Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun yaxın adamı ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını ki, biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.

Bu kərim ayə, əzəmətli Quranda ən uzun ayədir. İmam Əbu Cəfər İbn Cərir demişdir: Bizə yunus danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə yunus xəbər verdi, o da İbn Şihabdan, o dedi: mənə Səid İbn Müsəyyab danışdı ki, ona gəlib çatana görə Quranın Ərşdən gələn ən yeni hissəsi bu borc ayəsidir.

İmam Əhməd demişdir: Bizə Əffan danışdı, bizə Həmmad İbn Sələmə danışdı, o da Əli İbn Zeyddən, o da yusuf İbn Mihrandan, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: «Borc ayəsi endiyi zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Şübhəsiz ki, ilk inkar edən Adəmdir (aleyhissalam); Həqiqətən, Allah təala Adəmi yaratdıqda onun belinə sığal çəkdi. Sonra ondan qiyamət gününə qədər törəyacək insanları çıxartdı. Daha sonra zürriyyatini Adəmə təqdim etməyə başladı. O da onların içində parlaq bir adam görüb: “Ey Rəbbim, bu kimdir?” — dedi. O da: ”Oğlun Davuddur” — buyurdu. Adəm: ”Ey Rəbbim, onun ömrü nə qədərdi?” – dedi. O da: ”Altmış ildir” – buyurdu. O da: ”Rəbbim onun ömrünü artır” – dedi. O da: ”Xeyr, yalnız sənin ömründən ona artıraram” – buyurdu. Adəmin ömrü min il idi. Ona qırx ilini əlavə etdi. Buna da bir yazı yazdı, mələkləri həmin işə şahid tutdu. Adəmin ölümü gəlib çatdıqda mələklər onun yanına gəldilər. O da: ”Hələ mənim qırx il ömrüm var.” –dedi. Ona: ”Sən onu oğlun Davuda bağışlamısan” – dedilər. O da:”Mən belə bir şey etməmişəm” – dedi. Allah təala da ona yazını göstərdi və mələklər də buna şahidlik etdi.»

Bizə Əsvəd İbn Amr danışdı, o da Həmmad İbn Sələmədən, sonra bunu danışıb əlavə etdi: “Allah, Davud üçün yüz, Adəm üçün isə min il edərək tamamladı.” İbn Əbi Hatim də bunu yusuf İbn Həbibdən, o da Əbu Davud Tayəlisidən, o da Həmmad İbn Sələmədən bu cür rəvayət etmişdir. Bu cox qəribə bir hədisdir. Əli İbn Zeyd İbn Cudənin hədislərində qəbul edilməyacək məsələlər vardır. Bunu Hakim də «Müstədrək» əsərində bənzər şəkildə Haris İbn Əbdurrəhman İbn əbi Zubəbin rəvayəti ilə, Səid əl-Məqburiydən, o da Əbu Hureyrədən; Davud İbn əbu Hind isə, Şabidən, o da Əbu Hureyrədən; Muhamməd İbn Amr yolu ilə, Əbu Sələmədən, o da Əbu Hureyrədən; Hişam İbn Sədin rəvayəti ilə, Zeyd İbn Əsləmdən, o da Əbu Salehdən, o da Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) oxşar olaraq qeyd etmişdir.

Ey iman gətirənlər! Müəyyan bir müddətə bir-birinizə borc verdikdə onu yazın.” Bu, Allah təaladan bəlli bir vədəya qədər müamilə edən mömin qullarına onu yazmaları üçün doğru istiqamət verməsidir. Bu, miqdar və müddətin daha yaxşı qorunmasına və şahidlərin daha düzgün yaddaşlarında saxlamalarına səbəb olsun. Ayənin axırında buna diqqət cəlb edilərək buyurulmuşdur: “Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəya düşmə ehtimalında daha aşağıdır.” Sufyan Səvri demişdir: İbn əbu Nəcihdən, o da Mucahiddən, o da İbn Abbasdan “Ey iman gətirənlər! Müəyyan bir müddətədək bir-birinizə borc verdikdə onu yazın.” ayəsi barədə demişdir: «Müddəti bilinməyan borclar haqqında endi.»

