Əsərin adı: Təhavi Əqidəsi. Müəllif: Əbu-Cəfər ət-Təhavi.

.

العقيدة الطحاوية

TAHAVİ ƏQİDƏSİ

إمام أبي جعفر الطحاوي

İmam Əbu Cəfər ət-Tahavi

(vəfatı 321 h.)

بسم الله الرحمن الرحيم

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

Həmdsənalar aləmlərin Rəbbi olan Allaha məxsusdur. Əllamə Əbu Cəfər əl-Varraq ət-Tahavi –Allah rəhmət etsin– Misirdə dedi:

Bu, Əhli Sünnə və camaat tərəfdarlarının əqidəsi ilə bağlı qeyd olunan açıqlamadır. O, ümmətin fəqihlərindən sayılan Əbu Hənifə ən-Numan ibn Sabit əl-Kufi, Əbu Yusuf Yaqub ibn İbrahim əl-Ənsari və Əbu Abdullah Muhəmməd ibn Həsən əş-Şeybaninin –Allah hamısından razı olsun– məzhəbi izrədir.Həmçinin onların dinin əsaslarıbarədə etiqadları və aləmlərin Rəbbinə din olaraq qulluq etdikləridir.

Allahın müvəffəqiyyəti ilə etiqad edərək Allahın tövhidi haqqında deyirik:

Həqiqətən də, Allah birdir. Onun şəriki yoxdur.Onun mislində heç bir şey yoxdur. Heç bir şey Onu aciz edə bilməz. Ondan başqa ilah yoxdur. Başlanğıcı olmayan Qədim, sonu olmayan Daimdir. Heçliyə uğramır və yox olmur.Ancaq Onun istədiyi olur. Xəyallar Ona çatmaz və düşüncələr Onu dərk etməz. O, insanlara oxşamır. Diridir ölmür; Qəyyumdur yatmır; Xaliqdir ehtiyacsız; Ruzi verəndir çətinliksiz; Öldürəndir qorxusuz; Dirildəndir məşəqqətsiz.

Hal-hazırda və yaratdıqlarından öncə də sifətləri ilə qədim olaraq vardı. Onların mövcudluğu ilə bir şey artmadı. Özlərindən əvvəl olmayan bir sifətini Onaqazandırmadılar. Necə ki, sifətləri ilə əzəli idi, əbədi olaraq da o sifətləri ilə qalacaq.

O, yaratdıqlarını yaratdıqdan sonra əl-Xaliq adını, insanları yoxdan yaratdıqdan sonra əl-Bəri adını götürməyib.Mərbub yox ikən ər-Rübubiyyət mənası,məxluq yox ikən əl-Xaliq mənası Ona məxsus idi.Necə ki, O, diriltdikdən sonra ölüləri dirildəndi. Bu ada onları diriltməzdən əvvəl də haqqı çatırdı. Eləcə də, onları vücuda gətirməzdən əvvəl əl-Xaliq adına haqqı çatırdı. Bu ona görədir ki, Onun hər şeyə gücü çatır. Hər şey Ona möhtacdır. Hər bir iş Ona asandır. O heç bir şeyə ehtiyac duymur. «Onun mislində heç bir şey yoxdur. O, eşidəndir, görəndir.» (Əş-Şura, 11).

Yaratdıqlarını Öz elmi ilə yaratdı. Onlara qədərlər təyin etdi. Onlara əcəllər müəyyənləşdirdi. Onları yaratmazdan əvvəl heç bir şey Ona gizli deyildi. Onları yaratmazdan əvvəl nə edəcəklərini bilirdi. Ona itaət etmələrini əmr edib, Ona asi olmalarını nəhy etdi.

Hər şey Onun təqdiri və istəyi ilə cərəyan edir. Onun istəyi nüfuz edir. Qulların Onun onlara istədiyindən başqa istəkləri yoxdur. Onlar üçün nəyi istəsə olar, nəyi də istəməsə olmaz.

O, lütf olaraq istədiyinə hidayət verər, qoruyar və əfv edər. Ədalət olaraq istədiyini azdırar, köməksiz qoyar və sınağa çəkər. Onların hamısı Onun istəyinə bağlı olaraq lütfü və ədaləti arasında çevrilərlər.

