Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və natəmiz olduğunuz halda, – yolda olan istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.

Allah Təala mömin qullarını sərxoş ikən, namaz vaxtı nə dediyini bilənə qədər namazdan və cunub halında namaz məscidlərə yaxınlaşmağı qadağan etdi. Yalnız oturmadan, bir qapıdan girib digərindən çıxmağı istisnadır.

Bu içkinin qadağasından əvvəl idi, necə ki, Bəqərə surəsində deyilir: “Səndən sərxoşedici və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır» (Bəqərə, 219). Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu Ömərə oxudu, o da dedi «Allahım bizə içki barəsində tədricən açıqlama, et”. Bu ayə nazil olanda onu da oxudu, o da dedi: «Allahım bizə içki barəsində tədricən açıqlama, et”. O zaman namaz vaxtı içki içmirdilər. «Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici də, qumar da, dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz son qoyacaqsınızmı?» (Maidə, 90, 91) ayələrini nazil etdi. Ömər də dedi: “Son verdik, son verdik”.

İsrailin, Əbu İshaqdan, Amr ibn Şurahbildən, Ömər ibn Xəttabdan, rəvayəti belədir: Nisə surəsindəki “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın” ayəsi nazil oldu. Rəsulullahın (salləllahu aleyhi və səlləm) carçısı, “içkili namaza yaxınlaşmayın” deyə elan edərdi. Bu Əbu Davudun mətnidir.

İbn əbu Şeybə bu ayənin nazil olmasına dair İbn əbu Hatimin bu hədisini zikr etmişdir: “Bizə Yunus ibn Həbib danışdı, bizə Əbu Davud danışdı, bizə Şubə danışdı, mənə Simak ibn Harb danışdı, Musab ibn Səddən eşitdim, o da atasından, dedi: “Dörd ayə mənim haqqımda endi. Ənsarlardan biri yemək hazırladı, Mühacir və Ənsarlardan adamlar çağırdı. Yedik, içdik və nəhayət sərxoş olduq. Sonra öyünməyə başladıq. Bir adam yerdən dəvə sümüyünü götürdü, Sadın burnunu onunla yırtdı. Sadın burnunda yırtıq qaldı”. Bu içki qadağasından əvvəl idi. Bunun üzərinə “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın” ayəsi nazil oldu. Müslimdə Şubə rəvayətindən daha ətraflı rəvayət olunur. İbn Macədən başqa Sünən sahibləri Simak ibn Harbdan belə rəvayət etmişlər.

Başqa bir səbəb; İbn əbu Hatim demişdir: ”Bizə Muhəmməd ibn Ammar danışdı, bizə Əbdürrəhman ibn Abdullah Dəştəki danışdı, bizə Əbu Cəfər danışdı, o da Əta ibn Səibdən, Əbu Əbdürrəhman əs-Suləmidən, Əli ibn Əbu Talibdən, o dedi: “Əbdürrəhman ibn Avf yemək hazırladı. Bizi dəvət etdi və biz içdik. İçki bizi tutdu, namaz vaxtı gəldi, birini önə verdilər və o oxudu: “Qul yə əyyuhəl kəfirun abudu mə tabudun və nəhnu nəbuddu mə təbudun”. Allah, təala « Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın» ayəsini nazil etdi. Bunu İbn əbu Hatim belə rəvayət etmişdir. Tirmizi bunu Abd ibn Humeyddən, Abdurrahman Dəştəkidən belə rəvayət etmişdir və həsən, səhihdir, demişdir.

İbn Cərir onu Muhəmməd ibn Bəşərdən, Muhəmməd ibn Mehdidən, Sufyan Səvridən, Əta ibn Saibdən, Əbu Əbdürrəhmandan, Əlidən rəvayət etmişdir. Əli, Əbdürrəhman ibn Avf və başqa bir adam içki içdilər, Əbdürrəhman ibn Avf onlara namaz qıldırdı, «qul yə əyyuhəl kəfirun» surəsini oxudu (Kəfirun, 1). Qarışdırdı. Bunun üzərinə “Sərxoş ikən namaza yaxınlaşmayın” ayəsi endirildi. Bunu Əbu Davud və Nəsai, Səvridən rəvayət etmişlər.

Bunu yenə İbn Cərir, İbn Humeyddən, Cərirdən, Ətadan, Əbu Əbdürrəhman əs-Suləmidən rəvayət etmişdir. Deyir ki: “Əli bir neçə səhabə ilə Əbdürrəhman ibn Avfın evində idi. Yeyib-içdilər. Bu içki qadağasından əvvəl idi. Namaz vaxtı gəldi, Əlini qarşılarına çəkdilər və o, onlara «qul yə əyyuhəl kəfirun» ayəsini oxudu. Düzgün oxuya bilmədi. Bunun üzərinə Allah “Sərxoş ikən namaza yaxınlaşmayın” ayəsini endirdi.

Sonra İbn Cərir dedi: “Mənə əl-Musənna danışdı, mənə Həccac ibn Minhal danışdı, bizə Hammad, o da Ata ibn Səibdən, Abdullah ibn Həbibdən, yəni Əbu Əbdürrəhman əs-Suləmidən rəvayət etmişdir: “Əbdürrəhman ibn Avf yemək-içmək hazırladı. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən bir neçə nəfəri dəvət etdi və onlara axşam namazını qıldırdı. Kəfirun surəsini səhv oxudu: “Qul yə əyyuhəl kəfirun lə əbudu mə təbudun və əntum əbidunə mə əbud və ənə əbidun mə əbəttum, ləkum dinukum vəliyə din”. Allah təala bu ayəni nazil etdi: « Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın«.

İçki qadağan olunmazdan əvvəl, bəziləri sərxoş halında namaza gələrdilər və Allah təala: «Sərxoş ikən namaza yaxınlaşmayın» dedi. İbn Cərir rəvayət etmişdir, Əbu Rəzin ilə Mucahiddə belə demişlər.

Əbdurrəzzaq Qatadədən demişdir: “Onlar, namaz vaxtı gələndə sərxoş olmaqdan çəkinirdilər, sonra içkinin haram olunması ilə aradan qalxdı”. Dəhhaq, «Sərxoş ikən namaza yaxınlaşmayın» ayəsindəki sərxoşluğu, içki deyil, yuxu sərxoşluğu olduğunu söylədi. Bunu da İbn Cərir və İbn əbu Hatim rəvayət etmişlər. Sonra İbn Cərir demişdir: Həqiqətən, içki sərxoşluğudur. Söz başa düşməyən sərxoşlara müraciət edilmədi, çünki o dəli hökmündədir. Ancaq təklifi başa düşən məst olan şəxsə xitab edilir. Onun dediklərinin xülasəsi budur. Bir çox üsul alimləri demişlər: Müraciət, sözü anlayana edilir, ona nə deyildiyi  bilməyənlərə deyil. Çünki anlamaq təklifin şərtidir.

