Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.

Buxari demişdi: Bizə İshaq, o da Nadrdan, o da Şubədən, o da Süleymandan o da Əbu Vaildən o da Huzeyfədən onun belə dediyini eşitmişdi: “Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəya atmayın” ayəsi nəfəqə barəsində enmişdi.

Bunu İbn əbu Hatim, o da Həsən İbn Muhammad İbn Sabbahdan, o da Abu Muaviyyadən, o da Aməşdən bu şəkildə rəvayət etmişdi. O demişdir: İbn Abbas, Mucahid, İkrimə, Səid İbn Cubeyr, Əta, Dəhhak, Həsən, Qatadə, Suddi və Muqatil İbn Həyyandan da bənzər şəkildə rəvayət edilmişdi.

Leys İbn Sad, o da yəzid İbn əbu Həbibdən, o da Əsləm əbu İmrandan deyir ki, Muhacirlərdən biri Konstantinopolda düşmən səfinə hücum edib onu yardı. Əbu Əyyub əl Ənsari də yanımızda idi. Bəziləri dedilər: O özünü təhlükəya atdı. Əbu Əyyub dedi: Biz bu ayəni çox yaxşı bilirik. Çünki bizim vaxtımızda nazil olub. Rəsulullahla (salləllahu aleyhi və səlləm) döyüşlərdə iştirak etdik və ona yardım etdik. İslam yayılıb meydana çıxarkən biz ənsarlar hamılıqla sözləşib birləşdik və dedik: Allah bizə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) səhabəlik etməyi və ona yardım etməyi nəsib etdi. Nəticədə İslam yayıldı və müsəlmanlar çoxaldı. Biz də onu ailəmizdən, mal-dövlətimizdən və övladlarımızdan üstün tutduq. Artıq döyüş bitəndə ailə və övladlarımızın yanına qayıtdıq. Bizim haqqımızda “Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəya atmayın” ayəsi endi. Təhlükə ailənin yanında oturub cihadı tərk etmək idi.  Bunu Əbu Davud, Tirmizi,Nəsai və Abd İbn Humeyd təfsirində; İbn Əbu Hatim, İbn Cərir, İbn Mərdəveyh, Hafiz əbu yalə Musnədində, İbn Hibban Səhihində, Hakim Müstədrəkində-hamısı yəzid İbn Əbu Həbibdən bucür rəvayət etmişlər. Tirmizi:“Həsən səhih qəribdir”- demişdi. Hakim demişdir: “İki Səhihin şərtinə uyğundur, təxric etməmişlər.” Əbu Davudun Əsləm İbn İmrandan olan rəvayətinin sözləri budur: “Biz Konstantinopolda idik. Misirin başçısı Uqbə İbn Amr, Şamın başçısı bir nəfər idi. Fədalə İbn Ubeydi qəsd edirdi. Şəhərdən böyük dəstə Rum ordusu çıxdı. Biz də qarşılarına çıxdıq. Müsəlmanlardan biri onlara hücum edib aralarına girdi. Sonra çıxıb bizə çatdı. İnsanlar ona səslənərək: Sübhan Allah özünü öz əlilə təhlükəya atdı dedilər. Əbu Eyyub dedi: Ey insanlar siz bu ayəni səhv anlayırsız, bu biz Ənsarlar haqqında enib. Allah dinini qalib etdikdə və sayımızı artırdıqda biz öz aramızda dedik: Artıq mallarımıza dönüb onlarla məşğul ola bilərik. Allah da bu ayəni nazil etdi.

Əbu Bəkr İbn Ayyaş demişdir: Əbu İshaq əs-Səbii deyir ki, bir nəfər Bəra İbn Əzibdən soruşdu: “Mən təkbaşına düşmənə hücum etsəm, onlarda məni öldürsələr, özümü təhlükəya atmış olarammı?” Bəra dedi: “Xeyr. Allah Öz Rəsuluna buyurur: “Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən” (Nisə, 84). Bu yalnız nəfəqə haqqında idi.” Bunu İbn Mərdəveyh rəvayət etmişdi. Hakim “Mustədrək” əsərində İsraildən o da Əbu İshaqdan da bu şəkildə rəvayət etmişdi və:“İki Səhihin şərtinə uyğundur, təxric etməmişlər”- demişdi. Bunu Tirmizi ilə Qeys İbn Rəbi, Əbu İshaqdan o da Bəradan rəvayət etmiş və “sən ancaq özünə cavabdehsən” ayəsindən sonra: “Təhlükə, bir adamın günah edib tövbə etməyərək özünü təhlükəya atmasıdır”- demişdi.

