Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Bu Kürsü ayəsidir. Onun şəni böyükdür. Rəsulullahdan (salləllahu aleyhi və səlləm) gələn səhih hədisdə Allahın kitabında ən fəzilətli ayə olduğu bildirilmişdir. İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Sufyan danışdı, o da Səid əl-Cəriridən, o da Əbussəlildən, o da Abdullah İbn Rəbahdan, o da Ubey İbn Kəbdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) ona belə bir sual verdiyini rəvayət etmişdir: «Allahın Kitabında ən əzəmətli ayə hansıdır?» O dedi: «Allah və Rəsulu daha yaxşı bilir.» O, bunu bir neçə dəfə təkrar etdi və sonda Ubey onun Kürsü ayəsi olduğunu dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Elmin mübarək olsun! Ey Əbu-Munzir. Nəfsim əlində olan Allaha and olsun ki, onun bir dili və iki dodağı var. Ərşin ayağının yanında Məliki təqdis edər.» Hədisi Muslim, Əbubəkr İbn Əbu Şeybədən, o da Abdulalə İbn Abdulalədən, o da Əl-Cərirdən bu şəkildə rəvayət etmişdir. Orada “nəfsim əlində olan Allaha and olsun ki…” əlavəsi yoxdur.

Başqa bir hədisdə Ubeydən Kürsü ayəsinin fəziləti haqqında rəvayət edilmişdir. Hafiz Əbu Yalə əl-Məvsili demişdir: Bizə Əhməd İbn İbrahim əl-Dəvraqi danışdı, bizə Mubəşşir danışdı, o da Əvzaidən, o da Yəhya İbn Əbu Kəsirdən, o da Abdəh İbn Əbu Lubabədən, o da Abdullah İbn Ubey İbn Kəbdən, o da atasından xəbər vermişdir ki, onun bir xurma xırmanı var idi. Ubey onu qoruyardı. Onun azaldığını görüb bir gecə gözlədi. Həddi-büluğa çatmış gəncə bənzəyan bir heyvan gördü. Deyir ki, ona salam verdim salamımı aldı. O dedi: Soruşdum ki, sən nəsən, cinsən yoxsa insansan?» O da dedi: «Cinəm.» Ubey dedi: «Əlini mənə uzat.» Sonra dedi: «Əlini mənə uzatdı. Baxdım ki, əli it əli kimi, tükləri də it tükü kimidir.» Mən soruşdum: «Cinlərin yaradılışı belədir?» O da dedi: «Cinlər bilir ki, aralarında məndən şiddətlisi yoxdur.» Mən də dedim: «Bunu etməyə səni nə vadar etdi?» O dedi: «Sənin sədəqə verməyi sevən bir insan olduğunu eşitdim, yeməyindən yararlanmaq istədik.» Dedi: Atam ona dedi: «Bizi sizdən nə qoruyar?» O da: «Bu ayə, Kürsü ayəsidir» — dedi. Səhər açılanda atam, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gedib bu barədə ona xəbər verdi. O da dedi: «O xəbis, doğru söyləmişdir.» Bunu Hakim də «Mustədrək» əsərində Əbu Davud Ət-Təyalisidən, o da Harb İbn Şəddaddan, o da yəhya İbn Əbu Kəsirdən, o da Hadrami İbn Ləhiqdən, o da Muhəmməd İbn Amr İbn Ubey İbn Kəbdən, o da babasından rəvayət etmişdir.  Hakim demişdir: Sənədi səhihdir. Buxari və Muslim onu təxric etməmişlər.

Başqa bir yol: İmam Əhməd demişdir: Bizə Muhəmməd İbn Cəfər danışdı, bizə Osman İbn Ğiyas danışdı və dedi: Əbussəlildən eşitdim ki, o deyir: «Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən biri insanlara hədis danışırdı. Başına yığışanlar çoxaldıqda, evin damına çıxıb hədisi danışmağa davam etdi. O dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) soruşdu: «Quranda ən əzəmətli ayə hansıdır?» Bir kişi dedi: «Allah, Ondan başqa ilah yoxdur.» Deyir ki, əlini kürəyimin ortasına qoydu, onun sərinliyini sinəmin ortasında hiss etdim, yaxud dedi ki, əlini sinəmin ortasına qoydu, onun sərinliyini kürəyimin ortasında hiss etdim. Sonra dedi: Ey Əbu-Munzir, elmin mübarək olsun.

Əl-Əsfə əl-Bəkridən başqa bir hədis: Hafiz Əbu-Qasım Ət-Təbərani demişdir: Bizə Əbu Yəzid əl-Qaratisi danışdı, bizə yaqub İbn əbu Abbad əl-Məkki danışdı, bizə Muslim İbn Xalid danışdı, o da İbn Cureycdən, mənə Ömər İbn Əta xəbər verdi ki, İbn Əsfənın doğru daNisən mövlası ona xəbər vermişdi, o da Əsfə əl-Bəkridən onun belə dediyini eşitmişdir: «Rəsulullah (salləllahu aleyhi və səlləm) mühacirlərin suffasında onların yanına gəldi. Bir nəfər ondan soruşdu: «Quranda ən əzəmətli ayə hansıdır?» Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Allah, Ondan başqa ilah yoxdur. yaşayəndır, Qəyyumdur. Onu nə mürgü, nə də yuxu tutar…» hətta ayə bitənə qədər oxudu.