Belə də deyilmişdir: Buradakı sərxoşluq tamamilə tərk etmə mənasında da qəbul edilə bilər. Çünki onlar gecə-gündüz beş dəfə namazda olurlar. Buna görə içənlər namazlarını vaxtında qıla bilməzlər. Buna görə bu ayə, “Ey iman gətirənlər, Allahdan haqqı ilə qorxun və yalnız müsəlman olaraq ölün” ayəsinə bənzəyir (Ali-İmran, 102). Bu da müsəlman olaraq ölmək üçün itaətdə davamlı olmağın gərəkliyini bildirir.

«Dediyinizi anlayana qədər«, bu sərxoşun ən yaxşı tərifidir: Sərxoş nə dediyini bilməyənin biridir. Çünki içki içən adam oxumağı qarışdırır, onu yaxşı başa düşə bilmir, xuşu ilə özünü toplaya bilmir.

İmam Əhməd demişdir: “Bizə Abdussaməd danışdı,, bizə atam danışdı, bizə Əyyub danışdı, o da Əbu Qilabədən, Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Əgər birinizin namaz qılarkən yuxusu gəlsə, dediyini anlayana qədər yatsın”. Bunu yalnız Buxari təxric etmişdir, Muslim deyil, Nəsai bunu Əyyubun hədisindən nəql etmişdir. Hədisin bəzi variantlarında “Bəlkə istiğfar edim deyərək özünü qınayar” deyilir.

«Yolda olan istisna olmaqla – qüsl edənədək«. İbn Əbu Hatim dedi: “Bizə Muhəmməd ibn Ammar danışdı, bizə Əbdürrəhman Dəştəki danışdı, bizə Əbu Cəfər ər-Razi danışdı, o da Zeyd ibn Əsləmdən, Əta ibn Yasərdən, İbn Abbasın «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Cənabət halında məscidə girməyin, ancaq müsafir olmağınız istisnadır, yəni oradan keçməyiniz xaric, orada oturma”. Abdullah ibn Məsud, Ənəs, Əbu Ubeydə, Səid ibn Musəyyəb, Əbudduha, Əta, Mucahid, Məsruk, İbrahim Nəxai, Zeyd ibn Əsləm, Əbu Malik, Amr ibn Dinar, Həkəm ibn Uteybə, Ikrimə, Həsən Bəsri, Yəhya ibn Said Ənsari, İbn Şihab və Qatadə belə dedilər.

İbn Cərir demişdir: “Bizə Əl-Musənna danışdı, bizə Əbu Salih danışdı, bizə Leys danışdı, bizə Yəzid ibn əbu Həbib danışdı, o, «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsi barəsində belə demişdir: «Ənsardan bəzilərinin qapıları məscidə açılırdı. Cənabət halında olardılar, yanlarında su olmazdı, suya gedərkən məsciddən başqa bir keçidləri də olmazdı. Buna görə də Allah təala buyurdu: «Yolda olan istisna olmaqla – qüsl edənədək«. Yəzid ibn əbu Həbibin dediyini Səhih əl-Buxari də olan bu hədis təsdiqləyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Əbu Bakrın qapısı istisna olmaqla, Məscidə açılan bütün qapıları bağlayın”. Bu sözləri ömrünün sonunda söylədi, çünki Əbu Bakrın (radiyallahu ənh) onun işinin davamçısı olacağını bilirdi. Müsəlmanların vacib işlərinə görə məscidə tez-tez girməyə məcbur olacağını bilirdi. Buna görə, onun qapısı istisna olmaqla, məscidin qapılarının bağlanmasını əmr etdi. Allah Əbu Bakrdan razı olsun. Bəzi Sünənlərdə keçən rəvayətlərə görə, Əlinin qapısı xaric deyilmişdir, bu da yanlışdır. Doğrusu, Səhihdə sabit olduğu kimidir.

Bir çox alim bu ayəni cənabət halında məsciddə oturmasına haram olduğunu, keçib getməsinin icazəli olduğuna dəlil gətirmişlər. Beləliklə, heyz və doğuş da cənabət hökmündədirlər. Bəziləri, çirklətmək ehtimalına görə keçməyin qadağan olduğunu söylədilər. Bəziləri isə belə dedilər: Keçdikdə çirklətməyəcəyinə əmin olduqları təqdirdə, keçmək icazəlidir. Səhih Muslimdə sabit olduğuna görə, Aişə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Mənə səccadəni məsciddən uzat». Mən, heyzli olduğumu dedim. O da dedi: “Heyz əlində deyil”. Onun Muslimdən də bənzər rəvayəti vardır. Burada heyzlinin məsciddən keçməyə icazəli olduğuna dair bir işarə var. Doğuşda ora daxildir. Allah ən doğrusunu biləndir.

Əbu Davud Əflət ibn Xəlifə  əl-Əmirinin hədisindən rəvayət etdi, o da Cisrə ibn Dəcacədən, o da Aişədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Məscidi heyzliyə və cunubluya halal etmərəm”. Əbu Müslim əl-Xəttabi də belə demişdir: “Camaat bu hədisi zəif gördü və Əflət naməlumdur”. Ancaq onu İbn Macə Əbu Xəttab əl-Həcərinin hədisindən rəvayət etmişdir, o da Məcduh əz-Zuhalidən, o da Ummu Sələmədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir. Əbu Zura ər-Razi dedi: “Cisrə Ummu Sələmədən rəvayət etdi, deyirlər, əslində, Cisrə Aişədən rəvayət etdiyi şəklindədir”. Əbu İsa ət-Tirmizi, Səlim ibn Hafsadan, Atiyyədən, Əbu Səid əl-Xudridən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Ey Əli, bu məsciddə, mən və səndən başqa heç kimə cənabətli halda olmaq halal deyildir”. Bu zəif hədisdir, sabit deyil. Çünki bu Səlim, tərk edilmiş şəxsdir. Şeyxi Atıyyə də zəifdir. Allah ən doğrusunu biləndir.