Qatadə demişdir:  Əbu Hassan Əl-Əracdan, o da İbn Abbasdan onun belə dediyini rəvayət edir: “Şahidlik edirəm ki, müəyyən bir müddətə qədər zəmanət verilən vədəli satışı Allah təala halal etmiş və ona icazə vermişdir”, sonra da “Ey iman gətirənlər! Müəyyan bir müddətə bir-birinizə borc verdikdə onu yazın.” ayəsini oxudu. Bunu Buxari rəvayət etmişdir.

İki Səhihdə, Sufyan İbn Üyeynədən, o da İbn Əbi Nəcihdən, o da Abdullah İbn Kəsirdən, o da Əbu Minhəldən, o da İbn Abbasdan onun belə dediyini rəvaət etmişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinəyə gələndə, onlar meyvələrdən bir il, iki il, üç il qədər əvvəlcədən pay verirdilər. Buna görə də Rəsulullah (salləllahu aleyhi və səlləm) : “Kim belə bir iş tutarsa, müəyyən bir miqdarda, müəyyən bir çəkidə və müəyyən bir müddətə etsin” – buyurdu.

“Onu yazın.” Bu, Allah təalədən işi möhkəm tutmaq və unutmamaq üçün yazmaq əmridir. Əgər deyilsə ki, İki Səhihdə Abdullah İbn  Ömərdən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: «Biz yazıb-oxumaq bilməyən bir ümmətik. yazmarıq, hesablama aparmarıq.» Bununla yazma əmri necə uzlaşır? Cavab belədir: «Din əsas etibari ilə əsla yazıya möhtac deyildir. Çünki Allah Kitabı asanlaşdırmış və onu əzbərləməyi insanlara asan etmişdir. Sünnələr də Rəsulullahdan (salləllahu aleyhi və səlləm) qorunaraq gəlmişdir. Allahın yazılmasını əmr etdiyi şeylər insanlar arasında baş verən cüzi şeylərdir. Bu səbəbdən yazmaqları vacib olaraq deyil, mübah olaraq əmr edilmişdir. Necə ki, bəziləri belə demişdir.

İbn Cureyc demişdir: «Kim borc götürərsə, yazsın. Kim bir şey alarsa, şahid tutsun.» Qatadə demişdir: «Bizə rəvayət edildiyinə görə Əbu Süleyman Əl-Məraşi, Kəb ilə dostluq etmişdi. Bir gün o dostlarına: “Allaha dua edən lakin duası qəbul olunmayən məzlum haqqında bilirsiz?” – dedi.  Onlar da: “Bu necə olur?” – dedilər. O dedi: “Bir adam müəyyən bir müddətə qədər bir şey satar, amma buna şahid tutmaz və  yazmaz.» Vədə yetişəndə qarşı tərəf bunu inkar edər. O da Rəbbinə dua edər. Lakin O ona cavab verməz. Çünki o, Rəbbinə asilik etmişdir.”