Ənəsdən başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Abdullah İbn Haris danışdı, mənə Sələmə ibn Vərdan danışdı ki, Ənəs ibn Məlik ona danışmışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrdən olan bir kişidən soruşdu: «Ey filankəs, evləndinmi?» O da dedi: «Xeyr. Evlənəcək bir malım yoxdur.» O da dedi: «Məgər yanında «De: O, Allah təkdir.» yoxdurmu?» O da: «Var» — dedi. O da buyurdu: «Quranın dörddə biri». yanında «De: Ey kafirlər» yoxdurmu?» O da: «Var» — dedi. O buyurdu: «Quranın dörddə biri. Məgər yanında «yer titrəyib lərzəya gəldiyi zaman» yoxdurmu?» O da: «Var» — dedi. O buyurdu: «Quranın dörddə biri. yanında «Allahın köməyi gəldiyi zaman» yoxdurmu?» O da: «Var» — dedi. O buyurdu: «Quranın dörddə biri. yanında Kürsü ayəsi «Allah, Ondan başqa ilah yoxdur» yoxdurmu?» O da: «Var» — dedi. O buyurdu: «Quranın dörddə biri».

Əbu Zər Cundəb ibn Cunadədən başqa bir hədis: İmam Əhməd demişdir: Bizə Vəki ibn Cərrah danışdı, bizə Əl-Məsudi danışdı, mənə Əbu Ömər əd-Diməşqi xəbər verdi, o da Ubeyd ibn əl-Xaşxaşdan, o da Əbu Zərdən (radiyAllahu ənh) onun belə dediyini rəvayət etdi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldim. O, məsciddə idi. Mən oturdum. O buyurdu: “Ey Abu Zər, namaz qıldınmı?” Mən: «Xeyr» — dedim. O buyurdu: «Qalx namaz qıl.» Əbu Zər dedi: «Mən qalxıb namazımı qılıb oturdum.» O buyurdu: «Ey Əbu Zər, cinlərdən və insanlardan olan şeytanlardan Allaha sığın.» Əbu Zər dedi: Mən dedim: «Ey Rəsulullah, insanlardan da şeytanlar olur?» O: «Bəli» — dedi. Əbu Zər dedi: Mən dedim: «Ey Rəsulullah, namaz?» Buyurdu: «Ən xeyirli qoyulandır. İstəyan az edər, istəyan çox.» Əbu Zər dedi: Mən dedim: «Ey Rəsulullah, bəs oruc?» Buyurdu: «Mükafatı olan bir fərzdir. Allah qatında daha artığı var.» Mən dedim: «Ey Rəsulullah, bəs sədəqə?» O dedi: «Əvəzi qat-qat veriləndir.» Mən dedim: «Hansı daha əfzəldir, ey Allahın Rəsulu?» O buyurdu: «Sıxıntı vaxtı verilən və ya kasıba gizli şəkildə paylanan.» Mən dedim: «Ey Rəsulullah, nəbilərin birincisi kimdir?» O buyurdu: «Adəm.» Mən dedim: «Ey Rəsulullah! O, nəbi idi?» Buyurdu: «Bəli, danışdırılan nəbi idi.» Mən dedim: «Ey Rəsulullah, neçə rəsul var idi?» O buyurdu: «Üç yüz ondan artıq, çox olublar.» Bir dəfə də: «Üç yüz on beş» — dedi. Əbu Zər dedi: Mən dedim: «Ey Allahın Rəsulu, sənə nazil olan ayələrin ən əzəmətlisi hansıdır?» O buyurdu: «Kürsü ayəsi: «Allah, Ondan başqa ilah yoxdur.» Nəsai rəvayət etmişdir.

Əbu Əyyub Xalid İbn Zeyd əl-Ənsaridən (radiyAllahu ənh) başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da ibn Əbu Leyladan, o da qardaşı Əbdurrəhman ibn əbu Leyladan, o da Əbu Əyyubdan rəvayət etdi ki, o öz anbarında idi. Qulyabani gəlib ondan götürürdü. Bu barədə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) şikayət etdi. O da dedi: «Onu görəndə: «Bismilləh» — de və Rəsulullah ilə hədələ.» Deyir ki, quleybani gəldi. Ona həmin sözləri deyib onu tutdu. O dedi: «Bir daha qayıtmaram.» Onu buraxdı. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) soruşdu: «Əsirin nə etdi?» O dedi: «Onu tutdum, mənə dedi ki, daha qayıtmaram, daha qayıtmaram. Mən də onu buraxdım. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «O qayıdacaq.» Onu iki yaxud üç dəfə tutdum. Hər dəfə də geri dönməyacəyini söylədi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlirdim, o da deyirdi: «Əsirin nə etdi?» Mən də deyirdim: «Qayıtmayəcağını dedi» O deyirdi: «O qayıdacaq.» Növbəti dəfə onu tutanda dedi: «Məni burax, sənə elə bir şey öyrədəcəm ki, heç bir şey sənə yaxınlaşa bilməyacək, o, Kürsü ayəsidir.» O da gəlib Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdi. O da dedi: «yalançı olsa da, doğru söylədi.» Bunu Tirmizi «Quranın Fəziləti» bölməsində Bundardan, o da Əbu Əhməd əz-Zubeyridən bu şəkildə rəvayət etmişdir. O demişdir: «Həsən, qərib.»

