zina edərsə ona qamçı vurun. Sonra da bir hörmə ipə olsa belə, satın.” İbn Şihab demişdir: “Üçüncüdən yoxsa dördüncüdən sonra dediyini bilmirəm”. Bunu iki Səhihdə təxric etmişlər. Muslimin rəvayətində İbn Şihab demişdir: “Hörmə, tükdən hörülmüş ipdir”.
Onlar demişlər: “Bu hədisdə, azad evli qadında olduğu kimi vaxt sayı təyin edilmədi. Necə ki, Quranda evli qadınlara verilən cəzanın yarısı, deyilmişdir. Ona görə ayə ilə hədisi birləşdirmək lazımdır. Allah ən doğrusunu biləndir.
Bundan daha aydın olanı Səid ibn Mənsurun rəvayət etdiyidir: Sufyandan, o da Misardan, o da Amr ibn Murrədən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Cariyə iffətini qazanana qədər yaxud evlənənə qədər ona cəza yoxdur. Əgər evlənib iffətini qazanarsa, ona azad qadına verilən cəzanın yarısı vardır.” Bunu İbn Xuzeymə, o da Abdullah ibn İmran əl- Abididən, o da Sufyandan mərfu olaraq rəvayət etmişdir. O demişdir: “Bunu mərfu saymaq xətadır. Bu yalnız İbn Abbasın sözüdür.” Bunu Beyhaqi də Abdullah ibn İmrandan rəvayət etmiş və İbn Xuzeymənin dediyi kimi demişdir.
Onlar demişlər: Əli ilə Ömərin hədisləri müəyyən fərdə bağlı hökmlərdi. Əbu Hureyrənin hədisinə də bir neçə cavab var:
Birincisi: Bu, o hədislə bu hədisi birləşdirmək üçün evli cariyəyə aid edilir.
İkincisi: “Ona şallaq cəzası vur” cümləsindəki cəza sözü bəzi rəvayətçilər tərəfindən əlavə edilmişdi ki, dəlili də üçüncü cavabdır: Bu, iki səhabədən gələn bir hədisdir, o isə yalnız Əbu Hureyrənin rəvayətindəndir. İki nəfərdən gələn isə bir nəfərdən gələndən üstün sayılır. Bir də ki, bunu Nəsai də Muslimin şərtinə görə rəvayət etmişdir. Onu Abbad ibn Təmimdən, o da əmisindən – o, Bədirdə iştirak etmişdir –nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər cariyə zina etsə, ona şallaq vurun. Sonra yenə etsə, yenə şallaq vurun. Sonra yenə etsə, şallaq vurun. Sonra yenə zina etsə, bir tük hörüyünə olsa belə satın”.
Dördüncüsü: Bəzi rəvayətçilərin cəza sözünü şallaq yerinə istifadə etmələri həqiqətdən uzaq deyildir. Çünki şallaq deyərkən bunu cəza mənasında anlamış yaxud “cəza” sözünü “tərbiyə etmək” mənasında istifadə etmişdir. Necə ki, “cəza” (ərəbcə hədd) sözü, xəstə olarkən zina edənləri yüz salxımı olan xurmanın budağı ilə döyməyə və zövcəsi icazə verdiyi üçün onun cariyəsi ilə zina edəni şallaqlamağa deyilmişdir. Əslində bu, Əhməd və digər bunu icazəli görənlər üçün tənbeh və tərbiyədir. Həqiqi cəza isə subaya vurulan yüz şallaq və evliyə yaxud lut qövmünün əməlini edənə verilən daşqalaq hökmüdür. Allah ən doğrusunu biləndir.
İbn Cərir öz təfsirində demişdir: “Bizə İbn Musənnə danışdı, bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Amr ibn Murrədən, o da Səid ibn Cubeyrdən onun belə dediyini eşitmişdir: “Cariyə zina edərsə, nə qədər ki, evli deyil döyülməz”.
Bu onun rəvayət etdiyi səhih bir sənəddir. Əgər nəinki cəza olaraq, ümumən döyülməz fikrini qəsd edirsə, qərib bir görüşdür. Sanki o ayənin məfhumunu götürübdü. Hədis isə ona çatmayıbdı. Əgər cəza olaraq döyülməz fikrini dəstəkləməklə yanaşı, tərbiyə üçün döyülməsi fikrinə etiraz etmirsə, o zaman İbn Abbas (radiyallahu ənh) və bu görüşdə ona tabe olanlar kimi danışmış olar. Allah ən doğrusunu biləndir.
Üçüncü cavab: Ayə evli cariyənin azad qadının yarı cəzası qədər cəza çəkəcəyini göstərir. Amma evlənmədən əvvəl Kitab və Sünnənin ümumi ifadələri ona yüz şallaq vurmağına dəlalət edir; məsələn, “Zina edən qadın və zina edən kişiyə yüz şallaq vurun” (ən-Nur, 2) ilə, Ubadə ibn Samitin hədisində “Məndən alın, məndən alın, Allah o qadınlara yol göstərdi; subay subay ilə zina edərsə yüz şallaq və bir il sürgün, evli evli ilə zina edərsə yüz şallaq və daşla rəcm” deyildiyi kimi. Bu xüsusda Səhih Muslimdə və digərlərində hədislər vardır.
Bu görüş Davud ibn Əli əs-Zahiridən məşhurdur. Bu çox zəifdir. Çünki Allah evli cariyəyə azad olanın yarı cəzasını verərkən, belə ki, bu əlli şallaqdır, evlənmədən əvvəl olan hökmü ondan necə ağır ola bilər? Şəriət qaydası isə onun dediyinin əksini deyir. Səhabələr Rəsulullahdan (salləllahu aleyhi və səlləm) evli olmayan cariyə barəsində soruşanda, o: “Ona şallaq vurun” – dedi. Yüz sözü işlətmədi. Əgər onun hökmü Davudun dediyi kimi olsa idi, onlara bunu açıqlamalı idi. Çünki onlar bu haqda, cariyələr evləndikdən sonra, onlar barəsində yüz şallaq hökmünün bəyan edilmədiyi üçün soruşdular. O halda “evli olmayan” sözlərinin nə mənası olardı? Ayə nazil olmasa idi, aralarında fərq olmazdı. Yalnız iki hökmdən birini bildiklərinə görə digəri barəsində soruşdular, o da onlara izah etdi. Necə ki, iki Səhihdə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) ona nə cür salavat demək barədə soruşduqda onlara bunu bildirdikdən sonra dedi: “Salam da bildiyiniz kimidir”. Bir ifadədə belədir: Allah təala “Ey iman gətirənlər! Siz də ona salavat gətirin və ədəb-ərkanla salamlayın” ayəsini nazil etdikdə əshabələr dedilər: “Bu sənə salamdır, onu bizə öyrətdin, bəs sənə salavatı necə gətirək?” O da hədisdə keçdiyi kimi söylədi. Bu sual da onun kimidir.
Dördüncü cavab: Ayənin məfhumu barədə, Əbu Səvrin verdiyi cavabdır ki, bu da bir neçə yöndən Davudun görüşündən də qəribədir. O deyir: “Əgər evli olsalar, evlilərə verilən rəcmin yarısı verilər”. O isə, ikiyə bölünməz. Bu o deməkdir ki, əgər evli cariyə zina etsə, rəcm edilməsi vacibdir. Evlilikdən əvvəl isə, əlli şallaq vurular. O, ayəni səhv anlamış və hökm verməkdə cumhurun rəyinə müxalif olmuşdur. Hətta Əbu Abdullah əş-Şəfii (rəhmətullahi aleyh) demişdir: “Müsəlmanlar zinada kölə üçün rəcm olmadığında icma etdilər”. Çünki ayə onlara azad qadına verilən cəzanın yarısını verməyi əmr edir. Burada “əl muhsənət” kəlməsinin əvvəlindəki “əl” qoşması, əhd üçündür. Onlar “namuslu mömin qadınlarla evlənə bilmirsə” ayəsinin əvvəlində keçən namuslu qadınlardır. Bunlardan murad edilən yalnız azad qadınlardır, evli olub olmamasından asılı olmayaraq. “Azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər” bu da ikiyə bölünə biləcək cəzadır ki, o da şallaqdır, rəcm deyildir. Allah ən doğrusunu biləndir.
İmam Əhməd, Əbu Səvrinin görüşünü rədd edərkən, Həsən ibn Səddən, o da atasından bu cür rəvayət etmişdir: “Safiyyə, Qureyşin irəlidə olan kişilərindən biri ilə zina etdi, ondan bir oğlan uşağı oldu. Zina etdiyi kişi uşağı ona qalmasını iddia etdi. Bunlar şikayət üçün Osmanın yanına getdilər. O da onları Əli ibn Əbu Talibin yanına göndərdi. Əli dedi: “Aranızda Rəsulullahın (salləllahu aleyhi və səlləm) verdiyi hökm ilə qərar verəcəyəm. O: “Uşaq kimin yatağında doğulubsa, onundur. Zina edənə daşqalaq vardır” – dedi və onların hərəsinə əlli şallaq vurdu”.
Belə də deyilmişdir: Ayədən başa düşülən, yuxarı vasitəsi ilə aşağıya diqqət çəkməkdir. Yəni, cariyələrə evli olsalar da, azad qadınların yarı cəzası verilməlidi və onlara heç bir halda evlənməkdən əvvəl yaxud sonra olsa belə, rəcm yoxdur. Onlara Sünnəyə görə hər iki halda şallaq vurulur. Bunu da “əl-İfsah” kitabının müəllifi Şafidən nəql etmişdir. Bunu da İbn Abdul-Həkəm ondan rəvayət etmişdir. Bunu əl-Beyhaqi “Sünən və Əsərlər” kitabında zikr etmişdir ki, ayənin mətnindən uzaqdır. Çünki biz cəzanın yarısının olmasını ayədən öyrənirik, başqa yerdən deyil. Başqa yerlərdə yarısı olacağı necə bilinir? O demişdir: “Hətta ondan başa düşülür ki, evlilik halında ona cəzanı yalnız ölkə başçısı tətbiq edə bilər, bu halda sahibinin ona cəza verməyə haqqı yoxdur. – Bu, imam Əhmədin (rahiməhullah) məzhəbinin bir rəyidir – Evlilikdən əvvəl isə, edə bilər. Cəza hər iki yerdə azad qadının yarısıdır”. Bu da uzaqdır. Çünki ayənin sözlərində buna dəlil sayılacaq bir şey yoxdur. Əgər bu olmasa idi, cariyələr barədə yarım hökmünün nə olduğunu bilməzdik və o zaman onları ayənin ümumi mənasına daxil edərək cəzanı yüzə tamamlamaq və ya rəcm etmək vacib olardı. Necə ki, ondakı dəlillə belə sabit olmuşdur. Əlinin yuxarıda belə dediyi keçmişdir: “Ey insanlar, kölələrinizə, evli olub olmamasından asılı olmayaraq, zina etdikləri halda cəza tətbiq edin”. Yuxarıda keçən hədislərin ümumi ifadəsində isə evli olub olmamalarına dair açıqlama yoxdur. Çünki cumhurun dəlil olaraq irəli sürdüyü Əbu Hureyrənin hədisində deyilmişdir: “Birinizin cariyəsi zina etsə və zinası sübutunu tapsa, ona şallaq vursun və onu təhqir etməsin”.
Ayənin xülasəsi belədir: Cariyə zina etdiyi halda bir neçə görüş vardır: Birincisi, evlilikdən əvvəl və ya sonra əlli şallaq vurulur. Sürgün edilirmi? Bunda üç görüş vardır: Birincisi, göndərilir. İkincisi, heç bir şəkildə göndərilmir. Bu, Əlinin və Mədinə fəqihlərinin rəyidir. Üçüncü: Altı aylıq sürgünə göndərilir. O da azad qadının sürgün edilməsinin yarısıdır. Bu ixtilaf Şəfii məzhəbinə görədir. Əbu Hənifəyə görə sürgün tərbiyədir, cəzanı tamamlayan ünsür deyil. O, başçının ixtiyarındadır, istəsə edər, istəsə tərk edər. Bu, qadın və kişi üçün eynidir. İmam Məlikə görə sürgün yalnız kişilərə aiddir. Çünki bu qadınların qorunmasına ziddir. Kişilərin və qadınların sürgünü haqqında heç nə varid olmamışdır. Bəli, Ubadə və Əbu Hureyrənin hədisi vardır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) evli olmadan zina edəni bir il sürgünə göndərilməsi və ona şallaq vurulması şəklində hökm vermişdi. Bunu Buxari rəvayət etmişdir. Bu da mənanın xüsusiyyətidir, sürgündə məqsəd qorunmaqdır. Bu isə qadın üçün müzakirə mövzusu deyil. Allah ən doğrusunu biləndir.
İkincisi: Cariyə zina etdiyi zaman evli olsa, əlli şallaq vurulur. Amma evlilikdən əvvəl tərbiyə məqsədi ilə, müəyyən say təyin edilmədən döyülür. İbn Cəririn yuxarıda Səid ibn Cubeyrdən rəvayət etdiyinə görə evli deyilsə, şallaq vurulmaz. Əgər onu sürgünə göndərmək istəsə, o zaman bu, yozumu bir görüş sayılacaq. Əks halda ikinci görüş kimidir.
Digər görüş belədir: Subay olsa ona yüz, evli olsa əlli şallaq vurulur. Davuddan məşhur olan görüş budur. Görüşlərin ən zəifi də budur. Ona evlənməkdən əvvəl əlli şallaq vurulur, evli isə rəcm edilir. Bu da Əbu Səvrin görüşüdür ki, bu da həmçinin zəifdir. Bütün qüsurlardan uzaq Allah ən doğrusunu biləndir.
“Sıxıntıya düşməkdən qorxanlarınız üçündür” yəni, cariyələrlə evlənmək keçən şərtlərlə, kim zinaya düşməsinə görə qorxursa, cinsi əlaqədə olmamağa səbir etmək ona çətin gəlirsə və bütün bu səbəblərə görə əziyyət çəkirsə, onun üçün mübah (icazəli) sayılır. Əgər onunla evlənməyi tərk edib, zina etməməkdə nəfsi ilə cihad edərsə, bu onun üçün daha xeyirlidir. Çünki cariyə ilə evlənsə, cariyənin uşaqları onun sahibinin köləsi olar. Əgər ər ərəb olsa, uşaq kölə olmaz. Şəfiinin köhnə görüşü belədir. Buna görə “Amma səbirli olsanız, bu sizin üçün daha yaxşı olar” deyilmişdir. Cumhur alimlər bu kərim ayəni dəlil gətirərək cariyələr ilə evlənməyi icazəli hesab etmişlər. Lakin bunun üçün azad qadınla evlənməyə imkanın çatmaması və sıxıntı qorxusunun olması labüddür. Çünki onlarla evlənilirsə, övladların kölə olmaq təhlükəsi vardır. Həmçinin azad qadınları qoyub cariyələrə getmək adiləşər. Əbu Hənifə ilə dostları bu iki işin şərt olmasında cumhura müxalif olmuşlar. Onlar demişlər: Azad qadınla evli olmayan kişi, istənilən mömin kölə və kitab əhli sayılan qadınla evlənə bilər. Bunu azad qadınla evlənmə imkanı olub olmamasından və çətinliyə düşməkdən qorxub qorxmamasından asılı olmayaraq edə bilər. Onların dəlili bu ayədir: “İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır” (əl-Maidə, 5). Ayədəki “namuslu qadınlar” ifadəsi, azad və cariyə qadınları özündə cəm edir. Bu ümumi ayədir. Bu eyni zamanda cumhurun dediyini də açıq-aydın göstərir. Allah ən doğrusunu biləndir.
-
26
Allah sizə bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir.
Ey möminlər Allah yuxarıda, bu surədə və digər yerlərdə keçdiyi kimi sizə halal və haram etdiyini açıqlamaq istəyir. “Sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək” yəni tərifə layiq yollarına, sevdiyi və razı olduğu şəriətinə tabe olmanızı istəyər. “Tövbələrinizi qəbul etmək istəyir” yəni günah və haramlardan tövbə etmənizi istəyir. “Allah Biləndir, Müdrikdir” yəni, şəriətində, qədərində, fel və sözlərində hikmət sahibidir.
“Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə yönəldərlər” yəni şeytanın izinə düşən yəhudilər, xristianlar və zina edənlər “kənara meyl etməyə yönəldərlər” haqdan batilə düşmənizi istəyərlər. “Allah sizin üçün yüngülləşdirmək istəyir” yəni şəriətlərində, qədərində, əmrlərində, qadağalarında və sizə təqdir etdiklərində. Buna görə də cariyələri bəzi şərtlərlə mübah qılmışdır. Necə ki, Mucahid və digərləri bu cür demişlər. “İnsan zəif yaradılmışdır” yüngüllük ona münasibdir. Çünki insan nəfsində zəifdir, əzm və qərarında zəifdir.
İbn əbu Hatim demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl-Əhmasi danışdı, bizə Vəki danışdı, o da Sufyandan, o da Tavusdan, o da atasından, onun “İnsan zəif yaradılmışdır” ayəsi barəsində: “Qadın xüsusunda” – dediyini nəql etmişdir. Vəki demişdir: “Qadınların yanında onun ağlı gedir”.
Merac gecəsində bizim peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm), Sidratul-muntəhadan qayıdanda Musa (əleyhis-salam) əl-Kəlim ona dedi: “Allah sizə nəyi fərz etdi?”- O da dedi: “Mənə hər gün əlli vaxt namazı fərz etdi”. O da dedi: “Rəbbinin yanına qayıt, yungülləşdirməsini istə, ümmətinin buna gücü çatmaz. Mən səndən əvvəl insanları bunun daha az miqdarı ilə yoxladım, bacarmadılar. Sənin ümmətin isə qulaq, göz və qəlb baxımından daha zəifdir”. O da qayıtdı. Allah təala on endirdi. Sonra Musaya qayıtdı, bir neçə dəfə davam etdi, nəticədə beş vaxt namaz qaldı…
-
27
Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə yönəldərlər.
26-cı ayənin təfsirinə bax.
-
28
Allah sizin üçün yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.
26-cı ayənin təfsirinə bax.
-
29
Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.
Allah təala mömin qullarına bir-birlərinin mallarını batil, yəni faiz növləri və qumar kimi şəriətə zidd olan qazanc yolları ilə və bu cür digər hiylə vasitələri ilə yeməyi qadağan edir.Şəriət hökmü verildikdə əksər hallarda üzə çıxan budur ki, həmin işi edən nəticəsi faiz olan bir hiylə qurmaq istəyirdi.Halbuki Allah təala bunu bilirdi. Hətta İbn Cərir demişdir: “Mənə İbn Musənnə danışdı, bizə Abdulvəhhab danışdı, bizə Davud danışdı, o da İkrimədən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Bir adam digər bir adamdan paltar alar və: “Əgər bəyənsəm alacam, əks halda onu üstündə bir dirhəmlə geri qaytaracağam.” – deyərdi.” İbn Abbas dedi:“Allahın “mallarınızı öz aranızda haqsız yerə yeməyin” dediyi məhz elə budur.”
İbn ƏbuHatim demişdir: “Bizə Əli ibn Hərb əl-Məvsili danışdı, bizə İbn Fudeyl danışdı, o da Davud əl-Əvdidən, o da Amirdən, o da Əlqamədən, o da Abdullahın “Ey iman gətirənlər! mallarınızı öz aranızda haqsız yerə yeməyin” ayəsi barəsində bu cür dediyini rəvayət etmişdir: “Möhkəmdir (mənası aydındır), nəsx edilmədi. Qiyamətə qədər nəsx edilməz”.
Əli ibn əbuTalha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Allah təala “Ey iman gətirənlər! mallarınızı öz aranızda haqsız yerə yeməyin” ayəsini nazil etdiyi zaman müsəlmanlar dedilər: “Allah bizə mallarımızı aramızda batil səbəblərlə yeməyi qadağan etdi. Yemək isə mallarımızın ən üstünüdür, elə isə onu bir-birimizin yanında yemək bizə halal deyil. İnsanların halı necə olacaq?” Allah təala sonra bu ayəni nazil etdi “Kora günah yoxdur” (ən-Nur, 61)”. Qatadəibn Diamədə bu cür demişdir.
“Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla” “ticarət” sözü adlıq halda “dammə” ilə “ticəratun” və təsirlik halda “fəthə” ilə “ticəratən” oxunmuşdur ki, bu da kəsilmiş istisnadır.Sanki belə demək istəyir: Malları qazanmaqda haramları vasitə tutmayın, yalnız alıcı və satıcı razılığı olan icazəli ticarətdən istifadə edin.Malları alarkən bu səbəblərə əl atın. Necə ki, Allah təala demişdir: “Allahın, haram buyurduğu şəxsi haqsız yerə öldürməyin” (əl-Ənam, 151). Həmçinin buyurur: “Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar” (əd-Duxan, 56). İmam Şəfii bu ayəni “qəbul” olmadıqda satış razılaşmasının gerçəkləşməyəcəyinə dəlil gətirmişdir. Çünki o, razılaşmaya açıq-aydın dəlalət edir. Alıb satmaq isə elə deyil. Çünki bəzən o, razılığa dəlalət etmir.Onun şərti razılıqdır. Məlik, Əbu Hənifə,Əhməd və onların məzhəb tərəfdarları bu məsələdə cümhuramüxalif olmuşlar. Onlar söz razılığa dəlalət etdiyi kimi, bəzi yerlərdə felin də qəti olaraq razılığa dəlalət etdiyi fikrini irəli sürmüşlər. Ona görə alıb verməklə satış etməyi mütləq olaraq məqbul görmüşlər. Bəziləri də belə demişlər: “Bu, dəyərsiz və insanların satış qəbul etdikləri şeylərdə keçərlidir.” Bu, məzhəbin tədqiqatçı alimlərinə görə ehtiyat baxışdır. Allah ən doğrusunu biləndir.
Mucahid “Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla” ayəsi barəsində demişdir: “Satma və yaxud bir nəfərin bir nəfərə hədiyyə etməsi şəklində olması xaricdir”. Bunu İbn Cərir də rəvayət etmişdir və demişdir: “Bizə İbn Vəki danışdı, bizə atam danışdı, o da Qasımdan, o da Süleyman əl-Cufidən, o da atasından, o da Məymun ibn Mihrandan, onun bu cür dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahualeyhi və səlləm) buyurdu: “Satmaq razılıq ilə olur, seçim isə razılaşmadan sonradır. Bir müsəlmanın digər müsəlmanı aldatması halal deyildir”. Bu mürsəl hədisdir.
Seçim anı da razılığın tam olduğunu göstərir. Necə ki, iki Səhihdə Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: “Alış veriş edənlər ayrılmayana qədər seçim edə bilərlər”. Buxarinin mətni isə belədir: “İki adam alış veriş etdikləri zaman ayrılmayana qədər seçim edə bilərlər”. Əhməd, Şəfii, ikisinin də dostları, sələf və xələf cumhuru bu hədisin tələbinidəstəkləyən rəyi qəbul etmişdir. Razılıqdan sonra üç günə qədər şərt seçimi imkanı da bundandır. Necə ki, alimlər buna yekdilliklə qərar vermişlər. Hətta üç gündən artığı da bura aiddir. Bəzən kənd və oxşar yerlərdə satış malının bəlli olmasına görəhətta bir ilə qədər uzana da bilər. İmam Məlikdən (rəhmətullahialeyh) məşhur olan rəy budur. Onlar alıb verərək satış etməyi mütləq olaraq səhih qəbul etmişlər. Bu Şəfii məzhəbində bir görüşdür. Bəziləri də demişlər: “Alıb vermək ilə satış, dəyəri az olan və insanların alış-veriş qəbul etdikləri şeylərdə keçərlidir”. Səhabələrdən bir qrupun rəyi də belədir.Necə ki, bunda ittifaq edilmişdi.
“Özünüzü öldürməyin” yəni Allahın haramlarını edərək, qadağa etdiklərini alıb verərək və mallarınızı aranızda batil səbəblərlə yeyərək.
“Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” yəni sizə etdiyi əmr və qadağalarda.
İmam Əhməd demişdir: Bizə Həsən ibn Musa danışdı, bizə İbn Lehiya danışdı, bizə Yəzid ibn əbu Həbib danışdı, o da İmran ibn əbuƏnəsdən, o da Əbdurrəhman ibn Cubeyrdən, o da Amr ibn Asdan(radiyallahuanhu),Rəsulullahın (salləllahualeyhi və səlləm) onu Zət-əs-Sələsil yürüşü ilində bir dəstə ilə göndərdiyizaman belə dediyini rəvayət etmişdir: “Çox soyuq bir gecədə ihtilam oldum.Qusul etdiyim halda ölə bilərdim.Təyəmmüm etdim yoldaşlarıma Sübh namazını qıldırdım. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldikdə, ona vəziyyəti danışdım. O dedi: “Ey Amr, yoldaşlarına cunub ikən namaz qıldırdın?” Mən də dedim: “Ey Allahın Rəsulu, çox soyuq bir gecədə ihtilam oldum, qorxdum ki, qusul alsam ölərəm.O zaman Allahın “Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” ayəsini xatırladım, sonra da təyəmmüm edib namaz qıldım.”Rəsulullah (salləllahualeyhi və səlləm) güldü və heçnə demədi”.
Bunu Əbu Davud da Yəhya ibn Əyyubdan, o da Yəzid ibn əbu Həbibdən bu cür rəvayət etmişdir. Bunu yenə Muhəmməd ibn əbiSələmədən, o da İbn Vəhbdən, o da İbnLəhiyə ilə Ömər ibn Harisdən, ikisidə Yəzid ibn əbu Həbibdən, o da İmran ibn əbiƏnəsdən, o da Abdurrəhman ibn Cubeyr əl-Misridən, o da Amr ibn Asın mövlası ƏbuQeysdən oxşar sözlərlə rəvayət etmişdir. Allah bilir ki, bu doğruya daha çox bənzəyir.
Əbubəkr ibn Mərduveyh demişdir: “Bizə Abdurrəhman ibn Muhəmməd ibn Həmid əl-Bəlxi danışdı, bizəMuhəmməd ibn Saleh ibn Səhl əl-Bəlxi danışdı, bizəUbeydullah ibn Ömər əl-Qavariri danışdı, bizə Yusuf ibn Xalid danışdı, bizə Ziyad ibn Sad danışdı, o da İkrimədən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Amr ibn As insanlara cunublu halda namaz qıldırdı. Geri qayıtdıqda Rəsulullaha (salləllahualeyhivə səlləm) bu barədə xəbər verdilər. O da onu çağırıb bu barədə soruşdu. Amr dedi: “Ey Allahın Rəsulu, soyuqdan öləcəyimdən qorxdum. Allah təala “Özünüzü öldürməyin” buyurur”. Rəsulullah (salləllahualeyhi və səlləm) heçnə demədi”.
Sonra İbn Mərduveyh bunu bu ayəni izah edərkən Aməşdən, o da ƏbuSalihdən, o da ƏbuHureyrədən, Rəsulullahın (salləllahualeyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim özünü iti bir dəmirlə öldürsə, Qiyamət günü dəmiri əlində olar və cəhənnəmdə əbədi olaraq onu qarnına batırar. Kim özünü zəhərləsə, zəhərini cəhənnəmdə əbədi olaraq dadar. Kim də özünü dağdan aşağı atsa, o da əbədi olaraq cəhənnəmdə uçurumdan yuvarlanar”. Bu hədis iki Səhihdə sabitdir. BunuƏbuzzənad da Arəcdən, o da ƏbuHureyrədən, o da Rəsulullahdan (salləllahualeyhi və səlləm) bənzər şəkildə rəvayət etmişdir. ƏbuQiləbədən, o da Sabit ibn Dəhhakdan(radiyallahuanhu) rəvayət etmişdir ki, Rəsulullah (salləllahualeyhi və səlləm) demişdir: “Kim özünü bir şeylə öldürsə, ona Qiyamət günü o şeylə əzab verilər”. Bunu camaat da kitablarında ƏbuQilabədən rəvayət etmişlər.
İki Səhihdə Həsəndən, o da Cündəb ibn Abdullah əl-Bəcəlidən rəvayət etmişdir ki, Rəsulullah (salləllahualeyhi və səlləm) belə demişdir: “Sizdən əvvəlkilərdən bir nəfər yaralanmışdır. Bir bıçaq götürüb əlini kəsdi. Qan dayanmadı, o da öldü. Allah təala buyurdu: Qulum mənə gəlməkdə tələsdi, məndə Cənnəti ona haram etdim”. Buna görə Allah buyurur: “Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə” yəni kim Allahın qadağan etdiyini, haram olduğunu bilərək cəsarət edib edərsə “biz onu odda yandıracağıq”. Bu şiddətli bir hədə və təkidli bir xəbərdarlıqdı.Bunu eşidib şahid olan ağıl sahibləri qoy bundanuzaq dayansınlar.
“Sizə qadağan olunmuş böyüklərdən çəkinsəniz, Biz sizin pisliklərinizi örtərik” Yəni qadağan olan böyük günahlardan uzaq dursanız, kiçik günahlarınızı bağışlayar və cənnətə daxil edərik. Buna görə demişdir “sizi şərəfli bir keçidə daxil edərik”.
Hafiz Əbubəkr əl-Bəzzar demişdir: “Bizə Muəmmil ibn Hişam danışdı, bizə İsmayıl ibn İbrahim danışdı, bizə Xalid ibn Əyyub danışdı, o da Muaviyyə ibn Qurradan, Ənəsin belə dediyini rəvayət etmişdir: “İzzət və cəlal sahibi Rəbbimizdən bizə çatdığına görə, ailəmizdən və malımızdan əvəzini verməməklə böyük günahlardan çəkinsək pisliklərimizi örtəcəyini buyurmuşdur”.
Bu ayə ilə əlaqəli hədislər varid olmuşdur. Onlardan asan gələnləri qeyd edək:
İmam Əhməd demişdir: “Bizə Huşeym danışdı, o da Muğiradan, o da ƏbuMaşərdən, o da İbrahimdən, o da Qarsa əd-Dabbidən, o da Salman əl-Farisidən dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Cümə günü nədir bilirsən?”. Mən də dedim: “Allahın Adəm atamızı yaratdığı gündür”. O dedi: “Mən isə cümə gününün nə olduğunu bilirəm, bir adam gözəl dəstəmaz alar, sonra cüməyə gedər, imam namazı qıldırana qədər danışmaz, məhv edən günahlardan çəkindiyi təqdirdə bu cümə ilə gələn cüməyə qədər olanlara kəffarə olar”. Buxari da başqa bir yoldan Salmandan bənzər şəkildə rəvayət etmişdir.
Əbu Cəfər ibn Cərir demişdir: “Mənə Musənna danışdı, bizə Əbu Salih danışdı, bizə Leys danışdı, mənə Xalid danışdı, o da Səid ibn Əbu Hilaldan, o da Nuaym əl-Mucmirdən, mənə Utvarinin mövlası Suhaybxəbər verdi ki, o,ƏbuHureyrə ilə Əbu Səiddən eşitmişdi ki, hər ikisi demişlər”: “Bir gün Rəsulullah (salləllahualeyhi və səlləm) xütbə verərkən dedi: “Ruhumu əlində tutan Allaha and içirəm ki”- üç dəfə təkrar etdi — sonra yerə əyildi. Bizdə əyildik, ağlayırdı, nəyə and içdiyini bilmədik. Sonra başını qaldırdı, üzü gülürdü. Bizim üçün qırmızı dəvələrdən daha yaxşı idi.O belə dedi: “Bir qul beş vaxt namazını qılar, ramazan orucunu tutar, malının zəkatını çıxarar və yeddi böyük günahdan uzaq durarsa, ona mütləq Cənnətin qapısı açılar. Sonra da ona: “Salamatla daxil ol” – deyilər”. Bunu Nəsai, Hakim “Mustədrək” əsərində, Leys ibn Saddan bu cür rəvayət etmişdir. Yenə Hakim, İbn Hibban da Səhihində Abdullah ibnVahbdan, o daAmr ibn Harisdən, o da Səid ibn əbu Hilaldan rəvayət etmişdir. Sonra da Hakim demişdir: “İki Səhihin şərtinə uyğundur, təxric etməmişlər”.
Bu yeddi günahın açıqlaması: İki Səhihdə Süleyman ibn Bilaldan, o da Səvri ibn Zeyddən, o da Səlim əbulĞeysdən, o da ƏbuHureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət etmişdir: “Həlak edən yeddi günahdan çəkinin”. “Onlar nədir, ey Allahın Rəsulu?” – deyildi. O da dedi: “Allaha şərik qoşmaq, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sehr, faiz yemək, yetimin malını yemək, savaş günü qaçmaq, namuslu qadınlara iftira atmaq”.
Başqa yolla, İbn əbi Hatim demişdir: Bizə atam danışdı, bizə Fəhd ibn Avf danışdı, bizə ƏbuAvanə danışdı, o da Amr ibn əbiSələmədən, o da atasından, o da ƏbuHureyrədən, Rəsulullahın (salləllahualeyhi və səlləm) belə dediyi rəvayət etmişdir: “Böyük günahlar yeddidir.Birincisi, Allaha şərik qoşmaq, sonra canı haqsız yerə öldürmək,faiz yemək, böyüyənə qədər yetimin malını yemək, savaşdan qaçmaq, namuslu qadınlara iftira atmaq, Mədinəyə hicrətdən sonra bədəvilərə qoşulmaq”.
Burada yeddi göstərilməsi böyük günahların daha çox olmasının inkarı deyildir.Yalnız mətnin zahirini götürüb belə söyləyənlər istisnadır. Bu da açıq dəlillər olduğuna görə zəifdir. Necə ki, bu yeddidən başqa böyük günahların olduğuna dair hədislər gətirəcəyik. Bunlardan biri Hakimin Mustədrək əsərində rəvayət etdiyi hədisdir: Bizə Əhməd ibn Kamil əl-Qadi yazdıraraq danışdı, bizə Əbu Qilabə Abdulməlik ibn Muhəmməd danışdı, bizə Muaz ibn Hani danışdı, bizə Harb ibn Şəddad danışdı, bizə Yəhya ibn əbiKəsir danışdı, o da Əbdülhəmid ibn Sinandan, o da Ubeyd ibn Umeyrdən, o da atası Umeyr ibn Qatadədən (radiyallahuanhu), osəhabəidi, Rəsulullah (salləllahualeyhi və səlləm) Vida həccində demişdir: “Bilin ki, Allahın vəli quları namaz qılanlardır. Kim üzərinə fərz olan beş vaxt namazı qılar, Ramazan orucunu tutar və savabını Allahdan istəyər, Allahın haqqı olduğunugörər, malının zəkatını savabını Allahdan umaraq verər və Allahın qadağan etdiyi böyük günahlardan çəkinər”. Sonra bir nəfər soruşdu: “Ey Allahın Rəsulu böyük günahlar hansıdır?” O da: “Doqquzdur” – buyurdu və saydı: “Allaha şərik qoşmaq, haqsız yerə mömini öldürmək, savaş günü qaçmaq, yetimin malını yemək, faiz yemək, namuslu qadına iftira atmaq, müsəlman ana ataya asi olmaq, ölülərin və dirilərin qibləsi olan Allahın haram Evini halal saymaq”. Sonra da davam etdi: “Bir adam bu günahları etmədən ölərsə, namaz qılıb zəkat verərsə, qapıları qızıldan olan evdə Peyğəmbərlə (sallallahualeyhi və səlləm) yanaşı olar.” Bunu Hakim uzun olaraq rəvayət etmişdir. Onu Əbu Davud ilə Tirmizi isə, qısa olaraq Muaz ibn Hanidən bu cür rəvayət etmişlər. İbn əbuHatim də eyni ilə geniş rəvayət etmişdir. Sonra Hakim demişdir: “Əbdülhəmid ibn Sinan istisna olmaqla, bütün rəvayətçiləri iki Səhihin etibarlı rəvayətçiləridir.”
Mən də deyirəm ki, o hicazlıdır, yalnız bu hədisi ilə tanınır. Onu İbn Hibban da “Siqat” (sağlam ravilər) əsərində qeyd etmişdir.Buxari demişdir: “Onun hədisində etiraz yeri vardır.” Bunu İbn Cərir də Suleyman ibn Sabit əl-Cəhdaridən, o da Səlam ibn Səlamdan, o da Əyyub ibn Utbədən, o da Yəhya ibn əbu Kəsirdən, o da Ubeyd ibn Umeyrdən, o da atasından zikr etmişdir. İsnadda Əbdülhəmid ibn Sinanı qeyd etməmişdi. Allah ən doğrusunu biləndir.
Keçən mənada başqa bir hədisdə, İbn Mərduveyh demişdir: Bizə Abdullah ibn Cəfər danışdı, bizə Əhməd ibn Yunus danışdı, bizə Yəhya ibn Əbdülhəmid danışdı, bizə Əbdüləziz ibn Muslim ibn Vəlid danışdı, o da Muttalibdən, o daAbdullah ibn Hantabdan, o da Abdullah ibn Amrdan, Rəsulullahın (salləllahualeyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) minbərə çıxdı və dedi: “Xeyr, and içmərəm, and içmərəm”. Sonra minbərdən düşdü və dedi: “Müjdə, müjdə, kim beş vaxt namazını qılarsa, yeddi böyük günahdan çəkinərsə, cənnətin qapılarından “daxil ol” deyə çağırılar”. Əbdüləziz dedi: “Mən sadəcə “salamatla daxil ol” deyildiyini bilirəm”. Muttalib demişdir: Abdullah ibn Amra sual verəndən eşitdim ki, o soruşdu: “Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu yeddinin izahını eşitdinmi?” O da dedi: “Bəli, ata anaya asi olmaq, Allaha şərik qoşmaq, adam öldürmək, namuslu qadınlara iftira atmaq, yetimin malını yemək, savaşdan qaçmaq və faiz yemək”.
Bu mənada başqa bir hədisdə, Əbu Cəfər ibn Cəriröz təfsirində demişdir: Bizə Yaqub danışdı, bizə İbn Uləyyə danışdı, bizə Ziyad ibn Mixraqxəbər verdi, o da Taysələ ibn Məyyasdan, o dedi: “Mən Hərurilərdən Nəcadət firqəsi ilə idim.Bəzi günahlar etdim.Onları böyük görürdüm. İbn Ömərlə görüşdüm və dedim: “Mən günahlar etdim, onların böyük olduqlarını zənn edirəm”. O dedi: “Hansıdır onlar?” Mən dedim: “Bunları və bunları etdim”. O dedi: “Böyük günahlar deyil.” Mən dedim: “Bunları və bunları da etdim.” O dedi: “Böyük günahlar deyil.”– Rəvayətçi dedi: “Taysələnin demədiyi şeylər vardır – Sonra dedi: “Onlar doqquzdur, onları sənə sadalayım: Allaha şərik qoşmaq, haqsız yerə adam öldürmək, döyüşdən qaçmaq, namuslu qadına iftira atmaq, faiz yemək, yetimin malını zülm olaraq yemək, Məscidul-Haramda azğınlıq etmək, cadu etmək, asilik edib ata ananı ağlatmaq”. Ziyad dedi: “Taysələ dedi:İbn Ömər ayrıldığımı görəndə dedi: “Oda girməkdən qorxursan?” Mən də: “Bəli” – dedim. O da dedi: “Cənnətə girmək istəyirsən?” Mən də: “Bəli”– dedim. O dedi: “Valideynlərin sağdır?” Mən, anamın yanımda olduğunu dedim. O da dedi: “Allaha and olsun ki, əgər onunla yumşaq davransan və ona yemək yedizdirsən böyük günahlardan çəkindiyin halda mütləq Cənnətə girəcəksən”.
Başqa bir yoldan, İbn Cərir demişdir: Bizə Suleyman ibn Sabit əl-Cəhdəri əl-Vasiti danışdı, bizə Salam ibn Salam danışdı, bizə Əyyub ibn Utbə danışdı, o da Taysələ ibn Əlidən əl-Hindidən,o dedi: “İbn Ömərə yaxınlaşdım.O, Ərafa günü ağacın kölgəsində oturmuşdu. Başına və üzünə su tökürdü. Ona dedim: “Mənə böyük günahlar haqqında xəbər ver”. O dedi: “Onlar doqquzdur.” Mən dedim: “Onlar hansılardır?” O belə dedi: “Allaha şərik qoşmaq, namuslu qadına iftira atmaq”. Bu məqamda soruşdum: “Bu adam öldürməkdən əvvəldir?” O da belə cavab verdi: “Bəli, təəssüf ki, elədir; möminin canına qıymaq, döyüşdən qaçmaq, cadu etmək, faiz yemək, yetim malı yemək, müsəlman ata anaya asi olmaq, diri və ölülərinizin qibləsi olan Beytul-haramda azğınlıq etmək”. Onu bu iki yoldan məvquf olaraq rəvayət etmişdir. Bunu Əli ibn Caddə, Əyyub ibn Utbədən, o da Taysələ ibn Əli əl-Hindidən rəvayət etmişdir. O demişdi: “Ərafa gününün axşamı İbn Ömərin yanına gəldim. Ərakə ağacının altında idi, başına su tökürdü. Ondan böyük günahlar haqqında soruşdum. O dedi: “Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onların yeddi olduğunu dediyini eşitdim”. Mən soruşdum: “Onlar hansılardır?” O da belə buyurdu: “Allaha şərik qoşmaq, namuslu qadına iftira atmaq”. Mən soruşdum: “Qandan əvvəldir bu?” O da dedi: “Təəssüf ki, elədir; möminin canına qıymaq, döyüşdən qaçmaq, sehr etmək, faiz yemək, yetim malı yemək, ana ataya asi olmaq, diri və ölülərinizin qibləsi olan Beytul-haramda azğınlıq etmək”. Bunu Həsən ibn Musa əl-Əşyəb də, Əyyub ibn Utbə əl-Yəmənidən rəvayət etmişdir. Onda zəiflik vardır. Allah ən doğrusunu biləndir.
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə Zəkəriyyə ibn Adiy danışdı, bizə Baqiyyə danışdı, o da Buheyr ibn Səiddən, o da Xalid ibn Mədəndən danışdı ki, Əbu Rəhm əs-Səmi onlara danışdı, o da Əbu Əyyubdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim Allaha heç bir şeyi şərik qoşmadan ibadət edərsə, namaz qılar, zəkat verərsə, Ramazan orucunu tutarsa və böyük günahlardan uzaq durarsa, onun üçün Cənnət vardır – yaxud Cənnətə girər – .» Ondan bir nəfər böyük günahlar barəsində soruşdu. O da belə buyurdu: «Allaha şərik qoşmaq, müsəlmanın canına qıymaq, döyüş günü qaçmaq”. Həmçinin Əhməd və Nəsai başqa şəkildə Baqiyyədən rəvayət etmişdir.
Başqa bir hədis: Hafiz Əbubəkr İbn Mərduveyh öz təfsirində Suleyman ibn Davud əl-Yəmənidən rəvayət etmişdir – o zəifdir – o da Zuhridən, o da Əbubəkr ibn Muhəmməd ibn Amr ibn Həzmdən, o da atasından, o da babasından deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Yəmən xalqına içində fərzlər, sünnələr və öhdəliklər olan bir məktub yazdı və onu Amr ibn Həzmlə göndərdi. Məktubda bunlar var idi: “Qiyamət günü Allah qatında ən böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, haqsız yerə möminin canına qıymaq, Allah yolunda olan döyüşdən qaçmaq, ana ataya asi olmaq, namuslu qadına iftira atmaq, sehr öyrənmək, faiz yemək və yetim malı yemək.»
Başqa bir hədis: Orada yalan şahidlik qeyd olunur. İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, bizə Ubeydullah ibn Əbubəkr danışıb dedi: Ənəs ibn Məlikin belə dediyini eşitdim: “Rəsulullah (salləllahu aleyhi və səlləm) böyük günahlardan danışdı yaxud ondan onlar barəsində soruşdular. O da belə dedi: “Allaha şərik qoşmaq, adam öldürmək, ata anaya asilik etmək”. Sonra əlavə etdi: “Sizə böyük günahların ən böyüyü barəsində xəbər verimmi?” Onlar: «Bəli» – dedilər. O da dedi: “Yalan danışmaq – yaxud yalan şahidlik etmək – .” Şubə dedi: “Böyük ehtimalla: «Yalan şahidlik» – dedi”. Bunu Buxari ilə Muslim Şubədən bu cür rəvayət etmişlər. Onu İbn Mərduveyh də başqa iki qərib yolla Ənəsdən buna bənzər şəkildə rəvayət etmişdir.
Başqa bir hədis: Buxari ilə Muslim də, Abdurrəhman ibn Əbu Bəkradan təxric etmişlər, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Sizə böyük günahların ən böyüyü barəsində xəbər verim?” Biz də: «Bəli, ey Allahın Rəsulu» – dedik. O dedi: “Allaha şərik qoşmaq, ata anaya qarşı çıxmaq”. Söykənmiş idi, oturdu və dedi: “Bilin ki, yalan şahidlik etmək, bilin ki, yalan danışmaq”. Bunu o qədər təkrar etdi ki: «Kaş ki, susardı» – dedik.
Başqa bir hədis: Orada uşaq öldürmək qeyd edilir. Bu da iki Səhihdə Abdullah ibn Məsuddan rəvayət edilmişdir. O dedi: Mən: “Ey Allahın Rəsulu, ən böyük günahlar hansılardı?” – deyə soruşdum. O dedi: “Səni yaradan Allaha ortaq qoşman”. Mən: «Sonra hansıdır?” – dedim. O dedi: “Səninlə bərabər yemək yeyəcək qorxusundan uşağını öldürmən”. Mən: “Sonra hansıdır?” – dedim. O dedi: “Qonşunun zövcəsi ilə zina etmən”. Sonra da bu ayəni oxudu: “Onlar Allahla yanaşı başqa ilaha yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa.” (Furqan, 68-70).
Başqa bir hədis: Orada içki içmək qeyd edilir. İbn əbu Hatim demişdir: Bizə Yunus ibn Abdulalə xəbər verdi, bizə İbn Vəhb xəbər verdi, mənə İbn Saxr danışdı ki, bir adam ona Əmrah ibn Həzmdən danışdı ki, o, Abdullah ibn Amr ibn Asdan Məkkədəki Hicrdə ikən içki barəsində soruşulduqda belə dediyini eşitmişdir: “Allaha and olsun ki, mənim kimi yaşlı bir adamın bu məqamda Rəsulullahdan (salləllahu aleyhi və səlləm) yalan danışmağım böyük bir şeydir”. Gedib soruşdu və qayıdanda dedi: “Ondan içki barəsində soruşdum. O dedi: “O böyük günahların ən böyüyündəndi, pisliyin anasıdır, kim içki içsə namazını tərk edər və anasına, xalasına və bibisinə təcavüz edər”. Hədis bu yoldan qəribdir.
Başqa bir yoldan, bunu hafiz Əbubəkr ibn Mərduveyh də, Əbdüləziz ibn Muhəmməd əd-Dəraverdidən rəvayət etmişdir, o da Davud ibn Salihdən, o da Səlim ibn Abdullahdan, o da atasından, o demişdir: “Əbubəkr əs-Siddiq (radiyallahu anhu), Ömər ibn Xəttab və Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi səhabələri (radiyallahu ənhum əcməin), Rəsulullahın (salləllahu aleyhi və səlləm) vəfatından sonra oturdular və ən böyük günahlardan bəhs etdilər. Göndərməyə adam tapmadılar və məni bu barədə soruşmaq üçün Abdullah ibn Amr ibn Asın yanına göndərdilər. O da mənə böyük günahların ən böyüyünün içki içmək olduğunu söylədi. Mən də gəldim onlara xəbər verdim. Buna etraz edib yerlərindən sıçradılar və onun evinə getdilər. O onlara belə izah etdi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə belə xəbər verdi: “İsrail oğullarından bir kral, bir adamı tutdu və onu bu əməllərdən birini seçməkdə sərbəst buraxdı, əks halda onu öldürəcəyini bildirdi: İçki içmək, adam öldürmək, zina etmək və yaxud donuz əti yemək. O, içki içməyi seçdi. İçəndən sonra kralın ondan istədiyi şeylərin birini belə etməkdən çəkinmədi”. Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə cavab verərək dedi: “Kim içki içərsə qırx gün namazı qəbul olunmaz. Mədəsində içki olarkən ölsə, Allah ona Cənnəti haram edər. Qırx gün içində ölsə, cahil ölümü ilə ölər”. Bu yoldan çox qərib bir hədisdir. Rəvayətçilərdən Davud ibn Salih xurmaçıdır, Mədinəlidir, ənsarların azad edilmiş köləsidir. İmam Əhməd demişdir: “Onda bir qüsur görmürəm”. İbn Hibban isə onu sağlam rəvayətçilər arasında zikr etmişdir. Onun barəsində tənqidi danışan kimsənin olduğunu bilmirəm.
