Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allah-dan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!

Allah Təala deyir: Uca Allaha verdiyiniz andlar, sizin yaxşılıq etmənizə və qohum-əqraba bağlarını möhkəmləndirmənizə, əgər onları tərk etməyə and vermisinizsə, maneçilik etməsin. Allah təalənin bu ayəsi kimi: “Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyacəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayəndır, Rəhmlidir” (Nur 22). İçdiyi andda davam etmək, həmin andın kəffarəsini ödəyarək ondan çıxmaqdan daha ağır günahdır. Necə ki, Buxari demişdir: “Bizə İshaq İbn İbrahim, o da Abdurrazzaqdan, o da Mamərdən, o da Həmməm İbn Münəbbihdən onun belə dediyini nəql etdi: Bu, Əbu Hureyrənin bizə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) danışdığıdır. O buyurmuşdur: «Biz sonuncularıq. Qiyamət günündə birincilərdənik.” Digər hədisində buyurmuşdur:  “Allaha and içirəm ki, birinizin öz ailəsi haqqında and içərək onda israr etməsi, Allahın ona fərz etdiyi kəffarəni pozub onu ödəməsindən daha böyük günahdır.” Muslim də Muhəmməd İbn Rafidən o da Abdurrazzaqdan bu cür rəvayət etmişdir. Bunu İmam Əhməd də ondan bu şəkildə rəvayət etmişdir.

Sonra Buxari demişdir: “Bizə İshaq İbn Mansur, o da yəhya İbn Salihdən, o da Muaviyadən o, İbn Səlamdır, o da yəhyadan o, İbn Əbi Kəsirdir, o da İkrimədən, o da Əbu Hureyrədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim ailəsi ilə bağlı andına inadla israr edərsə, bu daha böyük günahdır və kəffarə bunu ödəmir.»

Əli İbn əbi Talhadan rəvayətlə İbn Abbas «Andlarınıza görə Allahın adını… bir maneəya çevirməyin.“ kəlamına dair bunları demişdir: “Andını yaxşılıq etmək üçün əngəl etmə, lakin andına görə kəffarəni ver və xeyir əməl et.” Məsruq, Şabi, İbrahim Nəxai, Mucahid, Tavus, Səid İbn Cubeyr, Əta, İkrimə, Məkhul, Zuhri, Həsən, Qatadə, Muqatil İbn Həyyan, Rəbi İbn Ənəs, Dəhhak, Əta əl-Xorasani və Suddi də belə demişlər.

Bu cumhurun dediyini İki Səhihdəki Əbu Musa əl-Əşarinin (radıyAllahu anhu) hədisi də təsdiqləyir. Rəsullullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allaha and içirəm ki, mən –inşAllah – bir and içsəm və sonra başqasını daha xeyirli hesab etsəm, onda həmin xeyri edər və andımın kəffarəsini ödəyarəm.” yenə iki Səhihdə Rəsulullahın (salləllahu aleyhi və səlləm) Əbdurrəhman İbn Səmurəya belə dediyi sabit olmuşdur: “Ey Əbdurrəhman İbn Samurə, əmirlik istəmə. Əgər o sən istəmədən sənə verilirsə, onda yardım görmüş olarsan. Əgər sənin istəyinlə verilərsə, onda onunla baş-başa buraxılarsan. Bir şeya and verib digərini daha da xeyirli görsən, onda o xeyirli olanı et və andına görə kəffarəni ver.”

Muslim Əbu Hureyrədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim bir and içər və sonra başqasını daha xeyirli görərsə, andının kəffarəsini versin və o xeyirli olanı etsin.”