Buxari  bu qissəni Əbu Hureyrədən rəvayət etmişdir. Səhih əsərinin “Quranın fəziləti”, “Vəkalət” və “İblisin sifəti” fəsillərində demişdir: Osman ibn əl-Heysəm Əbu Amr demişdi: Bizə Avf danışdı, o da Muhəmməd İbn Sirindən, o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) məni Ramazan zəkatını qorumağa təyin etdi. Bir nəfər gəlib bir ovuc qida məhsulundan götürdü. Onu tutdum və dedim: «Səni mütləq Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına aparacam.» O da dedi: «Mən möhtac biriyam, ailə saxlayıram, çox ehtiyacım var.» O dedi: Mən də onu buraxdım. Səhər açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Ey Əbu Hureyrə, dünənki əsirin nə etdi?» O dedi: Mən dedim: «Ey Rəsulullah, çox ehtiyacı olduğunu və ailə saxladığını dedi. Mən də ona mərhəmət göstərib buraxdım. O buyurdu: «Şübhəsiz ki, o sənə yalan dedi, qayıdıb gələcək.» Rəsulullahın (salləllahu aleyhi və səlləm) «Şübhəsiz ki, o qayıdacaq» sözündən bildim ki, o qayıdacaq. Onu pusquda gözlədim. Gəlib bir ovuc qida məhsulundan götürdü. Onu tutdum və dedim: «Səni mütləq Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına aparacam.» O da dedi: «Burax məni, mənim ehtiyacım var, ailə saxlayıram, bir də gəlməyacəm.» Ona yazığım gəldi, buraxdım getdi. Səhər açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) məndən soruşdu: «Ey Əbu Hureyrə, dünənki əsirin nə etdi?» Mən dedim: «Ey Rəsulullah, ehtiyacı olduğunu və ailə saxladığını dedi, yazığım gəldi, buraxdım getdi. O buyurdu: «O sənə yalan dedi, qayıdacaq.» Onu üçüncü dəfə pusquda gözlədim. Gəlib bir ovuc qida məhsulundan götürdü. Onu tutub dedim: «Səni mütləq Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına aparacam. Bu üçüncü və axırıncı dəfədir, sən qayıtmayəcağını deyib sonra qayıdırsan.» O dedi: «Məni burax, sənə bəzi kəlmələri öyrədim, Allah səni faydalandırar.» Mən də dedim: «Onlar nədir?» O dedi: «yatağına girərkən Kürsü ayəsini « Allah, Ondan başqa ilah yoxdur.» axıra qədər oxu. Səhərə qədər Allah tərəfindən sənə bir qoruyucu təyin olunar və səhərə qədər sənə şeytan toxunmaz.» Mən də onu buraxdım. Səhər açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: «Dünənki əsirin nə etdi?» Mən dedim: «Ey Rəsulullah, iddia etdi ki, öyrətdiyi kəlmələrlə Allah mənə fayda verəcək. Mən də buraxdım.» O buyurdu: «O, nədir?» Mənə belə dedi: «yatağına girərkən Kürsü ayəsini «Allah, Ondan başqa ilah yoxdur.» əvvəlindən axıra qədər oxu, səhərə qədər Allah tərəfindən sənə bir qoruyucu təyin olunar və səhərə qədər sənə şeytan toxunmaz.» Sonra onu buraxdım. Səhər açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: «Dünənki əsirin nə etdi?» Mən dedim: «Ey Rəsulullah, o elə güman etdi ki, Allahın mənə fayda verdiyi kəlmələri mənə öyrədəcək. Mən də onu buraxdım. O dedi: Onlar nədir? Dedi: Mənə dedi: «yatağına girərkən Kürsü ayəsini «Allah, Ondan başqa ilah yoxdur.» əvvəlindən axıra qədər oxu, səhərə qədər Allah tərəfindən sənə bir qoruyucu təyin olunar və səhərə qədər sənə şeytan toxunmaz.» — Onlar xeyir işə həris idilər — Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Həqiqətən, o sənə doğru deyib, amma yalançıdır. Ey Əbu Hureyrə üç gecədir kiminlə danışdığını bilirsənmi?» Mən: «Xeyr» — dedim. O buyurdu: «O, şeytandır.» Bunu Buxari qəti ifadə ilə kəsik isnadla rəvayət etmişdir. Nəsai də onu “Əl yevm və leyl” kitabında İbrahim İbn yaqubdan, o da Osman ibn Heysəmdən rəvayət etmişdir. Əbu Hureyrədən bir-birinə yaxın başqa yollarla da rəvayət edilmişdi.

Hafiz Əbubəkr İbn Mərduveyh təfsirində demişdir: Bizə Muhəmməd İbn Abdullah ibn Amraveyh Əs-Səffər danışdı, bizə Əhməd ibn Zuheyr İbn Harb danışdı, bizə Muslim ibn İbrahim xəbər verdi, bizə İsmayıl İbn Muslim əl-Abdi xəbər verdi, bizə Əbu Mutəvəkkil ən-Nəci xəbər verdi ki, Əbu Hureyrədə sədəqə saxlanılan evin açarı vardı. Orada xurma vardı. Bir gün qapını açanda xurmadan bir ovuc əksik olduğunu gördü. Başqa bir gündə də daxil olanda ondan bir ovuc əksik olduğunu gördü. Üçüncü gün gəldi və yenə o qədər əksik olduğunu gördü. Əbu Hureyrə bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) bildirdi. O dedi: «Bu dostunu yaxalamaq istəyirsən?» O da: «Bəli» — dedi. O buyurdu: «Qapını açarkən de: Səni Muhəmmədə tabe edən Pak və Müqəddəsdir.» O gedib qapını açdı və dedi: «Səni Muhəmmədə tabe edən Pak və Müqəddəsdir.» Qarşısında duran bir nəfəri gördü və dedi: «Ey Allahın düşməni, bu işi sən edirsən?» O dedi: «Mənəm, burax məni, bir daha gəlmərəm. Kasıb cin ailəsi üçün aparıram.» Əbu Hureyrə də onu buraxdı. Sonra ikinci və üçüncü dəfə gəldi. Dedim: «Bir daha qayıtmayəcağını deyan sən deyildin? Bu gün səni buraxmayəcam, Rəsulullaha (salləllahu aleyhi və səlləm) aparacam səni.» O da dedi: «Bunu etmə. Əgər məni buraxsan sənə bəzi kəlmələr öyrədərəm. Onları dediyin zaman sənə nə böyük, nə kiçik, nə qadın, nə kişi cin yaxınlaşmaz.» Əbu Hureyrə ona dedi: «Edərsənmi?» O da: «Bəli» — dedi. O soruşdu: «Onlar nədir?» O dedi: «Allah, Ondan başqa ilah yoxdur.» Kürsü ayəsini sonuna kimi oxudu. Əbu Hureyrə də onu buraxdı. O gedib gözdən itdi. Əbu Hureyrə bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: «Sən bunun belə olacağını bilmirdin?» Bunu Nəsai də Əhməd ibn Muhəmməd ibn Ubeydullahdan, o da Şueyb ibn Hərbdən, o da İsmayıl ibn Muslimdən, o da Əbu Mutəvəkkildən, o da Əbu Hureyrədən bu şəkildə rəvayət etmişdir. yuxarıda qeyd olunduğu kimi, eyni hadisə Ubey İbn Kəbin də başına gəlmişdir. Nəticədə üç hadisə yaşanmış oldu.