Ayə ilə eyni mənada olan Başqa bir hədisdə, İbn Əbu Hatim demişdir: Bizə Munzir ibn Şazan danışdı, bizə Ubeydullah ibn Musa danışdı, mənə İbrahim İbn Leylə xəbər verdi, o da Zir ibn Hubeyşdən, Əlinin «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Namaza yaxınlaşmaz, ancaq səfərdə və cunublu olmağımız istisnadır. O vaxt su tapmasa namaz qılır”. Sonra bunu başqa bir yoldan, Amrdan, Zərdən, Əli ibn əbu Talibdən nəql edərək qeyd etmişdir. Deyir ki: “Rəvayətlərin birində eyni şəkildə İbn Abbasdan, Səid ibn Cubeyrdən və Dəhhakdan rəvayət edilmişdir”. Bunu İbn Cərir Vəkinin hədisindən, İbn əbu Leylədən, Minhaldan, Abbad ibn Abdullahdan və ya Zir ibn Hubeyşdən, Əlidən rəvayət etmişdir. Bunu Avfi və Əbu Micləsin yolundan, İbn Abbasdan rəvayət etmişdir.

Səid ibn Cubeyrdən, Mucahiddən, Həsən ibn Muslimdən, Hakim ibn Uteybədən, Zeyd ibn Əsləmdən, oğlu Əbdürrəhmandan da eynisi rəvayət edilmişdir. İbn Cureyc, Abdullah ibn Kəsirin yolundan belə rəvayət etmişdir: Biz bunun səfər haqqında deyildiyini eşitmişik. Bunun dəlili aşağıdakı hədisdir: İmam Əhməd və Sünən sahibləri Əbu Qilabədən rəvayət etdilər, o da Amr ibn Bucdandan, o da Əbu Zərrdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Təmiz torpaq müsəlmanın təharət vasitəsidir. On ildir su tapa bilməsə də, onunla namaz qılar. Su tapdıqda, onu dərinə toxundur. O xeyirlidir.

Sonra, hər iki görüşü çatdırdıqdan sonra, İbn Cərir demişdir: «Yolda olan istisna olmaqla – qüsl edənədək«, insanların ən doğru görüşü, oradan keçdiklərini söyləyənlərdir. Çünki səfərdə olub su tapa bilməyən cunublunun hökmü “Əgər xəstə və ya səfərdə olsanız” ayəsində bildirilmişdir. Buna görə də, «Yolda olan istisna olmaqla – qüsl edənədək» ayəsində müsafir qəsd edilsə idi, “Əgər xəstə və ya səfərdə olsanız” deməyin mənası olmazdı. Çünki bunun hökmü yuxarıda keçmişdi. Ayənin açıqlaması belədir: Ey iman gətirənlər, sərxoş olduqda, söylədiyinizi bilənə qədər məscidlərdə namaz qılmayın və cunublu halda, keçməyə ehtiyac olmasa, qusul alana qədər oraya yaxınlaşmayın. Deyir ki: “Ayədə keçən “əbiri səbilin” yoldan keçən və onu qət edəndir. Buna görə də, “əbərut tariqə fiinə əbəruhu əbrən və uburən və əbərə fulənun ən- nəhrə” deyilir ki, çayı keçməkdir. Eyni məqsədlə səfərə davamlı olan dəvəyə, yolu qüvvətlə qət etdiyinə görə “əbrul əsfər” deyilir.

İbn Cəririn müdafiə etdiyi bu mübahisə cumhurun rəyidir, ayənin zahiri mənası da budur. Sanki Allah namazın məqsədinə zidd olan halda, namaz qılmağı və uyğun olmayan durumda namaz yerlərinə girməyi qadağan etmişdir, o da namaza və məscidə uzaq olan cunubluqdur. Allah ən doğrusunu biləndir.

« qüsl edənədək«: Üç imamın, Əbu Hənifə, Malik və Şəfiinin, su tapa bilməyən və ya istifadə edə bilmədiyi halda, təyəmmüm edənə qədər, məsciddə oturmağın haram olduğuna dəlilidir. Digər tərəfdən İmam Əhməd dəstəmaz alanın məsciddə oturmağının icazəli olduğu ilə qane olmuşdür. Çünki özü və Səid ibn Mənsur Sünənində, səhih isnadla rəvayət edirlər ki, səhabələr belə edərdi. Səid ibn Mənsur Sünənində demişdir: Bizə Əbdüləziz ibn Muhəmməd Dıraverdi danışdı, o da Hişam ibn Səddən, Zeyd ibn Əsləmdən, Əta ibn Dinarın belə dediyini rəvayət etmişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən cunublu halda məsciddə oturanları gördüm. Məsciddə olsalar da insanların oturduğunu gördüm. Namazda olduğu kimi dəstəmaz alıb oturardılar. Bu Muslimin şərtinə uyğun bir isnaddır. Allah ən doğrusunu biləndir.

«Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla toxunubsa , su tapmasanız, yer səthində olanla təyəmmüm edin«. Təyəmmümü mübah edən xəstəlik, su istifadə edərkən, bir orqanı itirməkdən və ya pozulmasından, xəstəliyin gec keçməsindən qorxduğu xəstəlikdir. Bəzi alimlər ayə ümumi olduğuna görə buraya bütün xəstəlikləri daxil etmişlər. İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Qassan Malik ibn İsmayıl danışdı, bizə Qeys danışdı, o da Huseyfdən, Mücahidin «əgər xəstə olsanız» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: Bu ayə Ənsarlardan biri haqqındadır. Xəstə idi, ayağa qalxıb dəstəmaz ala bilmədi və su verən bir xidmətçisi də yox idi. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) söylədi və Allah bu ayəni nazil etdi. Bu hədis mürsəldir. Səfərdə olan da bəllidir.

«Yaxud sizlərdən biri ayaq yolundan gəlibsə» Buradan keçən “ğait” düzənlik mənasındadır. Bu dəstəmazın pozulmasına işarədir. O da kiçik hədəsdir.

« və ya qadınlara toxunubsa«. Bu “ləməstum” və “ləməbtum” kimi oxunmuşdur. Təfsirçilər və imamlar bunun mənasında iki qrupa bölünmüşlər:

Birincisi: Bu, cinsi əlaqəyə işarədir, çünki Allah təala buyurur: «Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını verməlisiniz» (Bəqərə, 237)  və dedi: «Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur”(Əhzab, 49). İbn əbu Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşac danışdı, bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Əbu İshaqdan, Səid ibn Cubeyrdən, İbn Abbasın « və ya qadınlara toxunubsa» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Cinsi əlaqədə olmaqdır». Əli, Ubey ibn Kəb, Mucahid, Tavus, Həsən, Ubeyd ibn Umeyr, Səid ibn Cubeyr, Şəbi, Qatadə və Muqatil ibn Həyyan da belə demişlər.

