Ən uca olan Rəbibnin adınıa təriflər de!

Bu surənin Məkkədə nazil olmasının dəlili Buxarinin rəvayət etdiyi hədisdir: Abdan, Şubə vasitəsilə Bərra ibn Azibdən nəql etdi ki, Peyğəmbərin (s) səhabələri arasında bizə ilk gələnlər Musab ibn Umeyr və İbm Ummu Məktumdur. Bu ikisi bizə Quran oxumağı öyrətdilər. Sonra Ammar, Bilal və Səd gəldilər. Daha sonra iyirmi nəfərlik bir heyətlə Ömər ibn əl-Xəttab gəldi. Sonra da Peyğəmbər (s) gəldi. Mən mədinəlilərin onların gəlişinə sevindikləri qədər başqa bir şeyə sevindiklərini görməmişdim. Hətta uşaqların və körpələrin “Gələn Allahın elçisidir” – dediklərini eşidirdim. O gəldiyi zaman mən “Ən uca olan Rəbibnin adına təriflər de!” ayələrini oxuyurdum”.

İmam Əhməd deyir: Vaki, İsrail vasitəsilə Əlinin (Allah ondan razı oslun!) belə dediyini nəql etmişdir: Peyğəmbər (s) “Ən uca olan Rəbibnin adına təriflər de!” surəsini çox sevərdi. Bu hədisi Əhməd ibn Hənbəl tək başına olaraq qeyd etmişdir.

Həmçinin, Buxari və Muslimin eyni adlı “Səhih” kitablarında rəvayət olunan hədisdə Peyğəmbərin (s) Muaza belə buyurduğu keçir: Əl-Əla, əş-Şəms əl-Leyl surələri ilə namaz qılsaydın…” İmam Əhməd deyir: Sufyan, İbrahim ibn Muhəmməd ibn Muntəşir vasitəsilə Neman ibn Bəşirdən nəql edir ki, Peyğəmbər (s) bayram namazlarında “Ən uca olan Rəbibnin adına təriflər de!” (əl-Əla surəsi) və “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsi) surələrini oxudu. Bayramlar Cümə gününə təsadüf etmişdirsə, hər iksini birlikdə oxumuşdur.

Bu hədisin isnadı Əhməd ibn Hənbəlin “əl-Musnəd”ində bu cürdür. Hədisi Muslim də öz “Səhih”ində rəvayət etmişdir. Həmçinin, Əbu davud, Tirmizi, Nəsai də Əbu Əvanə, Cərir və Şubənin hədislərindən nəql etmişlər. Onların hər üçü isə İbrahim ibn Muhəmməd ibn əl-Muntəşirdən nəql etmişlər. Yenə də isnadın sonu Neman ibn Bəşirdə dayanır. Tirmizi deyir: Hədisi Sövri də rəvayət emişdir. Həmçinin, onun sözlərinə görə, Sufyan ibn Uyeynə də İbrahim vasitəsilə Nemandan rəvayət nəql etmişdir. Həmçinin, İbn Macə deyir ki, Muhəmməd ibn Sabbah, Sufyan ibn Uyeynə vasitəsilə İbrahim ibn əl-Muntəşirdən, o da Neman ibn Bəşirdən nəql etmişdir. Ən doğrusunu Allah bilir. Muslimin və Əhli Sünənin qeyd etdikləri mətnə əsasən, Peyğəmbər (s) bayram namazlarında və Cümə namazında “Ən uca olan Rəbibnin adına təriflər de!” (əl-Əla surəsi) və “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsi) surələrini oxumuşdu. Ola bilsin ki, bayramlar Cümə gününə təsadüf etmişdirsə, hər iksini birlikdə oxumuşdur.