Başqa bir qissədə Əbu Ubeyd “Əl-Ğarib” kitabında demişdir: Bizə Əbu Muaviyya danışdı, o da Əbu Asim əs-Səqafidən, o da Şəbidən, o da Abdullah İbn Məsuddan onun belə dediyini rəvayət etmişdir: İnsanlardan bir kişi, cinlərdən olan bir kişi ilə qarşılaşdı. Cin dedi: «Mənimlə güləşərsən? Əgər məni yıxsan, sənə bir ayə öyrədərəm ki, onu evinə girən zaman oxusan ora şeytan girməz.» Onunla güləşdi və yıxdı. İnsan dedi: Səni zəif və çəlimsiz görürəm, qolların da itin qolları kimidir. Siz hamınız beləsiz, ey cin, yoxsa tək sən beləsən?» O da dedi: «Ən güclüsü mənəm, bir daha güləşək.» İnsan onu təkrar yıxdı. O dedi: «Kürsü ayəsini oxu. Kim onu evinə girərkən oxusa şeytan ondan eşşək kimi yel çıxararaq qaçar.» İbn Məsuddan soruşdular: «O adam Ömər idi?» O da dedi: «Ömərdən başqa kim ola bilər.»

Əbu Ubeyd dedi: Çəlimsiz «əd-dail» arıq bədənli deməkdi. «əl-Xabəc» yel çıxarmaqdı.

Əbu Hureyrədən başqa bir hədis: Hakim Əbu Abdullah «Mustədrək» əsərində demişdi: Bizə Əli ibn Həmşəd danışdı, bizə Bişr ibn Musa danışdı, bizə Humeydi danışdı, bizə Sufyan danışdı, mənə Hakim ibn Cubeyr əl-Əsədi danışdı, o da Abu Salihdən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Bəqərə surəsində elə bir ayə var ki, Quran ayələrinin seyyididir. Şeytan olan hansı evdə oxunarsa, şeytan oradan qaçar! O, Kürsü ayəsidir.» Bunu başqa bir yolla Zaidədən, o da Hakim ibn Cubeyrdən rəvayət etmiş və: «İsnadı səhihdir, Buxari və Muslim təxric etməmişlər» — demişdir. Beləcə də demişdir. Bunu Tirmizi də Zəidədən rəvayət etmişdir. Onun sözləri belədir: «Hər şeyin bir zirvəsi vardır. Quranın zirvəsi də Əl-Bəqərə surəsidir. Onda bir ayə var ki, Quran ayələrinin seyyididir. O da Kürsü ayəsidir.» Sonra dedi: «Qəribdir, onu yalnız Hakim İbn Cubeyrin hədisindən bilirik. Şubə onun haqqında danışmış və onu zəif rəvayətçi saymışdır.»

Mən də deyirəm, onu Əhməd və Yəhya ibn Məin və bir neçə hədis imamı da zəif saymışdı. İbn Mehdi onun hədisini tərk etmişdi. Əs-Sədi də onu yalançı saymışdı.

Başqa bir hədis: İbn Mərduveyh demişdir: Bizə Abdulbaqi ibn Nafi danışdı, bizə İsa ibn Muhəmməd əl-Mərvəzi xəbər verdi, bizə Ömər İbn Muhəmməd əl-Buxari xəbər verdi, bizə atam xəbər verdi, bizə İsa İbn Musa İbn Ğuncar xəbər verdi, o da Abdullah ibn Keysandan, bizə yəhya İbn Əqil xəbər verdi, o da yəhya İbn yamərdən, o da İbn Ömərdən rəvayət etdi ki, bir gün Ömər İbn Xəttab insanların yanına gəldi. İnsanlar səf-səf düzülmüşdü. O dedi: «Kim mənə Quranın ən əzəmətli ayəsi barədə xəbər verər?» İbn Məsud dedi: «Bilən adamla qarşılaşmısan. Rəsulullahın (salləllahu aleyhi və səlləm) , Quranın ən əzəmətli ayəsi «Allah, Ondan başqa ilah yoxdur.» dediyini eşitdim.