İbn Cərir belə demişdir: Mənə Humeyd ibn Məsadə danışdı, bizə Yəzid ibn Zurey danışdı, bizə Şubə danışdı, o da Əbu Bişrdən, Səid ibn Cubeyrin belə dediyini rəvayət etmişdir: İnsanlar qadınlara toxunmaq haqqında danışdılar; Şəhər camaatı dedilər: Toxunmaq cinsi əlaqə deyil. Səhra ərəbləri isə belə dedilər: Toxunmaq cinsi əlaqədir. Beləliklə, İbn Abbasın yanına getdim və dedim: “Səhra ərəbləri və şəhər camaatı toxunmaq barəsində ixtilaf etdilər. Şəhər camaatı, cinsi əlaqə olmadığını dedilər. Səhra  camaatı isə cinsi əlaqə olduğunu dedilər”. O dedi: “Sən hansı tərəfdəsən?” Mən dedim: “Şəhər camaatı”. O dedi: “Şəhər camaatı məğlub oldu. “əl Ləms” ,“əl məs” və əl mubaşıra də cinsi əlaqədir. Allah istədiyi sözlə əvəz edər”. Sonra İbn Cərir onu İbn Bəşşərdan, Qundərdən və Şəbidən bu mətnlə rəvayət etmişdir. Sonra başqa bir yoldan Səid ibn Cubeyrdən rəvayət etmişdir.

Və bənzər şəkildə belə demişdir: Mənə Yaqub danışdı Bizə  Huşeym danışdı, bizə Əbu Bişr danışdı, bizə Səid ibn Cubeyr danışdı, o da İbn Abbasdan, o dedi: “əl Ləms”, “ əl məs” və əl mubaşıra də cinsi əlaqədir, Allah istədiyi sözlə əvəz edər”. Bizə Əbdülhəmid ibn Bəyyan danışdı, bizə İshaq əl-Əzraq danışdı, o da Sufyandan, Asim əl-Əhvaldan, Bakr ibn Abdullahdan, İbn Abbasdan, o dedi: “Ləms” cinsi əlaqədir, Allah istədiyi sözlə əvəz edər”. Başqa bir yoldan: Abdullahdan, o da Abdullah ibn Abbasdan, o da bənzər şəkildə rəvayət etmişdir. Sonra İbn Cərir bunu İbn əbu Hatimin nəql etdiyi kimsələrdən rəvayət etmişdir.

Sonra İbn Cərir də digərləri də demişlər: Allah təala toxunma deyərkən, əl ilə və ya başqa orqanla qadına toxunmağı qəsd etmişdir, qadının bədənindən hər hansı bir yerinə öz bədəninin hər hansı bir yeri ilə toxunulsa, ona dəstəmaz vacib olar. Sonra da İbn Cərir demişdir: Bizə İbn Bəşşar danışdı, bizə Əbdürrəhman danışdı, bizə Sufyan danışdı, o da Muharikdən, Tarikdən, Abdullah ibn Məsuddan, o dedi: “Ləms” cinsi əlaqə deyil”. Bunu müxtəlif yollardan İbn Məsuddan bənzər şəkildə rəvayət etmişdir. Aməşdən, İbrahimdən, Əbu Ubeydədən, Abdullah ibn Məsuddan rəvayət edilmişdir ki, o, öpmə və toxunmadır, onda dəstəmaz vardır.

Təbərani isnadı ilə Abdullah ibn Məsuddan, onun belə dediyini rəvayət etmişdir: Kişi qadının dərisinə toxunmaqdan və əlinə toxunmaqdan və öpməkdən dəstəmaz alar. O “və ya qadınlara toxunubsa» ayəsi barəsində, əl ilə toxunmaq deməkdir, demişdir. İbn Cərir demişdir: Mənə Yunus danışdı, bizə İbn Vəhb danışdı, mənə Abdullah ibn Amr danışdı, o da Nafidən, o dedi: “İbn Ömər qadını öpəndən sonra dəstəmaz alır, onda dəstəmazın lazım olduğunu görür və o toxunmaqdır, deyir”. Yenə İbn əbu Hatim ilə İbn Cərir, Şubə yolundan rəvayət etmişlər, o da Muharikdən, Tarikdən, Abdullahdan, o dedi: Toxunmaq cinsi əlaqə deyil. Sonra İbn əbu Hatim demişdir: İbn Ömər, Ubeydə, Əbu Osman ən-Nəhdi, Əbu Ubeydə, yəni Abdullah ibn Məsudun oğlundan, Amir Şəbidən, Sabit ibn Həccacdan, İbrahim Nəxaidən və Zeyd ibn Əsləmdən də bənzər şəkildə rəvayət edilmişdir.

Mən də deyirəm ki, Malik, Zuhridən rəvayət etmişdir, o da Səlim ibn Abdullah ibn Ömərdən, atasından, o dedi: Bir adamın arvadını öpməsi və əlinə dəyməsi ona toxunmaqdır. Buna görə arvadını öpən və əli ilə toxunan, dəstəmaz almalıdır. Hafiz Əbu Həsən Dərakutni, Sünən əsərində, Ömər ibn Xəttabdan da bənzər şəkildə rəvayət etmişdir. Amma ondan zövcəsini öpüb dəstəmaz almadan namaz qıldığı da rəvayət edilmişdir. Ondan gələn rəvayətlər müxtəlifdir, əgər onun dediyi səhih olarsa  o halda dəstəmaz almaq müstəhəb ehtimalı daşıyır. Allah ən doğrusunu biləndir.

Toxunmaqdan sonra dəstəmazın vacibliyini deyənlər Şəfii və dostları və Malikdir. Məşhur rəvayətə görə də Əhməd ibn Hənbəldir. Allah onlara rəhm etsin. Bu fikri dəstəkləyən demişdir: Bu ayədə “ləməstum” şəklində oxunmuşdur. “Ləms” lüğətcən əllə toxunmaya deyilir. Allah buyurur: “Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar” (Ənam, 7), yəni əllərini sürtsələr, demişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) Maizin zina etdiyi təsdiqlənəndən sonra, ona bunu etmədiyinə işarə edərək dedi: “Bəlkə o qadını öpdün və ona əllə toxundun”. Səhih hədisdə “əlin zinası toxunmaqdır” deyilmişdir. Aişə (radiyallahu ənhə) demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) bizi gəlib öpmədiyi və toxunmadığı çox az gün olardı”. İki Səhihdə sabit olduğuna görə, Rəsulullah (salləllahu aleyhi və səlləm) əl toxunma ilə satışı qadağan etmişdir. O da əşyaya əl sürtməkdir. Hər iki təfsirə görə “ləms” cinsi əlaqəyə deyildiyi kimi, toxunmağa da deyilir. Şair demişdir:

Ondan ehtiyacımı istəmək üçün əlimi əlinə sürtdüm.