İbn Əbu Hatim demişdi: Bizə atam, o da Leysin mövlası Əbu Salihdən, o da Leysdən, o da Əbdurrəhman İbn Xalid İbn Musafirdən, o da İbn Şihabdan, o da Əbu Bakr İbn Numeyr İbn Əbdurrəhman İbn Haris İbn Hişamdan, Əbdurrəhmanəl-Əsvəd İbn Abdi yağusun belə dediyini rəvayət etmişdi: “Onlar Dəməşqi mühasirəya aldılar. Əzdi Şənuədən bir nəfər təkbaşına düşmənə qarşı çıxıb onları qarşılamaq istədi. Müsəlmanlar bu hərəkəti ona xoş görmədilər. Bunu Amr İbn Asa çatdırdılar. Amr da ona xəbər göndərib onu geri qaytardı. Amr dedi: Allah buyurur: “özünüzü təhlükəya atmayın”.

Əta İbn Səib, o da Səid İbn Cubeyrdən, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəya atmayın” — Bu döyüş barəsində deyil. O, bir nəfərin Allah yolunda xərcləmədən əlini bərk tutub özünü təhlükəya atmasıdır.

Həmməd İbn Sələmə, Davuddan, o da Şəbidən, o da Dəhhak İbn Əbu Cubeyrdən deyir ki, ənsarlar mallarından sədəqə verib Allah yolunda xərcləyardilər. Bir il qıtlıq oldu, Allah yolunda xərcləmədən vaz keçdilər. Buna görə “Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəya atmayın” ayəsi endi.

Həsən Bəsri də “özünüzü təhlükəya atmayın” xəsislikdir demişdi.

Şimək İbn Hərb, Numan İbn Bəşirdən “Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəya atmayın” ayəsi barədə demişdir: “Bu, bir adamın günah edib, artıq bağışlanmaram söyləməsidir. Buna görə də Allah “Allah yolunda xərcləyin özünüzü təhlükəya atmayın. yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir” ayəsini nazil etdi.” Bunu İbn Mərdəveyh rəvayət etmişdi.

İbn Əbu Hatim demişdi: Ubeydə əs-Salmani, Həsən, İbn Sirin və Əbu Qilabədən də bənzər şəkildə rəvayət edilmişdi. yəni, Numan İbn Bəşirin sözünə oxşar danışılmışdır ki, o da bucürdür: “Bir adam günah edər, bağışlanmayəcağını zənn edib özünü təhlükəya atar. yəni, günahını çox görüb həlak olar.” Buna görə Əli İbn Əbu Talha, İbn Abbasdan: “Təhlükə, Allahın əzabıdır”– sözlərini rəvayət etmişdir.

İbn Əbu Hatim, İbn Cərirlə birgə demişlər: Bizə yunus, o da İbn Vəhbdən, o da Əbu Saxrdan, o da Muhammad İbn Kəb əl-Qurazidən rəvayət etmişdir ki, o,  “Allah yolunda xərcləyin özünüzü təhlükəya atmayın” ayəsi barəsində demişdi: Bir toplum Allah yolunda idi. Onlardan biri ərzaq götürərdi vəərzağı digərindən daha artıq olardı. yoxsul olan ərzağındandostuna təskinlik olaraq paylaşardı və özünə heçnə qalmazdı. Allah Təala “Allah yolunda xərcləyin özünüzü təhlükəya atmayın” ayəsini nazil etdi.

yenə İbn Vəhb demişdi: Mənə Abdullah İbn Ayyaş, o da Zeyd İbn Əsləmdən “Allah yolunda xərcləyin özünüzü təhlükəya atmayın” ayəsi barəsində belə dediyini danışmışdır: Bəziləri Rəsulullahın (salləllahu aleyhi və səlləm) göndərdiyi yürüşlərə azuqəsiz çıxardılar. ya yolda qalar ya da başqalarına yük olardılar. Allah onlara verdiyi ruzilərdən xərcləmələrini əmr etdi. “Allah yolunda xərcləyin özünüzü təhlükəya atmayın”Təhlükə bəzilərin aclıq susuzluq və yeriməkdən həlak olmasıdır. Allah, əlində artıq azuqəsi olanlara da: “yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir” dedi.

Ayənin məzmunu Allah yolunda və digər xeyir işlərdə və itaətlərdə xərcləmə əmridir. Xüsusi olaraq düşmənlərlə döyüşərkən malından xərcləmək, onu müsəlmanların güclənməsi yolunda xərcləmək və bunu tərk etməyin adətə çevrilməsinin həlak və dağıntı olduğuna dair xəbərdarlıqdır. Sonra yaxşılıq əmrinə bağladı ki, o da itaətin ən yüksək məqamlarından biridir. Allah buyurdu: “yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.