O, zidd olanlardan və ortaqlardan çox ucadır. Onun əmrini rədd edəcək və hökmünə qarşı gedəcək kimsə yoxdur. Onun əmrini üstələyə bilən də yoxdur. Bütün bunlara iman gətirdik və yəqin olduq ki, hamısı Onun dərgahındandır.

Həqiqətən də Muhəmməd (aleyhis-salətu vəs-sələm) Onun seçdiyi qulu, üstün etdyi nəbisi və razı qaldığı rəsuludur. O, nəbilərin sonuncusu, müttəqilərin imamı, rəsulların seyyidi və aləmlərin Rəbbinin sevimlisidir. Ondan sonra peyğəmbərlik iddialarının hamısı azgınlıq və nəfsi istəklərə uymaqdır. O, ümum cinlərə və bütün insanlara haqq, hidayət, nur və ziya ilə göndərilmişdir.

Həqiqətən də, Quran Allahın kəlamıdır. Keyfiyyət verilmədən söz olaraq Ondan başlamışdır. Onu Öz rəsuluna vəhy olaraq nazil etdi. Möminlər isə, həqiqət olaraq onu buna görə təsdiqləmişlər. Onlar yəqin oldular ki, o, həqiqətən də uca Allahın kəlamıdır. O, insanların kəlamı kimi məxluq deyil. Kim onu eşidib, bəşər kəlamı olduğunu zənn edərsə, küfr etmiş olar. Allah beləsini məzəmmət etmiş, ona eyib tutmuş və Səqərlə hədələmişdir. Belə ki, allah təalə buyurur:”Mən onu Səqər yandıracam.”(Əl-Muddəssir, 26). Allah: ”Bu yalnız bəşər sözüdür!” (Əl-Muddəssir, 25) deyən kəsi Səqərlə hədələdiyinə görə, onun bəşəri Yaradanın sözü olduğunu və onun bəşər sözünə oxşamadığını bildik və yəqin olduq.

Kim Allahı bəşər mənasında bir məna ilə vəsf edərsə, küfr edər. Kim də bunu bəsirət gözü ilə görərsə, ibrət alar. Kafirlərin oxşar sözlərindən uzaqlaşar. Bilər ki, Allah təalə Öz sifətləri ilə bəşər kimi deyil.

Allahı görmək Cənnət əhlinin haqqıdır. Əhatə etmək və keyfiyyətə varmaq yoxdur. Necə ki, bunu Rəbbimizin Kitabı buyurur: «O gün üzlər parıldayacaq, Öz Rəbbinə baxacaqdır!»(Əl-Qiyamə, 22-23). Bunun təfsiri Allah təalənin istədiyi və bildiyi kimidir.

Bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olan hər bir səhih hədis Onun buyurduğu kimidir. Onun mənası da istədiyi kimidir. Biz buna rəylərimizlə açıqlama verərəkvə nəfsi istəklərimizlə xəyallara qapanaraq müdaxilə etmirik. Həqiqətən də, Allaha (əzzə və cəllə) və Onun Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) təslim edəndən və mütəşabih olanların biliyini biləninə həvalə edəndən başqa dinində salamat qalan kimsə yoxdur.

İslamın qədəmi yalnız təslim olmaq və itaət göstərmək üzərində sabit dayanar. Hər kim fəhmini təslim etməklə kifayətlənməyib öyrənilməsi qadağan edilmişelmi öyrənməyə cəhd edərsə, onun bu məramı xalis tövhidi, saf bilgini və səhih imanı qazanmasına əngəl olar. O, küfrlə iman, təsdiqlə təkzib və iqrarla inkar arasında vəsvəsəli, çaşqın və şübhəli bir halda tərəddüd edər. Nə təsdiq edən mömin, nə dətəkzib edən bir inkarçı olar.