Abdullah ibn Amrdan nəql edilən başqa bir hədis: Orada yalandan and içmədən bəhs edilir. İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Firasdan, o da Şabidən, o da Abdullah ibn Amrdan, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini rəvayət etmişdir: Ən böyük günahlar bunlardır: “Allaha şərik qoşmaq, ana ataya asi olmaq yaxud adam öldürmək – tərəddüd Şubədəndir – və yalan and içmək”. Bunu Buxari, Tirmizi və Nəsai də, Şubədən rəvayət etmişlər. Buxari ilə Şeyban ikisi də, Firasdan sözünü əlavə etmişlər.
Yalan and içmə haqqında başqa bir hədis: İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Leysin katibi Əbu Salih danışdı, bizə Leys ibn Sad danışdı, bizə Hişam ibn Sad danışdı, o da Muhəmməd ibn Yəzid ibn Mühacir ibn Qunfuz ət-Teymidən, o da Əbu Umamə əl-Ənsaridən, o da Abdullah ibn Uneys əl-Cuhənidən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etdi: “Ən böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, ana ataya asi olmaq, yalandan and içmək. Kimsə andına milçəyin qanadı qədər yalan qatarsa, qiyamət gününə qədər qəlbində qara bir nöqtə olaraq qalar”. İmam Əhməd Musnədində, Abd ibn Humeyd təfsirində, ikisi də Yunus ibn Muhəmməd əl-Muəddibdən, o da Leys ibn Saddan bu cür rəvayət etmişlər. Bunu Tirmizi də təfsir bölümündə Abd ibn Humeyddən rəvayət etmiş və: «həsən, qəribdir» – demişdir. Bu Əbu Umamə əl-Ənsari, İbn Sələbədir. Onun adı bəlli deyil. Rəsulullahdan (salləllahu aleyhi və səlləm) hədislər rəvayət etmişdir. Şeyximiz hafiz Əbul-Həccac əl-Mizzi bu hədisi Abdurrəhman ibn İshaq əl-Mədənidən, o da Muhəmməd ibn Zeyddən, o da Abdullah ibn əbu Umamədən, o da atasından, o da Abdullah ibn Uneysdən rəvayət etmişdir. Sonra Abdullah ibn əbu Umaməni də əlavə etmişdir.
Mən də deyirəm ki, İbn Mərduveyhin təfsirində də bu cür keçmişdir. İbn Hibban da onu şeyximizin zikr etdiyi kimi Abdurrəhman ibn İshaq yolundan səhih saymışdır. Allah ona uzun ömür versin.
Başqa bir hədis: Abdullah ibn Amrdan rəvayət edilmiş hədisdə, ata-ananın söyülməsinə səbəb olmaq qeyd edilir. İbn əbu Hatim demişdir: Bizə Amr ibn Abdullah əl-Əvadiy danışdı, bizə Vəki danışdı, o da Misar və Sufyandan, o da Sad ibn İbrahimdən, o da Humeyd ibn Abdurrəhmandan, o da Abdullah ibn Amrdan, — Sufyan onu Rəsulullaha (salləllahu aleyhi və səlləm) qaldırmış, Misar isə, onu Abdullah ibn Amra nisbət etdirmişdi – O demişdir: “Böyük günahlardan həmçinin ana atanı söyməkdir”. Ona: «Adam öz ata anasını necə söyə bilər?” – dedilər. O da dedi: “Bir adam digərinin atasını söyür, o da qayıdıb onun atasını söyür. Anasını söyür, o da qayıdıb onun anasını söyür”. Bunu Buxari də Əhməd ibn Yunusdan, o da İbrahim ibn Sad ibn İbrahim ibn Abdurrəhman ibn Avfdan, o da atasından, o da əmisi Humeyd ibn Abdurrəhman ibn Avfdan, o da Abdullah ibn Amrdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ən böyük günahlardan biri də valideynə lənət etməkdir”. Ona: “Bir adam öz valideyninə necə lənət edər?” – dedilər. O dedi: “Bir adamın valideyninə lənət edir, o da onun valideyninə lənət edir”. Bunu Muslim də Sufyan, Şubə və Yəzid ibn Hədidən, üçü də Sad ibn İbrahimdən mərfu olaraq bənzər şəkildə rəvayət etmişdir. Tirmizi: «Səhihdir» – demişdir. Səhihdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Müsəlmanı söymək fasiqlik, onunla döyüşmək küfrdür”.
Bu xüsusda başqa bir hədisdə İbn əbu Hatim demişdir: Bizə Abdurrəhman ibn İbrahim ibn Duheym danışdı, bizə Amr ibn əbu Sələmə danışdı, bizə Zuheyr ibn Muhəmməd danışdı, o da Alə ibn Abdurrəhmandan, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ən böyük günahlardan biri də müsəlmanın bir kimsənin namusuna dair nalayiq danışmasıdır. Bir söyüşə iki söyüş ilə cavab verməkdir”. Bu hədis bu cür rəvayət edilmişdir. Bunu Əbu Davud “əs-Sunən” əsərinin “Kitəbul-ədəb” bölümündə Cəfər ibn Musafirdən, o da Amr ibn əbu Sələmədən, o da Zuheyr ibn Muhəmməddən, o da əl-Alədən, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ən böyük günahlardan biri də haqsız yerə müsəlmanın namusuna dair nalayiq danışmaqdır. Böyük günahlardan biri də bir söyüşə iki söyüş ilə cavab verməkdir”. Bunu İbn Mərduveyh də Abdullah ibn əl-Alə ibn Zibrdən, o da əl-Alədən, o da atasından, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bənzər şəkildə rəvayət etmişdir.
Üzrsüz səbəbdən iki namazı cəm etməklə əlaqəli, başqa bir hədisdə, İbn əbu Hatim demişdir: “Bizə atam danışdı, bizə Nuaym ibn Həmməd danışdı, bizə Mutəmir ibn Suleyman danışdı, o da atasından, o da Hanəşdən, o da İkrimədən, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim üzrlü səbəb olmadan, iki namazı birləşdirərsə, böyük günahlardan birinin qapısına gəlmiş olar”. Bunu Əbu İsa Tirmizi də, Əbu Sələmə Yəhya ibn Xələfdən, o da Mutəmir ibn Suleymandan bu cür rəvayət etmiş və demişdir: “Bu Hanəş, Əbu Əli ər-Rahabidir və o, Hüseyn ibn Qeysdir. Hədis alimlərinə görə o, zəifdir. Əhməd və digərləri də onu zəif hesab etmişlər”.
İbn əbu Hatim rəvayət etmişdir ki, bizə Həsən ibn Muhəmməd ibn Sabbah danışdı, bizə İsmayıl ibn Uleyyə danışdı, o da Xalid əl-Həzzəidən, o da Humeyd ibn Hilaldan, o da Əbu Qatadə əl-Ədavidən, o dedi: “Bizə Ömərin kitabı oxundu, içində bunlar var idi: İki namazı cəm etmək – yəni, üzrsüz yerə –, döyüşdən qaçmaq və talan etmək böyük günahlardandı”. Bu səhih isnaddır. Məqsəd zöhr ilə əsr namazlarını irəli və ya geri çəkərək cəm edilməsidir. Həmçinin məğrib və işa namazları da bura daxildir. Onlar yalnız şəriətin qoyduğu səbəblərə müvafiq cəm edilər. Əgər kimsə onları bu səbəblərdən başqa bir səbəblə cəm edərsə, böyük günah etmiş sayılar. Bəs elə isə, namazı ümumiyyətlə tərk edən barədə nə düşünürsən? Bu xüsusda Muslim “Səhih” əsərində Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qul ilə şirk arasında namazın tərki vardır”. “əs-Sunən” əsərində mərfu olaraq Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət edilmişdir: “Bizimlə onların arasındakı əhd namazdır, kim onu tərk edərsə artıq küfr etmişdir”. O demişdir: “Kim əsr namazını tərk edərsə, əməli puç olar”. O demişdir: “Kim əsr namazını buraxsa, ailəsini və malını itirmiş kimidir”.
Başqa bir hədis: Orada Allahın rəhmətindən ümid kəsmək və məkrindən arxayın olmaq qeyd edilir. İbn əbu Hatim demişdir: “Bizə Əhməd ibn Amr ibn əbu Asim ən-Nəbil danışdı, bizə atam danışdı, bizə Şəbib ibn Bişr danışdı, o da İkrimədən, o da İbn Abbasdan, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) uzanmışdı, yanına bir adam gəldi və dedi: «Böyük günahlar hansılardır?” O da dedi: “Allaha şərik qoşmaq, Allahın verəcəyi rahatlıqdan məyus olmaq, Allahın rəhmətindən ümid kəsmək və məkrindən arxayın olmaq. Bu böyük günahların ən böyüyüdür”. Bunu Bəzzar da Abdullah ibn İshaq əl-Əttardan, o da Əbu Asim ən-Nəbildən, o da Şəbib ibn Bişrdən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir. Bir nəfər dedi: “Ey Allahın Rəsulu, böyük günahlar hansılardır?” O da dedi: “Allaha şərik qoşmaq, Allahın verəcəyi rahatlıqdan məyus olmaq, əziz və cəlil olan Allahın rəhmətindən ümid kəsmək”. Bunun isnadında şübhə vardır. Ən doğrusu məvquf olmasıdır. İbn Məsuddan da bənzər şəkildə rəvayət edilmişdir.
İbn Cərir demişdir: Mənə Yaqub ibn İbrahim danışdı, bizə Hüşeym danışdı, bizə Muttarif xəbər verdi, o da Vəbrə ibn Abdurrəhmandan, o da Əbu Tufeyldən, o demişdir: İbn Məsud belə demişdir: “Ən böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, Allahın verəcəyi rahatlıqdan məyus olmaq, Allahın rəhmətindən ümid kəsmək, Allahın tələsindən əmin olmaq”. Bunu Aməşdən, Əbu İshaqdan, o da Vəbrədən, o da Əbu Tufeyldən, o da İbn Məsuddan bu cür rəvayət etmişdir. Sonra onu bir çox yollardan Əbu Tufeyldən, o da İbn Məsuddan rəvayət etmişdir. Şübhəsiz ki, ondan olması səhihdir.
Başqa hədis: Orada Allaha qarşı sui-zəndə olmaq haqqında danışılır. İbn Mərduveyh demişdir: “Bizə Muhəmməd ibn İbrahim ibn Bundar danışdı, bizə Əbu Hatim Bakr ibn Əbdan danışdı, bizə Muhəmməd ibn Mühacir danışdı, bizə Əbu Huzeyfə əl-Buxari danışdı, o da Muhəmməd ibn Əclandan, o da Nəfidən, o da İbn Ömərdən, o dedi: “Böyük günahlardan ən böyüyü əziz və cəlil olan Allaha qarşı sui-zəndə olmaqdır”. Olduqca çox qəribə hədisdir.
Başqa hədis: Orada hicrətdən sonra bədəvilərə qatılmaq haqqında danışılır. İrəlidə Amr ibn əbi Sələmədən, o da atasından, o da Əbu Hureyrədən mərfu olan hədis təqdim edilmişdir. Əbubəkr ibn Mərduveyh demişdir: “Bizə Suleyman ibn Əhməd danışdı, bizə Əhməd ibn Rişdin danışdı, bizə Amr ibn Xalid əl-Hərrani danışdı, bizə İbn Lehya danışdı, o da Yəzid ibn əbu Həbibdən, o da Muhəmməd ibn Səhl ibn Əbu Heysəmədən, o da atasından, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Böyük günahlar yeddidir, məndən onlar barəsində sual verməyəcəksiniz? Allaha şərik qoşmaq, cana qıymaq, döyüşdən qaçmaq, yetim malı yemək, faiz yemək, namuslu qadına iftira atmaq, hicrətdən sonra bədəvilərin arasına qayıtmaq”. Hədisin isnadında şübhə vardır. Mərfu olması böyük bir xətadır. Doğru olan, İbn Cəririn bu rəvayətidir: “Bizə Təmim ibn Muntasir danışdı, bizə Yəzid xəbər verdi, bizə Muhəmməd ibn İshaq xəbər verdi, o da Muhəmməd ibn Səhl ibn əbu Həsmədən, o da atasından, o dedi: “Mən bu məsciddə, Kufə məscidində idim. Əli (radiyallahu ənh) minbərdən insanlara xütbə deyirdi. O dedi: “Ey insanlar, böyük günahlar yeddidir”. İnsanlar ona diqqətlə qulaq asmağa başladılar. O bunu üç dəfə təkrar etdi və sonra dedi: “Onları məndən soruşmayaqsınız?” Onlar dedilər: “Ey möminlərin əmiri, onlar hansılardır?” O da dedi: “Allaha şərik qoşmaq, Allahın haram qıldığı cana qıymaq, namuslu qadına iftira atmaq, yetim malı yemək, faiz yemək, döyüşdən qaçmaq və hicrətdən sonra bədəvilərə qatılmaq”. Mən atama dedim: “Atacan hicrətdən sonra bədəvilərə qatılmaq, bura necə qoşuldu?” O dedi: “Oğlum, bir adamın hicrət etməsi nə böyük bir şeydir! Nəticədə qənimətdən hissə alıb ona cihad fərz olur və sonra isə bütün bunları boynundan atıb əvvəlki kimi bədəvilərə qatılır”.
Başqa bir hədisdə imam Əhməd demişdir: “Bizə Haşim danışdı, bizə Əbu Muaviyyə — yəni, Şeyban — danışdı, o da Mənsurdan, o da Hilal ibn Yəsəfdən, o da Sələmə ibn Qeys əl-Əşcaidən, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) vida həccində belə demişdir: “Bilin ki, böyük günahlar dörddür: Allaha heç bir şeyi şərik qoşmayın, Allahın haram qıldığı canı haqsız yerə öldürməyin, zina etməyin və oğurluq etməyin”. Sələmə ibn Qeys dedi: “Madam ki, onu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdim, onu danışmayaraq xəsislik etmərəm”. Sonra bunu imam Əhməd, Nəsai və İbn Mərduveyh də, Mənsurdan bənzər isnadla rəvayət etmişdir.
Başqa bir hədis: Ömər ibn Muğirədən, o da Davud ibn əbi Hinddən, o da İkrimədən, o da İbn Abbasdan, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Vəsiyyətdə varislərə zərər vermək böyük günahlardandır”. Bu da yuxarıda keçmişdir. Doğru olan başqasının Davuddan, onun da İkrimədən, onun da İbn Abbasdan etdiyi rəvayətdir. İbn əbu Hatim demişdir: “Bu səhihdir və İbn Abbasın sözüdür”.
Bu barədə başqa bir hədisdə İbn Cərir demişdir: “Bizə Əbu Kureyb danışdı, bizə Əhməd ibn Əbdurrəhman danışdı, bizə Abbad ibn Abbad danışdı, o da Cəfər ibn Zubeyrdən, o da Qasımdan, o da Əbu Umamədən nəql etdi ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi səhabələri böyük günahlardan bəhs etdi. O uzanmışdı. Onlar deyirdilər: «Allaha şərik qoşmaq, yetim malı yemək, döyüşdən qaçmaq, namuslu qadına iftira atmaq, ata anaya asilik etmək, yalan danışmaq, quldurluq etmək və sehr etmək”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: ”Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər…” necə oldu?” İsnadında zəiflik var, özü həsəndir.
Bu xüsusda sələfin sözləri.
Yuxarıda keçənlərin arasında Ömər ilə Əlidən (radiyallahu ənhumə) rəvayət edilənlər də qeyd edilmişdir. İbn Cərir demişdir: “Mənə Yaqub ibn İbrahim danışdı, bizə İbn Uleyyə danışdı, o da ibn Avndan, o da Həsəndən nəql etdi ki, bəzi adamlar Abdullah ibn Amr ibn Asdan Misirdə soruşdular: “Biz Allahın Kitabında elə bir şeylər görürük ki, Allah onlara əməl etməyə əmr etmişdir və onlara əməl olunmur. Bu xüsusda möminlərin Əmiri ilə görüşsək yaxşı olar”. Onlar onunla birlikdə getdilər. Ömər (radiyallahu ənh) onunla qarşılaşdı və dedi: “Nə vaxt gəlmisən?” O dedi: “Filan və filan vaxtdan gəlmişəm”. O dedi: “İzinlə gəldin?”Necə cavab verdiyini bilmirəm. Sonra dedi: “Ey möminlərin əmiri, bəzi insanlar Misirdə mənimlə görüşüb dedilər ki, Allahın Kitabında elə şeylər var ki, onlara əməl edilməyi buyurulur, amma əməl edilmir. Buna görə səninlə görüşmək istədilər”. O dedi: “Onları mənim yanıma topla”. O da dedi: “Onları onun yanına topladım”. İbn Avn dedi: “Ehtimal edirəm ki, «qəbul otağında” dedi». O, özünə ən yaxın olanına müraciət etdi: “Allah üçün və üzərində İslam haqqı olduğu üçün, mənə doğru söylə, sən Quranın hamısını oxudun?” O da: «Bəli» — dedi. Sonra dedi: “Hamısını əzbərlədin?” O da: «Xeyr» – dedi. Təsdiq etsə idi, onu susdurardı. O dedi: “Sən onu yaxşı gözdən keçirtdinmi? Ayələrin üzərində dayandınmı? Onu yaşadınmı?” Sonra axırıncı adama kimi hamıya bu sualları verdi. Sonra da dedi: “Ömərin anası üstündə ağlasın. Siz onu mükəlləf edirsiz ki, insanları Allahın Kitabına riayət etdirsin? Rəbbimiz bilirdi ki, bizim günahlarımız olacaq”. Sonra bu ayəni oxudu “sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin pisliklərinizi örtərik” və dedi: “Mədinə əhli bildi?” yaxud belə dedi: “Gəldiyinizi kimsə bildi?” Onlar: «Xeyr» – dedilər. O da dedi: “Əgər bilsəydilər sizə vəz edərdim”. İsnadı həsəndir. Mətni də gözəldir. Hər nə qədər Həsənin Ömərdən olan rəvayətində qopuqluq varsa da, ancaq bunun kimiləri məşhurdur. O da kifayətdir.
İbn əbu Hatim demişdir: “Bizə Əhməd ibn Sinan danışdı, bizə Əbu Əhməd əs-Zubeyri danışdı, bizə Əli ibn Salih danışdı, o da Osman ibn Muğirədən, o da Məlik ibn Cuveyndən, o da Əlidən (radiyallahu ənh), o dedi”: “Böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, adam öldürmək, yetim malı yemək, namuslu qadına iftira atmaq, döyüşdən qaçmaq, hicrətdən sonra bədəvilərə qatılmaq, sehr etmək, ana ataya asi olmaq, faiz yemək, camaatdan ayrılmaq, ticari razılığı pozmaq”.
İrəlidə ötdü ki, İbn Məsud belə demişdir: “Böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, Allahın verəcəyi rahatlıqdan məyus olmaq, Allahın rəhmətindən ümid kəsmək, əziz və cəlil olan Allahın məkrindən arxayın olmaq”.
İbn Cərir də Aməşin hədisindən rəvəyət etmişdir, o da Əbud-Duhadan, o da Məsruqdan; Aməş, o da İbrahimdən, o da Əlqamədən, ikisi də İbn Məsuddan, o demişdir: “Böyük günahlar Nisə surəsinin əvvəlindən 30-cu ayəsinə qədər zikr edilmişdir”. Sufyan Səvrinin və Şubənin hədisindən, o da Asim ibn Əbun-Nucuddan, o da Zir ibn Hubeyşdən, o da İbn Məsuddan, o demişdir: “Böyük günahlar Nisə surəsinin əvvəlindən otuzuna qədər keçənlərdir. Sonra “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin pisliklərinizi örtərik” ayəsini oxudu”.
İbn əbu Hatim demişdir: Bizə Munzir ibn Şazan danışdı, bizə Yalə ibn Ubeyd danışdı, bizə Salih ibn Həyyan danışdı, o da İbn Bureydədən, o da atasından, o dedi: “Ən böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, ana ataya asi olmaq, sudan doyduqdan sonra artığını verməmək, erkək heyvanı dişiyə pulsuz calamamaq.»
İki Səhihdə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət edilmişdir: “Ota mane olunduğu kimi, suyun artığına mane olunmaz”. O ikisində belə rəvayət edilmişdir: “Allah Qiyamət günü üç nəfərin üzünə baxmaz, onları təmizə çıxarmaz və onlar üçün ağrılı acılı bir əzab vardır: Çöldə artıq suyu olub, yoldan keçənlərin ondan istifadəsinə mane olan adam”.
İmam Əhməd Musnədində Amr ibn Şueybdən, o da atasından, o da babasından, mərfu olaraq rəvayət edilmişdir: “Kim artıq suya və artıq ota mane olarsa, Allah da Qiyamət günü artıq rəhmətini verməz”.
İbn Əbu Hatim demişdir: “Bizə Hüseyn ibn Muhəmməd ibn Şeybə əl-Vasiti danışdı, bizə Əbu Əhməd danışdı, bizə Sufyan danışdı, o da Aməşdən, o da Muslimdən, o da Məsruqdan, o da Aişədən, o dedi”: “Qadınlardan alınan sözlər böyük günahlardandır”. İbn əbu Hatim demişdir: “Yəni “Allaha heç bir şərik qoşmasınlar, oğurluq və zina etməsinlər, uşaqlarını öldürməsinlər, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməsinlər və sənə asi olmasınlar” (əl-Mumtəhinə, 12)
İbn Cərir demişdir: “Mənə Yaqub ibn İbrahim danışdı, bizə İbn Uleyyə danışdı, bizə Ziyad ibn Mixraq danışdı, o da Muaviyyə ibn Qurradan, o dedi: “Ənəs ibn Məlikin yanına gəldik. Bizə izah etdikləri arasında bu da vardı: “Rəbbimizdən bizə çatan belə bir şey görmədim; onun üçün ailəmizdən və malımızdan ayrılmalı olmadıq”. Sonra qısa bir zaman susdu və dedi: “Allaha and içirəm ki, Rəbbimizin bizdən istədiyi bundan daha bəsitdir, böyük günahlar istisna olmaqla etdiklərimizi bizə keçmişdir, artıq onlarla heç bir əlaqəmiz yoxdur” — sonra da bu ayəni oxudu — “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin pisliklərinizi örtərik”.
Bu xüsusda İbn Abbasın sözləri.
İbn Cərir, Mutəmir ibn Süleymanın hədisindən rəvayət etmişdir, o da atasından, o da Tavusdan, o dedi: “İbn Abbasın yanında böyük günahlardan bəhs etdilər və onların yeddi olduğunu dedilər”. O isə dedi: “Yeddidən üstəgəl yeddi daha artıqdır”. Süleyman dedi: «Bilmirəm bunu neçə dəfə təkrar etdi.»
İbn əbu Hatim demişdir: “Bizə atam danışdı, bizə Qubeysa danışdı, bizə Sufyan danışdı, o da Leysdən, o da Tavusdan, o dedi”: “İbn Abbasdan yeddi günahlar haqqında soruşdum, o da cavab verdi: “Onlar yeddidən çox yetmişə yaxındır”. Bunu İbn Cərir də İbn Humeyddən, o da Leysdən, o da Tavusdan rəvayət etmişdir, o dedi: “İbn Abbasın yanına bir nəfər gəlib dedi: “Allahın zikr etdiyi yeddi böyük günah haqqında xəbər ver”. O da dedi: “Onlar yeddidən çox yetmişə yaxındır”. \
Abdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da Tavusdan, o da atasından, İbn Abbasa belə dedi: “Böyük günahlar yeddidir?” O da dedi: “Onlar yetmişə yaxındır”. Əbu Aliyə ər-Rayahi (rahiməhullah) də belə demişdir.
İbn Cərir demişdir: “Bizə Musənna danışdı, bizə Əbu Huzeyfə danışdı, bizə Şibl danışdı, o da Qeysdən, o da Saddan, o da Səid ibn Cubeyrdən, o dedi: “Bir nəfər İbn Abbasa dedi: “Böyük günahlar neçədir?”. O da dedi: “Yeddidən yeddi yüzə daha yaxındır; amma istiğfar ilə bərabər böyük günah yoxdur, israrla bərabər də kiçik günah”. Bunu İbn əbu Hatim də Şibl hədisindən bu cür rəvayət etmişdir.
Əli ibn əbu Talha, İbn Abbasın “qadağan olunmuş böyük günahlardan çəkinsəniz” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Hər günahın ardından Allah təala atəşdən, qəzəbdən, lənətdən yaxud əzabdan danışırsa, o, böyükdür”. Bunu İbn Cərir rəvayət etmişdir.
İbn əbu Hatim demişdir: “Bizə Əli ibn Hərb əl-Məvsili danışdı, bizə İbn Fudeyl danışdı, bizə Şəbib danışdı, o da İkrimədən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Böyük günahlar Allahın atəşlə hədələdiyi bütün günahlardır”. Səid ibn Cubeyr ilə Həsən Bəsri də bu cür demişlər.
İbn Cərir demişdir: “Mənə Yaqub danışdı, bizə İbn Uleyyə danışdı, bizə Əyyub xəbər verdi, o da Muhəmməd ibn Sirindən, o dedi: “Mənə xəbər verildiyinə görə İbn Abbas belə demişdir: “Allahın qadağan etdiyi hər şey böyük günahdır”. Göz qırpımı (Tarfətun) haqqında bəhs edilmişdir, o da (harama) baxmaqdır, demişdir.
Yenə belə demişdir: “Bizə Əhməd ibn Həzim danışdı, bizə Əbu Nuaym xəbər verdi, bizə Abdullah ibn Madan danışdı, o da Əbul-Validdən, o dedi: “İbn Abbasdan böyük günahlar barəsində soruşdum, o dedi: ”Allaha asilik edilən hər şey böyük günahdır”.
Tabiinlərin sözləri.
İbn Cərir demişdir: “Mənə Yaqub ibn İbrahim danışdı, mənə İbn Uleyyə danışdı, o da İbn Avndan, o da Muhəmməddən, o dedi: “Ubeydədən böyük günahlar barəsində soruşdum, o da belə dedi: “Allaha şərik qoşmaq, Allahın haram etdiyi cana qıymaq, döyüşdən qaçmaq, haqsız yerə yetim malı yemək, faiz yemək, böhtan atmaq”. Həmçinin hicrətdən sonra bədəvilərə qatılmağı da söylədiklərini də dedi. İbn Avn dedi: “Muhəmməddən, sehr etmək barəsində soruşdum, o da belə dedi: «Böhtan içinə bir çox pislikləri alır”.
İbn Cərir demişdir: “Mənə Muhəmməd ibn Ubeydəl-Muharibi danışdı, bizə Əbu Ahvas Səlləm ibn Suleym danışdı, o da Əbu İshaqdan, o da Ubeyd ibn Umeyrdən, o dedi: “Böyük günahlar yeddidir. Onlar haqqında Allahın Kitabında ayəsi olmayan yoxdur. Allaha şərik qoşmaq onlardandı “Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar” (əl-Həcc, 31); “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər” (ən-Nisə, 10); “Sələm yeyənlər şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar” (əl-Bəqərə, 275); “Heç nədən xəbəri olmayan ismətli mömin qadınları günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar” (ən-Nur, 23); “Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin” (əl-Ənfal, 15); Hicrətdən sonra bədəvilərə dönmək “Hidayət yolunu tanıdıqdan sonra geriyə üz tutanlara…” (Muhəmməd, 25); “Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir” (Nisə, 93). Bunu İbn əbu Hatim də Əbu İshaq hədisindən, o da Ubeyd ibn Umeyrdən bənzər şəkildə rəvayət etmişdir.
İbn Cərir demişdir: “Bizə Musənna danışdı, bizə Əbu Huzeyfə danışdı, bizə Şibl danışdı, o da İbn əbu Nəcihdən, o da Əta ibn əbu Rəbahdan, o demişdir: “Böyük günahlar yeddidir: Adam öldürmək, faiz yemək, yetim malı yemək, namuslu qadına iftira atmaq, yalan şahidlik etmək, ana ataya asilik etmək və döyüşdən qaçmaq”.
İbn əbu Hatim demişdir: “Bizə Əbu Zura danışdı, bizə Osman ibn əbu Şeybə danışdı, bizə Cərir danışdı, o da Muğiradan, o dedi: “Əbubəkr ilə Öməri (radiyallahu ənhumə) söymək böyük günahlardandır deyilirdi”. Mən də deyirəm ki, bəzi alimlər səhabəni söyənləri kafir sayırdılar. Bu da Məlik ibn Ənəsdən (rahiməhullah) rəvayət edilmişdir ki, Muhəmməd ibn Sirin demişdir: “Əbubəkr ilə Öməri alçaldan birinin Rəsulullahı (salləllahu aleyhi və səlləm) sevməsini güman etmirəm”. Bunu Tirmizi rəvayət etmişdir.
Yenə İbn əbu Hatim demişdir: “Bizə Yunus danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə Abdullah ibn Əyyaş xəbər verib dedi: Zeyd ibn Əsləm “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz” ayəsində böyük günahlar barəsində belə demişdir: “Allaha şərik qoşmaq, Allahın ayətlərinə və Rəsuluna qarşı küfr etmək, sehr etmək, övladları öldürmək, Allahın övladı yaxud zövcəsi olduğunu iddia etmək və bu kimi əməlləri etmək, əməli puç edən sözləri istifadə etmək. Amma dinə zərər verməyən və başqa əməllərin qəbuluna mane olmayan əməllər olsa, Allah onları yaxşılıqlar ilə örtər”.
İbn Cərir demişdir: “Bizə Bişr ibn Muaz danışdı, bizə Yəzid danışdı, bizə Səid danışdı, o da Qatadədən “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz” ayəsi barəsində onun belə dediyini söylədi: “Allah yalnız böyük günahlardan çəkinənləri bağışlayacağını vəd etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) isə bizə belə demişdir: “Böyük günahlarda uzaq olun, həddinizi aşmayın, müjdə verin”.
İbn Mərduveyh bir çox yollardan Ənəsdən və Cabirdən mərfu olaraq belə rəvayət etmişdir: “Şəfayətim ümmətimin böyük günah sahiblərinədir”. Bu hədisin bütün yollarında zəiflik vardır. Abdurrəzzaqın bu rəvayəti istisna olmaqla: “Bizə Mamər xəbər verdi, o da Sabitdən, o da Ənəsdən, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Şəfayətim ümmətimin böyük günah sahiblərinədir”. İsnadı səhihdir. İki şeyxin şərtinə uyğundur. Bunu Əbu İsa Tirmizi də tək başına bu yoldan Abbas əl-Ənbəridən, o da Abdurrəzaqdan rəvəyət etmiş sonra da demişdir: “Bu həsən, səhih hədisdir”. Səhihdə bunun şahidi olan hədis vardır. Rəsulullah (salləllahu aleyhi və səlləm) şəfayəti zikr etdikdən sonra dedi: “Onun “müttəqi” möminlər üçün olduğunu zənn edirsən? Xeyr, o xəta edənlər və günaha bulaşanlar üçündür”.
Üsul və furu alimləri böyük günahın tərifində ixtilaf etmişlər:
Bəziləri belə demişlər: O şəriətin cəza tətbiq olunduğu günahdır. Bəziləri də Kitab və Sünnədə qarşılığında bəlli bir hədə olandır, demişlər. Başqa şeylər də deyilmişdir.
Əbu Qasım Əbdülkərim ibn Muhəmməd ər-Rafi, məşhur “Əş-Şərhul-Kəbir” əsərinin şəhadətlər bölümündə belə qeyd etmişdir: «Sonra səhabələr və onlardan sonrakılar böyük günahlar və onlarla kiçiklər arasında olan fərqlər barədə ixtilaf etmişlər. Bəzi səhabələrin böyük günahlar barədə çeşidli tərifləri vardır:
Birinci: O cəza tələb edən günahdır.
İkinci: O, Kitab və Sünnədə sahibinə şiddətli hədə olan günahdır. Çoxluq bu fikirdədir. O birinciyə daha yaxındır. Amma ikincisi, böyük günahları açıqlayarkən dediklərinə daha uyğundur.
Üçüncü: İki haramın imamı “əl-İrşad” əsərində və digər yerlərdə belə demişdir: “Sahibinin dinini zəiflədən və ona uyğun olmayan xətadır və o, ədalət sifətini ləğv edər”.
Dördüncü: Qadi əbu Səid əl-Hərəvi demişdir: “Böyük günah, Kitabın açıq-aydın haram bildirdiyi hər bir əmələ, edildiyi təqdirdə, ölüm və sair kimi cəza tətbiq edilən bütün asiliklərə, dərhal edilməsi əmr edilən fərzlərin tərk edilməsinə, şahidlikdə, rəvayətdə və and içmədə yalan danışılmasına deyilir.”
Qayda şəklində dedikləri bunlardır.
Sonra dedi: Qadi ər-Ruyani açıqlayaraq belə demişdir: “Böyük günahlar yeddidir. Haqsız yerə cana qıymaq, zina etmək, uşaqbazlıq, içki içmək, oğurluq etmək, talan etmək, iftira atmaq”. “əş-Şəmilə” əsərində qeyd edilən yeddiyə, yalançı şahidliyi də əlavə etmişdir. «əl-Uddə» əsərinin sahibi də bunları əlavə etmişdir: «Faiz yemək, Ramazanda səbəbsiz orucu açmaq, yalan and içmək, qohumluq əlaqələrini pozmaq, ata anaya asilik etmək, döyüşdən qaçmaq, yetim malı yemək, ölçüdə və çəkidə xainlik etmək, namazı vaxtından əvvəl qılmaq, namazı səbəbi olmadan vaxtından sonra qılmaq, haqsız yerə müsəlmanı döymək, qəsdən yalan hədis danışmaq, səhabələri söymək, səbəbsiz şahidliyi gizlətmək, rüşvət almaq, qadınla kişinin arasını düzəltmək, başçıya çuğulçuluq etmək, zəkatdan qaçmaq, gücü çatan qədər yaxşılığı əmr edib pislikdən çəkindirməyi tərk etmək, öyrəndiyi Quran ayələrini unutmaq, canlını odda yandırmaq, qadının səbəbsiz ərindən ayrılması, Allahın rəhmətindən ümid kəsmək, Allahın hiyləsindən əmin olması.» Deyilir ki, elm adamlarına və Quran hafizlərinə qarşı nalayiq danışmaq da buraya daxildir. Bunlar da böyük günahlardan sayılmışdır: Zihar, zərurət olmadan donuz və ölü əti yemək.»
Sonra ər-Rəfi demişdir: «Bunların bəzisinə qərar verməmək də olar.»
Mən də deyirəm ki, alimlər böyük günahlar mövzusunda əsərlər təsnif etmişlər. Onlarda biri də şeyximiz hafiz Əbu Abdullah əz-Zəhəbinin əsəridir ki, onda yetmişə qədər böyük günahlar yığılmışdır. Əgər, İbn Abbas və onun davamçıları dediyi kimi olsa, yəni şəriətin atəşlə hədələdiyi hər bir əməl böyük günah olsa, o zaman sayı çoxalar. Əgər, Allahın hər qadağan etdiyi böyük günahdır, deyilsə, bu da kifayət qədər çoxdur. Allah ən doğrusunu biləndir.
-
30
Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.
29-cu ayənin təfsirinə bax.
-
31
Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin pisliklərinizi örtərik və sizi şərəfli bir keçidə daxil edərik.
29-cu ayənin təfsirinə bax.
-
32
Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.
İmam Əhməd demişdir: “Bizə Sufyan danışdı, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, o da Ummu Sələmənin belə dediyini rəvayət etmişdir”: “Ey Allahın Rəsulu, kişilər döyüşə çıxır, biz çıxmırıq, mirasın da yarısını alırıq”. Buna görə Allah bu ayəni nazil etdi: “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin”.
Bunu Tirmizi də İbn əbu Ömərdən, o da Sufyandan, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, o da Ummu Sələmədən rəvayət etmişdir və onun qərib hədis olduğunu demişdir. Bunu bəziləri də İbn əbu Nəcihdən, o da Mucahiddən, o da Ummu Sələmədən rəvayət etmişdir…
Bunu İbn əbu Hatim, İbn Cərir, İbn Mərduveyh və Hakim də “Mustədrək” əsərində Səvridən, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, Ummu Sələmənin belə dediyini rəvayət etmişdir: “Ey Allahın Rəsulu, döyüşmürük ki, şəhid olaq, mirası da bölüb almırıq”. Allah bu ayəni nazil etdi: “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir”. Sonra da bu ayəni nazil etdi: “Mən, sizlərdən işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm” (Ali-İmran, 195).
Sonra da İbn əbu Hatim demişdir: “Sufyan ibn Ueynə də İbn əbu Nəcihdən bu mətnlə rəvayət etmişdir”. Yəhya əl-Qəttan vəVəki ibn Cərrah da, Səvridən rəvayət etmişlər, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, Ummu Sələmənin belə dediyini rəvayət etmişdir: “Ey Allahın Rəsulu…”. Muqatil ibn Həyyan ilə Xuseyfdən bənzəri rəvayət edilmişdir.
İbn Cərir də İbn Cureycdən, o da İkrimə ilə Mucahiddən rəvayət etmişdir.Onlar demişlər: “Bu ayə Ummu Sələmə haqqında nazil edilmişdir”. Abdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da Məkkəli bir qocadan, onun belə dediyini rəvayət etmişdir”: “Bu ayə, qadınların belə demələrinə görə nazil edildi: “Kaş ki, kişi olardıq və onlar kimi cihad edib Allah yolunda döyüşərdik”.
İbn əbu Hatim həmçinin demişdir: “Bizə Əhməd ibn Qasım ibn Atiyyə danışdı, mənə Əhməd ibn Əbdurrəhman danışdı, mənə atam danışdı, bizə Əşas ibn İshaq danışdı, o da Cəfər ibn əbu Muğiradan, o da Səid ibn Cubeyrdən, İbn Abbasın “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir”: “Bir qadın, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, kişi üçün iki qadın payı vardır, iki qadının şahidliyi də bir kişinin şahidliyinə bərabərdir. Bizim əməlimiz də elədir? Bir qadın yaxşılıq etsə, ona savabın yarısı yazılır?”. Buna görə Allah “təmənna etməyin” ayəsini nazil etdi və: “Bu mənim ədalətimdir, Mən belə etdim” – dedi.
Suddi ayə barəsində demişdir: “Kişilər dedilər: “Payımız onların iki qatıdırsa, savabımızın da iki qat olmasını istəyirik.” Qadınlar dedilər: “Biz də kişilər kimi şəhid savabı qazanmaq istəyirik. Biz döyüşə getmirik. Bizə yazılsa idi, bizdə gedərdik.” Allah təala bunu qəbul etmədi və onlara dedi: “Məndən lütfümü istəyin, dünya malını deyil”. Eynisi Qatadədən rəvayət edilmişdir.
Əli ibn əbu Talha, İbn Abbasın “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Kişi, kaş ki, filankəsin malı və ailəsi mənim olsun” – deməsin. Allah bunu qadağan etdi. Allahdan yalnız lütfünü istəsin”. Həsən, Muhəmməd ibn Sirin, Əta və Dəhhak da belə demişlər. Ayənin zahirindən başa düşülən də budur.
İki Səhihdə sabit olan hədis ilə bunun arasında heç bir ziddiyyət yoxdur. Hədisdə deyilir: “Yalnız iki nəfərə həsəd edilər: Allah bir adama mal verər, o da malını haqq yolda xərcləyər. Bir kişi də deyər: ”Əgər onda olan məndə olsa idi, eynisini edərdim.”Bu ikisi savabda bərabərdirlər”. Çünki bu, ayənin qadağan etdiyinə daxil deyil. Hədisdə, onun neməti kimi bir neməti təmənna etməyə təşviq edilir. Ayə isə o nemətin tamamən əldən çıxması istəyini qadağan edir “Allahın birinizi digərinizdən üstün etdiyi şeyə təmənna etməyin”. Yəni dünya işlərində, deməkdir. Din işləri də elədir. Çünki Ummu Sələmə və İbn Abbas bu barədə hədisi vardır.
Əta ibn əbu Rəbah demişdir: “Ayə, birinin əlindəkini təmənna etməyin, qadınların kişi olub döyüşmək istəklərinin qadağan olunması xüsusunda nazil edildi”. Bunu İbn Cərir rəvayət etmişdir.
Sonra Allah təala buyurdu: “Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır” yəni hər kəs əməlinin qarşılığını görür, xeyirsə xeyir, şərsə şər. Bu, İbn Cəririn fikridir.
Belə də deyilmişdir: Burada məqsəd mirasdır, yəni hər kəs öz vəziyyətinə görə varis ola bilər. Bunu əl-Valibi, İbn Abbasdan rəvayət etmişdir.
Sonra Allah təala onlara islah edəcək şeyləri göstərdi: “Allahdan, Onun lütfünü diləyin”. Birinizi digərinizdən üstün etdiyi şeyə təmənna etməyin. Çünki bu kəskin bir əmrdir. Təmənnanın faydası olmaz. Məndən lütfümü istəyin, verim. Çünki Mən, kərəm sahibiyəm, bol-bol bağışlayanam.
Tirmizi və İbn Mərduveyh rəvayət etmişlər ki, Hammad ibn Vaqid demişdir: İsraildən eşitdim, o da Əbu İshaqdan, o da Əbu Əhvasdan, o da Abdullah ibn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahdan, onun lütfünü diləyin, çünki Allah ondan istənməsini sevər. İbadətin ən fəzilətlisi sıxıntının dəf olmasını gözləməkdi”.
Sonra Tirmizi demişdir: “Bunu Hammad ibn Vaqid rəvayət etmişdir. O, hədis hafizi deyil. Bunu Əbu Nuaym, İsraildən, o da Hakim ibn Cubeyrdən, o da bir adamdan, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Əbu Nuaymın hədisi səhihliyə daha yaxındır”.
Bunu İbn Mərduveyh də Vəkidən, o da İsraildən rəvayət etmişdir. Sonra onu Qeys ibn Rəbidən, o da Hakim ibn Cubeyrdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir. İbn Abbas demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdu: “Allahdan lütfünü diləyin, çünki Allah istənməsini sevər. Ən sevdiyi qul sıxıntını sevəndi”.
Sonra Allah buyurur: “Həqiqətən, Allah hər şeyi Biləndir”, yəni O, dünyaya haqqı çatanı bilir və ona ondan verir. Fəqirliyə layiq olanı bilir və onu fəqir edir. Axirətə layiq olanı bilir və ona axirət əməllərini nəsib edir. Məhrumiyyətə layiq olanı bilir, onu xeyirdən və səbəblərindən məhrum edir. Buna görə deyilmişdir: “Həqiqətən, Allah hər şeyi Biləndir“.
-
33
Hər kəs üçün valideynlərin və qohumların qoyub getdiklərinə mövlalar təyin etdik. Siz də əhd bağladığınız kəslərin paylarını verin. Həqiqətən, Allah hər şeyə Şahiddir.
İbn Abbas, Mucahid, Səid ibn Cubeyr, Əbu Salih, Qatadə, Zeyd ibn Əsləm, Suddi, Dəhhak, Muqatil ibn Həyyan və digərləri, “Hər kəs üçün mövlalar təyin etdik” ayəsindəki “mövlalar” sözü varislərdir, demişlər. İbn Abbas, bir rəvayətində, əsabədir, demişdir. İbn Cərir də belə demişdir: “Ərəblər əmi oğullarına mövla deyərdilər. Necə ki, Fadl ibn Abbas belə demişdir”:
Əmimiz oğulları ağır olun, mövlalarımız ağır olun,
Gizli olanları açığa çıxarmayın.
“Valideynlərin və qohumların qoyub getdiklərinə” bu da valideynlərin və qohumların qoyub getdiyi mirasdır. Kəlamın yozumu belədir: Ey insanlar sizin hər biriniz üçün əsabə təyin etdik, bunlar valideynlərin və qohumların qoyub getdiyinə varis olurlar.
“Siz də əhd bağladığınız kəslərin də paylarını verin” yəni doğru əhd bağladıqlarınız kimsələrə mirasdan payını verin. Aranızda olan o sözləşmə və əhdlərə Allah şahiddir. Bu İslamın əvvəlində idi. Sonra nəsx edildi. Əhd bağladıqları kimsələrə haqlarını tam olaraq vermələrini əmr etdi, bu ayə, bundan sonra bir daha belə bir şey etməmələrini əmr etdi.
Buxari demişdir: “Bizə Salt ibn Muhəmməd danışdı, bizə Əbu Usamə danışdı, o da İdrisdən, o da Talha ibn Musarrifdən, o da Səid ibn Cubeyrdən, İbn Abbasın belə dediyini rəvayət etmişdir”: “Ayətə keçən “mövla” varislərdir. “Əhd bağladığınız kəslərin” Mühacirlər Mədinəyə gəldikləri zaman öz doğma qardaşlarına deyil, Ənsarlara varis olurdular. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) onları qardaş etmişdi. Buna görə “hər kəs üçün mövlalar təyin etdik” ayəsi nazil oldu, keçmişi nəsx edib, aradan qaldırdı. Sonra da Allah təala “siz də əhd bağladığınız kəslərin də paylarını verin” dedi. Bu da yardım, dəstək və nəsihətdir. Artıq mirasın yerinə vəsiyyət gəlmişdir”. Sonra Buxari belə dedi: “Əbu Usamə də İdrisdən hədis dinlədi, İdris də Talhadan dinlədi”.
İbn əbu Hatim demişdir: Bizə Əbu Səid Əşəc danışdı, bizə Əbu Usamə danışdı, bizə İdris əl-Əvdi danışdı, mənə Talha ibn Musərrif xəbər verdi, o da Səid ibn Cubeyrdən, İbn Abbasın “əhd bağladığınız” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Mühacirlər Mədinəyə gəldikləri zaman, Rəsulullahın (salləllahu aleyhi və səlləm) gerçəkləşdirdiyi qardaşlıq səbəbi ilə, Mühacir və Ənsarlar öz qohumlarına deyil, biri birinə varis oldular. “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdiklərinə varislər təyin etdik” ayəsi nazil olduqda bu nəsx edildi. Sonra “siz də əhd bağladığınız kəslərin də paylarını verin” dedi.
Bizə Həsən ibn Muhəmməd ibn Sabah danışdı, bizə Həccac danışdı, o da İbn Cureyc və Osman ibn Ətadan, o da Ətadan, İbn Abbasın “Siz də əhd bağladığınız kəslərin də paylarını verin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Bir adam İslamdan əvvəl əhd bağlayaraq deyərdi: “Mən sənə varis oluram, sən isə mənə”. Qəbilələr də əhd bağlayardılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Cahilliyə dövrünün hər razılaşma və əhdlərini İslam şiddətlə müdafiə edir. İslamda isə əhd və razılaşma yoxdur”. “Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar” (Ənfal, 75) ayəsi bunu nəsx etdi”.
Sonra belə dedi: “Səid ibn Museyyib, Mücahid, Əta, Həsən, Səid ibn Cubeyr, Əbu Salih, Suleyman ibn Yasər, Şəbi, İkrimə, Suddi, Dəhhak, Qatadə və Muqatil ibn Həyyandan, onlar andlaşma edənlərdir, dedikləri rəvayət edilmişdir”.