İçində Allahın ən əzəmətli adı olması baxımdan başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Bukeyr danışdı, bizə Abdullah ibn əbu Ziyad xəbər verdi, bizə Şəhr İbn Həvşəb danışdı, o da Əsma bint Yəzid ibn Səkəndən rəvayət etdi ki, o demişdi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu iki ayə «Allah, Ondan başqa ilah yoxdur.» və «Əlif, Ləm, Mim Allah, Ondan başqa ilah yoxdur.» ayələri barədə: «Onlarda Allahın əzəmətli adları var» dediyini eşitdim.» Bunu Əbu Davud, Musəddəddən; Tirmizi, Əli ibn Xəşrəmdən, İbn Macə də Əbubəkr ibn Əbu Şeybədən, üçü də İsa ibn Yunusdan, o da Ubeydullah ibn əbu Ziyaddan bu şəkildə rəvayət etmişlər. Tirmizi: «Həsən, səhihdir» — demişdi.

Bu mənada Əbu Umamədən (radiyallahu ənh) başqa bir hədisdə İbn Mərdəveyh demişdir: Bizə Abdur-Rəhman ibn Numeyr xəbər verdi, bizə İshaq ibn İbrahim İbn İsmayıl xəbər verdi, bizə Hişam İbn Ammar xəbər verdi, bizə Vəlid İbn Muslim xəbər verdi, bizə Abdullah İbnul-Alə İbn Zeyd xəbər verdi ki, o, Qasım ibn Abdurrəhmanın Əbu Umamədən mərfu olaraq bunları danışdığını eşitmişdir: Allahın əzəmətli adı, hansı ki, onunla dua etdikdə dua qəbul olunur, üç yerdədir: Əl-Bəqərə, Ali İmran və Taha surələrində. Şamın xatibi Hişam — o, İbn Ammardı — demişdir: Əl-Bəqərədə «Allah, Ondan başqa ilah yoxdur. yaşayəndır, Qəyyumdur.«, Ali İmranda «Əlif, Ləm, Mim. Allah, Ondan başqa ilah yoxdur. yaşayəndır, Qəyyumdur.», Tahada «Üzlər yaşayən, Qəyyum olanın qarşısında zəlil bir görkəm alacaq. « (Taha, 111).

Fərz namazından sonra oxunmasının fəziləti barədə Əbu Umamədən rəvayət edilən başqa bir hədis: Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Muhriz İbn Musəvir əl-Ədmiy danışdı, bizə Cəfər ibn Muhəmməd ibn Həsən xəbər verdi, bizə Huseyn ibn Bişr, Tartusda xəbər verdi, bizə Muhəmməd ibn Himyar xəbər verdi, bizə Muhəmməd ibn Ziyad xəbər verdi, o da Əbu Umamədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim hər fərz namazından sonra Kürsü ayəsini oxusa, onun Cənnətə girməsinə yalnız ölümü mane olar.» Nəsai də bunu “Əl yevm və leyl” kitabında Hüseyn İbn Bişrdən bu şəkildə rəvayət etmişdir. Bunu İbn Hibban Səhihində Muhəmməd ibn Himyardən rəvayət etmişdir. O, əl-Himsidir və Buxarinin də rəvayətçilərindəndir. Bu sənəd Buxarinin şərtinə uyğundur. Əbu Fərəc İbn Cövzi bunun uydurma hədis olduğunu güman etmişdi. Allah ən doğrusunu biləndir.

Bunu İbn Mərduveyh də bu hədisi Əli, Muğirə İbn Şubə və Cabir ibn Abdullahın rəvayətləri əsasında bu şəkildə nəql etmişdi. Lakin hamısının isnadında zəiflik var. yenə İbn Mərdəveyh demişdir: Bizə Muhəmməd ibn Həsən İbn Ziyad əl-Muqri danışdı, bizə Yəhya ibn Durustuveyh əl-Mərvazi xəbər verdi, bizə Ziyad ibn İbrahim xəbər verdi, Bizə Əbu Həmzə əs-Sukkəri xəbər verdi, o da əl-Musənnədən, o da Qatadədən, o da Həsəndən, o da Əbu Musa əl-Əşaridən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: Allah, Musa ibn İmrana (əleyhis-salam) bunu vəhy etdi: «Hər fərz namazından sonra Kürsü ayəsini oxu. Çünki kim onu fərz namazından sonra oxusa, ona şükür edənlərin qəlbini, zikr edənlərin dilini, Peyğəmbərlərin savabını və siddiqlərin əməlini verərəm. Peyğəmbər yaxud Siddiq və yaxud da bir qul olaraq kim bunu davamlı edərsə, onun qəlbini imanla imtahan edərəm və yaxud Allah yolunda öldürülməsini istəyarəm.» Bu olduqca münkər hədisdir.

Onu gündüzün yaxud gecənin əvvəlində oxuyanı qoruması xüsusunda başqa bir hədis: Əbu İsa Tirmizi demişdir: Bizə Yəhya ibn əl-Muğira Əbu Sələmə əl-Məxzumi əl Mədini danışdı, bizə İbn əbu Fudeyk xəbər verdi, o da Abdurrəhman əl-Məlikidən, o da Zurarə İbn Musabdən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: «Kim səhər “Hə, Mim” əl-Mumindən “İleyhil məsir”-ə qədər (Ğafir, 1-3) və Kürsü ayəsini oxuyarsa, axşama qədər qorunar. Kim onları axşam oxusa, səhərə qədər qorunar.» Sonra dedi: Bu qərib hədisdir. Bəzi alimlər, Abdurrəhman İbn Əbubəkr İbn abu Muleykəni hafizə baxımdan zəif sayıblar.

Kürsü ayəsinin fəziləti barədə başqa hədislər də varid olmuşdur. Onları səhih olmadıqları və isnadlarındakı zəiflik səbəbindən ixtisarla tərk etdik. Məsələn, Əlinin hədisi kimi, kim onu hicama vaxtı oxusa, iki hicama etmiş olar. Əbu Hureyrənin hədisi kimi, kim onu zəfəranla sol əlinə yeddi dəfə yazıb yalasa hafizəsi qüvvətlənir və unutqanlığı gedər. İbn Mərdəveyh bu ikisini və digərlərini rəvayət etmişdir.