İmam Əhməd “əl-Musnəd”ində Ubey ibn Kəb, Abdullah ibn Abbas, Əbdürrəhman ibn Əbza və möminlərin anası Aişənin hədislərini qeyd edərək deyir ki, Peyğəmbər (s) vitr namazında “Ən uca olan Rəbibnin adına təriflər de!” (əl-Əla surəsi), “De: Ey kafirlər! (əl-Kəfirun surəsi) və “De: O Allah təkdir” (əl-İxlas surəsi) surələrini oxuyardı. Aişə əl-Fələq ən-Nəs surələrini də rəvayətə əlavə etmişdir. Həmçinin, Cabir, Əbu Uməmə, Abdullah ibn Məsud, İmran ibn Heseyn və Əli ibn Əbu Talib yollarıyla hədis rəvayət olunmuşdur. Allah onların hamısından  razı olsun! Əgər uzunçuluq olmasaydı, biz bu barədə varid olan əlimizdəki mərin və isnadları qeyd edərdik. Lakin bu qədərlik qeydin bəs edəcəyi qənaətindəyik. Allah ən doğru biləndir.

İmam Əhməd deyir: Əbu Əbdürrəhman, Musa ibn Eyyub əl-Ğafiqi vasitəsilə Uqbə ibn Əbu Amir əl-Cəhminin belə dediyini rəvayət edir: “Sən ulu olan Rəbibnin adını müqəddəs tutub zikr et!” (əl-Vaqiə, 74, 96) ayəsi nazil olduqda Peyğəmbər (s) buyurdu: “Bunu rukunuzda deyin!” Ravi bildirir ki, “Ən uca olan Rəbibnin adına təriflər de!” ayəsi nazil olduqda isə Peyğəmbər (s) buyurdu: “Bunu da səcdənizdə deyin!” Hədisi Əbu Davud və İbn Macə İbn Mubarəkin hədisində Musa ibn Eyyubdan rəvayət etmişdir.

Həmçinin, imam Əhməd deyir ki, Vaki, İsmail vasitəsilə, o da İshaq vasitəsilə Səid ibn Cubeyrdən rəvayət edir ki, İbn Abbas bunları demişdir: “Peyğəmbər (s) “Ən uca olan Rəbibnin adına təriflər de!” ayəsini oxuyarkən deyərdi: “Ən uca olan Rəbbim nöqsansızdır”. Həmçinin, bunu Əbu Davud Zuheyr ibn Hərb vasitəsilə Vakidən rəvayət etmiş və demişdir: “Bu barədə Vakiyə xilaf var”. Bunu Əbu Vaki və Şöbə İbn İshaq vasitəsilə Səiddən, o da mövquf hədis olaraq İbn Abbasdan rəvayət etmişdir. Sövri Suddi vasitəsilə Abdu xeyrin belə dediyini nəql edir: Mən Əlinin “Ən uca olan Rəbibnin adına təriflər de!” ayəsini oxuduğunu, sonra da “Ən uca olan Rəbbim nöqsansızdır” – dediyini eşitdim.

İbn Cərir deyir: İbn Humeyd Əbu İshaq əl-Həmədanidən nəql edir ki, İbn Abbas “Ən uca olan Rəbibnin adına təriflər de!” ayəsini oxuyarkən belə demişdi: “Ən uca olan Rəbbim nöqsansızdır”. “And içirəm Qiyamət gününə!” ayəsini oxuyub sona – “Məgər O, ölüləri diriltməyə qadir deyil” – ayəsinə çatdığı zaman isə belə dedi: “Əlbətdə ki, Sən nöqsansızsan”. Qatədə “Ən uca olan Rəbibnin adına təriflər de!” ayəsini oxudu və dedi: Bizə çatan məlumata görə, Peyğəmbər (s) həmin ayəni oxuduğu zaman “Sübhənə rabbiyəl alə” (Ən uca olan Rəbbim nöqsansızdır) – deyərdi.