İmam Əhməd demişdir: “Bizə Həşim oğullarının azad etdiyi kölə Əbu Səid, o da Xəlifə İbn Xəyyatdan, o da Amr İbn Şuaybdan, o da atasından, sonra da babasından nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim bir and içərsə və sonra daha xeyirlisini görərsə, onda onun tərki onun kəffarəsidir”. Bunu Əbu Davud, Ubeydullah İbn Əxnəs yolu ilə, o da Amr İbn Şuaybdan, o da atasından, sonra da babasından rəvayət etmişdir. Babası demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Adəm oğlunun sahib olmadığı şeydə, Allaha asilikdə və qohum-əqraba ilə əlaqələri kəsməkdə nə nəzir, nə də and içmə vardır. Kim bir and içərsə və sonra başqasını daha da xeyirli görərsə, onda andını tərk etsin və xeyirli olanı etsin. Çünki onu tərk etmək onun kəffarəsidir.”

Sonra Əbu Davud demişdir: “Rəsulullahdan (salləllahu aleyhi və səlləm) gələn bütün hədislərdə «Andın kəffarəsini versin» demişdir ki, bunlar da səhih hədislərdir.

İbn Cərir demişdir: “Bizə Əli İbn Səid əl-Kindi, o da Əli İbn Mushirdən, o da Hərisə İbn Muhəmməddən, o da Amrahdan, o da Aişədən (radıyAllahu anha) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim qohumluq əlaqələrini kəsməya və ya Allaha asiliya and içərsə, ən yaxşısı andı pozub andından geri dönməsidir.” Bu hədis zəifdir. Çünki bu Hərisə, İbn Əbirrical Muhamməd İbn Əbdurrəhmandır ki, onun da hədisi tərk olunmuşdur və o, bütün hədis alimlərinə görə zəifdir.

Sonra İbn Cərir, İbn Cubeyrdən, Səid İbn Museyibdən, Məsruqdan və Şabidən bunların: «Allaha asilikdə and da yoxdur, onun kəffarəsi də yoxdur» – dediklərini rəvayət etmişdir.

“Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz yəni, düşünməyarək verilən andlara görə sizi sorğu-suala və iltizama çəkməz, çünki bunlar and içənin qəsd etmədən içdiyi andlardır. Bunlar adətən onun dilində daxili qərar vermədən və təsdiqləmədən dolaşan kəlmələrdir.

Necə ki, İki Səhihdə Zuhridən, o da Humeyd İbn Əbdurrəhmandan, o da Əbu Hureyrədən rəvayət etmişlər ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim and içərsə və andında: «Lat və Uzzayə and olsun» – deyarsə, qoy «Lə iləhə illalah» desin.” Bunu da cahillikdən yeni çıxmış və müsəlman olmuş bir toplum üçün demişdir. Onlar fərqində olmadan Lata and içməya öyrəşmişdilər. Onlar bu kəlmələri qəsdsiz dediklərinə görə onlara ixlas kəlməsini söyləmələri əmr edildi. Bununla da birini digərinin yerinə demiş olsunlar. Buna görə də Allah Təala: lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayəndır, Həlimdir. buyurmuşdur. Necə ki, əl-Maidədəki başqa bir ayədə də belə buyurmuşdur: “…lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar…” (Maidə, 89).

Əbu Davud demişdir: Qəsdsiz and içmək bölümü: Bizə Humeyd İbn Məsadəh əş-Şami, o da Hassandan yəni, İbn İbrahimdən o da İbrahimdən yəni, əs-Saiğdən, o da Ətadan qəsdsiz and içmək haqqında demişdir: Aişə (radıyAllahu anha) nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bu, insanın öz evində: «Xeyr vAllahi, bəli vAllahi» – deməsidir.” Sonra Əbu Davud demişdir: “Bunu Davud İbn Əbil Furat, o da İbrahim əs-Saiğdən, o da Ətadan, o da məvquf olaraq Aişədən rəvayət etmişdir. Bunu Zuhri, Abdulməlik və Məlik İbn Miğvəl hamılıqla Ətadan, o da yenə Aişədən məvquf olaraq rəvayət etmişdir.