Bu ayə, on müstəqil məsələni özündə cəmləşdirir:

“Allah, Ondan başqa ilah yoxdur” kəlamı, Onun bütün məxluqata ilahlıqda tək olduğunu göstərir. “yaşayəndır, Qəyyumdur” yəni, O Öz nəfsində diridir. Hansı ki, əbədiyyən ölməz. Başqalarının Qəyyumudur. Ömər onu “əl-Qayyam” oxuyurdu. Bütün məxluqat Ona möhtacdır, Onun isə onlara ehtiyacı yoxdur. Onun əmri olmadan onlar yerlərində qalmazlar, bu ayədə olduğu kimi: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir” (Rum, 25). “Onu nə mürgü, nə də yuxu tutar” yəni, onda naqislik, qəflət və yaratdıqları barədə bir dalğınlıq hasil olmaz. Əksinə O, hər bir nəfsin nə etdiyinə nəzarət edir. O, hər şeya şahiddir. Heç bir şey Ondan qeyb olmaz. Heç bir şey Ona gizli qalmaz. Onu yuxu tutmaması və yatmaması, qəyyumluğunun tamamındandır. “Onu tutmaz” yəni, mürgü Ona qalib gəlməz. Mürgü yarıyuxulu haldır. Bu səbəbdən də “Nə də yuxu” buyurdu. Çünki yuxu mürgüdən daha qüvvətlidir. Səhihdə Əbu Musadan belə rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə dörd kəlməni dedi: «Həqiqətən Allah yatmaz. yatmaq Ona yaraşmaz. Ədalət tərəzisini o endirib qaldırar. Gündüz edilən əməl, gecə əməlindən əvvəl, gecə edilən əməl də gündüz əməlindən əvvəl Ona qaldırılar. Onun pərdəsi nurdur — yaxud atəşdir — əgər onu qaldırsa, üzünün nuru gözünün gördüyü məxluqatı yandırardı.»

Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, mənə Həkəm ibn Əban xəbər verdi, o da İbn Abbasın mövlası İkrimədən, onun “Onu nə mürgü, nə də yuxu tutar” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Musa (aleyhis-salam) mələklərdən soruşdu: «əziz və cəlil olan Allah yatırmı?» Allah mələklərə vəhy etdi ki, Musanı üç gün oyaq saxlasınlar. Onu yatmağa qoymasınlar. Onlar elə də etdilər. Sonra ona iki şüşə qab verdilər. O da onları tutdu. Mələklər onu buraxdılar və xəbərdar etdilər ki, şüşə qabları qırmasın. Musa yuxulamağa başladı. Şüşə qablar əlində idi. Hər əlində biri idi. Mürgülədi oyandı. Mürgülədi oyandı. Sonra elə mürgülədi ki, əlindəkiləri biri-birinə vuraraq sındırdı.» Mamər dedi: Bu, əziz və cəlil olan Allahın gətirdiyi bir misaldır. Göylər və yer də beləcə Onun iki əlindədir.

Bunu İbn Cərir də Həsən İbn Yəhyadan, o da Abdurrəzaqdan belə rəvayət etmişdir. Bu, İsrail oğullarının xəbərlərindəndir. Bilindiyi kimi Musa (aleyhis-salam) üçün Allaha aid olan bu cür məsələlər gizli qala bilməzdi. O bundan uzaqdır.

Bütün bunlardan daha qəribəsi İbn Cəririn rəvayətidir: Bizə İshaq ibn əbu İsrail danışdı, bizə Hişam ibn Yusuf danışdı, o da Uməyya ibn Şibldən, o da Həkəm ibn Əbandan, o da İkrimədən, o da Əbu Hureyrədən rəvayət etmişdir ki, o belə demişdir: «Rəsulullahın (salləllahu aleyhi və səlləm) minbərdən Musa (aleyhis-salam) barəsində danışdığını eşitdim. O buyurdu: «Musa içində «Allah yatır mı?» deya düşündü. Allah da ona bir mələk göndərdi. Mələk onu üç gün yatmağa qoymadı. Sonra ona iki şüşə qab verdi. Hər əlinə birini verdi və onları qırmamasını tapşırdı.» O dedi: «Musa yuxulamağa başladı, əlləri az qala bir-birinə dəyacəkdi. O, oyanıb onları bir-birindən uzaq tutdu. Sonra yuxuya getdi. Əlləri səs saldı və şüşə qablar qırıldı.» O dedi: «əziz və cəlil olan Allah bunu onun üçün misal çəkdi: Əgər Allah yatsaydı, göy ilə yer yerində qalmazdı.» Bu da çox qərib hədisdir. Daha aydın görünən budur ki, mərfu hədis deyil, israiliyyatdır. Allah daha çox bilir.

İbn əbu Hatim demişdir: Bizə Əhməd İbn Qasım ibn Atiyyə danışdı, bizə Əhməd ibn Abdurrəhman ət-Dəştəki danışdı, mənə atam danışdı, o da öz atasından, bizə Əşas ibn İshaq danışdı, o da Cəfər İbn Əbu Muğirədən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan nəql etdi ki, İsrail oğulları dedilər: «Ey Musa, Rəbbin yatırmı?» O dedi: «Allahdan qorxun.» Əziz və cəlil olan Rəbbi ona: “Ey Musa! Səndən: «Rəbbin yatırmı?» —  deya soruşurlar? Səndə əlinə iki şüşə alıb gecə ayəq üstə dur.” buyuraraq nida etdi. Musa da o cür etdi. Gecənin üçdə biri keçincə mürgüləməya başladı. Dizləri üstə düşdü. Sonra oyanıb onları düzgün tutdu. Gecənin sonuna yaxın yenə yuxuladı, şüşələr düşüb qırıldı. O buyurdu: “Ey Musa, əgər Mən yatsaydım göylərlə yer düşər və əllərindəki şüşələr kimi həlak olardı.” Allah da Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) Kürsü ayəsini endirdi.