İmam Əhmədin bu hədisi də diqqətə alınmışdır: “Bizə Əbdürrəhman ibn Mehdi ilə Əbu Səid danışdılar, onları da bizə Zəidə danışdı, dedilər, Əbdülməlik ibn Umeyrdən, Əbu Səid demişdir: Bizə Əbdülməlik ibn Umeyr danışdı, o da Əbdürrəhman ibn əbu Leylədən, o da Muazdan, deyir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir adam gəlib dedi”: “Ey Allahın Rəsulu bu adam haqqında nə deyərsən ki, o, tanımadığı bir qadınla rastlaşdı, onunla kişinin qadına edəcəyi hər şeyi etdi, amma onunla cinsi əlaqəyə girmədi”. Allah bu ayəni nazil etdi: “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114). Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Dəstəmaz al, namaz qıl”. Muaz dedi: “Bu həmin adama  aiddir, yoxsa bütün möminlərə”? O dedi: “Xeyir, bütün möminlərə”. Bunu Tirmizi, Zaidə hədisindən belə rəvayət etmişdir və isnadının qopuq olduğunu demişdir.

Bunu Nəsai də, Şubə hədisindən, Əbdülməlik ibn Umeyrdən, Əbdürrəhman ibn əbu Leylədən mürsəl olaraq rəvayət etmişdir. Deyirlər ki, ona dəstəmaz almasını əmr etdi, çünki qadına toxundu, onunla cinsi əlaqədə olmadı. Buna belə cavab verilmişdir: Bu hədisdə İbn əbu Leylə ilə Muaz arasında qopuqluq vardır. Çünki o Muaza gəlib çatmayıb. Sonra ona dəstəmaz alıb namaz qılmasını tövbə etməsi üçün buyurmuş ehtimalı vardır. Necə ki, yuxarıda Abu Bakrın hədisində belə keçmişdir: Bir qul hər hansı bir günah edib, sonra dəstəmaz alarsa və iki rükət namaz qılarsa, Allah onu bağışlayar. Bu da Ali- İmran surəsinin 135-ci ayəsinin təfsirində qeyd edilmişdir.

Sonra İbn Cərir demişdir: İki rəydən ən doğrusu budur: Allahın bu ayəsində “və ya qadınlara toxunubsa» toxunma – cinsi əlaqədir, başqa mənada deyil. Çünki səhih xəbərdə varid olana görə Rəsulullah (salləllahu aleyhi və səlləm) bəzi qadınları öpmüş, sonra da namaz qılmışdır, dəstəmaz almamışdı.

Sonra İbn Cərir demişdir: “Mənə bunu İsmayıl ibn Musa əs-Suddi danışdı: Mənə Əbu Bakr ibn Əyyaş danışdı, o d Aməşdən, Həbib ibn əbu Sabitdən, Urvədən,  Aişədən, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dəstəmaz alardı, sonra qadınlarını öpər, namaz qılardı, sonra dəstəmaz da almazdı”. Sonra İbn Cərir demişdir: “Bizə əbu Kureyb danışdı, bizə Vəki danışdı, o da Aməşdən, Həbibdən, Urvədən, Aişənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınlarının birini öpdü, sonra namaza çıxdı və dəstəmaz da almadı”. Mən də dedim: “Hər halda sən idin?”. O da güldü. Bunu bu şəkildə Əbu Davud, Tirmizi və İbn Macə, bir sıra şeyxlərindən rəvayət etmişlər, o da Vəkidən rəvayət etmişdir. Sonra Səvridən Əbu Davud demişdir: “Bizə Həbib, yalnız Urvə əl-Muzənidən xəbər verdi”. Yəhya əl-Qəttan da bir adama demişdir: “Bu hədisi məndən nəql et ki, bu heç bir şey deyildir kimidir”. Tirmizi demişdir: “Buxaridən bu hədisi zəif gördüyünü və Həbib ibn əbu Sabitin Urvədən dinləmədiyini dediyini eşitdim”.

İbn Macənin rəvayəti belədir: Əbu Bakr ibn əbu Şeybədən, Əli ibn Muhəmməd Tənafisidən, Vəkidən, Aməşdən, Həbib ibn əbu Sabitdən, Urvə ibn Zubeyrdən, Aişədən. Bundan daha genişi İmam Əhmədin Musnədində Hişam ibn Urvədən, atasından, Aişədən rəvayət etdiyi hədisdir. Bu ravinin Urvə ibn Zubeyr olduğunu açıq göstərir. Buna onun “hər halda sən idin” deməyi, və onun (Aişənin) gülməsi şahidlik edir. Ancaq Əbu Davud da İbrahim ibn Mahləddən rəvayət etmişdir, o da Vəkidən, o da Sufyandan, o da Əbu Rəvq əl-Xəmədani ət-Talaqanidən, o da Əbdürrəhman ibn Mağradan, o da Aməşdən, o dedi: Dostlarımız Urvə əl-Muzənidən, Aişədən, dedilər və hədisi danışdılar. Allah ən doğrusunu biləndir.

Yenə İbn Cərir demişdir: “Bizə Əbu Zeyd danışdı, o da Ömər ibn əbu Şəbbədən, o da Şihab ibn Abbaddan, bizə Məndəl ibn Əli danışdı, o da Leysdən, Ətadan, Aişədən və Əbu Ravqdan, İbrahim Teymidən, Aişə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dəstəmaz aldıqdan sonra məni öpərdi, sonra da dəstəmazı təzələməzdi”.

İmam Əhməd demişdir: “Bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Əbu Rəvq əl-Xəmədanidən, İbrahim Teymidən, Aişədən: “Rəsulullah (salləllahu aleyhi və səlləm) öpdü, sonra namaz qıldı, dəstəmaz da almadı”. Bunu Əbu Davud ilə Nəsai də Yəhya əl-Qəttan hədisindən rəvayət etmişlər. Əbu Davud bunları əlavə etmişdir: İbn Mehdidən ikisi də Səvridən rəvayət etmişlər.

Sonra Əbu Davud ilə Nəsai demişlər: İbrahim Teymi Aişədən hədis dinləməyib.