Mən də deyirəm ki, bunu İbn Cureyc ilə İbn əbi Leyla da Ətadan, o da məvquf olaraq Aişədən rəvayət etmişdir. Bunu İbn Cərir də Hənnaddan, o da Vəkidən, Abdədən və Əbu Muaviyyadən, onlar da Hişam İbn Urvədən, o da atasından, o da Aişədən bu ayə “…lakin içdiyiniz andları  görə cəzalandırar…” (Maidə, 89) haqqında: “Xeyr vAllahi, bəli vAllahi» — demişdir.

Sonra bunu Muhəmməd İbn Humeyd, o da Sələmədən, o da İbn İshaqdan, o da Hişamdan, o da atasından, o da Aişədən rəvayət etmişdir. Onun yolu ilə İbn İshaqdan, o da Zuhridən, o da Qasımdan, o da Aişədən rəvayət etmişdir. yenə onun yolu ilə Sələmədən, o da İbn əbi Nəcihdən, o da Ətadan, o da Aişədən rəvayət etmişdir. Abdurrazzaq demişdir: Bizə Mamər, o da Zuhridən, o da Urvədən, o da Aişədən “…lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar…” ayəsi haqqında: “Onlar, bir şey barəsində mübahisə etdikdə: «Xeyr vAllahi, bəli vAllahi, olmaz vAllahi» deyan bir qövmdür. Bir iş haqqında çəkişərlər lakin qəlbləri ilə qərar verməzlər.”

İbn əbi Hatim demişdir: Bizə Harun İbn İshaq əl-Həmədani, o da Abdəhdən yəni, İbn Süleymandan, o da Hişam İbn Urvədən, o da atasından, o da Aişədən, Allahın bu “…lakin içdiyiniz andları görə cəzalandırar…” kəlamı barədə: “Bu bir adamın «Xeyr vAllahi və bəli vAllahi» şəklində içdiyi andlardır” deməsini rəvayət etmişdir.

Bizə atam, o da Leysin katibi Əbu Salihdən, o da İbn Ləhiyadan, o da Əbuəsvəddən, o da Urvədən onun belə dediyini nəql etdi: Aişə deyərdi: “əl-Ləğvu, yalnız zarafat və digərlərini güldürmək istədikdə olur. Bu, insanın: «Xeyr vAllahi, bəli vAllahi» deyarək etdiyi andlardır ki, bunların da kəffarəsi yoxdur. Kəffarə ancaq edəcəyinə qəlbində qərar verib, sonra etmədiyi şeydə olur.»

Sonra İbn əbi Hatim demişdir: «İbn Ömərdən, iki rəyindən biri olaraq İbn Abbasdan, Şabidən, iki rəyindən biri olaraq İkrimədən, Ətadan, Qasim İbn Muhəmməddən, iki rəyindən biri olaraq Mucahiddən, Urvə İbn Zubeyrdən, Əbu Salihdən, iki rəyindən biri olaraq Dəhhaqdan, Əbu Qılabədən və Zuhridən də oxşarı rəvayət edilmişdir.

İkinci baxış: yunus İbn Abdul-Əlayə oxundu, o da İbn Vəhbdən, o da etibar edilən birindən, o da İbn Şihabdan, o da Urvədən nəql etdi ki, Aişə bu yəni, “Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz” ayəsini yozar və deyərdi: “Bu, birinizin doğru bildiyi bir şey üçün and içməsi, sonra da and içdiyinin elə çıxmamasıdır.”

Sonra dedi: “Əbu Hureyrədən, iki rəyindən biri olaraq İbn Abbasdan, Suleyman İbn yasardan, Səid İbn Cubeyrdən, iki rəyindən biri olaraq Mucahiddən, iki rəyindən biri olaraq İbrahim Nəxaidən, Həsəndən, Zurarəh İbn Əvfədən, Əbu Malikdən, Əta əl-Xorasanidən, Bəkr İbn Abdullahdan, iki rəyindən biri olaraq İkrimədən, Həbib İbn əbi Sabitdən, Suddidən, Məkhuldan, Muqatildən, Tavusdan, Qatadədən, Rəbi İbn Ənəsdən, yəhya İbn Səiddən və Rəbiadan da belə rəvayət edilmişdir.

