Çulğayanın (Ğaşiyə) xəbəri sənə gəlib çatdımı?

Daha əvvəldə də Numan ibn Bəşirdən nəql edilirdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bayram namazlarında və Cümə namazında “Ən uca olan Rəbibnin adına təriflər de!” (əl-Əla surəsi) “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsi) surələrini oxuyardı.

İmam Malik deyir: Damrə ibn Səid Ubeydulla ibn Abdullahdan nəql edir ki, Dahhak ibn Qeys Numan ibn Bəşirdən soruşdu: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) cümə günü əl-Cumə surəsilə yanaşı daha hansı surəni oxuyardı?” Numan cavab verdi: “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” (əl-Ğaşiyə surəsi) Hədisi Əbu Davud Əl-Qanəbidən, Nəsai isə Quteybədən, onlar da Malikdən rəvayət etmişlər. Həmçinin həmin hədisi Muslim və İbn Macə, Süfyan ibn Uyeynə və Damrə ibn Səiddən rəvayət etmişlər.

            Əl-Ğaşiyə Qiyamətin adlarından biridir. Bu fikri İbn Abbas, Qatədə və İbn Zeyd söyləmişlər. Bu adın Qiyamətə verilməsi onun insanları qorxudacağı və canlarına vəlvələ salacağı ilə əlaqədardır.

İbn Əbu Hatim deyir: Atam Əbu ibn Muhəmməd Tənqasi vasitəsilə Amr ibn Meymundan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Çulğayanın xəbəri sənə gəlib çatdımı?” surəsini oxuyan biq qadının yanından keçdi və dayanıb ona qulas asdı, sonra isə dedi: “Bəli, mənə artıq gəlibdir”.

“Bir çox üzlər zəlil görkəm alacaq”. Yəni rüsvayçı, zəlil olacaqlar. Bu fikri Qatədə söyləmişdir. İbn Abbas isə deyir ki, O gün bəzi üzlər olacaq ki, itaətkarlıq göstərəcəklər, ancaq etdikləri onların xeyrinə olmayacaqdır. “Zəhmət çəkib yorulacaq”. Yəni onlar çoxlu əmək sərf edəcəklər və sərf etdikləri əməyə görə əziyyət çəkib yorulacaqlar, taqətdən düşəcəklər. Qiyamət günü onlar alovlu, yanar oda girəcəklər.

Hafiz Əbu Bəkr əl-Bərqani deyir: Ibrahim ibn Muhəmməd əl-Muzəkki, Muhəmməd ibn İshaq əs-Sirac vasitəsilə Seyyardan nəql edir ki, Cəfər belə demişdir: Əu İmran əl-Cövninin belə dediyini eşitdim: Ömər ibn əl-Xəttab (Allah ondan razı) bir rahiibn məbədinin yanından keçdi və ona səslənərək dedi: “Ey rahib!” Rahib onun yanına gəldikdə Ömər ona baxaraq ağlamağa başladı. Ondan soruşdular: “Ey möminlərin əmiri burada axı səni ağladan nə olsu?” Ömər cavab verdi: “İzzət və cəlal sahibi olan Allah kəlkamını xatırladım: “Zəhmət çəkib yorulacaq; Alovlu oda girəcəkdir; Məni ağladan məhz budur”. Buxari İbn Abbasın belə dediyini rəvayət edir: “Zəhmət çəkib yorulacaq”. Burada xristianlar nəzərdə tutulur. İkrimə və Süddinin belə dedikləri rəvayət olunur: “Zəhmət çəkib” Yəni onlar bu dünyada etdikləri günahlarla əziyyət çəkəcək, “Yorulacaq” Yəni cəhənnəmdə isə əzaba düçar olub, zincirlərə vurulacaqlar.

İbn Abbas, Həsən və Qatədə “Alovlu oda girəcəkdir” ayəsi barədə belə demişlər: Yəni çox şiddətli yanar oda vasil olacaqlar. “Qaynar bulaqdan içirdiləcəklər”. Yəni istiliyi və qaynaması son həddə çatmış bulaqdan içirdiləcəklər. İbn Abbas, Mucahid, Həsən və Suddi bu cür qeyd etmişlər.

“Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır”. Əli ibn Əbu Talhə İbn Abbasın bu haqda belə dediyini rəvayət etmişdir: “Bu, oddan hazırlanmış ağacdır”. Səid ibn Cübeyr isə bunun Zəqqum olduğunu söyləmişdir. Ondan rəvayət olunan digər bir rəvayətdə isə bunun daş olduğu bildirilmişdir. İbn Abbas, Mucahid, İkrimə, Əbul Cövzə və Qatədə bunun “Quru tikan” mənalı Şibirqə  ağacı olduğunu söyləmişlər. Qatədə deyir ki, Qureyş yayda həmin ağaca payızda Şibirqə, yayda isə Zəri deyirdilər. İkrimə deyir ki, bu, yerə bitişmiş tikanlı bir ağacdır. Buxari deyir: Mucahidin sözlərinə görə, Zəri Şibirqə adlandırılan bir bitkidir. Hicaz əhalisi onu quruduğu zaman Zəri adlandırırlar. Həmin bitki zəhərlidir. Mamər deyir ki, Qatədənin sözlərinə görə, “Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır” ayəsindəki zəri qurumuş Şibirqə ağacədır. Səid isə Qatədənin ayə haqda belə dediyini rəvayət emtişdir: “O, yeməklərin ən pisi, ən iyrəncisi, ən mundarıdır. Allah təala sonrakə ayədə buyurur ki, “Nə qüvvət verər, nə də aclıqdan qurtarar”. Onunla heç nəyə nail olunmaz, aclıqdan da insanı xilas etməz.