Sonra İbn Cərir demişdir: Bizə Səid ibn Yəhya əl-Əməvi, bizə atam danışdı, bizə Yezid ibn Sinan danışdı, o da Əbdürrəhman əl-Əvzaidən, Yəhya ibn əbu Kəsirdən, Əbu Sələmədən, Ummu Sələmənin belə dediyini rəvayət etmişdir:  “Rəsulullah (salləllahu aleyhi və səlləm)  qadınları oruclu vaxtı öpərdi, sonra nə orucunu pozar, nə də dəstəmaz alardı”.

Yenə İbn Cərir demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Hafs ibn Qiyas danışdı, o da Həccacdan, Amr ibn Şueybdən, Zeynəb əs-Səhmiyədən, Aişədən, o demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) xanımını öpüb sonra namaz qılardı, dəstəmazda almazdı”. Bunu İmam Əhməd də Muhəmməd ibn Fudeyldən, Həccac ibn Ərtaddan, Amr ibn Şueybdən, Zeynəb əl-Səhmiyyədən, Aişədən, Rəsulullah (salləllahu aleyhi və səlləm) haqqında belə rəvayət edilmişdir: ”Xanımını öpərdi, sonra namaz qılardı, dəstəmaz almazdı”. Bunu İmam Əhməd, Muhəmməd ibn Fudeyldən, Həccac ibn Ərtatdan, Amr ibn Şueybdən, Zeynəb əs-Səhmiyyədən, Aişədən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir.

Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”. Fəqihlər bu ayədən bu fikirləri çıxarmışlar: Suyu tapmayanın təyəmmümü yalnız su axtardıqdan sonra icazəli olur. Suyu axtarıb tapa bilməsə, o zaman təyəmmüm edə bilər. Necə axtaracağı barəsində fiqh kitablarında izahlar vardır. Necə ki, yerində qərarlaşdırılmışdır. İki Səhihdə İmran ibn Hüseyndən rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) toplumdan ayrı düşən adam gördü və dedi: “Ey filankəs, camaatla niyə namaz qılmırsan, müsəlman deyilsən?” O dedi: “Müsəlmanam, cənabətliyəm, su da yoxdur”. O da dedi: “Torpaqla təyəmmüm et, o sənə yetər”. Allah buyurduğu da budur: “Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin”.

Təyəmmüm bir şeyi hədəf etməkdir. Ərəblər deyərlər: “Təyəmməməkə Allahu bihifzihi”, yəni Allah səni hədəfləyərək qorusun. İmrulqeysin şeri də belədir:

Ölümü dilinə gətirmədiyini

Çınqılın ayaqlarının altından çıxan görən kimi

Çayı hədəflədi

Üstünə kölgə düşür və yosunu suyun üzərində üzür.

Ayədə keçən “səidən” yer üzündə yüksələn hər şeydir; buna torpaq, qum, ağac, daş və bitki daxildir. Bu İmam Məlikin fikridir. Buna torpaq cinsindən olanlar da daxildir: qum, zırnıx və kirəc kimi. Bu da Əbu Hənifənin məzhəbidir. Sadəcə torpaqdır deyənlər də vardır. Bu da Şəfii, Əhməd ibn Hənbəl və dostlarının fikridir. “Qupquru bir torpaq halına düşər” (Kəhf, 40) ayəsini dəlil olaraq gətirirlər ki, hamar və təmiz bir torpaq olur, deməkdir. Səhih Muslimdə Huzeyfədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bizim digərlərindən üç üstünlüyümüz var: Səflərimiz mələklərin səfləri kimidir. Bütün yer üzü bizə məscid edildi və torpağı da su tapa bilmədiyimiz halda, bizə təmizlik vasitəsi edildi”. Torpaq xüsusi olaraq təmizlik vasitəsi kimi qeyd edilmişdir, bu da neməti sadalayaraq bildirilmişdir. Əgər başqası olsa idi mütləq onu qeyd edərdi.

Burada, təmiz, halal deməkdir. Nəcis olmayandır da deyilmişdir. Necə ki, İmam Əhməd və İbn Macə xaric bütün Sünən sahibləri Əbu Qilabədən rəvayət etmişlər, o da Amr ibn Bucdandan, Əbu Zərdən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Təmiz torpaq müsəlmanın təmizlik vasitəsidir, suyu on il tapa bilməsə. Onu tapdığı zaman dərisinə sürtsün, çünki o daha yaxşıdır”. Tirmizi, həsən səhihdir, demişdir. Bunu İbn Hibban da səhih görmüşdür. Onu Hafiz əbu Bakr əl-Bəzzar da Musnədində Əbu Hureyrədən rəvayət etmişdir. Onu Hafiz əbu Həsən əl-Qəttan da səhih görmüşdür.

İbn Abbas demişdir: “Torpağın ən təmizi əkin torpağıdır”. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Bunu İbn Mərduveyh də təfsirində mərfu olaraq qeyd etmişdir.

Üzünüzə və əllərinizə sürtün” təyəmmüm təmizlikdə suyun əvəzidir. Onun bütün orqanlarda əvəzi deyil. Sadəcə üzə və əllərə sürtülməsi icazəlidir, bunda da icma vardır. İmamlar təyəmmümün alınma qaydasında bir neçə fikirlə ixtilaf etmişlər:

Birincisi: Bu Şəfiinin yeni fikridir: Torpağı üzə və dirsəklərə qədər əllərə iki vuruşla çəkmək vacibdir. Çünki əllər kəlməsi, dəstəmaz ayəsində olduğu kimi, iki çiyinə və dirsəklərə qədər olan hissəyə də deyilir. Oğurluq ayəsindəki ”əllərini kəsin” (Maidə, 38) deyilmişdir ki, bu da ovuclara qədər olan hissəyə deyilir. Burada onu dəstəmazda olduğu kimi götürmək daha doğrudur, çünki ikisinin də ortaq nöqtəsi təmizlikdir.

Bəziləri bu hədisi qeyd etmişlər: Dərakutni, İbn Ömərdən rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Təyəmmüm iki toxunuşdur. Biri üz üçündür, digəri isə dirsəklərə qədər əllər üçündür”. Bu hədis səhih deyil. Çünki isnadında zəif ravi vardır. Onlarla hədis sabit olmaz. Əbu Davud ibn Ömərdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) əllərini divara vurdu və onları üzünə çəkdi. Sonra bir daha vurdu və qollarına sığal çəkdi. Bunun da isnadında Muhəmməd ibn Sabit əl-Əbdi vardır. Bəzi hafizlər onu zəif kimi tanımışlar. Onu digərləri də sağlam ravilərdən qeyd etmişdir, onu İbn Ömərin feli olaraq göstərmişlər.