İmam Əhməd demişdir: Bizə Əfvan danışdı, bizə Şərik danışdı, o da Simakdan, o da İkrimədən, İbn Abbasın mərfu olaraq belə dediyini rəvayət etmişdir: “İslam cahilliyə dövründəki hər razılaşmanı şiddətlə qəbul edər”.
Bunu Muslim də belə rəvayət etmişdir. Bunu Nəsai də İshaq ibn Yusuf əl-Əzraqdan, Zəkəriyyədən, Səid ibn İbrahimdən, Nəfidən, Cubeyr ibn Mutimdən, atasından bu mətnlə rəvayət etmişdir.
İbn Cərir demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Musab ibn Mikdam danışdı, o da İsraildən, o daYunusdan, Talha ailəsinin müttəfiqi Muhəmməd ibn Əbdürrəhmandan, o da İkrimədən, İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “İslamda ittifaq yoxdur, cahilliyə ittifaqlarını isə şiddətlə müdafiə edər. Darunnədvədəki qatıldığım andlaşmanı qırmızı dəvələrə dəyişmərəm”. İbn Cəririn mətni belədir.
Yenə İbn Cərir demişdir: “Bizə Yaqub ibn İbrahim danışdı, bizə İbn Uleyyə danışdı, o da Əbdurrəhman ibn İshaqdan, o da Zuhridən, o da Muhəmməd ibn Cubeyr ibn Mutimdən, o da atasından, o da Əbdurrəhman ibn Avfdan, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir”: “Mən cavan olanda əmilərimlə birgə Muteyyiblərin razılaşmasına şahid oldum. Onları qırmızı dəvələrə sahib olmağım üçün belə pozmaram.” Zuheyr dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir:“İslam harada bir ittifaq görsə onu şiddətlə müdafiə edər.”O dedi: “İslamda ittifaq yoxdur”. Rəsulullah (salləllahu aleyhi və səlləm) Qureyş və Ənsarı bir-birinə uzlaşdırdı.
Bunu İmam Əhməd də Bişr ibn Mufəddəldən rəvayət etmişdir, o da Əbdurrəhman ibn İshaqdan, o da Zuhridən tam olaraq danışmışdı.
Mənə Yaqub ibn İbrahim danışdı, bizə Huşeym danışdı, mənə Muğira xəbər verdi, o da atasından, o da Şubə ibn Təvəmdən, o da Qeys ibn Asimdən, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) ittifaq barəsində soruşdu, o da dedi: “Cahilliyə də olan ittifaqa sarılın, İslamda ittifaq yoxdur”. Bunu Əhməd, Huşeymdən rəvayət etmiş və demişdir: “Bizə Əbu Kureyb danışdı, bizə Vəki danışdı, o da Davud ibn əbu Abdullahdan, o da İbn Cudandan, o da nənəsindən, o da Ummu Sələmədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir”: “İslamda andlaşma yoxdur, cahilliyədəki andlaşmanı isə İslam şiddətlə müdafiə edər”.
Bizə ƏbuKureyb danışdı, bizə Yunus ibn Bukeyr danışdı, bizə Muhəmməd ibn İshaq danışdı, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından bel demişdir: Rəsulullah (salləllahualeyhi və səlləm) Fəth ilində Məkkədə olarkən qalxıb insanlara xütbə oxudu və dedi: “Ey insanlar! İslamda ittifaq yoxdur, cahilliyədə olmuş hər ittifaqı isə şiddətlə müdafiə edir”.
Sonra bunu Huseyn ibn Muallim və Əbdurrəhman ibn Haris hədisindən o da Amr ibn Şueybdən rəvayət etmişdir.
İmam Əhməd demişdir: “Bizə Abdullah ibn Muhəmməd danışdı, bizə İbn Numeyr ilə Əbu Usamə danışdı, onlar da Zəkəriyyədən, o da Sad ibn İbrahimdən, o da atasından, o da Cubeyr ibn Mutimdən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir”: “İslamda ittifaq yoxdur, cahilliyə ittifaqlarının hər birini isə şiddətlə müdafiə edir”. Bunu Muslim də Abdullah ibn Muhəmməddən eyni isnadla rəvayət etmişdir. O, Əbubəkr ibn əbu Şeybədir. Bunu Əbu Davud da Osmandan, o da Muhəmməd ibn əbu Şeybədən, o da Muhəmməd ibn Bişr, İbn Numeyr və Əbu Usamədən, üçüdə Zəkəriyyədən, o da İbn Əbu Zəidədir, eyni isnadla rəvayət etmişdir. Bunu İbn Cərir də Muhəmməd ibn Bişr hədisindən bu mətnlə rəvayət etmişdir. Bunu Nəsai də İshaq ibn Yusuf əl-Əzraq hədisindən, o da Zəkəriyyədən, o da Sad ibn İbrahimdən, o da Nəfi ibn Cubeyr ibn Mutimdən, o da atasından, bu mətnlə rəvayət etmişdir.
İmam Əhməd demişdir: “Bizə Huşeym danışdı, o dedi: “Mənə Muğiraxəbər verdi, o da atasından, o da Şubə ibn Təvəmdən, o da Qeys ibn Asimdən, o Rəsulullahdan (salləllahu aleyhi və səlləm) ittifaq barəsində soruşdu, o da dedi”: “Cahilliyədəki hər ittifaqa sarılın, İslamda isə ittifaq yoxdur”. Bunu Şubədə Muğiradan – o, ibn Miqsəmdir – , o da atasından rəvayət etmişdir.
Muhəmmədə ibn İshaq da Davud ibn Hüseyndən, onun belə dediyini rəvayət etmişdir: “Mən,UmmuSad bint Rabiəyə, onun oğlunun oğlu Musa ibn Sad ilə bərabər kitab oxuyurdum. Ummu Sad da Əbubəkrin himayəsində yetim idi. Ona “valləzinə əqadət əymənukum” oxudum, o da dedi: “Xeyr, lakin “valləzinə əqadət əymənukum” oxu, və davam etdi: “Bu ayə Əbubəkr ilə onun İslamı qəbul etmək istəməyən oğlu Əbdurrəhman haqqında nazil oldu. Əbubəkr ona mirasverməyəcəyinə and içdi. Qılınc yolu ilə müsəlman olandan sonra, Allah onun payının verilməsini əmr etdi”. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Bu qərib bir görüşdür. Doğrusu birincisidir. Bu da İslamın əvvəlində olması idi.Onlar andlaşma ilə varis olurdular. Sonra qaldırıldı, ittifaqın təsiri isə qüvvədə qaldı. Sözləşmələrə, əhdlərə və daha əvvəl bağladıqları ittifaqlara riayət etməyə əmr olundu.
Yuxarıda Cubeyr ibn Mutimin və digər səhabələrin bu hədisi keçmişdir: İslamda ittifaq yoxdur, lakin cahilliyədəki hər ittifaqı şiddətlə qəbul edir. Bu da bu gün razılaşmailə miras bölgüsü aparılar deyənlərin məzhəbini rədd edən açıq bir əmrdir. Necə ki, Əbu Hənifə ilə dostlarının, bir rəvayətdə Əhməd ibn Hənbəlin məzhəbidir.
Doğrusu isə cumhurun, Məlikin, Şəfiinin və məşhur rəvayətdə Əhmədin görüşüdür. Buna görə Allah buyurur: “Hər kəs üçün valideynlərin və qohumların qoyub getdiklərinə mövlalar təyin etdik”, yəni ona valideynlərindən və öz qohumlarından varislər təyin etdik, başqaları deyil onlar ona miras qoyurlar. Necə ki, iki Səhihdə İbn Abbasdanrəvayət edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Fərz hissələrini (miras paylarını) sahiblərinə verin, qalan da ən yaxın kişi üçündür”. Yəni mirası Allah təalanın iki ayədə zikr etdiyi fərz hissə sahiblərinə verin, bundan sonra qalan, əsabələrə çatır.
“Əhd bağladığınız”yəni bu ayə nazil olmadan öncə əhd bağladığınız kimsələrin paylarını verin, yəni mirasdakı paylarını. Bundan sonra bağlanan hər hansı bir əhdin hökmü yoxdur. Belə də deyilmişdir: Bu ayə gələcəkdəki ittifaqları nəsx etdiyi kimi, keçmişdəki ittifaqların da hökmünü qaldırmışdır, artıq belə varislik yoxdur. Necə ki, İbn əbu Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşac danışdı, bizə Usamə danışdı, bizə İdris əl-Əvdi danışdı, mənə Talha ibn Musərrif xəbər verdi, o da Səid ibn Cubeyrdən, İbn Abbasın belə dediyini rəvayət etmişdir”: “Paylarını verin” yardımlaşma, öyüd və dəstəkləmə kimi şeylərdir və onun üçün vəsiyyət də edər”. Amma miras artıqgetmişdir. Bunu İbn Cərir də ƏbuKureybdən, o da əbuUsamədən rəvayət etmişdir. Mucahid ilə Əbu Malikdən də bənzəri rəvayət edilmişdir.
Əli ibn ƏbuTalha, İbn Abbasın “Siz də əhd bağladığınız kəslərin də paylarını verin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “İki nəfər əhd bağlayandan sonra biri ölərsə, digəri ona varis olardı. Buna görə Allah təala bu ayəni nazil etdi “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar.Dostlarınıza yaxşılıq etmək isə istisnadır” (əl-Əhzab, 6)”. Deyir ki, “əhdləşən dostların vəsiyyətdə iştirakı istisnadır. Bu onlar üçün ölənin malının üçdə birində icazəlidir. Yaxşılıq dediyi məhz elə budur”. Sələfdən bir çoxları bunun bu ayə ilə nəsx edildiyini demişlər: “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar.Dostlarınıza yaxşılıq etmək isə istisnadır”.
Səid bin Cubeyr də “Paylarını verin” ayəsi barəsində, yəni miraslarını verin, demişdir. O deyir: “Əbubəkr bir nəfərlə əhd bağlamışdı, onun varisi oldu”. Bunu İbn Cərir rəvayət etmişdir.
Zuhri, o da Səid ibn Musəyyəbdən belə rəvayət etmişdir: “Bu ayə başqalarının uşaqlarını övladlığa götürüb onları özlərinə varis edənlərə aiddir. Allah onlar haqqında bu ayəni nazil etdi və onlara vəsiyyətdən pay ayırdı. Mirası isə qohumlarına və əsabələrə verdi. Allaha övladlığa götürənlərin, övladların mirasına iddiasını qəbul etmədi. Onlara yalnız vəsiyyətdən pay ayırdı”. Bunu İbn Cərir rəvayət etmişdir. İbn Cərir, onlara “paylarını verin” ayəsindən kömək, öyüd və dəstək mənasını tərcih etmişdir. Əksinə “paylarını verin”ayəsində mirasdakı pay qəsd edilməmişdir ki, nəsx olunsun. Orada, bu keçərli bir hökm idi və sonra nəsx edildiyi də murad edilməmişdir. Ayə ittifaq əhdinə yardım və öyüddə vəfalı olmağa dəlalət edir. Bu mənada möhkəmdir, nəsx edilən deyil. İbn Cəririn bu dediyinə etiraz vardır. Çünki, bir çox sələflərin nəql etdiyinə görə, yardımlaşma və dəstəyə görə razılaşma olduğu kimi, mirasa da razılaşmalar var idi.
Ayrıca İbn Abbas belə də demişdir: “Mühacir öz qohum əqrəbasına varis olmaz, Ənsara varis olardı. Sonda bu hökm ləğv edildi. O zaman bu ayəyə necə möhkəm, nəsx edilən deyil deyirsiz”? Allah ən doğrusunu biləndir.
-
34
Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.
Allah təala “kişilər qadınların himayəçiləridir” deyir, yəni kişi qadının qəyyumudur, yəni o, qadının rəhbəri, böyüyü, hakimdir. Qadın büdrədiyi zaman onun tərbiyəçisidir. “Bu da Allahın onlardan birini digərindən üstün etdiyinə”yəni kişilər qadınlardan üstündürlər, kişi qadından daha xeyirlidir. Buna görə peyğəmbərlik kişilərə xas edilmişdir. Böyük imamlıq da belədir. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “İşlərini bir qadının idarəsinə buraxan millət uğur qazanmaz”. Bunu Buxari, Əbdurrəhman ibn Əbu Bəkrədən, o da atasından rəvayət etmişdir. Hakimlik və digər vəzifələr də belədir.
“Və onların öz mallarından xərclədiklərindən dolayıdır” yəni mehr, nəfəqə və Allahın Kitabında və Rəsulullahın(salləllahu aleyhi və səlləm) Sünnəsində kişilərə lazım bildiyi məsrəflərdən dolayı. Buna görə kişi qadından özlüyündə üstündür. Qadından daha fəzilətlidir. Bu baxımdan onun qəyyumu olması münasibdir. Allah təala bu ayədə buyurduğu kimi: “kişilərin onlardan bir dərəcə üstünlüyü vardır” (əl-Bəqərə, 228).
Əli İbn əbu Talha, İbn Abbasın “kişilər qadınların üzərindədirlər” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Yəni əmirdirlər, kişinin əmrinə itaət etmələri gərəkdir. İtaəti də kişinin ailəsi ilə yaxşı davranıb onun malını qorumasıdır”. Muqatil, Suddi və Dəhhak da belə demişlər.
Həsən Bəsri demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir qadın gəldi. O, kişinin ona sillə vurduğu barəsində şikayət etmək istəyirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Qisas” – dedi. Buna görə Allah təala “kişilər qadınların himayəçiləridir” ayəsini nazil etdi. Qadın da qisas almadan geri döndü”.
Bunu Ibn Cərir ilə İbn əbu Hatim müxtəlif yollarla ondan rəvayət etmişlər. Qatadə, İbn Cureyc və Suddi bu xəbəri mürsəl olaraq rəvayət etmişlər. Bütün bunları İbn Cərir zikr etmişdir. Bunu İbn Mərduveyh də başqa bir yoldan mürsəl olaraq rəvayət etmiş və demişdir: “Bizə Əhməd ibn Əli ən-Nəsai danışdı, bizə Muhəmməd ibn Abdullah əl-Haşimi danışdı, bizə Muhəmməd ibn Muhəmməd ibn əl-Əşas danışdı, bizə Musa ibn İsmayıl ibn Musa ibn Cəfər ibn Muhəmməd danışdı, mənə atam danışdı, o da babamdan, o da Cəfər ibn Muhəmməddən, o da atasından, o da Əlidən, o dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər ənsar öz qadını ilə gəldi. Qadın dedi: “Ey Allahın Rəsulu, ərim, ənsardan olan filankəs, məni döydü və üzümü göyərtdi”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Buna haqqı yoxdur”. Buna görə Allah təala “kişilər qadınların himayəçisidirlər, bu da Allahın onlardan birini digərindən üstün etdiyinə” ayəsini nazil etdi. Yəni, tərbiyə etmə baxımından başçıdırlar, deməkdir”. Bundan sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Mən bir şeyi istədim, Allah isə digərini istədi”. Bu xəbəri Qatadə, İbn Cureyc və Suddi də mürsəl olaraq rəvayət etmişlər. Bütün bunları İbn Cərir zikr etmişdir.
Şəbi də “kişilər qadınların himayəçisidirlər, bu da Allahın onlardan birini digərindən üstün etdiyinə və onların öz mallarından xərclədiklərindən dolayıdır” ayəsi barəsində belə demişdir: “Verdiyi mehrdən. Məgər görmürsən ki, əgər əri qadına iftira atsa, kişi onunla lənətləşər, qadın iftira atsa, qadına çubuq vurulur”.
“Əməlisaleh qadınlar itaətkardırlar”, İbn Abbas və bir çoxları demişlər ki, yəni ərlərinə itaətkardırlar.
“Gizli şeyləri qoruyarlar”Suddi və başqaları demişlər: “Əri evdə olmayanda, öz nəfslərini və ərinin malını qoruyarlar”.
“Allahın qoruması sayəsində” yəni qorunan, Allahın qoruduğu kimsədir.
İbn Cərir demişdir: “Mənə Musənna danışdı, bizə Əbu Salih danışdı, bizə Əbu Maşər danışdı, bizə Səid ibn əbu Səid əl-Məqburi danışdı, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qadınların ən xeyirlisi, baxdığın zaman səni sevindirər, əmr etdiyin zaman sənə itaət edər, olmadığın zaman, özünü və sənin malını qoruyar”. Sonra “kişilər qadınların himayəçisidirlər, bu da Allahın onlardan birini digərindən üstün etdiyinə..” ayəsini sona qədər oxudu”. Bunu İbn əbu Hatim, Yunus ibn Həbibdən, o da Əbu Davud Təyalisidən, o da Muhəmməd ibn Əbdurrəhman ibn əbu Zibdən, o da Səid Məqburidən, bu mətnlə eynisini rəvayət etmişdir.
İmam Əhməd demişdir: “Bizə Yəhya ibn İshaq danışdı, bizə İbn Lehiya danışdı, o da Ubeydullah ibn əbu Cəfərdən, ona İbn Qariz xəbər verdi, Abdurrəhman ibn Avf, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir”: “Qadın beş vaxt namazını qılar, bir ay orucunu tutar, namusunu qoruyub ərinə itaət edərsə, ona, Cənnətin istədiyin qapısından daxil ol, deyilər”. Bunu yalnız İmam Əhməd, Abdullah ibn Qarizdən, o da Əbdurrəhman ibn Avfdan rəvayət etmişdir.
“Dikbaşlıq etmələrindən qorxduğunuz qadınlara” yəni ərlərinə qarşı dikbaşlıq etmələrindən qorxsanız. Burada keçən “nuşuz” qadının etinasızlıqıdır. Bu ərinə qarşı etina etməyən, əmrini dinləməyən, ondan üz çevirən, ona nifrət edən qadındır. Belə etinasızlıq əlamətlərini görərsə, ona nəsihət etsin, onu asiliyinə görə Allahın əzabı ilə qorxutsun. Çünki Allah ona ərinin haqqını və ona itaəti fərz qılmışdır, ona asiliyi haram etmişdir. Çünki kişinin qadına qarşı üstünlük və fəziləti vardır. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər bir nəfərə kiməsə səcdə etməyi əmr etsəydim, qadına ərinə səcdə etməyi əmr edərdim, çünki ərinin onun üzərində böyük haqqı vardır”.
Buxari Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir kişi zövcəsini yatağına çağırarsa, o qəbul etmədiyi halda, mələklər səhərə qədər ona lənət edər”. Bunu Muslim də rəvayət etmişdir, mətni belədir: «Bir qadın ərinin yatağını tərk edib gecələsə, mələklər ona səhərə qədər lənət edər.» Buna görə Allah təala buyurur: “Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin”.
“Yataqda onları tərk edin” Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Tərk etmək, yəni onunla cinsi əlaqəni tərk etməkdir. Onunla eyni yataqda yatar, ona arxasını çevirər”. Bir çoxları bu cür demişdir. Suddi, Dəhhak, İkrimə və bir rəvayətdə İbn Abbasın daxil olduğu başqa bir toplum isə, əlavə olaraq demişlər: “Bununla bərabər onunla danışmaz və onunla söhbət etməz”.
Yenə Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Ona nəsihət edər, əgər anlasa nə gözəl. Əks halda onu yataqda tərk edər, onunla danışmaz, amma cinsi əlaqəni tərk etməz. Bu da qadına çox ağır gələr”. Mucahid, Şəbi, İbrahim, Muhəmməd ibn Kəb, Miqsəm və Qatadə demişlər: “Onu tərk etmək onunla bir yataqda yatmamaqdır”.
Əbu Davud demişdir: “Bizə Musa ibn İsmayıl danışdı, bizə Hammad ibn Sələmə danışdı, o da Əli ibn Zeyddən, o da Əbu-Hurrə ər-Rəqqaşidən, o da əmisindən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir”: “Əgər dikbaşlıq etməklərindən qorxsanız onları yataqlarında tərk edin”. Hammad: «Yəni, cinsi əlaqədir» – demişdir.
Sunəndə və Musnəddə, Muaviyyə ibn Haydə əl-Qureyşidən rəvayət edilmişdir ki, o Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Rəsulu, qadınımızın üzərimizdəki haqqı nədir?” O da dedi: “Yediyin zaman yedirmək, geyindiyin zaman geyindirmək, üzünə sillə vurmamaq, çirkin olduğunu söyləməmək və evdən kənarda tək buraxmamaq”.
“Onları döyün” yəni nə nəsihət, nə də tək buraxmaq onlara kar etməzsə, onları xəsarət yetirmədən döymə haqqınız vardır. Necə ki, Muslimin “Səhih” əsərində Cabirdən rəvayət edildiyinə görə, Rəsulullah (salləllahu aleyhi və səlləm) Vida həccində belə demişdir: “Qadınlar xüsusunda Allahdan qorxun, onlar yanınızda əsir kimidir. Onlarda olan haqlarınız bunlardır: Sevmədiyin kimsəni yatağına otuzdurmamaq. Əgər bunu etsələr, onlara işkəncə vermədən, döyün. Siz də onları müvafiq qaydada yedizdirib geyindirməlisiniz”.
İbn Abbas ilə bir çoxları da bu cür demişlər: «İşkəncə vermədən.» Həsən Bəsri demişdir: “Müəssir olmayacaq şəkildə”. Fəqihlər demişlər: “Sümüyünü qırmamaq və bədən üzvlərini zədələməmək”. Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Onu yataqda tərk edir. Əgər dönüb itaət edərsə nə gözəl, əks halda Allah onu döyməyə icazə vermişdir, amma işkəncə vermədən, sümüyünü qırmadan. Əgər (islah olub) qəbul edərsə, nə əla, əks halda Allah əvəz olaraq onu boşamağı sənə halal etmişdir”.
Sufyan ibn Ueynə, o da Zuhridən, o da Abdullah ibn Abdullah ibn Ömərdən, o da İyas ibn Abdullah ibn əbu Zibabdan, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın kənizlərini döyməyin”. Ömər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Qadınlar kişilərinə qarşı coşdular”. Buna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) onları döyməyə icazə verdi. Bu dəfə də Rəsulullahın (salləllahu aleyhi və səlləm) evinin ətrafına qadınlar yığışdı, ərlərindən şikayətə gəlmişdilər, o dedi: “O kişilər yaxşılarınız deyil”. Bunu Əbu Davud, Nəsai və İbn Macə rəvayət etmişlər.
İmam Əhməd demişdir: “Bizə Suleyman ibn Davud yəni, Əbu Davud ət-Təyalisi danışdı, bizə Əbu Avanə danışdı, o da Davud əl-Əvdidən, o da Əbdurrəhman əs-Suləmidən, o da Əşas ibn Qeysdən, o dedi”: “Ömərin (radiyallahu ənh) qonağı oldum, qadınını tutub döydü və dedi: “Ey Əşas məndən üç şeyi əzbərlə, mən onları Rəsulullahdan (salləllahu aleyhi və səlləm) əzbərlədim”. Bunları dedi: «Adamdan arvadını niyə döyməsini soruşma, vitri qılmadan yatma, üçüncüsünü unutmuşdu”. Bunu Əbu Davud, Nəsai və İbn Macə də Əbdurrəhman ibn Məhdidən, o da İbn Avanədən, o da Davud əl-Əvdidən rəvayət etmişdir.
“Əgər sizə itaət etsələr, onlara yol axtarmayın” yəni qadın ərinə Allahın halal qıldığı bütün şeylərdə itaət edərsə, ər üçün bundan sonra ona bir yol axtarmağa haqqı yoxdur. Onu döyə bilməz onu tərk edə bilməz.
“Həqiqətən, Allah Ucadır, Böyükdür” Bu, səbəbsiz qadınlara zülm edən kişilərə təhdiddir. Çünki Allah uca və böyükdür, qadınların vəlisidir. Onlara zülm edəndən və haqsızlıq edəndən intiqam alandır.
-
35
Əgər aralarında ixtilaf olacağından (ayrılıq baş verəcəyindən) qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
Birinci halı zikr etdi, o da nifrət və dikbaşlığın qadın tərəfindən olmasıdır. Sonra ikinci halı zikr etdi ki, o da nifrətin hər iki tərəfdən olmasıdır. Allah təala buyurur: “Əgər aralarında ixtilaf olacağından (ayrılıq baş verəcəyindən) qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin”. Fəqihlər demişlər: “Əgər çəkişmə iki tərəfdən olsa, hakim onları inandıqları bir nəfərin yanında oturdurar. O da onların işinə baxar, zülm edəni zülmdən çəkindirər. Əgər vəziyyət daha çıxılmaz olsa və mübahisə uzanarsa, hakim hər iki ailədən bir etibarlı adam göndərər. Onları görüşdürər, onlar da vəziyyətə baxarlar, ayrılma yaxud barışıq, hansı daha uyğun olsa onu seçərlər. Şəriət barışa təşviq etmişdir. Buna görə Allah təala buyurur: “Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar”.
Əli ibn əbu Talha demişdir: İbn Abbasdan onun belə dediyi rəvayət edilir: “Allah təala qadının ailəsindən bir saleh adam və kişinin ailəsindən də belə birini göndərməyi əmr etmişdir. Bunlar pisliyin kim tərəfindən olduğuna baxarlar. Pislik edən kişi olsa, qadını ondan uzaqlaşdırıb nəfəqəyə məhkum edər. Əgər pislik edən qadın olsa, onu kişidən uzaqlaşdırıb nəfəqədən məhrum edərlər. Əgər tərəflər ayrılmaq yaxud barışmaq istəsələr, dedikləri keçərlidir. Əgər onlar barışığı seçərlərsə, lakin ər arvadın ikisindən biri buna razı olub digəri istəməzsə və sonra da tərəflərdən biri vəfat edərsə, razı olan, olmayana varis olar. Razı olmayan, olana varis olmaz”. Bunu İbn əbu Hatim ilə İbn Cərir rəvayət etmişdir.
Əbdurrəzzaq demişdir: “Bizə Mamər danışdı, o da İbn Tavusdan, o da İkrimə ibn Xaliddən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Məni və Muaviyyəni hakim olaraq göndərdilər”. Mamər dedi: “Mənə çatdığına görə onları Osman göndərmişdi və demişdi: “Əgər barışığı uyğun görsəniz barışdırın, ayrılmağı uyğun görsəniz ayırın”.
Həmçinin belə demişdir: “Bizə İbn Cureyc xəbər verdi, mənə İbn əbu Muleykə danışdı ki, Aqil ibn əbu Talib, Fatimə bint Utbə ibn Rabiə ilə evləndi”. Qadın dedi: “Sən mənim yanıma gəl nəfəqəni mən verim”. Aqil onun yanına girdi, qadın dedi: “Atam Utbə ibn Rabiə və əmim Şeybə ibn Rabiə haradadılar?” O da dedi: “Cəhənnəmə girdiyin zaman sol tərəfində”. O da libasını bağladı. Osmanın yanına gəlib, durumu izah etdi. Osman güldü. Sonra İbn Abbas və Muaviyyəni hakim olaraq göndərdi. İbn Abbas dedi: “Mən onları mütləq ayıracağam”. Muaviyyə isə dedi: “Mən, Abdimanaf oğullarından iki önəmli insanları ayıra bilmərəm”. Onların yanına gəldilər, qapıları üzlərinə bağlı idi, onlar da geri döndülər.
Abdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da Əyyubdan, o da Muhəmməd ibn Sirindən, o da Ubeydədən, o dedi”: “Mən şahid oldum ki, Əlinin yanına bir qadın əri ilə gəldi. Hər birinin yanında bir dəstə insan var idi. Hərəsi bir hakim təyin etdi. Əli hakimlərə dedi”: “Nə edəcəyinizi bilirsiz? Əgər barışığı uyğun görsəniz barışdırın”. Qadın dedi: “Allahın Kitabında lehimə və əleyhimə nə varsa onunla razıyam”. Kişi dedi: “Mən ayrılmaq istəmirəm”. Əli (kişiyə) dedi: “Yalan danışırsan. Allah and olsun ki, Allahın Kitabı lehinə və əleyhinə dediyi ilə razı olmasan buradan getməyəcəksən”. Bunu İbn əbu Hatim rəvayət etmişdir.
İbn Cərir isə Yaqubdan, o da İbn Uleyyədən, o da Əyyubdan, o da İbn Sirindən, o da Ubeydədən, o da Əlidən eynisini rəvayət etmişdir. Bunu başqa bir yoldan İbn Sirindən, o da Ubeydədən, o da Əlidən rəvayət etmişdir.
Bu, əksər alimlərin məzhəbidir. Belə ki, hakimlərin barışdırma və ayırma haqqı vardır. Hətta İbrahim Nəxai demişdir: “Əgər hakimlər onları, bir, iki yaxud üç talaqla ayırmaq istəsələr, bunu edərlər”. Bu imam Məlikdən də rəvayət edilmişdi.
Həsən Bəsri demişdir: “Hakimlər barışığa qərar verirlər, ayrılmağa deyil”. Qatadə ilə Zeyd ibn Əsləm də bu cür demişlər. Əhməd ibn Hənbəl, Əbu Səvr və Davud da belə demişlər. Dəlilləri də Allahın bu ayəsidir: “Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar”, burada ayırmaq qeyd edilməmişdir. Amma ikisi də ər-arvad tərəfindən vəkil olsalar, barışıqda və ayırmada qərarları ixtilafsız keçərlidir. İmamlar, hakimlər barəsində ixtilaf etmişlər. İxtilafları belə idi ki, bu iki hakim qazi tərəfindən təyin edilirmi? Onlar ər-arvad razı olmasalar belə qərar verə bilərlərmi? Yoxsa onlar ər-arvad tərəfindən vəkillərdi? İki görüşlə ixtilaf etmişlər. Cumhur birinci görüşdədir. Çünki Allah təala buyurur: “kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin”. Onlara “hakim” demişdir. Hakim də əleyhinə qərar verilən razı olmasa belə, qərarını verir. Ayənin zahiri buna dəlalət edir. İmam Şəfiinin yeni görüşü belədir. Əbu Hənifə ilə məzhəb tərəfdarları da bu rəydədir.
İmamların ikinci rəyi, Əlinin (radiyallahu anhu) ayrılmaq istəməyən kişiyə o: “Mən ayrılmaq istəmirəm” – dedikdə, verdiyi cavabdan təxric edilmişdir. Əli ona demişdir: “Yalan danışdın, sən də arvadının razı olduğuna razı olmasan, olmaz”. Onlar (yəni, ikinci rəy sahibləri) deyirlər ki, əgər bu iki nəfər hakim olsaydı, ərin razılığına ehtiyac duyulmazdı. Allah ən doğrusunu biləndir.
Şeyx Əbu Ömər ibn Əbdül-Bərr demişdir: “Alimlər yekdilliklə bildirmişlər ki, iki hakimin sözü müxtəlif olarsa, birinin digəri üzərində heç bir əsası yoxdur. Onu da yekdilliklə bildirmişlər ki, ər və arvad onları vəkil etməsə belə, barışıqda qərarları keçərlidir. Qərarlarının ayırmada keçərli olub olmadığı barədə isə ixtilaf etmişlər”. Sonra da cumhurdan, vəkil olmasalar qərarların burada da keçərli olduğunu nəql etmişdir.
-
36
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və sağ əllərinizin sahib olduğuna yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.
Allah təala, qullarına, şəriki olmayan bir tək Özünə ibadət etməyi əmr edir. O, yaradan, ruzi verən, nemətlər ehsan edən, hər bir anda və hər bir halda məxluqatına yaxşılıq edəndir. Onu təkləşdirmək, Ona yaratdıqlarından heç bir şeyi şərik qoşmamaq, Onun haqqıdır. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Muazdan soruşdu: “Bilirsənmi Allahın qulları üzərindəki haqqı nədir?” O da dedi: “Allah və Rəsulu bilir”. O dedi: “Ona ibadət etmələri və Ona heç bir şeyi şərik qoşmamaları”. Sonra dedi: “Bilirsən əgər qullar bunu etsələr onların Allah üzərində haqqı nədir? Onlara əzab verməməsidir”.
Sonra da ata anaya yaxşılıq etməyi tövsiyə etdi. Çünki qüsursuz Allah, onları sənin yoxluqdan varlığa çıxmağına səbəb etdi. Nöqsansız Allah çox vaxt Özünə ibadəti zikr etdikdən sonra valideynə yaxşılığı zikr etmişdir, məsələn: “Mənə də şükür et, ana atana da” (Loğman, 14), “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi əmr etdi” (İsra, 23).
Sonra kişi və qadın qohumlarına yaxşılığı ata-anaya yaxşılığa bağladı. Hədisdə belə deyilmişdir: “Kasıblara sədəqə bir sədəqədir, qohuma edilən sədəqə isə sədəqə və qohumluq əlaqəsidir.”
Sonra Allah təala dedi: «Yetimlərə«. Çünki işlərini görəcək və nəfəqələrini təmin edəcək adamlarını itirdilər. Allah onlara yaxşılıq etməyi və mərhəmət göstərməyi əmr etmişdir.
Sonra «miskinlərə» dedi. Onlar da ehtiyaclarını ödəmək üçün kifayət qədər qazancı olmayanlardır. Onlara kifayət qədər kömək etmələrini və ehtiyaclarını ödəməyi əmr etdi. Fəqirlər və miskinlər haqqında söz Bəraət surəsində gələcək.
«Yaxın və uzaq qonşuya», Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Yaxın qonşu, aranızda qohumluq olandır. Uzaq qonşu isə, aranızda qohumluq olmayandı”. İkrimə, Mücahid, Məymun ibn Mihran, Dəhhak, Zeyd ibn Əsləm, Muqatil ibn Həyyan və Qatadədən eynisi rəvayət edilmişdir.
Əbu İshaq, Nəvf əl-Bikalidən «yaxın qonşu», yəni müsəlman qonşu, «uzaq qonşu» yəni, yəhudi və xristian qonşu deyə, nəql etmişdir. Bunu İbn Cərir və İbn əbu Hatim rəvayət etmişdir.
Cabir əl-Cufi, Şabi, Əli və İbn Məsud, «yaxın qonşu» qadındır, demişlər. Mücahid də «uzaq qonşu» səfər yoldaşıdır, demişdir. Qonşuya tövsiyə haqqında hədislər varid olmuşdur. Onlardan nəsib olanı qeyd edək. Kömək yalnız Allahdan istənilir.
Birinci hədisdə İmam Əhməd demişdir: “Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Ömər ibn Muhəmməd ibn Zeyddən, o da atasından eşitdi ki, Abdullah ibn Ömər, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Cəbrayıl mənə dayanmadan qonşu barədə tövsiyə etdi. O qədər ki, varis edəcəyini düşündüm”. Bunu İki Səhihdə, Ömər ibn Muhəmməd ibn Zeyd ibn Abdullah ibn Ömərdən təxric etmişlər.
İkinci hədisdə İmam Əhməd demişdir: “Bizə Sufyan danışdı, o da Davud ibn Şaburdan, o da Mücahiddən, o da Abdullah ibn Amrdan, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Cəbrayıl mənə dayanmadan qonşu barədə tövsiyə etdi. Hətta onu varis edəcəyini düşündüm”.
Əbu Davud və Tirmizi də, Sufyan ibn Uyeynədən, o da Bəşir ibn İsmayıldan oxşarını rəvayət etmişlər. Tirmizi “Davud ibn Şapur” sözlərini də əlavə etmişdi. Hər ikisi də bu ifadəni Mücahiddən rəvayət etmişlər. Sonra Tirmizi: “Bu baxımdan həsən, qəribdir” – demişdir. Mücahid, o da Aişə və Əbu Hureyrədən, onlar da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir.
Üçüncü hədisdə İmam Əhməd demişdir: “Bizə Abdullah ibn Yəzid danışdı, bizə Hayvə xəbər verdi, bizə Şurahbil ibn Şərik xəbər verdi, o da Əbu Əbdurrəhman əl-Hubulidən eşitdi, o da Abdullah ibn Amr ibn al-Asdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Dostların Allah qatında ən xeyirlisi, dostuna xeyirli olandır. Qonşuların Allah qatında ən xeyirlisi, qonşusuna xeyirli olandır”. Bunu Tirmizi də, Əhməd ibn Muhəmməddən, o da Abdullah ibn Mubarəkdən, o da Heyva ibn Şureyhdən bu mətnlə rəvayət etmiş və: “Həsən, qəribdir” – demişdir.
Dördüncü hədisdə imam Əhməd demişdir: “Bizə Əbdurrəhman ibn Mehdi danışdı, bizə Sufyan danışdı, o da atasından, o da Əbayə ibn Rifadan, o da Ömərdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qoy doymasın qonşusu ac olan kişi”. Bunu yalnız Əhməd rəvayət etmişdir.
Beşinci hədisdə imam Əhməd demişdir: “Bizə Əli ibn Abdullah danışdı, bizə Muhəmməd ibn Fudeyl ibn Qəzvən danışdı, bizə Muhəmməd ibn Sad əl-Ənsari danışdı, Əbu Zabyə əl-Kulaidən eşitdim, Miqdad ibn Əsvəddən eşitdim, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrinə dedi: “Zina haqqında nə deyərsiz?” Onlar dedilər: “Allah və Rəsulunun qiyamətə qədər haram etdiyi bir şeydir”. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Kişinin qonşusu ilə zina etməsi, digər on qadınla zina etməsindən daha ağırdır». O dedi: «Oğurluq necə?» Onlar dedilər: “Allah və Rəsulunun qiyamətə qədər haram etdiyi bir şeydir”. O dedi: «Bir insanın qonşusundan oğurluq etməsi, digər on evdən oğurluq etməsindən daha ağırdır”. Bunu yalnız Əhməd rəvayət etmişdir.
İki Səhihdə bunun İbn Məsuddan şahidi vardır; O dedi: “Ey Allahın Rəsulu günahların ən böyüyü nədir?” O dedi: «Səni yaradan Allaha şərik qoşmağın”. Mən: «Sonra hansıdır?” – dedim. O dedi: “Uşağın səninlə yemək yeyər deyə qorxundan onu öldürməyin” – dedi. Mən: «Sonra hansı?» – dedim. O dedi: “Qonşunun arvadı ilə zina etməyin”.
Altıncı hədisdə imam Əhməd demişdir: “Bizə Yəzid danışdı, bizə Hişam xəbər verdi, o da Hafsadan, o da Əbu Aliyədən, o da ənsardan olan bir nəfərdən, o dedi: Rəsulullahı (salləllahu aleyhi və səlləm) görmək üçün evdən çıxdım. Gördüm ki, ayaq üstə dayanıb, yanında da ona tərəf baxan bir adam var idi. Düşündüm ki, nə isə işləri var. Rəsulullahın (salləllahu aleyhi və səlləm) uzun müddət ayaq üstə dayanmasına çox təəssüfləndim. Kişi gedəndə dedim: “Ey Allahın Rəsulu, o adam səni o qədər ayaqda saxladı ki, çox təəssüfləndim”. Dedi: «Onu həqiqətən gördünmü?» Mən: “Bəli” – dedim. O: «Onun kim olduğunu bilirsinizmi?» – dedi. Mən: “Xeyr” – dedim. O dedi: “O, Cəbrayıl idi, mənə dayanmadan qonşu barədə tövsiyə etdi. Hətta onu mənə varis edəcəyini zənn etdim. Əgər ona salam versəydin, salamını alardı”.
Yeddinci hədis: Əbd ibn Humeyd, Müsnədində demişdir: “Bizə Yalə ibn Ubeyd danışdı, bizə Əbubəkr əl-Mədəni danışdı, o da Cabir ibn Abdullahdan, o dedi: Mədinənin yuxarı məhəlləsindən bir adam gəldi. Rəsulullahla (salləllahu aleyhi və səlləm) Cəbrayıl cənazə namazları qılınan yerdə namaz qılırdılar. Geri dönəndə adam dedi: «Ey Allahın Rəsulu, səninlə gördüyüm adam kim idi?» O dedi: «Onu həqiqətən gördünmü?» O: “Bəli” – dedi. O da dedi: “Çox xeyir gördün. O, Cəbrayıl idi. Mənə dayanmadan qonşu barədə tövsiyə etdi. Hətta onu mənə varis edəcəyini zənn etdim”. Hədisi bu yoldan yalnız o rəvayət etmişdir. O, əvvəlkinə şahiddir.
Səkkizinci hədisdə Əbubəkr ibn Bəzzar demişdir: “Bizə Ubeydullah ibn Muhəmməd Əbur-Rəbi əl-Harisi danışdı, bizə Muhəmməd ibn İsmayıl ibn Əbu Fudeyk danışdı, mənə Əbdurrəhman ibn Fudeyl xəbər verdi, o da Əta əl-Xorasanidən, o da Həsəndən, o da Cabir ibn Abdullahdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qonşular üçdür: Qonşu var ki, onun bir haqqı var. O da, ən az haqqı olan qonşudur. Qonşu var ki, onun iki haqqı var. Qonşu var ki, onun üç haqqı var. O da, ən fəzilətli haqqı olan qonşudur. Bir haqqı olan, qohum olmayan, müşrik qonşudur. Onun qonşuluq haqqı var. İki haqqı olan, müsəlman qonşusudur. Onun İslam və qonşuluq haqqı vardır. Üç haqqı olan isə müsəlman qohum qonşularıdır. Onun qonşuluq, İslam və qohumluq haqları vardır”. Bəzzar dedi: “Bu hədisi Əbdurrəhman ibn Fudeyldən, yalnız İbn Əbu Fudeykin rəvayət etdiyini bilirik”.
Doqquzuncu hədisdə imam Əhməd demişdir: “Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Əbu İmrandan, o da Talha ibn Abdullahdan, o da Aişədən, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “İki qonşum var, hansına hədiyyə verim?” O da dedi: “Qapısı daha yaxın olanına ver”. Bunu Buxari də Şubədən rəvayət etmişdir.
Onuncu hədisdə Təbərani və Əbu Nuaym Əbdurrəhman ibn Əbu Quradan rəvayət etmişlər ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dəstəmaz aldı, insanlar isə suyunu üzlərinə sürtməyə başladılar. «Niyə belə edirsiz?» dedi. Onlar dedilər: “Allah və Rəsulunun sevgisindən”. O dedi: “Kim Allahı və Rəsulunu sevmək istəyirsə, danışdığı zaman düzgün danışsın və ona əmanət edildiyi zaman, onu təslim etsin”.
On birinci hədisdə imam Əhməd demişdir: “Bizə Quteybə danışdı, bizə İbn Ləhiyə danışdı, o da Əbu Aşşanədən, o da Uqbə ibn Amirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qiyamət günü ilk çəkişən iki qonşu olacaq”.
«Yaxın dost» barəsində Sevri, o da Cabir əl-Cufidən, o da Şəbidən, o da Əli və İbn Məsuddan: “Bu qadındır” – demişlər.
İbn Əbu Hatim demişdir: Əbdurrəhman ibn əbu Leylədən, İbrahim Nəxaidən, Həsəndən — bir rəvayətdə — Səid ibn Cubeyrdən, bənzəri rəvayət edilmişdir.
İbn Abbas, Mucahid, İkrimə və Qatadə: “Yol yoldaşı” – demişlər. Səid ibn Cubeyr: “Yaxşı dostdur” – demişdir. Zeyd ibn Əsləm demişdir: “Qeyri səfər zamanı dostun, səfər zamanı isə, yoldaşındır”.
İbn Abbas ilə bir camaat «yolda qalan» qonaqdır demişlər. Mucahid, Əbu Cəfər əl-Bəqir, Həsən, Dəhhak və Muqatil: “Səfərdə yanında olandır” – demişlər.
Bu da açıq aydındır. Əgər qonaq deyənin məqsədi yoldan keçəndirsə, bu ikisi birdir. Yolda qalanlar haqqında, Bəraət surəsində geniş dayanacağıq. Güvənimiz və dəstəyimiz Allahdır.
«Sağ əllərinizin sahib olduqlarına». Bu kölələrə vəsiyyətdir. Çünki kölə çarəsizdir, insanların əlində əsirdir. Bu səbəblə Rəsulullah (salləllahu aleyhi və səlləm) ölüm anında, namaz, namaz, birdə kölələr, dedi. Səsi kəsilənə qədər bunu təkrarladı.
İmam Əhməd demişdir: “Bizə İbrahim ibn əbu Abbas danışdı, bizə Baqiyyə danışdı, bizə Buheyr ibn Sad danışdı, o da Xalid ibn Madəndən, o da Miqdəm ibn Madiyəkrəbdən, o da, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Özünə yedirdiyin sənin üçün sədəqədir. Övladına yedirdiyin sənin üçün sədəqədir. Zövcənə yedirdiyin sənin üçün sədəqədir. Xidmətçinə yedirdiyin sənin üçün sədəqədir.” Bunu Nəsai də Baqiyyədən rəvayət etmişdir. İsnadı sağlamdır. Allaha həmd olsun.
Abdullah ibn Amr köməkçisinə dedi: «Kölələrə yemək verdinizmi?» O: “Xeyr” – dedi. O da dedi: “Get, onlara ver; çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir adamın sahibi olduqlarına yeməklərini gec verməsi, ona günahdır”. Bunu Müslim rəvayət etmişdir. Əbu Hureyrə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qulun yemək və geyim haqqı vardır. Ona gücü çatmayan iş təklif edilməz”. Bunu da Müslim rəvayət etmişdir. Əbu Hureyrə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Əgər birinizə köləniz yemək gətirsə, yanında oturmasa, ona bir iki loğma və ya bir iki tikə uzatsın. Çünki o, yeməyi bişirmək üçün alovu hazırlayıb onun istisində dayanmışdır”. Buxari və Müslim rəvayət etmişlər. Sözləri Buxarinindir. Muslimin mətni belədir: “Onu yanında oturtsun, o da yesin. Əgər izdiham olarsa və yemək azdırsa, əlinə bir iki loğma qoysun.” Əbu Zərr də, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Onlar sizin qardaşlarınızdır. Allah onları sizin əlinizin altına qoymuşdur. Kimin qardaşı bu vəziyyətdədirsə yediyindən ona yedirtsin, geydiyindən də ona geyindirsin. Onlara aşıra bilmədikləri bir iş təklif etməyin. Etsəniz, onlara kömək edin”. Bunu Buxari ilə Muslim təxric etmişlər.
«Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir», yəni təkəbbürlük edəni, özünü insanlardan üstün görənləri və qəlbindən onlardan daha yaxşı olduğunu keçirəni, sevmir. O isə, Allahın nəzərində dəyərsizdir və insanların gözündə sevilməzdi. Mucahid «İnnəllahə lə yuhibbu mən kənə muxtələn» ayəsi barəsində demişdir: “Muxtəl” təkəbbürlük edəndir, “fəxur” verdiyini sayan və Allaha şükür etməyəndi”. Yəni, Allahın verdiyi neməti insanların başına qaxar, Allaha az şükür edər.
İbn Cərir demişdir: “Mənə Qasım danışdı, bizə Hüseyn danışdı, bizə Muhəmməd ibn Kəsir danışdı, o da Abdullah ibn Vəqid Əbu Rəca əl-Hərəvidən, o dedi: “Nə qədər pis mal sahibi olarsa, bir o qədər öyünən və lovğalıq edəndir. Sonra bu ayəni oxudu “sağ əllərinizin sahib olduqlarına yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir”. Sonra davam etdi: “Nə qədər asilik edən varsa, mütləq lovğa və bədbəxt olduğunu görəcəksən” və bu ayəni oxudu “Həm də anama qarşı qayğıkeş; məni lovğa və bədbəxt etmədi” (Məryəm, 32).
İbn əbu Hatim, o da Avam ibn Havşəbdən, “təkəbbürlü və özünü bəyənən” haqqında oxşarını demişdir. O demişdir: “Bizə atam danışdı, bizə Əbu Nuaym danışdı, bizə Əsvəd ibn Şeyban danışdı, bizə Yəzid ibn Abdullah ibn Sixxir danışdı və dedi: Muttarif belə dedi: “Mənə Əbu Zərdən bir hədis çatdı, onunla görüşmək istədim, görüşdüm və dedim: “Ey Əbu Zərr, mənə çatdığına görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) «Həqiqətən, Allah üç nəfəri sevir və üç nəfərə də nifrət edir” dediyini rəvayət edirsən”. O dedi: “Bəli, dostuma yalan danışmağı belə düşünməzdim». Mən dedim: «Allahın nifrət etdiyi üç nəfər kimdir?» O dedi: «Özünü öyən və həmişə lovğalanan. Onu Allahın nazil etdiyi kitabda görmürsən?» Sonra ayəni oxudu: «Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir».