İbn Cərir demişdir: “Bizə Muhəmməd İbn Musa əl-Həraşi, o da Abdullah İbn Məymun əl-Muralidən, o da Əvf əl-Arabidən, o da Həsən İbn əbil-Həsəndən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) ox atan bir izdihama rast gəldi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında əshabından bir nəfər var idi. İzdihamın içərisindən biri qalxaraq: “Vurdum vAllahi, xata etdim vAllahi” – dedi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanındakı səhabə: “Adam andını pozdu. Ey Allahın Rəsulu!” — dedi. O da: “Xeyr, atıcıların andları boşdur, onda nə kəffarə, nə də cəza vardır” — dedi. Bu, Həsəndən olan «həsən mürsəl» rəvayətdir. İbn əbi Hatim demişdir: “Aişədən hər iki rəy rəvayət edilmişdir.»

Bizə İsam İbn Ravvad, o da Adəmdən, o da Şeybandan, o da Cabirdən, o da Əta İbn əbi Rəbahdan nəql etdi ki, Aişə demişdir: “Bu onun «Xeyr vAllahi, bəli vAllahi» sözləridir ki, doğru olduğunu zənn edərək bunu söyləyar, o da elə olmaz.”

Digər rəylər: Abdurrazzaq demişdir: Huşeymdən, o da Muğirədən nəql etdi ki, İbrahim: “O, bir şeya and içib sonra da onu unudan adamdır.” — demişdir. Zeyd İbn Əsləm də: “O, adamın əgər bele-belə etməzsəm Allah gözümü kor etsin, əgər sabah sənin yanına gəlməsəm bütün malım yoxa çıxsın kimi söylədiyi ifadələrdir” — demişdir. İbn əbi Hatim demişdir: “Bizə Əli İbn əl-Hüseyn, o da Müsəddəddən, o da Xaliddən, o da Ətadan, o da Tavusdan nəql etdi ki, İbn Abbas: “Boş and, hirsli vaxtı içdiyin anddır” — demişdir.

Mənə atam, o da Əbu-cəmahirdən, o da Səid İbn Bəşirdən, o da Əbu Bişrdən, o da Səid İbn Cubeyrdən nəql etdi ki, İbn Abbas demişdir: “Boş and belədir: Sən Allahın sənə halal etdiyini haram edərsən ki, bunda sənə kəffarə yoxdur”. Səid İbn Cubeyrdən də belə rəvayət edilmişdir.

Əbu Davud demişdir: “Qəzəbli vaxtı and içmək bölümü» Bizə Muhəmməd İbn Minhal, o da yəzid İbn Zuraydan, o da Həbib əl-Muəllimdən, o da Amr İbn Şuaybdan, o da Səid İbn Museyyibdən nəql etdi ki, ənsarlardan iki qardaşa miras qaldı. Biri öz payını istədi. O birisi: “Əgər məndən bir daha pay istəsən, bütün malım Kəbənin qapısına atılsın” — dedi. Ömər ona dedi: “Kəbənin sənin malına ehtiyacı yoxdur, andının kəffarəsini ver və qardaşınla danış. Mən, Rəsulullahdan ((salləllahu aleyhi və səlləm) ): «Sənin üzərində and yoxdur, nə izzət və cəlal sahibi Rəbbə asilikdə, nə qohumluq əlaqələrini kəsməkdə və nə də sahib olmadığın bir şeydə nəzir yoxdur» — dediyini eşitdim.»

“O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır” İbn Abbas, Mucahid və bir çoxları demişlər: “Bu, adamın yalan olduğunu bildiyi halda and içməsidir.” Mucahid və başqaları demişlər: «Bu, “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz” (Maidə, 89) kəlamı kimidir.

“Allah Bağışlayəndır, Həlimdir” yəni, qullarını bağışlayəndır və onlara qarşı çox yumşaqdır.