Allah Təala buyurur ki, “Dində məcburiyyat yoxdur” yəni, heç kəsi dinə girməya məcbur etməyin. Çünki dinin dəlil və sübutları aydındır, bəllidir və aşkardır. Heç kəsin zorla İslamı qəbul etməsinə ehtiyac yoxdur. Allah kimə İslam ilə hidayət edib, köksünü açar və bəsirətini nurlandırarsa, o İslama dəlillər üzrə daxil olar. Allah kiminsə gözünü kor edərsə, qulaq və gözünü möhürləyarsə, zor və təzyiq altında dinə girməsi ona fayda verməz.
Alimlər bu ayənin ənsarlardan bir toplum haqqında nazil olduğunu amma hökmünün ümumi olduğunu demişlər. İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə İbn Əbu Adiy danışdı, o da Şubədən, o da Əbu Bişrdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Ölü uşaq doğan qadın özünə söz verərdi ki, əgər uşaq sağ qalsa onu yəhudi edəcək. Nadır oğulları sürgün olunanda aralarında ənsarların da uşaqları var idi. Onlar: “Uşaqlarımızı buraxmarıq” — dedilər. İzzət və cəlal sahibi Allah bu ayəni nazil etdi: “Dində məcburiyyat yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir”. Bunu Əbu Davud ilə Nəsai, Bundardan rəvayət etmişlər. Başqa yollar ilə Şubədən də eyni şəkildə rəvayət etmişlər. Onu İbn Əbu Hatim və İbn Hibban öz “Səhih” adlı əsərində Şubədən rəvayət etmişlər. Mucahid, Səid İbn Cubeyr, Şəbi, Həsən Bəsri və digərləri də, həmin ayənin bu hadisə ilə əlaqəli endiyini demişlər.
Muhəmməd İbn İshaq demişdir: Bizə Zeyd İbn Sabitin mövlası Muhəmməd İbn Abu Muhəmməd əl-Curəşi danışdı, o da İkrimədən yaxud Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun “Dində məcburiyyat yoxdur” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Bu ayə Ənsardan olan Səlim İbn Avf oğullarından əl-Husayniy adında bir nəfər haqqında nazil olmuşdur. Onun iki nəsrani oğlu var idi. Özü isə müsəlman idi. O, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedi: “Onları məcbur edimmi? Çünki onlar nəsranilikdən başqa heçnə qəbul etmirlər.” Allah Təala onun barəsində bu ayəni nazil etdi.” Bunu İbn Cərir rəvayət etmişdir. Suddi də bənzərini rəvayət edib əlavə etmişdir: “O iki oğlan uşağı Şamdan yağ gətirən tacirlərin təşviqi ilə nəsrani olublar. Onlara qoşulmağı qərar verəndə ataları onlara təzyiq etdi və Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onların arxaları ilə adam göndərməyinə izn istədi. Buna görə həmin ayə nazil oldu.”
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Amr İbn Avf danışdı, bizə Şərik danışdı, o da Əbu Hilaldan, o da Usəqdən onun belə dediyini rəvayət etmişdir: “Mən, onların dininə görə Ömər İbn Xəttabın nəsrani köləsi idim. Ömər İbn Xəttab məni İslama dəvət edirdi, mən qəbul etmirdim. O da deyirdi: “Dində məcburiyyat yoxdur”. Mənə deyirdi: “Ey Usəq, əgər İslamı qəbul etsən, müsəlmanların bəzi işlərində mütləq səndən kömək istəyardim.” Bir çox alimlər bunun əhli kitaba və onların dinlərinin ləğv edilib və dəyişdirilmədən öncə onu qəbul edənlərə aid etmişlər ki, bu da onların cizya verməsi ilə mümkündür. Başqaları isə: “Xeyr, bu döyüş ayəsi ilə nəsx edilmişdir. Bütün ümmətlər tövhid dini olan İslama girmələri üçün vacib surətdə dəvət edilir. Əgər onlardan biri imtina edərsə və İslama boyun əyməzsə və ya cizya verməsə, öldürüləcəyinə qədər onunla savaşılır. Məcburiyyatin mənası məhz elə budur. Allah Təala buyurur: “Siz çox qüvvətli bir tayfayə qarşı çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar.”(Fəth, 16). Allah buyurur: “Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran!” (Təhrim, 9), “Ey iman gətirənlər! yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir.” (Tövbə, 123). Səhih də deyilmişdir: “Rəbbin zəncirlər içində cənnətə sürüklənən bir qövmdən təəccüblənir.” yəni, əsirlərdən. Hansılar ki, bağlar, kəmərlər, buxov və qandallar içində islam ölkələrinə gətirilir. Sonra müsəlman olurlar. Əməl və niyyatləri düzəlir. Onlar da Cənnətlik olurlar.
