Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz.

Allah Təala sələmi puç edəcəyini xəbər verir. yəni, onu yox edər. Bu, ya onu sahibinin əlindən alması ya da onu malının bərəkətindən məhrum etməsi və bununla da həmin maldan faydalana bilməməsi ilə olur. Hətta həmin mala görə dünyada ona əzab və qiyamət günündə isə cəza verəcəkdir. Necə ki, Allah təalə buyurur: De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.”(Əl-Maidə, 100). Allah təalə buyurur: “Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin.”(Əl-Ənfal, 37). O buyurur: “İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz.”(Ər-Rum, 39).

İbn Cərir “Allah sələmi puç edir” kəlamı haqqında demişdir:“Bu,İbn Məsuddan, onun da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etdiyi xəbərə bənzəyir. O demişdir: “Sələm nə qədər çoxalsa da, o, azalmayə doğru gedəcək”. Bu hədisi imam Əhməd Müsnədində rəvayət etmiş və demişdir: Bizə Həccac danışdı, bizə Şərik danışdı, o da Rukeyn İbn Rəbidən, o da atasından, o da İbn Məsuddan rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:“Şübhəsiz ki, sələm nə qədər çoxalsa da, onun sonu azalmayə doğru gedir.”Bunu İbn Macə də, Abbas İbn Cəfərdən, o da Amr İbn Avndan, o da yəhya İbn əbi Zaidədən, o da İsraildən, o da Rukeyn İbn Rəbi İbn Umeylə əl-Fəzaridən, o da atasından, o da İbn Məsuddan, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu rəvayət etmişdir: ”Hər hansı bir insanın sələm gəliri nə qədər çoxalsa da, onun bu işinin aqibəti azalmayə doğru olacaqdır.”

Bu, qəsd edilənin pozulması bölümündən sayılan bir müamilədir. Necə ki, imam Əhməd demişdir: Bizə Haşim oğullarının müttəfiqi Əbu Səid danışdı, bizə Heysəm İbn Rafi ət-Tartari danışdı, mənə Məkkə əhlindən olan Əbu yəhya danışdı, o da Osmanın azad etdiyi Fərrux adlı quldan rəvayət etdi ki, Ömər məscidə gəldi. Həmin vaxt o, möminlərin əmiri idi. Səpələnmiş ərzaqları görüb: “Bu nə ərzaqlardır?”- dedi. Onlar da: “Bizə kənardan gətirildi”- dedilər. O: “Allah ona da, onu kənardan gətirənə də bərəkət versin” — dedi. Ona: “Ey möminlərin əmiri, bu möhtəkirliklə əldə edilib.”- dedilər. O da: “Bunu möhtəkirliklə əldə edən kimdir?” — dedi. Onlar da: “Osmanın azad etdiyi Fərrux adlı qul ilə, Ömərin azad etdiyi filan qul”- dedilər. Ömər onların dalınca adam göndərdi və dedi: “Müsəlmanların ərzağını möhtəkirliklə əldə etmənizə səbəb nədir?” O ikisi də: “Ey möminlərin əmiri, biz malımızla alqı-satqı edirdik.” — dedilər. Ömər (radiyAllahu anh) dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) : “Kim müsəlmanların ərzağını möhtəkirlik yolu ilə əldə edərsə, Allah onu ya müflis edər ya da cüzama yoluxdurar.” buyurduğunu eşitdim. Həmin vaxt Fərrux dedi: “Allaha və sənə söz verirəm ki, bir daha ərzağa qayıtmaram.” Ömərin azad etdiyi qul isə: “Biz pulumuzla alıb satırıq” — dedi. Əbu yəhya deyir ki, Ömərin azad etdiyi qulun cüzama yoluxduğunu gördüm.

Bunu İbn Macə də, Heysəm İbn Rafidən bu cür rəvayət etmişdir. Sözləri belədir: “Kim müsəlmanlara ərzaqlarını möhtəkirliklə əldə edərsə, Allah onu cüzama yoluxdurar və müflis edər.”