(“O Rəbibn ki,) xəlq etdi və nizama saldı”. Yəni Allah məxluqatı yaratdı və hər yaratdığını ən gözəl şəkildə nizama saldı. Daha sonra Allah təala buyurur ki, “Əzəldən müəyyən etdi və yol göstərdi”. Mucahid deyir ki, insanlara xoşbəxtlik və bədbəxtlik yolları, heyvanlara isə otlaq ərazilər, çöllüklər göstərilmişdir. Bu dəyərli ayə Allah təalanın kitaibnda xəbər verildiyi kimi Musanın Firona dediyi bu kəlməyə bənzəyir; “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir”. (Taha, 50) Yəni qədər təyin etmiş və məxluqatı ona yönləndirmişdir. Belə ki, Muslimin “Səhih” əsərində Abdullah ibn Amrdan rəvayət edilən hədisə əsasən Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən, Allah Öz məxluqatının qədərini göyləri və yeri yaratmamışdan əlli min il əvvəl təyin etmişdi. O zaman Onun ərşi suyun üzərində idi”. Daha sonra Allah təala buyurur: (“O Rəbibn ki,) otları cücərtdi”. Yəni bitkilərin və əkib-becərilənlərin bütün növlərindən cücərtdi. “Sonra da onu qara çör-çöpə döndərdi”. İbn Abbas deyir ki, yəni dəyişkən quru ota…” – deyə, qeyd etmişdir. Mucahid, Qatədə və İbn Zeyddən də eyni mənalı ifadələr nəql edilmişdir.

İbn Cərir demişdir: Bəzi ərəb dilçiləri belə hesab edirlər ki, bu ifadə mənası əvvəl, özü isə sonra gələn ifadələrdəndir. İfadənin mənası belədir: “O Rəbibn ki, otları yaşıldan qaraya çevirmiş və sonra da onu qup-quru etmişdir”. Daha sonra İbn Cərir deyir ki, bu ehtimal hər nə qədər nəzərə alınsa da, şərhçilərin fikirlərinə müxalif olduğu üçün doğru deyildir.

Daha sonra Uca Allah buyurur: “Biz sənə oxudacağıq və sən unutmayacaqsan”. Yəni ey Muhəmməd! “Biz sənə oxudacağıq və sən unutmayacaqsan”. Bu Allah təalanın Öz peyğəmbərinə verdiyi xəbəri və vədidir. Allah xəbər verərək vəd edir ki, ona (s) oxutduracaq və o da onu yaddan çıxartmayacaqdır. “Yalnız Allahın dilədiyindən başqa!” Bu İbn Cəririn daha dolğun rəy kimi qeyd etdiyi rəydir. Qatədə deyir ki, Peyğəmbər (s) Allah təalanın istədiyi şeylərdən başqa heç nəyi unutmurdu. Bəzilərinin sözlərinə görə isə “Unutmayacaqsan” – ifadəsi tələb mənasını daşıyır. Beləcə istisna mənası nəsx üzərində qurulmaqdadır. Yəni Allah yaddan çıxmasını istədiyi şeylərdən başqa sənə oxutdurduqlarımızı yaddan çıxartmayacaqsan və yaddan çıxarmalı deyilsən. Daha sonra Allah təala buyurur: “Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!” Yəni O, həm qulların aşkarda etdiklərini, həmçinin gizlində danışdıları sözləri və etdiyi əməlləri biləndir. Ondan heç nə gizli qalmaz.

“Biz sənə ən asan olanı müyəssər edərik”. Yəni sənə xeyir əməllər görməyi və etməyi asanlaşdıracağıq, asan bir şəriət göndərəcək, adil, doğru, sevilən, içərisində azğınlıq və pozğunluq olmayan din buyuracağıq. Daha sonra uca Allah buyurur ki, “Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!” Yəni öyüd-nəsihətin fayda verəcəyi məvzularda öyüd-nəsihət ver! Elmin yayılması barədə olan ədəb normaları məhz bu ayədən götürülmüşdür. Belə ki, heç kəs kiməsə fayda verməyəcək söhbətləri onun yanında aparmamalıdır. Necə ki, möminlərin əmiri Əli (Allah ondan razı olsun!) buyurmuşdur: “Bir camaatın ağıllarının dərk etməyəcəyi söhbəti onların yanında danışma! Çünki bu söhbət onlara yalnız fitnə gətirər”. Həmçinin, o demişdir ki, “insanlarla başa düşdükləri təzdə danışın! Məgər Allah və Rəsulunun təkzib edilməsinimi istəyirsiniz?” Allah təala növbəti ayədə buyurur: “Qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!” Yəni ey Muhəmməd, Allahdan qorxub Onunla qarşılaşacağını düşünən kimsələrə sənin öyüd-nəsihətin fayda verəcək. “Ən bədbəxt isə ondan qaçacaqdır. (O bədbəxt ki) ən böyük oda girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır!” Həmin o bədbəxt kimsə orada nə ölməz ki, rahatlıq tapsın, ağrı-acısı dinsin, nə də dirilməz ki, faydalı bir həyat yaşasın. Əksinə həmin həyat ona olduqca ziyanlı olacaq. Çünki bu səbəbə görə qarşılaşacağı dəhşətli əzabı və müxtəlif təzyiqləri dərk edəcək.