Əbu Səid, Şabi, Rəbi İbn Ənəs, Həsən, İbn Cureyc, İbn Zeyd və digərləri demişlər: ”Bu iş vacib idi sonradan “Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın” (Əl-Bəqəra 283) ayəsi ilə nəsx edildi. Bunun bir dəlili də, bizdən əvvəlkilərin şəriəti barədə rəvayət edilən hədisdir ki, bizim şəriətimiz də bunu iqrar etmiş və yazmamağı və şahid tutmamağı inkar etməmişdir. İmam Əhməd demişdir: Bizə yunus İbn Muhamməd danışdı, bizə Leys danışdı, o da Cəfər İbn Rəbiədən, o da Əbdurrəhman İbn Hürmüzdən, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etdi ki, o, İsrail oğullarından olan bir adamdan bəhs etdi. Həmin kişi birindən min dinar borc istədi, o da: «Şahidlərini gətir onları şahid tutum» – dedi. O da: «Şahid olaraq Allah kifayət edər» – dedi. Adam dedi: «Zamin gətir.» Kişi: «Zamin olaraq Allah kifayət edər.» – dedi. O dedi: «Doğru dedin.» Sonra ona müəyyən bir müddətə qədər borc verdi. Alan adam dənizlə səfər çıxdı. İşlərini bitirdikdən sonra borcunu dediyi vaxtda ödəmək üçün bir gəmi axtardı, amma tapa bilmədi. Sonra bir kötük aldı, onun içini oydu, min dinarı onun içinə qoydu, yanına bir yazı da əlavə etdi, sonra onu surğucladı. Sonra onu götürüb dənizin yanına gəldi və dedi: «Allahım sən bilirsən ki, mən filankəsdən min dinar borc aldım, o da məndən zamin istədi, mən də: «Zamin olaraq Allah kifayət edər» – dedim. O da razı oldu. Məndən şahid istədi. Mən də: “Şahid olaraq Allah kifayət edər” – dedim. O da buna razı oldu. Mən də pulu ona göndərmək üçün bir gəmi tapmaq istədim, amma gəmi tapa bilmədim. İndi onu sənə əmanət edirəm deyib, kötüyü dənizə atdı. O da sulara qərq oldu. Sonra geri dönüb öz ölkəsinə gedən bir gəmi axtardı. Pulu verən adam da, bəlkə malını gətirən gəmini tapmaq ümidi ilə dənizin sahilinə çıxdı. İçində pulun olduğu ağacı gördü. Onu odun kimi evinə apardı. yaranda içərisində malı və yazını gördü. Sonra borc alan adam gəlib ona min dinar gətirdi və: ”And içirəm ki, pulu vaxtında vermək üçün bir gəmi tapmağa çalışdım, lakin indi gəldiyimdən başqasını tapa bilmədim” – dedi. Mal sahibi soruşdu: ”Sən mənə nəsə göndərmisən?” Adam dedi: “Sənə gələn bir gəmi tapa bilmədiyimi demədimmi?” O da: “Allah ağacla göndərdiyin pulla borcunu ödədi. Sən dürüst biri olaraq min dirhəminlə geri dön.” – dedi. Bu səhih sənəddir. Onu Buxari öz Səhihinin yeddi yerində qətilik bildirən formada və səhih yollarla müəlləq isnadla rəvayət etmişdir. O demişdir: «Leys İbn Səd dedi…» sonra qeyd etmişdir. Deyildiyinə görə bəzi yollarda, Leysin katibi Abdulla İbn Salehdən, o da ondan nəql edir.

“Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin.” yəni, qəsdsiz və həqiqi şəkildə olduğu kimi yazsın. yazısında heç kimə haqsızlıq etməsin. yalnız razılaşılan şeyləri yazsın. Nə əlavə etsin, nə də azaltsın. “Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır.” yəni, yaza bilən adam insanlar ondan yazmasını istədikdə, imtina etməsin. Onun üçün bu işdə bir zərurət yoxdur. Necə ki, Allah ona bilmədiyini öyrətdi. yazı yaza bilməyənə bir sədəqə olaraq bunu etsin. Necə ki, hədisdə gəlmişdir: «İşi bilənə yardım etmək və ya bilməyənə iş görmək sədəqədən sayılır.» Başqa bir hədisdə buyurulur: «Kim bildiyi bir elmi gizlədərsə, Allah qiyamət günü onun ağzına alovdan bir yüyan vurar.»

Mucahid ilə Əta: «Katibin yazması vacibdir» – demişlər. “borc alan da (borcunu) diktə etsin, Rəbbi olan Allahdan qorxsun” yəni, borclu öhdəsində olanı katibə diktə etsin və bu haqda Allahdan qorxsun. “borcdan heç nə əskiltməsin” yəni, onda heç bir şeyi gizləməsin. “Əgər borc alan səfehdirsə” israfçılıq və ya başqa səbəblərə görə məhdudiyyat qoyulubsa  “və ya zəifdirsə” yəni, azyaşlı və ya dəlidirsə, “və yaxud diktə etdirməya qadir deyilsə” ya danışıq qabiliyyatində qüsur olmasına, ya da doğru yeri səhvindən ayıra bilməməsinə görə “qoy onun himayəçisi ədalətlə diktə etsin”.