“Və yurbis-sadakati” kəlamını, “ya” hərfinin damməli və şəddəsiz şəkildə oxunmuşdur. Bu da “Rəbə əş-şeyu, yarbu» və «ərbahu yurbihi» kökündən gəlir ki, «onu çoxaltdı» və «onu böyütdü, böyüdür» mənasını bildirir. Tərbiya sözündən alınaraq “yurəbbi” yəni, damməli və şəddəli şəkildə də oxunmuşdur. Necə ki, Buxari demişdir: Bizə Abdullah İbn Munir danışdı, o da Əbun-Nadrdan eşitdi, bizə Əbdürrəhman İbn Abdullah İbn Dinar danışdı, o da atasından, o da Əbu Salehdən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim təmiz qazancdan bir xurma qədər sədəqə verərsə, Allah ancaq təmizi qəbul edər, Allah onu mütləq sağ əli ilə qəbul edər, sonra onu yiyasi üçün sizdən birinizin dayçasını böyütdüyü kimi böyüdər. Hətta sonda dağ kimi olar.»

Bunu Zəkat kitabında bu cür rəvayət etmişdir. Tövhid kitabında isə demişdir: Xalid İbn Məxləd dedi: Süleyman İbn Bilaldan, o da Abdullah İbn Dinardan, sonra sənədlə oxşar şəkildə zikr etdi.

Bunu Müslim də Zəkat kitabında, Əhməd İbn Osman İbn Hakimdən, o da Xalid İbn Məxləddən qeyd edərək rəvayət etmişdir. Buxari demişdir: Bunu Müslim İbn Əbu Məryam, Zeyd İbn Əsləm, Suheyl, o da Əbu Salehdən, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir.

Mən deyirəm: Müslim İbn əbu Məryamin rəvayətinə gəlincə, onu yalnız Buxari zikr etmişdir. Zeyd İbn Əsləmin rəvayətini isə, Müslim öz «Səhih» adlı əsərində Əbut-Tahir İbn Sərhdən, o da Əbu Vəhbdən, o da Hişam İbn Səddən, o da Zeyd İbn Əsləmdən bu cür rəvayət etmişdir. Suheylin hədisinə gəlincə, Müslim onu Quteybədən, o da yaqub İbn Əbdürrəhmandan, o da Süheyldən rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.

Buxari demişdir: Varqa dedi: İbn Dinardan, o da Səid İbn yasardan, o da  Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) onun bu cür dediyini rəvayət etdi.

Həmin hədisi Hafiz Əbubəkr əl-Beyhəqi bu şəkildə Hakimdən və digərindən, o da Əsamdan, o da Abbas əl-Mərvəzidən, o da Əbun-Nadr Haşim İbn Qasimdən, o da Varqadan o, İbn Ömər əl-yaşkuridir, o da Abdullah İbn Dinardan, o da Səid İbn yasardan, o da Əbu Hureyrədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim bir xurma qədər təmiz qazancdan sədəqə verərsə, Allah dərgahına ancaq təmiz olan qalxar, şübhəsiz ki, Allah onu sağ əli ilə qəbul edər, sonra onu sahibi üçün birinizin dayçasını böyütdüyü kimi böyüdər. Hətta sonda Uhud qədər olar.»

Bu hədisi Müslim, Tirmizi və Nəsai hamılıqla Quteybədən, o da Leys İbn Saddan, o da Səid əl-Məqburidən rəvayət etmişlər. Bunu Nəsai də — Malikin rəvayətindən, o da yəhya İbn Səid əl-Ənsaridən – həmçinin yəhya əl-Qattan yolu ilə, o da Muhamməd İbn Aclandan, üçü də Səid İbn yasar Əbil-Hubab əl-Mədənidən, o da Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) qeyd etmişdir.

Başqa bir yolla da Əbu Hureyrədən rəvayət edilmişdir.

İbn əbu Hatim demişdir: Bizə Amr  İbn Abdullah əl-Əvdi danışdı, bizə Vəki danışdı, o da Abbad İbn Mansurdan, bizə Qasım İbn Muhamməd danışdı və dedi: Əbu Hureyrədən eşitdim ki, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Əziz və Cəlil olan Allah sədəqəni qəbul edər, onu sağ əli ilə götürər və birinizin dayçasını – və ya ayğırını — böyütdüyü kimi sizin üçün böyüdər. Hətta sonda bir loğma dağ kimi olar.» Bunun Allahın Kitabındakı təsdiqi “Allah sələmi puç edir, sədəqələri isə artırır.” ayəsidir.