Əmin-amanlıq yurdu sakinlərinin Allahı görməsinə iman, onlardan məsələni təxəyyül ilə açıqlayan və ya fəhm ilə yozan şəxslər üçün düzgün iman sayılmır.Belə ki, görmənin və ümumiyyətlə rübubiyyətlə əlaqəli olan hər bir mənanın yozulması məsələsində, yozmanı tərk edib təslim yolu tutulmalıdır. Müsəlmanların dini bunun üzərindədir. Kim də inkar və oxşatmadan qorxmazsa, sürüşər və nöqsanlardan uzaq tutma yolunaisabət etməz. Şübhəsiz ki, Rəbbimiz əzzə və cəllə vəhdaniyyət sifətləri ilə vəsf olunmuşdur. O eləcə də fərdiyyət sifətləri ilə təsvir edilmişdir. Yaratdıqlarından heç kim Onun mənasında deyil.

Hüdudlardan, qayələrdən, rüknlərdən, üzvlərdən və alətlərdən  ucadır.Altı cəhət, sonradan meydana gələnləri əhatə etdiyi kimi Onu əhatə edə bilməz.

Merac haqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə vaxtı aparılmışdı. Oyaq olduğu halda şəxsən özü göyə qaldırılmışdı. Sonra isə Allahın istədiyi yuksəkliyə çıxarılmışdı.Allah istədiyini ona ikram etmiş və vəhy etdiyini vəhy etmişdir: «Qəlb gördüyünü yalan saymadı.» (Ən-Nəcm, 11). Allahın salavatı və salamı dünya və axirətdə onun üzərinə olsun.

Ümmətinə kömək olaraq Allah təalənin ona ikram etdiyi hovuz haqdır.

Xəbərlərdə rəvayət edildiyi kimi, onlar üçün saxladığı şəfaəti haqdır.

Allahın Adəm və onun zürriyyətindən aldığı vəd haqdır.

Allah təalə əzəldən bəri Cənnətə və Cəhənnəmə girənlərin sayını tam şəkildə bilirdi. Bu saya nə əlavə edilər, nə də ondan azalar.

Həmçinin onların əməllərini, onlar barədə olan elminə görə nə əməl edəcəklərini də bilir.

Hər kəs nə üçün yaradılmışsa, ona müyəssər olar. Əməllər son nəticələrə görədir.Xoşbəxt, Allahın əmriilə xoşbəxt olandır. Bədbəxt isə, Allahın əmri ilə bədbəxt olandır.

Qədərinəsli, Allah təalanın yaratdıqları barəsindəki sirridir. Nə yaxınlaşdırılmış bir mələk, nə də göndərilmiş bir peyğəmbər bundan agah olmamışdır. Onun barədə dərinliyə dalmaq və düşüncələrə qapılmaq isə, müvəffəqiyyətsizlik səbəbi, məhrumiyyət pilləkənivə tüğyan dərəcəsidir. Onanəzər yetirmək, barəsində fikirləşmək və vəsvəsələnmək kimi bütün çəkinmə yolları ilə ondan çəkinmək lazımdır.Çünki Allah təalə qədər haqqında elmi yaratdıqlarına qapamışdır. Onlara bunun məramını belə qadağan etmişdir.Necə ki, Allah təalaÖz Kitabında buyurur: «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər.» (Əl-Ənbiya, 23). Kim: «Niyə belə etdi?» – deyə soruşarsa, Kitabın hökmünü inkar etmiş olar. Kitabın hökmünü inkar edən isə, kafirlərdən olar.

Bu, Allah təalanın dostlarından olan qəlbləri nurlanmış insanların ehtiyac duyduqları şeylərin xülasəsidir və o, elmdə möhkəm olanların dərəcəsidir. Çünki elm iki növdür: Yaradılanlar arasında mövcud olan elm və yaradılanlar arasında mövcud olmayan elm. Mövcud olan elmi inkar etmək küfrdür. İman yalnız mövcud olan elmi qəbul etməklə və mövcud olmayan elmə nail  olmaq cəhdini tərk etməklə təsdiqlənir.

Lövhəyə, qələmə və onda yazılanların hamısına iman gətiririk. Allah təalanın orada olacağını yazdığı bir şeyin olmaması üçün bütün yaradılmışlar bir yerə toplaşsalar belə, buna gücləri çatmaz. Əgər Allah təalanın orada olmayacağını yazdığı bir şeyin olması üçün hamısı bir yerə yığışsa belə, buna gücləri çatmaz. Qələm, Qiyamətə qədər baş verənləri yazaraq qurumuşdur.Qulun qarşısına çıxmayan bir şey onun başına gəlməyəcəkdi. Onun başına gələn bir şey isə, onun yaxasından əl çəkməyəcəkdi.