Bizə atam danışdı, bizə Musa ibn İsmayıl danışdı, bizə Vuheyb danışdı, o da Xaliddən, o da Əbu Təmimədən, o da Bəlhuceym oğullarından olan bir nəfərdən, o, dedi: “Ey Allahın Rəsulu, mənə nəsihət et”. O da dedi: “İzarının ətəyini qətiyyən uzatma, çünki izarın ətəyini uzatmaq lovğalıqdır. Allah da lovğalığı sevmir”.
-
37
O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Allah, xəsislik edənləri və atalarına, analarına xeyirxah olmayanları, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, uzaq yoldaşa, yolda qalana və əlləri altında olan kölələrə yaxşılıq etməkdən çəkinənləri qınayır. Xəsislik edərək Allahın haqqını pozmaqları ilə bərabər, digər insanlara da xəsisliyi tövsiyə edərlər. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Xəsislikdən daha pis bir xəstəlik varmı?» O buyurmuşdu: «Xəsislikdən uzaq olun, o, sizdən əvvəlkiləri məhv etdi; Onlara qohumluq əlaqələrini tərk etdirdi və bütün günahları etməyə sövq etdi”.
«Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər«. Buna görə xəsis, Allahın nemətini inkar edər, onu göstərməz, açığa çıxarmaz, nə yeməyində, nə geyimində, nə də verdiyində göstərər. Necə ki, Allah təala buyurur: “Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur, özü də buna şahiddir” (əl-Adiyat, 6, 7), yəni halı və xasiyyəti ilə. «Həqiqətən, o, var-dövlətə çox hərisdir» (əl-Adiyat, 8). Burada isə demişdir: “Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər”. Bu səbəblə də onları qorxudaraq buyurur: «Biz kafirlər üçün alçaldıcı bir cəza hazırlamışıq«. Küfr bağlamaq və örtmək deməkdir. Xəsis də Allahın nemətini örtər, gizlədər və nankorluq edir. O, Allahın nemətlərinə küfr edər. Hədisdə deyilmişdir: “Allah quluna bir nemət verdikdə, izini onun üzərində görmək istəyir.” Peyğəmbərin (salləllahu aleyhi və səlləm) duasında deyilir: Allahım, bizi nemətlərinə şükür edənlərdən, sənə həmd edənlərdən, onu qəbul edənlərdən – bir rəvayətdə: onu danışanlardan – et və üzərimizdəki nemətini tamamla.”
Sələflərdən bəziləri bu ayəni Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) xüsusiyyətlərini gizlədən xəsis yəhudilərin mənasında qəbul etmişlər. Buna görə Allah təala «Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq» dedi. Bunu İbn İshaq, o da Muhəmməd ibn əbi Muhəmməddən, o da İkrimədən və ya Səid ibn Cübeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir. Bunu Mucahid və bir çoxları demişlər. Şübhə yoxdur ki, ayənin belə ehtimalı da mümkündür. Ancaq ayənin zahiri mənası mal xəsisliyi ilə əlaqədardır. Elmin gizlədilməsi buraya daxil olsa da, qohumlara və zəif insanlara kömək etmək mənasındadır. Arxası ilə gələn «mallarını insanlara göstərmək məqsədilə xərcləyir» ayəsi də belədir. Çünki əvvəldə əlləri bərk, qınanan insanlar haqqında danışdı, sonra verdiklərindən şan-şöhrət gözləyən, comərdlikdə tərif ediləcəyini uman, riyakarları zikr etdi. Bu əməllərdən Allahın üzünü istəməzlər.
Bir hədisdə cəhənnəmi ilk alovlandıracaq üç nəfərdən bəhs edilmişdi. Onlar: Alim, döyüşçü və malını göstərmək üçün xərcləyəndi. Mal sahibi deyər: “Mənim nə qədər sevdiyim mallarım var idisə Sənin yolunda xərclədim”. Allah buyurar: «Yalan söylədin, sən, səxavətlisən desinlər deyə, xərclədin, o da sənə deyildi». Yəni, mükafatını dünyada aldın və bu da etdiyin əməldə almaq istədiyin idi.
Hədisdə, Rəsulullah (salləllahu aleyhi və səlləm) Adiy ibn Hatimə dedi: “Atan arzusuna çatdı”. Başqa bir hədisdə, Abdullah ibn Cədan barəsində, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdular: «Xərcləməsindən və kölə azad etməsindən ona bir fayda varmı?» O dedi: “Xeyr, həyatında bir gün belə, Rəbbim, cəza günü günahlarımı bağışla, demədi».
Buna görə Allah təala buyurur: “Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, o, necə də pis yoldaşdır”. Yəni, şeytan onları etdikləri çirkin əməllərə və itaəti doğru etməkdən sapmağa sürüklədi. Çünki onları bəzədi və çirkinlikləri onlara gözəl göstərdi. Buna görə Allah buyurdu: «Kimin yoldaşı şeytandırsa, o, necə də pis yoldaşdır«. Bu mənada şair demişdir:
Adamın özü barədə yox, onun dostu barədə soruş
Hamı öz dostunun arxasınca gedir.
Sonra Allah təala dedi: «Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən xərcləsəydilər, nə itirərdilər?» Yəni, nə olardı ki, əgər onlar yaxşı işlər görənlərin və Allahın bəxş etdiyini Allahın yolunda xərcləyənlərin axirətdə əcrini almaq ümidi ilə, doğru yola yönələrək riyakarlığı tərk edib ixlas və imana tərəf dönsəydilər?
« Allah onları bilir!» yəni, O, onların yaxşı və pis niyyətlərini bilir. Müvəffəqiyyətə layiq olan şəxsi bilir və onu müvəffəq edir, ona doğru yolu göstərir, onu o vəsilə ilə razı olacağı əmələ sövq edir. Əli boş qalanları və ilahi mühitdən qovulanları da bilir. Hansı ki, onun qapısından qovulan kəs, dünya və axirətdə ziyan və xəsarət içində olar. Bundan Allaha sığınırıq.
-
38
Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!
37-ci ayənin təfsirinə bax.
-
39
Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən xərcləsəydilər, nə itirərdilər? Allah onları bilir.
37-ci ayənin təfsirinə bax.
-
40
Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər.
Allah buyurur: O, qiyamət günü, məxluqatından heç kəsə xardal dənəsi qədər və ya zərrə qədər zülm etməz. Əksinə, bunu onun üçün saxlayar və bir yaxşılıq olsa, onun mükafatını qat-qat artıq verər. Necə ki, Allah təala buyurur: “Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Bir xardal dənəsi mislində olsa belə, onu gətirib qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik» (əl-Ənbiya, 47). Allah təala Loğmandan xəbər verdi ki, o oğluna belə söylədi: » “Oğlum! Bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır” (Loğman, 16). O dedi: “O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən onu görəcəkdir. Zərrə qədər pislik edən də onu görəcəkdir” (Zəlzələ, 6-8).
İki Səhihdə Zeyd ibn Əsləm hədisindən rəvayət edilmişdir, Ata ibn Yasərdən, o da Əbu Səid əl-Xudridən, Rəsulullah (salləllahu aleyhi və səlləm) uzun şəfaət hədisində belə demişdir: “Allah buyurur: Qayıdın, kimin ürəyində bir xardal qədər iman tapsanız, onu oddan çıxarın”. Bir mətn də belədir: “Kimin ürəyində zərrədən daha kiçik bir iman tapsanız, onu oddan çıxarın”. Beləliklə, bir çox məxluqatı çıxarırlar.” Sonra Əbu Səid dedi: “İstəyirsinizsə bu ayəni oxuyun”: «Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər«.
İbn əbu Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşac danışdı, bizə İsa ibn Yunus danışdı, o da Harun ibn Antərədən, o da Abdullah ibn Saibdən, o da Zazandan, o da Abdullah ibn Məsudun belə dediyini rəvayət etmişdir: “Qiyamət günü kölə və cariyə gətiriləcək; Əvvəlkilərin və sonrakıların qarşısında deyiləcək: “Bu filankəs oğlu filankəsdir, üzərində haqqı olan varsa, gəlsin haqqını alsın”. Qadın atasında, qardaşında və ya ərində haqqı olacağına sevinir”. Sonra Abdullah ibn Məsud bu ayəni oxudu: «Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar» (Muminun, 101). Sonra Allah özü haqqında istədiyini bağışlayar, qul haqqından isə heç bir şeyi bağışlamaz. İnsanların öz öhdəsinə buraxıb belə nida edər: “Bu filankəs oğlu filankəsdir. Kimin onda haqqı varsa, gəlsin haqqını alsın”. Bu vaxt kölə deyəcək: “Ey Rəbbim, dünya bitdi, mən onlara haqlarını haradan verim?” Allah buyurur: “Yaxşı əməllərindən verin. Hər bir haqq sahibinə tələb etdiyi qədər verin”. Əgər həmin adam Allahın vəlisidirsə və onu üçün bir zərrə fəzilət artırılıbsa, Allah onu qat-qat artırar və sonda onu bunun səbəbi ilə cənnətə daxil edər”. Sonra İbn Məsud bizə bu ayəni oxudu: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər”. Sonra Allah buyurur: “Cənnətə girin. Əgər o bədbəxt bir quldursa, mələk deyəcək: “Ey Rəbbim, onun yaxşılığı tükəndi, haqq sahibləri isə qaldı”. Allah buyurdu: “Onların pis əməllərindən götürün onun pisliyinə əlavə edin, sonra cəhənnəmə aparın”. İbn Cərir bunu başqa bir yoldan Zazandan bənzər şəkildə rəvayət etmişdir. Bu nəqlin səhih hədisdə şahidləri var.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Nuaym danışdı, bizə Fudeyl, yəni İbn Mərzuq danışdı, o da Atıyyə əl-Avfidən, mənə Abdullah ibn Ömər danışıb dedi: “Bu ayə “Kim yaxşılıqla gəlsə, onun üçün on misli vardır” bədəvilər haqqında nazil oldu”. Bir nəfər dedi: «Elədirsə, ey Əbdurrəhmanın atası, mühacirlər üçün nə var?» O dedi: “Bundan daha fəzilətli olan “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər» ayəsi vardır”.
Bizə Əbu Zura danışdı, bizə Yəhya ibn Abdullah ibn Bukeyr danışdı, mənə Abdullah ibn Lehiya danışdı, mənə Əta ibn Dinar danışdı, o da Səid ibn Cubeyrdən «Əgər yaxşı əməl olarsa» ayəsi barəsində belə demişdir: “Müşrikin Qiyamət günü əzabı yüngülləşdirilər, cəhənnəmdən əbədi olaraq çıxmaz”. Buna aşağıdakı səhih hədis dəlil gətirilmişdir. Abbas dedi: «Ey Allahın Rəsulu, əmin Əbu Talib səni qoruyar və kömək edərdi, bunun ona faydası varmı?» O da: “Bəli, atəşin dayaz bir yerindədir. «Mən olmasa idim, ən aşağı qatında olardı». Bu, bütün kafirlər üçün deyil, Əbu Talib üçün xüsusi ola bilər. Dəlili də Əbu Davud ət-Təyalisinin Musnədində rəvayət edilən aşağıdakı hədisdir. Bizə İmran danışdı, bizə Qatadə danışdı, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Şübhəsiz, Allah möminə bir savabla belə haqsızlıq etməz, ona dünyada ruzisini və axirətdə də o sayədə mükafatını verir. Kafirə gəldikdə, o sayədə dünyadakı ruzisini yeyər, qiyamət günü heç bir xeyri olmaz”. Əbu Hureyrə, İkrimə, Səid ibn Cubeyr, Həsən, Qatadə və Dəhhak, “Öz tərəfindən böyük mükafat verər» ayəsi barəsində demişlər: “Yəni cənnət verilər”. Allahdan razılığını və Cənnət diləyirik.
İmam Əhməd demişdir: “Bizə Abdussaməd danışdı, bizə Süleyman, yəni İbn Muğira danışdı, o da Əli ibn Zeyddən, Əbu Osmandan, o, dedi: “Mənə Əbu Hureyrədən onun belə dediyi çatdı: “Allah mömin quluna bir yaxşılıq əvəzinə bir milyon yaxşılıq verir”. Əbu Osman deyir: “Allah nəsib etdi, Həcc və ya Ümrəyə getdim, onunla görüşdüm və dedim: “Eşitdim ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Allah mömin quluna bir yaxşılıq əvəzinə bir milyon yaxşılıq verir” dediyini eşitmisən”. Əbu Hureyrə dedi: Xeyr, amma Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah mömin quluna bir yaxşılıq əvəzinə iki milyon yaxşılıq verir”. Sonra bu ayəni oxudu: “Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər”.
Yenə İmam Əhməd bunu rəvayət edib, demişdir: “Bizə Yəzid danışdı, bizə Mubarək ibn Fədalə danışdı, o da Əli ibn Zeyddən, o da Əbu Osman ən-Nəhdidən belə dedi: “Mən, Əbu Hureyrənin yanına gəldim və dedim: “Mənə çatdığına görə bir yaxşılığın bir milyon dəfə artdığını demisən, doğrudur?”. O dedi: “Burda təəccüblü nə var ki? Allaha and olsun, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah bir yaxşılığı iki milyon dəfə artırar”. Əli ibn Zeydin hədislərində münkərlər vardır. Allah ən doğrusunu biləndir.
«Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?» Allah təala qiyamət gününün dəhşətindən və vəziyyətin çox gərgin olacağından xəbər verərək buyurur ki, Qiyamət günü hər ümmətdən bir şahid gətirdiyimiz zaman durum necə olacaq? O şahidlər də peyğəmbərlərdir. Allahın salamı onların üzərinə olsun. Allah dedi: “Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir» (əz-Zumər, 69). O dedi: “O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik” (ən-Nəhl, 89).
Buxari demişdir: “Bizə Muhəmməd ibn Yusuf danışdı, bizə Sufyan danışdı, o da Aməşdən, o da İbrahimdən, o da Ubeydədən, o da Abdullah ibn Məsuddan, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə belə buyurdu: «Mənə oxu». Mən dedim: «Ey Allahın Rəsulu, sənə necə oxuyum, axı Quran sənə nazil oldu?» O dedi: “Bəli, mən onu başqasından dinləməyi xoşlayıram.” Mən də ona Nisə surəsini oxudum. Bu «Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?» ayəsinə gəlincə dedi: “İndi yetər”. Baxdım ki, gözləri yaşardı”.
Bunu Muslim də Aməşin hədisindən bu cür rəvayət etmişdir. Müxtəlif yollardan da İbn Məsuddan rəvayət edilmişdir. O, sənədi kəsik bir rəvayətdir. Bunu Əhməd də Əbu Həyyan və Əbu Razin yolundan bu şəkildə rəvayət etmişdir.
İbn əbu Hatim demişdir: “Bizə Əbubəkr ibn əbu Dünyə danışdı, bizə Salt ibn Məsud əl-Cəhdəri danışdı, bizə Fudeyl ibn Süleyman danışdı, bizə Yunus ibn Muhamməd ibn Fədalə əl-Ənsari danışdı, o da atasından, o dedi: “Atam, Rəsulullaha (salləllahu aleyhi və səlləm) səhabəlik edənlərdən biri idi. Rəsulullah (salləllahu aleyhi və səlləm), onlar Zəfər oğulları ilə birgə ikən yanlarına gəldi. O gün Zəfər oğullarının yanında bir qayaya oturdu. Yanında İbn Məsud, Muaz ibn Cəbəl və bəzi səhabələr var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir oxucuya oxumağı əmr etdi, o da «Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?» ayəsinə gəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) elə ağladı ki, saqqalı və yanaqları titrədi. O dedi: Ey Rəbbim, mən aralarında olduğum müddətdə insanlara şahidlik edərəm, görmədiklərim barəsində necə şahidlik edim?”.
İbn Cərir demişdir: “Mənə Abdullah ibn Muhəmməd əz-Zuhri danışdı, mənə Sufyan danışdı, o da Məsudidən, o da Cəfər ibn Amr ibn Hureysdən, o da atasından, o da Abdullah ibn Məsuddan, o, “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?” ayəsi barəsində Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mən onların arasında olduğum müddətcə şahidəm. Məni öldürdüyün zaman onların gözətçisi Sən olacaqsan”.
Qurtubi isə ət-Təzkirə kitabı, “Rəsulullahın (salləllahu aleyhi və səlləm) öz ümmətinə şahidliyi” bölümündə belə demişdir: “Bizə İbn Mübarək xəbər verdi, bizə ənsardan bir adam xəbər verdi, o da Minhal ibn Amrdan danışdı ki, o, Səid ibn Musəyyəbdən onun belə dediyini eşitmişdir: ”Elə bir gün yoxdur ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) səhər və axşam ümməti barəsində çatdırılmasın. Onları adları və işləri ilə tanıyır. Buna görə də onlara şahidlik edir. Allah buyurur: “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?”. Bu nəqldə qopuqluq vardır. Onda adı bilinməyən bir adam vardır. Bu, Səid ibn Musəyyəbin sözüdür, onu Rəsulullaha (salləllahu aleyhi və səlləm) nisbət etməmişdir. Qurtubi isə onu qəbul etmiş və sonra demişdir: “Yuxarıda keçdiyinə görə, əməllər Allaha hər Bazar ertəsi və Cümə axşamı günləri çatdırılır. Peyğəmbərlərə, ata və analara isə Cümə günü çatdırılır”. O belə demişdir: “Bunların arasında ziddiyyət yoxdur, çünki ehtimal edilir ki, Peyğəmbərimizə xüsusi olaraq hər gün çatdırılır. Cümə günü də Peyğəmbərlərlə birlikdə çatdırılır. Allahın salavat və salamı onların üzərinə olsun”.
«O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər«. Yəni yerin aralanıb onları udmağını istəyirlər. Çünki qiyamətin o qədər qorxusunu görəcəklər və başlarına o qədər rəzillik və bəla gələcək ki, şiddətlə məzəmmət olunacaqlar. Bu, «O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (ən-Nəbə, 40) ayəsinə bənzəyir.
“Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər” Bu da onların etdikləri hər şeyi etiraf edəcəklərini və Ondan heç bir şey gizlədə bilməyəcəklərindən xəbər verir.
İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Həkkəm danışdı, bizə Amr danışdı, o da Muttarrifdən, o da Minhal ibn Amrdan, o da Səid ibn Cubeyrdən, o, dedi: “İbn Abbasın yanına bir adam gəlib dedi: “Əziz və cəlil olan Allah, qiyamət günü müşriklərin belə dediyini xəbər verir «Allaha and içirik ki, biz müşrik deyildik» (əl-Ənam, 23), başqa ayədə isə buyurur “Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”. İbn Abbas dedi: «Allaha and içirik ki, biz müşrik deyildik» mənası budur: Onlar yalnız müsəlmanların cənnətə girdiyini görəndə: “Gəlin inkar edək” – dedilər və: «Allaha and içirik ki, biz müşrik deyildik» söylədilər. Allah onların ağızlarını möhürlədi, əlləri və ayaqları danışdı «Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər«.
Əbdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da bir adamdan, o da Minhal ibn Amrdan, o da Səid ibn Cubeyrdən, o, dedi: “İbn Abbasın yanına bir kişi gəldi və dedi: “Quranda bəzi fərqli şeyləri görürəm”. O da dedi: “Nədir onlar? Quranda şübhə varmı?» Adam dedi: “Quranda şübhə yoxdur, amma fərqlilik var”. İbn Abbas dedi: “Fərqlilik dediyin şeyi göstər”. Adam dedi: Eşidirəm ki, Allah buyurur “Allaha and içirik ki, biz müşrik deyildik” və buyurur ”Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”. Axı onlar gizlətmiş olurlar. İbn Abbas dedi: «Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq» ayəsi belədir: Onlar Qiyamət günü, Allahın müsəlmanlardan başqa kimsəni bağışlamadığını, şirkdən başqa bütün günahları bağışladığını və elə böyük günahları əfv etdiyini gördükdə inkar edərək dedilər “Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”. Bununla da ümid etdilər ki, bağışlanarlar. Allah da ağızlarına möhür vurur, sonra əl və ayaqları etdikləri barəsində xəbər verir. Məhz bu zaman « O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər«.
Cüveybir də, Dəhhakın belə dediyini rəvayət etmişdir: Nəfi ibn Əzraq, İbn Abbasın yanına gəlib dedi: “Ey İbn Abbas “O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər” və “Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq” ayələri arasında fərq yoxdur?” İbn Abbas dedi: “Güman edirəm dostlarının yanından gəlmisən ki, İbn Abbasla Quranın mutəşabihlərini müzakirə edəcəksən. Onların yanına qayıdanda de ki, Allah qiyamət günü insanları bir meydanda toplayacaqdır. Müşriklər deyəcəklər: Allah yalnız Onu təkləşdirəni qəbul edir, gəlin inkar edək. Allah onlardan soruşur və onlar deyərlər: «Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq”. Allah ağızlarını möhürləyər və bədən üzvlərinin danışmasını istəyər. Bədən üzvləri də müşrik olduqlarını ifadə edər. Məhz o zaman “O gün kafirlər və Peyğəmbərə asi olanlar yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”. Bunu İbn Cərir rəvayət etmişdir.
-
41
Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman necə olacaq?
40-cı ayənin təfsirinə bax.
-
42
Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər.
40-cı ayənin təfsirinə bax.
-
43
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və natəmiz olduğunuz halda, – yolda olan istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.
Allah Təala mömin qullarını sərxoş ikən, namaz vaxtı nə dediyini bilənə qədər namazdan və cunub halında namaz məscidlərə yaxınlaşmağı qadağan etdi. Yalnız oturmadan, bir qapıdan girib digərindən çıxmağı istisnadır.
Bu içkinin qadağasından əvvəl idi, necə ki, Bəqərə surəsində deyilir: “Səndən sərxoşedici və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır» (Bəqərə, 219). Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu Ömərə oxudu, o da dedi «Allahım bizə içki barəsində tədricən açıqlama, et”. Bu ayə nazil olanda onu da oxudu, o da dedi: «Allahım bizə içki barəsində tədricən açıqlama, et”. O zaman namaz vaxtı içki içmirdilər. «Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici də, qumar da, dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz son qoyacaqsınızmı?» (Maidə, 90, 91) ayələrini nazil etdi. Ömər də dedi: “Son verdik, son verdik”.
İsrailin, Əbu İshaqdan, Amr ibn Şurahbildən, Ömər ibn Xəttabdan, rəvayəti belədir: Nisə surəsindəki “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın” ayəsi nazil oldu. Rəsulullahın (salləllahu aleyhi və səlləm) carçısı, “içkili namaza yaxınlaşmayın” deyə elan edərdi. Bu Əbu Davudun mətnidir.
İbn əbu Şeybə bu ayənin nazil olmasına dair İbn əbu Hatimin bu hədisini zikr etmişdir: “Bizə Yunus ibn Həbib danışdı, bizə Əbu Davud danışdı, bizə Şubə danışdı, mənə Simak ibn Harb danışdı, Musab ibn Səddən eşitdim, o da atasından, dedi: “Dörd ayə mənim haqqımda endi. Ənsarlardan biri yemək hazırladı, Mühacir və Ənsarlardan adamlar çağırdı. Yedik, içdik və nəhayət sərxoş olduq. Sonra öyünməyə başladıq. Bir adam yerdən dəvə sümüyünü götürdü, Sadın burnunu onunla yırtdı. Sadın burnunda yırtıq qaldı”. Bu içki qadağasından əvvəl idi. Bunun üzərinə “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın” ayəsi nazil oldu. Müslimdə Şubə rəvayətindən daha ətraflı rəvayət olunur. İbn Macədən başqa Sünən sahibləri Simak ibn Harbdan belə rəvayət etmişlər.
Başqa bir səbəb; İbn əbu Hatim demişdir: ”Bizə Muhəmməd ibn Ammar danışdı, bizə Əbdürrəhman ibn Abdullah Dəştəki danışdı, bizə Əbu Cəfər danışdı, o da Əta ibn Səibdən, Əbu Əbdürrəhman əs-Suləmidən, Əli ibn Əbu Talibdən, o dedi: “Əbdürrəhman ibn Avf yemək hazırladı. Bizi dəvət etdi və biz içdik. İçki bizi tutdu, namaz vaxtı gəldi, birini önə verdilər və o oxudu: “Qul yə əyyuhəl kəfirun abudu mə tabudun və nəhnu nəbuddu mə təbudun”. Allah, təala « Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın» ayəsini nazil etdi. Bunu İbn əbu Hatim belə rəvayət etmişdir. Tirmizi bunu Abd ibn Humeyddən, Abdurrahman Dəştəkidən belə rəvayət etmişdir və həsən, səhihdir, demişdir.
İbn Cərir onu Muhəmməd ibn Bəşərdən, Muhəmməd ibn Mehdidən, Sufyan Səvridən, Əta ibn Saibdən, Əbu Əbdürrəhmandan, Əlidən rəvayət etmişdir. Əli, Əbdürrəhman ibn Avf və başqa bir adam içki içdilər, Əbdürrəhman ibn Avf onlara namaz qıldırdı, «qul yə əyyuhəl kəfirun» surəsini oxudu (Kəfirun, 1). Qarışdırdı. Bunun üzərinə “Sərxoş ikən namaza yaxınlaşmayın” ayəsi endirildi. Bunu Əbu Davud və Nəsai, Səvridən rəvayət etmişlər.
Bunu yenə İbn Cərir, İbn Humeyddən, Cərirdən, Ətadan, Əbu Əbdürrəhman əs-Suləmidən rəvayət etmişdir. Deyir ki: “Əli bir neçə səhabə ilə Əbdürrəhman ibn Avfın evində idi. Yeyib-içdilər. Bu içki qadağasından əvvəl idi. Namaz vaxtı gəldi, Əlini qarşılarına çəkdilər və o, onlara «qul yə əyyuhəl kəfirun» ayəsini oxudu. Düzgün oxuya bilmədi. Bunun üzərinə Allah “Sərxoş ikən namaza yaxınlaşmayın” ayəsini endirdi.
Sonra İbn Cərir dedi: “Mənə əl-Musənna danışdı, mənə Həccac ibn Minhal danışdı, bizə Hammad, o da Ata ibn Səibdən, Abdullah ibn Həbibdən, yəni Əbu Əbdürrəhman əs-Suləmidən rəvayət etmişdir: “Əbdürrəhman ibn Avf yemək-içmək hazırladı. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən bir neçə nəfəri dəvət etdi və onlara axşam namazını qıldırdı. Kəfirun surəsini səhv oxudu: “Qul yə əyyuhəl kəfirun lə əbudu mə təbudun və əntum əbidunə mə əbud və ənə əbidun mə əbəttum, ləkum dinukum vəliyə din”. Allah təala bu ayəni nazil etdi: « Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın«.
İçki qadağan olunmazdan əvvəl, bəziləri sərxoş halında namaza gələrdilər və Allah təala: «Sərxoş ikən namaza yaxınlaşmayın» dedi. İbn Cərir rəvayət etmişdir, Əbu Rəzin ilə Mucahiddə belə demişlər.
Əbdurrəzzaq Qatadədən demişdir: “Onlar, namaz vaxtı gələndə sərxoş olmaqdan çəkinirdilər, sonra içkinin haram olunması ilə aradan qalxdı”. Dəhhaq, «Sərxoş ikən namaza yaxınlaşmayın» ayəsindəki sərxoşluğu, içki deyil, yuxu sərxoşluğu olduğunu söylədi. Bunu da İbn Cərir və İbn əbu Hatim rəvayət etmişlər. Sonra İbn Cərir demişdir: Həqiqətən, içki sərxoşluğudur. Söz başa düşməyən sərxoşlara müraciət edilmədi, çünki o dəli hökmündədir. Ancaq təklifi başa düşən məst olan şəxsə xitab edilir. Onun dediklərinin xülasəsi budur. Bir çox üsul alimləri demişlər: Müraciət, sözü anlayana edilir, ona nə deyildiyi bilməyənlərə deyil. Çünki anlamaq təklifin şərtidir.
Belə də deyilmişdir: Buradakı sərxoşluq tamamilə tərk etmə mənasında da qəbul edilə bilər. Çünki onlar gecə-gündüz beş dəfə namazda olurlar. Buna görə içənlər namazlarını vaxtında qıla bilməzlər. Buna görə bu ayə, “Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və yalnız müsəlman olaraq ölün” ayəsinə bənzəyir (Ali-İmran, 102). Bu da müsəlman olaraq ölmək üçün itaətdə davamlı olmağın gərəkliyini bildirir.
«Dediyinizi anlayana qədər«, bu sərxoşun ən yaxşı tərifidir: Sərxoş nə dediyini bilməyənin biridir. Çünki içki içən adam oxumağı qarışdırır, onu yaxşı başa düşə bilmir, xuşu ilə özünü toplaya bilmir.
İmam Əhməd demişdir: “Bizə Abdussaməd danışdı,, bizə atam danışdı, bizə Əyyub danışdı, o da Əbu Qilabədən, Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Əgər birinizin namaz qılarkən yuxusu gəlsə, dediyini anlayana qədər yatsın”. Bunu yalnız Buxari təxric etmişdir, Muslim deyil, Nəsai bunu Əyyubun hədisindən nəql etmişdir. Hədisin bəzi variantlarında “Bəlkə istiğfar edim deyərək özünü qınayar” deyilir.
«Yolda olan istisna olmaqla – qüsl edənədək«. İbn Əbu Hatim dedi: “Bizə Muhəmməd ibn Ammar danışdı, bizə Əbdürrəhman Dəştəki danışdı, bizə Əbu Cəfər ər-Razi danışdı, o da Zeyd ibn Əsləmdən, Əta ibn Yasərdən, İbn Abbasın «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Cənabət halında məscidə girməyin, ancaq müsafir olmağınız istisnadır, yəni oradan keçməyiniz xaric, orada oturma”. Abdullah ibn Məsud, Ənəs, Əbu Ubeydə, Səid ibn Musəyyəb, Əbudduha, Əta, Mucahid, Məsruk, İbrahim Nəxai, Zeyd ibn Əsləm, Əbu Malik, Amr ibn Dinar, Həkəm ibn Uteybə, Ikrimə, Həsən Bəsri, Yəhya ibn Said Ənsari, İbn Şihab və Qatadə belə dedilər.
İbn Cərir demişdir: “Bizə Əl-Musənna danışdı, bizə Əbu Salih danışdı, bizə Leys danışdı, bizə Yəzid ibn əbu Həbib danışdı, o, «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsi barəsində belə demişdir: «Ənsardan bəzilərinin qapıları məscidə açılırdı. Cənabət halında olardılar, yanlarında su olmazdı, suya gedərkən məsciddən başqa bir keçidləri də olmazdı. Buna görə də Allah təala buyurdu: «Yolda olan istisna olmaqla – qüsl edənədək«. Yəzid ibn əbu Həbibin dediyini Səhih əl-Buxari də olan bu hədis təsdiqləyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əbu Bakrın qapısı istisna olmaqla, Məscidə açılan bütün qapıları bağlayın”. Bu sözləri ömrünün sonunda söylədi, çünki Əbu Bakrın (radiyallahu ənh) onun işinin davamçısı olacağını bilirdi. Müsəlmanların vacib işlərinə görə məscidə tez-tez girməyə məcbur olacağını bilirdi. Buna görə, onun qapısı istisna olmaqla, məscidin qapılarının bağlanmasını əmr etdi. Allah Əbu Bakrdan razı olsun. Bəzi Sünənlərdə keçən rəvayətlərə görə, Əlinin qapısı xaric deyilmişdir, bu da yanlışdır. Doğrusu, Səhihdə sabit olduğu kimidir.
Bir çox alim bu ayəni cənabət halında məsciddə oturmasına haram olduğunu, keçib getməsinin icazəli olduğuna dəlil gətirmişlər. Beləliklə, heyz və doğuş da cənabət hökmündədirlər. Bəziləri, çirklətmək ehtimalına görə keçməyin qadağan olduğunu söylədilər. Bəziləri isə belə dedilər: Keçdikdə çirklətməyəcəyinə əmin olduqları təqdirdə, keçmək icazəlidir. Səhih Muslimdə sabit olduğuna görə, Aişə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Mənə səccadəni məsciddən uzat». Mən, heyzli olduğumu dedim. O da dedi: “Heyz əlində deyil”. Onun Muslimdən də bənzər rəvayəti vardır. Burada heyzlinin məsciddən keçməyə icazəli olduğuna dair bir işarə var. Doğuşda ora daxildir. Allah ən doğrusunu biləndir.
Əbu Davud Əflət ibn Xəlifə əl-Əmirinin hədisindən rəvayət etdi, o da Cisrə ibn Dəcacədən, o da Aişədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Məscidi heyzliyə və cunubluya halal etmərəm”. Əbu Müslim əl-Xəttabi də belə demişdir: “Camaat bu hədisi zəif gördü və Əflət naməlumdur”. Ancaq onu İbn Macə Əbu Xəttab əl-Həcərinin hədisindən rəvayət etmişdir, o da Məcduh əz-Zuhalidən, o da Ummu Sələmədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir. Əbu Zura ər-Razi dedi: “Cisrə Ummu Sələmədən rəvayət etdi, deyirlər, əslində, Cisrə Aişədən rəvayət etdiyi şəklindədir”. Əbu İsa ət-Tirmizi, Səlim ibn Hafsadan, Atiyyədən, Əbu Səid əl-Xudridən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Ey Əli, bu məsciddə, mən və səndən başqa heç kimə cənabətli halda olmaq halal deyildir”. Bu zəif hədisdir, sabit deyil. Çünki bu Səlim, tərk edilmiş şəxsdir. Şeyxi Atıyyə də zəifdir. Allah ən doğrusunu biləndir.
Ayə ilə eyni mənada olan Başqa bir hədisdə, İbn Əbu Hatim demişdir: Bizə Munzir ibn Şazan danışdı, bizə Ubeydullah ibn Musa danışdı, mənə İbrahim İbn Leylə xəbər verdi, o da Zir ibn Hubeyşdən, Əlinin «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Namaza yaxınlaşmaz, ancaq səfərdə və cunublu olmağımız istisnadır. O vaxt su tapmasa namaz qılır”. Sonra bunu başqa bir yoldan, Amrdan, Zərdən, Əli ibn əbu Talibdən nəql edərək qeyd etmişdir. Deyir ki: “Rəvayətlərin birində eyni şəkildə İbn Abbasdan, Səid ibn Cubeyrdən və Dəhhakdan rəvayət edilmişdir”. Bunu İbn Cərir Vəkinin hədisindən, İbn əbu Leylədən, Minhaldan, Abbad ibn Abdullahdan və ya Zir ibn Hubeyşdən, Əlidən rəvayət etmişdir. Bunu Avfi və Əbu Micləsin yolundan, İbn Abbasdan rəvayət etmişdir.
Səid ibn Cubeyrdən, Mucahiddən, Həsən ibn Muslimdən, Hakim ibn Uteybədən, Zeyd ibn Əsləmdən, oğlu Əbdürrəhmandan da eynisi rəvayət edilmişdir. İbn Cureyc, Abdullah ibn Kəsirin yolundan belə rəvayət etmişdir: Biz bunun səfər haqqında deyildiyini eşitmişik. Bunun dəlili aşağıdakı hədisdir: İmam Əhməd və Sünən sahibləri Əbu Qilabədən rəvayət etdilər, o da Amr ibn Bucdandan, o da Əbu Zərrdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Təmiz torpaq müsəlmanın təharət vasitəsidir. On ildir su tapa bilməsə də, onunla namaz qılar. Su tapdıqda, onu dərinə toxundur. O xeyirlidir.
Sonra, hər iki görüşü çatdırdıqdan sonra, İbn Cərir demişdir: «Yolda olan istisna olmaqla – qüsl edənədək«, insanların ən doğru görüşü, oradan keçdiklərini söyləyənlərdir. Çünki səfərdə olub su tapa bilməyən cunublunun hökmü “Əgər xəstə və ya səfərdə olsanız” ayəsində bildirilmişdir. Buna görə də, «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsində müsafir qəsd edilsə idi, “Əgər xəstə və ya səfərdə olsanız” deməyin mənası olmazdı. Çünki bunun hökmü yuxarıda keçmişdi. Ayənin açıqlaması belədir: Ey iman gətirənlər, sərxoş olduqda, söylədiyinizi bilənə qədər məscidlərdə namaz qılmayın və cunublu halda, keçməyə ehtiyac olmasa, qusul alana qədər oraya yaxınlaşmayın. Deyir ki: “Ayədə keçən “əbiri səbilin” yoldan keçən və onu qət edəndir. Buna görə də, “əbərut tariqə fiinə əbəruhu əbrən və uburən və əbərə fulənun ən- nəhrə” deyilir ki, çayı keçməkdir. Eyni məqsədlə səfərə davamlı olan dəvəyə, yolu qüvvətlə qət etdiyinə görə “əbrul əsfər” deyilir.
İbn Cəririn müdafiə etdiyi bu mübahisə cumhurun rəyidir, ayənin zahiri mənası da budur. Sanki Allah namazın məqsədinə zidd olan halda, namaz qılmağı və uyğun olmayan durumda namaz yerlərinə girməyi qadağan etmişdir, o da namaza və məscidə uzaq olan cunubluqdur. Allah ən doğrusunu biləndir.
« qüsl edənədək«: Üç imamın, Əbu Hənifə, Malik və Şəfiinin, su tapa bilməyən və ya istifadə edə bilmədiyi halda, təyəmmüm edənə qədər, məsciddə oturmağın haram olduğuna dəlilidir. Digər tərəfdən İmam Əhməd dəstəmaz alanın məsciddə oturmağının icazəli olduğu ilə qane olmuşdür. Çünki özü və Səid ibn Mənsur Sünənində, səhih isnadla rəvayət edirlər ki, səhabələr belə edərdi. Səid ibn Mənsur Sünənində demişdir: Bizə Əbdüləziz ibn Muhəmməd Dıraverdi danışdı, o da Hişam ibn Səddən, Zeyd ibn Əsləmdən, Əta ibn Dinarın belə dediyini rəvayət etmişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən cunublu halda məsciddə oturanları gördüm. Məsciddə olsalar da insanların oturduğunu gördüm. Namazda olduğu kimi dəstəmaz alıb oturardılar. Bu Muslimin şərtinə uyğun bir isnaddır. Allah ən doğrusunu biləndir.
«Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla toxunubsa , su tapmasanız, yer səthində olanla təyəmmüm edin«. Təyəmmümü mübah edən xəstəlik, su istifadə edərkən, bir orqanı itirməkdən və ya pozulmasından, xəstəliyin gec keçməsindən qorxduğu xəstəlikdir. Bəzi alimlər ayə ümumi olduğuna görə buraya bütün xəstəlikləri daxil etmişlər. İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Qassan Malik ibn İsmayıl danışdı, bizə Qeys danışdı, o da Huseyfdən, Mücahidin «əgər xəstə olsanız» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: Bu ayə Ənsarlardan biri haqqındadır. Xəstə idi, ayağa qalxıb dəstəmaz ala bilmədi və su verən bir xidmətçisi də yox idi. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) söylədi və Allah bu ayəni nazil etdi. Bu hədis mürsəldir. Səfərdə olan da bəllidir.
«Yaxud sizlərdən biri ayaq yolundan gəlibsə» Buradan keçən “ğait” düzənlik mənasındadır. Bu dəstəmazın pozulmasına işarədir. O da kiçik hədəsdir.
« və ya qadınlara toxunubsa«. Bu “ləməstum” və “ləməbtum” kimi oxunmuşdur. Təfsirçilər və imamlar bunun mənasında iki qrupa bölünmüşlər:
Birincisi: Bu, cinsi əlaqəyə işarədir, çünki Allah təala buyurur: «Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını verməlisiniz» (Bəqərə, 237) və dedi: «Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur”(Əhzab, 49). İbn əbu Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşac danışdı, bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Əbu İshaqdan, Səid ibn Cubeyrdən, İbn Abbasın « və ya qadınlara toxunubsa» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Cinsi əlaqədə olmaqdır». Əli, Ubey ibn Kəb, Mucahid, Tavus, Həsən, Ubeyd ibn Umeyr, Səid ibn Cubeyr, Şəbi, Qatadə və Muqatil ibn Həyyan da belə demişlər.
İbn Cərir belə demişdir: Mənə Humeyd ibn Məsadə danışdı, bizə Yəzid ibn Zurey danışdı, bizə Şubə danışdı, o da Əbu Bişrdən, Səid ibn Cubeyrin belə dediyini rəvayət etmişdir: İnsanlar qadınlara toxunmaq haqqında danışdılar; Şəhər camaatı dedilər: Toxunmaq cinsi əlaqə deyil. Səhra ərəbləri isə belə dedilər: Toxunmaq cinsi əlaqədir. Beləliklə, İbn Abbasın yanına getdim və dedim: “Səhra ərəbləri və şəhər camaatı toxunmaq barəsində ixtilaf etdilər. Şəhər camaatı, cinsi əlaqə olmadığını dedilər. Səhra camaatı isə cinsi əlaqə olduğunu dedilər”. O dedi: “Sən hansı tərəfdəsən?” Mən dedim: “Şəhər camaatı”. O dedi: “Şəhər camaatı məğlub oldu. “əl Ləms” ,“əl məs” və əl mubaşıra də cinsi əlaqədir. Allah istədiyi sözlə əvəz edər”. Sonra İbn Cərir onu İbn Bəşşərdan, Qundərdən və Şəbidən bu mətnlə rəvayət etmişdir. Sonra başqa bir yoldan Səid ibn Cubeyrdən rəvayət etmişdir.
Və bənzər şəkildə belə demişdir: Mənə Yaqub danışdı Bizə Huşeym danışdı, bizə Əbu Bişr danışdı, bizə Səid ibn Cubeyr danışdı, o da İbn Abbasdan, o dedi: “əl Ləms”, “ əl məs” və əl mubaşıra də cinsi əlaqədir, Allah istədiyi sözlə əvəz edər”. Bizə Əbdülhəmid ibn Bəyyan danışdı, bizə İshaq əl-Əzraq danışdı, o da Sufyandan, Asim əl-Əhvaldan, Bakr ibn Abdullahdan, İbn Abbasdan, o dedi: “Ləms” cinsi əlaqədir, Allah istədiyi sözlə əvəz edər”. Başqa bir yoldan: Abdullahdan, o da Abdullah ibn Abbasdan, o da bənzər şəkildə rəvayət etmişdir. Sonra İbn Cərir bunu İbn əbu Hatimin nəql etdiyi kimsələrdən rəvayət etmişdir.
Sonra İbn Cərir də digərləri də demişlər: Allah təala toxunma deyərkən, əl ilə və ya başqa orqanla qadına toxunmağı qəsd etmişdir, qadının bədənindən hər hansı bir yerinə öz bədəninin hər hansı bir yeri ilə toxunulsa, ona dəstəmaz vacib olar. Sonra da İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə Əbdürrəhman danışdı, bizə Sufyan danışdı, o da Muharikdən, Tarikdən, Abdullah ibn Məsuddan, o dedi: “Ləms” cinsi əlaqə deyil”. Bunu müxtəlif yollardan İbn Məsuddan bənzər şəkildə rəvayət etmişdir. Aməşdən, İbrahimdən, Əbu Ubeydədən, Abdullah ibn Məsuddan rəvayət edilmişdir ki, o, öpmə və toxunmadır, onda dəstəmaz vardır.
Təbərani isnadı ilə Abdullah ibn Məsuddan, onun belə dediyini rəvayət etmişdir: Kişi qadının dərisinə toxunmaqdan və əlinə toxunmaqdan və öpməkdən dəstəmaz alar. O “və ya qadınlara toxunubsa» ayəsi barəsində, əl ilə toxunmaq deməkdir, demişdir. İbn Cərir demişdir: Mənə Yunus danışdı, bizə İbn Vəhb danışdı, mənə Abdullah ibn Amr danışdı, o da Nafidən, o dedi: “İbn Ömər qadını öpəndən sonra dəstəmaz alır, onda dəstəmazın lazım olduğunu görür və o toxunmaqdır, deyir”. Yenə İbn əbu Hatim ilə İbn Cərir, Şubə yolundan rəvayət etmişlər, o da Muharikdən, Tarikdən, Abdullahdan, o dedi: Toxunmaq cinsi əlaqə deyil. Sonra İbn əbu Hatim demişdir: İbn Ömər, Ubeydə, Əbu Osman ən-Nəhdi, Əbu Ubeydə, yəni Abdullah ibn Məsudun oğlundan, Amir Şəbidən, Sabit ibn Həccacdan, İbrahim Nəxaidən və Zeyd ibn Əsləmdən də bənzər şəkildə rəvayət edilmişdir.
Mən də deyirəm ki, Malik, Zuhridən rəvayət etmişdir, o da Səlim ibn Abdullah ibn Ömərdən, atasından, o dedi: Bir adamın arvadını öpməsi və əlinə dəyməsi ona toxunmaqdır. Buna görə arvadını öpən və əli ilə toxunan, dəstəmaz almalıdır. Hafiz Əbu Həsən Dərakutni, Sünən əsərində, Ömər ibn Xəttabdan da bənzər şəkildə rəvayət etmişdir. Amma ondan zövcəsini öpüb dəstəmaz almadan namaz qıldığı da rəvayət edilmişdir. Ondan gələn rəvayətlər müxtəlifdir, əgər onun dediyi səhih olarsa o halda dəstəmaz almaq müstəhəb ehtimalı daşıyır. Allah ən doğrusunu biləndir.
Toxunmaqdan sonra dəstəmazın vacibliyini deyənlər Şəfii və dostları və Malikdir. Məşhur rəvayətə görə də Əhməd ibn Hənbəldir. Allah onlara rəhm etsin. Bu fikri dəstəkləyən demişdir: Bu ayədə “ləməstum” şəklində oxunmuşdur. “Ləms” lüğətcən əllə toxunmaya deyilir. Allah buyurur: “Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar” (Ənam, 7), yəni əllərini sürtsələr, demişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) Maizin zina etdiyi təsdiqlənəndən sonra, ona bunu etmədiyinə işarə edərək dedi: “Bəlkə o qadını öpdün və ona əllə toxundun”. Səhih hədisdə “əlin zinası toxunmaqdır” deyilmişdir. Aişə (radiyallahu ənhə) demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) bizi gəlib öpmədiyi və toxunmadığı çox az gün olardı”. İki Səhihdə sabit olduğuna görə, Rəsulullah (salləllahu aleyhi və səlləm) əl toxunma ilə satışı qadağan etmişdir. O da əşyaya əl sürtməkdir. Hər iki təfsirə görə “ləms” cinsi əlaqəyə deyildiyi kimi, toxunmağa da deyilir. Şair demişdir:
Ondan ehtiyacımı istəmək üçün əlimi əlinə sürtdüm.
İmam Əhmədin bu hədisi də diqqətə alınmışdır: “Bizə Əbdürrəhman ibn Mehdi ilə Əbu Səid danışdılar, onları da bizə Zəidə danışdı, dedilər, Əbdülməlik ibn Umeyrdən, Əbu Səid demişdir: Bizə Əbdülməlik ibn Umeyr danışdı, o da Əbdürrəhman ibn əbu Leylədən, o da Muazdan, deyir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir adam gəlib dedi”: “Ey Allahın Rəsulu bu adam haqqında nə deyərsən ki, o, tanımadığı bir qadınla rastlaşdı, onunla kişinin qadına edəcəyi hər şeyi etdi, amma onunla cinsi əlaqəyə girmədi”. Allah bu ayəni nazil etdi: “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114). Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Dəstəmaz al, namaz qıl”. Muaz dedi: “Bu həmin adama aiddir, yoxsa bütün möminlərə”? O dedi: “Xeyir, bütün möminlərə”. Bunu Tirmizi, Zaidə hədisindən belə rəvayət etmişdir və isnadının qopuq olduğunu demişdir.