Buxari, Əbu Zura və İbn Adi, bu doğrudur demişlər. Bəyhaqi, hədisi mərfu saymaq münkərdir, demişdir. Şəfi İbrahim ibn Muhəmməddən rəvayət etdiyi hədisi dəlil gətirmişdir, o da Əbu Huveyrisdən, o da Əbdürrəhman ibn Muaviyyədən, o da Arəcdən, o da İbn Sammədən, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) təyəmmüm etdi, üz və qollarına sığal çəkdi”.

İbn Cərir də belə demişdir: “Mənə Musa ibn Səhl ər-Rəmli danışdı, bizə Nuaym ibn Hammad danışdı, bizə Xaricə ibn Musab danışdı, o da Abdullah ibn Ətadan, Musa ibn Uqbədən, Arəcdən, Əbu Cəhmdən, o dedi: “Rəsulullahı (salləllahu aleyhi və səlləm) su tökərkən gördüm, salam verdim, işini bitirənə qədər salamı almadı. Sonra qalxdı əllərini divara vurdu, onları dirsəklərinə qədər çəkdi. Sonra da salamımı aldı””.

İkinci görüş: Üzü və dirsəklərə qədər əlləri iki toxunuşla məsh etmək vacibdir, bu da Şəfiinin köhnə görüşüdür. Üçüncü görüş: Üzü və əlləri bir toxunuşla məsh etmək kifayətdir. İmam Əhməd demişdir: “Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Hakəmdən, Zərdən, İbn Əbdürrəhman ibn Əbzadan, atasından, Ömərə bir adam yaxınlaşdı və dedi: Cənabətliyəm, su tapa bilmirəm”. Ömər dedi: “Namaz qılma”. Ammar dedi: “Ey möminlərin əmiri, yadındadı, biz birlikdə bir yürüşdə idik, cunub olduq, su tapa bilmədik. Sən namaz qılmadın, mən isə torpağa bələnib namaz qıldım. Rəsulullah (salləllahu aleyhi və səlləm) gələndə ona danışdım. O da dedi: “Bu sənə yetər”, və əllərini yerə vurdu. Sonra onlara üfürdü və üzünə və əllərinə sığal çəkdi”.

Yenə Əhməd demişdir: “Bizə Afvan danışdı, bizə Əban danışdı, o da Əzrədən, Səid ibn Əbdürrəhman ibn Əbzadan, atasından, Ammardan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Təyəmmümdən üz və əllər üçün bir toxunuş vardır”.

Başqa bir yoldan, Əhməd demişdir: “Bizə Afvan danışdı, biz Əbdülvahid danışdı, o da Süleyman Aməşdən, bizə Şəqiq danışdı, o dedi: Mən, Abdullah və Əbu Musa  ilə oturmuşdum. Əbu Musa əl-Əşari, Abdullaha dedi: Əgər bir adam su tapmasa, namaz qılmaz?” Abdullah, xeyr, dedi. Əbu Musa dedi: Yadındadırmı, Ammar Ömərə bu sözləri deyəndə: “xatırlayırsan, Rəsulullah (salləllahu aleyhi və səlləm) bizi dəvələrə göndərdi? Mən cunub oldum torpağa bələndim. Rəsulullah (salləllahu aleyhi və səlləm) gələndə ona danışdım. O güldü və dedi: “Bu sənə yetər”, və əllərini yerə vurdu. Sonra əllərini məsh etdi və üzünü bir dəfə məsh etdi?” Abdullah dedi: Şübhəsiz ki, Ömərin bununla qane olduğunu görmədim. Əbu Musa dedi: “Bəs Nisə surəsindəki “su tapmasanız, təmiz torpaqla təyəmmüm edin” ayəsi necə olacaq?” Abdullah da nə deyəcəyini bilmədi və dedi: “Təyəmmümə baxsaq hər kəs su soyuq olanda təyəmmüm etmək istəyir”.

Allah təala Maidə surəsində “üzünüzə və əllərinizə sürtün” buyurur. Şəfi bunu təyəmmümün mütləq təmiz və üzlə əllərə yapışacaq tozu olan torpaqla edilməsinə dəlil gətirdi. Necə ki, yuxarıda isnadı ilə İbn Sammədən belə rəvayət etmişdir: O, Peyğəmbəri (salləllahu aleyhi və səlləm) su tökən yerdə gördü. Ona salam verdi, salamını almadı. Qalxdı yanındakı bir şeylə divarı qazıdı, ora əlini vurdu, sonra üzünə və qollarına sürtdü.

“Allah sizi çətinliyə salmaq istəməz” yəni göndərdiyi şəriət qaydalarında, “lakin O sizi pak etmək” buna görə su tapa bilmədiyiniz zaman, təmiz torpağa yönəlmənizi mübah qıldı. “Və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz” (Maidə, 6). Buna görə təyəmmüm bizim ümmətə xas bir qaydadır. İki səhihdə Cabirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: “Mənə beş şey verildi ki, məndən öncə heç kəsə verilməyib: Bir aylıq yoldan düşmənimin qəlbinə qorxu salındı. Yer üzü mənə məscid və təmizlik maddəsi edildi. Ümmətim, namazı harada gəlsə, orada qılsın”. Bir mətn isə belədir: Onun yanında təmizlik maddəsi də var, məscid də. “Qənimətlər mənə halal edildi, məndən əvvəl heç kəsə edilməyib. Mənə şəfaət verildi. Əvvəlki Peyğəmbərlər öz qövmlərinə göndərildi, mən isə bütün bəşərə göndərildim”. Muslimin Huzeyfədən rəvayət etdiyi hədis də yuxarıda qeyd edilmişdir: Biz insanlardan üç şeydə üstün olduq: Bizim səflərimiz mələklərin səfləri kimidir, yer üzü bizə məscid, torpaq isə su tapmadığımız halda bizə təmizlik maddəsi edildi. Allah təala bu ayədə “üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır” demişdir. Onun bir əfv etməyi də belədir: O, su tapa bilmədiyimiz halda təyəmmümlə bizə namaz qılmağı mübah etmişdir. Sizə genişlik və seçim vermişdir. Bu ayədə namazın qılınmayacağı halları açıqlamışdır. Məsələn, sərxoş vəziyyətdə, nə dediyini bilənə qədər, yaxud cənabətli halda qusul edənə qədər. Xəstə olması və su tapa bilməməsi istisnadır. Çünki əziz və cəlil olan Allah təyəmmümə işarə etmişdir. Bu durumda qullarına rəhmət və şəfqət göstərmişdir. Onlara bolluq bəxş etmək istəmişdir. Allaha həmd və minnət edirik.

