Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, ya bölüklərlə, ya da hamınız birgə çıxın.

Allah təala mömin qullarına düşmənlərə qarşı ehtiyatı əldən verməməyi əmr edir. Bu da Allah yolunda edilən çağırışa hazır olan ehtiyatın sayının artırılmasını tələb edir. “Subə́tin” (bölüklər) camaat üstünə camaat, firqə üstünə firqə, birlik üstünə birlik deməkdir. “Subət” “subənin” cəmidir. Bəzən cəmi “subin” şəklində yazılır. Əli ibn əbu Təlhadan rəvayət olunur ki, İbn Abbas: ““fənfiru subə́tin” ayrı ayrı dəstələr halında  səfərə çıxın deməkdir”, demişdir. Və ya “birlikdə” yəni hamınız. Mucahid, İkrimə, Suddi, Qatadə, Dəhhaq, Əta əl-Xorasani, Muqatil ibn Həyyan və Huseyf əl-Cəzəridən də belə rəvayət edilmişdir.

İçərinizdə elələri də var ki, yubandırar” Mucahid və bir çoxları  demişlər: “Bu münafiqlər haqqında nazil edilmişdir”. Muqatil ibn Həyyan demişdir: “Yubandırar” yəni cihaddan geri saxlayar”. Burada özünü və yaxud digərlərini cihaddan yubandırmaq mənası da ola bilər. Necə ki, Abdullah ibn Ubey ibn Səlul -Allah onu rəzil etsin-o cür edərdi, həm özü cihaddan geri qalardı həm də başqalarını yayındırardı. Bu İbn Cureyc və İbn Cəririn fikirləridir. Buna görə də münafiqlər haqqında xəbər edərək demişdir ki, Onlar cihaddan geri qalarlar. “Sizə bir müsibət üz vermiş olduqda” yəni ölüm, şəhidlik və Allahın hikməti ilə məğlubiyyət, “Allah mənə mərhəmət göstərdi ki, mən onların arasında şahidlərdən olmadım” deyər, yəni onlarla bərabər döyüşə getməməsini Allahdan ona nemət olduğunu sayar. Səbr etməkdən və ya öldürüldüyü halda şəhidlikdən itirdiyi savabı dərk etməz.

Əgər Allahdan sizə bir lütf yetişərsə” yəni yardım, qələbə və qənimətlər kimi.  Guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: — yəni sizin dininizdən deyilmiş kimi.  “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” yəni onlarla bərabər mənə də qənimətdən veriləydi. Ən böyük məqsədi də elə budur.

Sonra Allah buyurur: “Allah yolunda vuruşsunlar” yəni orduya çağırılan mömin vuruşsun.  “Axirət qarşılığında dünya həyatını satın alanlar” yəni belələri dinlərini az miqdarda dünya malına satarlar. Bu da onların küfründən və imanının olmamasından irəli gəlir. Sonra Allah buyurur: “Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik” yəni kim Allah yolunda vuruşarsa, istər öldürülsün, istər qalib gəlsin, onun üçün Allah qatında böyük bir savab və dəyərli bir mükafat vardır. Necə ki, iki Səhihdə deyilir: Allah, onun yolunda cihad edənin öldüyü halda Cənnətə girməyinə, qaldığı halda isə evinə əcr və ya qənimətlə qayıtmağına zamindir.