Bunu Nəsai də, Şubə hədisindən, Əbdülməlik ibn Umeyrdən, Əbdürrəhman ibn əbu Leylədən mürsəl olaraq rəvayət etmişdir. Deyirlər ki, ona dəstəmaz almasını əmr etdi, çünki qadına toxundu, onunla cinsi əlaqədə olmadı. Buna belə cavab verilmişdir: Bu hədisdə İbn əbu Leylə ilə Muaz arasında qopuqluq vardır. Çünki o Muaza gəlib çatmayıb. Sonra ona dəstəmaz alıb namaz qılmasını tövbə etməsi üçün buyurmuş ehtimalı vardır. Necə ki, yuxarıda Abu Bakrın hədisində belə keçmişdir: Bir qul hər hansı bir günah edib, sonra dəstəmaz alarsa və iki rükət namaz qılarsa, Allah onu bağışlayar. Bu da Ali- İmran surəsinin 135-ci ayəsinin təfsirində qeyd edilmişdir.
Sonra İbn Cərir demişdir: İki rəydən ən doğrusu budur: Allahın bu ayəsində “və ya qadınlara toxunubsa» toxunma – cinsi əlaqədir, başqa mənada deyil. Çünki səhih xəbərdə varid olana görə Rəsulullah (salləllahu aleyhi və səlləm) bəzi qadınları öpmüş, sonra da namaz qılmışdır, dəstəmaz almamışdı.
Sonra İbn Cərir demişdir: “Mənə bunu İsmayıl ibn Musa əs-Suddi danışdı: Mənə Əbu Bakr ibn Əyyaş danışdı, o d Aməşdən, Həbib ibn əbu Sabitdən, Urvədən, Aişədən, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dəstəmaz alardı, sonra qadınlarını öpər, namaz qılardı, sonra dəstəmaz da almazdı”. Sonra İbn Cərir demişdir: “Bizə əbu Kureyb danışdı, bizə Vəki danışdı, o da Aməşdən, Həbibdən, Urvədən, Aişənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınlarının birini öpdü, sonra namaza çıxdı və dəstəmaz da almadı”. Mən də dedim: “Hər halda sən idin?”. O da güldü. Bunu bu şəkildə Əbu Davud, Tirmizi və İbn Macə, bir sıra şeyxlərindən rəvayət etmişlər, o da Vəkidən rəvayət etmişdir. Sonra Səvridən Əbu Davud demişdir: “Bizə Həbib, yalnız Urvə əl-Muzənidən xəbər verdi”. Yəhya əl-Qəttan da bir adama demişdir: “Bu hədisi məndən nəql et ki, bu heç bir şey deyildir kimidir”. Tirmizi demişdir: “Buxaridən bu hədisi zəif gördüyünü və Həbib ibn əbu Sabitin Urvədən dinləmədiyini dediyini eşitdim”.
İbn Macənin rəvayəti belədir: Əbu Bakr ibn əbu Şeybədən, Əli ibn Muhəmməd Tənafisidən, Vəkidən, Aməşdən, Həbib ibn əbu Sabitdən, Urvə ibn Zubeyrdən, Aişədən. Bundan daha genişi İmam Əhmədin Musnədində Hişam ibn Urvədən, atasından, Aişədən rəvayət etdiyi hədisdir. Bu ravinin Urvə ibn Zubeyr olduğunu açıq göstərir. Buna onun “hər halda sən idin” deməyi, və onun (Aişənin) gülməsi şahidlik edir. Ancaq Əbu Davud da İbrahim ibn Mahləddən rəvayət etmişdir, o da Vəkidən, o da Sufyandan, o da Əbu Rəvq əl-Xəmədani ət-Talaqanidən, o da Əbdürrəhman ibn Mağradan, o da Aməşdən, o dedi: Dostlarımız Urvə əl-Muzənidən, Aişədən, dedilər və hədisi danışdılar. Allah ən doğrusunu biləndir.
Yenə İbn Cərir demişdir: “Bizə Əbu Zeyd danışdı, o da Ömər ibn əbu Şəbbədən, o da Şihab ibn Abbaddan, bizə Məndəl ibn Əli danışdı, o da Leysdən, Ətadan, Aişədən və Əbu Ravqdan, İbrahim Teymidən, Aişə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dəstəmaz aldıqdan sonra məni öpərdi, sonra da dəstəmazı təzələməzdi”.
İmam Əhməd demişdir: “Bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Əbu Rəvq əl-Xəmədanidən, İbrahim Teymidən, Aişədən: “Rəsulullah (salləllahu aleyhi və səlləm) öpdü, sonra namaz qıldı, dəstəmaz da almadı”. Bunu Əbu Davud ilə Nəsai də Yəhya əl-Qəttan hədisindən rəvayət etmişlər. Əbu Davud bunları əlavə etmişdir: İbn Mehdidən ikisi də Səvridən rəvayət etmişlər.
Sonra Əbu Davud ilə Nəsai demişlər: İbrahim Teymi Aişədən hədis dinləməyib.
Sonra İbn Cərir demişdir: Bizə Səid ibn Yəhya əl-Əməvi, bizə atam danışdı, bizə Yezid ibn Sinan danışdı, o da Əbdürrəhman əl-Əvzaidən, Yəhya ibn əbu Kəsirdən, Əbu Sələmədən, Ummu Sələmənin belə dediyini rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınları oruclu vaxtı öpərdi, sonra nə orucunu pozar, nə də dəstəmaz alardı”.
Yenə İbn Cərir demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Hafs ibn Qiyas danışdı, o da Həccacdan, Amr ibn Şueybdən, Zeynəb əs-Səhmiyədən, Aişədən, o demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) xanımını öpüb sonra namaz qılardı, dəstəmazda almazdı”. Bunu İmam Əhməd də Muhəmməd ibn Fudeyldən, Həccac ibn Ərtaddan, Amr ibn Şueybdən, Zeynəb əl-Səhmiyyədən, Aişədən, Rəsulullah (salləllahu aleyhi və səlləm) haqqında belə rəvayət edilmişdir: ”Xanımını öpərdi, sonra namaz qılardı, dəstəmaz almazdı”. Bunu İmam Əhməd, Muhəmməd ibn Fudeyldən, Həccac ibn Ərtatdan, Amr ibn Şueybdən, Zeynəb əs-Səhmiyyədən, Aişədən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir.
“Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”. Fəqihlər bu ayədən bu fikirləri çıxarmışlar: Suyu tapmayanın təyəmmümü yalnız su axtardıqdan sonra icazəli olur. Suyu axtarıb tapa bilməsə, o zaman təyəmmüm edə bilər. Necə axtaracağı barəsində fiqh kitablarında izahlar vardır. Necə ki, yerində qərarlaşdırılmışdır. İki Səhihdə İmran ibn Hüseyndən rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) toplumdan ayrı düşən adam gördü və dedi: “Ey filankəs, camaatla niyə namaz qılmırsan, müsəlman deyilsən?” O dedi: “Müsəlmanam, cənabətliyəm, su da yoxdur”. O da dedi: “Torpaqla təyəmmüm et, o sənə yetər”. Allah buyurduğu da budur: “Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”.
Təyəmmüm bir şeyi hədəf etməkdir. Ərəblər deyərlər: “Təyəmməməkə Allahu bihifzihi”, yəni Allah səni hədəfləyərək qorusun. İmrulqeysin şeri də belədir:
Ölümü dilinə gətirmədiyini
Çınqılın ayaqlarının altından çıxan görən kimi
Çayı hədəflədi
Üstünə kölgə düşür və yosunu suyun üzərində üzür.
Ayədə keçən “səidən” yer üzündə yüksələn hər şeydir; buna torpaq, qum, ağac, daş və bitki daxildir. Bu İmam Məlikin fikridir. Buna torpaq cinsindən olanlar da daxildir: qum, zırnıx və kirəc kimi. Bu da Əbu Hənifənin məzhəbidir. Sadəcə torpaqdır deyənlər də vardır. Bu da Şəfii, Əhməd ibn Hənbəl və dostlarının fikridir. “Qupquru bir torpaq halına düşər” (Kəhf, 40) ayəsini dəlil olaraq gətirirlər ki, hamar və təmiz bir torpaq olur, deməkdir. Səhih Muslimdə Huzeyfədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bizim digərlərindən üç üstünlüyümüz var: Səflərimiz mələklərin səfləri kimidir. Bütün yer üzü bizə məscid edildi və torpağı da su tapa bilmədiyimiz halda, bizə təmizlik vasitəsi edildi”. Torpaq xüsusi olaraq təmizlik vasitəsi kimi qeyd edilmişdir, bu da neməti sadalayaraq bildirilmişdir. Əgər başqası olsa idi mütləq onu qeyd edərdi.
Burada, təmiz, halal deməkdir. Nəcis olmayandır da deyilmişdir. Necə ki, İmam Əhməd və İbn Macə xaric bütün Sünən sahibləri Əbu Qilabədən rəvayət etmişlər, o da Amr ibn Bucdandan, Əbu Zərdən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Təmiz torpaq müsəlmanın təmizlik vasitəsidir, suyu on il tapa bilməsə. Onu tapdığı zaman dərisinə sürtsün, çünki o daha yaxşıdır”. Tirmizi, həsən səhihdir, demişdir. Bunu İbn Hibban da səhih görmüşdür. Onu Hafiz əbu Bakr əl-Bəzzar da Musnədində Əbu Hureyrədən rəvayət etmişdir. Onu Hafiz əbu Həsən əl-Qəttan da səhih görmüşdür.
İbn Abbas demişdir: “Torpağın ən təmizi əkin torpağıdır”. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Bunu İbn Mərduveyh də təfsirində mərfu olaraq qeyd etmişdir.
“Üzünüzə və əllərinizə sürtün” təyəmmüm təmizlikdə suyun əvəzidir. Onun bütün orqanlarda əvəzi deyil. Sadəcə üzə və əllərə sürtülməsi icazəlidir, bunda da icma vardır. İmamlar təyəmmümün alınma qaydasında bir neçə fikirlə ixtilaf etmişlər:
Birincisi: Bu Şəfiinin yeni fikridir: Torpağı üzə və dirsəklərə qədər əllərə iki vuruşla çəkmək vacibdir. Çünki əllər kəlməsi, dəstəmaz ayəsində olduğu kimi, iki çiyinə və dirsəklərə qədər olan hissəyə də deyilir. Oğurluq ayəsindəki ”əllərini kəsin” (Maidə, 38) deyilmişdir ki, bu da ovuclara qədər olan hissəyə deyilir. Burada onu dəstəmazda olduğu kimi götürmək daha doğrudur, çünki ikisinin də ortaq nöqtəsi təmizlikdir.
Bəziləri bu hədisi qeyd etmişlər: Dərakutni, İbn Ömərdən rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Təyəmmüm iki toxunuşdur. Biri üz üçündür, digəri isə dirsəklərə qədər əllər üçündür”. Bu hədis səhih deyil. Çünki isnadında zəif ravi vardır. Onlarla hədis sabit olmaz. Əbu Davud ibn Ömərdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) əllərini divara vurdu və onları üzünə çəkdi. Sonra bir daha vurdu və qollarına sığal çəkdi. Bunun da isnadında Muhəmməd ibn Sabit əl-Əbdi vardır. Bəzi hafizlər onu zəif kimi tanımışlar. Onu digərləri də sağlam ravilərdən qeyd etmişdir, onu İbn Ömərin feli olaraq göstərmişlər.
Buxari, Əbu Zura və İbn Adi, bu doğrudur demişlər. Bəyhaqi, hədisi mərfu saymaq münkərdir, demişdir. Şəfi İbrahim ibn Muhəmməddən rəvayət etdiyi hədisi dəlil gətirmişdir, o da Əbu Huveyrisdən, o da Əbdürrəhman ibn Muaviyyədən, o da Arəcdən, o da İbn Sammədən, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) təyəmmüm etdi, üz və qollarına sığal çəkdi”.
İbn Cərir də belə demişdir: “Mənə Musa ibn Səhl ər-Rəmli danışdı, bizə Nuaym ibn Hammad danışdı, bizə Xaricə ibn Musab danışdı, o da Abdullah ibn Ətadan, Musa ibn Uqbədən, Arəcdən, Əbu Cəhmdən, o dedi: “Rəsulullahı (salləllahu aleyhi və səlləm) su tökərkən gördüm, salam verdim, işini bitirənə qədər salamı almadı. Sonra qalxdı əllərini divara vurdu, onları dirsəklərinə qədər çəkdi. Sonra da salamımı aldı””.
İkinci görüş: Üzü və dirsəklərə qədər əlləri iki toxunuşla məsh etmək vacibdir, bu da Şəfiinin köhnə görüşüdür. Üçüncü görüş: Üzü və əlləri bir toxunuşla məsh etmək kifayətdir. İmam Əhməd demişdir: “Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Hakəmdən, Zərdən, İbn Əbdürrəhman ibn Əbzadan, atasından, Ömərə bir adam yaxınlaşdı və dedi: Cənabətliyəm, su tapa bilmirəm”. Ömər dedi: “Namaz qılma”. Ammar dedi: “Ey möminlərin əmiri, yadındadı, biz birlikdə bir yürüşdə idik, cunub olduq, su tapa bilmədik. Sən namaz qılmadın, mən isə torpağa bələnib namaz qıldım. Rəsulullah (salləllahu aleyhi və səlləm) gələndə ona danışdım. O da dedi: “Bu sənə yetər”, və əllərini yerə vurdu. Sonra onlara üfürdü və üzünə və əllərinə sığal çəkdi”.
Yenə Əhməd demişdir: “Bizə Afvan danışdı, bizə Əban danışdı, o da Əzrədən, Səid ibn Əbdürrəhman ibn Əbzadan, atasından, Ammardan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Təyəmmümdən üz və əllər üçün bir toxunuş vardır”.
Başqa bir yoldan, Əhməd demişdir: “Bizə Afvan danışdı, biz Əbdülvahid danışdı, o da Süleyman Aməşdən, bizə Şəqiq danışdı, o dedi: Mən, Abdullah və Əbu Musa ilə oturmuşdum. Əbu Musa əl-Əşari, Abdullaha dedi: Əgər bir adam su tapmasa, namaz qılmaz?” Abdullah, xeyr, dedi. Əbu Musa dedi: Yadındadırmı, Ammar Ömərə bu sözləri deyəndə: “xatırlayırsan, Rəsulullah (salləllahu aleyhi və səlləm) bizi dəvələrə göndərdi? Mən cunub oldum torpağa bələndim. Rəsulullah (salləllahu aleyhi və səlləm) gələndə ona danışdım. O güldü və dedi: “Bu sənə yetər”, və əllərini yerə vurdu. Sonra əllərini məsh etdi və üzünü bir dəfə məsh etdi?” Abdullah dedi: Şübhəsiz ki, Ömərin bununla qane olduğunu görmədim. Əbu Musa dedi: “Bəs Nisə surəsindəki “su tapmasanız, təmiz torpaqla təyəmmüm edin” ayəsi necə olacaq?” Abdullah da nə deyəcəyini bilmədi və dedi: “Təyəmmümə baxsaq hər kəs su soyuq olanda təyəmmüm etmək istəyir”.
Allah təala Maidə surəsində “üzünüzə və əllərinizə sürtün” buyurur. Şəfi bunu təyəmmümün mütləq təmiz və üzlə əllərə yapışacaq tozu olan torpaqla edilməsinə dəlil gətirdi. Necə ki, yuxarıda isnadı ilə İbn Sammədən belə rəvayət etmişdir: O, Peyğəmbəri (salləllahu aleyhi və səlləm) su tökən yerdə gördü. Ona salam verdi, salamını almadı. Qalxdı yanındakı bir şeylə divarı qazıdı, ora əlini vurdu, sonra üzünə və qollarına sürtdü.
“Allah sizi çətinliyə salmaq istəməz” yəni göndərdiyi şəriət qaydalarında, “lakin O sizi pak etmək” buna görə su tapa bilmədiyiniz zaman, təmiz torpağa yönəlmənizi mübah qıldı. “Və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz” (Maidə, 6). Buna görə təyəmmüm bizim ümmətə xas bir qaydadır. İki səhihdə Cabirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: “Mənə beş şey verildi ki, məndən öncə heç kəsə verilməyib: Bir aylıq yoldan düşmənimin qəlbinə qorxu salındı. Yer üzü mənə məscid və təmizlik maddəsi edildi. Ümmətim, namazı harada gəlsə, orada qılsın”. Bir mətn isə belədir: Onun yanında təmizlik maddəsi də var, məscid də. “Qənimətlər mənə halal edildi, məndən əvvəl heç kəsə edilməyib. Mənə şəfaət verildi. Əvvəlki Peyğəmbərlər öz qövmlərinə göndərildi, mən isə bütün bəşərə göndərildim”. Muslimin Huzeyfədən rəvayət etdiyi hədis də yuxarıda qeyd edilmişdir: Biz insanlardan üç şeydə üstün olduq: Bizim səflərimiz mələklərin səfləri kimidir, yer üzü bizə məscid, torpaq isə su tapmadığımız halda bizə təmizlik maddəsi edildi. Allah təala bu ayədə “üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır” demişdir. Onun bir əfv etməyi də belədir: O, su tapa bilmədiyimiz halda təyəmmümlə bizə namaz qılmağı mübah etmişdir. Sizə genişlik və seçim vermişdir. Bu ayədə namazın qılınmayacağı halları açıqlamışdır. Məsələn, sərxoş vəziyyətdə, nə dediyini bilənə qədər, yaxud cənabətli halda qusul edənə qədər. Xəstə olması və su tapa bilməməsi istisnadır. Çünki əziz və cəlil olan Allah təyəmmümə işarə etmişdir. Bu durumda qullarına rəhmət və şəfqət göstərmişdir. Onlara bolluq bəxş etmək istəmişdir. Allaha həmd və minnət edirik.
Təyəmmüm ayəsinin nazil olma səbəbi: Bunu burada qeyd etməyimizin səbəbi budur ki, Nisə surəsindəki ayə, Maidə surəsindən əvvəl nazil olmuşdur. İzahı da belədir: Bu ayə içkinin tam haram edilməsindən əvvəl nazil olmuşdur. İçki Uhud döyüşündən az sonra, Nadir oğullarının mühasirəsi vaxtında nazil oldu. Maidə surəsi isə, xüsusən ilk ayələri ən sonda nazil olanlardır. Ona görə burada qeyd etməmiz uyğundur. Güvəncimiz Allahadır.
İmam Əhməd demişdir, Bizə İbn Numeyr danışdı, o da Hişamdan, atasından, Aişədən, o, Əsmadan borca boyunbağı aldı. O da itdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu axtarmağa adam göndərdi. Onu tapdılar. Namaz vaxtı gəldi, suları yox idi. Dəstəmaz almadan namaz qıldılar. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. Buna görə Allah təala təyəmmüm ayəsini nazil etdi. Useyd də Aişəyə dedi: “Allah sənə xeyirli mükafatlar versin, Allaha and olsun ki, nə vaxt başına bir xoşa gəlməz iş gəlirsə, Allah sənə və müsəlmanlara bir xeyir göstərir”.
Başqa bir yoldan, Buxari demişdir: “Bizə Abdullah ibn Yusuf danışdı, bizə Malik danışdı, o da Əbdürrəhman ibn Qasımdan, o da atasından, Aişənin belə dediyini rəvayət etmişdir: Bir səfərinə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə çıxdıq. Beyda yaxud Zatulceys deyilən yerdə boyunbağım qırıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu axtarmaq üçün dayandı. Yanındakılar da dayandılar. Yanlarında su yox idi. İnsanlar Abu Bakra dedilər: Ey Abu Bakr Aişənin nə etdiyini görürsən? Rəsulullahı (salləllahu aleyhi və səlləm) həbs etdi, su başında deyillər, yanlarında su da yoxdur. Abu Bakr gəldi, Rəsulullah (salləllahu aleyhi və səlləm) başı qucağımda yatırdı. O dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə insanları həbs etdin, suyun başında da deyillər, su da yoxdur?” Abu Bakr məni danladı, ağır sözlər dedi. Məni dürtmələdi, məndə tərpənmədim, Rəsulullah (salləllahu aleyhi və səlləm) qucağımda yatmışdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) səhər açılanda durdu, su yox idi. Allah təala təyəmmüm ayəsini nazil etdi. Onlar da təyəmmüm etdilər. Useyd ibn Xudeyr dedi: “Ey Abu Bakr ailəsi, bu ilk bərəkətiniz deyildir”. Üstündə oturduğum dəvəni qaldırdılar, boyunbağı altında idi”. Bunu Buxari də Quteybə ilə İsmayıldan rəvayət etmişdir. Muslim də Yəhyadan, o da Malikdən rəvayət etmişdir.
Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Yaqub danışdı, bizə atam danışdı, o da Salihdən İbn Şihabın belə dediyini rəvayət etmişdir: Mənə Ubeydullah ibn Abdullah danışdı, o da İbn Abbasdan, o da Ammar ibn Yasirdən, Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə sonuna doğru silahlarla yataraq dincəlirdi. Yanında Aişə var idi. Əqiqdən olan boyunbağı qopdu. Onu axtarmaq üçün insanlar gözlədilər. Nəhayət şəfəq sökülməyə başladı. İnsanların yanında su da yox idi. Allah təala Rəsuluna təmiz torpaqla təyəmmüm etmək icazəsini nazil etdi. Müsəlmanlar Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə qalxdılar, əllərini yerə vurdular. Sonra əllərinə torpaq almadan əllərini qaldırdılar. Əllərini üzlərinə və çiyinlərə qədər əllərinə sürtdülər. Əllərinin içindən də qoltuq altlarına qədər sürtdülər.
Bunu İbn Cərir də belə rəvayət etmişdir: “Bizə Əbu Qureyb danışdı, bizə Seyfi danışdı, o da İbn Əbu Zibdən, Zuhridən, Ubeydullah ibn Abdullahdan, Əbu Qatafadan, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Aişənin boyunbağı itdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) gözlədi, nəhayət səhər açıldı. Abu Bakr Aişəyə qəzəbləndi, ardı ilə təmiz torpaqla təyəmmüm rüsxəti nazil oldu. Abu Bakr içəri girdi və Aişəyə dedi: “Sən həqiqətən bərəkətli qadınsan, sənin sayəndə icazə oldu. Əllərimizi bir dəfə üzümüz üçün torpağa vurduq, bir dəfə də çiyinlərimizə və qoltuq altlarımıza qədər sığallamaq üçün vurduq”.
Başqa bir hədisdə Hafiz Abu Bakr ibn Mərduveyh demişdir: “Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Həsən ibn Əhməd ibn Leys danışdı, bizə Muhəmməd ibn Mərzuq danışdı, bizə Alə ibn əbu Səviyə danışdı, mənə Hesəm ibn Zureyq əl-Maliki danışdı ki, bu adam Malik ibn Kab ibn Sad oğullarından idi və yüz on yeddi il yaşadı, o da atasından, Əsla ibn Şərik dedi: Mən Rəsulullahın dəvəsini sürürdüm. Soyuq bir gecədə cunub oldum. Rəsulullah (salləllahu aleyhi və səlləm) dəvələri sürməmi istədi. Mən isə cunublu olaraq bunu etmək istəmədim. Soyuq su ilə qusul aldığım təqdirdə ölməkdən yaxud xəstələnməkdən qorxdum. Ənsardan birinə dedim, o da dəvələri sürdü. Sonra suyun içinə isti daşları ataraq qusul aldım. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə dostlarına çatdım. O mənə dedi: “Ey Əsla sürməyin niyə dəyişdi?” Mən dedim: Ey Allahın Rəsulu, onları mən sürmədim, ənsardan bir nəfər sürdü”. O dedi: “Niyə?” Mən dedim: “Cunub oldum, soyuqdan ölməkdən qorxdum, isti daşlarla su qısdırdım, onunla qusul aldım”. Bundan sonra Allah təala bu ayəni nazil etdi: “Sərxoş ikən nə dediyinizi anlayana qədər …. namaza yaxınlaşmayın. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır”. Bundan başqa bir yoldan da rəvayət edilmişdir.
-
44
Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də yoldan azdırmaq istəyirlər?
Allah yəhudilər haqqında xəbər verir ki, onlar hidayətin qarşılığında azğınlığı aldılar, Allahın rəsuluna nazil etdiyindən üz çevirdilər, əvvəlki peyğəmbərlərin Muhəmməd (salləllahu aleyhi və səlləm) haqqında gətirdiklərini tərk etdilər və bunların hamısını dəyərsiz dünya malı üçün etdilər. Allahın qiyamətə qədər davamlı lənəti onların üzərinə olsun.
“Yoldan azdırmaq istəyənləri” yəni onlar istəyirlər ki, siz nazil ediləni inkar edərək, yönəldiyiniz haqq yolu və faydalı elmi tərk edəsiniz.
“Allah düşmənlərinizi daha yaxşı tanıyır”, yəni o onları yaxşı tanıyır və sizi onlardan çəkindirir.
“Allahın himayəsi və köməyi kifayət edər!”, yəni Ona sığınan üçün himayədar, kömək istəyən üçün isə yardımçı olaraq yetər.
Sonra Allah “min əlləzinə hədu” dedi. Buradakı “min” ədatı cinsi bildirir, bu ayədə olduğu kimi — “elə isə məbudların murdarlığından uzaq olun” (Həcc, 30).
“Kəlmələrin yerini dəyişdirir” yəni onları yersiz yozarlar, qəsdən iftira ataraq Allahın muradına uğun olmayan şəkildə təfsir edərlər.
“Eşitdik və asi olduq” deyərlər, yəni ey Muhəmməd, sənin dediyini eşitdik, lakin sənə itaət etmədik. Bunu Mücahid ilə İbn Zeyd belə təfsir etmişlər, murad edilən də məhz elə odur. Bu inkar və inadkarlığın həddinin nə qədər aşılmış olduğunu göstərir. Onlar onun günah olduğunu və ondan gələn əzabı anladıqdan sonra Allahın kitabından üz çevirdilər.
“Eşidilməyəni eşit”, yəni dediyimizi dinlə, bizdən başqa kimsəni eşitmə. Bunu Dəhhak İbn Abbasdan rəvayət etmişdir. Mücahid ilə Həsən isə belə demişlər: “Dinlə, sən deyən qəbul deyil”- birinci bundan daha doğrudur. Bu da onların istehza edərək alçaltmalarını göstərir. Allah onlara lənət etsin.
“Dillərini əyərək və dinə tənə vuraraq “raina” deyərlər”, yəni onlar “raina” deməklə “bizə nəzər yetir və eşit” mənasını daşıdığını bildirirlər, lakin əsil məqsədləri Peyğəmbəri söyərək hörmətsizlik etməkdir. Bu barədə Bəqərə, 104 ayəsində danışdıq “Ey iman gətirənlər! “Raina”– deməyin; “Bizə nəzər yetir və eşidin!”– deyin!”. Buna görə qəlblərində olanı üzə çıxardan Allah, yəhudilərdən bəhs edərək “Dillərini əyərək və dinə tənə vuraraq” demişdir. Yəni Peyğəmbəri söyərkən belə edərdilər, deməkdir.
“Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onların az bir hissəsi iman edirlər”, yəni qəlbləri xeyirdən çevrilərək uzaqlaşdırılıblar. Artıq onların qəlbinə imandan faydalı bir şey girməz. Bu barədə Bəqərə, 88-in təfsirində danışdıq “Odur ki, onlar olduqca az inanırlar”, onlar yetərincə iman etməmişlər.
-
45
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!
44-cü ayənin təfsirinə bax.
-
46
Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “Eşit! Eşitməz olasan!”, “Raina”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onların az bir hissəsi iman edirlər.
44-cü ayənin təfsirinə bax.
-
47
Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici nazil etdiyimizə iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
Allah Təala əhli kitaba qulu və rəsulu Muhammədə (sallallahu aleyhi və səlləm) endirdiyi və içərisində bildirdiyi müjdələrin təsdiqi olan böyük kitaba iman etmələrini əmr edərək və bunu etmədikləri təqdirdə “üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən öncə” kəlamı ilə təhdid edərək belə demişdir. Bəziləri bunun mənası, üzləri boynun arxasına çevirmək və gözləri arxa tərəfə keçirməkdir, demişdirlər. Belə bir məna da murad edilmiş ola bilər: “Üzləri sıyırmamışdan əvvəl”, yəni ona qulaq, göz və burun qoymamışdan əvvəl. Bununla birlikdə onları arxaya çevirərik. Əhvi ibni Abbasın “Üzləri sıyırmamışdan əvvəl” kəlamı haqqında: “Sıyırma – onları kor etməkdir, “arxalarına çevirməmişdən öncə”- sözünün mənası da üzlərini arxaya çevirərək arxa arxaya yerimələridir və onlara boyunlarının arxasından iki gözün verilməsidir” dediyini rəvayət etmişdir. Qatadə ilə Atiyə əl-Əhvi də belə demişdirlər. Bu da ən azğın bir əzab və aləmlərə ən qorxunc ibrətdir.
Bu onların haqdan çevrilib batilə döndürülmələrinə və aydınlıq yoldan qaranlıq yola getmələrinə misaldır. Batilə tərəf nəfəs nəfəsə qaçarlar, arxa arxaya da yeriyərlər. Eyniylə bu sözdəki kimi: “Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.” (Yasin 8-9) Bu onların azmışlığına və hidayəttən məhrum edilmələrinə misaldır.
“Üzləri sıyırmamışdan əvvəl” –kəlamı haqqında deyilir ki, üzləri haqq yoldan dönməmişdən əvvəl, deməkdir. İbni əbi Hatim belə demişdir: İbn Abbas və Həsən Bəsridən də belə rəvayət edilmişdir. Suddi belə demişdir: Üzləri arxaya çevirmək onların haqdan məhrum edilməsi deməkdir. Deyir ki, Onları küfrə döndərər və onları meymuna çevirərik. İbni Zeyddə: “Onları Hicaz torpağından Şam bölgəsinə çevirərik”- demişdir.
İbni Cərir belə demişdir: Bizə Əbu Qureyb rəvayət etdi, o da Cabir ibn Nuhdan rəvayət etdi ki, İsa ibn Muğirə demişdir. “İbrahimin yanında Kabın müsəlman olmasından bəhs etdik. Belə dedi: Kab Ömərin vaxtında müsəlman oldu. Beytul müqəddəsə getmək üçün gəlmişdi yolüstü Mədinəyə dəydi. Ömər (radiyallahu anh) onun qarşısına çıxıb: “Ey Kab müəslman ol!”- dedi. O da: “Kitabınızda “Tövratı yüklənib sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. ” (Cumuə 62) ayəsini oxumursuznuz? Mən də Tövratı yükləndim” dedi. Deyir ki, Ömər ondan əl çəkdi. Sonra Kab çıxdı Himsə çatdı. Oranın yerli xalqından birinin həzin-həzin “Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə iman gətirin!” ayəsini oxuduğunu eşitdi. Kab: ”Ey Rəbbim, bu ayə mənə şamil olunmadan, müsəlman oldum”-dedi. Sonra geri döndü, Yəməndəki ailəsinin yanına gəldi. Sonra onları da müsəlman olaraq gətirdi.
Bunu İbn Əbi Hətim də başqa bir ləfzlə başqa bir cəhətdən rəvayət etmiş, belə demişdir: Bizə ibn Nüfeyl, o da Amr ibn Vakiddən, o da Yunus ibn Halbəsdən, o da Əbu İdris Aizilillah əl Havlanidən rəvayət edib dedi ki: “Əbu Müslim əl Cəlili Kabın müəllimi idi. Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına getməyə gecikdiyi üçün onu qınayardı. Deyilir ki, “Odur mu?” deyə gedib baxması üçün onu göndərdi. Kab deyir ki, miniyimə mindim, Mədinəyə gəldim, baxdım ki, bir nəfər Quran oxuyur:“Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən öncə yanınızda olanı təsdiqləyici nazil etdiyimizə iman gətirin!” deyir. Həmin an suya tərəf qaçıb qüsul aldım. Sıyrılar deyə qorxduğum üçün əlimi üzümə attım, sonra da müsəlman oldum.
“Yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə” yəni, hiylə işlədərək şənbə günü balıq ovlamaq üçün həddi aşanlar, deməkdir. Bunlar meymunlara və donuzlara çevrilmişdilər. Hekayələri Əraf surəsində geniş şəkildə danışılacaq.
“Allahın əmri mütləq yerinə yetəcəkdir.” Yəni bir şey əmr etdiyi zaman heç kim ona müxaliflik edə, mane ola bilməz.
Sonra Allah Təala “Özünə şərik qoşulmasını bağışlamayacağını” xəbər verdi. Yəni bir qul müşrik olaraq qarşısına çıxarsa onu bağışlamaz. “Bundan başqasını” yəni bundan başqa günahları “dilədiyi kimsəyə bağışlayar” yəni istədiyi qullarına, deməkdir. Bu ayə ilə əlaqədar hədislər varid olmuşdur. Müəssər olanları qeyd edək:
Birinci hədis: İmam Əhməd belə demişdir: Bizə Yezid ibn Harun danışdı, o da Sadaka ibn Musadan, o da Əbu İmran əl-Cəvnidən, o da Yezid ibn Babanusdan rəvayət etdi ki, Aişə (radiyallahu anhə) demişdir: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə dedi: Məhkəmələr Allah qatında üçdür. Məhkəmə vardır ki, Allah onunla heç bir halda maraqlanmaz. Məhkəmə vardır ki, Allah ondan heç bir şeyi tərk etməz. Məhkəmə vardır ki, Allah onu bağışlamaz. Allahın bağışlamadığı məhkəmə Allaha şərik qoşmaqdır. Əziz və Cəlil olan Allah: Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə 72) demişdir. Allahın heç bir halda maraqlanmadığı məhkəmə isə qulun özü ilə Allah arasında olan bir şeyi əskik etməsidir. Məsələn, bir gün oruc tutmamaq və bir günlük namazı tərk etmək kimi. Şübhəsiz ki Allah bunu istəyərsə bağışlayar və ondan keçər. Allahın heç bir şəkildə tərk etməyəcəyi məhkəmə isə qullarının biri-birinə haqsızlıq etmələridir. Bu zaman qisas qaçınılmazdır. Bunu yalnız Əhməd rəvayət etmişdir.
İkinci hədis: Hafiz Abubəkr Əl-Bəzzar Musnədində belə demişdir: Bizə Əhməd İbn Malik danışdı, Zaidə İbn Əbirakkad danışdı o da Ziyad en-Numeyridən Ənəs ibn Malikin Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini rəvayət etmişdir: Zülm üçdür, Zülm var ki, Allah onu bağışlamaz. Zülm var ki, Allah onu bağışlayar və zülm var ki Allah onu tərk etməz. Allahın bağışlamayacğı zülm şirkdir. Sonra belə demişdir “Həqiqətən Allaha şərik qoşmaq böyük zülmdür” (Loğman: 13) Allahın bağışlayacağı zülm isə qullarının öz nəfsləri ilə Allah arasında etdikləridir. Allahın tərk etməyəcəyi zülm isə qullarının bir-birilərinə etdikləridir. Onlar öz haqqlarını bir birilərindən alacaqlar.
Üçüncü hədis: İmam Əhməd belə demişdir: Bizə Safvan ibn İsa danışdı, o da Sevr İbn Yeziddən, o da Əbu Avndan, o da Əbu İdrisdən rəvayət etdi ki, Müaviyənin belə dediyini eşitdim: Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini eşitdim, Hər günahı Allahın bağışlamasına ümid edilir yalnız bir nəfərin kafir olaraq ölməsi və ya bir mömini qəsdən öldürməsi istisnadır. Bunu Nəsai də Muhamməd ibn Müsənnadan o da Safvan ibn İsadan belə rəvayət etmişdir.
Dördüncü hədis: İmam Əhməd belə demişdir: Bizə Haşim ibn Qasım danışdı, o da Abdülhəmiddən, o da Şəhrdən, o da ibn Ğanəmdən, ona da Əbu Zər Rəsulullahdan sallallahu aleyhi və səlləmdən belə danışdı: “Allah Təala dedi ki: “Ey qulum mənə ibadət etdiyin və mənə ümid etdiyin müddətdə günahını bağışlayaram. Ey qulum, əgər dünya qədər xəta ilə gəlsən, mənə şərik qoşmadığın müddətdə o qədər də bağışlanma ilə səni qarşılayaram.” Bunu bu sənədlə yalnız Əhməd rəvayət etmişdir.
Beşinci hədis: İmam Əhməd belə demişdir: Bizə Abdussaməd danışdı, bizə atam danışdı, bizə Həsən danışdı, o da Bureydədən, ona da Yahya ibn Yamər danışdı ,ona da Əbul Əsvəd əd-Deyli danışdı. ona da Əbu Zər danışdı, dedi ki: Rəsulullahın salllahu aleyhi və səlləm yanına gəldim, o dedi: Bir qul lə iləhə illəllah deyərsə və bunun üzərində ölərsə o mütləq cənnətə girər. Mən də: Zina və oğurluq etsə belə? -dedim. O da: zina və oğurluq etsə belə, dedi. Mən də: Zina və oğurluq etsə belə? dedim. O da 3 dəfə: zina və oğurluq etsə belə, dedi. Sonra dördüncüdə Əbu Zərin xoşuna gəlməsə də belədir, dedi. Əbu Zərin izarından dartaraq çıxdı: “Əbu Zərin xoşuna gəlməsə də” sözünü təkrar edirdi. Əbu Zər bu hədisi danışar və “Əbu Zərin xoşuna gəlməsə də” deyərdi. Bu iki şeyxin Hüseyn hədisindən götürülmüşdür.
Əbu Zər hədisi başqa bir yolla: Əhməd belə demişdir: Bizə əbu Müaviyə danışdı, bizə Aməş danışdı, o da Zeyd ibn Vəhbdən, o da Əbu Zərdən deyir ki, Mən bir axşam vaxtı Mədinənin Qaradaşlıq kimi bilinən yerində Rəsulullahla sallallahu aleyhi və səlləm ilə gəzirdim. Uhuda tərəf baxırdıq. Ey Əbu Zər dedi. Mən də: Buyur ya Rəsulullah dedim. Belə dedi: Bu Uhudun qızıl olub yanımda üç gün belə qalmasını istəmərəm ancaq bir dinarlıq borcum varsa onu saxlayaram və qalanını Allahın qulları üçün belə, belə xərcləyərəm, dedi və sağına önünə və soluna əli ilə vermə işarəti etdi. Əbu Zər deyir ki, sonra gəzməyə başladıq: Ey Əbu Zər dünyada malı çox olanlar axirətdə savabı az olanlardır yalnız belə edənlər istisna dedi sağına önünə və soluna əli ilə vermə işarət etdi. Sonra yenə gəzməyə başladıq və dedi: Ey Əbu Zər sən burada qal mən gələnə qədər burda gözlə. O getdi və gözdən itdi. Əbu Zər deyir ki, bir gurultu səs eşitdim: Hər halda Rəsulullahın (sallallahu aleyhi və səlləm) qarşısına bir şey çıxdı dedim. Arxası ilə getmək istədim sonra: mən gələnə qədər burda gözlə dediyini xatırladım, onu gözlədim. Nəhayət gəldi. Eşitdiyim səsi ona dedim, O Cəbrail idi mənə gəldi və Ümmmətindən kim Allaha heç bir şərik qoşmadan ölərsə cənnətə girər dedi.Mən də: zina etsə oğurluq etsə belə mi dedim. O da zina və oğurluq etsə də dedi. Bunu iki səhihdə Aməşdən də belə rəvayət edilmişdir.
Yenə bunu Buxari ilə Muslim ikisi də Quteybədən , o da Cərir ibnƏbdulhəmiddən, o da Abduləziz ibn Rəfidən, o da Zeyd ibn Vəhbdən, Əbu Zərdən rəvayət etmişdir ki: Bir gecə çıxdım gördüm ki Rəsulullah (səllallahu aleyhi və səlləm) tək gəzir, yanında da heç kim yoxdur.Onun yanında heç kimin olmasını istəmədiyini düşündüm. Ay işığında ardı ilə gəzməyə dəvam etdim. Geriyə döndü və məni gördü. Kimdir o? Dedi. Mən də: Əbu Zər canım sənə fəda olsun, dedim. Ey Əbuzər gəl yanıma dedi. Bir saat bir yerdə gəzdik, mənə belə dedi: Malı çox olanlar qiyamət günü savabı az olanlardır yalnız Allahın verdiyi malı sağına, soluna, önünə və arxasına pay edənlər və onda xeyir iş görənlər istisna, dedi. Sonra onunla bir yerdə bir saat da gəzdik. Mənə burada otur, dedi. Məni ətrafında daşlar olan düz bir yerə oturtdu. Getdi, gec oldu çox gec oldu ki sonra qayıdanda “zina və oğurluq etsə də” dediyini eşitdim. Gəldi, səbr edə bilmədim soruşdum: Ey Allahın Nəbisi, canım sənə fəda olsun, o qaradaşlıqda danışdığın kim idi? Sənə cavab verən heç kimin səsin eşitmədim, dedim. O da mənə: Cəbrayıl idi Qaradaşlıqda qarşıma çıxdı: Ümmətinə müjdə ver, kim Allaha şərik qoşmadan ölərsə cənnətə girər, dedi. Mən də: Ey Cəbrayıl , zina və oğurluq etsə belə mi? dedim. O da : Bəli dedi. Mən də: zina və oğurluq etsə belə mi O da: Bəli dedi. Mən də: zina və oğurluq etsə belə mi O da: Bəli içki içsə də, dedi.
Altıncı hədis: Abd İbn Humeyd, Musnədində belə demişdir: Bizə Ubeydullah ibn Musa danışdı o da ibn Əbi Leyladan, o da Əbuzübeyrdən, o da Cabirdən dedi ki: Rəsulullaha (salllahu aleyhi və səlləm) bir kişi gəldi və dedi: Ya Rəsulullah , vacib olan iki şey nədir? O da: Kim Allaha şərik qoşmadan ölərsə cənnət ona vacib olar, kim də Allaha şərik qoşaraq ölərsə cəhənnəm ona vacib olar, dedi və hədisi bütünlüklə danışdı. Bunu bu şəkildə yalnız o rəvayət etmişdir.
Başqa bir yoldan İbn Əbi Hatim belə demişdir: Bizə atam, o da Həsən ibn Əmr ibn Hallad əl Harrani, o da Mənsur ibn İsmayıl əl Kurəşi, o da Musa ibn Ubeydə ər-Rəbzidən, o da Abdullah ibn Udbeydədən, o da Cabir ibn Abdullahdan rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə dedi: Bir can Allaha heç bir şeyi şərik qoşmadan ölərsə mütləq bağışlanma ilə qarşılaşar, Allah istəsə ona əzab edər istəsə onu bağışlayar, ”Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz, bundan başqasını istədiyi kimsə üçün bağışlayar”. Bunu Hafiz ibn Yəala Müsnədində, Musa ibn Ubeydədən, o da qardaşı Abdulla ibn Ubeydədən, o da Cabirdən rəvayət etmişdir ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: Pərdə enmədikcə qul bağışlanmanın kölgəsində qalar. Ey Allahın nəbisi pərdə nədir?- dedilər, o da: “Allaha şirk qoşmaqdır” – dedi və əlavə etdi:- “bir nəfs Allaha şərik qoşmadan onun hüzuruna çıxarsa ona Allahın bağışlaması halal olur; istərsə ona əzab edər istərsə də bağışlayar”. Sonra da Allahın nəbisi (səllallahu aleyhi və səlləm) ”Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz, bundan başqasını istədiyi kimsə üçün bağışlayar”-ayəsini oxudu.
Yeddinci hədis, İmam Əhməd belə demişdir: Bizə Əbu Nüaym, o da Zəkəriyyədən, o da Atiyyədən, o da Əbu Səid əl-Xudridən rəvayət etdi ki: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: “Kim Allaha şirk qoşmadan ölərsə, cənnətə girər”. Bunu bu yolla yalnız o rəvayət etmişdir.
Səkkizinci hədis, İmam Əhməd belə demişdir: Bizə Həsən ibn Musa, o da Əbu Kabildən, o da Səri oğullarından olan Abdullah ibn Naşirdən rəvayət edərək dedi ki:- Şamlıların valisi Əbu Rühm rəvayət edir ki, Əbu Əyyub əl-Ənsaridən onun belə dediyini eşitdim. Bir gün Rəsulullah (səllallahu aleyhi və səlləm) bizə tərəf çıxıb gəldi: “Əziz və Cəlil olan Rəbbiniz məni ümmətimdən yetmiş minini Cənnətə hesab görmədən daxil etməklə, ümmətim üçün bir üstünlük əldə etmək arasında seçim verdi.”-dedi. Əshabından bəziləri “Ey Allahın Rəsulu, Rəbbin sənin üçün nəyisə gizlədərmi?” dedilər. Rəsulullah (səllallahu aleyhi və səlləm) içəri girdi və sonra təkbir gətirərək ordan çıxdı və belə dedi: “Rəbbimin mənim üçün gizli saxladığı şeyi qorumaqla birlikdə yetmiş min daha əlavə etdi” O zaman Əba Rahm: “Ey Əbu Eyyub, sən Rəsulullah üçün gizli saxlanılanın nə olduğunu zənn edirsən?”-dedilər və bu zaman onu sözləri ilə çəkişdirdilər. Əbu Əyyub:” Ondan əl çəkin, sizə Rəsulullah (səllallahu aleyhi və səlləm) üçün gizli saxlanan şeyin nə olduğunu zənnetdiyim kimi, hətta dəqiq olaraq deyim” — dedi. Rəsulullah (səllallahu aleyhi və səlləm) üçün gizli saxlanan şey budur, dedi ki: “Kim Allahdan başqa İlah yoxdur, birdir, şəriki yoxdur və Muhamməd onun qulu və rəsuludur, deyə dili ilə iqrar edib, qəlbi ilə təsdiqləyərsə, Allah onu Cənnətə daxil edər”.
Doqquzuncu hədis, İbni Hatim demişdir: Bizə atam, o da Müəmmil ibn Fadl Əl-Harranidən, o da İsa ibn Ravhdan, ona da Haşim ibn Qasim əl Harrani öz dəftərindən rəvayət edib dedi ki: Bizə İsa ibn Yunus birbaşa Vasil ibn Saib əl-Rəqqaşidən, o da Əbu Əyyub əl-Ənsarinin qardaşı oğlu Əbu Səvrədən, Əbu Əyyubun belə dediyini rəvayət etdi: Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına bir nəfər gəldi və :”Mənim bir oğlum var haramdan qaçmır”-dedi. O da: “Dini necədi?”- dedi. O da:”Namaz qılır, Allahın bir olduğunu bilir”-dedi. “Ondan dinini sənə verməsini istə, əgər verməsə onda ondan satın al”-dedi. Həmin adam ondan bunu istədi, o da qəbul etmədi. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib xəbər verdi: “Onu dinini satmaqda çox xəsis gördüm”, dedi. Bu zaman ”Şübhəsiz ki, Allah özünə şirk qoşulmasını bağışlamaz, bundan başqasını istədiyi kimsə üçün bağışlayar”-ayəsi endi.
Onuncu hədis, Hafiz Əbu Yəla belə demişdir: Bizə Əmr ibn Dəhhaq, o da atasından, oda Məstur ibn Həmmam əl Hənaidən, o da Sabitdən, o da Ənəsdən rəvayət etdi ki, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanına bir nəfər gəlib dedi: Ey Allahın Rəsulu, nə bir ehtiyac, nə də bir ehtiyac sahibi saxladım, hamısını həll etdim. O da “Allahdan başqa bir ilah olmadığına və Muhammədin də onun Allahın rəsulu olduğuna şəhadət etmirsənmi?”dedi. Bunu üç dəfə təkrarladı. Həmin adam da: “Bəli”-dedi. O da: “Bu, bütün onları əvəz edər”, dedi.