İmam Əhmədin rəvayət etdiyi hədisə gəlincə: Bizə yəhya danışdı, o da Humeyddən, o da Ənəsdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bir kişiya: “Müsəlman ol” – dedi. O: “Mən ikrah hissi duyuram.” – söylədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “İkrah hissi duysan belə.” Bu hədis üçlük rəvayətçi ilə rəvayət edilmişdi və səhihdi. Lakin mövzumuza aid deyil. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) onu İslama girməya məcbur etmədi. Sadəcə onu dəvət etdi. O da xəbər verdi ki, “nəfsi onu qəbul etmir, əksinə ikrah duyur.” O da buyurdu ki, “İkrah etsən belə müsəlman ol. Allah sənə xoş niyyat və ixlas nəsib edəcək.”
“Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayən ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir” yəni, kim ortaqları və bütləri tərk etsə, şeytanın Allahdan başqa ibadət etməyə dəvət etdiklərini rədd etsə, Allahı ibadətdə təkləşdirsə və Ondan başqa ilah olmadığına şəhadət etsə “ən möhkəm dəstəkdən yapışmış olar” yəni, işində sabit olar, ən doğru və düzgün yolu davam etmiş olar.
Əbu Qasım əl-Bəğavi demişdir: Bizə Əbu Rəvh əl-Bələdiy danışdı, bizə Əbu əl-Əhvas Səlləm İbn Suleym danışdı, o da Əbu İshaqdan, o da Hassandan — o, İbn Faid əl-Əbsiydir,- onun belə dediyini söylədi: Ömər – Allah ondan razı olsun – dedi: Cibt sehrdir, tağut da şeytandır. Cəsarət kişilərdə doğrulduqdan olan bir xüsusiyyatdir. Ürəkli bir nəfər tanımadığı ilə dalaşır, qorxaq isə anasından qaçar. Bir adamın səxavəti onun dini, soyu da əxlaqıdır, istər fars və ya nəbati olsun. Bunu İbn Cərir ilə İbn Əbu Hatim, Səvri hədisi olaraq Əbu İshaqdan, o da Hassan İbn Faid əl-Absidən, o da Ömərdən rəvayət etmişdir.
Tağutun mənası: şeytandır, həqiqətən o çox güclüdür. Cahilliya insanlarının bütlərə tapınması, hökm vermək üçün onlara müraciəti və onlardan kömək istəmələri kimi bütün pislikləri özündə cəm edir.
“heç vaxt qırılmayən ən möhkəm dəstəkdən yapışmış olar” yəni, ən güclü səbəblə dindən tutmuşdur. O, qırılmayən etibarlı dəstəya bənzədilmişdir. O sağlam, möhkəm, güclü və dayənıqlıdır. Buna görə də deyilmişdir: “heç vaxt qırılmayən ən möhkəm dəstəkdən yapışmış olar”. Mucahid demişdir: “möhkəm dəstək” imandır. Suddi isə: “O, İslamdır” — demişdir. Səid İbn Cubeyr ilə Dəhhak: “Lə İləhə İlləllahdır” — demişlər. Ənəs İbn Məlik: “möhkəm dəstək” Qurandır — demişdir. Səlim İbn əbu əl-Cəd demişdir: “O, Allah üçün sevmək və Allah üçün nifrət etməkdi.” Bütün bu görüşlər doğrudur, aralarında ziddiyyat yoxdur. Muaz İbn Cəbəl: “möhkəm dəstək” Cənnətə girmədən qopmaz” — demişdir. Mucahid və Səid İbn Cubeyr isə ”heç vaxt qırılmayən ən möhkəm dəstəkdən yapışmış olar “ ayəsini oxuyub sonra da bu ayəni oxudu: “Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz” (ər-Rad, 11).