Təyəmmüm ayəsinin nazil olma səbəbi: Bunu burada qeyd etməyimizin səbəbi budur ki, Nisə surəsindəki ayə, Maidə surəsindən əvvəl nazil olmuşdur. İzahı da belədir: Bu ayə içkinin tam haram edilməsindən əvvəl nazil olmuşdur. İçki Uhud döyüşündən az sonra, Nadir oğullarının mühasirəsi vaxtında nazil oldu. Maidə surəsi isə, xüsusən ilk ayələri ən sonda nazil olanlardır. Ona görə burada qeyd etməmiz uyğundur. Güvəncimiz Allahadır.

İmam Əhməd demişdir, Bizə İbn Numeyr danışdı, o da Hişamdan, atasından, Aişədən, o, Əsmadan borca boyunbağı aldı. O da itdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu axtarmağa adam göndərdi. Onu tapdılar. Namaz vaxtı gəldi, suları yox idi. Dəstəmaz almadan namaz qıldılar. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) şikayət etdilər. Buna görə Allah təala təyəmmüm ayəsini nazil etdi. Useyd də Aişəyə dedi: “Allah sənə xeyirli mükafatlar versin, Allaha and olsun ki, nə vaxt başına bir xoşa gəlməz iş gəlirsə, Allah sənə və müsəlmanlara bir xeyir göstərir”.

Başqa bir yoldan, Buxari demişdir: “Bizə Abdullah ibn Yusuf danışdı, bizə Malik danışdı, o da Əbdürrəhman ibn Qasımdan, o da atasından, Aişənin belə dediyini rəvayət etmişdir: Bir səfərinə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə çıxdıq. Beyda yaxud Zatulceys deyilən yerdə boyunbağım qırıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu axtarmaq üçün dayandı. Yanındakılar da dayandılar. Yanlarında su yox idi. İnsanlar Abu Bakra dedilər: Ey Abu Bakr Aişənin nə etdiyini görürsən? Rəsulullahı (salləllahu aleyhi və səlləm) həbs etdi, su başında deyillər, yanlarında su da yoxdur. Abu Bakr gəldi, Rəsulullah (salləllahu aleyhi və səlləm) başı qucağımda yatırdı. O dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə insanları həbs etdin, suyun başında da deyillər, su da yoxdur?” Abu Bakr məni danladı, ağır sözlər dedi. Məni dürtmələdi, məndə tərpənmədim, Rəsulullah (salləllahu aleyhi və səlləm) qucağımda yatmışdı. Rəsulullah (salləllahu aleyhi və səlləm) səhər açılanda durdu, su yox idi. Allah təala təyəmmüm ayəsini nazil etdi. Onlar da təyəmmüm etdilər. Useyd ibn Xudeyr dedi: “Ey Abu Bakr ailəsi, bu ilk bərəkətiniz deyildir”. Üstündə oturduğum dəvəni qaldırdılar, boyunbağı altında idi”. Bunu Buxari də Quteybə ilə İsmayıldan rəvayət etmişdir. Muslim də Yəhyadan, o da Malikdən rəvayət etmişdir.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Yaqub danışdı, bizə atam danışdı, o da Salihdən İbn Şihabın belə dediyini rəvayət etmişdir: Mənə Ubeydullah ibn Abdullah danışdı, o da İbn Abbasdan, o da Ammar ibn Yasirdən, Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə sonuna doğru silahlarla yataraq dincəlirdi. Yanında Aişə var idi. Əqiqdən olan boyunbağı qopdu. Onu axtarmaq üçün insanlar gözlədilər. Nəhayət şəfəq sökülməyə başladı. İnsanların yanında su da yox idi. Allah təala Rəsuluna təmiz torpaqla təyəmmüm etmək icazəsini nazil etdi. Müsəlmanlar Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə qalxdılar, əllərini yerə vurdular. Sonra əllərinə torpaq almadan əllərini qaldırdılar. Əllərini üzlərinə və çiyinlərə qədər əllərinə sürtdülər. Əllərinin içindən də qoltuq altlarına qədər sürtdülər.

Bunu İbn Cərir də belə rəvayət etmişdir: “Bizə Əbu Qureyb danışdı, bizə Seyfi danışdı, o da İbn Əbu Zibdən, Zuhridən, Ubeydullah ibn Abdullahdan, Əbu Qatafadan, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Aişənin boyunbağı itdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) gözlədi, nəhayət səhər açıldı. Abu Bakr Aişəyə qəzəbləndi, ardı ilə təmiz torpaqla təyəmmüm rüsxəti nazil oldu. Abu Bakr içəri girdi və Aişəyə dedi: “Sən həqiqətən bərəkətli qadınsan, sənin sayəndə icazə oldu. Əllərimizi bir dəfə üzümüz üçün torpağa vurduq, bir dəfə də çiyinlərimizə və qoltuq altlarımıza qədər sığallamaq üçün vurduq”.

Başqa bir hədisdə Hafiz Abu Bakr ibn Mərduveyh demişdir: “Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Həsən ibn Əhməd ibn Leys danışdı, bizə Muhəmməd ibn Mərzuq danışdı, bizə Alə ibn əbu Səviyə danışdı, mənə Hesəm ibn Zureyq əl-Maliki danışdı ki, bu adam Malik ibn Kab ibn Sad oğullarından idi və yüz on yeddi il yaşadı, o da atasından, Əsla ibn Şərik dedi: Mən Rəsulullahın dəvəsini sürürdüm. Soyuq bir gecədə cunub oldum. Rəsulullah (salləllahu aleyhi və səlləm) dəvələri sürməmi istədi. Mən isə cunublu olaraq bunu etmək istəmədim. Soyuq su ilə qusul aldığım təqdirdə ölməkdən yaxud xəstələnməkdən qorxdum. Ənsardan birinə dedim, o da dəvələri sürdü. Sonra suyun içinə isti daşları ataraq qusul aldım. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə dostlarına çatdım. O mənə dedi: “Ey Əsla sürməyin niyə dəyişdi?” Mən dedim: Ey Allahın Rəsulu, onları mən sürmədim, ənsardan bir nəfər sürdü”. O dedi: “Niyə?” Mən dedim: “Cunub oldum, soyuqdan ölməkdən qorxdum, isti daşlarla su qısdırdım, onunla qusul aldım”. Bundan sonra Allah təala bu ayəni nazil etdi: “Sərxoş ikən nə dediyinizi anlayana qədər …. namaza yaxınlaşmayın. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır”. Bundan başqa bir yoldan da rəvayət edilmişdir.