“Aranızdakı kişilərdən iki nəfəri şahid tutun”. Bu, yazını möhkəmləndirmək məqsədi ilə şahid tutmaq əmridir. “Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi və iki qadın şahidlər olsun ki,” Bu da ancaq mallarda və mallarla əlaqədar məsələlərdə olur. İki qadının bir kişi yerinə götürmək qadının ağlının əskikliyinə görədir. Necə ki, Müslim Səhihində demişdir: Bizə Quteybə danışdı, bizə İsmayıl İbn Cəfər danışdı, o da Amr İbn Əbi Amrdan, o da Maqburidən, o da Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Ey qadınlar, çoxlu sədəqə verin və çoxlu istiğfar edin. Çünki sizin cəhənnəmdə çoxluq təşkil etdiyinizi gördüm.” Qadınların arasından dilavər bir qadın: “Ey Allahın Rəsulu, niyə biz Cəhənnəmdə çoxluq təşkil edirik?” – dedi. O da: “Çox lənət edirsiniz və ərlərinizə qarşı da nankorluq edirsiniz. Ağlı və dini əskik olan sizlərdən birinin ağlı başında olan bir kişini üstələməsini mən heç görmədim.” – dedi. Qadın: “Ey Allahın Rəsulu, ağlının və dininin əskikliyi nədir?” – dedi. O buyurdu: ”Ağlının əskik olması, iki qadının şahidliyinin bir kişinin şahidliyinə bərabər olmasındadır. Bu ağlının əskikliyini göstərir. Qadın heyz müddətində günlərlə gözləyar, namaz qılmaz və Ramazanda oruc tutmaz. Məhz dininin də əskikliyi budur.”

“razı olduğunuz… şahidlər olsun ki,” bunda şahidlik zamanı adilliyin şərt olmasına sübut vardır. Bu da qeydlidir. Şafi Quranda şərt qoyulmadan ümumi şəkildə söylənilən şahidlik barədə bütün əmrlərin belə olduğuna hökm etmişdir. Vəziyyəti naməlum olan şahidi rədd edən də bunun üçün adil və razı qalınacaq şahidin olmasını dəlil gətirən də bu ayədən sübut kimi istifadə etmişdir.

“onların ikisindən biri çaşdıqda” yəni, iki qadından biri şahidliyi unutduqda “ikisindən biri digərinin yadına salsın” yəni, bu barədə şahidliyi xatırlayər, deməkdir. Buna görə də başqaları da şəddəli şəkildə «fətuzəkkirə» oxumuşlar. Həmin söz «ət-tizkər» sözündən götürülmüşdür. Kimisi də: «Onun o biri qadınla birlikdə şahidliyi onu kişinin şahidliyi kimi edər» demişdir ki, bu doğru fikirdən çox uzaqdır. Düzgün olan birincisidir. Allah daha biliklidir.

«Şahidlər çağırıldıqda boyun qaçırmasınlar.» Belə deyilmişdir: «Şahidlik məsuliyyatini götürmələri üçün çağırıldıqları zaman getməkləri vacibdir.» Bu, Qatadə ilə Rəbi İbn Ənəsin sözüdür. Necə ki, “Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır.”  kəlamında buyurulur. Buradan belə nəticə çıxarılır ki, şahidlik məsuliyyatini götürmək fərzi kifayədir. Bunun cumhurun rəyi olduğu da söylənilir. “Şahidlər çağırıldıqda boyun qaçırmasınlar.” kəlamında məqsəd, şahidlik etmələri üçün deməkdir. Çünki şahidlər sözü həqiqi mənada istifadə edilmişdir. Şahid həqiqətən də bu məsuliyyati daşıyandı. Bununla yanaşı onu əda etmək üçün dəvət edildikdə, əgər ondan başqa adam yoxdursa, getməyi vacibdir. Əks halqa fərzi kifayədir. Allah daha biliklidir.

Mucahid, Əbu Micləz və bir çoxları demişlər: «Şahidlik üçün dəvət edildiyin zaman sərbəstsən; hadisəya şahid dayənmısansa və sonra çağırıldıqda get.» Səhih Müslimdə və Sünənlərdə Malik yolu ilə, o da Abdullah İbn Əbubəkr İbn Muhamməd İbn Amr İbn Həzmdən, o da atası Abdullah İbn amr İbn Osmandan, o da Abdurrahmən İbn əbu Umradan, o da Zeyd İbn Xaliddən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Sizə şahidlərin ən xeyirlisini xəbər verimmi? O, istənilmədən öncə şahidliyini yerinə yetirəndir.» İki səhihdə varid olan digər bir hədisdə deyilir: «Sizə şahidlərin ən pisini xəbər verimmi? O, şahidliyi tələb olunmadan öncə şahidlik edənlərdir.» Həmçinin: «Sonra bir qövm gələr ki, andları şahidliklərini qabaqlayər. Şahidlikləri də andlarını qabaqlayər.» rəvayətində də belədir. Bir rəvayətdə buyurulur: «Sonra bir qövm gələr, istənilmədiyi halda şahidlik edərlər». Bunlar da yalançı şahidlərdir. İbn Abbas ilə Həsən Bəsridən, bunun hər iki halı yəni, məsuliyyat daşımaq və əda etmək hallarını əhatə etdiyi də rəvayət edilmişdir.