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur” bu da hər şeyin Onun qulu və mülkü olduğunu, tabeçiliyi və səltənəti altında olduğunu xəbər verir. Bu ayədəki kimi: “Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək, onları hesablamış və bir-bir saymışdır.Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək” (Məryəm, 93-95).

Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər?” Necə ki, bu kəlamda buyurur: “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç bir fayda verməz.” (ən-Nəcm, 26) və buyurur: “…onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.” (əl-Ənbiya, 28). Bu da Onun əzəmət, cəlal və kibrliyindəndir. Əziz və cəlil olandır. Kimsə Onun izni olmadan yanındakına şəfaət etməyə cəsarət etməz. Necə ki, şəfaət hədisində deyilir: «Ərşin altına gəlib səcdəya qapanaram. Allah məni istədiyi qədər o vəziyyətdə saxlayər. Sonra deyilər: “Başını qaldır və danış. Sözün dinlənəcək. Şəfaət et, şəfaətin qəbul ediləcək.” O dedi: «Mənə bir hədd çəkər, mən də onları cənnətə daxil edərəm.

Onların qarşısındakını və arxalarındakını bilir” bu da elminin keçmiş, indiki və gələcək daxil olmaqla bütün varlığı əhatə etdiyinə dəlildir. Mələklərdən xəbər verdiyi bu ayədə olduğu kimi: “Biz ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir.” (Məryam, 64).

Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavrayə bilməzlər» yəni, heç kim əziz və cəlil olan Allahın bildirdiyi və xəbərdar etdiyindən başqa bir şeydən xəbərdar olmaz. Belə olması da ehtimal edilir: Zatı və sifəti haqqında elmindən, bildirdiyindən başqa bir şeydən xəbərdar olmazlar. Necə ki, buyurur: “Onu elm olaraq anlamazlar” (Taha, 110).

Onun Kürsüsü göyləri və yeri əhatə edirİbn əbu Hatim demişdir: Bizə Əbu Səid Əl-Əşəc danışdı, bizə ibn İdris danışdı, o da Mutarrif İbn Tarifdən, o da Cəfər ibn əbu Muğirədən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan onun “Onun Kürsüsü göyləri və yeri əhatə edir” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Kürsüsü elmidir.» İbn Cərir də Abdullah ibn İdris və Huşeymdən, ikisi də Mutarrif ibn Tarifdən belə rəvayət etmişlər.

İbn əbu Hatim demişdir: Səid ibn Cubeyrdən eynisi rəvayət edilmişdir. Sonra İbn Cərir dedi: «Başqaları da «Kürsü, ayəq basılan yerdir» demişlər.» Sonra da bunu Əbu Musa, Suddi, Dəhhaq və Muslim əl-Batindən rəvayət etmişdir.

Şuca İbn Muxalləd təfsirində demişdir: Bizə Abu Asim xəbər verdi, o da Sufyandan, o da Ammar əd-Duhnidən, o da Muslim əl-Batindən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan nəql edir ki, o belə demişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Onun Kürsüsü göyləri və yeri əhatə edir” ayəsi barəsində soruşdular. O da dedi: «Kürsüsü ayəqlarını qoyduğu yerdir. Ərşin mahiyyatini isə, Allahdan başqa heç kəs bilməz. Bu hədisi Hafiz Əbubəkr İbn Mərduveyh də Şuca İbn Muxalləd əl-Fəllas yolu ilə rəvayət edib danışmışdı. Bu, səhvdir. Belə ki, Vaki də onu təfsirində rəvayət etmiş və demişdir: Bizə Sufyan danışdı, o da Ammar əd-Duhnidən, o da Muslim əl-Batindən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Kürsü ayəqların qoyulduğu yerdir. Ərşin mahiyyatini isə, heç kəs bilməz.» Bunu Hakim də «əl-Mustədrək» əsərində Əbu Abbas Muhəmməd ibn Əhməd əl-Məhbubidən, o da Muhəmməd İbn Muazdan, o da Abu Asimdən, o da Sufyandan o Səvridir, o da İbn Abbasa çatan sənədlə bu şəkildə məvquf olaraq rəvayət etmiş və demişdir: «İki Səhihin şərtlərinə uyğun olaraq səhihdir, təxric etməmişlər.» Bunu İbn Mərdəveyh də Hakim İbn Zuheyr əl-Fəzari əl-Kufidən — o, tərk edilmiş ravidir — o da Suddidən, o da atasından, o da Əbu Hureyrədən mərfu olaraq rəvayət etmişdir. Bu da həmçinin səhih deyildir.

Suddi demişdir: Əbu Məlik: «Kürsü Ərşin altındadır» — demişdir. Suddi də: «Göylərlə yer Kürsünün içindədir, Kürsü də Ərşin qarşısındadır.» — demişdir. Dəhhak da İbn Abbasdan belə demişdir: «Əgər yeddi qat göylər və yeddi qat yerlər yayılsa, sonra bir-birinə qoşulsa, Kürsünün genişliyi qarşısında çölə atılmış bir halqa kimi qalar.» Bunu İbn Cərir ilə İbn Əbu Hatim rəvayət etmişlər.