Qulvacib olaraq bilməlidir ki, Allahın elmiOnun yaratdıqlarından hər bir mövcud olan barədə əvvəlcədən var idi. O, bunu möhkəm və etibarlı şəkildə təqdir etmişdir. Onun göylərində və yerində olan yaratdıqlarından bu təqdiri pozan, təxirə salan, aradan götürən, dəyişən, azaldan və artıran biri yoxdur.

Bu, imanın əsasından, tanımanın təməlindən və Allah təalənin tövhidinin və rübubiyyətinin etirafından sayılır. Necə ki, Allah təalə Öz Kitabında buyurur: «O, hər şeyi yaratdı və onu təqdirlə müəyyən etdi.» (Əl-Furqan, 2). Allah təalə buyurur: «Allahın əmri müəyyən edilmiş qədərdir.» (Əl-Əhzab, 38). Qədərlə bağlı Allah təalə ilə mübahisə edənə çevrilənin və ona baxmaq üçün xəstə qəlbi gətirənin vay halına! O, öz xəyalı ilə sirli və gizli qeybdə araşdırma aparmaq istəmişdir. Amma dediyi kimi, onun barəsində yalançı və günahkar olaraq qayıtmışdır.

Ərş və Kürsü haqdır. O, Ərşə və ondan başqasına ehtiyac duymur. Hər şeyi əhatə edən və fövqündədir. Yaratdıqları isə, əhatə etməkdə acizdirlər.

Biz deyirik: Həqiqətən, Allah İbrahimi Özünə dost tutdu və Allah Musa ilə sözlə danışdı. İmanla, təsdiqlə və təslimlə bunu söyləyirik.

Mələklərə, peyğəmbərlərə və elçilərə nazil olmuş kitablara iman gətiririk vəşahidlik edirik ki, onlar açıq-aydın haqq üzərində idilər.

Qiblə əhlimizi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiklərini etiraf etdikləri və Onun söylədiyi və xəbər verdiyi hər bir şeyi təsdiqlədikləri müddətcə, müsəlmanlar və möminlər adlandırırıq.

Allah barəsində mübahisə etmirik. Allahın dini ilə bağlı bir-birimizlə çəkişmirik.

Quran barəsində də mübahisə etmirik. Biz onun aləmlərin Rəbbinin kəlamı olduğuna şahidlik edirik. Ruhuləmin onunla nazil oldu və sonra onu elçilərin seyyidi Muhəmmədə (sallallahu aleyhi və alə əlihi əcməin) öyrətdi. O, Allah təalənin kəlamıdır. Məxluqların kəlamından heç bir şey ona bərabər ola bilməz. Biz onun yaradıldığını demirik və müsəlman camaata müxalif olmuruq.

Qiblə əhlindən heç kəsi günahına görə təkfir etmirik. Nə qədər ki, etdiyini halal hesab etmir.

İmanla yanaşıedilən günah onu işləyənə zərər verməz də, demirik.

Möminlərdən olan yaxşı işlər sahiblərinin əfv olunmalarınavə Allahın rəhməti ilə cənnətə daxil olmalarına ümid edirik. Onlar barəsində əmin deyilik. Onların cənnətlik olmalarına da şahidlik etmirik. Pis əməllərinə görə bağışlanma diləyirik. Onlara görə qorxuruq. Amma ümidlərini qırmırıq.

Əminlik və məyusluq İslam millətindən çıxarırlar. Haqq yol isə, onların ikisinin arasında Qiblə əhlinindir.

Qul onu imana daxil edəni inkar etməyincə imandan çıxmaz.

Iman, dil ilə iqrar və qəlb ilə təsdiqdir.

Allah Elçisindən (sallallahu aleyhi və səlləm) səhih yolla gələn şəriət və bəyanın hamısı haqdır.

İman birdir. Əhli də onun əslində bərabərdi. Onlar arasında üstünlük qorxu, təqva, nəfsi istəklərə müxaliflik və daha öndə olana riayətdədir.