“Kiçik və ya böyük olsa, onun vaxtını yazmaqdan bezməyin.” Bu da irşadı tamamlamaqdır. Belə ki, kiçik və ya böyük olmasına rəğmən haqqı yazmaq barədə əmridir. Buyurur: “bezməyin.” yəni, az olsun və ya çox olsun, hər halda və vəziyyətdə haqqı vədəsinə qədər yazmağa ərinməyin.

Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəya düşmə ehtimalında daha aşağıdır.” yəni, sizə əmr etdiyimiz bu haqqı yazmaq hadisəsi əgər vədəlidirsə, bu «Allah qatında daha ədalətli» yəni, daha adil şəkildədir. “şahidlik üçün daha düzgün” yəni, yazısını görərək şahidliyi xatırlayərsa, daha sabit olar. Çünki yazmadığı təqdirdə unutmaq ehtimalı var. Necə ki, əksər hallarda belə olur. “şübhəya düşmə ehtimalında daha aşağıdır.” şübhənin olmamasına daha yaxındır. Belə ki, mübahisə zamanı yazdığınız yazıya müraciət edərsiniz. Heç bir şübhəya yer qalmadan mübahisəni həll edərsiniz.

“yalnız aranızda dövr edən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir.” yəni, alış-veriş nağd əlbəəl olarsa, yazmamanın bir qorxusu yoxdur. Çünki onu etməməkdə olan təhlükə ortadan qalxmışdır.

Alış-verişdə şahid tutmağa gəlincə, Allah təala buyurur: ”Alver etdikdə şahid tutun.” İbn Əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, mənə yəhya İbn Abdulla İbn Bukeyr danışdı, mənə İbn Ləhiya danışdı, mənə Əta İbn Dinar danışdı, o da Səid İbn Cubeyrdən nəql edir ki, o, Allah təalanın ”Alver etdikdə şahid tutun.” kəlamı haqqında demişdir: «yəni, müddətli olsa da olmasa da hər halda haqqınıza şahid tutun.” O demişdir: «Cabir İbn Zeyd, Mucahid, Əta və Dəhhakdan da belə rəvayət edilmişdir.»

Şabi ilə Həsən də: «Bu əmr, “əgər birbirinizdən əminsinizsə özünə güvənən əmanətini yerinə yetirsin” (Əl-Bəqərə, 283) ayəsi ilə nəsx edilmişdir» – demişlər.

Bu əmr cumhura görə vacib deyil, irşad və müstəhəb növündəndir. Dəlil də Xüzeymə İbn Sabit əl Ənsarinin nəql etdiyi hədisdir. Bunu imam Əhməd rəvayət etmiş və demişdir: Bizə Əbu-yamən danışdı, bizə Şueyb danışdı, o da Zuhridən, mənə Umarə İbn Xüzeymə əl-Ənsari danışdı ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabından olan əmisi ona belə danışmışdı: Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir bədvidən bir at satın aldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) atın pulunu vermək üçün bədəvidən onu ardınca gəlməsini xahiş etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sürətlə, bədəvi isə yavaş yeridi. Bəzi adamlar bədəvinin yolunu kəsib atı üçün onunla sövdələşmə etməyə başladılar. Onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) o atı aldığını bilmirdilər. Axırda bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) verdiyi qiymətdən daha çox qiymət verdi. Bədəvi də Peyğəmbərə (salləllahu aleyhi və səlləm) səslənib: «Əgər bu atı alacaqsansa al, yoxsa mən onu satdım» – dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bədəvinin səsini eşidib: “Onu mənə satmamışdın?” – dedi. O da: “Xeyr, VAllahi, mən sənə satmadım” – dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: “Xeyr, mən artıq onu səndən almışam” – dedi. İnsanlar, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ilə bədəvinin ətrafına toplaşmağa başladılar, o ikisi qarşılıqlı danışırdılar. Bədəvi: “Sənə satdığıma dair şahid gətir” – dedi. Müsəlmanlardan kim gəlirdisə bədəviya: «Vay sənin halına! Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalnız haqqı söyləyir.» – deyirdilər. Hətta Xüzeymə də gəlib Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və bədəvinin qarşılıqlı dediklərini dinlədi. Bədəvi deyirdi: “Haydı, sənə satdığıma dair şahidlik edəcək bir şahid gətir.” Xuzeymə dedi: “Ona satdığına dair mən şahidlik edirəm.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) Xüzeyməya tərəf üzünü tutub dedi: “Nə ilə şahidlik edəcəksən.” O da: “Ey Allahın Rəsulu, səni təsdiq etməklə” – dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də Xüzeymənin şahidliyini iki kişinin şahidliyi yerinə saydı.