İmam Əhməd demişdir: Bizə İshaq İbn yusuf danışdı, bizə İbn Avn danışdı, o da Muhəmməddən, o da Qeys İbn Abbaddan deyir: “Mən məsciddə idim, bir adam gəldi. Onun üzündə mütilik izi var idi. İki rükət qısa namaz qıldı. Camaat dedi: “Bu adam cənnətlikdir.” O, çölə çıxanda onu izlədim, evinə girdi. Mən də onunla girdim və danışdım. Bir az sonra dedim: “Sən məscidə girəndə camaat belə bir sözlər dedi.” O da dedi: “Sübhan Allah, bir adamın bilmədiyi bir şeyi danışmağı düz deyil. Sənə həqiqəti danışım. Rəsulullahın (salləllahu aleyhi və səlləm) vaxtında bir yuxu gördüm və ona danışdım. Özümü yaşıl bir bağçada gördüm — İbn Avn deyir ki, bağçanın genişliyini və yaşıllığını təsvir etdi — Ortasında dəmir bir dirək var idi. Dibi yerdə başı isə göydə idi. Ucunda bir dəstək var idi. Mənə dedilər: “Çıx ora.” Mən dedim: “Çıxa bilmərəm.” Bir köməkçi gəldi – İbn Avn dedi O, əl-vasifdir – Arxadan paltarımdan qaldırdı və: “Çıx” – dedi. Mən də çıxıb dəstəkdən tutdum. O : “Dəstəkdən sarıl” — dedi. Oyananda dəstək hələ də əlimdə idi. Gəlib Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışdım. O dedi: “Bağça İslam bağçasıdır, dirək İslamın dirəyidir. Dəstək ən möhkəm dəstəkdir. Sən ölənə qədər İslamda qalacaqsan.” Rəvayətçi deyir ki, o, Abdullah İbn Salam idi. İki Şeyx bunu öz Səhihlərində Abdullah İbn Avnun hədisi olaraq təxric etmişlər. Buxari başqa bir yoldan Muhamməd İbn Sirindən də bu şəkildə rəvayət etmişdir.
Başqa bir yol: İmam Əhməd demişdir: Bizə Həsən İbn Musa ilə Əffan danışdı, bizə Hammad İbn Sələmə danışdı, o da Asim İbn Bəhdələdən, o da Musəyyab İbn Rafidən, o da Xarəşəh İbn əl-Hurdan deyir: “Mədinəyə gəldim. Rəsulullahın (salləllahu aleyhi və səlləm) məscidində ağsaqqalların oturduğu yerdə oturdum. Bir ağsaqqal gəldi, əsayə söykənmişdi. Camaat dedi: “Kim cənnətlik bir adamı görmək istəyirsə ona baxsın.” Bir sütunun arxasına keçib iki rükət namaz qıldı. Mən ona dedim: “Bəziləri belə bir şey dedilər.” O da dedi: “Cənnət Allahındır, istədiyini ora salar. Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) vaxtında bir yuxu gördüm. Mənə bir nəfər yaxınlaşıb: Mənimlə gəl” — dedi. Onunla getdim, böyük bir yola girdik. Solumda bir yol var idi, ora getmək istədim, adam mənə dedi: “Sən oranın adamı deyilsən.” Sonra sağımda bir yol gördüm, ora getdim. Sürüşkən bir dağa çatdıq. O mənim əlimdən tutdu və dağın təpəsinə qaldırdı. Dayəna bilmirdim tutmağa bir yer də yox idi. Baxdım dəmir bir dirək gördüm ucunda qızıl bir dəstək var idi. Əlimdən tutub məni qaldırdı. Mən də dəstəkdən yapışdım. Sonra: “Sarıl” — dedi. Mən də: “Oldu” – dedim. Ayəğı ilə dirəya vurdu. Mən də möhkəm sarıldım. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışdım. O dedi: “Xeyir görmüsən. O böyük yol, Məhşərdir. Solunda görsənən yol cəhənnəmliklərin yoludur. Sən onlardan deyilsən. Sağında gördüyün yol cənnətliklərin yoludur. Sürüşkən dağ şəhidlərin məqamıdır. Sarıldığın dəstək İslamın dəstəyidir. Ölənə qədər ondan tutun.” Adam dedi: “Bu səbəbdən mən də cənnətlik olmağımı umuram.” Baxdım ki, o adam Abdullah İbn Salamdır.
Bunu Nəsai də Əhməd İbn Suleymandan, o da Əffandan; İbn Macə də Əbubəkr İbn əbu Şeybədən, o da Həsən İbn Musa əl-Əşyabdən, ikisi də Hammad İbn Sələmədən bənzər şəkildə rəvayət etmişlər. Muslim də onu Səhihində Aməşdən, o da Suleyman İbn Mushirdən, o da Xarəşə İbn əl-Hur əl- Fəzaridən bu şəkildə rəvəyat etmişdir.