Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclə­diyini Allah dərgahında yaxınlıq və Pey­ğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhə­mətinə qovuşduracaqdır. Hə­qiqətən, Allah Bağış­layandır, Rəhmlidir.