De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs meyl etmədən və həddi aşmadan məcbur olarsa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.