İmam Əhməd deyir: İbn Əbu Adiy, Süleyman Təmimi vasitəsilə Əbu Səid əl-Xudridən belə rəvayət etmişdir: Peyğəmbər (s) buyurur ki, “Cəhənnəm əhli olan cəhənnəmliklər orada nə ölü, nə də diri olacaqlar. Allahın mərhəmət etmək istədiyi kimsələri isə odda öldürəcək. Sonra şəfaətçilər onlaın yanına gələcək və hər şəfaətçi öz yoldaşını götürərək onları Həya (Həyat və ya canlılıq və yaxud da Cənnət çeşməsi deyə də xatırlanmışdır.) çeşməsində bitirəcəkdir. Bu selin suda daşıdığı bir toxumun bitirlməsinə bənzəyir”. Əbu Səid deyir ki, Peyğəmbər (s) buyurdu: “Məgər siz görmürsünüzmü ki, ağac yaşıl olur, sonra saralır, daha sonra da yenidən yaşıllaşır?” Yenə Əbu Səid qeyd edir ki, bəziləri dedilər ki, sanki Peyğəmbər (s) çöllüklərdə idi.

İmam Əhməd deyir: Bizə İsmayıl, Səid ibn Yəzid vasitəsilə Əbu Nədradan, o da Əbu Səid əl-Xudridən rəvayət edir ki, Allahın elçisi buyurmuşdur: “Cəhənnəm əhli olan cəhənnəliklər orada nə ölü, nə də diri olacaqlar. Lakin elə insanlar da var ki, (və ya buna bənzər ifadə işlətmişdir.) onlar günahlarına görə bu hala düçar ediləcəklər (və ya xətalarına görə — deyilmişdir.) Allah onları öldürər, hətta onlar kömürləşmiş hala düşərlər. Bu zaman isə onlara şəfaət edilməsinə icazə verilər. Yanlarına qrup-qrup şəfaətçilər gələr və onları aparıb Cənnətin çeşmələrində bitirərlər. Sonra deyilər: Ey Cənnət əhli, onların üzərinə yeriyin! Beləcə onlar sel suyunun gətirdiyi toxum kimi bitərlər”. Həmin ərəfədə oradakılardan biri dedi: “Sanki Rəsulullah (s) çöllükdə idi”. Habelə hədisi Muslim də Bişr ibn Mufaddal və Şöbədən, onlar da Əbu Sələmə Səid ibn Yeziddən rəvayət etmişlər. Həmçinin Əhməd Yəzid vasitəsilə Əbu Səiddən rəvayət edir ki, Peyğəmbər (s) belə buyurmuşdur: “Allahın Cəhənnəmdən çıxmalarını istəmədiyi cəhənnəmliklər orada nə ölü olacaqlar, nə də diri qalacaqlar. Allah çıxmalarını istədiyi cəhənnəmlikləri isə öldürəcək, hətta onlar kömür halına düşəcəklər. Sonra isə Cəhənnəmdən dəstə-dəstə çıxacaq və  Cənnətin çeşmələrinə atılacaqlar. Cənnətin çeşmələrindən onların üstünə səpiləcək. Selin daşıdığı toxumları kimi onlarda bitib yaşıllaşarlar”. Allah təala Cəhənnəm əhli barəsində xəbər verərək buyurur: “Onlar müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbibn bizi öldürsün! O isə: “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!” (əz-Zuxruf, 77) Başqa bir ayədə uca Allah buyurur: “Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq”. (Fatir, 36) Bu mənada olan bir çox ayələr də mövcuddur.