On birinci hədis, İmam Əhməd belə demişdir: Bizə əbu Amir, o da İkrimə ibn Əmmardan, o da Damdam ibn Cevş əl Yəmaminin belə dedini rəvayət etdi ki: Əbu Hüreyrə mənə: “Ey Yemami, hər hansı bir adam haqqında: “Allaha and içirəm ki, Allah səni bağışlamaz və ya səni Cənnətinə qoymaz”, demə!”-dedi. Mən də: “Ey Hureyrə, bu sözü bir qardaşımıza və dostumuza əsəbləşəndə işlədirik”- dedim. O da: “Onu demə çünki mən Rəsulullahdan (səllallahu aleyhi və səlləm) ”onun belə dediyini eşitdim: İsrailoğullarında iki adam var idi, biri ibadətə bağlı idi, o biri isə canına qıymazdı. İkisi də qardaş idilər. İbadətdə çox çalışan digərini bir günah işləyərkən gördü və günahı gözündə çox böyütdü, ona: “Vay olsun sənə, artıq bu işə bir son qoy!”-dedi. O da cavabında: “Rəbbimlə mənim arama girmə, sən mənə gözətçi göndərilməmisən ki.. ” dedi. O da: “And içirəm ki, Allah səni bağışlamaz və ya səni əsla Cənnətə daxil etməz” — dedi. Rəvayət edilir ki, allah onlara bir mələk göndərdi və ikisinin də canını aldı. Allahın hüzurunda görüşdülər, günah işləyənə: Get, rəhmətimlə Cənnətə gir, dedi. Digərinə də: Sən alimsənmi, mənim əlimdəkinə gücünmü çatar? Onu Cəhənnəmə aparın dedi. Əbul-Qasımın ruhunu əlində tutan Allaha and içirəm ki, o bir kəlimə dedi və onunla həm dünyasını, həm də axirətini bərbad etdi. Bunu Əbu Davud da İkrimə ibn Amrdan, o da Damdam ibn Cevşdən belə rəvayət etmişdir.
On ikinci hədis: Təbərani belə demişdir: “Bizə Əbuşşeyx, o da Muhamməd ibn Hasən ibn Aclan əl İsfəhanidən, o da Sələmə ibn Şəbibdən, o da İbrahim ibn Hakəm ibn Əbandan, o da atasından, o da İkrimədən, o da İbni Abbasdan rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) belə dedi: Əziz və Cəlil olan Allah belə buyurdu: Kim mənim günahları bağışlamağa gücümün yetdiyini bilərsə, mənə şərik qoşmadığı müddətcə onu bağışlayaram, heç nəyə fikir vermərəm.
On üçüncü hədis: Hafiz Əbubəkr Əl-bəzzar ilə Hafiz Əbu Yəla belə demişdirlər: Bizə Hudbə ibn Xalid, o da Suheyl ibn Əbi Hazimdən, o da Sabitdən, o da Ənəsdən rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) belə demişdir: “Allah kimə bir əməlinə qarşı savab vəd edərsə onu yerinə yetirər. Kimi də bir əmələ görə əzab ilə təhdid etmişdirsə, onda ixtiyar sahibir”. Bunu yalnız bu ikisi rəvayət etmişdir.
İbni Əbi Hatim belə demişdir: Bizə Bahr ibn Nasr, əl Havlani, o da Xalid ibn Əbdurrahman əl Xorasnidən, o da Heysəm ibn Cəmmazdan, o da Səlam ibn Əbu Mutidən, o da Bəkr ibn Abdullah əl Müzənidən, o da İbni Ömərdən rəvayət etdi ki, biz- Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əshabı adam öldürənin, yetim malı yeyənin, namuslu qadınlara iftira atanın və yalançı şahidinin əhv edilməyəcəyinə şübhə etməzdik. Nəhayət:“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar.” ayəsi endi, o zaman Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əshabı belə bir şahidlikdən imtina etdilər. Bunu İbni Cərir də Heysəm ibn Həmmaddan belə rəvayət etmişdir.
Yenə İbni Əbi Hatim belə demişdir: Bizə Abdulməlik ibn Abdurrahman əl Mukri, o da Abdullah ibn Asimdən, o da Saleh əl-Murridən, o da Əbu Bişrdən, o da Əyyubdan, o da Nafidən rəvayət etdi ki, İbn-i Ömər belə dedi: Biz Allahın kitabında Cəhənəmi vacib qıldığı kimsələr barədə şübhə etməzdik, nəhayət üzərimizə Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar.” ayəsi endi. Bunu eşirdikdən sonra o cür şahidliklərdən imtina etdik və işləri Əziz və Cəlil olan Allaha həvalə etdik.
Bezzar belə demişdir: Bizə Muhamməd ibn Abdurranhman o da, Şeyban ibn əbu Şeybədən, o da Harb ibn Süreycdən, o da Əyyubdan, o da Nafidən rəvayət edir ki, İbn Ömər demişdir: Biz böyük günahlar edənlər üçün istiğfar etməyə çəkinirdik. Nəhayət Peyğəmbərin (səllallahu aleyhi və səlləm): “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar” və “Qiyamət günü şəfaətimi ümmətimdən böyük günah sahiblərinə saxladım” dediyini eşitdikdə bu fikrimizdən daşındıq.
Əbu Cəfər ər-Razi Rəbidən rəvayət etmişdir:- Mənə Mücəbbir xəbər verdi, o da Abdullah ibn Ömərdən onun belə dediyini rəvayət etmişdir: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. (Zümər 53) ayəsi endiyi zaman bir nəfər ayağa qalxdı: “Şirkə də? Ey Allahın nəbisi?” dedi. Rəsulullahın (səllallahu aleyhi və səlləm) bu sözdən xoşu gəlmədi və “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” dedi. Bunu ibni Cərir rəvayət etmişdir.
Bunu ibni Mərduveyh də müxtəlif yollarla İbni Ömərdən rəvayət etmişdir. Tənzil surəsindəki bu ayə tövbə şərtinə bağlıdır. Əlavə olaraq qeyd edək ki, kim hər hansı bir günahdan tövbə edərsə, istərsə dəfələrlə etmiş olsun, Allah onun tövbəsini qəbul edər. Buna görədir ki: De- “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. (Zümər 53) – yəni tövbə şərti ilə bağışlayar, deməkdir. Əgər belə olmasydı bura şirk də bura aid olardı. Bu da doğru deyildir. Çünki Allah Təala burada onu bağışlamayacağını hökm etmiş və bundan başqa günahı istədiyinə bağışlayacağına qərar vermişdir. Yəni günah sahibi tövbə etməsə də bu mənada onun üçün bağışlanmasına ümid edilə bilər. Allah daha yaxşı bilir.
“Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.”-kəlamı “Həqiqətən, şərik qoşmaq böyük zülmdür” (Loğman 13) kəlamı kimidir. İki səhihdə İbni Məsuddan onun belə dediyi rəvayət edilmişdir:”Ya Rəsulullah, ən böyük günah hansıdır?” dedim. O da: Allah səni yaratdığı halda ona şərik qoşmaqdır, dedi və hədisin hamısnı zikr etdi.
İbn Mərduveyh belə demişdir: Bizə İshaq ibn İbrahim ibn Zeyd rəvayət etdi ki, bizə Əhməd ibn Amr danışdı, bizə İbn Münzir rəvayət etdi, bizə Məan danışdı, bizə Said ibn Bəşir, o da Qatadədən, o da Həsəndən, o da İmran ibn Huseyndən rəvayət etdi ki, Rəsulullah (səllallahu aleyhi və səlləm) “Sizə böyük günahların ən böyüyünü xəbər verimmi?” dedi, sonra da “Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.” ayəsini oxudu və anaya ataya üsyan etməkdir, dedi, sonra “Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir” (Loğman 14) ayəsini oxudu.
-
48
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.
47-ci ayənin təfsirinə bax.
-
49
Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.
Həsən ilə Qatədə “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsi “biz Allahın oğullarıyıq və sevimliləriyik” deyən yəhudi və xristiyanlar haqqında nazil olduğunu demişdirlər.
İbn Zeyd də “Biz Allahın oğullarıyıq” (Maidə 18) və “cənnətə ancaq Yəhudi və Xristiyanlar girəcək” (Bəqərə 111) demələrinə görə nazil oldu demişdir. Mücahid də demişdir ki, Onlar duada və namazda uşaqları qabağa çəkib və onların günahlarının olmadığını iddia edərdilər. İkrimə ilə Əbu Malik də belə demişdir. Bunu İbn Cərir rəvayət etmişdir. Avfi İbn Abbasdan “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsi yəhudilər haqqında nazil olduğunu demişdir. Onlar deyirdilər ki, bizim oğullarımız vəfat etdilər onlar bizim yaxınlarımızdır bizə şəfaət edəcəklər və bizi təmizə çıxaracaqlar. Bunun üzərinə Allah Təala Muhammədə (sallallahu aleyhi və səlləm) “Özlərini öyənləri təmizə çıxaranları görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.” ayəsini nazil etdi. Bunu İbn Cərir rəvayət etmişdir.
İbn Əbi Hatim belə demişdir: Bizə atam danışdı, bizə Muhamməd ibn Mustafa danışdı, bizə ibn Himyər danışdı o da İbn Lehiyadan, Bəşr İbn Əbi Amrdan, o da İkrimədən o da İbn Abbasın belə dediyini rəvayət etmişdir ki, Yəhudilər uşaqlarını önə keçirib onlara namaz qıldırardılar, qurbanlarını kəsdirər və onların nə xətaları nə də ki günahları olmadığını iddia edərdilər. Yalan danışdılar, Allah da: Mən günah sahibini günahsız başqa biri ilə təmizləmərəm dedi və “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini nazil etdi. Sonra da belə dedi: Mucahid, Əbu Malik, Suddi, İkrimə və Dahhaqdan da bənzər şəkildə rəvayət edilmişdir.
Dahhaq demişdir ki, uşaqlarımızın günahları olmadığı kimi bizim də günahlarımız yoxdur dedilər. Bunun üzərinə Allah Təala “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini nazil etdi. Belə deyilmişdir ki, bu ayə özünü öymə və özünü təmizə çıxarma haqqında nazil edilmişdir. Muslimdə sabit olduğuna görə Mikdad İbn Əsvad belə demişdir: Rəsulullah (sallallahu aleyhi və səlləm) öyünənlərin üzlərinə torpaq atmağımızı əmr etdi. İki səhihdə Xalid əl Həzzadan, o da Abdurrahman İbn Əbi Bəkrədən, o da atasından rəvayət edilmişdir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) bir kişinin birini təriflədiyini eşitdi: “Vay olsun sənə öz dostunun boynunu vurdun, dedi. Sonra da: Əgər biriniz birini mütləq tərifləməli olsanız, belə- belə oduğunu zənn edirəm desin və heç kimi Allah yanında təmizə çıxarmıram desin”, dedi.
İmam Əhməd belə demişdir: Bizə Mutəmir, atasından danışdı o da Nuaym İbn Əbi Hinddən, Ömər İbn Xattabın belə dediyini rəvayət etmişdir:
Kim mən möminəm deyərsə kafirdir, aliməm deyərsə cahildir, kim cənnətliyəm deyərsə cəhənnəmlikdir. Bunu İbn Mərduveyh də Musa ibn Ubeydə yolundan, Talha İbn Ubeydullah İbn Qureyzdən belə rəvayət etmişdir: Ömər demişdir ki, ən qorxduğum şey birinin öz rəyini bəyənməsidir. Kim mömin olduğunu söyləyərsə kafirdir. Alim olduğunu söyləyərsə cahildir. Cənnətlik olduğunu söyləyərsə cəhənnəmlikdir.İmam Əhməd belə demişdir: Bizə Muhamməd İbn Cəfər danışdı, bizə Şöbə ilə Həccac danışdılar, bizə Şöbə danışdı o da Sad İbn İbrahimdən, o da Məbəd əl- Cühənidən dedi ki, Muaviyə rəsulullahdan (sallallahu alaeyhi və səlləm) çox az hədis rəvayət edərdi. Cümə günləri də bu hədisləri rəvayət etmədiyi çox az rast gəlinərdi: Allah kimə xeyr istəyərsə onu dində fəqih edər. Bu mal həm şirin həm də münasibdir. Beləliklə kim onu haqqı ilə alarsa bərəkətini görər. Bir birinizi öyməkdən çəkinin, bu boğazlamaqdır. Bunu İbn Macə də ondan rəvayət etmişdir. “Bir birinizi öyməkdən çəkinin çünki o boğazlamaqdır” hədisini Əbu Bəkr İbn əbi Şeybə də, Ğundərdən, o da Şubədən belə rəvayət etmişdir. Bu Mabəd, İbn Abdullah ibn Uveym əl-Bəsri əl Qədəridir.
İbn Cərir belə demişdir: Bizə İbn Yəhya ibn İbrahim əl-Məsudi danışdı, bizə atam danışdı o da atasından, o da babasından, o da Aməşdən, o da Qays ibn Muslimdən, o da Tarıq İbn Şihabdan rəvayət edir ki, Abdullah İbn Məsud belə demişdir: Bir kişi səhər tezdən dini ilə çıxar sonra qayıdanda ondan yanında heç bir şey qalmaz. Belə ki, bir adamla rastlaşar onun da ona nə xeyiri nə də zərəri olar, ona: Vallahi sən belə beləsən, deyə tərifləyər. Bəlkə də onun heç bir ehtiyacını qarşılamadan geri qayıdar, bu halda Allahı qəzəbləndirmişdir. Sonra da İbn Məsud “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini oxudu. Bu haqda uzun danışmırıq çünki irəlidə “Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir” (Nəcm 32) ayəsində bu məsələ gələcəkdir. Buna görədir ki Allah Təala “Xeyr! Allah istədiyini təmizə çıxarar” demişdir. Yəni belə işlər Əziz və Cəlil olan Allaha həvalə edilir. Çünki O işlərin doğrusunu və mahiyyətini daha düzgün bilir.
“Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz” yəni heç kimin tel qədər belə olsa savabını hədər etməz. İbn Abbas, Mücahid, İkrimə, Ata, Həsən, Qatədə və digər sələf alimləri ayədə keçən fitil, xurma çəyirdəyinin yarığında olan iplikdir, demişdirlər. Yenə İbn Abbasdan: O barmaqlarının arasında bükdüyün şeydir, demişdir. Hər iki görüş də bir birinə yaxındır.
“Bax, necə də Allaha qarşı yalan uydururlar” yəni özlərini təmizə çıxararaq Allahın oğulları və sevimli qulları olduqlarını iddia edər, “Cənnətə Yəhudi və Xristiyan olamayanlardan başqası girməyəcəkdir” (Bəqərə 111) və “cəhənnəm odu bizə yalnız bəzi günlərdə toxunar” (Ali imran 24) sözlərini gətirər və ata babalarından yaxşı olan kəslərin əməllərinə etibar etməklərində yalan danışırlar. Allah, ata babalarının əməllərinin oğullarına heç bir faydası olmayacağını burada “onlar bir ümmət idi gəlib keçmişdir. onların qazandığı özlərinə, sizin qazandığınız da sizindir. Onların etdiklərindən siz sorğu sual olunmayacaqsınız” ayəsi ilə qərara bağlamışdır. Sonra da “Bu, açıq-aşkar günah üçün kifayət edər!” dedi, yəni bu etdikləri yalan və aşkar bir iftira olaraq kifayət edər, deməkdir.“Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla“ — bu ayədə keçən cibt haqqında Muhamməd İbn İshaq, o da Həsən İbn Faiddən, o da Ömər İbn Xattabın cibt sehrdir, tağut da şeytandır, dediyini rəvayət etmişdir.
İbn Abbas, Əbul Aliyə , Mucahid, Ata, İkrimə, Said İbn Cübeyr, Şəabi, Həsən, Dəhhaq və Suddidən: Təkrar olaraq İbn Abbas, Əbul Aliyə , Mucahid, Ata, İkrimə, Said İbn Cübeyr, Şəabi, Həsən və Atiyyədən cibt şeytandır dedikləri rəvayət edilmişdir. İbn Abbas: Bu habəşcədir demişdir. İbn Abbasdan: Cibt Huyey İbn Ahtabdır. Mucahiddən isə Cibt Kəab ibn Əşrəfdir dediyi rəvayət edilmişdir. Allamə Əbu Nasr İsmayıl İbn Hammad əl- Cəvhəri Sıhah kitabında : Cibt bütə, kahinə, sehrbaza və başqa bu kimi şeylərə deyilən sözdür, demişdir. Bu ərəb sözü deyildir çünki onda dil ucundan çıxmayan hərflər xaricində cim və tə birləşmişdir.
İmam Əhmədin zikr etdiyi bu hədis Musnədindədir və belə demişdir: Bizə Muhamməd İbn Cəfər danışdı, bizə Avf danışdı, o da Həyyan Əbul-Əalə dan, bizə Qatan İbn Qabisə danışdı o da atası Qabisə İbn Muharıkdan o Rəsulullahın (səlallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: “Quş uçurtmaq, yerə xəttlər cızmaq və uğursuzluq cibtdəndir”. Həsən isə “O şeytandır” demişdir.
Bunu Əbu Davud və Nasai Sünənində, İbn Hatim də təfsirində Avf əl-Arabidən belə rəvayət etmişdir. Tağut haqqındakı açıqlama Bəqərə surəsində keçmişdir. Burada təkrar etməyə ehtiyac yoxdur. İbn Əbi Hatim belə demişdir: Mənə atam danışdı, bizə İshaq ibn Dayf danışdı, bizə Həccac danışdı, o da İbn Həccacdan, mənə Əbuzubeyr xəbər verdi, o da Cabir İbn Abdullahdan eşitmişdir ki, ondan tağutları soruşdular o da: “Onlar şeytanların nazil olduğu kahinlərdir” dedi. Mücahid də: “Tağut insan surətində şeytandır, insanlar mübahisələri zamanı ona müraciət edərlər. Məslələrini onun hökm kəsməsi üçün ərz edərlər”, demişdir. İmam Malik də: “Tağut Allahdan başqa ibadət olunan hər şeydir”, demişdir.
“Kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər” yəni cahilliklərinnə, dinlərinin azlığına və əllərindəki Allahın kitabını inkar etmələrinə görə kafirləri Müsəlmanlardan üstün görürdülər. İbn Əbi Hatim belə rəvayət etmişdir: “Bizə Muhamməd ibn Abdullah İbn Yezid əl-Mukri danışdı, bizə Süfyan danışdı, o da Amrdan, o da İkrimədən rəvayət etdi ki, Huyey İbn Ahtab ilə Kəab İbn Əşrəf Məkkəlilərə gəlib dedilər ki, siz də kitab əhli və elm əhlisiniz, bizə Muhamməddən və bizdən xəbər verin. Onlar da: “Siz nəsiniz? Muhamməd nədir?” dedilər. Onlar: “Biz qohumluq əlaqələrini qoruyar, hörgüçlü dəvəni kəsər, südünün üzərindən su içirər, əsirləri azad edər və hacılara su paylayarıq. Muhammədin isə zürriyəti yoxdur. Qohumları bir birinə düşman etdi, arxasına Ğıfar tayfasından olan Həcic oğulları düşdü. Biz mi daha xeyirliyik o mu?” dedilər. Onlar da: “Siz daha xeyirlisiniz və yolunuz da onunkundan daha doğrudur”, dedilər. Bunun üzərinə Allah Təala “Kitabdan pay verilmiş kəsləri görmədinmi? ayəsini nazil etdi. Başqa yoldan da İbn Abbasdan və sələfdən olan bir camaatdan da rəvayət edilmişdir.
İmam Əhməd belə demişdir: Bizə Muhamməd İbn Əbi Adiy danışdı, o da Davuddan, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etdi ki, Kəab İbn Əşrəf Məkkəyə gələndə Qureyş dedi: “Bu sonsuzu, qövmündən qaçanı görmürsənmi, bizdən daha xeyirli olduğunu zənn edir, biz isə hacılara xidmət göstəririk, Kəbəyə baxırıq, hacılara su veririk”. O da: “Siz daha xeyirlisiniz dedi”. Bunun üzərinə “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur” (Kovsər 3) ayəsi ilə “Kitabdan pay verilmiş kəsləri görmədinmi?” ayəsi nazil oldu.
İbn İshaq belə demişdir: Mənə Muhamməd İbn Əbi Muhamməd danışdı, o da İkrimədən yaxud Said İbn Cubeyrdən rəvayət etdi ki, o belə deyərdi: Qureyş, Qatfən və Qureyzə oğulları birliklərini toplayan bunlardır: Huyey İbn Ahtab , Salam İbn Əbil Hukayk, Əbu Rafi İbn Rəbi ibn Əbil Hukayk, Əbu Ammar , Vahvah ibn Ammar və Həvzə İbn Qeys Vahvah, Əbu Ammar və Həvzə Vail oğullarından, digərləri isə Nadiyr oğullarından idilər. Qureyşə gələndə, Məkkəlilər: “Bunlar Yəhudi hahamları və ilk kitabları oxuyan elm adamlarıdır. Onlardan soruşun sizin dininiz daha xeyirli olandır yoxsa Muhammədin dini?” Soruşdular, onlar da: “Xeyr sizin dininiz daha xeyirlidir və siz ondan da ona tabe olanlardan da daha doğru yoldasınız”- dedilər. Bunun üzərinə Allah Təala: “Kitabdan pay verilmiş kəsləri görmədinmi? Onlara böyük bir mülk verdik” ayələrini nazil etdi. Bu onlar üçün lənətdir, nə dünyada, nə də axirətdə yardımçılarının olmayacaqlarının xəbəridir. Çünki onlar gedib müşriklərdən yardım istədilər. Bunu da onların yardımını almaq üçün dedilər. Onlar da onlara müsbət cavab verdilər və Əhzab döyüşündə birlikdə oldular. Sonda rəsulullah (sallallahu aleyhi və səlləm) Mədinənin ətrafına xəndək qazdı, Allah möminləri onların şərrindən qorudu. “Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.” (Əhzab 25)
-
50
Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah üçün kifayət edər!
49-cu ayənin təfsirinə bax.
-
51
Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər.
49-cu ayənin təfsirinə bax.
-
52
Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.
49-cu ayənin təfsirinə bax.
-
53
Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.
Allah Təala “Yoxsa onların mülkdən bir payımı var?!” deyir. Bu inkar mahiyyətində olan sualdır, yəni onların mülkdən bir payı yoxdur deməkdir. Sonra onların xəsisliklərini bildirib “Əgər elə olsaydı, çərdəyin tumurcuğunu belə insanlara verməzdilər” dedi. Yəni əgər onların mülkdə və idarədə şəriklikləri olsa idi heç kimə, xüsusilə Muhammədə (sallallahu aleyhi və səlləm) çərdəyin tumurcuğu qədər bir şey verməzdilər. Bunu İbn Abbasla birgə əksəriyyət demişdir. Bu ayə buna bənzəyir “De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, yenə də xərcləməkdən qorxaraq xəsislik edərdiniz.” (İsra 100) Yəni əlinizdəki tükənər qorxusu ilə elə edərdiniz, deməkdir. Halbuki onun bitməsi təsəvvür belə edilə bilməz. Bu ancaq xəsislikdən qaynaqlanır. Buna görə də Allah Təala “İnsan çox xəsisdir” (İsra 100) demişdir.
Sonra belə dedi: Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Bunda Allahın Muhammədə (sallallahu aleyhi və səlləm) böyük peyğəmbərlik nəsib etməsi qəsd edilmişdir. Onu qısqanmaları da buna səbəb olmuşdur. Çünki O, ərəblərdən idi, İsrailoğullarından deyildi. Təbərani belə demişdir: “Bizə Muhamməd İbn Abdullah əl- Hadrami danışdı, bizə Yəhya əl-Himmani danışdı, bizə Qeys ibn Rəbi danışdı, o da Süddidən, o da Atadan, oda İbn Abbasdan “insanlara həsədmi aparırlar?” kəlamı haqqında: Ayədəki «insanlar» bizik, digər insanlar nəzərdə tutulmur, demişdir.
Allah Təala da belə dedi: “Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik” yəni biz İbrahim soyundan gələn İsrail oğulları tayfalarına peyğəmbərlik verdik və onlara kitablar endirdik. Onlar da sünnələrə görə hökm verdilər, bu isə hikmətdir. Onlardan hökmdarlar gətirdik. Bununla bərabər Onlardan bəzisi ona iman gətirdi bu verilənə və bu nemətə, deməkdir. Bəzisi də ondan üz çevirdi yəni ona küfr etdi, ona arxasını çevirdi və insanları ondan döndərməyə çalışdı. Halbuki o da öz millətindən yəni İsrail oğullarından idi. Onda ixtilafa düşdülər. Elə isə ey Muhamməd sənin barəndə nə edərlər, halbuki, sən heç bəni İsraildən də deyilsən? Mücahid belə demişdir: “Onlardan bəzisi ona iman gətirdi” yəni Muhammədə (sallallahu aleyhi və səlləm) deməkdir. “Bəzisi də ondan üz çevirdi” — yəni Kafirlər onu daha şiddətli bir şəkildə yalanladılar, onun gətirdiyi hidayətdən və açıq aşkar olan haqdan daha çox uzaqlaşdılar. Buna görə də onları təhdid edərək “cəhənnəmin yandırıcı alovu kifayətdir” dedi. Yəni küfrlərinə, inadkarlıqlarına və Allahın kitab və elçilərinə müxalifliklərinə görə cəza olaraq cəhənnəm onlara kifayət edər, deməkdir.
-
54
Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.
53-cü ayənin təfsirinə bax.
-
55
Onlardan kimi iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir.
53-cü ayənin təfsirinə bax.
-
56
Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı dadsınlar deyə, Biz başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
Uca Allah ayələrini inkar edərək elçilərindən üz çevirənləri Cəhənnəm atəşi ilə cəzalandıracağını xəbər verərək “Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq” buyurur. Yəni onları elə bir oda atacağıq ki, atəşi onların hər hissələrini və hər yerlərini əhatə edəcək. Sonra Uca Allah onların cəza və əzablarının davamiyyətli olacağını bildirərək “Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik” buyurur. A`məş, Süveyrdən nəqletmişdir, o da İbn Ömərdən, demişdir ki: Dəriləri yandıqca onları kağız kimi başqa dərilərlə dəyişdirərik. Bunu İbn əbi Hatim rəvayət etmişdir. Yəhya bin Yezid əl-Hədramiyə bu ayə haqqında mənə belə deyilmişdır: Kafirə yüz dəri verilər; hər iki dəri arasında bir növ əzab vardır. Bunu da Əbi Hatim rəvayət etmişdir.
İbn Əbi Hatim belə demişdir (3/5493): Bizə atam danışdı, bizə Əli bin Muhamməd ət-Tənafisi danışdı, bizə Hüseyn əl-Cu`fi danışdı, o da Zaidədən, o da Hişamdan, o da Həsəndən, “Dəriləri bişdikcə” deyişində: “Cəhənnəm dərilərini gündə yetmiş min dəfə bişirər”, demişdir. Hüseyn də bu cür demişdir. Fudayl, Hişamdan, o da Həsəndən belə dediyini əlavə etmişdir: Dərilərini bişirib ətlərinə çatınca onlara: “Əvvəlki halınıza dönün”, deyilər, onlar da dönərlər. Yenə bu cür demişdir: Hişam ibn Ammardan qeyd edilmişdir: Bizə Said bin Yəhya əs-Sadani danışdı, bizə Yusif Süləmi əl-Basrinin müttəfiqi Nəəfi danışdı, o da Nəəfidən, o da İbn Ömərdən, deyir ki: Bir insan Ömərin yanında bu “dəriləri bişdikcə onları başqa dərilərlə dəyişdirərik” ayəsini oxudu, Ömər: Onu mənə təkrar et, dedi. O da təkrar etdi. Muaz bin Cəbəl: Mən o ayənin təfsirini bilirəm, bir saatda yüz dəfə dəyişdirilər, dedi. Ömər də: Mən də Rəsulullah sallallahu əleyhi və səlləmdən belə eşitdim, dedi.
Bunu İbn Mərdəveyh də Muhamməd bin Əhməd ibn İbrahimdən rəvayət etmişdir, o da Abdan bin Muhamməd əl-Mərvəzidən, Hişam bin Ammardan belə rəvayət etmişdir. Onu başqa bir cəhətdən başqa bir ləfzlə rəvayət etmiş və bu cür demişdir: “Bizə Muhamməd bin İshaq danışdı, o da İmrandan, bizə İbarhim bin Muhamməd bin Haris danışdı, bizə Şeyban bin Fərrux danışdı, bizə Nəəfi Əbu Hürmüz danışdı, bizə Nəəfi, İbn Ömərdən danışaraq, dedi ki: “Bir insan bu “dəriləri hər bişdikcə” ayəsini Ömərin yanında oxudu. Ömər də: Onu mənə təkrar et, dedi. Orda Ka`b da var idi, o da: “Ey Möminlərin Əmiri, məndə bu ayənin təfsiri var, onu İslama girmədən öncə oxumuşdum”, dedi. Ömər də: “Gətir, əgər onu Rəsulullah sallallahu əleyhi və səlləmdən eşitdiyim kimi gətirsən səni təsdiq edərik, yoxsa ona baxmarıq”, dedi. O da: “Mən İslamdan əvvəl bu cür oxudum” dedi: “Dəriləri hər bişdikcə onları bir saatda yüz yirmi dəfə başqa dərilərlə dəyişdirərik.” Ömər də: “Mən də Rəsulullah sallallahu əleyhi və səlləmdən belə eşitdim”, dedi.”
Rəbi bin Ənəs bu cür demişdir: İlk kitabda bu cür yazılıdır: Onlardan hər birinin dərisi qırx arşındır. Dişi doxsan arşındır. Qarnı o qədər genişdir ki, içinə bir dağ qoyulsa sığar. Alov dərilərini yandırdığı zaman onları başqaları ilə dəyişdirərlər. Hadisə bundan şiddətli şəkildə danışılmışdır: İmam Əhməd bu cür demişdir: Bİzə Vəki danışdı, bizə Əbu Yəhya ət-Təvil danışdı, o da Əbu Yəhya əl-Kattatdan, o da Mücahiddən, o da İbn Ömərdən, o da Peyğəmbərdən (sallallahu əleyhi və səlləm): “Cəhənnəmliklər cəhənnəmdə o qədər iriləşər ki, qulaq yumuşağından çiyninə qədər yeddi yüz illik məsafədir. Dərisinin qalınlığı yetmiş arşındır. Azı dişi Uhud dağı kimidir. Bunu bu şəkildə yalnız Əhməd rəvayət etmişdir”.
“Dəriləri yandıqca” ayəsindən murad edilən, libaslarıdır, deyilmişdir. Bunu da İbn Cərir nəqletmişdir. Bu zəif bir görüşdür, çünki zahirə müxalifdir.
İman gətirib saleh əməllər işləyənləri isə (ağacları) altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu da xoşbaxt kimsələrin aqibətlərini xəbər verməkdir. Onların girdiyi cənnətlərdə bütün yollardan, bölgələrdən və ətrafdan hara getsələr və harada istəsələr çaylar axar. Orda əbədi qalarlar. Yerlərini dəyişdirməzlər, ordan çıxarılmazlar, oradan yerdəyişmək istəməzlər.
“Onlar üçün orda təmizlənmiş yoldaşlar vardır” yəni heyzdən, nifasdan, natəmizlikdən, pis adətlərdən və naqis vəsflərdən təmizlənmişlər. Necəki İbn Abbas da: “Kirlərdən və narahat edici şeylərdən təmizlənmişlər”, demişdir. Ata, Hasən, Dəhhak, Nahaf, Əbu Salih, Atıyyə və Süddi də belə demişlər. Mücahid də: “İdrardan, heyzdən, bəlğəmdən, tüpürcəkdən, mənidən və uşaqdan təmizlənmişlər”, demişdir. Qətadə də: “Narahat edici şeylərdən və günahlardan; heyz də yoxdur, üzlərində çil də yoxdur”, demişdir.
“Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.” yəni dərin, çox, bol, xoş və sevimli kölgəliklərdə deməkdir, İbn Cərir də bu cür demişdir; Bizə İbn Bəşşar danışdı, bizə Abdurrahman danışdı, bizə İbn Müsənna danışdı, bizə İbn Cəfər danışdı, ikisi də: Bizə Şu`bə danışdı, dedilər, o da Əbudəhhakdan eşitdim, o da Əbu Hüreyrədən danışırdı ki, Peyğəmbər (Səllallahu əleyhi və səlləm) demişdir: “Cənnətdə bir ağac var ki, atlı onun kölgəsində yüz il gedər ancaq onu qət edib keçə bilməz: O əbədiyyət ağacıdır”.
-
57
İman gətirib saleh əməllər işləyənləri isə altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.
56-cı ayənin təfsirinə bax.
-
58
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.
Allah Təala əmanətləri sahiblərinə verməyi əmr edir. Həsənin Səmurədən rəvayət etdiyi hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Əmanəti sənə əmanət edənə ver, sənə xainlik edənə xainlik etmə. Bunu İmam Əhməd ilə Sünən sahibləri rəvayət etmişdirlər. Bu da insana vacib olan bütün Allahın haqlarını ehtiva edir, misal olaraq namazlar, zəkatlar, kəffarələr, nəzirlər və sair əmanət edilib və bundan qulların xəbərdar olmadığı məsələlərdir. Bura qul haqları da daxildir, misal olaraq yazıb qeyd etmədən başqalarına nisyə olaraq verilən hər hansı bir şey. Allah Təala bunları əda etməyi əmr etmişdir. Əgər buna dünyada riayət etməsə ondan qiyamət günü əvəzi alınar. Necə ki səhih hədisdə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət edilmişdir: Haqqları sahiblərinə qaytaracaqsınız, belədir ki boynuzlu qoyundan boynuzsuzun haqqı alınar.
Əbi Hatim belə demişdir: Bizə Muhamməd İbn İsmayıl əl-Ahməsi danışdı, bizə Vəki, Sufyandan danışdı, o da Abdullah ibn Saibdən , o da Zazandan, o da Abdullah ibn Məsuddan demişdir ki, Şəhidlik bütün günahları silib təmizləyər, ancaq əmanətdən başqa. Qiyamət günündə kişi gətirilər, Allah yolunda öldürülmüş olsa belə ona: Əmanətini əda et, deyilər. O da necə edim dünyam əldən çıxıb deyər. Əmanəti ona cəhənnəmin dibində göstərilər, o da enər onu çiynində daşıyar. Deyir ki: Çiynindən düşər o da ardınca qaçar. Bu sonsuza qədər dəvam edər. Zazan belə dedi: Bəraya gəlib bunu ona danışdım o da: Qardaşım doğru deyib, dedi və Allah sizə əmanətləri sahiblərinə verməyinizi əmr edər ayəsini oxudu.
Süfyan Səvri demişdir, o da İbn Əbi Lehiyadan, o da bir kişidən, o da İbn Abbasdan o ayə haqqında demişdir: Bu yaxşı və pis biri üçün keçərli hökmdür. Mücahid isə dedi: O yaxşı və pis üçün qeyd edilmişdir. Əbul Aliyə dedi: Əmr edilən və qadağa olunan şeylərdir. İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Said danışdı, bizə Hafs İbn Qiyas danışdı, o da Aməşdən, o da Əbudduhadan, o da Məsruqdan, o da Ubey ibn Kəabdan dedi ki: Qadının öz namusunu qoruması da əmanətdəndir. Rəbi ibn Ənəs dedi: Səninlə camaatın arasındakı məslələr də əmanətdəndir.
Ali ibn Talhadan, İbn Abbas Allah sizə əmanətləri sahiblərinə verməyinizi əmr edər ayəsi haqqında belə demişdir: Buna sultanın bayram günü qadınlara xütbə verməsi də aid olar.
Bir çox təfsirçilər bu ayənin Kəbənin pərdəçisi olan Osman İbn Talha haqqında nazil olduğunu demişdirlər. Əbu Talhanın tam adı belədir: Abdullah ibn Abdulüzza ibn Osman ibn Abduddar ibn Qusay ibn Qilab əl-Qureyşi əl Əbdari. O Şeybə ibn Osman ibn Əbi Talhanın əmisi oğludur. Pərdəçilik günümüzə qədər onun soyunda qalmışdır. O Osman , Xalid ibn Vəlid və Amr ibn As ilə bərabər Hudeybiyyə sülhü ilə Məkkənin fəthi arasındakı dövrdə müsəlman oldu. Lakin əmisi Osman ibn Talha ibn Əbu Əbi Talhaya gəldikdə isə o Uhud döyüşündə müşriklərin bayraqdarı idi. O gün kafir olaraq öldürüldü. Bu nəsilə diqqət etməyimiz ona görədir ki bir çox təfsirçilər bunu qarışdırmışlar.
Ayənin nazil olma səbəninə gəldikdə isə , Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənin fəthində Kəbənin açarını ondan aldı, sonra da ona qaytardı. Muhamməd ibn İshaq Fəth döyüşü haqqında belə demişdir: Mənə Muhamməd ibn Cəfər ibn Zubeyr danışdı, o da Ubeydullah ibn Sevridən o da Safiyə bint Şeybədən belə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkəyə girdi, cammat rahatlaşdıqdan sonra Beytullaha gəldi. Onu miniyinin üzərində yeddi dəfə tavaf etdi. Həcər Əsvadı əlindəki ucu əyri əsa ilə salamladı. Tavafını bitirdikdən sonra Osman ibn Talhanı çağırdı, Kəbənin açarını ondan aldı, Kəbənin qapısı açıldı. İçəri girdi, ağacdan bir göyərçin heykəli tapdı. Onu əli ilə qırdı sonra da atdı. Sonra Kəbənin qapısında dayandı, insanlar Məscidil Haramda sakit şəkildə onu gözləyirdilər.
İbn İshaq demişdir: Bir elm adamı mənə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Kəbənin qapısında dayandı və belə dedi: Allahdan başqa ilah yoxdur o təkdir, şəriki yoxdur. Verdiyi vədində dayandı, quluna yardım etdi və birləşmiş orduları tək başına məğlub etdi. Bilin ki, Ərəblərin öyündüyü bütün əsilləri, qan və ya malda iddia etdikləri bütün bunlar ayaqlarımın altındadır. Yalnız Beytullaha xidmət və hacılara su paylamaq işi istisna olmaqla. Ravi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) o gün xütbəsində dediklərini danışdı, sonra belə dedi: Sonda Rəsulullah (salləllahu aleyhi və səlləm) məsciddə oturdu. Ali ibn Əbu Talib qalxdı, Kəbənin açarı əlində, dedi: Ya Rəsulullah, bizə hacılara su paylamaq ilə bərabər Kəbənin pərdəçiliyini də ver, Allahın sənə salavat və salamı olsun. Rəsulullah (salləllahu aleyhi və səlləm) Osman ibn Əbu Talha haradadır? dedi. Çağırıldı, və ona deyildi: Ey Osman açarı gətir bu gün sədaqət və yaxşılıq günüdür.
İbn Cərir belə demişdir: Bizə Hüseyn danışdı, o da Həccacdan, o da İbn Cüreycdən dedi ki: Bu ayə Osman ibn Talha haqqında nazil oldu. Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənin fəthində Kəbənin açarını ondan aldı. Kəbəyə daxil oldu və Allah sizə əmanətləri sahiblərinə verməyinizi əmr edər ayəsini oxuyaraq Kəbədən çıxdı. Anam atam ona qurban olsun, daha əvvəl bunu oxuduğunu eşitməmişdim.
Bizə Qasım danışdı, bizə Hüseyn danışdı, bizə Zənci ibn Xalid danışdı, o da Zuhridən belə rəvayət etmişdir ki, Açarı ona verdi və ona kömək edin, dedi.
İbn Mərduveyh, Kəlbi yolu ilə Əbu Salihdən, İbn Abbasdan bu ayə haqqında belə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkəni fəth etdikdən sonra, Osman ibn Talha ibn Əbi Talhanı çağırdı, o gələndə açarı mənə gətir, dedi. O da açarı gətirdi. Əlini ona uzadanda Abbas qalxdı və dedi: Ya Rəsulullah anam atam səna fəda olsun onu hacılara su paylama vəzifəsi ilə birgə mənə ver. Rəsulullah (salləllahu aleyhi və səlləm) isə Ey Osman açarı mənə göstər, dedi. Onu vermək üçün əlini uzadanda Abbas yenə dediyini təkrarladı. Osman da əlini çəkdi. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Ey Osman əgər Allaha və axirət gününə iman gətirisənsə açarı mənə ver. O da: Allahın əmanəti ilə götür dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) qalxdı Kəbənin qapısını açdı. Kəbədə İbrahim əleyhissalamın heykəlini tapdı. Yanında fal üçün istifadə olunan oxlar var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Bu muşriklər niyə belə olur, Allah onlara lənət etsin İbrahimin fal oxları ilə nə əlaqəsi var? Sonra bir qab istədi, içində su var idi. Suyu götürdü, onu suya batırdı. Sonra da heykəlləri suya batırdı. Kəbənin içində yerləşən Məqamı İbrahimi çıxartdı. Onu Kəbənin divarına söykədi. Sonra belə dedi: Ey insanlar bura qiblədir.
İnsanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir bu da Allah Təaladan insanlar arasında ədalətlə hökm etmə əmridir. Buna görədir ki, Muhammad ibn Kəab, Zeyd ibn Əsləm və Şəhr ibn Həvşəb demişdirlər: Bu ayə əmr sahibləri yəni insanların başçıları haqqında nazil oldu. Hədisdə belə deyilmişdir: Şübhəsiz Allah haqsız qərar vermədikçə hakimin yanındadır. Əgər haqsız qərar verərsə Allah onu nəfsi ilə baş başa buraxar. Naqildə belə deyilmişdir: Bir gün ədalət etmək, qırx illik ibadət kimidir.
Allah bununla sizə necə də gözəl nəsihət verir! yəni sizə əmanətləri sahiblərinə əda etməyinizi, insanlar arasında ədalətlə hökm verməyinizi əmr edir və bunlara bənzər mükəmməl, böyük və hərtərəfli şəri əmrlərini yerinə yetirməyinizi buyurur, deməkdir.
Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir yəni sözlərinizi eşidən və əməllərinizi görəndir, deməkdir. Beləliklə İbn Əbi Hatim demişdir: Bizə Əbu Züra danışdı, bizə Yəhya ibn Abdullah ibn Bukeyr danışdı, bizə Abdullah ibn Lehiya danışdı, o da Yezid ibn Əbi Həbibdən , Əbul-Xeyrdən, Uqbə ibn Əmrdən, deyir ki: Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayəni oxuyanda gördüm: Hər şeyi görür deyirdi.
İbn Əbi Hatim də belə demişdir: Bizə Yəhya ibn Abdik əl- Qazvini xəbər verdi, bizə əl-Mukri yəni Əbu Abdurrahman Abdullah ibn Yezid xəbər verdi, bizə Harmələ yəni İbn İmran ət- Tüceybi əl-Misri xəbər verdi, mənə Əbu Yunus xəbər verdi, Əbu Hureyrədən bu Allah sizə əmanətləri sahiblərinə verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir ayəsini oxuduğunu eşitdim baş barmağını qulağının, yanındakını da gözünün üzərinə qoydu və Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayəni oxuyanda barmağını belə qoyduğunu gördüm, dedi. Əbu Zəkəriyyə belə demişdir: Bunu bizə əl-Mukri belə izah etdi: Zəkəriyyə sağ baş barmağını sağ gözünün, yanındakı barmağını da sağ qulağının üzərinə qoydu, bizə göstərdi və dedi: Bax belə, bax belədir. Bunu Əbu Davud İbn Hibban da Səhihində, Hakim Mutədrəkində və ibn Mərduveyh də Təfsirində Əbu Abdurrahman əl-Mukridən eyni sənədlə oxşar şəkildə rəvayət etmişdir. Bu Əbu Yunus, Əbu Hureyrənin müttəfiqidir, adı da Suleym ibn Cübeyrdir.
-
59
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Elçisinə müraciət edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
Buxari (rahiməhullah) demişdir: Bizə Sadaqa ibn Fadl danışdı, bizə Həccac ibn Muhəmməd əl-Avər danışdı, o da İbn Cureycdən, o da Yalə ibn Muslimdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etdi ki, “Allaha itaət edin, Elçiyə itaət edin və özünüzdən olan əmr sahiblərinə (itaət edin)” ayəsi Abdullah ibn Huzafə ibn Qeys ibn Adiy haqqında endi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu bir dəstə əsgərlə tapşırığa göndərdi.
Bunu İbn Macə istisna olmaqla, digər mühəddislər də Həccac ibn Muhəmməd əl-Avər hədisindən bu cür rəvayət etmişdir. Tirmizi: “Həsən qəribdir, onu ancaq İbn Cureyc hədisindən bilirik” – demişdir.
İmam Əhməd ibn Hənbəl demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Səid ibn Ubeydədən, o da Əbu Abdurrahman əs-Suləmidən, o da Əlidən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm), bir dəstə əsgər göndərdi. Başlarına da Ənsardan bir kişini təyin etdi. Bir az getdikdən sonra başçı əsgərlərə əsəbiləşdi, onlara: “Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə itaət etmənizi buyurmadımı?” – dedi. Onlar da: “Bəli” – dedilər. O da: “Elə isə mənə odun toplayın” – dedi. Sonra da od istəyib onu alovlandırdı. Sonra da onlara: “İçinə girmənizi qəti əmr edirəm” – dedi. Bəziləri girmək istədilər. İçlərindən bir gənc dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) oddan qurtulmaq üçün qaçdınız. Tələsməyin, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına qayıdaq, əgər oda girməmizi əmr edərsə girərik” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına qayıtdılar. Ona xəbər verdilər. O da onlara: “Əgər içinə girsəydiniz, bir daha əbədiyyən oradan çıxa bilməzdiniz. İtaət ancaq xeyirli işlərdə olur.” – dedi.” Bunu Buxari və Muslim, iki Səhihdə də Aməş hədisindən rəvayət etmişdir.
Əbu Davud demişdir: Bizə Musəddəd danışdı, bizə Yəhya danışdı, o da Ubeydullahdan, o da Nafidən, o da Abdullah ibn Ömərdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Bir müsəlman günahla əmr olunmadıqca sevdiyi və ya sevmədiyi şeydə əmri eşitməsi və itaət etməsi lazımdır. Əgər günah olan bir şey əmr olunursa, eşidilməz və itaət edilməz”. Bunu Buxari ilə Muslim də Yəhya əl-Qattandan rəvayət ediblər.
Ubadə ibn Samit demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bizi kədərdə və sevincdə, çətinlikdə və rahatlıqda, (razılığımız olmadan özünü və ya digərini) bizdən üstün tutaraq imtiyaz verdiyi halda belə əmri eşitmək və itaət etmək, əmr sahibləri ilə mübahisə etməməyə dair beyət etdirdi”. Əlavə edib dedi: “Ancaq Allah qatından bir dəlillə açıq-aşkar küfr olduğunu bildiyiniz şey xaricdir.” Bunu Buxari ilə Muslim rəvayət etmişlər.
Ənəsdən rəvayət edilən başqa bir hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər başı kişmişə bənzər həbəşi bir kölə üzərinizə təyin edilsə belə eşidin və itaət edin”. Bunu Buxari rəvayət etmişdir.
Əbu Hureyrə (radiyallahu ənhu) demişdir: “Dostum Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə, əgər qolları və ayaqları kəsilmiş həbəşi kölə olsa belə eşitməmi və itaət etməmi buyurdu”. Bunu Muslim rəvayət etmişdir.
Ummul Huseyn də, Rəsulullahın (salləllahu aleyhi və səlləm) vida xütbəsində belə dediyini eşitmişdir: “Sizi Allahın Kitabı ilə idarə etmək üçün üzərinizə bir kölə təyin olunsa belə, əmrini eşidin və itaət edin”. Bunu Muslim rəvayət etmişdir. Bir başqa rəvayətdə də: “Həbəşi kəsik bir kölə də olsa” demişdir.
