Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.

Allah Təala “Kafir olanlar” dedi, yəni haqqı örtüb bağlayanlar deməkdir. Allah Təala onlara bunu yazmışdır; onları qorxutmağın və qorxutmamağın birdir. Onlar sənin gətirdiklərinə iman etməzlər. Necə ki Allah Təala belə buyurmuşdur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, üzücü əzabı görməyincə”(Yunus 96-97). Allah Təala inadkar əhli kitab haqqında da belə demişdir: “Özlərinə kitab verilənlərə bütün möcüzələri gətirsən sənin qiblənə dönməzlər”. Yəni Allah kimə bədzatlıq yazmışsa, onu xoşbəxt edəcək yoxdur, kimi də azdırmışdısa, onu hidayət edəcək yoxdur. Onlar üçün üzülmə. Sən onlara təbliğini çatdır, kim sənə müsbət cavab verirsə ən böyük pay onundur. Kim də arxasını çevirərsə onlara üzülmə, bu səni narahat etməsin. “sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir” (Rad 40). “Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır” (Hud 12). Ali İbn Əbi Talhadan rəvayət edilmişdir ki, İbn Abbas: «Kafir olanları qorxutsan da qorxutmasan da eynidir, iman etməzlər” ayəsi haqqında belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bütün insanların iman etmələrini və hidayətdə ona tabe olmalarını şiddətlə istəyirdi. Allah Təala ona, əzəldə haqlarında xoşbəxtlik keçənlər iman edərlər, haqlarında bədbəxtlik yazılanlar da  iman etməzlər deyə xəbər verdi. Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən və ya Səid İbn Cubeyrdən rəvayət etdi ki, İbn Abbas belə demişdir: “onlar ki kafir oldular” :”Sənə endirilənləri inkar etdilər, istəyir ki, səndən əvvəlkilərə iman etdik desinlər, “onları qorxutsan da qorxutmasan da eynidir, iman etməzlər” yəni onlar yanlarında səninlə əlaqəli şeyləri inkar etdilər, onlardan alınan sözü yalanladılar, sənə gələni və özlərinə başqaları tərəfindən gətirilənləri inkar etdilər, artıq sənin tövsiyə və hədəni necə dinləyərlər? Onlar yanlarında səninlə əlaqəli bilikləri rədd etmiş vəziyyətdədirlər. Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən rəvayət edir ki, Əbul Aliyə belə demişdir: Bu iki ayə Əhzab savaşını idarə edənlər haqqında endi. Allah onların haqqında belə dedi:”Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yerdir.”(İbrahim, 28-29). İbn Əbi Talhanın rəvayətində İbn Abbasdan ilk nəql etdiyimiz məna daha açıqdır. O mənada ki, digər ayələrlə təfsir edilmişdir. Allah daha yaxşı bilir.

İbn Əbi Hatim burada başqa bir hədis daha zikr etmiş, mənə atam oda Yəhya İbn Osman Əl-Misridən p da İbn Ləhiadan o da Ubeydullah İbn Əl-Muğirədən o da Əbul-Heysəmdən o da Abdullah İbn Amrdan nəql olunur ki, “Ya Rəsulullah, biz Qurandan elə şeylər oxuyuruq ki, ümidlənirik. Elə şeylər də oxuyuruq ki, ümidimiz qırılır, dedilər. O da :”Sizə xəbər verim mi?” dedi və: “Kafir olanları qorxutsan da qorxutmasan da eynidir, iman etməzlər” ayəsini oxudu. Məhz onlar cəhənnəmlikdir, dedi. Biz də, biz onlardan deyilik, elə deyil mi, ya Rəsulullah, dedilər. O da: “bəli” dedi.

Allah Təalanın: “Lə yuminun” sözünün erabdakı yeri, daha əvvəl qeyd edilən “səvaun aleyhim əənzərtəhum əm ləm tunzirhum” sözünün təkididir.  Yəni onlar hər iki halda da kafirdirlər, deməkdir. Bunun üçündür ki, onu “iman etməzlər” sözü ilə gücləndirmişdir. “Lə yuminun” sözünün xəbər olması da ehtimal olunandır. Çünki təqdiri: “İnnəlləzinə kəfəru ləyuminun” şəklindədir. O vaxt “səvaun aleyhim….” sözü ara cümləsi olur. Allah ən doğrusunu biləndir.