Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. “Məgər sən inanmırsan?”– dedi. dedi: “Əlbəttə, Amma qəlbim rahat olsun”. buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”

İbrahimin (əleyhissalam) belə bir sual verməsi haqqında təfsirçilər bəzi səbəblər qeyd etmişlər ki, onlardan biri də budur: Nəmruda:  “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”(Bəqərə 258) – dedikdə elmi yaqinlikdən gözlə görülən yaqinliya qalxmaq və buna gözləri ilə şahid olmaq istəmişdi. O demişdi: ““Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər iman gətirmədinmi?”– dedi. Dedi: “Əksinə! Lakin, qəlbim rahat olsun”.  Buxarinin bu ayə ilə bağlı zikr etdiyi hədis belədir: Bizə Əhməd İbn Saleh danışdı, bizə İbn Vəhb danışdı, mənə yunus xəbər verdi, o da İbn Şihabdan, o da Əbu Sələmə və Səiddən, onlar da Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdilər ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Biz şübhə etməyə İbrahimdən daha haqlıyıq. Bir vaxtlar o demişdi: ““Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi.  “Məgər iman gətirmədinmi?”– dedi. Dedi: “Əksinə! Lakin, qəlbim rahat olsun”.

Bunu eyni şəkildə Müslim, Harmələ İbn yəhyadan, o da İbn Vəhbdən rəvayət etmişdir. Buradakı şübhə sözündə məqsəd, bəzi elmsiz insanların anladığı kimi deyildir. Bunda bir ixtilaf da yoxdur. Bu hədisə müxtəlif cavablar verilmişdi ki, onlardan biri də…

“Quşlardan dördünü tut və onları özünə tərəf çək” təfsirçilər bu dörd quşun nə olduğunda ixtilaf etmişdir. Hərçənd ki, bunda bir fayda yoxdur. Çünki əgər olsaydı Quran onu açıq ifadə edərdi. İbn Abbasdan onların: Durna, tovuz quşu, xoruz və göyərçin olduğunu deməsi nəql edilmişdi. Ondan başqa bir rəvayətdə isə, İbrahimin bir qaz, bir dəvə quşu balası, bir xoruz, bir də tovuz quşu götürdüyü nəql edilmişdi. Mucahid ilə İkrimə də göyərçin, xoruz, tovuz quşu və qarğadır demişlər.

“və onları özünə tərəf çək” onları tikə-tikə et, deməkdir. Bunu İbn Abbas, İkrimə, Səid İbn  Cubeyr, Əbu Malik, Əbu Əsvəd əd-Duəli, Vəhb İbn Münəbbih, Həsən, Suddi və digərləri demişdir.

Avfi, İbn Abbasdan “və onları özünə tərəf çək” kəlməsi haqqında “onları bağla”, demişdir. Onları bağlayən kimi başlarını kəsdi. Sonra hər dağın başına bir parçasını qoydu. Deyilənə görə dörd quş tutdu, onların başını kəsdi, sonra onları parçaladı, tüklərini yoldu və qarışdırdı. Sonra onları böldü. Hər dağın başına bir parça qoydu. Dörd dağ olduğu rəvayət edilmişdi. yeddi deyanlər də olmuşdur. İbn Abbas demişdir: Başlarını əli ilə tutdu. Sonra əziz və cəlil olan Allah ona onları çağırmağı əmr etdi. O da əziz və cəlil olan Allahın əmr etdiyi kimi onları çağırdı. Tükün tükə, qanın qana, ətin ətə, parçaların parçalara tərəf uçduğunu və bir-birinə yapışdığını gördü. Nəhayət hər quş öz şəklini aldı. Tez onun yanına gəldilər ki, istədiyi şeyi daha yaxşı görsün. Hər quş İbrahimin (əleyhis-salam) əlindəki başını almağa gəldi. Ona başqa baş verdiyi zaman qəbul etmirdi. Öz başını verdikdə isə Allahın qüdrət və qüvvəti ilə cəsədinin digər qismi ilə birləşirdi. Buna görə də buyurdu: “Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” yəni, heç bir şey onu məğlub edə bilməz və heç bir şey onun əlindən qaça bilməz. İstədiyi şey etirazsız həyata keçər.  Çünki O, əzim və hər şeya qələbə çalandır. Sözlərində, fellərində, şəriət və qədərində hikmət sahibidir.

Əbdur-Rəzzaqdan demişdi: Bizə Mamər xəbər verdi, o da Əyyubdan rəvayət etdi ki, o “Amma qəlbim rahat olsun” kəlamı haqqında demişdir: İbn Abbas dedi: “Məncə Quranda bundan daha ümidverici bir ayə yoxdur.”

İbn Cərir demişdir: Bizə Muhamməd İbn Musənnə danışdı, bizə Muhamməd İbn Cəfər danışdı, bizə Şubə danışdı ki, Zeyd İbn Əlidən eşitdim, o da bir adamdan, o Səid İbn Müsəyyabdən belə dedi: Bir gün Abdullah İbn Abbas ilə Abdullah İbn Amr İbn As görüşdülər. Biz o zamanlar gənc idik. Biri digərinə: “Allahın Kitabında bu ümmət üçün ən ümidverici ayə hansıdır?” Abdullah İbn Amr da, Allah təalənin: ”(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayəndır, Rəhmlidir!” (əz-Zümər, 53)  ayəsidir” — dedi. İbn Abbas dedi: “Sən belə dedin. Bu ümmət üçün ondan da ümid verici ayə İbrahimin ““Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər iman gətirmədinmi?”– dedi. Dedi: “Əksinə! Lakin, qəlbim rahat olsun”. sözləridir.” — dedi.

İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Leysin katibi Abdullah İbn Saleh danışdı, mənə İbn əbu Sələmə danışdı, o da Muhamməd İbn Munkədirdən onun belə dediyini rəvayət etdi: Abdullah İbn Abbas ilə Abdullah İbn Amr İbn As görüşdülər. İbn Abbas, Amr İbn Asa: “Səncə Quranda ən ümidverici ayə hansıdır?” — dedi. Abdullah İbn Amr da, əziz və cəlil olan Allahın: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin.” (əz-Zümər 53) ayəsidir” — dedi. İbn Abbas dedi: ”Ancaq mən deyirəm ki, Allahın bu kəlamıdır: ” “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi.  “Məgər iman gətirmədinmi?”– dedi. Dedi: “Əksinə!”. deməsinə razı oldu. O dedi: Bu da nəfslərində qüsur olan və şeytanın vəsvəsəsindən meydana gələn şey üçündür.” Bunu Hakim də “Müstədrək” əsərində Əbu Abdullah Muhamməd İbn yaqub İbn əl-Axramdan, o da İbrahim İbn Abdullah əs-Sədidən, o da Bişr İbn Ömər əz-Zəhranidən, o da Əbdüləziz İbn Əbu Sələmədən oxşar sənədlə rəvayət etmiş, sonra isə: “Sənədi səhihdir, iki şeyx təxric etməyib.” – demişdir.