İbn Cərir demişdir: Mənə Əli ibn Muslim ət-Tusi danışdı, bizə İbn Əbu Fudeyk danışdı, mənə Abdullah ibn Muhamməd ibn Urvə danışdı, o da Hişam ibn Urvədən, o da Əbu Salih əs-Səmməndən, o da Əbu Hureyrədən (radiallahu anh) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Məndən sonra rəhbərlər gələcəkdir. Yaxşı yaxşılıqları ilə, günahkar günahları ilə üstünüzə gələcəkdir. Onları haqqa müvafiq hər bir işdə eşidin və itaət edin. Arxalarında namaz qılın. Əgər yaxşılıq etsələr, sizə və onlaradır. Əgər pislik etsələr sizin lehinizə, onların əleyhinədir”.
Əbu Hureyrənin (radiyallahu ənhu) rəvayətində, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bəni İsraili nəbilər idarə edərdi. Bir nəbi vəfat etdikdə yerinə başqa nəbi gəlirdi. Məndən sonra nəbilər olmayacaq, xəlifələr olacaqdır, həm də çox olacaqdır. Onlar: “Ey Rəsulullah, bizə nə əmr edirsən?” – dedilər. O da: “Bir-birinin ardınca gələnlərə, beyətdə vəfalı olun və onlara haqlarını verin. Çünki Allah onlardan idarə etməsini istədiyi xalqın hesabını soruşacaq”. Bunu Buxari ilə Muslim rəvayət etmişlər.
İbn Abbas (radiyallahu ənhu) rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən kim əmirindən xoşlamadığı bir şey görərsə səbr etsin. Çünki kim camaatdan bir qarış ayrılaraq ölərsə, cahiliyyə ölümü ilə ölər”. Bu hədisi Buxari ilə Muslim rəvayət ediblər.
İbn Ömər də Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: “Kim əlini itaətdən çəkərsə, qiyamət günündə Allahın qarşısına çıxdıqda heç bir əsası olmayacaq. Kim boynunda beyət olmadan ölərsə, cahilliyə ölümü ilə ölər”. Bunu Muslim rəvayət etmişdir.
Yenə Muslim, Əbdürrəhman ibn Abdi Rabbil-Kəbənin belə dediyini rəvayət etmişdir: “Məscidə girdim, baxdım Abdullah ibn Amr ibn As Kəbənin kölgəsində oturubdu. İnsanlar da ətrafına toplanmışdılar. Onların yanına gəldim və oturdum. O belə dedi: Biz bir səfərdə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə bərabər idik. Bir yerdə dayandıq. Bəzilərimiz çadırlarımızı qaydasına salır, bəzilərimiz ox yarışı təşkil edir, bəzilərimiz də heyvanlara baxırdıq. Birdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) müəzzini: “Namaz birləşdirəndi (əs-salətu cəmiətun)” – deyə car çəkdi. Biz də Rəsulullahın başına toplandıq. O dedi: “Bu bir gerçəkdir ki, məndən əvvəl nə vaxt bir nəbi gəldisə ümmətinə bildiyi xeyirləri göstərər və onları bildiyi şərdən çəkindirərdi. Sizin ümmətinizin ən yaxşı günləri başlanğıcındadır. Sonunda olanlara isə bəla gələcək və etiraz etdiyiniz işlər baş verəcək. Elə fitnələr gələcək ki, bir-birinə yaxın olacaqlar. Fitnə gələcək, mömin: “Bax bu mənim həlakımdır” — deyəcək. Sonra düzələcək, yeni fitnə gələcək. Mömin: “Bax bu, bax bu” – deyəcək. Kim oddan üzaqlaşdırılıb cənnətə girmək istərsə, ölüm ona Allaha və axirət gününə iman edərkən gəlsin. O da özü üçün istədiyini, insanlar üçün istəsin. Kim bir imama beyət edər, ona əlini və könlünü verərsə, əlindən gəldiyi qədər ona itaət etsin. Əgər bir başqası gəlib ona qarşı çıxarsa, digərinin boynunu vurun.” Rəvayətçi deyir ki, ona yaxınlaşdım və: “Allah adına sənə deyirəm, sən bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitmisən?” – dedim. O da qulaqlarına və qəlbinə işarə edərək: “Bunu qulaqlarım eşitdi, qəlbim də təsdiq etdi” – dedi. Mən də ona dedim: “Bax əmin oğlu Muaviyyə, bizə mallarımızı aramızda batil səbəblərlə yeməmizi və özümüzü öldürməmizi əmr edir. Allah Təala isə “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Nisə, 29) buyurur.” Dedi ki, “O, bir müddət susdu, sonra da: Ona Allaha itaətdə itaət et, Allaha asilikdə də asi ol” – dedi.”
Bu xüsusda çox hədis vardır.
İbn Cərir demişdir: Bizə Muhamməd ibn Huseyn danışdı, bizə Əhməd ibn Fadl danışdı, bizə Əsbat danışdı, o da Suddidən rəvayət etdi ki, o, “Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə” ayəsində belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəstə əsgər göndərdi. Xalid ibn Vəlidi də onlara başçı təyin etdi. İçlərində Ammar ibn Yasir də vardı. Gedəcəkləri şəxslərə tərəf irəlilədilər. Onlara yaxınlaşdıqları bir yerdə, gecə istirahətə çəkildilər. Onların yanına cəsusları gəlib əsgərlərin gəldiyini xəbər verdi. Səhər açılanda oraya getdiklərində bir adam xaricində hamısının qaçdığını gördülər. Adam ailəsinə əmr etdi, əşyalarını topladılar. Sonra da gecənin qaranlığında Xalidin əsgərlərinin yanına gəldi. Ammar ibn Yasiri soruşdu, onun yanına gəldi: “Ey Əbul Yaqzan, mən müsəlman oldum, Allahdan başqa ilah olmadığına və Muhammədin onun qulu və rəsulu olduğuna şəhadət etdim. Qövmüm sizin gəldiyinizi duyunca qaçdılar. Mən isə qaldım. Müsəlman olmam ertəsi gün mənə fayda verəcəkmi? Yoxsa mən də qaçaydım?” – dedi. Ammar da: “Xeyr, sənə fayda verər, sən burada qal” – dedi. O da qaldı. Səhər açıldıqda Xalid hücuma keçdi, bir adamdan başqa heç kimi tapmadı. Onu da, var-dövlətini də aldılar. Xəbər Ammara çatdıqda, Xalidin yanına gəldi və: “Bu adamı sərbəst burax, o müsəlman olub və mən ona aman vermişəm” – dedi. Xalid də: “Sən kimsən ki, aman verirsən?” – dedi. Bir-birinə kobud sözlər dedilər. Vəziyyəti Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatdırdılar. O da Ammarın verdiyi amanı qəbul etdi və ona başçı ilə birlikdə olduqda ikinci dəfə aman verməyi qadağan etdi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında da kobud danışdılar. Xalid: “Bu qulağı kəsik qulun məni söyməsinə icazəmi verirsən?” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Ey Xalid, Ammara söymə, kim Ammara söyərsə Allah da ona söyər. Kim ona nifrət edərsə, Allah da ona nifrət edər. Kim Ammara lənət edərsə, Allah da ona lənət edər.” – dedi. Ammar əsəbiləşdi və çıxıb getdi. Xalid onun ardınca getdi. Ətəyindən tutub ondan üzr istədi. O da onu bağışladı. Bunun qarşılığında Allah Təala “Allaha itaət edin, Elçiyə itaət edin və özünüzdən olan əmr sahiblərinə (itaət edin).” ayəsini nazil etdi.
Bunu ibn Əbu Hatim də Suddi yolu ilə mürsəl olaraq rəvayət etmişdir. Onu İbn Mərduveyh də Hakim ibn Zahir rəvayətindən, o da Suddidən, o da Əbu Salihdən, o da İbn Abbasdan rəvayət etmiş və bu cür zikr etmişdir. Allah ən doğrusunu biləndir.
Əli ibn əbu Talhadan rəvayət olunur ki, İbn Abbas: “…və özünüzdən olan əmr sahiblərinə (itaət edin).” Yəni, fiqh və din adamlarıdır” – demişdir. Mucahid, Əta, Həsən Bəsri və Əbul Aliyə də “…və özünüzdən olan əmr sahiblərinə (itaət edin)” yəni, alimlərə demişlər. Zahirən görünən budur ki – Allah ən doğrusunu biləndir – ayə, yuxarıda qeyd edildiyi kimi başçılar və alimlərdən olan bütün əmr sahiblərini ehtiva edir. Allah Təala buyurur: “Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər!” (əl-Maidə, 63) Allah buyurur: “Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri (elçi) göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (ən-Nəhl, 43). Səhih olduğu barədə ittifaq olunan hədisdə Əbu Hureyrədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edilmişdir: “Kim mənə itaət edərsə, Allaha itaət etmişdir. Kim mənə asi olarsa, Allaha asi olmuşdur. Kim mənim əmirimə itaət edərsə, mənə itaət etmişdir. Kim də mənim əmirimə asi olarsa, mənə asi olmuşdur”.
Bunlar alim və əmirlərə itaəti bildirən əmrlərdir. Buna görə də Allah Təala “Allaha itaət edin” yəni Kitabına tabe olun “Elçiyə itaət edin” yəni, sünnəsini götürün, “və özünüzdən olan əmr sahiblərinə (itaət edin)” yəni, Allaha asilik yox, itaət əmirlərini yerinə yetirin deməkdir. Çünki Allaha asilikdə (yəni, günah etməyi əmr edən) məxluqa itaət yoxdur. Necə ki, yuxarıdakı səhih hədisdə: “İtaət ancaq yaxşılıqdadır” – demişdir.
İmam Əhməd demişdir: Bizə Abdurrhman danışdı, bizə Həmmam danışdı, bizə Qatadə danışdı, o da Əbu Mirayədən, o da İmran ibn Huseyndan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Allaha asilikdə itaət yoxdur”.
“Əgər bir şey haqqında mübahisə etsəniz… onu Allaha və Elçiyə qaytarın.” Mücahid və sələfdən bir çoxları: “Allahın Kitabına və Rəsulunun sünnəsinə” – demişdir.
Bu da dinin üsul və furu məsələlərində mübahisə edilən hər şeyin Kitab və Sünnəyə həvalə edilməsinə dair izzət və cəlal sahibi Allahdan bir əmrdir. Necə ki, Allah Təala buyurur: “İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir.” (əş-Şura, 10). Kitab və Sünnənin hökm etdiyi və doğruluğuna şahidlik etdiyi hər bir şey haqdır. Haqdan sonra da azmaqdan başqa bir şey yoxdur. Buna görə də, Allah Təala “Allaha və Axirət gününə inanırsınızsa” buyurmuşdu. Yəni, mübahisələri və bilinməyən şeyləri Allahın Kitabına və Rəsulunun sünnəsinə həvalə edin, aranızda çıxan ixtilaflarda o ikisi ilə hökm edin, deməkdir. “Allaha və Axirət gününə inanırsınızsa”.
Bu da göstərir ki, kim çəkişmədə Quran və Sünnəni hökm verən təyin etməzsə və həmin mübahisəli məsələdə o ikisinə qayıtmazsa, Allaha və axirət gününə inanmış sayılmaz.
“Bu, daha xeyirlidir” yəni, Allahın Kitabına və Rəsulunun sünnəsini hakim təyin etmək və mübahisələri həll etmək üçün o ikisinə qayıtmaq, daha xeyirlidir.
“…və yaxşı bir yozumdur” yəni, aqibət və nəticələri daha gözəldir. Necə ki, Suddi və digərləri belə demişlər. Mucahid demişdir: “Mükafatı daha gözəldir”. Bu da yaxın mənadır.
-
60
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini yalançı iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağutu inkar etmək əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.
Bu, Allahın, Rəsuluna və keçmiş nəbilərinə endirdiyinə iman etdiyini iddia edib bununla yanaşı mübahisələri həll etmədə Allahın kitabından və Rəsulunun sünnəsindən başqa şeylərə yönələnləri inkar etməkdir. Necə ki, ayənin eniş səbəbində belə bildirilmişdir: “Bu, Ənsardan bir nəfər ilə yahudilərdən bir nəfər haqqında endi. Onlar mübahisə etdilər. Yəhudi: “Səninlə mənim aramda Muhəmməd var.” – dedi. O birisi də: “Səninlə mənim aramda Kəb ibn Əşrəf var.” – dedi.” Ayənin özlərini zahirən müsəlman kimi göstərən münafiqlər haqqında endiyi də bildirilmişdi. Bunlar da cahilliyə hakimləri qarşısında mühakimə olunmaq istədilər. Bu haqda başqa şeylər də deyilmişdir. Ayə bütün bunlardan daha ümumidir. Çünki, o Kitab və Sünnədən uzaqlaşıb başqa batil şeylərlə mühakimə olunmaq istəyənləri qınayır. Elə burada deyilən tağut sözündən məqsəd də batil şeylərdir. Buna görə də “…Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağutu inkar etmək əmr olunmuşdu. Şeytan isə onları uzaq bir azğınlığa salmaq istəyir.” demişdir.
“Səndən nifrətlə üz çevirdiklərini görürsən” dedikdə, yəni bundan təkəbbürlülər kimi üz çevirirlər. Necə ki, Allah təala demişdir: Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yola tabe olacağıq!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman, 21). Bunlar da möminlərə ziddirlər. Allah möminlər haqqında demişdir: “Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır.” (ən-Nur, 51)
Sonra da Allah təala münafiqləri qınayaraq buyurur: “Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra (onların halı) necə olacaq?” Yəni, günahları səbəbindən müsibətlər qapılarını döydüyü zaman, qədərləri onları sənin yanına gətirdikdə halları necə olacaq? Axı onlar həmin vaxt sənə ehtiyac duyacaqlar?
“sonra sənin yanına gəlib: Allaha and içdikdə “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!” deyirlər. Yəni, səndən üzr istəyirlər və and içib deyirlər: “Səndən başqasının yanına getməklə və sənin düşmənlərinin mühakiməsinə müraciət etməklə ancaq yaxşılıq və barışıq istəyirdik.” Yəni, onları yola verirdik, ələ alırdıq. Yoxsa o hökmün doğruluğunu etiqad edərək getmədik. Necə ki, Allah təala belə deyərək onlardan xəbər vermişdir: “Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”– deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.” (əl-Maidə, 52).
Təbərani demişdir: Bizə Əbu Zeyd Əhməd ibn Yəzid əl-Həvti danışdı, bizə Əbul Yəmən danışdı, bizə Səvfan ibn Ömər danışdı, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etdi ki, o belə dedi: “Əbu Bərzə əl-Əsləmi kahin idi. O, yəhudilər arasında baş verən mübahisələrdə qərar verirdi. Bəzi müsəlmanlar da ona müraciət etdilər. Allah təala da “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağutu inkar etmək əmr olunmuşdu. Şeytan isə onları uzaq bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən. Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– (deyə) Allaha and içdikdə (onların halı) necə olacaq?” ayəsini endirdi.
Sonra da Allah təalə buyurur: “Allah onların qəlblərindəkini bilir”. Bu qrup insanlar, münafiqlərdir. Allah da onların qəlblərindəkiləri bilir və buna görə onlara cəza verəcək. Çünki heç bir gizli iş Allaha gizli qala bilməz. Ey Muhamməd, onlar barəsində bununla kifayətlən. Şübhəsiz ki, Allah onların zahirini və batinini bilir. Buna görə də “Elə isə onlardan üz döndər” demişdir. Yəni, qəlblərindəkilərdən ötrü onları danlama. “Onlara öyüd-nəsihət ver” yəni, onlara qəlblərindəki nifaqı və gizli şərləri qadağan et. “Və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.” Yəni, öz aranızda onlara təsir edən və onları bu yoldan döndərən söz söylə, deməkdir.
-
61
Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdik-lərini görürsən.
60-cı ayənin təfsirinə bax.
-
62
Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və barışdırmaq istədik!”– Allaha and içdikdə necə olacaq?
60-cı ayənin təfsirinə bax.
-
63
Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.
60-cı ayənin təfsirinə bax.
-
64
Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.
Allah Təala buyurur: “Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik.” Yəni, kimlərə göndəribsə, onların ona itaət etmələri fərz edildi. “Allahın izni ilə ” sözü haqqında Mücahid: “Heç kimə Mənim icazəm olmadan itaət edilməz” – demişdir. Yəni, ancaq Mənim müvəffəq etdiklərimə itaət edilər. “Siz Allahın izni ilə (düşmənləri) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi.” (Ali İmran, 152) cümləsi də belədir. Yəni, onun əmrindən, qədərindən, istəməsindən və sizi onların üzərinə Allahın iznilə hökmran etdi, deməkdir.
“Əgər onlar özlərinə zülm etdikləri zaman” Allah təala asiləri və xəta edənləri istiqamətləndirir ki, əgər onlardan bir xəta və üsyan baş verərsə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlsinlər. Onun yanında Allahdan bağışlanma istəsinlər. Ondan özləri üçün bağışlanma istəməsini xahiş etsinlər. Çünki, belə etdiklərində Allah tövbələrini qəbul edər, onlara mərhəmət göstərər və bağışlayar. Buna görə də “Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” demişdir.
Bir çoxları kimi Şeyx Abu Nasr ibn Sabbağ da “əş-Şamil” kitabında Utbidən bu məşhur hekayəni nəql etmişdir: O deyir: “Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) qəbrinin yanında oturmuşdum. Bir bədəvi gəlib: “Əssələmu aleykə ya Rəsulullah, Allahın “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” buyurduğunu eşitdim. Bax elə mən də sənin yanına günahlarımdan tövbə etmək üçün gəldim. Səni Rəbbimin hüzurunda şəfaətçi edirəm.” – dedi. Sonra bu beytləri dedi:
Ey bu düzdə sümükləri dəfn edilən,
Müşk ətri verdi bu düz, bu çəmən
Yatdığın məzara olsun bu canım fəda
İffət və comərdlik, kərəm var orda
Sonra o bədəvi getdi. Gözümü yuxu tutdu. Rəsulullahı (salləllahu aleyhi və səlləm) yuxumda gördüm. O: “Ey Utbi, bədəvinin ardınca get və onu müjdələ ki, Allah onu bağışladı.” – dedi.”
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim təyin etməyincə, iman gətirmiş olmazlar.” Kərəm və müqəddəs olan Allah özünə and içir ki, bir insan bütün işlərində Rəsulullahı hakim təyin etmədikcə iman etmiş olmaz. O, nə hökm verərsə, haqq sayılar. Bu haqqa da zahirən və batinən baş əymək vacibdir. Buna görə də “sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca , iman gətirmiş olmazlar.” demişdir. Yəni, səni hakim təyin etdikləri zaman sənə daxillərində də itaət edərlər. Sonra hökm etdiyin şeydən içlərində bir sıxıntı duymazlar. Ona daxilən və zahirən itaət edərlər. Bütünlüklə təslim olub ona qarşı çıxmazlar, dəf etməzlər və çəkişməzlər. Necə ki, hədisdə deyilmişdir: “Canımı əlində tutana and içirəm ki, birinizin istəyi mənim gətirdiyimə tabe olmayınca iman etmiş olmazsınız”.
Buxari demişdir: Bizə Əli ibn Abdullah danışdı, bizə Muhamməd ibn Cəfər danışdı, bizə Mamər xəbər verdi, o da Zuhridən, o da Urvədən, o dedi: Şureyc bölgəsində su arxı səbəbindən Zubeyr bir nəfərlə mübahisə etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Ey Zubeyr, sən bağçanı sula, sonra da qonşunun istifadəsi üçün suyun önünü aç.” Ənsari də: “Ey Rəsulullah, bibinin oğlu olduğu üçün belə qərar verdin, elə deyilmi?” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) rəngi dəyişdi. Sonra da: “Ey Zubeyr, suyu divara qayıdana kimi saxla, sonra suyu qonşun üçün aç” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm), ənsar onu əsəbləşdirdikdə Zubeyrə bütün haqqını istifadə etməsini açıq hökmlə bildirdi. Halbuki, daha əvvəl ikisi üçün də genişlik olacaq bir qərar vermişdi. Zubeyr: “Düşünürəm ki, bu “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsi mənim haqqımda nazil olub” – dedi. Buxari bu haqda “Səhih” əsərinin “Təfsir” fəslində bu şəkildə Mamərdən rəvayət etmişdir. “Şurb” fəslində isə, İbn Cureyc ilə yenə Mamərdən rəvayət etmişdir. “Sulh” fəslində də Şuayb ibn əbu Həmzədən, üçü də Zuhridən, o da Urvədən rəvayət etmişdir. O, “mursəl” şəklində olsa da, mənaca bütövdür.
Bunu imam Əhməd rəvayət etmiş, mürsəl olduğunu açıqca bildirmiş və belə demişdir: Bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi, o da Zuhridən, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, Zubeyr ona belə rəvayət etdi: Bədirdə iştirak edən bir Ənsar, ərazini sulamaq məsələsində Rəsulullaha (salləllahu aleyhi və səlləm) ondan şikayət etdi. Hər ikisi də eyni arxdan sulayırdılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) Zubeyrə: “Bağçanı sula, sonra da qonşun üçün aç” – dedi. Ənsar əsəbiləşib: “Ey Rəsulullah, bibinin oğlu olduğu üçün bu cür qərar verdin?” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) üzünün rəngi dəyişdi. Sonra da: “Ey Zubeyr, suyu divara qayıdana kimi saxla” – dedi.” Rəsulullah (salləllahu aleyhi və səlləm) Zubeyrin bütün haqqını istifadə etməsinə qərar verdi. Daha əvvəl isə hər iki tərəf üçün genişlik olan bir qərar vermişdi. Rəsulullah (salləllahu aleyhi və səlləm), Ənsar onu əsəbiləşdirdikdə Zubeyrə bütün haqqını istifadə etməsini açıq hökmlə bildirdi. Urvə dedi: Zubeyr: “Allaha and olsun, bu “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim təyin etməyincə, iman gətirmiş olmazlar.” ayəsinin yalnız bu haqda nazil olduğunu düşünürəm” – dedi.
Bunu imam Əhməd də bu cür rəvayət etmişdir. Urvə ilə atası Zubeyr arasında bir qopuqluq var. Çünki ondan hədis eşitməmişdir. Doğru olan budur ki, onu qardaşı Abdullahdan eşitmişdir. Çünki Əbu Muhəmməd Abdurrahmən ibn Əbu Hatim, onu təfsirində bu cür rəvayət etmiş və demişdir: Bizə Yunus ibn Abdul-Əla danışdı, bizə İbn Vəhb xəbər verdi, bizə Leys və Yunus danışdı, onlar da İbn Şihabdan rəvayət etdilər ki, Urvə ibn Zubeyr ona danışmışdı ki, Abdullah ibn Zubeyr ona danışdı ki, Zubeyr ibn Əvvam, Rəsulullahla (salləllahu aleyhi və səlləm) birgə Bədirdə iştirak edən Ənsar bir kişi ilə mübahisə etdi. İkisi də xurma bağçalarını eyni arxdan sulayırdılar. Ənsar: “Suyu burax axsın” – dedi. Zubeyr də etiraz etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Ey Zubeyr, sən sula, sonra da qonşuna göndər” – dedi. Ənsar əsəbiləşdi və: “Ey Rəsulullah, bibinin oğlu olduğu üçün belə qərar verdin, elə deyilmi?” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) rəngi dəyişdi. Sonra da: “Ey Zubeyr, sula sonra divara qayıdana qədər saxla” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm), Zubeyrin bütün haqqını istifadə etməsinə qərar verdi. Daha əvvəl isə Rəsulullah (salləllahu aleyhi və səlləm), Zubeyrə elə bir rəy bildirmişdi ki, həm onun üçün həm də Ənsarı üçün genişlik var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm), Ənsar onu əsəbiləşdirdikdə Zubeyrə bütün haqqını istifadə etməsini açıq hökmlə bildirdi. Zubeyr: “Düşünürəm bu “aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsi yalnız bu barədə nazil olub” – deyirdi.
Bunu Nəsai də İbn Vəhb hədisindən bu cür rəvayət etmişdir. Bunu Əhməd ilə camaat da Leys hədisindən bu şəkildə rəvayət etmişlər.
Hədisi toplayanlar bunu Abdullah ibn Zubeyrın musnədində göstəriblər. İmam Əhməd də bunu Abdullah ibn Zubeyrın musnədində göstərmişdir. Allah ən doğrusunu biləndir. Çox qəribədir ki, Hakim Əbu Abdullah Nisaburi bu hədisi İbn Şihabın qardaşı oğlundan, o da əmisindən, o da Urvədən, o da Abdullah ibn Zubeyrdən, o da Zubeyrdən rəvayət etmiş və sonra da: “Sənədi səhihdir. İki Şeyx onu təxric etməmişdir” – demişdir. Mən isə Zuhridən gələn bu sənədi qardaşı oğlu xaricində Abdullah ibn Zubeyrə isnad edən birini tanımıram. Qardaşı oğlu zəif bir ravidir.
Hafiz Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əli Əbu Duhaym danışdı, bizə Əhməd ibn Hazim danışdı, bizə Fədl ibn Dukeyn danışdı, bizə İbn Uyeynə danışdı, o da Amr ibn Dinardan, o da Əbu Sələmənin ailəsindən olan Sələmə adında bir adamdan rəvayət etdi. O demişdir: “Zubeyr bir nəfərlə mübahisə edib Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi. O da Zubeyrin xeyrinə qərar verdi. O adam: “Onun xeyrinə qərar verməsi bibisi oğlu olduğu üçündür” – dedi. Bunun qarşılığında “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsi nazil oldu.
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Amr ibn Osman danışdı, bizə Əbu Heyvah danışdı, bizə Səid ibn Əbdul-Əziz danışdı, o da Zuhridən, o da Səid ibn Musəyyəbdən, o “Xeyr! Sənin Rəbbinə and olsun ki,…” ayəsi barədə dedi: “Zubeyr ibn Əvvam ilə Hatib ibn Əbu Bəlta haqqında nazil olub” – demişdir. Onlar su ilə bağlı mübahisə etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) hökm verdi ki, birinci yuxarı, sonra da aşağıda sulansın.” Bu hədis mürsəl hədisdir. Lakin onda Ənsarın adının qeyd edilməsi kimi fayda vardır.
Başqa çox qəribə bir səbəb də qeyd edilmişdir:
İbn Əbu Hatim demişdir: Bizə Yunus ibn Abdul-Əla oxuyaraq danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə Abdullah ibn Ləhiyə xəbər verdi, o da Əbul Əsvəddən, o dedi: “İki adam Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. O da onların haqqında qərar verdi. Mübahisəni uduzan: “Bizi Ömər ibn Xəttaba göndər” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Gedin onun yanına” – dedi. Onun yanına getdilər. Çatdıqda, adam: “Ey Xəttabın oğlu, Rəsulullah (salləllahu aleyhi və səlləm) mənim haqlı, bunun da haqsız olduğunu dedi. Bu isə: “Bizi Ömər ibn Xəttabın yanına göndər” – dedi. O da bizi sənin yanına göndərdi” – dedi. Ömər də: “Belədirmi!” – dedi. Adam da: “Bəli” – dedi. Ömər də: “Burada gözləyin, indi gəlib mübahisənizi həll edərəm” – dedi. Qılıncını götürüb gəldi. “Bizi Ömərə göndər” deyəni qılıncla vurub öldürdü. O birisi isə qaçıb Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Rəsulullah, Allaha and olsun ki, Ömər o adamı öldürdü, əgər əlindən qaçmasaydım məni də öldürəcəkdi”. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Ömərin bir mömini öldürməyə cəsarət edəcəyini zənn etməzdim” dedi. Allah təala “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsini nazil etdi və o adamın qanını halal etdi. Öməri də onu öldürdüyü üçün məsuliyyətdən qurtardı. Allah adət halına gəlməməsi üçün bunu bəyənməyib “Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– (deyə) buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (ən-Nisə, 66) ayəsini nazil etdi. Bunu İbn Mərduveyh də İbn Ləhiadan, o da Əbul Əsvəd yolu ilə bu cür rəvayət etmişdir. Qərib və mürsəl rəvayətdir. İbn Ləhia zəif rəvayətçidir. Allah ən doğrusunu biləndir.
Başqa bir yol: Hafiz Əbu İshaq İbrahim ibn AbdurRahman ibn İbrahim ibn Duheym öz təfsirində demişdir: Bizə Şueyb ibn Şueyb danışdı, bizə Əbul Muğirə danışdı, bizə Utbə ibn Damrə danışdı, mənə atam danışdı: “İki adam, Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. O da haqlının lehinə, haqsızın əleyhinə qərar verdi. Əleyhinə qərar verilən: “Razı olmaram” – dedi. Qarşı tərəf: “Nə istəyirsən?” – dedi. O da: “Əbubəkr Siddiqin yanına gedək” – dedi. Onun yanına getdilər. Haqlı çıxan: “Biz Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdik. O məni haqlı çıxartdı” – dedi. Əbubəkr də: “Rəsulullah (salləllahu aleyhi və səlləm) nə qərar veribsə odur” – dedi. O birisi yenə razı olmaq istəmədi və: “Ömər ibn Xəttabın yanına gedək” – dedi. Mübahisədə qalib olan dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdik. O məni haqlı çıxartdı, bu isə razı olmadı” – dedi. Sonra Əbubəkrin yanına gəldik. O dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) nə qərar veribsə odur.” Bu razı olmur.” Ömər ibn Xəttab ondan da soruşdu. O da: “Belədir” – dedi. Ömər evinə daxil oldu. Sonra əlində bir qılıncla çıxdı. Qılınc qınından çıxarılmışdı. O, razı olmaq istəməyənin boynunu həmin qılıncla vurdu və onu öldürdü. Allah “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, iman gətirmiş olmazlar.” ayəsini nazil etdi.
-
65
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.
64-cü ayənin təfsirinə bax.
-
66
Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”– buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha möhkəm olardı.
Allah təala əksər insanlara qadağaları pozmaq əmr edilsəydi belə, onu əlbəttə etməyəcəkləri barəsində xəbər verir. Çünki xarab xasiyyətləri əmrə müxaliflik əsasında yaradılıb. Bu da Allahın olmayan və ya olmuş şeylərin necə və nə cür olacağının bildiyini göstərir. Buna görə Allah buyurur: Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”– buyurmuş olsaydıq.
İbn Cərir demişdir: Bizə Əl-Musənna danışdı, mənə İshaq danışdı, bizə Əbu Zuheyr danışdı, o da İsmayıldan, Əbu İshaq əs-Subeyi demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”” nazil olduğu zaman bir adam dedi: “Əgər bizə o cür əmr etsəydi, çəkinmədən edərdik, ancaq bizi bundan azad edən Allaha həmd olsun”. Bunu eşidən Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Ümmətimdə elə kişilər var ki, qəlbindəki iman bərkidilmiş dağlardan möhkəmdir”.
İbn əbu Hatim demişdir: Bizə Cəfər ibn Munir danışdı, bizə Rəvh danışdı, bizə Hişam danışdı, Həsən demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi nazil olanda Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi əshabələri dedilər: “Əgər Rəbbimiz bunu etsəydi, yerinə yetirərdik”. Bunu eşidən Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “İman, onun əhlinin qəlbində bərkidilmiş dağlardan möhkəmdir”.
Suddi demişdir: Sabit ibn Qeys ibn Səmmas ilə yəhudilərdən bir nəfər özlərini təriflədilər. Allaha and olsun ki, O bizə özümüzü öldürməyi əmr etdi, bizdə öldürdük. Sabit də dedi ki, Allah bizə də özümüzü öldürməyi əmr etsəydi, bizdə edərdik. Buna görə Allah təala bu ayəni nazil etdi.
Bunu İbn Əbu Hatim rəvayət etmişdir və demişdir: Bizə atam danışdı, bizə Mahmud ibn Ğeylan danışdı, bizə Bişr ibn Səriy danışdı, bizə Musab ibn Sabit danışdı, əmisi Amr ibn Abdullah ibn Zubeyr demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi nazil olanda Əbu Bakr dedi: “Ey Rəsulullah, Vallahi, əgər Allah mənə özümü öldürməyə əmr etsəydi, öldürərdim“. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Doğru söylədin, ey Əbu Bakr”.
Bizə atam danışdı, bizə Muhəmməd ibn Ömər əl-Ədəni danışdı: Sufyan “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi barəsində soruşuldu, o Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Əgər o ayə nazil olsaydı, İbn Ummi Abd onlardan olardı”.
Mənə atam danışdı, bizə əbul Yəmən danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Səfvan ibn Amrdan, Sureyh ibn Ubeyd demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi nazil olanda Rəsulullah (salləllahu aleyhi və səlləm) Abdullah ibn Rəvaha işarə edərək dedi: “Əgər Allah bunu nazil etsəydi, bu adam o azlardan olardı”. Buna görə Allah bu ayəni nazil etdi: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”– buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha möhkəm olardı”. Yəni əmrə müxalif olmaqdan və qadağaları pozmaqdan deməkdir.
“Və daha möhkəm olardı”, Suddi demişdir: “daha təsdiq edici olardı”. “Onda Biz də onlara Öz tərəfimizdən” yəni bizim dərgahımızdan, “böyük bir mükafat” yəni Cənnət verərdik, “və onları doğru yola yönəldərdik” yəni dünya və axirətdə deməkdir.
Sonra Allah təala buyurur “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”. Yəni kim Allaha və Rəsuluna itaət edib onların qadağan etdiklərini tərk etsə, şübhəsiz ki, Allah onu şərəfli evinə yerləşdirər və onu Peyğəmbərlərə, sonra da onların dalınca gedənlərə dost edər, onlar isə sadiqlər, şəhidlər və ümumi möminlərdir ki, onlarda içləri və zahirləri təmiz olan salehlərdir. Sonra Allah onları tərifləyərək buyurur “Onlar necə də gözəl dostlardır”.
Buxari demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Havşəb danışdı, bizə İbrahim ibn Sad danışdı, o da atasından, Urvədən, Aişə demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Bir Peyğəmbər xəstələndiyi zaman dünya və axirət arasında seçim etməkdə azad buraxılır”. Can verən zaman şiddətli öskürəyə tutuldu “peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə” dediyini eşitdim. Bu zaman onun rahatlaşdığını gördüm. Bunu Muslim də Şubədən, Sad ibn İbrahimdən belə rəvayət etmişdir. Rəsulullahın (salləllahu aleyhi və səlləm) başqa bir hədisində “Allahım, ən şərəfli dostla” sözünün də mənası budur. Bunu üç dəfə dedi, sonra da ruhunu tapşırdı. Salləllahu aleyhi və səlləm.
Bu ayənin nazil olma səbəbi haqqında İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Yaqub əl-Kummi danışdı, o da Cəfər ibn Əbu Muğiradən, Səid ibn Cubeyr demişdir: “Ənsarlardan bir nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına üzgün halda gəldi, Rəsulullah (salləllahu aleyhi və səlləm) ondan soruşdu: ”Ey filankəs səni niyə üzgün görürəm?” O dedi: “Ey Allahın Rəsulu bir şey haqqında düşündüm”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Nəyin haqqında?” O da dedi: “Səhərdən axşama qədər sənin yanına gəlirik, səninlə otururuq, üzünə baxırıq. Bir gün sən Peyğəmbərlərə birgə olacaqsan, biz isə sənə qovuşa bilməyəcəyik”. Rəsulullah (salləllahu aleyhi və səlləm) cavab vermədi. Cəbrayıl ona bu ayəni gətirdi: “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə birlikdə olacaqlar”. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona xəbər göndərərək müjdə verdi.
Bu mürsəl olaraq Məsruqdan, İkrimədən, Amir Şabidən, Qatadədən, Rəbi ibn Ənəsdən rəvayət edilmişdir. İsnad olaraq ən gözəli budur.
İbn Cərir demişdir: Bizə Musənna danışdı, bizə ibn əbu Cəfər atasından danışdı, o da Rəbidən, “Allaha və Elçisinə itaət edənlər” ayəsi barəsində demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri dedilər ki, biz Rəsulullaha (salləllahu aleyhi və səlləm) iman edənlərdən, ona tabe olub onu təsdiq edənlərdən dərəcə etibarı ilə üstün olacağımızı bilirdik. Cənnətdə bir-birlərini necə görəcəyimiz barədə narahatlıq keçirirdik. Buna görə Allah təala bu ayəni nazil etdi və Rəsulunu qəsd edərək dedi: Yuxarıdakılar aşağıdakıların yanına düşər bir bağçada yığışarlar. Onlar da onlar üçün ürəkləri istədiklərini gətirərlər. Onlar bir bağçada sevinərək əmin-amanlıq içində qalarlar.
Bu hədis başqa bir yoldan mərfu olaraq rəvayət edilmişdir. Əbu Bakr ibn Mərduveyh demişdir: Bizə Əbdurrahim ibn Muhəmməd ibn Muslim danışdı, bizə İsmayıl ibn Əhməd ibn Useyd danışdı, bizə Abdullah ibn İmran danışdı, bizə Fudeyl ibn İyad danışdı, o da Mansurdan, İbrahimdən, Əsvəddən, Aişə demişdir: “Bir adam Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: Ey Allahın Rəsulu səni həqiqətən canımdan çox sevirəm, ailəmdən çox sevirəm, uşağımdan çox sevirəm; evdə olarkən səni düşünürəm, səbir edə bilmirəm yanına gəlirəm, üzünə baxıram. Özümün və sənin ölümünü düşünəndə sənin Cənnətdə peyğəmbərlərin dərəcəsinə yüksələcəyini bilirəm. Cənnətə girsəm belə səni görə bilməyəcəyimdən qorxuram”. Rəsulullah (salləllahu aleyhi və səlləm) cavab vermədi. Nəticədə ona bu ayə nazil edildi “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”. Bunu Hafiz Əbu Abdullah Maqdisi “Sifətul Cənnət” kitabında Təbərani yolundan, Əhməd ibn Amr ibn Muslim əl-Hallaldan, Abdullah ibn Amr əl-Abididən belə rəvayət etmişdir və isnadında bir əngəl olmadığını demişdir. Allah ən doğrusunu biləndir.
Yenə İbn Mərduveyh demişdir: Bizə Süleyman ibn Əhməd danışdı, bizə Abbas ibn Fadl əl-Əsfati danışdı, bizə Əbu Bakr ibn Sabit ibn Abbas əl-Misri danışdı, bizə Xalid ibn Abdullah danışdı, o da Əta ibn Səibdən, Amir Şabidən, İbn Abbas demişdir: “Bir nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: Ey Allahın Rəsulu səni o qədər sevirəm ki, səni evdə xatırlayıram, dayana bilmirəm. Cənnətdə səninlə eyni dərəcədə olmaq istəyirəm”. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir söz belə demədi. Buna görə Allah bu ayəni nazil etdi “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”.
Bunu İbn Cərir də Humeyddən, Cərirdən, Ətadan, Şəbidən mürsəl olaraq rəvayət etmişdir. Səhih Muslimdə Hiql ibn Ziyad hədisindən, Əvzaidən, Yəhya ibn Kəsirdən, Əbu Sələmə ibn Əbdurrəhmandan, Rabiə ibn Kəb əl Əsləmidən belə dediyini rəvayət etmişdir: “Mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında gecələdim. Ona dəstəmaz suyunu gətirirdim və ehtiyaclarını qarşılayırdım. O mənə “istə” dedi. Mən də dedim ki, ey Allahın Rəsulu səninlə Cənnətdə birgə olmaq istəyirəm. O dedi: “Bundan başqa heç nə istəmirsən?” Mən də, yalnız budur, dedim. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Çoxlu səcdə edərək özünə yardım et”.
İmam Əhməd demişdir: Bizə Yəhya ibn İshaq danışdı, bizə İbn Ləhiyə danışdı, o da Abdullah ibn Cəfərdən, İsa ibn əbu Talhadan, Amr ibn Murrə əl-Cuhəni demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəlib dedi: Ey Allahın Rəsulu, Allahdan başqa ilah olmadığını və sənin onun Rəsulu olduğuna şahidlik etdim, beş vaxt namaz qıldım, malımın zəkatını verdim, ramazan ayının orucunu tutdum”. Rəsulullah (salləllahu aleyhi və səlləm) iki barmağını birləşdirərək dedi: Kim valideynlərinə asi olmadan bunları edib ölərsə Qiyamət günü Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə birlikdə olar”. Bunu yalnız Əhməd rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Əbu Həşimin müttəfiqi Əbu Səid danışdı bizə İbn Ləhiyə danışdı, o da Zəban ibn Faiddən, Səhl ibn Muaz ibn Ənəsdən, atası Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim Allah yolunda min ayə oxusa, Qiyamət günü Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə bərabər olar inşəAllah. Onlar da nə gözəl dostdur”.
Tirmizi Sufyan əs-Səvri yolundan rəvayət etmişdir, o da əbu Həmzədən, Həsən Bəsridən, Əbu Səid Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Doğru və etibar edilən tacirlər Peyğəmbərlər, sadiqlər və şəhidlərlə bərabərdir. Sonra da Tirmizi demişdir: “bu həsən hədisdir, bunu yalnız bu yoldan bilirik. Əbu Həmzənin adı Abdullah ibn Cəbirdir, Bəsrəli bir şeyxdir”.
Bütün bunlardan daha böyük bir müjdə Səhihlər, Musnədlər və digərlərində mütəvatir yollarla bir sıra səhabələrdən rəvayət edilən bu hədisdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedilər ki, bir nəfər digərləri sevir, amma onlarla birgə deyildir. O da dedi: “Kişi sevdiyi ilə bərabərdir”. Ənəs demişdir: “Müsəlmanlar bu hədisə sevindikləri qədər başqa heç bir şeyə sevinmədilər”. Ənəsdən bir rəvayətdə də belə deyilir: “Mən Rəsulullahı (salləllahu aleyhi və səlləm) sevirəm, Əbu Bakr və Öməri (radiyallahu ənhumə) sevirəm, onlar kimi əməl etməsəm də, Allahdan bizi bir yerdə həşr etməsini umuram”. İmam Məlik ibn Ənəs demişdir, o da Sufyan ibn Suleymdən, Əta ibn Yasərdən, Əbu Səid əl-Xudri Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Cənnət əhli otaqlardakıları sizin şərq və ya qərb üfüqündə inci kimi parlayan ulduzu gördüyünüz kimi görürlər, çünki aralarında o qədər fəzilət fərqi vardır”. “Ey Allahın Rəsulu, bu başqalarının yetişə bilməyəcəyi peyğəmbərlər dərəcəsidir, deyil mi?” O da dedi: “Xeyir, Ruhumu əlində tutan Allaha and olsun ki, onlar Allaha iman gətirib peyğəmbərləri təsdiq edənlərdir”. Bunu iki Səhihdə Məlikin hədisindən rəvayət etmişlər. Mətni Muslimə aiddir.
İmam Əhməd demişdir: Bizə Fəzarə danışdı, mənə Fuleyh xəbər verdi, o da Hilal ibn Əlidən, Ətadan, əbu Hureyrə Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Cənnət əhli sizin üfüqdə çıxıb inci kimi parlayan ulduzu gördüyünüz kimi görürlər. Çünki aralarında o qədər fərq vardır”. “Ey Allahın Rəsulu, onlar peyğəmbərlərdir, deyil mi?” O da dedi: “Xeyir, Ruhumu əlində tutan Allaha and olsun ki, onlar Allaha iman gətirib peyğəmbərləri təsdiq edənlərdir”. Hafiz Ziya əl-Maqdisi demişdir: “Bu hədis Buxarinin şərtinə uyğundur”. Allah ən doğrusunu biləndir.
Hafiz Əbu Qasım əl-Təbərani “Mucəmul Kəbirdə” demişdir: Bizə Əli ibn Əbdüləziz danışdı, bizə Muhəmməd ibn Ammar əl Məvsili danışdı, bizə Əfif ibn Səlim danışdı, o da Əyyubdan, Utbədən, Ətadan, İbn Ömər demişdir: “Həbəşistandan bir nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək ona sual vermək istədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Soruş və anla”. O dedi: “Ey Allahın Rəsulu, siz bizdən sifət, rəng və peyğəmbərlik baxımından üstün oldunuz. Məndə sənin iman etdiyinə iman etsəm, sənin əməl etdiyinə əməl etsəm, Cənnətdə səninlə birgə ola bilərəm mi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bəli, ruhumu əlində tutan Allaha and olsun ki, qaralığın ağlığı Cənnətdə bir illik yolu işıqlandırır. Kim Lə İləhə illəllah desə, Allah qatında ona bir vəd verilmiş olur. Kim Subhən Allahi və bihəmdihi deyərsə ona yüz iyirmi dörd min savab yazılar”. Adam dedi: “Ey Allahın Rəsulu bundan sonra necə həlak olarıq?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Qiyamət günü adam elə bir əməllə gələr ki, dağın üstünə düşsə onu çökdürər. Allahın verdiyi nemətlərdən biri qalxar o əməllərin hamısını bitirər ki, Allah öz mərhəmətini göstərsin”. Sonra bu ayələr nazil oldu “İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!” bu ayəyə qədər “Orada hara baxsan, çoxlu naz-nemət və böyük bir səltənət görərsən” (İnsan, 1-20). Həbəşli soruşdu: “Bu iki gözüm Cənnətdə sənin gördüyünü görəcək mi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bəli”. Adam elə ağladı ki, hətta ruhunu tapşırdı. İbn Ömər dedi: “Allaha and olsun ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) onu əlləri ilə qəbir çuxuruna qoyduğunu gördüm”. Bu hədisdə qəriblik və munkərlik vardır. İsnadı zəifdir.
Buna görə Allah təala buyurur “Bu lütf Allahdandır” yəni Allah qatındandır, onun rəhmətindəndir. Onları buna layiq edən Odur, əməlləri deyildir. “Bilən olaraq Allah kifayət edər” yəni o hidayəti və müvəffəq olanı bilir.
-
67
Onda Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər
66-cı ayənin təfsirinə bax.
-
68
və onları doğru yola yönəldərdik.
66-cı ayənin təfsirinə bax.
-
69
Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.
66-cı ayənin təfsirinə bax.
-
70
Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər.
66-cı ayənin təfsirinə bax.
-
71
Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, ya bölüklərlə, ya da hamınız birgə çıxın.
Allah təala mömin qullarına düşmənlərə qarşı ehtiyatı əldən verməməyi əmr edir. Bu da Allah yolunda edilən çağırışa hazır olan ehtiyatın sayının artırılmasını tələb edir. “Subə́tin” (bölüklər) camaat üstünə camaat, firqə üstünə firqə, birlik üstünə birlik deməkdir. “Subət” “subənin” cəmidir. Bəzən cəmi “subin” şəklində yazılır. Əli ibn əbu Təlhadan rəvayət olunur ki, İbn Abbas: ““fənfiru subə́tin” ayrı ayrı dəstələr halında səfərə çıxın deməkdir”, demişdir. Və ya “birlikdə” yəni hamınız. Mucahid, İkrimə, Suddi, Qatadə, Dəhhaq, Əta əl-Xorasani, Muqatil ibn Həyyan və Huseyf əl-Cəzəridən də belə rəvayət edilmişdir.
“İçərinizdə elələri də var ki, yubandırar” Mucahid və bir çoxları demişlər: “Bu münafiqlər haqqında nazil edilmişdir”. Muqatil ibn Həyyan demişdir: “Yubandırar” yəni cihaddan geri saxlayar”. Burada özünü və yaxud digərlərini cihaddan yubandırmaq mənası da ola bilər. Necə ki, Abdullah ibn Ubey ibn Səlul -Allah onu rəzil etsin-o cür edərdi, həm özü cihaddan geri qalardı həm də başqalarını yayındırardı. Bu İbn Cureyc və İbn Cəririn fikirləridir. Buna görə də münafiqlər haqqında xəbər edərək demişdir ki, Onlar cihaddan geri qalarlar. “Sizə bir müsibət üz vermiş olduqda” yəni ölüm, şəhidlik və Allahın hikməti ilə məğlubiyyət, “Allah mənə mərhəmət göstərdi ki, mən onların arasında şahidlərdən olmadım” deyər, yəni onlarla bərabər döyüşə getməməsini Allahdan ona nemət olduğunu sayar. Səbr etməkdən və ya öldürüldüyü halda şəhidlikdən itirdiyi savabı dərk etməz.