Möminlərin hamısı Rəhmanın övliyalarıdı. Allah qatında ən hörmətliləri daha itaətkarkarları və Qurana çox tabe olanlarıdı.

İman o: Allaha, Onun mələklərinə, kitablarına, rəsullarına, axır günə və qədərə imandı. Onun xeyri, şəri, şirinliyi və acısı Allah təalədəndi.

Biz bunların hamısına iman gətirmişik. Onun rəsulları arasında fərq qoymuruq. Onları hamısını gətirdikləri ilə təsdiqləyirik.

Muhəmməd ümmətindən böyük günah sahibləri əgər tövbə etməyiblərsə, müvəhhid olaraq öldükdə, odda əbədi qalmayacaqlar.Bu onların tanıyanlar və iman gətirənlər olaraq Allahla qarşılaşdıqlarından sonra olacaq. Onlar Onun istəyi və hökmü altındadılar. Əgər istəsə onları lütfü ilə bağışlayar və əfv edər. Necə ki, izzət və cəlal sahibi Öz kitabında buyurur: «Bundan aşağı olanı istədiyinə bağışlayar.» (Ən-Nisə, 48). İstəsə də, Öz ədaləti ilə onlara odda əzab verər. Sonra onları oradan Öz mərhəməti və Ona itaət edən şəfaətçilərin şəfaəti ilə çıxarar. Daha sonra onları cənnətinə göndərər. Buna səbəb Allah təalənin Onu tanıyanları Öz himayəsinə götürməsidi. Onları hər iki evdə Onu inkar edənlərlə bir etməmişdir. Hansılar ki, Onun hidayətindən məhrum olmuş və himayəsini qazanmamışlar. Allahım, ey İslamın və əhlinin Hamisi, bizi İslam üzərində sabit et, hətta onunla Sənin qarşına çıxaq.

Biz, Qiblə əhlindən olan hər bir yaxşı və ya pis əməl sahibinin arxasında qılınan namazı və onlardan ölənə qılınan cənazə namazını icazəli sayırıq.

Onlardan heç birini nə cənnətə və nə də cəhənnəmə endirmirik. Onlara qarşı küfr, şirk və nifaq barədə, nə qədər ki, bu sadalananlardan bir şey onlarda zahirən görünməyib, şahidlik etmirik. Onların sirlərini Allah təaləyə buraxırıq.

Muhəmməd (sallallahu aleyhi və səlləm) ümmətindən kiməsə qarşı qılınc qaldırılmasını düzgün hesab etmirik. Yalnız qılınc qaldırılması vacib olan müstəsnadı. Başçılarımıza və rəhbərlərimizə qarşı çıxmağı, əgər haqsızlıq etsələr belə, icazəli saymırıq. Onlara bəd dua etmirik. Onlara itaət etməkdən əlimizi üzmürük. Onlar bizə asilik əmr etmədikcə, onlara edilən itaəti vacib olaraq izzət və cəlal sahibi Allaha edilən itaətdən sayırıq. Onların islah olmaları və bağışlanmaları üçün dua edirik.

Biz, Sünnəyə və Camaata tabe oluruq. Təklənmələrdən, xilaf çıxmaqdan və firqəçilikdən uzaq dayanırıq.

Ədalət və əmanət əhlini sevirik. Haqsızlıq və xəyanət əhlinə nifrət edirik.

Elmi bizə qaranlıq qalan şeyə: «Allah daha biliklidir» – deyirik.

Əsərdə gəldiyi kimi,xüflər üzərinə məsh edilməsini səfərdə və qeyri-səfərdə icazəli sayırıq.

Həcc və cihad,müsəlmanlardan olan yaxşı və pis əmr sahibləri ilə Qiyamətə qədər davam edəcək. Onların ikisini də heç bir şey nə batil edə, nə də poza bilər.

Çox hörmətli yazanlara iman gətiririk. Həqiqətən, Allah onları bizim üzərimizə gözətçi təyin edib.

Aləmlərin ruhlarını götürməyə müvəkkil olan ölüm mələyinə, qəbir əzabına, kim ora sakini olacaqsa, Munkər və Nəkirin ona qəbrində Rəbbi, dini və peyğəmbəri haqqında sualına, bu barədə Allah Elçisindən (sallallahu aleyhi və səlləm) və səhabələrdən (Allah onlardan razı olsun) gələn xəbərlərə iman gətiririk.