Bunu Əbu Davud da Şuayb hədisindən, Nəsai də Muhamməd İbn Vəlid əz-Zəbiri rəvayətindən, ikisi də Zuhridən buna bənzər şəkildə rəvayət etmişdir.

Ancaq ehtiyatlı şahidliyin olmasındadır. Çünki iki hafiz imam Əbubəkr İbn Mərduveyh ilə Hakim öz Müstədrəkində, Muaz İbn Muaz əl Ənbəridən, o da Şubədən, o da Firasdan, o da Şabidən, o da Əbu Burdədən, o da Əbu Musadan olan rəvayətinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Üç nəfər Allaha dua edirlər, amma duaları qəbul olunmur. Pis əxlaqı olan qadını boşamayən kişi, həddi-buluğa çatmamış yetimə onun malını verən adam, birindən borc aldığı zaman şahid tutmayən adam.» Sonra Hakim demişdir: «Sənədi səhihdir, iki şeyxin şərtlərinə uyğundur.» O demişdir: «Buna baxmayəraq Şubənin dostlarının bu hədisi Əbu Musada dayəndırmalarına görə təxric etməmişdirlər. Onlar ancaq Şubənin “Üç nəfər vardır ki, onların mükafatları ikiqat verilər” hədisinin isnadı üzərində ittfaq etmişlər.

“Amma katibə və şahidə zərər verilməməlidir” Mənası belədir: Nə katib, nə də şahid zərər vurmasın. Ola bilər ki, biri diktə edilənin tərsini yazsın, o biri isə eşitdiyinin tərsinə şahidlik etsin və ya tamamilə gizlətsin. Bu Həsən, Qatadə və digərlərinin rəyidir. Belə də deyilmişdir: «Bunun mənası, onlara zərər verməməli olmasıdır.» İbn Əbi Hatim demişdir: Bizə Useyd İbn Asim danışdı, bizə Hüseyn yəni, İbn Hafs danışdı, bizə Sufyan, o da yəzid İbn əbi Ziyaddan, o da Miqsəmdən rəvayət etdi ki, İbn Abbas “Amma katibə və şahidə zərər verilməməlidir” ayəsi barədə demişdir: «Bir adam gələr, onların ikisini yazmağa və şahidliya çağırar. Onlar da indi vaxtımız yoxdur deyarlər. O da deyar: «İkinizə də bunu etmək əmr olunubdur.» Burada, onlara zərər vurmağa haqqı yoxdur.

Sonra belə demişdir: İkrimə, Mucahid, Tavus, Səid İbn Cubeyr, Dəhhaq, Atiyyə, Muqatil İbn Həyyan, Rəbi İbn Ənəs, Suddi və digərlərindən də bu cür rəvayət edilmişdir.

Əgər etsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır.” yəni, əmr edildiyiniz şeya müxaliflik edər və ya qadağan olunmuş işi etsəniz, bu sizin üçün fasiqlik sayılır. yəni, sizə yapışar, bir daha ondan yaxanızı qurtara bilməzsiniz, deməkdir. «Allahdan qorxun» yəni, Ondan xoflanın, Onu gözdən uzaq tutmayın, əmrinə tabe olun, qadağasını tərk edin, deməkdir. “Allah da sizi öyrətsin” Necə ki, buyurulur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər.” (Əl-Ənfal, 29); «Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər.» (Əl-Hədid, 28). 

Allah hər şey barədə bilir” yəni, o işlərin həqiqətini, xeyirlərini və nəticələrini bilir. Ona heç bir şey gizli qalmaz. Onun elmi bütün varlığı əhatə etmişdir.