“Əgər Allahdan sizə bir lütf yetişərsə” yəni yardım, qələbə və qənimətlər kimi. Guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: — yəni sizin dininizdən deyilmiş kimi. “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” yəni onlarla bərabər mənə də qənimətdən veriləydi. Ən böyük məqsədi də elə budur.
Sonra Allah buyurur: “Allah yolunda vuruşsunlar” yəni orduya çağırılan mömin vuruşsun. “Axirət qarşılığında dünya həyatını satın alanlar” yəni belələri dinlərini az miqdarda dünya malına satarlar. Bu da onların küfründən və imanının olmamasından irəli gəlir. Sonra Allah buyurur: “Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik” yəni kim Allah yolunda vuruşarsa, istər öldürülsün, istər qalib gəlsin, onun üçün Allah qatında böyük bir savab və dəyərli bir mükafat vardır. Necə ki, iki Səhihdə deyilir: Allah, onun yolunda cihad edənin öldüyü halda Cənnətə girməyinə, qaldığı halda isə evinə əcr və ya qənimətlə qayıtmağına zamindir.
-
72
İçərinizdə elələri də var ki, yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onların arasında şahidlərdən olmadım”– deyər.
71-ci ayənin təfsirinə bax.
-
73
Əgər Allahdan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər.
71-ci ayənin təfsirinə bax.
-
74
Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik.
71-ci ayənin təfsirinə bax.
-
75
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruş-mursunuz?
Allah təala mömin qullarını Onun yolunda cihad etməyə və Məkkədə narahatçılıq içində qalan kişi, qadın və uşaqların xilasına səy göstərməyə təşviq edir. Buna görə Allah təala buyurur: ”Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart” yəni Məkkədən deməkdir. Bu digər bir ayəyə bənzəyir: “Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkətlər var…” (Muhəmməd, 13). Sonra o məmləkəti belə təsvir etdi: “onun əhalisi zalımlardır, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et” Yəni, bizə qullarından bir dost və bir köməkçi nəsib et, deməkdir. Buxari demişdir: Bizə Abdullah ibn Muhəmməd danışdı, bizə Sufyan danışdı, o da Ubeydullahın belə dediyini söylədi: İbn Abbasdan eşitdim ki, o dedi: “Mən və anam o zəiflərdən idik”.
Bizə Suleyman ibn Hərb danışdı, bizə Həmməd ibn Zeyd danışdı, o da Əyyubdan, o da İbn əbu Muleykədən nəql etdi ki, İbn Abbas: “Ancaq çarə tapmağa qadir olmayan və yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır” (Nisə, 98) ayəsini oxudu və dedi: “Mən və anam Allah təalanın üzr gördüyü kimsələrdən idik.”
Sonra Allah təala dedi: “Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar” yəni, möminlər Allaha itaət üçün və Onun razılığı naminə, kafirlər isə şeytana itaət üçün döyüşürlər.
Sonra Allah təala bu sözləri ilə möminləri Onun düşmənləri ilə döyüşə təhrik etdi: “Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”.
-
76
Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
75-ciayənin təfsirinə bax.
-
77
Məgər sən, özlərinə: “əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruş-mağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”.
İslamın əvvəlində möminlər Məkkədə olarkən onlara namaz qılmaları və zəkat vermələri əmr edilmişdi. Nisab miqdarları təyin olunmasa da, kasıblara kömək etmələri əmr olunmuşdu. Müşriklərə toxunmamaq, onları bağışlamaq və bir müddət onlara səbir etmək əmri də verilmişdi. Nəticədə möminlər düşmənlərindən heyf almaq üçün alışıb yanırdılar və döyüş əmrinin gəlməsini çox istəyirdilər. Lakin həmin vaxtdakı vəziyyət, çoxsaylı səbəblərə görə münasib deyildi. Belə səbəblərdən biri də, düşmənlərin say çoxluğu nisbətində, müsəlmanların azlığı idi. Digər səbəb isə, öz şəhərlərində olmaları idi. Belə ki, ora haram şəhər və yer üzünün ən şərəfli torpağı sayılırdı. Ilk vaxtlar döyüş əmrinin verilməsi məqsədə uyğun deyildi. Buna görə döyüş yalnız Mədinədə əmr edildi. Çünki yurdları, gücləri və köməkçiləri oldu. Bununla bərabər çox istədikləri döyüş əmri verilincə bəziləri qorxuya düşdülər. İnsanlarla üz-üzə gəlməkdən çox xoflanaraq dedilər: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin” yəni, onu vacibliyini başqa bir vaxta saxlayardın. Çünki onda qan axıtmaq, uşaqları yetim, qadınları isə dul qoymaq kimi məsələlər var. Bu ayə mənaca digər bir ayəyə bənzəyir: “Möminlər: “Bir surə nazil olmalı deyildimi?” — deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlblərində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur! Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. İş qətiləşdikdə Allaha sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.” (Muhəmməd, 20-21).
İbn əbu Hatim demişdir: Bizə Əli ibn Hüseyn danışdı, bizə Muhəmməd ibn Əbdüləziz ibn əbu Rizmə və Əli ibn Zəncə danışdılar, bizə Əli ibn Həsən danışdı, dedilər, o da Hüseyn ibn Vaqiddən, o da Amr ibn Dinardan, o da İkrimədən, o da İbn Abbasdan demişdir: “Əbdurrəhman ibn Avf ilə dostları Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkədə olarkən onun yanına gəlib dedilər: “Ey Allahın Rəsulu, biz müşrik olarkən hörmətli idik. İman gətirdikdən sonra isə, alçaldıq.” O da dedi: “Mən bağışlamaq əmri almışam, onlarla döyüşməyin”. Allah onu Mədinəyə döndərəndə döyüşü əmr etdi. Onlar isə, çəkildilər. Buna görə Allah bu ayəni nazil etdi: “əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi?”. Nəsai, Hakim və İbn Mərduveyh bunu Əli ibn Həsən ibn Şəqiqdən rəvayət etmişlər.
Əsbat isə, Suddidən belə demişdir: “Onlar üçün o zaman yalnız namaz və zəkat var idi. Allahdan döyüşü fərz etməyini istədilər. Onlara döyüş fərz edildikdə: “…içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər.” Yaxın vaxt, ölümdür.
Allah təalə buyurur: “De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir.” Mucahid demişdir: “Bu ayə yəhudilər haqqında nazil oldu.” Bunu İbn Cərir rəvayət etmişdir. “De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir” yəni müttəqinin axirəti dünyasından daha xeyirlidir.
“Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz” yəni, əməllərinizdən, əksinə əvəzi isə tam olaraq verilər. Bu, dünyaya görə onlara bir təsəllidir. Eyni zamanda axirətə rəğbət və cihada təşviqdir.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Yaqub ibn İbrahim əd-Dəvraqi danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, bizə Hammad ibn Zeyd danışdı, o da Hişamdan, onun belə dediyini söylədi: Həsən “Dünyanın ləzzəti azdır” ayəsini oxudu və dedi: “Allah dünyaya bu cür sahib olana rəhmət etsin. Dünyanın əvvəli və axırı bütünlüklə yatmış bir insan kimidir. O adam yuxusunda sevdiyi şeylərin bəzisini görür. Sonra da oyanır.” İbn Məin demişdir: Əbu Mushir bu şeri oxuyurdu:
Əbədi evdə Allahdan payı olmayan üçün dünyada heç bir xeyir yoxdur
Dünya insanlara xoş gəlsə də, həqiqətdə onun ləzzəti az və sonu yaxındır.
“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə” yəni qaçılması mümkün olmayan ölüm sizə yetişəcək. Heç kim ondan qurtula bilməz. Allah təala buyurur: “Yer üzündəki hər şey fanidir.” (Ər-Rahmən, 26). O demişdir: “Hər nəfs ölümü dadacaq.” (Ali-İmran, 185). Allah təalə buyurur: “Səndən əvvəl heç bir insana ölümsüzlük nəsib etmədik.” (əl-Ənbiya, 34). Məqsəd ölümün hər kəsə yetişməsidir. Heç kəs ondan qurtula bilməz. İstər cihada getsin, istər getməsin. Çünki onun bəlli bir əcəli və müəyyən ömrü vardır. Necə ki, ölüm Xalid ibn Validi yatağında haqladıqda, o demişdir: “Filan və filan döyüşlərdə oldum, bədənimdə qılınc və ox yarasından yer qalmayıb, indi isə yatağımda ölürəm. Qorxaqların isə, gözünə yuxu getməyirdi”.
“Hətta yüksək qalalarda olsanız belə” yəni yenilməz, yüksək və hündür qalalarda olsanız belə. Deyilmişdir ki, buradakı “buruc” göylərdəki bürclərdir. Bunu Suddi demişdir ki, bu da zəifdir. Doğrusu qala deməkdir. Yəni, ölümə qarşı tədbir tökmək və onun əlindən qalaya çəkilmək fayda verməz. Şair Zuheyr ibn əbu Sulma demişdir:
Kim ölüm səbəbləri ilə qarşılaşmağa qorxursa
Nərdivanla göyə çıxsa da ölüm onu haqlayacaq
Belə də deyilmişdir: “Burdakı “muşəyyədə” sözü “məşid” mənasını daşıyır. Necə ki, buyurulur: “boş qalmış qəsrlər” (əl-Həcc, 45). İkisinin arasında fərq olduğunu deyənlər də vardır. Bu fərqə görə, şəddə ilə yazılarsa “yüksək” mənasında olur, şəddəsiz isə “əhənglə boyanmış” mənasını verir.
İbn Cərir və İbn əbu Hatim burada Mucahiddən uzun bir rəvayət nəql etmişlər. O demişdir: “Bizdən əvvəl yaşayanlar arasında bir qadın vardı. Onu doğuş sancısı tutdu. İşçisinə od gətirməyə əmr etdi. O çıxdıqda, qapıda duran bir nəfərlə qarşılaşdı. Adam soruşdu: “Qadının nəyi oldu?” O: “Qızı” – dedi. Adam dedi: “Amma o qız yüz kişi ilə zina edəcək, sonra işçisi ilə evlənəcək, ölümü isə bir hörümçəkdən olacaq.” İşçi fikrə gedərək geri qayıtdı. Qızın qarnını bıçaqla yardı və qaçdı. O, qızın öldüyünü zənn etdi. Anası qızın qarnını tikdi. Qız sağ qaldı və böyüyüb ölkənin ən gözəl qadını oldu. İşçi isə öz işlərinin dalınca gedərək dənizləri aşdı və çoxlu mal-dövlət qazandı. Sonra ölkəsinə qayıdaraq evlənmək istədi. Bir yaşlı qadına ölkənin ən gözəl qadını ilə evlənmək istədiyini dedi. O da: “Burada filan qızdan gözəli yoxdur” – dedi. Kişi: “Onu mənim üçün istə” – dedi. Qadın gedib onu istədi, o da qəbul etdi. Yanına girdikdə, onu çox bəyəndi. Qadın ondan işi və haradan gəlməsi barədə soruşdu. O da öz keçmişini və qaçdığı bir məsələni ona danışdı. Qadın dedi: “O qız mənəm” və bıçağın yerini göstərdi. Adam dedi: “Əgər o sənsənsə, mənə iki şey barəsində xəbər ver. Birincisi, sən yüz kişi ilə zina etməlisən”. Qadın dedi: “Elə bir şey olub amma onların sayını bilmirəm”. Kişi dedi: “Onların sayı yüzdür. İkincisi, sənin ölümün bir hörümçəkdən olacaq”. Sonra onu qorumaq üçün yüksək bir saray tikdirdi. Bir gün tavanda bir hörümçək gördü və onu qıza göstərdi. Qız dedi: “Məni bununla qorxuzursan? Vallahi mən onu öldürərəm.” Hörümçəyi tavandan aşağı salıb ayaq baş barmağı ilə əzdi. Hörümçəyin zəhərindən qızın dırnağı ilə ətinin arasından bədəninə keçdi. Onun ayağı qaraldı və əcəli onu yaxaladı.”
Burada Hadra şəhərinin sahibi əsSatırunun hekayəsini də qeyd edəcəyik. Şapur hiylə ilə onu iki il mühasirədə saxladı və xalqını məhv etdi. Ərəblər bu barədə şerlər söylədilər:
Hadra şəhərinin hakimi onu etdi,
Diclə və Xabur çayları ora axırdı,
Onu mərmərdən tikdi, əhənglə boyadı,
Zirvəsində quşlar yuva qurdu.
Ölümün əli onu qorxutmadı,
Mülk məhv olsada, qapısı bağlı qaldı.
Osmanın sarayına daxil olarkən, o dedi: “Allahım Muhəmməd ümmətini birləşdir” və şairin bu şerini misal olaraq oxudu:
Ölümü görürəm, nə şərəfliyi,
Nə də Ad üçün ölkədə bir sığınacaq və daxma saxlamaz,
Qala əhalisi yatıb, qapısı bağlıdır,
Ölüm isə dağlara və zirvələrə də çatır.
“Onlara bir yaxşılıq üz verdikdə” yəni meyvə, əkin və övlad kimi şeylərdə bolluq və ruzi olduğu halda. Bunu İbn Abbas, Əbul-Aliyə və Suddi demişlər.
“Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə” meyvələrdə və əkinlərdə qıtlıq və azalma olsa yaxud uşaq ölümü və heyvan tələf olarsa. Bunu Əbul-Aliya və Suddi demişdir. “Bu, səndəndir!”– deyərlər”, yəni sənə görədir, sənə tabe olub dininə girməmizə görədir. Necə ki, Allah təala Fironun xalqından bəhs edərkən demişdir: “Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar” (Əraf, 131). O demişdir: “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib qayıdar. O dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur” (Həcc, 11). Zahirən İslama daxil olan, lakin daxilən ona ikrah hissi bəsləyən münafiqlər də belə dedilər. Onlar başlarına gələn pisliyi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabeçiliyə bağlayırdılar. Suddi demişdir: “Onlara bir yaxşılıq üz verdikdə”, yaxşılıq bolluqdur, mal-qarası və atları artır, halları düzəlir, qadınları oğlan doğur. “Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə” pislik qıtlıqdır, mallarına zərər dəyməsidir. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) bağlayarlar və “Bu səndəndir” deyərlər. Yəni dinimizi tərk edib Muhəmmədə qoşulduq deyə başımıza bu iş gəldi. Buna görə Allah təalə “De: Hamısı Allahdandır” ayəsini nazil etdi.
Allah buyurdu: “De: Hamısı Allahdandır”, yəni hamısı Allahın qəza və qədəri ilədir. O, salehdə və günahkarda, mömində və kafirdə keçərlidir. Əli ibn Əbu Talha, İbn Abbasın belə dediyini bildirmişdir: “Hamısı Allahdandır” yəni yaxşılıq da pislikdə Allahdandır.” Həsən Bəsri də bunu demişdir. Sonra Allah təala şübhə və tərəddüddən, anlama və elm zəifliyindən, cahillik və zülmün çoxluğundan meydana gələn bu sözü deyənləri tənqid edərək buyurur: “Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?”.
“De: Hamısı Allahdandır” sözləri ilə bağlı qəribə bir hədis zikr edilir.
Hafiz Əbubəkr Bəzzar demişdir: Bizə Səkən ibn Saad danışdı, bizə Ömər ibn Yunus danışdı, bizə İsmayıl ibn Hammad danışdı, o da Muqatil ibn Həyyandan, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından demişdir: “Biz Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında oturmuşduq. Əbubəkr ilə Ömər bir neçə nəfərlə gəldilər. Səsləri yüksəkdən gəlirdi. Əbubəkr Rəsulullaha (salləllahu aleyhi və səlləm) yaxın oturdu, Ömərdə Əbubəkrə yaxın oturdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Səsiniz niyə yüksəkdən gəlir?” Bir nəfər dedi: “Ey Allahın Rəsulu! Əbubəkr deyir ki, yaxşılıqlar Allahdandır, pisliklər isə nəfsimizdən”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Sən nə dedin ey Ömər?” Ömər dedi: “Məndə dedim ki, yaxşılıqlar da pisliklər də Allahdandır. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bu mövzuda ilk danışan Cəbrayıl ilə Mikayıldır. Mikayıl sənin kimi dedi, ey Əbubəkr. Cəbrayıl isə sənin kimi, ey Ömər.” O da dedi: “Biz ixtilaf edirik, səma əhli də ixtilaf edir, əgər səma əhli ixtilaf edərsə, yer əhli də ixtilaf edər. İsrafilin yanına getdilər. O da aralarında belə qərar verdi: Yaxşılıqlar və pisliklər Allahdandır. Sonra o Əbubəkr və Ömərə dedi: “Mənim bu qərarımı yaxşı qoruyun, Allah ona asi olmağı istəməsəydi, İblisi yaratmazdı.”
Şeyxul-İslam Təqiyuddin Əbu Abbas İbn Teymiyyə demişdir: “Bu uydurma hədisdir. Bu barədə hədis alimləri ittifaq ediblər.”
Sonra Allah təala Rəsuluna xitab etdi. Məqsəd hər bir insana verilən cavabdır. “Sənə gələn yaxşılıq Allahdandır”, yəni, Allahın fəziləti, lütfü və rəhmətindəndi.
“Sənin başına gələn bəla isə sənin özündəndir” yəni sənin tərəfindən və əməlindəndir. Necə ki, Allah buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız üzündəndir, (Allah) çoxunu bağışlayır”(Şura, 30). Suddi, Həsən Bəsri, İbn Cureyc və İbn Zeyd demişlər: “sənin özündəndir” yəni, sənin günahlarına görədir. Qatadə demişdir: “Ey Adəm oğlu günahlarının cəzasıdır.” O demişdir: “Bizə deyildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir adamın bir yeri cızılsa, yaxud ayağı burxulsa, titrəmə tutsa, mütləq günahlarındandı. Allahın bağışladığı isə daha çoxdur”. Qatadənin mürsəl olaraq rəvayət etdiyi bu hədis, Səhihdə muttasil olaraq rəvayət edilibdir: “Ruhumu əlində tutan Allaha and olsun ki, bir mömin kədərlənsə, üzülsə yaxud yorulsa, hətta ona bir tikan batarsa, Allah onun xətalarından bir qismini silər”.
Əbu Saleh də bu ayə barəsində demişdir: “Yəni günahındandı, bunu mən təqdir etdim.” Bunu İbn Cərir rəvayət etmişdir.
İbn əbu Hatim demişdir: Bizə Muhamməd ibn Ammar danışdı, bizə Səhl ibn Bəkkar danışdı, bizə Əsvad ibn Şeyban danışdı, mənə Muttarifin qardaşı oğlu Uqbə ibn Vasil danışdı, o da Muttarif ibn Abdullahdan dedi: “Qədərdən nə istəyirsiz? Nisə surəsindəki “Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir” ayəsi sizə kifayət deyil? Yəni pislik özünüzdəndir. Allaha and olsun ki, qədərə buraxılmadılar, onlara əmr edildi və ona qayıdacaqlar.” Muttarifin bu sözü Qədərilərə və Cəbərilərə sağlam və güclü rəddir. O başqa bir yerdə geniş şəkildə izah edilibdi.
“Biz səni insanlara elçi göndərdik” yəni Allahın şəriətini, sevdiyi və razı qaldığı, xoşlamayıb qəbul etmədiyi şeyləri onlara təbliğ edərsən. “Şahid olaraq Allah kifayət edər” yəni səni göndərdiyinə. O, səninlə onların arasında da şahiddir. Onlara təbliğ etdiyini, onların küfr və inadkarlıqdan dolayı rədd etdikləri şeyi bilir.
-
78
Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?
77-ci ayənin təfsirinə bax.
-
79
Sənə gələn yaxşılıq Allah-dandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər.
77-ci ayənin təfsirinə bax.
-
80
Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.
Allah Təala qulu və Rəsulu Muhəmməd barədə xəbər verir ki, kim ona itaət edərsə Allaha itaət edər, kim ona asi olarsa, Allaha asilik edər. O özündən danışmır, o yalnız ona gələn vəhyi danışar.
İbn Əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim mənə itaət edərsə Allaha itaət edər, kim mənə asi olarsa Allaha asilik etmişdir. Kim əmirə itaət edərsə mənə itaət edər. Kim əmirə asilik edərsə mənə asilik etmişdir.” Bu hədis iki Səhihdə Aməşdən sabit olaraq rəvayət edilmişdi.
“Kim üz çevirərsə, Biz səni onlara gözətçi göndərməmişik” yəni sənin onunla işin yoxdur. Sənə düşən yalnız təbliğ etməkdir. Sənə tabe olan qazanır və xilas olur. Sənin üçün də böyük savab yazılır. Kim səndən üz çevirsə zərər edərək ziyana düşər. Ondan ötrü sənə bir şey olmaz. Necə ki, hədisdə deyilir: “Kim Allaha və Rəsuluna itaət edərsə, doğru yolu tapmışdır. Kim Allaha və Rəsuluna asi olarsa yalnız özünə zərər verər.”
“Onlar: “İtaət edirik!”– deyirlər” Allah Təala münafiqlərdən xəbər verir: Onlar zahiri müvafiqlik və itaət göstərirlər. “Sənin yanından çıxıb getdikdə isə” yəni çıxıb gözdən itən kimi “onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər” yəni gecələr sənə dediklərindən fərqli edərlər. Buna görə Allah Təala buyurdu: “Allah onların gecələr nə etdiklərini yazır” yəni onun barəsində xəbərdardır, qullarına təyin etdiyi mələklər onların etdiklərini yazarlar. Buradakı məna təhdiddir. Allah onların qəlblərində gizlətdiklərini və aralarında danışdıqlarını bildiyi barədə xəbər verir. Gecə Rəsulullaha (salləllahu aleyhi və səlləm) müxaliflik və asilikdə ittifaq etdiklərini bilir. Gündüz ona itaət etsələr də, əsas niyyətlərini bilir və ona görə də onları cəzalandıracaq. Necə ki, buyurur: “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər” (Nur, 47).
“Onlardan üz döndər” yəni onları bağışla, onlarla yumşaq davran. Etdikləri barəsində insanlara xəbər vermə, onlardan qorxma. “Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər” yəni Ona təvəkkül edənə vəli, yardımçı və dəstəkçi olaraq yetər.
-
81
Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər.
80-ci ayənin təfsirinə bax.
-
82
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.
Allah Təala Quran barəsində düşünməyi qullarına əmr edərək, ondan, onun möhkəm mənalarını və bəlağətli sözlərini anlamaqdan üz çevirməyi qadağan edərək və xəbər verərək buyurur ki, onda ixtilaf, uyğunsuzluq və ziddiyyət yoxdur. Çünki o, hikmət sahibi və tərifə layiq Allah tərəfindən nazil edilmişdir. O, Haqdan gələn haqdır. Buna görə Allah buyurur “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhəmməd, 24). Sonra buyurur: “Əgər o, Allahdan başqası tərəfindən olsaydı” yəni nizamsız və uydurma olsaydı, necə ki, bunu bəzi nadan müşriklər və eləcə də münafiqlər içlərində deyirdilər, “onda çoxlu ziddiyyət tapardılar” yəni onda uyğunsuzluq və ziddiyyət görərdilər. Yəni o, ixtilafdan salamatdır və o, Allahdandır. Necə ki, həqiqi elm sahiblərinin “onlara iman gətirdik, hamısı Rəbbimizdəndir” (Ali İmran, 7) yəni möhkəmidə, mütaşabihidə haqdır, dediklərini xəbər vermişdir. Ona görə mütaşabihi möhkəmə qaytararaq hidayəti tapmışlar. Qəlblərində əyrilik olanlar isə möhkəmini mütaşabihə qaytararaq yollarını azmışlar. Buna görə Allah həqiqi elm sahiblərini tərif edərək, sapmışları qınamışdır.
İmam Əhməd demişdir: Bizə Ənəs ibn İyad danışdı, bizə Əbu Həzim danışdı, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından demişdir: Mən və qardaşım elə bir məclisdə oturmuşduq ki, onun əvəzində çil-çil dəvələri istəməzdik. Mən və qardaşım gəlib gördük ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yaşlı səhabələri onun qapılarının birində oturublar. Aralarına girmək istəmədik, bir küncdə oturduq. Birdən Qurandan bir ayə zikr etdilər, sonra çəkişərək səsləri yüksəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) qəzəbli şəkildə çıxdı, hətta üzü qızarmışdı, onların üstünə torpağı ataraq dedi: “Ey camaat ağır olun, sizdən əvvəlki ümmətlər Peyğəmbərlərlərinə qarşı çıxmaqdan və kitabları bir-birinə qarşı tutmaqdan həlak oldular. Doğru odur ki, Quran ayələri biri birini yalanlamaq üçün nazil edilmədi, əksinə, bir-birini təsdiqləmək üçüm nazil edilmişdir. Anladığınıza əməl edin anlamadığınızı isə bilənlərə həvalə edin.” Bunu Əbu Muaviyədən, o da Davud ibn əbu Hinddən, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından rəvayət etmişdir ki, o demişdir: “Bir gün Rəsulullah (salləllahu aleyhi və səlləm) evindən çıxdı. İnsanlar qədər haqqında danışırdılar. Əsəbindən üzünə nar suyu sıxılmış kimi idi. Onlara dedi: “Sizə nə olub ki, Allahın ayələrini bir-birinə qarşı qoyursuz? Sizdən əvvəlkilər bundan ötrü həlak oldular.” Rəvayətçi dedi: “Buna görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi məclislərində iştirak etmədiyim üçün özümü bu qədər bəyəndiyim olmamışdı.” Bunu İbn Macə də Davud ibn əbu Hind hədisindən belə rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Əbdürrəhman ibn Mehdi danışdı, bizə Hammad ibn Zeyd danışdı, o da Əbu İmran əl-Cəvnidən, o demişdir: Mənə Abdullah ibn Rabah yazdı ki, Abdullah ibn Amr belə demişdir: Günortanın istisində Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdim. Birdən iki nəfər yüksək səslə bir ayə barəsində ixtilaf etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Sizdən əvvəlkilər kitabda ixtilaf etmələrinə görə həlak oldular.” Bunu Muslim və Nəsai də Hammad ibn Zeyd hədisindən belə rəvayət etmişdir.
“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar” Bu da işlərin həyata keçməsindən əvvəl onu yaymağı rədd edir. Bunlar onu ifşa edər və yayarlar. Bəzən bu doğru olmazdı. Muslim “Səhih” əsərinin müqəddiməsində demişdir: Bizə Əbubəkr ibn əbu Şeybə danışdı, bizə Əli ibn Həfs danışdı, bizə Şubə danışdı, o da Xubeyb ibn Əbdürrəhmandan, o da Hafs ibn Asimdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir nəfərin hər eşitdiyini danışmağı onun yalançı olmasına yetər”. Bunu Əbu Davud “Sünən” əsərinin “Kitəbul ədəb” bölməsində Muhəmməd ibn Hüseyn ibn İşkəbdən, o da Əli ibn Hafsdan, o da Şubədən musnəd olaraq rəvayət etmişdir. Bunu Muslim yenə, Muaz ibn Hişam əl-Ənbəri və Əbdürrəhman ibn Mehdidən rəvayət etmişdir. Əbu Davud yenə, Hafs ibn Ömər ən-Nəmiridən, hər üçü Şöbədən, o da Xubeybdən, o da Hafs ibn Asimdən mürsəl olaraq rəvayət etmişdir.
İki Səhihdə Muğira ibn Şubədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi-qodu yaymağı yəni, insanların dediklərini araşdırmadan, düşünmədən və aydınlıq gətirmədən danışmağı qadağan etmişdi.
Əbu Davudun “Sunən” əsərində Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kişinin pis davranışı, araşdırmadan söylədiyidir. ”
Səhihdə deyilir: “Kim bilərəkdən yalan hədisi yayarsa, o iki yalançıdan biridir”.
Burada, Buxari və Muslimdə nəql edilən Ömər ibn Xəttabın danışdığı hədisi zikr edək: Ona Rəsulullahın (salləllahu aleyhi və səlləm) xanımlarını boşadığı xəbəri çatanda, evindən çıxıb məscidə gəldi. İnsanların bu barədə danışdığını gördü. Dayana bilmədi və icazə alaraq Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına girdi. Ona bu barədə sual verdi: “Qadınlarını boşadınmı?” O da: “Xeyr” dedi. Mən də: “Allahu Əkbər” – dedim.” Sonra hədisi tam şəkildə danışdı.
Muslimin rəvayətində belə deyilir: Xeyr, deyən kimi, məscidin qapısında duraraq bağırdım: “Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınlarını boşamadı”. Nəticədə bu ayə nazil oldu: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər”. Məndə onun mahiyyətinə varanlardan idim. Ayədə keçən “yəstənbitunəhu” sözünün mənası bir şeyi qaynağından çıxartmaq deməkdir. “İstənbətər raculu əl-əynə”, yəni adam torpağı qazaraq yerin dərinliyindən bulağ çıxartdı.
“Az bir qisminiz istisna olmaqla, şeytana uyardınız” Əli ibn əbu Talha da, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “yəni, möminlər.”
Əbdurəzzaq demişdir: Mamərdən, o da Qatadədən: “Yəni, hamınız uyardı.” Bu fikri dəstəkləyənlər şair Tirməh ibn Həkimin, Yəzid ibn Muhəlləbi tərifləmək üçün dediyi beyti dəlil gətirmişdilər:
Şərəflidir, comərddir,
Qüsuru və ləkəsi azdır.
Yəni heç bir qüsuru və ləkəsi yoxdur.
-
83
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız.
82-ci ayənin təfsirinə bax.
-
84
Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.
Allah təala qulu və rəsulu Muhəmmədi (salləllahu aleyhi və səlləm) şəxsən döyüşə qatılmasını əmr edir. Kim ondan geri qalsa, özü günahkardır. Buna görə “Sən ancaq özünə cavabdehsən” deyilmişdir. İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Muhəmməd ibn Amr ibn Nubeyh danışdı, bizə Həkkam danışdı, bizə əl-Cərrah əl-Kindi danışdı ki, İbn İshaq demişdir: “Bəra ibn Əzibdən soruşdum ki, əgər bir adam yüz düşmənlə qarşılaşırsa və onlarla döyüşürsə, bu “Özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195) ayəsinə aiddirmi?” O da dedi: “Allah Təala Rəsuluna belə buyurmuşdur: “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et!”.
Bunu İmam Əhməd də Süleyman ibn Davuddan, o da Əbu Bakr ibn Əyyaşdan, o da Əbu İshaqdan rəvayət etmişdir. O demişdir: Bəradan soruşdum: “Bir nəfər müşriklərə hücum edirsə, o özünü təhlükəyə atırmı?” O da dedi: “Xeyr, Allah Rəsulunu göndərdi və dedi: “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən”. O ayə isə, xərclərlə bağlıdır. Bunu İbn Mərduveyh də Əbu Bakr ibn Əyyaş və Əli ibn Salihdən, o da Əbu İshaqdan, o da Bəra yolundan belə rəvayət etmiş və sonra demişdir: Bizə Suleyman ibn Əhməd danışdı, bizə Əhməd ibn Nadr əl-Əskəri danışdı, bizə Muslim ibn Əbdurrəhman əl-Cərəmi danışdı, bizə Muhəmməd ibn Himyər danışdı, bizə Sufyan Səvri danışdı, o da Əbu İshaqdan, o da Bəradan demişdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də təşviq et!” ayəsi nazil oldu. O səhabələrə dedi: “Rəbbim mənə döyüşü əmr etdi, siz də döyüşün.” Bu qərib hədisdir.
“Möminləri də təşviq et!” yəni döyüşə təşviq et, həvəsləndir və cəsarətləndir. Necə ki, Bədr döyüşündə səfləri düzəldərkən demişdir: “Eni göylərlə yer qədər olan Cənnətə qalxın.” Buna təşviq edən hədislər çoxdur, onlardan bəziləri:
Buxari Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim Allaha və Rəsuluna iman gətirib, namaz qılar, zəkat verər və Ramazan orucunu tutarsa, onu Cənnətə daxil etmək Allahın üzərinə haqq olar. İstər Allah yolunda hicrət etsin yaxud doğulduğu yerdə otursun.” Dedilər: “Ey Allahın Rəsulu bu barədə insanları müjdələyəkmi?” O da buyurdu: “Cənnətdə yüz təbəqə vardır, Allah onları Öz yolunda cihad edənlər üçün hazırladı. Hər iki təbəqənin arası göylə yer arası qədərdir. Allahdan Cənnət istədiyiniz zaman Firdevsi istəyin. O, Cənnətin ortası və ən yüksəyidir. Onun üstündə Rəhmanın Ərşi vardır. Cənnətin çayları oradan çıxır”. Ubadə, Muaz və Əbu Dərda hədisindən də bənzər şəkildə rəvayət edilmişdir.
Əbu Səid əl-Xudri, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ey Əbu Səid, kim Allahı Rəbb, İslamı din və Muhəmmədi (salləllahu aleyhi və səlləm) nəbi olaraq qəbul edərsə, Cənnət ona vacib olar”. Əbu Səid təəccübləndi və dedi: “Ey Allahın Rəsulu bunu bir daha təkrar et.” O da etdi və sonra dedi: “Elə bir şey var ki, Allah onunla qulun dərəcəsini Cənnətdə yüz qat yüksəldər. Hər iki qatın arası yerlə göyün arası qədərdir.” Əbu Səid dedi: “O nədir, ey Rəsulullah?” O da dedi: “Allah yolunda cihaddır.” Bunu Muslim də rəvayət etmişdir.
“Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın” yəni möminləri döyüşə təşviq etməklə onlar düşmənlə döyüşmək üçün qeyrətə gələrlər, İslam yurdunu və müsəlmanları qoruyarlar, mübarizə apararlar və səbr edərlər.
“Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir” yəni onlara dünyada da axirətdə də gücü çatar. Necə ki, buyurur: “Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz” (Muhamməd, 4).
“Kim yaxşılığa şəfaətçi olarsa, ona ondan pay düşər, kim də pisliyə şəfaətçi olarsa, ona da ondan pay düşər” yəni kim bir şeyə dəstək olub onun axırı xeyirlə bitərsə, ona bu xeyirdən pay vardır. Kim də pis işə tərtibli və niyyətli şəkildə dəstək olarsa, ona da günahdan pay qalar. Rəsulullah (salləllahu aleyhi və səlləm) Səhihdə nəql edilən hədisdə buyurur: “Şəfaət edin savab qazanarsız. Allah, Rəsulunun dili ilə istədiyi hökmü verir.”
Mucahid ibn Cəbr demişdir: “Bu ayə insanların bir-birlərinə şafaəti haqqında nazil oldu.” Həsən Bəsri demişdir: “Allah “kim şəfaət edərsə” dedi, “şəfaəti qəbul olunarsa” demədi”.
“Allah hər şeyə Qoruyandır”, İbn Abbas, Əta, Atiyyə, Qatadə və Matar əl-Varraq ayədə keçən “muqit” sözü, qoruyucu mənasındadı, demişlər. Mucahid “şahiddir” demişdir. Bir rəvayətdə də o, “hesaba çəkəndir” demişdir. Səid ibn Cubeyr, Suddi və İbn Zeyd “Gücü yetəndir” demişlər. Abdullah ibn Kəsir “Nəzarət edəndir” demişdir. Dəhhak “ruzi verəndir” demişdir.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbdurrahim ibn Mutarrif danışdı, bizə İsa ibn Yunus danışdı, o da İsmayıldan, o da bir kişidən, o da Abdullah Rəvahadan danışdı ki, bir nəfər ondan “muqit” barəsində soruşdu. O da dedi ki, “Hər kəsə əməllərinə görə ruzi verir” deməkdir.
“Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın!” yəni sizə bir müsəlman salam verdiyi zaman ona daha üstün olanı qaytarın, yaxud verdiyi salamı eynisi ilə qarşılayın. Buna görə salama əlavə etmək bəyəniləndir, eynisi isə fərzdir.
İbn Cərir demişdir: Mənə Musa ibn Səhl ər-Rəmli danışdı, bizə Abdullah ibn Səriy əl-Antaki danışdı, bizə Hişam ibn Ləhiq danışdı, o da Asim əl-Əhvəldən, o da Əbu Osman ən-Nəhdidən, o da Salman Farisidən dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəldi və “Əssələmu Əleykə yə Rəsulullah” dedi. O da: “Və aleykə əssələm və rahmətullah” dedi. Sonra başqası gəldi və “Əssələmu Əleykə yə Rəsulullah va rahmətullah”, dedi. O da, “və aleykə əssələm və rahmətullahi və bərəkətuhu” dedi. Sonra başqası gəldi və “əssələmu aleykə yə Rəsulullah və rahmətullahi və bərəkətuhu”, dedi. O da, “və aleykə” dedi. Adam dedi: “Ey Allahın Rəsulu, anam atam sənə fəda olsun, sənin yanına filankəslər gəldi, sən də onlara mənə dediyindən daha çox qarşılıq verdin.” Rəsulullah (salləllahu aleyhi və səlləm), “Sən bizə bir şey saxlamadın” dedi. Allah buyurur: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın!” Bizdə onu sənə qaytardıq”.
Bunu İbn əbu Hatim muallaq olaraq rəvayət etmiş və demişdir: Əhməd ibn Həsən Tirmizidən qeyd edilərək, demişdir: Bizə Abdullah ibn əs-Səriy o, Əbu Muhəmməd əl-Əntakidir danışdı, Əbu Həsən dedi (bu yaxşı bir adam idi), bizə Hişam ibn Lahiq danışdı, eyni isnadla zikr etdi…
Bunu Əbubəkr ibn Mərduveyh də rəvayət etmişdir: Bizə Abdulbaqi ibn Qani danışdı, bizə Abdullah ibn Əhməd ibn Hənbəl danışdı, bizə atam danışdı, bizə Hişam ibn Lahiq Əbu Osman danışdı, sonra eynisini danışdı. Mən bu hədisi Musnəddə görmədim. Allah ən doğrusunu biləndir.
Hədisdə “əssələmu aleykum və rahmətullahi və bərəkətuhu” şəklindən daha artığı olmadığına dəlil vardır. Çünki olsa idi Rəsulullah (salləllahu aleyhi və səlləm) onu da əlavə edərdi.
İmam Əhməd demişdir: Bizə Suleyman ibn Kəsirin qardaşı Muhəmməd ibn Kəsir danışdı, bizə Cəfər ibn Süleyman danışdı, o da Avfdən, o da Əbu Rəca əl Utarididən, o da İmran ibn Hüseyndən danışdı ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) bir nəfər yaxınlaşıb dedi: “Əssələmu aleykum ey Rəsulullah.” O da salamını aldı. Adam oturdu, Rəsulullah (salləllahu aleyhi və səlləm) “on” dedi. Sonra digəri gəldi və “Əssələmu aleykum və rahmətullah ey Rəsulullah” dedi. Salamını aldı, adam oturdu, Rəsulullah (salləllahu aleyhi və səlləm) “iyirmi” dedi. Sonra digəri gəldi və “Əssələmu aleykum və rahmətullahi və barakatuhu ey Rəsulullah” dedi. Salamını aldı, adam oturdu, Rəsulullah (salləllahu aleyhi və səlləm) “otuz” dedi. Bunu Əbu Davud da Muhəmməd ibn Kəsirdən rəvayət etmişdir. Bunu Tirmizi, Nəsai və Bəzzar da ondan rəvayət etmişlər. Sonra Tirmizi demişdir: Bu yoldan həsən qəribdir.
Bu mövzuda Əbu Səiddən, Əlidən və Səhl ibn Huneyfdən rəvayətlər var. . Əlidən və Səhl ibn Huneyfdən hədislər vardır.
Bəzzar demişdir: “Bu, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) müxtəlif yollardan rəvayət edilmişdi. Ən gözəl isnadı olan da budur.”
İbn əbu Hatim demişdir: Bizə Əli ibn Hərb əl-Mövsili danışdı, bizə Humeyd ibn Əbdurrəhman ər-Ruasi danışdı, o da Həsən ibn Salihdən, o da Simakdan, o da İkrimədən dedi ki, İbn Abbas demişdir: Sənə Allahın qullarlından kim salam verirsə, məcusi olsa belə salamını al, çünki Allah demişdir: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın!”.
Qatadə də bu ayə barəsində belə demişdir: “Daha gözəli” müsəlmanlar üçün, eynisi isə zimmilər üçündür.
Bu fikirdə etiraz vardır. Yuxarıdakı hədisdə qeyd olundu ki, daha gözəlində məqsəd salamından daha artığı ilə deməkdir. Əgər müsəlman salamdan artıq olmayan salam verirsə ona eynisi ilə cavab verər. Qeyri müsəlmanlara başlanğıc olaraq və artığı ilə deyilməz, onlara sadəcə qaytarılır. Çünki iki Səhihdə İbn Ömərdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: Sizə yəhudilər “səmu aleykum” deyə salam versələr, “və aleykə” olaraq cavab verin. Səhih Muslimdə, Əbu Hureyrədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: “Yəhudilərə birinci salam verməyin, onlarla yolda qarşılaşanda onları yolun ən dar kənarına sıxışdırın.”
Sufyan Səvridən, o da bir adamdan, o da Həsən Bəsridən demişdir: “Salam vermək sünnədir. Almaq isə fərzdir.”
Bu bütün alimlərin görüşüdür. Belə ki, salam verənin salamını almaq vacibdir. Əgər almazsa günah qazanır. Çünki Allahın ayədəki əmrinə müxalif olur.
Əbu Davudun isnadı Əbu Hureyrədən olan hədisində Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Ruhumu əlində tutan Allaha and olsun ki, mömin olmayana qədər Cənnətə girməzsiniz. Bir birinizi sevməyincə iman etmiş olmazsınız. Bir birinizi sevməyiniz üçün nə edəcəyinizi deyimmi? Aranızda salamı yayın.”
“Özündən başqa İlah olmayan Allah” bununla da, bütün məxluqatın tək və bir İlahı olduğunu xəbər verərək and içir: “şübhə edilməyən Qiyamət günü sizi mütləq toplayacaqdır” kəlmələri buna işarədir. “Ləyəcməənnəkum” sözündəki “Ləm” anda hazırlıqdır. “Özündən başqa İlah olmayan Allah” ayəsi xəbərdir və anddır. O, əvvəlkiləri və sonrakıları Məhşərdə toplayacaq, hər kəsi əməlinin əvəzi veriləcək. “Sözü Allahdan daha doğru olan kimdir?” yəni sözü, xəbəri, vədi, təhdidi ondan doğru olan yoxdur. Ondan başqa ilah yoxdur, Ondan başqa Rəbb yoxdur.
-
85
Kim yaxşı bir işə vasitəçilik etsə, ona bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da bir pay düşər. Allah hər şeyi Qoruyandır.
84-cü ayənin təfsirinə bax.
-
86
Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.
84-cü ayənin təfsirinə bax.
-
87
Özündən başqa ilah olmayan Allah, şübhə edilməyən Qiyamət günü sizi mütləq toplayacaqdır. Sözü Allahdan daha doğru olan kimdir?
84-cü ayənin təfsirinə bax.
-
88
Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstə olduz? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.
-
89
Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.
-
90
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı yol verməz.
-
91
Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.
-
92
Xəta istisna olmaqla heç bir möminə bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi isə istisnadır. Əgər o, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.
-
93
Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.
-
94
Ey iman gətirənlər! Allah yolunda çıxdığınız zaman yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən-fəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
-
95
Möminlərdən – üzürlülər istisna olmaqla – oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarilə üstün etdi. Allah hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir.
-
96
Onun tərəfindən dərəcələr, bağışlanma və mərhəmətdir. Allah, Bağışlayandır, Rəhmlidir.
-
97
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən: “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
-
98
Ancaq çarə tapmağa qadir olmayan və yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır.
-
99
Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.
-
100
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.
-
101
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir.
-
102
Sən arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da götürsünlər. Bunlar səcdə etdikləri zaman arxanızda olsun. Namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını və silahlarını da götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər. Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
-
103
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.
-
104
Qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir.
-
105
Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.
-
106
Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
-
107
Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz.
-
108
Onlar insanlardan gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki onlar razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.
-
109
Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə edirsiniz. Bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və yaxud onları kim qoruyacaq?
-
110
Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.
-
111
Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir.
-
112
Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü üzünə böhtan atmış və açıq aydın günaha batmış olar.
-
113
Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni azdırmaq niyyətində ola-caqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
-
114
Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.
-
115
Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.
-
116
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
-
117
Onlar Allahı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.
-
118
Allah lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.
-
119
Mən onları mütləq azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
-
120
Onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.
-
121
Onların sığınacaqları yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər.
-
122
İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?
-
123
Nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır.
-
124
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.
-
125
Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur.
-
126
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.
-
127
Səndən qadınlar barəsində hökm istəyirlər. De: “Onlar barəsində və Kitabda sizə oxunan özlərinə müəyyən edilmişi verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
-
128
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud üz döndərməsindən qorxarsa, öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər yaxşı davranıb qorxsanız, Allah nə etdiklərinizdən xəbərdardır.
-
129
Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. Tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər doğruldub qorxsanız, Allah Bağışlayandır, Rəhmlidir.
-
130
Əgər ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah Əhatəedəndir, Müdrikdir.
-
131
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər inkar etsəniz, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.
-
132
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər.
-
133
Ey insanlar! Əgər istəsə, sizi yox edib başqalarını gətirər. Allah buna qadirdir.
-
134
Hər kəs dünya mükafatını istərsə, dünyanın da, axirətin də mükafatı Allahın dərgahındadır. Allah Eşidəndir, Görəndir.
-
135
Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz danışsanız və ya boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
-
136
Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür.
-
137
Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və yola yönəltməyəcəkdir.
-
138
Münafiqlərə müjdə ver ki, onlar üçün üzücü bir əzab vardır.
-
139
Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.
-
140
Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.
-
141
Onlar sizə göz qoyurlar. Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?”– deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminlər üzərində yol verməyəcəkdir.
-
142
Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki O, onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.
-
143
Onlar aralarında tərəddüd edir, nə bunlara, nə də onlara tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən.
-
144
Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?
-
145
Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.
-
146
Tövbə edənlər, islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir.
-
147
Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah təşəkkür edəndir, Biləndir.
-
148
Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir.
-
149
Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, Allah əfv edəndir, Qadirdir.
-
150
Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –
-
151
məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
-
152
Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
-
153
Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu tanrı qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
-
154
Biz əhdə görə dağı üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq.
-
155
Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar .
-
156
Onlar küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə,
-
157
bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
-
158
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.
-
159
Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə onların əleyhinə şahid olacaqdır.
-
160
Yəhudilərin etdikləri zülmə görə, onlara halal edilmiş gözəl nemətləri haram etdik. Bir çoxlarını Allah yolundan döndərdiklərinə,
-
161
qadağan olunmasına bax-mayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə. Biz onlardan olan kafirlər üçün üzücü bir əzab hazırlamışıq.
-
162
Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik.
-
163
Biz Nuha və ondan son-rakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
-
164
Öncə eşlçilər barəsində sənə söylədik və o elçilər ki, barəsində sənə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı.
-
165
Müjdə verən və qorxudan elçilər ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.
-
166
Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bunu Öz elmi ilə nazil etmişdir. Mələklər də şahiddirlər. Şahid olaraq Allah kifayətdir.
-
167
Kafir olub Allah yolundan sapdıran kimsələr dərin bir azğınlığa düşmüşlər.
-
168
Kafirləri və zalımları Allah bağışlamayacaq və yola yönəltməyəcəkdir;
-
169
içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır.
-
170
Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı çatdırdı. İman gətirin! Sizin üçün xeyirli olar. Əgər inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Bilən-dir, Müdrikdir.
-
171
Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “üçdür!” deməyin. Son qoyun! Sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.
-
172
Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də yaxın olan mələklər. Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.
-
173
İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün artıracaqdır. Özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.
-
174
Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur nazil etdik.
-
175
Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf düz yola yönəldəcəkdir.
-
176
Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər iki bacıdırsa, qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər düşür. Allah bunu sizə bəyan edir ki, yoldan çıxmayasınız. Allah hər şeyi bilir.