Ey iman gətirənlər! “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və eşidin! Kafirləri üzücü bir əzab gözləyir.

Allahu təalanın mömin qullarını söz və hərəkətlərində kafirlərə bənzəməkdən çəkindirir. Beləki, yəhudilər səhv tapmaq istədikləri kimsə üçün dolayı sözlər istifadə edirdilər. Allahın lənəti onların üzərinə olsun. Bizi dinlə demək istədikləri zaman, “raina” deyərlər, hörmətsizliyi qəsd edirdilər. Necə ki, Allahu təala belə demisdir: “yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyarək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).”(Nisə: 46). Onlardan xəbər verən hədislər də gəlmişdir: Onlar salam verdikləri zaman: A’ssamu aleykum (ölüm üzərinizə olsun) deyərdilər. Sam ölümdür. Bunun üçündür ki, onlara yalnız “va aleykum” deya qarşılıq verməklə əmr olunduq. Bizim onlara bədduamız qəbul olunur, onlarınkı bizə qəbul olunmaz. Burada məqsəd, Allah Təalanın kafirlərə sözdə və hərəkətdə bənzəməkdən çəkindirməsidir. Bu səbəblə belə demişdir: “Ey iman gətirənlər! ‘Bizə qayğı göstər!’– deməyin; ‘Bizə nəzər yetir!’– deyin və eşidin! Kafirləri üzücü bir əzab gözləyir.”

İmam Əhməd belə demişdir: Bizə Ebunnadr Əbdurrəhman bin Sabitdən, o da Hassan bin Atiyyədən, o da Əbu Münib əl-Cüreyşidən, o da İbn Ömər radıyAllahu anhumdan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Mən qiyamət qopmadan az əvvəl bir tək və şəriki olmayan Allaha ibadət edilsin deya qılıncla göndərildim; Ruzim mizrağımın altına qoyuldu. Əmrimə qarşı gələnlərə alçaqlıq və rüsvayçılıq yazıldı. Kim bir qövmə bənzəyarsə onlardandır. Əbu Davud da belə demişdir: Bizə Osman İbn Əbi Şeybə Ebunnadr Haşimdən, o da İbn Qasimdən rəvayət etdi ki, “kim bir qövmə bənzəyarsə onlardandır” dedi. Bunda kafirlərə bənzəməkdə şiddətlə çəkindirmə vardır. Bu da söz, iş, geyim, bayram, ibadət və digər qeyri qanuni şeylərdə etibarlıdır. İbn Əbi Hatim belə demişdir: Bizə atam Nuaym İbn Hammaddan, o da  Abdullah İbn Mubarakdən, o da Misardan, o da İbn Maən ilə Avndan və ya onların birindən rəvayət etdi ki, Abdullah bin Məsudun yanına bir kişi gəldi: Mənə vəziyyət et, dedi. O da belə dedi: Allah Tealanın: Ey iman gətirənlər, dediyini eşitdiyin zaman ona qulaq as; çünki o ya bir xeyir əmr edir və ya bir şərdən çəkindirir. Aməş Heysəmədən belə rəvayət edir ki: Quranda oxuduğunuz “ey iman edənlər” Tövratda: Ey miskinlər, deya keçməkdədir. Muhəmməd İbn İshaqdan: Mənə Muhəmməd İbn Əbi Muhəmməd Səid İbn Cubeyr və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas: raina bizə qulaq ver mənasındadır, demişdir. “İman edənlər, raina deməyin”

Dəhhaqdan, İbn Abbas: “Ey iman gətirənlər, raina deməyin” ayəsində belə demişdir: onlar Rəsulullaha (salləllahu aleyhi və səlləm): bizə qulaq as deyərdilər. Raina eynilə atinə sözü kimidir. İbn Əbu Hatim belə demişdir: Əbu-Aliyə, Əbu Malik, Rəbi İbn Ənəs, Atiyyə əl-Avfi və Qatadədən belə rəvayət edilmişdir. Mucahid də “raina deməyin” sözündə: Müxalif söz deməyin, demişdir. Bir rəvayətdə də: Sən bizə qulaq as, biz də sənə qulaq asaq, deməyin, demişdir. Ata da «Raina «deməyin sözündə: Bu, ənsar ləhcəsi idi, Allah bunu çəkindirdi. Həsən də: Raina deməyin sözündə: Rain lağ edən bir sözdür, demişdir. Allah onlara, Muhəmməd (salləllahu aleyhi və səlləm) sözünə və onları İslama dəvət etdiyi sözlərlə lağ etməyin, dedi. İbn Cureycin də belə dediyi rəvayət edilmişdir. Əbu Sahr da: «Raina deməyin, bizə bax, deyin» sözündə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) üzünü çevirdiyi vaxt ona ehtiyacı olan möminlər, ərina səmaka (bizə qulaq) ver deya səslənirdilər. Allah Təala da bu sözü rəsuluna yaraşdırmadı. Suddi belə demişdir: yəhudi Qaynuqa oğullarından Rifaə İbn Zeyd adında bir kişi, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlir, onunla qarşılaşdığı zaman onunla danışar və: Mənə qulaq as, dinlə, dinləməz olasıca, deyərdi. Müsəlmanlar da Rəsulullahı (salləllahu aleyhi və səlləm) uca tutduğunu zənn edirdilər. Bəzi insanlar alçaltmadan bizi dinlə, dinləməz olasıca deyərdilər. Bu da Nisə surəsindəki kimidir. Allah möminlərə, dərhal, raina deməyin, dedi. Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir.

İbn Cərir belə demişdir: Bu barədə sözün doğrusu budur: Allah Təala möminləri Rəsulullaha bu sözü deməkdən çəkindirdi. Çünki bu sözdən razı deyildi. Bu, Rəsulullah (salləllahu aleyhi və səlləm): Üzümə kərm deməyin, habele deyin  sözünə bənziyir. Köləm deməyin, gəncim deyin və s. sözləri də belədir.

“Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər”: Allah Təala burada əhli kitab və Müşrik kafirlərin şiddətli düşmənçiliklərini bəyan etməkdədir. Möminləri onlara bənzəməkdən məhrum etmişdir ki, aralarında sevgi bağı qalmasın. Bu vaxt möminlərə də Muhəmməd salləllahu əleyhi və səlləm sayəsində tam və mükəmməl bir şəriət ehsan etdiyini xatırlatmış və belə demişdir: “Allah isə mərhəmətini dilədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir”.