Qəbir cənnət bağçalarından bir bağça ya da cəhənnəm çuxurlarından bir çuxurdu.

Dirilməyə, Qiyamət günü əməllərin əvəzinin verilməsinə, ərz olunmasına, haqq-hesab çəkilməsinə, kitabların oxunmasına, savab və cəza verilməsinə, körpüyə və tərəziyə iman gətiririk.

Cənnət və cəhənnəm yaradılmışdırlar.Onlar əbədiyyən fani deyillər və tükənib qurtarmazlar. Allah təalə yaradılmışları yaratmazdan öncə cənnət və cəhənnəmi yaratdı. Onların hər ikisi üçün sakinlər də yaratdı. O, onlardan istədiyini Öz lütfü ilə cənnətə, onlardan istədiyini də Öz ədaləti ilə cəhənnəmə salar. Hər kəs onun üçün artıq bitmiş bir əməli edir və onun üçün yaradılmışa tərəf dönür.

Xeyir və şər qullara qədərlə müəyyən edilmişdir.

Bacarıq, hansı ki, felin onunla olmasımüvəffəqlik cəhətdən vacibdir və yaradılmışın bu cür vəsf olunmasına icazə verilməməsi ilə yanaşı, o, fellə birgədir. Səhhət, güc, əmək qabiliyyəti və əzaların sağlamlığı cəhətdən olan bacarıq, feldən əvvəl olur. Xitab da bununla əlaqəlidir. O, Allah təalənin buyurduğu kimidir: «Allah hər kəsi yalnız onun güçü çatdığı qədər mükəlləf edər.» (Əl-Bəqərə, 286).

Qulların əməlləri, Allahın yaratması və qulların qazancıdır.

Allah təalə onları yalnız bacardıqları bir işlə mükəlləfiyyətli etmişdir. Onlar yalnız mükəlləfiyyət daşıdıqları işləri bacarırlar. Bu isə, “Ləhəvlə və lə qüvvətə illə billəh (Güc və qüvvət yalnız Allaha aiddir).» kəlməsinin təfsiridi. Biz deyirik: Allahın köməyi olmadan Allaha asilikdən qurtulmağa heç kimin çıxış yolu, hərəkəti və vəziyyəti dəyişmə gücü yoxdur. Uca Allahın müvəffəqiyyəti olmasa, heç kimin Allaha itaəti yerinə yetirmək və bu işdə sabit olmaq gücü yoxdur.

Hər şey uca Allahın istəyinə, elminə və qəzavü-qədərinə uyğun baş verir. Onun istəyi bütün istəklərə üstün gəldi. Onun əmri bütün mümkün çıxış yollarını məğlub etdi. O, istədiyini edir. O, heç vaxt zalım olmaz. O, hər bir pislikdən və məhvdən müqəddəsdir. Hər bir eybdən və nöqsandan uzaqdır: «Allah etdiyi işlər barədə sorğu-sual olunmaz; onlar isə sorğu-sual ediləcəklər.» (Əl-Ənbiya, 23).

Dirilərin dualarında və sədəqələrində ölülər üçün mənfəət var. Allah təalə duaları qəbul edir və ehtiyacları ödəyir.

O, hər şeyə malikdir. Heç nə Ona malik ola bilməz. Bir göz qırpımı qədər Allah təaləyə ehtiyacsız olmaq mümkün deyil. Kim bir göz qırpımı qədər Allaha ehtiyacsız olduğunu düşünərsə, küfr edər və həlak olanların çərgəsinə düşər.

Allah qəzəblənir və razı qalır. Amma insanlardan hər hansı biri kimi deyil.

Allah Elçisinin (sallallahu aleyhi və səlləm) səhabələrini sevirik. Onlardan hər hansı birini sevməkdə ifrata yol vermərik. Onların hər hansı birindən uzaq dayanmarıq. Onlara nifrət bəsləyənə və onları pis bir şəkildə yad edənə, biz nifrət edirik. Səhabələri sevmək din, iman və ihsandır. Onlara nifrət etmək küfr, nifaq və həddi aşmaqdır.