İbn Cərir demişdir: Mənə yunus danışdı, mənə İbn Vəhb xəbər verdi və dedi: İbn Zeyd dedi: Mənə atam xəbər verdi və dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «yeddi qat göy Kürsünün yanında qalxanın içinə atılan yeddi dirhəm kimidir.» İbn Cərir demişdir: Əbu Zərr dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: «Kürsü Ərşin nisbətində açıqlıq sahəya atılmış dəmir bir halqa kimidir.»

Əbubəkr İbn Mərdəveyh demişdir: Bizə Suleyman ibn Əhməd xəbər verdi, bizə Abdullah ibn Vəhb əl-Ğazzi xəbər verdi, bizə Muhəmməd ibn Əbus-səriy əl-Əsqəlani xəbər verdi, bizə Muhəmməd ibn Abdullah ət-Təmimi xəbər verdi, o da Qasım ibn Muhəmməd əs-Səqafidən, o da Əbu İdris əl-Xəvlanidən, o da Əbu Zər əl-Ğifaridən nəql etdi ki, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Kürsü barəsində soruşdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Nəfsim əlində olan Allaha and olsun ki, yeddi qat göylərlə yeddi qat yerlər Kürsünün yanında açıqlıq sahəya atılan halqa kimidir. Ərşin də Kürsüdən əfzəlliyi açıq sahənin həmin halqadan əfzəlliyi kimidir.»

Hafiz ibn Yalə əl-Məvsili «Musnəd» əsərində demişdir: Bizə Zuheyr danışdı, bizə İbn Əbubəkr danışdı, bizə İsrail danışdı, o da Əbu İshaqdan, o da Abdullah İbn Xalifədən, o da Ömərdən (radiyallahu ənh) onun belə dediyini nəql etdi: Bir qadın, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: «Allaha dua et ki, məni Cənnətə salsın.» O buyurdu: «Rəbbini təbarəkə və təaləni təzim et.» O buyurdu: «Onun Kürsüsü göyləri və yeri əhatə edir. Həqiqətən də onun yeni yahərin ağırlıqdan inləyarək səs çıxartdığı kimi səsi vardır.»

Bunu Hafiz əl-Bəzzar məşhur «Musnəd» əsərində və Abd İbn Humeyd ilə İbn Cərir də təfsirlərində, Təbərani ilə İbn əbu Asim də «Sünnə» kitablarında, Hafiz  əd-Diya “əl-Muxtar” kitabında Əbu İshaq əs-Səbinin hədisindən, o da Abdullah ibn Xalifədən rəvayət etmişdir. O bununla məşhur deyildi. Ömərdən hədis eşitməsi şübhəlidir. Sonra bu hədisi ondan, o da Ömərdən məvquf olaraq rəvayət edənlər də vardır. Bəziləri də ondan mürsəl olaraq rəvayət etmişlər. Digərləri də mətnində qəribə əlavələrlə rəvayət etmişdir. Bir başqaları da bu əlavələrsiz nəql etmişlər.

Bundan daha qəribi Cubeyr ibn Mutimin Ərşin sifəti ilə əlaqəli olaraq rəvayət etdiyi hədisdir. Necə ki, onu Əbu Davud «Sünən» əsərinin «Sünnə» fəslində rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.

İbn Mərdəveyh və digərləri isə, Bureydə, Cabir və başqalarından Kürsünün qiyamət günündə haqq-hesab çəkilməsi üçün qoyulacağından bəhs edən hədisləri rəvayət etmişdir. Zahirən görünən budur ki, bu ayədəki Kürsü, o Kürsü deyildir. Bəzi kəlamçı islam astronomları Kürsünün səkkizinci göy olduğunu demişlər. O, üstündə doqquzuncu göy olan ulduzlu göydür. O, seçilmiş göydür ki, ona atlas deyilir. Başqaları da onların bu sözünü rədd etmişlər.

İbn Cərir, Cuveybir yolundan rəvayət etmişdir ki, Həsən Bəsri: «Kürsü Ərşdir» – deyərdi. Doğru olan isə, Kürsünün Ərş olmamasıdır. Ərş ondan daha böyükdür. Necə ki, əsərlər və xəbərlər bunu göstərir. İbn Cərir bu xüsusda Abdullah İbn Xalifənin Ömərdən rəvayət etdiyi hədisə əsaslanmışdır ki, məncə onun səhihliyi şübhəlidir. Allah ən doğrusunu biləndir.

Onları qoruyub saxlamaq Ona ağır gəlmir” yəni, Ona ağırlıq verməz və onları, içindəkiləri və ikisinin arasındakıları qorumaq Ona çətin olmaz. Bu Onun üçün çox asan və bəsitdir. O hər bir nəfsin nə etdiyinin üzərində qaimdir. Hər şeyə nəzarət edir. Heç bir şey ondan qaçmaz. Heç bir şey ondan qeybə çəkilməz. Hər şey onun qarşısında dəyərsiz, mütavazi və cılızdır. Ona möhtac və fəqirdir. O isə zəngindir, tərifə layiqdir. İstədiyini edər, etdiyi barəsində soruşulmaz, qalanlar soruşular. O hər şeyə qələbə çalar. Hər şeyin hesabını alar. Muşahidə edəndir, Ucadır, Əzimdir. Ondan başqa ilah yoxdur, Ondan başqa Rəbb də yoxdur.

O, Ucadır, Əzimdir” bu da «O, Ucadır, Böyükdür!» (Səba, 23) və “Böyükdür, Ucadır.” (Rad, 9) ayələri kimidir.

Ən yaxşısı, bu ayələri və bu mənada olan səhih hədisləri sələfi salihin yolu ilə, necəlik və oxşarlıq vermədən varid olduğu kimi üzərindən keçməkdir.