Bunu Əhməd də Vəkidən rəvayət etmişdir. O, Vəkinin təfsirindədir.
Tirmizi isə onu, Əbu Kureybdən, o da Vəkidən bu cür rəvayət  etmiş və: «Həsən səhihdir» — demişdir. Həmçinin onu, Səvri, o da Abbad İbn Mansurdan bu şəkildə rəvayət etmişdir. Həmçinin onu imam Əhməd də, Xələf İbn Vəliddən, o da İbn Mubarakdən, o da Abdulvahid İbn Damrə ilə Abbad İbn Mansurdan, onlar da Əbun-Nadrədən, o da Qasımdan bu cür rəvayət etmişdir.

Bunu İbn Cərir də, Muhamməd İbn Abdulmalik İbn İshaqdan, o da Abdurrəzzaqdan, o da Mamərdən, o da Eyyubdan, o da Qasım İbn Muhamməddən, o da Əbu Hureyrədən rəvayət etmişdir. O demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)  buyurdu: «Əgər bir qul, təmiz qazancdan sədəqə verərsə, Allah onu qəbul edər və sağ əli ilə götürər. Onu sizlərdən birinizin öz dayçasını və ya dəvə balasını böyütdüyü kimi böyüdər. Həqiqətən də insan bir loğma sədəqə verir, o da Allahın əlində – və ya dedi: Allahın ovcunda böyüyar. Hətta sonda Uhud dağı boyda olar.  Elə isə sədəqə verin.»

Bunu Əhməd də Abdurrəzzaqdan bu cür rəvayət etmişdir. Bu, qərib bir yoldur, sənədi isə sağlamdır. Amma sözləri əcaibdir. Bilinən yuxarıdakı şəklidir. Möminlərin anası Aişədən (radiyAllahu anhə)rəvayət edilmişdir.

İmam Əhməd demişdir: Bizə Abdüsəməd danışdı, bizə Həmmad danışdı, o da Sabitdən, o da Qasım İbn Muhamməddən, o da Aişədən (radiyAllahu anhə) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Allah biriniz üçün bir xurmanı və bir loğmanı, sizdən birinizin dayçasını və ya dəvə balasını böyütdüyü kimi böyüdər. Hətta o, Uhud dağı mislində olar.» Bunu Əhməd bu yolla təkbaşına rəvayət etmişdi.

Bəzzar demişdir: Bizə yəhya İbn əl-Muallə İbn Mənsur danışdı, bizə İsmayıl danışdı, mənə atam danışdı, o da yəhya İbn Səiddən, o da Amrədən, o da Aişədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) . Həmçinin Dəhhak İbn Osmandan, o da Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə demişdir: «Bir nəfər təmiz qazancdan sədəqə verir. Allah təmizdən başqasını qəbul etməz. Rəhman onu əli ilə alar və birinizin dayçasını yaxud ayğırını – və ya da dəvə balasını – böyütdüyü kimi böyüdər.» Sonra imam Əhməd dedi: Bu hədisi Əbu Uveysdən başqa kiminsə, yəhya İbn Səid İbn Amradan rəvayət etdiyini bilmirik.

Allah bütün günah edən kafirləri sevməz” yəni, qəlbi inkarçı olanı, sözü və əməli günah olanı sevməz. Bu ayənin sonunu belə bir münasib sifətlə vurğulamaq zəruri idi. Belə ki, sələm yeyan Allahın ona böldüyü halal ruzidən razı qalmır. O, payına düşən icazəli qazancla kifayətlənmir. Batil səbəblərlə və pis qazanc yolları ilə insanların malını yeməya cəhd edir. O, əlində olan neməti inkar edir. İnsanların mallarını batil yollarla yeməsi onu zalım və günahkar edər.

Sonra Allah təala Rəblərinə iman edən, əmrinə itaət edib şükür edən, namaz və zəkat ilə bərabər Onun yaratdıqlarına yaxşılıq edən qullarını tərifləyir. Onlar üçün hazırladığı mükafatı və qiyamət günü sorğu-sualdan əmin olduqlarını bildirərək buyurur: “Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyacəklər.»