Allah Elçisindən (sallallahu aleyhi və səlləm) sonra birinci xəlifənin Əbubəkr (Allah ondan razı olsun) olduğunu təsdiqləyirik. Bu onun fəzilətinə və bütün ümmətin önünə çəkildiyinə görədir. Sonra Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun), sonra Osman (Allah ondan razı olsun) və sonra Əli ibn Əbutalibin (Allah ondan razı olsun) xəlifə olduğunu təsdiqləyirik. Bunlar haqq tərəfdarı olan xəlifələr və doğru yola yönəldən imamlardı.

Allah Elçisinin (sallallahu aleyhi və səlləm) adlarını çəkdiyi və Cənnətlə müjdələdiyi səhabələrin Cənnətlik olmalarına, Allah Elçisinin (sallallahu aleyhi və səlləm) şahidlik etdiyi üçün biz də şahidlik edirik. Onun (sallallahu aleyhi və səlləm) sözü haqdır. Onlar: Əbubəkr, Ömər, Osman, Əli, Talhə, Zubeyr, Səd, Səid, Əbdurrəhman ibn Əvf və bu ümmətin əmini Əbu Ubeydə ibn əl-Cərrahdır. Allah onların hamısından razı olsun.

Kim Allah Elçisinin (sallallahu aleyhi və səlləm) səhabələri, hər cür ləkədən pak olan zövcələri və hər bir pislikdən uzaq olan zürriyyəti barədə yaxşı sözlər söyləyərsə, nifaqdan bəraət qazanar.

Sələfin ötüb keçmiş alimləri və onlardan sonra gələn tabeinlər: Əhli xeyir və əsər, eləcə də Əhli fiqh və nəzər sahibləri yalnız gözəl sözlərlə xatırlanarlar. Kim onları pis sözlərlə yada salarsa, o, yol üzərində deyil.

Biz heç bir övliyanı hər hansı peyğəmbərdən (onlara salam olsun) üstün tutmuruq. Biz deyirik: Bir peyğəmbər bütün övliyalardan üstündür.

Övliyaların kəramətləri barədə varid olanlara və etibarlı rəvayətçilərin bu haqda səhih yolla danışdıqlarına iman gətiririk.

Qiyamət saatının əlamətlərinə iman gətiririk: Dəccalın çıxmasına, İsa ibn Məryəmin (əleyhis-salam) səmadan nazil olmasına, günəşin batdığı yerdən doğmasına və yer heyvanının olduğu yerdən çıxmasına iman gətiririk.

Biz nə kahini və nə də baxıcını təsdiqləmirik.

Qurana, Sünnəyə, və ümmətin yekdil qərarına müxalif olan bir şeyi iddia edəni də təsdiqləmirik.

Camaat olmağı haqq və doğru qərar sayırıq. Parçalanmanı isə, azğınçılıq və əzab hesab edirik.

Allahın yerdə və göydə dini birdir. O da İslam dinidir. Allah təalə buyurur: «Həqiqətən Allah qatında din, İslamdır.» (Ali İmran, 19). Allah təalə buyurur: «…sizin üçün din olaraq İslamı razı bildim.» (Əl-Maidə, 3).

İslam, şişirtmə və əksiltmə, oxşatma və inkar etmə, cəbər və qədər, əminlik və məyusluq arasındadı.

Bu bizim aşkarda və gizlində olan dinimiz və etiqadımızdı. Biz bu qeyd və bəyan etdiyimizə müxalif olan hər bir kəsdən uzaq dayanaraq Allaha sığınırıq.

Uca Allahdan diləyirik ki, bizi imanda sabit etsin və həyatımıza onunla xitam versin. Bizi müxtəlif nəfsi istəklərdən, parçalanıb ayrılmış rəylərdən və azğın təriqətlərdən məsələn, müşəbbihlər, mutəzilələr, cəhmiyələr, cəbərilər, qədərilər və sairələrindən qorusun. Hansılar ki, Sünnəyə və Camaata qarşı gedərək, zəlalətlə razılaşdılar. Biz onlardan uzağıq. Bizə görə onlar zəlalətdə və azğınlıqda olanlardı. Qorumaq və müvəffəq etmək Allaha aiddir.